Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1082/2020 30.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1976-cı ildə Sabirabad rayonu, Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Sabirabad rayonu, Qəzli kəndində qeydiyyatda olan, həbs olunanadək “Azərsutikinti” xəstəxanasının zirzəmisində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23:30 radələrində müvəqqəti yaşadığı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 111 A ünvanında yerləşən “Azərsutikinti” xəstəxanasının uşaq şöbəsinə aid zirzəmidə onunla birlikdə yaşayan tanışı Zərərçəkmiş şəxs ilə bir yerdə alkoqollu içki qəbul etdikdən sonra onun aldığı pivə içkisinə sonuncunu dəvət etməməsi səbəbindən Zərərçəkmiş şəxs təşəbbüsü ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun onu yumruq və təpiklə vurması səbəbindən əsəbiləşib qisas almaq məqsədilə hadisə yerindən götürdüyü mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub, həmçinin əlbəyaxa olan zaman Zərərçəkmiş şəxs boyun nahiyəsini dişləyərək sağlamlığa yüngül zərər vurmaya aid boynun sağ yan səthinin 1 (bir) ədəd əzilmiş yarası, bıçaqla isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid qarnın ön divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən sol bazunun bayır səthinin 1 (bir) ədəd kəsilmiş yarası, sol dirsək oynağının bayır səthi, döş qəfəsinin arxa səthinin sol yarısının Vİ qabırğa proyeksiyası, belin sağ iç nahiyəsinin səthi kəsilmiş yaraları, sol dirsək oynağının arxa səthi, sol saidin arxa səthinin sıyrıqları və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid daxili qanaxma ilə müşayiət olunan mədənin kiçik əyriliyi və dalağın zədələnməsi, eləcə də böyük piylik və on iki barmaq bağırsaq ətrafı toxumanın hematoması ilə nəticələnən qarnın ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. O, Tərlan ilə birlikdə “Xalqlar Dostluğu” deyilən dairədə fəhlə bazarına getmiş və orada fəhlə işi olduqda fəhləlik etmişdir. Hadisə baş verməmişdən bir müddət əvvəl bəzi məcburi köçkünlər “Azərsutikinti” xəstəxanasının zirzəmisində olan otaqlardan çıxdıqlarından o, zirzəmidəki otaqların birində kirayədə yaşamağa başlamışdır. Onunla bir otaqda Tərlan da kirayədə qalmışdır. Digər otaqda isə Bəşir və Nihad kirayədə qalmışlar. Hadisə baş verənədək onunla Tərlan arasında sözsöhbət olmamışdır. xx xxxx 2020-ci il tarixdə axşam vaxtı onlar dördü də işdən kirayədə yaşadıqları zirzəmiyə gəlmişlər və oturub yeyib-içmişlər. O, Tərlan, Nihad və Bəşir yemək yeyərkən 700 qramlıq araq içmişlər. Yeyib içdikdən sonra onların hər biri öz otağına keçmişdir. O, biraz yatdıqdan sonra ağzı quruduğundan ayılmışdır. O, ayıldıqdan sonra çölə çıxmışdır. Həmin vaxt Tərlan hamamda çimirmiş. O, çöldə olanda orada Nihadı görmüş və ona demişdir ki, “gedək pivə alaq içək”. Nihad da onunla razılaşmışdır. Onlar dükana getmişlər və bir şüşə pivə alıb yenidən yaşadıqları yerə gəlmişlər. O, Nihadla birlikdə pilləkənin üstündə oturub pivə içməyə başlamışdır. Onlar pivə içən zaman birdən Tərlan onlara yaxınlaşmış və onların Tərlansız pivə içdiklərini görüb onu əvvəlcə söyərək təhqir etmiş və sonra təpiklə vurmuşdur. Tərlan onu əvvəlcə təpiklə bir dəfə sinəsindən, sonra isə yumruqla bir neçə dəfə sifətindən vurmuşdur. Tərlan fiziki cəhətdən ondan güclü olduğu üçün o, Tərlan ilə dalaşmaq istəməmişdir. Nihad da vəziyyəti görüb onları ayırmış və Tərlanı qaldığı otağa aparmışdır. O da Tərlanın sakitləşməyini gözləmişdir. 10-15 dəqiqədən sonra o, qaldığı otağa keçmişdir. O, otağa keçən kimi Tərlan yenə onun üstünə cumaraq təpiklə çiyin nahiyəsindən vurmuş və o, zərbənin təsirindən orada olan su borusunun üstünə yıxılmışdır. Sonra o, biraz özünə gələrək oradan çıxmışdır ki, Tərlan biraz sakitləşsin. Lakin Tərlan sakitləşməyərək yenə onun üstünə hücum çəkmiş və onu döyməyə başlamışdır. Tərlan onu döyərkən o, yerə əyilmişdir. Sonra Tərlan əlindəki balaca bıçaqla onu vurmaq istəmişdir. O da Tərlanın əlindən tutmuşdur ki, Tərlan onu vura bilməsin. Bu arada Tərlanın əlindən bıçaq sürüşmüş və o, cəld şəkildə Tərlanın bıçağını götürmüşdür. O, Tərlanın əlindən bıçağı götürdükdə, bıçaq onun əlini bir neçə yerdən kəsmişdir. O, Tərlanın əlindən bıçağı alsa da, Tərlan sakitləşməmiş və onu vurmağa davam etmişdir. Bu vaxt o, nə etdiyini bilməmiş və bir neçə dəfə həmin bıçaqla Tərlanı vurmuşdur. Bu vaxt Bəşir və Nihad onların yanına gəlmişlər və onları aralamışlar. Bəşir onu qucaqlayaraq demişdir ki, “bıçağı at yerə”. O da Bəşirin sözünə qulaq asaraq əlindəki bıçağı yerə atmışdır. Sonra Tərlan geri çəkilmiş və o, oradan çıxıb getmişdir. Sonra Bəşirin köməyi ilə Tərlan yaxınlıqdakı xəstəxanaya aparılmışdır. O, xəstəxananın qarşısında dayanıb Tərlanın vəziyyətinin necə olduğunu gözləmişdir. Bir qədər sonra polislər gəlmişlər və onu Polis İdarəsinə aparmışlar. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin Zərərçəkmiş şəxs bıçaqla vurduğuna görə çox peşman olduğunu, onun Tərlanı vurmaq kimi məqsədinin olmadığını, lakin Tərlan fiziki cəhətdən ondan güclü olduğundan əlacsız qalıb Tərlanı elə onun bıçağı ilə vurduğunu, eləcə də zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halların nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. O, Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Xalqlar Dostluğu” deyilən yerdə yerləşən fəhlə bazarında fəhləlik etmişdir. Həmçinin, hadisə baş verməmişdən bir müddət əvvəl o, Ziyafətlə birlikdə “Azərsutikinti” xəstəxanasının uşaq şöbəsinə aid zirzəmidə kirayədə yaşamağa başlamışdır. Həmin zirzəmidə onlarla birlikdə fəhlə bazarında fəhləlik edən Şahid2 və Şahid1 da kirayədə yaşamışlar. xx xxxx 2020-ci il tarixdə saat 20:00 radələrində zirzəminin girişində o, Ziyafət, Bəşir və Nihadla birlikdə oturub yeyib-içmişdir. Süfrədə spirtli içki olan araq da olmuşdur. Onlar birlikdə yeyib içdikdən sonra o, süfərdən qalxaraq zirzəmidəki hamama getmişdir. Bəşir də qaldığı otağa keçmişdir. Ziyafət və Nihad isə harasa çıxıb getmişlər. O, hamamda çimib çıxdıqdan sonra zirzəminin qarşısında Ziyafətlə Nihadın oturub bir şüşə pivə içdiklərini görmüşdür. Nihad onunla eyni rayondan olduğundan və Nihadın yaşı az olduğundan o, Ziyafətin Nihadla birlikdə pivə içməsini Ziyafətə irad tutmuşdur. Ziyafət isə onun iradının qarşılığında cavab qaytarmışdır. Ziyafətin ona cavab qaytarması onun xoşuna gəlməmişdir. O, içkili olduğundan Ziyafətin ona qarşı etdiyi hərəkət onu özündən çıxarmışdır. Onun iradı Nihadın yaşı az olduğundan içki içməsinə etiraz etməsindən ibarət olmuşdur. Lakin Ziyafət onu vecinə almamış və ona cavab qaytarmışdır. Ona görə də həmin vaxt onunla Ziyafət arasında mübahisə baş vermişdir. Onlar biraz sözlü mübahisə etdikdən sonra o, Ziyafətin sakitləşmədiyini görüb Ziyafəti zirzəminin mətbəxinə ötürmüşdür. Özü isə qaldığı otağa keçmişdir. O, Ziyafətin sakitləşəcəyini fikirləşib biraz gözləmişdir. Amma Ziyafət onun arxasınca gələrək ondan əl çəkməmişdir. O, bir-neçə dəfə Ziyafətdən üzr istəsə də, Ziyafət onun arxasınca gəlmişdir. Mübahisə zamanı Ziyafət onun üzərinə hücum edib boğazından tutaraq çarpayının üstünə itələmişdir. O da özünü müdafiə etmək məqsədi ilə öz barmağını Ziyafətin gözünə sıxmağa çalışmışdır ki, Ziyafət onu buraxsın. Ziyafət onu buraxan kimi o, yumruqla bir dəfə Ziyafətin sifətindən möhkəm vurmuşdur. O, Ziyafəti vursa da, sonuncu onu yenə rahat buraxmamış və onunla dava etməyə çalışmışdır. Bundan sonra Ziyafət onun üstünə hücum etmiş və bir neçə dəfə onun qarnına zərbə endirmişdir. O, əvvəlcə Ziyafətin onu yumruqla vurduğunu bilmişdir. Lakin sonradan o, qan axdığını görüb Ziyafətin ona bıçaqla xəsarət yetirdiyini başa düşmüşdür. Sonra onların yanına onlarla birlikdə kirayədə qalan Bəşir gəlmiş və onları aralamışdır. Sonra Bəşirgili onu xəstəxanaya aparmışlar və o, xəstəxanada əməliyyat olunmuşdur. Əməliyyat nəticəsində onun dalağı götürülmüşdür. Hazırda onun səhhəti normaldır. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin göstərmişdir ki, o, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, fəhləliklə məşğul olmuş və hadisə törədilən vaxt Ziyafət, Tərlan və Nihadla birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 111 A ünvanında yerləşən “Azərsutikinti” xəstəxanasının zirzəmisində kirayədə qalmışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 20:00 radələrində o, Tərlan, Ziyafət və Nihadla birlikdə kirayədə qaldığı zirzəminin qarşısında oturub yemək yeyərək araq içmişdir. O və Nihad biraz az araq içmişlər. Tərlan və Ziyafət isə 750 qramlıq bir şüşə arağı içmişlər. O, həmin gün rayondan Bakı şəhərinə gəldiyindən çox yorğun olmuşdur. Ona görə də o, biraz onlarla oturduqdan sonra yatmaq üçün öz otağına keçmişdir. Tərlanla Ziyafət ikisi bir otaqda, onunla Nihad isə başqa otaqda qalmışlar. O, otağa keçdikdən sonra yatmışdır. Təxminən 1-2 saat keçdikdən sonra Nihad onu ayıldıb demişdir ki, “Tərlan Ziyafəti öldürür, gəl gedək onları ayıraq”. O da durmuş və Tərlanla Ziyafəti ayırmağa getmişdir. O, Tərlanla Ziyafətə yaxınlaşdıqda, Tərlanın təpiklə Ziyafəti vurduğunu görmüşdür. O, Tərlanla Ziyafətin arasına girərək sonuncuları sakitləşdirmiş və aralamışdır. Tərlan və Ziyafət aralaşdıqdan sonra o, yenə yatmağa getmişdir. Elə biraz keçmişdir ki, Nihad yenidən onun yanına gəlmiş və Tərlanla Ziyafətin dalaşdığını bildirmiş və ondan kömək istəmişdir. O, yenə otaqdan çıxıb Tərlanla Ziyafəti aralamağa getmişdir. O, Tərlanla Ziyafətin yanına çatdıqda, Ziyafətin sifət nahiyəsindən xəsarət aldığını və həmin yerdən dayanmadan qan gəldiyini görmüşdür. O, yenə onları birbirindən aralamışdır. O, bundan sonra da yorğun olduğundan öz otağına keçib yatmışdır. Bir neçə dəqiqədən sonra Nihad yenə otağa gələrək ondan kömək istəmişdir. O, getmək istəməmişdir. Lakin bu vaxt Ziyafətin möhkəm qışqırdığını və zarımağını eşitmişdir. Ona görə də o, yerindən durub Tərlanla Ziyafəti aralamağa getmişdir. O, Tərlanla Ziyafətin yanına çatdıqda, Tərlanın Ziyafəti altına salıb yenə döydüyünü görmüşdür. O, həmin şəxsləri bir-birindən aralamaq istədikdə, Tərlan ona demişdir ki, “Ziyafətin əlində bıçaq var. Al onu”. O, Ziyafətə baxdıqda, həqiqətən də Ziyafətin əlində bıçağın olduğunu görmüşdür. O, Ziyafətin əlində bıçağı gördükdə, Ziyafətə demişdir ki, “sən anavın qəbri bıçağı at”. Ziyafət anasının adına and verildiyini eşitdikdə, əlindəki bıçağı yerə atmışdır. Ziyafət əlindəki bıçağı yerə atdıqdan sonra Tərlan ona demişdir ki, “Ziyafət məni bıçaqladı”. Sonra Ziyafət çölə çıxmışdır. Ziyafət çölə çıxarkən Tərlan yenə Ziyafətin sifətindən yumruqla vurmuşdur. X8rşılıq verməmiş və çölə çıxmışdır. Sonra Tərlan ona yarasını göstərmiş və demişdir ki, “Ziyafət məni bıçaqlayıb. Məni xəstəxanaya apar”. O da Tərlanı xəstəxanaya aparmışdır. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o,bir müddət olar ki, Bakı şəhərində fəhləliklə məşğul olmuşdur. O, fəhləliklə məşğul olan Zərərçəkmiş şəxs bir həmyerlisi kimi tanıyır. O, Təqsirləndirilən şəxs isə Tərlanın vasitəsi ilə tanımışdır. O, 2-3 gün əvvəl fəhlə bazarında tanış olduğu Şahid1lə birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 111 A ünvanında yerləşən “Azərsutikinti” xəstəxanasının uşaq şöbəsinə aid zirzəmisində müvəqqəti yaşamışdır. xx xxxx 2020-ci il tarixdə saat 20:00 radələrində həmin zirzəminin girişində onlar bir yerdə yemək yeyən zaman Tərlan və Ziyafət spirtli içki qəbul etmişlər. O, masadan durduqdan sonra Ziyafətlə zirzəmidən çıxıb bayırda söhbət etmişdir. Tərlan və Bəşir isə qaldıqları otaqlara keçmişlər. O, Ziyafətlə birlikdə yaxınlıqdakı dükana gedərək bir şüşə pivə almış və qaldıqları zirzəmiyə qayıtmışdır. Bundan sonra onlar zirzəminin qarşısında yerdə əyləşib pivə içmişlər. Həmin vaxt Tərlan onlara yaxınlaşıb aldıqları pivədən nə üçün Tərlana təklif etmədiklərini soruşmuşdur. Ziyafət isə həmin vaxt Tərlana onlara qoşulmasını təklif etmişdir. Həmin vaxt Tərlan onlara yaxınlaşmış və gözlənilmədən Ziyafətin sifətinə bir neçə yumruq vurmuşdur. Ziyafətin ağzı qanamışdır. O, Tərlanı sakitləşdirmək istəsə də, bu mümkün olmamışdır. O, kömək üçün fiziki cəhətdən ondan qüvvətli olan Bəşiri köməyə çağırmışdır. X9 sakitləşdirib sonuncuları qaldıqları otağa ötürmüşdür. Sonra o, Bəşirlə öz otağına keçən zaman yenə səs-küy gəlmişdir. O, otaqdan çıxdıqda, Tərlanın Ziyafəti divara sıxıb yumruq və təpikilə vurduğunu görmüşdür. Həmin vaxt Ziyafətin sifəti qana bulaşmış vəziyyətdə olmuşdur. Yenə də X9 sakitləşdirmiş və yenidən öz otağına keçmək istəyərkən Tərlan onları köməyə çağırmışdır. O və X10 yaxınlaşdıqda, Tərlanla Ziyafətin qaldıqları otağın girişində sonuncuların əlbəyaxa olduqlarını, Tərlanın bir əli ilə Ziyafətin sağ əlindən tutduğunu, digər əli ilə Ziyafətin sol əlindən tutaraq çiyinini Ziyafətin boğazına dirədiyini, Ziyafətin isə çətinliklə nəfəs aldığına görə xırıldadığını görmüşdür. Tərlan onlara Ziyafətin əlində bıçaq olduğunu və həmin bıçağı almaq lazım olduğunu demişdir. Həqiqətən də həmin vaxt Ziyafətin sağ əlində bıçaq olmuşdur. Bəşir Ziyafətdən bıçağı yerə tullamasını xahiş etmişdir. Bundan sonra Ziyafət dəstəyi çəhrayı rəngdə olan bıçağı yerə atmışdır. Eyni zamanda Tərlan dönüb Ziyafətin sifətindən yumruqla vurmuş və Ziyafət tərəfindən bıçaqlandığını bildirmişdir. Ziyafət otağına keçdikdən sonra Tərlan onlara Ziyafətin vurduğu bıçaq yarasını göstərmiş və özünü pis hiss etdiyini söyləmişdir. Bəşirin köməyi ilə onlar Tərlanı xəstəxanaya çatdırmışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli raportdan (cild İ, iş vərəqə 2) görünür ki, Zərərçəkmiş şəxs qarın nahiyəsinin deşilmiş yaraları xəsarətini almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli 2/3962 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan (cild İ, iş vərəqə 5) görünür ki, həmin gün Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild İ, iş vərəqə 8-11) görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 111 A ünvanında yerləşən “Azərsutikinti” xəstəxanasının uşaq şöbəsinin zirzəmisində baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild İ, iş vərəqə 19-20) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində şübhələr olduğuna görə onun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli tutma protokoldan (cild İ, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında qərardan (cild İ, iş vərəqə 49-50) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan olunmuş və o, həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan ( cild İ, iş vərəqə 63) görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 111 A ünvanında yerləşən “Azərsutikinti” xəstəxanasının uşaq şöbəsinin zirzəmisində baş vermiş mübahisənin yerini, mübahisənin səbəbini, Zərərçəkmiş şəxs bıçaqla zərbə endirdiyi yeri, eləcə də törətdiyi cinayətin mexanizmini və üsulunu əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-121/2020 saylı qərarından (cild İ, iş vərəqə 71-72) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X13 425 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild İ, iş vərəqə 87-89) görünür ki, Zərərçəkmiş şəxs daxili qanaxma ilə müşayiət olunan mədənin kiçik əyriliyi və dalağın zədələnməsi, eləcə də böyük piylik və on iki barmaq bağırsaq ətrafı toxumanın hematoması ilə nəticələnən qarnın ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd, qarnın ön divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, boynun sağ yan səthinin 1 (bir) ədəd əzilmiş yarası, sol bazunun bayır səthinin 1 (bir) ədəd kəsilmiş yarası, sol dirsək oynağının bayır səthi, döş qəfəsinin arxa səthinin sol yarısının Vİ qabırğa proyeksiyası, belin sağ iç nahiyəsinin səthi kəsilmiş yaraları, sol dirsək oynağının arxa səthi, sol saidin arxa səthinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlərdən deşilmiş-kəsilmiş, kəsilmiş və səthi kəsilmiş yaralar deşici-kəsici əşyanın, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın, əzilmiş yara bərk küt əşyanın, ola bilsin ki, dişlənmə, sıyrıqlar isə bərk küt əşyanın (əşyaların) təsrindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx xxxx 2020-ci il tarixdə yarana bilər. Dərəcəsinə görə qarnın ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, qarnın ön divarının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş və boynun sağ yan səthinin əzilimiş yarası həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3/700 nömrəli rəyindən (cild İ, iş vərəqə 92) görünür ki, tədqiqata təqdim edilmiş predmetlər deşici, kəsici xassəyə malik mətbəx bıçağının tiyə və dəstəyidir, onlar soyuq silah hesab edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild İ, iş vərəqə 93) görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi dəstəyi sarı rəngli, tiyəsinin üzərində “Stainless Steel” yazısı olan bıçağın maddi sübut kimi tanınması və saxlanması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild İ, iş vərəqə 118-121) görünür ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, Zərərçəkmiş şəxs mübahisə zamanı Təqsirləndirilən şəxs yüngül dərəcəli xəsarət yetirməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin ayrılaraq ibtidai istintaqın aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan (cild İ, iş vərəqə 122) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinin materiallarından Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin ayrılaraq icraata qəbul edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X13 29 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild İ, iş vərəqə 127-130) görünür ki, Zərərçəkmiş şəxs daxili qanaxma ilə müşayiət olunan mədənin kiçik əyriliyi və dalağın zədələnməsi, eləcə də böyük piylik və on iki barmaq bağırsaq ətrafı toxumanın hematoması ilə nəticələnən qarnın ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd, qarnın ön divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş- kəsilmiş yarası, boynun sağ yan səthinin 1 (bir) ədəd əzilmiş yarası, sol bazunun bayır səthinin 1 (bir) ədəd kəsilmiş yarası, sol dirsək oynağının bayır səthi, döş qəfəsinin arxa səthinin sol yarısının Vİ qabırğa proyeksiyası, belin sağ iç nahiyəsinin səthi kəsilmiş yaralan, sol dirsək oynağının arxa səthi, sol saidin arxa səthinin sıyrıqları olmuşdur. Ümumilikdə 7 (yeddi) ədəd yara (biri daxilə nüfuz edən, biri daxilə nüfuz etməyən, bir ədəd əzilmiş, bir ədəd kəsilmiş, üç ədəd səthi kəsilmiş) aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən deşilmiş-kəsilmiş, kəsilmiş və səthi kəsilmiş yaralar deşici-kəsici əşyanın, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın,əzilmiş yara bərk küt əşyanın, ola bilsin ki, dişlənmə, sıyrıqlar isə bərk küt əşyanın (əşyaların) təsrindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx xxxx 2020-ci il tarixdə yarana bilər. Dərəcəsinə görə qarnın ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, qarnın ön divarının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş və boynun sağ yan səthinin əzilimiş yarası həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı deyil. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild İ, iş vərəqə 124-125) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 1470 nömrəli məhkəmə psixiatrik ekspertizasının rəyindən (cild İ, iş vərəqə 135-136) görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 1674 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən (cild İ, iş vərəqə 141-142) görünür ki, Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamış, cinayət törədən zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild İ, iş vərəqə 145-151A) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1, 126.2.4, 129.1, 130.1, 221.3 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında qərardan (cild İ, iş vərəqə 152- 153) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli xasiyyətnamədən (cild İ, iş vərəqə 144A) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerə üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli ərizədən (cild İ, iş vərəqə 230) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X11 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, məhkəmə istintaqında təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamı və tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə əvvəlcə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və cinayət işi üzrə şahid qismində çıxış edən şəxslər Şahid1 və Şahid2 fəhləliklə məşğul olmuşlar və onlar birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 111A ünvanında yerləşən “Azərsutikinti” xəstəxanasının zirzəmisində kirayədə yaşamışlar. xx xxxx 2020-ci il tarixdə təxminən saat 20:00 radələrində onlar kirayədə qaldıqları zirzəmidə dördü birlikdə yemək yemişlər və spirtli içki olan araq içmişlər. Məhkəmə istintaqında onların (Ziyafət, Tərlan, Bəşir və Nihad) birlikdə yemək yeyərkən spirtli içki içmələri təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və Şahid1 məhkəmə istintaqında ayrıayrılıqda verdikləri ifadələri ilə də tam şəkildə təsdiq olunmuşdur. Şahid1 və Şahid2 nisbətən az miqdarda, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs isə çox miqdarda spirtli içki içmişlər. Hadisə baş verməmişdən əvvəl Təqsirləndirilən şəxs və Tərlan Abduhüseynov sərxoş olmuşlar. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Onlar yeyib içdikdən sonra zərərçəkmiş şəxs masadan qalxaraq zirzəmidə olan hamama keçmiş, Şahid1 qaldığı otağa getmiş, Təqsirləndirilən şəxs və Şahid2 isə birlikdə dükana gedərək bir şüşə spirtli içki olan pivə almışlar və qaldıqları zirzəmiyə qayıdaraq zirzəminin girişində pivə içməyə başlamışlar. Bu vaxt Zərərçəkmiş şəxs hamamdan çölə çıxmış və Ziyafətlə Nihadın pivə içdiyini görmüşdür. Ziyafətlə Nihadın birlikdə pivə içməsi sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs xoşuna gəlməmişdir. Ona görə də Zərərçəkmiş şəxs Ziyafətlə Nihada yaxınlaşmış, sonuncuların birlikdə pivə içməsinə və onu dəvət etmədiklərinə görə əsəbiləşərək Ziyafətə kobudluq etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı etdiyi kobudluğu davam etdirərək sonuncunu təpiklə və yumruqla bir neçə dəfə vurmuşdur. Bu minvalla da Zərərçəkmiş şəxs təşəbbüsü ilə davadalaş başlamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, sərxoş halda Zərərçəkmiş şəxs Ziyafətlə Nihadın birlikdə pivə içməsini gördükdə, bu hal onun xoşuna gəlməmiş və bunu özünə qarşı hörmətsizlik kimi qəbul edərək Təqsirləndirilən şəxs qarşı zorakılıq etmişdir. Qeyd edilənlərlə bağlı mühüm məsələ ondan ibarətdir ki, Zərərçəkmiş şəxs Şahid2 deyil, məhz Təqsirləndirilən şəxs qarşı kobudluq etmiş və sonuncunu yumruqla və təpikləvə vurmuşdur. Bununla da hadisə baş verən gün Tərlanla Ziyafət arasında ilk dəfə zorun tətbiq edilməsi ilə müşayiət olunan real dava-dalaş baş vermişdir. Onların arasında baş vermiş dava-dalaşa səbəb məhz Zərərçəkmiş şəxs yersiz və haqsız iradı (pivə içməyə onun dəvət edilməməsi) olmuşdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadə verərək Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Nihadla birlikdə pivə içməsinə dair irad tutduğunu, Təqsirləndirilən şəxs onun iradına cavab qaytardığını və bu səbəbdən də onların dalaşdığını bildirsə də, məhkəmə zərərçəkmiş şəxsin bu hissədə verdiyi ifadəsini səmimi və həqiqəti əks etdirən ifadə kimi qəbul etmir. Belə ki, hadisə baş verməmişdən əvvəl zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxsla yanaşı, eyni masa arxasında Şahid2la birlikdə yeyib-içərək spirtli içki içməsindan sonra X7 birlikdə spirtli içki içməsini irad tutması inandırıcı və ağlabatan deyil. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs belə məzmunda ifadə verməklə qanunsuz və əxlaqsız hərəkətlərinə haqq qazandırmaq istəmişdir. Əslində isə Zərərçəkmiş şəxs məhz pivə içməyə onu dəvət etməməsi ilə bağlı Təqsirləndirilən şəxs irad bildirmişdir. Zərərçəkmiş şəxs hərəkətlərini təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, o, Təqsirləndirilən şəxs əsassız şəkildə irad bildirməklə kifayətlənməmiş və daha da irəli gedərək Təqsirləndirilən şəxs qarşı zor tətbiq edərək baş vermiş dava-dalaşın təşəbbüskarı olmuşdur. Məhz Zərərçəkmiş şəxs əxlaqsız və qanunsuz hərəkətlərinin təsiri altında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 7 (yeddi) dəfə bıçaqla xəsarət yetirmişdir (biri daxilə nüfuz edən (ağır xəsarət), biri daxilə nüfuz etməyən, bir ədəd əzilmiş, bir ədəd kəsilmiş, üç ədəd səthi kəsilmiş yaralar). Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı qəsdən sağlamlığına ağır zərər vurma cinayətini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsi hallarını təşkil edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla əlbəyaxa olarkən sonuncunun əlindən cinayətin aləti qismində çıxış edən mətbəx bıçağını aldığını göstərsə də, qeyd edilən hal məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu hissədə belə məzmunlu ifadə verməklə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Qeyd edilən halları məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli üzrə tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, onun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və cavan olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8 və 59.1.12-ci maddələrinə əsasən - cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən - Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin məhz zorakı cinayət növünə aid olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Cəza təyini ilə əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən çoxlu sayda hallar olduğundan, ələlxüsus cinayət əməlinin onun tərəfindən məhz zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildiyindən, onunla zərərçəkmiş şəxs barışdığından və o, törətdiyi cinayət əməlindən peşman olduğundan ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 1 (bir) ədəd mətbəx bıçağı məhv edilməlidir. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi kimi ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 1 (bir) ədəd mətbəx bıçağı məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1082/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1082/2020
30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver