Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1086/2021 13.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X1 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri 18 saylı məktəbdə biologiya müəlliməsi işləmiş, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu A.Salamzadə küçəsi ev 1055-də qeydiyyatda olan, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küşəsi ev 22a, giriş 5, mənzil 311-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixatrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Hamid” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında yol kənarında park edilmiş avtomobilllərdən birinin alt hissəsinə yerləşdirdiyi paketin içərisində bir bükümdə olmaqla qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini və ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini 2020-ci ilin oktyabr ayının sonlarında həmin yerdən götürüb sonradan «Hamid» adlı şəxsin tapşırığına əsasən hər kiloqram narkotik vasitənin və ya psixotrop maddənin satışına görə 1000 manat ödəniləcəyi şərti ilə onun deyəcəyi şəxslərə çatdırmaq üçün daşımaqla yaşadığı ünvan 1 ünvanına gətirib yataq otağında saxlamış, 16 noyabr 2020-ci il tarixdə günorta saatlarında «Hamid» adlı şəxsin deyəcəyi istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə həmin narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 8,513 qram hissəsini 01 (bir) ədəd bükümdə ayırıb əynində olan gümüşü rəngli gödəkçənin sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 13:00 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov keçəsi 22A ünvanının yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gümüşü rəngli gödəkçənin sağ yan cibindən külli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 8,513 qram, qəhvəyi rəngli tozşəkilli maddə olan, narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 14:50 dəqiqədə yaşadığı ünvana baxış və axtarış keçirilərkən yataq otağında olan çarpayının alt hissəsində saxladığı plastik qutudan 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,840 qram, 7,700 qram və 620 qram olmaqla cəmi təmiz çəkisi 635,540 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, 02 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 13,110 qram və 9,858 qram olmaqla cəmi təmiz çəkisi 22,968 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həyat yoldaşı Vüqar İsayevdən 2014-cü ildə məhkəmə yolu ilə boşanmış, boşanandan sonra 18 saylı məktəbdə müəllimə işləsə də maddi vəziyyəti ilə bağlı çətinlik çəkdiyi üçün kafelərdə bir müddət qabyuyan işləmişdir. 2018-ci ildə «Təzə Pir» Məsçidinin yanında ev aqlı-satqısı ofisində işləməyə başlamış, bu yolla maddi problemlərimi həll etmişdir. 2019cu ilin yay aylarında ofisin xatırlamadığı telefon nömrəsinə İran İslam Respublikası vətəndaşı olan «Hamid» adlı şəxs zəng edərək, kirayə ev axtardığını bildirmişdir. Həmin şəxs üçün ev axtarıb təkliflərini verəndə Hamid onun danışığından xoşu gəldiyini buldirmiş və demişdir ki, onunla tanış olmaq istəyir, ona kömək edər və İrandan ərzaq aparıb Azərbaycanda satar. O da Hamidin sözü ilə ilk dəfə İran İslam Respublikasının Ərdəbil şəhərinə getmiş və Nigin otelində qalmışdır. Oradan ərzaq məhsulları alaraq işlədiyi 18 saylı məktəbdə müəllimələrə satıb pul qazanmışdır. Bu münvalla hər həftə gedib Ərdəbil və Parsabad şəhərlərindən bazarlıq edərək ərzaq məhsulları, pendir, yag, kolbasa, paraşok, paltar alaraq gətirib satmışdır. Hamidlə tanış olduğu ilk vaxtlarda Hamid ona narkotik vasitə olan heron göndərəcəyini, onun da həmin narkotiki satıb pul qazanmısını demişdir. O, Hamidlə razılaşmamış, lakin sonradan oğlu hərbi xidmətdə olduğundan, müharibə şəraiti yarandığından stress keçirdiyi üçün Hamidə zəng vurub narkotiki özü istifadə etmək istədiyini bildirmişdir. Hamid də ona Həzi Aslanov metrosunun yanına getməyi, orda deyəcəyi yerdən narkotik vasitəni götürəcəyini demişdir. O, Həzi Aslanov metrostansiyasının yanına taksi ilə getmiş, həmin vaxt Hamid ona zəng edərək metronun yanında ağ rəngdə «Jiquli» avtomobili olmasını və onun təkərinin altında paketdə «mal» olmasını və götürməyini bildirmişdir. O, Hamidin dediyi yerdən narkotik vasitəni götürüb pulunu da ora qoymuşdur. Əvvəl istifadə etdiyi narkotik vasitə xoşuna gəlməmiş, bu barədə Hamidə bildirəndə sonuncu ona demişdir ki, başqa narkotik vasitə göndərəcək. O, 2 dəfə Hamidin dediyi yerdən narkotik vasitəni götürüb bir dəfə 150 manat, İkinci dəfə isə 400 manat pul qoymuşdur. 16 noyabr 2020-ci tarixdə qızı ilə həkimə gedərkən sənədləri evdə qaldığından qızı qalxıb evdən sənədləri gətirərkən həmin gün saat 13:00 radələrində ünvan 3 ünvanının qarşısında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən maşınında onu saxlayıb, üzərində narkotik vasitə olub olmadığını soruşmuşlar. Polis əməkdaşı ona boyuna almadığı təqdirdə onu şillə ilə vuracağını bildirəndə o da döyülüb təhqir olunmasın deyə üzərində olan və özünün istifadəsi üçün saxladığı 20 qram narkotik vasitəni çıxarıb polislərə vermişdir. Sonra polislər evinə baxış keçirəcəklərini demişlər. Polislərlə birlikdə evə qalxmışlar, evdə polis əməkdaşı əlində qara rəngli sellofan kloku göstərərək həmin bükümün güya onun evindən aşkar olunmasını bildirmişdir. Həmin narkotik vasitə ona məxsus olmamışdır, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən evinə qoyulmuşdur. O da polislər tərəfindən döyülüb təhqir olmasından qorxduğu üçün vidioçəkiliş zamanı polis əməkdaşlarının ona təqdim etdikləri 600 qram olan narkotik vasitənin guya ona məxsus olması və özünün təqdim etməsi barədə gorüntü yaratmışdır. İttihamda göstərilən 600 qram narkotik vastə ona məxsus olmamışdır. Onun üzərində özünün istifadə etdiyi 20 qram narkotik vasitə heron olmuşdur. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Özü alverlə məşğul olmuş, paltar və qida məhsulları satmışdır. Onun hesabına İrandan pul köçürülməmişdir. Qızı Ləmanın hesabına köçürülən pul pal-paltar, qida məhsullarının pulu olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs küllü miqdarda narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşqul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün iş yoldaşı Şahid2 ilə birlikdə əməliyyat qurupu yaradılmış, ünvan 4 ünvanının qarşısında piyada hərəkət edən zaman şübhəli bilinən Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini gösərmiş və özlərini təqdim etmiş, bundan sonra həmin şəxsdən üzərində şəxsiyyətini təsdiq edən hər-hansı bir sənədinin olub-olmaması barədə soruşmuş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra üzərində heç bir sənəd olmadığını demiş, ondan narkotik vasitə istifadə edib-etməməsi və üzərində narkotik vasitə olub-olmaması barədə soruşduqda özünü itirərək üzərində narkotik vasitə olduğunu bildirmiş, buna görə də Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşdirərərk özləri ilə Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmış, həmçinin həmin şəxsi Yasamal RPİ-nin 29-cu PŞ-nə aparıb təhqiqatçıya təhvil verərək üzərində şəxsi axtarış və götürmə aparan anadək onu nəzarətsiz buraxmayaraq daim müşayiət etdikləri üçün üzərində olan narkotik vasitəni ata bilməmiş, Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qurupunun təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra onun, əməliyyat qrupunun tərkibində olan digər polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkil Kərim Bağırovun müdafiəçi qismində iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, eləcə də digər iştirakçılara hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs buna cavab olaraq əynindəki gümüşü rəngli gödəkçənin sağ yan cibindən könüllü olaraq təqdim etdiyi 01 bükümdə şəffaf sellofana bükülmüş heroini çıxarıb otaqdakı masanın üzərinə qoymuş, sonra şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd ağ rəngli «iPhone X» və 01 ədəd qara rəngli «iPhone 7» markalı mobil telefonlar aşkar edilmiş, bundan başqa axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamış, qeyd olunan narkotiki haradan və nə məqsədlə əldə edib üzərində gəzdirməsini soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini İran İslam Respublikasının vətəndaşı olan tanışı “Hamid» adlı şəxsin vasitəsi ilə satış məqsədi ilə qoyulan yerdən götürdüyünü, bundan başqa Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yaşadığı mənzildə narkotik vasitə saxladığını, orada olan narkotik vasitələri təqdim edə biləcəyini, eləcə də yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Eləcə də o, göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, bina 22 A, giriş 5, mənzil 311-ə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşu, həmin idarənin əməliyyat müvəkkili polis mayoru Şahid2, Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Kərim Bağırovun və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirilməsi üçün getmiş, mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qeyd edilən yaşadığı mənzilə daxil olandan sonra mənzilin girişindən sağ tərəfdə yerləşən yataq otağındakı çarpayının altından 01 ədəd qara rəngli sellofan torbanı təqdim etmiş və həmin sellofan torbaya əlverişli şəraitdə hərtərəfli baxış keçirilməsi üçün yataq otağında olan stolun üzərinə qoyulmuş, bu zaman həmin sellofan torbanın içərisindən 03 bükümdə qəhvəyi rəngli spesfik iyə malik narkotik vasitə heroinə bənzər, 02 bükümdə ağ rəngli kristall şəkilli psixotrop maddə, metamfetaminə bənzər kütlələr və 01 ədəd qırmızı rəngli tərəzi aşkar olunmuş, qeyd edilən sellofan torbada aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə olan metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək 26 qram, 03 ədəd bükümdə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilərək 661 qram olması müəyyən edilmiş, baxış və axtarış zamanı Təqsirləndirilən şəxs mənzilində digər yerlərdən, yəni qonaq otağı, yataq otağı, mətbəx və sanitar qovşaqdan başqa heç bir qanunsuz əşya aşkar olunmamış, ondan həmin narkotik vasitələri haradan və nə məqsədlə əldə edib saxlamasını soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini və metamfetamini İran İslam Respublikasının vətəndaşı Hamid adlı şəxsin vasitəsi ilə satış məqsədilə Bakı şəhəri, Xətai rayonu ərazisində olan metronun Əhmədli stansiyasının yaxınlığından qoyulan yerdən götürdüyünü, həmin narkotik vasitələri Hamid adlı şəxsin göstərişi ilə Bakı şəhəri ərazisində onun dediyi yerlərə, deyilən miqdarda qoyduğunu, qarşılığında «Hamid” adlı şəxsin 2.000 manat pul verdiyini, narkotik vasitələrin satışı ilə məşqul olması barədə heç kimin məlumatı olmadığın, verilən sulları tam başa düşdüyünü, doğru və səmimi cavab verdiyini, hər hansı fiziki və pisixi problemi olmadığını bildirmişdir. Daha sonra o, göstərmişdir ki, götürülmüş narkotik vasitə heroin təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçisinin, axtarışda iştirak edən polis əməkdaşının, həmçinin özünün iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, möhürlə möhürlənib götürülmüş, sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol və zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs imza etmiş, özü də hamı kimi həmin protokolu və zərfi imzalamış, şəxsi axtarış v mənzilə baxış zamanı, habelə protokol tərtib edilərkən heç bir şikayət daxil olmamış, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni konkret olaraq nə vaxt, haradan, yaxud kimdən və nə məqsədlə əldə etməsi və ya onun narkotik vasitə əldə etməsi barədə tərəflərindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilmiş, müsbət nəticə əldə olunacağı təqdirdə dərhal istintaqa məlumat veriləcəkdir. Məhkəmədə şahid qismində ifadə vermiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təsadüfən tanış olmuşdur. Tanışlıqdan sonra bilmişdir ki, Pərvanə 18 Nli məktəbdə müəllimə işləyir və pandemiyadan qabaq İİR-na gedib həmin yerdən aldığı ərzaq məhsullarını Bakı şəhərində satır. 16 noyabr 2020-ci il tarixdə ona Təqsirləndirilən şəxs ailə üzvlərindən xatırlamadığı şəxs ya anası, ya da qızı məlumat vermişdir ki, Pərvanəni narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışlar. O dərhal Pərvanənin olduğu yerə 29-cu PŞ-nə getmiş, orda Pərvanə ilə iki dəqiqəlik görüşmüş və nə baş verməsini soruşanda Pərvanə ona İranlı Hamid adlı şəxsin göndərdiyi narkotik vasitələri evində saxlayaraq satdığını və poilis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. O bu sözləri eşidib məyus olmuş həmin yerdən çıxaraq evinə getmişdir. Həmçinin o, Pərvanənin onun yanında telefonla danışmadığını, narkotik vasitələrdən istifadə edib-etməməsini bilmədiyini bildirmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasıdır. O, nənəsi Şahid4 ilə bir yerdə qalmış, anası Pərvanə həbs olunmazdan beş ay öncəyə qədər isə hazırda hərbi xidmətdə olan qardaşı Vüsal İsayev də onlarla birlikdə qalmışdır. 22 iyun 2020-ci il tarixdən «Ləzzət» şirniyyat evində reklam üzrə mütəxəssis işləmiş, buna görə hər ay ona 237 manat maaş verilmişdir. 2015-ci il tarixdə anası ilə atası boşandıqdan sonra qardaşı Vüsalla birlikdə anası Pərvanə ilə yaşamışdır. 2018-ci il tarixdən anası İran İslam Respublikasına gedib-gəlməyə və alver etməyə başlamış, 20.08.2019-cu il tarixdə anası ilə İran İslam Respublikasının Ərdəbil şəhərinə gedərək burun əməliyyatı etdirmişdir. Həmin vaxtlarda anası Pərvanə Ərdəbil şəhərində Nigin oteldə qalmış, bir neçə dəfə isə anası ilə birlikdə İran İslam Respublikasının Ərdəbil şəhərinə gedib-gəlmişdir. Anası Pərvanə həm onsuz, həm də onunla bir neçə dəfə İran İslam Respublikasına gedib gəlmiş, 2019-cu ilin yaz aylarında Ərdəbil şəhərində bazarda ərzaq məhsulları alan zaman Solmaz adlı qadınla tanış olmuşdur. Solmazın Ərdəbil şəhərində qadın gözəllik salonu olmuş, buna görə anası ilə birlikdə həmin salona gedərək dırnaqlarına lak vurdurmuş, bununla Solmaz xanımla yaxşı münasibətləri yaranmışdır. Sonralar Solmazın salonuna hər dəfə gedib gəlməyə başlamış, salonda olan zaman Solmaz adlı qadın anasına «sizə narkotik vasitə versəm Bakı şəhərində aparıb sata bilərsiz?» deyə təklif etmiş, həmin sualın qarşılığında anası Solmaz xanıma «xeyir, biz belə şeylər edə bilmərik narkotik zad nədir» deyə cavab vermişdir. Bununla da Solmaz narkotik barədə bir də onlarla danışmamışdır. 16 noyabr 2020-ci il tarixdə saat 13 radələrində evə gedib qan analizlərinin kağızını götürmək istəyən zaman qarşısına polis əməkdaşları çıxmış və anasının narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün onu saxlamalırını bildirmişlər. Bu hadisədən sonra onlara anasının hara aparılması barədə sual verən zaman polis idarəsində olması bildirilmiş, bir neçə dəqiqə sonra polis əməkdaşları anası ilə birlikdə yaşadığı ünvana gəlmişlər və anasının yataq otağında axtarış aparılmışdır. Həmin vaxt anası Pərvanə könüllü olaraq öz xoşu ilə yataq otağında olan çarpayının altında saxladığı narkotik vasitəni çıxarıb polis əməkdaşlarına vermişdir. Polis əməkdaşları narkotik vasitəni paketə qoyaraq evin digər otaqlarına da baxmışlar və sonra çıxıb getmişlər. Həmin günü anasının narkotik vasitə olan heroin və metamfetamin satmasını bilmiş, nənəsi Şüküfə ilə birlikdə buna görə çox məyus olmuşdur. «Hamid» adlı İran İslam Respublikası vətəndaşını anasının tanışı kimi tanımış, İran İslam Respublikasının Biləsuvar şəhərində olan zaman həmin Hamid adlı şəxsin evində olmuşdur. Hamid Azərbaycan Respublikasına gəlməmiş, əvvəllər Hamid anasını tapa bilmədikdə onun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng etmiş və anasını soruşmuşdur. X5 İslam Respublikasına gedib-gələn zaman ərzaq məhsulları və kimyəvi məhsullar yuyucu tozu, qabyuyan şampunlar və s. alaraq gətirib Bakı şəhərində satmışdır. İranda tanışları Behnam adlı taksi şoferi olmuş və onlara bazarlıq etməkdə kömək etmişdir. Özünün iş yerindən aldığı **********011675 nömrəli «Kapital Bank»a məxsus hesab kartı olmuş, həmin kart bəzən anasında olmuş, kartın anasında olmasına səbəb ona pul gəlməsi olmuşdur. Ancaq anasına bu barədə heç bir sual vermədən kartını istifadə etmək üçün ona vermişdir. Karta onun tanımadığı tanışları pul göndərmiş, kartına göndərilən pulu anası özü çıxarmışdır. Anası Təqsirləndirilən şəxs istifadəsində maaş kartı olmuş, lakin anasının banka borcu olduğundan maaşını bank bir başa kartdan tutmuşdur. Bu məsələyə görə də anası onun maaş kartından istifadə etmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O da ifadəsində Şahid3 ifadəsindəki xüsusatları təsdiq etişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qimən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 16 noyabr 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki gümüşü rəngli gödəkçənin sağ yan cibindən 01 bükümdə şəffaf sellofana bükülmüş 10 qram çəkidə qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroini və əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd ağ rəngli «iPhone X» və 01 ədəd qara rəngli «iPhone 7» markalı mobil telefonları könüllü olaraq çıxarıb təqdim etmişdir. Cinayət işinin materiallarında olan 16 noyabr 2020-ci il tarixli “mənzilə baxış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4, giriş 5, mənzil 311-də yerləşən özünə məxsus yataq otağındakı çarpayının altında saxladığı 01 ədəd qara rəngli sellofan torbanın içərisindən 03 bükümdə 661 qram çəkidə qəhvəyi rəngli, spesfik iyə malik narkotik vasitə heroinə bənzər, 02 bükümdə 26 qram çəkidə ağ rəngli kristall şəkilli psixotrop maddə, metamfetaminə bənzər kütlələri və 01 ədəd qırmızı rəngli tərəzini könüllü olaraq çıxarıb təqdim etmişdir. Cinayət işinin materiallarında olan 16 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 18 noyabr 2020-cü il tarixli, 4(004)-652/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 noyabr 2020-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 noyabr 2020-ci il tarixli, 6/2503 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» yazısı olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 8,513 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş...» yazısı olan bağlamadakı plastik qutuda olan 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,840 qram, 7,700 qram və 620 qram, ümumi təmiz çəkisi 635,540 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,110 qram və 9,858 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetminin izləri vardır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş heroinin ümumi təmiz çəkisi 644,053 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 22,968 qramdır və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Tədqiqata təqdim edilmiş tərəzinin üzərində heroin və metamfetamin iz şəklində olduğu üçün, heroinin və metamfetaminin çəkilərini və Təqsirləndirilən şəxs götürülmüş heroinlərə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Heroinin ümumi təmiz çəkisi 644,053 qram, tədqiqata sərf edilmişdir 0,35 qram (0,2 qram və 0,15 qram), qalıq 643,703 qram, metamfetaminin ümumi təmiz çəkisi 22,968 qram, tədqiqata sərf edilmişdir ümumi 0,2 qram, qalıq 22,768 qramdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in İ siyahısına daxildir. Cinayət işinin materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın 15 fevral 2021-ci il tarixli, 491 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqolizm xəstəliyindən əzab çəkmir, onun alkoqolizimdən məcburi müalicəyə ehtiyacı yoxdur, narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılığı vardır, göstərilən müddətdə Təqsirləndirilən şəxs narkomaniyanın abstinensiya və intoksikasiya vəziyyətində olmuşdur, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertiza mərkəzinin 18 dekabr 2020-ci il tarixli, 3476 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, o hal hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onda hər hansı bir psixi xəstəlik qeyd olunmadığından onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Cinayət işinin materiallarında olan CD formatlı videogörüntü olan diskə baxış protokolundan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qurupunun təhqiqatçısı polis baş leytenantı Nəcəf Aburşu tərəfindən 16 noyabr 2020-ci il tarixdə saat 13:50-dən etibarən qeydə alınmış Yasamal RPİ-nin 29-cu PŞnin inzibati binasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis mayoru Şahid1 həmin idarənin əməliyyat müvəkkili polis mayoru Şahid2 və Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Kərim Bağırovun iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı və həmin vaxt Təqsirləndirilən şəxs əynindəki gümüşü rəngli gödəkçənin sağ yan cibindən könüllü çıxardaraq təqdim etdiyi 01 bükümdə şəffaf sellofana bükülmüş 10 qram çəkidə heroini çıxarıb otaqdakı masanın üzərinə qoyur, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd ağ rəngli «iPhone X» və 01 ədəd qara rəngli «iPhone 7» markalı mobil telefonlar aşkar edilir, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmur, qeyd olunan narkotiki haradan və nə məqsədlə əldə edib üzərində gəzdirməsini soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini İran İslam respublikasının vətəndaşı Hamid adlı şəxsni vasitəsi ilə satış məqsədilə qoyulan yerdən götürdüyünü, bundan başqa Yasamal rayonu Əsəd Əhmədov küçəsində yaşadığı mənzildə narkotik vasitə saxladığını, orada olan narkotik vasitələri təqdim edəcəyini həmçinin yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə çəkilir zərfə qoyularaq iştirakçıların və Təqsirləndirilən şəxs gözü qarşısında qablaşdırılaraq zərfə qoyulub möhürlənir və imzalarla təsdiq olunur. Cinayət işinin materiallarında olan digər CD formatlı videoçəkiliş olan diskə baxış protokolundan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qurupunun təhqiqatçısı polis baş leytenantı Nəcəf Aburşu tərəfindən 16 noyabr 2020-ci il tarixdə saat 14:50-dən etibarən qeydə alınmış Yasamal rayonu Əsəd Əhmədov küçəsi bina 22A giriş 5 mənzil 311-ə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis mayoru Şahid1 həmin idarənin əməliyyat müvəkkili polis mayoru Şahid2, Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Kərim Bağırovun və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs qeyd edilən yaşadığı mənzilə daxil olandan sonra mənzilin girişindən sağ tərəfdə yerləşən yataq otağındakı çarpayının altından 01 ədəd qara rəngli sellofan torbanı təqdim edir və həmin sellofan torbaya əlverişli şəraitdə hərtərəfli baxış keçirilməsi üçün yataq otağında olan stolun üzərinə qoyulur həmin sellofan torbanın içərisindən 03 bükümdə qəhvəyi rəngli spesfik iyə malik narkotik vasitə heroinə bənzər, 02 bükümdə ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr və 01 ədəd qırmızı rəngli tərəzi aşkar olunur. Qeyd edilən sellofan torbada aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə olan metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək 26 qram, 03 ədəd bükümdə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilərək 661 qram olması müəyyən edildi. Baxış və axtarış zamanı Təqsirləndirilən şəxs mənzilində digət yerlərdən yəni qonaq otağı,yataq otağı, mətbəx və sanitar qovşaqdan başqa heç bir qanunsuz əşya aşkar olunmur, qeyd olunan narkotik vasitələri haradan və nə məqsədlə əldə edib saxlamasını soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini və metamfetamini İran İslam Respublikasının vətəndaşı Hamid adlı şəxsin vasitəsi ilə satış məqsədilə Bakı şəhəri, Xətai rayonu ərazisində olan Metronun Əhmədli stansiyasının yaxınlığından qoyulna yerdən götürdüyünü, həmin narkotik vasitələri Hamid adlı şəxsin göstərişi ilə Bakı şəhəri ərazisində onun dediyi yerlərə deyilən miqdarda qoyduğunu, qarşılığında Hamid adlı şəxsin 2000 manat pul verdiyini, narkotik vasitələrin satışı ilə məşqul olması barədə heç kimin məlumatı olmadığın, verilən sulları tam başa düşdüyünü, doğru və səmimi cavab verdiyini, hər hansı fiziki və psixi problemi olmadığını deyir. Sonra mənzildən götürülmüş narkotik vasitələr qablaşdırılaraq zərfə qoyulub möhürlənir və imzalarla təsdiq olunur. Cinayət işinin materiallarından görünür ki, 16 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə barədə, eləcə də Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirmə və götürülmə aparılması protokollarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN-in BNMİ-nin Təhqiqat Qrupundan daxil olmuş 02 ədəd CD formatlı videogörüntü olan disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 30 dekabr 2020-ci il tarixli BKC/LGL-27238/20 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ötürülən məlumatlarla əlaqədar CD diskdə üzərində markalanma göstəricisi olmayan, «Bakcell bax nələr mümkündür» qeydləri olan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində a) 1 ədəd «SMS_Tarixçəsi__**********4037__555015758» adlı 78 KB həcmində. b)1 ədəd «SMS_Tarixçəsi__**********4040__555015758» adlı 135 KB həcmində. c)1 ədəd «Zənglərin_Detallaşması__**********3148___555015758» adlı 26760 KB həcmində. d)1 ədəd «Zənglərin_Məxsusluq_Tarixçələri__**********3223___555015758_BKC» adlı 110 KB həcmində 4 ədəd fayl olduğu müəyyən edildi. Diskə baxış keçirərkən qeyd edilən telefon zənglərinə və smslərə nəzər saldıqda istintq üçün hər hansı bir əhmiyyət kəsb edə biləcək sms və zəngə rast gəlinmədi. Baxış keçirilməsi başa çatdıqdan 01 ədəd CD disk qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. "xxxx" MMC-dən daxil olmuş 30 dekabr 2020-ci il tarixli BKC/LGL-27238/20 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən alınmış 04 mart 2021-ci il tarixli, 4610 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ötürülən məlumatlarla əlaqədar CD diskdə üzərində markalanma göstəricisi olmayan, «Verbatim 4334» qeydləri olan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində a) 1 ədəd «SMS_Tarixçəsi» adlı 54 KB həcmində. b)1 ədəd « sözü gedən nömrəyə aid izahlı qaimə» adlı 1026 KB həcmində. c)1 ədəd «abunəçilər» adlı 145 KB həcmində. d)1 ədəd «antena 2018» adlı 86 KB həcmində e)1 ədəd «antena 2019» adlı 343 KB həcmində q)1 ədəd «antena 2020» adlı 293 KB həcmində 4 ədəd fayl olduğu müəyyən edildi. Diskə baxış keçirərkən qeyd edilən telefon zənglərinə və smslərə nəzər saldıqda istintq üçün hər-hansı bir əhmiyyət kəsb edə biləcək sms və zəngə rast gəlinmədi. Baxış keçirilməsi başa çatdıqdan 01 ədəd CD disk qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. "xxxx" MMC-dən alınmış 04 mart 2021-ci il tarixli, 4610 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınmaqla və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüş 01 ədəd ağ rəngli «iPhone X» və 01 ədəd qara rəngli «iPhone 7» markalı mobil telefonlar sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, 05 yanvar 2021-ci il tarixdə Kapital Bank ASC-dən götürülmüş 30 dekabr 2020-ci il tarixli 157000/2-5425 nömrəli məktubla daxil olmuş məlumatlara «Dell» markalı kompyuterin vasitəsi ilə monitorda baxış keçirilmiş və müəyyən edilir ki, Şahid3 məxsus maaş kartı olan 510307******1675 nömrəli kartına müxtəlif məbləğlərdə pul mədaxil olmuş sonradan həmin kartdan məxaric olmuş, iş materillarına əsasən Şahid3 maaşı 250-237 manat civarında olmasına baxmayaraq həmin şəxsin maaş kartına 30.09.2020-ci il tarixdə saat 15:43:35 1 000 manat online credit emanat vasitəsi ilə terminaldan mədaxil olmuş, həmin pul 01.10.2020-ci il tarixdə Yasamal ray. Yeni Yasamal E.Ehmedov kuçəsi 19 ünvanında Bizim Marketdə yerləşən terminaldan məxaric olmuşdur. Çıxarışa baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər-hansı xüsusat o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmamışdır. Kapital Bank ASC-dən götürülmüş məlumat protokola əlavə olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilməsi, üzərindən aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyi barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü və 132.1.6-cı maddələrinə uyğun olaraq iş üzrə maddi sübut olan DİN Bakı şəhər Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq 643,703 qram heroin, tədqiqatdan sonra qalıq 22,768 qram metamfetamin məhv edilməli, «iPhone X» və 01 ədəd qara rəngli «iPhone 7» markalı mobil telefonlar Təqsirləndirilən şəxs etibar etdiyi şəxsə qaytarılmalı, 02 (bir) ədəd CD formatlı videogörüntü olan disk, "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının xərci 234 (iki yüz otuz dörd) manat məbləğdə pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 16 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan DİN Bakı şəhər Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq 643,703 qram heroin, tədqiqatdan sonra qalıq 22,768 qram metamfetamin məhv edilsin, «iPhone X» və 01 ədəd qara rəngli «iPhone 7» markalı mobil telefonlar Təqsirləndirilən şəxs etibar etdiyi şəxsə qaytarılsın, 02 (bir) ədəd CD formatlı videogörüntü olan disk, "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının xərci 234 (iki yüz otuz dörd) manat məbləğdə pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1086/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1086/2021
13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver