Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1081/2025 13.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 (sədrlik edən), X18 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1979-cu ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış himayəsində 1 yetkinlik yaşına çatmamış uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 28 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 30 sentyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 09 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-639/2024 saylı, 11 may 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 09 may 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tanışı Zərərçəkmiş şəxs1 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib, sonuncuya 13000 manat pul müqabilində Şahid7 və Şahid8 vasitəsilə övladı Şahid9 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mingəçevir rayon şöbəsində işə düzəldəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla, vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin fevral ayının istintaqla müəyyən edilməyən günündə Ağdam rayonu, Alıbəyli kəndində yerləşən “Amil markefdə Zərərçəkmiş şəxs1 9000 manat və 18 mart 2022-ci il tarixdə Ağdam rayon Alıbəyli kəndində yerləşən evdə Zərərçəkmiş şəxs1 4000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 13000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “X27” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla öz qulluq mövqeyindən istifadə edərək Almaniya Federativ Respublikasına viza alınmasında köməklik göstərilməsi üçün müraciət etmiş Qanuni nümayəndə özünü turizm şirkətinin direktoru kimi təqdim edib sonuncunun inam və etibannmı qazanaraq, Qanuni nümayəndə arvadı Lətifə Kərimova, oğlu Şahid15 və qızı Şahid14 ilə birlikdə 40000 manat pul müqabilində dil kurslarından növbədənkənar B2 sertifikat dərəcəsi alacağı, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində qeydiyyata aldıracağı, iş dəvəti alacağı, sığorta, aviabilet əldə edəcəyi və bu kimi sənədləri toplandıqdan sonra ilkin növbədə 30000 manat müqabilində onu və arvadı Lətifə Kərimovanı sözügedən Respublikaya göndərəcəyinə dair yalan vədlər verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 28 avqust 2022-ci ildə Bakı şəhəri Nərimanov rayonu X36 küçəsi 14 ünvanının qarşısında idarə etdiyi “Chevrolet Orlando” markalı ** GJ *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobildə Qanuni nümayəndə 3000 manat, 03 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Qanuni nümayəndə yaşadığı ünvan 4 ünvanının qarşısında sonuncudan 7500 manat, həmin gün saat 21 radələrində eyni ünvanda 7500 manat və 10 noyabr 2022-ci il tarixdə Qanuni nümayəndə yaşadığı ünvan 5 ünvanında sonuncudan həmin günün məzənnəsi ilə 1381 manat 21 qəpik təşkil edən 810 avro və 20 manat məbləğində pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs Qanuni nümayəndə ümumilikdə 19401 manat 21 qəpik məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “X27” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla öz qulluq mövqeyindən istifadə edib qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək X12 iş vizasının alınmasında köməklik göstərilməsi üçün müraciət etmiş Zərərçəkmiş şəxs3 özlərini turizm şirkətinin direktoru kimi təqdim edib sonuncunun inam və etibarınını qazanaraq, Zərərçəkmiş şəxs3 2400 manat pul müqabilində X8 iş vizası düzəldəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 08 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 ünvan 6 ünvanda yerləşən «X27» MMC-nin ofisində 2400 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib, ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “X27” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla öz qulluq mövqeyindən istifadə edib qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək X12 iş vizasının alınmasında köməklik göstərilməsi üçün müraciət etmiş Zərərçəkmiş şəxs4 özlərini turizm şirkətinin direktoru kimi təqdim edib sonuncunun inam və etibarınını qazanaraq, Zərərçəkmiş şəxs4 2400 manat pul müqabilində X8 iş vizası düzəldəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 08 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 ünvan 6 ünvanda yerləşən «X27» MMC-nin ofisində 2400 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib, ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “X27” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla öz qulluq mövqeyindən istifadə edib qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək X12 iş vizasının alınmasında köməklik göstərilməsi üçün müraciət etmiş Zərərçəkmiş şəxs5 özlərini turizm şirkətinin direktoru kimi təqdim edib sonuncunun inam və etibarınını qazanaraq, Zərərçəkmiş şəxs5 2400 manat pul müqabilində X8 iş vizası düzəldəcəyinə dair yalan vəd verib etibarından sui- istifadə etməklə aldadaraq, bu adla 08 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 ünvan 6 ünvanda yerləşən «X27» MMC-nin ofisində 2400 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib, ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “X27” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla öz qulluq mövqeyindən istifadə edib qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xarici ölkədə iş vizasının alınmasında köməklik göstərilməsi üçün müraciət etmiş Zərərçəkmiş şəxs6 özlərini turizm şirkətinin direktoru kimi təqdim edib sonuncunun inam və etibarınını qazanaraq, Zərərçəkmiş şəxs6 2450 manat pul müqabilində X8 meyvə plantasiyasında işlə təmin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 23 may 2023-cü il tarixdə ünvan 6 ünvanda yerləşən «X27» MMC-nin ofisində Zərərçəkmiş şəxs6 2450 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “X27” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla öz qulluq mövqeyindən istifadə edib ABŞ-yə viza düzəldilməsində köməklik göstərilməsi üçün müraciət etmiş Zərərçəkmiş şəxs7 özünü turizm şirkətinin direktoru kimi təqdim edib sonuncunun inam və etibarınını qazanaraq, Zərərçəkmiş şəxs7, sonuncunun övladı Aysel Əliyeva üçün 12750 manat pul müqabilində ABŞ-yə viza düzəldilməsi məsələsini həll edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 14 noyabr 2023-cü il tarixdə ünvan 6 ünvanda yerləşən «X27» MMC-nin ofisində Zərərçəkmiş şəxs7 12750 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “X27” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla öz qulluq mövqeyindən istifadə edib xarici ölkədə iş vizasının alınmasında köməklik göstərilməsi üçün müraciət etmiş Zərərçəkmiş şəxs8 özünü turizm şirkətinin direktoru kimi təqdim edib sonuncunun inam və etibarınını qazanaraq, Zərərçəkmiş şəxs8 2770 manat pul müqabilində X8 meyvə plantasiyasında işlə təmin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifaədə etməklə aldadaraq, bu adla 20 fevral 2024-cü il tarixdə ünvan 6 ünvanda yerləşən «X27» MMC-nin ofisində Zərərçəkmiş şəxs8 2770 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “X27” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla öz qulluq mövqeyindən istifadə edib qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xarici ölkədə iş vizasının alınmasında köməklik göstərilməsi üçün müraciət etmiş Zərərçəkmiş şəxs9 özlərini turizm şirkətinin direktoru kimi təqdim edib sonuncunun inam və etibarınını qazanaraq, Zərərçəkmiş şəxs9 1000 ABŞ dolları pul müqabilində X8 meyvə plantasiyasında işlə təmin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 27 fevral 2024-cü il tarixdə ünvan 6 ünvanda yerləşən «X27» MMC-nin ofisində Nurlan Qədiriidən həmin günün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları pulu alaraq, ələ keçirib, verdiyi vədə əməl etməyərək ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “X27” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla öz qulluq mövqeyindən istifadə edib qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ABŞ-yə viza alınmasında köməklik göstərilməsi üçün müraciət etmiş Zərərçəkmiş şəxs10 özlərini turizm şirkətinin direktoru kimi təqdim edib sonuncunun inam və etibarınını qazanaraq, Zərərçəkmiş şəxs10 2500 ABŞ dolları pul müqabilində ABŞ-yə viza düzəldilməsi məsələsini həll edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 25 mart 2024-cü il tarixdə ünvan 6 ünvanda yerləşən «X27» MMC-nin ofisində Zərərçəkmiş şəxs10 həmin vədə əməl etməyib, ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “X27” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla öz qulluq mövqeyindən istifadə edib qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək X12 viza alınmasında köməklik göstərilməsi üçün müraciət etmiş Zərərçəkmiş şəxs11 özlərini turizm şirkətinin direktoru kimi təqdim edib sonuncunun inam və etibarınını qazanaraq, Zərərçəkmiş şəxs11 5000 ABŞ dolları pul müqabilində 6 nəfər ailə üzvü üçün X12 viza düzəldilməsi məsələsini həll edəcəyinə dair yalan vəd verib etibarından sui-İştifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 12 mart 2024-cü il tarixdə ünvan 6 ünvanda yerləşən «X27» MMC-nin ofisində Zərərçəkmiş şəxs11 həmin günün məzənnəsi ilə 4250 manat təşkil edən 2500 ABŞ dolları pulu, 25 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs11 ünvan 7 ünvanında özünə məxsus 4098 5844 6849 4941 saylı kart hesabından onun istifadəsində olan 4127- 20**-****-9278 nömrəli bank kartının hesabına göndərdiyi 1641 manat pulu ələ keçirib, verdiyi vədə əməl etməyərək ələ keçirdikləri pulları aralarında bölüşdürməklə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ümumilikdə 5891 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 5,959 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində 09 may 2024-cü il tarixdə saat 20:06-da ünvan 8 ünvanının qarşısında saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 5,959 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “X27” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla öz qulluq mövqeyindən istifadə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Kanada Federativ Respublikasına viza alınmasında köməklik göstərilməsi üçün müraciət etmiş Zərərçəkmiş şəxs12 özünü turizm şirkətinin direktoru kimi təqdim edib sonuncunun inam və etibarınını qazanaraq, Zərərçəkmiş şəxs12 8000 ABŞ dolları pul müqabilində Kanada Federativ Respublikasına viza düzəldilməsi məsələsini həll edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 18 oktyabr 2023-cü il tarixdə ünvan 6 ünvanda yerləşən «X27» MMC-nin ofisində Zərərçəkmiş şəxs12 həmin günün məzənnəsi ilə 5950 manat təşkil edən 3500 ABŞ dolları pulu, 02 fevral 2024-cü il tarixdə ünvan 6 ünvanda yerləşən «X27» MMC-nin ofisində həmin günün məzənnəsi ilə 2040 manat təşkil edən 1200 ABŞ dolları pulu, 03 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs12 onun 4098-5844-9201-8708 nömrəli bank kartına göndərdiyi 314 manat pulu, 20 may 2024-cü il tarixdə isə Aqil Rəhimov ünvan 6 ünvanda yerləşən «X27» MMC-nin ofisində həmin günün məzənnəsi ilə 7650 manat təşkil edəri: 4500 ABŞ dolları pulu Zərərçəkmiş şəxs12 götürüb ələ keçirərək, verdikləri vədə əməl etməyib, ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ümumilikdə 15954 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü və 234.1-1-ci maddələri ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə özünü təqsirli bilmir. Belə ki, onda heç bir narkotik vasitə olmamışdır. Saxlanılan zaman yeddi səkkiz polis əməkdaş olub və onu ailəsi ilə hədələyiblər. Axşam radələri işdən çıxanda Fərid ona yaxınlaşaraq, “ Bu nə zamanın işdən çıxmağıdır?” demiş və ona idarəyə getməyi, rəisin onu gözlədiyini bildirmişdir. Axtarış aparılmamış və narkotik vasitəni polis əməkdaşları özləri ona təqdim etmişlər. Maşının açarını Fərid götürmüşdür. O, Fəridi çoxdan tanıyır, belə ki, bu hadisəyə qədər Fərid onu 4-5 dəfə idarəyə izahat üçün dəvət etmişdir. BMCMİ-də üç saat döyüldüyünü, elektroşok aparatı ilə işgəncə verildiyini bildirmişdir. Üzeyir adlı dostu olduğunu, yeznəsinin general olduğunu və Üzeyirlə uzun müddətdir ki, dost olduğunu bildirmişdir. 2020-ci ildə onu BMCM İdarəsinə apardılar. Orada Üzeyirin yeznəsinin evindən 300.000 dollar məbləğində pul oğurladığını dedilər və onun bu işlə əlaqəsi olubolmadığını soruşdular. O, heç bir məlumatı olmadığını bildirmişdir. Həbs edilməmişdən 5-6 ay öncə çağırıb izahat aldılar. Elşən adlı şəxs də Üzeyirin dostudur, bildirdilər ki, o oğurluq edib. Onun bu oğurluqla əlaqəsini soruşdular və o, heç bir əlaqəsinin olmadığını bildirdikdən sonra onu narkotik vasitə ilə hədələdilər. Qanuni nümayəndə 2022-ci ilin avqust-sentyabr ayında ümumi tanışları vasitəsi ilə onun mobil telefon nömrəsini almış və zəng edərək bildirmişdir ki, ailə üzvləri - arvadı Lətifə Kərimova, övladları Fərid və Şahid14 Almaniya Fedarativ Respublikasına getmələri üçün onun onlara turistik xidmət göstərməyini istəyir. O, razılaşmış və ümumi söhbət əsnasında Almaniyada tələb olunan, alman dili bilməsi üçün ilk əvvəl beynəlxalq dil imtahanı vermələrinin vacib olduğunu bildirmişdir. Qanuni nümayəndə onunla razılaşmışdır. Sonra o, Fəxrəddini Bakı şəhəri N.Nərimanov rayonu X36 küçəsində, «Gənclik» restoranının yanında yerləşən beynəlxalq dil kurslarına dəvət etmiş, özü də idarə etdiyi avtomobillə həmin yerə getmişdir. Qanuni nümayəndə arvadı Lətifə Kərimova ilə həmin yerə getməmişdən əvvəl o, beynəlxalq dil kursu mərkəzində imtahan barədə soruşmuş və oradan ona demişlər ki, dil imtahanı bitmişdir, əlavə imtahan təşkil edilməsi üçün hər nəfərə əlavə 1500 manat məbləğdə pul köçürülməlidir. Daha sonra o, bu barədə Qanuni nümayəndə məlumat vermiş və sonuncu razılaşmışdır. Həmin vaxtı onun avtomobilində Fəxrəddinin arvadı Lətifə Kərimova öz çantasından 3000 manat məbləğdə pul çıxarıb ona vermiş, o da həmin pulu yeni imtahan təşkil edilməsi üçün yuxarıda göstərdiyi dil kursu mərkəzinə apararaq, ödəniş etmiş və əlavə imtahan açılmışdır. Daha sonra Qanuni nümayəndə arvadı ilə birlikdə dil kursu mərkəzinə gedib, səhv etmirsə, hər biri üçün mərkəzin hesabına ayrı-ayrılıqda 120 avro pul köçürtmüşlər və təxminən bir ay ərzində kursa getmişlər. Qanuni nümayəndə arvadı Lətifə Kərimova kursa yazılandan 01 ay sonra beynəlxalq imtahan verib «B2» səviyyəli sertifikat almış, lakin Qanuni nümayəndə imtahana daxil olarkən, 3000 manat məbləğdə pul ödənişi etdiyini və ona görə imtahan edilməməli olduğunu bildirmiş, bu səbəbdən, dil kursunda imtahandan kəsilmiş və sertifikat əldə edə bilməmişdir. Həmçinin dil kursu mərkəzində 3000 manat pul ödənişi əlavə imtahan təşkil edilməsi üçün ödənildiyinə görə həmin pulun da geri qaytarılması qeyri-mümkün olmuşdur. Daha sonra Qanuni nümayəndə Gürcüstan Respublikasından sertifikat əldə edə bilyəcəyini deyərək, viza və digər işləri həll etməyini xahiş etmişdir. Ona görə də, o, digər işlərlə məşğul olmağa başlamışdır. Bu vaxtı o, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyində Qanuni nümayəndə və sonuncunun 3 nəfər ailə üzvləri üçün VİP qəbul üçün 19 yanvar 2023-cü il tarixinin təşkil olunması, həyat sığortası, iş və təhsil vizalarının təşkil edilməsi, o cümlədən Bakı-İstanbul-Düssendorf reysi ilə aviabiletərin alınması üçün Fəxrəddindən əvvəlcə dəqiq tarixini xatırlamadığı gün, yəni 2022-ci ilin noyabr ayının əvvəllərində, yaşadığı evində 15000 (on beş min) manat məbləğdə pul almış, daha sonra isə, aldığı pulun çatmadığını görüb təxminən bir həftə sonra Qanuni nümayəndə öz evində əlavə 810 (səkkiz yüz on) avro və 20 (iyirmi) manat məbləğdə pul almış və ödənişləri həyata keçirtmişdir. Belə ki, o, Qanuni nümayəndə və sonuncunun ailə üzvlərinin hər birinə aviabilet üçün 585.80 (beş yüz səksən beş manat səksən qəpik) manat olmaqla, ümumilikdə 2343,20 (iki min üç yüz qırx üç manat iyirmi qəpik) manat və hər birinin həyat sığortası üçün 831 (səkkiz yüz otuz bir) avro olmaqla, ümumilikdə 3324 (üç min üç yüz iyirmi dörd) avro, yəni 6083 (altı min səksən üç) manat məbləğdə pul ödənişi etmişdir. Beləliklə, o, Qanuni nümayəndə bütün xərclərinə 11426,20 (on bir min dörd yüz iyirmi altı manat iyirmi qəpik) manat məbləğdə ödənişlər etmişdir. Bununla yanaşı, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinə VİP qəbul üçün hər birinə 250 manat olmaqla, 1000 (bir min) manat da əlavə ödənişləri həyata keçirtmişdir. Qanuni nümayəndə və ailəsi 19 yanvar 2023-cü il tarixdə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyində qəbul olunmamışdan bir gün öncə, yəni 18 yanvar 2023-ci il tarixdə ona məlum olmuşdur ki, Qanuni nümayəndə və sonuncunun ailə üzvləri 2014 və ya 2015-ci ildə Azərbaycan Respublikasından Almaniya Federativ Respublikasına 25 günlük turist vizası ilə getmişlər və orada ümumvətəndaş pasportunu itirdikləri və ya atdıqlarına görə, dövlətdən sığınacaq istəyib 40 gün “kamp” dedikləri mühacirlər ücün xüsusi sığınacaqda qalmışlar və sonradan xüsusi evlərə köçürülərək, orada müvəqqəti yaşamaq icazə hüququ ilə bir neçə il yaşamışlar, lakin Hollandiya Krallığına keçərək oradan yenə Almaniya Federativ Respublikasına qayıtdıqları üçün Almaniya höküməti onların müvəqqəti yaşamaq icazə hüququnun müddətini uzatmadan, ümumvətəndaş pasportları olmadıqlarına görə, Azərbaycanın Almaniyada olan səfirliyinə müraciət etmişlər, “ağ kağız” deyilən, yəni əvvəllər ümumivətəndaş pasportlarının mövcud olması barədə arayışlar alıb həmin arayışlarla Almaniya höküməti tərəfindən Azərbaycan Respublikasına qaytarılmışlar. Ona görə də, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi Qanuni nümayəndə və sonuncunun ailə üzvlərini qəbul etmədən, onlara viza verilməsindən İmtina etmişdir. O, bu məlumatları öyrəndikdən sonra Qanuni nümayəndə da məlumat vermiş, bundan sonra Fəxrəddin ona verdiyi bütün pulları geri tələb etməyə başlamışdır. O, Qanuni nümayəndə turizm xidmətləri olaraq, özünə aid olan 6000 (altı min) manat məbləğdə pulu geri qaytarsa da, digər ödənişlər üçün verilmiş pullar qaytarılmadığına görə, həmin pulları Qanuni nümayəndə qaytara bilməmişdir. Daha sonra isə Qanuni nümayəndə onun barəsində polisə şikayət etdiyini öyrənmişdir, ifadəsinə əlavə olaraq, Qanuni nümayəndə ilk dəfə ona yalnız beynəlxalq dil kursu mərkəzindən sertifikat almaq üçün müraciət etmişdir, lakin digər turizm xidmətləri üçün ona sonradan, yəni təxminən bir ay sonra müraciət etmişdir. Zərərçəkmiş şəxs1 2022-ci ildən tanıyır, sonuncunu həmkəndlisi Güloğlanın vasitəsi ilə tanımışdır. Şahid8 isə təxminən 10 İl olar ki, tanıyır, sonuncu onun həmkəndlisidir. Eldarın vasitəsilə də Eldənizi tanımışdır. X16 Nazirliyində yüksək vəzifədə işləmişdir. Onunla bir neçə dəfə Eldarla birlikdə oturub yemək yemişlər. 2022-ci ilin qış aylarında Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlamış və oğlu Təbrizi FHN-nə işə düzəltmək istədiyini bildirmişdir. O da özünün Təbrizi hər hansı bir yerə düzəltmək səlahiyətiyin olmadığını, lakin Eldar adlı tanışının vasitəsi ilə bu işi düzəldə biləcəyini bildirmişdir. O, onlardan vaxt istəmişdir. Həmin söhbətdən təxminən bir həftə sonra Eldarla Bakı şəhərində, Nizami rayonu ərazisində olan Heydər parkında görüşmüşlər. O, bu barədə Eldara demişdir. Eldar da bu işi düzəldə biləcəyini və işin düzəlməsi üçün 13 min manat lazım olduğunu demişdir. O da bu barədə Tahirə məlumat vermişdir. Tahir onunla razılaşmışdır. Bundan sonra 2022-ci ilin fevral ayının xatırlamadığı günündə Tahirlə Ağdam rayonu Alibyəli kəndində Amil adlı şəxsin mağazasında ona 10000 manat pul vermiş, 3000 manatı isə tezliklə verəcəyini bildirmişdir. Həmin vaxt Amildə ona pul verildiyini görmüşdür. Həmin pulu götürüb 2-3 gün sonra Bakı şəhərində "Vasmoy" bazarının yanında onun avtomobilində Eldara vermişdir. Eldar pulu alandan sonra ona bildirmişdir ki, bu işi Eldənizin vasitəsi ilə düzəldəcəkdir. Təxminən 1 ay sonra isə Tahir qalan 3000 manat pulu Ağdam rayonu Alıbəyli kəndində yaşadığı evdə ona vermişdir. Təxminən 5 gün sonra o, həmin pulu Bakı şəhərində Vasmoy adlanan ərazidə olan parkda Eldara vermişdir. Ümumilikdə Eldara 13000 manat pul vermişdir. Eldar həmin puldan ona 200 manat pul vermişdir ki, xərcləyərsən. Pulu Eldara verdikdən bir müddət sonra Eldar yoxa çıxmışdır. O, Eldarın həyat yoldaşı ilə əlaqə saxlamış və sonuncu ona Eldarın Azərbaycanda olmadığını bildirmişdir. Bir neçə gün sonra Eldar ona zəng etmiş və demişdir ki, başqa yerdədir, onunla əlaqə saxlayacaq. Təxminən 20 gün sonra Eldar onunla əlaqə saxlamış və demişdir ki, iş düzələcək, ancaq o, Azərbaycanda deyil, puluda Eldənizə vermişdir. Sonra isə ona Eldənizin nömrəsini vermişdir ki, onunla əlaqə saxlasın. O da Eldənizlə əlaqə saxlamışdır. Eldəniz ona demişdir ki, səbrli ol düzələcək. Həmin söhbətdən 6 ay keçsə də iş düzəlməmişdir. Həmin ərəfədə Tahirgil ona dəfələrlə zəng edərək İşin nə yerdə olduğunu, işi kimin düzəltdiyini soruşmuşdur. O da Eldənizə demişdir ki, Tahirgil onunla danışmaq istəyir. Eldəniz də ona bildirmişdir ki, nömrəsini onlara versin. O, bu məsələ ilə bağlı bir neçə dəfə Eldənizlə görüşmüşdür. Nömrəni onlara verəndən sonra artıq özləri Eldənizlə əlaqə saxlamışlar. O, bir dəfə Tahiri oğlu Təbrizi Bakı şəhərində avtovağzalda qarşılayaraq Biləcəridə yerləşən FHN-nin hərbi həkim komisiyyasının qarşısına aparmışdır. Orada o, avtomobildə gözləmiş, sonra da Təbrizi götürüb yenidən avtovağzala qaytarmışdır. O, Eldənizlə danışan zaman demişdir ki, iş hazırdır 3000 manatda göndərsin əmri verilsin. Həmin vaxt o, Eldarla danışan zaman sonuncuya demişdir ki, Eldənizə 3000 manat pul göndərsin. Eldar da Eldənizin kartına 3200 manat pul göndərmişdir. Bu söhbətlər vaxtı pulu Nəsimi rayonu ərazisində olan ofisdə almış, həmçinin 25 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs11 onun bank kartına 1641 manat pul göndərmişdir. Lakin 09 may 2024-cü il tarixdə həbs olunduğu üçün Zərərçəkmiş şəxs11 işini düzüb qoşa bilməmişdir. Həmçinin Zərərçəkmiş şəxs11 aldığı puldan 1641 manatı və 1000 ABŞ dolları qaytarmışdır. Barəsində şikayət etmiş Zərərçəkmiş şəxs6 tanıyır. Belə ki, Zərərçəkmiş şəxs6 X12 iş vizası düzəltməklə bağlı ofisə müraciət etmiş, həmin şəxslə söhbət edib bunun qaydalarını izah etmiş, həmçinin 23 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs6la müqavilə bağlamış və sonuncudan 2450 manat pul almış, həmin pulun 1100 manatını Zərərçəkmiş şəxs6 işi ilə bağlı xərcləmiş, sonradan Zərərçəkmiş şəxs6 işi uzanmış və o, 09 may 2024-cü il tarixdə həbs olunduğu üçün Zərərçəkmiş şəxs6 işini düzüb qoşa bilməmişdir. Bundan başqa, barəsində şikayət etmiş Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 tanıyır. Həmin şəxslər MMC-yə X8 işlə təmin olunmaqdan ötrü müraciət etmişlər. O, həmin şəxslərin hər biri ilə söhbət etmiş və onlarla 26 fevral 2024-cü il tarixdə müqavilə bağlamışdır. Müqaviləyə əsasən Zərərçəkmiş şəxs9 1000 ABŞ dollar pul almış, Zərərçəkmiş şəxs8 isə 2770 manat pul almışdır. 09 may 2024-cü İl tarixdə həbs olunduğu üçün isə Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 işlərini düzüb qoşa bilməmişdir. Barəsində şikayət etmiş Zərərçəkmiş şəxs3, X15 və Zərərçəkmiş şəxs4 tanıyır. 2023-cü ilin may ayında sonuncular MMC-nin Nəsimi rayonu ərazisində yerləşən ofisinə gələrək X8 işləmək istədiklərini və ora hansı qaydada gedə biləcəklərini soruşmuşlar. O, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 müqavilə bağlanacağı təqdirdə onları X8 işlə və yaşayış yeri ilə təmin edə biləcəyini həmçinin iş vizası da ala biləcəyini demişdir. Bunun müqabilində hər birinin 4800 manat məbləğində ödəniş etməli olduqlarını, ilkin olaraq 2400 manatını verməli olduqlarını izah etmişdir. Sonuncular razılaşmışlar və bir neçə gün sonra ofisdə görüş zamanı hər biri 2400 manat məbləğində pulu vermişlər və müqavilə bağlanmışdır. Həmin şəxslərdən almış olduğu pullardan 1100 manatını onların işləri ilə bağlı xərcləmiş lakin 09 may 2024-cü il tarixdə həbs olunduğu üçün həmin şəxslərin işlərini həll edə bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs7 tanıyır. Sonuncudan viza düzəltməklə bağlı 14 noyabr 2023-cü il tarixdə Nəsimi rayonu ərazisində yerləşən ofisdə ümumilikdə 12750 manat pul almışdır, həmin pulu ABŞ dolları ilə qəbul etmişdir. Aldığı pulun 5000 ABŞ dollarını işi həll etməli olan və adını qeyd etmək istəmədiyi bir nəfər şəxsə vermişdir. 09 may 2024-cü il tarixdə həbs olunduğu üçün Zərərçəkmiş şəxs7 işini həll edə bilməmişdir. Onların ABŞ göndərilmələri üçün lazım olan bütün sənədləri hazırlamışdır. Bundan başqa barəsində şikayət etmiş Zərərçəkmiş şəxs12 tanıyır. Sonuncunu Ruqiyyə adlı şəxs vasitəsi ilə tanımışdır. Həmin şəxsi Ruqiyyə onun yanına gətirmiş və Kanada Federal Respublikasında işləmək üçün getmək istədiyini, ona iş vizası düzəltməyi istəmişdir. 18 oktyabr 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs12 3500 ABŞ dolları məbləğində pul almış və məsələni 4-5 ay ərzində həll edəcəyini bildirmişdir. 09 may 2024-cü il tarixdə həbs olunduğu üçün Zərərçəkmiş şəxs12 işini həll edə bilməmişdir. O, Zərərçəkmiş şəxs12 3500 ABŞ dollarından əlavə pul almamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 xatırlamadığını, yaddaşında problemlər yarandığını bildirmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, Zərərçəkmiş şəxs1 aid ola epizod üzrə ona həmin işin görülməsindən 1000 manat məbləğində pul qalacaq sözünü demədiyini, Eldarın həmin puldan 3200 manatını Eldənizə göndərib sözünü demədiyini, bütün pulu Eldara verdiyini, Eldarın heç bir iş ilə məşğul olmadığını, 4000 manatı Eldara verdiyini, onun da həmin pulu Eldənizə verəcəyini, Eldarın hazırda Almaniyada olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsləri, şahidləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü və 234.1-1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahid9 onun övladıdır. Təbriz 2019-cu il tarixdə Ağdam rayonu, Üçoğlan kənd sakini Güloğlan Quliyevin qızı ilə ailə həyatı qurmuşdur. 2022-ci ilin fevral ayında qudası Güloğlan ilə danışan zaman oğlunu işə düzəltmək istədiyini bildirmişdir. Güloğlanda İlhamiz adlı qohumu və həmkəndlisinin olduğunu, sonuncünun X17 Nazirliyində işə düzəldə biləcəyini bildirmişdir. O da demişdir ki, İlhamizİə danışsın. Güloğlan İlhamiz ilə danışdıqdan sonra sonuncunun 051- ***-**-** saylı mobil nömrəsini ona vermişdir. Sonra isə o, İlhamiz ilə telefon əlaqəsi saxlamışdır. Danışıq zamanı İlhamiz oğlunu Mingəçevir şəhər yanğından mühafizə idarəsinə yanğınsöndürən kimi işə düzəldəcəyini, bunun üçün 13000 manat verməli olduğunu bildirmişdir. O da razılaşmış və 2022-cı ilin fevral ayında "Kapital Bank”-ın Mingəçevir filialından kreditə 9000 manat pul götürmüşdür. Həmin gündən təxminən 10 gün keçdikdən sonra Ağdam rayonu, Üçoğlan kəndində yerləşən "Amil Market'də İlhamizİə görüşmüşlər. İlhamiz söhbət zamanı işi özünün düzəldəcəyini bildirmişdir. Bundan sonra Təbrizin bütün sənədlərinə alıb baxmış və hər şeyin qaydasında olduğunu bildirmişdir. Hər biri 100 manatlıq əskinaz olmaqla İlhamizə 9000 manat pul vermişdir. Həmin vaxt yanlarında Amil va Güloğlan da olmuşdur. İlhamiz əgər iş alınmasa pulu özünün qaytaracağını bildirmişdir. Həm də Güloğlan atasının və anasının da kənddə yaşadığını və onları tanıdığını bildirmişdir. Bundan sonra o, İlhamizə tamamilə inanmışdır. Qalan pulu isə Novruz bayramı ərəfəsində kəndə gələn zaman götürəcəyini bildirmişdir. Pulu götürəndən sonra bir dəfə İlhamizİə telefonla danışan zaman sənədləri və pulu FHN-də lazımı adama verdiyini, işin 2022-ci ilin may ayının 26-na kimi düzələcəyini, həmin günü əmrinin veriləcəyini bildirmişdir. Bundan başqa danışan zaman İlhamiz həmin puldan 1000 manatının da özünə çatacağını bildirmişdir. 2022-ci ilin mart ayının 18-də o, öz ailəsi, Güloğlan və yoldaşı Elnarə ilə birlikdə İlhamizin atası İldırımın evinə getmişlər. Həmin vaxt onları yaxşı qarşılamışlar. Söhbət vaxtı orda İlhamizİə ailəsi, İldırım və Əntiqə də olmuşdur. Onlar bir süfrə başında oturub çay içərək söhbət etmişlər. Söhbət zamanı İlhamiz bir daha bildirmişdir ki, işi özü FHN-də olan tanışı ilə şəxsən danışmışdır, may ayının 26-da Təbriz işə çıxacaqdır. Bundan sonra o, hamının gözü qarşısında 4000 manat pulu sayıb İlhamizə vermişdir. Bundan sonra onlar evlərinə gəlmişlər. Bir müddət sonra İlhamiz oğlunu bir neçə dəfə Bakı şəhərinə çağırmış, oğlu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən FHN-in hospitalına getmiş, hospitalın qarşısında onu Gülnarə adlı qadın qarşılamış və sənədlərə imza çəkdirmiş, lakin oğlu sağlamlıq yoxlanışından keçməmişdir. Sonra yenidən Təbrizi Hövsan qəsəbəsində yerləşən FHN-nin Akademiyasının qarşısına çağırmış, orada da Gülnarə adlı qadın oğlunu qarşılayıb sənədlərə imza çəkdirmişdir. O, İlhamiz ilə əlaqə saxlayan zaman sonuncu bir daha narahat olmamağını, işlə maraqlandığını, Təbrizin may ayında işə başlayacağını demişdir. İlhamiz dediyi vaxt tamam olduqdan sonra zəng etmiş və sonuncudan niyə Təbrizin əmrinin verilmədiyini soruşduqda, İlhamiz demişdir ki, biraz səbrli olsun, tezliklə düzələcək. Beləliklə bir müddət İlhamiz onları aldararaq vaxt uzatmışdır. Sonra isə demişdir ki, işin düzəlməyi ilə bağlı telefonlarına mesaj gələcək. Lakin bunların heç biri olmamışdır. Bu söhbətdən bir qədər sonra İlhamiz işi düzəldən şəxsin Eldəniz olduğunu bildirmişdir və sonuncunun nömrəsini onlara vermişdir. O, Eldənizə zəng edib telefonla danışan zaman FHN-nin qarajının müdiri kimi təqdim etmişdir. Həmçinin Eldəniz bildirmişdir ki, narahat olmasın, bu iş biraz uzun çəkən məsələdir, düzələcəkdir. Hər dəfə Eldəniz bir bəhanə ilə onu aldatmış, yola vermişdir. Lakin 1 il keçdikdən sonra artıq o, aldadıldığını, işin alınmayacağını başa düşmüşdür. O, Bakıda İlhamizlə görüşmüş, sonuncuya demişdir ki, pulunu qaytarsın. İlhamiz də Eldənizə zəng etmişdir ki, pulu qaytarmaq lazımdır. Eldəniz də demişdir ki, nə pul qaytarmaq iş düzəlir artıq. O da ordan çıxıb FHN-nin binasına getmişdir. Orada kadlar şöbəsi ilə əlaqə saxlamışlar və Təbrizin orada sənədlərinin olmadığını bildirmişdir. Artıq tam əmin olandan sonra qayıdıb İlhamizdən pulunu istəmişdir. Lakin dəfələrlə Eldənizlə danışmışdır. Eldənizdən soruşmuşdur ki, “İlhamiz sənə nə qədər pul verib”, Eldəniz də ona demişdir ki, İlhamiz ona pul verməmişdir. O, Eldəniz ilə üzbəüz görüşməmiş, bu günə qədər də İlhamiz onun pulunu geri qaytarmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, iş alınmayandan sonra təxminən 1 il keçdikdən sonra İlhamiz ona demişdir ki, pulun bir hissəsini Eldar aparmışdır. 3000 manat pul isə İlhamizin özündə qalmışdır. Eldar da özündə olan puldan 3200 manat Eldənizə göndərmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, İlhamiz ilə onu Güloğlan adlı şəxsin tanış etdiyini, İlhamizin özü ilə pulu verəndə görüşdüyünü, Pulu İlhamizin özünə verdiyini, İlhamizin pulu Eldənizə verdiyini deməsini, Eldəniz ilə danışanda ona heç bir məbləğdə pul verilmədiyini, İlhamizə verdiyi puldan 1000 manat məbləğində pulun İlahmizin öz qazancı olduğunu, Eldar adlı şəxsin adını eşitmədiyini, ona dəymiş ziyanın ödənilmədiyini, şikayətçi olduğunu, Eldəniz və Eldar adlı şəxslərin görmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2023-cü ilin noyabr ayında «Tik-Tok» sosial şəbəkəsində olarkən qarşısına Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işlə təmin olunması ilə bağlı «X27» adlı şirkətin elanı çıxmış və həmin vaxt 2024-cü ilin fevral ayına kimi həmin elanı hər dəfə həmin şirkətin səhifəsində izləmiş və elanda olan rəylərə baxıb həmin şirkətlə maraqlanmışdır. Həmçinin elanda olan mobil telefon nömrəsi ilə Vatsapp mobil tətbiqində danışıb işlə maraqlanmışdır. Mobil telefon vasitəsilə həmin şirkətin direktoru Təqsirləndirilən şəxsla danışmış və sonuncu ona 1000 ABŞ dollar müqabilində X12 çiyələk plantasiyasında yığım işi ilə məşğul olmaq üçün göndərə biləcəyini bildirmişdir. O da razılaşmış və 27 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu C.Hacıbəyli küçəsində yerləşən «X27» şirkətinin ofisinə getmişdir. Orada o, Təqsirləndirilən şəxs və Aqil Rəhimovla görüşmüşdür. Həmin şəxslər ona demişlər ki, 2 ay ərzində onun işini həll edəcəklər və viza düzəldib onu X12 göndərəcəklər. Həmin gün onunla həmin şirkətin direktoru Təqsirləndirilən şəxs arasında müqavilə bağlanılmış və o, 1000 ABŞ dollar pulu sonuncuya vermiş, orada Təqsirləndirilən şəxs göstərişi ilə ona 1000 ABŞ dollar ödəməyi ilə bağlı qaimə də verilmişdir. Bundan sonra o, 2 ay gözləmiş, lakin xəbər çıxmadığını görüb, həmin şirkətlə əlaqə saxlamış, ilk əvvəl ona Təqsirləndirilən şəxs avtoqəzaya düşdüyünü demişlər, lakin sonradan sonuncunun həbs olunduğunu eşitmiş və başa düşmüşdür ki, onu aldatmışlar. Buna görə 2024-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Həmçinin 2024-cü ilin iyul ayında Tik-Tok sosial şəbəkədə «X27» MMC-nin səhifəsində rəylər bölməsində Erik adlı şəxslə tanış olmuş və sonuncu da həmin MMC-yə xarici ölkəyə getmək üçün pul vermiş, buna görə 2024-cü ilin oktyabr ayında polisə şikayət etmək üçün gələn zaman Erik adlı şəxslə birlikdə gəlmişdir. O, 1000 ABŞ dollar pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu və Aqil Rəhimov adlı şəxs hər ikisi o, gələn zaman ofisdə olmuşlar. Pulu Təqsirləndirilən şəxs adlı şəxs götürmüş və onunla müqavilə bağlanmışdır. Həmin pulu Təqsirləndirilən şəxs onu X8 işlə təmin etmək üçün vermişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, İlhamizin yanında Humay və Fəxriyyə adlı qadınların işlədiyini, onlar alınmış vizaları göstərdiklərini, İlhamizin onu Londona 6 aylıq işçi vizası ilə göndərmək istədiyini, Humay və Fəxriyyənin İlhamizi direktor kimi təqdim etdiklərini, İlhamizin onu Londona çiyələk və kələm yığımı işinə göndərmək istədiyini, ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, arvadı və iki övladı ilə birlikdə 2015-ci ilin avqust ayından 2022ci ilin avqust ayına kimi Almaniya Federativ Respublikasında yaşamışlar. Övladları həmin ölkədə alman dilində ilkin təhsil alıblar. 2022-ci ilin avqust ayında Bamberq şəhərində olarkən oturum almaqda çətinlik çəkdikləri üçün Almaniya Dövlətinə müraciət etmişlər. Orada onlara izah olundu ki, Azərbaycan Respublikasına qayıdıb oradan iş vizası ilə geri dönə bilərlər. Almaniyada qanunların üstünlüyünü və hər bir məsələni qanuni yolla həll etməyin vacibliyini nəzərə alaraq, Bakıya dönmüşlər. Bakıya qayıtdıqdan sonra, ilk olaraq alman dili üzrə sertifikat almaq, iş dəvəti əldə etmək və arvadının ciyər xəstəliyi ilə bağlı Almaniyada müalicəsini davam etdirmək məqsədilə müvafiq sənədləri toplamaq qərarına gəlmişlər. Bu işdə ona yardım edə biləcək bir nəfər axtarmağa başlamışdır. Almaniyada yaşadıqları vaxt adını unutduğu bir qadının tanışlığı ilə sonradan adını öyrəndiyi və özünü Ramiz kimi təqdim edən İlhamiz adlı şəxslə tanış olmuşdur. 28 avqust 2022-ci il tarixində ona zəng edib özü və ailəsi haqqında, Almaniyada yaşadıqları dövrdən və yenidən həmin ölkəyə getmək istədiklərindən danışmışdır. İlhamiz bildirdi ki, turizm şirkətində çalışır və bu işlərlə məşğuldur. Dediyinə görə, bu sahədə təcrübəsi var və bir çox insanı Almaniyaya göndərib. Ona və ailəsinə ilk növbədə dil sertifikatı, iş dəvəti və səfirlikdə tanışı vasitəsilə viza prosesinin sürətləndirilməsini vəd etdi. Bildirdi ki, bu işlər üçün təxminən 36.000- 40.000 manat lazım olacaq. Təklif etdi ki, əvvəlcə onu və arvadını göndərsin, sonra isə övladlarını. İlk mərhələdə isə 15.000 manat ödəməyi istəmişdir. İlhamiz onlara Nərimanov rayonu, Gənclik restoranı yaxınlığında yerləşən bir dil kursuna yazılmağı tövsiyə etmişdir. Orada görüşmüş və onun ağ rəngli “Chevrolet Cruze” markalı avtomobilində söhbət etmişlər. O və arvadı İlhamizə 3.000 manat məbləğində pul vermişlər, o da bu pulu dil sertifikatı məsələsinin həlli üçün istifadə edəcəyini bildirmişdir. Lakin kursun rəsmi ödənişini onlar özləri etmişlər və sertifikat üçün imtahan tarixi gözləməli olmuşlar. Arvadı imtahandan keçdi, o isə yox. İlhamiz bununla bağlı narahat olmamağı, hər şeyi həll edəcəyinə söz verdi. Lakin bu sözlərdən heç bir nəticə çıxmadı. Sonradan, 03 noyabr 2022-ci il tarixdə İlhamiz onları – yəni, onu, arvadı Lətifə Kərimovanı və qaynı X19 rayonunda “Kəmalə-Nərmin” restoranı qarşısında görüşə çağırdı və A2 deyil, B2 səviyyəli sertifikat alacağını, iş dəvətinin də tezliklə gələcəyini dedi. Onun sözlərinə inanaraq Kapital Bankdan 7.500 manat götürərək ona vermişdir. Daha sonra həmin gün qalan 7.500 manatı da vermişdir. Beləliklə, ona ümumilikdə 18.000 manat məbləğində pul vermişdir. Bir neçə gün sonra İlhamiz əlavə 820 avro məbləğində pul tələb etdi. O, İlhamizi evinə dəvət etmiş və ailə üzvlərinin – qızı Fatimə, oğlu Fərid, arvadı Lətifə, qaynana və ailə dostları Racifin iştirakı ilə 810 avro və 20 manat məbləğndə pul verərək, ümumilikdə 1.510 manat 40 qəpik məbləğində pul vermiş və qızı Fatimə həmin anı videoya da çəkmişdir. Bununla da İlhamizə ümumilikdə 19.510 manat 40 qəpik ödəmiş etmişdir. Lakin İlhamiz vədlərinə əməl etmədi, zənglərinə cavab vermədi, görüşlərdən boyun qaçırdı. Nəhayət, onu Xətai metrosu yaxınlığındakı Kapital Bankda görmüş, pulunu tələb etdikdə isə “kimə istəyirsənsə şikayət et” demişdir. Daha sonra bir neçə dəfə onu təqib etmiş, ofisi olmadığını, onu aldatdığını başa düşmüşdür. Dəfələrlə zəng etdikdən sonra İlhamiz ona "Aqil" adlı şəxsin mobil nömrəsini vermiş və sənədləri ondan almağı bildirmişdir. Aqil adlı şəxslə Yasamal rayonu ərazisində görüşmüş və sənədlərini almışdır. Aqil ona söz verdi ki, bacardığı qədər İlhamizdən pul alıb qaytaracaq. Bu şəxs sözünü tutdu və yanvar və fevral aylarında iki dəfəyə ümumilikdə 4.000 manat pulu ona geri qaytardı. İlhamiz də hər iki görüşdə iştirak etmişdir. Mart ayının əvvəllərində görüşdükdə İlhamiz qalan pulu qaytara bilməyəcəyini, maşınının girovda olduğunu bildirmişdir. Daha sonra isə onu Yasamal rayonu ərazisində guya öz ofisini göstərmək bəhanəsi ilə aldatmağa çalışmışdır. Nəticədə, aldadıldığını başa düşüb, hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. İlhamizə vermiş olduğu 3.000 manat məbləğində pul dil kursları üçün deyil, ondan “A2” səviyyəsində sertifikat almaq üçün idi. Kurs ödənişlərini isə özü etmişdir. Qalan 15.000 manat, 810 avro və 20 manat pulu isə turizm xidmətləri – yəni bilet, sığorta, viza, sertifikat və digər prosedurlar üçün ödəmişdir. İlhamiz isə bu xidmətlərin heç birini yerinə yetirməyib. Arvadı sonradan Almaniyaya getmiş və müalicəsini davam etdirmişdir, lakin bu prosesdə İlhamizin heç bir xidməti olmamışdır. Ona verdiyi 19.510 manat 40 qəpik tam şəkildə ona məxsus olmuşdur və bu hadisə nəticəsində maddi ziyana uğramışdır. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, İlhamiz ilə onu Rafael adlı şəxsin tanış etdiyini, ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında dostları Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 ilə birlikdə olarkən sosial şəbəkədə «X27» şirkəti tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işlə təmin olunması ilə bağlı elanına rast gəlmişlər. Həmin vaxt Cavadın tanışı da həmin şirkətdə işləyən Aqil adlı şəxsin bu işlə məşğul olduğunu demişdir. Onlar üçü də qərara gəlmişlər ki, gedib həmin şirkətdə işlə maraqlansınlar. Əvvəlcə şirkətin elanda olan nömrəsi ilə əlaqə saxlamışlar və onları Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsində yerləşən ofislərinə dəvət etmişlər. Onlar üçü həmin ofisə getdikdə orada Aqil Rəhimov və Təqsirləndirilən şəxs adlı şirkətin sahibləri onları qarşılamışlar, həmin şəxslərlə söhbət etdikdə X8 işləmək istədiklərini demişlər. Aqil Rəhimov və Təqsirləndirilən şəxs bildirmişlər ki, 2 ay ərzində onlara viza düzəltməklə X8 işlə təmin edə bilərlər və bunun üçün hər biri 4800 manat pul verməlidirlər, ilk əvvəl hər biri 2400 manat, viza üçün səfirliyə gedən zaman isə qalan pulları verməlidirlər. Onlar məsləhətləşib razılaşmışlar. 08 may 2023-cü il tarixdə o, dostları Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 birlikdə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsində yerləşən «X27» şirkətinin ofisinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs və Aqil Rəhimova hər biri 2400 manat pul vermişlər. Həmin vaxt həm Aqil Rəhimov, həm də Təqsirləndirilən şəxs onlara söz vermişlər ki, 2 ay ərzində işlərini düzübqoşacaqlar. Bundan sonra vaxt tamam olduqda Təqsirləndirilən şəxs və Aqil Rəhimov hər dəfə bir bəhanə gətirməklə vaxtı uzatmağa başlamışlar, sonradan isə onlar pulları tələb etdikdə pulları qaytarmamışlar və buna görə o, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qaynar xəttinə zəng vurub şikayət etmişdir. Bundan sonra onları həmin İdarəyə cağırıb izahatlarını almışlar. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, İlhamizin onu Böyük Britaniyada meyvə yığımı işinə düzəldəcəyini, rəsmi müqavilə bağladığını, ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2024-cü ilin yanvar ayında «Tik-Tok» sosial şəbəkəsində olarkən qarşısına Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işlə təmin olunması ilə bağlı «X27» adlı şirkətin elanı çıxmış və həmin vaxt 2024-cü ilin fevral ayına kimi həmin elanı hər dəfə həmin şirkətin səhifəsində izləmiş və elanda olan rəylərə baxıb həmin şirkətlə maraqlanmışdır Həmçinin elanda olan mobil telefon nömrəsi ilə Vatsapp mobil tətbiqində danışıb işlə maraqlanmışdır. Mobil telefon vasitəsilə həmin şirkətin direktoru Təqsirləndirilən şəxsla danışmış və sonuncu ona 2700 manat müqabilində onu X12 çiyələk plantasiyasında yığım işi ilə məşğul olmaq üçün göndərə biləcəyini bildirmişdir. O da razılaşmış və 20 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu C.Hacıbəyli küçəsində yerləşən «X27» şirkətinin ofisinə getmişdir. Orada o, Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin şəxs ona demişdir ki, 3 ay ərzində onun işini həll edəcək və viza düzəldib onu X12 göndərəcək. Həmin gün onunla həmin şirkətin direktoru Təqsirləndirilən şəxs arasında müqavilə bağlanılmış və o, 2770 manat pulu sonuncuya vermiş, orada Təqsirləndirilən şəxs göstərişi ilə ona 2770 manat ödəməyi ilə bağlı qaimə də verilmişdir. Bundan sonra o, 3 ay gözləmiş, lakin xəbər çıxmadığını görüb," həmin şirkətlə əlaqə saxlamış, ilk əvvəl ona Təqsirləndirilən şəxs avtoqəzaya düşdüyünü demişlər, lakin Təqsirləndirilən şəxs onu aldatdığını başa düşüb 2024- cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Həmin vaxt İlhamizin həbs olunduğunu eşitmişdir. Həmçinin 2024-cü ilin iyul ayında Tik-Tok sosial şəbəkədə «X27» MMC-nin səhifəsində rəylər bölməsində Nurlan adlı şəxslə tanış olmuş və sonuncu da həmin MMC-yə xarici ölkəyə getmək üçün pul vermiş, buna görə 2024-cü ilin oktyabr ayında polisə şikayət etmək üçün gələn zaman Nurlan adlı şəxslə birlikdə gəlmişdir. O, 2770 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu o, gələn zaman ofisdə olmuş, pulu Təqsirləndirilən şəxs adlı şəxs götürmüş və onunla müqavilə bağlamışdır. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, İlhamizin ona belə bir vakansiya olduğunu və iş üzrə əmək haqqının 7000 manat olduğunu, İngilis dilində yaza, oxuya və danışa bilmədiyini, pulu şirkətə ödədiyini, ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında tik-tok sosial şəbəkəsində edurepa.az elanı ilə tanış olarkən elanda xarici ölkələrə iş vizası ilə bağlı videolar paylaşıldığını görmüşdür. O, elanda qeyd olunan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, özünü təqdim etməyən şəxslə bir qədər söhbət etdikdən sonra həmin şəxs onu "xxxx" Ticarət Mərkəzinə dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" TM-yə gəldikdə orada 2-ci mərtəbədə olan ofisə daxil olmuşdur. Ofisdə onu Ruqiyyə adlı xanım qarşılamışdır. Ruqiyyə adlı xanımla bir qədər söhbət etdikdən sonra sonuncu ona bir neçə xarici ölkələrə iş vizası düzəldə biləcəyini bildirmişdir. O, təklif olunan ölkələrdən Kanada Respublikasını seçmişdir. Bu zaman Ruqiyyə ümumilikdə 8000 ABŞ dollar ödəniş edəcəyini bildirmişdir. O, Ruqiyyə ilə hissə-hissə ödəniş etməyə razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə Ruqiyyə onu Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi 77D ünvanında yerləşən "xxxx" şirkətinə aparmışdır. Orada onları şirkətin müdiri Təqsirləndirilən şəxs qarşılamışdır. Təqsirləndirilən şəxs işçisi müqavilə tərtib etdikdən sonra, müqavilə ilə onu tanış etmiş, onlar həmin müqaviləni imzaları ilə təsdiqləmişlər. Ruqiyyə adlı xanımın yanında həmin ofisdə Təqsirləndirilən şəxs 3500 ABŞ dolları məbləğində pul vermişdir. İlhamiz və Ruqiyyə 4 ay ərzində bütün işləri yekunlaşdıracaqlarını, həmçinin tələb olunan sənədləri hazırlamağını demişlər. O, onlardan ayrılıb tələb olunan sənədlərini toplamağa başlamışdır. Bundan sonra Ruqiyyə adlı qadın ona hər dəfə nə etmək lazım olduğunu «Vatsapp» mobil tətbiqi vasitəsilə bildirmişdir. xx.xx.2024-cü il tarixdə Ruqiyyə adil qadın ona «Vatsapp» mobil tətbiqində səs yazısı ataraq, xarici pasportunu, 3x4 fotoşəkil və 1200 ABŞ dollar pulu aparıb Təqsirləndirilən şəxs ofisinə versin. O da belə etmiş, həmin tarixdə fotoşəkil və 1200 ABŞ dollar pulu aparıb Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "xxxx" MMC-də Təqsirləndirilən şəxs göstərişi ilə Humay adlı orada işləyən qadına vermişdir. Həmin vaxt bununla bağlı ona hər hansı bir qəbz və ya başqa sənəd verilməmişdir. Sonradan xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs özü şəxsən ona «Vatsapp» mobil tətbiqində səs ataraq 314 manat pul göndərməyini, həmin pulun rüsum olduğunu bildirmiş və ona 4098-5844-9201-8708 nömrəli bank kartının nömrələrini göndərmişdir. O da həmin bank kartına xx.xx.2024-cü il tarixdə 314 manat pul göndərmişdir. Bundan sonra o, Ruqiyyə adlı qadının göstərişi ilə «Çinar Plaza»ya gedərək orada bir nəfər adını bilmədiyi qadınla görüşmüş və həmin qadın ona hansısa sənəd vermişdir. Bundan sonra o, həmin sənədlə Kanada Federal Respublikasının səfirliyinə getmiş və orada ondan əl-barmaq İzlərini götürmüşlər. Bundan sonra o, Humay adlı qadınla əlaqə saxlayıb əl-barmaq izi verdiyini demiş, həmin qadın da qalan 4500 ABŞ dolları məbləğində pulu gətirib çatdırmağını demişdir. O isə belə razılaşmadıqlarını, 4500 ABŞ dollar pulu sənədin möhürlü vəziyyətdə hazır olduqdan sonra verəcəyini demişdir. Humay adlı qadın isə pulu indi verməli olduğunu dedikdə, o, Ruqiyyə adlı qadınla danışıb xəbər verəcəyini demişdir. Bundan sonra o, Ruqiyəyə zəng vurmuş və bu barədə məlumat vermişdir. Ruqiyyə də ona gözləməyini deyib, sonradan özü ona zəng vuraraq, 4500 ABŞ dollar pulu aparıb "xxxx" MMC-yə verməyini, narahat olmamağını demişdir. Bundan sonra o, 4500 ABŞ dollar pulu hazırlayıb xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin Nəsimi rayonu ərazisindəki ofisinə gedib orada Humay adlı qadına vermişdir. Həmin vaxt Humay adlı qadın ona ofisə ödədiyi ümumilikdə 13600 manat pulun ödəmə qəbzini vermişdir. Bundan sonra Ruqiyyə adlı qadınla hər dəfə danışdıqda, sonuncudan onun işinin nə yerdə olduğunu soruşduqda, Ruqiyə adlı qadın hər dəfə bir bəhanə gətirməklə vaxtı uzatmış, nəticədə onun işi alınmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ifadəsində həmçinin göstərmişdir ki, o, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi 77D ünvanında yerləşən "xxxx" şirkətində, Humay adlı xanıma Ruqiyyənin tapşırığı əsasında 4500 ABŞ dollar vermişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, İlhamizin ona Kanadada idman əyaqqabı zavodunda 5000 dollar əmək haqqı müqabilində işə düzəldəcəyini dediyini, ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında özünə iş axtarmaq məqsədi ilə «Tik- Tok» sosial şəbəkədə elanlara baxan zaman «X27» adlı şirkət tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işlə təmin olunmasına rast gəlmişdir. Həmin elanda olan mobil nömrə ilə əlaqə saxladıqda nömrəyə cavab verən şəxs onu həmin şirkətin ofisinə dəvət etmişdir. O, Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsində yerləşən «X27» adlı şirkətə getdikdə orada Təqsirləndirilən şəxs və Aqil adlı şəxslərlə görüşüb xarici ölkədə işlə təmin olunmağı ilə bağlı söhbət etmişdir. Təqsirləndirilən şəxs və Aqil adlı şəxslər ona X8 meyvə plantasiyasında iş olduğunu və istəyirsə onu həmin ölkəyə işləməyə göndərə biləcəklərini demişlər. O, buna görə nə qədər ödəniş etməli olduğunu soruşduqda ona 2450 manat pul müqabilində bu işi həll edə biləcəklərini demişlər. O da razılaşmış və 23 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ofisinə, yəni Bakı şəhəri Nəsimi rayonu C.Hacıbəyli küçəsində yerləşən ofisə getmişdir. Orada Təqsirləndirilən şəxs və Aqil adlı şəxslərlə görüşmüş və özündə olan 2450 manat pulu Təqsirləndirilən şəxs və Aqil adlı şəxsə təqdim etmişdir. Həmin vaxt orada onunla müqavilə bağlanılmış və o, müqaviləyə imza etmişdir. Təqsirləndirilən şəxs və Aqil adlı şəxslər söz vermişlər ki, 3 ay ərzində onu X12 işləməyə göndərəcəklər. Həmin vaxt tamam olduqdan sonra isə Təqsirləndirilən şəxs və Aqil adlı şəxslər vaxtı uzatmağa başlamışlar, hər dəfə səfirlikdə problem yaranması və bu kimi bəhanələr etmişlər, o, onlardan pulunu geri tələb etdikdə isə yenə də vaxtı uzadıb onun pulunu qaytarmamışlar. Sonradan isə onun zənglərinə cavab verməmişlər. O da aldanıldığını başa düşüb polisə müraciət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsində həmçinin göstərmişdir ki, 2450 manat pulu Təqsirləndirilən şəxs və Aqil adlı şəxsə vermiş, onlar hər ikisi o, gələn zaman ofisdə olmuşlar. Pulu Aqil adlı şəxs götürüb Təqsirləndirilən şəxs vermiş və sonuncu müqaviləyə imza etmişdir. Çünki müqavilə Təqsirləndirilən şəxs adından tərtib olunmuşdur. O, həmin pulu Təqsirləndirilən şəxs və Aqil adlı şəxsə onu X8 işlə təmin etmək üçün vermişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, səkkiz ay gözlədikdən sonra şikayət etdiyini, İlhamizin ona 90 gün ərzində bütün proseslərin yekunlaşacağını dediyini, ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, qızı X28 Birləşmiş Ştatlarında təhsil almış və 2019-cu ildən 2020-ci ilə kimi həmin ölkədə yaşayıb və pandemiya dövründə Azərbaycan Respublikasına gəldikdə bir daha geri qayıda bilməmişdir. Buna görə pandemiya bitdikdən sonra qızını təkrar təhsil alması üçün X7 göndərməyə çalışmışdır. Qardaşı qızı Şahid2 Səfalı qızı ünvan 10 ünvanında yerləşən «X27» adlı şirkətdə işləmişdir. Həmin şirkət Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işlə təmin olunma və viza düzəldilməsi ilə məşğul olmuşdur. O, qızı Aysel Əliyevanı X7 göndərmək üçün qardaşı qızı Humayə ilə danışıb sonuncunun işlədiyi şirkətə getmişdir. Orada onu Humayə qarşılamış və şirkətin müdiri Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Həmin vaxt orada Təqsirləndirilən şəxs müavini kimi özünü təqdim edən Aqil Rəhimov adlı şəxs də olub. O, Təqsirləndirilən şəxs və Aqil Rəhimovla söhbət edib qızı Aysel Əliyevanı X7 göndərmək istədiyini demiş və Təqsirləndirilən şəxs bu işi həll edə biləcəklərini bildirmişdir. Orada Təqsirləndirilən şəxs onunla müqavilə bağlanacağını va 12750 manat müqabilində qızı Aysel Əliyeva üçün ABŞ vizası düzəldəcəyini bildirmişdir. O da razılaşmış və 14 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ofisində qardaşı qızı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs 12750 manat pul vermişdir. Həmin vaxt onunla müqavilə bağlanmış və Təqsirləndirilən şəxs həmin işi 2024-cü ilin yanvar ayının 1-nə kimi həll edəcəyini vəd vermişdir. Bundan sonra o, öz işi ilə məşğul olmuş və vaxt tamam olduqda Təqsirləndirilən şəxsla telefonla danışdıqda sonuncu səfirlikdə müəyyən problem yarandığını və tez bir zamanda işinin həll olunacağını demişdir. Lakin bu məsələ uzanmağa başlamış və o, artıq aldanıldığını başa düşmüşdür. Sonradan Təqsirləndirilən şəxs ümumiyyətcə zənglərinə cavab verməmişdir. Humayə ilə danışdıqda isə Təqsirləndirilən şəxs işə gəlmədiyini demişdir. Buna görə o, 2024-cü ilin sentyabr ayında Nəsimi RPİ-nin 20-ci polis şöbəsinə ərizə ilə müraciət etmişdir. 12750 manat pulu Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə ünvan 10 ünvanında yerləşən «X27» adlı şirkətin ofisində vermişdir. Həmin vaxt orada qardaşı qızı Hümayə və Aqil Rəhimov adlı şəxs də vardır. Həmin pulu Təqsirləndirilən şəxs qızı Aysel Əliyeva üçün ABŞ-a viza düzəltmək üçün vermişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 2024-cü ilin yayında İngiltərəyə turla ailəsi ilə birlikdə getmək üçün viza almaq məqsədilə əvvəllər bəzi xarici ölkərə viza almaqda digər şəxslərə kömək etmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb X9 təşkil edə bilib bilməməyini maraqlanmış, sonuncu da bildirmişdir ki, təşkil edə bilər. O, İlhamizdən harada görüşməyi maraqlandıqda ona telefonla konum atmış və xx.xx.2024-cü il tarixdə konum üzrə avtomobili ilə ünvan 11 ünvanına “X27” MMC-nin ofisinə getmişdir. Həmin ofisə daxil olaraq Təqsirləndirilən şəxs və sonuncunun şəriki Aqil Rəhimov adlı şəxslə görüşmüşdür. Onlara 6 nəfər ailə üzvünə viza düzəltmək lazım olduğunu bildirmişdir. İlhamiz 1 ay müddətinə vizanı hazır edəcəyini bildirmişdir. Onlar viza düzəltmək qarşılığında 5000 ABŞ dolları məbləğində zəhmət haqqı və əlavə xərcləri ödəməli olduğunu bildirmişdir. İlhamiz ilkin olaraq 4250 (dörd min iki yüz əlli) Azərbaycan manatı miqdarında 2500 ABŞ dolları verməyini bildirmişdir. O, həmin məbləği həmin tarixdə ofisdə İlhamizə vermişdir. İlhamiz digər xərcləri lazım olduqda ondan alacağını, qalan 2500 ABŞ dollarını viza aldıqdan sonra ödəməyini bildirmiş və onlar razılaşmışlar. xx.xx.2024-cü il tarixdə İlhamiz ona zəng edərək 1641 manat viza üçün tələb olunan pulu ödəməyini bildirmişdir. O da yaşadığı evdə İlhamizin təqdim etdiyi ABB-na aid 4127-20**- ****-9278 nömrəli bank kartına özünə məxsus Leo Banka aid 4098 5844 6849 4941 saylı kart hesabından 1641 (bir min altı yüz qırx bir) manat pul köçürmüşdür. İlhamizə bir neçə dəfə zəng edib vizanı nə üçün düzəltmədiyini bidlirdikdə, sonuncu ona qısa müddətə düzələcəyini bildirmişdir, sonradan mobil nömrələrinə cavab verməmişdir. Sonradan həmin İlhamizin şəriki Aqil Rəhimova zəng edib onu nə üçün aldatdıqlarını bildirdikdə, Aqil «mənə pul vermisən, kimə pul vermisən get ondan al, probleminiz var get nə bilirsən elə» demişdir. Sonradan İlhamizə ümumiyyətcə zəng çatmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 4250 (dörd min iki yüz əlli) Azərbaycan manatı miqdarında 2500 ABŞ dolları sonuncunun işlədiyi Nəsimi rayonu, C.Hacıbəyli küçəsi 77D ünvanında yerləşən “Family” ofisində, pulun digər hissəsini isə xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman İlhamizin ona bildirdiyi ABB-na aid 4127- 20**-****-9278 hesabına özünə məxsus Leo Banka aid 4098 5844 6849 4941 saylı kart hesabından 1641 (bir min altı yüz qırx bir) manat pul köçürmüşdür. O, həmin pulları Təqsirləndirilən şəxs o və ailə üzvləri üçün İngiltərəyə viza düzəltmək üçün vermişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, İlhamizi dostu vasitəsi ilə tanıdığını, ilkin ödədiyi pulu İlhamizin avans olaraq istədiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 tərəfindən 03 oktyabr 2025-ci il tarixdə məhkəmə iclasında verilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı 1500 ABŞ dolları məbləğində maddi tələbi var lakin sonuncu ilə barışmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında dostları Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 ilə birlikdə olarkən sosial şəbəkədə «X27» şirkəti tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işlə təmin olunması ilə bağlı elanına rast gəlmişlər. Həmin vaxt Cavadın tanışı da həmin şirkətdə işləyən Aqil adlı şəxsin bu işlə məşğul olduğunu demişdir. Onlar üçü də qərara gəlmişlər ki, gedib həmin şirkətdə işlə maraqlansınlar. Əvvəlcə şirkətin elanda olan nömrəsi ilə əlaqə saxlamışlar və onları Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsində yerləşən ofislərinə dəvət etmişlər. Onlar üçü həmin ofisə getdikdə orada Aqil Rəhimov və Təqsirləndirilən şəxs adlı şirkətin sahibləri onları qarşılamışlar, həmin şəxslərlə söhbət etdikdə X8 işləmək istədiklərini demişlər. Aqil Rəhimov və Təqsirləndirilən şəxs bildirmişlər ki, 2 ay ərzində onlara viza düzəltməklə X8 işlə təmin edə bilərlər və bunun üçün hər biri 4800 manat pul verməlidirlər, ilk əvvəl hər biri 2400 manat verməlidirlər, viza üçün səfirliyə gedən zaman isə qalan pulları verməlidirlər. Onlar məsləhətləşib razılaşmışlar. 08 may 2023-cü il tarixdə o, dostları Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 birlikdə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsində yerləşən «X27» şirkətinin ofisinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs və Aqil Rəhimova hər biri 2400 manat pul vermişlər. Həmin vaxt həm Aqil Rəhimov, həm də Təqsirləndirilən şəxs onlara söz vermişlər ki, 2 ay ərzində işlərini düzüb-qoşacaqlar. Bundan sonra vaxt tamam olduqda Təqsirləndirilən şəxs və Aqil Rəhimov hər dəfə bir bəhanə gətirməklə vaxtı uzatmağa başlamışlar, sonradan isə onlar pulları tələb etdikdə onlar pulları qaytarmamışlar və buna görə o, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qaynar xəttinə zəng vurub şikayət etmişdir. Bundan sonra onları həmin İdarəyə caäırıb izahatlarını almışlar. O. 2400 manat məbləğində pulu Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs6 adlı şəxslərə vermiş, onlar hər ikisi həmin vaxt ofisdə olmuşlar. Pulu Təqsirləndirilən şəxs adlı şəxs götürmüş və hər biri ilə müqavilə bağlamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında dostları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 ilə birlikdə olarkən sosial şəbəkədə «X27» şirkəti tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işlə təmin olunması ilə bağlı elanına rast gəlmişlər. Həmin vaxt Cavadın bir nəfər tanışı da həmin şirkətdə işləyən Aqil adlı şəxsin bu işlə məşğul olduğunu demişdir. Onlar üçü də qərara gəlmişlər ki, gedib həmin şirkətdə işlə maraqlansınlar. Əvvəlcə şirkətin elanda olan nömrəsi ilə əlaqə saxlamışlar və onları Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsində yerləşən ofislərinə dəvət etmişlər. Onlar üçü həmin ofisə getdikdə orada Aqil Rəhimov və Təqsirləndirilən şəxs adlı şirkətin sahibləri onları qarşılamışlar, həmin şəxslərlə söhbət etdikdə X8 işləmək istədiklərini demişlər. Aqil Rəhimov və Təqsirləndirilən şəxs bildirmişlər ki, 2 ay ərzində onlara viza düzəltməklə X8 işlə təmin edə bilərlər və bunun üçün hər biri 4800 manat pul verməlidirlər, ilk əvvəl hər biri 2400 manat verməlidirlər, viza üçün səfirliyə gedən zaman isə qalan pulları verməlidirlər. Onlar məsləhətləşib razılaşmışlar. 08 may 2023-cü il tarixdə o, dostları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5la birlikdə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsində yerləşən «X27» şirkətinin ofisinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs və Aqil Rəhimova hər biri 2400 manat pul vermişlər. Həmin vaxt həm Aqil Rəhimov, həm də Təqsirləndirilən şəxs onlara söz vermişlər ki, 2 ay ərzində işlərini düzüb-qoşacaqlar. Bundan sonra vaxt tamam olduqda Təqsirləndirilən şəxs və Aqil Rəhimov hər dəfə bir bəhanə gətirməklə vaxtı uzatmağa başlamışlar, sonradan isə onlar pulları tələb etdikdə onlar pullarını qaytarmamışlar və buna görə Zərərçəkmiş şəxs3 Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qaynar xəttinə zəng vurub şikayət etmişdir. Bundan sonra onları həmin İdarəyə çağırıb izahatlarını almışlar. O, 2400 manat pulu Təqsirləndirilən şəxs və Aqil Rəhimov adlı şəxslərə vermiş, onlar hər ikisi onlar gələn zaman ofisdə olmuşlar. Pulu Təqsirləndirilən şəxs adlı şəxs götürmüş və hər biri ilə müqavilə bağlanmışdır. Həmin pulu Təqsirləndirilən şəxs və Aqil Rəhimov adlı şəxslərə onu X8 işlə təmin etmək üçün vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 2024-cü ilin mart ayında sosial şəbəkədə elanlara baxan zaman qarşısına «X27» şirkətinin Azərbaycan Respublikası vətəndaşlarını xarici ölkələrdə işlə təmin etməsi ilə bağlı elan çıxmışdır. O, həmin elanda qeyd olunan mobil telefon nömrəsinə zəng vurmuş və zəngə cavab verən şəxslə danışıb həmin şirkətin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsində yerləşən ofisinə getmişdir. Orada o, şirkətin direktoru kimi özünü təqdim edən Təqsirləndirilən şəxs və sonuncunun işçisi olan Aqil Rəhimov adlı şəxslə danışdıqda və X7 viza düzəltməyə imkanlarının olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs 2 aya bu işi həll edəcəyini bildirmişdir. Həmçinin orada Aqil Rəhimov şirkətlərinin səfirlikdə adamlarının olduğunu və bu işi 2 ay ərzində rahatlıqla həll edə biləcəklərini demişdir. O, bunun müqabilində nə qədər ödəniş etməli olduğunu soruşduqda isə onlar 2500 ABŞ dollar pul verməli olduğunu demişlər. O da razılaşmışdır. Bundan sonra 25 mart 2024-cü il tarixdə həmin ofisdə Təqsirləndirilən şəxs və Aqil Rəhimovla görüşmüş, orada müqavilə tərtib olunmuş və o, özündə olan 2500 ABŞ dollar pulu Təqsirləndirilən şəxs vermiş, ona müqavilə verilmişdir. Bundan sonra vaxt tamam olduqda o, Təqsirləndirilən şəxs və Aqil Rəhimovla əlaqə saxlayıb danışdıqda onlar hər dəfə ona bir bəhanə gətirməklə vaxtı uzatmağa başlamışlar. 2024-cü ilin may ayında o, həmin ofisə getdikdə Təqsirləndirilən şəxs olmadığını, Aqil Rəhimovun isə xaricdə olduğunu öyrənmişdir. Sonradan isə Təqsirləndirilən şəxs həbs olunduğunu eşitmiş və Aqil Rəhimovla əlaqə saxlayıb pulunu tələb etdikdə, Aqil Rəhimov ona demişdir ki, 1500 ABŞ dollar da pul versin, onun işini həll etsin, o, əvvəlcə razılaşsa da, sonradan imtina etmiş və polisə müraciət etmişdir. 2500 ABŞ dollar pulu o, Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixdə ünvan 10 ünvanında yerləşən «X27» adlı şirkətin ofisində vermişdir. Həmin vaxt orada Təqsirləndirilən şəxs və Aqil Rəhimov vardır. Həmin pulu Təqsirləndirilən şəxs və Aqil Rəhimova X7 viza düzəltmək üçün vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Güloğlan Quliyevin onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs isə onların həmkəndlisidir. Uzun müddətdir ki, Bakı şəhərində olduğu üçün onunlar yaxın münasibəti olmamışdır. 2022-ci ilin fevral ayında Güloğlan ona demişdir ki, yeznələri Təbrizi FHN-nin Mingəçevir şöbəsinə işə düzəltmək istəyir. Həmin işi də İlhamiz düzəldəcəkdir. İlhamin onlara bu günə qədər artıq bir neçə şəxsi işə düzəltdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bu işi 13 000 manata düzəldəcəyini bildirmiş və həmin puldan 9000 manat məbləğini 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs vermişlər. Təqsirləndirilən şəxs onlara tam arxayın olmalarını, işi 100% düzəldəcəyini, onun FHN-də tanışlarının olduğunu və onların köməyi ilə artıq bir neçə şəxsi FHN-nə işə düzəltdiyini demişdir. Təqsirləndirilən şəxs pulu alddıqdan bir müddət sonra Təbrizi Bakı şəhəri çağırmışlar. Hər dəfə Təbriz çağırılan zaman Təqsirləndirilən şəxs tezliklə Təbrizin iş əmrinin veriləcəyini bildirmişdir. Bu məsədən xeyli müddət keçsə də Təqsirləndirilən şəxs işi düzəldə bilməmiş və onların pulunu geri qaytarmamışdır. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, Tahir bəy ilə quda olduqlarını, Təqsirləndirilən şəxs 9000 manat məbləğində pulu mağazada, 4000 manat məbləğində pulu isə Zərərçəkmiş şəxs1 evində ona verdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun atasıdır. O, işə düzəlmək istədiyini və buna görə onun atası T.X13 bu barədə müraciət etmiş və G.Quliyev də Təqsirləndirilən şəxs ilə bu məsələdə onları tanış etmişdir. İlkin olaraq 9000 manat məbləğində pulu Təqsirləndirilən şəxs marketdə təqdim etmişlər, daha sonra isə 4000 manat məbləğində pulu atası İlhamizə evlərində təqdim etmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, orta təhsilli olduğunu, Təqsirləndirilən şəxs onu FHN-nin Mingəçevir şöbəsinə yanğınsöndürən vəzifəsinə iş düzəldəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid11 ifadəsində göstərmişdir ki, 09 may 2024cü il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq Şahid10 rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkili Şahid12 daxil edilmişdir. 09 may 2024-cü il tarixdə saat 20-21 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi ərazisində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 20:06-da ünvan 8 ünvanında “Chevrolet” markalı avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və sonuncunu Baş İdarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən avtomobili ilə birlikdə onlarla Baş İdarəyə gəlmişdir. Şöbənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirərək əynindəki şalvarın ciblərindən 01 ədəd sellofan bükümü, 01 ədəd mobil telefonu və 01 ədəd avtomobil açarına birləşdirilmiş açarı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şəxsi axtarış keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan maddələrin psixotrop maddə metamfetamin olduğunu və həmin maddələri Nəsimi rayonu ərazisində iş yerinin yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün götürərək üstündə gəzdirib daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Eyni zamanda aşkar edilmiş 01 ədəd avtomobil açarı ona bərkidilmiş açarla birlikdə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, avtomobildə hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa, könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobildə hər hansı qanunsuz əşya və ya predmet olmadığını bildirib avtomobili baxışa təqdim etmişdir. Baxış zamanı həmin avtomobildən Təqsirləndirilən şəxs məxsus bir ədəd şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Bundan əlavə həmin avtomobildən iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra baxış və götürmə barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, İbrahim qrup rəhbəri idi, təqsirləndirilən şəxsi saxlayan zaman maşının yanında dayanmışdı, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təsir göstərilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid10 Şahid11 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid12 Şahid11 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edib həmin MMC-nin direktorudur. MMC-nin fəaliyyəti Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işlə təmin olunmasından ibarətdir. MMC-də ondan başqa işçi yoxdur, MMC-nin ofisi ünvan 12 ünvanında yerləşən "xxxx" Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşir. MMC-nin fəaliyyəti ilə bağlı internetdə səhifələr də vardır ki, maraqlanan vətəndaşlar həmin səhifələr üzərində olan əlaqə vasitəsilə onlarla əlaqə saxlayır. 15 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs12 ona zəng vuraraq, xarici ölkədə işlə təmin olunmağı ilə bağlı məlumat almış və o, Zərərçəkmiş şəxs12 bununla bağlı məlumat verdikdən sonra sonuncunu işlədiyi ofisə dəvət etmişdir. Zərərçəkmiş şəxs12 istədiyini dedikdə, o, bildirmişdir ki, Kanada Federal Respublikası ilə əlaqəsi yoxdur, lakin başqa tanıdığı şirkət varki həmin işlə məşğul olur. Zərərçəkmiş şəxs12 razılaşdıqdan sonra 18 oktyabr 2023-cü il tarixdə sonuncu ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Təqsirləndirilən şəxs direktoru olduğu "xxxx" MMC-yə getmişlər. Orada o, Zərərçəkmiş şəxs12 Təqsirləndirilən şəxs təqdim edib, Zərərçəkmiş şəxs12 Kanada Federal Respublikasında işlə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs12la Təqsirləndirilən şəxs öz aralarında söhbət etmişlər. Orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs12 sonuncunu Kanada Federal Respublikasında işlə təmin edə biləcəyini bildirmiş və elə həmin gün Zərərçəkmiş şəxs12 3500 ABŞ dollar pulu Təqsirləndirilən şəxs ofisdə verdikdən sonra bununla bağlı müqavilə tərtib olunmuşdur. Bundan sonra o, öz iş yerinə qayıtmışdır. Bundan sonra Zərərçəkmiş şəxs12 bir neçə dəfə onunla əlaqə saxlayıb işi ilə maraqlanmış, o isə Zərərçəkmiş şəxs12 "xxxx" MMC-yə yönləndirmişdir ki, işi ilə onlarla maraqlansın. Həmçinin təxminən 2024-cü ilin may ayında Zərərçəkmiş şəxs12 ona zəng vuraraq Kanada Federal Respublikasının Azərbaycanda olan səfirliyindən zəng gəldiyini və barmaq izinin çıxarılması üçün səfirliyə çağırıldığını, həmçinin "xxxx" MMC tərəfindən 3300 qalıq qalan pulun tələb olunduğunu bildirmişdir. O da "xxxx" MMC-yə zəng vurub Humay xanımla danışmış və Zərərçəkmiş şəxs12 qalan pulun tələb olunmasının səbəbini soruşduqda, Humay xanım demişdir ki, Zərərçəkmiş şəxs12 Kanada Federal Respublikasına göndərilməsi ilə bağlı olan prosesin davamını aparmaq üçün səfirlikdən Zərərçəkmiş şəxs12 çağırmışlar və pul da buna görə tələb olunur. O da bu barədə Zərərçəkmiş şəxs12 zəng vurub Humay xanımın ona dediklərini bildirmişdir. Bundan sonra təxminən 1 ay keçdikdə Zərərçəkmiş şəxs12 onunla əlaqə saxlayaraq, prosesin gedişatından narazıçılığını bildirmişdir. O isə Zərərçəkmiş şəxs12 həmin şirkətlə əlaqə saxlamasını, vizanı həmin şirkətin alacağını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs12 ona bir neçə dəfə zəng vuraraq onu hədələmiş, ona «istər qanuni, istər qanunsuz həmin pulu səndən alacam» demişdir. Zərərçəkmiş şəxs12 İfadəsində düz göstərməmişdir. Zərərçəkmiş şəxs12 onun ofisinə gəldikdə o, Kanada Federal Respublikasına iş vizası düzəltmədiyini, lakin başqa şirkətin bu işlə məşğul olduğunu, bu işi də səhv etmirsə 7000 ABŞ dollara gördüklərini demiş və sonradan Zərərçəkmiş şəxs12 Təqsirləndirilən şəxs şirkətinə aparmışdır. Orada həqiqətən də Zərərçəkmiş şəxs12 onun yanında Təqsirləndirilən şəxs 3500 ABŞ dollar pul vermiş, lakin o, bu işi 4 ay ərzində həll edəcəyini deməmişdir. Çünki bu işlə o, məşğul olmamışdır. O, Zərərçəkmiş şəxs12 zəng etməmiş, sonuncu özü ona zəng vurub səfirliklə bağlı məlumat vermişdir. O da Zərərçəkmiş şəxs12 dedikləri ilə bağlı Humay adlı xanıma zəng vurmuş, Humay adlı xanıma Zərərçəkmiş şəxs12 dediklərini bildirmiş, sonra isə Humay adlı xanımın dediklərini Zərərçəkmiş şəxs12 bildirmişdir. O, Zərərçəkmiş şəxs12 pulunu ələ keçirməmiş və ya bununla bağlı Zərərçəkmiş şəxs12 pul almamışdır. O, həmin gün Zərərçəkmiş şəxs12 sadəcə olaraq həmin şirkətə aparmışdır ki, həmin şirkətlə tanış olsun, o, əvvəlcədən orada Zərərçəkmiş şəxs12la müqavilə bağlanacağından və ya sonuncunun hər hansı bir ödəniş edəcəyindən məlumatlı olmamışdır. Orada Zərərçəkmiş şəxs12la Təqsirləndirilən şəxs arasında razılaşma olmuş və müqavilə bağlamışlar. Onun məqsədi müştərini məmnun etmək olmuşdur. Zərərçəkmiş şəxs12 ona müraciət etmiş, o da sonuncuya kömək etmişdir. Həm də elə vaxtlar olmuşdur ki, Təqsirləndirilən şəxs da şirkəti ona qarşılıqsız müştəri yönləndirmişdir. O, Təqsirləndirilən şəxs heç bir məbləğdə pul almamış və ya sonuncu ona heç bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs tutulması barədə o, sonuncunun tutulduğu gündən bir neçə gün sonra xəbərdar olmuş, həmin vaxt İlhamizin narkotiklə bağlı tutulduğunu bilmişdir. Lakin Təqsirləndirilən şəxs yanında işləyən Aqil Rəhimovda bu işlə məşğul olduğundan və ona Zərərçəkmiş şəxs12 sənədlərində problem olmadığı bildirildiyindən o, düşünmüşdür ki, Zərərçəkmiş şəxs12 işi artıq düzəlmişdir. Qeyd etdiyi kimi o, Təqsirləndirilən şəxs narkotiklə bağlı tutulduğunu eşitdikdən sonra ofislə əlaqə saxlamış və oradan ona bildirmişlər ki, Zərərçəkmiş şəxs12 işi ilə Aqil Rəhimov məşğul olacaq və buna görə də o, Zərərçəkmiş şəxs12 yerdə qalan ödənişi etməsini məsləhət bilmişdir. Ümumiyyətcə Zərərçəkmiş şəxs12 viza məsələsi ilə həm Təqsirləndirilən şəxs, həm də Aqil Rəhimov məşğul olmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki 2023-cü ilin sentyabr avının 21-dən 2024-cü ilin ivul ayına kimi ünvan 13 ünvanında yerləşən “X27” MMC-də qeyri-rəsi olaraq işləmişdir. İşi MMC-nin ofisinə gələn müştərilərdən CV-lərini götürmək, MMC-nin direktorları Təqsirləndirilən şəxs və Aqil Rəhimov tərəfindən verilən tapşırıqları yerinə yetirməkdən ibarət olmuşdur. MMC -də ondan əlavə Fəxriyyə Behbudlu adlı qadın da işləmişdir. MMC-nin fəaliyyəti Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işlə təmin olunmaq və iş vizası almaqdan ibarət olmuşdur, Təqsirləndirilən şəxs və ya Aqil Rəhimov tərəfindən ona hər ay əmək haqqı kimi 500 manat pul verilmişdir. Elə vaxtlar olmuşdur ki, İlhamiz və Aqil ofisdə olmadıqda onların tapşırığı ilə vətəndaşlardan pulları o, almış və bununla bağlı qaimə faktura tərtib edib həmin qaimə-fakturada imza etməklə vətəndaşlara təqdim etmişdir. Zərərçəkmiş şəxs12 tanıyır, həmin şəxs ilk dəfə 18 oktyabr 2023-cü il tarixdə ofisə Ruqiyyə adlı qadınla gəlmiş və onları Təqsirləndirilən şəxs özü şəxsən qəbul etmişdir. Həmin gün səhv etmirsə Zərərçəkmiş şəxs12la MMC arasında müqavilə də bağlanılmış və müqaviləyə əsasən Zərərçəkmiş şəxs12 3500 ABŞ dollar ödəniş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs12 Kanada Federal Respublikasında işlə təmin olunmağı ilə bağlı müraciət etmişdir. Bundan sonra tarixi dəqiq yadında qalmayan bir gün Təqsirləndirilən şəxsla MMC-nin mətbəx otağında yemək yeyən zaman Zərərçəkmiş şəxs12 gəlmiş və orada Təqsirləndirilən şəxs göstərişi ilə Zərərçəkmiş şəxs12 ona 1200 ABŞ dollar pul vermiş, çünki həmin vaxt Təqsirləndirilən şəxs yeməy yemiş və pulu onun qəbul etməyini istəmişdir. O da həmin pulu Zərərçəkmiş şəxs12 götürmüş və sonradan sonuncunun yanında həmin pulu Təqsirləndirilən şəxs özünə vermişdir. 2024-cü ilin aprel ayında Aqil Rəhimov hansısa işlə bağlı Monteneqroya getmişdir. 2024-cü ilin may ayının əvvəllərində o, ofisdə olarkən Təqsirləndirilən şəxs ona demişdir ki, uzun müddət buralarda olan deyil. Həmin vaxt Təqsirləndirilən şəxs konkret olaraq hara getməsini deməmişdir. Həmin ərəfələrdə Aqil Rəhimov onunla əlaqə saxlayıb, demişdir ki, Təqsirləndirilən şəxs itmiş və İlhamizi axtarışa vermiş, harada olması barədə hər hansı bir məlumatının olub-olmadığını soruşmuşdur, O isə Təqsirləndirilən şəxs harada olduğunu bilmədiyini demişdir. 15 may 2024- cü il tarixdə isə Aqil Rəhimov ona zəng vuraraq Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu, lakin əmisinin danışdığını və İlhamizin tez bır zamanda çıxacağını demişdir. 20 may 2024-cü il tarixdə Aqil Rəhimov ona zəng vuraraq demişdir ki, Zərərçəkmiş şəxs12 vizası təsdiqlənir, barmaq izinə girmiş və ona pul gətirməlidir, həmin pulu götürüb borclu olan şəxslərə versin. O, telefonda Aqil bəyə onu pul məsəllərinə qatmamasını xahiş etsə də sonuncu cavabında narahat olrnamağını bildirib vizanın artıq hazır olmasını, ödənişlə bağlı Zərərçəkmiş şəxs12la danışıb ödənişi verməsini deməyini və ödənişi götürməyinin vacib olmasını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs12 ona zəng vurmuş, lakin telefon yanında olmadığı üçün cavab verə bilməmiş, buna görə ozü təkrar Zərərçəkmiş şəxs12 zəng vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs12 pul gətirməli olduğunu demişdir. O da ofisdə olduğunu və pulu gətirməsini bildirmişdir. Elə həmin gün Zərərçəkmiş şəxs12 ofisə gələrək ona 3300 ABŞ dolları məbləğində pul təqdim etmiş, o da həmin pulu götürüb bununla bağlı qaiməfakturada qeyd aparmış, həmçinin Zərərçəkmiş şəxs12 xahişi ilə həmin qaimə-fakturada Zərərçəkmiş şəxs12 alınan pulun ümumi məbləğini qeyd etmiş, sonra həmin qaiməfakturanı öz imzası ilə təsdiq etmiş, həmçinin Zərərçəkmiş şəxs12 da imza etdikdən sonra qaimə-fakturanı möhürlə təsdiqləyib Zərərçəkmiş şəxs12 vermiş, pulu isə Aqilin ona dediyi hazırda xatırlamadığı bank kartına göndərmişdir. Bundan sonra 2024-cü ilin iyul ayında o, həmin MMC-dən işdən çıxmışdır. O, həmin MMC-nin sadəcə bir işçisi olmuş, qeyri-rəsmi işləsə də, faktiki olaraq Təqsirləndirilən şəxs və Aqil Rəhimov tərəfindən ona aylıq əmək haqqı verilmiş, buna görə də o, onların göstərişlərini icra etmişdir. Lakin o, heç bir vətəndaşa onlara viza düzəldəcəyinə dair vəd verməmiş və ya onlardan bu işə görə pul tələb etməmişdir. Vətəndaşların hər biri Təqsirləndirilən şəxs və Aqil Rəhimovla söhbət etdikdən sonra ödənişləri etmişlər, bəzi vaxtlarda ödənişləri o, qəbul etmişdir. Lakin həmin ödənişlərdən ona hər hansı bir məbləğdə pul verilməmişdir. Aqil Rəhimov ona Təqsirləndirilən şəxs tezliklə çıxacağını və Zərərçəkmiş şəxs12 vizasının təsdiqləndiyini dediyi üçün o, Zərərçəkmiş şəxs12 ofisdə qəbul eimış və sonuncudan 3300 ABŞ dollar pul almışdır. Həmçinin Təqsirləndirilən şəxs əvvəllər də bir dəfə həbs olunmuş və sonradan tez bir zamanda azadlığa çıxdığı üçün o, düşünmüşdür ki, yəqin indidə azadlığa çıxacaq. Zərərçəkmiş şəxs12 1200 ABŞ-dollar pul alınan zaman sonuncuya bununla bağlı hər hansı bir qəbz və ya qaimə verilməmişdir. Onun Zərərçəkmiş şəxs12 pulu ilə bağlı hər hansı bir şəxsi marağı olmamış, o, sadəcə ona verilən göstərişə əsasən hərəkət etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun övladıdır. İlhamiz turizm işi ilə məşğul olmuş, əsgərlikdən gələndən sonra Bakı şəhərində yaşamışdır. 2003-cü ildə İlhamiz ailə həyatı qurmuş və həmin evlilikdən 2 övladı vardır. Arabir isə ailəsi və özü onlara gəlmişlər. İlhamiz hazırda həbs edilmiş və Bakıda istintaq təcridxanasında saxlanılır. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, Güloğlan Quliyev isə onun həyat yoldaşı İldırımın xalası nəvəsinin yoldaşıdır. Tahir və Güloğlan isə qudadırlar. 2022-ci ilin fevral ayında Tahir öz ailəsi və Güloğlanla birlikdə onlara gəlmişdir. Həmin vaxt Tahir İldırıma demişdir ki, oğlunu işə düzəltmək istəyir. İldırım da onlara demişdir ki, o, bu işləri bilməz, İlhamizlə özləri danışsın. Onlar İlhamizlə kəndə gələn zaman özləri danışmışlar. Onların nə danışmaqlarından xəbərləri olmamışdır. Həmin söhbətdən təxminən 1 ay sonra İlhamiz kənddə olan zaman Tahir ailəsi və Güloğlanın ailəsi ilə birlikdə onlara gəlmişlər. Onlara gələndə yenə də İlhamizlə söhbət etmişlər. O, onların işlə bağlı söhbət etdiklərini bilmişdir. Lakin onun gözünün qarşısında onların İlhamizə pul verdiklərini görməmişdir. Ola bilər ki, onlar İlhamizə pul vermişlər. Bu hadisədən bir müddət sonra eşitmişdir ki, İlhamiz onlardan 9000 və 4000 olmaqla cəmi 13000 pul almışdır. İlhamizin indiyə kimi hər hansı bir şəxsi işə düzəltməyini görməmiş və eşitməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ifadəsindən görünür ki, o, Şahid3 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Ağdam rayonu Alıbəyli kəndində özünə məxsus marketi vardır. Həmin marketdə də işləyir. Zərərçəkmiş şəxs1 4-5 ildir ki, tanıyır. Belə ki, Tahir onun bacısı Elnarənin qızı Samirənin qaynatasıdır. Güloğlan Quliyev isə onun kürəkəni, yəni bacısı Elnarənin həyat yoldaşıdır. Təqsirləndirilən şəxs isə onun həmkəndlisidir. Lakin uzun müddətdir Bakı şəhərində olduğu üçün onunla yaxın münasibəti olmamışdır. 2022-ci ilin fevral ayında Güloğlan ona demişdir ki, yeznəsi Təbrizi FHN-nin Mingəçevir şöbəsinə işə düzəltmək istəyirlər. Həmin işi də həmkəndlisi İlhamiz düzəldəcəkdir. İlhamiz onlara demişdir ki, indiyə kimi bir neçə nəfəri də işə düzəltmişdir. O da onlara demişdir ki, İlhamiz haqqında maraqlanmaq lazımdır. O da İlhamiz barəsində xatırlamadığı tanışından maraqlanmışdır. Həmin şəxs də İlhamiz haqqında yaxşı sözlər deməmiş və yaxşı fikirləşməklərini bildirmişdir. O da bu barədə Güloğlana bildirmişdir. Bir müddət sonra onlar bildirmişdir ki, İlhamiz bu işi 13000 manata düzəldəcəyini bildirmişdir. Həmin pulun 9000 manatının 2022-ci ilin fevral ayının xatırlamadığı günündə ona məxsus mağazada Tahir özü İlhamizə vermişdir. Pulu verən zaman orada o, Güloğlan, Tahir və İlhamiz olmuşdur. İlhamiz orada danışan zaman demişdir ki, “tam arxayın olun, işi 100 faiz düzəldəcəm. Mənim FHN-də özümün tanışlarım var. Onların köməyi ilə bir neçə nəfər də işə düzəltmişəm”. İlhamizin danışığından sonra o da tam inanmışdır. İlhamiz mağazada pulu alıb sayıb götürmüş və çıxıb getmişdir. 2022-ci ilin mart ayında Güloğlan ondan 4000 manat borc pul istəmişdir. Lakin o, bunun riskli olduğunu fikirləşdiyi üçün onlara pul verməmişdir. Lakin özləri pul taparaq 2022-ci ilin mart ayının 18-də İlhamizin yaşadığı evdə sonuncuya 4000 manat vermişlər. İlhamiz pulu aldıqdan bir müddət sonra Təbrizi Bakı şəhərinə çağırmışlar. Hər dəfə çağıran zamanda İlhamiz demişdir ki, narahat olmasın, iş alınır, tezliklə əmri veriləcəkdir. Lakin bu məsələdən xeyli keçsə də İlhamiz işi düzəldə bilməmişdir. Onların pulunu da geri qaytarmamışdır. Onların pulunu alan zaman İlhamiz başqa şəxslərin adını çəkməmişdir. İşi özünün FHN-də işləyən tanışının vasitəsi ilə düzəldəcəyini bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Hazırda Abşeron rayon məhkəməsində barəsində iş gedir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, Şahid8 isə 4-5 ildir ki, tanıyır. Eldarla Ramal adlı tanışının vasitəsilə münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs da Şahid8 vasitəsilə tanımışdır. 2022-ci ilin qış aylarında Eldar və İlhamiz onunla əlaqə saxlayaraq bildirmişlər ki, tanışları Zərərçəkmiş şəxs1 övladı Təbrizi FHN-nə işə düzəltmək lazımdır. O da bildirmişdir ki, bu işlə məşğul olmur. Amma elə bir tanışı vardır. Həmin tanışı X2r. Gülnarə heç bir yerdə işləməsə də, özü bildirmişdir ki, FHN-nin X14 Xidmətində yüksək vəzifədə tanışları vardır, onların vasitəsilə işə kim lazım olsa işə düzəldə bilir. O da onlara Gülnar barəsində bildirmişdir. O, Gülnarə ilə danışmış, sonuncu bildirmişdir ki, sənədlərin gətirsinlər, qeydiyyatdan, tibbdən keçirsin. O da nə lazm olduğun soruşmuş, Gülnarə də demişdir ki, 12000 manata düzəldər. O da demişdir ki, pulları yoxdur, kömək etsin iş düzəlsin, sonra verərlər. Gülnarə də razılaşmışdır. X21 yanına gəlmişdir. Orada olan proseslərdən xəbəri olmamış, o, heç birində iştirak etməmişdir. Təbriz ərizə yazandan sonra tibb komisiyyasına gələndə Gülnarə demişdir ki, tibb komisiyasına pul vermək lazımdır. O da İlhamizə zəng etmiş və bu barədə demişdir. İlhamiz ona demişdir ki, pulu Tahirdən götürüb Eldara vermişdir. Pul verilmədiyi üçün Təbrizin işi alınmamışdır. Bu işlərdən sonra Şahid8 onun kartına 1800 və 1200 manat olmaqla ümumilikdə 3000 manat pul vermişdir. O da həmin pulu Gülnarəyə vermişdir. Sonra isə aydın olmuşdur ki, Gülnarə bu işləri yalandan edib hamını aldatmışdır. Bundan sonra o, Nərimanov RPİ-nə müraciət etmişdir. Əvvəl o, zərərçəkmiş kimi tanınsa da sonradan onu təqsirləndirilən şəxs qismində cəlb etmişlər və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İlhamiz və Eldar ona 3000 manatdan başqa pul verməmişlər, o, bunu Tahirlə telefonla danışan zaman özünə də demişdir. İlhamiz bildirmişdir ki, pulu alıb Eldara vermişdir. Amma o, konkret İlhamizin Tahirdən nə qədər aldığını, Eldara nə qədər verdiyini bilmir. Cinayət işinin ibtidai istintaqı zamanı videokonfrans vasitəsi ilə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kəndçisidir. İlhamizlə kəndçisi kimi münasibəti vardır. O, həmişə Bakıya gedəndə İlhamiz onu öz avtomobili ilə götürüb müxtəlif ünvanlara aparmışdır. Bir gün onunla bir yerdə olanda tanışı FHN-də işləyən Eldəniz ona zəng etmişdir. O, İlhamizlə birlikdə onunla görüşməyə getmişdir. Eldəniz onları yeməyə aparmışdır. İlhamizdə Eldənizlə orda tanış olmuşdur. Sonra İlhamiz ona demişdir ki, onun bir adamı vardır, Eldənizlə danışsın həmin adamı işə düzəltsin. O da İlhamizə demişdir ki, o işlərə baxmır, ancaq onunla yeyib-içir, onunla heç bir iş görmür. Bundan sonra aradan xeyli keçəndən sonra İlhamiz Eldənizlə görüşüb təklif etmiş, Eldənizdə onu tanımadığını, istəyirsə ona müraciət etməyini bildirmişdir. İlhamiz də gəlib ona demişdir ki, Eldənizlə danışmışdır, qohumunu işə düzəldəcəkdir, ancaq onunla “kantakt”-a girməmişdir. O da demişdir ki, özü danışıb deyər. X22 öz aralarında danışmışlar. O, konkret olaraq xatırlamadığı vaxtda İlhamiz Bakı şəhərində “Vasmoy” deyilən yerdə gətirib ona öz avtomobilində 9800 manat pul vermişdir. O da pulu götürmüşdür. Aradan xeyli keçmişdir. O, biraz araşdırmış və Eldənizin düzgün adam olmadığını, sonuncuya pul verməyin təhlükəli olduğunu bilmişdir. Bundan sonra gəlib İlhamizə demişdir ki, bu işdən əl çəkir, bu işi görmək istəmir. İlhamizə pulu qaytarmaq istəyəndə İlhamiz götürməmiş və demişdir ki, həmin adamlara söz vermişdir. O, Eldənizə güvənmədiyi üçün sonuncuya pul verməmişdir. Bundan sonra o, Almaniyaya gəlmişdir. Burda olan vaxt İlhamiz ona zəng etmişdir ki, Eldənizlə danışıb görüşmüşdür. Pulu Eldənizə göndərsin, işlərini düzəldəcək.İlhamizdə demişdir ki, «sən bir miqdarda pul göndər, mərhələ ilə iş görəcək». Sonra isə demişdir ki, “pul mənim deyil? Pulu göndər”. O da Eldənizin kartına 3200 manat pul göndərmişdir. İlhamiz demişdir ki, qalan pulu da əmr gələndən sonra göndərərlər. Aradan bir müddət sonra İlhamizin Visa məsələsi ilə bağlı kiməsə pul verməli olmuşdur. O da İlhamizin yerinə həmin 2500 manatda İlhamizin yerinə pul göndərmişdir ki, İlhamizdən şikayət etməsinlər. Zərərçəkmiş şəxs1 ümumiyyətlə tanımamış, görməmiş, telefonla da danışmamışdır. Heç kimə heç bir söz deməmiş. İlhamizlə aralarında razılaşma olmamış, həmin şəxsdən pul alıb sonra bölüşdürməkləri olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid13, Şahid14 və Şahid15 zərər çəkmiş şəxs Qanuni nümayəndə göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan 18 oktyabr 2023-cü il tarixli XM №_/2023 saylı xidmət müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs12 direktoru Təqsirləndirilən şəxs olan “X27” MMC arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlamış və ödənilmiş məbləğ kimi müqavilədə 5950 manat qeyd edilmişdir. Cinayət işinin materiallarında olan 20 may 2024-cü il tarixli №0616792 saylı qaimə fakturada qeyd edilmişdir; Kimdən: Family Travel Kimə: Zərərçəkmiş şəxs12 Kanada xx.xx.2024, 300 ABŞ dolları, ümumi 13600 manat, tam ödənilib. Cinayət işi materiallarında olan 09 may 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə yerləşən və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümünü və 01 ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın arxa sol cibindən isə “Chevrolet” markalı avtomobil açarını və həmin açara bərkidilmiş əlavə 01 ədəd açarı çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf bükümə baxış keçirilərkən bükümün içərisində spesifik qoxuya malik olmayan, ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən başqa başqa əşya və ya predmetlər aşkar edilmədi. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş “Samsung” maraklı mobil telefonun onun özünə məxsus olmasını və üstündə ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmiş, həmin telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd avtomobil açarının idarə etdiyi “Chevrolet” maraklı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olmasını və avtomobildə qanunsuz əşya və predmet gizlədib saxlamadığını, həmçinin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi avtomobil açarı onun özünə qaytarıldı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan maddələrin psixotrop maddə metamfetamin olduğunu və həmin maddələri xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu ərazisində, iş yerinin yaxınlığında tapdığını, şəxsi istifadəsi üçün götürərək üstündə gəzdirməklə daşıdığını, əlavə olaraq üstündən aşkar edilən maddələrdən başqa şəxslərin məlumatının olmadığını, heç kimə satmadığını və hədiyyə etmədiyini bildirmişdir. Cinayət işi materiallarında olan 09 may 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan, cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə yerləşən və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs təklif edildi ki, idarə etdiyi “Chevrolet” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa təqdim etsin. Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr gizlədib saxlamadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs özünün icazəsi və iştirakı ilə onun idarə etdiyi “Chevrolet” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi. Belə ki, qeyd olunan avtomobilin ilk öncə qabaq, sol yan qapısı Təqsirləndirilən şəxs tərəfindən açıldı. Daha sonra Təqsirləndirilən şəxs avtomobilin sol arxa, baqaj, arxa sağ və sağ ön qapısını açdı. Baxış zamanı avtomobilin qabaq oturacaqlarının arasında yerləşən saxlanc yerindən Təqsirləndirilən şəxs məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi aşkar olundu. Bundan başqa avtomobildə iş üzrə əhəmiyyət kəsb edən hər hansı şübhəli əşya və predmet aşkar edilmədi. Cinayət işinin mateiallarında olan məhkəmə-kimyəvi ekspertizanın 10 may 2024-cü il tarixli, 3-16-16/2-6/2616 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üstündən aşkar....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd polietilen paketdə 1 (bir) ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 5,959 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin mateiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 may 2024-cü il tarixli, 3102 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlardan istifadə etmə halları olmuşdur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin mateiallarında olan Səhiyyə Nazirliyi 2 nömrəli X3 27 may 2024-cü il tarixli, 1/2379 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməmişdir. Cinayət işinin mateiallarında olan Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin 29 may 2024-cü il tarixli, 6840 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan 25 oktyabr 2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Qanuni nümayəndə ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “X30” 14 iyun 2024-cü il tarixli, 126 nömrəli məktubunda göstərilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(001)- 960/2024 nömrəli qərarında göstərilən 4 ədəd aviabilet nömrəsi üzrə elektron bazada axtarış aparılmışdır və nəticədə onların heç biri üzrə məlumat tapılmamışdır, həmin nömrələr üzrə aviabiletlər mövcud deyildir. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi barədə” 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, içərisində kamera görüntüləri, şəkillər və səs yazıları olan 03 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, üzərində “video” yazılmış diskə yüklənmiş video görüntüdən görünür ki, görüntünün müddəti 3 dəqiqə 30 saniyədir, 48-ci saniyədə Zərərçəkmiş şəxs1 tünd rəngli gödəkçəsinin sağ iç cibindən pul çıxararaq Təqsirləndirilən şəxs verir, sonuncu pulu saydıqdan sonra sellofan paketə qoyur. Üzərində “şəkil” yazılmış diskə yüklənmiş görüntülərdə xx.xx.2022-ci il tarixdə 9266 AZN kredit götürülməsini əks etdirən müqavilə, xx.xx.2022-ci il tarixdə X11 adına “Kapital Bank”-dan 5470 AZN kredit götürülməsini əks etdirən ödəniş tarixçəsi və “Whatsapp” tətbiqində Ceyhun adlı şəxslə söhbət səhifəsinə başqa şəxslə olan yazışmaların göndərilməsi əksini tapmışdır. Üçüncü diskə baxış keçirilən zaman diskdə 37 ədəd səs yazısının olması, həmin səs yazılarının telefon danışıqlarının qeydə alınması və səsli mesajlar olması, yüklənmiş səslərin iş üçün əhəmiyyətli olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan çıxarışdan görünür ki, X24 tərəfindən direktoru Təqsirləndirilən şəxs olan “X27” MMC-ə ödənilmiş məbləğ qismində 11900AZN+850AZN yazısı qeyd edilmişdir. Cinayət işinin materiallarında olan 14 noyabr 2023-cü il tarixli XM №_/2023 saylı xidmət müqaviləsindən görünür ki, Əliyeva Aysel ilə direktoru Təqsirləndirilən şəxs olan “X27” MMC arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlamış və müqavilədə A.Əliyevanın ümumi xidmət haqqı kimi ilkin olaraq “11900+850 AZN ödəyir” yazısı qeyd edilmişdir. Cinayət işinin materiallarında olan 20 fevral 2024-cü il tarixli XM №_/2023 saylı xidmət müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs8 ilə direktoru Təqsirləndirilən şəxs olan “X27” MMC arasında xx.xx.2024-cü il tarixdə müqavilə bağlamış və müqavilədə işin icrası qismində ölkə olaraq İngiltərə, vakansiya olaraq plantasiya, ilkin ümumi xidmət haqqı olaraq 2770 AZN ödənildiyi qeyd edilmişdir. Cinayət işinin materiallarında olan 20 fevral 2024-cü il tarixli №0616761 saylı qaimə fakturada qeyd edilmişdir; Kimdən: X27 Kimə: Zərərçəkmiş şəxs8 2770 azn ödədi. Cinayət işinin materiallarında olan 27 fevral 2024-cü il tarixli XM №_/2023 saylı xidmət müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs9 ilə direktoru Təqsirləndirilən şəxs olan “X27” MMC arasında xx.xx.2024-cü il tarixdə müqavilə bağlamış və müqavilədə işin icrası qismində ölkə olaraq İngiltərə, vakansiya olaraq plantasiya, ümumi xidmət haqqı olaraq 1700 AZN ödənildiyi qeyd edilmişdir. Cinayət işinin materiallarında olan 27 fevral 2024-cü il tarixli №0616761 saylı qaimə fakturada qeyd edilmişdir; Kimdən: X27 Kimə: Zərərçəkmiş şəxs9 1000 dollar ödədi. Cinayət işinin materiallarında olan 25 mart 2024-cü il tarixli XM №_/2023 saylı xidmət müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs10 ilə direktoru Təqsirləndirilən şəxs olan “X27” MMC arasında xx.xx.2024-cü il tarixdə müqavilə bağlamış və müqavilədə ilkin xidmət haqqı olaraq 2500 dollar ödənildiyi qeyd edilmişdir Cinayət işinin materiallarında olan 14 dekabr 2024-cü il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefona baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan 08 may 2023-cü il tarixli XM №_/2023 saylı xidmət müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs4 ilə direktoru Təqsirləndirilən şəxs olan “X27” MMC arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlamış və müqavilədə işin icrası qismində ölkə olaraq İngiltərə, vakansiya olaraq plantasiya, ilkin ümumi xidmət haqqı olaraq 3200 avro ödənildiyi qeyd edilmişdir. Cinayət işinin materiallarında olan 08 may 2023-cü il tarixli XM №_/2023 saylı xidmət müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs5 ilə direktoru Təqsirləndirilən şəxs olan “X27” MMC arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlamış və müqavilədə işin icrası qismində ölkə olaraq İngiltərə, vakansiya olaraq plantasiya, ilkin ümumi xidmət haqqı olaraq 3200 avro ödənildiyi qeyd edilmişdir. Cinayət işinin materiallarında olan “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 04 fevral 2025-ci il tarixli qərarda görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X25 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 04 fevral 2025-ci il tarixli qərarda görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Şahid8 və Şahid7 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən (2-ci abzas) - Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş psixotrop maddə qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmə hesab edir ki, üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmetin olmaması, polis əməkdaşları tərəfindən psixoloji və fiziki təzyiqlərə məruz qalması, elektroşok aparatı ilə işgəncə verilməsi və bu səbəbdən ilkin olaraq etirafedici ifadə verməsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra 10 may 2024-cü il tarixdə vermiş olduğu izahatından görünür ki, sonuncu saxlanılan, həmçinin şəxsi axtarış və avtomobilinə baxış keçirilən zaman ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiq göstərilmədiyini bildirmişdir. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs münasibətdə bu və ya digər qanunzidd əməl törətmələri müəyyən olunmadı. Bundan başqa cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə göndərilmiş ilkin tibbi kitabçanın surətindən görünür ki, sonuncu həbs olunmadan əvvəl xəsarət almadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs heç bir zədə və xəsarət izləri aşkar olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, hərdənbir “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. 09 may 2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu ərazisində iş yerinin yaxınlığında olarkən yerdə 01 ədəd büküm diqqətini çəkmişdir. Həmin bükümü açıb içərisinə baxan zaman içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Həmin bükümü cibinə qoymuşdur ki, gələcəkdə istifadə edər. xx.xx.2024-cü İl tarixdə saat 20-21 radələrində ünvan 8 ünvanının yaxınlığında idarə etdiyi “Chevrolet” markalı, **-GJ-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə psixotrop maddə metamfetamin vardır. Bundan sonra polis əməkdaşları onu qeyd etdiyi avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, o, buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üstündə “Patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümünü və 01 ədəd “Samsung” markalı, həmin şalvarın arxa sol cibindən isə “Chevrolet” markalı avtomobil açarını və həmin açara bərkidilmiş əlavə 01 ədəd açarı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üstündən başqa əşya və ya predmetlər aşkar edilməmişdir. O, üstündən aşkar edilmiş “Samsung” markalı mobil telefonun özünə məxsus olmasını və üstündə ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmiş, həmin telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün polis əməkdaşı tərəfindən götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən təqdim etdiyi 01 ədəd avtomobil açarının idarə etdiyi “Chevrolet” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olmasını və avtomobildə qanunsuz əşya və predmet gizlədib saxlamadığını, həmçinin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı təqdim etdiyi avtomobil açarı özünə qaytarılmışdır. Şifahi sorğu zamanı o, üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan maddələrin psixotrop maddə metamfetamin olduğunu və həmin maddələri xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu ərazisində, iş yerinin yaxınlığında tapdığını, şəxsi istifadəsi üçün götürərək üstündə gəzdirməklə daşıdığını, əlavə olaraq üstündən aşkar edilən maddələrdən başqa şəxslərin məlumatının olmadığını, heç kimə satmadığını və hədiyyə etmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra idarə etdiyi “Chevrolet” markalı **-GJ-*** qeydiyyat nişanlı avtomobilə öz razılığı ilə videoçəkiliş ilə baxış keçirilməyə başlanmışdır. Bundan sonra ona təklif edilmişdir ki, idarə etdiyi “Chevrolet” markalı **-GJ-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları təqdim etsin. Cavabında idarə etdiyi “Chevrolet” markalı **- GJ-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, eləcə də digər qanunsuz əşya və predmet saxlamadığını bildirmişdir. Bundan sonra onun icazəsi və iştirakı ilə idarə etdiyi “Chevrolet” markalı **-GJ-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Belə ki, qeyd olunan avtomobilin ilk öncə qabaq, sol yan qapısı tərəfindən açılmışdır. Daha sonra avtomobilin arxa sol, baqaj, arxa sağ və qabaq sağ qapıları açılmışdır. Baxış zamanı avtomobilinin qabaq oturacaqlarının arasında olan saxlanc yerindən ona məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Bundan başqa avtomobildə iş üzrə əhəmiyyət kəsb edən hər hansı şübhəli əşya və predmet aşkar edilməmişdir. İdarə etdiyi “Chevrolet” markalı 99-GJ- 682 qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan sonra baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, aşkar edilmiş maddəni təsadüfən yerdən tapmış və şəxsi istifadəsi üçün özündə saxlamışdır. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. O, başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Onun üzərində şəxsi axtarış, eləcə də idarə etdiyi avtomobilə baxış video çəkilişlə təhqiqatçı tərərfindən aparılmış, ondan başqa heç kim onun üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirməmişdir. O, nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış, nə də avtomobilinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməmişdir. Bundan başqa “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5-ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllərini qəsdən törətmişdir, həmin əməllər başa çatmış cinayətlərdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllər az ağır, həmin məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl isə təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, himayəsində yetkinlik yaşına çatmamış uşağının olduğunu, zərər çəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməməsini, sonunculardan yalnız biri ilə aralarında barışıq əldə etdiklərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmamış uşağının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13 may 2008-ci il təvəllüdlü bir nəfər yetkinlik yaşına çatmamış uşağı var. Bundan başqa cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Zərərçəkmiş şəxs11 şikayətçi olmamasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs11 03 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş 1500 ABŞ dolları məbləğində maddi ziyanı Təqsirləndirilən şəxs tələb edir, lakin Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 may 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 09 may 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Bundan başqa cinayət işinin materiallarında olan 28 sentyabr 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Əmirov X6 Rayon Polis İdarəsində aparılan cinayət işi üzrə 28 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 30 sentyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 28 sentyabr 2023-cü il tarixdən 30 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə ona təyin edilmiş cəzanın əvvəli 09 may 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs12 vurulmuş ziyana görə 15.954 manat, faiz kimi 1356.09 manat, mənəvi ziyan kimi 3000 manat, ödənilmiş dövlət rüsumuna görə 150,93 manat, ümumilikdə 20461,02 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Bundan başqa zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ona dəymiş maddi zərərə görə 13.000 manat məbləğində pulun və ödədiyi 129 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs12 mülki iddiası ilə bağlı hesab edir ki, Zərərçəkmiş şəxs12 dəymiş ziyana görə 15.954 manat, dəymiş ziyanın faizi kimi 1356.09 manat, mənəvi ziyan kimi 3000 manat, ödənilmiş dövlət rüsumuna görə 150,93 manat, ümumilikdə 20461,02 məbləğində pulu təqsirləndirilən şəxsdən tələb edir. Lakin Zərərçəkmiş şəxs12 nə dəymiş maddi ziyanın faizi nə də mənəvi ziyan barədə iddia ərizəsinə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, verilmiş mülki iddia qismən təmin edilməli, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs12 mülki iddiası dəymiş ziyana görə 15.954 manat və ödənilmiş dövlət rüsumuna görə 150,93 manat hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməldir. Məhkəmə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası ilə bağlı hesab edir ki, mülki iddia tam şəkildə təmin edilməli, Təqsirləndirilən şəxs dəymiş maddi zərərə görə 13.000 manat və ödədiyi 129 manat məbləğində dövlət rüsumu, ümumilikdə 13.129 manat məbləğində pul tutularaq zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məһkəmə һesab edir ki, iş üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,909 qram təşkil psixotrop maddə metamfetamin məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş içərisində səs yazıları, fotoşəkillər olan 03 ədəd disk, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 təqdim etdiyi 01 ədəd ödəmə qəbzi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 təqdim etdiyi xx.xx.2023-cü il tarixli müqavilə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 təqdim etdiyi xx.xx.2024-cü il tarixli müqavilə və həmin tarixli ******* nömrəli qaimə-faktura, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 təqdim etdiyi xx.xx.2024-cü il tarixli müqavilə və həmin tarixli ******* nömrəli qaimə-faktura, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 təqdim etdiyi xx.xx.2024-cü il tarixli müqavilə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 təqdim etdiyi xx.xx.2023-cü il tarixli müqavilə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 təqdim etdiyi xx.xx.2023-cü il tarixli müqavilə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 təqdim etdiyi xx.xx.2023-cü il tarixli müqavilə və xx.xx.2024-cü il tarixli ******* nömrəli qaimə-faktura cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 sentyabr 2023-cü il tarixdən 30 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 09 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Zərərçəkmiş şəxs12 mülki iddiası qismən təmin edilsin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs12 vurulmuş maddi ziyanın əvəzi qismində 15.954 manat, ödənilmiş dövlət rüsumuna görə 150,93 manat, ümumilikdə 16.104,93 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs12 ödənilsin, mülki iddia qalan hissədə təmin edilməsin. Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın əvəzi qismində 13.000 manat, ödənilmiş 129 manat dövlət rüsumu ümumilikdə, 13.129 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Zərər çəkmiş şəxslər Qanuni nümayəndə, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11 dəymiş maddi ziyana görə Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs oğlundan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan qalıq çəkisi 5,909 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş içərisində səs yazıları, fotoşəkillər olan 03 ədəd disk, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 təqdim etdiyi 01 ədəd ödəmə qəbzi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 təqdim etdiyi xx.xx.2023-cü il tarixli müqavilə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 təqdim etdiyi xx.xx.2024-cü il tarixli müqavilə və həmin tarixli ******* nömrəli qaimə-faktura, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 təqdim etdiyi xx.xx.2024-cü il tarixli müqavilə və həmin tarixli ******* nömrəli qaimə-faktura, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 təqdim etdiyi xx.xx.2024-cü il tarixli müqavilə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 təqdim etdiyi xx.xx.2023-cü il tarixli müqavilə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 təqdim etdiyi xx.xx.2023-cü il tarixli müqavilə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 təqdim etdiyi xx.xx.2023-cü il tarixli müqavilə və xx.xx.2024-cü il tarixli ******* nömrəli qaimə-faktura cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-1081/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1081/2025
13.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver