Məhkəmə qərarları › İş №1(101)-1081/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1081/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1081/2024 16.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X7 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçilər “Ekol” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1973-cü ildə Cəlilabad rayonunda anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri xx.xx.1973-cü ildə Masallı rayonunda anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Masallı rayonu, Boradigah qəsəbəsi, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri xx.xx.1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, evli, 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, ünvan 3 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək məqsədi ilə əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş, özünü “Milad” adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 07 iyun 2023-cü il tarixdə özünü “Milad” kimi təqdim edən şəxs Təqsirləndirilən şəxs1lə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə yaradıb, içərisinə 1025,2 qram olmaqla külli miqdarda narkotik vasitə olan heroin yerləşdirilmiş, üzərində “Levis” yazısı olan sellofan torbanın yerinin fotoşəkillərini qeyd olunan mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs1 göndərərək, həmin narkotik vasitəni pul və istifadə etmək üçün narkotik vasitə müqabilində götürüb özlərində saxlamaq və barəsində məlumat verəcəyi şəxsə çatdırılması barədə Təqsirləndirilən şəxs1lə, Ziya Zakir ovla və onunla razılıq əldə etdikdən sonra, o, həmin tapşırığı yerinə yetirmək üçün 07 iyun 2023-cü il tarixdə, saat 19:30 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birgə özünü “Milad” kimi təqdim edən şəxs tərəfindən göndərilən fotoşəkildəki ünvana - Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsində yerləşən "xxxx" MMC Boya Zavodunun yaxınlığına getmiş, orada beton plitənin ətrafından tapdığı, içərisinə 1025,2 qram olmaqla külli miqdarda narkotik vasitə - heroin yerləşdirilmiş, üzərində “Levis” yazısı olan sellofan torbanı Təqsirləndirilən şəxs1 təqdim edib, sonuncu və Təqsirləndirilən şəxs3la birgə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda olmaqla 1025,2 qram narkotik vasitə-heroini əldə etdikdən sonra, bir ədəd torbaya yerləşdirilmiş qeyd olunan narkotik vasitəni Təqsirləndirilən şəxs1 əlində saxlamaqla daşıyarkən, Nərimanov rayon Polis idarəsinin Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə saxlanılıb, ünvan 5 ünvanında yerləşən Nərimanov RPl-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən sol əlində saxladığı və üzərində “Levis” yazısı olan sellofan torbanın içərisindəki qara rəngli polietilen bağlamada külli miqdarda olmaqla, təmiz çəkisi 1025,2 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək məqsədi ilə əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş, özünü “Milad” adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 07 iyun 2023-cü il tarixdə özünü “Milad” kimi təqdim edən şəxs onunla “WhatsApp” proqramı vasitəsi ilə əlaqə yaradıb, içərisinə 1025,2 qram olmaqla külli miqdarda narkotik vasitə olan heroin yerləşdirilmiş, üzərində “Levis” yazısı olan sellofan torbanın yerinin fotoşəkillərini qeyd olunan mobil tətbiq vasitəsilə ona göndərərək, həmin narkotik vasitəni pul və istifadə etmək üçün narkotik vasitə müqabilində götürüb özlərində saxlamaq və barəsində məlumat verəcəyi şəxsə çatdırılması barədə onunla, Təqsirləndirilən şəxs2la və Təqsirləndirilən şəxs3la razılıq əldə etdikdən sonra, o, 07 iyun 2023-cü il tarixdə, saat 19:30 radələrində həmin tapşırığı yerinə yetirmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birgə özünü “Milad” kimi təqdim edən şəxs tərəfindən göndərilən fotoşəkildəki ünvana - Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsində yerləşən "xxxx" MMC Boya Zavodunun yaxınlığına getmiş, orada beton plitənin ətrafından Təqsirləndirilən şəxs2 tapdığı, içərisinə 1025,2 qram olmaqla külli miqdarda narkotik vasitə - heroin yerləşdirilmiş, üzərində “Levis” yazısı olan sellofan torbanı sonuncudan qəbul edib, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birgə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda olmaqla 1025,2 qram narkotik vasitə-heroini əldə etdikdən sonra, bir ədəd torbaya yerləşdirilmiş qeyd olunan narkotik vasitəni əlində saxlamaqla daşıyarkən, Nərimanov rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə saxlanılıb, ünvan 5 ünvanında yerləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən sol əlində saxladığı və üzərində “Levis” yazısı olan sellofan torbanın içərisindəki qara rəngli polietilen bağlamada külli miqdarda olmaqla, təmiz çəkisi 1025,2 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək məqsədi ilə əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş, özünü “Milad” adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 07 iyun 2023-cü il tarixdə özünü “Milad” kimi təqdim edən şəxs Təqsirləndirilən şəxs1lə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə yaradıb, içərisinə 1025,2 qram olmaqla külli miqdarda narkotik vasitə olan heroin yerləşdirilmiş, üzərində “Levis” yazısı olan sellofan torbanın yerinin fotoşəkillərini qeyd olunan mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs1 göndərərək, həmin narkotik vasitəni pul və istifadə etmək üçün narkotik vasitə müqabilində götürüb özlərində saxlamaq və barəsində məlumat verəcəyi şəxsə çatdırılması barədə Təqsirləndirilən şəxs1lə, Təqsirləndirilən şəxs2la və onunla razılıq əldə etdikdən sonra, o, həmin tapşırığı yerinə yetirmək üçün 07 iyun 2023-cü il tarixdə, saat 19:30 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birgə özünü “Milad” kimi təqdim edən şəxs tərəfindən göndərilən fotoşəkildəki ünvana - Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsində yerləşən "xxxx" MMC Boya Zavodunun yaxınlığına getmiş, orada Təqsirləndirilən şəxs2 beton plitənin ətrafından tapdığı, içərisinə 1025,2 qram olmaqla külli miqdarda narkotik vasitə - heroin yerləşdirilmiş, üzərində “Levis” yazısı olan sellofan torbanı Təqsirləndirilən şəxs1 təqdim etməsi nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə birgə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda olmaqla 1025,2 qram narkotik vasitə-heroini əldə etdikdən sonra, bir ədəd torbaya yerləşdirilmiş qeyd olunan narkotik vasitəni Təqsirləndirilən şəxs1 əlində saxlamaqla daşıyarkən, Nərimanov rayon Polis idarəsinin Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə saxlanılıb, ünvan 5 ünvanında yerləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən sol əlində saxladığı və üzərində “Levıs” yazısı olan sellofan torbanın İçərisindəki qara rəngli polietilen bağlamada külli miqdarda olmaqla, təmiz çəkisi 1025,2 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, tutulduqları gün ağrıdaymış, özünə narkotik vasitə axtarmışdır. Yolda olan zaman ona tanımadığı İran vətəndaşından zəng gəlmiş, həmin şəxs zəng etdikdən 10 dəqiqə sonra ona konum göndərmişdir. Narkotik vasitəni götürmək üçün digər təqsirləndirilən şəxslərlə razılaşmışdır. Onun telefonunun batareyasının az olduğu üçün həmin konumu digər təqsirləndirilən şəxs Nazimin telefonuna atmışdır. Onlar konumla göndərilən yerə piyada getmişlər. Yasamaldan həmin yerə getməkləri hardasa 1 saatdan çox çəkmişdir. Həmin yerə onlar 1 kiloqram narkotik vasitə üçün deyil, yarım qram narkotik vasitə üçün getmişlər. Onlar ağrıdan çıxmaq üçün zülümlə 3- 5 manat pul tapıb mal alan adamlardır, 1 kiloqram mal üçün onların pulu yox imiş. Ona 1 kiloqram narkotik vasitə təklif olunsaydı, ora getməyə qorxarmış. İndiyə qədər heç kimə mal satmamışdır, ancaq özü istifadə etmişdir. Ora çatandan sonra narkotik vasitənin olduğu sellofan torbanı qaldıranda bilmişdir ki, narkotik vasitənin çəkisi çoxdur. Torbanı tez yerə atmış, həmin vaxt da gəlib onları tutmuşlar. Onu döyə-döyə maşına mindirib bölməyə aparmışlar. Onları bölməyə günorta vaxtı aparmışlar, dəqiq saat yadında deyil. İdarədə üzərinə baxış keçirilərkən ona müdafiəçi təqdim olunmuş, amma onunla heç bir danışığı olmamışdır. Videoçəkilişdən qabaq ona həmin şəxsin onun vəkili olduğunu demişlər. Görünüş olaraq vəkilini tanıyır, onu 1-2 dəfə məhkəmələrdə, televizorda görmüşdür. Videoçəkiliş zamanı isə vəkil orada olmamışdır, videoçəkilişdə təzyiq altında polislərin dediklərini demişdir. Ərizə yazılmış, onlar da qol çəkmişlər. 1 kq narkotik vasitəni, həmin narkotik vasitəni guya Nərimanovda kiməsə verəcəyini döyülməyinə görə boynuna almışdır. Savadı yoxdur, ona 234.1-ci maddənin olduğunu, qol çəkməsini demişlər, o da qol çəkmişdir. Onun mobil nömrəsi ***-***-**-** olmuşdur. Digər təqsirləndirilən şəxsləri 8-9 ay əvvəl tanımışdır, narkotik vasitə alan zaman görmüş, oradan tanımışdır. Narkotik vasitələri həmişə birlikdə almamışlar, nə vaxt rastlaşırdılarsa, onda gedib birlikdə almışlar. Narkotik vasitələri aldıqları şəxslərin birinin adı Elman, birinin adı Nicat və sair olmuşdur. Nazimlə Ziya ona görə tutulmuşlar, onların günahı onunla yol yoldaşı olmaları olmuşdur. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, Bakı şəhəri Yeni Romana qəsəbəsində ailəsi ilə birlikdə yaşayır, təxminən 20 ildən artıqdır ki, narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul edir. 07 iyun 2023-cü il tarixdə, günorta saatlarında tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində olduğu zaman ***-***-**-** saylı nömrə ilə istifadə etdiyi Whatsapp ani mesajlaşma tətbiqinə +**********65 saylı nömrədən zəng gəlmiş və danışan şəxs özünü ona “Milad” adı ilə təqdim edib demiş ki, ona göndərəcəyi ünvandan bir bağlamada narkotik vasitə heroini götürüb Nərimanov rayonunda dediyi şəxsə çatdırsın, bunun müqabilində ona narkotik vasitəni götürən şəxs pul və ya istifadə etmək üçün narkotik vasitə verəcəkdir. O razılıq verdikdən sonra həmin şəxs onun Whatsapp ani mesajlaşma tətbiqinə narkotik vasitəni götürəcəyi yerin ünvanının şəkilini atmışdır. O yanında olan Nazim və Ziyaya təklif etmiş ki, bir yerdə gedib “Milad” adlı İranlının sifarişini yerinə yetirib pul və ya narkotik vasitə əldə etsinlər, Nazim və Ziya onunla razılaşmışlar. Həmin şəxslə danışdıqdan sonra onlar birlikdə Yasamal rayonundan Nərimanov rayonuna gəlmişlər. Yolda onun telefonunun cəryanı bitdiyi üçün ünvanın şəkilini Nazimin telefonunun Whatsapp ani mesajlaşma tətbiqinə yönləndirmişdir. Artıq saat 19:30 radələri imiş və onlar İranlının atmış olduğu ünvana, yəni Bakı şəhəri, Nərimanov rayonu Araz küçəsində yerləşən “TK MMC Boya” zavodunun yaxınlığına gəlmişlər. Onlar həmin yerdə iranlının göndərdiyi yerdə betonun yanını axtarırmışlar və Nazim həmin yerdən üzərində “Levis” yazısı olan göy rəngli sellofan torbanı götürüb ona verib. Onlar narkotik vasitəni götürdükləri yerdən təxminən bir neçə metr aralanıbmışlar ki, dörd nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onların üçünü də Nərimanov RPİ-nə dəvət etmişlər. O üzərində narkotik vasitə olduğu üçün çox narahat imiş. Daha sonra onları idarənin xidməti otaqlarının birinə aparmışlar. Orada xidməti otaqda polis əməkdaşları və vəkil var imiş, ona hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları üzərində olan əşyaları könüllü təhvil verməsini təklif etmişlər. O da sol əlində saxladığı, üzərində “Levis” yazısı olan göy rəngli sellofan paketi, əynində olan qara rəngli şalvarının sağ yan cibindən daxilində ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi qızılı rəngli “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı təqdim etdiyi göy rəngli sellofan paketdə qəhvəyi rəngli maddənin el arasında “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni təsadüfən +**********65 saylı nömrədən zəng etmiş tanımadığı İran İslam Respublikasının vətəndaşının yönləndirməsinə əsasən əldə etdiyini, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının deməsinə əsasən Nərimanov rayonu ərazisində bir nəfər şəxsə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə çatdırmalı olduğunu bildirmişdir. O, əvvəllər həmin “Milad” adı ilə özünü təqdim edən şəxsdən və ya başqa şəxslərdən narkotik vasitənin çatdırılması barədə sifariş almamış və heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır, həmin “Milad” adı ilə özünü təqdim edən şəxsin onun mobil nömrəsini haradan, kimdən aldığını bilmir, lakin həmin nömrədən ona bir neçə dəfə Whatsapp ani mesajlaşma tətbiqimə səsli ismarıclar göndərilmiş, lakin o cavab verməmişdir. Narkotik vasitəni götürəndən sonra həmin Milad onu verəcəkləri ünvan və şəxsin adını onlara mobil telefon vasitəsilə atacaqmış, lakin polislər tərəfindən tutulduqlarından şəxsin adı və ünvanı onlara atılmayıb. Narkotik vasitəni verəcəkləri şəxsdən alacaqları pulu aralarında bərabər böləcəkmişlər, narkotik vasitə olardısa da onu bir yerdə qəbul edəcəkmişlər. O, Nazim və Ziya bu barədə öz aralarında razılaşıbmışlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, o, xəstə insandır, ağrılarını kəsmək üçün narkotik vasitədən istifadə edir. Onun narkotik vasitənin nə alışında, nə də götürümləşində başqa niyyəti olmamışdır. O, kasıb adamdır. Onun nəinki o miqdarda narkotik vasitə, heç siqaret almağa pulu olmamışdır. Hər iki təqsirləndirilən şəxsləri 1-2 ay olardı ki, tanıyırmış. O, Ziyanı ancaq istifadəçi kimi tanımışdır. Hadisə iyun ayının 7-də baş vermişdir. Yasamalda təsadüfən rastlaşmışlar, əvvəl Ziya, sonra Niyazi gəlmişdir. Ağrıdan çıxmaq üçün haradan mal tapa biləcəkləri barədə söhbət emişlər. Niyazi ona belə bir təklif eləmişdir ki, bir adam var, ondan narkotik vasitə alıb ağrıdan çıxsınlar. Söhbət o olmuşdur ki, 2-3 qram heroin gedib götürəcək, ağrıdan çıxacaqlar. Pul qarşılığında ora getmək barədə əsla söhbət olmamışdır. Narkotik vasitəni Ulduz metrosunun yanından götürməli imişlər. Həmin yeri Niyazi tanımış, onları ora Niyazi aparmışdır. Niyazi ona narkotik vasitəni yol yoldaşı kimi verirmiş, pulları olsa idi taksi ilə gedərmişlər. Həmin yerə çatdıqdan sonra Niyazi narkotik vasitə olan sellofan torbanı götürmüş, sonra yerə atmışdır. 2 qram üçün o torba böyük olmuşdur. Tutulduqları zaman digər təqsirləndirilən şəxslərlə bir yerdə olmuşlar. O, Niyazi və Ziyadan 6-7 addım aralıda olmuşdur, əvvəl onları, daha sonra isə onu saxlamışlar. Onlar saxlanılanda saat 5 radələri olmuşdur. Tutulandan sonra onu Polis İdarəsinə gətirmişlər, videoçəkiliş keçirilmişdir. Üzərinə baxış keçirilən zaman vəkil olmuşdur, sonradan onun vəkili olduğunu demişdir. Vəkilini bir dəfə videoçəkiliş, bir dəfə də sanksiya zamanı görmüşdür. Ona təzyiq göstərib qol çəkdirmişlər. Qol çəkməsələr onları başqa cür sroka göndərəcəklərini demiş, daha ağır ittihamla tutmaqla hədələmişlər. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, təxminən 20 ildən artıqdır ki, narkotik vasitə olan heroin qəbul edir. 07 iyun 2023-cü il tarixdə, günorta saatlarında tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində olduğu zaman Niyazinin ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi Whatsapp ani mesajlaşma tətbiqinə +**********65 saylı nömrədən zəng gəlmiş və danışan şəxs özünü Niyaziyə “Milad” kimi təqdim edib demiş ki, ona göndərəcəyi ünvandan bir bağlamada narkotik vasitə heroini götürüb Nərimanov rayonunda dediyi şəxsə çatdırsın, bunun müqabilində ona narkotik vasitəni götürən şəxs pul və ya istifadə etmək üçün narkotik vasitə verəcəkdir. Niyazi razılıq verdikdən sonra həmin şəxs Niyazinin Whatsapp ani mesajlaşma tətbiqinə narkotik vasitəni götürəcəyi yerin ünvanının şəkilini atmışdır. Niyazi ona və Ziyaya təklif etmiş ki, bir yerdə gedib “Milad” adlı İranlının sifarişini yerinə yetirib pul və ya narkotik vasitə əldə etsinlər, o və Nazim Niyazinin təklifi ilə razılaşmışlar. Həmin şəxslə danışdıqdan sonra onlar birlikdə Yasamal rayonundan Nərimanov rayonuna gəlmişlər. Yolda Niyazinin telefonunun cəryanı bitdiyi üçün ünvanın şəkilini onun telefonunun Whatsapp ani mesajlaşma tətbiqinə yönləndirib. Artıq saat 19:30 radələri imiş və onlar İranlının atmış olduğu ünvana, yəni Bakı şəhəri, Nərimanov rayonu Araz küçəsində yerləşən “TK MMC Boya” zavodunun yaxınlığına gəlmişlər. Həmin ünvanı iranlı onun mobil telefonuna atıbmış. Onlar həmin yerdə betonun yanını axtıarmışlar və o həmin yerdən üzərində “Levis” yazısı olan göy rəngli sellofan torbanı götürüb Niyaziyə verib. Onlar narkotik vasitəni götürdükləri yerdən təxminən bir neçə metr aralanıbmışlar ki, dörd nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib onların hər üçünü Nərimanov RPİ-nə dəvət etmişlər. Niyazidə götürdükləri narkotik vasitə olduğu üçün çox narahat imiş. Daha sonra onları idarənin xidməti otaqlarının birinə aparmışlar. Orada xidməti otaqda polis əməkdaşları və vəkil var imiş. Ona hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları ona üzərində olan əşyaları könüllü təhvil verməsini təklif etmişlər. O da üzərində qeyri qanuni əşya və ya narkotik vasitə olmadığını bildirib 2 ədəd açarı və “Huave” markalı mobil telefonu təqdim etmişdir. Onların hər birinin üzərlərində ayrılıqda şəxsi axtarış aparılmışdır. Niyazinin əlində saxladığı torbada narkotik vasitə olduğunu bilirmiş, həmin torbada olan narkotik vasitəni iranlının deyəcəyi adama verib həmin adamdan ya narkotik vasitə, ya da pul alacaqmışlar və aralarında böləcəkmişlər. O əvvəllər təkbaşına və ya Niyazi, Ziya ilə birlikdə hər hansı şəxsdən narkotik vasitənin çatdırılması ilə əlaqədar sifariş almamış və heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, onlar həmişə Yasamalda görüşürmüşlər. İstifadələri üçün haradan nə tapdılar gedib birgə alırmışlar. Həmin günü Nazim və Niyazi ilə görüşmüşlər, lakin istifadə etməyə heç nə tapa bilməmişlər. Sonra Niyazi demişdir ki, bir təklif var narkotik götürməyə getməlidir, onunla birgə getsələr onları da ağrıdan çıxardacaq. Sonra isə birgə həmin yerə getmişlər, lakin ora çatanda aralarında məsafə olmuşdur. Bir də görmüşdür ki, Niyazini yerdə döyürlər, Nazimi isə tutublar, sonra da onu tutmuşlar. Tutulduqdan sonra onları Nərimanova 17-ci bölməyə gətirmişlər, orada isə Nazimlə ona söz vermişlər ki, onlara 234.1 verəcəklər. Şəhəri gün isə müstəntiq gələrək onlara psixoliji təzyiq göstərmiş və bildirmişdir ki, onlar 234.4.3-ə qol çəkməlidirlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, götürəcəkləri malın miqdarını bilməmişdir. İfadə verməmək imtina etmək hüququnun olmasını bilməmişdir, ona hədə qorxu gəlmişlər ki, ifadə vermə və qol çəkməsə ailəsindən də adamlar gətirəcəklər. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, təxminən 2-3 ildən artıqdır ki, narkotik vasitə olan heroin qəbul edir. 07 iyun 2023-cü il tarixdə, günorta saatlarında tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində olduqları zaman Niyazinin ***-***-**-** saylı nömrə ilə istifadə etdiyi Whatsapp ani mesajlaşma tətbiqinə +**********65 saylı nömrədən zəng gəlmiş və danışan şəxs özünü Niyaziyə “Milad” kimi təqdim edib demiş ki, ona göndərəcəyi ünvandan bir bağlamada narkotik vasitə heroini götürüb Nərimanov rayonunda dediyi şəxsə çatdırsın. Bunun müqabilində ona narkotik vasitəni götürən şəxs pul və ya istifadə etmək üçün narkotik vasitə verəcəkdir. Razılıq verdikdən sonra həmin şəxs Niyazinin Whatsapp ani mesajlaşma tətbiqimə narkotik vasitəni götürəcəyi yerin ünvanının şəkilini atıb. Niyazi ona və Nazimə təklif etmiş ki, bir yerdə gedib «Milad» adlı İranlının sifarişini yerinə yetirib pul və ya narkotik vasitə əldə edək, aralarında bölərlər, o və Nazim Niyazinin təklifi ilə razılaşmışlar. Niyazi həmin şəxslə danışdıqdan sonra onlar birlikdə Yasamal rayonundan Nərimanov rayonuna gəlmişlər. Yolda Niyazinin telefonunun cəryanı bitdiyi üçün ünvanın şəkilini Nazimin telefonunun Whatsapp ani mesajlaşma tətbiqinə yönləndirmişdir. Artıq saat 19:30 radələri imiş və onlar İranlının atmış olduğu ünvana, yəni Bakı şəhəri, Nərimanov rayonu Araz küçəsində yerləşən “TK MMC Boya” zavodunun yaxınlığına gəlmişlər. Onlar həmin yerdə betonun yanını axtarmışlar və Nazim həmin yerdən üzərində “Levis” yazısı olan göy rəngli sellofan torbanı götürüb Niyaziyə verib. Onlar narkotik vasitəni götürdükləri yerdən təxminən bir neçə metr aralanıbmışlar ki, dörd nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib onların hər üçünü Nərimanov RPİ-nə dəvət etmişlər. Niyazidə götürdükləri narkotik vasitə olduğu üçün çox narahat imiş. Daha sonra onları idarənin xidməti otaqlarının birinə aparmışlar. Orada xidməti otaqda polis əməkdaşları və vəkil var imiş. Ona hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları ona, üzərində olan əşyaları könüllü təhvil verməsini təklif etmişlər. O da üzərində qeyri qanuni əşya və ya narkotik vasitə olmadığını bildirib 2 manat pulu və qara rəngli pul qabını təqdim etmişdir. Onun üzərində narkotik vasitə və sair qanunsuz predmet olmayıb. O heç vaxt heç kimdən narkotik vasitənin yerinin dəyişdirilməsi ilə əlaqədar sifariş qəbul etməmiş və heç vaxt narkotik vasitə satışı ilə məşqul olmamışdır. Niyaziyə zəng etmiş həmin “Milad” adlı şəxsi tanımır və ümumiyyətlə iranlılarla heç vaxt əlaqə saxlamamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, əldə olunmuş məlumat əsasında əməliyyat tədbiri keçirilmiş, əməkdaşlarla müəyyən olunmuş yerə getmişlər və müəyyən vaxtdan sonra üç nəfər şəxsin həmin yerə yaxınlaşması müəyyən olunmuşdur. Qeyd olunan həmin yerə çatdıqda iki nəfər şəxs kənarda dayanmış, Niyazi adlı şəxs isə yaxınlaşaraq selofan bükülmüş narkotik vasitəni götürmüş və geri qayıdarkın də, onları görmüş və əlindəki selofanı atıb, qaçmağa başlamışdır. Bundan sonra isə hər üç şəxs saxlanılaraq idaryə dəvət edilmişlər. İdarədə isə üzərlərinə vidnoçəkilişlə baxış keçirilmişdir. Əlavə olaraq bildirmişdir ki, əməliyyat köhnə Ulduz metrosunun yaxınlığındakı zavoda yaxın ərazidə kreçirilmişdir. Şəxslər saxlanılarkən Ziya ilə digər şəxslərin arasında 5-6 metr məsafə olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirilmiş, qeyd olunan əraziyə gedilmiş, həmin ərazidə gözlərkən əlində selofan olan bir nəfər şəxsin və yanında iki nəfərin onlara tərəf gəldiyni görmüşlər. Onlara yaxınlaşanda ortadakı şəxs, yəni Niyazi selofanı yerə atıb qaçmaq istəmiş, lakin buna müvəffəq olmamış, şəxsləri saxlayıb idaryə dəvət etmişlər. Bundan sonra isə təhqiqatçının otağında vəkillərin iştirakı ilə videoçəkilişlə üzərlərinə baxış keçirilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılan şəxslər aşkar olunmuş maddəni tanımadıqları İran vətəndaşından aldıqlarını bildirmişlər. Təqsirləndirilən şəxslərə qarşı fiziki və psixoloji təzyiq olmamışdır. İbtidai araşdırma zamanı Şahid1 Vidadli oğlu və Şahid2 məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı Şahid4 Xəlfə oğlu ifadəsində bildirmişdir ki, müstəntiq onu çağırıb izahatını almışdır. O, müstəntiqə bildirmişdir ki, telefon onun telefonudu, oğlu onun telefonundan əmisinə və bacısına zəng vurub. Verilən suallara cavab olaraq bildirmişdir ki, oğlu Ziyanın heç vaxt telefonu olmayı, evdə olanda onun telefonundan istifadə edib, çöldə bayırda kimin telefonundan istifadə edib bilmir. Oğlundan başqa digər şəxsləri tanımır. İbtidai araşdırma zamanı Şahid4 Xəlfə oğlu məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X8 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, 2009-cu ildən DİO-da, 2023-cü ilin aprel ayından isə hazırda tutduğu Nərimanov RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Həmin vəzifədə işləməklə əməliyyat məlumatı əldə ediblərmiş ki, xx.xx.1973-cü il təvəllüdlü, Masallı rayonu Boradıgah qəsəbəsi, ünvan 13 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Yeni Romana qəsəbəsi, fərdi yaşayış evində kirayənişin qalan Təqsirləndirilən şəxs1, xx.xx.1973-cü il təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş, Nəsimi rayonu Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olan, Qaradağ rayonu Ümid qəsəbəsi, 4-cü massiv, ev-5 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1989-cu il təvəllüdlü, ünvan 17 ünvanında qeydiyyatda olan, Binəqədi rayonu Biləcəri qəsəbəsi, 283 nömrəli Orta məktəbin yanında fərdi yaşayış evində kirayədə yaşayan Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldurlar. Bu barədə idarə rəhbərliyinə raportla məruzə etmiş və sənədləşmə aparılaraq əməliyyat məlumatının reallaşdırılması üçün Nərimanov RPİ-nin CAŞ-nin rəisi, polis polkovnik-leytenantı Vüqar Cavadzadə, o, CAŞ-nin ə/müvəkkili, polis kapitanı Şahid3, CAŞ-nin ə/müvəkkili, polis polkovnik-leytenantı Şahid1, CAŞ-nin kiçik inspektoru, polis kiçik serjantı Şahid2, Nərimanov RPİnin TŞ-nin təhqiqatçısı, polis mayoru Rza-zadə Nadir Zaur oğlundan ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirinin keçirilməsi barədə Nərimanov rayon prokurorluğuna, Nərimanov rayon Məhkəməsinə məlumat verilməklə materialların nüsxəsi Nərimanov rayon Məhkəməsinə göndərilib. Əməliyyat qrupunun üzvləri əməliyyat tədbirlərinin reallaşdırılması üçün təlimatlandırıldıqdan sonra xx.xx.2023-cü il tarixdə, saat 19:15 radələrində həmin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən “TK MMC Boya” zavodunun yaxınlığında olmaları müəyyən edilmiş və əməliyyat qrupu həmin ünvana getmişlər, Nərimanov rayonu Məmməd Araz küçəsində yerləşən “TK MMC Boya” zavodunun yaxınlığında onların üçünü bir yerdə saxlamışlar, saxlanılarkən onlardan Təqsirləndirilən şəxs1 əlində, üzərində “Levis” sözləri yazılmış torba var imiş, qalanlarının əlləri boş imiş, onlar özlərini təqdim edib Bakı şəhəri Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını bildirmiş və onlardan kimliklərini soruşmuşlar, həmin əlində torba olan Təqsirləndirilən şəxs1 olduğunu, ikincisi Təqsirləndirilən şəxs2 olduğunu, üçüncüsü isə Təqsirləndirilən şəxs3 olduqlarını bildirmişlər, həmin şəxslərə izah etmişlər ki, nakrotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidirlər və bu məqsədlə onların üzərlərində şəxsi axtarış aparıliması üçün onlarla Nərimanov rayon Polis idarəsinə gəlmələrini təklif etmişlər. Həmin şəxslər razılaşdıqdan sonra onları özləri ilə Nərimanov RPİ-nin inzibati binasına gətirmişlər, bu barədə idarə rəhbərliyinə raportla məruzə etdikdən sonra idarə rəhbərliyinin təliqəsi ilə həmin şəxslərin üzərlərində şəxsi axtarış aparılması idarənin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Nadir Rza-zadəyə həvalə edilib. Təhqiqatçı tərəfindən hər biri üçün ayrılıqda ərazi üzrə 25 saylı Vəkil bürosundan 3 nəfər vəkil dəvət olunmaqla onların hər biri üzərində ayrılıqda təhqiqatçının xidməti otağında şəxsi axtarış aparılmış və şəxsi axtarış aparılmasında əməliyyat qrupunun bütün üzvləri, o cümlədən də o iştirak etmişdir. Şəxsi axtarış və götürmə aparılmasının geldişi “Samsung” markalı videokamera ilə videolentə alınırmış. İlk olaraq xx.xx.2023-cü il tarixdə, saat 20:30-da şübhəli Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasına başlanıb. Şəxsi axtarışa başlamazdan əvvəl X10-zadə özünü təqdim etməklə, şəxsi axtarışda iştirak edən 25 saylı Vəkil bürosunun vəkili və əməliyyat tədbiri iştirakçılarını sadalamaqla onlar tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində Nərimanov rayonu Araz küçəsində yerləşən “TK MMC Boya” zavodunun yaxınlığında saxlanılaraq polis idarəsinə gətirilmiş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasını elan etmiş və sonra şübhəli Təqsirləndirilən şəxs1 təklif etmiş ki, üzərində qanunla qadağan edilmiş əşya vardırsa könüllü olaraq təqdim etsin. Həmin təklifdən sonra şübhəli Təqsirləndirilən şəxs1 Nazim oğlu sol əlində tutduğu, üzərində “Levis” yazısı olan göy rəngli sellofan torbanı masa üzərinə qoymuşdur. Təhqiqatçı, təqdim etdiyi torbada nə olduğunu soruşduqda, şübhəli Təqsirləndirilən şəxs1 bildirmiş ki, təqdim etdiyi torbada, “kakos” adı ilə tanıdığı narkotik vasitədir, həmin narkotik vasitəni günorta çağı tanımadığı İran vətəndaşı “Milad” adlı şəxs zəng edib bildirmiş ki, konum atacaq, gedərsiniz Nərimanova, Nərimanovdan çıx, sənə konum atandan sonra həmin ünvandan gedib narkotik vasitəni götürərsən və Nərimanovda tanımadığın şəxsə verəcəksən, həmin şəxs əvəzində sənə pul verəcək, ya da narkotik vasitədən verəcək, o da yoldaşları ilə birlikdə getmiş, həmin yerə baxış keçirmişlər, narkotik vasitəni tapandan sonra oradan 10 metr aralanıbmışlar ki, polis əməkdaşları onları saxlamışlar. Sonra şübhəli Təqsirləndirilən şəxs1 təqdim etdiyi torbda olan yapışqanlı lentlə sarınmış büküm torbadan çıxarılmış və bükümdə nə olmasını öyrənmək üçün kəsici alətlə həmin bükümün az hissəsi kəsilib, həmin kəsilmiş yerdən bükümdə olan kütləyə baxılmış, bükümdəki kütlə təhqiqatçı tərəfindən şəxsi axtarışın iştirakçılarına göstərilib, orada qəhvəyi rəngdə tozşəkilli, narkotik vasitə heroinə bənzər kütlə var imiş. Sonra təhqiqatçı şübhəli Təqsirləndirilən şəxs1 üst geyim paltarlarına corablarını çıxarıb ayağına, ayaqqabısına baxış keçirmişdir, həmin vaxt şübhəli Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sağ yan cibindən qızılı rəngli “Samsung” markalı mobil telefon aparatını çıxarmış, həmin mobil telefonda hansı mobil nömrə olmasını soruşulduqda şübhəli Təqsirləndirilən şəxs1 telefonda işlətdiyi mobil nömrənin ***-***-**-** olmasını bildirib. Üst geyim paltarlarına təhqiqatçı tərəfindən keçirilmiş baxış zamanı şübhəli Təqsirləndirilən şəxs1 başqa qeyri-qanuni əşya aşkar edilməmişdir. Təhqiqatçı və vəkil, ona zor tətbiq edilib-edilmədiyini soruşduqda şübhəli Təqsirləndirilən şəxs1, ona heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Sonra təhqiqatçı həmin “Samsung” markalı mobil telefon aparatını və narkotik vasitəyə bənzər kütlə ilə olan bükümü götürmüş, sonra şübhəli Təqsirləndirilən şəxs1 təqdim etdiyi və içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm yapışqanlı lentlə sarınaraq üzərinə iştirakçılar tərəfindən imzalar edilməklə təhqiqatçı tərəfindən götürülüb və sonra təhqiqatçı şübhəli Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarışın sona çatdığını elan etmişdir və bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara oxunduqdan sonra iştirakçılar tərəfindən protokol imzalanıb. Şübhəli Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış və götürmə xx.xx.2023-cü il tarixdə, saat 20:55 dəqiqədə başa çatıb. Bundan sonra xx.xx.2023-cü il tarixdə, saat 21:40 dəqiqədə təhqiqatçı Nadir Rza-zadənin xidməti otağında 25 saylı Vəkil bürosunun vəkili Eldar Tağıyevin və əməliyyat qrupunun polis əməkdaşlarının iştirakları ilə şübhəli kimi gətirdiyimiz ikinci Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmasına başlanılıb. Şəxsi axtarışa başlamazdan əvvəl X10-zadə özünü təqdim etməklə, şəxsi axtarışda iştirak edən 25 saylı Vəkil bürosunun vəkili və əməliyyat tədbiri iştirakçılarını sadalamaqla onlar tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində Nərimanov rayonu Araz küçəsində yerləşən “TK MMC Boya” zavodunun yaxınlığında saxlanılaraq polis idarəsinə gətirilmiş Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmasını elan etmiş və sonra şübhəli Təqsirləndirilən şəxs3 təklif etmiş ki, üzərində qanunla qadağan edilmiş əşya vardırsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının təklifinə şübhəli Təqsirləndirilən şəxs3 bildirmiş ki, üzərində qanunla qadağan edilən heç nə yoxdur və əynində olan qısaqol göy rəngli gödəkçəsinin sol yan cibindən 2 manat pul və qara rəngli dəridən pul qabını çıxarıb təqdim edib, pul qabında başqa heç nə aşkar edilmədikdən sonra təhqiqatçı tərəfindən onun üst geyim paltarlarına, ayaqlarına baxış keçirilmişdir, qeyri-qanuni hər hansı əşya aşkar edilməyib. Təhqiqatçı tərəfindən, saxlanılarkən, polisə gətirilərkən və polisdə ona qarşı zor tətbiq edilibedilmədiyi soruşulmuş, şübhəli Təqsirləndirilən şəxs3 bildirmiş ki, ona qarşı heç bir zor tətbiq edilməmişdir. Təhqiqatçı pulu və pul qabını onun özünə qaytarmışdır. Sonra təhqiqatçı tərəfindən şübhəli Təqsirləndirilən şəxs3 hadisə barədə nə deyə biləcəyi sualına Təqsirləndirilən şəxs3 bildirmiş ki, “mən Təqsirləndirilən şəxs1 və Nazimlə bir yerdə idik, Niyazinin telefonuna zəng gəldi, dedi ki, bir nəfər İranlı şəxsdir, təklif edir ki, zavodun yanında narkotik vasitə var, gedib onu götürək, kiməsə çatdırmaq lazımdır”, təhqiqatçının “sizdə getdiniz bir yerdə” sorğusuna, şübhəli Təqsirləndirilən şəxs3 bildirib ki, “o bizə təklif etdi ki, gedək kömək edərsiz tapmağa, əvəzində ya narkotik verəcək, ya da pul veriləcək”. Sonra şübhəli Təqsirləndirilən şəxs3 iştirakçıların “narkotik vasitə qəbul edirsinizmi, əgər edirsinizsə hansı növdən” sualına cavab verib ki, kakos qəbul edir. Sonra şübhəli Təqsirləndirilən şəxs3 üzərindən qanunla qadağan edilmiş əşya aşkar edilmədiyindən təhqiqatçı şəxsi axtarışın başa çatdığını elan etdi. Şübhəli Təqsirləndirilən şəxs3 üzərində aparılmış şəxsi axtarış saat 22:00 dəqiqədə başa çatıb və təhqiqatçınm bu barədə tərtib etdiyi protokol iştirakçılara ucxadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanıb. Üçüncü olaraq saat 22:50 dəqiqədə təhqiqatçı Nadir Rza-zadə tərəfindən xidməti otağında şübhəli Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasına başlanılıb. X10-zadə özünü təqdim etməklə keçirilmiş əməliyyat tədbiri nəticəsində 07 iyun 2023-cü il tarixdə, saat 19:30 radələrində Nərimanov rayonu Araz küçəsində yerləşən “TK MMC Boya” zavodunun yaxınlığında saxlanılaraq polis idarəsinə gətirilmiş Təqsirləndirilən şəxs2 Aydm oğlunun üzərində şəxsi axtarış-götürmə aparılacağını elan etmiş və sonra şəxsi axtarışda iştirak edənləri elan edib və şəxsi axtarışın gedişinin “Samsung” markalı videokamera vasitəsilə videoçəkilişinin aparıldığını bildirib. Sonra təhqiqatçı, şübhəli Təqsirləndirilən şəxs2 təklif edib ki, üzərində qanunla qadağan edilmiş əşyalar vardırsa, könüllü təqdim etsin. Təhqiqatçının təklifinə şübhəli Təqsirləndirilən şəxs2, əynində olan göy rəngli cins parçadan şalvarının sağ yan cibindən 2 ədəd ev açarı və 01 ədəd “Huave” markalı işlənmiş mobil telefon aparatını çıxarıb təqdim etmişdir, sonra bildirmiş ki, üzərində qanunla qadağan edilən heç nə yoxdur, sonra təhqiqatçı Nadir Rza-zadə tərəfindən şübhəli Təqsirləndirilən şəxs2 üst geyim paltarlarına, ayaqqabılarına baxış keçirilib, lakin qanunla qadağan edilən hər hansı predmet aşkar edilməmişdir. Təhqiqatçı ondan, saxlanılarkən, polisə gətirilərkən və polisdə hər hansı formada zor tətbiq edilib- edilmədiyi soruşulmuş, şübhəli Təqsirləndirilən şəxs2 bildirmiş ki, ona qarşı hər hansı formada zor tətbiq edilməmişdir. Təhqiqatçının “Təqsirləndirilən şəxs1 barədə nə deyə bilərsiniz?” sualına şübhəli Təqsirləndirilən şəxs2 bildirmiş ki, “Təqsirləndirilən şəxs1 yaxın müddətdə tanıyıb, görüşəndə xahiş edib ki, gedək Nərimanova, qardaşların qardaşı var, onunla görüşməliyəm, gəldik Nərimanova, dedi getməliyik Araz küçəsi var ora, dedim bəs hara gedəcəyik, dedi ki, bəs bir adam var İranda, mənim telefonumun zaryadkası qurtarıb, xahiş edirəm onun atdığı məkanı-konumu sənin telefonun vasitəsilə götürmək istəyirəm, qarşılığında bizə “mal” təklif elədi, onunla razılaşdıq, getdik çatdıq məkana, məkandan onu, götürülmüş narkotik vasitə bükümünü nəzərdə tutaraq götürdük, çıxanda polis əməkdaşları bizi saxladılar”. Sonra narkotik vasitə qəbul edib etmədiyi soruşulmuş, şübhəli Təqsirləndirilən şəxs2 bildirmiş ki, 1989-cu ildən narkotik qəbul edir. Sonra təhqiqatçı tərəfindən şəxsi axtarışın başa çatması elan edilib. Bu barədə təhqiqatçının tərtib etdiyi protokol iştirakçılara oxunduqdan sonra protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanıb. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, o, şahid X5 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin tarixdə saxlanılaraq polis idarəsinə gətirilmişlər. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs1 sol əlində saxladığı üzərində “Levis” yazısı olan göy rəngli sellofan paketi, əynində olan qara rəngli şalvarının sağ yan cibindən daxilində ***-***-**-** saylı nömrə ilə istifadə olunan qızılı rəngli “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi göy rəngli sellofan paketdə qəhvəyi rəngli maddənin el arasında “kakos” kimi tanınan narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni təsadüfən +**********65 saylı nömrədən zəng etmiş tanımadığı “Milad” adlı X6 vətəndaşının yönləndirməsinə əsasən əldə etdiyini, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının deməsinə əsasən Nərimanov rayonu ərazisində nir nəfər şəxsə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə çatdırmalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofan büküm iş üzrə əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüş. 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs3 əynində olan qısaqol göy rəngli gödəkçəsinin sol yan cibindən 2 manat pulu və qara rəngli pul qabını təqdim edib üzərində qeyri-qanuni əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı üzərindən qeyriqanuni əşya və ya narkotik aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuşdur. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd ev açarı və 01 ədəd “Huave” markalı mobil telefonu təqdim edib üzərində qeyri-qanuni əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı üzərindən qeyri-qanuni əşya və ya narkotik aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuşdur. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Nərimanov RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Qabil Xəlilov tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası DİN-nin Nərimanov RPİ-nin rəis vəzifəsini müvəqqəti icra edən Arzu Heydərov tərəfindən təsdiq edilmiş 07 iyun 2023-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 08 iyun 2023-cü il tarixli 6/3240 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs1 (imza)” yazısı və imzalar olan bağlamadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1025,2 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş qalıq çəkisi 1025 qram olan narkotik vasitə heroin maddi sübut kimi saxlanmasından ötrü Nərimanov RPİ-nin saxlanc anbarına kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 5635 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 5483 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 5484 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİİ dərəcə əlil olması ilə əlaqədar, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kompüter texniki ekspertizasının 05 oktyabr 2023-cü il tarixli 5/1237 nömrəli rəyi əsasında müəyyən edilmişdir ki, təqdim edilmiş “Samsung Galaxy J2 Core” markalı “SM-J260F” modelli mobil smartfonun yaddaşında mövcud olan və pozulmuş (kontaktlar, SMS mesajlar, foto, video aidio fayllar “WhatsApp” yazışmalar və s.) məlumatlar müəyyən olunmuş, həmin məlumatlar “Ekspertiza 5- 1357” adlı iş çantasında iki ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. Təqdim edilmiş “Samsung Galaxy J2 Core” markalı “SM-J260F” modelli mobil smartfonun yaddaşından əldə edilmiş “WhatsApp” proqram təminatında aparılmış məlumat mübadilələri daxilində “İran” adı ilə qeydə alman “+**********65” abonent nömrəsi ilə aparılmış yazışmalar müəyyən edilməmişdir. Lakin tədqiq olunan mobil smartfonun yaddaşından əldə edilmiş “WhatsApp” proqram təminatı üzərindən icra edilmiş zəng qeydləri içərisində “İran” adı ilə qeydə alınan “+98 914 954 1765” abonent nömrəsinə aid “Buraxılmış zəng qeydləri”, “Cavablandırılmayan zəng qeydləri” və “Gələn zəng qeydlərinə” dair rəqəmsal izlər (“WhatsApp/Zənglər”) bölməsi və ya “Report Hesabat /Zəng qeydləri” bölmələrində öz əksin tapıb) aşkar olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxslər irəli sürülən ittiham üzrə özlərini tam təqsirli bilməsələr də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onların Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər aşkar olunmuş narkotik vasitənin onlara məxsus olmadığını və üzərlərinə qoyulduğunu, narkotik vasitəni satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadıqlarını, narkotik vasitəni satmaq fikirlərinin olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edilməsini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxslərin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxslər tutularkən onların müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə onların üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı müvafiq müvəqqəti saxlama yerindən və istintaq təcridxanasından onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun İstintaq Təcridxanasına daxil olarkən müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. Bundan başqa, iş materiallarında olan Nərimanov Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Nərimanov RPİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə məlumat onun özünün izahatından başqa toplanmış sübutlarla öz təsdiqini tapmadığından, araşdırma materialları ilə təkzib olunduğundan və hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 5635 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 5483 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 5484 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİİ dərəcəli əlil olması ilə əlaqədar, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxslərin özlərini tam təqsirli bilməmələrinə dair ifadələrinə, həmçinin aşkar olunmuş narkotik vasitənin onlara məxsus olmadığı və üzərlərinə qoyulduğu, narkotik vasitəni satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadıqlarını, narkotik vasitəni satmaq fikrində olmadıqlarını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdikləri ifadələrinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onların ifadələrinin həmin hissəsini özlərini müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin ibtidai araşdırmanın ilkin mərhələsində ifadələrində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin özlərinin ifadəsini (ibtidai araşdırma zamanı verdikləri ifadələrini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin külli miqdar təşkil etməsi özüözlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən (şəxslərdən) aşkar olunmuş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar (1025,2 qram heroin) təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, ekspert rəyinə əlavə olunmuş və mobil operatorlardan təqdim edilmiş optik disklərdən əldə olunmuş məlumatları (sms və digər məlumatları) nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə görə iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 64.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxslərə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxslərin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini, dərəcəsini və cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2011-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs3 bir azyaşlı uşağı var. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 3-cü dərəcəli (qrup) əlildir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini və 3-cü dərəcəli (qrup) əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini, əvvəllər məhkum olunmamasını və bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını - 1025,2 qram heroin), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini, dərəcəsini və cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, təqsirləndirilən şəxslər xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin digər qərarları ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onlar ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 1025 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs1 və ya qohumlarına qaytarılmalı (verilməli), təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd optik disk (DVD), məhkəmə kompütertexniki ekspertizasının rəyinə əlavə olunmuş (mobil telefona aid) 02 ədəd optik disk (DVD-R) və mobil operatorlardan ("xxxx" MMC və "xxxx" MMC) təqdim edilmiş məlumatları özündə əks etdirən optik disk (CD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə hər biri ayrı-ayrılıqda 70 saat vaxt sərf etmişdirlər. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçilərə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 1025 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs1 və ya qohumlarına qaytarılsın (verilsin), təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd optik disk (DVD), məhkəmə kompüter-texniki ekspertizasının rəyinə əlavə olunmuş (mobil telefona aid) 02 ədəd optik disk (DVD-R) və mobil operatorlardan təqdim edilmiş məlumatları özündə əks etdirən optik disk (CD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 269 manat təqsirləndirilən şəxslərdən müştərək (birgə) qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə “Ekol” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına hər birinə ayrı-ayrılıqda 420 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar