Məhkəmə qərarları › İş №1(101)-1080/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1080/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1080/2024 13.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2, “Universal” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.2-ci maddələri ilə təqsirli bilinərək, 06 il 11 ay 22 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzası şərti hesab edilməklə, 02 il sınaq müddəti təyin edilmiş, 21 avqust 2018-ci ildə sınaq müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensair Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 6 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensair Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensair Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, şəxsiyyəti naməlum İran İslam Respublikasının vətəndaşı «Kazım» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə şəxsiyyəti naməlum İran İslam Respublikasının vətəndaşı «Kazım» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə göndərdikləri qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə külli miqdarda 4551,283 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 2025,1 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 11205 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 8,4 qram olan 210 ədəd narkotik vasitə metadon həbini birlikdə əldə edib, narkotik vasitə heroinin külli miqdarda 8,287 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs1 öz üzərində, narkotik vasitə heroinin külli miqdarda 8,405 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs3 öz üzərində, narkotik vasitə heroinin külli miqdarda 7,891 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs2 öz üzərində, qalan külli miqdarda 4526,7 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 2025,1 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 11205 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 8,4 qram olan ümumilikdə 210 ədəd narkotik vasitə metadon həbini Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı, **-FS-*** qeydiyyat nişanlı avtomobilinin arxa yük yerinə daşımaqla orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 10 may 2023-cü il tarixdə saat 22:00-da Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Qazax yolunun 40-cı kilometrliyində "Hyundai Elantra” markalı, **-FS-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılaraq həmin avtomobil ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada 11 may 2023-cü il tarixdə saat 01:15-dən etibarən onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda 8,287 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda 8,405 qram çəkidə eyni tərkibli narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda 7,891 qram çəkidə eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 11 may 2023-cü il tarixdə saat 02:30- dan etibarən onun öz könüllü razılığı, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə özünün etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı, **-FS-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin arxa yük yerindəki 01 ədəd ağ rəngli kisənin içərisindən 01 ədəd sellofan bağlamada külli miqdarda 4526,7 qram çəkidə onun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə görə fərqli olan narkotik vasitə heroin, 01 ədəd sellofan bağlamada külli miqdarda 2025,1 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd sellofan paketdə külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 8,4 qram olan ümumilikdə 210 ədəd narkotik vasitə metadon həbi və 15 ədəd sellofan bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 214,4 qr, 956,3 qr, 924,4 qr, 949,4 qr, 440 qr, 950,7 qr, 442,9 qr, 948,4 qr, 440,7 qr, 200,4 qr, 949,6 qr, 442,3 qr, 945,2 qr, 445,3 qr və 1955 qram olmaqla ümumi çəkisi 11205 qram tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2-3 ildir ki, narkotik vasitədən istifadə edir. Narkotik vasitəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu və “Whatsapp” sosial şəbəkəsindən yazışdığı İran vətədaşından alır. Təqsirləndirilən şəxs3 onunla eyni məhlədə yaşayır, Təqsirləndirilən şəxs2 də onun dostudur. Sonuncu dəfə o İran vətəndaşına 1 kilo marixuana almaq üçün 4.000 manat pulu “LeoBank” kartına köçürmüşdür. O, Rent Car-dan icarəyə götürdüyü “HYUNDAİ” markalı maşınla İran vətəndaşının atdığı konum üzrə İmişli rayonundan narkotik vasitə marixuananı götürməyə gedirmiş. Amma o Emin və Kamilə əsgər yoldaşını görməyə getdiklərini deyərək narkotik vasitə götürəcəyini bildirməmişdir. O, İmişli rayonunda Emin və Kamili kafeyə düşürərək özü konum üzrə narkotik vasitəni götürməyə getmişdir. Sonra onlar maşınla İmişli tərəfdən Bakıya doğru hərəkət etmişlər, qayıdarkən də maşını o sürürmüş, Emin və Kamil də maşında imiş. Onlar saxlanılarkən onun üzərində 1 kilo marixauana var imiş. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onun üzərində narkotik vasitə olmasından xəbərsiz olmuşlar. BNMİ-də adlarını bilmədiyi polis əməkdaşları ona fiziki təzyiq altında narkotik vasitəni onun boynuna qoymuşlar. Videoçəkilş zamanı üzərindən çıxardığı narkotik vasitələri ona polis əməkdaşları özləri vermişdir. O, işgəncəyə məruz qalması barədə heç bir orqana müraciət etməmiş, İstintaq Təcridxanasına məlumat verməmiş, onun üzərində xəsarət izləri qalmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, istintaq zamanı neçə dəfə ifadə verdiyini xatırlamır. O, istintaq zamanı da ifadə verərək özünü qismən təqsirli bildiyini demişdir. O, axşam saat 21:00 radələrində saxlanılmışdır. «Hyundai» markalı maşında 1 kilo marixuana var imiş. O, Rent Car-dan icarəyə götürdüyü “HYUNDAİ” markalı maşınla İran vətəndaşının atdığı konum üzrə İmişli rayonundan narkotik vasitə marixuananı götürməyə gedirmiş. O, marixuananı İran vətədanşının atdığı konum üzrə İmişli rayonundan öz istifadəsi üçün götürmüşdür. O, marixuananı satmaq fikrində deyilmiş. İran vətəndaşının atdığı konum onun telefonundan silinmişdir. Emin və Kamil tutulandan sonra maşında narkotik vasitə olmasını bilmişlər. Onlar saxlanılarkən Kamilin üzərində mobil telefon yox imiş, Emin və onun üzərində mobil telefon var imiş. Əməliyyatçılar telefonları götürmüşlər. Tutulan zaman artıq 2-3 ay olarmış ki, İran vətəndaşı ilə “İnstagram” sosial şəbəkəsində tanış olmuş və “Whatsapp” sosıal şəbəkəsindən yazışırmış. O, İran vətəndaşına ilk dəfə 200 manat pul göndərmişdir. O, İran vətəndaşına indiyə qədər ən çox pulu sonuncu dəfə 4.000 manat olaraq köçürmüşdür. İran vətəndaşının kart məlumatını dəqiq bilmir. Narktotik vasitə aldığı İran vətəndaşının polislə əlaqəsi olduğu üçün o tutulmuşdur. Onları tutan polis əməkdaş Azər adlı şəxs onların yanında İdarədə həmin İran vətəndaşı ilə telefonda danışırmışlar, o bu zaman bilmişdir ki, İran vətəndaşının polis əməkdaşları ilə əlaqəsi vardır. Elan olunmuş cinayət işinin 1-ci cild 79-80-ci vərəqələrində olan maşına baxış keçirilməsi protokoluna və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imza onun imzasıdır. O, təzyiq altında və oxumadan protokola imza çəkmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 67-71-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imza onun imzasıdır. O, təzyiq altında və oxumadan protokola imza çəkmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 92-93-cü və 1-ci cild 125-130, 184-188-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «...Son zamanlar maddi vəziyyəti yaxşı olmadığı üçün asan yolla pullar qazanmağın yollarını axtarmışdır. Təxminən iki ay əvvəl İnstagram sosial şəbəkəsində olarkən Kazım adlı bir profillə ona mesaj gəlmişdir. Həmin yazan şəxs adının Kazım olduğunu və İran İslam Respublikasının vətəndaşı olduğunu və İranda yaşadığını bildirmişdir. Onunla söhbət edən zaman Kazım adlı şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, istədiyi zaman ona narkotik vasitə göndərə biləcəyini, həmin narkotik vasitələri onun dediyi ünvandan götürüb dediyi ünvana çatdırdıqdan sonra qazanc əldə edə biləcəyini bildirmişdir. Bu barədə fikirləşəcəyini bildirmişdir. Daha sonra Kazım adlı şəxsin mobil nömrəsini götürüb onunla Vhatsap sosial şəbəkəsində danışmağa başlamışdır. Həmçinin bu barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bildirmişdir. Narkotik vasitənin bir ünvandan başqa ünvanlara çatdırmağı müqabilində narkotik vasitə əldə edəcəyini də bildirmişdir. Emin və Kamil də onunla razılaşaraq bu işdə onunla ortaq olacaqlarını bildirmişdir. Buna görə Kazım adlı şəxslə danışaraq ona narkotik vasitələr göndərməyini bildirmişdir. Kazım adlı şəxs də narkotik vasitə göndərəcəyini və həmin narkotik vasitələri onun dediyi ünvanlara qoyacağı təqdirdə 4000 manat pul verəcəyini bildirmişdir. Emin və Kamilə də bu barədə demişdir. Onlarda bu işə razılıq verdikləri üçün pulu bərabər şəkildə böləcəyini bildirmişdir. 10 may 2023-cü il tarixdə Kazım adlı şəxs onunla Vatsap ani mesajlaşma proqramında danışaraq narkotik vasitəni İmişli rayonunda Araz çayının yanında Araz çayı olan plakatın yanına qoydurduğunu və həmin narkotik vasitəni götürməyini bildirmişdir. Buna görə Emin və Kamilə bu barədə bildirmişdir. Emin və Kamil ilə birlikdə narkotik vasitəni götürmək üçün idarə etdiyi **-FS-*** dövlət qeydiyyat nişanlı «Hyundai» markalı avtomobilə minmiş və onun dediyi ünvana yollanmışdır. İmişli rayonunda Araz çayının sahilində olan Araz çayı yazısı olan plakatın altından bir ədəd ağ rəngli kisəni görmüşdür. Emin və Kamil ilə birlikdə həmin kisənin ağzını açanda onun içərisində narkotik vasitələr olduğunu görmüşdür. Buna görə də həmin narkotik vasitənin üzərindən bir büküm Kamilə, bir büküm Eminə və bir bükümdə özü götürmüşdür ki, istəsə istifadə edər, ya da ki, iranlı harasa desə həmin ünvana həmin narkotik vasitələri qoyar. Bundan sonra 10 may 2023-cü il tarixdə narkotik vasitələri üzərinə və idarə etdiyi avtomobilin arxa yük yerinə qoymaqla Bakı şəhərinə tərəf hərəkət etməyə başlamışdır. 10 may 2023-cü il tarixdə axşam saat təxminən 22:00 radələrində tanışları olan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə onun etibarnamə ilə idarə etdiyi **-FS-*** dövlət qeydiyyat nişanlı, «Hyundai» markalı avtomobilin yanında Bakı-Qazax yolunun 40-cı kilometrliyində dayanan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişdir. Onun, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişdir. ...Şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan qara rəngli uzunqol idman gödəkcəsinin sağ cibindən bir ədəd Samsung markalı mobil telefonu, həmin gödəkçənin sol yan cibindən bir ədəd avtomobil açarını, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü, sol yan cibindən 10 manat pulu və bir ədəd “Leo Bank” a məxsus bank kartını təqdim edərək masanın üzərinə qoymuşdur. ...Təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. ...Daha sonra Təqsirləndirilən şəxs2 üzərində hansısa qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 3 manat pulunu və 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. ...Daha sonra Təqsirləndirilən şəxs3 üzərində hansısa qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 sağ yan cibindən isə 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. ...Şifahi sorğu zamanı təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddənin bir hissəsini gələcəkdə istifadə etmək, bir hissəsini isə deyiləcək yerə qoymaq üçün üzərində saxladığını, 2 aya yaxındır ki, tanıdığı İran İslam Respublikası vətəndaşı “Kazım” adlı şəxsin vasitəsilə 10 may 202-cü il tarixdə İmişli rayonu ərazisində yanında olan tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə götürdüyünü, deyilən yerlərə qoyaraq 4000 manat pul əldə etməli olduğunu, bu əməlində Kamil və Təqsirləndirilən şəxs3 onunla birlikdə əlbir olmasını, buna görə onlara da pul verəcəyini, götürdüyü narkotik tərkibli maddələrin bir hissəsini idarə etdiyi **-FS-*** dövlət qeydiyyat nişanlı «Hyundai» markalı avtomobildə saxladığını, həmin avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. ...Daha sonra həmin avtomobilin arxa yük yerinin qapısını açaraq oradan bir ədəd ağ rəngli kisəni təqdim edərək içərisində narkotik tərkibli maddələr olduğunu bildirmişdir. Həmin kisəyə baxış keçirilən zaman içərisindən bir ədəd sellofan bağlamada narkotik vasitə heroin, bir ədəd sellofan bağlamada psixotrop maddə metamfetamin, bir ədəd sellofan paketdə 21 ədəd konvalyutda üzərində “Metadon M- 40” yazısı olan həblər, 15 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. ...Şifahi sorğu zamanı avtomobildən aşkar edilmiş maddələrin narkotik maddə heroin, qurudulmuş marixuana, psixotrop maddə metamfetamin və narkotik tərkibli həblər olduğunu, həmin maddələri İran islam Respublikasının vətəndaşı Kazım adlı şəxsin vasitəsilə əldə etdiyini, əldə etməkdə məqsədinin deyilən yerlərə qoymaqla 4000 manat pul əldə etmək niyyətinin olmasını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və özünün üzərindən aşkar edilmiş maddəni də həmin maddədən götürüb verdiyini, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 də bu əməldən xəbərdar olmasını və onlarla əlbir olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 də onun dediklərini təsdiq edərək onunla pul əldə etmək məqsədilə əlbir olduqlarını bildirmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imzalar onun imzasıdır. O, təzyiq altında və oxumadan izahata və protokollara imza çəkmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, aradabir narkotik vasitənin marixuana növündən istifadə edir, lakin gündəlik narkotik vasitə istifadəçisi deyil. O, Təqsirləndirilən şəxs1 ilə qonşudur, amma əvvəllər Təqsirləndirilən şəxs3 tanımmamışdır. O, Eminlə ilk dəfə 10 may 2023-cü il tarixdə İmişli rayonuna gedərkən tanış olmuşdur. 10 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə avtomobildə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. Saxlanılarkən üzərlərində narkotik vasitə olmamışdır. BMCM İdarəsində Azər adlı əməkdaş Emin və onu aldadaraq demişdir ki, narkotik vasitəni boyunlarına götürsələr, onları azadlığa buraxacaqlar. O, istintaq zamanı psixoloji təzyiq altında və kamera qarşısında narkotik vasitəni boynuna götürmüşdür. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, aradabir narkotik vasitənin marixuana növündən istifadə edir, lakin gündəlik istifadəçisi deyil. O, istintaq zamanı psixoloji təzyiq altında narkotik vasitəni boynuna götürmüşdür. Onlar maşının yanında olarkən yox, maşın hərəkətdə olarkən polis əməkdaşları onları saxlamışlar. Elan olunmuş cinayət işinin 1-ci cild 67-71-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, imza onun imzasıdır. O, psixoloji təzyiq altında protokola imza çəkmişdir. BMCM İdarəsində Azər adlı əməkdaş Emin və onu aldadaraq demişdir ki, narkotik vasitəni boyunlarına götürsələr, onları azadlığa buraxacaqlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 95-96-cı və 1-ci cild 56, 153-158 və 169-173-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «... Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun tanışlarıdır. Təqsirləndirilən şəxs1 təxminən bir ay bundan əvvəl o və Təqsirləndirilən şəxs3 ilə birlikdə söhbət edən zaman İran İslam Respublikasında yaşayan və oranın vətəndaşı olan Kazım adlı şəxs ilə danışdığını, Kazım adlı şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və Kazım adlı şəxsin ona narkotik vasitələr göndərəcəyini və həmin narkotik vasitələri götürüb onun dediyi ünvanlara qoymaq müqabilində pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs3 ilə birlikdə bu işdə qazanc olacaqsa onunla əlbir olacağını bildirmişdir. 10 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Kazım adlı şəxslə danışaraq narkotik vasitələr göndərməyini bildirmişdir. Kazım adlı şəxs də narkotik vasitə göndərəcəyini və həmin narkotik vasitələri onun dediyi ünvanlara qoyacağı təqdirdə 4000 manat pul verəcəyini bildirmişdir. Söhbət Kazım adlı şəxs və Natiq arasında olsa da, Natiq bu söhbətlərdən xəbərdar etmişdir. Kazım adlı şəxs narkotik vasitəni İmişli rayonunda Araz çayının yanında Araz çayı olan plakatın yanına qoydurduğunu və həmin narkotik vasitəni götürməyi bildirmişdir. Natiq də Emin və ona bu barədə bildirmişdir. Emin və Natiq ilə birlikdə narkotik vasitəni götürmək üçün Natiqin idarə etdiyi **-FS-*** dövlət qeydiyyat nişanlı «Hyundai» markalı avtomobilə minmiş və onun dediyi ünvana yollanmışdır. İmişli rayonunda Araz çayının sahilində olan Araz çayı yazısı olan plakatın altından bir ədəd ağ rəngli kisəni görmüşdür. Emin və Natiq ilə birlikdə həmin kisənin ağzını açanda onun içərisində narkotik vasitələr olduğunu görmüşdür. Buna görə də Natiq həmin narkotik vasitənin üzərindən bir büküm ona, bir büküm Eminə verib və bir bükümdə özü götürmüşdür ki, istəsə istifadə edər, ya da ki, iranlı harasa desə həmin ünvana həmin narkotik vasitələri qoyar. Bundan sonra 10 may 2023-cü il tarixdə narkotik vasitələri üzərinə və Natiqin avtomobilinin arxa yük yerinə qoymaqla Bakı şəhərinə tərəf hərəkət etməyə başlamışdır. 10 may 2023-cü il tarixdə axşam saat təxminən 22:00 radələrində tanışları olan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə **-FS-*** dövlət qeydiyyat nişanlı, «Hyundai» markalı avtomobilin yanında Bakı şəhəri, Qaradağ rayonu ərazisində Bakı-Qazax yolunun 40-cı kilometrliyində dayanan zaman bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişdir. Onun, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişdir. Barəsində olan əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onları BNMİ-nə dəvət etmişdir. Tanışları və avtomobili ilə birlikdə BNMİ-nə polis əməkdaşları ilə birlikdə getmişdir. ...Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli uzunqol idman gödəkcəsinin sağ cibindən bir ədəd Samsung markalı mobil telefonu, həmin gödəkçənin sol yan cibindən bir ədəd avtomobil açarını, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü, sol yan cibindən 10 manat pulu və bir ədəd “Leo Bank” a məxsus bank kartını təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. ...Daha sonra ona üzərində hansısa qanunsuz əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarının sağ arxa cibindən 10 qəpik pulu, sol yan cibindən sürücülük vəsiqəsini, sağ yan cibindən 3 manat pulu və 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. ...Daha sonra Təqsirləndirilən şəxs3 üzərində hansısa qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, 3 manat pulu, 1 ədəd sürücülük vəsiqəsini, sağ yan cibindən isə 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs3 təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddənin bir hissəsini gələcəkdə istifadə etmək, bir hissəsini isə deyiləcək yerə qoymaq üçün üzərində saxladığını, 2 aya yaxındır ki, tanıdığı İran İslam Respublikası vətəndaşı "Kazım” adlı şəxsin vasitəsilə 10 may 2023-cü il tarixdə İmişli rayonu ərazisindən Təqsirləndirilən şəxs3 və onun ilə birlikdə götürdüyünü, deyilən yerlərə qoyaraq 4000 manat pul əldə etməli olduğunu, bu əməlində o və Təqsirləndirilən şəxs3 ilə birlikdə əlbir olduğunu, buna görə pul verəcəyini, götürdüyü narkotik tərkibli maddələrin bir hissəsini idarə etdiyi **-FS-*** dövlət qeydiyyat nişanlı Hyundai markalı avtomobildə saxladığını, həmin avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmamasını, Emin və onun üzərindən aşkar edilmiş kütlələrin də Natiq onun tərəfindən verildiyini, narkotik vasitə istifadəçisi otduğunu bildirmişdir. ...Natiq həmin avtomobilin arxa yük yerini qapısını açaraq oradan bir ədəd ağ rəngli kisəni təqdim edərək içərisində narkotik tərkibli maddələr olduğunu bildirmişdir. Həmin kisəyə baxış keçirilən zaman içərisindən bir ədəd sellofan bağlamada narkotik vasitə heroin, bir ədəd sellofan bağlamada psixotrop maddə metamfetamin, bir ədəd sellofan paketdə 21 ədəd konvalyutda üzərində “Metadon M-40” yazısı olan həblər, 15 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. ...Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 avtomobildən aşkar edilmiş maddələrin narkotik maddə heroin, qurudulmuş marixuana, psixotrop maddə metamfetamin və narkotik tərkibli həblər olduğunu, həmin maddələri İran islam Respublikasının vətəndaşı Kazım adlı şəxsin vasitəsilə əldə etdiyini, əldə etməkdə məqsədinin deyilən yerlərə qoymaqla 4000 manat pul əldə etmək niyyətinin olmasını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, Təqsirləndirilən şəxs3, onun və özünün üzərindən aşkar edilmiş maddənin də həmin maddədən götürüb verdiyini, Təqsirləndirilən şəxs3 və onun da birlikdə əlbir olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 və o da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək pul əldə etmək məqsədilə əlbir olduğunu bildirmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, imza onun imzasıdır. O, psixoloji təzyiq altında protokola imza çəkmişdir. BMCM İdarəsində Azər adlı əməkdaş Emin və onu aldadaraq demişdir ki, narkotik vasitəni boyunlarına götürsələr, onları azadlığa buraxacaqlar. Onu döyməmişlər, ona psixoloji təzyiq olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, arabir bayram, toy vaxtı narkotik vasitələrdən istifadə edir. Natiqlə çoxdan tanışdır, Kamillə isə İmişli rayonuna gedərkən tanış olmuşdur. Belə ki, 10 may 2023-cü il tarixdə tanışı Natiq İmişli rayonuna əsgər yoldaşının yanına gedirmiş və onla Kamili də yol yoldaşı kimi yanında aparmışdır. Rayona çatmışlar və çay içmək üçün düşəndə Natiq əsgər yoldaşını görməyə getmişdir. 20 dəqiqə sonra Natiq gəlmiş və onlar artıq qayıtmaq üçün yola düşmüşlər. Onun maşında qeyri-qanuni əşya olmasından xəbəri olmamışdır. Çünki o maşında arxa oturacaqda imiş və arxa oturacaq bomboş imiş. 10 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə avtomobildə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. BMCM İdarəsində Azər adlı əməkdaş Kamil və onu aldadaraq bildirmişdir ki, narkotik vasitəni boyunlarına götürsələr, onları azadlığa buraxacaqlar. İstintaq zamanı ona ailə üzvləriylə bağlı hədə-qorxu gəlindiyi üçün oxumadan narkotik vasitəni boynuna götürmüşdür. Lakin o polis əməkdaşları tərəfindən döyülməmişdir. Kamera qarşısında o psixoloji təzyiqə görə narkotiki boynuna götürmüşdür. Həmçinin BMCM İdarəsində protokol və sənədləri oxumaqlarına imkan yaradılmadan sənədlər onlara imzaladılmışdır. Hər üçünün cibində də 9 kilo narkotik vasitə olması mümkünsüzdür. Narkotik vasitə polis əməkdaşları tərəfindən ciblərinə qoyulmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, Natiq demişdir ki, İmişli rayonuna əsgər yoldaşının yanına gedir. Onları da yanında aparırmış. Əvvəllər Natiqlə rayona getməmişlər. Elan olunmuş cinayət işinin 1-ci cild 39-cu vərəqəsində olan şübhəli şxəsin tutulması haqqında protokola və protokoldakı imzaya, cinayət işinin 1-ci cild 67-71-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və prokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs3 bildirmişdir ki, imza onun imzasıdır. O, psixoloji təzyiq altında protokola imza çəkmişdir. BMCM İdarəsində Azər adlı əməkdaş Kamil və onu aldadaraq demişdir ki, narkotik vasitəni boyunlarına götürsələr, onları azadlığa buraxacaqlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 98-99-cu vərəqələrində olan izahatında və 1-ci cild 139-144, 199-203-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs3 aşağıdakıları göstərmişdir: … «...Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun tanışlarıdır. Təqsirləndirilən şəxs1 təxminən bir ay bundan əvvəl Təqsirləndirilən şəxs2 ilə birlikdə söhbət edən zaman İran İslam Respublikasında yaşayan və oranın vətəndaşı olan Kazım adlı şəxs ilə danışdığını, Kazım adlı şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və Kazım adlı şəxsin ona narkotik vasitələr göndərəcəyini və həmin narkotik vasitələri götürüb onun dediyi ünvanlara qoymaq müqabilində pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ilə birlikdə bu işdə qazanc olacaqsa onunla əlbir olacağını bildirmişdir. 10 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Kazım adlı şəxslə danışaraq narkotik vasitələr göndərməyini bildirmişdir. Kazım adlı şəxs də narkotik vasitə göndərəcəyini və həmin narkotik vasitələri onun dediyi ünvanlara qoyacağı təqdirdə 4000 manat pul verəcəyini bildirmişdir. Kazım adlı şəxs narkotik vasitəni İmişli rayonunda Araz çayının yanında Araz çayı olan plakatın yanına qoydurduğunu və həmin narkotik vasitəni götürməyi bildirmişdir. Natiq də Kamil və ona bu barədə bildirmişdir. Kamil və Natiq ilə birlikdə narkotik vasitəni götürmək üçün Natiqin idarə etdiyi **-FS-*** dövlət qeydiyyat nişanlı «Hyundai» markalı avtomobilə minmiş və onun dediyi ünvana yollanmışdır. İmişli rayonunda Araz çayının sahilində olan Araz çayı yazısı olan plakatın altından bir ədəd ağ rəngli kisəni görmüşdür. Kamil və Natiq ilə birlikdə həmin kisənin ağzını açanda onun içərisində narkotik vasitələr olduğunu görmüşdür. Buna görə də Natiq həmin narkotik vasitənin üzərindən bir büküm ona, bir büküm Kamilə verib və bir bükümdə özü götürmüşdür ki, istəsə istifadə edər, ya da ki, iranlı harasa desə həmin ünvana həmin narkotik vasitələri qoyar. Bundan sonra 10 may 2023-cü il tarixdə narkotik vasitələri üzərinə və Natiqin avtomobilinin arxa yük yerinə qoymaqla Bakı şəhərinə tərəf hərəkət etməyə başlamışdır. 10 may 2023-cü il tarixdə axşam saat təxminən 22:00 radələrində tanışları olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə **-FS-*** dövlət qeydiyyat nişanlı, Hyundai markalı avtomobilin yanında Bakı şəhəri, Qaradağ rayonu ərazisində Bakı-Qazax yolunun 40-cı kilometrliyində dayanan zaman bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs2, onun və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişdir. Barələrində olan əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onları BNMİ-nə dəvət etmişdir. Şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli uzunqol idman gödəkcəsinin sağ cibindən bir ədəd Samsung markalı mobil telefonu, həmin gödəkçənin sol yan cibindən bir ədəd avtomobil açarım, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü, sol yan cibindən 10 manat pulu və bir ədəd "Leo Bank” a məxsus bank kartını təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. ...Daha sonra Əliyev Kami! Balağa oğluna üzərində hansısa qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli cins şalvarının sağ arxa cibindən 10 qəpik pulunu, sol yan cibindən sürücülük vəsiqəsini, sağ yan cibindən 3 manat pulunu və 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. ...Daha sonra ona üzərinə hansısa qanunsuz əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, 3 manat pulu, 1 ədəd sürücülük vəsiqəsini, sağ yan cibindən isə 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. ...Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddənin bir hissəsini gələcəkdə istifadə etmək, bir hissəsini isə deyiləcək yerə qoymaq üçün üzərində saxladığını, 2 aya yaxındır ki, tanıdığı İran İslam Respublikası vətəndaşı “Kazım” adlı şəxsin vasitəsilə 10 may 2023-cü il tarixdə İmişli rayonu ərazisindən Təqsirləndirilən şəxs2 və onun ilə birlikdə götürdüyünü, deyilən yerlərə qoyaraq 4000 manat pul əldə etməli olduğunu, bu əməlində onun və Təqsirləndirilən şəxs2 ilə birlikdə əlbir olduğunu, buna görə pul verəcəyini, götürdüyü narkotik tərkibli maddələrin bir hissəsini idarə etdiyi **-FS-*** dövlət qeydiyyat nişanlı «Hyundai» markalı avtomobildə saxladığını, həmin avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmamasını, Kamil və onun üzərindən aşkar edilmiş kütlələrin də Natiq onun tərəfindən verildiyini, 1 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. ...Natiq avtomobilin arxa yük yerini qapısını açaraq oradan bir ədəd ağ rəngli kisəni təqdim edərək içərisində narkotik tərkibli maddələr olduğunu bildirmişdir. Həmin kisəyə baxış keçirilən zaman içərisindən bir ədəd sellofan bağlamada narkotik vasitə heroin, bir ədəd sellofan bağlamada psixotrop maddə metamfetamin, bir ədəd sellofan paketdə 21 ədəd konvalyutda üzərində “Metadon M-40” yazısı olan həblər, 15 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. ...Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 avtomobildən aşkar edilmiş maddələrin narkotik maddə heroin, qurudulmuş marixuana, psixotrop maddə metamfetamin və narkotik tərkibli həblər olduğunu, həmin maddələri İran islam Respublikasının vətəndaşı Kazım adlı şəxsin vasitəsilə əldə etdiyini, əldə etməkdə məqsədinin deyilən yerlərə qoymaqla 4000 manat pul əldə etmək niyyətinin olmasını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, Təqsirləndirilən şəxs3, onun və özünün üzərindən aşkar edilmiş maddənin də həmin maddədən götürüb verdiyini, Təqsirləndirilən şəxs3 və onunla birlikdə əlbir olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 və o da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək pul əldə etmək məqsədilə əlbir olduğunu bildirmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, imzalar onun imzasıdır. O, psixoloji təzyiq altında izahata və protokollara imza çəkmişdir. BMCM İdarəsində Azər adlı əməkdaş Kamil və onu aldadaraq demişdir ki, narkotik vasitəni boyunlarına götürsələr, onları azadlığa buraxacaqlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 10 may 2023-cü il tarixdə İdarənin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub razılaşmaqla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. O, əlyazma qeydlərindən istifadə edərək bildirir ki, 10 may 2023-cü il saat 22:00 tarixində Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Qazax yolunun 40-cı kilometrliyində yol kənarında dayanmışlar və “Hyundai” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında həmin şəxslərin dayandığını görüb onlara yaxınlaşmışlar. Onlar özlərini təqdim edib həmin şəxslərin anket məlumatlarını öyrənmişlər. Həmin şəxslər özlərini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 kimi təqdim etmişlər. Bundan sonra həmin şəxslərə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olduğunu, bu məqsədlə BNMİ-yə gedib üzərlərində şəxsi axtarış aparılacağını bildirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəçilər təyin edilmiş, onların hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkcəsinin cibindən bir ədəd sellofan bükümü, Təqsirləndirilən şəxs3 əynində olan şalvarının cibindən 1 ədəd sellofan bükümü, Təqsirləndirilən şəxs2 əynində olan şalvarının cibindən 1 ədəd sellofan bükümü və digər əşyalarını təqdim etmişlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, sosial şəbəkə vasitəsilə İran vətəndaşı ilə tanış olduğunu, 2-3 ay müddət ərzində İran vətəndaşını tanığdını, onun iş təklifini qəbul edərək kuryer kimi fəaliyyət göstərdiyini, həmin maddənin bir hissəsini gələcəkdə istifadə etmək, bir hissəsini isə ona deyiləcək yerə qoymaq üçün üzərində saxladığını, 2 aya yaxındır ki, tanıdığı İran İslam Respublikası vətəndaşı “Kazım” adlı şəxsin vasitəsilə 10 may 2023-cü il tarixdə İmişli rayonu ərazisində yanında olan tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə götürdüklərini ona deyilən yerlərə qoyaraq 4000 manat pul əldə etməli olduqlarını, bu əməlində Kamil və Təqsirləndirilən şəxs3 onunla birlikdə əlbir olmasını, buna görə onlara da pul verəcəyini, götürdüyü narkotik tərkibli maddələrin bir hissəsini idarə etdiyi avtomobilində saxladığını, həmin avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmamasını, Emin və Kamilin üzərindən aşkar edilmiş kütlələrin də onlara özünün verməsini, 1 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olmasını bildirmişdir. Bundan sonra «Hyundai» markalı avtomobilə baxış keçirmək üçün şübhəli şəxslər və müdafiəçilər ilə birlikdə Baş İdarənin həyətinə getmişlər. Avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 həmin avtomobilin arxa yük yerinin qapısını açaraq oradan bir ədəd ağ rəngli kisəni təqdim edərək içərisində narkotik tərkibli maddələr olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən həmin kisəyə baxış keçirilən zaman içərisində bir ədəd sellofan bağlamada qəhvəyi rəngli kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd sellofan bağlamada ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, bir ədəd sellofan paketdə, 21 ədəd konvalyutda, həblər, 15 ədəd sellofan bağlamada tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş maddələr qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə heroin, olduğunu, tanıdığı İran İslam Respublikası vətəndaşı vasitəsilə əldə etdiyini, onun dediyi yerlərə çatdıraraq pul əldə etmək məqsədi olduğunu bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, hər üç təqsirləndirilən şəxs əməlini könüllü etiraf etmişdir.Tərəflərindən şəxslərə fiziki və psixoloji təzyiq olmamışdır. Onsuz da, təqsirləndirilən şəxslər könüllü olaraq əməllərini etiraf etmişlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər üçü maşının yanında piyada dayanarkən onlara yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ifadə verərək əlbir olduqlarını bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bildirmişlər ki, üzərlərindən aşkar olunan vasitələri Natiq vermişdir və pulu da biryerdə böləcəkmişlər. O, başqa əməliyyat tədbirinin keçirilməsindən xəbərsizdir. Çünki əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 İran vətəndaşının kuryerləri olduqlarını, pul müqabilində bu işi gördüklərini bildirmişlər. Təqsirləndirilən şəxs1 sosial şəbəkə vasitəsilə İran vətəndaşı ilə tanış olduğunu, 2 -3 ay müddətində tanıdığını, onun iş təklifini qəbul etdiyini bildirmişdir. İran vətəndaşları narkotik vasitəni Azərbaycan ərazisinə özləri gətirmir, bu işdə qaçaqçılardan istifadə edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3 eyni məzmunlu ifadə verərək, Şahid4 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 10 may 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək, Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 10 may 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək, Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cild 40-41-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 5(002)-185/2023 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 10 may 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 11-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətovun 10 may 2023-cü il tarixli, 3-13-7/Ə180/2023 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək, Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 12-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 10 may 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək, Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindikləri üçün, sonuncular həmin tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Qazax yolunun 40-cı km-də saxlanılıb, Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişlər. Cinayət işinin 1-ci cild 67-71-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etmələri təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli uzunqol idman gödəkçəsinin sağ cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, həmin gödəkçənin sol yan cibindən 01 ədəd avtomobil açarı, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm, sol yan cibindən 10 manat pul və 01 ədəd Leo-Bank-a məxsus bank kartını təqdim etmişdir. Aşkar edilmiş 10 manat pul və 01 ədəd avtomobil açarı Təqsirləndirilən şəxs1ya qaytarılmışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd bükümə baxış keçirilən zaman, içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd bükümə baxış keçirilən zaman, içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon, 03 manat pul, sağ yan cibindən isə 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. 3 manat pul Təqsirləndirilən şəxs3 qaytarılmışdır. Təqsirləndirilən şəxs3 təqdim etdiyi bir ədəd bükümə baxış keçirilən zaman, içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş bükümlər, mobil telefonlar və bir ədəd bank kartı qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı, Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddənin bir hissəsini gələcəkdə istifadə etmək, bir hissəsini isə deyiləcək yerə qoymaq üçün üzərində saxladığını, 2 aya yaxındır ki, tanıdığı İran İslam Respublikası vətəndaşı “Kazım” adlı şəxsin vasitəsilə 10 may 2023-cü il tarixdə İmişli rayonu ərazisində yanında olan tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə götürdüyünü, deyilən yerlərə qoyaraq 4000 manat pul əldə etməli olduğunu, bu əməlində Kamil və Təqsirləndirilən şəxs3 onunla birlikdə əlbir olmasını, buna görə onlara da pul verəcəyini, götürdüyü narkotik tərkibli maddələrin bir hissəsini idarə etdiyi **-FS-*** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobildə saxladığını, həmin avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddənin bir hissəsini gələcəkdə istəyərsə öz istifadəsi üçün, digər hissəsini isə ona deyilən yerlərə qoymaqla pul əldə etmək üçün üzərində saxladığını, həmin maddəni onun ilə birlikdə gəldiyinə görə tərəfindən ona verildiyini, özünün 1 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olmasını, idarə etdiyi avtomobildə narkotik tərkibli maddələr saxlamağı barədə məlumatının olduğunu, həmin maddələri deyilən yerlərə qoymaqla pul əldə etməli olduqlarını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni ona deyiləcək yerə qoymaq üçün üzərində saxladığını, həmin maddəni onun ilə birlikdə gəldiyinə görə tərəfindən ona verildiyini, özünün 6 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olmasını, idarə etdiyi avtomobildə olan narkotik tərkibli maddələr saxlamağı barədə məlumatının olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı İphone markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 73-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 11 may 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, ona məxsus **-FS-*** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 74-75-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 11 may 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncular ərizə yazaraq, **-FS-*** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişlər. Cinayət işinin 1-ci cild 79-80-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 may 2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, **-FS-*** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilə baxış keçirilmədən öncə Təqsirləndirilən şəxs1 avtomobildə saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin arxa yük yerini qapısını açaraq oradan bir ədəd ağ rəngli kisəni təqdim edərək içərisində narkotik tərkibli maddələr olduğunu bildirmişdir. Həmin kisəyə baxış keçirilən zaman içərisindən bir ədəd sellofan bağlamada narkotik vasitə heroinə bənzər, bir ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər, bir ədəd sellofan paketdə 21 ədəd konvalyutda üzərində “Metadon M- 40” yazısı olan həblər, 15 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilmişdir. Həmin kütlələr qablaşdırılmış və götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 avtomobildən aşkar edilmiş maddələrin narkotik maddə heroin, qurudulmuş marixuana, psixotrop maddə metamfetamin və narkotik tərkibli həblər olduğunu, həmin maddələri İran islam Respublikasının vətəndaşı Kazım adlı şəxsin vasitəsilə əldə etdiyini, əldə etməkdə məqsədinin deyilən yerlərə qoymaqla 4000 manat pul əldə etmək niyyətinin olmasını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və özünün üzərindən aşkar edilmiş maddəni də həmin maddədən götürüb verdiyini, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 də bu əməldən xəbərdar olmasını və onlarla əlbir olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 də onun dediklərini təsdiq edərək onunla pul əldə etmək məqsədilə əlbir olduqlarını bildirmişdir Baxış zamanı “İphone” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 100-105-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2023-cü il tarixli, 6/2718 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: -üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə...” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 7,891 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; - üzərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş kütlə...” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 8,405 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; -üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütiə...” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 8,287 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; -üzərində “Təqsirləndirilən şəxs1 məxsus avtomobildən aşkar edilən...” və s. yazılar, imzalar olan torbadakı 01 ədəd bağlamada təmiz çəkisi 4526,7 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 01 ədəd bağlamada təmiz çəkisi 2025,1 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Methadone 40... Faran” əmtəə göstəriciləri olan 21 ədəd blisterdə üzərlərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 210 ədəd dərman tabletinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 8,4 qram (01 tabletdə 0,04 qram) olan narkotik vasitə-metadon müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs1 məxsus avtomobildən aşkar edilən heroin kütləsi qeyd edilən heroin kütlələrindən fərqlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə; Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr’-in siyahısına (siyahı 1), Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr’-in siyahısına (siyahı İİ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr“ in siyahısına (siyahı 1) daxildir. Cinayət işinin 1-ci cild 107-109-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2023-cü il tarixli, 7/679 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 məxsus avtomobildən aşkar edilmiş kütlə...” yazılan ağ rəngli sintetik torbada 15 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 214,4 qr, 956,3 qr, 924,4 qr, 949,4 qr, 440,0 qr, 950,7 qr, 442,9 qr, 948,4 qr, 440,7 qr, 200,4 qr, 949,6 qr, 442,3 qr, 945,2 qr, 445,3 qr və 1955,0 qram olmaqla, ümumi çəkisi 11205,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin 1-ci cild 204-208-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı, hər iki təqsirləndirilən şəxs istintaq zamanı verdikləri ifadəni bir-birinin üzünə qarşı təsdiq edərək, İran vətəndaşının narkotik vasitələri göndərdiyini, həmin narkotik vasitələri sonuncunun dediyi yerlərə qoyaraq pul əldə edəcəklərini etiraf etmişlər. Cinayət işinin 1-ci cild 204-208-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı, hər iki təqsirləndirilən şəxs istintaq zamanı verdikləri ifadəni bir-birinin üzünə qarşı təsdiq edərək, İran vətəndaşının narkotik vasitələri göndərdiyini, həmin narkotik vasitələri sonuncunun dediyi yerlərə qoyaraq pul əldə edəcəklərini etiraf etmişlər. Cinayət işinin 1-ci cild 204-208-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı, hər iki təqsirləndirilən şəxs istintaq zamanı verdikləri ifadəni bir-birinin üzünə qarşı təsdiq edərək, İran vətəndaşının narkotik vasitələri göndərdiyini, bunu Natiqin bildirdiyini, həmin narkotik vasitələri sonuncunun dediyi yerlərə qoyaraq pul əldə edəcəklərini, bununla razılaşdıqlarını etiraf etmişlər. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 2-ci cild 26-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 may 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrələrinə daxil olan və çıxan zəng, sms məlumatlarını özündə əks etdirən "xxxx" MMCdən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 122-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 123-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş 01 ədəd “Redmi’ markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 130-150-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi, polis mayoru X1 06 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş 01 ədəd “Redmi’ markalı və Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefonların sonuncuların yaxın qohumuna və ya müdafiəçilərinə qaytarılması qərara alınmışdır. Cinayət işinin 2-ci cild 116-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Bakcell" MMC-dən daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskdə olan anten məlumatlarına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 istifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. xx-xx-2022-ci il tarixdə saat 23:00:45-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə “Qaqawimsan meni yatdan cixartma Muxa.. evdeyem seni gozdiyirem yatmiram imkan olsa bir tike Kamrana diqinen daw otursun menim ucun”, xx-xx-2023-cü İl tarixdə saat 20:52:55-də 055-528- 33-05 saylı mobil nömrədən ***-***-**- ** saylı mobil nömrəyə “BRAT BİRİNCİSİ 6 QR VERİBLER İKİNCİSİDE Kİ TEMİZ XESTE XEREB MALDİ NATİQ NECE QAYTARAG BUNU?”, xx-xx-2023-cü il tarixdə saat 11:52:13-də ***-***-**-** saylı mobil nömədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqawimsan 1 denede kola getirde puliynan mene ne olar oluram”, xx-xx-2023-cü il tarixdə saat 22:12:05-də 055- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qurban sene natiq komek ele cixim bu kolanin ...sennen qardawun kimi xaiw edirem", xx-xx-2023-cü il tarixdə saat 17:01:40-da ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəsinə “Qaqaw 20 mqn pul getirirem sene qaqawimsan 10 kola 10 daw eliyersende mene sene zehmet yoldayam” tipli mesajlar yazılmışdır. Cinayət işinin 2-ci cild 43-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş 16 iyun 2023-cü il tarixli, 3-13-7/2-5170/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin dövriyyəsi ilə bağlı əlbir olmaları, həmin maddələrin daşınma fəaliyyəti ilə məşğul olmaları barədə məlumatlar daxil olmuşdur. Lakin, üzərlərindən və avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitələrin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 152-154-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi, polis mayoru X1 06 noyabr 2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 üzərlərindən və avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitələrin mənbəyini müəyyən etmək üçün hazırki cinayət işindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə özlərini təqsirli bilməyərək, ifadələrində göstərmişlər, onlarda narkotik vasitə olmamış, maşında narkotik vasitələr olmasından da məlumatsız olmuşlar, Təqsirləndirilən şəxs1 onlara rayona sonuncunun əskər yoldaşını görmək üçün getdiklərini bildirmişdir. BMCM İdarəsində onları aldadaraq demişlər ki, narkotik vasitəni boyunlarına götürsələr, onları azadlığa buraxacaqlar. Onları döyməmişlər, psixoloji təzyiq olmuşdur. Məhkəmə iclasında dindirilərkən digər Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o pul müqabilində öz istifadəsi üçün, 1 kq narkotik vasitə götürmüş, lakin, digər itihamda qeyd edilən narkotik vasitələr onun maşınında olmamış, o, narkotik vasitəni satış məqsədilə əldə etməmişdir, polis əməkdaşları tərəfindən təzyiq göstərildiyi üçün ibtidai istinatqda fərqli ifadə vermişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən tam fərqli, bir-birinə zidd ifadələr verib onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştiraklarını inkar etmələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onların məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, “qurudulmuş marixuana”nın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda isə külli miqdar, “metadon”un 0,02 qramı şəxsi istehlak miqdarından artıq, 1,6 qramından artıq miqdarda, “metamfetamin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 və avtomobildən birlikdə aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 4551,283 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından 30,341 dəfə çox, narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından 2241 dəfə çox, narkotik vasitə metadon şəxsi istehlak miqdarından 420 dəfə çox, psixotrop maddə metamfetamin isə şəxsi istehlak miqdarından 13,500 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onların narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. Həmçinin, cinayət işinin 2-ci cild 116-cı vərəqəsində olan 24 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. xx-xx-2022-ci il tarixdə saat 23:00:45-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə “Qaqawimsan meni yatdan cixartma Muxa.. evdeyem seni gozdiyirem yatmiram imkan olsa bir tike Kamrana diqinen daw otursun menim ucun”, xx-xx-2023-cü İl tarixdə saat 20:52:55-də 055-528- 33- 05 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “BRAT BİRİNCİSİ 6 QR VERİBLER İKİNCİSİDE Kİ TEMİZ XESTE XEREB MALDİ NATİQ NECE QAYTARAG BUNU?”, xx-xx-2023-cü il tarixdə saat 11:52:13-də ***-***-**-** saylı mobil nömədən ***- ***-**-** saylı mobil nömrəyə “Qaqawimsan 1 denede kola getirde puliynan mene ne olar oluram”, xx-xx-2023-cü il tarixdə saat 22:12:05-də 055- ***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə “Qurban sene natiq komek ele cixim bu kolanin ...sennen qardawun kimi xaiw edirem", xx-xx-2023-cü il tarixdə saat 17:01:40-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə “Qaqaw 20 mqn pul getirirem sene qaqawimsan 10 kola 10 daw eliyersende mene sene zehmet yoldayam” tipli mesajlar yazılmışdır. Bundan başqa, istintaq dövründə verilmiş müvafiq ekspertiza rəylərindən göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 hər üçündə narkotik vasitələrdən istifadə haları olmuşdur. İstintaq dövründə keçirilmiş üzləşdirmə zamanı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2, həqiqətən pul qazanmaq üçün narkotik vasitəni qoyulduğu yerdən götürüb daşınması barədə əvvəlcədən razılaşdıqlarını etiraf etmişlər. Məhkəmə iclasında dindirilən zaman Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün etirafedici ifadələr verdiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü Bakı şəhəri, Nərimanov rayon prokurorluğuna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasından daxil olmuş 15 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət aşkar edilməmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğundan daxil olmuş 11 yanvar 2024-cü il tarixli, 11-X-24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması faktı ilə bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılmamışdır. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, onlar, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 30-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 5 iyun 2023cü il tarixli, xx/xx-6120 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. Təqsirləndirilən şəxs3 xx.xx.2022-xx.xx.2022-ci illərdə həmin mərkəzdə Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu diaqnozu ilə könüllü surətdə stasionar müalicədə olmuşdur. Cinayət işinin 2-ci cild 37-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 09 iyun 2023-cü il tarixli, 8303 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin 2-ci cild 34-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 07 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət işinin 2-ci cild 107-108-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.2-ci maddələri ilə təqsirli bilinərək, 06 il 11 ay 22 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzası şərti hesab edilməklə, 02 il sınaq müddəti təyin edilmiş, 21 avqust 2018-ci ildə sınaq müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə görə, şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Cinayət işinin 2-ci cild 109-110-cu vərəqələrində olan şəxsiyyət vəsiqələrinin kserosurəllərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağı xx.xx.2018-ci il təvəllüdlü Yusif Aslanov və xx.xx.2015-ci il təvəllüdlü Rima Aslanova vardır. Cinayət işinin 2-ci cild 128-129-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 iyun 2023cü il tarixli 3479 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət işinin 2-ci cild 32-33-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 07 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əalvə edilmiş doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı -xx.xx.2011-ci il təvəllüdlü və xx.xx.2013-cü il təvəllüdlü uşaqları vardır. Cinayət işinin 2-ci cild 124-125-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 iyun 2023cü il tarixli 3642 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Əliyev X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət işinin 2-ci cild 31-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 06 iyun 2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 29-cu vərəqəsində olan 139 saylı MKİS-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət səciyyələndirilmişdir. Cinayət işinin 2-ci cild 126-127-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 iyun 2023-cü il tarixli 3486 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs3 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal yoxdur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onların barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 isə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 10 may 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət 1-ci cild 22-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 272-278-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 4(005)-697/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 10 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 10 may 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət 1-ci cild 39-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 11 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Lakin cinayət işinin 1-ci cild 266-271-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 4(005)-695/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 10 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Digər Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 10 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət 1-ci cild 56-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Lakin cinayət işinin 1-ci cild 279-284cü vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 4(005)-694/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 10 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf ediləndən sonra 7,791 qram qalmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf ediləndən sonra 8,305 qram qalmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf ediləndən sonra 8,187 qram qalmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs1 məxsus avtomobildən aşkar edilmiş bağlamada aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf ediləndən sonra 4526,56 qram qalmış narkotik vasitə heroin, 200 tablet narkotik vasitə metadon həbləri, 2025,0 qram qalmış psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs1 məxsus avtomobildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf ediləndən sonra 11204,25 qram qalmış narkotik vasitə marixuana məhv edilməli, 02 ədəd DVD və 01 ədəd CD formatlı diskin cinayət işi materiallarrına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 180 (yüz səksən) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 10 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 2.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 10 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 3.Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 10 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf ediləndən sonra 7,791 qram qalmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf ediləndən sonra 8,305 qram qalmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf ediləndən sonra 8,187 qram qalmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs1 məxsus avtomobildən aşkar edilmiş bağlamada aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf ediləndən sonra 4526,56 qram qalmış narkotik vasitə heroin, 200 tablet narkotik vasitə metadon həbləri, 2025,0 qram qalmış psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs1 məxsus avtomobildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf ediləndən sonra 11204,25 qram qalmış narkotik vasitə marixuana məhv edilsin. 02 ədəd DVD və 01 ədəd CD formatlı diskin cinayət işi materiallarrına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 180 (yüz səksən) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Azad Məcidov

Hakimlər: Səbinə Məmmədzadə

Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar