Məhkəmə qərarları › İş №1(101)-1083/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1083/2021

17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1083/2021 17.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi- X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları X1, Mehrəliyev Cövdət Sərvər oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X7, müdafiəçilər - Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi, Hacıyeva Pərvanə Vaqif qızının iştirakı ilə, xx xxxxx 1990-cı il tarixdə Quba rayonu, Birinci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olan, barəsində Quba rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 21 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs mobil telefonda onu nalayiq ifadələrlə təhqir edib döyməklə hədələyərək münasibətləri aydınlaşdırmaq üçün görüşə çağırmasına görə həmin gün saat 17 radələrində Quba rayonu, Qaraçay kəndi ərazisində yerləşən “Şimal” adlı marketin qarşısına gəlib Zərərçəkmiş şəxs ilə görüşərkən sonuncunun təkidlə onu kəndin “Körpü” adlanan hissəsinə aparmaq istəməsinə baxmayaraq münaqişədən yayınmaq üçün onunla getməyə razılaşmadığından aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ağız nahiyəsinə yumruqla vurması və yenidən nalayiq ifadələrlə onu təhqir etməsindən hiddətlənərək qisas almaq niyyətilə sonuncunu öldürmək qərarına gəlib əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd tiyəsinin uzunluğu 123 mm, qırmızı və boz tünd rəngli sərt rezin materialdan ibarət dəstəyinin uzunluğu 110 mm, ümumi uzunluğu 233 mm olan kəsici-deşici xassəyə malik mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol çiyin və həyat üçün təhlükəli olan vacib orqanı sayılan ürək və kürək nahiyələrindən olmaqla ümumilikdə üç dəfə qəsdən zərbə endirməklə sonuncuya sol bazunun yuxarı 1/3-nin bayır səthində bir yerdə kəsilmiş-deşilmiş yara növündə yüngül dərəcəli və döş qəfəsinin ön tərəfində sağda döşyanı xətt üzrə Vİ qabırğa səviyyəsində bir yerdə həmin qabırğanın qığırdağının deşilib-kəsilməsi və döş boşluğuna nüfuz edərək ürəyin zirvəsinin zədələnməsi ilə deşilmiş-kəsilmiş yara, döş qəfəsinin arxa səthində arxa qoltuq xətti üzrə Vİ-Vİİ qabırğa sahəsində bir yerdə döş boşluğuna keçərək sol ağ ciyərin aşağı payının zədələnməsi ilə nəticələnən deşilmişkəsilmiş yaradan ibarət ağır dərəcəli bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs, Şahid3 məxsus “Opel Astra” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə X13 Mərkəzinə aparılarkən aldığı həmin xəsarətlərdən baş verən kəskin qanitirmə nəticəsində həmin gün saat 18 radələrində yolda ölmüş, bununla da o, Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, evdə atası Şakir, anası Sumayə və qardaşı Səxavətlə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs həmkəndlisi olduğu üçün tanımış, sonuncu da Quba rayonu, Qaraçay kəndində yaşamışdır. Söhrabla aralarında ədavət və ya düşmənçilik olmamış, onunla əvvəllər münasibəti yaxşı olmuş, dəfələrlə spirtli içki məclislərində oturub yeyib-içmişlər. Zərərçəkmiş şəxs bir neçə dəfə məhkum həyatı yaşamış, spirtli içkiyə meyilli olmuşdur. Onun özü isə son bir il ərzində namaz qıldığından Söhrabdan uzaqlaşmağa çalışmış, buna baxmayaraq Söhrab tez-tez onunla əlaqə saxlayaraq görüşmək, spirtli içki içmək istədiyini bildirmiş, o isə müxtəlif bəhanələrlə, adətən başqa yerdə olduğunu, kənddə olmadığını bildirərək ondan qaçmış və onunla görüşmək istəməmiş, lakin Söhrab onun yalan danışdığını öyrənmişdir. 10 oktyabr 2020-ci il tarixdən etibarən Söhrab ona zəng etməyə başlamış, o Söhrabın zənglərinə cavab verməmiş, cavab verdikdə isə görüşmək istəmədiyini bildirmişdir. Söhrab onu müxtəlif söyüş və nalayiq ifadələrlə təhqir edərək kənddə biabır edəcəyini, döyəcəyini, etdiyi hərəkətin yersiz olmasını demiş, ona görə də, son zamanlar münasibətləri pisləşmişdir. 21 oktyabr 2020-ci il tarixdə günorta saatlarında Söhrab onun əmisi oğlu İbrahimin mobil telefonuna zəng edərək onun telefonunu açmamasını İbrahimə irad tutmuş, daha sonra isə İbrahimlə danışan zaman onun ünvanına müxtəlif söyüş və nalayiq sözlər işlətmişdir. Bu barədə İbrahim ona bildirdikdən sonra özü Söhrabla mobil telefonla danışmış, Söhrab ona “sən kişi deyilsən, sən fahişəsən, peysərsən, var-yoxsuzsan, Bakıdayam, çıxıb gəlirəm kəndə, “Şimal” marketin qabağında məni gözlə, sənin ağzını dağıdacam” demişdir. Söhrab əvvəllər məhkumluq həyatı yaşadığından mütəmadi olaraq üzərində bıçaq gəzdirmiş, ona görə də “Şimal” marketin qarşısına getməmişdən əvvəl yaşadığı evin mətbəxində istifadə edilən bir ədəd dəstəyi boz rəngli, üzərində qırmzı zolaqlar olan bıçağı götürmüş, həmin bıçağı şalvarının ön hissəsində şalvarla kəmərinin arasında bərkitmişdir. Məqsədi Söhrab tərəfindən ona qarşı edilə biləcək hər hansı hücum zamanı özünü müdafiə etmək olmuşdur. 21 oktyabr 2020-ci il tarixdə saat 17 radələrində Söhrab ona zəng edərək “Şimal” marketin qarşısına çıxmasını bildirmişdir. O da “Şimal” marketin qarşısına gəlmiş və Söhrabı gözləmiş, 1-2 dəqiqə sonra marketdən 15-20 metr aralıda boz rəngli avtomobil dayanmış, Söhrab və Zamiq adlı dostu avtomobildən düşərək ona tərəf gəlmişlər. Avtomobildə 4 nəfər olmuş, onlardan biri sürücü, digəri isə sərnişin olmuş, onların kim olduqlarını bilməmişdir. Söhrabın Zamiqlə oraya gələcəyindən xəbəri olmamışdır. Zamiqi şəxsən tanımasa da, bir-iki dəfə Söhrabın yanında görmüş və dostu olduğunu, Siyəzən rayonunda yaşadığını bilmişdir. Söhrab onun yanına gəlmiş və ona “Şimal” marketə girib az sonra çıxacağını bildirmiş, marketdən çıxdıqdan sonra Söhrab ona kəndin yuxarı tərəfində bir nəfərdən pul alacağını demiş, birlikdə getmələrini təklif etmişdir. O isə Söhrabgilin onu döyməyə aparmaq istədiklərini düşünərək getməkdən imtina etmiş və öz yaşadığı evə tərəf getməyə başlamış, Söhrab və Zamiq avtomobilə tərəf getmiş, lakin Zamiq sonradan dönüb onun arxasınca gəlmiş və əli ilə onu çağırmış, nəyə görə Söhrabla dalaşmasını irad tutmuş, o da Zamiqə Söhrabın mobil telefonda ona “var-yox” söyüşü söyməsini, onu döyməklə hədələməsini, ona nalayiq sözlər deməsini bildirmişdir. Zamiq onun qoluna girərək kəndin bir qədər aşağı tərəfinə getmələrini təklif etmişdir. Həmin vaxt Söhrabın bir qədər əvvəl gəldiyi avtomobil onlara tərəf yaxınlaşmağa başlamış, Söhrab avtomobildən düşərək onun yanına gəlmiş və “gəl otur avtomobilə, gedək kənddə “Körpü” tərəfdə söhbət eləyək” demiş, o da avtomobilə oturmayacağını bildirərək başqa vaxt söhbət etmələrini demiş, Söhrabın ondan əl çəkməsi üçün yalandan marketin qarşısında adam gözlədiyini demiş və marketin qarşısına tərəf getmiş, avtomobil isə onlardan xeyli aralıda qalmışdır. Lakin Söhrab ondan əl çəkməmiş və arxasınca düşərək təkidlə onu avtomobilə mindirib aparmaq istəmişdir. Həmin vaxt “Şimal” marketin qarşısında Zamiq və Söhrab onun üzərinə doğru gəlmiş, Zamiq qolundan tutaraq onu avtomobilə aparmaq istəmiş, onların iki nəfər olmasını görüb əvvəlcədən kəmərlə şalvarının arasında bərkitdiyi mətbəx bıçağına əl atmış və ona zərbə endirilsə özünü müdafiə məqsədilə həmin bıçaqdan istifadə edə bilmək üçün hazır vəziyyətdə gözləmişdir. Bu zaman marketin qarşısında bel sapları qoyulan ərazidə gözlənilmədən Söhrab yumruqla onun ağız nahiyəsindən bir zərbə endirmiş, digər əli ilə isə sinəsindən tutaraq onu divara söykəmişdir. Həmin vaxt Zamiq ona hər hansı bir zərbə endirməmiş və onları aralamaq istəmiş, o isə sol əli ilə Söhrabın köynəyindən yapışmış, həmin vaxt Söhrab yenidən ona “var-yox” söyüşü söymüş və sinə nahiyəsindən yumruqla bir zərbə endirmişdir. Söhrabın ikinci dəfə ona “var-yox” söyüşü söyməsindən sonra artıq Söhrabı öldürmək qərarına gəlmiş və sağ əli ilə əvvəlcədən üzərində götürdüyü mətbəx bıçağını çıxararaq Söhrabın sol çiyin və kürəyinin sol nahiyəsinə iki dəfə bıçaqla zərbə endirmişdir. Həmin vaxt “var-yox” söyüşünə görə çox əsəbləşmiş və məqsədi yalnız Söhrabı öldürmək olmuşdur. Söhrab bıçaq zərbələrindən sonra marketin qarşısına tərəf çəkilmiş, o isə Söhrabın ölməyini daha da dəqiqləşdirmək üçün onun ürək nahiyəsinə bıçaqla yenidən zərbə endirmişdir. Söhrabın ikinci dəfə ona “var-yox” söyüşü söyməsindən sonra onu öldürməyi qətiləşdirmiş və ona görə də 2 dəfə zərbə endirməklə kifayətlənməyib 1 dəfə də əlavə olaraq zərbə endirmişdir. Bundan sonra marketdən bir qədər aşağı tərəfə aralanmış və qaçmağa başlamışdır. Arxaya baxdıqda Söhrabın marketin qarşısından bel sapı götürərək onun arxasınca qaçmasını görmüşdür. Bu səbəbdən də yolun digər tərəfinə keçərək qaçmağa başlamış, Söhrab bir qədər gəldikdən sonra dayanmış, əllərini dizlərinə qoymuş, bıçaq zərbələrindən taqətini itirmişdir. Zamiq isə Söhrabın qoluna girərək onu avtomobilə mindirmişdir. Bundan sonra, o, 200 metr aralıda yerləşən dayısının bağ sahəsinə getmiş, bir-iki siqaret çəkmiş, hadisənin şokunu keçirdikdən sonra təqribən hadisədən bir saat sonra DİN-in “102” Zəng-xidmət mərkəzinə zəng edərək həmkəndlisi Zərərçəkmiş şəxs Quba rayonu, Qaraçay kəndi ərazisində “Şimal” adlı marketin qarşısında bıçaqladığını demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, o, 21 oktyabr 2020-ci il tarixdə Quba rayonu, Qaraçay kəndi ərazisində yerləşən “Şimal” adlı marketin qarşısında bıçaqlanaraq öldürülən Zərərçəkmiş şəxs doğma atasıdır. Evdə oğlanları Söhrab, Namir və arvadı Sevda ilə birlikdə yaşamış, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış, lakin hər hansı münasibəti olmamışdır. Söhrab və Ələskər əvvəllər yaxın dost olmuş, mütəmadi bir yerdə oturub-durmuşlar. Sonradan Söhrab Bakı şəhəri, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu adlanan ərazidə quşçuluq fermasında işlədiyindən kənddə yaşamamışdır. Ələskər və Söhrabın sonrakı münasibəti barədə məlumatı olmamışdır. Onların nəyə görə bir-birindən aralanmaları, dosltuq etməmələrinin səbəbini, aralarında problem olmasını bilməmişdir. Onların ailəsi ilə Ələskərgilin ailəsi arasında hər hansı bir ədavət, düşmənçilik və ya problem olmamışdır. Hadisə günü Quba rayonu, Alekseyevka kəndində olmuş, həmin vaxt Söhrabın Bakıda olduğunu düşünmüş, Söhrabın Qubaya gəlməsindən məlumatı olmamış, Söhrab özü də bu barədə ona deməmişdir. 21 oktyabr 2020-ci il tarixdə saat 19 radələrində oğlu Söhrabın kənddə “Şimal” adlı marketin qarşısında həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanaraq öldürülməsini eşitmiş, Ələskər onun oğlunu qəsdən qətlə yetirmişdir. Səbəb nə olursa olsun, bu Ələskərə onun oğlunu öldürmə haqqı verməmiş, ona görə də, Təqsirləndirilən şəxs şikayətçidir və onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs doğma əmisi oğludur. Ələskərlə münasibətləri normal olmuş, hər hansı problem və ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs həmkəndlisi olmuş, lakin aralarında heç bir münasibət olmamışdır. 20 oktyabr 2020-ci il tarixdə saat 19 radələrində Söhrab onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmiş, ondan Ələskərin harda olmasını soruşmuş, o isə evlərində olmasını bildirmişdir. Söhrab ona Söhrabgilin evinə getməsini, Ələskərlə onu danışdırmasını tələb etmiş, lakin o Ələskərgilin evinə getməmişdir. Belə ki, Ələskərin anası Sumayə oğlunun Söhrabla münasibət saxlamasını istəməmiş və ona oğluna xəbər göndərməməsini tapşırmışdır. Ələskər əvvəllər Söhrabla dostluq etsə də, son bir ildir namaz qıldığından Söhrabla əlaqəsini kəsmişdir. Söhrab və Ələskər əvvəllər görüşən zaman adətən spirtli içkilər qəbul etmişlər. Ələskər namaza başladığından artıq onunla münasibət saxlamamışdır. 21 oktyabr 2020-ci il tarixdə saat 13.26-da Söhrab ona əsəbi halda zəng edərək “mən kənddə yoxam, bütün kənd şişib, gəlib sizi mələdəcəm” demişdir. Söhrabdan nə günahının olmasını soruşduqda Söhrab onun sözü barədə Ələskərə xəbər verməməsini ona irad tutmuşdur. O da Söhraba Ələskərin onunla danışmaq istəməməsini demiş, Söhrab isə ona “danışmaq istəmirsə, niyə zəng edib mənə xəbər vermirsən” deyib soruşduqda, konturunun olmamasını bildirmişdir. Söhrab “kəndə gəlim görərsiniz” demiş, o da Söhraba gözləməsini və Ələskərə zəng edəcəyini bildirmişdir. Bundan sonra Ələskərin atası Şakirə zəng etmiş, telefonu Ələskərə verməsini xahiş etmiş, Ələskərlə danışan zaman Söhrabın onunla danışmaq istəməsini, əl çəkməməsini bildirmişdir. Həmin vaxt Söhrab ona zəng etmiş, ona görə də, mobil telefonun “konfrans” xidməti vasitəsilə Söhrabı söhbətə qoşmuş və Söhrab Ələskərlə danışmışdır. Həmin danışıq telefonunun səsyazma proqramı vasitəsilə qeydə alınmışdır. Həmin vaxt Söhrab Ələskərlə söyüşlə danışmış, Ələskər də əsəbləşərək onunla söyüşlə danışmışdır. Söhrabla Ələskər danışıb qurtardıqdan sonra Ələskər yenidən ona zəng edərək Söhrabın mobil telefonunu soruşmuşdur. O da Söhrabın mobil telefonunu ona demişdir. Bundan sonra olanlardan xəbəri olmamışdır. Hadisə baş verən zaman orada olmamışdır. Ümumiyyətlə onların harada görüşmələri və aralarında nə kimi söhbətlərin olmasından məlumatı olmamşdırdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Quba rayonu, Qaraçay kənd tam orta məktəbində xadimə işləmiş, buna baxmayaraq günəmuzd işlər olduqda da xadiməlik etmişdir. 2-3 gündən bir Qaraçay kəndində yerləşən “Şimal” marketə gedib-gəlmiş və burada təmizlik işləri görmüşdür. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şəxsən tanımış, hər ikisi onun həmkəndlisi olmuşdur. 21 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində “Şimal” marketə gəlmiş, marketi Qoşqar Hacıyev adlı şəxs icarə əsasında işlətsə də, satıcı kimi marketdə sonuncunun qardaşı Şəhriyar olmuşdur. Həmin gün saat 17 radələrində Söhrab marketə girmiş və bir neçə dəqiqə sonra çıxmışdır. Həmin vaxt özü marketin içərisində təmizlik işləri görmüş, mağazada əlavə müştərilər də olmuşdur. Söhrabın və Ələskərin marketin çöl tərəfində nə etmələrindən xəbəri olmamışdır. Təmizlik işləri görən zaman marketin çöl tərəfindən səs gəlmiş, Şəhriyar ona çölə baxmasını tapşırmış, bu vaxt Söhrabın səsi gəlmiş və sanki kiməsə nəsə demişdir. Lakin konkret olaraq nə deməsini bilməmiş və hər hansı söyüş eşitməmişdir. Marketin qarşısına çıxdıqda Ələskərin bıçaqla Söhraba zərbələr endirməsini görmüşdür. Həmin vaxt onların yanında bir nəfər də olmuş, lakin həmin şəxs hər hansı zərbə endirməmiş, ərazidə başqa heç kəs olmamışdır. Ələskər Söhraba bıçaqla zərbələr endirdikdən sonra Söhrab mağazanın qarşısındaki bel saplarından götürərək Ələskərin arxasınca qaçmış, Ələskər isə magistral yolun digər tərəfinə keçərək bağ sahələrinə doğru qaçmışdır. Bundan sonra Söhrab yolu keçməmiş, yanındakı şəxs onu avtomobilə mindirmiş və Söhrabı xəstəxanaya aparmışlar. X10 arasında olmuş, hadisə zamanı ona və ya başqa hər hansı şəxsə xəsarət yetirilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, qardaşı Qoşqar Hacıyevin icarəyə götürdüyü, Quba rayonu, Qaraçay kəndində olan “Şimal” adlı marketdə satıcı işləmiş, market Bakı-Quba yolunun Qaraçay kəndi ərazisindən keçən hissəsində, magistral yolun kənarında yerləşmiş, marketin qarşısında hər iki tərəfdən video müşahidə kameraları olmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şəxsən tanımış, hər ikisi həmkəndlisi olmuş, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 21 oktyabr 2020-ci il tarixdə saat 17 radələrində Söhrab marketə gələrək qardaşı Qoşqarın mobil nömrəsini ondan soruşmuş, o da nömrəni ona demiş, bundan sonra Söhrab marketdən çıxmışdır. Bir neçə dəqiqə sonra mağazanın qarşı tərəfindən səs-küy gəlmiş, səs-küyə çölə çıxdıqda Söhrabın marketin qarşısına yığdıqları bel saplarından bir ədədini götürərək Ələskərin arxasınca qaçmasını görmüşdür. Həmin vaxt Söhrabın Ələskər tərəfindən bıçaqlanmasını bilməmiş, geri qayıdıb video müşahidə kamerasının yaddaşına baxdıqda Ələskərin 3 dəfə Söhraba bıçaqla zərbə endirdiyini və Söhrabın yalnız bundan sonra bel saplarından götürərək Ələskərin arxasınca qaçdığını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanımış, onunla hər hansı bir münasibəti olmamış, Zərərçəkmiş şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, kənd içərisində problemli bir adam kimi tanınmış, kriminal həyata meylli olmuş, «oğru dünyasının prinsipləri» ilə yaşamış, ona görə də onunla yaxın münasibət saxlamamışdır. Ələskər əvvəllər Söhrabla yaxın münasibətdə olmuş, bir oturub-durmuş, spirtli içki qəbul etmişlər. Söhrabın həyat tərzi onun və ailə üzvlərinin xoşuna gəlmədiyindən Ələskəri ondan uzaq tutmağa çalışmışlar. Təqribən 1 il əvvəl Ələskər namaz qılmağa başlamış, spirtli içkiyə tövbə etmişdir. Ona görə də Söhrabdan uzaqlaşmağa başlamış, lakin Söhrab fərqli-fərqli yollarla Ələskər ilə yenidən münasibət qurmağa çalışmış, Ələskərin ondan uzaqlaşmasını qəbul etməmişdir. Ələskər isə müxtəlif bəhanələrlə işdə olmasını, kənddə olmamasını bildirərək Söhrabla görüşməkdən imtina etmişdir. Bütün bunlara baxmayaraq Söhrab onun qardaşını narahat etmişdir. Baş vermiş hadisədən təxminən 10 gün əvvəl Söhrab demək olar ki, hər gün və ya bir gündən bir qardaşına zəng etmiş, görüşmək istəmiş, lakin Ələskər ondan qaçmışdır. 21 oktyabr 2020-ci il tarixdə Söhrab əmisi oğlu İbrahimə zəng edərək Ələskərlə onu danışdırmasını tələb etmiş, Söhrab Ələskərlə danışan zaman Söhrab onu təhqir etmiş və kəndə gəlib onu döyəcəyi ilə hədələmişdir. Bu barədə ona hadisədən sonra əmisi oğlu İbrahim demişdir. 21 oktyabr 2020-ci il tarixdə evdə olmamış, işi ilə əlaqədar Şəki şəhərində olmuşdur. Həmin gün saat 20 radələrində Ələskərin bıçaqla Söhrabı öldürməsini eşitmişdir. Məhkəmədə ifadə verən Şahid7, ifadəsində məhkəmədə tədqiq olunmuş Şahid5 ifadəsinə analoji ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu adlanan ərazidə quşçuluq fermasında quşların fermadan tutularaq avtomobillərə yüklənməsi işi ilə məşğul olmuş, gündəlik 13 manata işləmişdir. Zamiq və Söhrabı burada işləyərkən tanımış, onlarla əvvəldən münasibəti olmamışdır. Söhrab əslən Quba, Zamiq isə Siyəzən rayonundan olmuş, hər ikisi ilə münasibəti normal olmuş, hər hansı bir problem, düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs tanımamış, onunla münasibəti olmamışdır. 21 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu adlanan ərazidə olarkən Söhrab ona Zamiqlə birlikdə Quba rayonuna gedəcəyini, daha sonra isə həmin gün yenidən geri qayıdacağını bildirmişdir. O, əslən Astara rayonundan olsa da, 22 ildir arvadı və 4 övladı ilə Rusiya Federasiyasının Dağıstan Respublikası, Mahaçqala şəhərində yaşamışdır. 2020-ci ilin fevral-mart aylarında Azərbaycan Respublikasına gəlmiş, koronavirus pandemiyası ilə əlaqədar ölkəyə giriş-çıxış məhdudlaşdığından 7 aydır Dağıstana qayıda bilməmişdir. Söhrab ona Qubaya gedəcəyini bildirdikdə özünün də oradan Xudata gedib gömrükdən giriş-çıxışla bağlı maraqlanmaq fikrinə düşmüşdür. Ona görə də, Söhraba onu da Qubaya aparmalarını, yol puluna köməklik edəcəyini, oradan da düşüb Xudata gedəcəyini demiş, Söhrab da onunla razılaşmışdır. 21 oktyabr 2020-ci il tarixdə saat 14.55-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu adlanan ərazidən taksi ilə yola çıxmış, taksi sürücüsünü tanımamış, Söhrab qabaqda, Zamiqlə o isə arxada əyləşmişlər. Yolda olarkən taksini saxlatmış və marketdən 5 ədəd 0,5 litr həcmində “Xırdalan” markalı pivə və tum almışlar. 2 ədəd pivəni o, 2-ni Söhrab, 1-ni isə Zamiq içmişdir. Quba rayonu, Qaraçay kəndi ərazisində “Şimal” adlı marketin yaxınlığında Söhrab avtomobili saxladaraq birazdan qayıdacağını bildirmişdir. O Söhrabın hara getməsini bilməmiş və onun marketə getdiyini düşünmüşdür. Söhrab düşdükdən bir qədər sonra Zamiq də avtomobildən düşərək Söhrabın arxasınca getmişdir. Taksi sürücüsü avtomobili marketdən aralıda saxlamış, az sonra Zamiq gələrək avtomobili marketin qarşısına sürməsini demişdir. Ona görə də taksi sürücüsü avtomobili marketdən bir qədər qabaqda, “Qazel” markalı avtomobilin qarşısında saxlamış və market avtomobilin arxa tərəfində qalmışdır. Həmin vaxt Söhrab market tərəfdə olmuşdur. O, Söhrabın orada nə etməsini və nəyə görə orada olmasını bilməmiş, hadisənin necə baş verməsini görməmişdir. Bir neçə dəqiqə sonra Zamiq Söhrabın qoluna girərək onu avtomobilə gətirmiş, yalnız bu zaman Söhrabın bıçaqlanmasını bilmiş, avtomobilin arxa oturacağından düşmüş və Söhrabı avtomobilin arxasına otuzdurmuşlar. O, Söhrab və taksi sürücüsü xəstəxana istiqamətində yola çıxmış, Zamiq əvvəlcə avtomobilə əyləşsə də, sonradan “gedim Söhrabı vuran oğlanı tutum, qaçmasın” deyərək avtomobildən düşmüşdür. Taksi sürücüsü yolda olarkən polis yol patrul xidmətinin əməkdaşlarına yaxınlaşaraq avtomobildə bıçaqlanmış adam olmasını, xəstəxanaya getmələrini, ona görə də onları müşayiət etməsini xahiş etmişdir. Yol patrul xidməti əməkdaşlarının müşayiəti ilə X13 Mərkəzinə gəlmişlər. Söhrab yolda olarkən huşunu itirsə də, sağ olmuş və nəfəs almışdır. X13 Mərkəzinə gəldikdən sonra qəbul şöbəsinə yerləşdirilmiş və bir neçə dəqiqə sonra Söhrab ölmüşdür. Nə Söhrab, nə də Zamiq ona Quba rayonu, Qaraçay kəndində yerləşən «Şimal» market adlanan ərazidə düşərək bir nəfər şəxslə görüşəcəkləri barədə heçnə deməmişlər. Onlarla gəlməkdə məqsədi Quba rayonunda düşərək Xudata getmək olmuşdur. Avtomobildə olarkən də nə Söhrab, nə də Zamiq hər hansı şəxslə mobil telefonla danışaraq mübahisə etməmişlər. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, fərdi qaydada taksi sürücüsü işləmiş, həmçinin *2111 taksi xidmətinə də qoşulu olmuş, “Opel Astra” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 29 yanvar 2020-ci il tarixli baş etibarnamə əsasında idarə etmiş, Bakı şəhəri daxilində taksi fəaliyyəti ilə məşğul olsa da, müştəri olduğu halda rayonlara da taksi kimi gedibgəlmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs şəxsən tanımamış, onlarla heç bir münasibəti olmamışdır. 21 oktyabr 2020-ci il tarixdə saat 14.30-da *2111 xidmətindən sifariş qəbul etmiş, həmin şəxslər Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovzoxu adlanan ərazidən Quba şəhərinə və yenidən Quba şəhərindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovzoxu adlanan əraziyə taksi sifarişi vermişlər. Sifarişə uyğun olaraq həmin əraziyə gəlmiş, sifarişi verənlər 3 nəfər olmuş, onlardan biri mərhum Zərərçəkmiş şəxs, digərləri isə Zamiq və Müqəddəs adlı şəxslər olmuşlar. Onların heç birini tanımamış, həmin şəxsləri birinci dəfə görmüşdür. Söhrab qabaq sağ oturacaqda, Müqəddəs sürücünün arxasındakı oturacaqda, Zamiq isə Söhrabın arxasındakı oturacaqda əyləşmiş və saat 14.55-də Quba şəhəri istiqamətində yola çıxmışlar. Həmin şəxslər yolboyu öz aralarında ümumi söhbət etmiş, hər hansı şübhəli və mübahisəli söhbət olmamışdır. Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində, “Pir” adlanan əraziyə çatmamış müştərilər marketin yaxınlığında avtomobili saxlamasını tələb etmiş, yanacaq doldurma məntəqəsinin içərisində marketin qarşısında avtomobili saxlamış, hər üç şəxs avtomobildən düşərək marketə getmiş, 6 ədəd 0,5 litr həcmində “Xırdalan” markalı pivə və 2 ədəd tum alıb geri qayıtmışlar. Söhrab, Müqəddəs və Zamiq avtomobildə hər biri iki ədəd pivə qəbul etmişlər. Quba rayonu, Qaraçay kəndi ərazisində “Şimal” adlı marketin qarşısında Söhrab ondan avtomobili saxlamasını xahiş etmiş, avtomobildən düşmüş, düşən zaman Zamiq də arxadan düşmək istəmiş, lakin Söhrab onun avtomobildə qalmasını demişdir. Buna baxmayaraq, Söhrab marketə tərəf getdikdən sonra Zamiq də avtomobildən düşərək Söhrabın arxasınca getmişdir. O, avtomobili marketdən təqribən 15-20 metr aralıda saxlamış, həmin vaxt saat 17 radələri olmuşdur. O, Söhrabın və Zamiqin hara getmələrini, kimlə söhbət etdiklərini bilməmiş və hadisənin necə baş verməsini görməmiş, Söhrab və Zamiqin marketə getmələrini düşünmüşdür. Bir neçə dəqiqə sonra market tərəfdən səs-küy gəldiyini eşitmiş, lakin nə baş verməsini başa düşməmişdir. Bu zaman Zamiq Söhrabın qoluna girmiş vəziyyətdə onu avtomobilə gətirmiş və arxada Müqəddəsin yanında uzandırmışdır. Həmin vaxt Söhrabın sol çiyin nahiyəsi qan içərisində olmuşdur. Yalnız bundan sonra Zamiqin bıçaqlanmasını başa düşmüşdür. Zamiq ona Söhrabı tez xəstəxanaya çatdırmasını demiş və özü də qabaqda əyləşmiş, lakin yola çıxmamış “gedim Söhrabı vuranı tutum” deyərək avtomobildən düşmüşdür. O, Müqəddəs və Söhrab avtomobillə Quba şəhəri istiqamətində yola çıxmışlar. O, Söhrabın sadəcə sol çiyin nahiyəsinin qanamasını görmüşdür. Avtomobildə olan zaman Söhrab huşunu itirsə də, nəfəs almışdır. 100 metr qabaqda polis yol patrul xidmətinin əməkdaşları olmuş, onlara yaxınlaşaraq avtomobildə bıçaqlanmış adam olmasını, ona görə də onu müşayiət edərək xəstəxanaya getməsinə köməklik etmələrini xahiş etmişdir. Yol patrul xidmətinin əməkdaşları onu müşayiət edərək X13 Mərkəzinə gətirmişlər. Söhrabı həkimlərin köməyi ilə qəbul şöbəsinə gətirmiş, Söhrabın huşu yerində olmasa da, xırıltı səsləri gəlmiş və buna görə ölmədiyini başa düşmüşdür. Söhrabı çarpayıya uzatdıqdan sonra isə Söhrab ölmüşdür. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Ələskər Ələskərin doğma qardaşıdır. Zərərçəkmiş şəxs tanımış, onunla hər hansı bir münasibəti olmamış, Zərərçəkmiş şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, kənd içərisində problemli bir adam kimi tanınmış, kriminal həyata meylli olmuş, «oğru dünyasının prinsipləri» ilə yaşamış, ona görə də onunla yaxın münasibət saxlamamışdır. Ələskər əvvəllər Söhrabla yaxın münasibətdə olmuş, bir oturubdurmuş, spirtli içki qəbul etmişlər. Söhrabın həyat tərzi onun və ailə üzvlərinin xoşuna gəlmədiyindən Ələskəri ondan uzaq tutmağa çalışmışlar. Təqribən 1 il əvvəl Ələskər namaz qılmağa başlamış, spirtli içkiyə tövbə etmişdir. Ona görə də Söhrabdan uzaqlaşmağa başlamış, lakin Söhrab fərqli-fərqli yollarla Ələskər ilə yenidən münasibət qurmağa çalışmış, Ələskərin ondan uzaqlaşmasını qəbul etməmişdir. Ələskər isə müxtəlif bəhanələrlə işdə olmasını, kənddə olmamasını bildirərək Söhrabla görüşməkdən imtina etmişdir. Bütün bunlara baxmayaraq Söhrab onun qardaşını narahat etmişdir. Baş vermiş hadisədən təxminən 10 gün əvvəl Söhrab demək olar ki, hər gün və ya bir gündən bir qardaşına zəng etmiş, görüşmək istəmiş, lakin Ələskər ondan qaçmışdır. 21 oktyabr 2020-ci il tarixdə Söhrab əmisi oğlu İbrahimə zəng edərək Ələskərlə onu danışdırmasını tələb etmiş, Söhrab Ələskərlə danışan zaman Söhrab onu təhqir etmiş və kəndə gəlib onu döyəcəyi ilə hədələmişdir. Bu barədə ona hadisədən sonra əmisi oğlu İbrahim demişdir. 21 oktyabr 2020-ci il tarixdə evdə olmamış, işi ilə əlaqədar Şəki şəhərində olmuşdur. Həmin gün saat 20 radələrində Ələskərin bıçaqla Söhrabı öldürməsini eşitmişdir. Cinayət işinə əlavə edilmiş meyitə baxış keçirilməsi haqqında 21 oktyabr 2020ci il tarixli protokoldan görünür ki, meyit kişi cinsli olub düzgün bədən quruluşunda, kafi köklükdədir, boyu 177 sm-dir, gözləri yarımaçıqdır, gözlərin ağlı qişası və birləşdirici toxuması bozumtul-ağdır, tək-tək tünd qırmızı nöqtəvari qansızmalar vardır. Əllədikdə burun sümükləri və qığırdaqlarının tamlığı pozulmamış, burun dəlikləri və qulaq keçəcəkləri sərbəstdır. Ağzı yarımaçıqdır, dil ağız boşluğundadır, dilin ucu dişlərin arasında sıxılmışdır, az qaralmışdır. Üst və alt çənədə dişləri təbii və salamatdır. Boynu adi uzunluqda və yoğunluqdadır, patoloji hərəkətsizdir. Döş qəfəsi simmetrik və silindrikdir, əllədikdə qabırğaların tamlığı pozulmamışdır. Qarnı döş qəfəsi səviyyəsindədir, az gərgindir. Xarici cinsiyyət üzvləri kişi cinsinə uyğun düzgün formalaşmış və inkişaf etmişdir. Arxa keçəcək bağlıdır, zədəsizdir, təmizdir. Ətraf sümüklərinin tamlığı əllədikdə pozulmamışdır. Meyit qacıması bütün qrup əzələlərində yaxşı inkişaf etmişdir. Meyit ləkələri gövdənin arxa hissəsində olub bənövşəyi rənglidir, barmaqla basdıqda avazıyır, öz əvvəlki rəngini 30-40 saniyədən sonra alır. Meyitin xarici müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: döş qəfəsinin ön səthində sağda döşyanı xətt üzrə Vl qabirğa səviyyəsində kənarları hamar, qurtaracaqlarından biri iti, digəri küt, tünd qırmızı qanlı ifrazatla 3,0x0,8 sm ölçüdə yara vardır. Eyni xarakterdə yara döş qəfəsinin arxa səthində, arxa qoltuq xətti üzrə Vİ-Vİİ qabırğa sahəsində 2,5x0,5 sm ölçüdə və sol bazunun yuxarı 1/3-nin bayır səthində 3,8x1,5 sm ölçüdə qeyd edilmişdir. Sağ körpücük altında qeyri müəyyən formada, bənövşəyi rəngdə, 2,0x1,5 sm ölçüdə qançır aşkar olunmuşdur. Eyni xarakterdə qançır döş qəfəsində öndə solda körpücük xətti üzrə İİ qabırğaarası sahədə 2,0x1,0 sm ölçüdə müəyyən edilmişdir. Hər iki saidin yuxarı 1/3-dən aşağı 1/3-nə qədər olan səthinin ön tərəfində çoxlu sayda, köndələn istiqamətdə, bir-birindən 1-2 sm aralı, xətti şəkildə, kənarları hamar, qurtaracaqları iti, dəri səviyyəsi ilə eyni, ağımtıl rəngdə, yumşaq konsistensiyalı, hərəkətli, üzərində cərrahi tikişlərin izi ilə 3,0x0,1 smdən 5,0x0,1 sm-ə qədər ölçüdə sağalmış kəsik yaraların yerində əmələ gələn çapıqlar aşkar olunmuşdur. Bunlardan başqa meyitin xarici müayinəsi zamanı onun bədəni üzərində digər xəsarət və onun izi aşkar olunmamışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 21 oktyabr 2020-ci il tarixli 37 №-li rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinəsi zamanı döş qəfəsinin ön tərəfində sağda döşyanı xətt üzrə Vİ qabırğa səviyyəsində bir yerdə həmin qabırğanın qığırdağının deşilib kəsilməsi və döş boşluğuna nüfuz edərək ürəyin zirvəsinin zədələnməsi ilə deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin arxa səthində arxa qoltuq xətti üzrə Vİ-Vİİ qabırğa sahəsində bir yerdə döş boşluğuna keçərək sol ağ ciyərin aşağı payının zədələnməsi ilə nəticələnən deşilmişkəsilmiş yara, sol bazunun yuxarı 1/3-nin bayır səthində bir yerdə, cəmisi üç yerdə deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın təsirindən törənməklə həyati olub müddəti ölümündən az əvvəlki vaxta uyğun gəlir, ekspertizaya təqdim edilən bıçaq və ya ona oxşar digər bıçaqla yetirilə bilər, dərəcəsinə görə döş qəfəsinin ön səthində ürəyin zədələnməsi və döş qəfəsinin arxa səthində sol ağ ciyərin zədələnməsi ilə nəticələnən yaralar canlı şəxslərdə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurma əlamətlərinə, meyitin xarici müayinəsi zamanı onun sol bazu nahiyəsinin yuxarı 1/3nin bayır səthində bir yerdə deşilmiş-kəsilmiş yara canlı şəxslərdə dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurma əlamətlərinə malikdir. Meyitin xarici müayinəsi zamanı həmçnin döş qəfəsinin ön səthində sağda və solda hərəsində bir yerdə qançır küt əşyanın təsirindən törənməklə ölümündən az əvvəl yetirilməyə uyğundur, canlı şəxslərdə sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir və baş vermiş ölümlə hər hansı səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər yetirilərkən zərərçəkmiş böyük ehtimalla ayaqüstü vəziyyətdə üzbəüz dayanarkən olmuşdur, xəsarət yetirildikdən sonra çox qısa müddətdə (bəlkə də saniyələrlə və ya dəqiqələrlə ölçülən müddətdə) zərərçəkmiş hər hansı məqsədyönlü hərəkətlər edə bilərdi, xəsarətlərin ardıcıllığı barədə konkret fikir söyləmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində üç yerdə deşilmiş-kəsilmiş xəsarətlər vardır, bu xəsarətlər eyni alətin təsirindən törənə bilər, ekspertizaya təqdim olunan bıçaqla və ya ona oxşar digər bıçaqla yetirilməsi mümkündür. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülən qanın məhkəmə-kimyəvi müayinəsi zamanı qanda 0,6 % etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə yüngül dərəcəli alkohol sərxoşluğu vəziyyətinə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sağ tərəfindən öndə döş boşluğuna keçərək ürəyin, döş qəfəsinin arxa tərəfindən solda döş boşluğuna keçərək ağ ciyərin zədələnməsi nəticəsində baş verən kəskin qanitirmə olmuşdur, ölüm meyit müayinə edilən vaxtdan 4-6 saat əvvəl baş verməyə uyğundur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-tibb ekspertizasının 22 oktyabr 2020-ci il tarixli 1181 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarət - alt dodağın selikli qişasında qançır-qansızma küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 21 oktyabr 2020-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-tibbi-bioloji ekspertizasının 10 noyabr 2020-ci il tarixli 839/2020-MTBŞ №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu O alfa beta (İ) olmuşdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus şalvar, alt mayka, köynək və “Opel Astra” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının söykənəcək və oturacaq hissələrindən 02 ədəd pambıq topasına hopdurulmaqla götürülmüş ləkələrdə insan qanı aşkar edilmişdir. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “H” antigeni, əksər ləkələrdə həmçinin, alfa və beta aqqlyutininləri alınmışdır. Bu qan ləkələri O alfa beta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunan Təqsirləndirilən şəxs məxsus şalvar, jilet və pencək üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi-kriminaslistik ekspertizasının 06 noyabr 2020-ci il tarixli 536/2020-MTKŞ №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd maykanın və bir ədəd köynəyin ön səthinin yuxarı hissəsinin orta nahiyəsində və arxa səthinin sol yarısının yuxarı hissəsində 02 (iki) ədəd; köynəyin sol qolunun ön səthinin yuxarı hissəsində 01(bir) ədəd, cəmi 03 (üç) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr iti ülgücü, iti ucu və kafi dərəcədə biruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyalarından köynək və mayka üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, bir ədəd mayka və bir ədəd şalvarın üzərində qarşılıqlı dalaşmaya-dartışmaya uyğun heç bir zədə aşkar olunmamışdır. Heç bir elmi-metodiki əsaslar olmadığına görə, mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyaları üzərində aşkar olunmuş zədələrin əmələ gəlmə müddətləri barədə fikir söyləmək qeyri-mümkündür. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinə əlavə edilmiş kompleks ambulator məhkəmə-psixiatrik-psixoloji ekspertizasının 04 dekabr 2020-ci il tarixli 2401 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən patoloji və fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış Quba RPŞ-nin 28 oktyabr 2020-ci il tarixli 146/12/3-24834-1120 №-li məktubu ilə daxil olmuş alkotester nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 18 noyabr 2020-ci il tarixli 4080 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-yə müraciət etməmiş, ambulator və stasionar müalicədə olmamış, Quba RMX-nin Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Bundan əlavə Quba rayon məhkəməsinin 05 noyabr 2020-ci il tarixli SDS- 1529 №-li məktubundan görünür ki, Zərərçəkmiş şəxs Quba rayon məhkəməsinin 13 aprel 2018-ci il tarixli qərarı ilə İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 10 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Zərərçəkmiş şəxs Quba rayon məhkəməsinin 20 fevral 2017-ci il tarixli qərarı ilə İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 5 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Quba rayon məhkəməsinin 13 fevral 2019-cu il tarixli qərarı ilə Zərərçəkmiş şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Zərərçəkmiş şəxs Quba rayon məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarı ilə İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 60 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Zərərçəkmiş şəxs Quba rayon məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarı ilə İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 10 gün müddətində inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Zərərçəkmiş şəxs Quba rayon məhkəməsinin 14 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və cəza şərti hesab edilmişdir. Zərərçəkmiş şəxs Quba rayon məhkəməsinin 30 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək və aylıq qazancından dövlət nəfinə 20% pul tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs Quba rayon məhkəməsinin 19 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmişdir. Quba rayon icra və probasiya şöbəsinin 20 aprel 2021-ci il tarixli 05 №-li məktubundan görünür ki, Zərərçəkmiş şəxs Quba rayon məhkəməsinin 14 may 2019-cu il tarixli 1(027)-51 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə cəzası və 02 il 08 ay 26 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 02 il sınaq müddəti ərzində şərti hesab edilmişdir. Hökmə əsasən cəzalar müstəqil icra olunmuşdur. Məhkum Zərərçəkmiş şəxs təyin edilmiş cərimə cəzasını ödəməkdən qərəzli olaraq boyun qaçırdığı üçün Quba rayon məhkəməsinin 25 noyabr 2019-cu il tarixli 7(027)-109 saylı qərarına əsasən ona təyin edilmiş cərimə cəzası aylıq qazancından 20 % dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzası ilə əvəz olunmuşdur. Məhkum Zərərçəkmiş şəxs öldüyündən barəsində çıxarılmış islah işləri cəzası ilə əlaqədar Quba rayon məhkəməsinin 25 noyabr 2019-cu il tarixli 7(027)-109 saylı qərarı və şərti məhkum etmə cəzası ilə əlaqədar Quba rayon məhkəməsinin 14 may 2019-cu il tarixli 1(027)- 51 saylı hökmü 11 noyabr 2020-ci il tarixdə Quba rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkum Zərərçəkmiş şəxs cəza çəkdiyi müddət ərzində icra məmurunun çağırışlarına gəlmişdir. Lakin hökmdə məhkuma elektron nəzarət vasitəsinin tətbiq olunması nəzərdə tutulmadığından məhkumun dəqiq izlənməsi mümkün olmamışdır. Cinayət işinə əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 21 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Quba rayonu, Qaraçay kəndi ərazisində yerləşən “Şimal” marketin qarşısıdır. Hava yağışlı olduğundan marketin qarşısı, yəni beton örtüyün üzəri suludur, nəmdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs əli ilə marketin qarşısını göstərərək həmin hissədə Zərərçəkmiş şəxs bıçaqla zərbələr endirməsini bildirmişdir. Marketin Təqsirləndirilən şəxs göstərən hissəsində çoxlu sayda bel sapları, kömür kisələri, 3 ədəd soyuducu vardır. Hava yağışlı olduğundan və beton yer nəm olduğundan baxış zamanı marketin qarşısında iş üzrə əhəmiyyət kəsb edə biləcək qanabənzər ləkələrə və ya digər hər hansı əşyaya rast gəlinməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçaq barədə soruşduqda sonuncu həmin bıçağı könüllü olaraq təqdim etmişdir. Həmin bıçaq mətbəx bıçağıdır, dəstəyi boz rənglidir, dəstəyin üzərində qırmızı rəngli zolaq vardır. Bıçağın tiyəsinin üzərində qanabənzər ləkələr vardır. Baxış zamanı həmin bıçaq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Baxış zamanı “Şimal” marketin qarşısında video müşahidə kameralarının olması müəyyən edilmiş, kameraların yaddaşına baxış zamanı hadisənin tam olaraq qeydə alınması müəyyən olunmuş, ona görə də, müvafiq görüntülər “DVD” diskə köçürülməklə götürülmüşdür. İş materiallarında olan “DVD” diskə baxış keçirilməsi haqqında 22 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, video müşahidə kameraları “Şimal” marketin qarşısını iki rakursdan qeydə almışdır. 21 oktyabr 2020-ci il tarixdə saat 17.05.55-də bir nəfər şəxs Bakı-Quba magistral yolu tərəfdən “Şimal” marketə tərəf gəlmiş və saat 17.06.08-də marketdən çıxmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin şəxsin mərhum Zərərçəkmiş şəxsla birlikdə gələn dostu Zamiq adlı şəxsin olmasını bildirmişdir. Zamiq marketdən çıxaraq marketin arxasına tərəf getdikdə saat 17.06.12-də bir nəfər şəxs marketin arxa tərəfindən çıxaraq marketə gəlmiş və “Şimal” marketə daxil olmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin şəxsin mərhum Zərərçəkmiş şəxs olmasını, marketin arxa tərəfində onu gözləməsini, marketə girib çıxacağını deməsini və daha sonra marketə getməsini bildirmişdir. Saat 17.06.24-də bir nəfər şəxs marketin arxa tərəfindən ağaclara tərəf gəlmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin şəxsin özü olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ağacla marketin qarşısında olan “Qazel” markalı avtomobilin arasında dayanmışdır. Saat 17.07.47-də Zərərçəkmiş şəxs marketdən çıxaraq bir nəfər şəxslə görüşmüş, baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin şəxsin həmkəndliləri olmasını, lakin adının nə olduğunu bilmədiyini bildirmişdir. Saat 17.09.12-də Zərərçəkmiş şəxs bir nəfər şəxslə marketin arxa tərəfinə getmiş, Təqsirləndirilən şəxs həmin şəxsin marketin arxa tərəfindən çıxıb getməsini, Söhrabla ikisinin marketin arxa tərəfində söhbət etməsini bildirmişdir. Saat 17.09.31-də Zamiq adlı şəxs də marketin arxa tərəfinə doğru getmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Zamiqin yanlarına gəlməsini, onu «Körpü» tərəfə söhbət etməyə çağırmalarını, lakin özünün etiraz edərək getmək istəməməsini bildirmişdir. Saat 17.10.11-də Zərərçəkmiş şəxs və Zamiq bir tərəfə, Təqsirləndirilən şəxs isə digər tərəfə getmişlər. Saat 17.10.45-də Zamiq adlı şəxs Ələskəri əli ilə çağırmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Zamiqin onu çağırmasını bildirmişdir. Bundan sonra Zamiq “Qazel” markalı avtomobilin qarşısına getmiş və onların hərəkətini görmək mümkün olmamışdır. Saat 17.11.56-də boz rəngli avtomobil “Qazel” markalı avtomobilin qarşısına hərəkət etmiş və orada dayanmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin avtomobilin taksi olmasını, iki nəfər şəxsin avtomobildə qalmasını, Söhrabın avtomobildən düşərək yanına gəlməsini və onu söhbət etmək üçün avtomobilə minməyə təkid etməsini, lakin özünün etiraz edərək yalandan marketin qarşısında adam gözlədiyini deyib marketin qarşısına gəlməsini bildirmişdir. Saat 17.12.28-də Təqsirləndirilən şəxs marketin qarşısına tərəf gəlmiş, Zərərçəkmiş şəxs və Zamiq isə onun arxasınca hərəkət etmiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nəsə deməsi görünmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Söhrabın onu avtomobillə kənddə «Körpü» adlanan tərəfə aparmağa cəhd etdiyini, lakin özünün razılaşmadığını bildirmişdir. Videoçəkilişlərdən görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs yanından ayrılaraq uzaqlaşmaq istəsə də, Zərərçəkmiş şəxs hər dəfə onun arxasınca gəlmişdir. Saat 17.13.00-da Təqsirləndirilən şəxs əlini gödəkçəsinin aşağı hissəsinə tərəf aparmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Söhrabın ona zərbə endirə biləcəyini düşündüyünü, ona görə də əlini əvvəlcədən şalvarı ilə kəməri arasında bərkitdiyi mətbəx bıçağına aparmasını və hazır vəziyyətdə gözləməsini bildirmişdir. Saat 17.13.16-da Söhrab yenidən Ələskərin üzərinə doğru gələn zaman Ələskər yenə əlini bıçağa tərəf aparmış və əlini hazır vəziyyətdə saxlamış, saat 17.13.23-də Zamiq Ələskərin qolundan tutaraq aparmaq istəsə də, Ələskər qolunu çəkmiş və marketin bel sapları yığılan hissəsinə tərəf gəlmiş, saat 17.13.47-də Söhrab sol əli ilə Ələskərin ağız nahiyəsinə yumruqla zərbə endirmiş, sinəsindən itələyərək onu divara söykəmiş, saat 17.13.48 və saat 17.13.49-da Təqsirləndirilən şəxs əlindəki bıçaqla iki dəfə Zərərçəkmiş şəxs zərbə endirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Söhrabın yumruqla onu vurduqdan sonra onun ünvanına “var-yox” söyüşü söyməsini, bundan sonra əsəbiləşərək Söhrabı öldürmək fikrinə düşməsini, ona görə də, iki dəfə üzərindəki bıçaqla Söhrabı öldürmək məqəsdilə ona zərbə endirməsini bildirmişdir. Bundan sonra Söhrab marketin qarşısına tərəf gəlmiş, saat 17.13.53-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinə nahiyəsinə bir dəfə də bıçaqla zərbə endirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs “var-yox” söyüşündən sonra həddindən artıq əsəbləşməsini, ona görə də Söhrabın ölməsini dəqiqləşdirmək üçün bir dəfə də ürək nahiyəsindən bıçaqla zərbə endirməsini bildirmişdir. Bundan sonra saat 17.14.00-da Söhrab marketin qarşısından bel sapı götürərək Təqsirləndirilən şəxs arxasınca qaçmış, Təqsirləndirilən şəxs magistral yolun digər tərəfinə keçmiş, Zərərçəkmiş şəxs da saat 17.14.10-da dayanmış və artıq Ələskərin arxasınca getməmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Söhrabın taqətini itirməsini, Zamiq tərəfindən avtomobilə mindirilməsini və avtomobilin Quba istiqamətində yola çıxmasını bildirmişdir. Baxış zamanı Zamiqin Təqsirləndirilən şəxs hər hansı zərbə endirməsi aşkar edilməmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Zamiqin onları ayırmaq istəməsini, ona hər hansı zərbə endirməməsini bildirmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək əlavə hala rast gəlinməmişdir. İş materiallarına əlavə edilmiş 23 noyabr 2020-ci il tarixli könüllü təqdim olunmuş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 22 oktyabr 2020-ci il tarixdə könüllü olaraq təqdim etdiyi 1 ədəd “DVD” diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə danışıqlar qeydə alınmış və həmin danışıqlar Təqsirləndirilən şəxs ilə mərhum Zərərçəkmiş şəxs arasında aparılmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu davaya çağırmasını, nəyə görə qaçmasını irad tutmuş, Təqsirləndirilən şəxs isə cavabında onu işə salmaq üçün çağırmasını bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq söyüşlərlə təhqir etmiş və gəlib onu döyməklə hədələmişdir. Cinayət işinə əlavə edilmiş baxış keçirilməsi haqqında 22 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs bıçaqlandıqdan sonra X13 Mərkəzinə aparıldığı “Opel Astra” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı boz rəngli avtomobilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs avtomobilin sürücü oturan hissəsinin arxasındakı oturacaqda əyləşmişdir. Baxış zamanı avtomobilin xarici hissəsində iş üzrə əhəmiyyət kəsb edə biləcək hala rast gəlinməsə də, Zərərçəkmiş şəxs əyləşdiyi oturacağın həm oturacaq hissəsində, həm də söykənəcək hissəsində topa şəkildə qanabənzər ləkələr aşkar edilmiş və müvafiq qaydada qablaşdırılmaqla nümunələr götürülmüşdür. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək əlavə hala rast gəlinməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü üzrə qiymətəndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini təqsirləndirilən şəxs X3 əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakının, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X3 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir və onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs X9 həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X6 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarındakı Quba rayon icra hakimiyyəti başçısının Birinci Nügədi kənd ərazi dairəsi üzrə nümayəndəliyinin 16 noyabr 2020-ci il tarixli 904 №-li arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Qaraçay kəndində yaşamış, subaydır, onun barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Həmçinin iş materiallarında olan Quba rayon icra hakimiyyəti başçısının Birinci Nügədi kənd ərazi dairəsi üzrə nümayəndəliyinin 16 noyabr 2020-ci il tarixli 906 №-li arayışından və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Quba rayonu, Qaraçay kəndində qeydiyyatsız yaşamış, tüfeyli həyat tərzi keçirmiş, kənd camaatı arasında hörmət sahibi olmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İişlər Nazirliyinin Baş Əməliyyət Statistik və İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasının arayışından görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2010-cu il tarixdə Quba rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat cərimə cəzası tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Quba rayon məhkəməsinin 05 noyabr 2020-ci il tarixli SDS-1530 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində 2015-ci ildən hazıradək cinayət işi daxil olmamışdır. Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 13 aprel 2018-ci il tarixli qərarı ilə İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 10 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı ilə İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 06 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 08 may 2020-ci il tarixli qərarı ilə İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 05 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, habelə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, belə olan halda Təqsirləndirilən şəxs əvvəıllər cərimə cəzasına məhkum olunması səbəbindən əməlində cinayətin residivi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması və 59.1.8-ci maddəyə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə “xüsusilə ağır” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla, cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxsin tutulduğu gündən, yəni 21 oktyabr 2020ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməməlidir. Cinayət işi üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağı”nda saxlanılan, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd mətbəx bıçağı, meyitə baxış zamanı götürülmüş mərhum Zərərçəkmiş şəxs meyitinin əynində olan 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd qara rəngli qolsuz mayka və 1 ədəd tünd göy rəngli cins şalvar, hadisə zamanı Təqsirləndirilən şəxs üzərində olmuş 1 ədəd tünd göy rəngli, üzərində düzxətli zolaqlar olan pencək, 1 ədəd üstü boz rəngli, içərisi qırmızı rəngli olan qolsuz gödəkçə və 1 ədəd açıq göy rəngli cins şalvar, “Opel Astra” markalı, “**-VJ-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı pambığa hopdurulmaqla götürülmüş 2 ədəd qanabənzər ləkə nümunələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Quba rayon Vəkil Bürosunun vəkili X4 180 mant , məhkəmədə müdafiəsini həyata keçirən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi isə 210 (iki yüz on) manat, X8 isə 36 (otuz altı) manat miqdarında pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs xüsusi müsadirə tətbiq edilməsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 21 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağı”nda saxlanılan, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd mətbəx bıçağı, meyitə baxış zamanı götürülmüş mərhum Zərərçəkmiş şəxs meyitinin əynində olan 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd qara rəngli qolsuz mayka və 1 ədəd tünd göy rəngli cins şalvar, hadisə zamanı Təqsirləndirilən şəxs üzərində olmuş 1 ədəd tünd göy rəngli, üzərində düzxətli zolaqlar olan pencək, 1 ədəd üstü boz rəngli, içərisi qırmızı rəngli olan qolsuz gödəkçə və 1 ədəd açıq göy rəngli cins şalvar, “Opel Astra” markalı, “**-VJ-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı pambığa hopdurulmaqla götürülmüş 2 ədəd qanabənzər ləkə nümunələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə ibtidai istintaq zamani Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Quba rayon Vəkil Bürosunun vəkili X4 180 mant, məhkəmədə müdafiəsini həyata keçirən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi isə 210 (iki yüz on) manat, X8 isə 36 (otuz altı) manat miqdarında pul köçürülsün. Hökm elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar