Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1084/2021 16.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 22, mənzil 69-da qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə və xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, həbs olunanadək fərdi əməklə məşğul olmuş, üzərində məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ev 6, mənzil 9-da qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsində nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq satış məqsədi ilə Təqsirləndirilən şəxs2 bir hissəsini 10 yanvar 2021-ci il tarixdə, təxminən saat 23:00 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində “Daş bazarının” yaxınlığında, qalan hissəsini 13 yanvar 2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində fəaliyyət göstərən “BİO” marketin yaxınlığında 350 (üç yüz əlli) manat müqabilində külli miqdarda, yəni 9,687 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2,464 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bundan başqa, şəxsiyyəti istintaqa məlum olmayan Eyyub adlı İran İslam Respublikasının vətəndaşından 207,784 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 3,967 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı, 62 ədəd bütov həblər və 1 (bir) ədəd yarım həb formasında 2,5 qram çəkidə narkotik vasitə metadon əldə edib üzərində və idarə etdiyi “Hyundai Accent” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq Bakı şəhərindən Siyəzən rayonuna daşımış, 17 yanvar 2021-ci il tarixdə Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən Azərbaycan Respublikası DİN-in BDYPl-nin YPXA-nın İ tağımının 707 saylı stasionar postunda həmin tağımın əməkdaşları tərəfindən “COVİD-19” pandemiyası ilə əlaqədar Bakı şəhərinin çıxışında qurulmuş karantin postunu qanunsuz yollarla keçməsində şübhəli bilindiyinə görə stasionar postda saxlanılarkən narkotik vasitələrdən istifadə etməsini, üzərində və idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitələr olduğunu etiraf etdiyinə görə Siyəzən RPŞ-nin əməkdaşları ilə birlikdə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara-qəhvəyi rəngli qolsuz gödəkçənin sol iç döş cibindən 1 (bir) ədəd şəffaf sellofanın içərisindən 5,521 qram çəkidə və əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli kağız bükümdə 0,159 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, əynində olan qara rəngli şalvarın sağ yan balaca cibindən ağ rəngli kağız bükümdə 0,039 qram çəkidə psixotrop maddə metamfetamin, idarə etdiyi “Hyundai Accent” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində olan qara rəngli idman çantasında olan sarı rəngli, dairəvi formalı dəmir qabın içərisində olan 2 (iki) ədəd şəffaf sellofanın içərisində olan 22,321 qram və 45,0 qram çəkidə, həmin çantanın içərisində 1 (bir) ədəd ağ rəngli kağız qutuda ağ rəngli şəffaf sellofanın içərisindən 90,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmin çantadan 1 (bir) ədəd kibrit qutusunun içərisində olan şəffaf sellofan bükümdə 3,967 qram çəkidə narkotik vasitə həşiş qətranı, həmin çantadan 1 (bir) ədəd şəffaf sellofan paketin içərisində 0,033 qram çəkidə narkotik vasitə heroin, avtomobilin sürücü qapısının saxlanc yerindən 1 (bir) ədəd sarı rəngli plastmas dairəvi qutunun içərisində olan 2 (iki) ədəd şəffaf sellofan bükümlərdə 1,889 qram və 4,544 qram çəkidə narkotik vasitə heroin, həmin saxlanc yerindən 1 (bir) ədəd qara rəngli, zəncirbəndi qırmızı rəngli olan eynək qabıdan 1 (bir) ədəd şəffaf sellofan paketin içərisindən qara rəngli sellofan bükümdə 2,203 qram çəkidə və 1 (bir) ədəd açıq sarı rəngli polietilen bükümdə 2,902 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd kəsilmiş listdə 2 (iki) ədəd bütov, əlavə olaraq 1 (bir) ədəd yarımçıq həb formasında 0,10 qram çəkidə narkotik vasitə metadon, bundan başqa, 1 (bir) ədəd şəffaf sellofanın içərisində olan 3 (üç) ədəd kağız bükümdə, hər biri ayrı-ayrılıqda 0,370 qram, 0,282 qram və 0,277 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, üzərində metamfetamin izləri olan dəmir boruşəkilli əşya, avtomobilin sükanının sol tərəfində olan kiçik saxlanc yerindən 1 (bir) ədəd üzərində metamfetamin və heroin izləri olan "600g/0,01g" markalı elektron tərəzi, sürücü oturacağının yanında yerdə olan göy rəngli qutunun içərisindən daxilində metamfetamin izləri olan 1 (bir) ədəd göy rəngli plastmas boruşəkilli plastmas əşya, üzərində metamfetamin izləri olan 1 (bir) ədəd 1 (bir) ABŞ dolları pul əskinası, dəmir materiallardan hazırlanmış boruşəkilli əşya, dəmir alət və qayçıya bənzər dəmir alət, avtomobilin qabaq sağ sərnişin oturacağı ilə üzbəüz saxlanc yerindən üzərində "Pentalqin" yazısı olan qırmızı rəngli dərman qutusunun içərisindən ağ-yaşıl rəngli sellofan bükümdə 0,116 qram çəkidə psixotrop maddə metamfetamin, həmin saxlanc yerində olan "Winston" sözü yazılmış siqaret qutuları olan sellofan paketin içərisindən ağ rəngli sellofan bükümdə 0,215 qram çəkidə, həmçinin həmin bükümün içərisində olan ağ rəngli sellofan bükümdə 2,099 qram, şəffaf sellofan bükümün içərisində qara rəngli bükümdə 0,015 qram çəkidə psixotrop maddə metamfetamin, avtomobilin arxa sağ sərnişin oturacağının ayaqaltında olan üzərində “GLO” sözü yazılmış ağ rəngli kağız qutunun içərisindən 3 (üç) ədəd şəffaf sellofan paketin içərisindən 8,269 qram, 8,296 qram və 3,633 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 3 (üç) ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda çəkiləri 4,894 qram, 4,631 qram və 4,521 qram olan, həmçinin 2 (iki) ədəd sellofan paketin içərisində, hər birinin çəkisi ayrı-ayrılıqda 4,186 qram və 5,424 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 9,687 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3,214 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, 9,687 qram çəkidə narkotik vasitə heroini və 2,464 qram çəkidə psixotrop maddə metamfetamini vahid niyyətlə əhatə olunan qəsd formasında hissə-hissə 10 yanvar 2021-ci il tarixdə,təxminən saat 23:00 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində və 13 yanvar 2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsi ərazisində “Bio” marektin yaxınlığında Təqsirləndirilən şəxs1 350 manat pulun müqabilində satmış, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs1 17 yanvar 2021-ci il tarixdə idarə etdiyi **-LZ- *** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı minik avtomobili ilə Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən Azərbaycan Respublikası DİN-in BDYPİ-nin YPXA-nın İ tağımının 707 saylı stasionar postunda saxlanılıb üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilə baxış keçirilərkən sonuncunun üzərindən və idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş, qalan 0,750 qram çəkidə psixotrop maddə metamfetamin isə keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 18 yanvar 2021-ci il tarixdə, saat 18:00 radələrində Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi ərazisində saxlanılaraq aparıldığı Pirallahı RPŞ-nin Növbətçi Hissəsində üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o və Təqsirləndirilən şəxs2 Pirallahı rayonunda eyni məhəllədə yaşamışlar. O, bir neçə il əvvəl işləmək üçün Rusiya Federasiyasına getmişdir. O, Rusiya Federasiyasında olarkən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. O, Rusiyadan Azərbaycan Respublikasına qayıtdıqdan sonra da yaşadığı ərazidə narkotik vasitələrdən istifadə etməyə davam etmişdir. O, bir ildən çoxdur ki, narkotik vasitələrin alüdəçisi olmuşdur. O, tutulmamışdan əvvəl hər gün narkotik vasitələrdən istifadə etmişdir. O, Təqsirləndirilən şəxs2ı qonşu kimi tanımışdır. Bir müddət əvvəl Anar ona İran İslam Respublikasının vətəndaşı ilə internet vasitəsi ilə tanış olduğunu və həmin şəxsdən narkotik vasitə aldığını bildirmişdir. O, Anarla birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etdiyindən Anardan iranlı şəxsdən narkotik vasitə almasını istəmişdir. 10 yanvar 2021-ci il tarixdə Anar ona iranlı şəxsdən narkotik vasitə almaq üçün pulunun olub-olmadığını soruşmuşdur. O da Anara 300 manat pulunun olduğunu demişdir. Bundan sonra o, Anarla “Rahat” marketin yanında görüşmüş və sonuncuya 300 manat pul vermişdir. Sonra Anar orada olan postterminal vasitəsi ilə 350 manat pulu İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsə göndərmişdir. Həmin pulun 300 manatı ona, qalan 50 manatı isə Anara məxsus olmuşdur. 350 manat pulun müqabilində iranlı şəxs 10 qram metamfetamin və 10 qram “kakos”, eləcə də onlar iranlı şəxsin daimi müştəriləri olduqlarından iranlı şəxs onlara əlavə olaraq pulsuz da narkotik vasitə verəcəyini bildirmişdir. Anar pulu iranlı şəxsə göndərdikdən sonra o, Anarla birlikdə özünə məxsus maşınla narkotik vasitələri götürmək üçün Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisinə getmişdir. İranlı şəxs onlara verməli olduğu narkotik vasitələrin gizlədildiyi yeri Anara bildirmişdir. Narkotik vasitələr Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində dayanan kamaz markalı maşının arxa hissəsində yerləşdirilmişdir. Onlar deyilən yerə birlikdə getmişlər və həmin yerə çatdıqda Anar gedib həmin narkotik vasitələri götürmüşdür. Anar narkotik vasitələri həmin yerdən götürdükdən sonra onlar birlikdə Sumqayıt şəhərindən Pirallahı rayonu ərazisinə qayıtmışlar. Onlar yaşadıqları yerə yaxın yerdə əldə etdikləri narkotik vasitələri tərəzi vasitəsilə çəkmişlər və sonra həmin vasitələri öz aralarında bölmüşlər. Kimə hansı miqdarda narkotik vasitənin çatması onun yadında qalmamışdır. Amma yadında qaldığına görə onlar əldə etdikləri narkotik vasitələri bərabər bölmüşlər. Həmin hadisədən sonra o, bir nəfər qadın tanışı ilə birlikdə Siyəzən rayonuna getmişdir. Həmin ərəfədə ölkədə sərt karantin rejimi elan edildiyindən yollarda postlar qurulmuşdur. O, Siyəzən rayonuna çatdıqda oradaki postda olan yol polisi əməkdaşları onun idarə etdiyi maşını saxlamışlar. O, tutulmamışdan əvvəl öz maşınında narkotik vasitədən istifadə etmişdir. O, tutularkən üzərində və ona məxsus maşında ancaq narkotik vasitə marixuana və tərəzi olmuşdur. Həmin vaxt onun maşınında narkotik vasitələr heroin, metadon və psixotrop maddə metamfetamin olmamışdır. Sonra posta digər polislər gəlmişlər və onu Polis bölməsinə aparmışlar. Həmin gün onun üzərində olan pulqabıda və idarə etdiyi maşında müxtəlif növdə narkotik vasitə və psixotrop maddələr olsa da, onun həmin narkotik vasitələri satmaq kimi fikri olmamışdır. O, narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən həmin vasitə və maddələri öz istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, həbs olunanadək Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsində yaşamışdır. O, təxminən 2020-ci ilin əvvəllərindən narkotik vasitə və psixotrop maddələrdən istifadə etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs1 yaşadığı Pirallahı qəsəbəsindən tanımışdır. Abbas da onun kimi narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyindən o, Abbasla birlikdə narkotik vasitə və psixotrop maddələr qəbul etmişdir. O, narkotik vasitələri adətən Əsgər adlı İran İslam Respublikasının vətəndaşından almışdır. O, Əsgərdən müxtəlif vaxtlarda bir neçə dəfə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. Ona narkotik vasitə və psixotrop maddə lazım olduqda o, bu barədə Əsgərə “Votsap” vasitəsi ilə yazmış, sonuncu da ona Sumqayıt şəhərində müxtəlif yerlərin şəkillərini çəkib ataraq narkotik vasitə və psixotrop maddələrin olduğu yerləri bildirmişdir. Sonra da o, həmin iranlı şəxsə postterminal vasitəsilə narkotikin pulunu göndərmişdir. Onun sonuncu dəfə Əsgərdən aldığı narkotik vasitələrin dəyəri 350 manat olmuşdur. Onu pulu az olduğundan Əsgərə ödədiyi 350 manatın 50 manatı ona, qalan 300 manatı isə Abbasa məxsus olmuşdur. O, sonuncu dəfə narkotik vasitə almaq məqsədi ilə 10 yanvar 2021-ci il tarixdə Buzovna qəsəbəsi ərazisində fəaliyyət göstərən “Rahat” marketin qarşısında Abbasla görüşmüş və Abbasdan götürdüyü 300 manatın üstünə 50 manat pulu əlavə edərək ümumilikdə 350 manat pulu Əsgərə postterminal vasitəsi ilə göndərmişdir. O, ödəniş etdikdən sonra ödəniş qəbzinin şəklini “Votsap” vasitəsi ilə Əsgərə göndərərək alacaqları narkotik vasitənin dəyərini ödədiklərini bildirmişdir. Bunun cavabında da Əsgər ona “Votsap” vasitəsi ilə Sumqayıt şəhərinə getməyini bildirmişdir. Sonra o, Abbasla birlikdə sonuncunun idarə etdiyi “Hyundai Aksent” markalı, **-LZ-*** dövlət qeydiyyat nömrəli maşınla Sumqayıt şəhərində 18-ci mikrorayon adlanan əraziyə getmişdir. 10 yanvar 2021-ci il tarixdə, təxminən saat 23:00-da Əsgər ona “Votsap” vasitəsilə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində narkotik vasitənin qoyulduğu yerin, yəni “Ucuzluq” marketi ilə üzbəüz dayanmış kamazın arxa hissəsində narkotik vasitələrin gizlədildiyi yerin şəklini göndərək onlara verəcəyi narkotik vasitənin orada olduğunu bildirmişdir. Sonra o, Əsgərin dediyi yerə yaxınlaşmış və orada gizlədilmiş siqaret qutusunu görmüşdür. Siqaret qutusunun içində Əsgərin onlara verməli olduğu narkotik vasitələr olmuşdur. O, həmin narkotik vasitənin olduğu siqaret qutusunu kamaz markalı maşının arxa hissəsindən götürmüşdür. Həmin vaxt Abbas onu öz maşınında gözləmişdir. O, siqaret qutusunu götürüb Abbasın maşınına qayıtmış və orada həmin narkotik vasitələri və psixotrop maddələri tərəzi vasitəsilə çəkmişdir. Heroinin çəkisi təxminən 9 qram, metamfetaminin çəkisi isə 4 qramdan çox olmuşdur. O, narkotik vasitələrin az çəkidə olduğunu gördükdən sonra Əsgərə zəng edərək bununla bağlı etirazını bildirmişdir. O, bunu Əsgərə dedikdə sonuncu çatışmayan “malın” qalan hissəsini növbəti dəfə göndərəcəyini demişdir. O da Əsgərlə razılaşmışdır. 12 yanvar 2021-ci il tarixdə Əsgər ona “Votsap” vasitəsi ilə zəng edərək narkotik vasitələrin qalan hissəsinin Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində “Nur” şadlıq sarayının yaxınlığında dayanmış avtobusun arxa hissəsində yerləşdirildiyini bildirmişdir. O da gedib həmin yerdən Əsgərin yerləşdirdiyi narkotik vasitəni götürmüşdür. Sonra o, Abbasa bu barədə məlumat vermiş və onlar görüşməyi qərara almışlar. Bundan sonra o, Abbasla Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən “BİO” marketin yaxınlığında görüşmüş və götürdüyü narkotik vasitəni sonuncuya vermişdir. 18 yanvar 2021-ci il tarixdə, təxminən saat 18:00-də o, yaşadığı Bakı şəhəri, K.Rzayev küçəsindəki evin qarşısında olarkən Siyəzən RPŞ-nin və Pirallahı RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Sonra polis əməkdaşları onu Polis bölməsinə aparmışlar. Orada videoçəkiliş vasitəsilə və onun üçün dəvət edilmiş müdafiəçinin yanında onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən “Vinston” siqaret qutusu çıxmışdır. Həmin qutunun içərisində psixotrop maddə metamfetamin qəbul etmək üçün nəzərdə tutulmuş 1 (bir) ədəd müştük və 1 (bir) ədəd gümüşü rəngli falqa aşkar edilmişdir. Həmin falqanın içində narkotik vasitə heroin olmuşdur. Bundan başqa, onun əynində olan şalvarın cibindən 1 (bir) ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. O, heç vaxt Abbasa və digər şəxslərə narkotik vasitə və psixotrop maddə satmamışdır. Onun Abbasa verdiyi narkotik vasitə əslində Abbasın özünə məxsus olmuşdur. Onların Əsgərə göndərdikləri 350 manatın 300 manatı Abbasa məxsus olduğundan o, Əsgərin göndərdiyi narkotik vasitəni Abbasa vermişdir. O, heç vaxt Abbasa narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda özlərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinə aidiyyatlarının olmadığını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda məhkəmə istintaqında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə aidiyyatlarının olmaması ilə bağlı hissədə vermiş olduqları ifadələri cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin məhkəmə istintaqında vermiş olduqları ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə fərqli məzmunda ifadələr verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 yanvar 2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində Siyəzən rayon Yol Patrul Xidmətinin 707 saylı stasionar nəzarət postunun əməkdaşları tərəfindən onun işlədiyi Siyəzən RPŞnin CAB-nə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs1 məxsus qara rəngli “Hyundai Aksent” markalı, **-LZ-*** dövlət qeydiyyat nömrəli avtomobildən və həmin avtomobili idarə edən şəxsin üzərindən narkotik vasitələr aşkar edilmişdir. Sonra o, baş müstəntiq Azər Şahbazov, digər polis əməkdaşı Şahid3 və bir də müdafiəçi birlikdə həmin postun ərazisinə getmişlər. Orada Təqsirləndirilən şəxs1 üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilərkən sonuncunun üzərindən və avtomobilindən narkotik vasitələr heroin, marixuana, metadon və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin vaxt bildirmişdir ki, üzərindən aşkarlanmış narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs1 məxsus avtomobilin içindən də müxtəlif növlü narkotik vasitələr aşkar edilmişdir. Avtomobilin içərisindən, həmçinin pul da aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 onlara izahatında bildirmişdir ki, həmin narkotik vasitələri dostu Anar adlı şəxsdən almışdır. Təqsirləndirilən şəxs1 onlara narkotik vasitə və psixotrop maddələri Anar adlı şəxsdən aldığı dedikdən sonra onun tərəfindən Təqsirləndirilən şəxs2 Pirallahı rayonunda yaşaması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığında qanunsuz olaraq narkotik vasitələrdən istifadə etdiyinə, həmin vasitələri əldə etdiyinə və saxladığına görə onun da daxil olduğu əməliyyat qrupu tərəfindən saxlanılmışdır. Sonra onlar Təqsirləndirilən şəxs2 Pirallahı rayon Polis şöbəsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş və sonuncunun sağ yan cibindən metamfetamin və müştük aşkar edilmişdir. Aşkar olunmuş əşyalar onun iştirakı ilə qablaşdırılmış və götürülmüşdür. Sonra bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Azad oğlu və Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, DİN-nin BDYPİ-nin YPX-da baş inspektor vəzifəsində işləyir. 17 yanvar 2021-ci il tarixdə o, Bakı-Quba yolunun 83-cü kilometrliyində Baş Dövlət Yol Polis İdarəsinin 707 saylı stasionar postunda xidmətdə olmuşdur. Tağım komandiri tərəfindən onlara məlumat verilmişdir ki, onların xidmət etdiyi post istiqamətində üzəri palçıqlı olan nəqliyyat vasitəsi yaxınlaşmışdır. Həmin ərəfədə respublika ərazisində sərt karantin rejimi tətbiq edildiyindən onlar güman etmişlər ki, həmin palçıqlı avtomobilin sürücüsü yoxlama tədbirlərindən yayınmaq üçün torpaq yollardan istifadə etmişdir. Bu səbəbdən də onlar Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsini postda saxlamışlar. Həmin avtomobildə iki nəfər şəxs olmuşdur. Biri Təqsirləndirilən şəxs1, ikincisi isə bir xanım olmuşdur. Yoxlama zamanı onların tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qeydiyyatı Bakı şəhəri olduğundan və eyni zamanda ezamiyyət vərəqinə malik olduğundan Abbasın qeydiyyatda olduğu Bakı şəhərindən Siyəzən rayonu ərazisinə səfər edə bilərmiş. Lakin Təqsirləndirilən şəxs1 yanında olan xanımın qeydiyyatı Cəlilabad rayonu olduğundan sonuncunun qeydiyyatda olduğu ərazini tərk etməyə dair heç bir icazəsi olmamışdır. Hadisə yerində şifahi sorgu-sual zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsini karantin postundan kənar ərazidən torpaq yolla keçirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 sorğu-sual zamanı özünü şübhəli aparmışdır. Bu səbəbdən də onlar Təqsirləndirilən şəxs1 spirtli içkinin təsiri altında olub-olmamasını soruşmuşlar. Lakin Təqsirləndirilən şəxs1 onlara cavab verməkdən boyuq qaçırmışdır. Hətta Təqsirləndirilən şəxs1 qaçmağa da cəhd etmişdir. Lakin onlar Təqsirləndirilən şəxs1 vaxtında saxlamışlar. Onlar Təqsirləndirilən şəxs1 qarşısını aldıqdan sonra sonuncu səmimi şəkildə bildirmişdir ki, üzərində və maşınında narkotik vasitə və psixotrop maddələr olmuşdur. Təqsirləndirilən şəxs1 bu sözlərindən sonra onlar Siyəzən rayon Polis şöbəsinə bu barədə məlumat vermişlər. Bir neçə dəqiqədən sonra Siyəzən rayon Polis şöbəsinin əməkdaşları onun xidmət etdiyi posta gəlmişlər. Orada Təqsirləndirilən şəxs1 üzərinə və nəqliyyat vasitəsinə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Həmin vaxt saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobildən çoxlu sayda narkotik vasitə heroin, tiryək, marixuana, metadon, eləcə də psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən, həm də idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr polis əməkdaşları tərəfindən götürülərək hadisə yerində qablaşdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 oxşar məzmunlu ifadə verməklə Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 yanvar 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai Accent” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Siyəzən rayonu, Zarat kəndinin ərazisində qurulmuş 707 saylı YPX postunda saxlanılmış və Təqsirləndirilən şəxs1 üzərindən, eləcə də idarə etdiyi avtomobildən narkotik vasitələr aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 13) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 14) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 19-20) görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan qəhvəyi rəngli dəri qolsuz gödəkçənin sol iç döş cibindən 1 (bir) ədəd ağ rəngli kağız parçası, 1 (bir) ədəd qara rəngli pulqabı, gödəkçənin sol iç döş cibindən şəffaf sellofan bükümün içərisində yaşıl rəngli spesifik iyə malik kütlə, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli kağız bükümün içərisində yaşıl rəngli spesifik iyə malik kütlə, şalvarının sağ yan balaca cibindən 1 (bir) ədəd ağ rəngli kağız bükümün içərisində ağ rəngli kristala bənzər kütlə və qara rəngli pulqabı aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 yanvar 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 23-27) görünür ki, “Hyundai Accent” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində olan qara rəngli idman çantasında olan sarı rəngli, dairəvi formalı dəmir qabın içərisindəki 2 (iki) ədəd şəffaf sellofanın içərisində olan 22,321 qram və 45,0 qram çəkidə qurudulmuş halda narkotik vasitə marixuana, həmin çantanın içərisində olan 1 (bir) ədəd ağ rəngli kağız qutunun içindəki ağ rəngli şəffaf sellofanın içərisindən 90,0 qram çəkidə qurudulmuş narkotik vasitə marixuana, həmin çantadan 1 (bir) ədəd kibrit qutusunun içərisində olan şəffaf sellofan bükümdə 3,967 qram çəkidə narkotik vasitə həşiş qətranı, həmin çantadan 1 (bir) ədəd şəffaf sellofan paketin içərisində 0,033 qram çəkidə narkotik vasitə heroin, avtomobilin sürücü qapısının saxlanc yerindən 1 (bir) ədəd sarı rəngli plastmas dairəvi qutunun içərisində olan 2 (iki) ədəd şəffaf sellofan bükümlərdə 1,889 qram və 4,544 qram çəkidə narkotik vasitə heroin, həmin saxlanc yerindən 1 (bir) ədəd qara rəngli, zəncirbəndi qırmızı rəngli olan eynək qabıdan 1 (bir) ədəd şəffaf sellofan paketin içərisindən qara rəngli sellofan bükümdə 2,203 qram çəkidə və 1 (bir) ədəd açıq sarı rəngli polietilen bükümdə 2,902 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd kəsilmiş listdə 2 (iki) ədəd bütov, əlavə olaraq 1 (bir) ədəd yarımçıq həb formasında 0,10 qram çəkidə narkotik vasitə metadon, bundan başqa, 1 (bir) ədəd şəffaf sellofanın içərisində olan 3 (üç) ədəd kağız bükümlərdə, hər biri ayrı-ayrılıqda 0,370 qram, 0,282 qram və 0,277 qram çəkidə olan qurudulmuş narkotik vasitə marixuana, üzərində metamfetaminin izləri olan dəmir boruşəkilli əşya, avtomobilin sükanının sol tərəfində olan kiçik saxlanc yerindən 1 (bir) ədəd, üzərində metamfetaminin və heroinin izləri olan "600g/0,01g" markalı elektron tərəzi, sürücü oturacağının yanında yerdə olan göy rəngli qutunun içərisindən daxilində metamfetaminin izləri olan 1 (bir) ədəd göy rəngli plastmas boruşəkilli əşya, üzərində metamfetaminin izləri olan 1 (bir) ədəd 1 ABŞ dolları pul əskinası, dəmir materiallardan hazırlanmış boruşəkilli əşya, dəmir alət və qayçıya bənzər dəmir alət, avtomobilin qabaq sağ sərnişin oturacağı ilə üzbəüz saxlanc yerindən üzərində "Pentalqin" yazısı olan qırmızı rəngli dərman qutusunun içərisindən ağ-yaşıl rəngli sellofan bükümdə 0,116 qram çəkidə psixotrop maddə metamfetamin, həmin saxlanc yerində olan "Winston" sözü yazılmış siqaret qutuları olan sellofan paketin içərisindən ağ rəngli sellofan bükümdə 0,215 qram çəkidə, həmçinin həmin bükümün içərisində olan ağ rəngli sellofan bükümdə 2,099 qram, şəffaf sellofan bükümün içərisində qara rəngli bükümdə 0,015 qram çəkidə psixotrop maddə metamfetamin, avtomobilin arxa sağ sərnişin oturacağının ayaqaltında olan, üzərində “GLO” sözü yazılmış ağ rəngli kağız qutunun içərisindən 3 (üç) ədəd şəffaf sellofan paketin içərisindən 8,269 qram, 8,296 qram və 3,633 qram çəkidə qurudulmuş narkotik vasitə marixuana, 3 (üç) ədəd kibrit qutusunda hər birinin ayrıayrılıqda çəkiləri 4,894 qram, 4,631 qram və 4,521 qram təşkil edən qurudulmuş narkotik vasitə marixuana, həmçinin 2 (iki) ədəd sellofan paketin içərisində, hər birinin çəkisi ayrıayrılıqda 4,186 qram və 5,424 qram təşkil edən qurudulmuş narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/82 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 71) görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs1 götürülmüş” sözləri yazılmış zərfdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 5,521 qram və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,159 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qurudulmuş narkotik vasitə marixuananın ümumi çəkisi - 5,68 qram təşkil edir (tədqiqata 0,1 qram sərf edilmiş, qalıq çəki 5,58 qram təşkil edir). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/83 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 72-74) görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən götürülmüş və tədqiqata təqdim olunmuş kibrit qutusunun içərisində bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,967 qram olan maddə narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranıdır. Narkotik vasitə həşiş qətranının ümumi təmiz çəkisi - 3,967 qram təşkil edir (tədqiqata 0,03 qram sərf edilmiş, qalıq çəki 3,937 qram təşkil edir). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/221 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 75-80) görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Təqsirləndirilən şəxs1 yazısı olan 3 (üç) ədəd zərfdəki - sarı rəngli plastmas qutuda 2 (iki) ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 1,889 qram və 4,544 qram, üzərində "Pentalqin" yazısı olan qutuda bir ədəd bükümdə təmiz çəkisi 0,116 qram, şəffaf polietilen bükülüdə bir neçə şəffaf polietilen bükümlərdə təmiz çəkisi 0,033 qram, qırmızı-qara zəncirbəndli balaca eynək qabının içərisindəki qara rəngli polietilen bükümdə təmiz çəkisi 0,203 qram və açıq sarı rəngli polietilen bükümdə təmiz çəkisi 2,902 qram, ümumi təmiz çəkisi 9,687 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; yaşıl-ağ rəngli polietilen bükümdə təmiz çəkisi 0,215 qram, ağ rəngli polietilen bükümdə 2,099 qram və şəffaf polietilen bükümdə təmiz çəkisi 0,015 qram, ümumi təmiz çəkisi 2,329 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində "Methadon 40” yazısı olan 6 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumi 60 ədəd üzərində "F/M40” həkk olunmuş qəhvəyi rəngli həblər, üzərində "Methad.." yazısı olan konvalyutda 2 ədəd üzərində "F/M40” həkk olunmuş qəhvəyi rəngli həblər və qəhvəyi rəngli həbin 1/2 hissəsi metadon tərkibli dərman preparatıdır, 62 ədəd həbdən və həbin 1/2 hissəsindən ibarət metadonun təsir edici maddəsinin ümumi miqdarı 2,5 qram təşkil edir (bir həbdə 0,04 qram metadon olmaqla); 1 (bir) ədəd 1 ABŞ dollar pul əskinası, göy rəngli plastmas və dəmir materiallardan olan boruşəkilli əşyaların içərisində, dəmir alət və qayçıya bənzər alətin üzərində metamfetaminin, "600g/0,01g" markalı elektron tərəzinin üzərində metamfetaminin və heroinin izləri vardır. Lakin heroin və metamfetamin iz şəklində olduğu üçün, onların çəkisini müəyyən etmək mümkün olmadı; bir ədəd kibrit qutudakı üzərində "Male sexual stimulant" yazısı olan konvalyutda olan qara rəngli dairəvi formalı və qırmızı rəngli uzunsov formalı həblər narkotik, psixotrop və güclü təsir edən tərkibli dərman preparatlara aid deyildir; gümüşü falqa kağız parçaları üzərində narkotik və ya psixotrop maddələrin izləri yoxdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahıya əsasən narkotik vasitə heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin", metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin" İ siyahısına və metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin" İİ siyahısına daxildirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/222 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 82-86) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş..." yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,039 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmin zərfdə olan 3 (üç) ədəd şəffafçəhrayı rəngli və 1 (bir) ədəd qəhvəyi rəngli kapsuldakı maddələrin tərkibində narkotik, psixotrop və ya güclü təsir edən maddələrin komponentləri yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/84- 6/220 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 90-92) görünür ki, tədqiqata təqdim edilmiş üzərində "**-LZ-***-d/q/nişanlı avtomobilin yük yerindən götürülmüş kütlə, iştirakçılar 1) Təqsirləndirilən şəxs1 imza .......7) H....imza"...yazı və imzalar olan sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 22,321 qram, 45,0 qram və 90,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində "**-LZ-***-d/q/nişanlı avtomobilin yük yerindən götürülmüş kütlə, İştirakçılar 1) Təqsirləndirilən şəxs1.........7) H....imza" yazı və imzalar olan sellofanda sarı rəngli kinder qabının içərisində təmiz çəkisi 5 qram olan bitki toxumları əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar Narkotik vasitələrin siyahısına daxil deyillər. Tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs1 avtomobildən aşkar olunan kütlələr, İştirakçılar 1) A. Abbasov.. 7) Q....imza" yazı və imzalar olan ağ rəngli zərfdə üzərində "GLO 2 black series" yazılan qutuda 3 ədəd kibrit qutusunun hər birində, ayrı-ayrılıqda təmiz çəkisi 4,894 qram, 4,631 qram və 4,521 qram bitki mənşəli kütlələr, 3 ədəd polietilen bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 8,269 qram, 8,296 qram və 3,633 qram olan bitki mənşəli kütlələr, 1 ədəd polietilendə təmiz çəkisi 4,186 qram və 5,424 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs1 avtomobildən aşkar olunan kütlələr, İştirakçılar 1) Təqsirləndirilən şəxs1.....7) Q....imza" yazı və imzalar olan olan ağ rəngli zərfdə üzərində "GLO 2 black series" yazılan qutuda bir ədəd üzərində "Tic Tac" yazılan plastmas qabda təmiz çəkisi 1,84 qram bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrin siyahısına daxil deyillər. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs1 avtomobildən aşkar olunan kütlələr, İştirakçılar 1) Təqsirləndirilən şəxs1 7) Q....imza" yazı və imzalar olan ağ rəngli zərfdə kiçik ölçülü polietilen bağlamada təmiz çəkisi 0,370 qram, 0,282 qram və 0,277 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs1 avtomobildən aşkar olunan kütlələr, İştirakçılar 1) Təqsirləndirilən şəxs1 7) Q....imza" yazı və imzalar olan ağ rəngli zərfdə kiçik ölçülü polietilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,187 qram və 0,021 qram bitki toxumları əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrin siyahısına daxil deyillər. Tədqiqata təqdim edilmiş üzərində " Təqsirləndirilən şəxs1 avtomobildən aşkar olunan kütlələr, İştirakçılar 1) Təqsirləndirilən şəxs1 7) Q....imza" yazı və imzalar olan ağ rəngli zərfdə kiçik ölçülü polietilen bağlamada təmiz çəkisi 0,096 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 166) görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 167) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 172-173) görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən 1 (bir) ədəd gümüşü rəngli falka bükülüsü, əynində olan göy rəngli cins şalvarının sağ balaca yan cibindən bir ədəd şəffaf sellofan bükülüdə psixotrop maddə metamfetamin və bir ədəd qara rəngli kustar üsulla hazırlanmış müştük aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 114- 115) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 yanvar 2021-ci il tarixli Sizəyən Rayon Məhkəməsinin 4(059)-05/2021 saylı qərarından (cild 1, iş vərəqə 139-140) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 17 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/241 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 182-185) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün № 96" dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq..." və sair yazılar, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,750 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd falqa kəsiyinin səthində və 1 ədəd kustar üsulla hazırlanmış qara rəngli müştüyə bənzər predmetin daxilində heroinin izləri müəyyən edildi. Həmin predmetlərdə heroin az miqdarda olduğundan təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 217- 218) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 yanvar 2021-ci il tarixli Siyəzən Rayon Məhkəməsinin 4(059)-06/2021 saylı qərarından (cild 2, iş vərəqə 1- 2) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 18 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 7-9) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 15 saylı rəyindən (cild 2, iş vərəqə 171-172) görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə tibbi ekspertizası zamanı bədəni üzərində hər hansı növ bədən xəsarəti aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 74) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Sabunçu Rayon Məhkəməsinin 14 sentyabr 2006-cı il tarixli hökmünün surətindən (cild 2, iş vərəqə 78-79) görünür ki, Şıxıyev X7 Rayon Məhkəməsinin 14 sentyabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 03 fevral 2007-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 2, iş vərəqə 129) görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 2, iş vərəqə 162) görünür ki, Təqsirləndirilən şəxs2 oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/137- 6/462 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 189-190) görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobilin müxtəlif yerlərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanalar kimyəvi tərkiblərinə və xarici görünüşlərinə görə bir-biriləri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobildə müxtəlif yerlərdən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinlər kimyəvi tərkiblərinə və xarici görünüşlərinə görə bir-biriləri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobilin müxtəlif yerlərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminlər kimyəvi tərkiblərinə və xarici görünüşlərinə görə birbiriləri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobilin müxtəlif yerlərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminlər ilə Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminlər kimyəvi tərkiblərinə və xarici görünüşlərinə görə bir-biriləri ilə eynilik təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 ambulator məhkəmə-psixiatrik ekspertizası haqqında 317 nömrəli rəyindən (cild 2, iş vərəqə 179-180) görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 ambulator məhkəmə-psixiatrik ekspertizası haqqında 318 nömrəli rəyindən (cild 2, iş vərəqə 183-184) görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X6 X4 529 saylı rəyindən (cild 2, iş vərəqə 163-164) görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X6 X4 686 saylı rəyindən (cild 2, iş vərəqə 165-166) görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 200-241) görünür ki, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 307-ci maddələri ilə cinayət təqibinin rədd edilməsi, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 əməlinin tövsif edilməsi və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs1 üzərindən, eləcə də idarə etdiyi avtomobildən götürülmüş və qalıq çəkiləri 206,634 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın, 9,367 qram təşkil edən narkotik vasitə heroinin, 2,16 qram təşkil edən psixotrop maddə metamfetaminin, qalıq sayı 59 ədəd təşkil edən metadon həbinin, 3,937 qram təşkil edən narkotik vasitə həşiş qətranının, Təqsirləndirilən şəxs2 götürülmüş və qalıq çəkisi 0,65 qram təşkil edən psixotrop maddə metamfetaminin, habelə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən götürülmüş, üzərində metamfetaminin və heroinin izləri olan 1 (bir) ədəd 1 ABŞ dollar pul əskinasının, göy rəngli plastmas və dəmir materiallardan olan boruşəkilli əşyaların, dəmir alət və qayçıya bənzər alətin, 1 (bir) ədəd "600g/0,01 g" markalı elektron tərəzinin, psixotrop və güclü təsir edən tərkibli dərman preparatlarına aid olmayan bir ədəd kibrit qutusundakı üzərində "Male sexual stimulant" yazısı olan konvalyutda olan qara rəngli dairəvi formalı və qırmızı rəngli uzunsov formalı həblərin, üzərində narkotik və ya psixotrop maddələrin izləri olmayan gümüşü falqa kağız parçalarının, tərkibində narkotik, psixotrop və ya güclü təsir edən maddələrin komponentləri olmayan 3 (üç) ədəd şəffaf-çəhrayı rəngli və 1 (bir) ədəd qəhvəyi rəngli kapsulaların, narkotik vasitələrin siyahısına daxil edilməyən sarı rəngli kinder qabının içərisində təmiz çəkisi 5 qram olan, üzərində "Tic Tac" yazılan plastmas qabda təmiz çəkisi 1,84 qram olan, kiçik ölçülü polietilen bağlamada hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 0,187 qram və 0,021 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarının, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş səthində heroinin izləri olan 1 ədəd falqa kəsiyinin və daxilində heroinin izləri olan 1 ədəd kustar üsulla hazırlanmış qara rəngli müştüyə bənzər predmetin, Təqsirləndirilən şəxs2 məxsus “Xiaomi Note 7” markalı mobil telefonun maddi sübut kimi tanınması və saxlanması üçün Siyəzən RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilməsi, ümumilikdə 05 (beş) ədəd diskin və 06 (altı) ədəd fotoşəkillərin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 04-05) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar və vəsatətlər vermişlər, o cümlədən onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən onların hər birinə qarşı irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün tərkib əlamətlərinin olması və qeyd edilən cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5 -ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin, 2-ci Siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ayrıayrılıqda törətmişlər. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində onlar bilavasitə təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməlidirlər və törətmiş olduqları cinayət əməllərinə görə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cavan olmalarını, Təqsirləndirilən şəxs1 evli olmasını, habelə onların ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini və hər birinin yaşayış yeri üzrə müsbət xarakterizə olmalarını onların hər birinə nisbətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halları, onların əməllərində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin çəkisini və müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, eləcə də, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə satması faktı təsdiq olunduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 fərqli olaraq, Təqsirləndirilən şəxs2 daha sərt cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə müxtəlif növdə narkotik vasitə və psixotrop maddə əldə edib saxlasa və daşısa da, faktiki olaraq həmin vasitələri heç kəsə satmamışdır. Təqsirləndirilən şəxs2 isə bilavasitə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olaraq Təqsirləndirilən şəxs1 narkotik vasitə satmışdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 17 yanvar 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəzasının əvvəli isə onun tutulduğu vaxtdan, yəni 18 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işində olan 18 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X6 X4 529 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan 04 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X6 X4 686 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Qeyd edilən rəyləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkəcəkləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və onlar ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Siyəzən rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 206,634 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 9,367 qram təşkil edən narkotik vasitə heroin, 2,16 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq sayı 59 ədəd təşkil edən metadon həbləri, 3,937 qram təşkil edən narkotik vasitə həşiş qətranı, 0,65 qram təşkil edən psixotrop maddə metamfetamin, göy rəngli plastmas və dəmir materiallardan olan boruşəkilli əşyalar, dəmir alət və qayçıya bənzər alət, 1 (bir) ədəd "600g/0,01 g" markalı elektron tərəzi, psixotrop və güclü təsir edən tərkibli dərman preparatlarına aid olmayan bir ədəd kibrit qutusundakı üzərində "Male sexual stimulant" yazısı olan konvalyutda olan qara rəngli dairəvi formalı və qırmızı rəngli uzunsov formalı həblər, üzərində narkotik və ya psixotrop maddələrin izləri olmayan gümüşü falqa kağız parçaları, tərkibində narkotik, psixotrop və ya güclü təsir edən maddələrin komponentləri olmayan 3 (üç) ədəd şəffafçəhrayı rəngli və 1 (bir) ədəd qəhvəyi rəngli kapsulalar, narkotik vasitələrin siyahısına daxil edilməyən sarı rəngli kinder qabının içərisində təmiz çəkisi 5 qram olan, üzərində "Tic Tac" yazılan plastmas qabda təmiz çəkisi 1,84 qram olan, kiçik ölçülü polietilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,187 qram və 0,021 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları, səthində heroinin izləri olan 1 (bir) ədəd falqa kəsiyi və daxilində heroinin izləri olan 1 (bir) ədəd kustar üsulla hazırlanmış qara rəngli müştüyə bənzər predmet məhv edilməli, 1 (bir) ədəd 1 ABŞ dolları pul əskinası Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs2 məxsus “Xiaomi Note 7” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, 05 (beş) ədəd disk və 06 (altı) ədəd fotoşəkil cinayət işində saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 757,30 (yeddi yüz əlli yeddi manat otuz qəpik) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 757,30 (yeddi yüz əlli yeddi manat otuz qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Siyəzən rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 206,634 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 9,367 qram təşkil edən narkotik vasitə heroin, 2,16 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq sayı 59 ədəd təşkil edən metadon həbləri, 3,937 qram təşkil edən narkotik vasitə həşiş qətranı, 0,65 qram təşkil edən psixotrop maddə metamfetamin, göy rəngli plastmas və dəmir materiallardan olan boruşəkilli əşyalar, dəmir alət və qayçıya bənzər alət, 1 (bir) ədəd "600g/0,01 g" markalı elektron tərəzi, psixotrop və güclü təsir edən tərkibli dərman preparatlarına aid olmayan bir ədəd kibrit qutusundakı üzərində "Male sexual stimulant" yazısı olan konvalyutda olan qara rəngli dairəvi formalı və qırmızı rəngli uzunsov formalı həblər, üzərində narkotik və ya psixotrop maddələrin izləri olmayan gümüşü falqa kağız parçaları, tərkibində narkotik, psixotrop və ya güclü təsir edən maddələrin komponentləri olmayan 3 (üç) ədəd şəffaf-çəhrayı rəngli və 1 (bir) ədəd qəhvəyi rəngli kapsulalar, narkotik vasitələrin siyahısına daxil edilməyən sarı rəngli kinder qabının içərisində təmiz çəkisi 5 qram olan, üzərində "Tic Tac" yazılan plastmas qabda təmiz çəkisi 1,84 qram olan, kiçik ölçülü polietilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,187 qram və 0,021 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları, səthində heroinin izləri olan 1 (bir) ədəd falqa kəsiyi və daxilində heroinin izləri olan 1 (bir) ədəd kustar üsulla hazırlanmış qara rəngli müştüyə bənzər predmet məhv edilsin. 1 (bir) ədəd 1 ABŞ dolları pul əskinası Təqsirləndirilən şəxs1 yaxın qohumlarına, Təqsirləndirilən şəxs2 məxsus “Xiaomi Note 7” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, 05 (beş) ədəd disk və 06 (altı) ədəd fotoşəkil cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 757,30 (yeddi yüz əlli yeddi manat otuz qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1084/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1084/2021
16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver