Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1084/2023 04.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: X5 və Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-cı Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı massivi, Yeni Məhəllə nömrəsi olmayan fərdi tikili evdə yaşamış, hazırda “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensir Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti də şəxsiyyəti istintaq məlum olmayan «Şahin» adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmasan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada əldə edərək Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən «Günəş Petrol» yanacaq məntəqəsinin yaxınlığında yerləşdirdiyi bir ədəd ağ rəngli sellofan torbanın içərisinə qoyulmuş üzəri yapışqan lentlə bağlanmış bir ədəd qara rəngli sellofan torbaya bükülmüş bükümdə, təmiz çəkisi 5030,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə özünə məxsus mobil telefon aparatına yüklənmiş ***-***-**-** GSM nömrə ilə işləyən “Whatsapp” proqramı vasitsilə şəxsiyyəti istintaqa məlum olmayan "Şahin" adlı İran İslam Respublikası vətəndaşının +98-***-***-**-** GSM nömrəsi ilə əlaqə yaradaraq sonuncunun “Whatsapp” proqramı vasitəsi ilə göndərdiyi məkan paylaşımından istifadə etməklə 10 sentyabr 2022ci il tarixdə günorta saatlarında qeyd edilən həmin yerdən götürüb əldə edərək sonradan əldə olunacaq gəlirin bir hissəsinin ona verilməsi şərti ilə üzərində saxlamaqla daşımış, həmin gün saat 16:00-da Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində olan bir ədəd ağ rəngli sellofan torbanın içərisinə qoyulmuş üzəri yapışqan lentlə bağlanmış bir ədəd qara rəngli sellofan torbaya bükülmüş bükümdə təmiz çəkisi 5030,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, özü narkotik vasitədən istifadə edirmiş. Lakin 5 kiloqram narkotiki götürməyə getməmişdir. 1,5 qram miqdarda götürməyə getmişdir. Oraya çatmamış tutulmuşdur. Sonra onu Yasamal rayon Polis idarəsinə aparmışlar. 5 kiloqram onun olmamışdır. Çünki nə 5 kiloqramı ona verərlər, nə də onun o miqdarda almağa imkanı çatmazmış. Telefonunda 5 kiloqram miqdarda narkotik vasitənin alışı-satışı barədə danışıq yoxdur. 5 kiloqram az miqdar deyil və az da pul etmir. Polis idarəsində üzərindən telefonu, cib bıçağı və 3 ədəd bükümdə çəkmək üçün nəşə çıxmışdır. Narkotik vasitəni götürə bilməmişdir, götürsə imiş, əlavə olaraq 1,5 qram narkotik vasitə üzərindən çıxacaqmış. 5 kiloqramı onun üzərinə qoymuşlar. Şahini 2 ay olarmış ki, internet vasitəsilə, yəni instagram sosial şəbəkəsi vasitəsilə tanımışdır. Şahinlə Whatsapp mobil tətbiqi ilə də əlaqə saxlayırmış. Şahin narkotik satırmış, o da alırmış. Şahinin kartına pul göndərirmiş, o da narkotiki yerləşdirdiyi yeri ona deyirmiş. Şahinin kartına bir neçə dəfə pul göndərmişdir. Şahin narkotiki müxtəlif yerlərə qoyurmuş, ona yerləşdirdiyi narkotik vasitənin yerini dəyişməyi barədə göstəriş verdiyi olmamışdır. Samsung markalı mobil telefondan istifadə etmişdir. Azercell mobil operatoruna məxsus ******* saylı mobil nömrə istifadəsində olmuşdur. Whatsapp mobil tətbiqindən istifadə edirmiş. Nömrəsi və Whatsapp mobil tətbiqi vasitəsilə narkotik vasitələr barədə tanışlığı olan şəxslərlə danışıqlar aparmışdır. 100, 20, 30 manat kimsə pul verib üstünü düzəldib götürmüşlər. Danışıqlar barədə protokollarla tanış olmuşdur., bu barədə heç nə deyə bilmir. Həmin protokollardakı danışıqlardan bəziləri həyata keçmiş, bəziləri isə həyata keçməmişdir. Ev tikintilərində fərdi olaraq fəhlə işləyirmiş. Ailədə anası və özüdür. Öz şəxsi evlərində yaşayırmışlar. Anası da işləyir. X12 doldurma məntəqəsini keçəndən sonra yolun sağında saxlanılmışdır. Oraları dəqiq xatırlamır. Ona çoxlu sayda, 8-9 nəfər polis əməkdaşı yaxınlaşmışdır. Onların üzlərini xatırlamır. Polis əməkdaşları özlərini ona təqdim etməmişlər, birbaşa tutmuşlar. O həmin yerə çatmamış görmüşdür ki, 5-6 nəfər üzərinə gəlir. Onu narkotiki götürməmiş tutmuşlar. Polis İdarəsində ondan həmin əraziyə hansı səbəbdən getdiyini soruşduqda, nə üçün getdiyini deməmişdir. 5 kiloqramı üzərinə idarədə yerləşdirmişlər. Onlar ona istintaqdakı ifadəsində olan cümlələri deməyini istəmişlər. Qorxub demişdir. Ona psixoloji təsir göstərmişlər, boynuna götürməsə, evindən çıxaracaqlarını demişlər. Onu ailəsi ilə hədələmişlər. Xəsarət almamışdır. Əlavə olaraq evinə də narkotik vasitə yerləşdirəcəkləri ilə hədələmişlər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Zülfüqar oğlu ifadəsində göstərmişdir ki, o sentyabrın 10-u saat 16:00-da Günəş petrol adlanan yerin yaxınlığından digər 3 nəfər polis əməkdaşı ilə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında şübhəli şəxs qismində tanınan Təqsirləndirilən şəxs olduğu ehtimal edilən yerə getmişdir. Həmin vaxt onun Günəş petrol adlanan yerdə əlində ağ kağızla hərəkət etdiyini görmüşlər. Sonradan ona yaxınlaşmışlar və narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi tanındığını bildirmişlər və onu Yasamal RPİ-ə dəvət etmişlər. Şəxs müqavimət göstərmədən onlarla getmişdir. Sentyabrın 10-u saat 16:00-da Təqsirləndirilən şəxs saxlamışlar. Əməliyyat məlumatı daxil olmuşdur ki, şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Onun zahiri görünüşü bunu bilməklərinə imkan verirmiş. Təqsirləndirilən şəxs yerində dayanmamışdır, onlar tərəfə gəlirmiş. Torbanın rəngi ağ imiş, üstündə “vaikiki” yazılmışdır. Həmin torbanı hansı əllə daşıdığı yadında deyil. Onlar 4 nəfər polis əməkdaşı olmuşlar. Kamera ilə çəkiliş mümkün olmamışdır. Heç bir müqavimət göstərməmişdir. Birbaşa polis idarəsinə getmişlər. Qara sellofan torbada narkotik vasitə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid1 və Şahid2 digər Şahid4 Zülfüqar oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində 5 kq narkotik vasitənin olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan, təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 10 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının və vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə Yasamal RPİ-nin inzibati binasında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində tutduğu bir ədəd ağ rəngli 30x40 sm ölçülərində, üzərində ön tərəfində “LC WAİKİKİ everyone deserve to dress well”, arxa tərəfində isə “sıfır atık temiz doğa!” yazılı sellofan torba içərisinə qoyulmuş üzəri yapışqan dolayıcı ilə bağlanmış bir ədəd qara rəngli sellofan torba içərisinə bükülü içərisinə yerləşdirilmiş qəhvəyi rəngli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin qəhvəyi rəngli maddəni ‘‘kakos” kimi tanıdığını narkotik maddə olduğunu, həmin narkotik maddəni 10 sentyabr 2022-ci il tarixdə günorta vaxtında instagram sosial şəbəkəsi vasitəsi ilə tanıdığı İran islam Respbulikası vətəndaşının tapşırığı ilə X12 doldurma məntəqəsi yaxınlığına yerləşdirilmiş avtomobil təkərinin içərisindən götürdüyün bildirmişdir. Qeyd olunan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi. Şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə qeydə alınmış görüntülər 01 ədəd elektron məlumat daşıyıcısına köçürülüb protokola əlavə edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin materialların fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5082 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün No 42 dairəvi möhür əksi olan, Təqsirləndirilən şəxs sözləri, soyadlar və imzalar qeyd edilmiş üzəri yapışqan lentlə bağlanmış bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 5030,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi- 5030,0 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq-5029,95 qram. (ekpertiza tədqiqatın dəyəri 65 manatdır) Cinayət işi materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 5(004)-931/2002 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 10 sentyabr 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)- 776/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X2in qarşısında sağ tərəfində masa arxasında 22 saylı vəkil bürosunun müdafiəçisi X6 əyləşmiş, X2in sol tərəfində 4 nəfər ayaq üstə dayanmış şəxslərin arasında əynində göy rəngli uzunqol köynək geyinmiş sağ əlində əsası ağ rəngli üzərində göy rəngli yazı olan sellofan torba tutan Təqsirləndirilən şəxs dayanmışdır. X2 şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı mobil telefonun video kamerasından istifadə edilməklə aparıldığını, axtarışda Təqsirləndirilən şəxs sol və sağ yanında dayanmış şəxslərin polis əməkdaşları Şahid3, Şahid2, Şahid4 və Şahid1 iştirak etməsini bildirməsi, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş şübhəli şəxs hüquq və vəzifələrini izah edilməsi, ona paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla qadağan edilmiş, yaxudda sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədləri təqdim etməsinin təklif edilməsi, bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində olan üzərində LC Waikiki yazısı olan sellofan torbanın içərisində olan bükülünü təqdim etməsi müşahidə olunur. Daha sonra Təqsirləndirilən şəxs həmin bükülüdə nə olduğu soruşulduqda "dediyinə görə kokos adlanan maddə olmalıdır deməsi, X2in "kimin deməsinə görə? Bunu hardan əldə elmisiniz?” suallarına-“sosial şəbəkədə instagramda tanış olmuşdum, İran vətəndaşı idi. dedi ki, gəl belə bir şey var götür” deməsi, təhqiqatçının “hardan götürmüsən” sualına Təqsirləndirilən şəxs Yasamal rayonunda Günəş Petrolun yanında təkərin içindən götürdüyünü, bu zaman isə polis əməkdaşlarının ona yaxınlaşdıqlarını deməsi müşahidə olunur. Bundan başqa X2in "buna pul vermisiz siz?' sualına Təqsirləndirilən şəxs "Xeyir” cavabını verməsi, sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün iştirakçıların və sonuncunun gözü qarşısında açılması, həmin bükümün içərisində qəhvəyi rəngli maddə olması, sorğu zamanı X2in "təqdim etdiyiniz bükülünün içərisindəki maddənin nə olduğunu bilirsinizmi” sualına Təqsirləndirilən şəxs "əslində şüşə adlanan maddə olmalıdır” deyə cavab verməsi, daha sonra isə bükülü açıldıqda içinə baxıb "kokos adlanan maddəyə bənzəyir" deməsi, X2in “bu maddəni nə edəcəkdin” sualına Təqsirləndirilən şəxs "verirdi götürmüşdüm aldadacaqdım, özüm istifadə edəcəkdim, mənə az lazım idi, ama verirdi, götürdüm” deyə cavab verməsi, 22 saylı vəkil bürosundan təyin olunmuş müdafiəçi Yavər Hüseynin “sən qabaqcadan bilirdin sənə nə qədər çəkidə veriləcəkdir sualına Təqsirləndirilən şəxs “çəkisi az olmalı idi, əslində yarım kilo” deyə cavab verməsi, müdafiəçinin "səni məcbur edən omayıb ki bunu götürəsən?” sualına Təqsirləndirilən şəxs " xeyr götürdüm polis əməkdaşları gəldi” cavabını verməsi, daha sonra X2 tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparması, onun üzərindən başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmaması, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi yapışqan dolayıcı ilə bükülmüş 01 ədəd iri büküm içərisindəki maddə ilə birlikdə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntudəki şəxslərin gözü qarşısında qablaşdırılaraq möhürlənməsi müşahidə olunur. Cinayət işi materiallarında olan CD diskə baxış keçirilməsi haqqında 23 dekabr 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** Azercell Telekom MMC-yə məxsus kart nömrəsinə xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən smslər və mətnləri həmin nömrələrin sahiblərinin anket məlumatları olan xx.xx.2022-ci il tarixli 27070 nömrəli məktubla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məktub və məktuba əlavə edilmiş 01 ədəd «CD» diskə baxış keçirilmişdir. Baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə bağlı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı sim-kart nömrəsi ilə aparılmış aşağıdakı məzmunda SMS yazışmaların mövcud olması aşkar olunmuşdur.xx.xx.2022-ci il tarixdə saat 17:53-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** nömrəsinə “Kola 2 qiram elə". xx.xx.2022-ci il tarixdə saat 06:22-də ***-***-**-** mobil nömrəsinə "inansanki zaklatka indi gerem götrəm" mətnli sms, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 21:28-də ***-***-**-** mobil nömrədən “Brat gör alinirsa yari düz qow tezdən çatdırım sənə”, həmin tarixdə saat 22:12-də həmin nömrədən “Qaqaw bidene sene arxayinam evdəyəm sənol elə bil pul cibindədi, səhər tezdən düz qoş mende sene el tutaram senol”, xx.xx.2022-ci il tarixdə saat 10:12-də ***-***-**-** mobil nömrədən “Salam pulu qoymuwam sizin iwig sayaacın içinə ustunə bax”, xx.xx.2022-ci il tarixdə saat 02:15-də ***-***-**-** mobil nömrədən "qaqas ancag seher gotre bilerem hə birdeki sən o qaqas deyə bilmersen pulu vurum karta atsin harasa gotrum”, xx.xx.2022-ci il tarixdə saat 20:41-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** nömrəsinə “41 69 74 13 93 13 1949" mətnli smslər, xx.xx.2022-ci il tarixdə saat 00:45-də ***-***-**-** mobil nömrədən “brat beyax ki karta 10 aznde atram” mətnli sms, xx.xx.2022-ci il tarixdə saat 06:33-də ***-***-**-** mobil nömrədən “ay yetim mene cavab ver salamatdigdi, sen ol yatmamisam veziyyetimdə yaxsi deyil, pulda var”, xx.xx.2022-ci il tarixdə saal 22:16də ***-***-**-** mobil nömrədən "Ay dostum puluynan istiyrdim niya bela edirsən nəysə”, xx.xx.2022-ci il tarixdə saat 20:53-də ***-***-**-** mobil nömrədən “qaqam 0.5 qiymeti 20 aze”, xx.xx.2022-ci il tarixdə saat l9:02-də ***-***-**-** mobil nömrədən "Qaqa senin basva donerem bele direnmeyde sirtiglig cixmasin pizdes sene uverinniyemdə, birdeki brat asife yigsan gotrub vere bilmez birdeki yene deyrem qardasimsan meni bidene bu gun padvadit elemede berk sene arxeyine”, xx.xx.2022ci il tarixdə saal 20:06-də ***-***-**-** mobil nömrədən “Qardasim mene bir sey sms zad yazda bilim ismi seni gozduyurem axi ya asif goturub verə bilersən gedim asifnen gorsum ya bidene imkan daxilində menim işmi asirardinda, bərk temalar cixirda elimnen ikimizin cani masinnanam hara deysen gelim qardasım, amma bidene bir kelme mene cavab verdə” mətnli sms, xx.xx.2022-ci il tarixdə saat 10:11-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** nömrəsinə “Tez men yig daş var idiyen var” . xx.xx.2022-ci il tarixdə saat 10:39-də ***- ***-**-** nömrəsinə “10 nuq lazimdi yig mən tez” mətnli smslər, xx.xx.2022-ci il tarixdə saat 10:57-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** nömrəsinə “Camaat cararam pixa salarsan acmarsan birden nəyse 20 duzelir tez ge” saat 10:57-də “sen getir yox ged sox gotv” mətnli smslər, xx.xx.2022-ci il tarixdə saat 10:58-də ***-***-**-** mobil nömrədən Öruc Həsənovun istifadəsində olan ***- ***-**-** mobil nömrəyə “Pulum yoxdu Oruc dunen acsaydin bele olmazd”, saat 10: 59da isə “Alinmir kola götürəcem“ mətnli smslər, xx.xx.2022-ci il tarixdə saat 10:59-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** nömrəsinə “Qandon pulnan isdiremde tubon” mətnli sıns, xx.xx.2022-ci il tarixdə saat 02:51-də ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə “Məzələnmə. Sikim.o.pulun.icni.men.kiwi.kimi.diki.pul.lazimdi.diremki.mənim.dor.o.pul. ne.oldu.pulu.duzelt.gelem.pulun.dalica",saat02:57də“Cavab.ver.gelib.gece.vaxdi.qap dan.cagirmim.eyibdi.ses.kuy.olar.ac.poxu.bir.kəlme.daniw.eyibdi.sikim.o.pulun.icni”, saat 03:04-də “4.dene. oglan. lomkada. qoymusane.qaqaw.ac.poxu.bir.sozdi” mətnli smslər, xx.xx.2022-ci il tarixdə saat 08:08-də Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrəsindən ***-***-**-** nömrəsinə “Qaqaş yuxu tutub uatmişam bugun axşam gorşerik” mətnli sms. xx.xx.2022-ci il tarixdə saat 08:36-də ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə "Ay.qaqaw. yox.axwam.eləmə.pulu.imkan.varsa.kart.dimat.yoxdusa.pul.gunorta.elə.qaqaw.meni m.dor.senol.vurdun.mene.sen.”saat12:48də“Ay.qaqaw.gunorta.oldu.day.camahat.gel ib.oturub.qapımda” mətnli narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar smslər yazışlaları aşkar edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli, 6667 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1, Şahid4, Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş və onlar ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin komputer texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/212 nömrəli rəyindən görünür ki, 1.təqdim edilmiş “Samsung Galaxy J5" markalı “SM- J510FN” modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş Qrafik açarla mühafizə olunan ekran kilidi sıfırlanaraq mobil cihaza sərbəst giriş təmin edildi. 2.təqdim edilmiş bir ədəd sensor ekran və “Android 7.1.1“ əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J5" markalı “SM-J510FN” modelli “**********37799, **********37797” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. 3.Təqdim edilmiş “Samsung Galaxy J5” markalı “SM-J510FN” modelli mobil smartfonun yaddaşından toplanmış mövcud olan məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş iki ədəd “DVD-R" diskə). 4.Rəyin “Tədqiqi hissəsi"nin 4-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy J5“ markalı “SM-J5İ0FN” modelli mobil smartfonun yaddaşından hər hansı bir (SMS mesajlar, zəng qeydləri “Whatsapp“ və “İnstagram" sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələrinin və s.) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. 5.Təqdim edilmiş “Samsung Galaxy J5" markalı “SM-J510FN" modelli mobil smartfonun yaddaşında “İnstagram" sosial şəbəkəsinə aid “Oruc.h" adlı istiladəçi profilinin "Direct" bölməsində və “Facebook" sosial şəbəkəsinə aid profildə aparılmış mesajları açmağa xidmət edən “Messenger Lite" proqram təminatında aparılmış məlumat mübadiləsi müəyyən edilsə də, rəyin “Tədqiqi hissəsi"nin 4-cü bəndində göstərilən səbəblərə görə həmin məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. 6. Təqdim edilmiş “Samsung Galaxy J5" markalı “SM- J510FN" modelli mobil smartfonun yaddaşında “Gec” istifadəçi adı və “+98 *** *** ** **” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp Business” proqram təminatında və "Oruc’ istifadəçi adı “+994 50 335 37 52” abonent nömrəsi qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatında aparılmış məlumat mübadilələri “Bluetooth” texnologiyası vasitəsilə "Ekspertiza 5-212” adlı qovluqda bir ədəd DVD-R tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu.(ekspertiza tədqiqatının dəyəri 53(əlli üç) manat) Cinayət işi materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında 07 mart 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus üzərində ***-***-**-** mobil nömrə istifadə olunan “Samsung Galaxy J5" markalı, mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, mobil telefon “Samsung Galaxy J5” markalı olmaqla ön və arxa tərəfi qızılı rənglidir. Mobil telefonun ön hissəsinin yuxarısında SAMSUNG yazısı vardır, arxa hissəsinin sol tərəfi qırıq vəziyyətdədir. Mobil telefonun ön hissəsində hər hansı gözəçarpan zədələnmə mövcud deyildir. Mobil telefonun ekranın fonunda isə Təqsirləndirilən şəxs fotosu yerləşdirilmişdir. Beləliklə mobil telefon ümumilikdə ilkin görünüşünə əsasən istifadəyə yararlı vəziyyətdədir. Bundan sonra mobil telefonu açıb menyu bölməsinə daxil olduqdan sonra ilkin olaraq ismarıc qutusuna baxış keçirilmişdir. Baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilməmişdir. Bundan sonra mobil telefonda olan “Whatsapp” tətbiqetməsinə baxış keçirilmişdir. ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçilmiş “Whatsapp" tətbiqetməsinə keçirilmiş baxış zamanı orada Təqsirləndirilən şəxs ayrı-ayrı şəxlərlə danışıqlarının olması müəyyən olunmuş, danışıqlar aparılmış nömrələrin arasında Ouc Həsənovun ifadəsində bildirdiyi narkotik vasitəni aldığı Şahin adlı şəxsin adını S kimi qeyd etdiyi +98-901-421- 65-93 nömrəsinə özünün ***-***-**-** nömrəsindən "Whatsapp” xx.xx.2022-ci il tarixdə saat 14:01-də "nə oldu qardaşım? şəkili bidənə at baxım hələ, nə yazı yazıre o? Konum atmıyıb hələ? ” Sözlərindən ibarət audio səs yazısı göndərmişdir. +98-***-***-**-** nömrəsindən isə saat 14:05-də yönləndirilmiş mesaj olaraq “inşacılardan gelirsen gunes petrol terele” mesajı gəlmiş ardınca isə “get bura get bura atıram indi o birisi adresi indi” sözlərindən ibarət audio səs yazısı göndərilmişdir. Təqsirləndirilən şəxs isə cavab olaraq “elə ordayamda mən” sözlərindən ibarət səs yazısı göndərmişdir. Ardınca S adlı +98-901-421- 65-93 nömrəsindən yönləndirilmiş şəkildə “sarı avdobus var gunes pelrolun siftaforun kecen kımı onun basından saqa donsun dussun duz asaqı teker var axırda onun icindedi gotursun getsin.” mesajı göndərmişdir. Təqsirləndirilən şəxs isə ardınca “yaxşı gedirəm" audio səs yazısı, qarşı tərəf isə “götürdün denən aa. indi şəklidə olsa atıram" audio səsini göndərmişdir. Bundan sonra isə saat 14:11-də 03 ədəd qeyd olunan yerin işarələnmiş fotoşəklini göndərmiş, 14:22 də isə “noldo gardaw" mesajı yazmış, ardınca isə "javab verda” mesajı yazaraq iki dəfə cavabsız zəng vumuşdur. 14:40-da isə “qaqa səsin noldu qağa” sözlərindən ibarət audio səs yazısı göndərmişdir. Buna cavab olaraq Təqsirləndirilən şəxs saat 14:42-də olduğu yerin şəklini qarşı tərəfə göndərmişdir. Ardınca isə aşağıdakı şəkildə sas mesajları olmuşdur: Təqsirləndirilən şəxs: bir dəqiqə səbrli ol S: Həə qadanı alım ehtiyatlı olginan mesajı gördana mənim varım yoxum Təqsirləndirilən şəxs: Məndə qardaşım istiyirəm elə salamatçılıq olsunda. mənidə başa düş. səbrli ol narahat olma. S: Qardaş deyir ora, mən soruşdum, deyir elə bil ora küçə adamı zad yoxdu?, qalırlare küçədə zadda, deyir onlar orda görsən hərdən gedib yatıb edirlər. Təqsirləndirilən şəxs: saat 14:59-da göndərdiyi mesajı silmişdir. S: saat 15:01 -də Qaa nə xəbər noldu pozubsan, nə mərənd silibsən? Təqsirləndirilən şəxs: Qağaş burda yatanda var, duranda var, oa boylananda var, bildün necə?, vəziyət bildüyün kimi burda yaxşı deyildəə, bilmirəme sənin adamın o kimdi, nədi, nəçidi?, bədbaxt olarame Şahin mən ondan qorxurme, belə onu ordan götürmək iki vur ikidi, çən biləm burda bidənə qəhbə oyunu getmir mən onu ordan rahat gedib götürərəm. S: yazı mesajı olaraq “ narahat olma, balam cani, san manim qardawimsan" ardınca səs yazısı olaraq, “aə mənimlə mırtlaşma sən Allah götürmüsən sən ananın canı denən götürmüşəm.”, gaga bir söz de, basqa adam göndarim, gotordon gardaw, alo, bir soz de, gaga, bona harakati, sözləri, ardınca isə səs yazısı olaraq, “Qardaş nə xəbər ürəyim, mənə bir söz dedə qardaş mənimdə varım yoxum ordadı az deyilki?!” səs yazısı göndərilmişdir. Bundan sonra Whatsapp sosial şəbəkəsində istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilmədi. “Whatsapp” tətbiqinin zəng hissəsinə baxış keçirdikdə Təqsirləndirilən şəxs həmin S adı ilə qeyd olunan +98-***-***-**-** nömrəsi ilə gün boyu dəfələrlə audio zəng vasitəsi ilə danışdığı müəyyən edilmişdir. Bundan sonra mobil telefonda olan “İnstagram” tətbiqetməsinə baxış keçirilmişdir. Həmin tətbiqetmənin ismarıc bölməsində profilində “nəşə” şəkli olna “ot.bumba” səhifəsi ilə yazışma müəyyən olunmuşdur. Həmin yazışma 07 sentyabr 2022ci il tarixdə saat 20: 28 də başlayır və “ot.bumba” səhifəsindən “salam" “gaıdasm” “adm sid” “Biləsuvar vatan daşnan” “16 kolq” “17 pati” “san na qyınat desan ud” “ gardasm" yazıları, 20:36-dan 20:39-dək 3 dəfə həmin səhifədən online zəng olunmuşdur. Sonra yenə həmin səhifədən “hi can” “uxmadm yazn” “nia pozdun” yazıları, sonra yenə saat 20:44 və 20:45-də zəng olunmuş və "Xabar elram” “ha xabar elram. xabar elicam” yazıları. Təqsirləndirilən şəxs səhifəsindən isə “Qardaşım” yazısı vardır. Bundan əlavə “İnstaqram” tətbiqinin ismarıc bölməsində "Pati_kola_m40” səhifəsi ilə yazışmada Təqsirləndirilən şəxs öz “oruc.h” profilindən 6 sentyabr 2022-ci il tarixdə saat 23:58-də “salam”, “pulu qabaqcadan isdirsen ya 1 gun gozdursen" yazıları və xx.xx.2022-ci il tarixdə saat 20:00 zəng vardır. Bundan sonra mobil telefonun daxil olan və çıxan zənglər siyahısına baxış keçirilmiş və istintaq üçün əhəmiyyətli olacaq zəng aşkar edilməmişdir. Daha sonra mobil telefonun fotoşəkillər olan bölməsinə baxış keçirilmiş və burada, Təqsirləndirilən şəxs Whatsapp vasitəsilə qəbul etdiyi və göndərdiyi cəmi 04 ədəd narkotik vasitənin gizlədildiyi ərazinin işarələnmiş şəkilləri olduğu düşünülən fotoşəkil müəyyən edilərək götürülmüş, bundan başqa ekran şəkilləri bölməsindən “Məşqə” adı ilə qeyd edilmiş profillə narkotik vasitələrin satışı ilə bağlı yazışmanın 01 sentyabrda qeydə alınmış ekran şəkli çəkilmiş 02 ədəd fotoşəkli müəyyən edilərək götürülmüşdür. Bundan başqa müxtəlif bank kartlarının fotoşəkilləri müəyyən edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan DVD-R diskə baxış keçirilməsi haqqında 07 mart 2023-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə “Samsung Galaxy J5" markalı mobil telefona təyin olunmuş kompüter-texniki ekspertizasının nəticələrinin əks olunduğu 03 ədəd DVD-R diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, disklərdən iki ədədi ağ rəngli kağızla zərlləşdirilmiş və üzərində “X4” yazısı vardır. Digər bir ədəd disk isə ağ kağızla zərfləşdirilmiş və üzərində “Whatsapp” yazısı vardır. Zərflərdən üzərində “X4” yazısıolan zərli açdıqda içərisindən üzərində qırmızı rəngdə “Ekspertiza “5/212 1” sözləri yazılmış və qırmızı rəngdə “Ekspertiza “5/212 2” sözləri yazılmış və imzalar olan iki ədəd DVD-R formatlı disk müəyyən edildi. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Eksperizası Mərkəzindən daxil olmuş 07 mart 2023-ci il tarixli 5/212 nömrəli rəyin nəticələrini özündə əks etdirən 02 ədəd DVD-R diskdən üzərində qırmızı rəngdə “Ekspertiza “5/212 1" sözləri yazılmış diskə baxış keçirilərkən ekranda “SNeroS”, “Ekspertiza 5-212” qovluqları açılmışdır. “SNeroS” qovluğuna baxış keçirildikdə İstintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. “Ekspertiza 5-212” qovluğuna baxış keçirmək üçün açdıqda “2023- 03-07.04-54-52 qovluğu açılır, “həmin qovluğuna baxış keçirildikdə “Samsung GSM_SM- J510FN Galaxy J5” qovluğu açılır. Həmin qovluğu açaraq baxış keçirildikdə ekranda açılan qovluqlardan “Files” qovluğuna baxış keçirildikdə ekranda açılan “audio” qovluğunda bir çox səs yazıları müəyyən edilmişdir. Həmin qovluqdakı səslərin böyük əksəriyyəti narkotik vasitələrin alqı satqısı və İran İslam Respublikasından Azərbaycan Respublikasına hansı yollarla daxil olması ilə əlaqədardır. Bundan başqa Samsung GSM_SM-J510FN Galaxy J5” qovluğunun içərisində olan images qovluğunda narkotik vasitələrin alqı satqısı ilə bağlı şəkillər müəyyən edilmişdir. Şəkillər protokola əlavə olunmaq üçüb götürülmüşdür.“Ekspertiza “5/212 1" diskinə baxış keçirilərkən digər qovluqlarda iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir məlumat, şəkil və ya video görüntü müəyyən edilməmişdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 07 mart 2023-ci il tarixli 5/212 nömrəli rəyin nəticələrini özündə əks etdirən 02 ədəd DVD- R diskdən üzərində qırmızı rəngdə “Ekspertiza “5/212 2” sözləri yazılmış diskə baxış keçirilərkən ekranda “SNeroS”, “Ekspertiza 5-212” qovluqları açılmışdır. “SNeroS" qovluğuna baxış keçirildikdə İstintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. “Ekspertiza 5-212” qovluğuna baxış keçirmək üçün açdıqda “2023- 03-07.04-54-52"' və “UFED Samsung GSM SM-J510 FN Galaxy" qovluqları açılır. “UFED Samsung GSMl SM-J510 FN Galaxy” qovluğuna baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat müəyyən edilməmişdir. “2023-03-07.04-54-52” qovluğuna baxış keçirildikdə “Samsung GSM_SM-J510FN- Galaxy J5" qovluğu açılır. Həmin qovluğu açaraq baxış keçirildikdə ekranda açılanı qovluqlardan "Files” qovluğuna baxış keçirildikdə ekranda açılan audio qovluğunda biı- çox səs yazıları müəyyən edilmişdir. Həmin səs yazılarında narkotik vasitələr və psixotrof maddələrin alqı satqısı ilə bağlı bir çox səs yazıları müəyyən edilmişdir. Bundan başqa Samsung GSM_SM-J510FN Cialaxy J5” qovluğunun içərisində olaı images qovluğunda tərəzi üzərində narkotik vasitə şəkili müəyyən edilmişdir. Şəkil çox kiçik həcmdə olduğu üçün keyfiyyətli şəkildə götürmək mümkün olmamışdır.“Ekspertiza “5/212 2” diskinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən başq hər hansı bir məlumat, şəkil və ya video görüntü müəyyən edilmədi.Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş ağ kağızla zərfləşdirilmiş və üzərindi qara “Whatsapp" yazısı olan zərfi açdıqda içərisində olan 3-cü DVD diskə yəni üzərindi qara rəngdə "Ekspertiza Whatsapp 5/212 ” sözləri çəkilmiş və imza edilmiş diskə bax: keçirilərkən ekranda “Whatsapp” və “Whatsapp Busines” qovluqları açılmışdı “Whatsapp Busines” qovluğunda istintaq üçün əhəmiyyətli hər hansısa məlumat müəyyən edilməmişdir.“Whatsapp" qovluğunda isə S qovluğu açılmış və orada Təqsirləndirilən şəxs Şahin adlı şəxslə narkotik alqı satqısı ilə bağlı səsləri və şəkilləri müəyyən edilmişdir.Bu məlumatlat mobil mobil telefona keçirilən baxış zamanı müəyyən edilən məlumatlarla eynidir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Bəsii-dən təqdim olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə cəzasına, Xəzər rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə təqsirli bilinərək 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməklə 2 il şərti sınaq müddəti təyin edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə çəzasına məhkum edilmişdir, cəzasının əvvəlli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Suraxanı rayon Məhhəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “08 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən cəzasının 4-cü bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş 8 ay 12 gün hissəsi azaldılmaqla ƏN-nin PX-nin 16 saylı Cəzaçəkmə Müəsissəsindən azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi hallarını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətin residivini yaradır. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 10 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal müəyyən etmədi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 5029,95 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD Diskin, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD diskin, “Samsung Galaxy J5" markalı “SM-J510FN” modelli mobil smartfonun yaddaşından toplanmış mövcud olan məlumatların köçürüldüyü 02 ədəd DVD-R diskin, “Samsung Galaxy J5" markalı “SM- J510FN” modelli mobil smartfonda “+994 50 335 37 52” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatında aparılmış məlumat mübadilələrinin "Ekspertiza 5- 212” adlı qovluqda əks olunduğu 01 ədəd DVD-R tipli optik diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı,Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 118 (yüz on səkkiz) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 118(yüz on səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 5029,95 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD Diskin, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD diskin, “Samsung Galaxy J5" markalı “SM-J510FN” modelli mobil smartfonun yaddaşından toplanmış mövcud olan məlumatların köçürüldüyü 02 ədəd DVD- R diskin, “Samsung Galaxy J5" markalı “SM-J510FN” modelli mobil smartfonda “+994 50 335 37 52” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatında aparılmış məlumat mübadilələrinin "Ekspertiza 5-212” adlı qovluqda əks olunduğu 01 ədəd DVD-R tipli optik diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) İradə Həsənzadə Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1084/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1084/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver