Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-108/2024 07.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Astara rayonu, Pensər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Astara rayonu, Pensər kəndində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, fərdi həyət evində yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.3-1, 180.2.1, 180.2.2 və 234.4.3-cü maddələri ilə xx xxx 1992-ci ildə Astara rayonu, Pensər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Astara rayonu, Pensər kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, fərdi həyət evində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2 avqust 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olub orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Elçin Mürsəlovla birlikdə evi axtararkən evin yataq otağında olan H.Hüseynova məxsus şalvarın cibindən 400 manat nağd pul, cinayət qrupun digər üzvü Elçin Mürsəlov isə otaqda olan elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC tərəfindən verilmiş bir ədəd plastik kartı talayıb həmin yerdən uzaqlaşdıqdan sonra həmin plastik kartın balansında olan cəmi 396 manat nağd pulu 17 avqust 2021-ci il tarixdə saat 14:10-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsində fəaliyyət göstərən «Oba market» ərzaq mağazasında yerləşən "xxxx" ASC-nə məxsus A0100241 nömrəli ATM-dən 300 manat və 96 manat olmaqla iki dəfəyə çıxarıb nağdlaşdıraraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 ümumilikdə 796 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 13 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,350 qram narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 13 sentyabr 2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, 4-cü döngə ünvanının qarşısında saxlanılıb ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci PBnin inzibati binasına gətirilərək orada saat 11:50-də üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd boz rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 2,350 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən özgənin əmlakını açıq talama barədə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 aprel 2022-ci il tarixdə saat 18.30 radələrində Bakı şəhəri, Xətai rayonu, metropolitenin «Həzi Aslanov» stansiyasının qarşısında Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mercedes E Class» markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri qismində birlikdə əyləşib sürücüdən avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi istiqamətində hərəkət etdirməyini bildirmiş, həmin vaxt avtomobilin salonunda «Redmi» markalı mobil telefonu görüb cinayətkar plana uyğun olaraq saat 19.45 radələrində ünvan 5 ünvanda avtomobili saxlatdıraraq cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 avtomobili tərk etdikdən sonra o, avtomobilin salonunda olan Zərərçəkmiş şəxs2 məxsus üzərində 5 manat dəyərində ***-***-**-** GSM nömrəsi və 15 manat dəyərində üzlüyü olan 150 manat dəyərində **********33342 və **********33359 İmei kodlu «Redmi» markalı mobil telefonu götürüb açıq talayaraq hadisə yerindən uzaqlaşmaqla zərəçəkmiş şəxsə ümumilikdə 170 manat məbləğində maddi ziyan vurmaqla təkrar soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını açıq talama məqsədilə 30 aprel 2022-ci il tarixdə saat təxminən 16 radələrində ünvan 6 ünvanında Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes C class» markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri qismində əyləşib sürücüdən avtomobili Bakı şəhəri, Binəqədi rayonu istiqamətində hərəkət etdirməyini bildirmiş, həmin vaxt avtomobilin salonunda «Redmi» markalı «6A» modelli mobil telefonu görüb, sürücü Zərərçəkmiş şəxs1 avtomobili idarə etmək istəyən zaman avtomobilin salonunda olan Zərərçəkmiş şəxs1 məxsus üzərində 5 manat dəyərində ***- ***-**-** GSM nömrəsi və 15 manat dəyərində üzlüyü olan 220 manat dəyərində **********03225 və **********03233 imei kodlu «Redmi» markalı «6A» modelli mobil telefonu götürüb açıq talayaraq hadisə yerindən uzaqlaşmaqla zərəçəkmiş şəxsə ümumilikdə 240 manat məbləğində maddi ziyan vurmaqla təkrar soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını açıq talama barədə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2 may 2022-ci il tarixdə saat təxminən 17:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, metropolitenin «28 May» stansiyasının qarşısında Zərərçəkmiş şəxs3 idarə etdiyi «BYD» markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri qismində birlikdə əyləşib sürücüdən avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi istiqamətində hərəkət etdirməyini bildirmiş, həmin vaxt avtomobilin salonunda «Xiaomi» markalı «Mi Play» modelli mobil telefonu görüb cinayətkar plana uyğun olaraq saat 17.45 radələrində ünvan 5 ünvanda avtomobili saxlatdıraraq cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 avtomobili tərk etdikdən sonra o, avtomobilin salonunda olan Zərərçəkmiş şəxs3 məxsus üzərində 10 manat dəyərində ***-***-**-** və ***-***-**-** GSM nömrələri və 20 manat dəyərində üzlüyü olan 60 manat dəyərində **********65239 və **********65247 imei kodlu «Xiaomi» markalı «Mi Play» modelli mobil telefonu götürüb açıq talayaraq hadisə yerindən uzaqlaşmaqla zərəçəkmiş şəxsə ümumilikdə 90 manat məbləğində maddi ziyan vurmaqla təkrar soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını açıq talama məqsədilə 06 may 2022-ci il tarixdə saat təxminən 18.30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, metropolitenin «28 May» stansiyasının qarşısında Zərərçəkmiş şəxs4 idarə etdiyi «Kia Cerato» markalı **-DY- *** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri qismində birlikdə əyləşib sürücüdən avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi istiqamətində hərəkət etdirməyini bildirmiş, həmin vaxt avtomobilin salonunda «Samsung Galaxy» markalı «A21» modelli mobil telefonu görüb saat 19.00 radələrində ünvan 5 ünvanda avtomobili saxlatdıraraq avtomobilin salonunda olan Zərərçəkmiş şəxs4 məxsus üzərində 5 manat dəyərində ***-***-**-** GSM nömrəsi və 25 manat dəyərində üzlüyü olan 400 manat dəyərində **********93972 imei kodlu «Samsung Galaxy» markalı «A21» modelli mobil telefonu götürüb açıq talayaraq hadisə yerindən uzaqlaşmaqla zərəçəkmiş şəxsə ümumilikdə 430 manat məbləğində maddi ziyan vurmaqla təkrar soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını açıq talama barədə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 aprel 2022-ci il tarixdə saat 18.30 radələrində Bakı şəhəri, Xətai rayonu, metropolitenin «Həzi Aslanov» stansiyasının qarşısında Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mercedes E Class» markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri qismində birlikdə əyləşib sürücüdən avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi istiqamətində hərəkət etdirməyini bildirmiş, həmin vaxt avtomobilin salonunda «Redmi» markalı mobil telefonu görüb cinayətkar plana uyğun olaraq saat 19.45 radələrində ünvan 5 ünvanda avtomobili saxlatdıraraq avtomobili tərk etdikdən sonra cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 avtomobilin salonunda olan Zərərçəkmiş şəxs2 məxsus üzərində 5 manat dəyərində ***-***-**-** GSM nömrəsi və 15 manat dəyərində üzlüyü olan 150 manat dəyərində **********33342 və **********33359 İmei kodlu «Redmi» markalı mobil telefonu götürüb açıq talayaraq hadisə yerindən uzaqlaşmaqla zərəçəkmiş şəxsə ümumilikdə 170 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını açıq talama barədə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2 may 2022-ci il tarixdə saat təxminən 17.00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, metropolitenin «28 May» stansiyasının qarşısında Zərərçəkmiş şəxs3 idarə etdiyi «BYD» markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri qismində birlikdə əyləşib sürücüdən avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi istiqamətində hərəkət etdirməyini bildirmiş, həmin vaxt avtomobilin salonunda «Xiaomi» markalı «Mi Play» modelli mobil telefonu görüb cinayətkar plana uyğun olaraq saat 17.45 radələrində ünvan 5 ünvanda avtomobili saxlatdıraraq o, avtomobili tərk etdikdən sonra cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 avtomobilin salonunda olan Zərərçəkmiş şəxs3 məxsus üzərində 10 manat dəyərində ***-***-**-** və ***-***-**-** GSM nömrələri və 20 manat dəyərində üzlüyü olan 60 manat dəyərində **********65239 və **********65247 imei kodlu «Xiaomi» markalı «Mi Play» modelli mobil telefonu götürüb açıq talayaraq hadisə yerindən uzaqlaşmaqla zərəçəkmiş şəxsə ümumilikdə 90 manat məbləğində maddi ziyan vurmaqla təkrar soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.3-1, 180.2.1, 180.2.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Astara rayonu, Pensər kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, nömrəsiz fərdi həyət evində kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs2 onun qardaşıdır. Sonuncu isə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, nömrəsiz evdə kirayədə yaşamışdır. Narkotik vasitə heroin istifadəçisi olmuşdur. Bir neçə il əvvəl Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşadığından oranı yaxşı tanıyır. Ona görə də həmin ərazidə soyğunçuluq cinayətləri törətmişdir. 2 avqust 2021-ci il tarixdə isə oğurluq etmişdir. Belə ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 həyətinin və evinin qapılarının açıq olmasından istifadə edib, evinə daxil olmuşdur. O, yataq otağındakı kişi şalvarının cibindən 400 manat, televizorun yanından isə bir ədəd "xxxx"a məxsus plastik kart götürmüşdür. Sonra küçəyə çıxmış, lakin Zərərçəkmiş şəxs5 onun evə girməsini görməmişdir. Bir müddət sonra "xxxx"a məxsus bankomatdan oğurladığı plastik kartdan istifadə etməklə 396 manat pulu nəğdləşdirmişdir. Hadisəni tək törətmiş, həmin vaxt Elçin Mürsəlov onun yanında olmamışdır. 13 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata 0,5 qram narkotik vasitə heroin almışdır. Həmin gün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, 4-cü döngə ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış və Suraxanı RPİ-nin 32-ci PB-nə aparılmışdır. Orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. O, cibində saxladığı narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Ona verilən ittihamla razı deyil, üzərindən aşkar olunan narkotik vasitə heroin külli miqdar təşkil etməmiş və onu satış məqsədi ilə əldə etməmişdir. Barəsində cinayət işi başlanmış, iki gün polisdə saxlanıldıqdan sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. 29 aprel 2022-ci il tarixdə axşam saatlarında qardaşı ilə birlikdə metronun «Həzi Aslanov» stansiyası yaxınlığında Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mercedes» markalı taksiyə yaxınlaşmışlar. Taksi sürücüsündən onları Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinə aparıb, geri gətirməsini xahiş etmişlər. Özlərini parket ustası kimi təqdim edib Binəqədi rayonundan perforator aparatı götürüb geri qayıdacaqlarını bildirmişlər. Taksi sürücüsü onlara gedib-qayıtmaq üçün xidmət haqqı olaraq 20 manat istəmiş və onunla razılaşmışlar. Qardaşı Təqsirləndirilən şəxs2 avtomobilin qabaq sərnişin hissəsində, o isə arxa sağ tərəfdə əyləşmişdir. Taksi sürücüsü avtomobili onların dediyi ünvana sürməyə başlamışdır. Onlar həmin taksi sürücüsünə yolu başa salmış, əvvəlcədən tanıdıqları Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, döngə 1 ünvanına gəlmişlər. Orada taksi sürücüsündən avtomobili saxlamasını xahiş etmişlər. Həmin yerdən sonra yalnız piyada şəxslərin hərəkət etməsi üçün ensiz yol olmuşdur. Avtomobildə qabaqda əyləşmiş qardaşı Şəhriyar avtomobildən düşüb, perforatoru götürüb gələcəyini deyib, ona gözləməsini bildirmişdir. O, avtomobildə gözləmiş, taksi sürücüsünə qarşı soyğunçuluq etmək üçün əlverişli vaxt gözləmişdir. Fürsət tapan kimi dərhal avtomobilin şit hissəsində olan taksi sürücüsünə məxsus «Redmi» markalı mobil telefonu götürüb, avtomobildən düşərək qaçmağa başlamışdır. Taksi sürücüsü onun arxasınca düşsə də o, qaçıb uzaqlaşmışdır. Sonra qardaşı ilə görüşmüşdür. Mobil telefonu Neftçilər ərazisində telefon mağazasına Şəhriyarın şəxsiyyət vəsiqəsilə 50 manata satmışdır. O, həmin mobil telefonun soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə qardaşı Şəhriyara məlumat verməmiş, sonunucuya mobil telefon dostuna məxsus olduğunu bildirmişdir. Bundan başqa 30 aprel 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsində Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes-Benz C class» markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə yaxınlaşmış, sürücüsünə Binəqədi rayonu Banuçiçək restoranının arxasına gedib qayıtmaq istədiyini, parket ustası olduğunu, Binəqədi rayonundan perfarator aparatı götürüb geri qayıdacağını bildirmişdir. Sürücü Zərərçəkmiş şəxs1 ondan xidmət haqqı kimi 13 manat istəmişdir və onunla razılaşmışdır. Odur ki, taksiyə ələşmişdir. Bu vaxt avtomobilin salonunda şitdə olan «Redmi» markalı mobil telefon diqqətini cəlb etmiş və dərhal həmin telefonu götürərək qaçmağa başlamışdır. Sürücü onun arxasınca səslənsə də, dayanmamış, qaçıb oradan uzaqlaşmışdır. Qardaşı Şəhriyarla görüşüb, sonuncunun şəxsiyyət vəsiqəsi ilə telefonu Neftçilər ərazisində 50 manata satmışdır. Şəhriyara mobil telefonu dostunun ona verdiyini bildirmiş, sonuncunun soyğunçuluq cinayətindən xəbəri olmamışdır. 2 may 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, metronun «28 May» stansiyasının yaxınlığında yerləşən «LC Waikiki» mağazasının qarşısında qardaşı ilə birlikdə Zərərçəkmiş şəxs3 idarə etdiyi «BYD» markalı **-FL-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə yaxınlaşmışlar. Taksi sürücüsünə kafel ustası olduğunu, Binəqədi rayonu, Aydınbəyov küçəsinə gedib perforator aparatı götürüb qayıtmaq istədiyini bildirmişdir. Taksi sürücüsü xidmət haqqı olaraq 14 manat istəmiş və onlar razılaşmışlar. O, taksiyə əyləşmiş və onlar ünvan 9 ünvanına yola düşmüşlər. Həmin yerdə avtomobil yolu qurtarmış və piyadaların hərəkət etməsi üçün ensiz yol olmuşdur. Qardaşı Şəhriyar həmin vaxt perforator gətirmək üçün avtomobildən düşüb getmişdir. O isə gözləmiş və imkan tapan kimi sürücüyə məxsus «Mi Play» markalı mobil telefonu götürmüş qaçıb uzaqlaşmışdır. Həmin telefonu Neftçilər metrostansiyası yaxınlığında telefon mağazasında Şəhriyarın şəxsiyyət vəsiqəsilə 40 manata satmışdır. Lakin qardaşının onun törətdiyi soyğunçuluq cinayətindən xəbəri olmamışdır. 6 may 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, metropolitenin «28 May» stansiyanın yaxınlığında «28 Mall» ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs4 idarə etdiyi «Kia» markalı **-DY-*** dövlət qeydiyyat nişanlı taksiyə yaxınlaşmış, sürücüyə parket ustası olduğunu, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsinə gedib perforator aparatı götürüb geri qayıdacağını bildirmişdir. Taksi sürücüsü ilə xidmət haqqı üçün 17 manata razılaşmış və avtomobilə əyləşmişdir. Yolda söhbət zamanı taksi sürücüsünə laminant ustası olduğunu, Binəqədi rayonunda qardaşının işlədiyini və qardaşından perforator götürmək istədiyini bildirmişdir. Onlar ünvan 9 ünvanına çatmışlar. Orada maşın yolu qurtarmış və yalnız piyadaların hərəkət etməsi üçün ensiz yol olmuşdur. Avtomobilin salonunda mobil telefon olmamışdır. Buna görə də, sürücüyə yalandan qardaşının gecikdiyini bildirmiş və xahiş etmişdir ki, qardaşına məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng etsin. Əslində isə həmin nömrə özünə məxsus olmuşdur. Taksi sürcüsü cibindən «Samsung Galaxy A21» markalı mobil telefonu çıxardarkən o, dərhal telefonu dartıb ondan almış, qaçaraq oradan uzaqlaşmışdır. Sürücü yaşlı olduğundan onun arxasınca çox gələ bilməmişdir. Sonradan həmin mobil telefonu Neftçilərdə tanımadığı şəxsə 130 manata satmışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Astara rayonu, Pensər kəndində qeydiyyatdadır, lakin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, nömrəsiz fərdi həyət evində kirayədə yaşamışdır. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 onun qardaşıdır. Qardaşı Elkiyarın 29 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mercedes E Class» markalı **-EM-*** dövlət qeydiyyat nişanlı «Mercedes» markalı taksi avtomobilində etdiyi soyğunçuluqdan xəbəri olmamışdır. Belə ki, o, avtomobildən düşüb işlədiyi yerdən perforator gətirməyə getmişdir. Bir qədər sonra qardaşı ona zəng edib, taksi sürücüsünün pulunu verib yola saldığını, başqa taksi ilə qayıdacaqlarını bildirmişdir. 2 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 idarə etdiyi «BYD» markalı **-FL-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilindən mobil telefon götürülməsində iştirak etməmiş, bu cinayətlə heç bir əlaqəsi yoxdur. Onun həmin cinayətlərdə heç bir iştirakı olmamışdır. Qardaşı onun şəxsiyyət vəsiqəsindən istifadə etməklə satdığı telefonları dostlarının ona verdiyini bildirmişdir. İbtidai istintaq zamanı adından yazılmış ifadələri təsdiq etmir, onları oxumadan imzalamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təxminən 10 ildir ki, «Mercedes C class» markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, yaşadığı evin yaxınlığında yəni, ünvan 10 ünvanının qarşısında dayanmış, taksi fəaliyyəti ilə məşğul olmaq üçün müştəri gözləmişdir. 30 aprel 2022-ci il tarixdə həmin yerdə müştəri gözləyərkən, saat təxminən 16:00 radələrində Təqsirləndirilən şəxs1 avtomobilə yaxınlaşmışdır. Sonuncu Binəqədi rayonunda yerləşən «Banuçiçək» restoranının arxasına gedib, qayıtmaq istədiyini, parket ustası olduğunu və perforator aparatı götürüb, geri qayıdacağını bildirmişdir. O, xidmət haqqı üçün 13 manat istəmişdir. Elkiyar onunla razılaşıb, avtomobilin qabaq sərnişin hissəsində əyləşmişdir. Sonuncu avtomobilə əyləşdikdən dərhal sonra qapının açıq olmasından istifadə edib, avtomobilin salonunda şitə qoyduğu «Redmi» markalı «6A» modelli **********03225 və **********03233 imei kodlu mobil telefonu götürüb, avtomobildən düşüb, qaçmağa başlamışdır. Elkiyar uzaqlaşdığından onun arxasınca çox gedə bilməmişdir. Mobil telefonun tapılmayacağını düşünüb, polisə məlumat verməmişdir. Hadisə nəticəsində ona cəmi 240 manat ziyan dəymişdir. Hazırda onun telefonu geri qaytarılmış və Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təxminən 10 ildir ki, «Mercedes E class» markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Bakı şəhəri, Xətai rayonu, metronun «Həzi Aslanov» stansiyası yaxınlığında dayanmış, taksi fəaliyyəti ilə məşğul olmaq üçün müştəri gözləmişdir. 29 aprel 2022-ci il tarixdə həmin yerdə dayanarkən saat təxminən 18.30 radələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona məxsus avtomobilə yaxınlaşıb, Binəqədi rayonu, Aydınbəyov küçəsinə gedib, qayıtmaq istədiklərini bildirmişlər. Onlar parket ustası olduqlarını, Binəqədi rayonundan perforator aparatı götürüb, geri qayıdacaqlarını demişlər. O, həmin şəxslərdən xidmət haqqı olaraq 20 manat istəmişdir. Onlar razılaşıb, avtomobilə əyləşmiş və birlikdə qeyd edilən ünvana yola düşmüşlər. Yolda söhbət zamanı onların ləhcəsindən cənub zonasından olduqlarını fikirləşib, Masallıdan olub-olmadıqlarını soruşmuş, onlar da Masallı rayonundan olduqlarını, rayondan təzə gəldiklərini və işlərinin çox olduğunu demişlər. Sonunculardan şübhələndiyi üçün avtomobilin sürətlər qutusunun ötürücüsünün yanına yığdığı 4-5 ədəd 1 manatlıq əskinasları götürüb cibinə qoymuşdur. Saat 19.45-də ünvan 9 ünvanına çatmışlar. Orada maşın yolu qurtarmış və piyadaların hərəkət etməsi üçün ensiz yol olmuşdur. Şəhriyar perforatoru götürüb gələcəyini deyib, düşüb getmişdir. Bu zaman o, avtomobili geri döndərmişdir. Bir qədər sonra Elkiyar da maşından düşüb, avtomobilin arxa qapısını açıq qoymuş və yenidən avtomobilə əyləşmişdir. Sonuncu avtomobilin şitinə qoyduğu «Redmi» markalı **********33342 və **********33359 imei kodlu mobil telefonu götürüb qaçmağa başlamışdır. O, Elkiyarın arxasınca qaçmaq istəsə də sonuncu ondan uzaqlaşdığı üçün avtomobilə qayıtmışdır. Baş vermiş hadisə barədə DİN-nin «102» xidmətinə zəng edib məlumat vermişdir. Ona məxsus avtomobildən «Redmi» markalı **********33342 və **********33359 imei kodlu mobil telefonun soyğunçuluq yolu ilə ələ keçirilməsi nəticəsində ona 170 manat maddi ziyan dəymişdir. Belə ki, mobil telefonun qiyməti 150 manat olmuş, üzərindəki ***-***-**-** saylı mobil nömrənin 5 manata yenisini çıxartmış və mobil telefonun üzərində 15 manatlıq kabro olmuşdur. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə südçülük sovxozu, «Ülvi inşaat» yeni yaşayış massivində fərdi həyət evində ailəsilə birlikdə yaşayır. 15 ildir ki, taksi fəaliyyəti ilə məşğul olur. Özünə məxsus «BYD» markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, metropolitenin «28 May» stansiyasının yaxınlığında yerləşən «LC Waikiki» mağazasının qarşısında dayanıb müştəri gözləyir. 2 may 2022-ci il tarixdə həmin yerdə müştəri gözləyərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun maşınına yaxınlaşıb, Binəqədi rayonu, Aydınbəyov küçəsinə gedib perforator aparatı götürüb geri qayıtmaq istədiklərini bildirmişlər. O, həmin şəxslərdən gedib qayıtmaq üçün 14 manat xidmət haqqı istəmiş və onlar razılaşmışlar. Saat 17:45-də ünvan 9 ünvanına çatmışlar. Orada maşın yolu qurtarmış, piyadalar üçün ensiz yol olmuşdur. Şəhriyar perforatoru götürüb gələcəyini deyib, avtomobildən düşüb getmişdir. Arxada əyləşən Elkiyar isə keçib qabaqda əyləşmişdir. Bir qədər sonra o, siqaret çəkmək üçün avtomobildən düşmüşdür. Bu zaman Elkiyar qəfildən avtomobildə sürətlər qutusunun ötürücüsünün yanında qoyduğu «Mi Play» markalı **********65247 imei kodlu mobil telefonu götürüb, qaçmağa başlamışdır. Sonuncuya çata bilməmiş və hadisə barədə Binəqədi RPİ-nin 4-cü Poİİs Şöbəsinə getmiş, baş vermiş hadisə barədə ərizə ilə şikayət etmişdir. Ona məxsus avtomobildən «Mi Play» markalı **********65247 imei kodlu mobil telefonun soyğunçuluq yolu ilə ələ keçirilməsi nəticəsində ona 90 manat maddi ziyan dəymişdir. Belə ki, mobil telefonun qiyməti 60 manat olmuş, üzərindəki ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin hər birini 5 manata ümumilikdə 10 manata yenisini çıxartdırmış və mobil telefonun üzərində 20 manatlıq da üzlük yəni, kabro olmuşdur. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində görünür ki, ünvan 11 ünvanında yaşamışdır. Təxminən 10 ildir ki, «Kia Cerato» markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Bakı şəhəri, Nəsimi rayonu, metropolitenin «28 May» stansiyanın yaxınlığında yerləşən «28 Mall» ticarət mərkəzinin qarşısında dayanıb, müştəri gözləyir. 6 may 2022-ci il tarixdə saat 18.30 həmin yerdə müştəri gözləyərkən Təqsirləndirilən şəxs1 ona məxsus avtomobilə yaxınlaşıb, Binəqədi rayonu, Aydınbəyov küçəsinə gedib qayıtmaq istədiyini, parket ustası olduğunu və həmin yerdən perforator aparatı götürüb geri qayıdacağını bildirmişdir. Onlar xidmət haqqını danışıb 17 manata razılaşmışlar. Elkiyar ona məxsus avtomobilin qabaq sərnişin hissəsində əyləşmişdir. Saat 19 radələrində Binəqədi rayonu, Aydınbəyov küçəsi, döngə 1 ünvanına çatmışlar. Orada yol sona çatmış və piyada şəxslərin hərəkət etməsi üçün ensiz yol olmuşdur. O, avtomobili saxladıqdan sonra Elkiyar ondan qardaşına məxsus ***-***-**-** saylı mobil nömrəni yığmasını xahiş etmişdir. O, cibindən «Samsung Galaxy A21» markalı **********93972 imei kodlu mobil telefonu çıxarıb, qeyd edilən nömrəyə zəng etmək istəyərkən Elkiyar onun əlindən mobil telefonu dartıb almış və oradan qaçmağa başlamışdır. Sonuncu bərk qaçdığından ona çata bilməmişdir. Avtomobilə qayıdıb, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə getmiş və ərizə yazaraq şikayət etmişdir. Ona məxsus «Samsung Galaxy A21» markalı **********93972 imei kodlu mobil telefonun soyğunçuluq yolu ilə ələ keçirilməsi nəticəsində ona 430 manal məbləğində maddi ziyan dəymişdir. Belə ki, mobil telefonun qiyməti 400 manat olmuş, üzərindəki ***-***-**-** saylı mobil nömrəni 5 manata yenisini çıxartmış və mobil telefonun üzərində 25 manatlıq kabro olmuşdur. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs5 ifadəsində görünür ki, ünvan 12 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2 avqust 2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı evin qarşısında küçədə olarkən, iki nəfər şəxsin onun evinin yaxınlığında küçədə dayandıqlarını görüb, onlarla söhbət etməyə başlamışdır. Söhbət əsasında həmin şəxslərə evini göstərib tək yaşadığını və pensiyaçı olduğunu bildirmişdir. Bir qədər sonra o, həyətdən bir ədəd stul gətirib küçədə əyləşmişdir, həmin vaxtı mənzilin və həyətin giriş qapıları açıq vəziyyətdə olmuşdur. Küçəyə çıxdıqdan sonra isə həmin şəxslərin orada olmadıqlarını görmüşdür. İki gündən sonra 4 avqust 2021-ci il tarixdə evin yataq otağındakı stulun üstünə qoyduğu şalvarının cibinə baxdıqda əvvəlcədən orada saxladığı 400 manat pulun yerində olmadığını aşkar etmişdir. Əvvəlcə pulun oğurlanmasından şübhələnmədiyi üçün bu barədə polisə müraciət etməmiş, bir neçə gün evi axtarsa da, pulu tapa bilməmişdir. Həmçinin sonradan ona məxsus bank hesabında 396 manat pul olan "xxxx" ASC-nin bir ədəd plastik kartının da yataq otağındakı televizorun yanında saxladığı yerdə olmadığını görmüşdür. Pulunun və pensiya kartının oğurlandığını düşünüb 24 avqust 2021-ci il tarixdə hadisə barədə Suraxanı RPİ-nin 32-ci PB-nə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 796 manat maddi ziyan dəymişdir. Bundan sonra Kapital Bank» ASC-nə müraciət etmiş və ona pensiya kartından 17 avqust 2021-ci il tarixdə Binəqədi rayonu, A.Hüseynov küçəsində yerləşən «Oba Market» mağazasındakı terminal vasitəsilə 396 manat pulun çıxarıldığı bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. Bölməyə Təqsirləndirilən şəxs1 narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Odur ki, onun və bölmənin digər əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 13 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saat 11:00 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» yaşayış massivi, 4-cü döngə ünvanının qarşısında Təqsirləndirilən şəxs1 onlar tərəfindən saxlanılmış və bölməyə aparılmışdır. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra onun və polis leytenantı Şahid2 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarın sağ cibindən bir ədəd boz rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən kağız bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş içərisində narkotik vasitə olan bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanmış və möhürlənmişdir. Sonda keçirilmiş tədbirin nəticələrini özündə əks etdirən protokol tərtib olunmuş, iştirakçılara oxunduqdan sonra imzalanmışdır. Təqsirləndirilən şəxs1 saxlanılarkən və bölmədə olduğu zaman ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, ünvan 14 ünvanında yaşayır. 10 may 2022-ci il tarixdə metropolitenin Nefçilər stansiyasının yaxınlığındakı telefon mağazalarının birindən 65 manata «Mi» markalı mobil telefon almışdır. Həmin mobil telefonu qohumu X5 adına olan ***-***-**-** saylı mobil nömrə ilə istifadə etmişdir. Mobil telefonu alıb, istifadə edərkən oğurluq olmasından xəbərsiz olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, E.İsmayılov küçəsi, ev 102, mənzil 131 ünvanında ailəsi ilə birlikdə yaşayır. 1 may 2022-ci il tarixdə metropolitenin Nefçilər stansiyasının yaxınlığında yerləşən telefon mağazasından 50 manata «Redmi 6A» mobil telefonu almışdır. Həmin mobil telefonu özünə məxsus ***-***- **-** saylı mobil nömrə ilə istifadə etmişdir. Mobil telefonu alıb, istifadə edərkən oğurluq olmasından xəbərsiz olmuşdur. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid3 ifadəsində görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, fərdi həyət evində ailəsilə birlikdə yaşayır. 2016-cı ildən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74-də yerləşən «Bakcell» telefon mağazasını işlədir. Mağazada işlənmiş mobil telefonların satışı ilə də məşğul olmuşdur. 2 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 onun işlətdiyi mağazaya gəlib, göy rəngli **********65239 imei kodlu «Mi Play» markalı mobil telefonu adapteri ilə birlikdə satmaq istədiyini bildirmişdir. Sonuncu telefonun özünə məxsus olmasını, pula ehtiyacı olduğundan satmaq istədiyini demişdir. O, telefona baxaraq işlək vəziyyətdə olduğunu, içərisində ***-***-**-** saylı mobil nömrəsi olduğunu görmüşdür. Telefon nömrəsini çıxardıb Şəhriyara qaytarmış, sonuncu 2,5,8,0 rəqəmlərini yığaraq telefonun kilidini açmışdır. Müvafiq sənəd tərtib edərək Şəhriyarın şəxsiyyət vəsiqəsinin kserosurətini, mobil telefonun marka və modelini, imei kodunu, telefonun ona satıldığı tarixi əlavə edərək sonuncuya imzalatdırmışdır. Telefonu 40 manata almış, həmin gün və ya səhəri müştəriyə 65 manata satmışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid4 Rəhim oğlunun ifadəsində görünür ki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, fərdi həyət evində yaşayır. 2014-cü ildən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74-də yerləşən «Mehman Telecom» telefon mağazasını işlədir. Mağazada işlənmiş mobil telefonların satışı ilə məşğul olmuşdur. 30 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 mağazaya yaxınlaşıb, qara rəngli **********03225 və **********03233 imei kodlu «Redmi 6» markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Sonuncu özünə məxsus telefonu pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. Telefona baxmış, işlək vəziyyətdə olduğunu və sol üst hissəsindən aşağıya doğru ləkə olduğunu görmüşdür. Mobil telefonun içərisində ***-***-**-** mobil nömrə olmuşdur. Həmin nömrəni mobil telefondan çıxarıb, Şəhriyara qaytarmışdır. Sonuncu «L» hərfinə oxşar şifrədən istifadə etməklə telefonun kilidini açmışdır. O, müvafiq sənəd tərtib etmiş, belə ki, Şəhriyarın şəxsiyyət vəsiqəsinin kserosurətini, mobil telefonun marka və modelini, imei kodlarını, telefonu ona satmış şəxsin imzasını, mobil telefonun ona satıldığı tarixi əlavə etmişdir. O, həmin gün və ya səhəri gün mobil telefonu xatırlamadığı müştəriyə 50 manata satmışdır. İşin 2-ci cildinin 82-87-ci vərəqlərindəki materialların məhkəmə ekspertizasının 13 sentyabr 2021-ci il tarixli 6/4028 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş,üzərində: «şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs1» yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,350 qr qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. İşin 2-ci cildinin 127-128-ci vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 29 sentyabr 2021-ci il tarixli 3662 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. İşin 3-cü cildinin 96-99-cu məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 iyul 2022-ci il tarixli 9/5372 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcələri nəzərə alınmaqla 2022-ci ilin aprel-may aylarına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 200 manat müəyyən edilir. İşin 3-cü cildinin 241-243-cü vərəqlərindəki məhkəmə-psixiatrik ekspertizasının 27 avqust 2022-ci il tarixli 2302 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. X1 qeyd olunan cinayəti törətdiyi vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altma düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşin 3-cü cildinin 244-245-ci vərəqlərindəki məhkəmə-psixiatrik ekspertizasının 27 avqust 2022-ci il tarixli 2303 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 qeyd olunan cinayəti törətdiyi vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşin 1-ci cildinin 5-7-ci vərəqlərindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə sonuncuya qarşı soyğunçuluq faktı ilə bağlı hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin ünvan 15 ünvanı olduğu və hadisə baş verən ərazinin yaxınlığında müşahidə kamerasının olmadığı müəyyən edilmişdir. İşin 1-ci cildinin 54-57-ci vərəqlərindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə sonuncuya qarşı soyğunçuluq faktı ilə bağlı hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin ünvan 16 ünvanı olduğu müəyyən edilmiş və hadisə baş verən ərazinin yaxınlığında müşahidə kamerasının olmadığı müəyyən edilmişdir. İşin 1-ci cildinin 86-89-cu vərəqlərindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 iştirakı ilə sonuncuya qarşı soyğunçuluq faktı ilə bağlı hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin ünvan 17 ünvanı olduğu müəyyən edilmişdir. İşin 1-ci cildinin 68-71-ci vərəqlərindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 iştirakı ilə sonuncuya qarşı soyğunçuluq faktı ilə bağlı hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin ünvan 16 ünvanı olduğu müəyyən edilmişdir. İşin 2-ci cildinin 14-17-ci vərəqlərindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 iştirakı ilə sonuncuya qarşı oğurluq faktı ilə bağlı hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin ünvan 18 ünvanı olduğu müəyyən edilmişdir. İşin 1-ci cildinin 103-107-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və hadisə yerinə baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə 2 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 qarşı soyğunçuluq edərək ələ keçirdikləri «Xiaomi» markalı «Mi Play» modelli mobil telefonu Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında satdığı «Bakcell» telefon mağazasını göstərmiş və həmin telefon mağazasına mobil telefonu satan zaman üzərində imza və qeydlər aparılan Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsinin surəti götürülmüşdür. İşin 1-ci cildinin 108-111-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 iştirakı ilə hadisə yerinə keçirilmiş baxış zamanı sonuncu qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə 30 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq edərək ələ keçirdikləri «Redmi» markalı «6A» modelli mobil telefonu Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında satdığı «Mehman Telekom» telefon mağazasını göstərmiş və həmin telefon mağazasına mobil telefonu satan zaman üzərində imza və qeydlər aparılan Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsinin sürəti götürülmüşdür. İşin 1-ci cildinin 42-43-cü vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı vermiş olduğu ifadəsini dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması keçirilərkən Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanını göstərərək 30 aprel 2022-ci il tarixdə saat 10 radələrində həmin yerdə Zərərçəkmiş şəxs1 məxsus «Redmi» markalı «6A» modelli mobil telefonu götürüb qaçaraq soyğunçuluq etdiyi yeri əyani şəkildə göstərərək istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. İşin 1-ci cildinin 212-214-cü vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 ünvan 20 ünvanını göstərərək 29 aprel 2022-ci il tarixdə saat 18.30-da qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin yerdə Zərərçəkmiş şəxs2 məxsus «Redmi» markalı mobil telefonu alaraq qaçdıqları yeri, 2 may 2022-ci il tarixdə saat 17.00-da qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin yerdə Zərərçəkmiş şəxs3 məxsus «Xiaomi» markalı «Mi Play» modelli mobil telefonu alaraq qaçdıqları yeri, 06 may 2022-ci il tarixdə saat 18.30-da həmin yerdə Zərərçəkmiş şəxs4 məxsus «Samsung Galaxy» markalı «A21» modelli mobil telefonu alaraq qaçdığı yeri əyani şəkildə göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İşin 1-ci cildinin 215-217-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması zamanı o, ünvan 16 ünvanını göstərərək 29 aprel 2022-ci il tarixdə saat 18.30-da qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin yerdə Zərərçəkmiş şəxs2 məxsus «Redmi» markalı mobil telefonu alaraq qaçdıqları yeri, 2 may 2022-ci il tarixdə saat 17.00-da qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin yerdə Zərərçəkmiş şəxs3 məxsus «Xiaomi» markalı «Mi Play» modelli mobil telefonu alaraq qaçdıqları yeri əyani şəkildə göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İşin 2-ci cildinin 198-201-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı sonuncu ünvan 21 ünvanını göstərərək 2 avqust 2021-ci il tarixdə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxş halında həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs5 məxsus evdən oğurluq etdiyi yeri əyani şəkildə göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İşin 2-ci cildinin 202-204-cü vərəqlərindəki protokoldan görünür ki, təqsirləndirilən şəxs X3 ifadəsinin yerində yoxlanılması zamanı o, ünvan 22 ünvanını göstərərək 2 avqust 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs5 məxsus evdən oğurluq etdiyi yeri əyani şəkildə göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İşin 2-ci cildinin 205-206-cı vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsində yerləşən «OBA» marketin qarşısında olan «Kapital» banka məxsus ödəmə terminalını göstərərək 2 avqust 2021-ci il tarixdə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 məxsus evdən oğurluq etdiyi zaman gizli taladıqları «Kapital» banka məxsus pensiya kartından 17 avqust 2021-ci il tarixdə həmin bankomatdan 396 manat pul çıxardıqları yeri əyani şəkildə göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İşin 1-ci cildinin 21-23-cü vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş və tanınma zamanı zərəçəkmiş şəxs ona təqdim edilmiş 4 nəfər şəxs arasından Təqsirləndirilən şəxs1 tanıyaraq həmin şəxsin 30 aprel 2022-ci il tarixdə ona qarşı soyğunçuluq etmiş şəxs olduğunu bildirmişdir. İşin 1-ci cildinin 197-199-cu vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilmiş və tanınma zamanı zərəçəkmiş şəxs ona təqdim edilmiş 4 nəfər şəxs arasından Təqsirləndirilən şəxs2 tanıyaraq həmin şəxsin 2 may 2022-ci il tarixdə ona qarşı soyğunçuluq etmiş şəxs olduğunu bildirmişdir. İşin 1-ci cildinin 200-202-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş və tanınma zamanı zərəçəkmiş şəxs ona təqdim edilmiş 4 nəfər şəxs arasından Təqsirləndirilən şəxs2 tanıyaraq həmin şəxsin 29 aprel 2022-ci il tarixdə ona qarşı soyğunçuluq etmiş şəxs olduğunu bildirmişdir. İşin 1-ci cildinin 203-205-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 tanınmaya təqdim edilmiş və tanınma zamanı zərəçəkmiş şəxs ona təqdim edilmiş 4 nəfər şəxs arasından Təqsirləndirilən şəxs1 tanıyaraq həmin şəxsin 6 may 2022-ci il tarixdə ona qarşı soyğunçuluq etmiş şəxs olduğunu bildirmişdir. İşin 1-ci cildinin 206-208-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş və tanınma zamanı zərəçəkmiş şəxs ona təqdim edilmiş 4 nəfər şəxs arasından Təqsirləndirilən şəxs1 tanıyaraq həmin şəxsin 29 aprel 2022-ci il tarixdə ona qarşı soyğunçuluq etmiş şəxs olduğunu bildirmişdir. İşin 1-ci cildinin 209-211-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilmiş və tanınma zamanı zərəçəkmiş şəxs ona təqdim edilmiş 4 nəfər şəxs arasından Təqsirləndirilən şəxs1 tanıyaraq həmin şəxsin 2 may 2022-ci il tarixdə ona qarşı soyğunçuluq etmiş şəxs olduğunu bildirmişdir. İşin 2-ci cildinin 75-77-ci vərəqlərindəki 13 sentyabr 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildikdə, Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan boz rəngli siqaret kağızına bükülmüş bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək, həmin maddəni 13 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində adını bilmədiyi şəxsdən 20 manat məbləğində pula aldığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd boz rəngli siqaret kağızına bükülmüş bükümü açdıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd boz rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan narkotik vasitə heroinə bənzər maddə qablaşdırılaraq DİN-nin «Zərflər üçün» 196 saylı möhürü ilə möhürlənmişdir. İşin 2-ci cildinin 118-ci vərəqindəki «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesinin videoçəkilişinin görüntü faylları olan 1 ədəd diskə baxış keçirilmiş və baxış zamanı istintaq üçün sübut əhəmiyyəti kəsb edən aşağıdakı hallar müəyyən olunmuşdur: Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildikdə, Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan boz rəngi, siqaret kağızına bükülmüş bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək, həmin maddəni 13 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində adını bilmədiyi şəxsdən 20 manat məbləğində pula aldığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd boz rəngli siqaret kağızına bükülmüş bükümü açdıqda içərisində narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd boz rəngli, siqaret kağızına bükülmüş bükümün içərisində olan narkotik vasitə olan heroinə bənzər maddə qablaşdırılaraq DİNnin «Zərflər üçün» 196 saylı möhürü ilə möhürlənmiş və götürülmüşdür. İşin 3-cü cildinin 48-50-ci vərəqlərindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus **********65239 və **********65247 imei kodlu «Xiaomi» markalı «Mi Play» modelli mobil telefon iş üzrə şahid qismində dindirilmiş Şahid5 götürülmüşdür. İşin 3-cü cildinin 77-79-cu vərəqlərindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus **********03225 və **********03233 imei kodlu «Redmi» markalı «6A» modelli mobil telefon iş üzrə şahid qismində dindirilmiş Şahid6 götürülmüşdür. İşin 3-cü cildinin 179-180-ci vərəqlərindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus **********65239 və **********65247 imei kodlu «Xiaomi» markalı «Mi Play» modelli mobil telefonu ona tanınmaya təqdim edilmiş 4 ədəd mobil telefonun içərisindən tanımışdır. İşin 4-cü cildinin 13-14-cü vərəqlərindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus **********03225 və **********03233 imei kodlu «Redmi» markalı «6A» modelli mobil telefonu ona tanınmaya təqdim edilmiş 4 ədəd mobil telefonun içərisindən tanımışdır. İşin 3-cü cildinin 195-206-cı vərəqlərindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus "xxxx"ın ******************** saylı bank kartından xx.xx.2021-ci il tarixdə saat 14.10-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsində yerləşən «Oba» marketdə yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan 396 manat pulu məxaric edən 2 nəfər şəxsin görüntüləri olan 1 ədəd CD disk "xxxx" ASC-dən götürülmüşdür. Həmin CD diskdəki videogörüntü fayllarına iş üzrə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı sonuncu həmin görüntülərdəki şəxslərin onun özü və onunla birlikdə həmin oğurluq cinayətini törədən X6 olduğunu bildirmişdir. İşin 3-cü cildinin 266-268-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən kimlərlə telefon əlaqəsi yaradılması, münasibətdə olduğu şəxslərin əhatə dairəsini müəyyən etmək üçün Binəqədi rayon məhkəməsinin 09 avqust 2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskə Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə və həmin mobil nömrədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, eləcə də iş üçün əhəmiyyət kəsb edən hər hansı sms yazışmasının olmadığı müəyyən edilmişdir. İşin 4-cü cildinin 20-51-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan bir ədəd disk, Zərərçəkmiş şəxs5 məxsus "xxxx"a məxsus ******************** saylı bank kartından xx.xx.2021-ci il tarixdə saat 14.10-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsində yerləşən «Oba» marketdə yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan 396 manat pulu məxaric edən Təqsirləndirilən şəxs1 və X3 görüntülərini özündə əks etdirən bir ədəd CD disk, Zərərçəkmiş şəxs3 məxsus **********65239 və **********65247 imei kodlu «Xiaomi» markalı «Mi Play» modelli mobil telefon, Zərərçəkmiş şəxs1 məxsus **********03225 və **********03233 imei kodlu «Redmi» markalı «6A» modelli mobil telefon, maddi sübut kimi tanınmış, disk cinayət işinin materiallarına əlavə edilmiş, mobil telefonlar isə sahiblərinə qaytarılmışdır. İşin 2-ci cildinin 136-138-ci vərəqlərindəki 04 noyabr 2021-ci il tarixli «maddi sübut kimi tanınma haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2,350 (tədqiqatından sonrakı qalıq 2,250) qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Suraxanı RPİ-nin MSK-na təhvil verilmişdir. İşin 3-cü cildinin 26-27-ci vərəqlərindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 3-cü cildinin 24-25 və 52-59-cu vərəqlərindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşdəki Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə təcridxanaya gətirilmiş və müayinə zamanı sol qulaq seyvanında tünd bənövşəyi rəngli qançır müşahidə olunmuşdur. İşin 2-ci cildinin 58-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cildinin 114-115-ci vərəqlərindəki qərardan görünür ki, 15 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 162-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 07 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 259-263-cü vərəqlərindəki Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 9 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 7 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 186-cı vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 07 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 264-268-ci vərəqlərindəki Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 09 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 07 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşin 4-cü cildinin 1-6-cı vərəqlərindəki Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr və 12 dekabr 2022-ci il tarixli qərarları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 isə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İşdəki Zərərçəkmiş şəxs1 təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. İşdəki Zərərçəkmiş şəxs2 təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur, məhkəmədən onlara yüngül cəza təyin edilməsini xahiş edir. İşdəki Zərərçəkmiş şəxs3 təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslərlə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur, məhkəmədən onlara yüngül cəza təyin edilməsini xahiş edir. İşdəki Zərərçəkmiş şəxs5 təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur, onlara təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. İşdəki doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2017-ci il təvəllüdlü Zülfüqarzadə Cəsur adlı bir azyaşlı uşağı vardır. İşdəki Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X7 Birliyinin vəsiqəsinin (Mİ № 006921) surətindən görünür ki, Təqsirləndirilən şəxs2 müharibə iştirakçısıdır. İşdəki Azərbaycan Respublikası TƏBİB «Oğuz Rayon Mərkəzi Xəstəxanası» X9 arayışından görünür ki, Təqsirləndirilən şəxs2 cəbhə bölgəsində yaralanaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək «Barotravma. Sağ bilək sümüyünün sınığı» diaqnozu ilə stasionar müalicədə olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, 13 sentyabr 2021ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,350 qram narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamışdır. Məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən görünür ki, o, üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində də üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisini mübahisələndirməsinə baxmayaraq onu şəxsi istifadəsi üçün əldə etdiyini qeyd etmişdir. «Narkotik vasitələrin, narkotik vasitələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya narkotik vasitələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işinin materialları, habelə məhkəmə baxışında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş üç ədəd bükümdə narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin onun tərəfindən çəkilib xırda bağlamalara bükülərək satış üçün hazırlanması təsdiq olunmadı. Eyni zamanda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə dair məlumatların olduğu bir ədəd diskə baxış zamanı da onun narkotik vasitələrin satışı ilə məşğul olmasına işarə edən hər-hansı sübut aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin məhz onun tərəfindən çəkilib xırda bağlamalara bükülməsi də təsdiqini tapmadı. Göründüyü kimi, məhkəmə araşdırmaları ilə Təqsirləndirilən şəxs1 satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib, daşımaqla saxlaması sübuta yetirilmədi. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və protokollardan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,350 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlamışdır. Buna baxmayaraq istintaq orqanı yalnız aşkar olunmuş narkotik vasitənin külli miqdar təşkil etməsini və onun xırda bağlamalardan ibarət olmasını əsas götürərək, heç bir mötəbər sübuta əsaslanmadan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüşdür. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsi qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,350 qram narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması sübuta yetmədi. Müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 13 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,350 qram narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamışdır. Ona görə də, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci tövsif edilməli, o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.3-1, 180.2.1, 180.2.2 və 234.1-1-ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmədə təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs1 məhkəmədə elan edilmiş ittihamlar üzrə üzrə özünü qismən təqsirli bilərək saxlanılarkən üzərində 0,5 qram narkotik vasitə heroin olduğunu və soyğunçuluq cinayətlərinin törədilməsində qardaşı Təqsirləndirilən şəxs2 iştirak etmədiyini bildirdi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri, məhkəmədə dindirilmiş və tədqiq edilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Təqsirləndirilən şəxs2 isə məhkəmədə elan edilmiş Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2-ci maddələri ilə özünü təqsirli bilməyərək cinayət törətmədiyini bildirdi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri, məhkəmədə dindirilmiş və tədqiq edilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadələrinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.3-1, 180.2.1, 180.2.2 və 234.1-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə tövsif olunmalı, onlar həmin maddələrlə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən haldır. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olması və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs2 müharibə iştirakçısı olmaqla cəbhə bölgəsində yaralanmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.3-1, 180.2.1, 180.2.2 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplama yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 13 sentyabr 2021-ci il tarixdən 15 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 7 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs2 qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 7 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2,350 (tədqiqatından sonrakı qalıq 2,250) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs3 məxsus **********65239 və **********65247 imei kodlu «Xiaomi» markalı «Mi Play» modelli mobil telefon, Zərərçəkmiş şəxs1 məxsus **********03225 və **********03233 imei kodlu «Redmi» markalı «6A» modelli mobil telefonların sahiblərinə qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan bir ədəd disk, Zərərçəkmiş şəxs5 məxsus "xxxx"a məxsus ******************** saylı bank kartından xx.xx.2021-ci il tarixdə saat 14.10-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsində yerləşən «Oba» marketdə yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan 396 manat pulu məxaric edən Təqsirləndirilən şəxs1 və X3 görüntülərini özündə əks etdirən bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan materialların məhkəmə ekspertizasına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs1 dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.3-1, 180.2.1, 180.2.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. CM-nin 177.2.1, 177.2.3, 177.2.3-1-ci maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.2.1, 180.2.2-ci maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplama yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən 13 sentyabr 2021-ci il tarixdən 15 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 7 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.5-ci maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 7 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2,350 (tədqiqatından sonrakı qalıq 2,250) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Zərərçəkmiş şəxs3 məxsus **********65239 və **********65247 imei kodlu «Xiaomi» markalı «Mi Play» modelli mobil telefon, Zərərçəkmiş şəxs1 məxsus **********03225 və **********03233 imei kodlu «Redmi» markalı «6A» modelli mobil telefonların sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan bir ədəd disk, Zərərçəkmiş şəxs5 məxsus "xxxx"a məxsus ******************** saylı bank kartından xx.xx.2021-ci il tarixdə saat 14.10-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsində yerləşən «Oba» marketdə yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan 396 manat pulu məxaric edən Təqsirləndirilən şəxs1 və X3 görüntülərini özündə əks etdirən bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan materialların məhkəmə ekspertizasına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs1 dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-108/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-108/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver