Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1085/2025 01.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun üzvü Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmaqla Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixdə saat 23:50-də qohumu X1 yaşadığı ünvan 3 ünvanında təşkil olunmuş ad günü şənliyində olarkən doğma xalası oğlu Zərərçəkmiş şəxs mənzilin mətbəxində onun ünvanına nalayiq ifadələr deyib yumruqla vurmaq istəyərkən aralarında yaranmış mübahisə zamanı mətbəxdən götürdüyü dəstəyi gümüşü rəngli metaldan hazırlanmış 135 mm uzunluğunda və tiyəsi gümüşü rəngli eyni metal materialdan olan 195 mm uzunluğunda zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol əl nahiyəsindən bir dəfə vuraraq ona sol əlin İV barmağın arxa səthində kəsilmiş-deşilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, həmçinin sol bel nahiyəsindən daxilə qarın boşluğuna nüfuz edən, sol qalça bel əzələsinin arxa parietal peritonun nazik bağırsağın kəsilmiş-deşilmiş yaraları və daxili qanaxma ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin “cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında” qeydə alınmış xx.xx.2024-cü il tarixli, HK-1-2144 nömrəli raportdan görünür ki, həmin tarixdə, saat 00:55-də 3 saylı Şəhər Xəstəxanasından xx.xx.1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs həmin xəstəxanaya kürəyin aşağı hissəsinin kəsilmiş deşilmiş yarası ilə müraciət etməsi barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqi 6)
4. “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, müvafiq istintaq hərəkəti ünvan 4 ünvanında keçirilmiş, qeyd edilən mənzildə mətbəxin döşəməsi üzərində olan qara dəstəkli 33 sm uzunluğundakı bıçaq barədə Şahid həmin bıçağın Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçaq olmasını bildirmiş, müvafiq bıçaq maddi sübut kimi götürülmüşdür. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqi 7-12)
5. “Şəxsin istintaqa könüllü gəlməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 17:00-da hadisəni törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs könüllü olaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə gəlmişdir. (Cild 1, iş vərəqi 14)
6. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 28)
7. xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild iş vərəqi 40)
8. Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zeynalov X4 İlkin Tofiq oğlu ilə barışmış və hər hansı şikayəti yoxdur. (Cild 1, iş vərəqi 48)
9. 10.12.2024-cü il tarixli “Əşyaların götürülməsi haqqında” qərar və protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə baş verən zaman əynində olan paltarı, yəni 01 ədəd köynək X7 saxlanc yerindən götürülmüşdür. (Cild 1, iş vərəqi 55; 57)
10. 10.12.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 59-60)
11. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və X5” X8 xx.xx.2024-cü il tarixli, 1298 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- sol bel nahiyəsindən daxilə qarın boşluğuna nüfuz edən, sol qalça - bel əzələsinin, arxa parietal peritonun, nazik bağırsağın kəsilmiş-deşilmiş yaraları və daxili qanaxma ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yara və sol əlin İV barmağın arxa səthində kəsilmiş-deşilmiş yara deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixinin kserosurətində qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən deşici-kəsici əşya (əşyalarla), ola bilsin ki, bıçaq (bıçaqlarla) yetirilə bilərdilər. Qeyd olunan xəsarətlərdən sol bel nahiyəsindən daxilə - qarın boşluğuna nüfuz edən, sol qalça bel əzələsinin arxa parietal peritonun, nazik bağırsağın kəsilmiş-deşilmiş yaraları və daxili qanaxma ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sol əlin 4-cü barmağının arxa səthinin kəsilmiş-deşilmiş yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs müəyyən edilmiş “iki tərəfli pnevmoniya” diaqnozu xəstəlik əlamətləri olub, onu travma ilə əlaqələndirmək mümkün deyildir. (Cild 1, iş vərəqi 132-136)
12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və X5” X8 xx.xx.2024-cü il tarixli, 596/MTKŞ-2024 nömrəli maddi sübutların ekspertizası barədə ekspert rəyində aşağıdakılar göstərilmişdir: Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın arxa səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir; Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın üzərində olan deşilmiş-kəsilmiş zədənin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur; Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın arxa səthinin sol yarısında bir ədəd cırılmış zədə var. Bu zədə küt yaranma mexanizminə malikdir, paltarın həmin hissəsinin dartılması nəticəsində törənmişdir; Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş bıçağın üzərində hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. (Cild 1, iş vərəqi 138-141)
13. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 xx.xx.2024-cü il tarixli, 864/2024-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən AB0 sistemi üzrə qan qrupu 0(1)-dir. Məhkəmə bioloji ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus köynək üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Həmin qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız H antingeni alınmışdır. Beləliklə, həmin qan ləkələri ABO sistemi üzrə 0(1) qruplu şəxsə, eyni zamanda Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 1, iş vərəqi 143-146)
14. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 3 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci və ya 22-ci maddəsinin təsiri altına düşmür. (Cild 1, iş vərəqi 147-149)
15. 10.02.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, ekspert rəyləri sübut növü kimi qiymətləndirilmiş, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək və 01 ədəd məişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə verilməsi qərara alınmışdır. (Cild 1, iş vərəqi 150-156)
16. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalasının oğludur, aralarında ədavət və düşmənçilik olmamışdır. Uşaqlıqdan bəri Təqsirləndirilən şəxslə bir yerdə böyümüş, hazırda da bir yerdə əmək fəaliyyəti ilə məşğuldur. 6 dekabr 2024-cü il tarixdə qohumları Güləsər Əhmədovanın evində ad günü mərasimi zamanı aralarında mübahisə baş vermiş, hər ikisinin də içkili vəziyyətdə olması səbəbindən birinin dediyi söz digərinin boğazından keçməmişdir. Bu səbəbdən mənzilin mətbəx otağına aralarındakı məsələni həll etmək məqsədilə getmiş, aralarındakı məsələni orada da həll edə bilmədiklərindən Təqsirləndirilən şəxs onun qarın boşluğuna bıçaqla 1 dəfə zərbə yetirmişdir. O, bıçaq zərbəsini hiss etməmiş, hətta elə zənn etmişdir ki, mətbəxdə mövcud olan dəmir parçası onun qarın boşluğunu kəsib. Təqsirləndirilən şəxs polis orqanına gedərək təslim olduqdan sonra o, bıçaqla yaralandığını bilmişdir. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, hadisə günü Güləsər Əhmədovanın oğlunun ad günü mərasimi olmuş, hadisə Güləsər Əhmədovanın mənzilində mətbəx otağında baş vermişdir. Güləsər Əhmədova onun xalasıqızıdır. İçkili olduğuna görə Təqsirləndirilən şəxs zarafatcasına nalayiq sözlər işlətmiş, hadisə baş verən zaman o və Təqsirləndirilən şəxs başqa mətbəxdə heç kim olmamış, buna görə də Güləsər Əhmədova hadisənin birbaşa şahidi olmamışdır. Ona vurulmuş ziyan tamamilə ödənilmiş, hətta işləmədiyi günlərdə belə onun ailəsinə Təqsirləndirilən şəxs baxmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş zərər tamamilə ödənilmiş və gələcəkdə belə heç bir şikayəti və tələbi olmayacaqdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə həmin ifadədə olan imzalar ona məxsusdur. Əlindəki xəsarəti isə bıçağı tutmağa çalışarkən almışdır.
17. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun xalası uşaqlarıdır, aralarında ədavət və düşmənçilik olmamışdır. 06 dekabr 2024-cü il tarixdə qızının ad günü tədbiri olması münasibəti ilə evində qonaqlıq vermiş, həmin məclisə xalasıoğlu Zərərçəkmiş şəxs dəvətli olmamasına baxmayaraq məclisin ortalarında onun evinə gəlmişdir. Hər iki xalasıoğlu arasında yaranan münaqişənin başlanğıcı Zərərçəkmiş şəxs tərəfindən qoyulmuşdur. Belə ki, Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olduğu üçün Təqsirləndirilən şəxs əyləşdikləri masada, yəni hamının əyləşdiyi masada nalayiq sözlər istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs məsələni həll etmək məqsədilə Zərərçəkmiş şəxs mətbəxə çağırmış, lakin aralarında olan münaqişəni həll edə bilməmiş və mətbəxdən götürdüyü mətbəx bıçağı ilə 1 dəfə olmaqla Zərərçəkmiş şəxs qarın boşluğuna bıçaqla zərbə yetirmişdir. Lakin o, hadisənin birbaşa şahidi olmamışdır. Zərərçəkmiş şəxs ilə qohumluq münasibəti yaxşı vəziyyətdə olmadığından sonuncunun onun evində olan məclislərdə iştirak etməsini istəməmiş, evdə olan qohumları Zərərçəkmiş şəxs xəstəxanaya təcili şəkildə aparmış, Təqsirləndirilən şəxs cinayət hadisəsində istifadə etdiyi aləti, yəni bıçağı onun mətbəxindən götürmüşdür.
18. Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü və xx.xx.2018-ci il təvəllüdlü 2 azşaylı uşağı vardır. (Cild 1, iş vərəqi 73-74)
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
19. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 06 dekabr 2024-cü il tarixdə ad günü mərasimi ilə bağlı bütün qohumları ilə birgə qohumu Şahid evində toplaşmış, həmin gün Zərərçəkmiş şəxs və o, müəyyən qədər spirtli içki qəbul etmiş, təxminən saat 23:30 radələrində aralarında yaranmış mübahisə nəticəsində stoldan götürdüyü bıçaq vasitəsilə Zərərçəkmiş şəxs qarın boşluğuna bıçaq vasitəsilə 1 dəfə zərbə yetirmişdir. Zərərçəkmiş şəxs əlində olan xəsarətdən heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, hadisə xalasıqızı Şahid evində, yəni ünvan 4 ünvanında mətbəx otağında baş vermiş, xalasıoğlu Zərərçəkmiş şəxs sabah işə gedəcəyini və artıq evə getməli olduqlarını söyləmiş, lakin sonuncu onun söylədiyi cümləni əmr olaraq qəbul etdiyindən aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs ona qarşı nalayiq sözlər işlətdiyinə görə sonuncuya bıçaqla zərbə yetirmiş, həmin vaxt mətbəxdə o və Zərərçəkmiş şəxs başqa heç kim olmamış, bıçağı mətbəxdən götürmüş, həmin bıçaq gümüşü rəngdə olmuş, hadisə baş verdikdən sonra o, mənzildən çıxaraq polis orqanına təslim olmağa getmiş, təcili tibbi yardımı Zərərçəkmiş şəxs özü çağırmış, ilk zorakılıq hərəkəti Zərərçəkmiş şəxs tərəfindən həyata keçirilmiş, daha sonra o, tab gətirməyərək bıçaqla Zərərçəkmiş şəxs vurmuş, özü könüllü şəkildə Ağdam rayon polis şöbəsinə gedərək təqsirini boynuna alıb təslim olmuşdur. Törətdiyi əməldən peşmandır.
20. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı tələbi və şikayətinin olmadığını bildirmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
21. CM-in 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
22. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
23. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
24. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
25. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
26. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
27. Maddə 70.1, 70.2, 70.3, 70.4, 70.5, 70.6, 70.7. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək kimi vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər.
28. Maddə 15.4, 18.1, 18.4.3, 83.3.1, 83.3.3 və 83.6. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
29. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
30. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
31. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
32. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
33. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
34. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
35. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
36. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, №269 Qərarı ilə təsdiq edilmiş Ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısı:
37. Həmin siyahının 1.2.14-cü bəndinə əsasən “qarnın periton boşluğuna keçən yaraları, o cümlədən peritonarxası üzvlərin (böyrəklərin, böyrəküstü və mədəaltı vəzilərin və s.) açıq yaraları, sidik kisəsinin, düz bağırsağın yuxarı və orta şöbələrinin həmin üzvlərin boşluğuna keçən yaraları (daxili üzvlərin zədələnib-zədələnməməsindən asılı olmayaraq) ağır xəsarətlərə aid edilir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı Qərarı
38. Qərarın 4-cü bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə analoji dəyərləndirmədən çıxış edərək qəsdən sağlamlığa ağır zərərvurma cinayətinə də göstərilən halları şamil etməyi məqsədəmüvafiq hesab edir.
Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarı (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş dəyişikliyə əsasən)
39. Qərarın 25-ci bəndi. Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
40. Məhkəmə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrə, cinayət işinin materiallarına və işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur.
41. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə dair ittiham əsaslıdır, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilmişdir.
42. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir.
43. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.
44. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır.
45. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.
46. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
47. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 22; 23; 24-cü bəndləri).
48. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur.
49. Məhkəmə CM-in 59.1.4-cü, 59.1.10-cu və 59.1.12-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışmasını, həmçinin CM-in 59.2-ci maddəsinə əsasən məhkumluğunun olmaması, məhkəməyədək və məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. (hökmün 5; 18; 20; 48-ci bəndləri)
50. Məhkəmədə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
51. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə onun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. (hökmün 27-ci bəndi)
52. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək vəzifəsi qoyulmalıdır.
53. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır.
54. Təqsirləndirilən şəxs barəsində hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ağdam Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır.
55. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 10 dekabr 2024-cü il tarixdə həbs qətimkan tədbiri, həmin məhkəmənin 07 yanvar 2025-ci il tarixli qərarı ilə barəsində əvvəli 07 yanvar 2025-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmiş, hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə və ev dustaqlığında saxlanılmışdır (cild 1, iş vərəqi 28, 92-94, 123-131).
56. Barəsində təyin edilmiş cəza şərti olaraq tətbiq edildiyindən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəza müddətinə hesablanmamalıdır. (hökmün 39-cu bəndi)
57. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
58. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, həbs qoyulmuş və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
59. İş üzrə maddi sübut olan, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd köynək və 01 ədəd mətbəx bıçağı məhv edilməlidir. (hökmün 15; 35-ci bəndi).
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd köynək və 01 ədəd mətbəx bıçağı məhv edilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, həbs qoyulmuş və xüsusi müsadirə edilməli digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova