Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1084/2022 03.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1999-cu il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, 17 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 yanvar 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq naməlum vaxtda və şəraitdə, naməlum mənbədən külli miqdarda 52,047 qram çəkidə narkotik vasitə “heroin”i əldə edib üzərində saxlayaraq daşımış və 17 yanvar 2022-ci il tarixdə, saat 20:20 radələrində Bakı şəhəri Nəsimi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılıb, Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasına aparılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən həmin narkotik vasitə heroin 01 ədəd ağ rəngli polietilen bükümdə aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, istintaqda vermiş olduğu ifadəsi düz deyildir. O, narkotiki tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün almış, narkotiki satış məqsədi ilə almamışdır. Simral adlı şəxsi tanımış və sonuncudan 1-2 dəfə ucuz qiymətə narkotik alıb istifadə etmişdir. Saxlanılarkən onda 52 qram heroin olmuşdur. Tez-tez gedib almamaq məqsədilə bir dəfəyə belə çox almış və uzun müddət istifadə etməsi üçün nəzərdə tutulmuşdur. 17 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində ünvan 5 ünvanının qarşısında saxlamış və 19-cu PŞ-yə aparmışlar. Üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən həmin narkotik vasitə heroin 01 ədəd ağ rəngli polietilen bükümdə aşkar edilərək ondan götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, istintaq zamanı ondan telefon da götürülmüşdür. Səbiş adlı şəxs onun dostu olmuş, sonuncunun narkotiklə əlaqəsi olmamışdır. Səbiş ona görə bir nəfəri tanımış və həmin şəxsin evindən oğurluq etmişdir. Ona görə də Səbişə “Səbiş, gedirəm narkotik almağa, 20 manat mənim üçün heç nədir” yazmışdır. Yəni o, oğurluq etməsinin yaxşı iş olmadığını, 20 manatın onun üçün pul olmadığını demək istəmişdir. Polislər qızıllarla bağlı mesajları işə tikməmiş, özlərinə sərf edən mesajları işə tikmişlər. O, dəfələrlə narkotiklə bağlı müalicə olunmuşdur. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməsə də, etirafedici ifadə verib göstərmişdir ki, heç bir ruhiəsəb dispanserində qeydiyyatda olmamış və təxminən 2 ilə yaxındır ki, narkotik vasitə heroindən istifadə etmişdir. 17 yanvar 2022-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «20 yanvar» metrostansiyası ərazisində yerləşən «Bravo» supermarketin yaxınlığında yerləşən hündürmərtəbəli binada yaşayan «Simral» adlı şəxs ilə binanın həyətində görüşmüşdür. O, həmin şəxsə 168 manat pul verib bir ədəd polietilen torbanın içərisində qəhvəyi rəngli narkotik vasitə heroini satıb gəlir əldə etmək və öz istifadə etdiyi narkotik vasitənin pulunu çıxarmaq məqsədi ilə almış, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Həmin gün saat 20:20 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 60-ın qarşısında olan vaxt 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşı olmalarını bildirmiş, onun ad və soyadını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra ondan üzərində narkotik vasitənin olub-olmadığı soruşulduqda üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Lakin polis əməkdaşları onu Nəsimi RPİ-nin 19-cu PŞ-yə dəvət etmiş, o isə öz növbəsində heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində polis əməkdaşları ona üzərində axtarış aparacaqlarını bildirmiş və bunun üçün video çəkilişdən istifadə edəcəklərini deyəndə heç bir etiraz etməmişdir. Videoçəkiliş vasitəsi ilə axtarış aparılan vaxtı o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoyduğu bir ədəd polietilen torbanın içərisində qəhvəyi rəngli narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o isə üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə üzərində axtarış aparılmağa başlanılmışdır. Üzərindəki paltarlarına yəni geyindiyi qara rəngli gödəkçənin ciblərinə və boynuna baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra əynində olan şalvarının ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra ayağında olan açıq qəhvəyi rəngli başmağını və qara rəngli corablarını çıxarması tələb olunmuş, o, başmağını və corablarını çıxartmış və heç bir əşya aşkar edilməmişdir. Sonra isə o, təqdim etdiyi 01 ədəd poletelin torbada olan kütlənin heroin olduğunu bildirmiş, polis əməkdaşları ondan həmin narkotik vasitəni haradan əldə etməsini soruşduqda o həmin narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonu, “20 yanvar» metrostansiyası ərazisində “Bravo” supermarketin yaxınlığında yerləşən hündürmərtəbəli binada yaşayan “Simral” adlı şəxsdən 168 manat müqabilində özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Daha sonra həmin maddə boş bir zərfə qoyularaq onun və digər iştirakçıların iştirakı ilə möhürlənib MEM-nə göndərilmişdir. Bu da videokamera vasitəsi ilə qeydə alınmışdır. Daha sonra həmin videogörüntüyə onlar baxmış və bu barədə protokol tərtib olunaraq onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, ***-***-**-** mobil nömrəsi onun istifadəsində olmuşdur və o, həmin mobil nömrə vasitəsilə ətrafında olan şəxslərlə əlaqə saxlamışdır. O, smslərdə şəxsi istifadəsi üçün digər narkotik vasitə aludəçisi tanışlarından narkotik vasitə istəmişdir və həmin şəxslər də şəxsi istifadəsi üçün narkotik vasitə lazım olanda ona yazmışlar. O həmin şəxslərlə eyni yolun yolçusu olduqları üçün özündə olan narkotik vasitələri həmin şəxslərdən əsirgəməmiş və ona da lazım olanda özündə narkotik vasitə olmayanda həmin şəxslərdən istəmişdir (iş vərəqə: səh. 80-82). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Nəsimi RPİnin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 17 yanvar 2022-ci il tarixdə “Ramal” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Araşdırma aparılarkən barəsində məlumat daxil olmuş şəxsin ünvan 6 ünvanında pasport qeydiyyatında olan və ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin məlumatı yoxlamaq məqsədi ilə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 onun iştirakı ilə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişlər. Həmin qərarda göstərilən tədbirlərlə bağlı olaraq onlar, yəni o və onunla birlikdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə ünvan 8 ünvanda təxminən, 15-20 dəqiqə gözlədikdən sonra Təqsirləndirilən şəxs gəldiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və daha sonra isə həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib həmin şəxsin üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin 19-cu PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasındakı xidməti otaqların birində Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Ceyhun Hüseynov tərəfindən müdafiəçi təyin edilmiş və həmin şəxsin üzərinə baxışın keçirilməsi və şəxsi axtarışın aparılmasını video qeydiyyata almaq üçün mütəxəssis dəvət edilmişdir. Onun, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili, Şahid2, 19-cu PŞ-nin təhqiqatçısı Ceyhun Hüseynovun, müdafiəçinin və video qeydiyyata almaq üçün çağırılmış mütəxəssisin iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli poletilen torbanın içərisində qəhvəyi rəngli, spesefik iyə malik, toz şəkilli maddəni stolun üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması barədə soruşduqda, həmin şəxs üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmış, əvvəlcə onun əynində olan şalvarının yan və arxa ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd ağ rəngli polietilen torbanın içərisində qəhvəyi rəngli, spesefik iyə malik, toz şəkilli maddənin narkotik vasitə “heroin” olmasını bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyi və nə məqsəd ilə üzərində gəzdirdiyi barədə soruşduqda qeyd edilən narkotik vasitəyə bənzər maddəni Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyası ərazisində yerləşən “Bravo” supermarketin yaxınlığında hündürmərtəbəli binada yaşayan “Simral” adlı şəxsə 168 manat verib bir bükülü alaraq, özü istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirmişdir. Daha sonra aşkar olunmuş büküm təhqiqatçı Ceyhun Hüseynov tərəfindən qablaşdırılmış, zərfə qoyulmuş və üzəri möhürlənərək bağlanılmışdır. Cinayət işi üzrə məhkəmə baxışı şahid qismində dindirilən Nəsimi RPİ-nin 19-cu PŞ-nin digər əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid kimi ifadə vermiş Şahid1 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 17 yanvar 2022-ci il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən “Bravo” supermarketin yanında olan hündürmərtəbəli binada yaşayan “Simral” adlı şəxsdən şəxsi istehlak miqdarından artıq miqdarda, 01 bükümdə, təmiz çəkisi 52, 047 qram olan narkotik vasitə heroini əldə edib, özündə saxlaması, 17.01.2022-ci il tarixdə saat 20:20-də, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 60 ünvanının qarşısında Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən şübhəli bilinib saxlanılaraq, Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı həmin içərisində narkotik vasitə olan bükümün əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülməsi faktı təsdiq olunur. Odur ki, həmin videoçəkilişin qeydə alınıb yazıldığı 01 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 43-49). Məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesini özündə əks etdirən DVD diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD diskdə olan videogörüntülər Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 17 yanvar 2022-ci il tarixli protokolda göstərilənlərlə üst-üstə düşməklə bir-birini tamamlayır və axtarış və götürmə prosesində prosessual pozuntulara yol verilmədiyini təsdiq edir (cinayət işinə əlavə edilmiş DVD formatlı disk). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 18 yanvar 2022-ci il tarixli, 6/310 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan – bir ədəd bükümdəki maddə təmiz çəkisi 52,047 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir (iş vərəqə: səh. 54-58). Məhkəmə baxışı zamanı tədqiq olunan, "xxxx" protokoldan görünür ki, DİN-in BİKİdən 29.03.2022-ci ildə 25h-2203m nömrəli məktubla daxil olmuş özündə Təqsirləndirilən şəxs istifadə etdiyi +**********96 mobil nömrəsinin telefon danışıqlarını və sms mətnlərini əks etdirən 01 ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin diskdə 04 ədəd fayl vardır. Həmin fayllar Nəsimi RPİ-082-9132-1222-B-S-yerdəyişmə; Nəsimi RPİ-082- 9132-1222 SMS məzmun..; Nəsimi RPİ-082-9132-1222 SMS –statistika...; Nəsimi RPİ- 082-9132-1222 Zəng-statistika... adlı “Microsoft Excel” proqramında hazırlanmış xlsx. formatlı fayllardır. Həmin fayllardan Nəsimi RPİ-082-9132-1222 SMS –statistika...adlı fayla daxil olduqda orada Təqsirləndirilən şəxs istifadəsində olan və X3 adına alınmış +**********96 mobil nömrəsindən digər mobil nömrələrə yazmış olduğu sms mətnləri aşkar edilmişdir. Həmin sms mətnlərində +**********92 mobil nömrəsindən “Burdayam brat..sen mene biraz daşda ver saba qardaşın sene xeli ver” smsi aşkar edilmişdir. Həmin sms-in davamı olaraq eyni nömrədən “ecey xecaletunen cixacaq”. Mesajların ümumi məzmunundan müəyyən olunur ki qarşı tərəf Təqsirləndirilən şəxs narkotik vasitə istəmiş və qarşılığında “xeli” adlı digər bir əşya verəcəyini qeyd edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını sübuta yetirmişdir. Bundan başqa qeyd olunan çıxarışda +**********60 mobil nömrəsindən daxil olmuş sms-də qeyd olunan mətndə “ Meni goydun lomkada he?” sözlərindən müəyyən olunmuşdur ki, həmin nömrənin sahibi mütəmadi Təqsirləndirilən şəxs narkotik vasitə almış lakin həmin vaxt ondan narkotik vasitə ala bilmədiyi üçün bu sms-i yazmışdır. Eyni nömrədən daxil olmuş digər sms mətnində “Maliw. Men lomkadayam e sen lomkada olanda men seni saxliyirdim agrida? Agridayam e men bawa duwursen agriyiram meynen izdivatsa eliyirsen bile bile saxlirsan” sözlərində qeyd olunan xüsusatlar bir daha öz təsdiqini tapmışdır. +**********92 mobil nömrəsindən daxil olmuş digər bir sms mətnində “Qaqa 10mnt pulum var mene tema lazimdi teli acda qaqa” sözlərindən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması bir daha sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs yazdığı sms mətnində “Tural menem ramal bidene ac yaxsi bir sey var mende başqasına qismet olmasun verim sene getirim” sözlərindən onun narkotik vasitələrin satışı ilə məşğul olması faktı bir daha şəxsin öz etirafı ilə sübuta yetirilmişdir. +**********88 mobil nömrəsindən daxil olmuş digər bir sms mətnində “20m pati elir 65m elir birdeki qizin elindeki telfonun yari haqi menimdi” sözlərindən qeyd olunmuş xüsusatlar bir daha sübuta yetirilmişdir (iş vərəqə: səh. 121- 125). Məhkəmə baxışı zamanı tədqiq olunan, "xxxx" protokoldan görünür ki, Azerfon MMC-dən 11.04.2022-ci il tarixli, AZF/LGL-5383/22 nömrəli məktubla daxil olmuş özündə Təqsirləndirilən şəxs istifadə etdiyi +**********96 mobil nömrəsinin telefon danışıqlarını və sms mətnlərini əks etdirən 01 ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin diskdə 05 ədəd fayl vardır. Həmin fayllar Nömrənin_Məxsusluq_Tarixçəsi__**********4454__77347489;SMS_Tarixçəsi__**********21 52__773474896;SMS_Tarixçəsi__**********2155__773474896; Zənglərin_Detallaşması__**********4230___773474896; Zənglərn_Məxsusluq_Tarixçələri__**********4253___773474896_NAR adlı pdf. formatlı fayllardır. Həmin fayllardan SMS_Tarixçəsi __**********2152__773474896 adlı fayla daxil olduqda orada Təqsirləndirilən şəxs istifadəsində olan və X3 adına alınmış +**********96 mobil nömrəsindən digər mobil nömrələrə yazmış olduğu sms mətnləri aşkar edilmişdir. Həmin sms mətnlərində +**********06 mobil nömrəsinə “Səbiş gedirəm patını gətirəm 20 manat mənimçün heçnədi” smsi aşkar edilmişdir. Həmin mesaj Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını sübuta yetirmişdir. Bundan başqa qeyd olunan çıxarışda +**********88 mobil nömrəsinə Təqsirləndirilən şəxs yazdığı digər bir sms mətnində “20m pati elir 65m elir birdeki qizin elindeki telfonun yari haqi menimdi” sözlərindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu bir daha sübuta yetirilmişdir. Həmin diskdə olan fayllardan SMS_Tarixçəsi__**********2155__773474896 adlı fayla daxil olduqda Təqsirləndirilən şəxs digər nömrələrdən daxil olmuş sms mətnləri öz əksini tapır. Həmin fayldakı +**********92 mobil nömrəsindən daxil olmuş “Burdayam brat mənə biraz daş ver qardaşın saba sənə xeli verecey xecaletindən çıxacaq” smslərindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu bir daha sübuta yetirilmişdir (iş vərəqə: səh. 126-129). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli, 2048 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 134-135). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Nəsimi RPİ-nin 19-cu PŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.1999-cu il tarixdə Şamaxı şəhərində doğulmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 6 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 7 ünvanında yaşayan vətəndaş Təqsirləndirilən şəxs mütəmadi olaraq Nəsimi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə dəfələrlə qərəzsiz mənbədən Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə məlumat daxil olmuşdur. Odur ki, həmin şəxs ərazidə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan arzuolunmaz şəxs kimi xarakterizə olunur (iş vərəqə: səh. 143). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X4 Xəstəxanasından daxil olmuş 28 aprel 2022-ci il tarixli 1/844 nömrəli məktubdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs son 6 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməmişdir (iş vərəqə: səh. 142). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 28 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman aşkar edilərək bir bükümdə götürülmüş ümumi çəkisi 52,047 qram təşkil etmiş heroin narkotik vasitəsinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 51,947 qram hissəsi iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: səh. 144-153; 164). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: 155-156). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən təqribən iyirmi altı dəfə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək 01 ədəd bükümdə daşıyıb saxlaması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələri, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, qismən də olmuş olsa məhkəməyədək icraat mərhələsində əməlini etiraf etməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının, daşınmasının və satılmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini, məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh.104-105). Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli, 2048 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 17 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 17 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 yanvar 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdə başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 51,947 qram heroin narkotik vasitəsi məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 114,00 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 17 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 51,947 qram heroin narkotik vasitəsi məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 114,00 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1084/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1084/2022
03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver