Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1084/2024 23.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində sürücü işləyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 34, mənzil 19 ünvanında yaşayan, 21 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 iyul 2023-cü il tarixdə barəsində polisin nəzarəti altma vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 34, mənzil 19 ünvanında yerləşən evində oğlu Zərərçəkmiş şəxs mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi və həmin vaxtda da növbəti dəfə narkotik vasitə qəbul edib onu və ailə üvlərini təhqir etməsindən hiddətlənərək qisas niyyətilə oğluna xəsarət yetirmək məqsədilə mətbəxə keçib oradan götürdüyü, soyuq silah hesab edilməyən məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs sinə nahiyyəsindən və sağ qulaq ətrafı nahiyyəsindən zərbələr endirib sonuncuya sağ xarici yuxu arteriyasının, üz sinirinin və qulaqətrafı vəzinin zədələnməsi ilə müşayiət olunan ağız boşluğuna keçən sağ qulaqətrafı nahiyənin bir ədəd deşilmiş - kəsilmiş yarası, boyun nahiyəsinin bir ədəd deşilmiş kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının bir ədəd döş boşluğuna nüfuz edən deşilmiş - kəsilmiş yarası, döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə müşayət edilən həyat üçün təhlükəli olan xəsərətlər yetirərək qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində sürücü işləyir, Zərərçəkmiş şəxs onun böyük oğludur. xx.xx.2023-cü il tarixdə evə qayıtmış, evə daxil olan zaman oğlu Hafizi görmüş və sonuncudan nə zamana kimi işləməyəcəyini soruşduqda oğlu ona həbsxana həyatı yaşadığı üçün heç kimin ona iş vermədiyini bildirmişdir. Bundan sonra onlar arasında mübahisə başlamış, o, Hafizin köynəyinin yaxasından tutaraq sonuncunu silkələmişdir. Bundan sonra Hafiz mətbəxə, orada da öz otağına keçmişdir. Az sonra həyat yoldaşı və qızı Hafizin otağında səs eşitdiklərini bildirmiş, bundan sonra onlar dərhal sonuncunun otağına yaxınlaşmışlar. O, qapıya yaxınlaşdıqda Hafizin qapının dəstəyini tutub dayandığını görmüşdür. Bundan sonra Hafiz başı ilə qapının şüşəsini sındırmışdır. O, içəri girdikdə Hafizin əlindəki bıçaqla özünə xəsarət yetirdiyini görmüşdür. Əvvəlcə Hafizə X19ın göstərilməsi üçün “103” qaynar xəttinə zəng etmişlər, bundan sonra vaxt itirməmək üçün Hafizi baldızının oğlunun avtomobilinə mindirərək xəstəxanaya doğru yola düşmüşlər. Bu zaman avtomobildə həyat yoldaşı da olmuşdir. Qızıldaş qəsəbəsində “Qızıldaş” sözü yazılan yerdə X19 avtomobili qarşısına çıxdığı üçün dərhal Hafizi həmin X19 avtomobilinə qoymuşdur. Oradan Hafizi 1 saylı şəhər Klinik Xəstəxanasına aparmışdır. X17 ilə xəstəxanaya getmişdir. Nəvələri və qızı evdə tək olduqları üçün o evə qayıtmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, hirsli və içkili olduğundan, həmçinin Hafizin özünə xəsarət yetirməsi səbəbindən tutulmasından qorxduğu üçün sonuncuya bıçaqla xəsarət yetirməsi barədə ifadə vermişdir. Sonda ailəsini özünün dolandırdığını bildirmiş və barəsində tətbiq ediləcək cəzanın şərti hesab edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Ramizlə aralarındakı münasibət o, hərbi xidmətdən qayıtdıqdan sonra pisləşməyə başlamış, aralarında sözlü mübahisələr dəfələrlə olmuşdur. Mübahisələrin yaranmasına səbəb isə onun işləməməyi və pis vərdişlərinin olması idi. Heç bir yerdə işləmədiyi üçün pul lazım olan zaman anasından istəyirmiş. Bu, Ramizin xoşuna gəlmirdi. Atası Ramiz yük avtomobili sürücü olduğu üçün 4-5 günlük reysdə olur və evə gec-gec gəlirdi. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində o, evdə olan zaman Ramiz evə gəlmişdir. Ramiz evə daxil olan kimi ilkin olaraq onunla mübahisə etməyə başlamışdır. Ramiz ona “nəyə görə işləmirsən, evdə olursan, avaraçılıq edirsən” demişdir. Bunun qarşılığında o, əsəbləşərək atası Ramizə “məni bezdirmisən bu söhbətlərdən” demişdir. Daha sonra əsəblərini cilovlaya bilməmiş və yaşadığı evin mətbəxində olan bıçağı götürmüş, bıçaq ilə qonaq otağına tərəf getmiş və qonaq otağının giriş hissəsində duraraq əlində olan bıçaq ilə sinə nahiyəsindən xəsarət yetirmişdir. Ölmədiyi və huşunun yerində olduğunu anladığı üçün başını qapının şüşəsinə vurmuş, boğaz nahiyəsindən xəsarət almışdər. Bıçağı yerə ataraq evdən çıxmışdır. Yaşadıqları binanın qarşısına çıxmış onunla eyni məhəllədə yaşayan şəxsin avtomobilinə əyləşmiş, ata və anası ilə birlikdə xəstəxanaya getmişdir. Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, aşkar olunan xəsarətləri özü-özünə yetirmiş, özü sağ əlindəki bıçaq ilə sinə nahiyəsinə zərbə endirmiş və digər bədən xəsarətləri barəsində heç bir məlumatı olmamış, DİN-in 102 xidmətinə zəng etməmişdir. Bundan başqa cinayət işinin ilkin istintaqı zamanı ilk ifadəsini xəstəxananın reanimasiya şöbəsində vermişdir, həmin ifadəsi də bu məzmunda olmuşdur. O, əvvəllər özünü kəndirlə boğazından asaraq və biləklərini kəsərək özünü öldürməyə cəhdlər etmişdir, onun psixi problemləri var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər PŞT və TTYS-nin 15 saylı bölməsinin AzNS filialında növbədə həkim vəzifəsində işləyir. 21 iyul 2023-cü il tarixdə o, növbədə olmuşdur. Həmin gün saat 18 radələrində Qızıldaş qəsəbəsindən postun qarşısından çağırış gəldi. Təxminən 2-3 dəqiqədən sonra o, Qızıldaşın girəcəyinə çatmışdır. Oraya çatdıqda X19 avtomobilinin arxasında markasını unutduğu avtomobilin işıqla işarə etdiyini görmüşür. Avtomobili saxladıqda avtomobildən bir nəfər qan içində olan bir nəfər şəxsi çıxartdıqlarını görüb dərhal yaxınlaşıb həmin şəxsi X19 avtomobilinə yerləşdirmişlər. İlkin gözlə görünən yara və qanaxması dayandırılmışdır. İlkin qan axması arterial qanaxma idi və fontan vəziyyətində boyun nahiyəsində yerləşirdi. O, dərhal bintlə arterial qanaxma dayandırmışdır. Başın tüklü hissəsində olan yaralara sarğı altına alınmışdır. Bundan sonra şəxsin adı soyadı və yaşı soruşulduqda heç bir məlumat verilməmişdir. Bundan başqa digər xəsarətlərinin olub-olmaması soruşulduqda heçbir məlumat verilməmişdir. Yaralı şəxsin özü danışa bilsə də o, həmin şəxsdən dəfələrlə soruşmasına baxmayaraq, həmin şəxs təhqirlə ona cavab verirdi. Bundan başqa yaralı şəxsin anası da X19 avtomobilində idi. Avtomobildə anasından da bu barədə məlumatlar almaq istəsə də anası nə şəxsin ad soyadını, nə yarası, nə də hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı heçbir məlumat verməmişdir. Anası ancaq ona “oğlumu xəstəxanaya çatdırın yaşasın” deyə bildirirdi. Təxminən 20-22 dəqiqəyə onlar KTM-ə çatmışdır. KTM-ə çatdıqda qəbulda xəstənin adı soyadı soruşulduqda anası ad soyadını bildirmişdir. Anası orada oğlu əvvəllər həbs həyatı yaşadığını və özü-özünə xəsarət yetirdiyini bildirmişdir. KTM-də xəstəni əməliyyata hazırlayan zaman xəstənin döş qəfəsində də xəsarət olduğu ona məlum olmuşdur. Həmin nahiyəni qan laxtası dayandırmışdı. Lakin bu qədər xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi və məlumatların gizlədilməsi ona şübhəli qalmışdır. Qəbuldan 38-ci Polis Bölməsinə məlumat verən zaman məlumatı götürən şəxs əməkdaşların hadisə yerində olduğunu və hadisənin xəsarət alanın atası tərəfindən törədildiyi bildirilmişdir. Bundan sonra o iş yerinə geri qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun xalası yoldaşıdır. O **-UU-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobili idarə edir. 21 iyul 2023-cü il tarixdə saat 18 radələrində qohumlarına baş çəkmək üçün Qızıldaş qəsəbəsinə gəlmişdir. Avtomobillə blokun qarşısına gəldikdə Hafizin binanın qarşısında o tərəf bu tərəfə qaçdığını görmüşdür. Blokun qarşısında dayanıb əmisi Mübarizi səsləyib kömək istədiyini eşitmişdir. Dərhal avtomobildən düşüb Hafizi avtomobilə uzatmışdır. Bundan sonra o, Hafizi travmatologiya şöbəsinə aparmaq fikrində olmuşdur. Hafizin ailəsinin X19a xəbər verdiyini bilmirdi. Qızıldaş qəsəbəsinin girişinə çatarkən “Qızıldaş” sözü yazılan yerdə olan zaman qarşıdan X19 avtomobilinin gəldiyini görüb dərhal ona işıqla işarə edib saxlatdırmış və Hafizi X19 avtomobilinə qoymuşdur. Bu zaman Hafizin anası, yəni xalası Aygün və Ramiz də orada idi. Hafizi X19 avtomobilinə qoyduqdan sonra o X19 avtomobilinin arxası ilə Şəhər Klinik xəstəxanasına getmişdir. Orada Hafizi əməliyyata aparmışlar. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Hafiz ona öz-özünə xəsarət yetirdiyini bildirmişdir, sonuncunun özünə xəsarət yetirməsi halı bu hadisəyə qədər bir neçə dəfə təkrar olunmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsində də bu xüsusatları qeyd etmişdir, ola bilsin ki, müstəntiq ifadəsini fərqli tərtib edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, 21 iyul 2023-cü il tarixdə saat 18:48-də DİN-in 102 xidmətindən Qaradağ rayonu, Qızıldaş qəsəbəsində poçtun yanında yaşayan adını təqdim etməyən şəxsin atası tərəfindən bıçaqlanması ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla əlaqədar dərhal növbətçi təhqiqatçı, polis mayoru Şahid4 ilə birlikdə hadisə yerinə getmişlər. Hadisə yerinə çatdıqda hadisə baş vermiş ünvanın ünvan 3muşdur. Hadisə yerinə gəldikdə həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs övladı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi onlara aydın olmuşdur. Mənzilə daxil olduqda sol tərəfdə yerləşən otaqda qapının şüşələrinin sınaraq yerə töküldüyü həmçinin yerdə qan izləri olduğunu görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs və qızı Leyla evdə idi. Lakin anası Aygün oğlu Hafiz ilə birlikdə xəstəxanaya getmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs oğlu ilə aralarında baş vermiş mübahisə zamanı oğlu Hafizin onu təhqir etdiyindən və ona əl qaldırdığından mətbəxdən götürdüyü bıçaqla əsəbləşərək ona bir dəfə sinə nahiyəsindən xəsarət yetirməsini bildirib bu hərəkətini hadisə yerində əyani onlara göstərmişdir. Bundan dərhal sonra hadisə yerinə Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Əli Məmmədov gələrək hadisə yerinə baxış keçirib, fotoəşəkillər çəkmiş, qan nümunəsi və cinayət aləti olan mətbəx bıçağını maddi sübut kimi götürmüş və bu barədə protokol tərtib etmişdir. Daha sonra protokol imzalanmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu Hafiz barəsində polis bölməsinə daha əvvəl də şikayət etmiş olsa da, qonşulardan ailə barəsində hər hansı şikayət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis mayoru Şahid4 da Şahid3la eyni məzmunlu ifadə vermiş, ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ailəsi münaqişəli ailə kimi qeydiyyatdadır, əvvəllər də ailə barəsində oxşar məlumatlar bölməyə daxil olmuşdur, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs narkotik vasitə istifadəçisidir. Bu hadisədən əvvəl də təqsirlındirilən şəxsin həyat yoldaşı sonuncu barəsində polisə şikayət etmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs arvadıdır. 21 iyul 2023-cü il tarixdə həyat yoldaşı Ramiz işdən qayıtmış, spirtli içki qəbul etmişdir. Daha sonra oğlu Zərərçəkmiş şəxsla sonuncunun işləməməsi səbəbindən mübahisə etmişdir. O, qızı Ayselə ona və atasına çay gətirməsini demiş, bu vaxt Hafiz mətbəxə daxil olaraq oradan məişətdə istifadə olunan mətbəx bıçağını götürərək otağına keçmişdir. Az sonra qızı Aysel onun yanına gələrək qardaşı Hafizin otağından initli səsinin gəldiyini demiş, bundan sonra onlar dərhal Hafizinin otağındakı qapının önünə gəlmiş, lakin qapı bağlı olmuşdur. Az sonra Hafiz başı ilə qapının şüşəsini vurub sındırmışdır. Sonuncunu bacısı oğlunun avtomobili ilə xəstəxanaya apararkən, yolda həmin avtomobildən düşüb X19 avtomobili ilə xəstəxanaya getmişlər. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Hafiz öz-özünə xəsarət yetirmişdir, hadisə vaxtı Ramiz onun yanında olmuşdur. Bundan başqa oğlunun özünü öldürmək cəhdləri buna qədər də təkrar olunmuşdur, belə ki, bir dəfə Hafiz özünün asaraq öldürməyə cəhd edərkən sonuncunu xilas etmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qızıdır. 21 iyul 2023-cü il tarixdə atası Ramiz işdən qayıtmış, spirtli içki qəbul etmişdir. Bu zaman o, mətbəxdə olmuş, atası ondan çay gətirməsini istəmişdir. Bu vaxt Hafiz mətbəxə daxil olaraq oradan məişətdə istifadə olunan mətbəx bıçağını götürərək otağına keçmişdir. O, atasına çay verib yenidən mətbəxdə öz işlərini görməyə davam etmişdir, bu zaman ata və anası eyni otaqda olmuşlar. Az sonra qardaşı Hafizin otağından initli səsi eşitmiş, bu barədə anasına xəbər vermişdir. Onlar dərhal Hafizinin otağındakı qapının önünə gəlmiş, lakin qapı bağlı olmuşdur. Az sonra Hafiz başı ilə qapının şüşəsini vurub sındırmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, 21 iyul 2023-cü il tarixdə qardaşı Hafiz öz-özünə xəsarət yetirmiş, sonuncu bunu əvvəllər iki dəfə təkrar etmiş, kəndirlə boğazından asaraq, başqa vaxt isə biləklərini kəsərək intihara cəhd etmişdir. Həmçinin atası ilə qardaşı arasında sonuncunun işləməsinə görə mütəmadi olaraq mübahisələr baş vermişdir. Məhkəmə iclasına əlavə şahid qismində dəvət olunaraq dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə X22 X4” X14 məhkəmə-tibbi eksperti-kriminalist X8 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzərində üç ədəd bıçaq yarası olub. Müayinə zamanı sonuncunun üzərində şüşə deyil, kəsici-deşici alət xəsarəti aşkar olunub. Zərərçəkmiş şəxs üzərindəki xəsarət əlçatan yerdə olsa da, sonuncunun özü tərəfindən yetirilməsi inandırıcı deyil. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi və götürmə barədə” 21 iyul 2023-cü il tarixli protokola əsasən, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 34, mənzil 19 ünvanında yerləşən 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzildir. Mənzil 3 otaqdan, həmçinin hamam, tualet və balkondan ibarətdir. Mənzilin girişinin sol tərəfində 1 otaq, üzbəüz qonaq otağı, sağ tərəfdə digər yataq otağı yerləşir. Mənzilin girişindən sağ tərəfdə hamam-tualet, sonra isə mətbəx yerləşir. Mənzilinin girişinin sol tərəfində yataq otağının qapısı açıq vəziyyətdə, qapının üzərində olan 6 ədəd şüşədən 3 ədədi qırılaraq yerə tökülmüşdür. Həmçinin döşəmədə qan ləkələri aşkar edilmişdir. Hadisə yerinə baxış zamanı, Təqsirləndirilən şəxs bildirmişdir ki, 21 iyul 2023-cü il tarixdə saat 17 radələrində spirtli içki içərək işdən evə gəlmiş, evə daxil olan zaman oğlu Zərərçəkmiş şəxs ona atmacalar atmağa başlamış, daha sonra isə onun vəfat etmiş bacısının və valideynlərinin ünvanına nalayiq ifadələr işlətməyə başlamış, bundan sonra Zərərçəkmiş şəxs ona yumruq və təpik zərəbələri endirmiş, bu zaman Təqsirləndirilən şəxs yerə yıxılmış, daha sonr ayağa qalxaraq mətbəxdən bıçağ götürərək hafizin üstünə gəlmiş, bunu Zərərçəkmiş şəxs isə onun üstünə getmiş və onu təhqir etməyə başlamışdır. Bundan əsəbləşən Təqsirləndirilən şəxs əlindəki bıçaqla bir dəfə Zərərçəkmiş şəxs sinə nahiyəsinə zərbə endirmiş, yoldaşı Aygün və qızı Aysel onu oradan uzaqlaşdırmışlar. Baxış zamanl mətbəxdəki masanın üzərində aşkar edilmiş, üzərində qana bənzər ləkələr olan bıçaq və döşəmə üzərindəki qana bənzər ləkələr pambıq tampona hopdurularaq qablaşdırılıb götürülmüşdür. Hadisə yerini fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdirş Heçbir qeyd və təklif daxil olmadığından protokol tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan “İfadənin yerində yoxlanılması barədə” 04 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs bildirmişdir ki, 21 iyul 2023-cü il tarixdə saat 18 radələrində atası Zərərçəkmiş şəxs işdən evə gəlmiş və həmin vaxt içkili olmuşdur. Özü də həmin gün spirtli içki qəbul etdiyini bildirmişdir. Atası ilə aralarında qonaq otağında bir müddət söz mübahisəsi baş vermiş, bundan sonra Zərərçəkmiş şəxs qonaq otağından çıxaraq mətbəxə keçmiş və orada olan qulpu ağ, göy, qırmızı rəngli mətbəx bıçağını götürərək öz otağına keçmişdir. Bundan sonra əsəbləşdiyindən bıçağı bir dəfə sinəsinə vurmuş, daha sonra bıçağın sümüyə dəydiyini və dərin batmadığını zənn edib bıçağı sinəsindən çıxartmış, bıçağı sinəsindən çıxardan zaman ağrıdan qışqırmış və bu zaman səsinə anası, sonradan isə atası gəlmişdir. Bıçağı isə əlindən yerə atmışdır. Lakin o otağın qapısını örtüb heçkimin içəri daxil olmaması üçün əli ilə qapını arxadan tutub saxlamış, bu zaman valideynləri qapını açmaq üçün itələsə də aça bilməmişlər. Zərərçəkmiş şəxs bu zaman əsəbləşib başının sol tərəfini qapını orta sıradakı şüşəsinə çırparaq şüşəni qırmış və bu zaman boynundan xəsarət aldığını bildirmişdir. Hadisə zamanı özünə necə xəsarət yetirməsini əyani olaraq göstərmişdir. Bundan sonra atası qapının digər şüşələrini qırıb qapını açaraq içəri daxil olmuşdur. Bu zaman Zərərçəkmiş şəxs evdən çıxaraq həyətə düşmüş, anası və atası da onun arxasınca həyətə düşmüş, X19 briqadası gecikdiyi üçün yadında qalmayan qonşularının avtomobili ilə Qızıldaş qəsəbəsinin girişinə qədər avtomobillə gəlmiş oradan isə təcili yardım avtomobili ilə anası ilə birlikdə 1 saylı Şəhər Klinik Xəstəxanasına getmişdir. Məhkəmə-tibbi ekspert X21 Vahabova özünü vurandan neçə saniyə və ya dəqiqə sonra qapını tutduğunu soruşmuş, Zərərçəkmiş şəxs isə cavabında bıçağı sinəsinə vurduğunu, lakin ürəyinə vurmaq istədiyini, bıçağın sümüyə dəydiyini, bıçağı sinəsindən çıxardıb ikinci dəfə vurmaq istədikdə isə səsinə valideynlərinin qapıya yaxınlaşmaq istəyərkən bu zaman qapıya söykənib qapını tutduğunu və başının sol tərəfini qapının orta sıra şüşəsinə çırpdığını və boynundan xəsarət aldığını bildirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 534 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sağ xarici yuxu arteriyasının, üz sinirinin və qulaqətrafı vəzinin zədələnməsi ilə müşayiət olunan ağız boşluğuna keçən sağ qulaqətrafı nahiyənin bir ədəd deşilmiş - kəsilmiş yarası, boyun nahiyəsinin bir ədəd deşilmiş - kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının bir ədəd döş boşluğuna nüfuz edən deşilmiş - kəsilmiş yarası deşici - kəsici əşya (alət) ola bilsin bıçaq təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X12 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənə bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. İş materiallarında olan əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 42/534 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin istintaq eksperementi zamanı göstərdiyi şəraitdə, yəni döş qəfəsi nahiyəsində olan yaranın özüözünə mətbəx bıçağı ilə yetirilməsi, boyun və qulaqətrafı nahiyədə olan yaraları isə baş nahiyəsini qapının şüşə hissəsinə vurması nəticəsində almağı tam inkar etmək olmasa da, az inandırıcıdır, kənar şəxs tərəfindən yetirilməsi daha inandırıcıdır. İş materiallarında olan məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 578/2023-MTBŞ saylı rəyindən görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs təqdim olunan portalından çıxarılışın kserosurətinə əsasən qan qrupu-B(İİİ). Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq və 06 ədəd çubuqlu pambıq tamponlar üzərində Balfa(İİİ) qruplu insan qam aşkar olundu.Bu qanləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar edilmir. İş materiallarında olan məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 418/2023-MTKŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş xarakterli xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaqla və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin yerləşməsinə görə, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqdır və soyuq silah hesab edilmir. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2611 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan “X15” X14 28 iyul 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixində saat 19:50-də 15 saylı X19 Stansiya Briqadasının müşayəti ilə X12 gətirilmişdir. Xəstənin dediyinə görə hirslənərək öz-özünə iti alətlə xəsarət yetirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1540/2024 saylı, 15 mart 2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs barəsində ambulator məhkəmə psixiatrik ekspertizası təyin edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 22 may 2024-cü il tarixli, 1482 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs emosional davamsız şəxsiyyət pozuntusu, anamnezində narkotik vasitələrdən sui-istifadə müəyyən edilir. Yoxlanılan şəxsin hazırda onda müəyyən edilən “Emosional davamsız şəxsiyyət pozuntusu, anamnezində narkotik vasitələrdən sui-istifadə” formasında şəxsiyyət pozuntusu dekompensasiya vəziyyətində olduğu halda onun özü- özünə xəsarət yetirməsi istisna edilmir. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər kəsmələrlə özünə xəsarətlər yetirmiş, sol qolunda özünükəsmələrlə əlaqdar çoxsaylı çapıq, həmçinin tikiş izləri müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutetmə məsələlərinə həsr olunmuş XV fəslinin qaydaları da cinayət-prosessual qanunun qeyd olunan ümumi prinsipləri əsasında formulə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən etiraf edilməsə də onun təqsiri iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə qarşı heç bir xəsarət yetirməməsi, ilkin ifadəsini verərkən spirtli içkinin təsiri altında və hirsli olması, eləcə də, oğlu Hafizin özünü öldürməyə cəhd etdiyi üçün həbs olunmasından qorxması səbəbindən hadisə yerinə gələn polis əməkdaşlarına oğluna özünün xəsarət yetirməsini bildirməsi barədə ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə məhkəmə iclasına əlavə şahid qismində çağırılaraq dindirilmiş Təqsirləndirilən şəxs ailə üzvləri – həyat yoldaşı Aygün Vahabova və qızı Aysel Vahabovanın ibtidai və məhkəmə iclasında vermiş olduqları ifadələrdəki ziddiyyətli məqamları, eləcə də, sonuncuların Təqsirləndirilən şəxsla qohumluqlarının xarakterini nəzərə alaraq hesab edir ki, Aygün Vahabova və Aysel Vahabovanın ifadələri mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, şahidlər Aygün Vahabova və Aysel Vahabova cinayət işinin ibtidai istintaqı zamanı 24 oktyabr 2023-cü il tarixdə dindirilərkən vermiş olduqları ifadələrdə Zərərçəkmiş şəxs özünə bıçaq xəsarəti yetirməsindən ilk xəbər tutan şəxsin Aygün Vahabova olduğunu, daha sonra Aysel və Ramizin də Hafizin otağının qarşısına gəldiklərini, sonuncu qapının dəstəyini tutduğundan Ramizin qapının şüşəsini sındırmaqla otağa daxil ola bildiyini qeyd etsələr də, məhkəmə iclasında hadisədən ilk xəbər tutan şəxsin Aysel Vahabova olduğunu, bundan sonra sonuncunun anasına xəbər verdiyini, Hafizin başı ilə zərbə endirməklə qapının şüşəsini sındırdığını bildirmişlər. Həmçinin cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs 27 sentyabr 2023cü il tarixli ifadəsində eynilə Aygün və Aysel Vahabova kimi Zərərçəkmiş şəxs otağına daxil ola bilmək üçün qapının şüşəsinin özü tərəfindən, məhkəmə iclasında isə Hafiz tərəfindən sındırıldığını bildirmişdir. Yuxarıda Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin ifadələrində qeyd olunmuş xüsusatlar məhkəməyə onu deməyə əsas verir ki, sonuncuların ifadələrinin məzmunu onlar tərəfindən əvvəlcədən razılaşdırılmışdır. Belə ki, qapının şüşəsinin kimin tərəfindən sındırılması barədə qeyd olunan şəxslərin ifadələri ibtidai istintaq zamanı anoloji məzmunda olmuş (qapının şüşəsi Ramiz tərəfdən yumruq zərbəsi ilə sındırılmışdır), məhkəmə istintaqı zamanı sonuncuların bu barədə ifadələri ibtidai istintaqdakı ifadələrə zidd olmasına baxmayaraq, öz aralarında eynilik təşkil etmiş, yəni onların hər biri qapının şüşəsinin Hafiz tərəfindən sındırıldığını bildirmişlər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və onun ailə üzvləri – zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər Aygün və Aysel Vahabovanın ibtidai və məhkəmə iclaslarında verdikləri ifadələrin cinayət işinin materiallarında olan digər sübutlarla əlaqəli təhlili məhkəməyə onu deməyə əsas verir ki, sonuncuların ifadələri reallığı əks etdirmir, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs öz-özünə xəsarət yetirməsinə dair ifadələr məhz Təqsirləndirilən şəxs müdafiə xarakterlidir. Eləcə də, məhkəmə iclasında şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin xalası oğlu Şahid1 ifadəsini zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona dediklərinə istinadən verdiyindən (Şahid1 avtomobili ilə zərər çəkmiş şəxsi xəstəxanaya apararkən sonuncu ona öz-özünə xəsarət yetirdiyini bildirmişdir.) mötəbər sübut qismində qəbul edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs 23 iyul 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldakı ifadəsini mötəbər sübut qismində qəbul edir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində sürücü işləyir. Zərərçəkmiş şəxs, onun böyük oğludur. Onunla aralarındakı münasibət 2006-ci il tarixində oğlu Hafız Vahabov əsgərlikdən gəldikdən sonra pisləşməyə başlamışdır. Mübahisələr demək olar ki aralarında mütəmadi olaraq hər gün olurdu. Aralarında olan mübahisəyə əsas səbəb isə oğlu Hafizin narkotik maddələrdən istifadə etməsi olmuşdur. Sonuncu heç bir yerdə işləmədiyindən gündəlik olaraq ondan və anası Aygündən müəyyən miqdarda pul alırdı. O, dəfələrlə oğlu Hafiz ilə bu barədə söhbət etmiş, lakin onun heç bir təsiri olmamışdır. Aralarında olan münasibət isə son zamanlar daha da pisə doğru getmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində sürücü kimi işlədiyi üçün 5 gün müddətində reysdə olmuşdur. xx.xx.2023-cü il tarix saat 17 radələrində sipirtli içki olan “Go” içərək işdən evə gəlmişdir. Evə daxil olan zaman oğlu Hafiz onun evə daxil olduğunu görüb heç bir səbəb və əsas olmadan ona atmacalar atmağa başlamışdır. İlkin olaraq o oğlu Hafizin ona atdığı atmacalara diqqət yetirməmiş, lakin buna baxmayaraq oğlu Hafiz atmacalar atmağa davam etmişdir. Daha sonra aralarında sözlü mübahisə yaranmış və oğlu onun vəfat etmiş bacısı və vəfat etmiş valideyinlərinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bunun ardınca isə üzərinə gələrək yumruq ilə alın nahiyyəsindən zərbə yetirmişdir. Zərbənin təsirində yerə yıxılmış, bu zaman oğlu Hafiz onun yerə yıxıldığını görərək onun qarın və kürək nahiyyəsinə bir neçə dəfə ayağı ilə zərbə endirmişdir. Daha sonra ayağa duraraq mətbəxə tərəf getmişdir və mətbəxdə olan mətbəx bıçağını götürmüş, oğlu Hafiz isə qonaq otağında olmuşdur. Onu qorxutmaq üçün əlində bıçaq ilə ona tərəf getmişdir. Hafiz isə əlində olan bıçağı görüb üzərinə gələrək yenidən onu və vəfat etmiş qohumlarının ünvanına yenidən nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra o əsəblərini cilovlaya bilməyib əlində olan bıçaq ilə Hafizin qonaq otağının giriş hissəsində qapının yanında sinə nahiyyəsindən 1 (bir) dəfə zərbə endirmişdir. Daha sonra həyat yoldaşı Aygün və qızı Aysel onu oradan uzaqlaşdırmışlar. Qısa müddət ərzində polis əməkdaşları yaşadığı ünvana gəlmiş və onu Qaradağ RPİ-yə aparmışlar. Bundan başqa 21 iyul 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən və Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılarkən həmçinin cinayətin törədilməsində özünü təqsirli bilmişdir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs təqsirinin olmaması, onun özü-özünə xəsarət yetirməsi, bundan əvvəl də bir neçə dəfə özünü öldürməyə cəhd etməsi barədə ifadəsi, eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 22 may 2024-cü il tarixli, 1482 saylı rəyində qeyd olunanlara, yəni Zərərçəkmiş şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu, anamnezində narkotik vasitələrdən sui-istifadə” formasında şəxsiyyət pozuntusu dekompensasiya vəziyyətində olması, bu mənada sonuncunun özü-özünə xəsarət yetirməsinin istisna edilməməsi, Zərərçəkmiş şəxs sol qolunda özünükəsmələrlə əlaqədar çoxsaylı çapıq, həmçinin tikiş izlərinin müəyyən olunmasına münasibətdə qeyd edir ki, məhkəmə sonuncunun özü-özünə xəsarət yetirə bilmə imkanı istisna etmir, lakin məhz hazırki cinayət işinin materiallarında olan mötəbər sübutlar, o cümlədən, cinayət işinin ibtidai istintaqı zamanı əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X22 X4” X14 xx.xx.2023-cü il tarixli 42/534 saylı rəyi və həmin rəyi dəstəkləyən təkrar məhkəmə tibbi-kriminalistik ekspertizasının T341/2024 saylı, 10 iyun 2024-cü il tarixli rəyi ilə Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməkdə təqsiri bir daha sübut edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyi ilə müəyyən edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1540/2024 saylı, 15 mart 2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs barəsində təyin edilmiş təkrar məhkəmə tibbi-kriminalistik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X22 X4” X14 T341/2024 saylı, 10 iyun 2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ xarici yuxu arteriyasının, üz sinirinin və qulaqətrafı vəzinin zədələnməsi ilə müşayiət olunan ağız boşluğuna keçən sağ qulaqətrafı nahiyənin bir ədəd deşilmiş-kəsilmiş yarası, boyun nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının bir ədəd döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər iti uclu və ya kənarlı alətin təsirindən törənmiş, törənmə müddəti xx.xx.2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə sağ xarici yuxu arteriyasının, üz sinirinin və qulaqətrafı vəzinin zədələnməsi ilə müşayiət olunan ağız boşluğuna keçən sağ qulaqətrafı nahiyənin bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının bir ədəd döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya, boyun nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Ürək və boyun nahiyəsində yerləşən yaraların istiqaməti yuxarıdan aşağıya doğru olmuşdur. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin xarakter və lokalizasiyası onların kənar şəxs tərəfindən yetirilməsinə uyğun gəlir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, mənfi xarakterizə olunmayan şəxsiyyətini, yaşını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Qaradağ rayon Kommunal Təsrrüfatı Birliyi 126 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşadığı müddətdə özünü nümunəvi sakin kimi aparmış, barəsində heç bir şikayət daxil olmamışdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.11-cu maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, zərər çəkmiş şəxsin şikayət tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsin yaşını, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 iyul 2023-cü il tarixdə barəsində polisin nəzarəti altma vermə qətimkan tədbiri seçilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndində qeyd edilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmamalıdır. Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş bir ədəd qırmızı göy ağ rəngli plastmmaz dəstəkli mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 51 (əlli bir) iş saatı üçün 306 (üç yüz altı) manat məbləğində vəsait Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 02 (iki) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş bir ədəd qırmızı göy rəngli plastmas dəstəkli mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 51 (əlli bir) iş saatı üçün 306 (üç yüz altı) manat məbləğində vəsait Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1084/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1084/2024
23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver