Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1085/2021 11.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: sədrlik edən: Xankişiyev Mirzə Aslan oğlu, hakimlər: Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, müdafiəçi X1 iştirakları ilə xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 31, mənzil 18-də qeydiyyatda olmaqla yaşayan, barəsində həs qətimkan tətbiri seçilməklə hazırda AR Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs rəsmi nikahda olduğu Zərərçəkmiş şəxs 23.01.2020-ci il təvəllüdlü körpəsini atıb başqa şəxsə qoşulub qaçaraq sonra yanına qayıtdıqda onu qəbul edib bir yerdə yaşasada, sonuncunun yenə müxtəlif kişi cinsli səxslərə intim məzmunlu SMS-lər göndərib söhbətlər apardığından 2020-ci ilin noyabr ayının əvvəllərində ondan qeyri-rəsmi ayrılıb arvadını Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 41, 67 saylı mənzilə kirayədə yerləşdirib ona maddi köməklik etmiş, 13.01.2021-ci il tarixdə onunla maraqlanmaq üçün həmin ünvana gələrkən Aişənin evdə gecələmədiyini, Bakı şəhəri, Bakıxanov qəsəbəsi,Səmədbəy Mehmandarov küçəsində yerləşən «Manqal» restoranının inzibatçısı Şahid4 ilə görüşdüyünü öyrənib, 16.01.2021-ci il tarixdə həmin restorana gedərək sonuncudan Aişənlə yaxın münasibətinin doğru olduğunu, həmin gün saat 23 radələrində Bakı şəhəri 20 Yanvar merostansiya yaxınlığında «Bravo market»in qarşısında görüşəcəklərini bilib saat 22 radələrində göstərilən marketə gələrək kənarda dayanıb Aişəni gözləmiş, sonuncu gəldikdə onunla görüşüb boşanmaları üçün ərizə yazdıracağı adı ilə onu Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən «Sunset istirahət mərkəzi»nin 4 saylı istirahət katejinə gətirmiş, 16.01.2021-ci il tarixdən 17.01.2021-ci il tarixə keçən gecə saat 04:04 dəqiqədə «Müşü» ləqəbli Şahid2 adlı şəxsin Zərərçəkmiş şəxs onunla görüşmək üçün zəng etdiyini görüb sonuncunu yuxudan oyadaraq ondan «Müşi» adlı şəxslə olan münasibətlərini soruşub aydınlaşdıraraq yataq otağındakı yastığı ilə onun tənəffüs üzvlərinin üzərinə qoyub dərəcəsinə görə tənəffüs üzvlərinin yad cisimlə sıxılması ilə müşayət olunan və sol almacıq nahiyəsinin, alt çənənin sol hissəsinin, boynun sol yuxarı 1/3-nin qançırları, sol almacıq nahiyəsinin 4 (dörd) ədəd, alt çənə nahiyəsinin solda 5 (beş) ədəd sıyrıqları kimi adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli, olan AĞİR xəsarətlərə aid edilən xəsarət yetirməklə boğub Zərərçəkmiş şəxs qısqanclıq zəminində qəsdən öldürərək həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2018-ci ildə ailə qurub valideynləri ilə bir evdə Sumqayıt şəhərində yaşamışdır. Aişən 5-6 aylıq hamilə olarkən istifadəsində olan mobil telefondan müxtəlif kişi cinsli şəxslərə sevgi mesajları yazdığını görüb mobil telefonu əlindən alaraq rayona Aişənin valideynlərinə göndərmişdir ki, həmin SMS-ri oxuyub qızlarına öyüd-nəsihət etsinlər, lakin, bir-iki aydan sonra Aişənin anası mobil telefonu qızına gizlin ötürmüş, qızını tənbeh etməmiş, qızı həmin hərəkətlərini davam etdirmişdir. Bu nikahdan oğlanları olandan bir neçə gün sonra onu rayona aparmağı tələb etdiyindən Aişəni atası evinə aparıb gətirmiş, bir müddətdən sonra yenə onu atası evinə aparmağı tələb etdikdə 2020-ci il tarixdə Aişəni körpə oğlu ilə birlikdə rayona qayınatasının evinə aparmış, Aişən rayonda qalmış, özü Sumqayıt şəhərinə qayıtmışdır. Təxminən 2 ay sonra qayınatası X3 ona zəng edib demişdir ki, Aişən uşağa nənni almaq adı ilə evdən gedib qayıtmamış, körpə isə ağlayıb qalmır, gəlib uşağı aparsın. Həmin gün atası Qorxmazla Yevlax şəhərinə getmiş, Aişəni tapa bilməmiş, valideyinləri isə Aişənin bir neçə gün əvvəl başqa şəxsə qoşulub qaçdığını ondan gizlətmiş, o isə arvadının naməlum itkin düşdüyünü zənn edib bu barədə Yevlax RPİ-nə və Sumqayıt ŞPİ-nə müraciət edib körpə oğlunu Sumqayıt şəhərinə gətirmiş, valideynləri uşağına baxmağa məcbur olmuşlar. Bu söhbətlərdən təxminən 15-20 gün sonra Aişən zəng edib ona demişdir ki, onu qaçıran oğlanın ailəsi onu qəbul etməyib incidir, onun köməyinə ehtiyacı vardır. Birgə körpə uşaqları olduğu üçün Aişəni bağışlayıb onunla Bakı şəhərində görüşüb onu Bakı şəhəri Qala qəsəbəsində yaşayan qohumunun evində yerləşdirib uşağınıda gətirib onanla təxminən iki ay həmin ünvanda yaşamışdır. Bu müddətdə Aişənin yenə başqa kişilərə yazdığı sevgi məktublarını görüb əsəbləşərək onu həmin ünvandan Bakı şəhərinin Pirallahı qəsəbəsində kirayə etdiyi evə köçürüb bir gün orada yanında qalıb Aişənin körpəsinə sahib çıxmadığını görüb oğlu İlyası götürüb Sumqayıt şəhərinə valideynlərinin yanına qayıtmışdır. O artıq Ayşənin bu hərəkətlərindən qəzəblənmiş və Aişənlə münasibətlərini birdəfəlik aydınlaşdırmaq üçün saat 23 radələrində «Bravo» marketin qarşısına gedib onunla görüşmüş və ona təklif etmişdir ki, onunla Sumqayıt şəhərinə otellərin birinə getsin, orada iki gün qalıb oğlanları İlyasın ad gününü qeyd edib, boşanmaq üçün ərizə verib boşansınlar. Aişən təklifi ilə razılaşmış, onlar Sumqayıt şəhərinin Sahil küçəsində yerləşən «Sunset istirahət mərkəzi»nə gəlib iki nəfərlik iki otaqlı 4 nömrəli koteji kirayə etmişdir. Şam etdikdən sonra yataq otağında çarpayıya uzanıb söhbət edərkən Ayşən ona demişdir ki, pul müqabilində baqa kişilərlə münasibətdə olub pul qazanarsa onun işləməyə ehtiyacı qalmaz. O Aişənə bu hərəkətlərini qəbul edə bilmədiyini deyib, həftənin bazar ertəsi Sumqayıt şəhərində yerləşən VVAQ orqanına gedib hər ikisi boşanma üçün ərizə yazmalıdırlar. Aişən təkliflə razı olmuş, bundan sonra o özünü yuxuluğa vurmuşdur, Aişən onun yatdığını zənn edib 16 yanvar 2021-ci il tarixdən 17 yanvar 2021-ci il tarixə keçən ğecə saat 03 radələrində sosial şəbəkədə ona məlum olmayan kişi cinsi şəxslə görüntülü pıçıltı ilə danışıb telefonla çılpaq bədənini ona nümayiş etdirib daha sonra bədənini çəkib həmin şəxsə göndərib danışığını bitirərək çarpayıdan qalxıb qonaq otağına keçib əlindəki mobil telefonu orada qoyüb yataq otağına qayıdıb yenidən yanında uzanmış və yatmışdır. Bundan təxminən 20 dəqiqə sonra su içmək üçün yataq otağından qonaq otağına keçərkən qaranlıq olan qonaq otağının tavanına altdan yuxarı işıq düşdüyünü və Aişənin mobil telefonuna səssiz zəng gəldiyini, diqqət edərkən telefonun ekranında «Müşi» adının yazıldığını görmüşdür. Telefonun düyməsini basıb səsini çıxarmadan qarşı tərəfin səsini dinləməyə başlamışdır. Bu vaxt kişi cinsli şəxs «Aişən hardasan, dostumla birlikdə səninlə görüşmək istəyirik» demişdir. Bu sözü eşidib telefonu söndürüb yataq otağına keçərək yastığını götürüb Aişəni yuxudan oyadaraq ondan «Müşü» adlı şəxsin kim olduğunu soruşmuşdur. Aişən ona həyatına qarışmamasını, onsuzda boşandıqarını və istədiyi kişi ilə görüşə biləcəyini dedikdə ona psixi təsir göstərdiyindən əlinə yastığı görüb, onun xəyanətlərindən bezdiyi üçün əvvlcə qorxudub cəza vermək məqsədi ilə yastığı Aişənin sifətinə qoyub üstündən basıb sıxmışdır. Aişən müqavimət göstərib yastığı özündən kənara itələyərək sifətinə və boğazına cırmaq atıb xəsarət yetirsədə, onun müqavimətini qırmış, təxminən 5-6 dəqiqədən sonra Aişənin qolları getdikcə taqətdən düşməyə başlamış, nəbzini yoxlamış, nəbzi zəif vursada hərəkətsiz olmuş sonra Aişənin nəfəsi tam dayanmış və ondan əl çəkmişdir. Aişən çılpaq olduğundan üzərinə yorğan atıb bir qədər oturub nə edəcəyini düşünüb sonra atası Qorxmaza zəng vurub Aişəni oteldə boğaraq öldürdüyünü xəbər etmiş, əynini geyinib otağın giriş qapısını açıq qoyaraq kateji tərk etmiş, bu vaxt onu görən olmamışdır. Yola çıxıb atasının gəlməsini gözləmiş, az sonra atası gəlib yolda ona çatmış, o törətdiyi hadisəni danışmış, atasının məsləhətinə əsasən Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gedərək törətdiyi cinayət əməlini etiraf edib təslim olmuşdur. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi öz ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmişin hüquqi varisinin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmədə ifadəsi elan olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X3 göstərmişdir ki, 1993-cü ildə X5 ilə ailə qurmuş, həmin nikahdan 30.06.1994-cü ildə Elgün,xx.xx.1997-ci ildə Aişən adlı uşaqları olmuş, arvadı,özü və oğlu orta təhsilli olmaqla fərdi əməklə məşğuldurlar,qızı Aişən isə Ağdam şəhər musiqi məktəbinin fortopiano şöbəsini bitirib fortopiano müəlliməsi peşəsinə yiyələnmiş, amma işləməmişdir.Aişən kiçik yaşlarında həyətdə oynayıb xoruzu qovarkən xoruz tullanıb onun sağ gözünü zədələmiş,nəticədə həmin gözdə görmə qabiliyyətini itirib şikəst olmuşdur. Aişən 1999-cu ilin əvvəllərində Bakı şəhərində qonaq olarkən Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxs ilə tanış olmuş, Orxan qızına elçi gəlib 17.04.2019-cu il tarixdə toy edərək onunla ailə qurub Sumqayıt şəhərində valildeynləri ilə bir evdə yaşamışlar və həmin nikandan 23.01.2020-ci ildə İlyas adlı oğlanları olmuşdur.Uşaq olandan sonra Aişən ona məlum olmayan səbəbdən körpə uşağı ilə rayona onların yanına gəlmiş,bir müddətdən sonra qoşulub başqa şəxsə qaçmış, evdə qoyduğu körpəsi narahat olduğundan Orxan gəlib uşağını aparmış,amma bir neçə gündən sonra Aişən zəng edib bildirmişdir ki, əri Orxanla Bakı şəhərində kirayə etdikləri evdə yaşayırlar.Yenə bir müddət keçdikdə eşitmişdir ki, Aişən şəhərdə tək yaşayır, evin kirayə pulunu və bəzi xərclərini Orxan və onun ailəsi ödəyir.Bu arada Orxan və onun valideynləri zəng edib qızı Aişənin yüngül həyat tərzi keçirməsi barədə ona şikayətlər etdiyindən qızının yolunu azıb yüngül həyat tərzi keçirməsi ona pis təsir etmiş və Aişənlə əlaqələrini kəsib onunla maraqlanmamışdır. Aişənin Bakı şəhərində kirayədə yaşadığını eşitsədə amma harada, hansı peşə üzrə işlədiyini, hansı qazanc hesabına dolandığını bilməmiş və maraqlanmamışdır.17 yanvar 2021-ci il tarixdə Sumqayıt şəhər Pİ-dən zəng edib qızı Aişənin əri Orxanla Sumqayıt şəhərində dənizkənarı istirahət mərkəzində oteldə gecələyərkən ərinin onu qızqanclıq zəminindən boğub öldürməsi barədə məlumat vermişlər, Sumqayıt şəhərinə gələrkən məlumatın doğru olduğunu bilmiş və qızının meyitini aparıb rayondakı qəbirstanlıqda dəfn etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, 2019-cu ilin əvvəllərində oğlu Orxan Bakı şəhərində Zərərçəkmiş şəxs ilə tanış olub onunla ailə qurmaq qərarına gəlmiş, valideyn olaraq el adəti ilə Aişənə elçi gedib oğluna 2019-cu ildə toy edərək Aişəni evinə gəlin gətirmiş və onlar bir evdə yaşamışlar. Bir-iki aydan sonra gəlini Aişən böyük-kiçik saymayıb öyüd nəsihəti eşitməmiş, özbaşına hərəkətlər etmiş, 5-6 aylıq hamilə olarkən mobil telefonuna kənar kişi cinsli şəxslərdən sevgi SMS-ri gəldiyi üçün oğlu onun mobil telefonunu alıb Aişənin valideyinlərinə göndərmişdir ki, onlar telefona baxıb qızlarının yazıdığı SMS-ləri oxuyub həmin hərəkətlərinə görə qızlarını tənbeh etsinlər, lakin bir-iki aydan sonra Aişənin anası həmin mobil telefonu qızı Aişənə ötürmüş, qızı isə həmin telefonla əvvəlki hərəkətlərini davam etdirmişdir. Bir müddət sonra Ayşən ailəsinin evindən başqa kişi ilə qoşulub qaçmışdır. Təxminən 15-20 gündən sonra Aişən Orxana zəng edib demişdir ki, onunla evlənən şəxsin ailəsi onun əvvəllər ailəli və bir uşaq anası olduğunu bilib onu gəlin kimi qəbul etməyib incidirlər, bu səbəbdən ona kömək olunmasını xahiş edir. Valideyn kimi gəlini Aişənin bu hərəkətlərini qəbul etməsədə oğlu Orxan nikahdan birgə uşaqları olduğundan arvadını bağışlayıb Bakı şəhərində görüşərək onu Qala qəsəbəsində yaşayan qohumunun evində yerləşdirib uşağıda apararaq Aişənlə birlikdə təxminən iki ay bir yerdə yaşamış, Aişənin bu müddət ərzində yenə müxtəlif kişi cinsli şəxslərə sevgi məktubları yazıb onlarla əlaqə saxladığını görüb Aişəni oradan Bakı şəhəri Pirallahı qəsəbəsində kirayədə tutduğu evə köçürüb ondan ayrılmaq istədiyini bildirdikdə Aişən uşaqdan imtina edib uşağı aparmağı tələb etdiyindən oğlu yenə körpəsini götürüb Sumqayıt şəhərinə onların yanına qaytarmış və həmin gündən nəvəsi onlarla yaşamış, Aişən isə körpəsi ilə maraqlanmamış, əksinə zəng edib ona maddi dəstək göstərmələrini istəyib kirayə tapdığı evdə yerləşdirməsini, kirayə pulunun ödənilməsini tələb etmişdir. Aiəşənin oğlundan hələ boşanmadığını nəzərə alıb qzı Afaqla birlikdə Aişəni onun özünün tapdığı Gülnar adlı qadının evində Bakı şəhərində yerəşdirib evin kirayə haqqını ödəyib xərcləmək üçün ona pul vermiş, oğlu Orxan isə ona geyim əşyaları almışdır. Bundan sonra Orxan demişdir ki, Aişənin keçirdiyi həyat tərzindən utanır, onunla barışa və bir yerdə yaşaya bilməz, bu səbəbdən boşanmaq istəyir, amma uşağın bir yaşı tamam olmadığından boşana bilmir. 16 yanvar 2021-ci il tarixdə saat 11 radələrində Orxanın evdən gedib hələ də qayıtmadığını gördükdə narahat olub saat 23 radələrində oğluna zəng edib harada olduğunu nə üçün gecikdiyini soruşarkən oğlu demişdir ki, Aişəni Bakı şəhərində tapıb Sumqayıt şəhərinə gətirmişdir,onlar danışıb razılaşmışlar ki, həftənin bazar ertəsi yəni 18 yanvar 2021-ci il tarixdə ASAN xidmətə gedib boşanmaq üçün qarşılıqlı ərizə yazacaqlar, Aişən Xırdalan şəhərində kirayə ev tutduğundan onu həmin ünvana aparıb evə qayıdacaqdır. Bu sözdən sonra sakitləşib yatmış, həmin gecə saat 05 radələrində oğlu Orxan mobil telefonuna zəng edib Aişəni öldürdüyünü demişdir. Aişəni harada nə üçün öldürdüyünü soruşduqda Orxan demişdir ki, Aişəni Sumqayıt şəhərinin dəniz kənarında yerləşən «Sunset» istirahət mərkəzinin otelinə gətirmişdir ki, həftənin bazar ertəsi onu həmin oteldən ASAN xidmətə aparıb boşanma üçün ərizə yazdırsın, Aişənin mobil telefonuna kənar kişi cinsli şəxsdən zəng gəldiyi üçün artıq hərəkətlərinə dözməyib onu yastıqla boğub öldürmüşdür. Xəbəri eşidib dərhal həmin otelə getmiş, otelə çatarkən yolda Orxanla rastlaşmış, onu avtomobilinə mindirib Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 atası Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhərində "xxxx" Yükdaşıma Şirkətində gəmidə matros işləyir, işi növbəlidir, 14 gün işləyib 14 gün istirahət edir. 28 dekabr 2020-ci il tarixdə «Azzar» sosial şəbəkədə Zərərçəkmiş şəxs ilə tanış olmuş, həmin vaxt Aişən ona əslən Rusiya Federasiyasının Dərbənd şəhərindən olub ailəsindən boşandığını, həmin nikahdan oğlu olsada uşağın atasında qaldığını, ara-sıra uşağına baş çəkdiyini, Bakı şəhərində Neftçilər metrostansiyası yaxınlığında üç nəfər qızla kirayədə yaşadığını və işləmədiyini, ona valideynlərinin maddi dəstək olduğunu demiş, o Aişənin sözlərinə inanmış, həmin gündən Aişən ilə tez-tez telefon əlaqəsi saxlayıb danışmışdır. 16 yanvar 2021-ci il tarixdə işdə olarkən gecə saatlarında bir neçə dəfə zəng edib onunla danışmış, danışarkən onun keçirdiyi günlə maraqlanmış, bu arada onun xahişinə görə hesabına 50 manat pul köçürmüş, saat 21-də sonra Aişənə zəng çatmamaşdır. 17 yanvar 2021-ci il tarixdə saat 04-də Aişənə zəng edib telefon açılsada cavab almadığından belə başa düşmüşdür ki, Aişən onunla münasibət saxlamaq istəmir, bu səbəbdən onun telefonunu blok etmiş, bir neçə gündən sonra zəng edib onu Sumqayıt şəhər prokurorluğuna dəvət edərkən Aişənin 16 yanvar 2021-ci il tarixdən 17 yanvar 2021-ci il tarixə keçən gecə Sumqayıt şəhərində istirahət mərkəzində əri tərəfindən qətlə yetirildiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid5 göstərmişdir ki, «Sunset» ailəvi istirahət mərkəzi ildən Sumqayıt şəhərinin Sahil küçəsində yerləşməklə 2001-ci fəaliyyət göstərir,o 2017-ci ildən həmin mərkəzdə qeydiyyatçı işləyir,vəzifəsinə istirahət mərkəzinə gələn müştəriləri qəbul edib yerləşdirərək onların qeydiyyatını aparmaqdan ibarətdir.İstirahət mərkəzi il boyu fəaliyyət göstərsədə qış aylarından istirahət mərkəzindən otel kimi istifadə edilir,istirahət mərkəzinin biri-birindən ayrı,hər birində iki otaq olmaqla 7 ədəd koteji vardır,həmin kotejlərdə 01 istirahət,01 yataq otağı və sanitar qovşaq olmaqla müdiriyyət və ya işçilərlə əlaqə saxlamaq üçün daxili telefon vardır.Zəng edilmədən,çağırış olmadan müştərinin istirahət etdiyi katecə daxil olmaq qadağandır.Əvvəllər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımamış və sonuncular işlədiyi istirahət mərkəzinin müştərisi olmamışlar.16.01.2021-ci il tarixdə saat 24 radələrində işdə olarkən istirahət mərkəzinə markasına və dövlət nömrə nişanına diqqət etmədiyi taksidə gələn 30-35 yaşlarında cavan oğlan yanında cavan qızla ona müraciət edib gecələmək üçün otaq istəyib həmin qadını arvadı kimi təqdim etmişdir.Həmin şəxdən şəxsiyyət vəsiqəsini alıb həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən edib adına 4 nömrəli kateji rəsmiləşdirib katejin açarını və telefon nömrəsini verib izah etmişdir ki,hər hansı məsələ ilə əlaqədar zəng edə bilərlər.Təqsirləndirilən şəxs bildirmişdir ki,həmin gecəni mehmanxanada qalıb səhər saat 09-da gedəcəklər.Onların geyimləri səliqəli, özləri sakit və biri-birinə mehriban görünmüşlər.Təqsirləndirilən şəxs açarı alıb katecə getmiş,əlində arzaq olmuş, amma ərzağın nədən ibarət olduğunu bilməmişdir. Gecə vaxtı bir neçə dəfə həyətə çıxıb katejlərin ətrafını gəzsəə\də digər katejlərdən,o cümlədən Orxangilin olduqları katejdən səs-küy,dava-dalaş,köməyə çağırış səsləri olmamış, eşitməmişdir,istirahət mərkəzinin ətrafını gəzib katejlərə diqqət edərkən onların katejinin işığı yanmamış,ərazini gəzib öz otağına keçib xidmətini davam etdirmişdir. 16.01.2021-ci il tarixdən 17.01.2021-ci il tarixə keçən gecə saat 06 radələrində Sumqayt şəhər Pİ-nin və istintaq orqanının əməkdaşları istirahət mərkəzinə gəlib bildirmişlər ki, az əvvəl 4 nömrəli katecdə gecələyən Təqsirləndirilən şəxs həmin otaqda arvadını qətlə yetirmişdir.Həmin katejə gedərkən katejin qapısının açıq olduğunu, yataq otağında çarpayı üzərində Zərərçəkmiş şəxs sifətində xəsarətlər olmaqla çılpaq meyitini, qonaq otağında stol üzərində xiyar turşusu, su və hissə verilmiş toyuq əti görmüşlər. Belə başa düşmüşdür ki, Təqsirləndirilən şəxs hadisə törətdikdən sonra katecin qapısını açıq qoyub getmişdir. İş üzrə şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid1 göstərmişdir ki, Bakı şəhəri,Bakıxanov qəsəbəsi 22 saylı uşaq poliklinikasında tibb bacısı işləyir,2020-ci ilin avqust ayında ərindən ayrılıb vadideynlərinin Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi ev 41-də ona aldığı 67 nömrəli bir otaqlı mənzili iki otaqlı mənzilə uyğunlaşdırıb orada yaşamış,maddi çətinlik çəkdiyindən dolanmaq üçün evinə qız uşağını kirayə götürmək qərarına gəlib bu barədə elan vermişdir.2020-ci ilin noyabr ayının ilk günlərində mobil telefonuna tanımadığı kişi cinsi şəxs zəng edib demişdir ki,verdiyi elanla əlaqədar bacısı qızını kirayədə yaşamaq üçün onun evinə gətirmək istəyir. Səhəri tanımadığı həmin kişi yanında iki qadınla yaşadığı mənzilə gəlmişdir. Adını Qorxmaz dediyi həmin şəxs yanında olan cavan qızı bacısı qızı Aişən kimi təqdim edib onun Yevlax rayonundan gəldiyini,Bakı şəhərində yaşayıb işləyəcəyini nəzərə alıb Bakı şəhərində ev tapmaq məcburiyyətində olduqlarını demiş,yanında olan digər qadını isə qızı kimi təqdim etmişdir.Aişəni evində yerləşdirib əvvəlcədən kirayə haqqı olan 120 manat ödəyib getmişdir.Aişən onunla qaldığı ilk günlərdə özünü qız uşağı kimi təqdim etmiş,lakin bir neçə gündən sonra ona əvvəllər ailəli olmaqla hazırda ərindən boşandığını, boşanmağına səbəb ərinin onu dolandırmayıb xəyanət etməsini,həmin nikahdan uşağı olmadığını demiş,o Aişənin sözlərinə inanmışdır.Bir neçə gündən sonra Aişən müxtəlif sosial şəbəkələrə daxil olub müxtəlif kişi cinsli şəxslərlə danışmış,sonrakı günlərdə Aişənin taksidə,bəzən şəxsi minik avomobilində yaşadığı binanın yaxınlığında düşdüyünü görüb onun artıq yolunu azıb yüngül həyat tərzi keçirdiyini başa düşüb həmin hərəkətlərinə irad bildirmişdir.Bu söhbətdən bir neçə gün sonra Aişən evə bir qədər tez gəlib Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən «Manqal» restoranında Cavanşir adlı şəxsin yanında kassir işinə qəbul edildiyini və səhər işə gedəcəyini bildirmiş, bir saatdan sonra əynini dəyişərək xalasıgilə gedəcəyini bildirib evdən getmiş və gecə evə qayıtmamışdır.Səhər saat 08 radələrində təxminən 30 yaşlarında əvvəllər tanımadığı oğlan evinə gəlib özünü Aişənin əri Orxan kimi təqdim edib sonuncunu görmək istədiyini söyləmişdir.Həmin şəxsə onu tanımadığını,bu səbəbdən Aişən barəsində ona məlumat verə bilməyəciyini söyləmişdir. Orxan mobil telefonunda Aişən və oğlu ilə olan müxtəlif şəkilləri göstərib Aişənin həqiqətən əri olduğunu, Aişənin şəkildə olan həmin uşağı atıb getdiyini,ana kimi uşağı ilə maraqlanmadığını,uşağına valideynlərinin baxdığını,Aişəni onun evinə yaşamaq üçün gətirən şəxslərin atası və bacısı olduğunu demişdir. Onların müxtəlif ailə şəkillərini gördükdən sonra həmin şəxsin həqiqətən Aişənin əri olduğunu yəqin edib onu evə dəvət etmişdir.Orxan Aişəni təkrar soruşduqda ona sonuncunun bir gün əvvəl Bakı şəhərində yaşayan xalasıglə gedib hələ gəlmədiyini demişdir.Orxan Aişənin Bakı şəhərində yaşayan xalası olmadığını, Aişənin onun başına belə çox oyunlar gətirdiyini,uşaqları olandan sonra Aişəni atası evinə qonaq gedib orada uşağı valideynlərinin üstünə atıb başqa oğlana qoşulub qaçdığını,sonra qayıtdığını,həmin söhbət valideynlərinə və yaxınlarına çatıb Aişəni bu hərəkətlərinə görə qəbul etməsələrdə Aişəni uşağına görə bağışlayıb qəbul edərək onu Bakı şəhərində Qala qəsəbəsində qohumugilə aparıb orada onunla yaşadığını,buna baxmayaraq Aişənin yenə müxtəlif kişilərə sevgi SMS-ləri yazdığını, hərəkətlərindən əl çəkmədiyini görüb Aişəndən ayrıldığını,Aişənin uşaqdan imtina etdiyini,bütün bunlara baxmayaraq Aişəni sevdiyi üçün onu bağışladığını,yenidən bir yerdə olmaq istədikdə valideynləri buna qəti etriraz etsələrdə onun küçələrdə qalmaması üçün atası və bacısı Aişəni onun evinə yerləşdirdiyini demişdir. Orxan arvadı Aişəni tapmadığına məyus olub getmiş,bundan az sonra Aişən evə gələndə ona əri Orxanın gəldiyini,ərinin onun barəsində ona geniş məlumat verib danışdığını söyləmişdir.Aişən bir neçə gün «Manqal» restaranında kassir işləyib sonra demişdir ki,Cavanşir onu saxlayır,işləməyəcək.Cavanşir ona daim pul verib onunla görüşmüş,bundan başqa Aişənin baldızı Afaq, qayınatası.Qorxmaz ona pul göndərmiş.Aişən isə hərəkətlərinə hədd qoymamışdır.Cavanşirin ona lazımı qədər pul verdiyini görüb evdə sifətinə tibbi yapışqan yapışdırıb, gözünə kasmetik qara-qura sürtüb möhkəm döyülməsi təsuratı yaradaraq üzünün şəkilini çəkib Cavanşirə göndərərək ərinin onu döydüyünü deyib xəstəxanaya getdiyindən ona pul göndərməsini tələb etmiş,sonuncu da ona pul göndərmişdir.Aişən həmin şəkili başqalarınada göndərib onlardan da pul almış və demişdir ki,Cavanşirə göndərdiyi şəkili saxlayacaq,əgər Orxan ona bir söz desə həmin şəkili atasına,valideynlərinə və polisə göndərib ona hədə-qorxu gəlməklə istədiyinə nail olacaqdır. Aişənin çox xatalı qadın olduğunu görüb 13 yanvar 2021-ci il tarixdə onu evindən çıxartmış, Aişənin hadisə baş verən tarixədək harada qalmasından, əri Orxanla harada necə görüşüb hansı şəraitdə qətlə yetirilməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsi haqqında 17.01.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən «Suset» istirahət mərkəzinin 4 sayı istirahər kotejinin yataq otağıdır. Həmin otağın çarpayı üzərində olan mələfə, yorğan və yastıq üzü üzərində qana bənzər ləkələr aşkar edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının Zərərçəkmiş şəxs barəsində vermiş olduğu 20.02.2021-ci il tarixli 07 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardı; sol almacıq nahiyəsinin,alt çənənin sol hissəsinin, boynun sol yuxarı 1/3-nin qançırları, sol almacıq nahiyəsinin 04 (dörd) ədəd, alt nahiyənin solda 05 (beş) ədəd sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər,bu xəsarətlər tənəffüs üzvlərinin yad cisimlə sıxılması nəticəsində 17.01.2021ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə tənəffüs üzvlərinin yad cisimlə sıxılması ilə müşayət olunan və sol almacıq nahiyəsinin, alt çənənin sol hissəsinin boynun sol yuxarı 1/3-nin qançırları, sol almacıq nahiyəsinin 4 (dörd) ədəd, alt çənə nahiyəsinin solda 5 (beş) ədəd sıyrıqları adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan AĞİR xəsarətlərə aid edilir.Zərərçəkmiş şəxs ölümünə səbəb tənəffüs üzvlərinin yad cisimlə sıxılması nəticəsində baş vermiş asfiksiya olmuşdur, ölüm meyitin müayinəsindən 6-8 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı onda hamiləlik aşkar edilməmişdir. Zərərçəkmiş şəxs uşaqlıq yolundan götürülmüş tamponda bioloji müayinə zamanı spermazoidlərin aşkarlanması onun ölümündən az əvvəl təbii yolla cinsi əlaqədə olmasını göstərir. Zərərçəkmiş şəxs xarici və daxili müayinəsi zamanı aşkar edilmiş qanın duru vəziyyəti daxil orqanların doluqanlılığı,gözün ağlı qişasına qansızma aortanın intima qişasında Amyus əlaməti, ürəkdə apikart üzərində Tardye ləkəsi və s. məhrumun tənəffüs yollarının yad cisimlə tutulması nəticəsində ölməsini göstərən əlamətlərdən biridir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının Təqsirləndirilən şəxs barəsində vermiş olduğu 21 yanvar 2021-ci il tarixli 64 saylı saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır; sol gözaltı nahiyədə 05 (beş) ədəd,sağ almacıq nahiyənin, sağ yanaq nahiyənin 02 (iki) ədəd, boynun sağ yan səthinin aşağı 1/3-nin 10 (on) ədəd sıyrıqları, alt dodağın sağ hissəsinin selikli qişasının yarası.Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) tərəfindən törənmişdir, törəmə müddəti təqsirləndirilən şəxsin müayinəsindən bir günə qədər olmaqla 17.01.2021-ci il tarixdə zərərçəkmiş şəxsin özünü müdafiə zamanı ona xəsarət yetirməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həm ayrı-ayrılıqda eləcədə ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi bioloji ekspertizasının 56/2021 MTBŞ saylı,26 02.2021-ci il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qan qrupu ABO sistemi üzrə qan qrupu B-alfa /İİİ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu AB/İV/-dir. Ekspertizaya təqdim edilmiş yorğan üzü, mələfə, iki ədəd yastıq üzü, Zərərçəkmiş şəxs məxsus cins şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələr qanın qan qrupu mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda B antigeni,bəzi ləkələrdə həmçinin alfa aqqlyutinində də alındı. Beləliklə bu qan ləkələri B-alfa /İİİ/qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilən mələfə və Təqsirləndirilən şəxs məxsus mayka üzərində ləkələrdə və Zərərçəkmiş şəxs uşaqlıq yolu möhtəviyyatı olan tampon üzərində olan ləkələrdə sperma aşkar olundu. Spermanın qrupu tədqiq olunduqda A və B antigenləri alındı. Bu halda mələfə və Təqsirləndirilən şəxs məxsus mayka üzərində olan sperma AB/İV/ qruplu şəxə,o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs sağ və sol əl barmaq dırnaqlarının kəsikləri yatağında qan və sitoloji tədqiqat üçün yararlı olan nüvəli hüceyrə elementləri (dəri epidermisi) aşkar olunmadı. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus bir cüt yarımboğaz qış ayaqqabısı üzərində, Təqsirləndirilən şəxs məxsus mayka,trisik üzərində ləkələrdə qan, Aşiən Həsənovaya məxsus gödəkcə,kofta,buzqalter,trusik,bir cüt corab,Təqsirləndirilən şəxs məxsus gödəkcə, sviter,şalvar,alt şalvar üzərində qana şübhəli hər hansı ləkə aşkar olunmadı.Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs arxa keçəcək möhtəviyyatı olan tamponda,ona məxsus cins şalvar, bir ədəd yastıq üzü üzərindəki ləkələrdə spermatazotlər, Zərərçəkmiş şəxs məxsus gödəkcə, kofta, buzqalter, trusik, bir cüt corab, Təqsirləndirilən şəxs məxsus gödəkcə, svier, şalvar, alt şalvar, trusik, yorğan üzü, digər yastıq üzü üzərində spermaya şübhəli hər hansı ləkə aşkar olunmadı. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi kriminalistik ekspertizasının 02.03.2021-ci il tarixli 40/2021 MTKŞ saylı rəyində göstərilmişdir ki,təqdiqaqa təqdim edilmiş hadisə yerindən götürülmüş yorğan üzü, mələfə və iki ədəd yastıq üzünün üzərində aşkar edilmiş qan ləkələrindən bir hissəsi yaxma xarakterli olub qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində bir hissəsi isə qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın sağ ayağının arxaaşağı nahiyəsində aşkar edilmiş qan ləkəsi yaxma xarakterli olub qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarların məhkəmə tibbi bioloji tədqiqatı zamanı aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar.Tumanın ön hissəsinin sol aşağı nahiyəsində aşkar edilmiş qan ləkəsi qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcı nəticəsində əmələ gəlmişdir.Maykanın ön hissəsinin aşağı nahiyəsində və arxa hissəsində aşkar edilmiş qan ləkələrindən bir hissəsi yaxma xarakterli olub qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində, bir hissəsi isə qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişdir. Məhkəmə iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 08.04.2021-ci il tarixli 1045 saylı rəyində göstərilmişdir Təqsirləndirilən şəxs hazırda hər hansı ruhi xəstəlikdən əziyyət çəkmir,onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir.Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb.Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab edilir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs inadkar, hirslilik, qıcığa qarşı həssaslıq, konfliktə meyillik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir.Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onun psixi emosinal sferasında hirslilik, qəzəblilik halı yaranmışdır. Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət hadisəsini törədən zaman qəflətən baş vermiş güclü həyəcan vəziyyətində olmamışdır Məhkəmə iclasında tədqiq edilmiş Əşya və paltarlara baxış keçirilməsi haqqında 17.01.2021-ci il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd cins şalvar,01 ədəd gödəkcə, 01 ədəd damalı köynək, 01 ədəd boz rəngli trusiy, 01 ədəd ağ rəngli mayka, 01 ədəd göy rəngli alt tuman, 01 cüt qara rəngli corab üzərində zədə, süzülmə və dartılma əlamətləri aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş əşya və paltarlara baxış keçirilməsi haqqında 17.01.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd şalvar,01 ədəd uzunqol kofta, 01 ədəd dutı gödəkcə, 01 ədəd qırmızı rəngli, tül trusiy,01 ədəd buzqalter ,01 cüt qara rəngli yarımboğaz çəkmə və 01 cüt qara corab üzərində hər hansı zədə, dartılma, süzülmə əlamətləri aşkar edilməmişdir.Hadisə yerində yataq otağında çarpayı üzərində aşkar edilib götürülmüş 01 ədəd mələfə, 01 ədəd yorğan üzü,02 ədəd yastıq üzü üzərində qəhəyi rəngli ləkələr olsada zədə, süzülmə dartılma əlamətləri aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş əşyanın tanınmaya təqdim edilməsi haqqında 19.01.2021-ci il tarixli protokoldan görünür ki, 01-dən 04-ə qədər nömrələnmiş 04 ədəd rənginə və materialına, habelə istifadə təyinatına görə oxşar əlamətlərə malik yastıqlar arasında “01” nömrə altında hadisə törədərkən cinayət aləti kimi istifadə etdiyi yastıq təqsirləndirilən səxs Təqsirləndirilən şəxs təqdim edilmiş, tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş yastıqların arasında “01” nömrə altında nömrələnmiş yastığı onun xarici əlamətlərinə, materialına, 17.01.2021-ci il tarixdə həmin yastıqla Zərərçəkmiş şəxs qətlə yetirdiyi üçün tanıdığını bildirmişdir Beləliklə, məhkəmə iclasında dindirilmiş zərərçəkmişin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsüf edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təslim olması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Azərbaycan Respublikasının Cinayət Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, Cinayət Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.12-59.1.13-cü maddələrində nəzərdə tutulmuş hallar da mövcuddur, belə ki, Təqsirləndirilən şəxs zərərçəkmişin hüquqi varisi ilə barışıq əldə etməsi, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisinin Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmaması, habelə vurulmuş zərərin olmaması barədə zərərçəkmişin hüquqi varisinin vermiş olduğu ifadəsi ilə bir daha təsdiq olunur ki, cinayət nəticəsində vurulmuş zərər aradan qaldırılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzaın ağırlaşdıran hallar müəyyən edilmədi. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur, odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu, yəni 17 yanvar 2021cu il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd gödəkcə, 01 ədəd şalvar, 01 ədəd kofta, 01 ədəd buzqalter, 01 ədəd trusiy, 01 ədəd corab, 01 cüt yarımboğaz çəkmə, 01 ədəd “Xiomi” markalı qara rəngli smartfon tipli mobil telefon, sağ və sol əl barmaq dırnaq kəsikləri,hadisə yerində aşkar edilib götürülmüş 01 ədəd mələfə, 01 ədəd yorğan üzü, 02 ədəd yastıq üzü, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd gödəkcə, 01 ədəd şalvar, 01 ədəd damalı köynək, 01 ədəd alt tuman, 01 ədəd mayka, 01 ədəd trusiy, 01 cüt corab məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 17 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd gödəkcə, 01 ədəd şalvar, 01 ədəd kofta, 01 ədəd buzqalter, 01 ədəd trusiy, 01 ədəd corab, 01 cüt yarımboğaz çəkmə,01 ədəd “Xiomi” markalı qara rəngli smartfon tipli mobil telefon, sağ və sol əl barmaq dırnaq kəsikləri,hadisə yerində aşkar edilib götürülmüş 01 ədəd mələfə, 01 ədəd yorğan üzü, 02 ədəd yastıq üzü, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd gödəkcə, 01 ədəd şalvar, 01 ədəd damalı köynək, 01 ədəd alt tuman, 01 ədəd mayka, 01 ədəd trusiy, 01 cüt corab məhv edilsin. Hökmdən, elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1085/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1085/2021
11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver