Məhkəmə qərarları › İş №1(101)-1086/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1086/2023

02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1086/2023 02.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, Abdullayev Ümid Məhərrəm oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, fars və Azərbaycan dilləri üzrə tərcüməçilər – X4 və X13, təqsirləndirilən şəxs – SEİF X20nun iştirakı ilə, 6 sentyabr 1972-ci ildə İran İslam Respublikasının Ərdəbil şəhərində anadan olmuş, evli, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı olan, İran İslam Respublikasının vətəndaşı, milliyyətcə azərbaycanlı, X26 və Səhiyyə Xidmətləri Universitetinin nəzdində “İmam Xomeyni” xəstəxanasında və İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin klinikasında (İran Klinikasında) ortoped həkim işləyən, ali təhsilli, tibb elmləri üzrə professor, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Tehran şəhəri, Gholhak qəsəbəsi, Attari küçəsi, ev 2 ünvanında qeydiyyatda olmaqla, hazırda ünvan 1nında yerləşən “İran Klinikası”nın qonaq otağında müvəqqəti yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş SEİF X20nun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2, 234.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 2 iyun 2023-cü il tarixdə, saat 14:30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. SEİF X20 2022-ci ilin dekabr ayının əvvəllərində İran İslam Respublikasının Tehran şəhərində dəqiq məlum olmayan mənbədən tərkibində alprazolam psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı 0,03 qram təşkil edən 3 konvalyutda 30 həb “Alprazolam 1”, tərkibində alprazolam psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı 0,005 qram təşkil edən 1 konvalyutda 10 həb “Alprazolam 0,5”, tərkibində klonazepam psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı 0,06 qram təşkil edən 4 konvalyutda 60 həb “Klonazepam 1mg” və tərkibində oksazepam psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı 0,03 qram təşkil edən 3 konvalyutda 30 həb “Oksazepam 10” dərman preparatlarını, tərkibində qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı 15 qram təşkil edən 5 konvalyutda 50 kapsul “Gabapentin 300”, tərkibində qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı 9 qram təşkil edən 3 konvalyutda 30 kapsul “Gabapentin Shafa 300”, tərkibində qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı 14 qram təşkil edən 14 konvalyutda 140 kapsul “Gabapentin Razak 100”, tərkibində qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı 3 qram təşkil edən 1 konvalyutda 10 kapsul “Gabapentin Razak 300” və tərkibində qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı 5 qram təşkil edən 5 konvalyutda 50 kapsul “Gabapentin Razak 100” dərmanları olmaqla, ümumilikdə qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 46 qram təşkil edən müxtəlif göstəricili qabapentin güclü təsir edən tərkibli dərman preparatlarını satış məqsədilə qanunsuz olaraq əldə etmiş, 1 konvalyutda 10 həb “Alprazolam 0,5”, 4 konvalyutda 60 həb “Klonazepam 1mg” və 3 konvalyutda 30 həb “Oksazepam 10” dərman preparatlarını üzərində “Eminent” sözləri yazılmış narıncı rəngli çamadanın içərisində 3 (üç) sellofan paketdə, 5 konvalyutda 50 kapsul “Gabapentin 300”, 3 konvalyutda 30 kapsul “Gabapentin Shafa 300”, 14 konvalyutda 140 kapsul “Gabapentin Razak 100”, 1 konvalyutda 10 kapsul “Gabapentin Razak 300” və 5 konvalyutda 50 kapsul “Gabapentin Razak 100” dərman preparatlarını isə üzərində “Track” sözü yazılmış çamadanın içərisində 1 (bir) sellofan paketdə saxlamış, 16 dekabr 2022-ci il tarixdə J2 9018 saylı Tehran-Bakı aviareysi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və həmin gün saat 21 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı şəhərinin X16 Aeroportunda yerləşən "Terminal 1 X23" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirmişdir.

2. Məhkəmədə təqsirləndirilən şəxs SEİF X20 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2, 234.2 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələrlə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Tehran Universitetinin professoru, həmçinin FİFAnın dopinq və tibbi işlər üzrə məmurudur. Eyni zamanda X26 və Səhiyyə Xidmətləri Universitetinin nəzdində “İmam Xomeyni” xəstəxanasında və İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin klinikasında (“İran klinikası”) ortoped həkim kimi işləyir. Hər ay 7-10 gün ərzində Azərbaycan Respublikasına gələrək, Bakı şəhərində yerləşən “İran klinikası”nda Azərbaycanda yaşayan xəstələri müayinə və müalicə edir. Ortoped idman həkimi kimi Azərbaycan Respublikasında da işləmək üçün rəsmi icazəsi vardır. 2019-cu ildən “İran klinikası”nın dəvəti əsasında Bakı şəhərinə gələrək burada xəstələri müalicə edir. Həmin ildən etibarən mütəmadi şəkildə Bakıya gəlib gedir, lakin 2020-ci ildən koronavirus pandemiyası ilə əlaqədar sərhədlər bağlandığından bir müddət gəlib gedə bilməmişdir. 2022-ci ildən isə yenidən Bakıda “İran Klinikası”ndakı fəaliyyətinə davam etmişdir. “İran klinikası”nın dəvəti əsasında Bakı şəhərində yenidən həkimlik fəaliyyətini həyata keçirmişdir. Belə ki, onun həkimlik diplomu rəsmi iş icazəsi alınmamışdan əvvəl tərcümə olunaraq “İran klinikası”na göndərilmiş, həmin klinika tərəfindən qeyd olunan sənədlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilmiş, Səhiyyə Nazirliyindən rəsmi icazə alındıqdan sonra ona Azərbaycan Respublikasında həkimlik fəaliyyətini həyata keçirməyi ilə bağlı rəsmi iş icazəsi verilmişdir.

3. SEİF X20 ifadəsinə davam edərək göstərdi ki, Tehran şəhərində tez-tez xeyriyyə işləri ilə məşğul olur. Xəstələri pulsuz müalicə etdiyindən onu tanıyanlar xeyriyyə işi zamanı ehtiyacı olanlara verməsi üçün ona müxtəlif dərmanlar gətirib verirlər. İki ay ərzində müxtəlif insanlar ona xeyriyyə məqsədi ilə xeyli sayda dərman gətirib vermişlər. Özü də müxtəlif dərmanlar alaraq Tehran şəhərində ehtiyacı olanlara paylamış, lakin həmin dərmanların bir hissəsi isə onda qalmışdır. Onda qalan dərmanların əksəriyyəti müxtəlif vitaminlər və ortopedik ağrıkəsici dərmanlar olmuşdur. Həmin dərmanların içərisində “Gabapentin” adlı dərmanlar da var idi. Həmin dərmanları da 2022-ci ilin dekabr ayının əvvəllərində ona xeyriyyə məqsədilə gətirib vermişdilər. “Gabapentin” dərmanları güclü ağrıkəsici xüsusiyyətə malikdir. Bakı şəhərinə gələcəyi üçün həmin dərmanları Bakıya gətirərək ehtiyacı olan xəstələrə verməyi düşünmüşdür. Daha əvvəl yəni, 2019-cu ildə və 2020-ci ilin əvvəllərində o, Azərbaycan Respublikasına gələrkən həmin ərəfələrdə də klinikaya gələn şəxsləri qəbul edərkən X6 adlı xəstəni də müayinə etmişdir. O, həmin xəstəni müayinə etdikdən sonra onda “Parkinson” xəstəliyinin əlamətlərinin olduğunu müəyyən etmiş, onun sahəsi olmamasına baxmayaraq, atası və bibisində də “Parkinson” xəstəliyi olduğundan S.Niftaliyevada da həmin xəstəliyin əlamətlərinin olduğunu müəyyən etmişdir. Belə ki, həmin xəstəliyin əlamətlərindən olan stress, yuxusuzluq, həyəcan və ağrılar S.Niftaliyevada da olmuşdur. Daha sonra o, Tehran şəhərinə qayıtdıqdan sonra S.Niftaliyeva ilə mobil telefonda vatsap mobil tətbiqi vasitəsilə danışmış, ona yolların bağlı olduğuna görə Bakı şəhərinə gələ bilmədiyini, lakin İrana gələ biləcəyi təqdirdə onu orada müvafiq həkimə apararaq müayinə etdirə biləcəyini izah etmişdir. Solmaz isə səhhəti və maddi vəziyyəti ilə əlaqədar İrana gəlmək imkanının olmadığını bildirmişdir. O, S.Niftaliyevanın xəstəliyini nəzərə alaraq sonuncuya bir həkim kimi kömək edəcəyinə söz vermişdir. 2022-ci ilin mart ayında Bakı şəhərinə gələrkən “İran klinikası”nda Solmaz yenidən qəbuluna gəlmiş, o, Solmazı qəbul edib şikayətini dinləmiş, lakin dəqiq diaqnoz qoya bilmədiyi üçün Tehranda olan Təfaxuri adlı həkimlə danışıb xəstəyə deyəcəyini izah etmişdir. Qeyd olunan həkim bu sahə üzrə İranda çox məşhur həkimdir. O, Tehrana qayıtdıqdan sonra şəxsi əlaqələrindən istifadə edərək S.Niftaliyevaya bir həkim kimi kömək etmək məqsədi ilə Təfaxuri adlı həkimlə danışıb vəziyyəti həkimə izah etmiş, həkim də ona həmin xəstə üçün “Alprazolam” və “Klonezapam” dərmanlarını aşağı dozada qəbul etməyini məsləhət gömüşdür. İranda olarkən Solmazla danışmış və qeyd edilən dərmanları alıb atmalı olduğunu, habelə necə istifadə etməyi izah etmişdir. Solmaz həm maddi vəziyyətinin pis olmasına, həm də dərmanların keyfiyyətli olmasına görə həmin dərmanları İrandan alıb gətirməyini ondan xahiş etmişdir. Solmazın deməsinə görə İranın dərmanları ona daha effektli və güclü təsir edir. O da Solmazın xahişini yerə salmayaraq, həmin dərmanları onun üçün alıb gətirəcəyinə söz vermişdir. “Alprazolam” və “klonezapam” dərmanları İranda resept əsasında satılır. Atası da həmin dərmanlardan istifadə etdiyindən resept əsasında həmin dərmanlardan atasına da alır. Atası üçün öz şəxsi vəsaiti hesabına aldığı dərmanlardan bir qismini isə Bakıdakı xəstəsi Solmaz üçün ayırıb kənara qoymuşdur. Növbəti dəfə 2022-ci ilin aprel ayının sonlarında Bakı şəhərinə gələrkən ilk dəfə Solmaz üçün “Alprazolam” və “Klonazepam” dərmanlarından gətirmişdir. Klinikada Solmazı qəbul edərək həmin dərmanları Solmaza vermişdir. Daha sonra isə İrandan Azərbaycana gələrkən bir neçə dəfə Solmaz üçün qeyd olunan dərmanlardan gətirmişdir. Həmin dərmanlara görə Solmaz Niftaliyevadan hər hansı məbləğdə pul almamış və hər hansı sair maraq güdməmişdir. Sadəcə bir həkim kimi xəstənin müalicəsinə köməklik etmək istəmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhərinə gələrkən Solmaz üçün 2-3 list “Alprazolam” və 2-3 list “Klonazepam” dərman preparatlarından da gətirmişdir. Həmin dərmanların sayı yalnız bir xəstəyə bir aylıq istifadə üçün nəzərdə tutulurdu. Həmin ay Solmaz yanına gələrkən həmin dərmanları Solmaza vermiş, hər dərmandan gündə bir dəfə istifadə etməsini izah etmişdir. Həmin dərmanları istifadə etdikdən sonra Solmaz onunla əlaqə saxlayaraq dərmanların ona çox yaxşı təsir etdiyini bildirmişdir. O isə həmin ərəfədə artıq Tehrana geri qayıtmışdı. Ümumilikdə Solmaz üçün İrandan gələrkən bir neçə dəfə həmin dərmanlardan gətirmişdir, lakin sayını dəqiq xatırlamır. Bir daha bildirdi ki, həmin dərmanları alıb gətirmək müqabilində Solmazdan hər hansı məbləğdə pul almamış və sair maddi maraq güdməmişdir. Həmin dərmanın dəyəri Azərbaycan pulu ilə 2-3 manat təşkil etdiyi üçün bu barədə heç düşünməmişdir. Həmin dərmanları Solmaz Niftaliyevaya istifadə üçün verdikdən sonra artıq xəstədə dəyişikliyi görmüş və yaxşılaşdığını müşahidə etmişdir. Xəstə ilə mütəmadi şəkildə telefonla danışarkən o, özünü yaxşı hiss etdiyini demişdir. 2022-ci ilin noyabr ayında Tehranda olarkən “İmam Xomeyni” adına xəstəxanada Təfaxuri adlı həkimlə görüşərkən Bakıdakı xəstə Solmaz barədə ona məlumat vermiş və xəstənin özünü yaxşı hiss etdiyini həkimə bildirmişdir. Həkim Təfaxuri də ona izah etmişdir ki, artıq həmin xəstənin qeyd olunan dərmanlardan istifadəsini dayandırmaq və onu daha yüngül dozalı dərmana keçirmək lazımdır. Təfaxurinin izah etməsinə görə həmin dərmanların istifadəsinin dərhal dayandırılması xəstənin səhhətinə mənfi təsir edə bilərdi. Bu səbəbdən Təfaxuri ilk olaraq “Alprazolam” və “Klonazepam”dan 1 mg istifadəni, daha sonra “Alprazolam” 0,5 mg istifadə, daha sonra isə həmin dərmanlardan daha yüngül dozada olan “Oksazepam”dan istifadə etməsini məsləhət görmüş, o da həmin vaxt Bakıda olan xəstə Solmazla əlaqə saxlayaraq ona izah etmişdir. Solmaz isə ondan həmin dərmanları da ona alıb gətirməyini təkidlə xahiş etmişdir.

4. SEİF X20 ifadəsinə davam edərək göstərdi ki, qeyd olunan dərmanlar Tehranda resept əsasında satılır. Ona görə də, arvadının anası Əkrəm Abbaspurun adına həmin dərmanlara dair resept yazmış və 2022-ci ilin dekabr ayının əvvəllərində Tehrandakı apteklərin birindən həmin dərmanlardan almışdır. Həmin dərmanlardan 3 list 30 həb “Alprazolam 1 mg”, 1 list 10 həb “Alprazolam 0,5 mg”, 4 list 60 həb “Klonazepam 1mg” və 3 list 30 həb “Oksazepam 10” dərmanlarını Bakıdakı xəstəsi Solmaz üçün ayırmış, digərlərini isə arvadının anasına vermişdir. Əkrəm Abbaspur da “Alzaymer” xəstəliyindən əziyyət çəkir və o da “Alprazolam” və “Klonazepam” dərmanlarından istifadə edir. Resepti onlayn qaydada yazmışdır. Belə ki, İranda onlayn qaydada həkim resept yazdıqdan sonra xüsusi nömrə verilir və həmin nömrə də xəstəyə verilir, xəstə isə həmin xüsusi nömrə əsasında aptekə yaxınlaşaraq reseptdə göstərilən dərmanları ala bilir. Qeyd olunan dərmanları o da həmin qaydada özü almışdır.

5. SEİF X20 ifadəsinə davam edərək göstərdi ki, 16 dekabr 2022-ci il tarixdə Bakı şəhərinə yenidən gələcəyindən arvadına 3 ədəd çanta hazırlamasını xahiş etmişdir. Həmin çantalardan biri baqaj, digər ikisi isə əl çantası idi. Həyat yoldaşı ilə birlikdə çantaları yığmışdır. Eyni zamanda səyahətə hazırlıq zamanı da, onlayn qaydada beynəlxalq konfransda iştirak etmişdir. Bununla əlaqədar diqqəti həmin konfransda olmuşdur. Bakıya gələrkən ona İranda xeyriyyə məqsədilə verilmiş dərmanları, həmçinin buradakı xəstələri üçün ortopedik dərmanlar da gətirmişdir. Digər dərmanlar isə, vitaminlər, saç üçün dərmanlar, təzyiq, revmatizm dərmanları və həmçinin “Gabapentin” dərman preparatları olmuşdur. Arvadı dərmanları 3 çantada müxtəlif yerlərə yığmış, bəzisini çantaların ciblərinə, ampulları isə sınmaması üçün müxtəlif paltarların, corabların, alt paltarlarının arasına qoymuşdur. 16 dekabr 2022-ci il tarixdə Bakı vaxtı ilə təxminən saat 21 radələrində Azərbaycan Respublikasında aeoporta çatmışdır. Bakı şəhərində aeroportda sərhəd nəzarətindən keçib, birinci mərtəbəyə enmiş, baqajını götürdükdən sonra gömrük nəzarətinə yaxınlaşmışdır. Orada öz əşyalarını rentgen aparatından keçirmiş, ona məxsus çamadan yüklərini və əl çantasını isə rentgen qurğusu olan yerə qoymuşdur. Həmin vaxt çantanın üzərində qırmızı rəngli lentin bağlandığını görmüşdür. Yoxlama zamanı çantaların içərisində dərmanlar olması barədə ondan soruşulduqda, o, müxtəlif dərman preparatlarının olduğunu bildirmişdir. Bundan sonra gömrük əməkdaşları onu orada olan xidməti otaqlardan birinə dəvət etmişlər. Həmin otaqda onun və iki nəfər kənar hal şahidinin iştirakı ilə əşyalarına yoxlama keçirilmişdir. Yoxlama zamanı çantaların içindəki corabların və sair geyim əşyalarının içərisində müxtəlif dərman preparatlarının olduğu aşkar edilmiş və protokol əsasında bütün dərman preparatları, eləcə də alprazolam, klonazepam, oksazepam və gabapentin adlı dərmanlar onun iştirakı ilə bir-bir siyahıya əlavə edilərək, gömrük əməkdaşları tərəfindən araşdırma aparılması üçün götürülmüşdür. “Alprazolam 1”, “Alprazolam 0,5”, “Klonazepam 1mg”, “Oksazepam 10” psixotrop dərmanlarını 1 elektron resept əsasında əldə etmişdir və ölkəyə gətirməkdə məqsədi xəstə Solmaz Niftaliyevaya vermək olmuşdur. “Gabapentin” güclü təsir edən dərman preparatları isə hər hansı resept olmadan gətirib ona xeyriyyə məqsədilə verilmişdir. Həmin dərmanları da Bakıda klinikada qəbuluna müraciət edən xəstələrə verməyi nəzərdə tutmuşdur. Lakin konkret olaraq hər hansı şəxs üçün gətirməmişdir. Sadəcə ona sümük ağrıları ilə bağlı müraciət edəcək xəstələrə əgər tibbi göstəriş olarsa verməyi nəzərdə tutmuşdur. Çünki həmin dərmanlar ağrıkəsici kimi də istifadə olunmuşdur. Nə psixotrop, nə də güclü təsir edən dərmanları qazanc əldə etmək üçün gətirməmiş, məqsədi ona müraciət edən pasiyentlərə yardım edərək həkim kimi ondan razı qalmaları olmuşdur. Xəstələr ona əsasən baş, bel və əzələ ağrıları ilə müraciət etdiklərində, onları müayinə etdikdən sonra ixtisası olmadığı təqdirdə, onların xəstəliyinin sinir sistemi ilə əlaqəli olduğunu bildirir, onlara ya nevroloqa getməyini məsləhət bilir, ya da onlar istədiyi təqdirdə Tehran şəhərində olan nevroloqlarla məsləhətləşirdi. Bakıdakı xəstə üçün nəzərdə tutduğu psixotrop tərkibli dərmanlara dair resepti arvadının anası Əkrəm Abbaspurun adına yazmasının səbəbi elektron reseptin yalnız İran İslam Respublikasında qeydiyyatda olan İran vətəndaşlarının adına yazıla bilməsi olmuşdur. Solmaz Niftaliyevanın adından resept yazsa da, həmin dərmanları əldə edə bilməyəcəkdi. Qeyd olunan psixotrop tərkibli dərman vasitələrinin Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən dərman preparatları olduğunu və resept əsasında əldə olunduğunu bilmişdir. Belə ki, həmin dərmanlar psixotrop tərkibli olduğundan İranda da resept əsasında satılır. “Gabapentin” dərmanlarının isə Azərbaycan Respublikasında resept əsasında satıldığını bilməmişdir. Eyni zamanda həmin dərmanların həkim tərəfindən əldə edilərək lazımı xəstələrə verilməsinin qadağan olunmasını düşünməmişdir. Solmaz Niftaliyevaya həmin dərmanların psixotrop tərkibli olduğunu deməmişdir. Ümumiyyətlə Solmazın özünə bu maraqlı olmamışdır. Sadəcə Təfaxuri həkimin deməsinə görə ona yaxşı təsir edəcəyini izah etmişdir. Dərmanların əsas hissəsini baqajına, az hissəsini isə əl çantalarına yığmışdır. Həmçinin, ampulları isə sınmamasından ötrü müxtəlif geyim əşyalarının arasına qoyaraq baqajına yığmağı arvadına tapşırmışdır. Eyni zamanda özü ilə fizioterapiyada istifadə olunan xırda, əldə gəzdirilə bilən masaj aparatı da gətirmişdir. Həmin əl aparatını da çantasına qoymuşdur. Tehran aeroportunda Əhmədyan adlı aeropot işçisi ona həmin əl aparatının əl yükü kimi aparılmasına icazə verilməyəcəyini dediyindən onu əl yükü kimi götürdüyü çantasından çıxarıb baqajına qoymuşdur. Bu səbəbdən baqajdakı dərmanları isə əl çantalarına paylaşdırmışdır. Bir qismi isə baqajda qalmışdır. Solmaz üçün daha əvvəl psixotrop dərmanlardan gətirərkən hər dəfə hava limanında “Qırmızı kanal”dan keçmiş və çantasına gömrük əməkdaşları da açıb baxmışlar. Hər dəfə gömrük əməkdaşları ondan nə olduğunu soruşanda da, ümumi qaydada dərman preparatları olduğunu və özünün də həkim olduğunu demişdir. Gömrük əməkdaşları ona hər hansı irad bildirməmişlər. 2022-ci ilin noyabr ayında isə həmin dərmanlardan yox, adi dərmanlardan gətirmiş və gömrük əməkdaşları çantasına baxış keçirib həkim olduğunu bildikdən sonra, həmçinin, psixotrop tərkibli dərmanlar olmadığından ona hər hansı irad bildirmədən gömrük zonasını tərk etmişdir. Aşkar olunan dərmanlar arasında ortopedik üçün nəzərdə tutulan dərmanları onun qəbuluna müraciət edəcək xəstələr üçün verməyi nəzərdə tutmuşdur. Əgər hər hansı dərman istifadə edilməsəydi geri qayıdarkən həmin dərmaları da özü ilə geri qaytarmağı nəzərdə tutmuşdur. 3 konvalyut “İbuprofen 400 mg”, 4 konvalyut “İbuprofen 400 mg Darou Pakhsh”, 3 konvalyut “İbuprofen 400 mg Rouz Darou”, 5 konvalyut “Adizan (Adult Cold)”, 5 konvalyut “Corizan (Adult Cold)”, 1 konvalyut “Exacold (Adult Cold)” və 2 ədəd “Triamcinolone Acetonide” adlı mazları Təhminə üçün gətirmişdir. “İbuprofen” ağrı kəsicidir, Triamcinolone iltihab əleyhinə mazdır, Adizan (Adult Cold), Corizan (Adult Cold) və Exacold (Adult Cold) adlı dərmanları isə “Advifen” əvəzinə gətirmişdir, soyuqdəymə əleyhinə tabletdir. Həmçinin Zeynal adlı şəxsə də müəyyən dərmanlar gətirmişdir. O da oğlu ilə birgə Bakıda İran klinikasında qəbulunda olmuş və oğlunu müayinə etmişdir. Zeynalın oğlu revmatizm xəstəliyindən əziyyət çəkmişdir. 16 konvalyut “Sulfasalazine 500” (tünd sarı rəngli kapsul), 50 tablet – 10 konvalyut “Sulfasalazine 500” (açıq narıncı rəngli kapsul), 9 konvalyut “Naproxen 500” (ağ rəngli kapsul), 6 konvalyut “Naproxen 500 E.C.” (göy rəngli kapsul), 9 konvalyut “Naproxen 500 Tedaprox” (sarmtıl rəngli kapsul), 1 konvalyut “Naproxen 500” (sarı rəngli kapsul), 5 konvalyut “Folic Acid 1 Mehr Darou”, 8 konvalyut “Folic Acid 1 Rouz Darou”, 5 konvalyut ”Folic Acid 1 mg”, hər bir konvalyutda 20 tablet olmalqa 1 konvalyut və kəsik konvalyut şəklində içərisində 10 tablet (ümumilikdə 30 tablet) “Folic Acid 1 mg Gold”, 5 konvalyut “Folic Acid 1-Shafa”, hər bir konvalyutda 20 tablet olmaqla 5 konvalyut və kəsik konvalyut şəklində içərisində 10 tablet (ümumilikdə 110 tablet) “Folic Acid contains 1 mg” preparatlarını Zeynal Zeynalov üçün gətirmişdir. Qeyd olunan “Sulfasalazine” dərmanı revmatizm üçündür, “folic acid” vitamindir və “Sulfasalazine” dərmanı ilə birgə qəbul olunur. “Naproxen” dərmanı isə ağrıkəsicidir. “Atovastatin” adlı dərman preparatlarını Rumiyə xanım üçün gətirmişdir. Qeyd edilən şəxslər hamısı ona müraciət edən xəstələr olmuşdur. Rumiyə və Təhminə, həmçinin İran klinikasında işləyirlər. Digər dərmanları isə qəbuluna gələn xəstələrə pulsuz verməyi nəzərdə tutmuşdur. Çox nadir hallarda qiyməti baha olan dərmanları xəstələrə öz dəyərində pul müqabilində vermişdir. Dərman preparatlarının çoxunu isə pulsuz paylamışdır. Yalnız bahalı olan “Sinogel” adlı dərman preparatını xəstə istədiyi zaman pul müqabilində, yəni öz qiymətinə 30 manata verməyi nəzərdə tutmuşdur. Zeynal Zeynalov üçün nəzərdə tutduğu həmin dərmanların İrandan alınmasına 21 manata yaxın pul vermişdir. O, xəstələrdən pul almadığına görə qəbuluna gələn xəstələr ona müxtəlif şirniyyat və digər bu kimi hədiyyələr alıb gətirmişlər. Bu səbəbdən onun həkim kimi pasiyentlərinə münasibətdə hörməti olmuşdur.

6. SEİF X20 ifadəsində əlavə olaraq göstərdi ki, törətdiyi əməldən çox peşmandır. Qanunu bilməməyin məsuliyyətdən azad olunmağa əsas olmadığını dərk edir. Məhkəməyədək icraat dövründə istintaq orqanı ilə fəal əməkdaşlıq edərək həqiqətin müəyyən edilməsində köməklik etmişdir. Cinayət işi ilə bağlı uzun müddətdir Azərbaycan Respublikasını tərk edə bilmədiyindən həm özünün, həm də ailə üzvlərinin maddi vəziyyəti ağırlaşmışdır. Ailə üzvləri Tehran şəhərində yaşayırlar. Himayəsində xəstə atası, iki yetkinlik yaşına yaşına çatmayan qız övladı və həyat yoldaşı vardır. Ondan başqa ailəsində işləyən şəxs olmadığından ona azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi halda, nəinki özü, ailəsi də ağır məhrumiyyətlərə məruz qalacaqdır. Milliyətcə azərbaycanlıdır. Onun hazırki cinayət əməlini törətməkdə məqsədi yalnız bir həkim kimi xəstələrinin təmənnasız şəfa tapmalarına köməklik etmək olmuşdur. Hər hansı narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə heç vaxt məşğul olmamış, dünyada idman sahəsində tanınan və sayılan həkim kimi hazırki cinayət işinin onun nüfuzuna çox böyük zərbə vurduğunu dərk edir. Törətdiyi əməldən çox peşman olmasını, ailə vəziyyətini, ailəsində ondan başqa qazanc gətirən şəxsin olmamasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, İran İslam Respublikasının X26 Universitetinin tibb elmləri üzrə professoru, Asiya Futbol Konfederasiyasının idarə heyətinin üzvü, FİFA və Asiya Futbol Konfederasiyası tərəfindən Asiya qitəsi üzrə 3-cü lisenziyalı idman həkimi olmasını, səhiyyə, futbol təbabəti, psixologiya və tibb sahəsində 42-dən (qırx ikidən) çox elmi məqaləsinin nüfuzlu elmi jurnallarda dərc edilməsini, 120 (bir yüz iyirmidən) çox elmi məhsulun istehsalında (kitab, film və proqram təminatının dizaynı və yaradılmasında) iştirak etməsini, cinayət işi ilə bağlı Azərbaycan Respublikasında olduğu müddət ərzində dörd yüzdən çox xəstəni təmənnasız müalicə və müayinə etməsini, rəsmi icazə olduğu müddətcə müalicə və müayinə etməyi davam etməsini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi.

İşin halları və dəlilləri: Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə mötəbərliyi şübhə altına alınmayan sübut növü kimi tədqiq edir.

7. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və Texniki Nəzarət vasitələrinin Tətbiqi şöbəsinin inspektoru vəzifəsində işləyən Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 16 dekabr 2022ci il tarixdə növbəlilik cədvəlinə uyğun olaraq öz xidməti vəzifəsini “Terminal 1 X15” gömrük postunun bunkerində quraşdırılmış rentgen aparatının monitoru qarşısında yerinə yetirmişdir. Təxminən saat 21 radələrində J2 9018 saylı Tehran-Bakı aviareysi ilə gələn sərnişinlərə məxsus baqajlara gömrük postunun bunkerində quraşdırılmış rentgen aparatı ilə baxış keçirərkən şəxsiyyəti sonradan ona məlum olan İran İslam Respublikası vətəndaşı SEİF X20na məxsus baqajda dərman preparatlarının təsvirlərini görmüşdür. Bundan sonra, həmin baqajı qırmızı lentlə işarələmiş və bu barədə növbə rəisi Şahid2 məlumat vermişdir. Xidməti zərurətlə əlaqədar post yerini tərk etməmişdir. Sonradan öyrənmişdir ki, SEİF X20na məxsus baqaj və əl yüklərində yoxlama aparılmış, yoxlama zamanı üzərində “Eminent” sözləri yazılmış narıncı rəngli baqajın içərisindən, əl yükü kimi gətirdiyi üzərində “Track” sözü yazılmış çamadanın içərisindən və üzərində “Yalisy” sözü yazılmış bel çantasının içərisindən müxtəlif adda dərman preparatları aşkar olunmuşdur.

8. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və Texniki Nəzarət vasitələrinin Tətbiqi şöbəsinin baş inspektoru vəzifəsində işləyən Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 16 dekabr 2022ci il tarixdə öz xidməti vəzifəsini “Terminal 1 X15” gömrük postunda yerinə yetirmişdir. Təxminən saat 21 radələrində J2 9018 saylı Tehran-Bakı aviareysi ilə gələn şəxsiyyəti sonradan ona məlum olan İran İslam Respublikası vətəndaşı SEİF X20na məxsus baqaj bunkerdə quraşdırılmış rentgen aparatından keçirilərkən, gömrük orqanının əməkdaşı Şahid1 monitorda dərman preparatlarının təsvirini görmüş, həmin baqajı qırmızı lentlə işarələmiş və bu barədə ona məlumat vermişdir. SEİF X20 gömrük nəzarəti zonasına daxil olarkən, müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli olduğu əşyaları elektron və ya yazılı formada bəyan etməmişdir. SEİF X20na məxsus əşyalar “Terminal 1 X23” gömrük postunda quraşdırılmış rentgen aparatından keçərkən, bu dəfə də gömrük orqanının digər əməkdaşı Şahid4 monitorda dərman preparatlarına bənzər təsvirləri gördüyünə görə, sərnişin saxlanılaraq çantalarda olan əşyalar barədə sorğu-sual olunmuşdur. SEİF X20 çıxılmaz vəziyyətdə qalaraq, ona məxsus olan çamadanların və bel çantasının içərisində dərman preparatlarının olduğu barədə ümumiləşdirilmiş qaydada şifahi məlumat vermişdir. Bundan sonra o, əşyalarına yoxlama keçirilməsindən ötrü otağa dəvət olunmuşdur. Yoxlama keçirilməzdən əvvəl isə hava limanında olan şəxslərdən iki nəfər hal şahidi qismində yoxlamaya dəvət olunmuşdur. Həmçinin gömrük əməkdaşı Şahid3 da yoxlamada iştirak etmişdir. Yoxlama zamanı, SEİF X20na məxsus üzərində “Eminent” sözləri yazılmış narıncı rəngli çamadanın içərisində olan şalvarların ciblərindən, pencəklərin ciblərindən, corabların içlərindən, alt paltarlarının arasından və digər geyim əşyalarına bükülmüş vəziyyətdə müxtəlif şüşə flakonlar aşkar olunmuşdur. Həmin flakonlara baxış keçirilən zaman, onların aşağıdakı adda və sayda olduğu məlum olmuşdur: Duro-Medrol 40 1 ml – 7 şüşə flakon, Betamethasone 4mg/1ml - 2 şüşə flakon, Vitamin D3 (Cholecalciferol) İ.U./ml – 2 şüşə flakon, Vitamin D3 300000 İ.U./ml – 8 şüşə flakon, Vitamin Sunvit D3 300000 İ.U./1ml – 17 şüşə flakon, Ketorolac-Exir 30 mg/ml - 5 şüşə flakon, Dexamethasone 8mg/2ml - 12 şüşə flakon, Ketorolac 30mg/1ml - 19 şüşə flakon, Lopirox Piroxicam 20 mg/ml – 29 şüşə flakon, Alpex Piroxicam 20mg/ml – 4 şüşə flakon, Rocamix Piroxicam 20mg/ml – 18 şüşə flakon, Triamcinolone 40 –Exir 40 mg/ml – 6 şüşə flakon, X2 40 mg/ml – 3 şüşə flakon, Methylprednisolone Acetate 40mg/ml – 15 şüşə flakon, Betamethasone 1 ml - 10 şüşə flakon, Betamethasone 4mg/ml - 19 şüşə flakon, Prostatan 30 ml – 1 ədəd şüşə flakon, X9 200 ml - 6 ədəd şüşə flakon. Narıncı rəngli çamadana yoxlama davam etdirilən zaman, çamadanda üç ədəd sellofan paketin olduğu məlum olmuş, birinci sellofan paketin içərisindən “Alprazolam 1” – 3 konvalyut (30 həb), “Alprazolam 0.5” – 1 konvalyut (10 həb), “Klonazepam 1mg” - 2 ədəd bütöv və 2 ədəd kəsilmiş konvalyut (60 həb), “Oksazepam 10” - 3 konvalyut (30 həb), Naproxen 500 – 9 konvalyut (ağ rəngli kapsul), Naproxen 500 E.C. – 6 konvalyut (göy rəngli kapsul ), Naproxen 500 Tedaprox 9 konvalyut (sarımtıl rəngli kapsul), Naproxen 500 1 konvalyut (sarı rəngli), Piroxicam 10 – 6 konvalyut; ikinci sellofan paketin içərisindən Celexib 200 – 15 konvalyut, Pscletone 300 mg 20 tablet – 6 konvalyut, Prostafit 60 tablet – 3 konvalyut, Diclofenac Sodium 50 – 8 konvalyut, Diclofenac Potassium 50 – 2 konvalyut, Nisopred 5 – 4 konvalyut, Corizan (Adult Cold) – 5 konvalyut, Nolpaza 40 mg – 4 konvalyut, Prednisolone 50 mg – 2 konvalyut; üçüncü sellofan paketin içərisindən Meno-AVERT 45 tablets -3 konvalyut, Biotixin 5 mg - 15 konvalyut, Candy Eucalyptus 12 pcs. - 10 qutu, Diclofenac-Najo 1% 60 q - 6 ədəd, Vitamin C 500 mg 20 tablets - 9 ədəd, Sulfasalazine 500 – 16 konvalyut (tünd sarı rəngli kapsul), Sulfasalazine 500 50 tablet (açıq narıncı rəngli kapsul) - 10 konvalyut aşkar olunmuşdur. Təqsirləndirilən şəxs məxsus, əl yükü kimi gətirdiyi üzərində “Track” sözü yazılmış çamadanda iki ədəd sellofan paket olduğu məlum olmuş, birinci sellofan paketdən E-Vigel 400 - 11 konvalyut, Synogel 32mg/2ml - 15 ədəd şpris, Xenover 120 mg - 14 konvalyut, Pozzarex 50 mg - 4 konvalyut, Gabapentin 300 - 5 konvalyut, Gabapentin Shafa 300 - 3 konvalyut, Gabapentin Razak 300 - 1 konvalyut, Gabapentin Razak 100 - 14 konvalyut, Gabapentin 100 – 5 konvalyut, D-Vigel 50000 Vitamin D-3 – hər bir konvalyutda 20 tablet olmaqla 10 konvalyut və 1 ədəd kəsik konvalyut şəklində içərisində 6 tablet (Ümumilikdə 106 tablet), Exacold (Adult Cold) – 1 konvalyut, D-Vitin 50000 Vitamin D3 – hər bir konvalyutda 20 tablet olmaqla, kəsik konvalyut şəklində içərisində 45 tablet, üzərində Methyl Salicylate adı yazılmış maz – 4 ədəd, üzərində Triamcinolone Acetonide adı yazılmış maz -2 ədəd; ikinci sellofan paketdən Escitover 10 30 tablets – 3 konvalyut, Fluoxetine 20 - 4 konvalyut, Fluoxetine 20 ABİDİ - 2 konvalyut, Adizan (Adult Cold) – 5 konvalyut, Hair-vit – 2 konvalyut, Famotidine 40 – 6 konvalyut, Venustat 120 mg – 11 konvalyut, üzərində Xerovit adı yazılmış maz – 2 ədəd, üzərində Clobetasol adı yazılmış maz – 1 ədəd, üzərində Trilotop N.N. adı yazılmış maz – 1 ədəd, X18 X28 Use 0.30x75mm– 90 ədəd, X18 X28 Use 0.25x25mm– 119 ədəd, Suzhou Acupuncture & X19., LTD – 6 ədəd markalı dərman preparatları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs məxsus üzərində “Yalisy” sözü yazılmış bel çantasından Lamogin 100 50 tablet – 5 konvalyut, Diclotan 50 – 5 konvalyut, Atorvastatin 10 – 3 konvalyut, Atorvastatin 20 – 3 konvalyut, Loratadine 10 – 10 konvalyut, Multivitamin Mineral – 7 konvalyut, Voltadec 100 – 1 konvalyut, Alfen-XL 100 – 1 konvalyut, Novafen – 1 konvalyut, Omega-3 60 capsule – 2 ədəd plastik flakon, Diclofenac 100 – 4 konvalyut, Diclofenac 100 – 1 konvalyut, İndomethacin 100 – 2 kovvalyut, Folic Acid 1 Mehr Darou - 5 konvalyut, Folic Acid 1 Rouz Darou –8 konvalyut, Folic Acid 1 mg – 5 konvalyut, Folic Acid 1 mg Gold – hər bir konvalyutda 20 tablet olmalqa 1 konvalyut və kəsik konvalyut şəklində içərisində 10 tablet (ümumilikdə 30 tablet), Folic Acid 1-Shafa – 5 konvalyut, Folic Acid contains 1 mg - hər bir konvalyutda 20 tablet olmaqla 5 konvalyut və kəsik konvalyut şəklində içərisində 10 tablet (ümumilikdə 110 tablet), İbuprofen 400 mg – 3 konvalyut, İbuprofen 400 mg Darou Pakhsh – 4 konvalyut, İbuprofen 400 mg Rouz Darou – 3 konvalyut aşkar olunmuşdur. Daha sonra sərnişinin üzərində də şəxsi yoxlama aparılmış, lakin şəxsi yoxlama zamanı SEİF X20nun üzərindən qanunla qadağan olunmuş əşyalar aşkar olunmamışdır. Yoxlama və şəxsi yoxlama bitdikdən sonra aşkar olunan dərman preparatları hal şahidlərinin iştirakı ilə qablaşdırılmış, bununla bağlı tərəfindən protokol tərtib olunmuş, tərcüməçi dəvət olunaraq protokolun məzmunu İran İslam Respublikası vətəndaşı SEİF X20na izah olunmuş, onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. İlkin olaraq şəxsin özünün təqdim edilməsi, şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı onunla Azərbaycan dilində danışmışdır. Belə ki, İran İslam Respublikası vətəndaşı SEİF X20 Azərbaycan dilində sərbəst danışmışdır. Lakin yoxlamalara başlamazdan əvvəl isə ona öz ana dili olan fars dilində gömrük nəzarəti tədbirləri həyata keçirilməsi zamanı hüquq və vəzifələrinin əks olunduğu müvafiq bildiriş təqdim olunmuş, eləcə də protokol tərtib olunduqdan sonra müvafiq tərcüməçi tərəfindən məzmunu ona izah olunmuşdur.

9. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azerterminalkompleks” X3 Baş Gömrük İdarəsinin “Terminal 1 X23” Gömrük postuna təhkim olunmuş inspektor Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və şahid Fərid Məmmədovla oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi halları bir daha təsdiq etdi.

10. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və Texniki Nəzarət vasitələrinin Tətbiqi şöbəsinin böyük inspektoru Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 16 dekabr 2022-ci il tarixdə öz xidməti vəzifəsini “Terminal 1 X23” gömrük postunun gəliş zalında quraşdırılmış rentgen aparatının monitoru qarşısında yerinə yetirmişdir. Təxminən saat 21 radələrində J2 9018 saylı Tehran-Bakı aviareysi ilə gələn, şəxsiyyəti sonradan ona məlum olan İran İslam Respublikası vətəndaşı SEİF X20na məxsus əşyalar rentgen aparatından keçirilərkən, monitorda dərman preparatlarına bənzər təsvirləri görmüşdür. Sərnişinə məxsus çamadan daha əvvəl bunkerdə rentgen aparatından yoxlamadan keçirilərkən şübhəli təsvirlər göründüyündən üzərinə qırmızı lent vurulmuşdu. O da öz növbəsində dərman təsvirləri gördüyündən, sərnişini saxlayaraq çantalarda olan əşyalar barədə sorğusual etmişdir. SEİF X20 çıxılmaz vəziyyətdə qalaraq, ona məxsus olan çamadanların və bel çantasının içərisində dərman preparatlarının olduğu barədə ümumiləşdirilmiş qaydada şifahi məlumat vermişdir. Bundan sonra SEİF X20na məxsus baqaja gömrük orqanının əməkdaşı tərəfindən ilkin baxış keçirilmiş və baxış zamanı çantanın içərisində dərman vasitələrinin olduğu görünmüşdür. Bundan sonra SEİF X20 əşyalarına yoxlama keçirilməsindən ötrü gömrük orqanının əməkdaşları tərəfindən otaqlardan birinə dəvət olunmuşdur. Xidməti zərurətlə əlaqədar olaraq o, yoxlamada iştirak etməmişdir və postda xidmətini davam etdirmişdir. Sonradan ona məlum olmuşdur ki, yoxlama zamanı SEİF X20na məxsus, üzərində “Eminent” sözləri yazılmış narıncı rəngli çamadanın içərisindən, əl yükü kimi gətirdiyi üzərində “Track” sözü yazılmış çamadanın içərisindən və üzərində “Yalisy” sözü yazılmış bel çantasının içərisindən müxtəlif adda dərman preparatları aşkar olunmuşdur.

11. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X23” gömrük postunun baş inspektoru vəzifəsində işləyən Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid4 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi halları bir daha təsdiq etdi.

12. Məhkəmədə şahid qismində dindirilmiş Heydər Əliyev X15 ərazisində yerləşən "xxxx" MMC-də yuyucu maşın operatoru işləyən Şahid7 ifadəsində göstərdi ki, Azərbaycan dilində sərbəst yazıb-oxuya bilir. Tərcüməçiyə ehtiyacı yoxdur. X16 Hava Limanında "xxxx" MMC-də yuyucu maşın operatoru işləyir. 16 dekabr 2022-ci il tarixdə, təxminən saat 21 radələrində iş yerində olarkən bir nəfər gömrük əməkdaşı ona yaxınlaşaraq bir sərnişinin çantasının yoxlanılması və üzərində şəxsi yoxlama keçirilməsi zamanı hal şahidi qismində iştirak etməsini ondan istəmişdir. O, razılığını bildirmiş və Aeroportun 1-ci Terminalının uçuş-gəlmə zalında yerləşən otağa getmişdir. Gömrük əməkdaşı orada olan, əvvəllər tanımadığı bir şəxsi ona təqdim edərək, həmin şəxsin J2 9018 saylı Tehran-Bakı aviareysi ilə gələn İran İslam Respublikası vətəndaşı SEİF X20 olduğunu, ona məxsus çantaların yoxlanılacağını və üzərində şəxsi yoxlama keçiriləcəyini izah etmişdir. Gömrük əməkdaşı ona və digər hal şahidinə hüquq və vəzifələrinin nədən ibarət olduğunu izah etmişdir. Yoxlama zamanı, SEİF X20na məxsus, üzərində “Eminent” sözləri yazılmış narıncı rəngli çamadanın içərisində olan şalvarların ciblərindən, pencəklərin ciblərindən, corabların içlərindən, alt paltarlarının arasından və digər geyim əşyalarına bükülmüş vəziyyətdə müxtəlif şüşə flakonlar aşkar olunmuşdur. Həmin flakonlara baxış keçirilən zaman, onların aşağıdakı adda və sayda olduğu məlum olmuşdur: Duro-Medrol 40 1 ml – 7 şüşə flakon, Betamethasone 4mg/1ml - 2 şüşə flakon, Vitamin D3 (Cholecalciferol) İ.U./ml – 2 şüşə flakon, Vitamin D3 300000 İ.U./ml – 8 şüşə flakon, Vitamin Sunvit D3 300000 İ.U./1ml – 17 şüşə flakon, Ketorolac-Exir 30 mg/ml - 5 şüşə flakon, Dexamethasone 8mg/2ml - 12 şüşə flakon, Ketorolac 30mg/1ml - 19 şüşə flakon, Lopirox Piroxicam 20 mg/ml – 29 şüşə flakon, Alpex Piroxicam 20mg/ml – 4 şüşə flakon, Rocamix Piroxicam 20mg/ml – 18 şüşə flakon, Triamcinolone 40 –Exir 40 mg/ml – 6 şüşə flakon, X2 40 mg/ml – 3 şüşə flakon, Methylprednisolone Acetate 40mg/ml – 15 şüşə flakon, Betamethasone 1 ml - 10 şüşə flakon, Betamethasone 4mg/ml - 19 şüşə flakon, Prostatan 30 ml – 1 ədəd şüşə flakon, X9 200 ml - 6 ədəd şüşə flakon. Narıncı rəngli çamadana yoxlama davam etdirilən zaman, çamadanda üç ədəd sellofan paketin olduğu məlum olmuş, birinci sellofan paketin içərisindən “Alprazolam 1” – 3 konvalyut (30 həb), “Alprazolam 0.5” – 1 konvalyut (10 həb), “Klonazepam 1mg” - 2 ədəd bütöv və 2 ədəd kəsilmiş konvalyut (60 həb), “Oksazepam 10” - 3 konvalyut (30 həb), Naproxen 500 – 9 konvalyut (ağ rəngli kapsul), Naproxen 500 E.C. – 6 konvalyut (göy rəngli kapsul ), Naproxen 500 Tedaprox 9 konvalyut (sarımtıl rəngli kapsul), Naproxen 500 1 konvalyut (sarı rəngli), Piroxicam 10 – 6 konvalyut; ikinci sellofan paketin içərisindən Celexib 200 – 15 konvalyut, Pscletone 300 mg 20 tablet – 6 konvalyut, Prostafit 60 tablet – 3 konvalyut, Diclofenac Sodium 50 – 8 konvalyut, Diclofenac Potassium 50 – 2 konvalyut, Nisopred 5 – 4 konvalyut, Corizan (Adult Cold) – 5 konvalyut, Nolpaza 40 mg – 4 konvalyut, Prednisolone 50 mg – 2 konvalyut; üçüncü sellofan paketin içərisindən Meno-AVERT 45 tablets -3 konvalyut, Biotixin 5 mg - 15 konvalyut, Candy Eucalyptus 12 pcs. - 10 qutu, Diclofenac-Najo 1% 60 q - 6 ədəd, Vitamin C 500 mg 20 tablets - 9 ədəd, Sulfasalazine 500 – 16 konvalyut (tünd sarı rəngli kapsul), Sulfasalazine 500 50 tablet (açıq narıncı rəngli kapsul) - 10 konvalyut aşkar olunmuşdur. Təqsirləndirilən şəxs məxsus üzərində “Track” sözü yazılmış çamadanda iki ədəd sellofan paket olduğu məlum olmuş, birinci sellofan paketdən E-Vigel 400 - 11 konvalyut, Synogel 32mg/2ml - 15 ədəd şpris, Xenover 120 mg - 14 konvalyut, Pozzarex 50 mg - 4 konvalyut, Gabapentin 300 - 5 konvalyut, Gabapentin Shafa 300 - 3 konvalyut, Gabapentin Razak 300 - 1 konvalyut, Gabapentin Razak 100 - 14 konvalyut, Gabapentin 100 – 5 konvalyut, D-Vigel 50000 Vitamin D-3 – hər bir konvalyutda 20 tablet olmaqla, 10 konvalyut və 1 ədəd kəsik konvalyut şəklində içərisində 6 tablet (Ümumilikdə 106 tablet), Exacold (Adult Cold) – 1 konvalyut, D-Vitin 50000 Vitamin D3 – hər bir konvalyutda 20 tablet olmaqla, kəsik konvalyut şəklində içərisində 45 tablet, üzərində Methyl Salicylate adı yazılmış maz – 4 ədəd, üzərində Triamcinolone Acetonide adı yazılmış maz -2 ədəd; ikinci sellofan paketdən Escitover 10 30 tablets – 3 konvalyut, Fluoxetine 20 - 4 konvalyut, Fluoxetine 20 ABİDİ - 2 konvalyut, Adizan (Adult Cold) – 5 konvalyut, Hair-vit – 2 konvalyut, Famotidine 40 – 6 konvalyut, Venustat 120 mg – 11 konvalyut, üzərində Xerovit adı yazılmış maz – 2 ədəd, üzərində Clobetasol adı yazılmış maz – 1 ədəd, üzərində Trilotop N.N. adı yazılmış maz – 1 ədəd, X18 X28 Use 0.30x75mm– 90 ədəd, X18 X28 Use 0.25x25mm– 119 ədəd, Suzhou Acupuncture & X19., LTD – 6 ədəd markalı dərman preparatları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs məxsus üzərində “Yalisy” sözü yazılmış bel çantasından Lamogin 100 50 tablet – 5 konvalyut, Diclotan 50 – 5 konvalyut, Atorvastatin 10 – 3 konvalyut, Atorvastatin 20 – 3 konvalyut, Loratadine 10 – 10 konvalyut, Multivitamin Mineral – 7 konvalyut, Voltadec 100 – 1 konvalyut, Alfen-XL 100 – 1 konvalyut, Novafen – 1 konvalyut, Omega-3 60 capsule – 2 ədəd plastik flakon, Diclofenac 100 – 4 konvalyut, Diclofenac 100 – 1 konvalyut, İndomethacin 100 – 2 kovvalyut, Folic Acid 1 Mehr Darou - 5 konvalyut, Folic Acid 1 Rouz Darou –8 konvalyut, Folic Acid 1 mg – 5 konvalyut, Folic Acid 1 mg Gold – hər bir konvalyutda 20 tablet olmalqa 1 konvalyut və kəsik konvalyut şəklində içərisində 10 tablet (ümumilikdə 30 tablet), Folic Acid 1-Shafa – 5 konvalyut, Folic Acid contains 1 mg - hər bir konvalyutda 20 tablet olmaqla 5 konvalyut və kəsik konvalyut şəklində içərisində 10 tablet (ümumilikdə 110 tablet), İbuprofen 400 mg – 3 konvalyut, İbuprofen 400 mg Darou Pakhsh – 4 konvalyut, İbuprofen 400 mg Rouz Darou – 3 konvalyut aşkar olunmuşdur. Ümumilikdə aşkar olunmuş 92 adda dərman preparatları protokol tərtib edilərək qablaşdırılıb götürülmüşdür. Daha sonra sərnişinin üzərində şəxsi yoxlama aparılmış, lakin şəxsi yoxlama zamanı üzərindən qanunla qadağan olunmuş əşyalar aşkar olunmamışdır. Bu barədə tərtib olunmuş protokollarla tanış olub imza etmişdir.

13. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X16 Aeroportunda yerləşən “Aerodrom Xidməti”ndə fəhlə işləyən Şahid6 ifadəsi məhkəmə icraatı zamanı elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi Şahid7 məhkəmədə verdiyi ifadəsi ilə eyni məzmunlu olmaqla həmin ifadəsində Şahid6 Şahid7 ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir. (cild 1, i.v 135-138;)

14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyinin klinikasında direktor müavini vəzifəsində işləyir. Həmin klinika “İran klinikası” olaraq da adlandırılır və ünvan 2 ünvanında yerləşir. 2004-cü ildən həmin klinikada fəaliyyət göstərir və hazırda isə təsərrüfat işləri üzrə müavin vəzifəsində işləyir. SEİF X20nu dörd ildir tanıyır və tanışlıqları sonuncunun klinikada həkim kimi fəaliyyət göstərdiyi müddətə təsadüf edir. Belə ki, SEİF X20 həkim travmatoloq-orteped və idman həkimidir. Həmçinin həkim kimi FİFA-nın nümayəndəsidir. “İran klinikası”nın dəvəti əsasında ay ərzində bir neçə dəfə klinikaya gələrək orada xəstələri qəbul edərək onları müayinə və müalicə edir. Klinikaya müraciət edən şəxslər ilk olaraq qeydiyyat şöbəsinə yaxınlaşır, orada qeydiyyatdan keçərək daha sonra həkimin qəbuluna gedirlər. SEİF X20 öz sahəsinə aid olan müalicələri klinikada həyata keçirir, qalan hansısa evdə müalicə üçün nəzərdə tutulmuş dərmanları resept yazaraq xəstəyə verir və xəstə evdə müalicə alır. SEİF X20 iynə terapiya, yaxud digər adı ilə “akupunktur” müalicəsini klinikada həyata keçirir. SEİF X20nun ona müraciət edən xəstələrə dərman satışını həyata keçirdiyini müşahidə etməmişdir. Eləcə də klinikanın daxili qaydalarına əsasən, həkimlərin dərman satmasına icazə verilmir. Həmçinin klinikada aptek də fəaliyyət göstərmir. TOHİD onun üçün dərmanlar gətirməmişdir, lakin klinikada işçilərdən bəziləri üçün onların xahişləri ilə istifadələri üçün hər hansı ödəniş almadan və təmənnasız olaraq dərman vasitələri gətirdiyini eşitmişdir. X8 və X1 müvafiq olaraq mühasib və laborant kimi fəaliyyət göstərirlər. Rumiyyə ilə eyni otaqda olduğundan TOHİD həkimin onun üçün dərman gətirəcəyini eşitmişdir. Bildiyinə görə Rumiyyə ayaqlarında olan ağrılara görə TOHİD həkimdən ona dərman gətirməsini xahiş etmiş, lakin hansı dərmanlar olduğunu deməmişdir. TOHİD həkimin digər şəxslər üçün dərman gətirməsindən isə məlumatı olmamışdır. Həmçinin TOHİD həkimin qəbuluna gələn xəstələrə dərman verib-verməməsini müşahidə etməmiş və əvvəllər çoxlu sayda dərmanlar gətirməsini görməmişdir. TOHİD həkimin Azərbaycan Respublikasına sonuncu dəfə gələrkən gətirdiyi dərmanlar barədə də onun hər hansı məlumatı olmamışdır.

15. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, 65 yaşı olmaqla ikinci dərəcə əlilliklə əlaqədar təqaüd alır. Uzun müddətdir “parkinson”, “paralic” və “əl əsməsi” kimi xəstəliklərdən əziyyət çəkir. Ayaqları tutulduğundan yeriməkdə çox çətinlik çəkir. TOHİD həkimin qəbulunda pandemiyadan öncə 2019-cu ildə olmuşdur. Belə ki, “Qızıl Aypara Cəmiyyəti” tərəfindən ildə bir dəfə pulsuz müayinə üçün “İran klinikası”na göndərilirmiş, bu qayda ilə “İran klinikası”na getmiş və TOHİD həkimin qəbulunda olmuşdur. Onda olan ağrılarla əlaqədar həkimdən məsləhət almış, uzun müddətdir əlinin əsməsini və paralic olduğunu demişdir. Sonuncu isə onda olan oxşar xəstəliyin atasında da olduğunu, lakin həmin xəstəlik onun ixtisasına aid sahə olmadığı üçün ona bu barədə köməklik göstərə bilməyəcəyini izah etmişdir. 2019-cu ildə həkimin qəbulundan sonra pandemiya ilə əlaqədar sərhədlər bağlanmışdır. TOHİD həkim də İrana getdiyindən Azərbaycan Respublikasına gələ bilməmişdir. Lakin TOHİD həkimlə votsap vasitəsilə əlaqə saxlamışdır. TOHİD həkimlə danışıq zamanı sonuncu onda olan problemlərin beyinlə əlaqəli olduğunu izah edərək müayinə üçün yollar açıldıqdan sonra İran İslam Respublikasına gəlməsini, onu orada tanıdığı bu sahə üzrə həkimin yanına aparacağını və müayinə etdirə biləcəyini bildirmişdir. Lakin o, TOHİD həkimə İrana gedə bilməyəcəyini bildirərək, onun müalicəsinə köməklik etməsini xahiş etmiş və ondan hansı tarixdə Azərbaycan Respublikasına gələcəyi ilə maraqlanmışdır. Sonuncu isə viza məsələsini həll etdikdən sonra gələcəyini bildirmişdir. 2022-ci ildə pandemiyadan sonra TOHİD həkim yenidən Bakı şəhərinə gəlmiş və o da həkimlə əlaqə saxlayıb “İran klinikası”nda yenidən onun qəbuluna getmişdir. Müayinə zamanı TOHİD həkim ona problemin nevroloji sahə ilə əlaqədar olduğunu və İrana qayıtdıqdan sonra bu sahənin həkimləri ilə danışıb ona deyəcəyini bildirmişdir. TOHİD İrana qayıtdıqdan sonra sonuncu ilə əlaqə saxlamış və onda olan xəstəliklə əlaqədar həmin sahənin həkimi ilə danışıb-danışmaması ilə maraqlanmışdır. Bununla yanaşı əlinin əsməsi ilə əlaqədar ondan məsləhət almışdır. TOHİD həkim isə öz növbəsində bu sahənin həkimlərinə daha ətraflı izah etməsi üçün əlinin əsməsinin video görüntüsünü ona çəkib atmağını istəmişdir. O da belə etmişdir. Daha sonra TOHİD həkimdən digər həkimlərdən məsləhət alıb-almadığını soruşmuş, sonuncu isə ona üç ayrı-ayrı həkimlə danışdığını, lakin həkimlərdən heç birinin dərman yazmadığını, yalnız İrana gəlib müayinə olunduqdan sonra onda olan problemlərin müəyyən ediləcəyini bildirdiklərini demişdir. O, həmçinin yuxusuzluqdan da əziyyət çəkmişdir. TOHİD həkimin atasında da oxşar cəhətlər olduğundan ona atasının da qəbul etdiyi “Alprokim” və “Klonazepam” dərmanlarını qəbul etməsini məsləhət bilmişdir. O isə həmin dərmanlarla bağlı Bakı şəhərindəki apteklərdən maraqlanıb axtarıb tapmış, lakin maddi vəziyyətinə uyğun olmadığından onun üçün İrandan gətirməsini xahiş etmişdir. TOHİD həkim də Bakı şəhərinə gələrkən on ədəd dərman gətirəcəyini və bunun ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra TOHİD həkim onun üçün hər birindən bir qutu olmaqla “Alprokim” və “Klonazepam” dərmanlarından gətirmişdir. Həmin dərmanlar ona yuxu gətirdiyindən və özünü yaxşı hiss etdirdiyindən həkimdən yenidən İrandan Bakıya gələrkən onun üçün gətirməsini xahiş etmişdir. TOHİD həkim isə öz növbəsində ona köməklik edəcəyini bildirmişdir. 2022-ci ilin dekabr ayına kimi TOHİD həkim ona iki dəfə dərman gətirmiş və heç birinə görə onun maddi vəziyyətini bildiyindən ondan hər hansı məbləğdə pul almamışdır. Növbəti dəfə də eyni dərmanlardan gətirməsini xahiş etmiş, lakin hazırki işlə bağlı saxlanıldığından həmin dərmanları əldə edə bilməmişdir. TOHİD həkimin qəbulunda olarkən ona hər hansı ödəniş etməmiş və ondan pul almamışdır. Əksinə həkim onun maddi və sağlamlıq vəziyyətini gördüyündən həmişə ona qayğı ilə yanaşmış və ona köməklik etmişdir. “Oksazepam” dərmanı ona lazım olduğundan TOHİD həkim həmin dərmandan da onun üçün gətirəcəyini demişdir. TOHİD həkim İrandan Bakıya gəldikdən sonra qəbuluna müayinə üçün getməyi və həmin dərmanları götürməyi planlaşdırmışdır. TOHİD həkimin ona verdiyi dərmanları qəbul etdikdən sonra sağlamlığında yaxşılığa doğru dəyişikliklər olmuşdur. Solmaz Niftaliyeva ifadəsinin sonunda məhkəmədən həkimin barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

17. “Yoxlama, əşyaların və sənədin götürülməsi haqqında” 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, gömrük nəzarətinə yaxınlaşan İran İslam Respublikası vətəndaşı SEİF X20 əvvəlcədən baqaj yüklərinin içərisində olan dərman preparatları barədə elektron və yazılı qaydada heç bir məlumat verməmiş, əşyalarına “Terminal 1 X23” gömrük postunda quraşdırılan rentgen qurğusu vasitəsilə keçirilən yoxlama zamanı, qurğunun monitorunda baqaj və əl yüklərinin içərisində dərman preparatlarının təsvirləri görünmüş və beləliklə, SEİF X20ndan bu barədə soruşulduqda o, çıxılmaz vəziyyətdə qalaraq ona məxsus olan çamadanların və bel çantasının içərisində dərman preparatlarının olduğu barədə ümumiləşdirilmiş qaydada şifahi məlumat vermişdir. Bu səbəbdən SEİF X20na məxsus, gömrük nəzarəti tərəfindən fərqlənmə üçün üzərinə qırmızı rəngli lent vurulmuş, üzərində “Eminent” sözləri yazılmış narıncı rəngli çamadana yoxlama keçirilmişdir. Yoxlama zamanı, həmin çamadanın içərisindən digər dərman vasitələri ilə yanaşı sellofan paketdə “Alprazolam 1” – 3 konvalyut (30 həb), “Alprazolam 0.5” – 1 konvalyut (10 həb), “Klonazepam 1mg” - 2 ədəd bütöv və 2 ədəd kəsilmiş konvalyut (60 həb), “Oksazepam 10” - 3 konvalyut (30 həb) dərman preparatları, SEİF X20na məxsus əl yükü kimi gətirdiyi üzərində “Track” sözü yazılmış çamadanda olan sellofan paketdən digər dərman vasitələri ilə yanaşı “Gabapentin 300” - 5 konvalyut, “Gabapentin Shafa 300” - 3 konvalyut, “Gabapentin Razak 300” - 1 konvalyut, “Gabapentin Razak 100” - 14 konvalyut, “Gabapentin 100” – 5 konvalyut dərman preparatları aşkar olunmuş və daha sonra götürülmüşdür. (Cild 1, i.v. 9-15)

18. “Video görüntülərə baxış keçirilməsi haqqında” 23 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, SEİF X20 16 dekabr 2022-ci il tarixdə, saat 21:15-də “Terminal-1 X23” gömrük postunun gəliş zalında “Qırmızı kanal” buraxılış sistemindən gömrük nəzarəti zonasına daxil olur. Müşayiət etdiyi 3 (üç) ədəd çantadan narıncı rəngli baqaj çantanın üzərinə qırmızı lent vurulduğu görünür. Çantaları gəliş zalında “Qırmızı Kanal”da quraşdırılmış stasionar rentgen qurğusuna qoyur. Çantalar rentgen qurğusundan keçirildikdən sonra gömrük əməkdaşı tərəfindən həmin narıncı rəngli çantaya ilkin baxış keçirilir. Video səssiz rejimdə icra olunduğundan danışıqları eşitmək mümkün olmur. İlkin baxışdan sonra, SEİF X20 ona məxsus narıncı rəngli çanta və digər 2 (iki) ədəd çantaya yoxlama keçirilməsi üçün yoxlama otağına dəvət olunur. Bununla da video başa çatır. (Cild 1, i.v. 98)

19. “Sərhəd keçmə hesabatına baxış keçirilməsi haqqında” 26 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, SEİF X20 2016-cı ildən başlayaraq ilk dəfə “Biləsuvar” sərhəd keçid məntəqəsindən, daha sonra isə dəfələrlə Bakı şəhəri X16 Aeroportunda dövlət sərhəd buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasının Tehran şəhərindən Azərbaycan Respublikası Bakı şəhərinə gəlmiş və daha sonra geri qayıtmışdır. SEİF X20 2019-2020-ci illər ərzində mütəmadi olaraq İran İslam Respublikasının Tehran şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmiş və geri qayıtmışdır. 24 yanvar 2020-ci il tarixdə İstanbul-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmiş, 28 yanvar 2020-ci il tarixdə Bakı- Tehran aviareysi ilə ölkə ərazisini tərk etmişdir. 2021-ci il tarixdə ölkə sərhədlərini keçməsi barədə məlumat olmadığı, yəni ölkə ərazisinə gəlmədiyi müəyyən edilmişdir. Növbəti dəfə 7 mart 2022-ci il tarixdə İstanbul-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmiş, 15 mart 2022-ci il tarixdə “Astara” sərhəd keçid buraxılış məntəqəsindən ölkə ərazisini tərk edərək İran İslam Respublikasına getmişdir. Bundan sonrakı ardıcıllıq aşağıdakı qaydadadır: xx.xx.2022-ci il Tehran-Bakı aviareysi GİRİŞ; xx.xx.2022-ci il “Biləsuvar” sərhəd keçid buraxılış məntəqəsindən ÇİXİŞ; xx.xx.2022-ci il Tehran-Bakı aviareysi GİRİŞ; xx.xx.2022-ci il Bakı- Tehran aviareysi ÇİXİŞ; xx.xx.2022-ci il Tehran-Bakı aviareysi GİRİŞ; xx.xx.2022-ci il “Astara” sərhəd keçid buraxılış məntəqəsindən ÇİXİŞ; xx.xx.2022-ci il Tehran-Bakı aviareysi GİRİŞ; xx.xx.2022-ci il “Astara” sərhəd keçid buraxılış məntəqəsindən ÇİXİŞ; xx.xx.2022-ci il Tehran-Bakı aviareysi GİRİŞ; xx.xx.2022-ci il Bakı-Almata aviareysi ÇİXİŞ; xx.xx.2022-ci il Daşkənd-Bakı aviareysi GİRİŞ; xx.xx.2022-ci il “Astara” sərhəd keçid buraxılış məntəqəsindən ÇİXİŞ; xx.xx.2022-ci il Tehran-Bakı aviareysi GİRİŞ və xx.xx.2022-ci il “Astara” sərhəd keçid buraxılış məntəqəsindən ÇİXİŞ. Sonuncu dəfə SEİF X20 16 dekabr 2022-ci il tarixdə, saat 21:02-də X16 Aeroportunda dövlət sərhəd buraxılış məntəqəsindən keçməklə Tehran-Bakı aviareysi ilə ölkə ərazisinə gəlmişdir. (Cild 1, i.v. 117-118)

20. “Mobil telefona baxış keçirilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş bir ədəd “CD-R” formatlı diskdən görünür ki, İran İslam Respublikası vətəndaşı SEİF X20 özünə məxsus mobil telefonu ibtidai istintaq orqanına könüllü şəkildə təqdim edərək onun və tərcüməçinin iştirakı ilə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı “Samsung Galaxy A 32” markalı, “SM-A325F/DS” modelli, **********45854/**********45853 İMEİ kodlu, sensorlu mobil telefonun “Menyu” hissəsinə daxil olunduqda mobil telefonda +**********09 saylı mobil telefon nömrəsinin istifadədə olduğu müəyən edilir. Telefonun “Menyu” bölməsindən “WhatsApp” mobil əlavəsinə daxil olunduqda “WhatsApp” mobil əlavəsində siyahıda olan bir sıra Azərbaycan mobil operatoruna məxsus telefon nömrələri ilə SEİF X20 arasında Azərbaycan dilində aparılan danışıqlarda sonuncu tərəfindən onlara tibbi məsləhətlər verməsi və İran İslam Respublikasından dərmanların gətirilməsi ilə bağlı danışıqlar aparıldığı müəyyən edilir. “WhatsApp” mobil əlavəsində siyahıda olan “Baki baki” adlı şəxslə sms mətnlərinə baxış zamanı həmin şəxsin +**********24 saylı mobil telefon nömrəsindən istifadə etdiyi görünür. Həmin şəxslə sms mətnlərində aparılan danışıqlara baxış zamanı qeyd olunan şəxsin SEİF X20nun ifadəsində göstərdiyi Solmaz Niftaliyeva olduğu müəyyən olunur. Şəxslər arasında ilk danışıq 30 avqust 2021-ci il tarixə təsadüf edir. Solmaz Niftaliyeva ilə aparılan danışıqlardan aydın olur ki, Solmaz Niftaliyeva “İran Klinikası”nda SEİF X20nun qəbulunda olmuş və sonuncu onu müayinə etmişdir. Solmaz Niftaliyeva əlinin əsməsindən və başında olan ağrılardan şikayət edir. 19 oktyabr 2021-ci il tarixli sms - audio səslərdə SEİF X20 Solmaz Niftaliyevaya onda olan problemlərin beyinlə əlaqəli olduğunu və müayinə üçün yolların açıldıqdan sonra İran İslam Respublikasına gəlməsini və orada tanıdığı bu sahə üzrə həkimin yanına aparacağını və onu müayinə edəcəyini bildirir, daha sonra növbəti danışıqlarda X22 İslam Respublikasına gedə bilməyəcəyini, SEİF X20nun hansı tarixdə Azərbaycan Respublikasına gələcəyini soruşur. Sonuncu isə viza məsələsini həll etdikdən sonra gələcəyini bildirir. 24 mart 2022-ci il tarixli danışıqlardan aydın olur ki, SEİF X20 Bakı şəhərinə gələrək “İran Klinikası”nda Solmaz Niftaliyevanı qəbul etmiş və müayinə zamanı ona probleminin nevroloji sahə ilə əlaqədar olduğunu bildirmişdir. SEİF X20 İran İslam Respublikasında olarkən Solmaz ona xəstəliyi ilə əlaqədar köməklik göstərməsi üçün bu sahə üzrə həkimlə danışmasını ondan xahiş edir, öz növbəsində SEİF X20 Solmazın əlinin əsməsi ilə əlaqədar xəstəliyinin məsləhətləşəcəyi həkimə daha detallı anlatmaq üçün əlinin əsmə videosunu ona çəkib atmasını istəyir. Solmaz tərəfindən SEİF X20na əlinin əsmə videosunun əks olunduğu 5 (beş) saniyəlik video görüntü göndərildiyi müəyyən olunur. 29 mart 2022-ci il tarixli danışıqlarda SEİF X20ndan nə vaxt Bakı şəhərinə gələcəyini və əlinin əsməsi ilə bağlı ona dərman təyin edib-etməməsini soruşur. Sonuncu isə hələ həkimlərlə danışmadığını, danışdıqdan sonra ona cavab verəcəyini söyləyir. 10 aprel 2022-ci il tarixli danışıqlarda SEİF X20 Solmaza onda olan xəstəliklə bağlı 3(üç) həkimlə danışdığını, lakin həkimlərdən heç birinin dərman yazmadığını, yalnız İrana gəlib müayinə olunduqdan sonra onda olan problemlərin müəyyən ediləcəyini bildirdiklərini deyir. Bununla belə SEİF X20 Solmaza sakitləşməsi üçün 10 (on) ədəd dərman gətirəcəyini və bunun ona köməklik edəcəyini bildirir. 26 aprel 2022-ci il tarixdə Solmaz SEİF X20na audio səs göndərərək sonuncunun nə zaman Bakıya gələcəyi və ona vəd etdiyi dərmanları gətirəcəyini soruşur. Eləcə də tərəflər arasında dəfələrlə “WhatsApp” üzərindən zənglər aparıldığı görünür. Növbəti danışıqlar aşağıdakı qaydada aparılmışdır: xx.xx.2022-ci il tarixli danışıqlardan: Niftəliyevə Solmaz (audio səs): Salam Tohid həkim necəsən, gəldin İran klinikasına, gəldinsə mənə dərman gətirdin ya yox? SEİF X20 (audio səs): Salam, bəli mən gəlmişəm və dərman da gətirmişəm məndədir Niftəliyevə Solmaz (audio səs):Allah köməyin olsun Tohid həkim, ayın 4 ya 5-i gəlib götrrərəm, özündə saxla. xx.xx.2022-ci il tarixli danışıqlardan : SEİF X20 (audio səs): salam bunu (Solmaza verdiyi dərmanlardan söhbət gedir) axşamlar atın qoy iztirabınız azalsın, müayinəsiz bu davanı verdilər mənə. xx.xx.2022-ci il tarixli danışıqlardan: Niftəliyevə Solmaz (audio səs):Tohid həkim sənin mənə verdiyin dərmanlardan yarısını atıram ... həmin dərmanlardan qurtarsa Bakıda iran apteklərində olmur alım onlardan? SEİF X20 (audio səs): Bakıda bilmirəm onlardan ola-olmaya, mən hər səfər gələndə deyin mənə gətirim sizin üçün. xx.xx.2022-ci il tarixli danışıqlardan: Niftəliyevə Solmaz (audio səs): o dərmanlar mənə yaxşı təsir edir gecələr yuxu gətirir, gələndə mənə yenə həmin darmanlardan gətirin pulunu verəcəm. SEİF X20 (audio səs): Dərmanların fotosunu mənə göndərin baxım nə dərman vermişəm sizə. Niftəliyevə Solmaz (audio səs): 1 ədəd foto şəkil Tohidə göndərilir SEİF X20 (audio səs): 2 həftədən sonra mənə yenidən səs göndərin baxım görüm bu dərmanlardan tapa bilsəm gətirərəm,çünki uçuşda bu dərmanlardan gətirməyə qoymurlar, ona görə çətindir. xx.xx.2022-ci il tarixli danışıqlardan: Niftəliyevə Solmaz (audio səs):Həkim salamlar nə zaman gələcəksiniz İran Klinikasına? Mənim o dərmanları da dedim yadınıza salım SEİF X20 (audio səs): Salam birisi gün gəlirəm Bakıya bilmirəm qoysalar həmin dərmanları gətirəcəm Niftəliyevə Solmaz (audio səs): Nəqədər qoysalar o qədər gətir doktor. xx.xx.2022-ci il tarixli danışıqlardan: SEİF X20 (audio səs): mən dərmanı almışam amma bilmirəm uçuşdan gətirməyə qoyarlar ya yox. Növbəti danışıqlardan görünür ki, SEİF X20 tərəfindən Solmaza müəyyən dərmanlar verilmişdir və o dərmanların hansı qaydada istifadəsi ilə bağlı Solmaza məsləhətlər verir, həmçinin 18 dekabr 2022-ci il tarixində, saat 22:11-də TOHİD tərəfindən Solmaza elektron reseptin şəkli göndərilmiş, saat 22:45-də isə Solmaz tərəfindən Tohidə 1 konvalyut “Alprazolam” və 1 konvalyut “Klonazepam” dərman preparatının şəkli göndərilmiş və səs yazısı göndərilərək, onda olan dərman preparatlarının həmin şəkildəki dərmanlardan ibarət olduğu qeyd olunmuşdur. Eləcə də SEİF X20 tərəfindən Solmaz Niftaliyevaya müəyyən dərman vasitəsinin verildiyi və digər dərmanlarla yanaşı onun verdiyi dərman vasitəsindən istifadə etməsini tövsiyə etdiyi görünür. Beləliklə, “WhatsApp” mobil əlavəsində olan məlumatlara baxış nəticəsində İran İslam Respublikası vətəndaşı SEİF X20ndan aşkar olunaraq götürülmüş və müvafiq protokolda dərman vasitələri kimi qeyd olunmuş bir sıra predmetlərin sonuncu tərəfindən müxtəlif şəxslər üçün gətirilməsi, eləcə də həmin vasitələrdən tərkibində alprazolam psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı 0,03 qram təşkil edən 3 konvalyutda 30 həb “Alprazolam 1”, tərkibində alprazolam psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı 0,005 qram təşkil edən 1 konvalyutda 10 həb “Alprazolam 0,5”, tərkibində klonazepam psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı 0,06 qram təşkil edən 4 konvalyutda 60 həb “Klonazepam 1mg” dərman preparatlarını iş üzrə şahid qismində dindirilmiş Solmaz Niftaliyeva üçün gətirdiyi müəyyən olunmuşdur. Bundan başqa, “WhatsApp” mobil əlavəsində olan məlumatlarla SEİF X20 tərəfindən bundan əvvəl də İran İslam Respublikasından ölkə ərazisinə gələrkən dəfələrlə müxtəlif şəxslər üçün dərman vasitələri gətirilməsi müəyyən olunmuşdur. Telefonun “WhatsApp” mobil əlavəsində olan digər telefon nömrələri ilə aparılan danışıqlarda, həmçinin telefonun “Zənglər” bölümünə, “Smslər” bölməsinə, “Galareya” bölməsinə və digər bölmələrə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər məlumatlara rast gəlinmədi. (Cild 1, i.v. 152- 168)

21. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş İİ №0068600 seriya nömrəli iş icazəsindən görünür ki, İran İslam Respublikası vətəndaşı SEİF X20na Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Nümayəndəliyində ortoped həkim vəzifəsində cərrahiyyə, diaqnostika və müalicə də daxil olmaqla 17 may 2022-ci il tarixdən 17 may 2023-cü il tarixədək tibbi fəaliyyəti həyata keçirmək icazəsi verilmişdir. (Cild 1, i.v 113)

22. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 18 dekabr 2022-ci il tarixli, 6/7085 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi..” Alprazolam 1”, “Alprazolam 0,5”, Klonazepam 1 mg”, “Oksazepam 10”...X5- imza; Şahid2- imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 3 ədəd konvalyutda “Alprokim...Alprazolam 1” əmtəə göstəriciləri olan açıq mavi rəngli elipps formalı 30 ədəd həblər- alprazolam tərkibli dərman preparatıdır və 30 ədəd həblərdə alprazolam təsiredici maddəsinin ümumi miqdarı- 0,03 qramdır (üzərindəki göstəricisinə əsasən bir həbdə 0,001 qram alprazolam olmaqla); 1 ədəd konvalyutda “Alprazolam 0,5” əmtəə göstəriciləri olan narıncı rəngli elipps formalı 10 ədəd həblər - alprazolam tərkibli dərman preparatıdır və 10 ədəd həblərdə alprazolam təsiredici maddəsinin ümumi miqdarı- 0,005 qramdır (üzərindəki göstəricisinə əsasən bir həbdə 0,0005 qram alprazolam olmaqla) ; 2 ədəd bütöv və 2 ədəd kəsilmiş konvalyutlarda “Klonazepam – Sobhan1 mg” əmtəə göstəriciləri olan Z/A yazı əlavəli yaşıl rəngli 60 ədəd həblər- klonazepam tərkibli dərman preparatıdır və 60 ədəd həblərdə klonazepam təsiredici maddəsinin ümumi miqdarı – 0,06 qramdır (üzərindəki göstəricisinə əsasən bir həbsə 0,001 qram klonazepam olmaqla); 3 ədəd konvalyutda “Oksazepam 10” ağ rəngli 30 ədəd həblər- oksazepam tərkibli dərman preparatıdır və 30 ədəd həblərdə oksazepam təsiredici maddəsinin ümumi miqdarı -0,03 qramdır (üzərindəki göstəricisinə əsasən bir həbdə 0,001 qram oksazepam olmaqla). 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş klonazepam, alprazolam və oksazepam tərkibli dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələr”in İİİ siyahısına daxildirlər. 30 ədəd 1 mg həb - 30 ədəd, tədqiqata sərf edildi: 3 ədəd, qalıq-27 ədəd; 10 ədəd 0,5 mg həb - 10 ədəd, tədqiqata sərf edildi: 1 ədəd, qalıq-9 ədəd; 60 ədəd 1 mg həb - 60 ədəd, tədqiqata sərf edildi: 6 ədəd, qalıq-54 ədəd; 30 ədəd 1 mg həb - 30 ədəd, tədqiqata sərf edildi: 3 ədəd, qalıq-27 ədəd; Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır. (Cild 1, i.v 64-68)

23. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 6/7102 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş dərman preparatlarından “Gabapentin” adlı və tərkibli dərman preparatı 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” daxildir və qabapentin təsiredici maddəsinin ümumi miqdarı 46 qram təşkil edir (qabapentin təsiredici maddəsinin ayrı-ayrılıqda miqdarı 1 saylı cədvəldə göstərilmişdir, bax cədvəl № 81-85). 1 saylı cədvəldə göstərilən digər dərman preparatları (bax cədvəl № 1-80) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildirlər. Hər növ dərman preparatından 1 həb (və ya kapsul) tədqiqata sərf edildi. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manatdır. (Cild 1, i.v. 174-181)

24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X10” X25 Baş Direktorunun 15 fevral 2023-cü il tarixli, 3-28-1/2-3706/2023 nömrəli məktubundan görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 92 adda vasitədən siyahısı hazırki məktuba əlavə olunmuş 75 adda vasitə (eləcə də “Alprazolam 1”, “Alprazolam (Alprokim) 0,5”, “Klonazepam 1mg”, “Oksazepam 10”, “Gabapentin 300”, “Gabapentin Shafa 300”, “Gabapentin Razak 100”, “Gabapentin Razak 300” və “Gabapentin Razak 100) dərman vasitəsi olmaqla dövlət reyestrində qeydiyyatları yoxdur. Eləcə də, qeyd olunan dərman vasitələrindən “Klonazepam” psixotrop tərkibli dərman vasitələri- epilepsiya əleyhinə istifadə edilən vasitə olub, uşaqlarda epilepsiya (əsasən, tipik və atipik kiçik epilepsiya tutmaları və birincili və ya ikincili yayılmış toniki-kloniki krizlər); Böyüklərdə epilepsiya (əsasən, fokal (kiçik) tutmalar); Paroksizmal qorxu sindromu, fobiyalar, məsələn, aqorafobiya qeyd olunan pasiyentlərdə qorxu vəziyyəti (18 yaşa qədər uşaqlara təyin edilə bilməz); Reaktiv psixozlar fonunda psixomotor oyanıqlıq vəziyyətinin müalicəsi zamanı, “Alprazolam” psixotrop tərkibli dərman vasitələri- Anksiolitik preparatlar qrupuna aid olub, depressiya ilə bağlı həyəcan və orta və ağır dərəcəli narahatlıq və həyəcanın qısamüddətli müalicəsi (preparatın istifadəsi, yalnız pozuntu ağır dərəcəli olduqda və ya insana həddindən artıq əziyyət verdikdə), “Gabapentin” dərman vasitələri – epilepsiya əleyhinə dərman maddəsi qrupuna aid olmaqla epilepsiya zamanı-böyüklərdə və 6 yaşdan yuxarı olan uşaqlarda ikincili yayılma və ya onsuz olan parsial qıcolmalarda köməkçi müalicəsi kimi, Periferik neyropatiya ilə əlaqədar olan ağrılar zamanı - böyüklərdə ağrılı diabetik neyropatiya kimi periferik diabetik neyropatiyaların müalicəsində və herpesdən sonrakı nevralgiyalarda istifadə olunur. Oksazepam psixotrop tərkibli dərman vasitələri isə bu tərkibdə dərman vasitəsi dövlət qeydiyyatında olmadığına görə müalicə təyinatı barədə məlumat vermək mümkün olmadığı qeyd olunmuşdur. “Dərman vasitələri haqqında” xx.xx.2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Məktubda siyahıya əlavə olunmuş digər vasitələrdən 12 adda vasitənin öz ölkəsində bioloji fəallığa malik qida əlavəsi hesab olunsa da, Azərbaycan Respublikasında bu məhsulların bioloji fəallığa malik qida əlavəsi hesab olunmadığı, 3 adda vasitənin isə öz ölkəsində tibbi vasitə hesab olunsa da, Azərbaycan Respublikasında bu məhsulların tibbi vasitə hesab olunmadığı qeyd olunmuşdur. (Cild 2, i.v. 63-69)

25. Azərbaycan Respublikası DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin rəisinin 34/151/000773 nömrəli, 10 yanvar 2023-cü il tarixli raportunda SEİF X20ndan aşkar olunmuş dərman vasitələrinin ölkə ərazisinə satış məqsədilə gətirildiyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirildiyi, lakin hər hansı məlumat əldə edilmədiyi qeyd olunmuşdur. (Cild 1, i.v. 189)

26. “Əşyanın maddi sübut kimi tanınması haqqında” 23 dekabr 2022-ci il tarixli qərardan və 27 dekabr 2022-ci il tarixli aktdan görünür ki, ƏN MEM-nin № 68 möhürü ilə möhürlənmiş kağız bağlamada olan 30 həb “Alprazolam 1”, 10 həb “Alprazolam 0,5”, 60 həb “Klonazepam 1mg” və 30 həb “Oksazepam 10” (ekspertiza tədqiqatına sərf olunduqdan sonra geriyə 27 həb “Alprazolam 1”, 9 həb “Alprazolam 0,5”, 54 həb “Klonazepam 1mg” və 27 həb “Oksazepam 10” qalan) dərman preparatları cinayət işi üzrə maddi sübut kimi tanınmaqla saxlanılması üçün Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. (Cild 1, 96-97; 134;)

27. “Əşyanın maddi sübut kimi tanınması haqqında” 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, tərkibində qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı 15 qram təşkil edən 5 konvalyutda 50 kapsul “Gabapentin 300”, tərkibində qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı 9 qram təşkil edən 3 konvalyutda 30 kapsul “Gabapentin Shafa 300”, tərkibində qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı 14 qram təşkil edən 14 konvalyutda 140 kapsul “Gabapentin Razak 100”, tərkibində qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı 3 qram təşkil edən 1 konvalyutda 10 kapsul “Gabapentin Razak 300” və tərkibində qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı 5 qram təşkil edən 5 konvalyutda 50 kapsul “Gabapentin Razak 100” dərmanları olmaqla, ümumilikdə qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 46 qram təşkil edən və ekspertiza tədqiqatına sərf olunduqdan sonra geriyə 49 kapsul “Gabapentin 300”, 29 kapsul “Gabapentin Shafa 300”, 139 kapsul “Gabapentin Razak 100”, 9 kapsul “Gabapentin Razak 300”, 49 kapsul “Gabapentin Razak 100” qalan dərman preparatları cinayət işi üzrə maddi sübut kimi tanınmaqla saxlanılması üçün Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmişdir. (Cild 2, 82-84;)

28. X26 və Səhiyyə Xidməti tərəfindən verilmiş 7 yanvar 2023-cü il tarixli məşğulluq haqqında arayışdan görünür ki, SEİF X20 elmi heyətin üzvü kimi 14 noyabr 2009-cu il tarixdən X26 və Səhiyyə Xidməti Universitetinin nəzdində “İmam Xomeyni” xəstəxanasında təhsil və müalicə xidmətləri göstərmişdir. (Cild 1, i.v 222;)

29. Tehran Vilayətinin Sağlamlıq Sığortası Baş İdarəsinin Baş Direktoru Dr.Əlirza Namazi tərəfindən verilmiş 7 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Əkrəm Abbaspur dr TOHİD SEİF BARGHİNİN müayinəsi ilə yoxlama kodu 73802 elektron formada 8 dekabr 2022-ci il tarixdə qeydiyyata alınıb və altı növ dərman İmam Xomeyni aptekindən qəbul olunmuşdur. (Cild 1, i.v 224;)

30. İran İslam Respublikasının Tibb Təşkilatının Baş Ditrektoru və Baş Sədrin müşaviri Dr. Riza Laripur tərəfindən verilmiş 23 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, SEİF X20 ixtisaslaşdırılmış sahəsinə uyğun olaraq, dərman reseptlərinin sayından asılı olmayaraq qaydalara uyğun şəkildə Alprazolam, Gabapentin, Klonazepam və Oxazepam dərman vasitələrini təyin etmək hüququna malikdir. (Cild 1, i.v 226;)

31. İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Klinikasının Baş həkimi Səid Kənani tərəfindən verilmiş 7 fevral 2023-cü il tarixli arayışdan görünür ki, SEİF X20 hazırda İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Klinikasının qonaq otağında qalır. (Cild 2, i.v 17;)

32. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair 26 dekabr 2022-ci il tarixli tələbnamənin cavabından görünür ki, SEİF X20 əvvəllər məhkum olunmamışdır. (Cild 1, i.v 147)

33. Təqsirləndirilən şəxs SEİF X20nun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən fars, ingilis və sair dillərdən Azərbaycan dilinə tərcümə olunmaqla məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, SEİF X20 İran İslam Respublikasının X26 Universitetinin tibb elmləri üzrə professoru olmaqla, həmçinin Asiya Futbol Konfederasiyasının Tibb Komitəsinin 2026-cı ilədək idarə heyətinin üzvüdür. Eyni zamanda, SEİF X20nun FİFA və Asiya Futbol Konfederasiyası tərəfindən Asiya qitəsi üzrə 3-cü lisenziyalı idman həkimi kimi səhiyyə, futbol təbabəti, psixologiya və tibb sahəsində çoxsaylı elmi məqalələri dünyanın nüfuzlu elmi jurnallarında dərc edilmiş, o, çoxsaylı elmi məhsulun istehsalında (kitab, film və proqram təminatının dizaynı və yaradılmasında) iştirak etmiş, habelə 2022-ci ildə Asiyanın ən yaxşı idman təbabətinin bürünc medalı və 2023-cü ildə FİFA və AFC-nin Doha-Qətərdə keçirilən 7-ci Konqresində (şəxsi səbəblərdən Konqresdə iştirak edə bilməmişdir) tibbi bürünc lövhə və medalla, həmçinin digər çoxsaylı milli və beynəlxalq mükafatlarla təltif olunmuşdur. (Cild 2, i.v 51- 122;)

34. Təqsirləndirilən şəxs SEİF X20nun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqdim edilmiş İran İslam Respublikasına məxsus olan Z55990652 və Z55990653 seriyalı pasportların surətlərindən görünür ki, SEİF X20nun 1 sentyabr 2008 və 6 may 2007-ci il təvəllüdlü müvafiq olaraq NİKA və SARA adlı iki qızı vardır. (Cild 2, i.v 123;)

Əməlin tövsifi və digər hüquqi məsələlər:

35. SEİF X20 həm məhkəmə, həm də məhkəməyədək icraat dövründə ifadələrində ixtisasca ortoped idman həkimi olmaqla İran İslam Respublikasının Tehran şəhərində və Bakı şəhərində yerləşən “İran klinikası”nda həkim kimi fəaliyyət göstərdiyini, ondan aşkar olunmuş psixotrop tərkibli alprazolam, klonazepam və oksazepam dərman preparatlarını İran İslam Respublikasının Tehran şəhərində qohumu Əkrəm Abbaspurun adına yazdığı “elektron resept” əsasında özünün əldə etdiyini, həmin dərmanlardan bir miqdarını Bakı şəhərində yaşayan əvvəllər müayinə etdiyi xəstəsi olan Solmaz Niftaliyeva üçün sonuncunun müalicəsi məqsədilə gətirdiyini bildirmişdir.

36. SEİF X20nun ixtisasca ortoped həkim olmaqla bu sahə üzrə fəaliyyət göstərməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, SEİF X20 ixtisasca həkim olması ilə əlaqədar İran İslam Respublikasında başqa şəxsin adına yazdığı elektron resept əsasında psixotrop dərmanlar əldə edərək onların bir qismini saxlayıb daşıyaraq ölkə ərazisinə Azərbaycan Respublikası vətəndaşı X6 üçün gətirmişdir.

37. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli Qanunlarının tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

38. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 959 №-li Qanunun 1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür.

39. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının 22 dekabr 2006-cı il tarixli 208-İİİQ nömrəli Qanununun 13.4-cü maddəsinə əsasən, həkim resepti əsasında buraxılan dərman vasitələrinin on dörd yaşı tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxılması qadağandır.

40. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması” qaydalarının 1-ci maddəsinə əsasən, resept əsasında yalnız Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış dərman vasitələri buraxılır və bu qaydaların tələblərinə uyğun olmayan reseptlər etibarsız sayılır və onlar üzrə aptek təşkilatlarından dərman vasitələri buraxılmır. Dövriyyəsinə nəzarət edilən narkotik tərkibli dərman preparatlarına və psixotrop maddələrə tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 57 nömrəli qərarı ilə müəyyən edilir.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 57 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 8-ci maddəsinə əsasən - psixotrop dərman preparatları üçün resept nüsxələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi formada, bütün bölmələri aydın xətlə doldurulmaqla latın və ya Azərbaycan dilində yazılmalıdır. Psixotrop dərman preparatlarına aid yazılmış reseptlər 15 gün müddətinə etibarlıdır. Miqdarı barədə hesabatı aparılan psixotrop dərman preparatları üçün müalicəprofilaktika müəssisəsinin ştampı, möhürü və müalicə edən həkimin möhürü və imzası ilə təsdiq edilmiş resept nüsxəsi yazılmalıdır. Bir resept nüsxəsinə yalnız 1 psixotrop dərman preparatı yazılmalıdır. Fərdi tibbi fəaliyyəti ilə məşğul olan psixiatrlara psixotrop dərman preparatlarına aid güzəştli reseptlər yazmaq qadağandır. Bir terapevtik dozadan artıq psixotrop dərman preparatı təyin edilərsə, həmin miqdar yazılmalı və sonunda nida işarəsi qoyulmalıdır. Xroniki xəstələrə psixotrop dərman preparatları üçün resept nüsxəsi 1 ay müddətinə yazıla bilər. Bu halda reseptdə "xüsusi göstəriş" sözləri yazılmalı, həkimin imzası ilə və müalicə müəssisəsinin möhürü ilə təsdiq edilməlidir.

42. Göründüyü kimi, qanunvericilikdə psixotrop tərkibli dərman vasitələrinə dair resept yazılmasının xüsusi qaydası müəyyən edilmiş, eləcə də, hər bir psixotrop dərman vasitəsi üçün 1 resept nüsxəsi yazılmalı olduğu, qüvvədə olma müddəti isə 15 gün müəyyən edilmişdir (xroniki xəstələr üçün nəzərdə tutulan resept nüsxəsi 1 ay müəyyən edilmişdir).

43. SEİF X20nun Azərbaycan Respublikasında başqa şəxs üçün gətirdiyi psixotrop tərkibli alprazolam, klonazepam və oksazepam dərmanlarını ixtisasca həkim olmasına görə İran İslam Respublikasında başqa şəxsin adına yazdığı “elektron resept” kimi adlandırdığı 1 sənəd əsasında 8 dekabr 2022-ci il tarixdə əldə etməsi yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə görə də, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla əldə edilmə, yəni qanunsuz əldə edilmə, eləcə də qanunsuz saxlama və daşınma kimi qiymətləndirilmişdir. Həmçinin, SEİF X20nun özünün də ifadələrində təsdiq etdiyi kimi, Azərbaycan Respublikası vətəndaşının adına resept yazsa idi, həmin psixotrop tərkibli dərmanları əldə edə bilməyəcəyindən başqa şəxsin adına elektron resept yazmaqla həmin dərmanları qanunsuz olaraq əldə etmiş, bununla da cinayəti şüurlu surətdə törətmiş və bunu arzu etmişdir.

44. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi islehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİ siyahısı əsasında tənzimlənir. Həmin siyahının 3, 44 və 80-ci bəndlərinə əsasən, müvafiq olaraq alprazolam psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,03 qram, külli miqdarı 0,1 qram, klonazepam psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,1 qram, külli miqdarı 1 qram, oksazepam psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı 1,5 qram, külli miqdarı 10 qram təşkil edir.

45. Bu halda, SEİF X20nun əldə etdiyi alprazolam psixotrop maddəsinin ümumi miqdarı 0,035 qram (0,03+0,005) şəxsi istehlak miqdarından artıq miqdardadır və külli miqdar təşkil etmir, klonazepam psixotrop maddəsi (0,06 qram) və oksazepam psixotrop maddəsinin (0,03 qram) miqdarları isə şəxsi istehlak miqdarındadırlar.

46. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədilə əldə olunması, saxlanılması və daşınması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü maddəsi, həmin maddələrin qaçaqmalçılığı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur.

47. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində cinayətin məqsədi dispozisiyada konkret olaraq cinayət tərkibinin zəruri əlaməti kimi nəzərdə tutulmuşdur. Belə ki, həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən narkotik vasitələri qanunsuz əldə etmə, saxlama, daşıma və ya göndərmə əməlləri satış məqsədi ilə törədildikdə həmin maddə (maddələr) ilə cinayət məsuliyyətinə səbəb olur.

48. Başqa sözlə, qanunverici Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasında şəxsi istehlak miqdarını məqsədli şəkildə müəyyən etməməklə törədilən cinayətin ictimai təhlükəliliyinin şəxsi istehlak miqdarının həcmi ilə birbaşa və dolayı yolla əlaqəli olmaması mövqeyindən çıxış etmişdir.

49. SEİF X20ndan aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrinə münasibətdə isə əməlin tövsifi ilə bağlı qeyd olunmalıdır ki, hökmün 23-cü bəndində göstərildiyi kimi SEİF X20ndan ümumilikdə qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, yəni 46 qram təşkil edən müxtəlif göstəricili qabapentin güclü təsir edən tərkibli dərman preparatları aşkar edilərək götürülmüşdür.

50. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısının” 37-1-ci bəndinə əsasən, “Qabapentin” güclü təsir edən maddəsinin külli miqdarı 5 qram təşkil edir. Həmin siyahıya əsasən SEİF X20nun əldə etdiyi dərmanların tərkibində “Qabapentin” güclü təsir edən maddəsinin təsiredici miqdarı 46 (qırx altı) qram təşkil etməklə külli miqdardadır.

51. Məhkəmə istintaqı zamanı SEİF X20 ifadəsində ondan aşkar olunmuş güclü təsir edən tərkibli “Qabapentin” dərman preparatlarının ona 2022-ci il dekabr ayının əvvəllərində İran İslam Respublikasının Tehran şəhərində xeyriyyə məqsədilə gətirilib verildiyini və o da həmin dərmanları Bakı şəhərində klinikada ona müraciət edəcək xəstələrə ağrıkəsici kimi vermək məqsədilə gətirdiyini bildirmişdir. Lakin “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 2003-cü il 23 dekabr tarixli, 565-İİQ №-li Qanununa əsasən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına daxildir.

52. Halbuki, SEİF X20 ümumilikdə 28 konvalyutda 280 ədəd güclü təsir edən dərman preparatlarını Azərbaycan Respublikasının qanunvericiliyində göstərilmiş norma və tələblərin şərtlərini pozaraq qanunsuz şəkildə əldə etmişdir.

53. Bundan başqa, SEİF X20 tərəfindən təqdim edilmiş İran İslam Respublikasının Tibb Təşkilatından verilmiş arayışda onun ixtisaslaşdırılmış sahəsinə uyğun olaraq, dərman reseptlərinin sayından asılı olmayaraq qaydalara uyğun şəkildə Alprazolam, Gabapentin, Klonazepam və Oxazepam dərman vasitələrini təyin etmək hüququna malik olduğu qeyd olunmuşdur. Qeyd olunan arayışdan da göründüyü kimi, İran İslam Respublikasında da Alprazolam, Gabapentin, Klonazepam və Oxazepam dərman preparatlarının əldə edilməsinin xüsusi qaydası müəyyən edilmişdir. Həmçinin, SEİF X20nun həmin dərman preparatlarını təyin etmək hüququ qeyd olunan dərmanları əldə etmək hüququndan fərqli anlayış olmaqla, bir daha təsdiq edir ki, sonuncu həkim fəaliyyətindən istifadə etməklə psixotrop və güclü təsir edən tərkibli dərmanları qanunsuz əldə etmişdir.

54. Güclü təsir edən maddələrin qanunsuz olaraq satış məqsədilə əldə olunması, saxlanılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur.

55. Həmin Məcəllənin 240-cı maddəsində cinayətin məqsədi dispozisiyada konkret olaraq cinayət tərkibinin zəruri əlaməti kimi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının CM-in 240.1-ci maddəsinə əsasən (CM-in 240.3.2-ci maddəsinə müvafiq olaraq isə külli miqdarda) güclü təsir edən maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə əməlləri satış məqsədi ilə törədildikdə həmin maddə (maddələr) ilə cinayət məsuliyyətinə səbəb olur.

56. Məhkəmə istintaqı zamanı işin faktiki halları ilə müəyyən olundu ki, SEİF X20 ondan aşkar olunmuş psixotrop və güclü təsir edən tərkibli dərman preparatlarını, eləcə də digər dərmanları şəxsi istifadəsi üçün yox, başqa şəxslər üçün gətirmişdir. Başqa sözlə, SEİF X20ndan aşkar olunaraq götürülmüş dərman vasitələri sonuncu tərəfindən müxtəlif şəxslərə maddi və sair maraq müqabilində təhvil verilmək məqsədilə gətirilmiş, dolayısı ilə qeyd olunan psixotrop, güclü təsir edən tərkibli və digər dərman vasitələri onun tərəfindən satış məqsədilə əldə olunmuşdur. Burada sair maraq özündə həm də onu ehtiva edir ki, SEİF X20 müalicə və müayinə məqsədilə ona müraciət edən şəxslərə dövriyyəsinə nəzarət edilən və dövriyyəsi məhdudlaşdırılmış dərmanları verməklə ona müraciət edən pasiyentlərin ondan razı qalmaları kimi şəxsi maraqlarının təmin edilməsi məqsədini güdmüşdür.

57. SEİF X20ndan aşkar olunmuş psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı ilə bağlı qeyd olunmalıdır ki, qüvvədə olan qanunvericilik aktlarına görə psixotrop və güclü təsir edən maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş” Qaydaların 1.5-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişləri ödənilir. Həmin Qaydaların 1.6-cı maddəsinə görə, gömrük sərhəd buraxılış məntəqələrində Gömrük Məcəlləsinin 214cü və 215-ci maddələri, Azərbaycan Respublikasının “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında“, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında“, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında“, “Aviasiya haqqında“ qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilir. Həmin siyahılarda malların gətirilməsi və ya aparılmasına qadağa qoyan, yaxud məhdudlaşdıran qanunun və digər normativ hüquqi aktların adı, qəbul edilmə tarixi və müvafiq maddəsi (bəndi) əks etdirilir. 58.“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Qanununa əsasən, alprazolam, klonazepam və oksazepam psixotrop tərkibli maddələr (dərmanlar da daxil olmaqla) Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına (İİİ siyahıya) daxildir.

59. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş” Qaydalarının 2.1.7-ci bəndinə əsasən, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların” siyahısına dair 1 nömrəli Əlavəsinin 1-ci bəndinə əsasən, bu Qaydalarla müəyyən edilmiş hədlərdən artıq və ya bu Qaydaların şərtlərinə uyğun olmayan mallar gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməlidir.

60. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 57 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 7.1-ci maddəsinə əsasən, psixotrop maddələrin idxalı, ixracı və dövriyyəsi əczaçılıq fəaliyyəti ilə məşğul olan dövlət və lisenziyalaşdırılmış qeyridövlət təşkilatları tərəfindən həyata keçirilir. Qanunvericilik aktlarından da göründüyü kimi, şəxsi istifadə üçün nəzərdə tutulmayan, dövriyyəsinə nəzarət edilən, dövriyyəsi məhdudlaşdırılmış dərman vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən mütləq qaydada yazılı formada bəyan edilməlidir. Lakin məhkəmə istintaqı zamanı müəyyən edildi ki, SEİF X20 əvvəlcədən baqaj yüklərinin içərisində olan dərman preparatları barədə elektron və yazılı qaydada heç bir məlumat verməmiş, əşyalarına “Terminal 1 X23” gömrük postunda quraşdırılan rentgen qurğusu vasitəsilə keçirilən yoxlama zamanı, qurğunun monitorunda baqaj və əl yüklərinin içərisində dərman preparatlarının təsvirləri görünmüş və beləliklə, SEİF X20ndan bu barədə soruşulduqda o, çıxılmaz vəziyyətdə qalaraq ona məxsus olan çamadanların və bel çantasının içərisində dərman preparatlarının olduğu barədə ümumiləşdirilmiş qaydada şifahi məlumat vermiş, lakin konkret olaraq hansı növdə olan dərman preparatları barədə, bundan başqa, psixotrop və güclü təsir edən tərkibli dərmanlar barədə məlumat verməmişdir.

61. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi həmin maddədə nəzərdə tutulan cinayət məsuliyətinə səbəb olur. Qaçaqmalçılıq cinayətinin törədilmə üsullarından biri də sadalanan predmetlərin Azərbaycan Respublikası gömrük sərhəddindən bəyan etməməklə keçirilməsidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.15-ci maddəsinə əsasən gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər nəzərdə tutulur.

62. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli Qərarına əsasən, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-in 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-in 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Həmin qərara əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-in 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-in 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil.

63. Gömrük sərhədindən keçirilmə anlayışı ilə bağlı nəzərə almaq lazımdır ki, malların və digər əşyaların gömrük ərazisinə gətirilməsi dedikdə, onların gömrük sərhədindən keçirilməsi, bu mallar və digər əşyalarla bağlı onların buraxılmasınadək və maraqlı şəxslərə həmin mallara və digər əşyalara dair sərəncam vermək (onlardan istifadə etmək) icazəsi verilənədək gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş müvafiq hərəkətlərin edilməsi başa düşülür. Buna görə, malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi zamanı sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə törədilmiş qaçaqmalçılıq bu cinayətin qeyd olunan qeyri-qanuni üsullardan biri ilə törədilməsinin, o cümlədən, gömrük orqanına qeyd olunmuş sənədlərin daxili gömrük tranziti, malların gömrük proseduruna salınması və ya malların və digər əşyaların buraxılması ilə bağlı gömrük prosedurunun həyata keçirilməsi prosesində təqdim edilməsi zamanı bu faktın aşkarlandığı və bunun qarşısının alındığı andan başa çatmış hesab edilir. 64.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır.

65. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə SEİF X20nun psixotrop maddə və həmçinin külli miqdarda güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı cinayətlərinin törədilməsində iştirakının müəyyən olunması həmin əməllərin onun tərəfindən törədildiyini təsdiq edir. Məhkəmə istintaq zamanı SEİF X20 ifadəsində psixotrop və güclü təsir edən tərkibli dərmanları qazanc məqsədilə gətirmədiyini, bundan başqa “Qabapentin” dərmanlarının xüsusi resept əsasında verilə bilən güclü təsir edən tərkibli dərman vasitələri olmasından məlumatının olmadığını göstərmişdir. Lakin iş materialları ilə TOHİD SEİF BARGHİnin ifadəsində göstərdiyi həmin hallar öz təsdiqini tapmır.

66. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 17.2ci maddəsinə əsasən bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır.

67. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

68. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, müvafiq olaraq təsnifata görə az ağır (CM-in 206.2 və 234.2-ci maddələri) və ağır (CM-in 240.3.2-ci maddəsi) cinayətlər kateqoriyasına aid edilir.

69. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

70. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

71. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir gəlir ki, SEİF X20nun hərəkətlərində Azərbaycan Respublikasının CM-in 206.2, 234.2 və 240.3.2ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, SEİF X20 Azərbaycan Respublikasının CM-in 206.2, 234.2 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəza təyin edilməsi və digər həll edilən məsələlər

72. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 9.2-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

73. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

74. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

75. CM-in 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz.

76. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hökmün 73-cü bəndində qeyd edilən Ali Məhkəmənin Plenumunun qərarının 1-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”.

77. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ 12 yanvar 1999cu il tarixli qərarında göstərilmişdir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

78. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxs SEİF X20nun ibtidai istintaq orqanı ilə həqiqətin müəyyən edilməsində fəal əməkdaşlıq etməsini, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı səmimi ifadələr verməsini, ibtidai və məhkəmə istintaqı zamanı davranışını, törətdiyi əməldən peşmanlıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, tibb elmləri üzrə professor elmi dərəcəsində olmasını, FİFA və Asiya Futbol Konfederasiyası tərəfindən Asiya qitəsi üzrə lisenziyalı beynəlxalq idman həkimlərindən biri olmasını, səhiyyə, futbol təbabəti, psixologiya və tibb sahəsində çoxsaylı elmi məqalələrinin nüfuzlu elmi jurnallarda dərc edilməsini, yüzdən çox elmi məhsulun istehsalında (kitab, film və proqram təminatının dizaynı və yaradılmasında) iştirak etməsini, 2022-ci ildə Asiyanın ən yaxşı idman təbabətinin bürünc medalı və 2023cü ildə isə FİFA və AFC-nin Doha-Qətərdə keçirilən 7-ci Konqresində tibbi bürünc lövhə və medalla, həmçinin digər çoxsaylı milli və beynəlxalq mükafatlarla təltif olunmasını, Azərbaycan Respublikasında tibb fəaliyyəti ilə məşğul olduğu dövrdə yüzlərlə pasiyentin müayinə və müalicəsini həyata keçirməsini, ailə vəziyyətini, şəxsiyyətini və törətdiyi cinayət əməlinə münasibətini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

79. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs SEİF X20nun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır.

80. Hökmün 61-ci bəndində təsvir edildiyi kimi CM-in 206.2-ci maddəsində göstərilən əməlləri törətməyə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

81. CM-in 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum cəzası nəzərdə tutulmuşdur.

82. CM-in 240.3.2-ci maddəsində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satmağa görə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum cəzası nəzərdə tutulmuşdur.

83. Lakin məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən onun ittiham olunduğu maddələrin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəzanın nəzərdə tutulmasına baxmayaraq, hökmün 72-79-cu bəndlərində şərh edilən qanunvericiliyin tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almaqla yanaşı, eyni zamanda təqsirləndirilən şəxsin barəsində olan cəzanı yüngülləşdirən ayrı-ayrı halları, xüsusilə, tibb elmləri üzrə professor elmi dərəcəsində olmasını, FİFA və Asiya Futbol Konfederasiyası tərəfindən Asiya qitəsi üzrə lisenziyalı beynəlxalq idman həkimlərindən biri olmasını, Azərbaycan Respublikasında tibb fəaliyyəti ilə məşğul olduğu dövrdə yüzlərlə pasiyentin təmannasız müayinə və müalicəsini həyata keçirməsini, habelə törətdiyi cinayət əməlinə münasibətini, ona təyin ediləcək cəzanın ona və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alaraq təqsirləndirilən şəxs SEİF X20 barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə sonuncuya təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü, yəni cərimə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir.

84. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X7rşı, § 26).

85. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs SEİF X20 barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü, yəni cərimə cəzasının təyin edilməsi CM-in cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə də uyğundur. 86.“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin.

87. CM-in 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2ci bəndində qeyd olunmuşdur ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.

88. Məhkəmə, təqsirləndirilən şəxs SEİF X20na cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə barəsində olan yüngülləşdirici halları məcmu halda, eləcə də tibb elmləri üzrə professor elmi dərəcəsində olmasını, FİFA və Asiya Futbol Konfederasiyası tərəfindən Asiya qitəsi üzrə lisenziyalı beynəlxalq idman həkimlərindən biri olmasını, Azərbaycan Respublikasında tibb fəaliyyəti ilə məşğul olduğu dövrdə yüzlərlə pasiyentin müayinə və müalicəsini təmannasız həyata keçirməsini müstəsna hal kimi nəzərə alaraq barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini və təqsirləndirildiyi hər bir maddədə müəyyən ediləndən daha yüngül cəza növü, yəni cərimə cəzasının təyin edilməsinin cəzanın məqsədlərinə cavab verəcəyi qənaətinə gəlir.

89. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir.

90. CM-in 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur.

91. Məhkəmə cəzanın həddi ilə bağlı məsələni də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs SEİF X20na CM-in 44.2-ci maddəsində müəyyən edilmiş cərimə cəzasının ən yuxarı həddində, yəni iyirmi min manat miqdarında təyin edilməsi cəzanın məqsədinə nail olunması prinsiplərinə zidddir.

92. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun tibb elmləri üzrə professor elmi dərəcəsində olmasını, FİFA və Asiya Futbol Konfederasiyası tərəfindən Asiya qitəsi üzrə lisenziyalı beynəlxalq idman həkimlərindən biri olmasını, səhiyyə, futbol təbabəti, psixologiya və tibb sahəsində çoxsaylı elmi məqalələrinin nüfuzlu elmi jurnallarda dərc edilməsini, yüzdən çox elmi məhsulun istehsalında (kitab, film və proqram təminatının dizaynı və yaradılmasında) iştirak etməsini, Azərbaycan Respublikasında tibb fəaliyyəti ilə məşğul olduğu dövrdə yüzlərlə pasiyentin müayinə və müalicəsini təmannasız həyata keçirməsini nəzərə alaraq hesab edir ki, SEİF X20na onun təqsirli bilindiyi CM-in 206.2, 234.2 və 240.3.2-ci maddələrinin hər birinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü, yəni cərimə cəzasının təyin edilməsi, daha sonra CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə ona hazırki iş üzrə təyin ediləcək cərimə cəzalarının qismən toplanılmaqla qəti olaraq CM-in 44.2-ci maddəsində müəyyən edilmiş cərimə cəzasının orta həddində təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

93. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı SEİF X20 7 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 2, i.v. 52-53;)

94. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs SEİF X20nun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

95. CM-in 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.

96. Təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edən məhkəmə hesab edir ki, İran İslam Respublikasının vətəndaşı SEİF X20na cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası da təyin edilməlidir.

97. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, CM-in 99-1.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.

98. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99- 1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirə edilə bilinəcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tətbiq edilməməlidir.

99. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan - tərkibində alprazolam psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı 0,03 qram təşkil edən 3 konvalyutda 30 həb “Alprazolam 1”, tərkibində alprazolam psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı 0,005 qram təşkil edən 1 konvalyutda 10 həb “Alprazolam 0,5”, tərkibində klonazepam psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı 0,06 qram təşkil edən 4 konvalyutda 60 həb “Klonazepam 1mg” və tərkibində oksazepam psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı 0,03 qram təşkil edən 3 konvalyutda 30 həb “Oksazepam 10” dərman preparatlarının ekspertiza tədqiqatından sonra qalıq qalan 27 həb “Alprazolam 1”, 9 həb “Alprazolam 0,5”, 54 həb “Klonazepam 1mg” və 27 həb “Oksazepam 10” dərman preparatları və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan tərkibində qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı 15 qram təşkil edən 5 konvalyutda 50 kapsul “Gabapentin 300”, tərkibində qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı 9 qram təşkil edən 3 konvalyutda 30 kapsul “Gabapentin Shafa 300”, tərkibində qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı 14 qram təşkil edən 14 konvalyutda 140 kapsul “Gabapentin Razak 100”, tərkibində qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı 3 qram təşkil edən 1 konvalyutda 10 kapsul “Gabapentin Razak 300” və tərkibində qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı 5 qram təşkil edən 5 konvalyutda 50 kapsul “Gabapentin Razak 100” dərmanları olmaqla, ümumilikdə qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 46 qram təşkil edən və ekspertiza tədqiqatından sonra qalıq qalan 49 kapsul “Gabapentin 300”, 29 kapsul “Gabapentin Shafa 300”, 139 kapsul “Gabapentin Razak 100”, 9 kapsul “Gabapentin Razak 300”, 49 kapsul “Gabapentin Razak 100” dərman preparatları məhv edilməli, 2 (iki) ədəd “DVD” və 1 (bir) ədəd CD formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.

100. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

101. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs SEİF X20ndan məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 506 (beş yüz altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

102. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

103. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. 104.Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. 105.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: SEİF X20 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2, 234.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə SEİF X20na həmin Məcəllənin 206.2-ci maddəsi ilə 5000 (beş min) manat miqdarda cərimə cəzası, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə SEİF X20na həmin Məcəllənin 234.2ci maddəsi ilə 6000 (altı min) manat miqdarda cərimə cəzası və barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə SEİF X20na həmin Məcəllənin 240.3.2-ci maddəsi ilə 8000 (səkkiz min) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən SEİF X20na təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 10000 (on min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək SEİF X20 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsinə müvafiq olaraq SEİF X20 cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 27 həb “Alprazolam 1”, 9 həb “Alprazolam 0,5”, 54 həb “Klonazepam 1mg” və 27 həb “Oksazepam 10” dərman preparatları və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 49 kapsul “Gabapentin 300”, 29 kapsul “Gabapentin Shafa 300”, 139 kapsul “Gabapentin Razak 100”, 9 kapsul “Gabapentin Razak 300”, 49 kapsul “Gabapentin Razak 100” dərman preparatları məhv edilsin, 3 (üç) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 506 (beş yüz altı) manat məbləğində ekspertiza xərci SEİF X20ndan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, xüsusi müsadirə olunmalı əmlakın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar