Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1082/2024 08.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14 : 30 - da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, X1 və X12 oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşavirləri Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçiləri Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Tofik oğlunun, tərcüməçilər X2 və X4 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə massivi, ev 4, mənzil 4də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxam rayonu, Hövsan qəsəbəsi, 4 mkr, ev 4Ada qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 18 aprel 2023-cü il tarixdə saat 01 radələrində ünvan 1 ünvanın yaxınlığında olarkən həmin küçə ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs yanlarına çağırıb ondan üzərində olan pulları verməsini tələb etmiş, sonuncu üzərində 4 (dörd) manat pulunun olmasını və həmin pulu onlara verə bilməyəcəyini dedikdə, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 sillə ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmuş və daha sonra üzərində olan pulları və mobil telefonu onlara verməsini israrla tələb etmiş, Zərərçəkmiş şəxs onların qanunsuz tələblərini rədd etdikdə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 yenidən sillə ilə zərərçəkmiş şəxsin sifət nahiyəsindən vurmuş, Təqsirləndirilən şəxs1 isə üzərində olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, təsərrüfatməişət təyinatlı, çoxpredmetli turist bıçağı ilə Zərərçəkmiş şəxs qolundan iki dəfə vurub sol saidin kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs hadisə yerindən qaçıb uzaqlaşmaq istəyərkən hadisə yerində düşmüş şalvarının arxa cibində saxladığı sonuncuya məxsus 10 manat dəyərində ***-***-**-** mobil nömrə ilə işləyən 475 manat dəyərində «Samsung A 12» markalı mobil telefon cihazını götürüb həmin yerdən getməklə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 18 aprel 2023-cü il tarixdə saat 01 radələrində ünvan 1 ünvanın yaxınlığında olarkən həmin küçə ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs yanlarına çağırıb ondan üzərində olan pulları verməsini tələb etmiş, sonuncu üzərində 4(dörd) manat pulunun olmasını və həmin pulu onlara verə bilməyəcəyini dedikdə, Təqsirləndirilən şəxs2 sillə ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmuş və daha sonra üzərində olan pulları və mobil telefonu onlara verməsini israrla tələb etmiş, Zərərçəkmiş şəxs onların qanunsuz tələblərini rədd etdikdə o, yenidən sillə ilə zərərçəkmiş şəxsin sifət nahiyəsindən vurmuş, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 isə üzərində olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, təsərrüfat-məişət təyinatlı, çoxpredmetli turist bıçağı ilə Zərərçəkmiş şəxs qolundan iki dəfə vurub sol saidin kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs hadisə yerindən qaçıb uzaqlaşmaq istəyərkən hadisə yerində düşmüş şalvarının arxa cibində saxladığı sonuncuya məxsus 10 manat dəyərində ***-***-**-** mobil nömrə ilə işləyən 475 manat dəyərində «Samsung A 12» markalı mobil telefon cihazını götürüb həmin yerdən getməklə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Hadisə 18 aprel 2023-cü ildə, gecə saat 2-3 radələrində baş vermişdir. O, həmin zaman əvvəllər bir məhəllədə yaşadığı dostu Şahid ilə birlikdə olmuşdur. O, ünvan 2 ünvanında yaşamış, Əli isə əvvəllər “Sovetski” deyilən ərazidə yaşamış, sonra evləri plana düşdüyündən Masazır qəsəbəsində yaşamışdır. Onlar Yasamal rayonu ərazisində olmuşlar. Planları olmuşdur ki, ya köhnə məhəlləyə getsinlər, Əli həmin gecə onların evində qalsın, ya da Əlini öz evinə yola salsınlar. X6 Komitəsinin inzibati binasının yanında belə qərarlaşdırmışlar ki, Cabbar Qaryağdı oğlu küçəsinə getsinlər. Onlar həmin küçəyə çatıb, dalanı ötdükdən sonra dostları Təqsirləndirilən şəxs2 bir şəxslə küçədə mübahisə etdiyini görmüşlər. Onlar məsələni aydınlaşdırmaq üçün Fəridə yaxınlaşıb nə baş verdiyini soruşduqda, Fərid mübahisə etdiyi şəxsi tanımadığını, gecə vaxtı evinə gələrək “ortalıqdan Qara” olduğunu dediyini və onu narahat etdiyini onlara demişdir. Onlar həmin şəxslə münasibətlərini aydınlaşdırmaq üçün söhbət edən zaman, həmin şəxs qaçmağa cəhd etmişdir. Onlar tez onu tutub geri qaytarmış, bu zaman Fərid əsəbiləşərək ona bir şillə vurmuş, sonra həmin şəxsin üzərinə “ştopr” çıxarmışdır. O, bu qədərinə ehtiyac olmadığını düşünərək Fəridin əlində olan aləti ondan almışdır. Bu zaman həmin şəxsə xəsarət yetirildiyi deyilir, lakin o, bunun şahidi olmamışdır. Bir qədər sonra həmin şəxs ikinci dəfə qaçmağa cəhd etmişdir. Onlar yenidən onu tutmaq üçün arxasınca qaçmış, lakin bu dəfə tuta bilməmişlər. Onlar, yəni o, Əli və Fərid məhəlləyə geri qayıdan zaman yerdə bir telefon tapmışlar. Onlar telefonu götürmüş, lakin telefonu söndürüb sim kartı üzərindən çıxarmamışlar. Bu zaman məhəllə sakinləri səs-küyə görə məhəlləyə çıxmış, onlar sakinlərə ciddi bir şey baş vermədiyini deyərək, evlərinə getmələrini məsləhət görmüşlər. Təxminən 15-20 dəqiqə buna görə məhəllədə yubanmışlar. Onlar daha sonra dönər yeməyə qərar vermiş və “Şaurma Nömrə 1”-ə getmiş, oradan da çıxıb “Qastronom”-a getmişlər. Həmin zaman onun üzərində 48 Azərbaycan manatı pul olmuşdur. Onlar dönər yemiş və təxminən 15-20 dəqiqə sonra, hadisə yerində tapdıqları telefona zəng gəlmişdir. Fərid telefonu açmış, zəng edən Fəridin kirayə yaşadığı evin sahibi, “Yura” adlı şəxs olmuşdur. Yura telefonda telefon sahibinin gəldiyini, onun bir az əvvəl mübahisə etdikləri Turan adlı şəxs olduğunu və onları gözlədiyini bildirmişdir. Onlar “Qış park”-ında olduqlarını və məsələni aydınlaşdırmaq üçün gələcəklərini bildirmişlər. Onlar məhəlləyə çatdıqda orada 26-cı polis şöbəsinin əməkdaşları ilə qarşılaşmışlar. Polis əməkdaşları onları saxlayıb şübhəli şəxs qismində şöbəyə aparmışlar. Bu zaman saat 03:30 radələri olmuş, o, orada zərərçəkmiş şəxs Turanı da görmüşdür. Onlar polis şöbəsində müxtəlif təzyiqlərə məruz qalmış, orada Rəvan adlı bir əməliyyatçının dediklərindən nəyə görə təqsirləndirildikləri onlara məlum olmuşdur. Bundan sonra Fəridin zərərçəkmişə şəxsə şillə vurduğu, onun isə zərərçəkmişi bıçaqladığı bildirilmişdir. Onlar 2 gün müvəqqəti saxlama yerində qalmış, orada 2 gündən artıq qala bilməyəcəklərinə görə 2 gün sonra, 20 aprel 2023-cü il tarixdə, gecə saat 12 radələrində onları yenidən polis şöbəsinə gətirmişlər. Orada o, müxtəlif sənədlərə imza etmiş, polis əməkdaşları ona daha yüngül məsuliyyətə səbəb olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə mühakimə olunacağını bildirmişlər. O, isə onlara dediklərinin yalan olacağı halda məsələnin ictimailəşdirilməsinə və quldur dəstəsinin zərərsizləşdirilməsi barədə məlumatların mediada yayılmasına etiraz etməyəcəyini bildirmişdir. Qeyd etmişdir ki, prezidentə, qanunlara və hazırda əyləşən məhkəmə tərkibinin ədalətinə inanır. Təqsirləndirilən şəxs1 suallara cavab olaraq göstərdi ki, o, işdən evə qayıdarkən, “Araz market”-də Əli ilə rastlaşmışdır. Sırf yüksək səs tonu ilə danışmaları səbəbindən Fərid və Turana yaxınlaşmışlar. Fərid mübahisə zamanı Turana “sən kimsən ki, bizim qapını döyərək mən ortalıqdan Qarayam deyirsən” deyib sualını vermişdir. Turan isə “mən bu qapını döyməmişəm” deyə cavab vermişdir. O, yaxınlaşanda artıq 2-3 dəqiqə idir ki, mübahisə davam etmişdir. Mübahisə ümumilikdə 10 dəqiqə çəkmiş, o, Turandan daha əvvəl bu evdə olub-olmadığını və içkili olub-olmadığını soruşmuşdur. O gah hə, gah da yox cavabı vermiş, sonda o, içkili olduğunu və daha əvvəllər bir dəfə evdə olduğunu bildirmişdir. Dava düşməyinin səbəbi Turanın içkili olduğunu və daha əvvəl bu evdə olduğunu deməsi olmuşdur. Fərid baristadır. Onun fikrincə buna görə üzərində “ştopr” daşımışdır. O, “ştopr”-ı Fəridin əlində görən kimi ondan almışdır. Fəridin Turanı “ştopr” vasitəsilə vurmağa cəhd etdiyini görməmişdir. Yəqin ki, Turan da Fəridin əlində olan “ştopr”-ı görmüşdür. Turan “ştopr” barədə nə isə deməmişdir. Əli də eyni məzmunda Turana suallar vermişdir. Gecə vaxtı orada nə gəzdiyini, nəyə görə başqasının evinə yaxınlaşdığını və kimin tərəfindən oraya göndərildiyini soruşmuşdur. O, Fəridgili ayırmaq üçün onlara yaxınlaşmış, sonra Turan qaçıb getmiş, onlar Turanın dalınca düşüb tutmağa çalışmışlar. Lakin tuta bilməmişlər və getdikləri yolla da geri qayıtmışlar. Turan qaçanda telefonunu yerə düşürdüyünü görməmiş, hadisə yerində onlardan başqa heç kim olmadığı üçün telefonun Turana məxsus olmasını təxmin etmək çətin olmamışdır. “Ştopr” özlərində qalmışdır. Zəng Turanın telefonuna gəlmişdir. Onlar zəngin hansı nömrədən gəldiyini dəqiqləşdirmək məqsədilə “Getcontact” mobil tətbiqində axtarış etmişlər. Bu zaman zəng edən nömrənin sahibinin Rəvan adlı şəxs olduğu məlum olmuşdur. Telefonda onlarla danışan Fəridin qaldığı evin sahibi “Yura” adlı şəxs olmuşdur. Yura onlara telefon sahibinin telefonunun dalınca gəldiyini bildirib, harada olduqlarını soruşmuşdur. Onlar telefonu qaytarmaq məqsədilə məhəlləyə qayıtdıqda, orada 26-cı polis şöbəsinin əməkdaşları onları qarşılamış və onları saxlayaraq, polis şöbəsinə aparmışlar. Hadisə yerinə qayıdan zaman Turan orada olmamış, hadisə yerində ancaq “Yura” və polis əməkdaşları olmuşdur. Fəridin “ştopr”-ı, universal “ştopr” olmuşdur. Fərid “ştopr”-ı çıxaran zaman görməmişdir. O, “ştopr”-ı ancaq onun əlində olarkən görmüş və ondan almışdır. İfadələri arasında ziddiyyətin səbəbi onun bəzi ifadələri təzyiq altında verməyi olmuşdur. O, imza etdiyi ifadəni verməzdən qabaq polis əməkdaşları onu aldadaraq səhv istiqamətləndirmişlər. Polislər onlara onsuz da verəcəyi ifadənin heç bir rol oynamadığını bildirmişlər. O, sonradan aldadıldığını başa düşmüş və bir daha hər hansı sənədə imza etməmişdir. O, Turana xəsarət yetirdiyinin fərqində olmamış, O, Fəridin əsəblərini cilovlaya bilməməsi və nəticədə Turana hər hansı zərbə endirməsindən ehtiyat etdiyi üçün, “ştopr”-ı onun əlindən almışdır. Daha sonra onları ayırmış, “Ştopr” ilə Turana necə xəsarət yetirdiyini xatırlamır. O, “ştopr”-ı Fəriddən alanda artıq mübahisə qızışmış və tərəflər bir-birinə hücum etmək ərəfəsində olmuş, o, “ştopr”-ı Fəriddən almış və əlində saxlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə 18 aprel 2023-cü il tarixində, təxminən gecə saat 02:00-02:30 radələrində baş vermişdir. Həmin vaxt evdə olmuş və adını bilmədiyi, onlardan şikayət edən adam onun qapısına, daha doğrusu pəncərəsinin ağzına gəlmişdir. Pəncərənin döyüldüyünü eşidib oraya yaxınlaşmış və onun üzünə telefonun işığını tutmuşdur. Onun kim olduğunu öyrənmək istəmiş, çünki bu adamı həyatında ilk dəfədir görmüşdür. Həmin şəxs isə ona “Mən ortalıqdan Qarayam, polnu yüklüyəm” sözlərini demişdir. Onun dediklərindən heç bir şey anlamamış və həmin şəxsə onu bir dəqiqə gözləməsini söyləmiş, əynini geyinərək çölə çıxmışdır. Onun yaşadığı ərazi köhnə evlərdən ibarət, labirint kimidir və bu adam artıq onun yaşadığı yerin girişində durmuşdur. Evdən çıxandan sonra onun arxasınca getmiş və ona yaxınlaşaraq “Sən kimsən və niyə məhz mənim pəncərəmi döyürsən?” demişdir. O, isə çox kobud bir şəkildə söyüş söyməyə başlamış, özünü saxlaya bilməmiş və buna görə də aralarında dava başlamışdır. Dava baş verəndə Mirzə və onun dostu həmin yerdən keçdikləri üçün onlar da davaya qoşulmuşlar. Bütün bu hadisələr baş verərkən cibində olan açıcıdan və bıçaqdan ibarət alətlə arxadan onu qorxutmaq istəmişdir. Həmin bu aləti çıxartdığı zaman Mirzə aləti onun əlindən almış və bunu həmin adamı dayandırmaq üçün elədiyini demişdir. Mirzə və onun dostu onları ayırandan sonra o, adam hələ də onlara söyüş söymüş və dayanmamışdır. Onun yaşadığı ərazidən çıxmaq üçün dar bir küçədən təqribən 50 metr getmək lazım olmuşdur. Həmin adam qaçmağa başlamış, o da onun arxasınca qaçmış, dar küçədən çıxandan sonra artıq arxasınca qaçmamış, Mirzə və onun dostu ilə geri qayıtmışdır. Geri qayıdanda yerdə bir telefon görmüş, həmin vaxt dava olan əraziyə qonşular çıxmış və ondan nə baş verdiyini soruşmuşlar. 15-20 dəqiqə orada dayanmışlar, telefonu yerdən götürmüş və gözləmişdir ki, həmin adam geriyə qayıtsın. Düşünmüşdür ki, o telefonunun düşdüyünü başa düşüb qayıdacaqdır. Aşağı düşmüşlər, səhv etmirsə Bülbül küçəsindəki “Lahmacun” kafesində oturub dönər yemişlər və geri qayıdarkən telefona zəng gəlmişdir. Telefonu söndürməmiş, çünki həmin adamdan kim olduğunu və niyə məhz onun pəncərəsini döydüyünü soruşmaq istəmişdir. Zəng gələndə “Qış parkı”-nın yanında olmuş, zəngi cavablamış, danışan kirayə götürdüyü evin sahibi olmuş və ona telefonun sahibinin gəldiyini demişdir. O da yaxınlaşdığını demiş və təqribən 7-8 dəqiqə sonra yaşadığı yerə gəlmişdir. Telefonun sahibi olmamış, orada sadəcə 26-cı polis şöbəsinin əməkdaşları olmuşdur. Polis əməkdaşları onları şöbəyə gətirmiş, telefonun sahibi orada olmuşdur. Məhkəmədə 28 mart 2024-cü il tarixdə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2023-cü ilin aprel ayında, gecə saat 00:30 radələrində işdən çıxmış və evə getmək üçün taksi çağırmışdır. Onun iş yeri Babək prospektində olmuş, özü isə Yasamal rayonu istiqamətinə getməli olmuşdur. Taksi sürücüsü ona yolun əks istiqamətdə olduğunu bildirərək, onu getməli olduğu yerdən bir az qabaqda düşürtmüşdür. O, piyada evə tərəf gedərkən, yolda tanımadığı 3 nəfər şəxs onu saxlamışdır. Onlar əvvəlcə ona salam vermişlər, o da onları salamlayaraq yoluna davam etmişdir. Bu zaman həmin şəxslər ona ikinci dəfə salam vermişlər, o, yenə də onlara qarşılıq vermiş və daha sonra əhəmiyyət verməyərək yoluna davam etmişdir. O, bu zaman onların da dalınca gəldiklərini görmüşdür. Həmin şəxslər onu saxlamış və ondan pul istəmişlər. O, onlara pulu olmadığını bildirmişdir. Daha sonra həmin şəxslər ondan telefon istəyərək telefonunda kontur olub-olmamasını soruşmuşlar. O, konturunun olmadığını bildirmiş, bu zaman Təqsirləndirilən şəxs2 ona şillə vurmuş, ondan telefon, yaxud pul tələb etmişdir. O, özünü qorumaq istəmiş, lakin, Fərid ona şillə vurmağa davam etmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 cibindən çıxardığı bıçaqla onu hədələməyə başlamış və onun qoluna bıçaq zərbəsi endirmişdir. O, qaçmağa başlamış, bu zaman qaçarkən telefonu cibindən düşmüş, o, geriyə qayıdaraq telefonunu istəmiş, lakin, Fərid və Mirzə telefonunu götürərək geri qaytarmamışlar. O, Nizami metrosunun çıxışına tərəf getmiş və orada polis əməkdaşlarına başına gələnləri danışaraq kömək istəmişdir. Onlar onu növbətçi hissəyə yönləndirmişlər. Hadisədən 1 saat sonra hər 3 şəxsi polis əməkdaşları saxlayaraq polis bölməsinə gətirmişlər. O, polis bölməsində şikayət ərizəsi yazmış və sonradan telefonu ona geri qaytarılmışdır. O, səhərə qədər polis bölməsində qalmış, yaralanmağına və qan itirməyinə baxmayaraq, ona hər hansı tibbi yardım göstərən olmamışdır. Zərərçəkmiş şəxs suallara cavab olaraq bildirdi ki, hadisə yaşadığı məhəllədə baş vermişdir. O, əvvəllər bu şəxsləri görməmişdir. Hadisə zamanı qaranlıq olmuş, lakin şəxslərin üzlərini görmüşdür. 3-cü şəxsi də görmüş, onun da kim olduğunu bilmişdir. Ona ilk olaraq Fərid yaxınlaşmışdır. Hər ikisi, Fərid və Mirzə ona yaxınlaşmışlar. Əli kənarda dayanmışdır. Ondan ilk olaraq Fərid pul istəmişdir. Fərid pul istəyəndə Mirzə də onun yanında olmuşdur. Mirzə də onu vurmaq istəmişdir. Həm Mirzə, həm də Fərid ondan pul istəmişdir. Əli bu söhbətə ümumiyyətlə qarışmamışdır. Ondan pul istəyəndə onun üzərində 4 Azərbaycan manatı pul olmuş və həmin pula ehtiyacı olduğunu, çörək alacağını demişdir. Sonra ondan telefonu istəmişlər. O, həmin anda qaçmağa başlamışdır. Qaçanda telefonu cibindən düşmüşdür. O, telefonu götürmək üçün geri qayıtmış, lakin, Fərid ondan cəld tərpənərək telefonu götürmüş və ona verməmişdir. O, belə olduqda yenidən qaçmışdır. Telefonunu tələb etmişdir. Telefonunu qaytarmamışlar. O, telefonunu istəyəndə ona söyüş söyərək çıxıb getməyini tələb etmişlər. Mirzə bıçaqla ona xəsarət yetirmişdir. Telefon yerə düşəndən sonra onu bıçaqlamışlar. O, qayıdıb mübahisə etmişdir. Telefonu qaytarmalarını istəmişdir. Bu zaman Fərid ona şillə atmışdır. Həmin zaman Mirzə onu bıçaqla vurmuş, o da Mirzəni sinəsindən itələmişdir. Həmin gün içkili olmamışdır. Hadisə baş verən məhəllə onların məhəlləsindən bir qədər qabaqda olmuşdur. Bəzən yolu düşəndə həmin məhəllədən keçmişdir. Hadisə baş verən yerin kimin evinin qabağı olduğu ona məlum olmamışdır. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Hadisə baş verdiyi müddətdən artıq 1 il keçmişdir. Bu müddət ərzində təqsirləndirilən şəxslərin yaxınları bir dəfə belə gəlib ona və ailəsinə üzrxahlıq etməmişlər. Bundan sonra da barışmaq istəmir. Hadisə olan yerə “1 manatlıq” taksi ilə gəlmişdir. Taksidə ondan başqa heç kim olmamışdır. Belə ki, Babək prospektindən 20 yanvar dairəsinə gəlmişdir. Oradan da “manatlıq” taksi ilə Nizamiyə gəlmişdir. Hadisə zamanı Fəridin əynində cins şalvar və “kapşonka”lı köynək olmuşdur. Mirzənin əynində sarı şalvar və köynək, Əlinin əynində cins şalvar və kurtka olmuşdur. Hava həmin gün normal olmuşdur. Hadisə günü o, köynək, şalvar və göy rəngli kurtka geyinmişdir. O, qanı axa-axa Nizami metrosuna tərəf getmiş və metro polislərinə başına gələnləri danışaraq kömək istəmişdir. Onlar növbətçi hissəyə zəng etmişlər və bir qədər sonra post-patrul əməkdaşları onu gəlib aparmışlar. Səhəri gün ifadənin yerində yoxlanması üçün polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmişlər və çəkiliş aparılmışdır. O, polis əməkdaşlarına yaşadığı küçəni demiş və onun qarşısında olan küçədə də hadisə baş verdiyini bildirmişdir. Beləcə polis əməkdaşları gedib həmin küçəni tapmışlar. Ona 2 dəfə bıçaq zərbəsi vurmuşlar. O, “Samsung A12” markalı mobil telefon istifadə etmişdir. O, taksidən düşəndə saat 00:30-01:00 radələri olmuşdur. O, qaçarkən telefon cibindən düşmüşdür. O, geri qayıdıb telefonu götürən anda onu bıçaqla vurmuşlar. Mirzə onu bıçaqlayandan sonra o, yenə qaçmışdır. Bıçaqlandığı yerdən Nizami metro stansiyasına təxminən 200 metr məsafə olmuşdur. Əli Fərid və Mirzəyə “qaqa eləmiyin, qoyun çıxsın getsin” demişdir. Onların məqsədi ondan pul tələb etmək olmuşdur. Əlbəyaxa olmamış, o, təqsirləndirilən şəxsləri vurmamış, özünü müdafiə etmişdir. Telefonu 4 aydan sonra ona qaytarılmışdır. 4 ay ərzində telefonu polis bölməsində saxlanılmışdır. Hadisədən 1 saat sonra polis əməkdaşları Fəridgili saxlamışlar. O, qaçdıqdan sonra Fəridgilin əks istiqamətdə, məhəllənin içi ilə düz getdiklərini görmüşdür O, Fəridgilin onun arxasınca gəlib-gəlmədiklərini görmək üçün geriyə baxmışdır. O, qapını, pəncərəni döyməmişdir. O, həmin ərazidə heç kimi axtarmamış, sadəcə olaraq oradan keçmişdir. Hadisə baş verən məhəllədə o, heç kimi tanımamışdır. O, hazırda yaşadığı məhəlləyə 4-5 aydır ki, köçmüşdür. Əvvəl yaşadığı məhəllə ilə hazırda yaşadığı məhəllə arasında 1 məhəllə olmuşdur. Aşağı məhəllədə heç kimi tanımamışdır. O, təqsirləndirilən şəxslərin zahiri əlamətlərini polisə demişdir. Polis əməkdaşları təqsirləndirilən şəxsləri yolda saxladıqlarını bildirmişlər. 1 saylı şəhər klinik xəstəxanasında qolunu müalicə etdirmişdir. Təxminən 300-400 manat müalicə üçün pul xərcləmişdir. Ona heç bir ödəniş olunmamış, belə bir təklif də edilməmişdir. Mobil telefonunun bazar qiyməti təqribən 400 manatıdır. Hadisə vaxtı telefonunda “Getcontact” mobil tətbiqi olmamışdır. Onun telefonu təqsirləndirlən şəxslərdən aşkar olunmuşdur. Telefon Fəridin cibindən çıxmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında 01 avqust 2024-cü il tarixdə təkrarən dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi əvvəlki ifadəsindən fərqli ifadə verərək göstərdi ki, hadisənin necə baş verdiyini yada salmaq üçün o, yenidən fikirləşmiş və hadisənin detallarını xatırlamışdır. Əvvəlki məhkəmə iclasında ifadə verən zaman hadisə ona tam aydın olmamışdır. Belə ki, o, Fəridgilin məhəlləsi ilə gedən zaman Fəridgil ona salam vermiş, o da onları salamlamışdır. O, bu zaman onların alkoqollu içkinin təsiri altında olduğunu hiss etmiş, çünki özü də içkili olmuşdur. O, onların yanından ötüb keçdikdən sonra Fərid və Mirzə onu yenidən salamlayaraq, ona “axşamın xeyir” demişlər və ona “bir dəqiqə səni olar?” deyərək yanlarına çağırmışlar. O da onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş, bu zaman Fərid və Mirzə ona “gecə vaxtı burada nə işin var?”, “gecə vaxtı bu məhəllədən niyə keçirsən?” deyə sual vermişlər. O, Fərid və Mirzənin onunla söyüşlə danışdıqlarını hesab etmiş və geri qayıdaraq ona söyüş söyübsöymədiklərini dəqiqləşdirmişdir. Bu zaman aralarında bir qədər mübahisə baş vermişdir. Daha sonra bu mübahisə əlbəyaxa davaya çevrilmiş və dava zamanı təqsirləndirilən şəxslərdən biri ona bıçaq zərbəsi vurmuşdur. Bu zaman bıçaq zərbəsindən o, qolundan qan axdığını görmüş və qaçmağa başlamışdır. O, öz məhəllələrinə çatdıqda, əlini cibinə salmış və mobil telefonunun üzərində olmadığını görmüşdür. O, bu zaman geriyə qayıtmış, lakin, təqsirləndirilən şəxslər artıq ondan kifayət qədər uzaqda olmuşlar və o, onları çağırsa belə onlar onu eşitməmişlər. O, buna baxmayaraq Fərid və Mirzəni səsləmiş, lakin onlar onu eşitməmiş və o, bundan sonra polis əməkdaşlarına müraciət etmişdir. Hadisənin sonrakı gedişatı ilə də polis maraqlanmışdır. İbtidai istintaq dövründə müstəntiqin yazdıqlarını o, səthi olaraq oxuyub, imza etmişdir. Hazırki məhkəmə iclasında verdiyi ifadəsi düzgündür, onlara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə ifadəsi elan edilmiş Şahid ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində tanışı Mirzə ilə sonuncunun yaşadığı ünvan 3 ünvanına gedirmişlər. Bu zaman küçədən keçərkən səs-küy eşitmiş və səs-küy gələn tərəfə yaxınlaşmaq qərarına gəlmişlər. Bu zaman Mirzə mübahisə edən tərəfin sonuncunun tanışı, onun isə tanımadığı Fərid adlı şəxs olduğunu demişdir. Mirzə onları ayırmaq və sakitləşdirmək qərarına gəldi və mən də mübahisəni sakitləşdirməkdə onu dəstəkləmişdir. Mirzə onları ayıran zaman tanımadığı şəxs oradan qaçmağa başlamışdır. Fərid və Mirzə də onun arxasınca qaçmışlar. O, isə həmin məsələyə daxil olmamaq məqsədilə onların arxasınca qaçmamış, əksinə onlara geri qayıtmalarını demiş və özü də geriyə çevrilərək oradan uzaqlaşmağa başlamışdır ki, Fəridlə Mirzə də onun ardınca gəlsinlər. Bu zaman Fəridlə Mirzəni bir yerdə görmüş, yəni onun yanına gəlmişlər. Digər şəxs isə orada olmamışdır. Onlar üçü Bülbül küçəsində yerləşən dönərxanaya getmişlər və dönər sifariş verərək yeməyə başlamışlar. Bu zaman Fəridin üzərində olan mobil telefona zəng daxil olmuşdur. O, ilk öncə həmin mobil telefonun Fəridin özünə məxsus olduğunu güman etsə də, daha sonra həmin mobil telefonun qaçmış şəxsə məxsus olduğunu Fəriddən öyrənmişdir. O, Fəriddən həmin şəxsə məxsus olan mobil telefonu hansı şəraitdə və nə məqsədlə götürdüyünü soruşmuşdur. Fərid həmin şəxsin qaçarkən mobil telefonunun yerə düşdüyünü və ona görə də telefonu götürərək özündə saxladığını bildirmişdir. Bu zaman həmin şəxsin Fəriddə olan mobil telefonuna zəng daxil olmuş, Fərid zəngə cavab vermiş və onun kirayədə yaşadığı evin mülkiyyətçisi qeyd olunan mobil telefonu həmin şəxsə qaytarması üçün Fəridi həmin ünvana çağırmışdır. O, Fərid və Mirzə ilə sözügedən ünvana gəlmiş və orada polis əməkdaşlarının olduğunu görmüşdür. Həmin polis əməkdaşları onları saxlayaraq Polis Bölməsinə aparmışlar. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 14 iyul 2023-cü il tarixli 23/413 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol saidin kəsilmiş yaraları iti kənarlı alətin (əşyanın) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (cild 02, iş vərəqə 1-4) İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 3/746 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik tiyəsi olan, təsərrüfat- məişət təyinatlı, çoxpredmetli turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. (cild 02, iş vərəqə 8-11) İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2266 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlaməti aşkar olunmur. Təqsirləndirilən şəxs2 anlaqlığı istisna etməyən psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (cild 02, iş vərəqə 12-13) İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2265 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlaməti aşkar olunmur. Təqsirləndirilən şəxs1 anlaqlığı istisna etməyən psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (cild 02, iş vərəqə 15-16) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokollarından görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Həmçinin, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (cild 01, iş vərəqə 130-136) İş materiallarında olan 18 aprel 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanda yerləşir. (cild 01, iş vərəqə 8-10) İş materiallarında olan 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən geyindiyi xaki rəngində şalvarın sağ diz cibindən çıxararaq təqdim etdiyi əşyalar həmin gün saat 01 radələrində ünvan 5 ünvanın qarşısına Zərərçəkmiş şəxs qarşı quldurluq cinayəti törədilən zaman istifadə edilən bir ədəd bıçaq və bir ədəd mobil telefondur. Belə ki, Özü də bir ədəd bıçağı hadisə zamanı Zərərçəkmiş şəxs qorxutmaq məqsədilə nümayiş etdirərkən orada olan Təqsirləndirilən şəxs1 tərəfindən onun əlindən alındığını, mobil telefonun isə sonradan yerdən götürülüb ələ keçirildiyini bildirmişdir. Bir ədəd bıçaq və bir ədəd «Samsung» markalı mobil telefon aparatı götürülmüşdür. (cild 01, iş vərəqə 11-12) Müdafiə tərəfinin vəsatətinə əsasən qəbul edilmiş qərara əsasən, Bakcell MMC-dən alınmış Şahid ***-***-**-** mobil nömrəsinə və Zərərçəkmiş şəxs ***-***-**-** mobil nömrəsinə dair məlumatlardan görünür ki, ***-***-**-** nömrəsi 17-18 aprel 2023-cü il tarixlərində şəbəkədə istifadə olunmamış, “***-***-**-**” nömrəsinin isə anten dairəsi xx.xx.2023-cü il tarixdə, saat 23:49:58-də "xxxx" ünvanında qeydə alınmışdır. Həmin qərara əsasən, Azerfon MMC-dən alınmış Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsinə dair məlumatlardan görünür ki, “***-***-**-**” nömrəsinin anten dairəsi xx.xx.2023-cü il tarixdə, saat 20:25:51-də “Azadliq 125/"Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 125 nömrəli bina"/Narimanov/” ünvanında qeydə alınmışdır. Qeyd edilən qərara əsasən, Azercell MMC-dən alınmış Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə dair məlumatlardan görünür ki, “***-***-**- **” nömrəsinin anten dairəsi xx.xx.2023-cü il tarixdə, saat 16:15:34-də “İsmayil bey Qutqasinli küçəsi” ünvanında qeydə alınmışdır. Beləliklə, məhkəmə tərkibi məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməyərək, mobil telefonu ələ keçirmək niyyəti ilə götürməmələri, zərərçəkmiş şəxsdən pul verməsini tələb etməmələri, zərərçəkmiş şəxsə qarşı quldurluq cinayət əməlini törətməmələri barədə ifadələrinə hüquqi qiymət verərək belə hesab edir ki, onların bu ifadələri işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Belə ki, onların özlərini təqsirli bilməmələrinə dair ifadələri məhkəmə-tibb ekspertizasının 14 iyul 2023-cü il tarixli 23/413 saylı, ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2266 saylı və xx.xx.2023-cü il tarixli 2265 saylı rəyləri, xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolları, 18 aprel 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokol, 18 aprel 2023-cü il tarixli protokol, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı və məhkəmə iclasında ilk dəfə dindirilərkən verdiyi ifadəsi, eləcə də, digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. Cinayət işinin təkzib olunmaz və təqsirləndirilən şəxslər, eləcə də, hadisənin yeganə şahidi Şahid tərəfindən inkar edilməyən halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin sağlamlığına zərər vurmuşlar və zərərçəkmiş şəxsə məxsus mobil telefon Təqsirləndirilən şəxs2 tərəfindən yerdən götürülmüşdür. Sonradan təqsirləndirilən şəxsin hətta özünün bildirdiyi kimi mobil telefonu zərərçəkmiş şəxsə qaytarmaq niyyəti ilə telefonu söndürmədən zəngə cavab verməsi və ya telefonu gətirməsi quldurluq cinayət tərkibini istisna edən hal kimi nəzərdən keçirilə bilməz. Belə ki, quldurluq cinayəti formal tərkibli cinayət əməli olmaqla həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş hesab olunur və sonradan quldurluq yolu ilə əldə edilmiş əmlakın zərərçəkmiş şəxsə geri qaytarılması cəza təyini zamanı yüngülləşdirici hal kimi nəzərdən keçirilə bilər, lakin, şəxsi cinayət məsuliyyətindən azad edən hal kimi nəzərdə tutulmamışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli qərarına əsasən, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Həmçinin, Zərərçəkmiş şəxs müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında təkrarən ifadə verən zaman ona qarşı quldurluq cinayətinin törədilmədiyini bildirsə də, ibtidai istintaq zamanı və məhkəmə iclasında ilk ifadəsində qeyd etmişdir ki, Fərid və Mirzə ona yaxınlaşmışlar. Ondan ilk olaraq Fərid pul istəmişdir. Fərid pul istəyəndə Mirzə də onun yanında olmuşdur. Mirzə də onu vurmaq istəmişdir. Həm Mirzə, həm də Fərid ondan pul istəmişdir. Ondan pul istəyəndə onun üzərində 4 Azərbaycan manatı pul olmuş və həmin pula ehtiyacı olduğunu, çörək alacağını demişdir. Sonra ondan telefonu istəmişlər. O, həmin anda qaçmağa başlamışdır. Qaçanda telefonu cibindən düşmüşdür. O, telefonu götürmək üçün geri qayıtmış, lakin, Fərid ondan cəld tərpənərək telefonu götürmüş və ona verməmişdir. O, belə olduqda yenidən qaçmışdır. Telefonunu tələb etsə də, təqsirləndirilən şəxslər onu söyüşlə təhqir edərək telefonu qaytarmaqdan boyun qaçırmışlar. Məhkəmə tərkibi, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, üzləşdirmədə dindirmə protokollarını, eləcə də, məhkəmə iclasında verdiyi hər iki ifadəsini qarşılıqlı şəkildə müqayisə edərək, belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ikinci ifadəsi qeyri-səmimi olmaqla həqiqəti əks etdirməyərək, sonradan təqsirləndirilən şəxslərlə münasibətlərinin normallaşması və onlarla barışması səbəbindən onları məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsində təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət, tələbinin olmadığını qeyd etmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxs məhz təqsirləndirilən şəxslərlə barışdıqdan sonra, yəni, xx.xx.2024-cü il tarixdəki məhkəmə iclasında əvvəl verdiyi ifadələrini təkzib edərək, hadisənin mexanizmini fərqli qaydada danışmışdır. Məhkəmə hesab edir ki, belə olan halda Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulmuş qaydada yalan ifadə verməsi xüsusatı ilə bağlı araşdırma aparılması üçün müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş Bakı şəhəri Yasamal rayon prokuroruna göndərilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif olunmuşdur, onlar, həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 03 il 08 ay 23 gün azadlıqdan məhrum etmə cəzasına 02 il sınaq müddəti təyin edilməklə şərti olaraq məhkum edilmiş, Səbail rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası ClM-nin 70.2.4-cü maddəsi tətbiq edilməklə cəzanın çəkilməmiş hissəsinin çəkilməsi üçün Məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmüş və xx.xx.2015-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. (cild 01, iş vər. 190-192) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 məhkumluğ müddəti ödənilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X3 və X8 olmaqla 3 azyaşlı uşağı vardır. Məhkəmə tərkibi Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 189) Məhkəmə tərkibi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından onlara təqsirli bilindikləri maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təqsirli bilindikləri AR CM-in 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 42; 170- 174) Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 64; 165- 169) Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat puldan Təqsirləndirilən şəxs1 57 (əlli yeddi) manat və Təqsirləndirilən şəxs2 57 (əlli yeddi) manat olmaqla bərabər qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus üzərində ***-***-**-** nömrəsi olan “Samsung A12” markalı mobil telefonu təhvil almışdır. Məhkəmə AR CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 ədəd «Samsung A12» markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 01 ədəd «Samsung A12» markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul, Təqsirləndirilən şəxs1 57 (əlli yeddi) manat və Təqsirləndirilən şəxs2 57 (əlli yeddi) manat olmaqla bərabər qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilsin. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulmuş qaydada yalan ifadə verməsi xüsusatı ilə bağlı araşdırma aparılması üçün müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş Bakı şəhəri Yasamal rayon prokuroruna göndərilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1082/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1082/2024
08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver