Məhkəmə qərarları › İş №1(101)-1080/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1080/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1080/2023 11.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 4-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən müəyyən edilməyən mənbədən 14 noyabr 2022-ci il tarixdə saat 15-16 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində 65 manat pul ödəməklə qanunsuz olaraq külli miqdar təşkil edən 3 bükümdə olan ayrı-ayrılıqda təmiz çəkiləri 1,111 qr, 1,445 qr və 1,315 qram olmaqla ümumi təmiz çəkisi 3,871 qram psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edərək üzərində saxlamış və daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə saat 01:00-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 03 ədəd sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1,111 qr, 1,445 qr və 1,315 qram olmaqla ümumi təmiz çəkisi 3,871 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin istifadəçisidir, hətta CM-nin 234.1-ci maddəsi ilə 2020-ci ildə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, lakin Amnistiya qərarına əsasən cəzasından 6 ay azaldılmış, cəzasını 16 saylı CÇM-də çəkmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə əlaqədar buraxılmışdır. Corat qəsəbəsində yaşamış, tutulmamışdan 10-15 gün əvvəl yenə heroin istifadə etməyə başlamışdır. Heroini tanış adamlardan əldə edirdi. xx.xx.2022-ci il tarixdə gecə saatlarında evdən mağazaya gedib çörək almaq üçün çıxmış və təxminən 100 metr getdikdən sonra onu polislər saxlamışlar. Polislər onu saxlayan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Onu polis əməkdaşları BMCMİ-yə gətirib orada fiziki zor tətbiq etməklə məcbur etmişlər ki, o, üzərində metamfetamin olmasını boynuna alsın, elə özləri də cibinə 03 ədəd sellofan büküm qoymuşlar. Həmin bükümləri üzərinə baxış zamanı təhqiqatçıya təqdim etmiş və onların özünə məxsus olmasını, guya Elçin adlı şəxsə 65 manat pul ödəməklə əldə etdiyini bildirmişdir. Döyülməsi ilə bağlı xəsarətləri olmuş, həmin xəsarətləri istintaq təcridxanasında həkimlər qeydə almış və prokurluq araşdırma aparmışdır. Müstəntiqə də döyülməsi ilə bağlı məlumat vermiş, lakin o, heç bir əhəmiyyət verməmişdir. Onun üzərinə baxış keçirilməsi ilə bağlı məhkəmə zalında CD diskə baxış keçirilmiş, görüntüdən müəyyən olunur ki, o, 3 büküm metamfetamini təqdim edir, lakin əslində həmin metamfetamin ona məxsus deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. 14 noyabr 2022-ci il tarixdə həmkarı Şahid1 Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə müvafiq qərar qəbul edilmiş və Şahid1 rəhbər olmaqla o və digər həmkarı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana yollanaraq həmin ərazini müşahidəyə almışlar. 15 noyabr 2022-ci il tarixdə saat 01:00 radələrində hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs küçədə piyada hərəkət etdiyini görüb dərhal ona yaxınlaşaraq, özlərini təqdim etmişlər və xidməti vəsiqələrini göstərməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etməsi xahiş edildikdə o, özünü olduğu kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olduğunu bildirmişlər və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gəlmişdir. Baş İdarənin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, müdafiəçi dəvət edilmiş, müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış başlamadan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində olan əşyaları və ya sənədləri könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunu, əynində olan gödəkçəsinin sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs gödəkçəsinin sol yan cibindən çıxararaq təqdim etdiyi 03 ədəd şəffaf rəngli sellofan bükümlərinin içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin bükümləri 14 noyabr 2022-ci il tarixdə saat 15-16 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində Elçin adlı şəxsdən şəxsi istifadəsi üçün 65 manata alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan 03 ədəd şəffaf sellofan bükümlər bir ədəd zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalandıqdan sonra zərfin üzəri möhürlənmişdir. Təhqiqatçı tərəfindən baxışa dair tərtib etdiyi protokolu baxışın bütün iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs istər saxlanılan zaman, istərsə də idarəyə gətirilən zaman heç bir fiziki zor və ya psixoloji təsirə məruz qalmamışdır. Təhqiqatçıdan əvvəl Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə həqiqətə uyğun olmayan ifadə verir. O,üzərinə baxış zamanı əynində olan gödəkçəsinin sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etmişdir. Bunu videogörüntü də təsdiq edir. Onun üzərinə heç kəs qanunsuz əşya qoymamış, ona qarşı heç kim qanunsuz hərəkət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. 14 noyabr 2022-ci il tarixdə həmkarı Şahid1 Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə müvafiq qərar qəbul edilmiş və Şahid1 rəhbər olmaqla o və digər həmkarı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana yollanaraq həmin ərazini müşahidəyə almışlar. 15 noyabr 2022-ci il tarixdə saat 01:00 radələrində hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs küçədə piyada hərəkət etdiyini görüb dərhal ona yaxınlaşaraq, özlərini təqdim etmişlər və xidməti vəsiqələrini göstərməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etməsi xahiş edildikdə o, özünü olduğu kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olduğunu bildirmişlər və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gəlmişdir. Baş İdarənin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, müdafiəçi dəvət edilmiş, müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış başlamadan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində olan əşyaları və ya sənədləri könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunu, əynində olan gödəkçəsinin sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs gödəkçəsinin sol yan cibindən çıxararaq təqdim etdiyi 03 ədəd şəffaf rəngli sellofan bükümlərinin içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin bükümləri 14 noyabr 2022-ci il tarixdə saat 15-16 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində Elçin adlı şəxsdən şəxsi istifadəsi üçün 65 manata alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan 03 ədəd şəffaf sellofan bükümlər bir ədəd zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalandıqdan sonra zərfin üzəri möhürlənmişdir. Təhqiqatçı tərəfindən baxışa dair tərtib etdiyi protokolu baxışın bütün iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs istər saxlanılan zaman, istərsə də idarəyə gətirilən zaman heç bir fiziki zor və ya psixoloji təsirə məruz qalmamışdır. Təhqiqatçıdan əvvəl Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə həqiqətə uyğun olmayan ifadə verir. O, üzərinə baxış zamanı əynində olan gödəkçəsinin sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etmişdir. Bunu videogörüntü də təsdiq edir. Onun üzərinə heç kəs qanunsuz əşya qoymamış, ona qarşı heç kim qanunsuz hərəkət etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında araşdırılmış cinayət əməlləri şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, “Tərlan”adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «əməliyyat-axtarış tədbirlərintin həyata keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 noyabr 2022-ci il tarixdə saat 01:00 radələrində ünvan 4 ünvanının yaxınlığında saxlanılmış, saxlanılarkən üzərində şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, DİN-nin BMCMİ-nin qəbul etdiyi xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərarı qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla müdafiəçinin işğirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunu, əynində olan gödəkçəsinin sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümü, əynində olan idman şalvarının sol yan cibindən 01 ədəd cib dəsmalını və əynində olan gödəkçəsinin sağ yan cibindən 5 (beş) manat pulu çıxarıb masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, 14 noyabr 2022-ci il tarixdə saat 15-16 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində əvvəllər tanımadığı, şəxsdən şəxsi istifadəsi üçün 65 manata alıb üzərində saxladığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsin etiraz və qeydləri daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən X4 barəsində həbsetmənin əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablanmaqla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbiri ilə bağlı məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı fiziki və ya psixoloji təzyiq olmsı ilə bağlı şikayət etməmiş, polis əməkdaşlarının onun üzərinə narkotik vasitələr qoymasını bildirməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli «şübhəli şəxs qismində dindirmə» protokolundan və xx.xx.2022-ci il tarixli «təqsirləndirilən şəxs qismində dindirmə» protokolundan müəyyən olunur ki, o, müdafəçisinin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərindən istifadə etmiş, cəza çəkib azadlığa çıxdıqdan sonra yenə psixotrop maddə olan metamfetamdən istifadə etməyə başlamış, həmmin maddəni Corat qəsəbəsindən əldə edirdi. 14 noyabr 2022-ci il tarixdə saat 15-16 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq alışqan istəmiş və onunla ümumi söhbət etməyə başlamışdır. Həmin şəxs aralarında yaranmış söhbət əsnasında ona narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Həmin şəxs ona özünü Elçin adı ilə təqdim etmişdir. Elçin adlı şəxs ondan narkotik vasitə istifadə edib etmədiyini soruşduqda, o, narkotik vasitə istifadə etdiyini bildirmişdir. Həmin vaxt Elçin ona bildirmişdir ki, istəsə ona narkotik vasitə tapa bilər. O, 65 manat pul ödəyərək həmin şəxsdən 03 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin almışdır. Polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanılarkən ona qarşı heç bir fiziki zor və təzyiqlər olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 15 noyabr 2022-ci il tarixli, 6/6561 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd büküm...” yazısı və imzalar olan paketdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 1,111 qram, 1,445 qram və 1,315 qram ümumi təmiz çəkisi – 3,871 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, küstar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 11 fevral 2023-cü il tarixli, 752 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 364 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,721 qram psixotrop maddə metamfetamin saxlanması üçün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edlmişdir. Məhkəmədə elan edilib araşdırılmış Abşeron-Xızı Regional Təhsil İdrasəsinin 102 saylı, xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbdə Azərbaycan dilində təhsil almışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilərək CM-nin 234.1-ci maddəsinə əsasən 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli 08 Noyabr «Zəfər Günü» münsibəti ilə Amnistiya qərarına əsasən təyin olunmuş cəza 06 ay azaldılmaqla üzərində qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsindən daxil olmuş 3-16-17/31/2-1208/2023 saylı, xx.xx.2022-cü il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onattəyin edilmiş 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası xx.xx.2022-ci il tarixdə başa çatmaqla müəssisədən azad edilmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Nərimanov rayon prokurorluğu tərəfindən aparılmış araşdırma ilə əlaqədar məhkəməyə daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Nərimanov rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək xəsarət yetirmə faktı toplanmış izahatlar, məhkəmə-tibbi ekspertizasının Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarətin aşkar edilməməsinə dair xx.xx.2023-cü il tarixli, 154 saylı rəyi və digər materiallarla öz təsdiqini tapmamış və CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması cinayət hadisəsi olmadığına görə rədd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət işi materiallarından başqa material ayrlması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs dair ********* saylı cinayət işinin materiallarından başqa cinayət işi ayrılmışdır. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirmə və götürmə protokolundan, həmin baxış zamanı keçirilmiş videoçəkilişin məhkəmədə baxışın keçirilməsindən, onun şübhəli şəxs qismində, sonra isə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması tam sübut olunur. Onun saxlanıldığı və polis bölməsində üzərinə baxış keçirilənədək ona qarşı zorakı hərəkətlərin edilməsi, psixotrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadəsi, üzərinə baxışa dair diskə məhkəmədə keçirilmiş baxışla, şahid ifadələri ilə, məhkəmə-tibbi ekspertiza rəyi ilə, prokurorluğun bununla bağlı araşdırma materialı ilə tam təkzib olunur. Beləliklə, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi, şahidlərin ifadələri, baxış və götürmə protokolu, bu protokola dair kompakt diskdəki görüntülər, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işində olan digər materiallar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirən mötəbər sübutlar kimi qiymətləndirilməli, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə psixotrop maddələrə aid olan İİ siyahıya əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qr., külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram təşkil edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3,871 qram metamfetaminin çəkisi 2 qramdan iki dəfəyə yaxın çoxdur, şəxsi istehlak miqdarından isə dəfələrlə artıqdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs iki dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq yenə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmuş və onun yaşadığı Corat qəsəbəsində məhz narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat DİN BMCMİ-nə xx.xx.2022-ci il tarixdə daxil olmuş, onun subay olmaqla heç bir yerdə işləməməklə və qanuni qazancı olmamaqla həmin maddələri əldə etməsi yalnız həmin maddələri satıb qazanc əldə edilməsi yolu ilə mümkündür. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı düzgün olaraq Təqsirləndirilən şəxs əməllərini CM-nin 234.4.3-cü maddəsi ilə qanunsuz olaraq satış məqsədilə psixotrop maddə əldə etmə, saxlama və daşıma kimi tövsif etmiş və Təqsirləndirilən şəxs əməlləri məhz bu maddə ilə tövsif edilməklə ona cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 15 noyabr 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,721 qram narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarəna əlavə edilmiş 01 ədəd CD disklər cinayət işində saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «Mərkəz» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 240 AZN (iki yüz qırx manat) pul «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,721 qram psixotrop maddə metamfetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsn. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz o dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçiüçün 240 AZN (iki yüz qırx manat) pul «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar