Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1081/2022 03.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və müdafiəçi - Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, ev 51, mənzil 2 A-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 245-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 4 yanvar 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvan 5, mənzil 27-də arvadı Zərərçəkmiş şəxs ona xəyanət etməsindən şübhələnərək, qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunu qəsdən öldürmək qərarına gələrək onu üz nahiyəsindən yumruqla iki dəfə vuraraq hər iki göz yuvası ətrafı nahiyənin yumşaq toxumasına qançırları sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək yerə yıxmış, sonra saçından tutaraq sürüyə-sürüyə hamam otağına gətirmiş, orada ona israrla “kəlməyi şahadət” dedizdirərək mənzildə olan qatlanmayan tipli, tiyə və dəstəkdən ibarət, ümumi uzunluğu 321 mm olan mətbəx bıçağı və dəstək və işçi metal hissədən ibarət, ümumi uzunluğu 490 mm olan, sərbəst ucunun en kəsiyi 45x26 mm ölçülü, qeyri-düzgün oval formalı balta ilə ona travmatik və hümorragik şokla müşayiət olunan həyatla bir araya sığmayan politravma fonunda İİ və İİİ boyun fəqərələri səviyyəsindən başın gövdədən tam travmatik amputasiyası (ayrılması) və həmin səviyyədə əzələlərin, arteriya və venaların, sinirlərin və bağların, qırtlağın və udlağın tam kəsilməsi, İİ və İİİ boyun fəqərələrinin cisimlərinin və çıxıntılarının qəlpəşəkilli sınıqları və onurğa beyinin boyun şöbəsinin tam kəsərək boyun yumşaq toxmasının qansızmalı dairəvi şəkilli geniş kəsilmiş və çapılmış yaraları yetirərək dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə bir-başa səbəbli əlaqəsi olan, ona xüsusi qəddarlıqla əzab verdiyini dərk edib, zərər çəkmişə mətbəx bıçağı və balta ilə şiddətli ağrılarla işgəncə verərək, xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir; Zərərçəkmiş şəxs öldürdükdən sonra o, onu soyundurmuş, “Nahidənin onun namusuna əl uzatmasını” bəhanə edərək həmin hamam otağında sonuncunu qətlə yetirərkən istifadə etdiyi mətbəx bıçağı və balta ilə onun meyitinin sağ yuxarı ətrafın bazu oynağı səviyyəsində-gövdədən tam travmatik amputasiya (ayrılması), sağ bazu oynağı ətrafında yumşaq toxumanın qasızmasız dairəvi şəkilli geniş kəsilmiş yarası və sol yuxarı ətrafı bazu oynağı səviyyəsindən-gövdədən natamam travmatik amputasiya (ayrılması), sol bazu oynağı ətrafında yumuşaq toxumanın qansızmasız yarım dairəvi şəkildə kəsərək, meyiti ayrı-ayrı hissələrə parçalamış və bunula da, meyitin üzərində təhqiredici hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 245-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 245-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. O, Nahidə ilə 2017-ci ildə ailə həyatı qurub və həmin nikahdan 2017-ci il təvəllüdlü Minarə adlı bir qızı var. Ailə qurduqdan sonra yoldaşı, qızı və anası Şahid2 ilə birlikdə ünvan 5, mənzil 27-də yaşamağa başlamışdır. Həmin mənzil adını xatırlamadığı tanışına məxsusdur, ailə üzvlərindən heç kimə məxsus deyil, sadəcə heç bir şərtsiz orada yaşayırdılar. Ailə qurduğu vaxtdan sonra o, Nahidənin onu aldatması, xəyanət etməsi və onu mobil telefonu vasitəsilə izlətdirdiyindən şübhələnməyə başlamışdır. Lakin, Nahidənin ona kiminlə xəyanət etməsini bilmirdi və onun kiminləsə danışmasını və ya mesajlaşmasını görməmişdir. Bununla bağlı onların aralarında tez-tez mübahisələr olmuşdur. Sonuncu dəfə 05 dekabr 2021-ci il tarixdə o, Nahidə ilə yenə də mübahisə etmiş və Nahidə uşağı da götürüb, Füzuli rayonuna atası və anasının yaşadığı evə gedib orada qalmışdır. 03 yanvar 2022-ci il tarixdə o, Nahidəni və uşağını geri gətirmək üçün günorta saatlarında rayona işləyən tanımadığı taksi ilə Füzuli rayonuna, qayınatası Həsənov Səhəddin gilə getmişdir. Həmin günü yoldaşını və uşağını Bakıya gətirmək istəsə də qayınatasıgil buna imkan verməmiş və həmin günü orada qalıb səhəri gün getmələrini bildirmişdirlər. O, da razılaşıb həmin günü orada qalmış və xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində o, yoldaşını və uşağını Füzuli rayonunda yerləşən evdən götürüb taksi ilə Bakı şəhərinə gələrək, saat 12 radələrində Xətai rayonunda yerləşən yaşadığı mənzilə çatmışdırlar. Bir qədər keçdikdən sonra o, anasına uşağı da götürüb bacısı gilə getməsini, Nahidə ilə söhbət etmək istədiyini bildirmiş və anasını qızı ilə bir yerdə bacısı Leyla gilə göndərmişdir. O, evdə yoldaşı ilə tək qalmış və evin giriş qapısını içəridən bağlamış ki, evə heç kim girməsin. Nahidədən ona kiminlə xəyanət etdiyini soruşmuş, Nahidə isə ona xəyanət etmədiyini bildirmiş, o, isə Nahidənin ona xəyanət etdiyini hiss etmişdir. Buna görə çox əsəbi vəziyyətdə danışmağa başlamış və o, Nahidəyə düzünü deməsini, xəyanəti bağışlamayacağını və bunun cəzasının ölüm olduğunu demişdir. Nahidə xəyanət etmədiyinə and içməyə başlamış, o, isə bundan daha da qəzəblənmiş və yalandan Allaha and içməməyini Nahidəyə bildirmiş və ardından bir neçə dəfə yumruqla sonucunun sifət nahiyəsinə zərbələr vurmuşdur. Nahidə zərbələrin təsirindən yerə yıxılmış, lakin huşunu itirməmişdir. O, Nahidənin saçından tutub sürüyə-sürüyə mətbəxə aparmış, oradan isə hamam otağına apararaq, Nahidəni yerə əyilmiş vəziyyətdə, kürək nahiyəsini ayaqlarına tərəf olaraq, sonuncunun saçlarından tutub saxlamışdır. Orada o, Nahidəyə: “Mənim namusuma əl uzatmısan, sənin başını da, əllərini də kəsəcəyəm, kəlmeyi-şəhadətini de səni öldürəcəyəm”,- sözlərini deyərək, israrla sonuncuya kəlmeyi-şəhadətini deməyə məcbur etmiş və mətbəxdən götürdüyü bıçaqla Nahidənin başını bir qədər kəsmişdir. Sonra isə o, hamam otağından çıxıb bir qədər dayanmış və sonuncunun başını və qollarını kəsmək qərarına gəlmişdir. Çünki, onun namusuna əl uzatmışdı və bunu ibrət olsun deyə etmək istəmişdir. O, Nahidənin başını və qollarını bədənindən ayırmaq çətin olacağını düşünüb eyvandan baltanı götürüb hamama keçmişdir. Nahidə artıq ölmüş, o, sonuncunun başını bıçaqla kəsərək bədənindən tam ayırmışdır. Sonra onun qollarını kəsmək üçün əynində olan paltarları tam çıxarmış və həmin paltarları hamam otağında olan plastik tasa qoymuşdur. Nahidənin başı kəsilmiş meyitini çılpaq vəziyyətdə hamam otağında olan vannanın içinə uzatmışdır. Orada onun sağ qolunu bıçaqla çiyin nahiyəsindən kəsib bədənindən ayırmışdır. Kəsilən nahiyələri bıçaqla kəsə bildiyindən baltadan istifadə etməmişdir. Sonra evdən sellofan torba gətirmiş, kəsilmiş baş nahiyəni su ilə yuyub həmin torbaya salıb yerə qoymuşdur. Sonra kəsilmiş sağ qol nahiyəni su ilə yuyub hamam otağında olan çəhrayı rəngli plastik tasa qoymuşdur. Ardından hamam otağının qana bulaşmış yerlərini su vurub yumuş, həmçinin vannada olan meyiti də su ilə yumuşdur. Hamamın döşəməsinə də ağ mələfə sərmişdir ki, yer daha qana bulaşmasın. Sonra meyitin sol qol nahiyəsini çiyin hissədən bıçaqla kəsməyə başlamışdır. Bu zaman evin qapısı döyülmüş, o, gedib qapının gözlüyündən baxanda anasının və bacısının gəldiyini görmüşdür. Onlara getmələrini bildirmiş, çünki anasının və bacısının bu vəziyyətdə meyit görməsini istəməmişdir. Lakin anası gil israrla qapını açmağını istəmişlər. O, onların getmək istəmədiyini görüb, onlara getmələrini, yeznəsinin gəlməsini bildirmişdir. Yeznəsi Şahid3 səsini çıxararaq orada olduğunu və qapını açmayacağı təqdirdə polisə zəng edəcəklərini bildirmişdir. O, qapını açmış və onlara artıq gec olduğunu, Nahidəni öldürdüyünü demiş və əynini geyinib evdən çıxmışdır, xüsusilə ağır cinayət törətməkdə özünü günahkar hiss etsə də, törətdiyi əməldən peşiman deyil. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxin hüquqi varisi qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, mərhum qızı Zərərçəkmiş şəxs 2015-ci ildə Təqsirləndirilən şəxs (həyat yoldaşının qardaşı oğlu) ilə evlənərək ailə qurmuş və nikahdan bir qız övladı dünyaya gəlmişdir. Son vaxtlaradək qızından ailəsi ilə bağlı hər hansı bir problemin olması haqda ona şikayət olunmamışdır. Lakin, 05 dekabr 2021-ci il tarixdə qızının qaynanası Minarə xanım ona zəng edərək Zərərçəkmiş şəxs yaşadığı evdən aparılmasını xahiş etmiş, səbəblərini isə telefonla yox sonradan üz üzə deyəcəyini söyləmişdir. Həmin gün o, Bakı şəhərinə gələrək qızının yaşadığı ünvana getmişdir. Evə daxil olarkən mərhum Zərərçəkmiş şəxs sifətində xəsarətlər görmüşdür. Təqsirləndirilən şəxs anası Minarə xanım və bacısı Leyla bildirmişlər ki, onların arasında tez-tez mübahisələr olmuş, oğlan narkotikdən istifadə edirmiş və sonuncu dəfə Nahidənin mobil telefonu ilə onun başına çırpmış və baş verənlərlə bağlı qızın heç bir günahın olmamasını qeyd etmişdirlər. Qızı da bunları təsdiq etmişdir. O, Zərərçəkmiş şəxs götürərək yaşadığı Füzuli rayonuna qayıtmışdır. Bundan sonra Orxan dəfələrlə qızına zəng etmiş, lakin Zərərçəkmiş şəxs telefon zənglərini qəbul etməmişdir. 03 yanvar 2022-ci ildə Minarə xanım qızına zəng edərək Orxanın Füzuliyə gəlib onunla barışaraq yenidən öz evlərinə aparacağını demişdir. Həmin axşam Orxan Füzuliyə gəlmiş və onunla olan söhbətdə qadınların bu həyatda heç bir rolun olmaması, yalnız kişilərin peyğəmbər olmaları və digər dinlə bağlı məsələləri diqqətinə çatdırmışdır. O, qızına Bakıya getməməyini və sonradan onu özü aparacağını demiş, lakin qızı bununla razılaşmayaraq 04 yanvar 2022-ci il tarixdə səhər saatlarında Orxan ilə birgə Bakıya yola düşmüşdür. Həmin günü saat 12-13 arasında o, Minarə xanıma zəng eləmiş və Minarə bildirmiş ki, onlar yaşadığı ünvana çatmışlar, Zərərçəkmiş şəxs isə hamamdadır. Təxminən 5 dəqiqə sonra o, yenidən Minarə xanıma zəng vurmuş, sonuncu isə bildirmişdir ki, özü ona zəng edəcək. Lakin zəng olunmadığından o, təkrarən zəng vurmuş və Minarə, ona demişdir ki, balaca Minarə yanındadır, Orxan ilə Nahidə isə küçədə söhbət edilər. Sonradan o, Orxanın bacısı Leylaya zəng vurmuş və Leyla ona tez bir zamanda Bakıya gəlməyini demiş, səbəblərini izah etməmişdir. O, özünü tez Bakıya çatdıraraq onların ünvanına getmiş, orada isə Orxanın qohumları və qonşuları yiğışmış və onlar Nahidəni yuyulması üçün meyitxanaya aparması barədə ona bildirmişdilər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, həyat yoldaşı Şahid3 və iki az yaşlı övladı ilə birlikdə yaşayır. Belə ki, 2004-cü ildə ərə getdikdən sonra o, əri ilə yaşamağa başlamışdır. Atası Mehdi 1991-ci ildə vəfat etmişdir. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Qardaşı Təqsirləndirilən şəxs Bakı şəhəri, Əhmədli qəsəbəsi, General Şıxlinski küçəsi 51 c, mənzil 27-də anası Şahid2 ilə birgə yaşamışdır. Digər qardaşı Xəqani evlənərək, başqa ünvana köçmüş və orada yaşayır. Qardaşı Orxan 2015-ci ildə doğma bibisi qızı mərhum Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan 2017-ci il təvəllüdlü Minarə adlı qız övladı olmuşdur. Qardaşı Orxan evləndikdən sonra anası ilə birlikdə öz ailəsi ilə yaşamışdır. 05 dekabr 2021-ci il tarixdə səhər vaxtı qardaşı və anası ona zəng edərək, onların yaşadığı ünvana getməyini istəmişlər. O, anasından öyrənmişdir ki, qardaşı Orxan ilə Nahidə dalaşmışdırlar. O, onların yaşadığı ünvana gəldikdə öyrənmişdir ki, Nahidə səhər yeməyini verərkən Orxan ilə mübahisə etmiş və bu səbəbdən Orxan Nahidənin saçlarından tutaraq yolmuş, Nahidənin mobil telefonu ilə başına vurmuşdur. Bu zaman Nahidə bıçaq götürərək, Orxanı vurmaq istəmiş, Orxan isə bıçağı onun əlindən almışdır. Bu konfliktdən sonra Orxan Nahidəni evdən qovmuş və anasına demişdir ki, atası gəlib Nahidəni aparsın. O, ora getdikdən təxminən bir saat sonra Nahidənin atası Səhəddin gəlmişdir. O, anasının evinə gəldikdə isə Orxan artıq getmişdir. Ona görə də o, Orxanı görə bilməmişdir. Bundan əvvəl anası Səhəddinə zəng edərək, bu barədə sonuncuya məlumat vermişdir. Səhəddin gəldikdən sonra Nahidəni azyaşlı qızı ilə birlikdə Füzuli rayonuna aparmışdır. Nahidə ona demişdir ki, “Orxan evə gec gəlir, və ya heç gəlmir, həmçinin narkotik maddələr qəbul edir”. Lakin Orxan narkotik maddələri qəbul etməsini inkar etmişdir. Buna baxmayaraq onların təkidi ilə qardaşı Xəqani Orxanı xəstəxanaya aparmış və Orxanın qan analizində narkotik maddə aşkar olunmuşdur. Həkim təyinatı ilə Orxan 10 günlük müalicə almışdır. Bundan sonra Orxanın narkotik maddə qəbul edib-etməməsi barədə onun məlumatı olmamışdır. Nahidə atası tərəfindən Füzuli rayonuna aparıldıqdan sonra bir neçə dəfə onunla əlaqə saxlamışdır. O, Nahidədən bu konfliktlə bağlı fikrini soruşduqda, Nahidə qayıtmaq istəmədiyini demişdir. 1 yanvar 2022-ci il tarixdə təxminən saat 17 radələrində Orxan onun evinə gəlmiş, lakin onun Orxanla mübahisələri olduğundan qapını açmamış və evdə olduğunu bildirməmişdir. Bundan sonra Orxan əri Elmirin iş yerinə getmiş və onunla söhbət etmişdir. Daha sonra Elmir onu öz maşını ilə Şahid2 evinə aparmış, lakin yarım saat sonra Orxan Leylagilə gələrək, ondan yemək istəmişdir. Evdə yemək yedikdən sonra Elmirlə söhbət edərkən Füzuli rayonuna gedərək, Nahidəni gətirmək istəyini bildirmişdir. Lakin Elmir ona rayona getməməsini və bir qədər gözləməsini məsləhət görmüşdür. Buna baxmayaraq 3 yanvar 2022-ci il tarixdə səhər saatlarında o, anası ilə danışarkən məlum olmuşdur ki, Orxan rayona getmiş və gecəni Füzuli rayonunda qalmışdır. Ertəsi günü günorta saatlarında Orxan Nahidə və azyaşlı qızı ilə Bakıya qayıtmışlar. 4 yanvar 2022-ci il tarixdə saat 14 radələrində anası Orxanın qızı ilə onların mənzilə gəlmişdirlər. O, anasından onları nə üçün tək qoyması barədə soruşmuş, anası bildirmişdir ki, hər ikisi sakit idilər və hər hansı bir problemləri yox idi. Orxan özü anasına qızını götürüb bacısı gilə getmələrini demişdir, çünki Orxanın həyat yoldaşı ilə söhbəti var idi. Anası onlarda olduğu zaman Nahidənin atası Səhəddin telefonla zəng etmiş və Orxanın, Nahidənin gəlib-gəlməməsini soruşmuş və Nahidə ilə söhbət etmək istədiyini bildirmişdir. Lakin Səhəddinin həyacanlanmaması üçün anası demişdir ki, Nahidə hamamdadır və çıxıb zəng edəcəkdir. Bundan sonra onun sözü ilə anası Səhəddinə zəng etmiş, Orxanla Nahidənin münasibətlərinin necə olmasına aydınlıq gətirilməsi barədə soruşmuş, Səhəddin Orxanla danışması, lakin danışığı xoşuna gəlməməsi və gecə olduğundan evindən qovmaması barədə anasına bildirmişdir. Ertəsi günü isə Səhəddin qızı Nahidəyə bildirmişdir ki, ailəsinin dağılmasını istəmir, onun gedib getməməsinə özü qərar verməlidir. Nahidə isə Bakıya gəlməsinə qərar vermişdir. O, anasının Səhəddinin söhbətindən anlamışdır ki, barışıq tam olmamış, ona görə də anasına tez evə getmələrini demişdir. Təxminən saat 15 radələrində Elmir onları şəxsi avtomobili ilə anasının evinə gətirmişdir. Birlikdə mənzilə qalxaraq, anası özündə olan açarla giriş qapısını açmaq istəmiş, lakin giriş qapısı daxildən bağlanmışdır. Sonra qapını döyməyə başladıqda Orxan onlara içəridən çıxıb getmələrini demişdir. Onlar bir neçə dəfə təkif etmişdilər ki, Orxan qapını açsın. O, həyat yoldaşına demişdir ki, açmadığı halda polisə məlumat versin. Bundan sonra Orxan onlara kənara çəkilmələrini və yalnız Elmirin içəri daxil olacağını demişdir. Elmir mənzilə daxil olduqdan təxminən 30 saniyə sonra «Orxan sən nə etdin» sözlərini demişdir. Orxan isə Elmirə Nahidəni öldürdüyünü demişdir. Bundan sonra o, və anası mənzilə girmiş, Nahidəni görmədikləri üçün anası balkona tərəf getmiş, çünki Orxanın Nahidəni balkondan atmasını barədə təxmin etmişdir. Lakin aşağıda heçnə görmədikdə geri qayıtmışdır. Bu vaxt o, Orxanın qurşaqdan yuxarı əynində heç bir geyim olmadığını və yalnız evdə geyindiyi idman şalvarı olmağını görmüşdür. Bundan sonra onlar hamamın qapısına yaxınlaşdıqda Orxan onları qoymamış və o, Elmirə “bəlkə sağdı tibbi yardıma məlumat verək” sözlərini demişdir. Bu zaman Orxan artıq Nahidəni öldürdüyünü onlara demişdir. Onun təkidi ilə Elmir hamamın qapısını açaraq, tez də bağlamış və artıq Nahidənin həyatda olmadığını demişdir. O, öz telefonu ilə 102 xidmətinə adam öldürülməsi barədə məlumat vermiş, bundan sonra Orxan özü polisə təslim olmaq üçün polisə getməyini görmüş və «gördün sizə demişdim ki, başım işləmir» sözlərini Orxandan eşitmişdir. Buna baxmayaraq Orxan polisə getməmiş, o, isə yaxınlıqda olan 35ci PB-nə gedərək, polisə bir daha məlumat vermişdir və bundan sonra polis tərəfindən Orxanın axtarışları başlanmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, həyat yoldaşı Şahid1 Mehti qızı və 2 övladı X8 və X11 ilə bir yerdə yaşayır. Leyla ona demişdi ki, qardaşı Təqsirləndirilən şəxs yoldaşı Zərərçəkmiş şəxs mübahisə etmişlər və 5 dekabr 2021-ci il tarixində Nahidə övladı Şahid2 götürərək yaşadığı evindən çıxıb anası gilə Füzuliyə getmişdir. 4 yanvar 2022-ci il tarixində yoldaşı Leyla ona zəng edərək sonuncunu, qaynanası Minarəni və azyaşlı Minarəni Orxanın evinə aparmağı ondan xahiş etmiş və o, razılıq verərək onları Orxanın evlərinə aparmışdır. Ünvana çatdıqdan sonra o, onlarla bir yerdə Orxanın yaşadığı evə qalxmış. Qaynanası evin qapısını açar ilə açmaq istəmiş, lakin qapı içəridən bağlı olmuş, sonra qapını döyməyə başlamış Orxan isə evdən onlara aqressiv şəkildə getməyini tələb etmişdir. Qaynanası onun burada olduğunu Orxana bildirmiş, lakin Orxan qapını yenə də açmamışdır. Leyla Orxana demişdir ki, polis çağıracaq və bu zaman Orxan onun gəlməyini onlara demiş və qapını açmışdır. O, içəri daxil olmuş və görmüşdür ki, Orxan yarı lüt şəkildə, əllərini təlaş içində sağa, sola yelləyərək Nahidəni öldürdüyünü demişdir. O, şok halına gəlmiş və bu zaman yoldaşı və qaynanası içəriyə daxil olmuş, qaynanası tez bir şəkildə eyvana getmiş o, da onun dalınca getmiş, çünki düşünmüşdür ki, Orxan Nahidəni eyvandan aşağıya atmışdır. Eyvanda Nahidəni tapmadıqda onlar evin dəhlizinə qayıtmışlar bu zaman Orxan hamamın qapısını önündə dayanaraq “buraya olmaz, bura girməyin” sözlərini demişdir. Orxan hamamın qapısında çəkildikdən sonra yoldaşı ona demişdir ki, “aç bax bəlkə sağdır” və o, hamamın qapısını açaraq tazın içində insan qolu görmüş və tez qapını bağlamışdır. O, başa düşmüşdü ki, Nahidə artıq ölüb, bu zaman Leyla ilə qaynanası hamama girmək istəmiş, lakin o, onları içəriyə qoymamış və Leyla Orxana demiş ki, “dayan polisi çağırıram” Orxan isə polisə özü təslim olacağını Leylaya bildirərək əynini geyinmiş və evdən bayıra çıxmışdır. Orxan getdikdən sonra Leyla polisə və təcili tibbi yardıma zəng etmiş, həmçinin binanın komendantını da çağırmışdır. Təxminən 10 dəqiqədən sonra yoldaşı görmüş ki, polis əməkdaşları gəlmiş və tez bir şəkildə özü 35 saylı polis şöbəsinə gedərək polisləri evə gətirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 Aydın oğlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Qardaşı Bakı şəhəri, Əhmədli qəsəbəsi, General Şıxlinski küçəsi 51 c, mənzil 27-də anası Şahid2 ilə bir yerdə yaşamışdır. Qardaşı Orxan 2015-ci ildə doğma bibisi qızı mərhum Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan 2017-ci il təvəllüdlü Minarə adlı qız övladı dünyaya gəlmişdir. Qardaşı poliqrafiya işi ilə məşğul olmuşdur. Qardaşı ilə aralarında yaş fərqi böyük olduğuna görə, onunla çox ünsiyyətdə olmamış, lakin son vaxtlar anası ona qardaşından şikayət etməyə başlamış və bildirmiş ki, Orxan anasına qarşı əsassız şübhələr ilə bağlı narahat etməyə başlamışdır. Sonra anası ona dedi ki, Orxanın əsasəbləri yerində deyil və onun Orxanı həkimə aparmağını xahiş etmişdir. O, 2021-ci ilin dekabr ayının təxminən sonlarında Orxanı Yasamal rayonunda yerləşən Narkoloji Dispansera aparmış, orada həkim Orxandan analiz götürmüşdür. Analiz nəticələrinə əsasən Orxanın qanında narkotik maddələri aşkar olunmuş və həkim sonuncuya müalicə təyin etmişdir. 4 yanvar 2022-ci il tarixdə o, həyat yoldaşı X7 ilə birgə Binə ticarət mərkəzinə öz şəxsi avtomobili ilə getmişdirlər. Yolda bacısı Şahid1 ona zəng edərək təcili olaraq Orxangilə getməyini istəmişdir. Nə baş verdiyini soruşduqda demişdir ki, “gəl özün görəcəksən Orxan hər şeyi bitirdi”. O, təcili olaraq qardaşının evinə getmiş, həyat yoldaşı İlhamə ilə birgə lift vasitəsi ilə 6-cı mərtəbəyə qalxaraq, mənzilin qarşısında polis əməkdaşlarını görmüşlər və polislər onu içəriyə buraxmamışlar. Orada anası ilə bacısının ağlamağını görmüşdür. Sonra anası ona Orxanın Nahidəni öldürdüyünü demişdir. Daha sonra özünü pis hiss etməyə başlamış və sonradan nə baş verdiyini xatırlamamışdır. Sonra özünə gəldikdə meyitxanaya getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi tədqiq edilərək elan olunmuş Şahid2 göstərmişdir ki, oğlu Orxan, gəlini Nahidə, nəvəsi Minarə ilə birgə yaşamışdırlar. Oğlu Orxan 2015-ci ildə doğma bibisi qızı mərhum Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan 2017-ci il təvəllüdlü Minarə adlı qız övladı olmuşdur. Nigah dövründə Orxan və Nahidə arasında mübahisələr olmuşdur. 05 dekabr 2021-ci il tarixdə səhər vaxtı Orxan qapının ağzında oturaraq həyat yoldaşının onun qabağına yeməyin atdığını bildirmiş və buna görə onların arasında mübahisə yaranmışdır. Orxan Nahidənin saçlarından tutub yolmuş, Nahidənin mobil telefonu ilə başına vurmuşdur. Bu zaman Nahidə bıçaq götürmüş Orxanı vurmaq istəmiş, Orxan isə bıçağı onun əlindən almışdır. Bu konfliktdən sonra o, Nahidənin atasına zəng vuraraq onun aparılmasını xahiş etmişdir. Həmin günü atası gələrək Nahidəni və balaca Minarəni Füzuli rayonuna yaşadığı ünvana aparmışdır. Gedəndən on iki gün sonra Nahidə ona zəng edərək onların yenidən aparılmasını xahiş etmişdir. Həmin zaman Orxan tez-tez əsəbləşdiyindən onu müalicə etmək üçün xəstəxanaya aparmışlar və müəyyən olunmuşdur ki, Orxan narkotik qəbul edir. Həkim təyinatı ilə o, 10 günlük müalicə almışdır. 3 yanvar 2022-ci il tarixdə o, Nahidəyə zəng edərək Orxanın oraya gəlib aparacağını demiş. 4 yanvar 2022-ci ildə günorta saatlarında Orxan yoldaşı və qızı ilə evə gəlmişdirlər. Sonradan Orxan ona Nahidə ilə söhbət etmək istədiyini demişdir. Nahidə uşağın ac olduğunu söyləmiş, Orxan isə ona balaca Minarəni götürüb qızı Leyla gilə gedib orada yedirtməyini bildirmiş və o, həmin ünvana getmişdir. Orada olarkən Nahidənin atası Səhəddin onun mobil telefonuna zəng etmiş və Orxanın, Nahidənin gəlib-gəlməməsini soruşmuş və Nahidə ilə söhbət etmək istədiyini bildirmişdir. Səhəddinin həyacanlanmaması üçün o, sonuncuya demişdir ki, “Nahidə hamamdadır, çıxıb zəng edər”. Sonradan Səhəddin ona təkrar zəng etmiş və o, X1 münasibətlərinin necə olduğunu soruşmuşdur, Səhəddin isə demişdir ki, Orxanla danışmış, lakin danışığı xoşuna gəlməmiş və gecə olduğundan onu evindən qovmamışdır. Təxminən saat 14-00-də Leylanın həyat yoldaşı Elmir onları öz evlərinə gətirərək, onlar birlikdə mənzilə qalxmışdılar. Sonra qapını döyməyə başlamışdırlar. Bu vaxt Orxan onlara çıxıb getməklərini söyləmişdirlər. Onlar bir neçə dəfə təkid etmişdirlər. Bundan sonra Orxan qapının arxasından ona və qızına kənara çəkilməklərini, yalnız Elmirin içəri daxil olacağını demişdir. O, və qızı içəri daxil olmamışdırlar, Elmir mənzilə daxil olduqdan təxminən 30 saniyə sonra demişdir ki, «Orxan sən nə etdin?». X13 öldürdüyünü bildirmişdir. Mənzilin qapısı açıldıqdan sonra o, içəri daxil olmuş, otaqları, eyvanı axtarmaqa başlamış və hamamın qapısına yaxınlaşdıqda isə Orxan onu, içəri buraxmamışdır. Orxan paltarlarını geyinib evdən çıxaraq polisə getdiyini bildirmişdir. Sonradan Leyla 102 xidmətinə adam öldürülməsi barədə məlumat vermiş və 35-ci polis şöbəsinə getmişdir (1-ci cild iş vərəqi 115-118 və 204-206). İşdə olan məhkəmə genetik ekspertiza üzrə 19 yanvar 2022-ci il tarixli 22/61R saylı ekspert rəyindən görünür ki, ekspertiza nəticəsində, Təqsirləndirilən şəxs istifadə etdiyi ehtimal olunan, 1 (bir) ədəd baltanın tiyəsi və dəstəyinin üzərində, Təqsirləndirilən şəxs istifadə etdiyi ehtimal olunan, 1 (bir) ədəd bıçağın tiyə hissəsi üzərində, meyitə aid olduğu ehtimal olunan 1 (bir) ədəd bej rəngli pulover üzərində və 1 (bir) ədəd hamama aid duş pərdəsi üzərində insan mənşəli qan nümunələrinin mövcud olduğu aşkar edildi; müqayisəli tədqiqat nəticəsində həmin qan nümunələrinin Zərərçəkmiş şəxs məxsus olduğu müəyyən edildi (1-ci cild iş vərəqi 152-156). İşdə olan məhkəmə-tibb ekspertiza üzrə 4 yanvar 2022-ci il tarixli 02 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Travmatik və hemorragik şokla müşayiət olunan həyatla bir araya sığmayan politravma fonunda - İİ və İİİ boyun fəqərələri səviyyəsindən başın gövdədən tam travmatik amputasiyası (ayrılması) və həmin səviyyədə əzələlərin, arteriya və venaların, sinirlərin və bağların, qırtlağın və udlağın tam kəsilməsi, İİ və İİİ boyun fəqərələrinin cisimlərinin və çıxıntılarının qəlpəşəkilli sınıqları və onurğa beyinin boyun şöbəsinin tam kəsilməsi; boyunun yumşaq toxumasının qansızmalı dairəvi şəkilli geniş kəsilmiş və çapılmış yaraları; sağ yuxarı ətrafın bazu oynağı səviyyəsindəngövdədən tam travmatik amputasiyası (ayrılması); sağ bazu oynağı ətrafında yumşaq toxumanın qansızmasız dairəvi şəkilli geniş kəsilmiş yarası; sol yuxarı ətrafın bazu oynağı səviyyəsindən gövdədən natamam travmatik amputasiyası (ayrılması); sol bazu oynağı ətrafında yumşaq toxumanın qansızmasız yarım dairəvi şəkilli kəsilmiş yarası; hər iki gözyuvası ətrafı nahiyənin yumşaq toxumasının qançırları; xəsarətlərdən - pravmatik və hemorragik şokla müşayiət olunan həyatla bir araya sığmayan politravma fonunda - İİ və İİİ boyun fəqərələri səviyyəsindən başın gövdədən tam travmatik amputasiyası (ayrılması) və həmin səviyyədə əzələlərin, arteriya və venaların, sinirlərin və bağların, qırtlağın və udlağın tam kəsilməsi, İİ və İİİ boyun fəqərələrinin cisimlərinin və çıxıntılarının qəlpəşəkilli sınıqları və onurğa beyinin boyun şöbəsinin tam kəsilməsi; boyunun yumşaq toxumasının qansızmalı dairəvi şəkilli geniş kəsilmiş və çapılmış yaraları həyatidirlər mərhumun ölümündən az əvvəl kəsici və çapıcı kənara malik alətin (alətlərin) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və hadisə yerində aşkarlanan bıçağın və baltanın təsirindən yetirilə bilərdi. dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə bir-başa səbəbli əlaqəlidir; xəsarətlərdənhər iki gözyuvası ətrafı nahiyənin yumşaq toxumasının qançırları da həyatidirlər, mərhumun ölümündən az əvvəl bərk küt (əşyaların) təsirindən törənmişdir, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilmir; mərhum Zərərçəkmiş şəxs meyli üzərində olan xəsarətlərdən sağ yuxarı ətrafın bazu oynağı səviyyəsindən-gövdədən tam travmatik amputasiyası (ayrılması); sağ bazu oynağı ətrafında yumşaq toxumanın qansızmasız dairəvi şəkilli geniş kəsilmiş yarası və sol yuxarı ətrafın bazu oynağı səviyyəsindən gövdədən natamam travmatik amputasiyası (ayrılması); sol bazu oynağı ətrafında yumşaq toxumanın qansızmasız yarım dairəvi şəkilli kəsilmiş yarası - həyati xəsarətlər deyildirlər, belə ki, həmin xəsarətlər mərhumun ölümündən sonra kəsici kənara malik alətin (alətlərin) təsirindən törənmişdir, hadisə yerində aşkarlanmış bıçağın təsirindən törənə bilərdi; mərhum Əliyeva Nahidə Səhəddin qızının ölümünə səbəb travmatik və hemorragik şokla müşayiət olunan həyatla bir araya sığmayan politravma fonunda - onurğa beyinin boyun şöbəsinin tam kəsilərək ayrılması olmuşdur; ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-4 saat əvvələ uyğun gəlir; mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş həyati və həyati olmayan xəsarətlərdə - yaraların həcminə, xarakterik xüsusiyyətlərinə və s. görə demək olar ki, zədə yetirən alət (alətlər) xəsarətlər üzərində güc tətbiq etməklə dəfələrlə istifadə olunmuşdur; mərhum Zərərçəkmiş şəxs boyun nahiyəsində olan xəsarətlərin yara kənarları boyunun yan səthlərində çəp, boyunun arxasında bir qədər köndələn-çəp, boyun ön səthində isə köndələn yerləşmişdir; xəsarətlər yetirilərkən zərərçəkmiş şəxslə cinayəti törətmiş şəxs istənilən qarşılıqlı vəziyyətlərdə ola bilərdi; mərhum Zərərçəkmiş şəxs ön və arxa keçəcəyində xəsarətlər müəyyən edilməmişdir, eləcə də həmin nahiyələrdən götürülmüş tamponların məhkəmə-tibbi bioloji laborator tədqiqatı nəticəsində spermatozoidlər aşkar olunmamışdır; mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə - kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (1-ci cild iş vərəqi 157-163). İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixioloji ekspertiza üzrə 28 fevral 2022-ci il tarixli 504 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər-hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir; Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur; Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir; Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür; Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur; Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər-hansı psixi pozuntudan əziyyət çəkməmişdir; Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur; Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir; Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür; Məhkəmə-psixoloji ekspertizası; - Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur; Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən vəziyyətində impulsivlik, aqressiya yaranmış, həmin halı müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə sərtləşmişdir. - Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (1-ci cild iş vərəqi 219-223). İşdə olan məhkəmə ambulator narkoloji-tibbi ekspertiza üzrə 23 fevral 2022-ci il tarixli 902 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən periodik istifadə etmə halları olub; lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur; hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA VƏ ALKOQOLİZM xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 217-218) İşdə olan maddi sübutların məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizası üzrə 15 mart 2022-ci il tarixli 99-2022MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus puloverin üzərində heç bir zədə aşkar olunmadı; Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində olan xəsarətlər (İİ və İİİ boyun fəqərələri səviyyəsindən başın gövdədən tam travmatik amputasiyası və həmin səviyyədə əzələlərin, arteriya və venaların, sinirlərin və bağların, qırtlağm və udlağm tam kəsilməsi, İİ və İİİ boyun fəqərələrinin cisimlərinin və çıxıntılarının qəlpəşəkilli sınıqları və onurğa beyinin boyun şöbəsinin tam kəsilməsi; boyunun yumşaq toxumasının qansızmalı dairəvi şəkilli geniş kəsilmiş və çapılmış yaraları, sağ yuxarı ətrafın bazu oynağı səviyyəsindən gövdədən tam travmatik amputasiyası; sağ bazu oynağı ətrafında yumşaq toxumanın qansızmasız dairəvi şəkilli geniş kəsilmiş yarası; sol yuxarı ətrafın bazu oynağı səviyyəsindən gövdədən natamam travmatik amputasiyası; sağ bazu oynağı ətrafında yumşaq toxumanın qansızmasız yarım dairəvi şəkilli kəsilmiş yarası; sol yuxarı ətrafın bazu oynağı səviyyəsindən gövdədən natamam travmatik amputasiyası; sağ bazu oynağı ətrafında yumşaq toxumanın qansızmasız yarım dairəvi şəkilli kəsilmiş yarası) ona məxsus olan paltarlarda öz əksini tapmamışdır; mərhum Zərərçəkmiş şəxs meyiti üzərində olan xəsarətlər (İİ və İİİ boyun fəqərələri səviyyəsindən başın gövdədən tam travmatik amputasiyası və həmin səviyyədə əzələlərin, arteriya və venaların, sinirlərin və bağların, qırtlağın və udlağm tam kəsilməsi, İİ və İİİ boyun fəqərələrinin cisimlərinin və çıxıntılarının qəlpəşəkilli sınıqları və onurğa beyinin boyun şöbəsinin tam kəsilməsi; boyunun yumşaq toxumasının qansızmalı dairəvi şəkilli geniş kəsilmiş və çapılmış yaralan; sağ yuxarı ətrafın bazu oynağı səviyyəsindən gövdədən tam travmatik amputasiyası; sağ bazu oynağı ətrafında yumşaq toxumanın qansızmasız dairəvi şəkilli geniş kəsilmiş yarası; sol yuxarı ətrafın bazu oynağı səviyyəsindən gövdədən natamam travmatik amputasiyası; sağ bazu oynağı ətrafında yumşaq toxumanın qansızmasız yarım dairəvi şəkilli kəsilmiş yarası; sol yuxarı ətrafın bazu oynağı səviyyəsindən gövdədən natamam travmatik amputasiyası; sağ bazu oynağı ətrafında yumşaq toxumanın qansızmasız yarım dairəvi şəkilli kəsilmiş yarası) hər hansı bir iti kənara malik kəsici və çapıcı xarakterli alətin (alətlərin) təsirindən törənmişlər, bıçağın və baltanın təsirindən törənməsi istisna olunmur; ekspertizaya təqdim olunmuş paltarlar üzərində zədə aşkar edilmədiyindən mərhumun meyiti üzərində olan xəsarətlərin konkret olaraq ekspertizaya təqdim edilmiş bıçağın və ya baltanın təsirindən törənməsi haqqında dəqiq fikir söyləmək mümkün olmadı; tədqiqata təqdim olunmuş puloverin üzərində olan qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur, hamam duşu pərdəsinin üzərində olan bəzi qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuş, bəziləri qan mənbəyindən (qanlı səthdən) bir-birinin üzərinə düşən damcılar, bəzi ləkələr isə, bucaq altında olmaqla, düşən damcılar nəticəsində əmələ gəlməyə uyğun gəlirlər. ekspertizaya təqdim olunmuş balta işçi metallik hissəsi zavod üsulu və dəstəyi kustar üsulla hazırlanmış, kəsici-çapıcı, vurucu-dağıdıcı xassəyə malik məişət-təsərrüfat təyinatlı baltadır və soyuq silah hesab olunmur; təqdim edilmiş baltanın üzərində sonradan heç bir düzəliş edilməmişdir; balta üzərində heç bir zədə aşkar olunmadı; ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur; təqdim olunmuş bıçağın üzərində sonradan heç bir düzəliş edilməmişdir; bıçaq üzərində heç bir zədə aşkar olunmadı (1-ci cild iş vərəqi 224-233). İşdə olan ünvan 5 ünvanında yerləşən binanın birinci blokunun giriş qapısında quraşdırılmış təhlükəsizlik kameralarının 4 yanvar 2022-ci il tarixdə hadisə vaxtı qeydə aldığı videogörüntülərə baxış keçirilməsi haqqında 22 yanvar 2022-ci il tarixli protkoldan görünür ki, 4 yanvar 2022-ci il tarixdə saat 12:20-də Təqsirləndirilən şəxs, həyat yoldaşı Zərərçəkmiş şəxs və az yaşlı qızı Şahid2 “Mercedes” markalı avtomobil ilə binanın giriş qapısına gələrək, avtomobildən əşyalarını götürərək binaya daxil omuşlar. Saat 12:25 “Mercedes” markalı avtomobil həmin ünvanı tərk etmişdir. Saat 12:42-də X9 az yaşlı nəvəsi Minarə ilə binadan çıxaraq, evin həyətində gözləməyə başlamışdılar və saat 12:44də taksi avtomobili gəlmiş və onlar taksiyə minərək oranı tərk etmişdilər. Saat 14:00 Həsənova Minarə, Şahid1, az yaşlı Şahid2 və Şahid3 öz şəxsi “Mersedes” markalı avtomobili ilə həmin ünvana gələrək binaya daxil olmuşlar. Saat 14:09-da Təqsirləndirilən şəxs binadan çıxaraq həmin ünvanı tərk etməsi müşahidə olunur; 14:29-da Şahid1 binadan çıxaraq 35-ci Polis Bölməsi istiqamətində qaçmışdır; 14:29-da ünvana polis əməkdaşları gələrək binaya daxil olmaqları müşahidə edilmişdir (1-ci cild iş vərəqi 122). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 27 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 126-127). İşdə olan şübhəli şəxsin tutulması haqqında 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 4 yanvar 2022-ci il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 36-37). İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu 04 yanvar 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 85-87). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 120.2.4 və 245-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 120.2.4-ci maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 245-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.2.4-ci maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 245-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.11 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar olsa da həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutlan cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CMin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və xüsusilə ağır cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 245-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 04 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 120.2.4 və 245-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının başlanğıcının 4 yanvar 2022-ci il tarixdən hesablanmasını və Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Bakı şəhəri Xətai rayon prokurorluğunda saxlanılan, 1 ədəd bıcaq, 1 ədəd balta, 1 ədəd hamam-duş və mərhum Zərərçəkmiş şəxs məxsus 1 ədəd pulover hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərclərinin olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 245ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin120.2.4-cü maddəsi ilə 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 245-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Xətai rayon prokurorluğunda saxlanılan 1 ədəd bıcaq, 1 ədəd balta, 1 ədəd hamam-duş pərdəsi və mərhum Zərərçəkmiş şəxs məxsus 1 ədəd pulover hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov
Məhkəmə qərarları › İş №1(101)-1081/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1081/2022
03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver