Məhkəmə qərarları › İş №1(101)-1080/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1080/2021

27.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1080/2021 27.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibləri İbayeva- X2 və X3 qızı Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları: Dövlət ittihamçısı və X5 Zərərçəkmiş şəxs, mülki iddiaçı - Zərərçəkmiş şəxs Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1960-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanıda qeydiyyatında olmaqla yaşayan, əvvəllər məhkum olunmamış, barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs öz qudası Şahid3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 58/37 ünvanda yerləşən 73 kv. metrlik qeyriyaşayış sahəsinin 90000 (doxsan min) manata alınmasında köməklik göstərəcəyinə dair vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 15 yanvar 2019-cu il tarixdə saat 14 radələrində ünvan 2 ünvanda yerləşən 43 saylı Notariat kontorunun qarşısında həmin dövrün məzənnəsi ilə 5100 (beş min bir yüz) manat təşkil edən 3000 (üç min) ABŞ dolları pulunu, 20 yanvar 2019-cu il tarixdə saat 15 radələrində Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 4/66, mənzil 48 ünvanda həmin dövrün məzənnəsi ilə 25500 (iyirmi beş min beş yüz) manat təşkil edən 15000 (on beş min) ABŞ dolları pulunu, 25 yanvar 2019-cu il tarixdə saat 10 radələrində yenə həmin ünvanda həmin dövrün məzənnəsi ilə 42500 (qırx iki min beş yüz) manat təşkil edən 25000 (iyirmi beş min) ABŞ dolları pulunu, ümumilikdə 73100 (yetmiş üç min bir yüz) manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, iş üzrə Zərərçəkmiş şəxs 2018-ci ilin noyabr ayından tanıyır və aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Zərərçəkmiş şəxslə tanışlığı Bakı şəhərində kirayə mənzil götürməsi ilə əlaqədar olmuşdur. Belə ki, o zaman o, öz oğlu Ziya Həziyevi evləndirmək üçün kirayə mənzil axtarmış, onun kirayədə yaşadığı ünvan 3 ünvanda yerləşən bina ilə üzbəüz binada ev alqı-satqı ofisinə yaxınlaşıb kirayə evlərlə maraqlanarkən orada Ələmdar adlı ofisdə işləyən makler ilə tanış olmuşdur. Ələmdər ona dörd otaqlı kirayə mənzil olduğunu bildirmiş və onlar ünvan 11 ünvanda yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən dörd otaqlı mənzili ayı 350 manata kirayəyə götürərək orada yaşamağa başlamışlar. Həmçinin o zaman o, həmin mənzili almaq istəmiş və bununla bağlı Ələmdar ilə söhbət edən zaman sonuncu ona həmin mənzilin yaxın tanışı olmaqla o zaman Moskva şəhərində yaşayan Zərərçəkmiş şəxslə ona məxsus olmasını bildirmişdir. 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs Moskvadan Bakı şəhərinə gəlmiş və onunla görüşüb tanış olduqdan sonra həmin kirayə götürdükləri mənzili altı aydan sonra 135000 manata alqı-satqı edəcəkləri barədə razılaşmış, lakin maddi çətinlikləri olduğuna görə həmin mənzili ala bilməmişdir. Beləliklə, o zaman onun Zərərçəkmiş şəxslə yaxın münasibətləri yaranmış, sonuncu mənzillərin alqı-satqısı işləri üzrə makler işlədiyinə görə onun işlədiyi ofisə gedib-gəlmişdir. Zərərçəkmiş şəxslə tanışlığı yaranandan sonra, yəni 2018-ci ilin dekabr ayında öz qudası Şahid3 ona özünə məxsus olmaqla ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış obyektini satmaq istədiyini ona demişdir. O isə qudası Kamala İlham adlı tanış makler olduğunu, həmin şəxslə onu tanış edə biləcəyini və həmin adamla öz obyektinin alqı-satqısı ilə bağlı söhbət edə biləcəyini demişdir. Qudası Şahid3 buna razılıq verdikdən sonra o, onları tanış etmiş və Zərərçəkmiş şəxslə onun qudası Kamal həmin obyektin alıq-satqısı barədə öz aralarında söhbət etmiş, lakin qiymətlə bağlı ümumi razılığa gələ bilməmişlər. Belə ki, makler Zərərçəkmiş şəxs həmin obyekti 90000 manata almaq istəmiş, qudası Şahid3 isə həmin obyekti 95000 manata satmaq istədiyini bildirmişdir. O zaman Zərərçəkmiş şəxslə onun münasibətləri yarandığına görə o, qudası Kamalla danışıb sonuncuya İlhamın ilkin olaraq hansı məbləğdə istəsə beh pul verə biləcəyini demişdir. Qudası Kamal isə bununla bağlı İlhamla danışmasını ona demişdir, buna görə də onun özü həmin məsələ ilə bağlı Zərərçəkmiş şəxslə söhbət etmiş və son nəticədə İlhamın həmin obyekti 90000 manata alması barədə qudası Kamalı razı salmışdır. Bundan sonra İlham ilkin beh pulu olaraq 2019-cu ilin yanvar ayının ortalarında ona 10000 ABŞ dolları vermişdir. Həmin pulun 3000 ABŞ dollarını İlham ona borc olaraq vermiş, qalan 7000 ABŞ dolları pulu isə Kamala verməyini ondan xahiş etmişdir. O İlhamdan aldığı həmin puldan 7000 ABŞ dolları pulu Kamala vermişdir. Həmçinin o zaman İlhamla zəng vuraraq onun Kamalla danışmasına şərait yaratmış, öz növbəsində qudası Kamal İlhamla telefonda danışaraq 7000 ABŞ dolları pulu ondan qəbul etmişdir. Bundan sonrakı dövrdə İlham aldığı həmin obyektə görə yerdə qalan pulu onun iştirakı olmadan onun qudası Kamala verərək həmin obyekti öz adına sənədləşdirmişdir. Onu da bildirmək istəyir ki, bundan sonrakı onun özünün maddi problemləri olduğuna görə hissə-hissə olmaqla 2019-cu ilin yanvar ayı ərzində Zərərçəkmiş şəxs cəmi 43600 ABŞ dolları pul almışdır. Lakin, maddi imkansızlığı ucbatından hal-hazırki vaxta qədər ona olan borcunu qaytara bilməmişdir. Onun Zərərçəkmiş şəxs aldatmaq niyyəti olmamış və buna görə də ona qarşı dələduzluq edərək onun pulunu ələ keçirməkdə özünü təqsirli hesab etmir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxslə o, 2018-ci ilin noyabr ayında ünvan 11 ünvanda yerləşən 9 mərtəbəli binada yerləşən dörd otaqlı mənzili kirayə götürməsi ilə bağlı tanış olmuşdur. Zərərçəkmiş şəxslə onun heç bir qohumluq əlaqəsi və həmçinin onunla dost münasibətlərində olmamışdır. Lakin, adi bir tanış kimi İlhamla tanış olduqları bir-iki ay ərzində yaxşı münasibətləri yaranmışdır. Onun özü o zaman hər-hansı bir məsul vəzifədə işləməmiş və Zərərçəkmiş şəxslə tanış olan zaman yaxın bir zamanda Xaçmaz rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunacağını deməmiş və bu barədə Zərərçəkmiş şəxs dediklərini təsdiq etmir. Şahid3 məxsus həmin qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı həqiqətən o, 15 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 43 saylı Notariat kontorunun qarşısında 10000 ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs almışdır. Lakin, həmin məbləğdə pulu o, Zərərçəkmiş şəxs həmin qeyri-yaşayış sahəsini sənədləşdirəcəyi adı ilə yox, həmin obyektə görə bir beh kimi ondan almışdır. Həmin məbləğdə pulu İlhamdan həmin obyektin sənədləşməsi üçün götürdüyü bərədə sonuncunun dediklərini təsdiq etmir. Zərərçəkmiş şəxs ilkin olaraq 10000 ABŞ dolları məbləğində pul aldıqdan sonrakı dövrdə əlavə olaraq, 20 yanvar 2019-cu il tarixdə ondan 15000 ABŞ dolları, 25 yanvar 2019-cu il tarixdə 25000 ABŞ dolları pulunu və beləliklə 2019-cu ilin yanvar ayı ərzində Zərərçəkmiş şəxs cəmi 50000 ABŞ dolları məbləğində pul aldığı barədə sonuncunun deydiklərini təsdiq edir. Lakin, həmin əlavə olaraq almış olduğu 40000 ABŞ dolları məbləğində pulu o, Zərərçəkmiş şəxs həmin qeyri-yaşayış sahəsini sənədləşdirilməsi adı ilə yox, yaxın bir tanış kimi ondan özü üçün borc kimi almışdır. Həmin pulları ona Şahid3 məxsus həmin qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı verdiyi barədə Zərərçəkmiş şəxs dediklərini təsdiq etmir. Öz qudası qudası Şahid3 məxsus ünvan 5 ünvanda yerləşən 73 kv. metrlik qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı onun özünün heç bir şəxsi marağı olmamışdır. Həmin qeyri-yaşayış sahəsinin öz qudası Şahid3la birlikdə şərikli satdıqları barədə o, Zərərçəkmiş şəxs bir söz deməmişdir. Həmin qeyri-yaşayış sahəsi öz qudası Şahid3la məxsus olmuş və o, yalnız həmin obyektin satılması işində qudası Kamala köməklik etmək istəmişdir. 2019-ci ilin oktyabr ayında o, Zərərçəkmiş şəxs sonuncunun alqı-satqı ofisində ondan borc olaraq əlavə 1000 manat götürmüş və öz aralarında razılaşaraq həmin borcu 600 ABŞ dolları kimi hesablamışlar. Yuxarıda göstərdiyi kimi 2019-cu ilin yanvar ayının 15-də o, Zərərçəkmiş şəxs aldığı 10000 ABŞ dolları puldan özünə 3000 ABŞ dolları pul götürmüş, qalan 7000 ABŞ dolları pulu isə qudası Şahid3 vermiş və bu barədə Zərərçəkmiş şəxs məlumatı olmuşdur. Beləliklə, onun Zərərçəkmiş şəxs 50000 ABŞ dolları deyil, cəmi 43600 ABŞ dolları pul borcu yaranmışdır. Lakin, maddi imkanı olmadığına görə həmin pulu ona qaytara bilməmişdir. Onun Zərərçəkmiş şəxs aldadaraq onun pulunu ələ keçirmək niyyəti olmamış və yuxarıda qeyd etdiyi kimi həmin 43600 ABŞ dolları pulu o, Zərərçəkmiş şəxs borc olaraq götürmüşdür. Zərərçəkmiş şəxs əlavə olaraq 20 yanvar 2019-cu il tarixdə 15000 ABŞ dolları və 25 yanvar 2019-cu il tarixdə isə 25000 ABŞ dolları pul aldığı barədə o, öz qudası Şahid3 bir söz deməmişdir. Bu barədə Şahid3 bildirməməsinin səbəbini onunla izah edir ki, həmin pulları o, Zərərçəkmiş şəxs özü üçün bir borc pul kimi almış və bunun Şahid3 adiyyəti olmamışdır. Zərərçəkmiş şəxs əlavə olaraq aldığı həmin 40000 ABŞ dolları pulu, həmçinin Zərərçəkmiş şəxs ilkin olaraq almış olduğu 10000 ABŞ dolları puldan özünə götürdüyü 3000 ABŞ dolları pulu heç kəsə verməmiş və həmin pulları öz ehtiyaclarına xərcləmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 11-ci vərəqində olmaqla bir ədəd vərəqdə onun adından azərbaycan dilində latın əlifbası ilə «Mən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 15.01.2019-cu il tarixdə 43.600 (qırx üç min altı yüz) ABŞ dolları pul almışam. Təqsirləndirilən şəxs” əlyazma mətnini şəxsən onun özü yazıb imzalayıb 2019-cu ildə Zərərçəkmiş şəxs vermişdir. Həmin qəbzi yazıb o, Zərərçəkmiş şəxs həmin məbləğdə pulu aldığınqı bildirmişdir və həl-hazırda da bunu təsdiq edir. 2019-cu ilin sentyabr ayında o, Zərərçəkmiş şəxs sonuncunun işlədiyi alqısatqı ofisində öz tanışım Şahid1ova məxsus olmaqla Şabran rayonunda yerləşən kərpic sexi və oradakı torpaq sahəsinin çıxarışını Zərərçəkmiş şəxs ona borclu olduğu 50000 ABŞ dolları pulu qaytarana kimi sonuncuda olması üçün verdiyi, daha sonra isə sonuncu ilə birlikdə Şabran rayonuna gedərək həmin kərpic zavodu və oradakı torpaq sahəsini Zərərçəkmiş şəxs göstərərək həmin obyektə alıcı tapmasını xahiş etdiyini, lakin Zərərçəkmiş şəxs belə bir alıcı tapmaq imkanı olmadığını ona bildirdiyini təsdiq edir. Öz tanışı Şahid1 məxsus olmaqla Şabran rayonunda yerləşən kərpic sexi və oradakı torpaq sahəsinə aid sənədlərin əslini də başqa imkanlı alıcı tapacağı adı ilə Şahid1 götürərək, sonuncunun məlumatı olmadan Zərərçəkmiş şəxs verdiyi, Şahid1 bu barədə məlumat aldıqdan sonra isə, Zərərçəkmiş şəxs 43600 ABŞ dolları verəcəyi olduğu, sonuncu həmin pulu ondan tələb etdiyi və onu inandırmaq üçün həmin sənədləri Zərərçəkmiş şəxs girov olaraq qoyduğunu Şahid1 göstərdiklərini təsdiq edir. O zaman, maddi imkanı olmadığı və çətin vəziyyətdə qaldığına görə o zaman o, Şahid1 məxsus həmin obyektin sənədlərini Zərərçəkmiş şəxs vermişdir. Lakin, sonra həmin sənədləri Şahid1 qaytarmışdır. Onu da bildirmək istəyir ki, Zərərçəkmiş şəxs borc kimi götürdüyü cəmi 50000 ABŞ dolları puldan 7000 ABŞ dolları pulu qudası Şahid3 verdiyini nəzərə alaraq onun Zərərçəkmiş şəxs cəmi 43600 ABŞ dolları, yəni manat məzənnəsi ilə 73100 maııat borcu yaranmışdır. Hal hazırki vaxta qədər həmin borcdan 3000 manat pulu Zərərçəkmiş şəxs qatarmışdır. Zərərçəkmiş şəxs ona qarşı irəli sürmüş olduğu idda tələbini qismən qəbul edir. Hal-hazırda onun Zərərçəkmiş şəxs cəmi 70100 manat borcu qalmışdır və həmin borcu maddi imkanı olan zaman ona qaytaracaqdır. Son olaraq bildirmişdir ki, onun iş üzrə Zərərçəkmiş şəxs aldadaraq onun pulunu ələ keçirmək niyyəti olmamışdır. Maddi vəziyyəti çətin oldğuna görə Zərərçəkmiş şəxs özü üçün götürdüyü pulları ona qaytara bilməmiş və buna görə peşmançılıq çəkir. Onun özü ali təhsilli olmaqla, həmişə qanunlara riayət olunmasına çalışmışdır. Yaşını və ailə vəziyyətini nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə baxmayaraq, hadisələrin baş vermə yerinə vaxtı və inkişafı ardıcıllığı barədə ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, həmçinin tədqiq edilmiş digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayından adi tanış bir adam kimi tanıyır və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Hadisə ilə bağlı bildirmək istəyir ki, onun özü əvvəllər bir müddət Rusiya Federasiyasının Moskva şəhərində yaşamışdır. 2017-ci ildə ünvan 6 ünvanda yerləşən binadan üç otaqlı mənzil almış və hal-hazırki vaxta qədər öz ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Onu da bildirmək istəyir ki, ünvan 7 ünvanda yerləşən ev alqısatqısı ofisində makler işləmişdir. 2018-ci ilin təxminən noyabr ayında o, Nəsimi rayonu, 20 Yanvar küçəsi ev 68 ünvanda yerləşən doqquz mərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində olan dörd otaqlı mənzili öz tanışı olmaqla makler yoldaşı Ələmdar ilə birlikdə 121000 manata almışlar ki, sonradan həmin mənzili daha yaxşı qiymətə satsınlar, həmin məsələ alınmasa isə mənzili kirayə versinlər. Qeyd etdiyi mənzili sərfəli qiymətə sata bilmədiklərinə görə, öz tanışı Ələmdar ilə həmin qeyd olunan dörd otaqlı mənzili 350 manata kirayə verməyə razılaşmışlar. Bundan sonra o, 2018-ci ilin noyabr ayında öz işləri ilə bağlı Moskva şəhərinə getmişdir. O, Moskva şəhərində olan zaman makler yoldaşı və şəriki Ələmdar onunla əlaqə saxlayaraq həmin dörd otaqlı mənzili 350 manata Təqsirləndirilən şəxs adlı şəxsə kirayə verdiyini bildirmişdir. 2018-ci ilin dekabr ayında o, Moskva şəhərindən Bakı şəhərinə qayıtmış və həmin mənzili kirayə götürmüş Təqsirləndirilən şəxslə tanış olmuşdur. O, Təqsirləndirilən şəxslə tanış olan zaman sonuncu onların kirayə verdikləri həmin dörd otaqlı mənzildə öz ailəsi ilə yaşamış və o, Yaşarla həmin mənzildə tanış olmuşdur. Təqsirləndirilən şəxslə tanış olandan sonra sonuncu onların həmin mənzili satmaq istədiklərini bilərək, kirayədə qaldıqları həmin mənzili almaq istədiyini ona bildirmişdir. O isə Təqsirləndirilən şəxs öz şəriki ilə birgə həmin mənzili 135000 manata satdığa qoyduqlarını demişdir. Yaşar isə həmin qiymətlə razılaşraq, bir iki aya pulunu ödəyərək həmin mənzili alacağını ona bildirmişdir. Təqsirləndirilən şəxslə aralarında tanışlıq yaranandan sonra demək olar ki, Yaşar hər gün onun işlədiyi, ünvan 8 ünvanda yerləşən ev alqı-satqısı ofisinə gəlib-gedərək özünün nüfuzlu bir adam olmasını, yaxın gündərdə kirayədə qaldıqları mənzili alacağını, lakin öz işlərinin bir qədər yubandığını, arxitektor işlədiyini, yaxın vaxtda Xaçmaz rayonuna İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunacağını ona bildirmişdir. Təqsirləndirilən şəxs həmişə səliqəli geyindiyi və yaşda olan bir adam olduğuna görə onda Təqsirləndirilən şəxs qarşı bir inam yaranmışdır. Təqsirləndirilən şəxslə tanış olduqdan təxminən bir ay sonra, yəni 2019-cu ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs növbəti dəfə onun işlədiyi ofisə gələrək, 73 kvadrat metr sahəsi olan bir obyekt olmasını və həmin qeyri-yaşayış sahəsini öz qudası Şahid3 adlı şəxslə birlikdə şərikli olaraq satıqlarını ona demişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin obyektin öz qudası Şahid3 adına olsa da, həmin obektin onun özünə məxsus olduğunu və həmin yerin alqı-satqısı ilə bağlı qudasının onun sözündən çıxa bilməyəcəyini də ona bildirmişdir. O, Təqsirləndirilən şəxs dediklərinə inanaraq, həmin obyektə baxmaq qərarına gəlmişdir. Buna görə də 2019-cu ilin yanvar ayının əvvəllərində o, Təqsirləndirilən şəxslə birlikdə həmin obyektə, yəni ünvan 9 ünvanda yerləşən beş mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən bir otaqlı 73 kv. sahəsi olan qeyri-yaşayış obyektinə gedib baxmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs qudası Şahid3 da həmin obyektdə gəlmiş və obyekt o zaman «Playstation» internet klubu kimi fəaliyyət göstərmişdir. O, həmin obyekti almaq qərarına gəlmiş və o zaman tanış olduğu Şahid3la söhbət edən zaman sonuncu həmin obyekti son qiymət olaraq 95000 manata satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə həmin obyekti 90000 manata satacağını ona demiş və onun özü də həmin qiymətə razılıq vermişdir. Lakin, Şahid3 həmin qiymətlə razalaşmamış və bununla bağlı narazılıq etmişdir. Təqsirləndirilən şəxs isə ona bildirmişdir ki, həmin obyekt 90000 manata satılsa, yerdə qalan 5000 manatı onun özü qudası Kamala verəcəkdir. Aralarında olan həmin danışıqdan sonra, yəni 10 yanvar 2019-cu il tarixdə Təqsirləndirilən şəxs onunla görüşərək həmin obyektin sənədləşməsi üçün 10000 ABŞ dolları pul lazım olmasını ona bildirmişdir. O, Yaşarın təklifinə razılıq vermiş və bundan beş gün sonra, yəni 15 yanvar 2019-cu il tarixdə təxminən saat 12 radəsində Təqsirləndirilən şəxs onun işlədiyi həmin alqı-satqı ofisinə gələrək həmin 10000 ABŞ dolları pulu ondan götürmək istədiyini ona demişdir. O isə Təqsirləndirilən şəxs 10000 ABŞ dolları pulu ona notariusda təsdiq edilməklə verəcəyini demiş və onlar birlikdə Nəsimi rayonu 43 saylı Notariat kontoruna getmişlər. Lakin, onlar həmin notariusa gəldikdə artıq nahar fasiləsi olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs notariusa heç bir ehtiyac olmadığını və bir kişi kimi sözünə sahib olduğunu ona bildirmişdir. O isə Yaşarın dediklərinə inanaraq həmin gün, yəni 15 yanvar 2019-cu il tarixdə saat təxminən 14-radələrində Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 43 saylı Notariat kontorunun qarşısında heç bir rəsmiləşdirmə aparmadan 10000 ABŞ dolları pulu ikilikdə Təqsirləndirilən şəxs bildirmişdir. Onu da bildirmək istəyir ki, həmin pulu Təqsirləndirilən şəxs verməzdən əvvəl onun xahişi ilə Yaşar öz qudası Kamala zəng etmiş və sonuncu 10000 ABŞ dolları pulu Yaşara verməyinə razılıq bildirmişdir. Buna görə də o, həmin obyektin alıq-satqısı ilə bağlı ilkin beh olmaqla 10000 dolları pulu Təqsirləndirilən şəxs 43 saylı Notariat kontorunun qarşısında vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun almaq istədiyi həmin obyektin sənədlərinin düzəlməsi üçün əlavə olaraq 15000 ABŞ dolları pulu 19 yanvar 2019-cu il tarixdə ondan istəmişdir. O, Təqsirləndirilən şəxs saf bir adam olmasına inanaraq növbəti gün, yəni 20 yanvar 2019-cu il tarixdə saat 15 radəsində işlədiyi həmin ev alqı-satqı ofisində heç bir sənədləşmə aparmadan Yaşara Həziyevə 15000 ABŞ dolları pul vermişdir. Bundan bir neçə gün sonra, yəni 23 yanvar 2019-ci tarixdə Təqsirləndirilən şəxs onunla görüşüb söhbət edən zaman özünün ad günü olmasını və bunu birlikdə qeyd etmələrini demişdir. Təqsirləndirilən şəxs böyük inamı olduğu və aralarında münasibət yarandığına görə onunla «Favorit» adlanan restorana gedərək orda birlikdə yeyib-içmişlər. Onlar həmin restoranda yeyib-içən zaman Təqsirləndirilən şəxs kiminləsə telefonda danışmış və danışıb qurtarandan sonra ona müraciət edərək «sabah saat 12-yə 25000 ABŞ dolları lazımdır» demişdir. O isə Yaşardan həmin məbləğdə pulun nəyə görə lazım olmasını soruşmuş, Təqsirləndirilən şəxs isə həmin pulun onun almaq istədiyi obyektə görə verməsini demişdir. O isə Yaşara həmin məbləğdə pulu bir neçə gündən sonra verə biləcəyini bildirmişdir. Aralarında olan razılaşmadan sonra 25 yanvar 2019-cu il tarixdə səhər saat 10 radələrində Təqsirləndirilən şəxs onun işlədiyi həmin ev alqı-satqısı ofisinə gəlmiş və o, 25000 ABŞ dolları pulu əlbəəl olaraq Yaşara vermişdir. Onu da bildirmək istəyir ki, Təqsirləndirilən şəxslə o zaman aralarında olan söhətlər zamanı həmin obyektin satışını onun özü həyata keçirdiyi və qudası Kamalın məlumatlı olasını deməsinə inandığına görə həmin məbləğdə pulu ikilikdə ona vermiş və sənədləşmə işlərini tez vaxtda həll etməsini ondan xahiş etmişdir. Beləliklə, 2019-cu ilin yanvar ayında o, həmin obyekti almaq üçün cəmi 50000 ABŞ dolları pulu şəxsən Təqsirləndirilən şəxs vermişdir. Sonuncu dəfə 25000 ABŞ dolları pulu Yaşara verdikdən sonra o, Şahid3 zəng edərək, həmin obyekti nə zaman onun öz adına sənədləşdiriləcəyini soruşmuş və Yaşara obyektə görə cəmi 50000 ABŞ dolları pul verdiyini demişdir. Şahid3 isə bununlda bağlı ona öz narazılığını bildirərək nə səbəbə Yaşara onun icazəsi olmadan ilkin verdiyi 10000 ABŞ dollarından başqa daha 40000 ABŞ dolları pul verdiyini soruşmuşdur. O isə Şahid3 Təqsirləndirilən şəxs həmin obyekti özü satdığını ona bildirdiyi və onlar quda olduqlarına görə Yaşarın güya ki, onun sözünə onun qulaq asdığını və hər şeyi onun razılığı ilə etdiyini ona dediyini bildirmişdir. Şahid3 isə onun Yaşara əlavə olaraq 40000 ABŞ dolları pul verdiyi barədə sonuncunun ona bir söz demədiyini, Yaşarın onun ilkin olaraq verdiyi 10000 ABŞ dollarından bir qohum özünə 3000 dolları pulu götürdüyü, qalan 7000 ABŞ dolları pulu isə ona verdiyini demişdir. Həmçinin Şahid3 həmin obyektə görə ona cəmi 95000 manat ödəməli olmasını demişdir. O isə Şahid3 öz narazılığını bildirərək, artıq həmin obyektə görə 50000 ABŞ dolları pul ödədiyini, həmin alqı-satqı işində Yaşarın iştirak etməsinə özü razılıq verdiyini bildirərək, həmin obyekti onun adına sənədləşdirmələrini xahiş etmişdir. Şahid3 isə obyektin pulunu tam olaraq ona ödəmədiyi halda, həmin obyektin onun adına sənədləşdirilməsinə icazə verməyəcəyini ona bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona qarşı etdiyi həmin hərəkətlərə görə o, çıxılmaz vəziyyətdə qalmış və sonuncudan ondan aldığı pulları öz qudası Kamala verməsini tələb etmişdir. Təqsirləndirilən şəxs isə hər dəfə muxtəlif bəhanələr gətirərək səhhəti ilə bağlı problemləri olduğunu və yaxın vaxtda həmin məsələni öz yoluna qoyacağını bildirərək vaxt uzatmış və son nəticədə onun özünə və obyektin sahibi Kamala hər-hansı məbləğdə pul verməmişdir. Həmin söz-söhbət bir neç ay ərzində davam etmiş və son nəticədə onun özü və Şahid3 Təqsirləndirilən şəxs onların hər ikisini aldadaraq həmin 40000 ABŞ dolları pulu harasa öz ehtiyaclarına sərf etdiyini başa düşmüşlər. Bundan sonra o, Şahid3la öz aralarında danışıb razılaşaraq həmin obyektin 90000 manata alqı-satqısını razılaşmışlar. Aralarında olan söhbət zamanı Şahid3 həmin 90000 manatdan ilkin olaraq beh kimi ödədiyi 10000 ABŞ dolları puldan ona 7000 ABŞ dolları pul çatdığına görə, manat məzənnəsi ilə həmin pulu çıxmaqla qalan pulu ona ödəməsinə razılıq vermiş və həmçinin Təqsirləndirilən şəxs verdiyi pullarla bağlı məsləni özü həll etməsini demişdir. Bundan sonra, yəni 21 sentyabr 2019-cu il tarixdə o, Şahid3 razılığı ilə Bakı şəhəri Nəsimi rayonunda yerləşən 43 saylı Notariat kontorunda həmin obyektin, yəni ünvan 10 ünvanda yerləşən 73 kv. metrlik qeyri-yaşayış sahəsini onun adına alqı-satqısını rəsmiləşdirmişlər. Bundan sonrakı dövrdə o, Təqsirləndirilən şəxs ondan həmin obyektin sənədləşdirilməsi adı ilə ondan aldığı bütün pulları ona qaytarmasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs yenə də muxtəlif bəhanələr gətirərək yaxın vaxtda həmin pulu ona qaytaracağına söz vermişdir. Həmin obyekti öz adına sənədləşdirdikdən bir neçə gün sonra, yəni 30 sentyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs onun işlədiyi ofisə gələrək, Cahangir adlı bir dostu olduğunu, sonuncunun ona etibar etdiyini və satışa çıxarılan obyekti olmasını bildirərək, həmin şəxsin adına olan Şabran rayonunda kərpic sexi və oradakı torpaq sahəsinin çıxarışını ona verərək, ondan aldığı cəmi 50000 ABŞ dolları pulu ona qaytarana kimi həmin sənədləri bir girov kimi özündə saxlamasını ona bildirmişdir. Bundan bir neçə gün sonra yəni 2019-cu ilin oktyabr ayınm əvvəllərində o, Təqsirləndirilən şəxs və sonuncunun deməsinə görə onun sürücüsü olan Rahib adlı şəxs və Təqsirləndirilən şəxs ona öz dostu kimi təqdim etdiyi, o zaman tanış olduğu Şahid1 ilə birlikdə sonuncunun adına olan obyektə baxmaq üçün Rahib adlı şəxsin idarə etdiyi «Mersedes Benz 230» markalı avtomobildə Şabran rayonuna getmişlər. Orada Şahid1 ona orada olan kərpic sexi və torpaq sahəsini göstərərək, satışa çıxardığı obyektin və orada torpaq sahəsinin həmin yer olmasını demiş və kiçik zavad kimi olan həmin kərpiç sexinin, həmçinin oradakı torpaq sahəsinin satılmasında köməklik etməyini ondan xahiş etmişdir. O isə həmin sexin bahalı bir obyekt olmasını görərək, həmin obyekti və oradakı torpaq sahəsini ala biləcək imkanlı bir tanışının olmadığını və belə bir işlərdə maklerlik edə bilməyəcəyini onlara bildirmişdir. Bundan sonra onlar Bakı şəhərinə qayıtmış və o, Təqsirləndirilən şəxs onun qudası Kamala məxsus obyekti almaq üçün borca düşdüyünü və ondan aldığı pulları qısa vaxt ərzində qaytarmasını ondan tələb etmişdir. Bundan bir gün sonra, yəni 02 oktyabr 2019-ci il tarixdə axşam vaxtı Yaşar ona ofisinə gələrək ondan götürdüyü pulu qaytarmaq üçün pul dalınca getməli olmasını demiş və həmçinin ona 1000 manat pul lazım olmasını və bütün pulu qaytaracağını ona bildirmişdir. O isə üzərində pul olmadığına görə Yaşara bir gün sonra gəlməsini demişdir. Növbəti gün, yəni 03 oktyabr 2019-cu il tarixdə axşam üstü Təqsirləndirilən şəxs onun işlədiyi ofisə gələrək ondan 1000 manat pul götürmüş və həmin pulu 600 ABŞ dolları kimi hesabladığını və ona 50000 ABŞ dolları deyil 50600 ABŞ dolları pul qaytaracağını bildrmişdir. O zaman Təqsirləndirilən şəxs ona verməli olduğu pulu kimdən alacağı barədə ona bir söz deməmiş, lakin yaxın günlərdə onun pulunu tam olaraq qaytaracağını demişdir. Lakin, bundan sonra Təqsirləndirilən şəxs ona hər-hansı bir məbləğdə pul qaytarmamış və hər dəfə muxtəlif bəhanələr gətirərək onunla görüşməkdən yayınmışıdr. O, Təqsirləndirilən şəxs yalandan özünü geniş əlaqələri olan nüfuzlu bir adam kimi təqdim edərək onu aldatdığını başa düşərək, pulunu qaytarmasını ondan tələb etmiş və əks halda ondan şikayət edəcəyini bildirmişdir. Yaşar isə hər dəfə bir neçə gün də gözləməsini deyərək vaxt uzatmışdır. Onu da bildirmək istəyir ki, o zaman o, artıq Təqsirləndirilən şəxs inanmadığına görə onunla öz aralarında olan telefon danışıqlarını yazmış və həmçinin ondan aldığı pullardan 7000 ABŞ dolları pulu öz qudası Kamala verdiyinə görə qalan 43000 ABŞ dolları pulu ona qaytaracağı barədə ondan yazılı qəbz də almışdır. Lakin, bundan sonrakı dövrdə də Təqsirləndirilən şəxs yenə muxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. Həmin dövrdə o, mütəmadi olaraq öz istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək ona verdiyi pulları qaytarmasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs yenə də ona vaxt verməsini xahiş edərək, yenə də vaxt uzatmışdır. Buna görə də o, 2020-ci ilin yanvar ayında o, Bakı şəhəri Nəsimi rayon Polis idarəsinə şikayət edərək Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək onun 43600 ABŞ dolları pulunu ələ keçirdiyini bildirmişdir. Həmin RPİ-də araşdırma aparılan zaman o, Təqsirləndirilən şəxslə həmin obyektin alıq-satqısı ilə bağlı verdiyi pulların qaytarılması ilə əlaqədar aralarında olmuş telefon danışıqlarının səsyazmaları olan bir ədəd diski və həmçinin Təqsirləndirilən şəxs ondan cəmi 43600 ABŞ dolları pul götürdüyü barədə yazılı qəbzi də polis işçilərinə təqdim etmişdir. Nəsimi RPİ-də araşdırma aparılan zaman Təqsirləndirilən şəxs bir ay ərzində ondan aldığı pulları ona qaytaracağına söz versə də, istintaq zamanı ona heç bir məbləğdə pul qaytarmamışdır. Hal hazırki vaxta qədər də Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı aradan qaldırmamışdır. Odur ki, iş üzrə irəli sürdüyü iddia tələbinin tam təmin olunaraq ona vurulmuş maddi ziyan olmaqla 43600 ABŞ dolları, yəni o zamankı manat məzənnəsi ilə cəmi 74200 manat pulu və həmçinin dövlət rsümu kimi ödədiyi 30 manat pulun Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxslə o, 2018-ci ilin dekabr ayında özü Moskva şəhərindən qayıtdıqdan sonra sonuncunun ünvan 11 ünvanda yerləşən binada ona və şərikiniə məxsus dörd otaqlı mənzili kirayə götürməsi ilə ələqədar tanış olmuşdur. Onun Təqsirləndirilən şəxslə heç bir dostluq münasibəti və ya şərikli işi olmamışdır. Bir tanış kimi onunla o zaman mehriban münasibətlərdə olmuşdur. Hal-hazırda da onun Təqsirləndirilən şəxs qarşı heç bir qərəzli mövqeyi yoxdur. Bir daha bildirir ki, hissə-hissə olmaqla 2019-cu ilin yanvar ayında Təqsirləndirilən şəxs verdiyi cəmi 50000 ABŞ dolları pulu o, Təqsirləndirilən şəxs qudası Şahid3 məxsus Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 58/37 saylı ünvanda yerləşən binanın zirzəmisində olan bir otaqlı 73 kv. sahəsi olan qeyri-yaşayış obyektinin alqı-satqısı ilə bağlı vermişdir. O zaman Təqsirləndirilən şəxs ona həmin obyektin öz qudası Şahid3 deyil, faktiki olaraq onun özünə məxsus olduğunu və həmin obyekti şərikli olaraq satdıqlarını bildirmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs hissə-hisə olmaqla cəmi 50000 ABŞ dolları pul vermişdir. Lakin, 2019-cu ilin yanvar ayının sonlarında obyektin öz adına sənədləşdirilməsi üçün Şahid3la əlaqə saxlayan zaman ona Təqsirləndirilən şəxs ondan əlavə olaraq aldığı 40000 ABŞ dolları barədə Yaşarın Şahid3 məlumat vermədiyi ona məlum olmuşdur. Bir daha bildirir ki, cəmi 50000 ABŞ dolları pulu o, Təqsirləndirilən şəxs həmin obyektin alqı-satqısı ilə bağlı vermişdir. Onların arasında heç bir borc söhbəti olmamışdır. Onun özü ev altı-satqısı ilə bağlı adi makler kimi fəaliyyət göstərmişdir və onun elə bir maddi imkanı olmamışdır ki, kiməsə həmin məbləğdə borca pul versin. O, Təqsirləndirilən şəxs o zaman cəmi bir ay ərzində tanımış və onun nüfuzlu bir adam olmasını zənn edib onun sözlərinə inanaraq həmin pulu ona vermişdir. O, Şahid3 Təqsirləndirilən şəxs verdiyi puldan 43600 dolları pulu Təqsirləndirilən şəxs borc kimi verdiyini heç vaxt deməmişdir. Bu barədə Şahid3 dedikləri həqiqəti əks etdirmir. Belə ki, həmin obyektə görə o, ilkin olaraq beh kimi Təqsirləndirilən şəxs 10000 ABŞ dolları pul vermiş və sonuncu bu barədə dərhal Şahid3 zəng vuraraq bildirmişdir. Belə hesab edir ki, həmin puldan güya ki, 3000 ABŞ dolları pulu Yaşara borc kimi verdiyi sonuncunun uydurmasıdır. Bundan başqa Şahid3 özü də təsdiq edir ki, 2019-cu ilin yanvar ayında o, əlavə olaraq 40000 ABŞ dolları pulu da Yaşara verdiyini ona demişdir. Güya ki, həmin pulu da Yaşara borc kimi verdiyini Kamala dediyi aralarında olan söhbətlərə uyğun gəlmir. Belə ki, istər Yaşarla və ya sonuncunun qudası Kamalla öz aralarında söhbətlər məhz həmin qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı olmuş, Yaşar həmin obyektin alqı-satqısı ilə bağlı söhbətlərdə məhz qudası Şahid3 razılığı ilə iştirak etmişdir. Belə hesab edir ki, Şahid3 Təqsirləndirilən şəxslə qohum olduğuna görə, yəni Təqsirləndirilən şəxs qızı onun gəlini olduğu və ailəsində narazıçılıq olmaması üçün Yaşarı bu yolla müdafiə etməyə çalışır. Bir daha bildirir ki, onunla Təqsirləndirilən şəxs arasında heç bir ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs onun inamından istifadə edərək son nəticədə ona 43600 ABŞ dolları məbləğində ziyan vurmuşdur. Onu da bildirmək istəyir ki, həmin puldan hal-hazırki vaxta qədər Təqsirləndirilən şəxs ona cəmi 3000 manat pul qaytarmışdır. Ona görə də ona vurulmuş maddi ziyan olmaqla ona ödənilməmiş qalan, manat məzənnəsi ilə cəmi 70100 manat pulu və dövlət rsümu kimi ödədiyi 30 manat pulun Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona vurduğu maddi zərəri aradan qaldırmadığına görə onə ədalətli cəza təyin olunması məsələsini məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində göstərmişdir ki, öz ailə üzvüləri ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayır. İş üzrə Təqsirləndirilən şəxs onun qudasıdır və bir qohum kimi ailəvi olraq onların münasibətləri yaxşıdır. İş üzrə Zərərçəkmiş şəxslə o, öz qudası Təqsirləndirilən şəxs vasitəsi ilə 2019-cu ilin yanvar ayında tanış olmuşdur. Zərərçəkmiş şəxslə onun arasında heç bir ədavət və ya düşmənçilik yoxdur. Zərərçəkmiş şəxslə tanışlığı özünə məxsus qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı tanış olmuşdur. Belə ki, onun Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 58/37 saylı ünvanda yerləşən beşmərtəbəli binanın zirzəmisində 73 kv. metrlik qeyri-yaşayış sahəsi olmuşdur. 2019-cu ilin sonlarında o, həmin yeri satmaq istəmiş və bu barədə də qudası Təqsirləndirilən şəxs demişdir. 2019-cu ilin yanvar ayının əvvəllərində qudası Yaşar ona bir nəfər İlham adlı tanış makler olduğunu və həmin şəxsin onun obyektini ala bilcəyini ona demişdir. O, buna etiraz etməmiş və 2019-cu ilin yanvar ayının əvvələrində dəqiq xatırlamadığı tarixdə qudası Yaşar həmin şəxslə, yəni o zaman tanış olduğu Zərərçəkmiş şəxslə birlikdə həmin obyektə gəlmişlər. Zərərçəkmiş şəxs obyektə baxdaqdan sonra oranı bəyəndiyini və obyekti almaq istədiyini onlara bildirmişdir. Aralarında olmuş həmin söhbət zaman Zərərçəkmiş şəxs həmin obyektə görə 90000 manat pul verə biləcəyini demiş, o isə onun həmin təklifi ilə razılaşmayaraq oradan çixıb getmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs ona zəng edərək həmin obyektin alqı-satqısı ilə bağlı ortaq məxrəcə gələ biləcəklərini ona demişdir. Bundan təxminən bir-iki gün sonra qudası Yaşar ona zəng edərək həmin maklerin, yəni Zərərçəkmiş şəxs həmin obyektə görə 95000 manat pul verəcəyini ona bildirmiş və o, Yaşara həmin qiymətlə razılaşdığını demişdir. Həmin söhətdən təxminən üç-dörd gün sonra qudası Yaşar ona zəng edərək İlhamın ona həmin obyekt üçün beh pulu olaraq 10000 ABŞ dolları pul verdiyini ona bildirmişdir. Bundan sonra o, öz qudası Yaşarla görüşərək sonuncudan həmin beh 10000 ABŞ dollar puldan 7000 ABŞ dolları pul almışdır. Aralarında olan söhbət zamanı qudası Yaşar ona demişdir ki, həmin puldan 3000 ABŞ dolları pulu İlham ona verib. Bundan sonra o, İlhama zəng vuraraq bu barədə bildirmiş və sonuncu heç bir etiraz etməmişdir. Onu da bildirmək istəyir ki, o zaman qudası Yaşar ona həmin obyektə görə İlhamın 95000 manat pulu 2019-cu ilin yanvar ayının axırlarına qədər ona verməli olduğunu bildirmişdir. Buna görə də yanvar ayınm axırlarında o, İlhama zəng edib obyektin qalan pulunu nəyə görə vermədiyini soruşmuşdur. İlham isə onunla görüşüb söhbət etmək istədiyini bildirmişdir. İlham ilə görüşüb söhbət edən zaman isə İlham onun qudası Yaşara 43600 dolları pulu borc kimi verdiyini demişdir. Həmçinin İlham ona Yaşar həmin pulu qaytarandan sonra pulu ona verib obyekti götürəcəyini ona demişdir. Sonradan ona məlum olmuşdur ki, həmin pulun qaytarılması ilə bağlı İlhamla Yaşarın arasında müəyyən narazıçılıq yaranmış, lakin onun özü onların söhbətlərinə qarışmamışdır. Daha sonra isə İlham ona Yaşarın onun pulunu qaytrmadığını demiş və həmin obyekti ondan əvvəl dediyi qiymətə, yəni 90000 manata almaq istədiyini ona demişdir. O, İlhamla öz aralarında razılaşmış və qudası Yaşarın ona verdiyi 7000 ABŞ dolları pulu çıxmaqla, qalan məbləği İlham ona ödəmiş və 2019-cu ilin sentyabr ayında o, İlhamla həmin obyektin alqı-satqısını öz aralarında notariat qaydada rəsmiləşdirmişlər. Həmin obyektin alqı-satqısı ilə bağlı halhazırda onunla Zərərçəkmiş şəxs arasında heç bir narazıçılıq yoxdur. Ona 90.000 manat pul verib həmin obyekti öz adına sənədləşdirmişdir. Verilmiş suallara cavab olraq bildirmişdir ki, ona məxsus həmin qeyri-yaşayış sahəsinin alıq-satqısı ilə bağlı Zərərçəkmiş şəxslə onu qudası Təqsirləndirilən şəxs tanış etmişdir. Ona məxsus həmin obyektin alıqsatqısı ilə bağlı obyektin qiyməti ilə bağlı söhbət onların üçün arasında, yəni onun özü, qudası Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olmuşdur. Onun yanında Təqsirləndirilən şəxslə və Zərərçəkmiş şəxs arasında hər-hansı məbləğdə pulun borca alınıb verilməsi ilə bağlı heç bir söhbət olmamışdır. 2019-cu ilin yanvar ayında Zərərçəkmiş şəxs onun qudası Təqsirləndirilən şəxs əvvəlki 10000 ABŞ dolları puldan başqa, daha 40000 ABŞ dolları pul verdiyi barədə ona Zərərçəkmiş şəxs deməsindən sonra məlum olmuşdur. Lakin, bir daha bildirir ki, Zərərçəkmiş şəxs ona həmin pulu onun qudası Yaşara borc kimi verdiyini demişdir. Onun özü onların arasında olan həmin söhbətlərə qarışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxslə 2015-ci ilin iyun ayında Bakı şəhərində yeməkxanaların birində təsadüfən tanış olmuş və bir tanış kimi münasibətləri yaranmışlır. Təqsirləndirilən şəxslə hal-hazırda da münasibətləri yaxşıdır və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. İş üzrə Zərərçəkmiş şəxslə isə o, 2019-cu ilin yay aylarında Təqsirləndirilən şəxs vasitəsi ilə tanış olmuşdur. Lakin, Zərərçəkmiş şəxslə elə bir münasibətləri olmamış və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxslə bir tanış kimi münasibətləri olduğuna görə 2019-cu ilin ortalarında o, Yaşara madi çətinlikləri olduğuna görə Şabran rayonunda yerləşməklə özünə məxsus kərpiç sexini və oradakı torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə həmin məsələ ilə bağlı ona köməklik edə biləciyni demişdir. 2019-cu ilin sentyabr ayında İlham Həziyev ona İlham adlı bir tanışının olduğunu və həmin şəxsin qeyd etdiyi obyektin satılmasında köməklik edə biləcəyini ona demişdir. O, buna etiraz etməmiş və 2019-cu ilin sentyabr ayında o, Təqsirləndirilən şəxs, sonuncunun tanışı olan sürücünün maşınında o vaxt tanış olduğu Zərərçəkmiş şəxslə birlikdə Şabran rayonuna gedərək oradakı kərpic sexinə və torpaq sahəsinə baxmışlar. Zərərçəkmiş şəxs sexə baxdıqdan sonra elə bir müştərisi olmadığını, lakin elə bir alıcı olsa Yaşara deyəcəyini bildirmişdir. Bundan sonra onlar Bakı şəhərinə qayıtmış və bundan sonra onun Zərərçəkmiş şəxslə heç bir söhbəti olmamışdır. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs ona həmin sexə bir müştəri tapdığın, həmin şəxsin yüksək vəzifədə işləyən bir adam olduğunu, həmin obyekti almaq üçün həmin sexə aid sənədlərin əslini istədiyini ona demişdir. O isə Təqsirləndirilən şəxs həmin kərpiç sexinə aid sənədlərin surətini ona qabaqcadan verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə onu dilə tutaraq həmin şəxsin vəzifəli bir şəxs olmasını, aralarında inam olması üçün sonuncunun həmin sənədlərin əslinə baxması məsləhət olmasını bildirmişdir. O isə Təqsirləndirilən şəxs sözlərinə inanaraq həmin kərpic sexinə aid sənədlərin əslini və o cümlədən mülkiyyət barədə çıxarışı ona vermişdir. Bundan sonrakı dövrdə o, Yaşardan həmin məsələ ilə bağlı soruşduqda, Yaşar hər dəfə vaxt uzadaraq sexə aid sənədlərin həmin adamda olmasını, sonuncunun hələ ki, bir cavab vermədiyini və həmin şəxs öz fikrini bildirdikdən sonra sənədləri gətirb ona verəcəyini bildirmişdir. Bundan bir müddət sonra, yəni 2020-ci ilin əvvəllərində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona məxsus həmin kərpiç sexinin sənədlərini Zərərçəkmiş şəxs girov qoymuşdur ki, sonuncudan aldığı pulu qaytarandan sonra həmin sənədləri götürsün. Buna görə də o, bununla bağlı Təqsirləndirilən şəxs öz iradlarını bildirərək, nə səbəbə onun xəbəri olmadan onun özünə məxsus obyektin sənədlərini İlhama girov kimi vermişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs 43600 dolları verəcəyi olduğunu, sonuncunun öz pulunu onadan tələb etdiyini və buna görə də İlhamı inandırmaq üçün həmin sənədləri girov qoyduğunu ona bildirmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs həmin sənədləri özünə qaytarmasını tələb etmiş, lakin Yaşar həmin məsələni həll edəcəyini bildirsə də, yenə sözünə əməl etməmişdir. Buna görə də o, Zərərçəkmiş şəxslə görüşərək ona aid həmin sexin sənədlərinin Yaşarın ona verdiyi barədə məlumatı olmadığını, Təqsirləndirilən şəxs həmin kərpiç sexinə heç bir aidiyyəti olmadığını bildirərək, ona məxsus sənədləri qaytarmasını ondan xahiş etmişdir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs onuk aldadaraq öz qohumuna aid obyektin satılması ilə bağlı ondan xeyli məbləğdə pul aldığını və son nəticədə onun 43600 ABŞ dollarını qaytaracağınv vəd edərək həmin sexin sənədlərini ona girov kimi qoyduğunu bildirmişdir. Onu da bildirmək istəyir ki, o zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində Nəsimi rayon Polisi idarəsinə şikayət etmiş və bununla bağlı onkun özünü də həmin polis idarəsinə dəvət etmişlər. O isə hadisənin necə baş verdiyini bildirərək, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında olmuş həmin məsələlər barədə heç bir məlumatı və iştirakı olmadığını bildirmişdir. Bir daha bildirir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hansı şəraitdə və nə qədər pul verdiyi barədə onun özünün məlumatı yoxdur. Onu da bildirmək istəyir ki, ona məxsus həmin kərpic sexinə aid sənədlərin əslini Nəsimi RPİ-də istintaq aparılan zaman Zərərçəkmiş şəxs ona qaytarmışdır. Buna görə də hal-hazırda onun Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs qarşı heç bir şikyəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır və onunla yaxşı münasibətləri vardır. İş üzrə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs vasitəsi ilə 2019-cu ilin sentyabr ayında tanış olmuş və sonuncu ilə heç bir münasibəti olmamışdır. Belə ki, 2019-cu ilin sentyabr ayında yaxın bir tanış kimi Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, onu öz tanışları Cahangir müəllim və İlham adlı şəxslə Şabran rayonuna aparsın. Buna görə də o zaman o, özünə məxsus «Mersedes Benz 230» markalı ** UE *** dövlət nömrə nişanlı avtomaşında Təqsirləndirilən şəxs həmin şəxslərdə birlikdə Şabran rayonuna aparmışdır. Orada Təqsirləndirilən şəxs öz tanışları Cahangir və İlham adlı şəxslə birlikdə orada olan kərpiç sexinə və torpaq sahəsinə baxaraq öz aralarında söhbət etmişlər. Onun özü həmin şəxslərin söhbətlərində iştirak etməmiş və onların nə barədə söhbət etdikləri ona məlum deyil. Onlar həmin obyektə baxdıqdan sonra o, həmin şəxsləri Bakı şəhərinə gətirmiş və bundan sonrakı dövrdə Yaşarın tanışları olan Cahangir və ya İlhamla onun özünün heç bir ünsiyyəti olmamışdır. Tanışı Yaşarın həmin şəxlərlə nə kimi münasibətləri olduğu barədə onun özünün məlumatı yoxdur. Öz arlarında olmuş söhbət zamanı o, Yaşar ona həmin İlham adlı şəxsə 43600 ABŞ dolları borcu olmasını və maddi imkanı olmadığına görə həmin pulu qaytara bilmədiyini ona demişdir. Lakin, tanışı Təqsirləndirilən şəxs İlhamdan nə vaxt və nə ilə bağlı aldığı barədə onun özünün məlumatı yoxdur. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə, həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olmaqla “Cinayət işinin başlanması haqqında” 24 fevral 2021-ci il tarixli qərardan görünür ki, həmin ********* saylı cinayət işi Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs qudası Şahid3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 58/37 ünvanda yerləşən 73 kv metrlik qeyri-yaşayış sahəsinin 90000 manata alınmasında köməklik göstərəcəyinə dair vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin yanvar ayı ərzində cəmi 73100 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktına görə Nəsimi RPİ-nin İŞ-nın baş müstəntiqi A.Miralayev tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanaraq istintaq aparılmışdır. (cild 1, iş vər. 1). İşdə olmaqla Zərərçəkmiş şəxs nümayəndəsi -vəkili T.Ş.Şahbazovun Azərbaycan Respublikası DİN-nin Nəsimi RPİ-nə ünvanladığı 21 yanvar 2020-ci il tarixli ərizəsindən görünür ki, həmin şikayət ərizəsində Zərərçəkmiş şəxs 15.01.2019-cu il tarixdə Təqsirləndirilən şəxs 43600 ABŞ dolları məbləğində pul verdiyi, həmin pul vəsaitinin Təqsirləndirilən şəxs qudası Şahid3 məxsus ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılması üçün verildiyini, lakin həmin pul vəsaiti verildikdən sonra Təqsirləndirilən şəxs öz qudasına məxsus qeri-yaşayış sahəsinin sənədlərinin düzəlmədiyi, səhəttində problemlərin olduğu ailəsində problem olduğunu bəhanə edərək həmin qeyri-yaşayış sahəsini və ya aldığı pulu Zərərçəkmiş şəxs qaytarmadığı, həmin obyektin Zərərçəkmiş şəxs təhvil verilmədiyi bildirildmişdir. (cild 1, iş vər. 7-8). Cinayət işinin materiallarına əlavə edilməklə Təqsirləndirilən şəxs adından bir ədəd ağ vərəqdə Azərbaycan dilində latın əlifbası olan əlyazma mətnin kserosurətindən görünür ki, həmin sənəddə Təqsirləndirilən şəxs adından o aşağıdakı məzmunda əlyazma mətni,- «Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 15.01.2019-cu il tarixdə 43600 (qırx üç min altı yüz) ABŞ dolları pul almışam. Təqsirləndirilən şəxs” yazılmış və imza edilmişdir. (cild 1, iş vər. 11). İşdə olan Nəsimi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru B. Mirzəyevin Nəsimi RPİ-nin rəisinə ünvanladığı raportdan görünür ki, təhqiqatçı tərəfindən idarənin rəisinə yazılı şəkildə məruzə edilərək, ünvan 14 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs Nəsimi RPİ-nə ərizə ilə müraciət edərək tanışı Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək ünvan 16 ünvanda yerləşən özünə aid olmayan qeyri yaşayış sahəsini satmaq adı ilə ondan 43600 ABŞ dolları pulunu alaraq sonradan verdiyi vədinə əməl etməyərək pulu mənimsəməklə onu aldatdığını bildirmişdir. Həmin faktla bağlı zəruri araşdırma aparılmaqla, materialın istintaq aidiyyəti üzrə verilməsi barədə qərar qəbul olunmuş, toplanmış materialın aidiyyəti üzrə İŞ-nə verilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. (cild 1, iş vər. 35). Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 01.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vər. 42). “Cinayət işinin başlamılmasının rədd edilməsi haqqında” 05 avqust 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X8 tərəfindən icraatında Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış araşdırma materialı üzrə Azərbaycan Respublikası CPM-nin 46.5.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilməsu barədə qərar qəbul etmişdir. (cild 1, iş vər.43-44). «Cinayət işinin başlamılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə» 05 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nəsimi rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Kənan Əliyev tərəfindən Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış 802/20 saylı material üzrə Bakı şəhəri, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X8 tərəfindən qəbul olunmuş «Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» 05.08.2020-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilmiş, material əlavə araşdırmanın aparılması üçün Nəsimi RPİ-nin İŞ-nə qaytarılmışdır. (cild 1, iş vər.45-47). “Şübhəli şəxsin tutulması, barəsində axtarış elan edilməsi haqqında” 02 mart 2021ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru A.Ə.Miralayev tərəfindən həmin ********* nömrəli cinayət işi üzrə xx.xx.1960-cı ildə Biləsuvar rayonu, Bağbanlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Biləsuvar rayonu, Bağbanlar kəndində pasport qeydiyyatında olan, ünvan 17 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tuluması barədə qərar qəbul olunmuş və 06 mart 2021-ci il tarixdə həmin qərar müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmişdir. (cild 1, iş vər. 126-127). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 07 mart 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru A.Ə.Miralayev tərəfindən Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə müdafiəçinin iştirakı qeyd edilən qərar ona elan olunmuşdur. (cild 1, iş vər. 151-152). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-112/2021 saylı 07 mart 2021-ci il tarixli qərardan görünür ki, həmin məhkəmə qarına əsasən Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsinə dair Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Anar Miralayevin vəsatəti və bu barədə prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatının təmin edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs dərhal Bakı şəhəri Nəsimi RPİ-nin MSM-dən həbsdən azad edilməsi barədə qərar qəbul olunmuşdur. (iş vər. 179-183). İşdə olan «Qətimkan tədbirinin seçilməsi haqqında» 07 mart 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. (iş vər. 184- 186). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-154/2021 saylı 12 mart 2021-ci il tarixli qərardan görünür ki, həmin məhkəmə qərarına əsasən Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsinə dair Nəsimi RPİnin İŞ-nin müstəntiqi Anar Miralayevin vəsatətinin təmin edilməsindən imtina edilməsi barədə qərardan Bakı şəhəri, Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyev tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi barədə qərar qəbul olunmuşdur. (iş vər. 209-210). İşdə olan 02 aprel 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi A.Ə.Miralayev tərəfindən qəbul edilmiş qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.3.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə qarşılıqlı telefon danışıqlarının səsyazmaları olan bir ədəd DVD disk subut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (iş vər. 214-226). Cinayət işinə əlavə olunmuş ərizədən görünür ki, iş Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyan olmaqla cəmi 73100 (yetmiş üç min yüz) manat məbləğində pul vəsaitinin və həmçinin dövlət rüsumu kimi ödəmiş olduğu 30 (otuz) manat pul vəsaitinin iş üzrə Təqsirləndirilən şəxs onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin məbləğdə pul vəsaitini dövlət rüsumu kimi ödədiyi barədə qəbzi ərizəsinə əlavə etmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etməklə yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, Təqsirləndirilən şəxs hadisələrin baş vermə yeri, vaxtı və şəraiti, yəni iş üzrə Zərərçəkmiş şəxs ilə hadisəyə qədər nə kimi qarşılıqlı münasibətlərdə olduğu, öz qudası Şahid3 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış sahəsinin alqısatqısı, həmçinin bununla bağlı Zərərçəkmiş şəxs pul vəsaitlərinin alınması ilə bağlı özünün aktiv hərəkətlərinin məhz nədən ibarət olduğu, həmçinin baş vermiş hadisədən sonra Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın aradan qaldırılması ilə əlaqədar yuxarıda qeyd edilməklə başa bir şəxsə məxsus əmlaka aid sənədləri həmin əmlakın mülkiyyətçisinin məlumatı olmadan Zərərçəkmiş şəxs girov kimi verməklə etmiş olduğu qanunazidd hərəkətlər barədə onun özünün işin faktiki hallarına uyğun olmaqla öz mahiyyəti üzrə qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə öz qudası Şahid3 məxsus yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı heç bir şəxsi marağı olmadığı, bu işdə yalnız sonuncuya köməklik etmək məqsədi olduğu, iş üzrə Zərərçəkmiş şəxs aldadaraq onun pulunu ələ keçirmək niyyəti olmadığı, sonuncudan almış olduğu 50000 ABŞ dolları məbləğində pulu məhz həmin qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı deyil, həmin puldan 43600 ABŞ dolları pulu Zərərçəkmiş şəxs borc olaraq aldığı barədə hissədə iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətlərini yüngülləşdirmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımaqla, onun Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməli törətməkdə təqsirli olması iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanmaqla tədqiq edilmiş obyektiv subutların məcmusu üzrə tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə iş üzrə şahid qismində dindirilmiş Şahid3 özünə məxsus olmaqla yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs ödənilmiş cəmi 50000 ABŞ dolları puldan cəmi 7000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs qəbul etdiyini təsdiq etməklə yanaşı, satdığı həmin obyektə görə pulu tələb edən zaman Zərərçəkmiş şəxs güya ki, qalan 43000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs borc kimi verdiyini ona bildirdiyi hissədə tənqidi yanaşaraq, belə hesab edir ki, Şahid3 bu kimi ifadələri Təqsirləndirilən şəxs onun qudası olmaqla öz övladları və ailələrinin arasında olan münasibətlərin pozulmaması, bununla bağlı Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə toplanmış obyektiv sübutların məcmusu və o cümlədən hadisələrin baş vermə yeri, vaxtı, şəraiti və məntiqi inkişafı ardıcıllığı barədə şahid Kamal Bəıdəlovun işin faktiki hallarına uyğun ifadələri ilə də təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 11 iyun 2015-ci il tarixli 07 saylı qərarının birinci bəndinin müddəalarına əsasən CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirlədirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən, hər hansı öhdəliyini yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onların yuxarıda qeyd edilən şəraitdə zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə həmin şəxsə külli miqdarda ziyan vurmaqla törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanla bağlı cəmi 73100 (yetmiş üç min yüz) manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs onun xeyrinə tutulması barədə iddia tələbi irəli sürmüşdür. İş üzrə aparılmış ibtidai və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməli törədərək Zərərçəkmiş şəxs cəmi 73100 (yetmiş üç min yüz) manat məbləğində maddi ziyan vurmuş olduqları müəyyən edilmiş və bununla yanaşı, həmin iş üzrə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən vurulmuş həmin maddi ziyanla bağlı cəmi 3000 (üç min) manat pul vəsaitinin Zərərçəkmiş şəxs ödəmiş olduğu müəyyən edilmişdir. Odur ki, iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs irəli sürdüyü iddia tələbi qismən təmin edilməli və ona vurulmuş maddi ziyan olmaqla ödənilməmiş qalan cəmi 70100 (yetmiş üç min yüz) manat məbləğində pul vəsaiti və həmçinin dövlət rüsumu kimi ödəmiş olduğu 30 (yetmiş üç min yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məhkum olunmasını, vurulmuş maddi ziyanı qiəmən ödədiyini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən X4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi hazırki cinayət işi üzrə ibtidai istintaq orqanını müvafiq qərarına əsasən Təqsirləndirilən şəxs barəsində «Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri “həbs» qətimkan tədbiri ilə əvəz olunmalıdır. İş üzrə üzrə üzərinə həbs qoyulmuş əmlak, məhkəmə məsrəflərinin və müsadirə edilməli olan əmlakın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-354 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı tutularaq Bakı şəhəri Nizami RPİ-nin MSY-də saxlandığı 06 mart 2021-ci il tarixdən, 07 mart 2021-ci il tarixədək olan müddət, cəmi 02 (iki) gün bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs irəli sürdüyü iddia tələbi qismən təmin edilsin və ona vurulmuş maddi ziyan olmaqla ödənilməmiş qalan cəmi 70100 (yetmiş üç min yüz) manat məbləğində pul vəsaiti və həmçinin dövlət rüsumu kimi ödəmiş olduğu 30 (yetmiş üç min yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulsun. İş üzrə üzrə üzərinə həbs qoyulmuş əmlak, məhkəmə məsrəflərinin və müsadirə edilməli olan əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Rahib Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar