Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1081/2021 14.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 3,682 qram çəkidə narkotik vasitə heroini əldə edərək həmin heroini iki ədəd bükümə bölüb üzərində saxlamaqla qanunsuz olaraq ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 26 noyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 10 radələrində yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və adı çəkilən idarədə saat 12:00-dan keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli gödəkçənin sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd bükümdə ayrılıqda çəkiləri 1,755 qram və 1,927 qram olan ümumilikdə külli miqdarda – 3,682 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, 2019-cu ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində guya bir qadına dələduzluq etdiyimə görə dindirilmişdir. Həmin işdə həmin qadına ev satmışdı və o, ona 10.000 manat məbləğində pul verməsinə baxmayaraq, 33.000 manat məbləğində pul verdiyini həmin idarəyə bildirmişdi. Bu işdən sonra zənnincə, həmin idarənin müvafiq şəxsləri tərəfindən ona düşmənçilik hisləri yaranmışdır və o narkotik istifadəçisi olduğuna görə yox, məhz həmin iş üzrə yaranmış düşmənçiliklə əlaqədar saxlanılmışdır. 26 noyabr 2020-ci il tarixində polis əməkdaşları tərəfindən saxlanılmazdan təqribən 10-15 gün əvvəl yaşadığı ərazi üzrə polis idarəsinin sahə müvəkkili tərəfindən ona zəng edilərək, həmin idarəyə gəlməyini xahiş etdi. Lakin atası xəstə olduğundan və o onu xəstəxanaya aparıbgətirdiyinə görə vaxtı olmadığından onların müvafiq çağırışları üzrə gedə bilmədi. Bundan bir neçə gün sonra onlar yenidən telefonla əlaqə saxlayaraq barəsində onlara Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən məlumat daxil olduğu bildirildi və o da onlara əgər belə bir məlumat varsa, onların onun yaşadığı evin ünvanına məktub göndərə biləcəklərini bildirdi. 2020-ci il 26 noyabr tarixində səhər saatlarında tanışının yas mərasimi ilə əlaqədar yaşadığı evi tərk etdi. Bundan bir az sonra ailə üzvləri ona zəng edərək bir neçə nəfərin onu axtardığını və evin qarşısında bir avtomobildə əyləşib onu gözlədiklərini bildirdilər. Bundan sonra o tez evinə getdi və evin qapısının yanında həmin şəxslər onu saxladılar. Bu zaman onlar özlərini təqdim etmədilər, ondan narkotik istifadəçisi olub-olmadığını soruşduqlarında isə həmin vaxt üzərində narkotik vasitə olmasa belə, ara-sıra gündəlik həyatında narkotik vasitə istifadə etdiyinə görə istifadəçi olduğunu bildirdi. Bundan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orada onların müvafiq çağırışlarına gəlmədiyi və ibtidai istintaqdan yayındığı üçün onu döydülər. Həmin idarədə onu bir gündən artıq saxladılar. Bundan sonra ona az miqdarda narkotik vasitə və bir ədəd siqaret verdilər. Birazdan videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi və onun həmin vaxt ona təqdim etdikləri narkotik vasitəni və siqareti çıxarıb təqdim etməli olduğunu bildirdilər. Bundan əlavə üzərinə şəxsi axtarış keçirilərkən saat 16:00 olmasına baxmayaraq protokolda saat 12:00 kimi göstərdilər. O da ona edilən fiziki və psixi işgəncəyə görə onların dediyi kimi etdi və həmin narkotik vasitənin və siqaretin ona məxsus olduğunu bildirdi. Faktiki olaraq, onun üzərində həmin vaxt narkotik vasitə olmayıb. Bundan əlavə onlar onun üzərinə 1 büküm yerləşdirdikləri halda, protokolda 2 büküm kimi rəsmiləşdirdilər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili işləyir. Hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdu. Əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə əməliyyat qrupu yaradıldı və onunla Şahid2 həmin qrupun üzvləri idilər. 2020-ci il 26 noyabr tarixdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində evinin qarşısına gedərək, ona özlərini təqdim etdilər və onun barəsində onlara daxil olmuş əməliyyat məlumatı ilə tanış etdilər. Bundan sonra Təqsirləndirilən şəxs həqiqətən də üzərində narkotik vasitə heroin olduğunu bildirdi və onu Baş İdarəyə apardılar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı şalvarının cibindən bir ədəd plasmas materiallı sarı rəngli əşya aşkar edildi. Təqsirləndirilən şəxs həmin əşyanı narkotik istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Bundan əlavə Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 2 siqaret qutusunun birinin içərisində səhv etmirsə, 2 bükümdə heroinə bənzər maddə və siqaretin gümüşü kağızları aşkar edildi. Təqsirləndirilən şəxs həmin bükümlərdə heroin olduğunu təsdiqlədi, özünün də narkotik vasitə istifadəçisi olmasını və həmin narkotik vasitəni bir neçə gün əvvəl Neapol dairəsi ərazisində tanımadığı şəxsdən aldığını bildirdi. Təqsirləndirilən şəxs həmçinin siqaretin gümüşü kağızlarını narkotik vasitə istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir, videoçəkilişdən istifadə olunmuşdu, Təqsirləndirilən şəxs tərəflərindən zor edilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar olmamasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Belə ki, o ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, narkotik vasitə olan heroin istifadəçisidir. Heroini Samir adlı şəxsdən 4-5 gündən bir alırmış. Sonuncu dəfə 24 noyabr 2020-ci il tarixdə Samirdən 50 manat pulun müqabilində təxminən 3-4 qram narkotik vasitə heroin almış və həmin heroini əynindəki gödəkçənin cibinə qoymuşdur. 26 noyabr 2020-ci il tarixdə saat təxminən 10:45 radələrində yaşadığı ünvan 3 ünvanının yaxınlığında olarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən, videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmışdır və o əynində olan qara rəngli cins materiallı şalvarının ön sağ yan cibindən aşkar olunmuş bir ədəd plasmas materiallı sarı rəngli hər iki tərəfinin yandırılmış halda olmaqla trubka formalı olduğu əşyanın narkotik istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Ardınca üzərindən aşkar olunmuş “Vinchester” markalı siqaret qutusuna baxış zamanı içində siqaret dənələrinin olduğu, siqaretin üzərindəki sellofanın içində, qutunun arxa tərəfində bir ədəd kağız bükümdə və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş halda narkotik vasitə olan heroinə bənzər maddələrin heroin adlı narkotik vasitə olduğunu təsdiq etmişdir. Narkotik vasitə olan heroini iki gün əvvəl yaşadığı Xətai rayonu, Neapol dairəsi adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün iki ədəd bükümdə aldığını bildirmişdir. Cinayət işində olan 26 noyabr 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 26 noyabr 2020-ci il tarixli 6/2590 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələr” yazısı olan paketdəki ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,775 qram və “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 1,927 qram ümumi təmiz çəkisi 3,682 qram açıq qəhvəyi rəngli tozşəklli maddələr xarici əlmaətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 18 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən nakotik vasitələr”-in İ siyahısına daxildir.” heroinin təmiz çəkisi: 3,682 qram, tədqiqata sərf edildi: ümumi 0,1 qram, qalıq: 3,582 qram. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 07 dekabr 2020-ci il tarixli 6/2624 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş gümüşü falqalar və bir ədəd trubuçka” yazısı olan zərfdəki bir ədəd sarı rəngli plastik materialdan olan borucuq formalı əşyanın içərisində narkotik vasitə olan – heroinin izləri vardır. Lakin borucuq formalı əşyanın içərisində aşkar edilmiş heroin iz şəklində olduğu üçün heroinin çəkisini və Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 2 (iki) ədəd bükümdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Həmin zərfdə olan 4 (dörd) ədəd gümüşü rəngli falqa parçaları üzərində narkotik və psixotrop maddələrin izləri yoxdur.” Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 fevral 2021-ci il tarixli 386 nömrəli rəyindən görsənir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Cinayət işində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X2 tərəfindən qəbul edilmiş 27 noyabr 2020-ci il tarixli 5(005)-1000/2020 nömrəli qərardan görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi polis polkovniki Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 26.11.2020-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işində olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X3 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 26 noyabr 2020-ci il tarixdə saat 10:45-də Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli gödəkçənin sol yan cibindən iki ədəd bükümdə ayrılıqda çəkiləri 1,755 qram və 1,927 qram olmaqla ümumilikdə 3,682 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. Cinayət işində olan Suraxanı RİHB-nin Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə barəsində şikayət daxil olmamıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 26 noyabr 2020-ci tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə barəsində şikayət olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN-nin BMCMİ-nin Növbətçi Hissəsində saxlanılan video görüntülərinin əks olunduğu “DVD” disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 3,582 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 26 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin Növbətçi Hissəsində saxlanılan video görüntülərinin əks olunduğu “DVD” disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 3,582 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1081/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1081/2021
14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver