Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1086/2022 09.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 23 avqust 1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 16 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 noyabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi, xx xxxxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, 5-ci Nərimanov döngəsi, ev 15/13-də qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, 16 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 noyabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixatrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 30 iyul 2021-ci il tarixdə naməlum mənbədən satış məqsədi ilə bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,037 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üstündə saxlamış və 30 iyul 2021-ci il tarixdə, saat 04:50 dəqiqədə Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölməsinin (bundan sonra: RPİ, PPXB) əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Abşeron RPİ-yə aparılmış, RPİ-nin inzibati binasında xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan tünd boz rəngli şalvarının sol yan cibindən təmiz çəkisi 2,037 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən 2021-ci ilin noyabr ayının əvvəllərində naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq ayrı-ayrılıqda çəkiləri 0,910 qram, 0,845 qram, 0,923 qram, 0,831 qram, 0,817 qram, 0,910 qram, 0,891 qram, 0,876 qram, 0,837 qram, 0,882 qram, 0,880 qram, 0,928 qram, 0,884 qram, 0,838 qram, 0,833 qram olan cəmi 15 ədəd bükümdə ümumi təmiz çəkisi 13,085 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini və 01 ədəd bükümdə təmiz çəkisi 0,486 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və üzərində “F\M40” göstəricisi olan eyni tərkibli 09 ədəd tərkibindəki təsir maddəsinin miqdarı ümumilikdə 0,360 qram təşkil edən metadon həblərini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən 16 noyabr 2021-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək eyni məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 naməlum şəxsdən (mənbədən) əldə etdiyi məlumata əsasən istifadəsində olan mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsilə psixotrop maddə metamfetaminin yerinin işarələndiyi şəkilləri göndərib həmin psixatrop maddəni bir yerdə gedib götürmələrinə dair sövdələşdikdən sonra hər ikisi həmin gün, saat təxminən 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Sapce” tv-nin yaxınlığında yerləşən parka getmiş, Təqsirləndirilən şəxs2 həmin parkdakı şəkillərdə işarələnmiş ağacın dibindən 01 ədəd bükümdə təmiz çəkisi 16,508 qram olan külli miqdarda psixtrop maddə metamfetamini götürüb Təqsirləndirilən şəxs1la birlikdə qanunsuz əldə etmişlər. Ən nəhayət, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Sapce” tv-nin yaxınlığında yerləşən parkadan uzaqlaşmaq istəyərkən 16 noyabr 2021-ci il tarixdə saat 20:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 8 ünvanın yaxınlığında birlikdə saxlanılıb BNMİ-nə aparılmış, orada 16 noyabr 2021-ci il tarixdə saat 21:40-dan etibarən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli şalvarının sağ yan cibindən 2021-ci ilin noyabr ayının əvvəllərində satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxladığı ayrıayrılıqda çəkisi 0,910 qram, 0,845 qram, 0,923 qram, 0,831 qram, 0,817 qram, 0,910 qram, 0,891 qram, 0,876 qram, 0,837 qram, 0,882 qram, 0,880 qram, 0,928 qram, 0,884 qram, 0,838 qram, 0,833 qram olan cəmi 15 ədəd bükümdə ümumi təmiz çəkisi 13,085 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,486 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində “F\M40” göstəricisi olan, eyni tərkibli 09 ədəd tərkibindəki təsir maddəsinin miqdarı ümumilikdə 0,360 qram təşkil edən metadon həbləri, həmçinin üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi, habelə həmin gün Təqsirləndirilən şəxs2lə birlikdə satış məqsədilə qanunsuz olaraq əldə etdikləri cəmi 16,508 qram külli miqdarda psixtrop maddə metamfetamin sonuncunun üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Qeyd olunanlardan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixatrop maddə əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 16 noyabr 2021-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixatrop maddə əldə etmə, saxlama və satma barədə tanışı, baxılan cinayət işi üzrə digər Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, eyni məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən o, naməlum şəxsdən (mənbədən) əldə etdiyi məlumata əsaəsn istifadəsində olan mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsilə psixotrop maddə metamfetaminin yerinin işarələndiyi şəkilləri göndərib həmin psixatrop maddəni bir yerdə gedib götürmələrinə dair sövdələşdikdən sonra onların hər ikisi həmin gün təxminən saat 20:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Sapce” tv-nin yaxınlığında yerləşən parka getmiş, o, həmin parkdakı şəkillərdə işarələnmiş ağacın dibindən 01 ədəd bükümdə təmiz çəkisi 16,508 qram olan külli miqdarda psixotrop maddə metamfetamini götürüb birlikdə qanunsuz əldə etdikdən sonra Təqsirləndirilən şəxs1la birlikdə həmin yerdən uzaqlaşmaq istəyərkən həmin gün saat 20 radələrində Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanının yaxınlığında birlikdə saxlanılıb BNMİ-nə aparılmış, orada onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarının sağ yan cibindən həmin gün Təqsirləndirilən şəxs1la birlikdə satış məqsədilə qanunsuz olaraq əldə etdikləri 16,508 qram külli miqdarda metamfetamin psixotrop maddəsi 01 ədəd sellofan bükümdə aşkar edilərək ondan götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslərə münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmələri tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülən ittihamlarla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, digər Təqsirləndirilən şəxs2 təxminən 4 ildən artıq bir müddətdə tanımış, aralarınada yoldaşlıq münasibətləri yaranmış və o, bir sürücü kimi icarə əsasında Natiqə məxsus minik avtomobillərini idarə etmişdir. Hətta tutulmazdan iki il qabaq Natiq kreditlə ona telefon da almış, lakin daha sonra o, həmin telefonu qaytarıb Natiqin özünə vermişdir. Bildiyinə görə Natiq tutulmazdan təxminən 7-8 ay əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. O, əvvəllər narkotik vasitə olan heroindən istifadə etmiş, lakin bir neçə il əvvəl tərgitmişdir. Lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, taksi fəaliyyəti ilə məşğul olmaq üçün Təqsirləndirilən şəxs2 icarəyə götürdüyü “Mercedec C” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobili 30 iyul 2021-ci il tarixdə saat təxminən 04:30 radələrində idarə edərkən Abşeron rayon Mərkəzi Xəstəxanasının yaxınlığından keçən zaman təbii ehtiyacını ödəmək üçün avtomobili dayandırıb yerə düşərək bir qədər kənara getmişdir. Həmin vaxt yerdə sellofan büküm görüb əyilib həmin bükümü götürmüş, açıb içinə baxan zaman içindəkinin narkotik vasitə olan heroin olduğunu görmüşdür. Bundan sonra həmin bükümü istifadə etmək məqsədi ilə əynindəki tünd boz rəngli şalvarının sol yan cibinə qoymuşdur. Bu zaman yoldan keçən PPX avtomobili dayanmış və polis əməkdaşları ona yaxınlaşıb gecə saat 04:30 radələrində ərazidə olmasının səbəblərini soruşmuş, ondan şəxsiyyətini təsdiq edən sənədini istəmişlər. Onun üzərində heç bir sənəd olmadığından polis əməkdaşları onu Abşeron RPİ-nin inzibati binasına aparmışlar. Bundan sonra idarəyə vəkil dəvət edilmiş, təhqiqatçı tərəfindən ona hüquq və vəzifələrim izah edilmiş və video çəkilişdən istifadə olunmaqla üzərinə baxış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmişdir. Baxış zamanı ona üzərində saxlanılması qanunla qadağan edilmiş əşya olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. O, bu təklifdən sonra əynindəki boz rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman içindən qəhvəyi rəngli heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, bütün iştirakçılar, o cümlədən onun özü həmin protokolu imzalamışlar. Bundan sonra onun barəsində “başqa yerə getməməmk barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, 31 iyul 2021-ci il tarixdə polis idarəsindən buraxılmışdır. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, Natiqdən icarə əsasında götürdüyü “Mercedec C” markalı, **-OA- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində “Nizami” metrostansiyasının yaxınlığında olarkən Natiq ona “WhatsApp” proqramı vasitəsi ilə səkil göndərmiş, həmin şəkli ona Əfsəlin göndərdiyini bildirmiş və onlara narkotik verəcəyini demiş, göndərdiyi şəklin narkotikin olduğu yerin şəkli olduğunu, Space TV-nin yanında yerləşdiyini bildirmiş və gedib narkotiki götürməyi tapşırmışdır. O, gecə saatlarında həmin narkotiki qoyulduğu yerdən götürməyə getmiş, lakin hələ yerə çatmamış Natiq ona zəng edib gözləməyi tapşırmış, özünün də gələcəyini bildirmişdir. O, ehtiyac olmadığını, özünün tək götürəcəyini dedikdə Natiq ona “birdən səni tutdurarlar, gözlə mən də gəlirəm” sözlərini dediyindən o, parkın yanında dayanıb təqribən 10 dəqiqə Natiqi gözləmişdir. Bu müddət ərzində Natiq bir dəfə də ona zəng etmiş, o isə hələ də gözlədiyini, narkotiki götürmədiyini, heç həmin yerə baxmadığını ona demişdir. Natiq çatan kimi ona ətrafın polislə dolu olduğunu bildirmişdir. Elə həmin vaxt iki nəfər polis arxadan, bir nəfər polis qabadan gəlib onları tutmuşlar. Həmin vaxt onun üstündə narkotik olmamışdır. Saxlanılarkən Natiq hayqışqırıq saldığından o, Natiqə “bir dəqiqə dayan, biz heç nə götürməmişik, bizdə narkotik yoxdur” demiş, ondan sakit olmağı xahiş etmişdir. Polislər onları maşına mindirib Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmış, videoçəkilişlə üzərlərinə şəxsi axtarış aparacaqlarını bildirmişlər. Həmin vaxt onun üzərində narkotik olmamış, lakin polislər özləri mənə tərəzi, narkotik vasitə və 900 ədəd dərman “yükləmiş”lər. Həmin vaxt onun üzərində 20 manat özünün də pulu olmuşdur. Polislər çəkiliş zamanı narkotiki və başqa əşyaları çıxarıb təqdim etməyi, həmçinin çəkiliş zamanı guya şəkli Natiqə onun özünün atdığını tapşırmışlar. O da məcbur qalıb çəkiliş zamanı tapşırılan kimi də demişdir. Lakin daha sonra istintaqın gedişatında mobil nömrələr və “WhatsApp” proqramı ilə həmin şəkli onun Natiqə göndərmədiyi, əksinə, Natiqin ona göndərdiyi sübut olunmuşdur. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, Natiq əvvələr də ona eyni xarakterli şəkillərdən gönədrmiş, o da gedib narkotiki qoyulan yerdən götürmüşdür. İbtidai istintaq zamanı ifadələrində adı çəkilən Araz adlı şəxs Natiqin tanışı, Aydın isə Arazın qohumu olmuşdur. Həmin ifadələri o, polisin diqtəsi ilə vermişdir. Guya ki, bundan əvvəldə də, yəni nayabr ayının əvvəlində Aydın ona zəng edərək ona narkotik vermiş və satıb pulunu ona göndərməyi tapşırmışdır. Lakin belə bir hadisə olmamışdır. Sənədləşməyə əsasən guya narkotiki ona Aydın göndərmiş, o, gedib narkotik vasitəni Masazırın kuruqundan götürmüş, 15 gün ərzində müştəri tapıb sata bilməmişdir və tutulan zaman da həmin narkotik vasitə onun üzərində olmuşdur. Onun narkotik vasitə almağa pulu olmamış, Əfsər ona pulsuz narkotik vasitə vermişdir. Əfsər özü Natiqi pullu adam kimi tanımış, ona görə də Natiqə həmişə narkotik vasitə vermiş, ona isə verməmişdir. Natiq Əfsərə narkotik üçün pul vermiş, lakin Əfsər ona nartokik verə bilməmiş və buna görə də Əfsərin Natiqə borcu yaranmışdır. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhəlsində vermiş olduğu ifadələri arasında müəyyən edilmiş ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittihamlarla bağlı özünü təqsirli bilmiş, həmçinin göstərmişdir ki, 2021-ci ilin noyabr ayının əvvəllində İran vətəndaşı və İranda yaşayan Aydın adlı şəxs özünə məxsus olan +98-***-***-**-** saylı nömrə ilə ona məxsus olan ***-***-**-** saylı mobil nömrəyə “WhatsApp” vasitəsi ilə zəng vurub ona narkotik satmağı təklif etmiş, onun nömrəsini Natiqin tanışı İran vətəndaşı olan və İranda yaşayan Araz adlı şəxsdən aldığını demişdir. O da Natiqin İranda yaşayan Araz adlı dostu olduğunu bildiyi üçün Aydına inanıb razılaşmışdır. Aralarındakı razılığa əsasən satacağı narkotik vasitədən əldə ediləcək gəlirin yarısı ona qalmalı, qalan yarısını isə Aydının göndərəcəyi kart nömrəsinə yükləməli idi. İlk danışıqlarından 1 gün sonra Aydın ona zəng vurub Kürdəxanı yolunda, plakatın altında sellofan torbanın içində 5 qram metafetamin (patı) olduğunu demiş və onu götürüb qramını 40 manatdan satmağını, əldə ediləcək 200 manatın 100 manatını özünə götürməyi, qalan 100 manatı isə kart vasitəsilə ona göndərməyi demişdir. O, Aydınla razılaşmış və dediyi kimi, gedib 5 qram çəkidəki həmin psixotrop maddəni Kürdəxanı yolunda plakatın altından sellofan torbanın içində götürmüş və həmin maddəni 1 qramlıq çəkilərə ayıraraq təxminən 2,5 qramını adlarının Abbas və Süleyman olduğunu bildiyi şəxslərə cəmi 100 manata satmış və 100 manatı Aydının göndərdiyi kart hesabına göndərmişdir. Bundan sonra Natiq ona zəng vurub narkotik istədiyi üçün narkotikin qalan hissəsini isə Natiqlə görüşüb birlikdə istifadə etmişlər. Belə ki, onda narkotik olduğunu o, Natiqə bildirmişdir. Psixotrop maddənin istifadə etdikləri hissəsi onun payına düşən hissəsi olmuşdur. Bundan sonra həmin kartın nömrəsini itirdiyi üçün kart onda qalmamışdır. Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 2021-ci ilin noyabr ayının 10 və ya 11 tarixlərində Aydın ona zəng vuraraq Masazır dairəsinin yaxınlığında, daşın altında sellofan torbanın içində bükümlərdə heroin, həblər şəklində metadon və elektron tərəzi olduğunu, həmin heroini götürüb bükümlərin birini 25 manatdan, həblərin 1-ni isə 10 manatdan satmağı tapşırmış, qazancı yarıya bölüb eyni qayda ilə verəcəyi kart hesabına göndərməyi xahiş etmişdir. O da Aydınla razılaşmış və Abşeron rayon, Masazır dairəsinin yaxınlığına gedib, oradakı mişar daşının altından sellofan torbanın içində 16 ədəd bükümlərdə heroin, 09 ədəd həblər şəklində metadon və elektron tərəzini götürüb üzərində saxlamışdır. Lakin 16 noyabr 2021-ci il tarixədək müştəri tapa bilmədiyi üçün həmin bükümləri sata bilməyib üzərində qara rəngli qabın içində gəzdirmişdir. 16 noyabr 2021-ci il tarixdə Natiq onunla əlaqə saxlayıb “Space” tv-nin yaxınlığında ağacın dibində psixtrop maddə metafetamin olduğunu bildirib bir qismini özü üçün götürməsini, qalan hissəsini ona verməsini demiş, özünün də ora gələcəyini bildirmiş və ona həmin metamfetaminin yerinin işarələndiyi şəkilləri “WhatsApp” vasitəsi ilə göndərmişdir. Natiq mesaj yazaraq həmin yerin “Space” tv-nin giriş qapısı ilə üz-üzə yerləşən parkın içindəki ağacın dibində olduğunu ona demişdir. O da gedib həmin psixotrop maddəni götürüb gələcəyi barədə mesajını Natiqə yazmışdır. Natiq isə gəlib onu evindən götürməyi xahiş etmiş, birlikdə getmək istədiyini bildirmiş və bu məzmunda ona mesajlar yazmışdır. O isə Natiqə özünün tək gedəcəyini yazmışdır. Natiq ona Əfsərin onu tutdura biləcəyi barədə mesaj yazmış, birlikdə getməyi təklif etmiş, ehtiyatlı olmağı tövsiyyə etmişdir. sözlərini ona yazmışdır. O isə ona narahat olmamağı çatdırmış, gedib götürüb gəlirəm mesajını Natiqə yazmış, Natiq isə cavabında get tez get bəhanəsi olmasın sözlərini ona yazmışdır. Onlar aprasında bu əlaqə danışıq vasitəsi ilə deyil, yalnız “WhatsApp” vasitəsi ilə olmuşdur. O da həmin ünvana getmiş, lakin oralara ağacaların diblərinə diqqət etsə də, heç nə tapa bilməmişdir. Təxminən 10-15 dəqiqə sonra Natiq özü onun yanına gəlmiş, ondan metamfetamini tapıb-tapmadığını soruşmuş, o isə tapa bilmədiyini demişdir. Bundan sonra Natiq parkın içində ətrafa baxıb yaxınlıqdakı ağacın dibindən əyilib bükümü götürmüş və ona göstərib tapdığını demiş, həmin bükümü əyininəki cins şalvarının cibinə qoymuşdur. Bir az sonra onlar birlikdə oradan uzaqlaşmaq istəyən zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, onun narkotik vasitələrin qanunusuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. İdarəyə çatanda Natiq ona “sən sorğu zamanı bildir ki, Natiqi ora, yəni “Sapce”tv-nin yaxınlığına mən göndərmişəm. Mən çölə çıxım, pul verib səni də qurtaracam” sözlərini demiş, o da Natiqə inanıb razılaşaraq və sorğu zamanı yalandan onun Natiqi “Space” tv-nin yanına göndərdiyini bildirmişdir. Polis İdarəsində üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə ediləcəyi bildirilmiş və dövlət hesabına ona Ərəstun İskəndərov adlı vəkil təyin edilmişdir. O, heç bir etiraz etməmiş, rolis idarəsinin inzibati binasının otaqlarından birində iştirakçıların və vəkilin iştirakı ilə onun üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirmişdirlər. Baxış keçirilən zaman o özü üzərində yəni əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxardığı qara rəngli parça qabın içini açıb oradan 16 ədəd bükümdə heroinə bənzər kütlələr, 09 ədəd həblər və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Sorğu zamanı həmin narkotik vasitələri təxminən 5-6 gün öncə İran vətəndaşı olan və İranda yaşayan Aydın adlı şəxsin göstərişi ilə satmaq məqsədi ilə Abşeron rayon, Masazır dairəsinin yaxınlığına gedib, oradakı mişar daşının altından sellofan torbanın içindən götürdüyünü və üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi narkotik vasitəyə bənzər maddələr zərfə qoyulub qablaşdırılmış, zərfin üzərinə o da imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, onun yanında Təqsirləndirilən şəxs2 da üzərinə eyni qayda ilə şəxsi axtarış və götürmə keçirilmiş və bu zaman üzərindən 01 ədəd bükümdə psixotrop maddə metafetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Tədqiq olunan həmin ifadədən görünür ki, Təqsirləndirilən şəxs1 onun şübhəli şəxs qismində dindirilməsi zamanı hansı səbəbdən ifadəsində Natiqi özünün “Space” tv-nin yaxınlığına göndərməsini bildirməsinə dair verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs1 göstərmişdir ki, onun belə məzmunlu ifadə verməsinin səbəbi Təqsirləndirilən şəxs2 olmuşdur. Belə ki, onlar ilk anda tutulub Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldıqdan sonra orada Natiq ona “sən sorğu zamanı bildir ki, Natiqi ora, yəni “Sapce”tv-nin yaxınlığına mən göndərmişəm. Mən çölə çıxım pul verib səni də qurtaracam” sözlərini demiş, o da Natiqə inandığı üçün həmin məzmunda ifadələr vermişdir. Həqiqətdə isə həmin şəkilləri telefondan da görünüdüyü kimi, Natiq ona göndərib ora getməyini demişdir. Onun həmin yerə getməkdə məqsədi oradakı metamfetamini götürmək sonra isə Natiqlə bölüşmək olmuşdur. O, həmin parka Natiqdən öncə çatmış və Natiqin gəlməsini gözləyənədək həmin əraziyə metamfetamin üçün baxmış, lakin hər hansı bir şey tapmamışdır. Təxminən 10-15 dəqiqə sonra ora Natiq özü gəlmiş, onun yanına çatıb ondan bükümü tapıb-tapmamağını soruşmuş, o isə cavabında tapmadığını demişdir. Natiq də cavabında “mən taparam” deyib yaxınlıqdakı ağacların dibinə baxıb birinin dibindən büküm götürmüş və «tapdım» deyərək bükümü ona göstərib şalvarının cibində qoymuşdur. Təxminən 2-3 dəqiqə sonra ona birlikdə getməyi təklif edən zaman polis əməkdaşları onlara yaxınlaşıb saxlamış, birlikdə polis idarsinə aparılmışlar. Tədqiq olunan həmin ifadədə Təqsirləndirilən şəxs1 daha sonra göstərmişdir ki, o, üzərindən aşkar olunan həmin bükümləri tutulduğu gündən təxminən 5-6 gün öncə iranlı Aydın adlı şəxsin ona deməsinə görə Abşeron rayonu, Masazır dairəsinin yaxınlığlında daşın altından sellofan torbanın içindən heroin bükümləri olduğunu zənn edib götürmüşdür. Çünki, Aydın ona bükümlərdəkinin hamısının heroin olduğunu bildirmişdir. O da həmin bükümlərə kifayət qədər diqqət etmədiyindən onlardan birinin metamfetamin olduğunu bilməmiş və tutulanda sorğu edilən zamanı həmin bükümlərdəkinin heroin olduğunu bildirmişdir. Natiq və onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetaminlərin eyni tərkibli olmasının səbəbi yəqin ki, Natiqin də həmin metafetamini onun aldığı şəxsdən, Aydından yəni eyni mənbədən alması olmuşdur. Belə ki, Aydını Natiqin də tanıdığını o, bilir (iş vərəqə: cild İİ, səh.110-114). Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1la son 3 ildə tanış olmuşdur. Belə ki, Anar onun yaşadığı evin yaxınlığında maşın yuma məntəqəsində işləyən zaman onların tanışlığı yaranmış, daha sonra isə Anar ona məxsus avtomobili icarəyə götürərək taksi kimi işlətmiş və bu zəmində münasibətləri daha da yaxınlaşmışdır. Tutulmazdan təqribən altı ay əvvəl o, Anarın narkotik vasitə istifadəçisi olduğunu öyrəni bilmişdir. Belə ki, Anar artıq onun yanında narkotik vasitə istifadə etdikdə o, Anarın narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. O, hətta mobil telefonu olsun deyə Anara mobil telefon da alıb bağışlamışdır. Tutulmazdan təxminən 15-20 gün öncə isə o, Anarın təklifi ilə “patı” deyilən metamfetamindən bir dəfə onunla bir yerdə isitifadə etmişlər. Ondan başqa o, heç vaxt narkotik vasitə və ya psixtrop maddələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, saxlanıldıqları gün Anar ona zəng etmiş, ona olduğunu, həmin tanışının ona «mal», yəni narkotik vasitə verəcəyini bildirmiş, Anarın aldığı malın pulunu ödəməsi üçün onun malı verənə zamin durmasını istəmişdir. O, Anara «sənin tanışına mən niyə zamin durmalıyamki?» deyib telefonu söndürmüşdür. Bundan sonra iranlı Əfsər ona zəng etmiş, ona səkil göndərəcəyini bildirmiş, həmin şəkli Anara göndərməyi xahiş etmişdir. O da Əfsərin göndərdiyi həmin şəkli Anara göndərmişdir. Əfsərin göndərdiyi şəkildə narkotikin qoyulduğu ünvan dəqiq göstərilmişdir. O, Əfsəri Anarın tanışı kimi tanımış, lakin özü ilə şəxsən görüşməmişdir. Əfsər Anarın tanışı olduğu halda, şəkli ona göndərməsini götür-qoy edib ortada bir oyun olduğunu fikirləşib, Anara tək getməməyi demişdir. O, evə çörək alıb verəcəyini və sonra özünün tək gedəcəyini bildirmişdir. O, Anara birlikdə getməyi təklif etdikdə, Anar etiraz etmiş, tək gedəcəyini bildirmişdir. Bir müddət sonra təkrar ona zəng edib onun harada olduğunu soruşduqda Anar ona Shaurma N1-in qarşısında olduğunu bildirmişdir. Belə olduqda o, Anara 18 dəqiqə əvvəl Badamdardan çıxdığını bildirmiş, yubanmasına təəccüblənmişdir. Hansı ki, o artıq bir dəfə oradan maşınla keçmiş, orada gəzişən polisləri görmüşdür. Əslində o, Anarı izləmiş, Anar onu tutudurmaq istədiyini ona sübut etmək istəmişdir. Həmin ərəfədə o, ***-***-**-** nömrəsindən istifadə etmişdir. Təqsirləndirilən şəxs2 arayış verib bildirdi ki, hadisədən 15 gün əvvəl «Narkobiznes» Anarı tutmuş və həmin ərəfədə Anardan pul götürmək üçün bir dəfə ona zəng etmişdir. Ondan harda olduğunu soruşduqda, sonuncu evdə olduğunu bildirmişdir. Lakin daha sonra oğlu onunla telefonda danışarkən atasını «Narkobiznes»in tutduğunu bildirmiş, atasını qurtarmaq üçün ondan 1000 manat pul istəmişdir. O, Aqarın oğluna «yaxşı olub tutublar, insanları zəhərləyəndə bilmirdi ki, tutulacaq?» sözlərini demişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, o, Space TV-nin yanında Anara yaxınlaşan zaman, o parkdan çıxmış, o, Anara otur maşına oturub getməyi təklif etmiş, lakin Anar imtina etmişdir. Həmin vaxt onlara bir nəfər yaxınlaşıb, «Narkobiznes»dən polis olduğunu bildirmiş və onu zorla maşına salmışlar. O, hay-küy salmağa başlamış, maşina minmək istəməmişdir. Qabaqda bir polis əməkdaşı, onun solunda bir əməkdaş, sağında isə Anar oturmuşdur. Yolda polislər narkotik olan karobkanı ondan qabaq götürdüklərini bildirmişlər. BNMİ-nin üçüncü mərtəbəsində ona bir karobka göstərilmiş, lazım olduqda narkotik dolu karobkanın onun evindən də çıxa biləcəyi ilə hədələnmiş, çəkiliş zamanı Anarın ona həmin karobkanı ona şəkil göndərdiyi yerdən götürməyi tapşırdığını deməyi ona tapşırmışlar. Polislər ondan pul istəmiş, lakin o, verməyəcəyini bildirmişdir. O, polislərə narkotik çəkdiyini, sonuncu dəfə 10 gün əvvəl çəkdiyini etiraf etmişdir. O, ancaq «patı»dan istifadə etmiş, başqa narkotik vasitədən istifadə etməmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, ittihamda onun üzərindən narkotik vasitə aşkar olunması barədə göstərilənlər doğru olmamışdır. Onlar hamısı polisin quraşdırması olmuşlar. Narkotik vasitə Anardan götürülmüş və sənədləşdirilmişdir. O, hansısa cinayətlə bağlı Anarla əlbir olmamış, bu istiqamətdə ona heç bir məsləhət verməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhəlsində vermiş olduğu ifadələri arasında müəyyən edilmiş ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 tədqiq olunan həmin ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittihamla bağlı özünü təqsirli bilmiş, həmçinin iş üzrə Təqsirləndirilən şəxs1la şəxsi münasibətlərinin yaranması və davam etməsi, onların narkotik vastələrə olan münasibəti barədə məhkəmə baxışı zamanı verdiyi ifadəsinə uyğun ifadə verib göstərmişdir ki, tutudmazdan təxminən 10 gün əvvəl Anar ona İranda yaşayan Əfsər adlı tanışının olduğunu, həmin şəxsin ona narkotik vasitə verdiyini, o, həmin narkotik vasitənin bir qismini satdığını, qalan hissəsini isə özünün istifadə etdiyini bildirmişdir. Anarın deməsinə görə Əfsərin ona pul borcu olmuş və bu səbəbdən Əfsər ona narkotik vasitə göndərməyə ehtiyat etmişdir. Belə ki, Əfsər Anarın narkotik vasitənin pulunu ona göndərməyərək ona olan borcundan çıxa biləcəyini fikirləşmişdir. Anarın deməsinə görə o, onun (Təqsirləndirilən şəxs2) mobil nömrəsini Əfsərə vermiş, Əfsər ona zəng vurarkən Əfsərə Anaradan narahat olmamağı, onun təmiz işləyəcəyini deməyi xahiş etmiş, bununla da Əfsərin Anara yenə “mal” göndərəcəyini bildirmişdir. Lakin o, Anara aralarında olan söhbətə onu qatmamağı xahiş etmişdir. Lakin 16 noyabr 2021-ci il tarixdə, saat 7 radələrində “WhatsApp” proqramı vasitəsi ilə tanımadığı nömrədən ona zəng gəlmiş, zəng edən şəxs ona özünü Əfsər kimi təqdim edərək Anarla aralarında narazılıq yarandığını, bir-birlərinə olan etimadlarının itdiyini bildirmiş, ona ortada zamin durmağı xahiş etmiş, yalnız bundan sonra Anara 20 qram narkotik vasitə göndərəcəyini təklif etmişdir. O, Əfsərə də onu bu söhbətlərə qatmamağı demişdir. Lakin, bu söhbətlərindən az sonra Əfsər “WhatsApp” proqramı vasitəsi ilə ona narkotik vasitənin yeri işarələnmiş fotolar göndərmiş və həmin yerin ünvanı barədə mesaj yazmışdır. O da götürüb həmin foto və mesajları Anara göndərmişdir. Həmin şəkili Anara göndərməkdə məqsədi, Anarla Əfsər arasında hansı oyunun getdiyini müəyyən etmək olmuşdur. Təqsirləndirilən şəxs2 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, o, Əfsərin göndərdiyi foto və mesajlarını Aanara göndərdikdən sonra Anar ona “gedirəm götürəm” mesajını yazmış, o da Anara “getmə, səni tutdurar» mesajını yazmışdır. Anar mesajla onu kimin tutdura biləcəyini soruşduqda o, “Əfsər” cavabını yazmışdır. Sonra isə Anara mesajla həmin ünvana birlikdə getməyi yazmış, lakin Anar razılaşmayıb özünün gedəcəyini yazmışdır. Bundan sonra o, Anara zəng vurub harada olduğunu soruşduqda Anar “Space” telekanalının yanında olduğunu bildirmişdir. Bundan 15 dəqiqə sonra həmin yerə çatmış və Anaral görüşərək birlikdə getməyi təklif etmişdir. Bu zaman polis əməkdaşları onlara yaxınlaşıb onları birlikdə polis idarəsinə aparmışdırlar. Anarla Əfsər narkotik ticarəti ilə məşğul olduqlarına görə onlara qarşı münasibəti mənfi olmuş, onların işinə qarşımaq istəməmişdir. Lakin buna baxmayaraq o, məqsədli şəkildə Anarla birlikdə getmək, ona qarşı həmin şəxslərin hər hansı oyunlarının və məqsədlərinin olubolmamasını müəyyən etmək, həmçinin Anarın həmin narkotiki götürdükdən sonra onu tudurmaqdan ötrü gətirib həmin narkotiki onun yaşadığı evə atmasının qarşısını almaq istəməsi olmuşdur. Təqsirləndirilən şəxs2 tədqiq olunan həmin ifadəsinin davamında daha sonra göstərmişdir ki, Anarla onu BNMİ-nin inzibati binasına apardıqdan sonra onları ayrı-ayrı otaqlara salmışlar. Şahid5 adlı polis əməkdaşı onunla söhbət edərək ona bir büküm təqdim etmiş, həmin bükümün onun üzərindən aşkar edildiyini bildirmişdir. O, həmin polis əməkdşaına onun üzərində narkotik vasitə olmadığını bildirdikdə, həmin polis əməkdaşı ona təqdim edilən narkotik vasitə bükümünün ona aid olmadığını təkzib edəcəyi təqdirdə, ona məxsus evdən daha ağır çəkidə narkotik vasitə çıxaracağını bildirmişdir. O, ailəsi və qonşuları içərisində rüsvay olacağından qorxduğu üçün həmin narkotik vasitənin özünə aid olduğunu etiraf edəcəyini bildirmişdir. Bundan sonra ona çəkiliş zamanı nə deyəcəyi izah olunmuşdur. Daha sonra müdafiəçi dəvət olunmuş və ona təqdim edilmiş, lakin polis əməkdaşlarından ehtiyat etdiyi üçün vəkilinə olanlar barədə məlumat verməmişdir. Çəkiliş zamanı polis əməkdaşlarının ona başa saldıqları kimi bükümün ona məxsus olduğunu məcburiyyətdən etiraf etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə dindirilən zaman hələ də psixoloji gərginlik altında olmuş, ona görə də ifadələrində qyed edilənlərə diqqət etmədən imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadəsinin davamında işdə olan məhkəmə kimyəvi-ekspertizasının 17 noyabr 2021-ci il tarixli, 6/5089 saylı ekspertiza rəyi ilə Təqsirləndirilən şəxs1 tutulduğu gündən 5-6 gün öncə Masazırdan götürmüş olduğunu bildirdiyi, üzərindən aşkar edilmiş 01 ədəd bükümdəki psixotrop maddə olan metamfetamin ilə onun 16 noyabr 2021-ci il tarixdə əldə edib üzərində saxladığı 01 ədəd bükümdəki psixotrop maddə olan metamfetaminin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompenentlərinə görə eynilik təşkil etməsinə münasibət bildirib göstərmişdir ki, o, fikrincə bu əvəllcədən hazırlanmış plan olmuşdur. Belə ki, onun fikrinə görə həmin psixotrop maddə polis əməkdaşları tərəfindən ayrılaraq bir hissəsi Anara verilmiş, qalan hisəssi isə BNMİ-nin inzibati binasında polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Ona görə də ekspertiza zamanı onun üzərindən aşkar edilmiş psxiotrop maddə olan metamfetaminlə Anarın üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin eyni tərkibli olmuşdur (iş vərəqə: cild İ, səh. 131-133, səh. cild İİ, 69-70). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, 75-78). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Abşeron RPİ-nin PPX-nin tağım komandiri vəzifəsində xidmət edən Şahid1 ifadəsində göstərdi ki, o, 30 iyul 2021-ci il tarixdə PPX-nin polis nəfərləri Şahid2, Şahid3 və Şahid4lə birlikdə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində xidmətdə olarkən saat 04:50 radələrində mərkəzi xəstəxananın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin şəxsiyyətini yoxalayan zaman onun narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olmasından şübhələnib, ona polis idarəsinə getməyi təklif etmiş, sonuncu heç bir etiraz etməmişdir. Abşeron RPİ-də həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğu müəyyən olunmuşdur. Faktla bağlı raportla məruzə edilmiş və təhqiqatçı tərəfindən araşdırma aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, müdafiəçinin iştirakı ilə üzərinə video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçiriləcəyi ona izah edilmiş, sonuncu heç bir etiraz etməmişdir. Axatrış zamanı ona üzərində dövriyyəsi qanununla qadağan olunmuş əşya olduğu təqdirdə, çıxarıb təqdim etməsi təklif edilmişdir. Bundan sonra ATəqsirləndirilən şəxs1 əynində olan tünd boz rəngli şalvarının sol yan cibində bir ədəd sellofan bükümdə olan naməlum maddəni çıxarıb təqdim etmişdir. Həmin büküm açılmış və içərisindən heroin narkotik vasitəsinə oxşar maddə aşkar edilmişdir. İçərisində narkotik vasitəyə şübhəli maddə olan büküm prsoses iştirakçılarının iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təxminən 3-4 ay əvvəl heroindən istifadə etməyə başladığını və narkotik vasitəni Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən alıb əldə etdiyini bildirmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Abşeron RPİ-nin PPX-nin digər əməkdaşları Şahid2 və Şahid3 məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadələr verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Abşeron RPİ-nin əməkdaşı Şahid4 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi, sonuncunun məhkəmə baxışında iştirakı təmin olunmadığından, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Şahid4 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarları Şahid1, Şahid2 və Şahid3 ilə oxşar məzmunlu ifadə verib, sonuncuların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər (iş vərəqə: cild İİ, səh. 01-03). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid5 ifadəsində göstərmişdir ki, 16 noyabr 2021-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması üçün onlar tərəflərindən əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar baş idarə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Bundan sonra elə həmin gün, yəni 16 noyabr 2021-ci il tarixdə, saat 20 radələrində o, baş idarənin əməkdaşları Şahid7 Zakir oğlu və Şahid6 ilə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 4 ünvanının yaxınlığında saxlayaraq Baş İdarəyə aparmışlar. Orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə ediləcəyi barədə məlumat verilmiş, həmçinin Təqsirləndirilən şəxs1 dövlət hesabına Ərəstun İskəndərov adlı vəkil müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 heç bir etiraz etməmiş və BNMİnin inzibati binasının xidməti otaqlarından birində onunların, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmışdır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxardığı qara rəngli parçadan olan qabın içərisini açıb oradan 16 ədəd bükümdə heroin narkotik vasitəsinə bənzər kütləni, 09 ədəd həb şəklində olan maddələri və bir ədəd elektron tərəzini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi 16 ədəd bükümdə olan maddələrin heroin narkotik vasitəsi olduğunu, həmin narkotik vasitələri təxminən 5-6 gün əvvəl İran vətəndaşı olan və İranda yaşayan Aydın adlı şəxsin göstərişi ilə satmaq məqsədi ilə Abşeron rayonunun Masazır dairəsinin yaxınlığında, oradakı mişar daşının altından sellofan torbanın içindən götürdüyünü və üzərində saxladığını bildirmişdir. Həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs1 özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Şahid5 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs1 sonra Təqsirləndirilən şəxs2 də üzərinə şəxsi axtarış keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə ediləcəyi barədə məlumat verilmiş və ona dövlət hesabına Faiq Yusubov adlı vəkil müdafiəçi qismində təyin edilmişdir. O, heç bir etiraz etməmiş, BNMİ-nin inzibati binasında xidməti otaqlarından birində onların, vəkilin və Təqsirləndirilən şəxs2 özünün iştirakı ilə Natiqin üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 özü əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən çıxardığı 01 ədəd sellofan bükümdəki metafemfetaminə bənzər kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin bükümü təxminən bir neçə saat öncə Təqsirləndirilən şəxs1 ona izah etdiyi “Space” tv-nin yaxınlığındakı ağacın dibindən götürdüyünü və üzərində saxaldağını bildirmişdir. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs2 özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Şahid5 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş xx.xx.2022-ci il tarixli üzləşmədə dindirmə protokolundan görünür ki, şahid Şirəli Babayeə sərbəst ifadəsində göstərdiyi və sonradan məhkəmə istintaqı mərhələsində də təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha demişdir (iş vərəqə: cild İİ, səh. 75-76) Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən BNMİ-nin digər əməkdaşları Şahid6 məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. BNMİ-nin əməkdaşı Şahid7 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi, sonuncunun məhkəmə baxışında iştirakı təmin olunmadığından, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Şahid7 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarları Şahid5 və Şahid6 ilə oxşar məzmunlu ifadə verib, sonuncuların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 168-169). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Abşeron RPİdə tərtib olunan «şəxsi axtarış və götürmə keçirilməsi haqqında» 30 iyul 2021-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs1 əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibində olan bir ədəd sellofan bükümü çıxarıb təhqiqatçıya təqdim etmişdir. Təqdim olunan həmin bir ədəd sellofan büküm Təqsirləndirilən şəxs1 və digər iştirakçıların yanında açılarkən bükümün içərisindən heroin narkotik vasitəsinə bənzər kütlə olması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 209- 211). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan BNMİ-də tərtib olunan «şəxsi axtarış və götürmə keçirilməsi haqqında» 16 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sağ yan cibindən qara rəngli parça qabın içərisindən 16 ədəd bükümdə narkotik vasitəyə bənzər naməlum kütlələr, 09 ədəd naməlum həblər və 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmçinin məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 noyabr 2021-ci il tarixli həmin protokoldan görünür ki, iş üzrə digər Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılarkən əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan büküm çıxarıb təhqiqatçıya təqdim etmişdir. Təqdim olunan həmin 01 ədəd sellofan büküm təqsirləndirilən Təqsirləndirilən şəxs2 və digər iştirakçıların yanında açılarkən bükülünün içərisində şəffaf rəngli metamfetamin psixotrop maddəsinə oxşar kütlə olması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 50-53). İşdə olan və məhkəmə baxışı zamanı tərtib olunan Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi diskə baxış keçirilməsi haqqında 17 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qadağan edilmiş əşyalar olduğu təqdirdə, təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarının sağ yan cibindən çıxardığı qara rəngli parça qabın içini açıb oradan 16 ədəd bükümdə naməlum kütlələr, 09 ədəd həblər və 01 ədəd elektron tərəzini təqdim edir. Təqdim edilmiş predmetlərlə bağlı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 16 ədəd sellofana bükülmüş bükümün içindəkinin narkotik vasitə olan heroin olduğunu, 09 ədəd həblərin narkotik tərkibli metadon həbləri olduğunu, elektron tərəzinin isə narkotik vasitələrin miqdarını ölçmək üçün lazım olduğunu bildirir. Lakin təqdim olunan 16 ədəd bükümə diqqət edilən zaman bükümlərdən 15 ədədinin heroinə bənzər açıq qəhvəyi rəngli maddələr olması, 01 ədəd bükümün isə digər bükümlərdən fərqli olaraq daha şəffaf rəngli olması və metamfetamin psixotrop maddəsinə bənzər kütlə olması müəyyən edilir. Tədqiq olunan protokoldan görünür ki, diskə baxış zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin bükmlər, həblər və elektron tərəzi kağız zərfdə qablaşdırılmışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan diskə baxış keçirilməsi haqqında 17 noyabr 2021-ci il tarixli həmin protokoldan görünür ki, şəxsi axtarış zamanı iş üzrə digər Təqsirləndirilən şəxs2 üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs2 əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, təqdim etdiyi həmin sellofana bükülmüş bükümün içindəkinin psixtrop maddə olan metamfetamin (şüşə, patı) olduğunu bildirir. Tədqiq olunan protokoldan görünür ki, diskə baxış zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd bükm kağız zərfdə qablaşdırılmışdır (iş vərəqə: cild İ, 74). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi diskə baxış keçirilməsi haqqında 16 fevral 2022-ci il tarixli protokoldan görünür ki, 30 iyul 2021-ci il tarixdə Abşeron RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs1, onun üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs1 əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümün içindəkinin psixtrop maddə olan metamfetamin (şüşə, patı) olduğunu bildirir. Tədqiq olunan protokoldan görünür ki, diskə baxış zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd bükm kağız zərfdə qablaşdırılmışdır (iş vərəqə: cild İ, 26). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılması proseslərinin yükləndiyi CD formatlı disklərdəki videogörüntülərlə müəyyən edilmişdir ki, həmin videogörüntülər müvafiq istintaq hərəkətlərinin keçirildiyi 17 noyabr 2021-ci il və 16 fevral 2022-ci il tarixli protokollara uyğundur, ziddiyyətlər müəyyən edilməmiş, qanun pozuntularına yol verilməmişdir (iş materialları). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 30 noyabr 2021-ci il tarixli, 6/3192 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №36” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,037 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin narkotik vasitəsinin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in (Siyahı 1) siyahısına daxil olması tədqiq olunan 30 noyabr 2021-ci il tarixli, 6/3192 №-li rəyin nəticə hissəsində qeyd olunmuşdur (iş vərəqə: cild İ, 218-223). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 17 noyabr 2021-ci il tarixli, 6/5089 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri olan iki ədəd zərfdə: -Üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 15 (on beş) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,910 qram, 0,845 qram 0,923 qram, 0,831 qram, 0,817 qram, 0,910 qram, 0,891 qram, 0,876 qram, 0,837 qram, 0,882 qram, 0,880 qram, 0,928 qram, 0,884 qram, 0,838 qram, 0,833 qram, ümumi təmiz çəkisi 13,085 qram olan açıq qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompnentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,486 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “F/M40” göstəricisi olan eyni tərkibli 9 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həblərində metadonun təsir maddəsinin miqdarı 0,360 qram təşkil edir. -Üzərində “Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş...” sözləri qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 16,508 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiq olunan həmin rəydən görünür ki, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan 1(bir) ədəd bükümdə və “Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş...” sözləri qeyd edilmiş bir ədəd zərfdə olan 1 (bir) ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Bundan başqa, tədqiq olunan rəydən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün çəkisi müəyyən edilmədi və digər bükümlərdə olan heroinlə müqayisəli tədqiqat aparılmadı. Ən nəhayət, tədqiq olunan rəydə göstərilmişdir: - metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in (Siyahı 1); - heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in (Siyahı 1); - metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in (Siyahı 2) siyahısına daxildirlər (iş vərəqə: cild İ, səh. 65-71). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 25 fevral 2022-ci il tarixli, 6/1096 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi №58” dairəvi möhür əksləri olan iki ədəd kağız paketə qablaşdırılmış, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №58” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəksis 1,987 qram olan heroinlə üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 15 (on beş) ədəd bükümdə ümumi təmiz çəkisi 12,335 qram olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər(iş vərəqə: cild İİ, səh. 50-54). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs2 məxsus “Samasung Galaxy S8” markalı mobil telefonun ***-***-**-** saylı nömrə ilə qeydə alınmış “WhatsApp” sosial mesencer proqramına baxış keçirilməsinə dair 17 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 “WhatsApp” sosial hesabına “+98-***- ***-**-**” seriyalı mobil nömrədən 16 noyabr 2021-ci il tarixdə, saat 17:12 dəqiqədə 08 saniyəlik səs göndərilir, səsin məzmununda “salam Natiq məlim, nətərsən qadan alım Əfsərəm ee qadan alım, mənim telefonuma götürginən səninlə təcili bir işim var, tez qadan alım” sözləri istifadə olunur, daha sonra həmin gün özünü Əfsər kimi təqdim edən eyni nömrədən saat 18:50 dəqiqədə Təqsirləndirilən şəxs2 4 ədəd üzərində mavi oxlarla ağacın dibinin işarələndiyi fotoşəkillər və “Space tvle bewmertebenin arasinda park var. Həmin parkda sapce tv-nin giris qapisiyla uzbeuzde agacin dibinde” mesajı göndərilir. Həmin gün saat 18:51-də 07 saniyəlik səs göndərilir, özünü Əfsər kimi təqdim edən şəxs səsin məzmununda “ada bu telfunu aş dana, indidən başdaddun adboy vermiyə, ora nağada yolun var tanudun haradı” sözləri istifadə olunur. Təqsirləndirilən şəxs2, “Anar9100” adı ilə qeyd olunmuş Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı nömrə ilə qeydə alınmış “WhatsApp” ünvanına 16 noyabr 2021-ci il tarixdə, saat 18:51-də 4 ədəd üzərində mavi oxlarla ağacın dibinin işarələndiyi fotoşəkillər göndərmiş, Təqsirləndirilən şəxs1 ona “Bura haradiki” mesajını yazmış, Təqsirləndirilən şəxs2 cavabında, “Spesn park var ee ortada”, “hardasan”, “Tez fel qapiya”, “Space tvle bewmertebenin arasinda park var. Hemin parkda sapce tvnin giris qapisiyla uzbeuzde agacin dibinde” mesajını göndərir, Təqsirləndirilən şəxs1 “Getmiyim?” və “Gedim goturum gelirem” mesajını yazır, Təqsirləndirilən şəxs2 cavabında “Get”, “Gel bir gedek”, “Tutdurar seni”, “Gelirsen” sözlərini mesajla yazır, Təqsirləndirilən şəxs1 “Kim?” “Turdurar” sualını verir, Təqsirləndirilən şəxs2 cavabında “Efset” (Əfsəri nəzərdə tutur) yazıb, “Evdeyem gelirsen” sualını verir, Təqsirləndirilən şəxs1 “Gedim goturum gelirem”, “Nolacaq”, “hec ne olasi deyil” mesajını yazır, Təqsirləndirilən şəxs2 “Gel bir gedek”. “Gelirsen” sualını verir, Təqsirləndirilən şəxs1 “Yox gedim goturum gelirem”, “Natahat olma” mesajını yazır, Təqsirləndirilən şəxs2 isə “Get tez get behanesi olmasin”, “Varindi bir az ver meme”, “Anar”, “Anar” “A” sözlərini yazır və mesajlaşma başa çatır (iş vərəqə: cild İ, səh.85). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən əldə edilmiş diskə baxış keçirilməsi haqqında» 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrədən müxtəlif mobil nömrələrə, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən müxtəlif məzmunlu mesajlar göndərilmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrə müxtəlif məzmunlu mesajlar göndərilmişdir (iş vərəqə: cild İ, səh.172-175). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 05 yanvar 2022-ci il tarixli, 13 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixtrop maddə olan metamfetamindən istifadə etmə halları olub. Lakin hal-hazırda, yəni müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məcburi müalicəyə əks göstərişi yoxdur. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 31-32). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 25 yanvar 2022-ci il tarixli, 336 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 56-57). Tədqiq olunan ibtidai araşdırma materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və tədqiqat zamanı sərf olunduqdan sonra qalan qalmış, ayrı-ayrılıqda təmiz çəkiləri 1,957 qram və 11,885 qram təşkil edən heroin narkotik vasitələri, ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qalan 08 ədəd metadon həbləri və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülümüş, Təqsirləndirilən şəxs1 aşkar edilən psixotrop maddə metamfetaminlə birlikdə ümumi 16,994 qram təmiz çəkisindən tədqiqat zamanı sərf olunduqdan sonra qalıq qalan təmiz çəkisi 16,894 qram psixotrop maddə metamfetamin, habelə 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanca təhvil verilmişdir(iş vərəqə: cild İİ, səh. 99). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının müvafiq qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədilə qanunsuz olaraq əldə etmiş olduqları narkotik vasitə və psixotrop maddələrin və s. mənbəyi, ibtidai istintaq mərhələsində müəyyənləşdirilmədiyindən, hazırda baxılan ********* saylı cinayət işindən ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: cild İİ, səh. 101-102). Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «metadon» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 1,6 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslərdən aşkar edilərək götürülmüş metadonun təsir maddəsinin miqdarı 0,360 qram olmaqla «metadon» həblərinin miqdarı şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil etməsə də, 13,085 qram olan heroin narkotik vasitəsinin və ümumilikdə 16,994 qram metamfetamin psixotrop maddəsinin miqdarı 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən olunan külli miqdarın minimum həddindən qat-qat çoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə aşkar edilib götürülmüş metadonun təsir maddəsinin miqdarı 0,360 qram olmaqla «metadon» həblərinin miqdarı şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil etməsə də, həm heroin narkotik vasitəsinin, həm də metamfetamin psixotrop maddəsinin çəkisinin külli miqdar təşkil etməsi ilə yanaşı, qanunsuz əldə olunan həmin maddələrin növ müxtəlifliyi, aşkar olunan heproin narkotik vasitəsinin ayrı-ayrılıqda çəkilib on beş ədəd kiçik bağlamalara bükülməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı sms və “WhatsApp” vasitəsi ilə faktiki və mobil əlaqələrinin olması, təqsirləndirilən şəxslərdən elektron tərəzinin aşkar edilib götürülməsi təqsirləndirilən şəxslərin narkotik vasitələri satmaq niyyətində olmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin, həmiçinin şəxsi istehlak miqdarından artıq miqdarda metadon həblərini əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, Təqsirləndirilən şəxs2 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə edib saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə araşdırması zamanı təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin qeyd edilən müvafiq maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı qeyri-etirafedici və ziddiyyətli ifadələrini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilməsi üçün seçmiş olduqları müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün gətirdikləri dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur və əksinə, onların təqsirliliyini təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və təqsirləndirilən şəxslərin hər biri onlara istinad olunan maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin statistik əməliyyat-sorğu arayışlarından görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törədilən vaxta məhkumluqları müəyyən olunmamışlar (iş vərəqə: cild İ, səh. 156-159). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan müvafiq olaraq cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onların törətmiş olduğu cinayətin ağır cinayətlər kateqoriyasına aid olması nəzərə alınmalı, təqsirləndirilən şəxslərin islah olunması, həm onların özləri, həm də başqa şəxslər tərəfindən belə cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində ədalətli, şəxsiyyətlərinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 16 noyabr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli isə məhkəmə hökmünün çıxarılacağı tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 30 iyul 2021-ci il tarixdə Abşeron RPİ-nin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutlmuş və bir gün həbsdə saxlanıldıqdan sonra 31 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Bundan sonra o, 16 noyabr 2021-ci il tarixdə BMCMİ-nin təhqiqatçısı tərəfindən təkrarən şübhəli şəxs qismində tutulmuş və 18 noyabr 2021-ci il tarixdə müvafiq məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 16 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində 30 iyul 2021-ci il tarixdən 31 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı bir gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 16 noyabr 2021-ci il tarixdə baxılan iş üzrə şübhəli şəxs qismində tutulmuş, lakin barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qaldırılan müvafiq vəsatət Səbail rayon prokuroru tərəfindən təmin edilmədiyindən onun barəsində istintaq orqanının 18 noyabr 2021-ci il tarixli qərarına əsasən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə iki gündən sonra həbsdən azad edilmişdir. Məhkəmənin yekun aktı qəbul edilənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli məhkəmə hökmünün çıxarılacağı tarixdən hesablanmalı, eyni zamanda onun şübhəli şəxs qismində 16 noyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq orqanı tərəfindən seçilmiş 18 noyabr 2021-ci il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə zalından həbsə alınmalıdır. Həmçinin hər iki təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə, işdə olan ambulator məhkəmə-narkoloji ekspertizanın 25 yanvar 2022-ci il tarixli, 336 saylı rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Qeyd olunanlardan başqa, məhkəmə iş üzrə maddi sübutların taleyi ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1,957 qram və 11,885 qram heroin narkotik vasitələri, 08 ədəd metadon həbləri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ümumilikdə aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 16,894 qram metamfetamin psixotrop maddəsi və bir ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 249,52 (iki yüz qırx doqquz manat, 52 qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 124,91 (yüz iyirmi dörd manat 52 qəpik) manat olmaqla müştərək qaydada dövlət nəfinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulub 30 iyul 2021-ci il tarixdən 31 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı bir gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 16 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 16 noyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı iki gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 09 sentyabr 2021ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş 18 noyabr 2021-ci il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1,957 qram və 11,885 qram heroin narkotik vasitələri, 08 ədəd metadon həbləri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ümumilikdə aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 16,894 qram metamfetamin psixotrop maddəsi və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 249,52 (iki yüz qırx doqquz manat, 52 qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 124,91 (yüz iyirmi dörd manat 52 qəpik) manat olmaqla müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1086/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1086/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver