Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1080/2025 21.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X9 (sədrlik edən), hakimlər İmanova Nigar Arzu qızı və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs 15 oktyabr 2024-ci il tarixdə saat 12:15 radələrində fəhlə işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 5 ünvanında yerləşən “X21" QSC-nin ərazisində onunla birlikdə həmin zavodda işləyən tanışı Zərərçəkmiş şəxs ilə rastlaşan zaman Zərərçəkmiş şəxsla bir gün əvvəl işlə bağlı aralarında yaranmış mübahisəni xatırlayıb cüzi səbəbdən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəni heç bir əsaslı səbəb olmadan münaqişəyə çevirərək özünün şəxsiyyətini cəmiyyətin fövqündə qoyub ictimai qaydalara, əxlaq normalarına hörmətsizlik edib əlindəki dəmir parçası (armatur) ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən bir zərbə vuraraq sonuncunun yerə yıxılmasından sonra bel nahiyəsinə daha bir zərbə vurub Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan alın sümüyünün sınığı, sol almacıq sümüyünün ön və arxa divarının və almacıq qövsünün arxa divarının, burun sümüyünün yerinidəyişmiş sınıqları, çənə sümüyünün sol tac çıxıntısı yerindəyişmiş sınığı, kəskin daxili qanaxma ilə müşayət olunan qaraciyərin zədələnməsi və dalağın travmatik zədələnməsindən ibarət insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirərək xtıliqanlıq niyyəti ilə qəsdən zərərçəkmış şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 11 sentyabr 2024cü il tarixdən Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən «X21» QSC-də fəhlə işləməyə başlamış, zərərçəkmiş şəxs olan Nurlanı təxmini 7-8 il olarki tanımışdır. İşdə çox yaxın tanışlıq münasibətləri olmuşdur. Nurlanla birlikdə işləyərkən, iş əsnasında aralarında olan danışıq zamanı yaranan mübahisə zəminində dalaşmışlar. Hadisə olan günü zavodun sexində Nurlan ona yaxınlaşaraq məftilləri onun qarşısına tullayaraq fit səsi ilə bağlamasını tələb etmişdir. O, Nurlana nəyə görə belə danışdığını demiş və bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Bundan əvvəl aralarında münasibətləri normal olsa da, dostluq qədər yaxın münasibətləri olmamışdır. Hadisə baş verənədək bir neçə gün Nurlan onunla pis danışmışdır, lakin Nurlanın belə davranışının səbəbini bilməmişdir. Nurlan ona məftilləri atandan sonra münasibətlərini aydınlaşdırmaq üçün Nurlanın təklifi ilə iş yerindən kənara çəkilmişlər. O, Nurlana niyə belə hərəkətlər etdiyini və niyə belə danışdığını demiş, lakin cavabında Nurlan onu yerə yıxaraq alnından vurmuş, o, isə Nurlanı vurmamışdır. Sonradan ətrafdakıların müdaxiləsi ilə onlar ayrılmışlar. Növbəti gün isə Nurlanın özünü haqlı görməsi, dünənki hadisəyə görə ondan üzr istəməməsi onu narahat etmişdir. Həmin vaxt özündə olmamış, metalların içindən armaturu götürərək yeməkxanaya tərəf gedendə baş vermiş hadisələr qəftlətən yadına düşmüş və ondan öndə digər iş yoldaşı ilə yemekxanaya gedən Nurlanın başına bir zərbə vurmuş və nəticədə Nurlan yerə yıxılmışdır. Yerdə də bir dəfə Nurlanı vurmuş, amma bundan sonra baş verənləri xatırlamır. Nurlanı öldürmək niyyəti olmamışdır. Bundan sonra o kənara çəkilmiş, zavodun əməkdaşları Təcili tibbi yardımı çağırmışlar, o, da hadisə yerindən getmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, və zərərçəkmiş şəxs eyni zavodda fəhlə işləmişlər, öncə Nurlan ona məftilləri atmış, qəzəbli şəkildə onları bağlamağı bildirmiş, o da məftili bağlayandan sonra Nurlana yaxınlaşaraq niyə belə danışdığını soruşmuşdur. Nurlanın təklifi ilə onlar kənara çəkilmişlər. Onlar kənara çəkildikdən sonra Nurlana eyni sualları vermiş, Nurlan da etiraz etməyə başlamış, sonra da ilk olaraq Nurlan onu vurmuşdur. Nurlanın onu vurması nəticəsində xəsarətləri olmuşdur, lakin xəsarəti təsdiq edən sənədi yoxdur. Həmin gün aralarında olmuş mübahisə 3-5 dəqiqə çəkmiş, digər işçilər onları ayırmışlar. Növbəti gün aralarında söhbət olmamışdır, o hiss etmişdir ki, Nurlan onu təkrar vura bilər, çünki o zərər çəkmişdir, Nurlan isə ondan heç bir üzrxahlıq etməmişdir. Xəsarət yetirdiyi dəmir parçasını ona lazım olduğu üçün zavoddakı əvvəlki iş yerindən işlədiyi sexə gətirmiş, nahara gedəndə isə həmin dəmiri yerinə qoymaq üçün aparmışdır. İşlədikləri zavod metal zavodu olduğundan həmin dəmir parçalarından zavodda çox olmuşdur. Nurlan Rafət adlı iş yoldaşı ilə gedərkən, o onların arxaları ilə getmiş, onların yanlarına çatanda Nurlanı vurmuşdur. Nurlanı vurmaq fikri arxadan onların yanlarına gələndə yaranmışdır. Nurlan yerə yıxıldığından zərbəyə qarşılıq verə bilməmiş, o isə, kənara çəkilmişdir. Sonradan mühafizəçilər də hadisə yerinə gəlmişər. Nurlanın yanında olan yoldaş isə hadisəyə müdaxilə etməmiş, hadisədən qorxaraq kənara çəkilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, növbəti gün işə gələndə Nurlan ilə nə görüşmüş, nə də salamlaşmamışdır, birinci addımın Nurlanın tərəfindən atmasını gözləsə də müsbət nəticə olmamışdır. Nurlanla dalaşdıqdan sonra, səhərisi gün də eyni hərəkətləri gördüyünə görə gedib onu vurmuşdur. O, Nurlana qıcıqlanmamış, həmin zavodda Nurlandan əvvəl işlədiyindən sonuncunun onun haqqına girdiyini düşünmüşdür. İşlədikləri maşındakı zəncirin qırılarsa ağırlığın onun üzərinə düşəcəyindən ehtiyatlanmış, hər gün riski o, götürdüyündən və Nurlanla eyni vəzifədə olduğundan sonuncuya növbəli işləməyi demişdir. Maşına yülkəri qaldırmaq üçün qaldırıcının pultunu əsasasən Rafət adlı daha təcrübəli əməkdaş işlətmişdir. Nurlandan qabaq orada işlədiyinə görə, pultu işlətməyi yaxşı bilmiş, Nurlanın “rəhbərlik məni pultu işlətmək üçün təyin etmişdir” sözlərini dəqiqləşdirmək üçün, məsələni gedib rəhbərlikdən soruşmuş, rəhbərlik də “Nurlanı yalnız pultu işlətmək üçün ora təyin etməyiblər, pultu işlətmək işini öz aranızda bölüşün və işlədin” demişdir. Nurlanın pul bölüşmək ilə bağlı verdiyi ifadə həqiqətə uyğun olmamış, Nurlanla 1 gün əvvəlki münaqişələri zavodun yanında baş vermişdir. Həmin mübahisəni kimlərin gördüyünü bilməmiş, həmin vaxt Rafəti orda görməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinə görə əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini və əməlindən peşman olmasını, antiterror əməliyyatlarında fəal iştirak etdiyinə görə fəxri fərman almasını nəzərə alaraq həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2024-cü ilin oktyabr ayının əvvəllərindən Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində yerləşən «X21» QSC-də fəhlə işləməyə başlamışdır. Həmin zavodda hadisə baş verməmişdən 6-7 gün öncə işlə başlamışdır. Zavoda gəldiyi ilk gündən anbardar kimi işə götürülmüşdür. Zavodda tırlara armatur yüklənilmiş, o isə işi öyrənmişdir. Yaşarla aralarındakı münaqişə birinci ondan başlamışdır ki, Yaşar hər dəfə gəlib “sən də maşına çıxmalısan” demişdir. İş yerində onlardan üst vəzifədə olanlar əməkdaşlar ona maşına yük qaldırıcının idarəetmə pultunun bahalı olduğunu, onun isə təcrübəsi az olduğundan maşına çıxmamasını, pulta bir şey olarsa maaşından tutulacağını dediklərindən o, da qıraqda dayanmışdır. Hər dəfəsində Yaşar buna narazılq edərək ona “mən iki-üç aydı burada işləyirəm, maşına çıxıram, lakin sən dünən gəlmisən, maşına çıxmırsan, sən də maşına çıxmalısan” deyə irad bildirmişdir. O, da bir dəfə Yaşara yaxınlaşıb “xoşuna gəlmir, şəxsi qərəzliyin varsa, gedək kiməsə deyək, bu işi işləmək istəmirik, sən də etirazını bildir, mən də etirazımı bildirim, ya da çəkilək qırağa, onlar özləri bir tədbir görsünlər” deyə cavab vermişdir. Lakin Yaşar onun dedikləri ilə razılaşmamış və sonradan ona qarşı kini yaranmağa başlamışdır. Bir-iki dəfə aralarıda yüngül belə münasibət yaranmış, Yaşarı dindirməməyə başlamışdır. Yaşarın narazılığından sonra usta yaxınlaşaraq ona bir günlük maşına çıxmağı dediyindən, o da maşına çıxmağa başlamış, yəni tırların yük yerinə çıxmışdır. İş prosesində yükləri maşınlara yerbəyer eləməmişdən qabaq orada olan qalın məftili yükün başına atmış, Nurlan da digər tərəfdən məftili yükün digər başına keçirdiyi qaldırıcı pult vasitəsilə qaldıraraq yükü maşına yerləşdirmişlər. Yenə də, həmin məftilin birini Yaşar tərəfə atmış, sonuncu da məftilin digərini ona tərəf ataraq, aqressiyalı formada “fit zad yaxşı olmadı” deyə irad bildirmişdir. Kənardan onlara baxanlar olğduğundan Yaşara “çıxaq kənarda bu məsələni danışaq” demiş, sexdən kənar onunla üzbəüz söhbət etmiş, Yaşar dediyi heç bir sözlə razılaşmadığından əsəbləşib Yaşarın yaxasına yapışmışdır. Yaşar da ona söyüş söymüşdür. Bundan sonra Yaşarı çəkib yerə yıxaraq iki təpik vurmuşdur. Onların yanında olan oğlan olanları görərək yanlarına gəlsə də, nədənsə çatanda arxaya qaçmışdır. Yaşarı vurandan sonra sonuncu yerdən qalxmaq istəyindən onu tez yerdən qaldırıb, üstünü çırpmış, Yaşarı aparıb su olan yerdə üzünü təmizləmişdir. Yaşarın qaşının yanı qanadığından onun üzünü silmişdir. Yaşar isə heçnə demədən gedib qıraqda oturmuşdur. Yaşara maşına çıxma demiş və özü maşına çıxmışdır. İş yoldaşları ona qıraqdan gəlib Yaşar “səni bıçaqlayacaq” demişlər. Sonra Yaşar gəlib yaxınlaşaraq ona demişdir ki, çölə çıxanda onu gözləsin. O, da çıxanda Yaşarı gözləmişdir. Gələndə Yaşara “uşaqlar deyir ki, məni bıçaqlayacaqsan, istəyirsən gedib çay içək, ya da başqa yerə gedib dava edək, necə istəyirsən eləyək” demiş, Yaşar isə cavabında “ağlıma həmin anda pis şeylər gəldi, amma lənət şeytana deyib heçnə etmədim” demişdir. Yaşara “incikliyin qalmayıb ki, gəl bir yerdə gedək” desə də, Yaşar ona yox deyib avtobusla gedəcəyini bildirmişdir. Səhərisi gün işə gəlmiş, paltar dəyişmə yerində olan əməkdaşlara ümumi salam verib salamlaşmışdır. Həmin gün dünənki mübahisəyə və Yaşarı döydüyünə görə onu maşına çıxmağa qoymamış, maşına özü çıxmış, gün ərzində maşını yola salmış, bundan sonra nahar vaxtı nahar etmək üçün aşağı düşmüşdür. Nahara gedəndə Yaşara “gedirsənsə sən də gəl bir yerdə gedək” desə də, sonuncu cavabında yox demişdir. Oradan sağa dönüb gedəndə ilkin yüngülvari dəmir səsi, sonra isə ayaq səsi eşitmişdir. Hadisə baş verən zaman telefonla evlə danışmış, anidən Yaşar onu arxadan vurmuş, bundan sonrasını isə xatırlamamış. Yaşar onun başına vuranda başındakı kaska başında bölünmüşdür. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günündən əvvəlki gün də Yaşarla aralarında problem yaranmışdı. Səhəri gün isə, onların aralarında əl sıxışması olduğundan hər şeyin qurtardığını düşünmüş, Yaşarla əl sıxışarkən Yaşar ona heçnə deməmiş, qıraqda oturmuşdur. Ümumiyyətlə Yaşar işdə də həmişəki kimi sakit dururdu. Hesab edir ki, kimləsə şəxsi söhbətin olanda söhbət edib, əl sıxırsansa, məsələ bitir. Yaşarın sonradan onu gəlib arxadan vuracağını düşünməmişdir. Maşına çıxmağı ona Bəhram müəllim demişdir. Bəhram müəllim orada bütün anbarın rəisidir. Orada anbarlar bölgəbölgədir. Bəhram “pultun 3000 manat qiyməti var, onun üzərinə cızıq düşsə, pulunu səndən alacam” dediyindən hər adama pultu verə bilməmişdir. Hadisədən bir gün əvvəlki mübahisədən öncə Yaşar ona yaxınlaşanda mübahisələrini camaatın görməməsini istədiyindən o, Yaşarı çölə aparmış, Yaşarla söhbət edəndə müsbət nəticə olmadığını görmüş, Yaşar ona qarşı söyüş söydüyündən, o da Yaşara əl atmış, onu yerə yıxaraq Yaşarı təpiklə vurmuşdur. Bir gün sonra isə Yaşar onu vurmuşdur. Yaşarın onu nəyə görə vurduğunu bilmir. Yaşar onunla aqressiv danışmış, o da onu üstünə çəkərək, yaxası ona yapışanda Yaşar pis söyüş söydüyünə görə fikirləşmədən onu yıxmışdır. Yaşarı iş yerindən tam çölə çıxarmamış, iş yerində camaat görməsin deyə onlar kənara çəkilmişlər. O, Yaşarı vurmaq mənasında çölə çıxarmamış, ilk gündən onunla problemləri olmuş, işə başladığı gündən bir gün sonra Yaşar ona qarşı aqressivləşməyə başlamışdır. O, iş haqqında heçnə bilməmiş, o, anbardar kimi işə girmişdir, həm də pultu işlətmişdir. Yaşarda qıcıqlıq yaratdığını düşünmüş, Yaşarı kameranın altında vurmuş, orada hər yerdə kamera olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2024-cü ilin aprel ayından Bakı şəhəri. Qradağ rayonunda yerləşən "X21” zavodunda ləhlə işləmişdir. 15 oktyabr 2024-cü il tarixdə günorta saatlarında o nahar fasiləsinə gedəndə Yaşarla Nurlan da onun arxası ilə getmişlər. Yeməkxanaya az qalmış bu hadisə baş vermişdir. Dava olandan sonra nəzarətçilər onu çağırmış və dalaşanların rəhbərliyinin kim olduğunu soruşmuşlar. O, da hadisə barədə rəhbərliyə məlumat vermişdir. Məhkəmə iclasında Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, müstəntiqin yanında ancaq verdiyi ifadəyə imza atmış, ifadəni oxumamışdır. Hadisə baş verən zaman ətrafda adamlar olmuşdur. Hər kəs nahar fasiləsinə çıxdığı üçün hadisəni görmüşlər. Hadisə baş verdikdən sonra o, rəhbərliyə məlumat vermiş, Yaşarın Nurlanı vurmasını görməmiş, istintaq zamanı verdiyi ifadəni oxumadan imzalamış, Nurlanı işə girəndən tanımış, Yaşarı isə 2 həftə olar ki, tanımışdır. Yaşarı hadisədən aralananda görmüş, hadisənin nə üçün baş verdiyini bilməmiş, əvəllər onların arasında münaqişə olmasını eşitməmişdir. Video-görüntüdə qabaqda gedənin özü, ortada olanın Nurlan, ondan arxadakının isə Yaşarın olduğunu bildirmişdir. Hadisə olan yerlə yeməkxana arasında məsafə 50-60 metrdir. O, həmin vaxt telefonda müdriyyətlə danışdığına görə biraz qabağa getmişdir. O, özü satış şöbəsində işləmişdir. Səs-küy gələndən sonra Yaşarın oradan aralandığını, Yaşarın əlində dəmir parçasının olduğunu görsə də, sonuncunun üzərində qan ləkələri olub-olmadığını görməmişdir. Həmin vaxt Nurlan yerdə uzanmış, yanında da adamlar olmuşdur. Üzündə xəsarət olub-olmadığını görməmiş, özünü isə rəhbərliyi çağırmağa göndərmişlər. Yaşarla Nurlanın arasında olan söz söhbətdən xəbəri olmamış, hadisə baş verməmişdən əvvəl onların arasında dava-dalaş olub-olmadığını bilməmişdir, hadisədən bir gün əvvəl anbarda olmuşdur. İfadələri arasında ziddiyyət müəyyənləşdirildiyindən məhkəmə iclasında Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, 2024-cü ilin aprel ayından Bakı şəhəri, Qradağ rayonunda yerləşən "X21” zavodunda fəhlə işləmişdir. 15 oktyabr 2024-cü il tarixdə günorta saatlarında o, iş yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə zavod ərazisində yeməkxana tərəfə gedərkən arxadan gələn digər ış yoldaşı Təqsirləndirilən şəxs əlində ki, dəmir parçası (armaturla) Nurlan bir dəfə başına, bir dəfə də bel nahiyəsinə vurmuş, o bunu görən kimi oradan uzaqlaşmışdır. Hadisə vaxtı orada o, Nurlan və Yaşardan başqa heç kim olmamışdır və hadisə təxminən 15 saniyə davam etmişdir. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında əvvəllər mübahisə olub-olmaması və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nə səbəbə vurması haqqında heç bir məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (cild 1, iş vərəqə 01); xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:45-də 1 saylı X12 verilmiş məlumatda Qaradağ rayonu, Qobustan qəsəbə sakini Zərərçəkmiş şəxs Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən “X21” QSC-də iş yoldaşı tərəfindən dəmir parçası ilə vurulması nəticəsində açıq kəllə beyin travması, alın sümüyünün çoxsaylı sınığı diaqnozu ilə mərkəzə yerləşdirildiyi bildirilmişdir (cild 1, iş vərəqə 04); xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:45-də 1 saylı KTM-dən həkim Əliquliyeva (070)-540-59-00 nömrədən verdiyi məlumatda Qobustan qəsəbə sakini Zərərçəkmiş şəxs açıq kəllə beyin travması, alın sümüyünün sınığı, baş beynin zədələnməsi, üz sümüyünün çoxsaylı sınığı diaqnozu ilə həkimə müraciət etməsi, deməsinə görə iş yoldaşının dəmir metalla vurduğu bildirilmişdir (cild 1, iş vərəqə 05); “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin gün cinayət hadisəsi baş verən “X21” QSC-nin ərazisində baxış keçirilmişdir (cild 1, iş vərəqə 8-11); “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 27- 28); “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqə 39); “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqə 41- 42); “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, görüntülər Qaradağ rayonu Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən “X21” QSC-nin ərazisində quraşdırılmış müşahidə kamerasına düşmüş görüntüləri əks etdirir. Həmin görüntülərdən məlum olur ki, xx.xx.2024-cü il tarixdə, həmin çəkiliçdə gedən üç nəfərdən biri, yəni iki nəfərin arxasında əlində dəmir parçası (armatur) gedən şəxs Təqsirləndirilən şəxs özüdür, qarşısında gedən iki nəfər şəxs isə biri Zərərçəkmiş şəxsdur, digər şəxs isə X4r. Həmin vaxt onlar zavod ərazisində yerləşən yeməkxanaya tərəf gedirlər və bir neçə saniyədən sonra Təqsirləndirilən şəxs əlində dəmir parçası (armatur) ilə Zərərçəkmiş şəxs vurmaqla xəsarətlər yetirmişdir (cild 1, iş vərəqə 55-56); “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs “X21” QSCnin ərazisində cinayət hadisəsi baş verən yeri göstərir (cild 1, iş vərəqə 59); Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-252/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 oktyabr 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 66-68); xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Azər Vəliyevə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın ödənildiyini, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 92); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 99); Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-4/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 fevral 2025-ci il tarixədək uzadılmışdır (cild 1, iş vərəqə 106-109); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi və X6” X17 xx.xx.2025ci il tarixli 656 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-başın alın, burun nahiyəsinin sol yan qanadının və döş qəfəsinin arxa səthinin sıyrıqları, sağ bazu nahiyəsinin qançır bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (cild 1, iş vərəqə 119- 120); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 xx.xx.2024-cü il tarixli 756 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan alın sümyünün sınığı, sol almacıq sümüyünün ön və arxa divarının və almacıq qövsünün arxa divarının, burun sümüyünün yerdəyişmiş sınıqları çənə sümüyünün sol tac çıxıntısının yerdəyişmiş sınığı, kəskin daxili qanaxma ilə müşayiət olunan qara ciyərin zədələnməsi (cərrahı yolla tikilərək bərpası) və dalağın travmatik zədələnməsi (cərrahi yolla dalağın çıxarılması) bərk küt əşya (alət) təsirindən törənmişlər. xx.xx.2024-cu il tarixdə və qərarın təsviri hisssində göstərilən şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə gorə həm ümumilikdə və həm də ayrı-ayrılıqda həyat uçun təhlükəli olan sağlamlığına AĞİR zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi inkar edilir (cild 1, iş vərəqə 122-125); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 xx.xx.2024-cü il tarixli 3399 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən cinavət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməklə üzünü idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb- biçib ona rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki-psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Y.B.Qumbalovda hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs özünə və ətrafdakılarına qarşı təhlükəli hesab edilmir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qovulmuş suallar aşağıdakı kimi cavablandırılır. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətinə malikdir. Fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə pataloji meyllilik aşkar olunmadı (cild 1, iş vərəqə 159-161); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsin Ambulator-X1 xx.xx.2024-cü il tarixli 7333 nömrəli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı X5 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X8 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə: 163-164); xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cinayət törətdiyi anın görüntülərini əks etdirən 1 (bir) ədəd DVD-R diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır (cild 1, iş vərəqə 137-146); Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş Bakı şəhər Qaradağ rayon İHB-nin Qobustan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi T.Qurbanovun verdiyi 02 aprel 2025-ci il tarixli 14-36/09 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində onun haqqında qonşuları və qəsəbə əhalisi tərəfindən Qobustan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. «X21» QSC-nin direktoru Mərdan Əliyevin verdiyi 03 aprel 2025-ci il tarixli xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müəssisədə çalışdığı müddətdə müəssisənin daxili nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etmiş, müəssisəmizdə rəhbərliyin və işlədiyi kollektivin dərin hörmətini qazanmış, özünü məsulliyyətli bir işçi kimi tanıtmışdir, öz əmək funksiyalarını həyata keçirərkən işinə məsuliyyətlə yanaşmış, vəzifələrinin düzgün şəkildə keçirilməsinə səy göstərmiş və üzərinə düşən bütün işləri vaxtı-vaxtında peşakarlıqla yerinə yetirmişdir. N saylı hərbi hissənin komandiri tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs tank əlehinə artileriya batareyasında xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı bir hərbi qulluqçu kimi göstərmişdir. Xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxşdir, vəzifəsini layiqincə yerinə yetirməsi üçün əlindən gələni əsirgəmir, antiterror əməliyyatları zamanı aktiv iştirak etmiş, dövlət sirrini qorumağı bacarmışdır. N saylı hərbi hissənin komandiri tərəfindən Təqsirləndirilən şəxs Döyüş və ictimaisiyasi hazırlıqda fərqləndiyinə, həmçinin lokal antiterror əməliyyatları zamanı göstərdiyi xidmətə görə 25 aprel 2024-cü il tarixdə “Fəxri fərmanla” təltif olunmuşdur. SX № ******* saylı hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023xx.xx.2023-cü il tarixdə lokal xarakterli antiterror əməliyyatlarında iştirak etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə araşdırılması zamanı isə həm təqsirləndirilən şəxsin, həm zərər çəkmiş şəxsin özünün, həm də şahidin ifadəsi ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında sonuncunun təşəbbüsü ilə münasibətlərinin aydınlaşdırılması üçün aparılan söhbət zamanı mübahisə baş vermiş, həmin mübahisənin gedişatında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vuraraq xəsarət yetirmiş (xəsarətin olması müvafiq ekspert rəyi və tərəflərin ifadələri ilə təsdiq olunur), bunun nəticəsində də mübahisədən sonrakı gün şəxsi ədavət zəminində, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn intiqam niyyəti ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs armatur parçası ilə vurmaqla onun sağlamlığına ağır zərər yetirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 124.2-ci maddəsinin tələbinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. - 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. - 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Cinayət hüquq ədəbiyyatında motiv dedikdə ictimai təhlükəli əməli törətməyə qətiyyət yaradan və konkret əməldə maddiləşən dərk olunmuş maraq başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Hüquq tətbiqetmədə formalaşan təcrübəyə əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə niyyətlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətdə təşəkkül tapmış davranış qaydalarına açıq-aşkar laqeydlik nümayiş etdirir, ictimai maraqları saymır, əxlaq normalarını pozur. Bu zaman təqsirkar güc nümayiş etdirir, əsassız olaraq belə bir fikirin təsiri altında hərəkət edir ki, sanki mövcud vəziyyətdə onadan güclüsü, nüfuzlusu yoxdur. Həmçinin, belə hallarda təqsirkar səbəbli-səbəbsiz zor tətbiqinə bəhanə axtarır, bəzən çüzi bir səbəbi bəhanə edərək şəxsiyyətinin üstünlüyünü güc yolu ilə başqasına nümayiş etdirməyə və “günahkar” şəxsləri “cəzalandırmağa” çalışır. Bir sözlə xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlər etməsində ifadə olunur. Göründüyü kimi xuliqanlıq niyyətini şəxsi münasibətlər zəminində yaranmış digər cinayətkar niyyətdən fərqləndirən kifayət qədər əlamətlər var və bunların köməkliyi ilə əməlin xuliqanlıq və ya şəxsi motivlə törədilməsini müəyyən etmək o qədər də çətinlik yaratmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsit örədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir.Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrəəhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsifedilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəttörətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habeləhəmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirliolan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsindəCinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görəməsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Lakin, buna baxmayaraq, hazırki cinayət işi üzrə ibtidai istintaq orqanı tərəflər arasında yaranmış münasibətlərin xarakterini, cinayətin törədildiyi anda baş vermiş mübahisənin məzmununu aydınlaşdırmadan şəxsin əməlini heç bir əsas olmadan əsassız olaraq xuliqanlıq niyyətinə tövsif etmiş, bu zaman nəzərə almamışdır ki, təqsirkarın hərəkətlərində istər zahiri cəhətdən, istərsə də məzmun etibarilə xuliqanlıq niyyətinə dəlalət edən əlamətlər olmamışdır. Bundan əlavə istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı ilkin ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi ilə bağlı irəli sürülmüş, sonradan isə heç bir əlavə sübut əldə edilmədən, heç bir əsas olmadan istintaq orqanın mülahizəsi ilə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə tövsif olunmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərər vurma kimi, yəni Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə tövsif etsə də, sonuncunun özünü başqa şəxslərin şəxsiyyəti fövqündə qoyaraq, cəmiyyətə açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirib ictimai qaydalara və ictimai mənafelərə etinasızlıq göstərməsinin nədən ibarət olduğunu, ya da nədə ifadə olunduğunu əsaslandırmamış, hadisəni görmüş və ictimai qaydanının pozulmasının şahidi olmuş şəxsləri müəyyən edərək ibtidai istintaq zamanı dindirməmiş və məhkəməyə təqdim etməmişdir. Halbuki, qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, həmin əməli törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər onun ətrafında olan şəxlərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, onlara etinasızlıq göstərən hərəkətlər edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Xuliqanlıq niyyətinin mahiyyəti ilə bağlı məhkəmə kollegiyası bu qənaətdədir ki, xuliqanlıq niyyəti ilə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin yaxud qeyrimüəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, eləcə də əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığından, qəddarlığından, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissəsinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmanın tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edilməlidir. Qəsdən sağlamlığa ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Məhkəmə kollegiyası tədqiq edilmiş sübutlara tam və hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qəsdən sağlamlığa ağır xəsarət yetirmə əməlinin motivinin “xuliqanlıq niyyəti” olması öz təsdiqini tapmır. Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, şəxsi münasibətlər zəminində törənmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən hazırki hadisənin tərəflər arasında qısa zaman öncə (hadisədən 1 gün əvvəl) zərərçəkən şəxsin təşəbbüsü ilə, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn şəxsi münasibətlər zəminində başlanmış mübahisə zamanı zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi vurması ilə əlaqədar şəxsi ədavət zəminində yaranmasını və növbəti gün təqsirləndirilən şəxsin intiqam hissi ilə zərərçəkmiş şəxsə armatur parçası ilə iki zərbə vuraraq xəsarət yetirməsini nəzərə almışdır. Ona görə də məhkəmə kollegiyası, işin göstərilən hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi, yəni qəsdən sağlamlığa ağır zərər vurması özünün səmimi ifadəsi, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyləri və məhkəmə icraatında tədqiq edilmiş işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olmasıını, hərbi xidmətdə olarkən müsbət xarakterizə olması, lokal xarakterli antiterror əməliyyatlarında iştirak etməsi və antiterror əməliyyatları zamanı göstərdiyi xidmətə görə Fəxri fərmanla təltif olunması, təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini zərərçəkmiş şəxsin ona qarşı etdiyi qanuna zidd hərəkətləri və sonuncunun sözügedən hərəkətlərinə etinasız yanaşması zəminində törətməsini, habelə zərərçəkmiş şəxslə hələ ibtidai istintaq başlamadan barışıq əldə etməsini, Zərərçəkmiş şəxs qismində tanındığı gün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasına dair istintaq orqanına, habelə məhkəmə istintaqı zamanı müvafiq ərizələr təqdim etməsini, eyni zamanda təqsirləndirilən şəxsin 2023-cü ilin sentyabr ayıda keçirilmiş lokal xarakterli antiterror əməliyyatlarında fəal iştirakını müstəsna hal kimi qəbul edir və hesab edir ki, bu və digər yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və onun ailəsini ciddi məhrumiyyətlərə düçar edər, gənc bir şəxs üçün kifayət qədər ağır cəza olar, habelə təqsirləndirilən şəxsin gələcəkdə sosial həyat və cəmiyyətdən tamamilə uzaqlaşmasına, geri dönüşü olmayan kriminal bir şəxsiyyət olaraq formalaşmasına və nəticədə dövlətin cəmiyyətə faydalı ola biləcək bir gənci şəxsiyyət olaraq itirməsinə gətirib çıxara bilər. Azərbaycan Respublikasi Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli 2668 №-li sərəncamının 13.3-cü bəndinə əsasən məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması tövsiyə edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-252/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 27-28, 66-68). «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.- ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin, sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Maddi sübut olub cinayət işinə əlavə edilmiş və Təqsirləndirilən şəxs cinayət törətdiyi anın görüntülərini əks etdirən 1 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Kamil Əliyev Hakimlər Nigar İmanova Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(101)-1080/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1080/2025
21.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver