Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1086/2025 26.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X29 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Salminaz Akhmedovanın, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, X7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Caşxunova (Əsədullayeva) Gülsüm Arif qızının və Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs5 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Nümayəndə1, Zərərçəkmiş şəxs6 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Fides» Vəkil Bürosunun vəkili Nümayəndə2, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Çərkəz oğlunun və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Bərdə rayonu, Yeni Daşkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3 və 179.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeydindən istifadə etməklə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, habelə ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar talayaraq mənimsəmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı Zərərçəkmiş şəxs1 lombard krediti götürmək üçün qulluq mövqeyinə görə ona girov qoyaraq etibar etdiyi 4 qram çəkidə, 585 əyarlı 320 manat dəyərində bir cüt qızıl sırğanı, habelə 585 əyarlı, üç qram çəkidə 240 manat dəyərində bir ədəd qızıl üzüyü, ağ qızıldan olan 585 əyarlı, ümumi 21 qram çəkidə 1680 manat dəyəri olan bir ədəd boyunbağı, bir cüt qızıl sırğa, bir ədəd qızıl üzük və bir ədəd qızıl qolbaqdan ibarət ümumi 2240 manat dəyərində qızıl əşyalarını xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən lombardda ondan almış, sonuncu götürdüyü lombard kreditini tam şəkildə ödəməsinə baxmayaraq, o, 2240 manat dəyərində qızıl əşyalarını talama məqsədi ilə geri qaytarmayıb ona etibar edilmiş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə talayaraq mənimsəmişdir. 3.Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı Zərərçəkmiş şəxs2 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda verdiyi pulun müəyyən faizi məbləğində hər ay qazanc kimi ona pul verəcəyini vəd verib aldadaraq 2 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidə 6000 manat, xx.xx.2022-ci il tarixdə bank kart hesabı vasitəsi ilə 800 manat, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən lombardda əlbəəl 2000 manat, xx.xx.2022-ci il tarixdə yenə də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 2 ünvanında yerləşən lombardda əlbəəl 2000 manat, xx.xx.2022-ci il tarixdə bank kartı hesabı vasitəsi ilə 1680 manat, xx.xx.2022ci il tarixdə bank kartı hesabı vasitəsi ilə 1000 manat, xx.xx.2023-cü il tarixdə bank kart hesabı vasitəsi ilə 3000 manat, xx.xx.2023-cü il tarixdə bank kart hesabı vasitəsi ilə 440 manat, 2023-cü ilin iyun ayında ünvan 3 ünvanda yerləşən lombardda əlbəəl 4000 manat, xx.xx.2023-cü il tarixdə bank kartı hesabı vasitəsi ilə 558 manat, xx.xx.2023-cü il tarixdə bank kartı hesabı vasitəsi ilə 800 manat olmaqla vahid niyyətlə ümumilikdə 22778 (iyirmi iki min yeddi yüz yetmiş səkkiz) manat pul alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 4.Bundan başqa, Təqsirləndirilən şəxs lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı Zərərçəkmiş şəxs3 lombard krediti götürmək üçün xx.xx.2022-ci il tarixli,058093 nömrəli, xx.xx.2022-ci il tarixli 058094 nömrəli girov biletləri, həmçinin 971938 nömrəli və 971945 nömrəli kassa mədaxil orderləri əsasında girov qoyaraq qulluq mövqeyinə görə ona etibar etdiyi xx.xx.2022-ci il tarixdə 4 qram çəkidə,750 əyarlı 440 manat dəyəri olan bir ədəd qızıl üzük və hər biri 2 qram olan 585 əyarlı 320 manat dəyərində iki ədəd qızıl boyunbağı, 2022-nin oktyabr ayının sonlarında 25 qram çəkidə, 750 əyarlı, 2750 manat dəyərində bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl qolbağ, xx.xx.2022-ci il tarixdə ümumi 12 qram çəkidə, 585 əyarlı, ümumi 960 manat dəyərində bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa və bir ədəd qızıl klon, 750 əyarlı, 25 qram çəkidə, 2750 manat dəyərində bir ədəd qızıl qolbağ, xx.xx.2022-ci il tarixdə - 585 əyarlı 4 qram çəkidə 320 manat dəyərində iki ədəd qızıl üzük və bir cüt qızıl sırğa, 13 dekabr 2022-ci il tarixdə 4 qram çəkidə, 750 əyarlı, 440 manat dəyərində bir cüt qızıl sırğa, 25 fevral 2023-ci il tarixdə 8 qram çəkidə, 750 əyarlı, 880 manat dəyərində bir ədəd qızıl boyunbağı və qızıl klon olmaqla vahid niyyətlə ümumilikdə 8860 (səkkiz min səkkiz yüz altmış) manat dəyərində qızıl-zinət əşyalarını Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 2 ünvanında yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə ondan almış, sonuncu götürdüyü lombard kreditini tam şəkildə ödəməsinə baxmayaraq, o, 8860 manat dəyərində qızıl əşyalarını talama məqsədi ilə geri qaytarmayıb öz ehtiyacları üçün sərf edərək ona etibar edilmiş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla talayaraq təkrar mənimsəmişdir. 5.Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı Salminaz Akhmedovaya öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda verdiyi pulun müəyyən faizi məbləğində hər ay qazanc kimi ona pul ödəyəcəyini vəd verib aldadaraq ondan vahid niyyətlə 27 dekabr 2022-ci il tarixdə 1500 manat, 15 mart 2023-cü il tarixdə 1000 manat, 15 aprel 2023-cü il tarixdə 1000 manat,28 aprel 2023-cü il tarixdə 1200 manat, 04 iyul 2023-cü il tarixdə 1500 manat pulu “Kapital Bank” aid özünə məxsus bank kartı hesabına mədaxil etdirmək yolu ilə, 2023-cü ilin may ayında işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, S.Mehmandarov küçəsində yerləşən lombardda əlbəəl 6000 (altı min) manat, 2023-cü ilin iyul ayının ortalarında işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, S.Mehmandarov küçəsində yerləşən lombardda əlbəəl 6000 manat olmaqla, ümumilikdə 18200 manat pul alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs Salminaz Akhmedovaya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 6.Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı Zərərçəkmiş şəxs5 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda verdiyi pulun və ya qızılın dəyərinin müəyyən faizi məbləğində hər ay qazanc kimi ona pul ödəyəcəyini vəd verib aldadaraq ondan xx.xx.2023-cü il tarixli, 036641 nömrəli girov bileti əsasında 240 qram çəkidə, 585 əyarlı, 14000 manat dəyəri olan qızıl əşyalarını xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs X13 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 7.Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı Şahid1 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda ona verdiyi pulun müəyyən faizi məbləğində hər ay qazanc kimi pul ödəyəcəyini vəd verib aldadaraq ondan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanda yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə xx.xx.2023-cü il tarixdə 1000 (bir min) manat, xx.xx.2023-cü il tarixdə 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə 1000 (bir min) manat, xx.xx.2023-cü il tarixdə 11000 (on bir min) manat, xx.xx.2023-cü il tarixdə 3900 manat dəyərində bir ədəd qızıl saat və 100 manat, həmçinin lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı Şahid2 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda ona verdiyi pulun müəyyən faizi məbləğində hər ay qazanc kimi pul verəcəyini vəd verib aldadaraq ondan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanda yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə xx.xx.2023-cü il tarixdə 3000 (üç min) manat, xx.xx.2023-cü il tarixdə 20000 manat, xx.xx.2023-cü il tarixdə 15000 (on beş min) manat məbləğlərdə Zərərçəkmiş şəxs6 məxsus pulları, habelə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı Zərərçəkmiş şəxs6 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyduğu halda ona verdiyi pulun müəyyən faizi məbləğində hər ay qazanc kimi pul qaytaracağını vəd verib aldadaraq ondan xx.xx.2023cü il tarixdə ünvan 5 ünvanda yerləşən notariat ofisində 100000 (bir yüz min) manat, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanda yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə xx.xx.2023-cü il tarixdə 30000 (otuz min) manat, xx.xx.2023-cü il tarixdə 10000 (on min) manat, xx.xx.2023-cü il tarixdə 17000 (on yeddi min) manat, xx.xx.2023-cü il tarixdə 15000 ( on beş min) manat olmaqla olmaqla vahid niyyətlə ümumilikdə 243000 ( iki yüz qırx üç min) manat pul alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs6 külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 8.Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı Zərərçəkmiş şəxs7 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda ona verdiyi pulun müəyyən faizi məbləğində hər ay qazanc kimi pul ödəyəcəyini vəd verib aldadaraq ondan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 2 ünvanında yerləşən lombardda 2023-cü ilin fevral ayının əvvəllərində ilk dəfə 19 qram çəkidə, 845 manat dəyərində qızıl-zinət əşyalarını və 155 manat pulu nağd, daha sonra xx.xx.2023-cü il tarixdə 6000 manat pulu nağd, xx.xx.2023-cü il tarixdə 2000 manat pulu bank kartı hesabı vasitəsi ilə, 2023-cü ilin təxminən aprel-may aylarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 2 ünvanında yerləşən lombardda 2000 manat pulu isə nağd olmaqla, vahid niyyətlə ümumilikdə 10155 manat məbləğində pul və 1520 manat dəyərində qızıl əşyalarını ondan alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs7 vahid niyyətlə cəmi 11675 manat məbləğdə, xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 9.Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı X14 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda,verdiyi pul məbləği yerində qalmaq şərti ilə ona verdiyi pulun müəyyən faizi həcmində hər ay qazanc olaraq pul ödəyəcəyini vəd verib aldadaraq ondan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 2 ünvanında yerləşən lombardda 2023-ün fevral ayından iyun ayının sonunadək olan müddətdə müxtəlif tarixlərdə hissə-hissə olmaqla ümumilikdə 21500 manat pul alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs X14 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 10.Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı Zərərçəkmiş şəxs9 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda ona verdiyi pulun müəyyən faizi məbləğində hər ay qazanc kimi pul qaytaracağını vəd verib aldadaraq ondan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanda yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə xx.xx.2023-cü il tarixdə 2600 manat, 2023-cü ilin avqust ayının əvvəllərində isə həmin ünvanda yerləşən lombardda 2000 manat olmaqla, ümumilikdə 4600 manat pul alıb ələ keçirərək vədinə əməl etməyib təkrar dələduzluq etmişdir. 11.Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı Şahid3 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda verdiyi qızılın dəyərinin müəyyən faizi məbləğində hər ay qazanc kimi ona pul ödəyəcəyini vəd verib aldadaraq ondan 2023-cü ilin may ayında ünvan 6 ünvanda yerləşən ofisdə ilk dəfə 9000 manat, daha sonra həmin ayın sonlarında 3000 manat olmaqla vahid niyyətlə ümumi 12000 manat pul alıb ələ keçirərək vədinə əməl etməyib həmin pulun faktiki sahibi Zərərçəkmiş şəxs10 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 12.Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı Zərərçəkmiş şəxs11 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda ona verdiyi pulun və ya qızılın dəyərinin müəyyən faizi məbləğində hər ay qazanc kimi pul ödəyəcəyini vəd verib aldadaraq ondan xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanda yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə 20 qram çəkidə, 750 əyarlı, 2200 manat dəyərində bir ədəd boyunbağı və həmin gündən bir neçə gün sonra 2023-cü ilin iyun ayında həmin ünvanda 11 qram çəkidə, 750 əyarlı, 1210 manat dəyərində bir ədəd qızıl qolbaq olmaqla vahid niyyətlə ümumilikdə 3210 manat dəyərində qızıl əşyalarını alıb ələ keçirərək vədinə əməl etməyib təkrar dələduzluq etmişdir. 13.Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı Zərərçəkmiş şəxs12 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda verdiyi qızılın dəyərinin müəyyən faizi məbləğində hər ay qazanc kimi ona pul ödəyəcəyini vəd verib aldadaraq ondan 2023-cü ilin iyun ayında ünvan 7 ünvanda yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə sonuncunun tanışı X8 vasitəsi ilə 585 əyarlı, 20,5 qram çəkidə 1640 manat dəyəri olan qızıl əşyalarını, xx.xx.2023-cü il tarixdə eyni ünvanda ondan 585 əyarlı, 23,14 qram çəkidə 1851 manat dəyəri olan müxtəlif qızıl əşyalarını və xx.xx.2023-cü il tarixdə yenə də sonuncunun tanışı Zinyət Caşkunovanın vasitəsi ilə bank kartı hesabına köçürtdürmək üsulu ilə 1000 manat pul alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs12 ümumilikdə 4491 manat dəyərində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 14.Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı Zərərçəkmiş şəxs13 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda ona verdiyi pulun və ya qızılın dəyərinin müəyyən faizi məbləğində hər ay qazanc kimi pul verəcəyini vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 2 ünvanında yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə ondan üzərində brilyant qaşları olan, 7 qram çəkidə, 580 əyarlı, 900 manat dəyərində qızıl əşyalarını alıb ələ keçirərək vədinə əməl etməyib təkrar dələduzluq etmişdir. 15.Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı Zərərçəkmiş şəxs14 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda verdiyi pulun müəyyən faizi məbləğində hər ay qazanc kimi ona pul ödəyəcəyini vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 2 ünvanında yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə ondan 14000 (on dörd min) manat pul alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs14 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 16.Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı X15 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə özünün və tanışlarının sərmayə qoyacağı halda verdiyi qızılın dəyərinin müəyyən faizi məbləğində hər ay qazanc kimi onlara pul ödəyəcəyini vəd verib aldadaraq ondan 25 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanda yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə sonuncunun tanışı Zərərçəkmiş şəxs15 məxsus 20 qram çəkidə, 585 əyarlı,1600 manat dəyəri olan qızıl əşyalarını alıb ələ keçirərək vədinə əməl etməyib həmin qızılın faktiki sahibi Zərərçəkmiş şəxs15 1600 manat dəyərində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 17.Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı X22 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda verdiyi pulun müəyyən faizi məbləğində hər ay qazanc kimi ona pul ödəyəcəyini vəd verib aldadaraq ondan xx.xx.2023-cü il tarixdə ünvan 8 ünvanda yerləşən ofisdə 1000 manat alıb ələ keçirərək vədinə əməl etməyib təkrar dələduzluq etmişdir. 18.Bundan başqa, Təqsirləndirilən şəxs lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı Zərərçəkmiş şəxs17 lombard krediti götürmək üçün xx.xx.2023-cü il tarixli, 038676 nömrəli girov bileti əsasında girov qoyaraq qulluq mövqeyinə görə ona etibar etdiyi 11,2 qram çəkidə, 583 əyarlı, 896 manat dəyəri olan bir ədəd qızıl qolbağı ondan xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanda yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə 038676 saylı girov bileti əsasında almış, sonuncu götürdüyü lombard kreditini tam şəkildə ödəməsinə baxmayaraq, o, 896 manat dəyərində qızıl əşyalarını talama məqsədi ilə geri qaytarmayıb ona etibar edilmiş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə talayaraq təkrar mənimsəmişdir. Sübutların tədqiqi: 19.Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, 2019-cu ildən 2022-ci ilə kimi Sabunçu rayonunda olan lombardda Şahid4 işçisi kimi işləmiş, 2022-ci ildə lombardın dövriyyəsi çox düşdüyü üçün Ədalət lombardı bağlamaq qərarına gəlmişdir. Artıq lombard işini öyrəndiyindən Ədalətə lombardı ona satmasını təklif etmişdir. Ədalət bildirmişdir ki, lombardı o şərtlə təhvil verə bilər ki, onunla işləyəcək, qızılların saxlanılması, aparılması hər birini Ədalətlə işləyəcək. Ədalət şərt qoymuşdur ki, lombardda qalan iyirmi altı min vəsaitin dövriyyəsinin bütün faizi ona, sonradan olan dövriyyənin isə 3 faizi ona çatacaq. Lombardda krediti 5 faizlə müştəriyə verir, razılaşmaya görə onun 3 faizi Ədalətə, 2 faizi isə özünə çatmışdır. Ədalətin təklifi ilə razılaşdıqdan sonra 2022-ci ildən lombardı işlətməyə başlamışdır. Həmin dövrdə həm lombard fəaliyyəti göstərir, həm də qızıl alqı-satqısı ilə məşğul olmuşdur. Zinyət onun lombardı yanında fəaliyyət göstərir, arasıra lombarda gəlib getdiyi üçün münasibətləri yaranmışdır. Pul lazım olduğundan bir müddət sonra Zinyətə təklif etmişdir ki, ona pul versin, o da faizlə pul verəcəkdir. Zinyət də təkliflə razılaşmışdır. Bu minvalla 3-5 min lazım olduqca ondan istəmiş, gətirib daha sonra qaytarmışdır. Zinyətlə salonda həm də Aynur işləmiş, Aynur təklif etmişdir ki, lotoreya oynadığı üçün borcları var, qaytarmaq üçün Zinyətlə işlədiyi kimi onunla da işləsin. O da birgə işləməyə başlamışdır. Zərərçəkmiş şəxslərin heç birini tanımır, onlar Zinyətin tanışlarıdırlar. Həmin şəxslər özləri əlaqə saxlamış, işləmək istədiklərini bildirmişlər. Zərərçəkmiş şəxslərin bəziləri əlbəəl pulu vermiş, kim istəmişdirsə gedib notariusda müqavilə bağlanılmışdır. 2023-cü ilin noyabr ayına kimi zərərçəkmiş şəxslər hər biri mütəmadi olaraq öz pullarını götürmüşdür. Problemləri başladıqdan sonra bəzi zərərçəkmiş şəxslər demişdir ki, dekabr ayına kimi möhlət verir və həmin müddət üzrə faiz götürmürlər. 2023-cü ilin dekabr ayından başlayaraq Ədalətlə problemlər yaşamağa başlamışdır. Ədalətlə danışmağa çalışsa da Ədalət zənglərə cavab verməkdən yayınmış, anasının İsmayıllıda xəstə olduğunu demişdir. Artıq vətəndaşlar şikayətlər etməyə başlamışdır. O da hər bir yerdə bildirmiş və sübut etmişdir ki, qızıllar Ədalətdədir. Bundan sonra Ədalətin hərəkətləri ilə bağlı hüquq mühafizə orqanlarına şikayətlər etməyə başlamış, Baş Prokuror və Daxili İşlər nazirinin qəbullarında olmuş, lakin müraciətlərdən heç bir nəticələr əldə edə bilməmişdir. Ədalətin bildirdiyi kimi qızılların ona verildiyi ərəfədə “Muğanbank” ümumiyyətlə fəaliyyət göstərməmişdir. Həmin qızıllar “28 Mall” T/M-nin yanında fəaliyyət göstərən Aydın, “Neftçilər” ərazisində fəaliyyət göstərən adını bilmədiyi Naxçıvandan olan bir nəfər şəxsə verilmişdir. Ədalət həmin qızılları bu şəxslərə verir, onlar da evlərində sələmə Ədalətə pul vermişdir. Ədalətin özünün hazırda dörd lombardı var, onun lombardları İsmayıllı rayonu, “8-ci km”, Bakıxanov və Nərimanov ərazilərindədir. 2023 ya da 2024-cü ilin mart ayında Sabunçu prokruroluğuna çağırılmışdır. Vəkilllə birgə prokurorluğa getmiş, müstəntiq bildirmişdir ki, fakt üzrə cinayət işi başlanılıb və şahid qismində ifadə verməlidir. Müstəntiq sorğu sual etməyə başlayanda vəkili cinayət işinin başlanması qərarını tələb etmiş, müstəntiq isə bundan getmələrini bildirmişdir. Səhəri gün müstəntiq onu dindirmiş, daha sonra isə iyun ayına kimi bir dəfə də prokurorluğa çağırılmamışdır. Ədalətlə bağlı hara şikayət etsə də ona Sabunçu prokurorluğunda işinin olduğunu, materialların oraya göndərildiyi bildirilmişdir. İyul ayının sonlarında müstəntiqin qəbuluna özü girmişdir ki, işinin nə yerdə olmasını bilsin. Səhəri gün 5-6 nəfərlə bağlı müstəntiq ifadəsini almış, o isə vəkilinin məsləhəti ilə ölkə rəhbərliyinə müstəntiqin qanunsuz hərəkətləri ilə bağlı şikayət yazmışdır. Avqust ayının 7-də ifadə vermək üçün gedərkən Habilin orada olduğunu görmüş və müstəntiq demişdir ki, onu üzləşdirmə üçün çağırmışdır. Dindirmənin sonunda müstəntiq bildirmişdir ki, onu şübhəli şəxs kimi saxlayır, göndərmir. Ayın 9-da məhkəməyə çıxarılmış, barəsində 1 ay həbs seçilmişdir. Zərərçəkmiş şəxs6 hansısa pul alış verişi olmamışdır. Habildən aldığı pullar olmuş, lakin həmin pulları 2-3 günlük alıb daha sonra onun özünə qaytarmışdır. Habilin epizodu ilə bağlı pulları Fərqanə, Xanımdan və Xanımın oğlu Orxandan almışdır. Həmin şəxslər pulları verərkən Habilin pulu kimi verdiklərini deməmişdir. 20.Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, heç kimə qarşı dələduzluq etməmiş, nə əvvəl, nə də sonda heç kimi aldatmaq niyyəti olmamışdır. İşlədiyi müddət ərzində hamının pulunu vaxtında ödəmiş, fəaliyyəti dayanıqdan sonra heç kimin pulunu ödəyə bilməmişdir. Lombardında olan qızılların bir hissəsi Ruhiyyə Rəhimova, bir hissəsi isə Şahid4 olmuşdur. Ruhiyədə olan qızılların hər biri girov biletləri ilə rəsmiləşdirilmişdir. Ədalətdə olan qızılların isə hansısa rəsmi sənədi yoxdur, lakin bununla bağlı yazışmalar və görüntülər var. Ədalətlə işlədiyi müddətdə hansısa rəsmiyyətə ehtiyac olmadığı üçün qızılların alış-verişini rəsmiləşdirməmişdir. Qızıl, zinət əşyalarını alarkən zərər çəkmişlərin hər birinə qızılların sonraki taleyi barədə ola biləcəklər üçün xəbərdarlıq etmişdir. Ruhiyyə ilə olan işgüzar münasibətlərinə görə müştərilərdən aldığı qızılları ona verir, o 2-3 faizlə pul verir, müştərilərə həmin pulu beş faizlə vermişdir. Ruhiyyəyə Ədalət qızıllarını vaxtında qaytarmadığı üçün və şikayətlər olduğu üçün ödənişləri bir ay edə bilməmişdir. Bir ay sonra ona yaxınlaşarkən həddindən artıq çox faiz deyilmiş, həmin vaxt bildirmişdir ki, daha yuxarı faizlərlə müştərilərə verə bilməz, bundan sonra mübahisələri yaranmış və bununla bağlı prokurorluğa müraciət etmişdir. Fəaliyyəti iki istiqamətdə olmuşdur. Həm qızılların alqı-satıqısı, həm də lombard fəaliyyəti ilə məşğul olmuşdur. Verilən pulları lombarda yox, qızıl alıb satmaq üçün vermişdir. Lombard fəaliyyəti dövründə girov biletlərini mətbəədən əldə etmişdir. Mahruxla aralarında iyirmi iki minlik pul dövriyyəsi olmuş, həmin pulu ona ödəmiş, bununla bağlı kartlara sorğu verilib və öz təsdiqini tapmışdır. On dörd min manatlıq qızılı Şahid4dir. Vaxtında faiz ödəməsini etmədiyi üçün Mahruxun qızılı satılmışdır. Mahruxa qızılın lombardın mülkiyyətinə keçməsi ilə bağlı mesaj da göndərilmişdir. Habillə aralarında heç bir alış-veriş olmamışdır. Fərqanə, Xanım və Xanımın oğlu ilə pul alış verişi olmuş, həmin şəxslər özləri gətirib ona pul vermişdir. O da həmin şəxslərə hər ay ödəmələri etmiş, həmin pulların bir çox hissəsini kartlarına yollamışdır. Xanımla olan müqavilələrin bitməsinə hələ bir il müddət vardır. Habilin yüz minlik mülki iddiası ilə bağlı icra tədbirləri hazırda davam edir, icraçı ondan pulu istəyir. Fərqanədən aldığı pulla bağlı razılıqları aylıq iyirmi beş min manat olmuşdur. Habil də öz ifadəsində bildirmişdir ki, yüz iyirmi beş min pul vermiş, lakin Fərqanə demişdir ki, cəmi dörd ay ödəniş etmişdir. Verilən puldan qaytardığı pullar qazanc kimi qaytardığı pullar olmuşdur. Habillə bağlı iki yüz qırx üç min puldan on bir min, yeddi-səkkiz min pulları Habildən şəxsən almış, həmin pulları Habil ona gündəlik vermiş və faizi ilə şəxsən qaytarmışdır. Habili 2023-cü ildə, xatırlamadığı ayda, Fərqanə ilə artıq işlədiyi vaxtda, Xanımla görüşdən sonra görmüşdür. Aprel ayının 2-də notariusda müqavilə bağlanandan sonra Fərqanəyə ayın 12-dən ödənişlər etməyə başlamışdır. Habilə səkkiz min aylıq pulu heç bir vaxt verməmişdir. Səkkiz mini verərkən Habil Fərqanə ilə bir gəlib getmişdir. Habil və Fərqanənin arasında şəxsi münasibətləri olmuş, ona görə də onlar bir yerdə gəlib getmişlər. Mahruxla bağlı mülki işləri hazırda məhkəmə mərhələsindədir, apellyasiya məhkəməsində özləri müraciət edib işi dayandırıblar. Habilin müxtəlif şəxslər vasitəsilə verdiyi pulun iki qatını həmin şəxslərə geri qaytarmışdır. Fərqanənin vermiş olduğu yüz min pulla bağlı, hansı ki, həmin pul da yüz yox, səksən mindir, həmin pula görə Fərqanəyə 8 ay iyirmi beş min ödəniş etmişdir. Noyabr ayının sonlarına doğru şikayətlər başlayanda pulları ona görə ödəyə bilməmişdir ki, vermiş olduğu qızıllar hər biri Şahid4 yığılmış, o da Ədaləti tapa bilməmişdir. Suqradan iki min iki yüz dəyərində qızıl almış, pulunu ödəməmişdir. Həmin qızıl ona Şahid4 lombardın müdiri olduğu vaxtda verilmiş, həmin qızıl hazırda Ədalətdədir. Rəna ilə müqavilədə göstərilmiş pulu almış, ona qaytardığı pullar faiz kimi hesablanmışdır. Rənaya nə qədər məbləğ qaytardığını dəqiq bilmir, Rənaya aid kart hesablarına ödəniş etmişdir. Səma ilə bağlı dörd minlik qızıllar verilib, digər məbləğdə olan qızıllarla bağlı nə imza var, nə də girov biletləri mövcud deyil. Dörd girov bileti üzrə qızılları onda olmuşdur. Səmanın qızıllarını qaytara bilməmiş, həmin qızıllar Ədalət və Ruhiyyədədir. Qızılları Ədalət saxladığı üçün qızılları saxlaması üçün ona vermişdir. Ədalət ona lazım olarkən dövriyyə verir, həm də lombarda qoyulmuş qızılları özündə saxlamışdır. Salminazdan on səkkiz min manat vəsait almamışdır. Salminaz ona altı min pulu faizlə vermiş, bundan başqa min iki yüz vermiş, həmin pul borc kimi verilmiş və geri qaytarılmışdır. Salminazın ona pul verməsini təsdiq etmək üçün verdiyi qəbzlər əslində başqa ünvanlardan karta atılmış pullardır və həmin pul lotoreya pullarıdır ki, ona borc kimi verilmişdir. Oynadığı lotoreyanın hər ikisində Salminaz da iştirak etmişdir. Altı min pulun əvəzində bəlkə ona beş min pul vermiş, pullarını bir gün belə gecikdirməmişdir. Dəfələrlə olmuşdur ki, Salminaza nağd şəkildə pul vermişdir ki, kartına pulu yollasın, həmin vaxt kartında pul olmamış, kiməsə pul köçürmək lazım olmuşdur. Zərərçəkmiş şəxs5 iki yüz qırx qram qızılı lombarda girov qoymuş, ödəniş edə bilmədiyi üçün həmin girov lombardın mülkiyyətinə keçmişdir. Zərərçəkmiş şəxs6lə bağlı yazılan məbləğləri almış, lakin həmin pulları ona qaytarmış, bununla bağlı sübutları da mövcuddur. Ləmandan səkkiz min vəsait alınıb və həmin pulu ona qaytarmışdır. Zərərçəkmiş isə verdiyi pulu faiz olaraq qəbul etmişdir. Könül ona ittihamda yazılan məbləğdə yox, on beş min pul vermişdir. Zərərçəkmiş şəxs9 ittihamda göstərilən məbləğdə pulu almış, kartlarına ödənişi etmişdir. Elmirdən heç bir məbləğdə pul almamış, müqavilə də onun tərəfindən yazılmamışdır. Zərərçəkmiş şəxs11 qızıllar vermiş, həmin qızıllardan qolbağ Ruhiyədə, boyunbağı isə Ədalətdədir. Sevinc qızılı faiz üçün vermiş, ona hər ay faizlə pul ödəmişdir. Zərərçəkmiş şəxs12 verdiyi qızıllar da Şahid4dir. Səmranın qızılı ilə bağlı üç dəfə yüz manat məbləğində faiz ödənişi etmişdir. Ramindən on dörd min almış, səkkiz yüz manat ödəniş etmişdir. Zamilə ona qızıl vermiş, həmin qızılı qaytara bilməmiş, qızıllar hazırda Ədalətdədir. Gülsümə faiz ödəmələri etmiş, lakin əsas məbləğ ödənilməmişdir. Murada verdiyi pulu qəbul edir, vəsaiti ona geri qaytarmış, aralarında barışıq olmuşdur. 2023-cü ilin noyabr ayından başlayaraq dəfələrlə qızıllarla bağlı ödənişləri etmək istəsə də Ədaləti tapa bilməmişdir. İbtidai istintaq dövründə qızıllarla bağlı pul ödənişlərini depozitə qoyub, müstəntiqə ona görə müraciət etməmişdir ki, Ədalət bildirmişdir ki, qızılların hər birini bank satıb və onda qızıl yoxdur. Ədalətdə yüz altmış mindən çox dəyərində qızılı olmuşdur. Danışıqlarda bildirmişdir ki, hissə-hissə qızıllar çıxarılsın, o da ödəmələri edib pulları qaytarsın, lakin Ədalət demişdir ki, ona faiz borcu var, ödəniş etsin, sonradan qızılları verə bilər. 21.Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, təxminən 2 il əvvəl öz adına VÖEN açdıraraq fiziki şəxs kimi “lombard” fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 2 ünvanında ofis icarəyə götürüb orada lombard fəaliyyəti ilə məşğul olmuşdur. Müştərilərdən qızıl əşyalarını girov götürüb onun dəyərində müxtəlif məbləğlərdə faizə pul vermişdir. Lombardda özü tək işləmişdir. Əmək müqaviləsi ilə hər hansı şəxsi işçi kimi işə götürməmişdir. Bəzən özü işdə olmayanda tanışı X23 lombardda saxlamışdır ki, gələn müştəriləri o, qəbul edib yola salsın və iş dayanmasın. Götürdüyü qızıllara görə verdiyi pulları aylıq 3-5 faizlə əlavə qaytarmaq şərti ilə vermişdir. Faizlə pul əldə etmək istəyən müştərilər lomabrda gəlib şəxsiyyət vəsiqəsini təqdim etmişlər. O, təqdim edilən qızılların əvvəlcə çəkisini ölçmüş və hansı əyarda qızıl olduğunu müəyyən etmişdir. Özü əvvəllər zərgər işlədiyinə görə qızılın tərkibini özü yoxlaya bilmişdir. Ona görə də hər hansı zərgərə müraciət etməmişdir. Belə ki, gələn müştərilərin verdikləri qızılları “lom qiyməti”nə götürmüş və onlara həmin məbləğdə pul vermişdir. “Lom” qiyməti dedikdə, istifadə olunmuş qızılın bazarda satış qiyməti nəzərdə tutulmuşdur. Yəni gətirilən qızılları istifadə olunmuş qızılın satış qiymətindən 1 qramına görə 3 manat məbləğdə aşağı götürüb hesablayaraq müştəriyə pul vermişdir. Götürdüyü qızılın əyarını, çəkisini, üzərində əlavə daş-qaş olub olmamasına dair məlumatları, habelə verdiyi pulun məbləğini, pulun müştəriyə hansı faizlə verildiyi və müştərinin aylıq ödəyəcəyi məbləğ və son hansı müddətdə ödəyəcəyini göstərmişdir. Müştəri qızıl girov qoyub pulu götürdükdən sonra həmin pulu aralarında razılaşdıqları müddətdə faizi ilə birlikdə ödəməli imiş. Ödəmədiyi təqdirdə 1 ay sonra müştəriyə ödəməsi barədə məlumat vermişdir. Ümumiyyətlə pulu ödəyə bilmədiyi halda, onun girov qoyduğu qızıl əşyası müştərini telefonla və “vatsap” mesajı ilə məlumatlandırdıqdan sonra satışa çıxarılmışdır. Lombardda həmçinin qızılın alışı və satışı ilə məşğul olmaqla da gəlir əldə etmişdir. Belə ki, təxminən 2 il müddətində göstərdiyi ünvanda lombard fəaliyyəti ilə məşğul olduqdan sonra göstərdiyi biznes fəaliyətində müxtəlif problemlər yaranmışdır. Qeyd etmişdir ki, özü müstəqil şəkildə öz adına olan rəsmi VÖEN əsasında lombardda fəaliyyət göstərməyə başlamazdan əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 2 ünvanında yerləşən lombardı tanışı Şahid4 işlətmişdir. O, əvvəllər Ədalətin yanında işçi kimi çalışmışdır. Ofis icarə olmasına baxmayaraq lombardı Şahid4 maliyyə cəhətdən təmin etmişdir. Lakin, Şahid4 sonradan müştərilərlə problem yaşadığına görə, yəni müştərilərdən götürdüyü qızılları vaxtında qaytarmadığına görə və sair başqa səbəblərdən özü ona təklif etmişdir ki, həmin ünvanda yerləşən lombardı o, işlətsin. Belə ki, Şahid4lə aralarında olan razılaşmaya əsasən lombard fəaliyyətini həmin ünvanda davam etdirəcəkmiş, müştərilərdən götürdüyü qızılları 5 faiz olmaqla götürəcəkmiş, müştərilərə verdiyi pulu isə Ədalətdən alacaqmış. Müştərinin ödədiyi 5 faiz əlavə puldan 3 faizini Ədalətə verəcəkmiş. Belə ki, təxminən iki il ərzində həmin ünvanda yerləşən ofisdə lombard fəaliyyəti ilə məşğul olarkən Ədalətdən pul alıb müştəriyə 5 faiz əlavə ödəmək şərti ilə nağd şəkildə vermişdir. Müştərinin faiz olaraq ödədiyi əlavə pulun isə 3 faizini Ədalətə vermiş, 2 faiz isə özünə götürmüşdür. Bundan başqa 2022-ci ilin təxminən yay aylarından etibarən lombard fəaliyyəti göstərərkən götürdüyü qızılları Həzi Aslanov metrosunun çıxışında yerləşən başqa bir lombard ofisinə qoyub oradan pul götürüb müştərilərə vermişdir. Müştərilərdən götürdüyü qızılları həmin lombardda işçi kimi işləyən Cahangir və Sevinc adlı şəxslərə hər qızıla görə ayrı-ayrılıqda girov bileti ilə verib onlardan 2,5 faiz əlavə pul ödəmək şərti ilə pul götürüb öz müştərilərinə 5 faizlə vermişdir. 2023-cü ilin oktyabr ayında həmin lombardda işləyən Cahangir adlı şəxslə aralarında qızıllara görə ödənilən pullarla bağlı narazılıq yaranmışdır. Həmin lombarda qoyduğu qızılları ayrı-ayrılıqda qoyub pul götürməsinə baxmayaraq 2023-cü ilin oktyabr ayından etibarən Cahangir qoyduğu qızılların hər birinə görə deyil, ümumi həcmində olan məbləğlərə görə ondan faiz tələb etməyə başlamışdır. Buna görə də qoyduğu bütün qızıllara görə onun tələb etdiyi faiz məbləğlərini ödəyə bilməmişdir. Çünki, aralarında olan razılaşmaya əsasən həmin lombarda qoyduğu qızılların ümumi həcminə görə deyil, hər birinə görə ayrı-ayrılıqda 2,5 və ya 3 faiz həcmdə pul ödəməli olmuşdur. Cahangir isə aralarında olan razılaşmadan kənara çıxaraq ondan artıq pul, yəni həmin lombarda qoyduğu bütün qızıllara görə ümumi olaraq pul ödənilməsini tələb etmişdir. Onun tələbini yerinə yetirə bilmədiyi üçün, yəni bütün qızılların həcmi məbləğində faizi ödəyə bilmədiyi üçün Cahangir onun müştərilərdən alıb girov bileti əsasında onların lombardına girov qoyduğu qızılları ona qaytarmamışdır. Ondan sonra dəfələrlə ondan həmin qızılları tələb etsə də Cahangir qızılların satıldığını ona bildirmişdir. Bundan başqa Şahid4 ad soyadlı tanışı ilə biznes fəaliyyəti ilə əlaqədar aralarında narazılıq yaranmışdır. Belə ki, müştərilərdən girov bileti əsasında təhvil aldığı qızıl əşyalarını Şahid4 təhvil verib ondan pul götürərək müştərilərə faizə vermişdir. 2023cü ilin təxminən oktyabr ayında Ədalət ondan götürdüyü qızılların müqabilində 3 faiz əlavə ödəniş etmək şərti ilə verdiyi pullara görə 4 faiz əlavə ödəniş tələb etməyə başlamış və girov götürdüyü qızılları ona geri qaytarmamışdır. Buna görə də o, müştərilərdən götürdüyü malları onlara geri qaytara bilməmişdir. Belə ki, təxminən 160000 (yüz altmış min) manat məbləğində müştərilərin və şəxsi qızılları da daxil olmaqla Şahid4 qızıl-zinət əşyaları vermişdir. Lakin, Ədalət qızılları müxtəlif bəhanələr gətirərək geri qaytarmamışdır. Bundan başqa, Cahangir adlı şəxsin işlədiyi lombarda da müştərilərdən girov bileti əsasında təhvil götürüb verdiyi qızılları ondan geri ala bilməmişdir. Cahangirə təxminən 117000 manat məbləğində qızıl zinət əşyaları girov qoyub pul vermişdir. Belə ki, göstərdiyi bu səbəblərdən də, qızıl götürdüyü müştərilərinə onların qızıllarını geri qaytara bilməmişdir və onlar onun barəsində şikayət etmişlər. X7 ifadəsində göstərdiyi xüsusatlar barədə göstərmişdir ki, onun ifadəsində göstərdiyi xüsusatlar əsassızdır. Könüldən ümumilikdə 21500 manat almamışdır və ona 17500 manat borcu qalmamışdır. Könüldən ilk dəfə dəqiq xatırlamadığı tarixdə 2000 manat, ondan sonra isə 6500 manat pulu borca almışdır. Könüldən pul almağı barədə borc müqaviləsi bağlamışdır. Lakin, Könülə qaytardığı pulu faizlə hesablayaraq əlavə qaytarmışdır. Çünki, Könüldən pul götürərkən həmin pulu 10 faiz əlavə olaraq ödəyəcəyi barədə razılaşmışlar. Könüldən borc aldığı pulu işləri ilə əlaqədar sərf etmişdir və Könüldən aldığı 8500 manatın əvəzinə Könülə hissə-hissə ümumilikdə bugünkü günə əlində olan qəbzlərə əsasən göstərmişdir ki, 10000 (on min) manat pul ödəmişdir. Könülə pul borcu qalmamışdır. X14 müqavilədə nəzərdə tutulmuş faizdən artıq pul ödəməyinin səbəbi Könülün ondan artıq pul tələb etməsi olmuşdur. Ona 10000 manat ödəniş etməyini təsdiq edən sənədlərin surətlərini istintaqa təqdim etmişdir. Qəbzlərdə “vəsait silinən kart” sözlərinin qarşısında yazılan rəqəmlər və sonu 1051 və 6591 rəqəmləri ilə bitən kart hesabı onun adına Kapital bankda olan hesab nömrəsidir. X30 ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsini 8500 manat məbləğində pul almağı və hər ay həmin məbləğin 10 faizi məbləğində borc verənə qazanc olaraq pul verəcəyini öhdəsinə götürməsi, müqavilənin 3-cü yəni sonuncu vərəqində, içərisində “Lombard”, Azərbaycan Respublikası “VÖEN**********” “Təqsirləndirilən şəxs” sözləri yazılmış göy rəngli 4 ədəd möhürün birinin içəri hissəsində, digər üçünün isə alt hissələrində olan imzalardan başqa, həmçinin həmin möhürün üzərində tarixlər və rəqəmlər yazılmış yazıların özü tərəfindən icra edilib edilməməsi ilə bağlı suala cavab olaraq bildirmişdir ki, müqavilənin 3-cü vərəqində olan möhürlər ona məxsusdur. Həmin dörd ədəd möhürün soldan sağa doğru ilk üçünün üzərindəki yazıları və rəqəmləri özü yazmışdır. Lakin, dördüncü möhürün üzərində olan “6.10.23” tarixi,və “9000” rəqəmi olan yazını özü yazmamışdır. Həmin tarixin və məbləğin möhürün üzərinə kim tərəfindən vurulması barədə məlumatı yoxdur. Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatlar barədə bildirmişdir ki, Zərərçəkmiş şəxs3 müxtəlif qızıl zinət əşyaları girov götürüb ona müxtəlif məbləğlərdə lombard krediti olaraq pul vermişdir. Lakin, hazırda Səmadan hansı qızılları girov olaraq götürdüyünü və ona hansı məbləğdə lombard krediti verdiyini dəqiq xatırlamır. Lakin, Səma götürdüyü lombard kreditinə görə ödəməli olduğu faiz pulları vaxtında ödəmədiyi üçün və götürdüyü lombard kreditini tam şəkildə geri qaytarmadığı üçün onun girov qoyduğu bəzi qızıllar ona geri qaytarılmamışdır. Təxminən Səmaya iki dəfə girov qoyduğu qızılları-bir qolbağ, bir sırğa olmaqla qaytarmışdır. Lakin, ona konkret olaraq hansı qızıl əşyalarını qaytardığını dəqiq xatırlamamışdır. Səmadan aldığı qızıllardan bəzilərini lombard fəaliyyəti ilə məşğul olan Şahid4, bəzilərini isə Həzi Aslanovda yerləşən lombarda girov qoymuşdur. Əlavə olaraq bildirmişdir ki, Həzi Aslanovda yerləşən lombarda qoyduğu həmin qızıllara görə həmin lombarddan girov biletləri almışdır. Şahid4 isə qızılları verərkən ondan girov bileti almamışdır. Buna görə də Ədalətə verdiyi qızıllarla bağlı istintaqa girov bileti təqdim edə bilmir. Lakin, Ədalətə verdiyi qızıllar hər biri, Ədalətlə aralarında olan razılığa əsasən kodlanmışdır, həmin kodları o, özü müəyyən etmişdir. Bu barədə Ədalətlə arasında telefonda “vatsap” yazışması vardır. Həmin “vatsap” yazışmasından çıxarışı təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Səmaya məxsus bir ədəd qızıl sep və bir ədəd qızıl qolbağ və klonu Ədalətə girov olaraq qoymuşdur və həmin qızıllar siyahıda 036625 nömrəsi ilə kodlanmışdır. Bundan başqa Səmaya məxsus, hazırda hansı qızıl əşyaları olduğunu xatırlamadığı qızılları xx.xx.2023cü il tarixdə Şahid4 girov vermişdir. Həmin qızıllar isə siyahıda 036647 nömrəsi ilə kodlanmışdır. Lakin, Ədalətə həmin qızılları girov qoymasına dair onun və ya işçiləri tərəfindən imzalanmış hər hansı sənədi yoxdur. O, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 2 ünvanında yerləşən lombardda 750 əyarlı, 6 qram çəkidə 500 manat dəyərində bir ədəd qızıl üzüyünü girov qoyaraq ondan lombard krediti kimi 360 manat pul götürməsi, girov götürdüyü həmin qızıla görə ona 058093 saylı, xx.xx.2022-ci il tarixli girov biletinin verilməsi ilə bağlı suala girov bileti ilə tanış olaraq bildirmişdir ki,həmin girov bileti onun işlətdiyi lombarda məxsusdur. Lakin, həmin girov biletini Səmaya özü təqdim etməmişdir, girov biletindəki əlyazmaları o, özü icra etməmişdir və möhürü də həmin biletə o, həkk etməmişdir. Səma onun yanında bir müddət iş öyrənmişdir. Ola bilər ki,o, işdə olmayan vaxt həmin girov biletinə ona məxsus lombardın möhürünü Səma özü həkk etmişdir və üzərində olan rəqəmləri Səma özü yazmışdır. Səmadan xx.xx.2022-ci il tarixdə 750 əyarlı, 6 qram çəkidə üzüyü girov götürməmişdir. Həmin üzüyə görə 058093 nömrəli girov biletini Səmaya o, təqdim etməmişdir. Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi 058094 nömrəli girov bileti ilə tanış olaraq bildirmişdir ki, həmin girov bileti və biletin üzərindəki möhür onun işlətdiyi lombarda aiddir. Lakin, qeyd etmişdir ki, özü xx.xx.2022-ci il tarixdə Səmadan 1 ədəd 750 əyarlı qızıl üzüyü, 2 ədəd 585 əyarlı qızıl boyunbağını 500 manat dəyərində qiymətləndirib girov götürməmişdir. Həmin girov biletinin Zərərçəkmiş şəxs3 tərəfindən necə əldə olunması barədə dəqiq məlumatı yoxdur. Lakin, hesab edir ki, Səma onun yanına müvəqqəti olaraq iş öyrənməyə gələn zaman ola bilər ki, həmin girov biletini Səma özü tərtib etmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi 25 qram çəkidə, 750 əyarlı, bir ədəd qızıl boyunbağı və bir ədəd qolbağı ondan girov götürüb ona 700 manat lombard krediti vermişdir. Lakin 058093 nömrəli girov biletinin arxa hissəsində “təzələndi 700m” sözlərini yazdırmağını xatırlamır. Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi 971938 nömrəli kassa mədaxil orderi ilə tanış olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiklərini təsdiq edir, xx.xx.2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən fəaliyyət göstərdiyi lombardda 585 əyarlı, ümumi bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa və bir ədəd qızıl klonu Səmadan girov götürüb ona lombard krediti olaraq 300 manat pul vermişdir və götürdüyü həmin qızıllara görə Səmaya 971938 nömrəli kassa mədaxil orderi adlı sənədi təqdim edib üzərində özünə məxsus olan möhürü həkk etmişdir. Səmadan götürdüyü həmin qızılların çəkisi kassa mədaxil orderi adlı həmin sənəddə göstərilmədiyi üçün hazırda həmin qızılların çəkisinin nə qədər olduğunu xatırlamır. Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi 971945 nömrəli kassa mədaxil orderi ilə tanış olaraq göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən fəaliyyət göstərdiyi lombardda 4 qram, 585 əyarlı iki ədəd qızıl üzük və bir cüt sırğanı Səmadan girov götürüb ona lombard krediti olaraq 150 manat pul vermiş və götürdüyü girova görə 971945 nömrəli kassa mədaxil orderini Səmaya təqdim etmişdir. Zərərçəkmiş şəxs3 istintaqa 036655 nömrəli girov bileti ilə tanış olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs3 ifadəsində göstərdikləri yalandır. Həmin tarixdə ondan göstərilən 4 qram çəkidə, 750 əyarlı, 500 manat dəyərində bir cüt qızıl sırğanı götürməmişdir və 036655 nömrəli həmin girov biletini Səmaya o, təqdim etməmişdir. Həmin girov bileti onun işlədiyi lombarda məxsus olsa da, həmin girov biletinin üzərindəki möhür əkslərini ora özü həkk etməmişdir. Güman etmişdir ki, Səma həmin girov biletini özü lombardda olmayanda tərtib etmişdir. 25 fevral 2023-cü il tarixdə o, ünvan 9 ünvanında yerləşən fəaliyyət göstərdiyi lombardda 8 qram çəkidə, 750 əyarlı boyunbağını və qızıl klonu girov qoyub lombard krediti olaraq Zərərçəkmiş şəxs3 270 manat pul götürməmişdir. 971938 nömrəli kassa mədaxil orderinin arxa hissəsində olan “xx.xx.2022 270m klon sep” sözlərini yazmamışdır. Zərərçəkmiş şəxs3 xx.xx.2022-cü il tarixdə 750 əyarlı, 2500 manat dəyərində bir ədəd qızıl qolbağı girov götürməmişdir, həmin qolbağı yoxlatdırdıqdan sonra ona həmin qolbağa görə pul verə biləcəyini bildirməmişdir. 971945 nömrəli kassa mədaxil orderinin arxa hissəsinə xx.xx.2023 700m” sözlərini yazmamışdır və Səmaya təqdim etməmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi girov biletləri və mədaxil orderləri əsasında müxtəlif vaxtlarda götürdüyü lombard kreditlərinin faizi olaraq ona xx.xx.2022-ci il tarixdə 25 manat, xx.xx.2022-ci il tarixdə 35 manat, xx.xx.2022-ci il tarixdə 120 manat, xx.xx.2023-cü il tarixdə 70 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 70 manat, xx.xx.2023-cü il tarixdə 550 manat, xx.xx.2023-cü il tarixdə 147 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 72 manat pul ödəməsi, qeyd olunan hər bir məbləğin ödənilməsi barədə ona təqdim edilmiş girov biletlərinin və mədaxil orderlərinin arxa hissəsində “ödənilib” möhürü və üzərində əlyazma ilə yazılmış tarixlər mövcud olması, bundan başqa, o, lombard krediti olaraq götürdüyü ümumilikdə 2890 manat pulu bir dəfəyə xx.xx.2023-cü il tarixdə ona lombardda ödəməsi, Pərvanə adlı şəxsə Zərərçəkmiş şəxs3 verilmiş hər bir girov biletinin və mədaxil orderinin arxa hissəsində ödənilib möhürü vurub üzərində tam ödəniş yazıb ona verməyi tapşırmasını, Pərvanənin onun tapşırığına əsasən Zərərçəkmiş şəxs3 olan hər bir girov biletinin və mədaxil orderinin arxa hissəsində “ödənilib” möhürü həkk edərək üzərinə tam ödəniş sözlərini əlyazma ilə yazıb həmin girov biletlərini və mədaxil orderlərini Zərərçəkmiş şəxs3 verməsi ilə bağlı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatlar barədə həmin girov biletləri və mədaxil orderlərindəki həmin möhür əksləri olan hissələrlə tanış olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs3 ifadəsində göstərdikləri həqiqəti əks etdirmir. Səma xx.xx.2023-cü il tarixdə lombarda 2890 manat pul ödəməmişdir. Pərvanəyə həmin möhürü Səmada olan bütün sənədlər üzərində həkk etməsini və üzərində tam ödəniş yazmasını o, tapşırmamışdır. Ola bilər ki, Pərvanə və ya Səma özü ondan xəbərsiz həmin möhürü göstərilən sənədlər üzərinə vurmuşdur. Bundan əlavə də qeyd etmişdir ki, göstərilən sənədlər üzərində olan digər ödənişlər barədə möhür əksləri və ödəniş məbləğini əks etdirən rəqəmlər onun icazəsi və ya göstərişi əsasında həmin sənədlərə yazılmamışdır. Əgər həmin möhürləri və yazıları Pərvanə və ya Səma özü yazıbsa bu barədə onun məlumatı olmamışdır. Salminaz Akhmedovanın ifadəsində göstərdiyi xüsusatlar barədə bildirmişdir ki, qızılın alışı və ya satışı işi ilə məşğul olaraq qazanc eldə edəcəyini, həmin qazancdan ona pul verəcəyini vəd verməmişdir. Səlminazdan ümumilikdə 5000 manat pul almışdır. Həmin 5000 manata görə ona hər ay 500 manat pul ödəməli olmuşdur. Səlminazdan dəqiq xatırlamadığı tarixlərdə iki dəfə 1000 manat olmaqla kart vasitəsi ilə pul almışdır, bir dəfə isə Səlminaz 3000 manat pulu Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən öz işlədiyi gözəllik salonunun yanında ona vermişdir. O, Səlminaza həmin pulu faizi ilə birlikdə qaytarmışdır. Qaytardığı pulların bir hissəsini nağd olaraq, bir hissəsini isə kart vasitəsi ilə qaytarmışdır. Belə ki, Səlminaz Əhmədova kimi tanıdığı şəxsin bank kartı hesabına xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 2100 manat, xx.xx.2023-cü il tarixdə 750 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 1300 manat və 200 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat pul göndərmişdir və bu barədə telefondan çıxarılmış qəbzləri istintaqa təqdim edir. Belə ki, hazırda əlində olan qəbzlərdə ola məlumatlara görə ümumilikdə onun bank kartı hesabına 8000 manat pul göndərmişdir. Səlminaza əlbəəl verdiyi pulun məbləğini isə dəqiq xatırlamır. Əlbəəl verdiyi pullara dair hazırda istintaqa sübut təqdim edə bilmir. Salminaz Akhmedovanın istintaqa onun bank kartına pul köçürməsini təsdiq edən qəbzlərin fotoşəkilləri ilə tanış olaraq bildirmişdir ki, onun ödəmə terminalı vasitəsi ilə 416973...1051 nömrəli bank kartı hesabına göndərdiyi 2000 manat, ondan sonra 27 dekabr 2022-ci il tarixdə ödəmə terminalı vasitəsi ilə 416973...1051 nömrəli bank kartı hesabına 1500 manat, xx.xx.2023-cü il tarixdə Kapital banka məxsus 416973...1051 nömrəli bank kartı hesabına 1000 manat,xx.xx.2023-cü il tarixdə son 8 rəqəmi 64038791 olan Leobank kartı hesabına 5000 manat, xx.xx.2023-cü il tarixdə Kapital banka məxsus 416973...1051 nömrəli bank kartı hesabına 1000 manat, xx.xx.2023-cü il tarixdə son 8 rəqəmi 64038791 olan Leobank kartı hesabına 1200 manat məbləğlərin heç birini ondan almamışdır. Göstərilən fotoşəkillərdəki qəbzlərdəki olan pulları isə Səlminaz göndərməmişdir. Lakin, həmin məbləğlərin ona kimin tərəfindən göndərilməsi barədə hazırda məlumatı yoxdur. Zərərçəkmiş şəxs14 lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyduğu halda ona verdiyi pulun 20 faizi məbləğində hər ay ona qazanc kimi pul qaytaracağını vəd verməmişdir. Zərərçəkmiş şəxs14la aralarında borc müqaviləsi bağlanmışdır. Ramindən xatırlamadığı tarixdə 14000 manat pul götürmüşdür. Həmin pulun 10 faizi məbləğində hər ay ona pul qaytaracağını vəd verib ondan həmin pulu götürmüşdür. Belə ki, hazırda xatırlamadığı tarixlərdə Zərərçəkmiş şəxs14 hər dəfə 2800 manat olmaqla ümumilikdə 8400 manat pul qaytarmışdır. Həmin pulları ilk iki dəfəsini Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsində yerləşən lombardında, sonuncunu isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində yerləşən lombardda qaytarmışdır. Zərərçəkmiş şəxs14 istintaqa təqdim etdiyi borc müqaviləsi ilə tanış olaraq bildirmişdir ki, həmin müqaviləni özü bağlamışdır və möhür əksləri özünə məxsusdur. Zərərçəkmiş şəxs2 6000 manat və 2000 manat olmaqla cəmi 8000 manat pul almışdır, ondan həmin pulu götürərkən verdiyi pulun 4 faizi məbləğində hər ay ona qazanc olaraq pul qaytaracağını vəd vermişdir, Rənanın ifadəsində göstərdikləri həqiqəti əks etdirmir. Ondan 22778 manat pul almamışdır. Zərərçəkmiş şəxs2 istintaqa xx.xx.2022-ci il tarixli 971933 nömrəli, xx.xx.2022-ci il tarixli 971935 nömrəli, xx.xx.2022-ci il tarixli 971936 nömrəli mədaxil orderi qəbzləri ilə tanış olaraq bildirmişdir ki, 971933 və 971936 nömrəli qəbzləri Rənaya vermişdir və həmin qəbzlərin üzərində olan yazıları o, yazmışdır, möhür əkslərini o, həkk etmişdir. Lakin, 971935 nömrəli mədaxil orderinin qəbzi onun tərəfindən tərtib edilməmişdir. Rənanın həmin qəbzi necə əldə etməsi barədə məlumatı yoxdur. xx.xx.2022-ci il tarixdə Rənadan iki min manat pul almamışdır. Əlavə olaraq ona təqdim edilmiş müqavilələrlə tanış olaraq bildirmişdir ki, Rəna Abdurəhmanlının istintaqa təqdim etdiyi müqavilələrdən ikisi özü tərəfindən tərtib edilmişdir, üzərindəki imza və yazılar ona məxsusdur, möhür əkslərini o, həkk etmişdir. Digər ikisi isə onun tərəfindən tərtib edilməmişdir. Belə ki, müqavilənin 1.1-ci bəndində “borc verən dörd min manat (yazı ilə) manat məbləğində pul vəsaitini borc alana qaytarmaq şərti ilə iş yatırımı kimi işlətmə verir,” sözləri yazılmış və müqavilənin 1.1-ci bəndində “borc verən iki min manat (yazı ilə) manat məbləğində pul vəsaitini borc alana qaytarmaq şərti ilə iş yatırımı kimi işlətmə verir,” sözləri yazılmış müqavilələri o, tərtib etmiş və üzərindəki yazıları və möhürü o, icra etmişdir. Digər iki müqavilə isə onun tərəfindən tərtib edilməmişdir. Zərərçəkmiş şəxs2 kart hesabına ödədiyi pullara dair qəbzlərdən çıxarışları istintaqa təqdim etmişdir, belə ki, qəzblərdən görünür ki, təqdim etdiyi qəbzlərə əsasən Zərərçəkmiş şəxs2 bank kartı hesabına xx.xx.2023-cü il tarixdə 440 manat, xx.xx.2023-cü il tarixdə 440 manat, xx.xx.2023-cü il tarixdə 440 manat, xx.xx.2023-cü il tarixdə 460 manat, xx.xx.2023-cü il tarixdə 480 manat olmaqla Rənaya ümumilikdə 2260 manat pul ödəmişdir. Əslində Rənaya daha çox məbləğdə pul ödəmişdir, lakin, digər qəbzləri istintaqa təqdim edə bilmir. X52 heç bir məbləğdə borcu qalmamışdır. Zərərçəkmiş şəxs9 ifadəsində göstərdiklərini təkzib edərək bildirmişdir ki, Arzudan cəmi iki dəfə əsas məbləğ qalmaq və faizi ilə qaytarmaq şərti ilə pul almışdır. İlk dəfə Arzudan hazırda xatırlamadığı tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 2 ünvanında yerləşən işlətdiyi lombardda 2000 (iki min) manat pul almışdır. Ondan bir müddət sonra isə dəqiq xatırlamadığı tarixdə lombard kimi məşğul olduğu obyektin yanındakı gözəllik salonunda Arzudan 600 (altı yüz) manat pul almışdır. Həmin pulu aldıqdan bir müdddət sonra isə Arzudan aldığı pulu rəsmiləşdirmək üçün Arzu ilə 15 may 2023-cü il tarixdə borc müqaviləsi bağlamışdır. Həmin müqavilədə Zərərçəkmiş şəxs9 2600 (iki min altı yüz) manat pul əsas məbləğ kimi yerində qalmaq şərti ilə almağı və ayda faiz ödəyəcəyi göstərilmişdir. Belə ki, Arzudan cəmi 2600 manat pul almışdır. Zərərçəkmiş şəxs9 istintaqa təqdim etdiyi borc müqaviləsi ilə tanış olaraq bildirmişdir ki, həmin müqavilənin 1ci vərəqində olan yazıları o, yazmışdır. 3-cü vərəqində olan yazıların isə bir hissəsini o, yazmışdır. Müqavilənin 3-cü vərəqində olan soldan sağa doğru 1-ci möhürü o, həkk etmişdir və üzərindəki imzanı o, icra etmişdir, həmin möhürün sağ hissəsindəki digər iki möhürü isə o, həkk etməmişdir və həmin möhürlərin üzərindəki yazıları və imzaları o, icra etməmişdir. Müqavilənin 3-cü vərəqində olan möhür əkslərindən birinin üzərində yazılmış “2000 m” yazını o icra etməmişdir və üzərində olan möhürü o, vurmamışdır. Zərərçəkmiş şəxs9 aldığı məbləği tam şəkildə və faizləri birlikdə geri qaytarmışdır. Arzuya pul qaytarması barədə qəbzləri qısa müddətdə istintaqa təqdim edəcəkdir. Zərərçəkmiş şəxs7 ifadəsində göstərdikləri ilə bağlı bildirmişdir ki, Ləman ona 19 qram qızıl vermişdir. Həmin qızılları Həzi Aslanov qəsəbəsində yerləşən lombarda girov qoymuşdur və girov bileti götürmüşdir. Həmin girov biletini qısa müddətdə istintaqa təqdim edəcəkdir. Ləmandan 10155 deyil, cəmi 5000 manat borc pul almışdır. Həmin pulu isə Ləmana faizi ilə birlikdə geri qaytarmışdır. Bildirmişdir ki, Ləmana xx.xx.2022-ci il tarixdə 180 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 680 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 2300 manat, xx.xx.2023-cü il tarixdə 600 manat olmaqla ümumilikdə 4310 (dörd min üç yüz on) manat pulu Ləmana məxsus və Ləmanın ona göndərdiyi, kimə məxsus olduğunu bilmədiyi digər bank kartı hesablarına göndərmişdir. Həmin qəbzlərin telefondan çap edilmiş surətlərini istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs7 istintaqa təqdim etdiyi borc müqaviləsi ilə tanış olaraq bildirmişdir ki, Ləman dəqiq xatırlamadığı tarixdə ondan xahiş etmişdir ki, ondan aldığı pula görə onun tanışı Babək adlı şəxsin adına müqavilə bağlasın. Buna görə də Ləmanın xahişi ilə onun tanışı Babək adlı şəxsin adını müqavilədə qeyd edərək onunla aralarında borc müqaviləsi hazırlamışdır. Həmin müqavilənin 1-ci vərəqində “altı min manat” sözlərini özü yazmışdır, yəni ondan 6000 manat borc almağını təsdiq etmişdir. Müqavilənin 3-cü vərəqində soldan sağa doğru olan 1-ci möhürü o, həkk etmişdir. Müqavilənin 1-ci vərəqində olan möhürü o, həkk etməmişdir və üzərində əlyazma ilə “on min manat” sözlərini o, yazmamışdır. Həmçinin müqavilənin 3-cü vərəqində soldan sağa doğru olan ikinci möhürü o, həkk etməmişdir və üzərində “2000 m” rəqəm və hərfini o, yazmamışdır, möhürün üzərindəki imzanı o icra etməmişdir. Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiyi xüsusatlarla bağlı bildirmişdir ki, lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, bu işə sərmayə qoyulduğu halda, verdiyi pul məbləği yerində qalmaq şərti ilə ona verilmiş pulun müəyyən faizi həcmində hər ay qazanc olaraq pul verəcəyini vəd verib Habildən pul almamışdır. Lakin, Habil ondan müxtəlif vaxtlarda arvadı və tanışı Fərqanə adlı qadın üçün hədiyyə olaraq müxtəlif qızıl zinət əşyaları almış və buna görə ona müxtəlif məbləğlərdə kart vasitəsi ilə pul ödəmişdir. Ola bilər ki, nadir hallarda qızıl alışı ilə əlaqədar əlbəəl nağd da ona pul vermişdir. Habilin heç bir tanışından göstərilən xx.xx.2023-cü il tarixdə 1000 (bir min) manat, xx.xx.2023-cü il tarixdə 3000 (üç min) manat, xx.xx.2023-cü il tarixdə 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə 1000(bir min) manat,xx.xx.2023-cü il tarixdə 11000 (on bir min) manat, xx.xx.2023-cü il tarixdə 100000 ( bir yüz min), xx.xx.2023-cü il tarixdə 20000 (iyirmi min) manat, xx.xx.2023-cü il tarixdə 15000 (on beş min) manat, xx.xx.2023-cü il tarixdə 4000 (dörd min) manat, xx.xx.2023-cü il tarixdə 30000 (otuz min) manat, xx.xx.2023-cü il tarixdə 10000 (on min) manat, xx.xx.2023-cü il tarixdə 14000 (on dörd min) manat, xx.xx.2023-cü il tarixdə 17000 (on yeddi min) manat, xx.xx.2023-cü il tarixdə 15000 ( on beş min) manat olmaqla ümumilikdə 243000 ( iki yüz qırx üç min) manat pul almamışdır. Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi xx.xx.2023-cü il tarixli borc müqaviləsi ilə tanış olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixli borc müqaviləsini o, Şahid1 ilə öz arasında bağlamışdır və Fərqanədən müqavilədə göstərilən məbləğdə pulu hər ay həmin məbləğin 10 faiz olan hissəsini Fərqanəyə qazanc olaraq vermək şərti ilə almışdır. Lakin, həmin pulu Fərqanəyə tam şəkildə qaytarmışdır. Həmin pulu kart vasitəsi ilə Fərqanəyə qaytarmışdır. Əlavə olaraq bildirmişdir ki, həmin pulu Fərqanədən Habil ilə tanışlığına görə almamışdır. Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi xx.xx.2023-cü il tarixli borc müqaviləsi ilə tanış olaraq bildirmişdir ki, müqavilənin birinci vərəqində olan yazıları o, özü yazmışdır, habelə üçüncü vərəqində olan möhürü o, həkk etmiş və imzanı o, icra etmişdir. Həmin müqavilə əsasında Orxandan 3000 manat pul almışdır və həmin pulu Xananın ona təqdim etdiyi Xananın özünə məxsus bank kartına, bir hissəsini isə oğlu Orxan Bədrixanovun bank kartına göndərmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin pulu Orxandan Habil ilə tanışlığına görə almamışdır. xx.xx.2023-cü il tarixli borc müqaviləsinin üçüncü vərəqində üzərində soldan sağa doğru olan 3-cü möhürü və möhürün üzərində olan yazıların, habelə imzanın onun tərəfindən icra edilib-edilmədiyini bilmir, həmin müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə Fərqanədən 3000 manat pul aldığını xatırlamır. xx.xx.2023-cü il tarixli borc müqaviləsinin üçüncü vərəqində üzərində soldan sağa doğru olan 2-ci möhürü o, icra etməmiş və həmin möhürün üzərindəki “13.03.23 1000 m” yazısını o, yazmamışdır. Habilin ifadəsində göstərdiyi xüsusatların yalan olmasını, həmin tarixdə Fərqanədən həmin pulu almadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli borc müqaviləsinin üçüncü vərəqində sol alt hissəsində olan “xx.xx.2023 11000 manat verildi” yazısını o, yazmamışdır, həmin yazının alt hissəsindəki imzanı o, icra etməmişdir. xx.xx.2023-cü il tarixdə Fərqanədən 11000 manat pul almamışdır. Habilin həmin xüsusat üzrə ifadəsində göstərdiklərinin yalan olduğunu bildirmişdir. Habilin ifadəsində göstərdikləri doğru deyil. Habil ilə ofisdə 100000 manat pul verəcəyi barədə razılaşmamışdır və ona heç bir vəd verməmişdir. Onun razılaşması Fərqanə ilə olmuşdur. Fərqanədən 80000 (səksən min) manat alacağını və Fərqanəyə həmin pulun müəyyən faizi məbləğində pul qaytaracağını vəd vermişdir. Buna görə də aralarında müqavilə bağlanmışdır. Lakin, Fərqanə həmin puldan əvvəl ona müxtəlif qızıl zinət əşyaları da verdiyi üçün müqavilədə aldığı məbləğin guya 100000 manat olmasını qeyd etmişdir. xx.xx.2023-cü il tarixli həmin müqavilə ilə tanış olaraq bildirmişdir ki, müqavilənin birinci vərəqində olan yazıları o, yazmışdır, üçüncü vərəqində sol alt hissədə olan möhürü o, həkk etmişdir və üzərində imzanı o, icra etmişdir. 18 sayl notariat ofisində Fərqanədən 100000 manat deyil, cəmi 80000 manat pul almışdır. Xana kimi tanıdığı Xanımla xx.xx.2023-cü il tarixdə 18 saylı notariat ofisində notarial qaydada bağlanmış kredit müqaviləsi ilə tanış olaraq bildirmişdir ki, müqavilə doğrudan da onunla Xana arasında bağlanmışdır. Xanadan həmin müqaviləyə əsaəsn 20000 (iyirmi min) manat almışdır. Həmin müqavilənin şərtlərinə əsasən həmin pulu Xanıma xx.xx.2026cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, həmin müddət başa çatmamış o, 20000 (iyirmi min) manat pulu Xanaya geri qaytarmışdır. Həmin pulları qaytarmasına dair vatsap yazışmaları, kart vasitəsi ilə göndərdiyi pullara dair elektron qəbzləri vardır, həmin sənədləri istintaqa qısa müddətdə təqdim edəcəkdir. Xananın oğlu X31 ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixdə 16 saylı notariat ofisində notarial qaydada bağlanmış kredit müqaviləsi ilə tanış olaraq bildirmişdir ki, həmin müqaviləyə əsasən 15000 manat pulu X6 almışdır. Həmin pulun bir hissəsini Orxana əlbəəl, bir hissəsini isə Orxanın kart hesabına göndərmək yolu ilə qaytarmışdır. Əlbəəl qaytarmasına dair qəbzləri olmasa da, Orxanın kartına göndərdiyi pullara dair elektron qəbzləri vardır. Həmin qəbzləri istintaqa təqdim edəcəkdir. xx.xx.2023-cü il tarixli borc müqaviləsi ilə tanış olaraq bildirmişdir ki, həmin qızıl saatı xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən Fərqanədən götürmüşdür. Qeyd olunan qızıl saatı göstərdiyi lombard fəaliyyəti ilə əlaqədar Həzi Aslanov metrosunun yaxınlığında yerləşən lombarda girov qoymuşdur. İsmayılı Habilə görə deyil, başqa bir şəxsə görə tanımışdır. Habil xx.xx.2023-cü il tarixdə İsmayılı gətirib ona təqdim edib İsmayıl ilə borc müqaviləsi bağlamalarını ona təklif etməmişdir və həmin pulu Habil ona verməmişdir. İsmayıl ilə aralarında pul məsələsi olmuşdur, yəni İsmayıldan pul alıb İsmayıla qaytarmışdır. Lakin, İsmayıldan hansı tarixdə və hansı məbləğdə pul aldığını hazırda xatırlamır. Habil X3 ilə arasında bağlanmasını bildirdiyi xx.xx.2023-cü il tarixli müqavilə ilə tanış olmuşdur. Həmin müqavilədəki yazıların və müqavilənin üçüncü vərəqində sol tərəfdən birinci möhürün üzərində olan imzanın onun tərəfindən icra edilib edilmədiyini dəqiq deyə bilmir. Lakin qeyd etmişdir ki, X9 xx.xx.2023-cü il tarixdə bir dəfəyə 30000 manat pul almamışdır. Ona görə də həmin müqavilənin onun tərəfindən tərtib edilib-edilmədiyini bilmir. X38 ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə ilə tanış olaraq bildirmişdir ki, müqavilədəki yazıların və müqavilənin üçüncü vərəqində soldan sağa doğru olan ikinci möhürün üzərindəki “5.08.2023 10000” yazısının və möhürün üzərindəki imzanın onun tərəfindən icra edilib-edilmədiyini dəqiq deyə bilmir. Lakin, X9 xatırlamadığı tarixdə 10000 manat pul almışdır. Lakin, həmin pulu ona əlbəəl qaytarmışdır, həmin yazışmaları qısa müddətdə istintaqa təqdim edəcəkdir. Zərərçəkmiş şəxs6 xatırlamadığı tarixdə təxminən 13-14000 manat pul almışdır və ona qaytarmışdır. Lakin, onun ifadəsində qeyd etdiyi kimi, həmin pulu ona qaytardıqdan sonra ondan 17000 (on yeddi min) manat almamışdır. Habil, Fərqanə və İsmayıl dəqiq xatırlamadığı tarixdə onun işlətdiyi lombarda gəlmişlər, Fərqanə orada 3000 manat pul vermiş və bildirmişdir ki, onun və İsmayılın onda qalan pulunun üzərinə həmin 3000 manatı gəlsin və həmin məbləği 15000 manat etsin, onlara 15000 manat məbləğin faizini ödəsin. O, Fərqanəgil ilə razılaşmış, lakin, onlarla orada həmin 15000 manata görə müqavilə bağlayıb bağlamadığını hazırda xatırlamır. X38 ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə ilə tanış olmuş, həmin müqavilənin üçüncü vərəqində möhürün üzərində “xx.xx.2023 15000 ” yazılarını onun yazıb-yazmadığını və alt hissəsindəki imzanı onun icra edib-etmədiyini dəqiq deyə bilmir. Lakin, həmin möhür və üzərindəki yazıları və imzanı özünün icra etməsini və həmin möhürdəki yazıların ifadəsində göstərdiyi kimi, Habilin ona 3000 manat verməsi və onların ümumilikdə onda qalan, onlara faiz olaraq ödəməli olduğu pulun məbləğinin həmin 3000 manatla birləşdirilib ümumilikdə 15000 manat hesablanaraq müqaviləyə yazılması ilə əlaqədar olmasını ehtimal edir. Onlardan aldığı pulu bir müddət sonra, dəqiq xatırlamadığı tarixdə, Fərqanə və İsmayıl ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, “Armud” restoranının yanında görüşüb həmin puldan birinci dəfə 9000 manat onlara vermişdir, ondan sonra isə dəqiq xatırlamadığı tarixdə işlədiyi lombarda Fərqanə və İsmayıl birlikdə gəlmiş, Fərqanə orada ondan 5500 manat pulu almışdır. Belə ki, ifadəsində qeyd etdiyi 15000 manatı onlara qaytarmışdır. Zərərçəkmiş şəxs6 aldığı pulları borc olaraq almışdır və tam həcmdə geri qaytarmışdır. Bundan başqa qeyd etmişdir ki, Şahid2 bank kartı hesabına təxminən 20000 manat, oğlu Orxan Bədirxanovun isə bank kartı hesabına isə 15000 manatdan artıq məbləğdə pul göndərmişdir. Həmin pulları göndərməyinə dair qəbzləri var və onları istintaqa təqdim edəcəkdir. Hətta Xanaya ifadəsində hazırda qeyd etdiyi məbləğlərdən daha artıq məbləğdə pul qaytarmışdır. Lakin onların qəbzi özündə yoxdur. Bundan başqa da qeyd etmişdir ki, onlar həmçinin ondan əlbəəl də bir neçə dəfə pul almışlar. Lakin əlbəəl pul verməsinə dair qəbz imzalatdırmamışdır. Zərərçəkmiş şəxs3 ifadəsində göstərdikləri ilə bağlı bildirmişdir ki, o, Zərərçəkmiş şəxs3 müxtəlif qızıl zinət əşyaları girov götürüb ona müxtəlif məbləğlərdə lombard krediti olaraq pul vermişdir. Lakin, hazırda Səmadan hansı qızılları girov olaraq götürdüyünü və ona hansı məbləğdə lombard krediti verdiyini dəqiq xatırlamır. Lakin, ümumi olaraq Səma götürdüyü lombard kreditinə görə ödəməli olduğu faiz pulları vaxtında ödəmədiyi üçün və götürdüyü lombard kreditini tam şəkildə geri qaytarmadığı üçün onun girov qoyduğu bəzi qızıllar ona geri qaytarılmamışdır. Səmaya təxminən iki dəfə girov qoyduğu qızılları-bir qolbağ, bir sırğa, bir üzük olmaqla qaytarmışdır. Lakin, ona konkret olaraq hansı qızıl əşyalarını qaytardığını dəqiq xatırlamır. Səmadan aldığı qızıllardan bəzilərini lombard fəaliyyəti ilə məşğul olan Şahid4, bəzilərini isə Həzi Aslanovda yerləşən lombarda girov qoymuşdur. Əlavə olaraq bildirmişdir ki, Həzi Aslanovda yerləşən lombarda qoyduğu həmin qızıllara görə həmin lombarddan girov biletləri almışdır. Şahid4 isə qızılları verərkən ondan girov bileti almamışdır. Buna görə də ona verdiyi qızıllarla bağlı istintaqa girov bileti təqdim edə bilməmişdir. Lakin, Ədalətə verdiyi qızılların hər biri aralarında olan razılığa əsasən kodlanmış, həmin kodları özü müəyyən etmişdir. xx.xx.2023-cü il tarixdə Səmaya məxsus bir ədəd qızıl sep və bir ədəd qızıl qolbağ və klonu Ədalətə girov olaraq qoymuş və həmin qızıllar siyahıda 036625 nömrəsi ilə kodlanmışdır. Bundan başqa Səmaya məxsus, hazırda hansı qızıl əşyaları olduğunu xatırlamadığı qızılları xx.xx.2023cü il tarixdə Şahid4 girov vermişdir. Həmin qızıllar isə siyahıda 036647 nömrəsi ilə kodlanmışdır. Lakin, Ədalətə həmin qızılları girov qoymağına dair onun və ya işçiləri tərəfindən imzalanmış hər hansı sənədi yoxdur. Bundan başqa Səma girov qoyub lombard krediti kimi götürdüyü pulların müqabilində ona lombard kreditinin faizi olaraq ödəməli olduğu pulları vaxtı-vaxtında ödəməmişdir. Onun qızıllarını başqa lombarda girov qoyduğu üçün həmin qızıllara görə faiz olaraq öz cibindən pul ödəmişdir ki, həmin qızıllar satışa çıxarılmasın. Belə ki, Zərərçəkmiş şəxs3 qızılları mənimsəməmişdir, Səmanın ona verdiyi qızılları digər lombardlara girov qoymuşdur, onlardan isə bu barədə girov bileti almışdır. İlk ifadəsində qeyd etdiyi kimi, 2022-ci ilin təxminən yay-aylarından etibarən lombard fəaliyyəti göstərərkən götürdüyü qızılları Həzi Aslanov metrosunun çıxışında yerləşən başqa bir lombard ofisinə qoyub oradan pul götürüb müştərilərə vermişdir. Müştərilərdən götürdüyü qızılları həmin lombardda işçi kimi işləyən Cahangir və Sevinc adlı şəxslərə hər qızıla görə ayrı-ayrılıqda girov bileti ilə verib onlardan 2,5 faiz əlavə pul ödəmək şərti ilə pul götürüb öz müştərilərinə 5 faizlə vermişdir. Bundan başqa eyni formada lombard kimi fəaliyyət göstərən Şahid4 və onun oğlu Tərlan Hacıyevə də müştərilərin ona verdiyi qızılları girov qoyub onlardan 2,5 faizlə pul götürüb, 5 faizlə müştərilərə vermişdir. Buna görə də Səmanın ifadəsində qeyd etdiyi qızılların da bir hissəsini Şahid4, digər hissəsini isə Həzi Aslanov metrosunun çıxışında yerləşə lombarda girov qoymuşdur. Zərərçəkmiş şəxs17 ifadəsində göstərdikləri barədə bildirmişdir ki, doğrudur, 02 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səmədbəy Mehmandarov küçəsində yerləşən lombardda Zərərçəkmiş şəxs17 583 əyarlı 11,2 qram çəkidə olan bir ədəd qizil qolbağı girov götürüb ona lombard krediti olaraq 550 manat pul vermişdir. Murad həmin pulu faizi ilə birlikdə ödəniş edərək ona 578 manat pul vermişdir. Lakin, o, Muraddan girov götürdüyü 11,2 qram çəkidə olan həmin qızıl qolbağı ona qaytara bilməmişdir. Buna səbəb həmin qızılı Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosunun yanında yerləşən, Rəhimova Ruhiyyə Şahid qızının adına VÖEN açılaraq qeydiyyata alınmış, lombardda lombard fəaliyyəti ilə məşğul olan Cahangir və Sevinc adlı şəxslərə təhvil verib həmin lombarddan 550 manat pul götürmüşdür və Murada lombard krediti olaraq verməsidir. İlkin ifadəsində qeyd etdiyi kimi o, lombarda girov qoyduğu qızılları hər ay qızılın dəyərinin 3 faizi məbləğində ödəniş etmək şərti ilə girov qoyub onlardan pul götürmüşdür və həmin qızılın dəyərinin 5 faizi həcmində ödəniş etmək şərti ilə lombard krediti götürən şəxslərə vermişdir. Lakin, Zərərçəkmiş şəxs17 məxsus və həmin lombarda girov qoyduğu digər qızıllara görə lombardı işlədən Cahangir və Sevinc adlı şəxslərə əvvəlcədən razılaşdıqları məbləğdə ödəniş edib həmin qızılları götürmək istəyərkən onlar ona bildirmişdir ki, hər qızıla görə onlara təxmini 200 manat daha artıq məbləğdə pul ödəməlidir. O, lombardda işləyən şəxslərin etdiyinin qanunsuz olduğunu onlara bildirmiş və qızılları ödəniş edib götürmək istəsə də, onların verdiyi qızılları ona qaytarmamışlar və buna görə də digər qızıllarla yanaşı o, Zərərçəkmiş şəxs17 girov götürdüyü bir ədəd qızıl qolbağı da həmin lombarddan geri ala bilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs17 götürdüyü bir ədəd boyunbağını Rəhimova Ruhiyyə Şahid qızının adına qeydiyyata alınmış lombarda girov qoymasına dair girov biletinin fotoşəkilini bir ədəd vərəqdə istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs13 ifadəsində göstərdiyi xüsusatlar barədə bildirmişdir ki, Səmra onun işlədiyi lombarda yaxınlaşıb və ona təklif etmişdir ki, ona qızıl versin, o, həmin qızılı müəyyən məbləğdə qiymətləndirib Səmraya hər 15 gündən bir verdiyi qızılın dəyərində olan məbləğin 10 faizi həcmində qazanc olaraq pul qaytarsın. Belə ki, o, Səmranın təklifi ilə razılaşmışdır. Səmra ona 583 əyarlı, ümumi 7 qram çəkidə bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa vermişdir. Onun qızılını 420 manat dəyərində qiymətləndirmiş və aralarında xx.xx.2023-cü il tarixdə borc müqaviləsi bağlanmışdır. Həmin müqavilədə 7 qram çəkidə qızıl götürdüyünü qeyd etmiş və növbəti ilk ayın qazancı olaraq Səmraya verməli olduğu pulu verdiyi qızılın dəyərində olan 420 manat məbləğinin üstünə hesablayıb müqavilədə 500 manat verməsi kimi yazmasını xahiş etmiş və Səmra ilə razılaşıb müqavilədə ondan 500 manat dəyərində 7 qram çəkidə qızıl qəbul etdiyini qeyd etmişdir. Həmin müqavilə bağlandıqdan sonra növbəti aylarda Səmraya 3 dəfə qazanc olaraq 100 manat olmaqla cəmi 300 manat pul vermişdir. Həmin pulun 100 manat məbləğində olan hissəsini onun bank kartı hesabına göndərmişdir. Qalan 200 manat məbləğində olan hissəsinin isə Səmraya işlədiyi lombardda əlbəəl vermişdir. Səmradan aldığı qızılı isə Şahid4 “8-ci kilometr” bazarının yaxınlığında vermişdir. Şahid4 verdiyi bu qızılı başqa “batan” qızıla görə, yəni əvvəllər ödənişi olunmamış qızılı ondan geri almağa görə ödəniş kimi vermiş, yəni Səmraya məxsus həmin qızılı 420 manat pul məbləği kimi hesablayıb Şahid4 ödəniş etmiş və əvəzinə əvvəllər Ədalətə verdiyi, lakin pulu ödənilməmiş başqa qızılı Ədalətdən geri almışdır. Həmin qızılı götürməsinə dair onda olan qızılın və qızılın məbləğini qiymətləndirdiyi 3 ədəd fotoşəkili vərəqlərdə istintaqa təqdim etmişdir. Şahid4 həmin qızılı ondan təhvil götürməsinə dair ona girov bileti və ya digər sənəd verməmişdir. Şahid4 digər qızıllarla yanaşı Səmraya məxsus verdiyi həmin qızılları ona qaytarmaqdan yayınmışdır. Yəni, Şahid4 həmin qızılları ələ keçirmək məqsədi ilə həmin qızılları ona qaytarmamışdır. Zərərçəkmiş şəxs12 ifadəsində göstərdiyi xüsusatlar üzrə bildirmişdir ki, Gülbəhəri aldatmaq məqsədi ilə ondan pul almamışdır. Gülbəhər Novruzavaya aid 43 qram qızılı ona hazırda xatırlamadığı tarixdə Zinyət verərək bildirmişdir ki, həmin qızıllar tanışı Gülbəhər adlı qadınındır. O, həmin qızılları Zinyətdən hər ay qazanc olaraq pul verəcəyini vəd verib ondan almışdır və bir neçə ay Zinyətə əlbəəl həmin pulları qazanc olaraq pul vermişdir. Lakin, Zinyətə hansı məbləğdə qazanc olaraq pul verdiyini hazırda xatırlamır. Bundan əlavə də qeyd etmişdir ki, Gülbəhərin verdiyi pula görə Zinyətə bir müddət qazanc olaraq pul verdikdən sonra Gülbhərin öz kartına da bir neçə dəfə pul köçürmüşdür. Belə ki, Gülbəhərin kartına ümumilikdə hansı məbləğdə pul köçürməyini xatırlamır.Lakin, onun kartına ümumilikdə 430 manat məbləğdə pul köçürməyinə dair elektron qəbzlərinin fotoşəkillərini istintaqa təqdim etmişdir. İstintaqa təqdim etdiyi müqaviləni özü tərtib edib imza etmişdir. Lakin, Zinyətdən Gülbəhərə məxsus qızılları götürdükdən bir neçə ay sonra Zinyət onun lombardına gəlib ona bildirmişdir ki, Gülbəhərə məxsus götürdüyü həmin qızıllara görə ona müqavilə tərtib edib versin. Bundan sonra Gülbəhər də onun yanına gəlmiş və o, həmin vaxt, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs12 qızıl və min manat pul götürməyinə dair həmin müqaviləni tərtib edib ona təqdim etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Gülbəhər ona həmin qızıllardan başqa 1000 manat da pul verdiyi üçün onunla bağladığı borc müqaviləsinə 1000 manat almasını da qeyd etmişdir. Belə ki, Gülbəhərdən aldığı qızılları Şahid4 vermişdir. Şahid4 verdiyi həmin qızılları Ədalətə bir hissəsini saxlaması üçün, bir hissəsini isə ödəniş kimi verib Ədalətdən qalan,yəni əvvəllər verdiyi qızılları ondan götürmüşdür. Zərərçəkmiş şəxs15 ifadəsində göstərdiyi xüsusatlar barədə bildirmişdir ki, Zamiləyə məxsus bir ədəd qolbağ və bir ədəd qızıl üzüyü Zinyət ona vermişdir. Zinyətin ona verdiyi həmin qızıllara görə o, Zinyətə hər ay müəyyən məbləğdə qazanc olaraq pul verəcəyinə dair razılaşmışlar. Həmin qızıla görə Zamilənin kart hesabına bir dəfə 192 manat pul ödəmişdir. Zamiləyə məxsus həmin qızılları isə Şahid4 vermişdir, lakin, həmin qızılı Ədalətə verməyi barədə girov bileti və ya qəbzi yoxdur. Lakin, həmin qızılın Ədalətdə olmasına dair onunla “vatsap” yazışması vardır. Ədalətlə aralarında “vatsap” yazışması mövcuddur. Lakin, Ədalət sonradan həmin qızılları ona qaytarmadığı üçün o, həmin qızılları Zamiləyə qaytara bilməmişdir. Zərərçəkmiş şəxs11 həmin qızılları ona qazanc olaraq hər ay verdiyi qızılların dəyərində pul verəcəyi barədə razılaşaraq ondan almışdır. Həmin qızılları aldığı gündən etibarən ona xx.xx.2023-cü il tarixdən 2023cü ilin oktyabr ayınadək ona 5 ay, hər ay 430 manat olmaqla ümumilikdə 2150 manat pul vermişdir. Verdiyi həmin pulların xatırlamadığı məbləğdə bir hissəsini onun bank kartı hesabına, qalan məbləğdə olan hissəsini isə ona əlbəəl vermişdir. Zərərçəkmiş şəxs11 pul ödəməyi barədə qəbz təqdim edə bilməmişdir. Belə ki, Sevincdən götürdüyü qızılları Bakı şəhəri, Xətai rayonu, Həzi Aslamov metrosunun yanında yerləşən lombardda Sevinc və Cahangir adlı şəxslərə verib girov qoymuşdur və onlardan pul götürüb məşğul olduğu lombard fəaliyyəti ilə əlaqədar dövriyyəyə buraxmışdır. Lakin, ifadəsinin əvvəlində qeyd etdiyi kimi, həmin lombardda işləyən Sevinc və Cahagir adlı şəxslər onlara girov qoyduğu qızılları qaytarmağa, yəni girovdan çıxarmağa görə əvvəlcədən razılaşdıqları məbləğləri yalandan şişirdib ondan daha çox məbləğdə pul istədikləri üçün həmin pulları onlara ödəyə bilməmiş və bu səbəbdən də Zərərçəkmiş şəxs11 da götürdüyü qızılları həmin lombarddan çıxara bilməmişdir. Şahid4 barəsində, eləcə də Həzi Aslanov metrosunun yanında yerləşən lombardda işləyən şəxslərin barəsində qızılları geri qaytarmayaraq mənimsədikləri üçün şikayətlər etmişdir. Zərərçəkmiş şəxs10 ifadəsində göstərdiyi xüsusatlar və istintaqa təqdim etdiyi borc müqaviləsi barədə göstərmişdir ki, Zərərçəkmiş şəxs10 ifadəsində göstərdiyi xüsusatlar yalandır, Zərərçəkmiş şəxs10 sərmayə kimi götürüb qazanc verəcəyi barədə razılaşaraq ondan heç bir məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs10 istintaqa təqdim etdiyi borc müqaviləsində olan yazıları isə özü yazmamışdır və həmin müqaviləni o, tərtib etməmişdir. Elmirin tanışı Emiliya adlı qızı tanımışdır. Emiliya ona sərmayə kimi verdiyi pulun müəyyən faizi məbləğində qazanc verməsi üçün ilk dəfə 1000 manat pul vermişdir və aralarında bu barədə borc müqaviləsi bağlanmışdır. Həmin 1000 manata görə Emiliyaya bir neçə dəfə aylıq ödənişlər etmişdir. Həmin ödənişləri Emiliya ona geri qaytararaq verdiyi əsas məbləğin üstünə gəlməsini xahiş etmişdir. Bir neçə dəfə Emiliya həmin 1000 manatdan əlavə ona 1000, 2000 olmaqla pullar vermişdir. Emiliya ona ümumilikdə 6000 manat pul vermişdir. Həmin 6000 manatın qarşılığında isə hər ay o, Emiliyaya müxtəlif məbləğlərdə pullar ödəmişdir. Emiliyaya verdiyi pullar isə 6000 manatdan daha yuxarı məbləğdədir. Həmin pulların bir hissəsini Emiliyaya nağd olaraq, bir hissəsini isə onun bank kartı hesabına göndərmək yolu ilə ona vermişdir. Emiliyanın onda heç bir məbləğdə pulu qalmamışdır. Həmçinin Zərərçəkmiş şəxs10 isə heç bir məbləğdə pul almamışdır. X16 ifadəsində göstərdiyi xüsusatlar və istintaqa təqdim etdiyi borc müqaviləsi barədə göstərmişdir ki, X39 ona heç bir məbləğdə pul verməmişdir. X53 Coşkunovanın qohumudur. Zinyət ondan xahiş etmişdir ki, Gülsüm adlı qohumu var, Gülsümə borcu var, ona görə də ona qazanc olaraq verməli olduğu pulun üstünə 200 manat əlavə edib bildirmişdir ki, həmin 200 manat pulu ona verməli olduğu qazancın üstünə əlavə etsin və ümumilikdə 1000 manat pulu sərmayə kimi hesab etsin, həmin 1000 manat pula görə onun qohumu Gülsüm Caşxunovanın adına borc müqaviləsi bağlasın və hər ay həmin 1000 manata görə ödəniş etsin. Belə ki, xx.xx.2023-cü il tarixdə X40 onun işlədiyi lombarda gəlmiş və onunla aralarında borc müqaviləsi bağlanmışdır. Həmin müqavilədə 1000 manat pulun hər ay 20 faiz məbləğində olan hissəsini Gülsümə qazanc olaraq verəcəyini göstərmişdir. Əslində isə həmin 1000 manata görə də, Zinyətə hər ay ödəniş etmişdir. Bir daha qeyd etmişdir ki, Gülsümdən 1000 manat pul almamışdır. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatlar barədə bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi qızılları ondan girov olaraq götürüb lombard krediti kimi 1100 manat pul vermişdir. Suqra götürdüyü qızıllara görə hər ay 55 manat olaraq ona pul ödəmişdir. Sonda isə götürdüyü lombard krediti olan 1100 manatı da tam olaraq ödəmişdir. Suqradan aldığı qızılları Şahid4 vermişdir. Ədalətdən də kart vasitəsi ilə və ya nağd şəkildə pul alıb Suqraya vermişdir. Lakin, Ədalətə həmin qızıllara görə faizi və əsas məbləği tam ödəməyinə baxmayaraq Ədalət həmin qızılları geri qaytarmamışdır. Ona görə də Zərərçəkmiş şəxs1 qızıllarını ona geri qaytara bilməmişdir. Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatlar barədə bildirmişdir ki, Zərərçəkmiş şəxs5 təkcə bank kartı hesabına 50000 manat məbləğində pul köçürmüşdür, ondan 50000 manatdan az məbləğdə pul almışdır, həmin pulu faizi ilə ona qaytarmışdır. Qızıl əşyalarına görə isə ona 14000 manatdan yuxarı məbləğdə pul vermişdir. Zərərçəkmiş şəxs5 hər hansı məbləğdə borcu qalmamışdır və onun hər hansı məbləğdə pulunu ələ keçirməmişdir (V cild, səh. 26- 28, 212-215, 244-248, Vİİ cild, səh. 57-59). 22.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2021-ci ildə lombarda qızıl qoyaraq pul götürmüş. 2021-2023-cü illər aralığında noyabr ayının 1-ə kimi ödəniş etmiş və noyabr ayının 1-də ödənişini edib qızılı götürmək üçün yaxınlaşanda Türkanə ona “Muğanbank”da problemlər olduğu üçün qızılı 2-3 gün ərzində qaytaracağını bildirmişdir. Bir müddət sonra Türkanə telefonlara cavab verə bilməmiş və ona görə nə isə problem olduğunu bilmişdir. Bir müddət sonra təkrar lombarda yaxınlaşanda onunla bərabər zərərçəkmiş şəxslərin də orada olduğunu görərərk qızılların olmadığını başa düşmüş və bundan sonra polisə şikayət etmişdir. 23.Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Türkanə ilə universitetdə təhsil aldığı dövrdə rəfiqəsi vasitəsi ilə tanış olmuşdur. Təqdim etdiyi qızılların qarşılığında ona 1100 manat pul verilmişdir. O, ümumilikdə 15-16 qramlıq qızıl təqdim etmişdir. Qızılı verərkən ona girov kağızı verilmişdir. Qoyduğu qızılların müqabilində hansısa faiz məbləği müəyyən edilməmiş, verilən puldan hər ay faizini ödəmiş və aylıq qaytardığı 55 manat faiz məbləği olmuşdur. Elan edilmiş ittihama görə ona dəymiş ziyanı təsdiq edir. Dəymiş ziyandan ona heç bir ödəniş olmamışdır. Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 24.Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayında ad günü məclislərin birində tanımışdır. Türkanə özünü Bakıxanov qəsəbəsində Mehmandarov küçəsində və Eldar Xəlilov küçəsində yerləşən lombardların direktoru kimi təqdim etmişdir. 2022-ci ilin yanvar ayında şəxsi işlərilə bağlı müvəqqəti yaranmış maddi problemlərilə əlaqədar olaraq qızıllarını lombarda girov qoyub kreditə pul götürmək qərarına gəlmişdir. Həmin vaxt yadına Türkanənin işlətdiyi lombard düşmüş və qızılları Türkanənin lombardına qoymaq qərarına gəlmişdir. Dünmüşdür ki, Türkanə ilə ümumi tanışları var, qızılları ona lombarda qoysa daha da təhlükəsiz olar. Buna görədə 31 yanvar 2022-ci il tarixdə Türkanəyə zəng vurub qızılları lombarda girov qoyub pul çıxarmaq istədiyini demişdir. Türkanə onu Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsi 2 ünvanda yerləşən lombarda dəvət edərək demişdir ki, qızıllarını həmin lombarda gətirsin, baxıb qiymətini deyəcəkdir. 31 yanvar 2022-ci tarixdə özünə məxsus olan bir cüt 585 əyyarlı 4 qram çəkidə 300 manat dəyərində olan sırğaları və bir ədəd 585 əyyarlı 3 qram çəkidə 200 manat dəyərində qızıl üzüyünü, ağ qızıldan olan ümumi 21 qram çəkidə 585 əyyarlı bir dəsti ( bir ədəd boyunbağı, bir cüt sırğa, oir ədəd üzük, bir ədəd qolbağı) 3500 manat dəyərində, ümumi olaraq 4000 manat dəyərində qızıllarını götürüb Türkanənin işlətdiyi Eldar Xəlilov küçəsi 2 ünvanda yerləşən lombarda getmişdir. Orada qızıllamı Türkanəyə göstərəndə Türkanə ona bildirmişdir ki, ağ qızıldan olan 3500 manatlıq komplektini girov götürüb 1000 manat məbləğində pulu verə bilər, bir cüt 585 əyyarlı 4 qram çəkidə 300 manat dəyərində olan sırğalara və bir ədəd 585 əyyarlı 3 qram çəkidə 200 manat dəyərində qızıl üzüyə görə 100 manat verə bilər. Türkanə ilə razılaşmış və Türkanəyə həmin qızılları verəndə Türkanə ona girov biletini verib onu imzalayaraq öz möhürü ilə möhürləmişdir. Hazırda həmin girov biletini itirmişdir onu istintaqa təqdim edə bilməmişdir. Türkanə ondan qızıllarını götürüb ona 1100 manatı vermiş və ona hər ay 55 manat faiz verməli olmuşdur. Türkanənin şərtlərilə razılaşmış və 01 noyabr 2023-cü il tarixə qədər hər ay Türkanəyə 55 manatı ödəmişdir. Türkanənin lombardına 4000 manat məbləğində qızıl zinət əşyalarını girov qoymuşdur, həmin qızıllara görə 1100 manat kredit götürmüşdür. 22 ay ərzində Türkanəyə 1210 manat faiz ödəmişdir, həmçinin ödədiyi faizlərdən əlavə olaraq Türrkanəyə ondan götürdüyü 1100 manatı da ödəmişdir. Nəticədə Türkanəyə 2310 manat məbləğində pul ödəmişdir. Türkanə isə ona məxsus olan girova qoyduğu qızılları ona qaytarmamışdır, həmin qızılları mənimsəmişdir. Türkanədən qızıllarını tələb edəndə bildirmişdir ki, girov qoyduğu qızıllarını bir həftə ərzində götürə bilər. Lakin bir həftədən çox müddət keçdiyinə görə hər dəfə həmin lombarda gedəndə özünə məxsus olan girov qoyduğu qızıl sırğalarını götürə bilməmişdir. Türkanə ona müxtəlif bəhanələr gətirib qızılını verməkdən imtina etmişdir, ona olmayan səbəbə görə vaxtı uzatmışdır. Türkanə gah rayonda olmasını, gah xəstəsi olmasını demişdir. Hər dəfə bir bəhanə ilə onunla görüşə gəlməkdən itmtina etmişdir. Türkanə onunla görüşmədiyinə görə başa düşmüşdür ki, Türkanə çox adamı aldadıb pullarını və qızıllarını ələ keçirmişdir. Buna görə də şikayət ərizəsilə Sabunçu rayon prokuorluğuna müraciət etmək qərarına gəlmişdir. Bildirmişdir ki, Türkanə ona məxsus olan 4000 manat dəyərində qızıl zinət əşyalarını ələ keçirmişdir və Türkanəyə ödədiyi 1210 manat məbləğində faiz pulunu nəzərə alaraq Türkanənin ona vurduğu maddi ziyanın 5210 manat təşkil etmişdir (İİ cild, səh. 51-53). 25.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Türkanə xanımı qrup yoldaşı vasitəsi ilə tanımış və həmin şəxs Türkanənin qohumu olmuşdur. Ona Türkanənin lombard işi ilə məşğul olduğu və verilən pul yerində qalmaq şərti ilə aylıq dörd faiz pul qaytardığı deyilmişdir. 01 iyul 2022-ci il tarixdə Türkanə ilə telefonda danışaraq onu kimin yönləndirdiyini demişdir. Görüşməyə razılaşdıqdan sonra onlar Türkanənin yoldaşı ilə birlikdə həmin ünvana getmişlər. O, ilk dəfə Türkanəyə 6000 manat məbləğində pul vermişdir. Bundan sonra mərhələli şəkildə Türkanəyə pul verməyə başlamış və həmin dövr ərzində Türkanənin ona göndərdiyi pullar hazırda da sübut kimi onun telefonunda qalmışdır. 26.Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, şərtlərinə əsasən Türkanəyə verdiyi məbləğ yerində qalacaq, Türkanə isə ona dörd faiz məbləğində geri ödəniş edəcəkdi. Türkanəyə hissə-hissə olmaqla cəmi iyirmi üç min manat pul vermişdir. Təxminən iki min üç yüz manata ona geri qaytarılmışdır. Birinci dəfə pulu verərkən Türkanənin yoldaşı yanlarında olmuşdur. Digər məbləğləri isə ya kartına göndərmiş, ya da lombardda özünə vermişdir. Onların aralatında narazılıq iki il əvvəl pulları geri istədiyi vaxt zənglərinə cavab verməməsi ilə başlanmışdır. Bununla bağlı qrup yoldaşına məlumat verəndə ona Türkanənin maddi sıxıntılarının olduğunu, lakin pulu ödəyəcəyini demişlər. Bundan sonra Türkanənin özü status paylaşaraq “mən heç kimin pulunu yeyən deyiləm, hamının pulunu qaytaracam” yazmışdır. Təxminən sentyabr ayına kimi ona pul ödənilmişdir. Səhv etmirsə verdiyi pulun müqabilində iki min üç yüz manat pul almışdır. Verdiyi pulların sənədi kimi çeklər və digər sənədlər onda olmuşdur. Hansı çeklər üzrə nə qədər pul verməyi barədə məlumatlar onda olmuşdur. Razılaşmaları ilə bağlı onların müqavilələri mövcud olmuşdur. Ona bugünkü günə iyirmi iki min yeddi yüz yetmiş səkkiz manat qaytarmalıdır. Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 27.Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, hal hazırda Şamaxı rayonu 9 saylı tam orta məktəbində idman müəllimi işləyir. Təqsirləndirilən şəxs 2022-ci ildən tanımışdır. Belə ki, Türkanəni tələbə yoldaşı Şakir Məmmədovun vasitəsilə tanımışdır. Şakir Məmmədov ona bildirmişdir ki, onun Türkanə adlı tanışı vardır və o, lombard işi ilə məşğul olur və aldığı pul və ya qızıl əvəzində qazanc olaraq pul qaytarır. Bu formada rahat pul qazana biləcəyini düşünüb, həmin işlə məşğul olmaq qərara gəlmişdir. Buna görə Şakirdən Türkanənin nömrəsini alıb onunla danışıb gördüyü işlə maraqlanmışdır. Belə ki, Türkanə ilə telefonla danışanda Tükanə ona bildirmişdir ki, o, lombad fəaliyyəti ilə məşğul olur, bəzi müştərilər lombardlardan faizlə pul götürdükdən sonra götürdükləri pulları geri qaytara bilmədiyi üçün onların girov olaraq lombardlara qoyduğu qızıllar həmin lombardlar tərəfindən satışa çıxarılır. O, hərraca çıxarılan belə qızılları ucuz qiymətə alır, onları baha qiymətə satır və gəlir əldə edir. Həmin gəlirdən isə ona pul vermiş, yəni onun bu biznesinə pul qoymuş şəxslərə hər ay qoyduqları pulun 10-30 faizi məbləğində qazanc olaraq pul qaytarır. Türkanənin danışdığı bu söhbətlər ona inandırıcı gəlmiş və onunla iş görəcəyini qazanc əldə edəcəyini ona bildirmişdir. Buna görə 02 iyul 2022-ci il tarixdə özünə məxsus olan 6000 manat pulu götürüb Bakı şəhərinə gəlmişdir. Türkanə ilə “Şamaxinka” adlanan ərazidə görüşmüşdür. Həmin vaxt Türkanə əri Emil ilə birlikdə “Şamaxinka” adlanan əraziyə gələrək onunla görüşmüşdür. Üçü birlikdə tanımadığı bir kafeyə getmişlər, orada bir daha ətraflı söhbət etdikdən sonra Türkanəyə 6000 manat pul vermişdir. Türkanə ondan 6000 manat pulu almışdır. Həmin pulu almasına dair və müqavilə tərtib edərək verdiyi pulun qarşılığında 4 faiz qazanc pulu verəcəyini müqavilədə qeyd etmişdir. Müddət ərzində Türkanə ona zəng vuraraq çox pul qoyacağı təqdirdə çox pul qazanacağını demişdir. Türkanənin bu təklifləri onda maraq yaratdığı üçün əlavə pul qoyub çox qazanc əldə etməyi düşünmüşdür. Buna görə xx.xx.2022-ci il tarixdə özünə məxsus olan “Kapitalbank” kart hesabından Türkanənin kart hesabına 800 manat pul köçürmüşdür. O, qazancını çoxaltmağı düşündüyü üçün hər ay qoyduğu məbləği artırmaq qərarına gəlmişdir. Qeyd etmişdir ki, Türkanə özü hər dəfə onunla əlaqə saxlayaraq çox pul qoymağa məcbur etmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə özünə məxsus olan 2000 manat pulu nağd qaydada Türkanənin işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində yerləşən lombardda Türkanəyə vermiş və bu barədə aralarında müqavilə bağlamışlar. Göstərdiyi kimi bu işə marağı artdığı üçün xx.xx.2022-ci il tarixdə o, yenidən özünə məxsus olan 2000 manat pulu nağd qaydada Türkanənin işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində yerləşən lombardda Türkanəyə vermiş və bu barədə aralarında müqavilə bağlamışlar. Daha sonra 03.10.202-ci il tarixdə Türkanənin kart hesabına “Milliön” terminalından 1680 manat pul göndərmişdir. Həmin vaxt Türkanə ona bildirmişdir ki, hal hazırda yaxşı qazanc olmadığı üçün noyabr ayı üçün ona qazanc pulu verə bilməyəcəkdir. Türkanə onunla telefonla əlaqə saxlayaraq işlərin çoxalacağını və qazancın artacağını bildirərək ondan əlavə pul istəmişdir. Artıq Türkanəyə inandığı üçün yenidən onun kart hesabına “Milliön” vasitəsilə xx.xx.2022-ci il tarixdə 1000 manat pul göndərmişdir. Türkanə ona kartla göndərdiyi pulların müvafiq qaydada qeydiyyatını apardığını və ona uyğun qazanc faizlərini hesablayacağını bildirmişdir. Daha sonra Türkanə ondan yenə əlavə pul qoymağını çox pul qazanmağını desə də, artıq pulunun olmadığını ona demişdir. Türkanə ona demişdir ki, pul tapsa yaxşı olar. Bundan sonra atasından pul götürüb Türkanənin gördüyü işə sərmayə kimi qoyub pul qazanmağı düşünmüşdür. Bu iş barədə atasına danışmış və o, etiraz etmədiyi üçün 3000 manat pul vermişdir. Həmin 3000 manat pulu xx.xx.2023-cü il tarixdə Türkanənin kart hesabına göndərmişdir. Bu minvalla xx.xx.2023-cü il tarixdə Türkanənin kart hesabına 440 manat göndərmişdir. 2023-cü ilin iyun ayında 4000 manat pulu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində yerləşən lombardda Türkanəyə vermiş və bu barədə aralarında borc müqaviləsi bağlamışlar. Daha sonra xx.xx.2023-cü il tarixdə 558 manat, xx.xx.2023-cü il tarxdə 800 manat pulu Türkanənin kart hesabına göndərmişdir. Türkanə ona göndərdiyim pullardan xx.xx.2022-ci il 240 manat, xx.xx.2022-ci il 240 manat xx.xx.2022-ci il 400 manat, xx.xx.2022-ci il 400 manat, xx.xx.2023-cü il 440 manat, xx.xx.2023-cü il 440 manat, xx.xx.2023-cü il 440 manat, xx.xx.2023-cü il 160 manat, xx.xx.2023-cü il 460 manat manat ümumilikdə 3220 manat pulu onun kart hesabına göndərmişdir. Türkanəyə ümumilikdə 22778 (iyirmi iki min iki yüz yetmiş səkkiz) manat pul vermişdir. Türkanə isə ona ümumilikdə 3220 (üç min iki yüz iyimi) manat pulu hissə-hissə qaytarmışdır. Türkanə həmin pulları qızıl alış satışı ilə bağlı gördüyü işə sərmayə olaraq qoyacağını bildirib gördüyü həmin işdən əldə etdiyi qazancın hər ay 4 faizi məbləğində ona pul qaytaracağını vəd verib aldadaraq ondan almışdır. Beləliklə Türkanə ona məxsus olan 22778 (iyirmi iki min iki yüz yetmiş səkkiz) pulunu ələ keçirərək ona faktiki olaraq 19058 (on doqquz min əlli səkkiz) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs verdiyi pulların 13480 manatı özünə məxsudur. Belə ki, həmin pulları illərlə yığmışdır eləcə də, qalan 9300 manatı isə atasından və anasından götürüb Türkanəyə hissə-hissə vermişdir. xx.xx.2022-ci il tarixdə verdiyi 6000 manat pulu, xx.xx.2022-ci il tarixdə verdiyi 2000 manat pulu, xx.xx.2022-ci il tarixdə verdiyi 2000 manat pulu, 2023-cü ilin iyun ayında verdiyi pulu borc müqaviləsi əsasında Türkanəyə verməsi barədə müqavilələri, xx.xx.2022-ci il tarixdə 800 manat pulu, xx.xx.2022-ci il tarixdə 1680 manat pulu, xx.xx.2022-ci il tarixdə 1000 manat pulu, xx.xx.2023-cü il tarixdə 3000 manat pulu, xx.xx.2023-cü il tarixdə 440 manat pulu, xx.xx.2023-cü il tarixdə 558 manat pulu, xx.xx.2023-cü il tarxdə 800 manat pulu verməsi barədə kart hesabının çıxarışlarını və “Milliön” terminalının qəbzlərini istintaqa təqdim etmişdir (İİİ cild, səh. 146-150). 28.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, özünə aid olan səbəblərlə bağlı qızıl qoymaq üçün lombarda getmiş və Türkanə xanıma məxsus olan lombarda yaxınlaşaraq müəyyən məbləğdə qızıl qoymuşdur. Bundan sonra isə qızılın girov bileti ilə bağlı ona çek verilmişdir. Həmin məbləği ödədikdən sonra qızılı geri qaytarılmış və artıq onda Türkanəyə qarşı inam yaranmışdır. Bundan sonra isə davamlı şəkildə lombarda qızıllar qoymuşdur. 14 sentyabr 2023-cü il tarixdə sonuncu dəfə lombarda yaxınlaşaraq qızıllarının tam ödənişini edib bütün qızılları götürmək istədiyini bildirmişdir. Həmin vaxt Pərvanə xanım telefonda Türkanə xanımla danışmışdır. Onun biletlərinə ödənişlərin tam olaraq ödənildiyi yazılmış və qızıllarını nə vaxt götürə biləcəyini soruşanda bir həftə ərzində yaxınlaşıb qızılını götürə biləcəyini demişlər. Bu qaydada qızılları bir ay ona qaytarılmamışdır. Bundan sonra o, təsadüfən yolda Türkanə xanım ilə rastlaşaraq qızılları nə vaxt verəcəyini soruşmuş və Türkanə cavabında ona hazırda maddi sıxıntılarının olduğunu, ancaq “Yeni il”ə kimi möhlət verməyini, həmin vaxtadək qızılları qaytaracağını söyləmişdir. Sonda isə onun qızılları hələ də qaytarılmamışdır. 29.Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, onun səkkiz min səkkiz yüz altmış manat dəyərində qızılları qaytarılmamışdır. O, qızılını lombarda qoyduğu vaxt Türkanənin qızıllarını başqasına verdiyini bilməmişdir. Qızılları verdiyi vaxt təqdim edilən çekə hər iki tərəf imza və möhürlərini qeyd etmişdir. Ümumilikdə iyirmi qramdan artıq qızıllar vermişdir. Ona dəymiş ziyan səkkiz min səkkiz yüz altmış manat dəyərində olmuşdur. Çeklərdə qramlar qeyd edilməmiş, onun özü təxmini qramları qeyd etmişdir. Onun qızılının əvəzində ona heç bir pul verilməmişdir. O, qızılları özündən qiymətləndirməmiş, istintaq vaxtı qiymətləndirilmişdir. Həm o, həm də qarşı tərəf hər dəfə qızıl verəndə girov biletini imzalamışlar. Hər dəfə götürdüyü məbləğ yadında deyil, lakin biletdə məbləğlər qeyd edilmişdir. Türkanənin lombardında işləməmiş, lakin kömək məqsədi ilə orada olmuşdur. Bir aya yaxın orada işləmiş və həmin vaxt maaş almışdır. İki dəfə verilən qızılları aparıb vermişdir. Lombarda qoyduğu qızıllar onun valideynlərinin qızılları olmuş və valideynlərinin onun həmin qızılları verməsindən məlumatları olmuşdur. 30.Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, -şəxsi işlərilə bağlı müvəqqəti yaranmış maddi problemlərilə əlaqədar olaraq 2022-ci ilin avqust ayının əvvəllərində ünvan 10 ünvanda yerləşən Lombarda gedib orada həmin lombardın direktoru Təqsirləndirilən şəxs özünə məxsus olan qızıl üzüyünü girov qoyub təxminən 200 manat məbləğində pulu kreditə götürmüşdür. Türkanə onun qızıl üzüyünü götürüb ona girov biletini təqdim etmişdir. Təxminən 20 gündən sonra Türkanəyə götürdüyü pulu və pulun faizini ödəmişdir. Qızıl üzüyünü də lombarddan götürmüşdür. Bununla da Türkanəyə inamı yaranmışdır. 2022-ci ilin sentyabr ayının axırlarında ona yenə də pul lazım olduğuna görə özünə məxsus olan bir ədəd 750 əyarlı 500 manat dəyərində olan 6 qram çəkidə qızıl üzüyünü Türkanənin işlətdiyi Eldar Xəlilov küçəsi 2 ünvanda olan lombardda girov qoyub 360 manat məbləğində pulu götürmüşdür. Türkanə ondan həmin qızılı götürmüş və buna görə ona 058093 saylı xx.xx.2022-ci il tarixli girov biletini vermişdir. Həmin girov biletinin üzərində olan yazıları lombardda Türkanənin köməkçisi işləyən Pərvanə adlı qadın doldurmuşdur. Türkanə isə həmin biletin üzərinə özünə məxsus olan «Təqsirləndirilən şəxs VÖEN **********» yazıları olan möhürü vurmuşdur. Türkanədən 360 manatı götürdüyünə görə ona 18 manat ödəməli olmuşdur. 23 sentyabr 2022-ci il tarixdə yenə özünə məxsus olan bir ədəd 750 əyyarlı 4 qram çəkidə 300 manat dəyərində qızıl üzüyünü və ümumi 300 manat dəyərində hər biri 2 qram olan 585 əyyarlı iki ədəd qızıl boyunbağını klonlarla birlikdə Türkanənin lombardına girov qoyub 500 manat məbləğində pulu kreditə götürmüşdür. Buna görə Türkanə ona 500 manat məbləğində pul vermiş və o, aylıq 25 manat faiz ödəməli olmuşdur. Türkanə ona 058094 saylı xx.xx.2023-cü il tarixli girov biletini vermişdir. Girov biletinin üzərində olan yazıları Türkanənin lombardında onun köməkçisi kimi işləyən Pərvanə adlı qadın öz xətti ilə yazmışdır. Türkanə isə girov biletinin üzərinə özünə məxsus olan «Təqsirləndirilən şəxs VÖEN **********» yazıları olan möhürü vurmuşdur. 18 oktyabr 2022-ci il tarixdə və 21 sentyabr 2022-ci il tarixdə Türkanənin lombardına qoyuduğu üzüyü girovdan çıxartmaq üçün Türkanəyə 378 manatı (360 manat ana məbləği 18 manat faiz) ödəmişdir. Türkanə də 378 manat pulu ondan götürüb Pərvanəyə demişdir ki, 058093 saylı girov biletin arxasına «Ödənildib» möhürü vursun. Pərvanə də onun dediyini etmiş və həmin möhürü girov biletin arxasına vurmuşdur. Həmin vaxtı Türkanə ona üzüyünü verməmiş, demişdir ki, bir həftə ərzində gəlib üzüyü götürə bilər. Buna görə Türkanəyə girov biletini qaytarmamışdır və oradan çıxıb getmişdir. 2022-ci ilin oktyabr ayının axırlarında ona yenə də pul lazım olduğu üçün özünə məxsus olan ümumi 25 qram çəkidə 750 əyyarlı 2500 manat dəyərində olan qızıllarını ( bir ədəd boyunbağı və bir ədəd qolbaq) Türkanənin lombardına gətirmişdir. Türkanə ona 21 sentyabr 2022-ci il tarixdə lombarda girov qoyduğu və pulunu ödədiyi bir ədəd 750 əyyarlı 500 manat dəyərində olan 6 qram çəkidə qızıl üzüyünü qaytarmışdır. Türkanəyə həmin günü 25 qram çəkidə 750 əyyarlı 2500 manat dəyərində olan qızıllarını (bir ədəd boyunbağı və bir ədəd qolbağı) yenidən girov qoyub 700 manatı götürmüşdür. Buna görə aylıq faizi 35 manat ödəməli olmuşdur. Türkanə ondan 25 qram çəkidə qızıllarını götürəndə ona yeni girov biletini verməmişdir, ona təqdim etdiyi xx.xx.2022-ci il tarixli 058093 saylı girov biletin arxasına Pərvanəyə «Təzələndi 700m» sözlərini yazdırmış və girov biletini onun özünə qaytarmışdır. Verdiyi qızıllar da girov biletində qeyd olunmamışdır. 22 oktyabr 2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli 058094 saylı girov bileti üzrə olan 25 manat faizi Türkanəyə ödəmişdir. Türkanə ya özü ya da Pərvanə 058094 saylı girov biletin arxasına «ödənilib» möhürü vurub xx.xx.2022 tarixi qeyd etmişdir. 14 noyabr 2022-ci il tarixdə ona yenə də pul lazım olduğuna görə özünə məxsus olan 600 manat dəyərində ümumi 12 qram çəkidə ( 585 əyyarlı bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa və bir ədəd qızıl klon) və 750 əyyarlı bir ədəd 25 qram çəkidə qolbağını vermişdir. Türkanə ona demişdir ki, 12 qram çəkidə 585 əyyarlı bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa və bir ədəd qızıl kulona görə ona 300 manat verəcək, 2500 manat dəyərində olan 750 əyyarlı bir ədəd 25 qram çəkidə qolbağını isə yoxlatdıracaq, əgər həmin qolbaq qızıl olsa o zaman ona 700 manat verəcəkdir. Türkanə ilə razılaşmış və Türkanədən 300 manatı götürmüşdür. Türkanə ona 14 noyabr 2022-ci il tarixli 971938 nömrəli kassa mədaxil orderini təqdim edib üzərinə öz xətti ilə yazıralı əlavə edib özünə məxsus olan «Təqsirləndirilən şəxs VÖEN **********» yazıları olan möhürü vurmuşdur. 300 manata görə 15 manat aylıq faizi Türkanəyə ödəməli olmuşdur. Türkanə təxminən 3-4 gündən sonra ona lombardda verdiyi 2500 manatlıq 25 qram çəkidə olan 750 əyyarlı qızılına görə 700 manatı ona ödəmişdir. Həmin 700 manata görə ona aylıq 35 manat faiz ödəməli olmuşdur. 21 noyabr 2022-ci il tarixdə o, yenə də Türkanənin lombardına ümumi 4 qram çəkidə 300 manat dəyərində 585 əyyarlı iki ədəd üzüyü, bir cüt «balıq» formalı olan sırğalarını vermişdir. Türkanə ondan həmin malları girov götürüb ona 150 manat məbləğində pulu vermişdir. Həmin puldan aylıq 5 faizi Türkanəyə ödəməli olmuşdur. Türkanə ona 21 noyabr 2022-ci il tarixli 971945 nömrəli kassa mədaxil orderini təqdim edib üzərinə öz xətti ilə yazıları əlavə edib özünə məxsus olan «Təqsirləndirilən şəxs VÖEN **********» yazıları olan möhürü vurmuşdur. Türkanədən 150 manatı götürəndə həmin puldan ona faiz kimi 35 manatı ödəmişdir və Türkanə 21 sentyabr 2022-ci il tarixli 058093 saylı girov biletinin arxasına «ödənilib» möhürü vurub 21 noyabr 2022-ci il tarixi qeyd etmişdir. Həmin ərəfədə yəni 2022-ci ilin noyabr ayının axırlarında Türkanə ona demişdir ki, köməkçisi Pərvanənin toy mərasimi olacaq və bununla əlaqədar olaraq o lombarda işə gələ bilməyəcək və onu özü ilə işləməyə dəvət etmişdir. Türkanə ondan soruşmuşdur ki, “ mənə köməklik edə bilərsənmi ? «Pərvanənin əvəzinə həmin lombardda oturub mən olmayanda lombardı idarə edə bilərsənmi ?». Türkanəyə razılıq vermişdir və 2022-ci ilin dekabr ayının əvvəllərindən Türkanənin lombardında qeyri rəsmi olaraq köməkçi kimi işləməyə başlamışdır. İşi ondan ibarət olmuşdur ki, lombarda gələn vətənşlardan ödənişlərini qəbul edib bu barədə Türkanəyə məlumat versin və lombarda vətəndaşlar tərəfindən gətirilən qızıll zinət əşyalarını qonşu lombarda təqdim etsin, həmin lombardın əməkdaşı Türkanə ilə danışandan sonra pulu və girov biletini yazıb ona vermişdir. Özü həmin girov biletini və pulu öz lombardlarına gələn vətəndaşa təqdim etmişdir. Türkanə ona buna görə maaş verməmişdir, demişdir ki, hələki işi öyrən, görsə yaxşı işləyir ona ayın axırı 300 manatı maaş verəcəkdir. Dərsləri olduğuna görə hər gün lombardda işləyə bilməmişdir. 13 dekabr 2022-ci il tarixdə ona yenə pul lazım olduğuna görə özünə məxsus olan 750 əyarlı 500 manat dəyərində 4 qram çəkidə üzərində qara daşlar olan bır cüt sırğalarını Türkanəyə lombarda girov qoyub 270 manatı götürmüşdür. Türkanə həmin vaxtı Eldar Xəlilov küçəsi 2 lombardında olmuşdur, o, özü də həmin lombardda işləmişdir və Türkanə ondan qızılları götürəndə demişdir ki, girov biletini özü yazıb doldursun Türkanənin özü isə imzalayıb möhürləyər. Türkanənin ona verdiyi 13 dekabr 2022-ci il tarixli 036655 saylı girov biletinin üzərində öz xəttilə yazıları qeyd etmişdir, Türkanə isə həmin biletin üzərinə imza çəkib özünə məxsus olan «Təqsirləndirilən şəxs VÖEN **********» yazıları olan möhürü vurmuşdur. Türkanədən götürdüyü 270 manata görə aylıq faizi 13 manat ödəməli olmuşdur. 15 dekabr 2022-ci il tarixdə lombardda olduğu zamanı Türkanə ona zəng vurub bildirmişdir ki, rayondadır və ondan xahiş etmişdir ki, Eldar Xəlilov 2 ünvanında olan lombarda gedib orada adını xatırlamadığı qadından qızılları götürməli olmuşdur və həmin qızılları Həzi Aslanov metrosunun yaxınlığında lombarda qoymalı olmuşdur. Götürdüyü pulun bir hissəsini isə qızılın sahibi həmin qadına verməli olmuşdur. Qalan pulu isə onun kartına göndərməli olmuşdur. Türkanənin dediyi kimi etmişdir və Eldar Xəlilov küçəsi 2 ünvanında yerləşən lombarda gedib orada onu gözləyən adını xatırlamadığı qadından qızıllarını götürüb həmin qızılları Həzi Aslanov metrosunun yaxınlığında yerləşən lombarda verib 670 manat pulu götürmüşdür. Qızılları verən qadın bildirmişdir ki, həmin qızıllara görə 850 manat məbləğində pul istəyir. Türkanəyə zəng vurub qadının 850 manat pul istədiyini amma lombardın qızıllara görə 670 manat pul verdiyini bildirmişdir. Türkanə ona demişdir ki, həmin qadına 670 manat versin, Türkanənin özünə isə həmin puldan heçnə göndərə bilməmişdir. “Həzi Aslanov” metrosununu yaxınlığında olan lombarda gedəndə həmin lombardda özünə məxsus olan Türkanənin lombardına girov qoyduğu qızıllarını görmüşdür. Onda başa düşmüşdür ki, Türkanə vətəndaşlardan götürdüyü qızılları digər lombardlara girova üçüz faizə qoyur və arada olan qiymət fərqini özünə götürür. 23 dekabr 2022-ci il tarixdə eyni qaydada Türkanənin zəngindən sonra lombarda gələn digər qadından qızılları götürmüşdür. Bakıxanov qəsəbəsində yerləşən «Bank of Baku» binasının ikinci mərtəbəsində yerləşən lombarda gedib qızılları həmin lombarda qoymuş və 600 manat məbləğində pulu götürmüşdür. Türkanənin adına həmin lombard tərəfindən girov bileti yazılmışdır. Türkanənin göstərişi əsasında 600 manatın 400 manatını qızılların sahibinə vermişdir. Qalan 200 manatı isə Türkanənin kart hesabına göndərmişdir. Türkanənin adına yazılan girov bileti isə Türkanəin şkafına qoymuşdur və bu barədə Türkanəyə xəbər vermişdir. Qızılları ona verən vətəndaşa isə demişdir ki, Türkanə rayondadır özü gəlib girov biletini yazıb təqdim edəcəkdir. Türkanə də gələndən sonra həmin vətətndaşlarla özü əlaqə saxlamışdır, onların aralarında olan söhbətlərə qarışmamışdır. Türkanə çox vaxtı lombardda olmamışdır, olanda da bir iki saatlıq gəlib getmişdir. Türkanə Mehmandarov küçəsindədə yerləşən lombardı işlətmişdir, 2022-ci ilin dekabr ayının axırlarında görmüşdür ki, lombarda tez-tez narazı vətəndaşlar gəlib Türkanəni axtarır, pulları və qızılları tələb edirlər, Türkanədən şikayətlər edirlər, bu barədə Türkanyə deyəndə o, demişdir ki, narazılıq etməyə ehtiyyac yoxdur, qızılları sadəcə olaraq gecikir, yaxın vaxtda qaytarılacaqdır. Türkanə də lombardda işlədiyinə görə pul vermədiyinə görə həmçinin təhsil aldığı üçün lombarda vaxt sərf etməyə imkanı olmadığına görə lombarddan işdən çıxmış və bir daha həmin lombarda işçi kimi gəlməmişdir. Həmçinin bir aydan sonra həmin lombarda Pərvanə işləməyə qayıtmış və onun orada gedib işləməyinə ehtiyac olmamışdır. 23 fevral 2023-cü il tarixdə özünə yenə pul lazım olduğu üçün özünə məxsus olan bir ədəd 700 manat dəyərində olan 750 əyarlı 8 qram çəkidə boyunbağını və halqa formalı içərisində «ağac» bəzəyi olan üzərində xırda daşlar olan qızıl kulonu Türkanənin işlədiyi Eldar Xəlilov küçəsi 2 ünvanda yerləşən lombarda girov qoymuşdur. Türkanə ona 270 manatı təklif etmişdir. O, Türkanə ilə razılaşmışdır, buna görə Türkanəyə ayda 13 manat faiz ödəməli olmuşdur. Türkanə həmin qızılları ondan götürəndə ona girov biletini verməmişdir, «şirin dilə» salıb bildirmişdir ki, “bir birimizi tanıyırıq girov biletinə ehtiyyac yoxdur”. Lakin təkidlə tələb etmişdir ki, heç olmasa ondan həmin qızılı götürdüyünə görə qeydlər aparsın. Türkanə ondan 14 noyabr 2022-ci il tarixli 971938 nömrəli kassa mədaxil orderini götürüb həmin orderin arxasına öz xətti ilə «xx.xx.2023 270m klon sep 750» yazıralı əlavə edib özünə məxsus olan «Təqsirləndirilən şəxs VÖEN **********» yazıları olan möhürü vurmuşdur. Bundan sonra Türkanənin lombardına qızıl qoymamışdır. Tez bir zamanda Türkanədə girovda olan qızıllarını çıxartmaq istəmiş və buna görə girovda olan qızıllarının faizlərini aybaay ödəməyə başlamışdır. Faizləri ödəyəndə Türkanə ona verdiyi girov biletlərin arxasına “ödənilib” möhürünü vururub tarixi qeyd etmişdir. Faizləri tam ödəmiş və 14 sentyabr 2023-cü il tarixdə X49 küçəsi 2 ünvanında yerləşən lombardda 2890 manatı yəni kreditə götürdüyü pulu tam ödəmişdir. Pulu lombardda işləyən Pərvanəyə vermişdir, Pərvanə onun yanında Türkanəyə zəng vurub pulu tam ödədiyini bildirmişdir və Türkanə Pərvanəyə demişdir ki, ona verilmiş girov biletlərin arxasına Pərvanə «Ödəniİib» möhürünü vursun. Pərvanə də Türkanənin dediyi kimi etmişdir, ondan lombarddan kreditə götürdüyü və qaytardığı 2890 manat pulları götürüb ona verilmiş hər girov biletlərin arxasına «tam ödəniş, 14.09.23» sözlərini öz xətti ilə yazıb «Ödənilib» möhürünü vurmuşdur. Bundan sonra özündə Türkanə ilə əlaqə saxlamış və qızıllarını hansı tarixdə girovdan çıxarıldığını soruşmuşdur. Türkanə ona Pərvanədən aldığı 2890 manatı təsdiqləyib bildirmişdir ki, bir həftəyə qızıllarını girovdan çıxarıb ona qaytaracaqdır. Lakin bir həftədən çox müddət keçsə də, hər dəfə həmin lombarda gedəndə özünə məxsus olan girov qoyduğu qızıl sırğalarını götürə bilməmişdir. Ona müxtəlif bəhanələr gətirib qızılını verməkdən imtina etmişdir, ona məlum olmayan səbəbə görə vaxtı uzatmışdır. Türkanə çox adamı aldadıb pullarını və qızıllarını ələ keçirmişdir. 25 dekabr 2023-cü il tarixdə X54 2 ünvanda yerləşən lornbardda görmüş və tələb etmişdir ki, qızıllarını qaytarsın, Türkanə söz vermişdir ki, yaxın günlərdə «Yeni il» bayramına qədər qızıllarını verəcək, Türkanəyə bildirmişdir ki, 14 noyabr 2022-ci il tarixdə özünə məxsus olan ümumi 600 manat dəyərində ümumi 12 qram çəkidə ( 585 əyyarlı bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa və bir ədəd qızıl kulon) qızıllardan əlavə ona bir ədəd 750 əyyarlı bir ədəd 25 qram çəkidə qolbağını vermişdir, həmin qolbağa görə Türkanə ona 3-4 gündən sonra 700 manat məbləğində pulu vermişdir, lakin bu barədə girov biletinə heç bir əlavələr etməmişdir və Türkanədən xahiş etmişdir ki, girov biletinə bu barədə əlavələr etsin. Türkanə də ondan verdiyi 21 noyabr 2022-ci ii tarixli 971945 saylı kassa mədaxil orderinin qəbzini alıb həmin qəbzin arxa hissəsinə öz xətti ilə “xx.xx.2023 270m klon sep 750”» yazıralı əlavə edib özünə məxsus olan «Təqsirləndirilən şəxs VÖEN **********» yazıları olan möhürü vurmuşdur. Türkanənin lombardına 7700 manat dəyərində olan qızıllarını hissə-hissə girov qoymuşdur, həmin qızıllara görə Türkanə ona ümumi daraq 2890 manatı hissə-hissə vermişdir, həmin qızıllara görə hissə-hissə ümumi olaraq 1739 manat məbləğində pulu faiz kimi ödəmişdir, ödədiyi faizlərin tarixləri və məbləği 22 oktyabr 2022-ci il tarixdə 25 manat, 21 noyabr 2022-ci il tarixdə 35 manat, 14 mart 2023-cü il tarixdə 120 manat, 27 mart 2023-cü il tarixdə 70 manat, 21 aprel 2023-cü il tarixdə 500 manat, 10 iyul 2023-cü il tarixdə 70 manat, 25 avqust 2023-cü il tarixdə 550 manat, 01 sentyabr 2023-cü il tarixdə 147 manat, 05 sentyabr 2023-cü ii tarixdə 150 manat, 19 sentyabr 2023-cü İİ tarixdə 72 manat olmuşdur. Türkanənin ona vurduğu maddi ziyanın məbləği 1439 manat təşkil edir, 7700 manat girova qoyduğu qızıllarının dəyəri, 1739 manat həmin qızıllara görə ödədiyi faizlər olmuşdur (İİ cild, səh. 34-38). 31.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Salminaz Akhmedova ifadəsində bildirmişdir ki, salonda işlədiyi vaxtda Türkanə yanında yer açımış və fəaliyyətə başlamışdır. Vaxt keçdikcə aralarında münasibət yaranmağa başlamışdır. Bir müddət sonra Türkanə öz işi ilə bağlı danışıb bildirmişdir ki, o qızıl alış verişi ilə məşğuldur və hər dəfə satdıqca qızıl yerində qalır, satdığı qızıllardan hörmət edir. 2022-ci ilin dekabr ayından 2023-cü ilin avqust ayına kimi Türkanəyə hissə-hissə pul vermişdir. Türkanəyə 17 qram 750 əyarlıq komplekt qızıl, səkkiz yarım 585 əyar qolbaq, on qram da boyunbağı vermişdir. Türkanə həmin qızılları iki min üç yüz manatla dəyərləndirmişdir. Türkanəyə ümumilikdə iyirmi bir min yeddi yüz manat pul vermiş, Türkanə ilə o qədər yaxın olmuşdur ki, Türkanə ona hər ay verdiyi pulları bir müddət sonra geri istəmişdir. 32.Zərərçəkmiş şəxs Salminaz Akhmedova məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Türkanə verilənlərin qarşılığında müqavilə verməmiş, demişdir ki, yaxın rəfiqəsidir, müqavilə lazım deyil. Türkanəyə verdiyi pulların bir hissəsini karta yollamış, digər hissəsini əlbəəl vermişdir. Həmin vaxt işçilər də orada olmuşdur. Türkanəyə əlbəəl iki dəfə altı min, bir dəfə min beş yüz vermişdir. Həmin vaxt pulu verməsini Türkanənin işçiləri olan Günel və Pərvanə təsdiq edə bilər. Türkanə demişdir ki, özünün kartının limiti keçib, ona kart atacaqlar həmin gələn vəsaiti başqa karta yollasın. Türkanəyə verdiyi pulları faiz üçün verməmişdir. Təqdim etdiyi qızıllar Salminazın bacısının olmuş, həmin qızıllar 2300 manat dəyərində qiymətləndirilmiş, aylıq 230 manat ödəniş olmuşdur. Təqsirləndirilən şəxsədən şikayətçidir, verilən pullardan üç ya da dörd min vəsait ödənilmişdir. Həmin pulu da Türkanə təkrar geri almışdır. Təqsirləndirilən şəxsdən tələb etdiyi məbləğə vermiş olduğu qazanc məbləğlərini hesablamamışdır. 33.Məhkəmə iclasında zərərçəkmiş şəxs Salminaz Akhmedovanın ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, - Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuşdur, milliyətcə azərbaycanlıdır, Azərbaycan dilində sərbəst yazıb oxuya bilir. 2001-ci ildən ailəsilə birlikdə Bakı şəhərinə köçüb burada yaşamışdır. Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən 114 nömrəli orta məktəbə getmişdir və həmin məktəbi bitirmişdir. 4 ildir ki, Bakı şəhəri,Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Loft” adlı gözəllik salonunda dırnaq ustası işləyir. Təqsirləndirilən şəxs ilə “Loft” gözəllik salonunda tanış olmuşdur. “Loft” gözəllik salonunda saç düzəldilməsi, kiprik qaynağı, dırnaq manikür edilməsi kimi müxtəlif xidmətlər göstərir. Türkanə də həmin xidmətlərdən yararlanmaq üçün həmin gözəllik salonuna gəlmişdir. Türkanənin Bakıxanov qəsəbəsində yerləşən lombard fəaliyyəti ilə məşğul olduğunu bilmişdir. 2022-ci ilin təxminən dekabr ayında Türkanə ilə tanış olmuşdur və onunla münasitəbi yaranmışdır. Türkanə ona bildirmişdir ki, lombard kimi fəaliyyət göstərməklə yanaşı o, həm də banklarda və digər lombardlarda batmış, yəni hərraca çxıarılmış qızılları alıb həmin qızılları baha qiymətə satmaqla gəlir əldə edir. Türkanə ona təklif etmişdir ki, əgər bu işə maya qoysa, yəni qızılın alışına sərmayə qoymaq üçün ona pul versə, o, həmin pulu dövr etdirərək verdiyi pul məbləği yerində qalmaq şərti ilə hərraca çıxarılmış qızılın satışından əldə etdiyi qazancdan ona gəlir kimi hər ay 400-600 manat arası əlavə pul verəcəkdir. İlk dəfə 2022-ci ilin dekabr ayında Türkanənin bank kartı hesabına 2000 manat pul göndərmişdir. Türkanə həmin pulu aldıqdan təxminən 1-2 həftə sonra ona 2200 manat pul qaytarmışdır. Bundan sonra isə müxətlif vaxtlarda 2023-cü ilin avqust ayınadək Türkanəyə müxtəlif məbləğlərdə pullar vermişdir. Həmin pul məbləğlərinin bəzilərini əlbəəl, bəzilərini isə onun bank kartı hesabına göndərmişdir. Belə ki, 15 mart 2023-cü il tarixdə yenə də Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən Araz marketdə olan e-manat pul köçürmə xidməti göstərən aparat vasitəsi ilə Türkanənin bank kartı hesabına 1000 (bir min) manat pul göndərmişdir. 18 mart 2023-cü il tarixdə Bakıxanov qəsəbəsində yerləşən “Like marketin” içərisində olan “e-manat” cihazından onun bank kartına 5000 (beş min) manat pul göndərmişdir. 15 aprel 2023-cü il tarixdə Biləcəri qəsəbəsində yerləşən “mpay” pul köçürmə cihazından onun bank kartı hesabına 1000 manat pul göndərmişdir. 28 aprel 2023-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində Şuşa şəhərciyi “Al market”də yerləşən “e manat” ödəmə terminalı vasitəsi ilə 1200 manat pulu Türkanənin bank kartı hesabına göndərmişdir. Bundan sonra isə o, Türkanəyə 2023-cü ilin may ayında dəqiq xatırlamadığı tarixdə onun işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, S.Mehmandarov küçəsində yerləşən lombardda əlbəəl 6000 (altı min) manat pul vermişdir. Lakin, Türkanəyə həmin pulu verən zaman Türkanə ona müqavilə, qəbz və ya digər hər hansı sənəd verməmişdir. xx.xx.2023cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “m pay” adlı terminal vasitəsi ilə 1500 manat pulu Türkanənin bank kartı hesabına göndərmişdir. Ondan sonra isə 2023cü ilin iyul ayının ortalarında Türkanənin işlədiyi Bakı şəhəri, Sabunçu rayonu,Bakıxanov qəsəbəsində, S.Mehmandarov küçəsində yerləşən lombardda Türkanəyə əlbəəl yenə də 6000 (altı min) manat pul vermişdir. 2023-cü ilin iyul ayının sonlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, S.Mehmandarov küçəsində yerləşən lombardda Türkanəyə əlbəəl 750 əyarlı 15 qram çəkidə,içərisində bir ədəd qızıl boyunbağı,bir cüt qızıl sırğa, bir ədəd üzük bir ədəd qolbağı olan qızıl komplekti, 585 əyarlı 8,5 qram çəkidə bir ədəd qızıl qolbağ, 585 əyarlı 10 qram çəkidə bir ədəd qızıl boyunbağı vermişdir.Türkanə həmin qızılları, “lom” qiymətindən hesablayaraq 2300 manat dəyərində qiymətləndirib ondan götürmüşdür. Aralarında olan şifahi razılaşmaya əsasən Türkanə qızılları 2300 manat pul kimi hesablayıb həmin pulu onun Türkanədə olan pulunun üstünə gələcəkmiş və ona həmin pulun faizinə uyğun qazanc verəcəkmiş. Lakin, həmin qızıl əşyalarını Türkanəyə verərkən də Türkanə ona qəbz, müqavilə, girov bileti və ya hər hansı digər sənəd təqdim etməmişdir (İİ cild, səh. 231-234). 34.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, Türkanə ilə dostu Fərqanənin vasitəsi ilə 2022-ci ildə tanış olmuş, həmin dövrdə Fərqanə kosmetoloq kimi fəaliyyət göstərmiş və onların biznesləri olmuşdur. Həmin müddətdə onun istifadəsində 21 ədəd “Prius” markalı maşın olmuşdur. Fərqanə qazanması üçün ona da maşın almasını xahiş etmiş və bir müddət sonra Fərqanə ondan maşını satmasını istəmişdir. Fərqanə ona Türkanə ilə tanış olduğunu və Türkanənin təklif etdiyi işin daha da gəlirli olduğunu bildirmişdir. Bundan sonra o da təkliflə maraqlanmış, görüş zamanı Türkanə ona lombardda batmış qızılları çıxartdığını deyərək onlara da qazanc vəd etmişdir. O, Türkanəyə ümumilikdə iki yüz əlli yeddi min pul manat vermiş və həmin pullar dostları arasında bağlanılmış müqavilərlə verilmişdir. Verilmiş pulların hər biri ona aid olmuşdur. 35.Zərərçəkmiş şəxs6 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, pul vəsaitləri Türkanəyə 2022-2023-cü illər aralığında verilmiş və verdikləri pulların hər birinə ayrılıqda qazanc yazılmalı olmuşdur. Müqavilələr notariusda borc müqaviləsi kimi bağlanmışdır. Müqavilələr müxtəlif olmuş, bəzilərində 10, bəzinlərində isə 20-30 faiz qazanc olmuşdur. Verdiyi pullarla bağlı qazanc kimi göstərilən yüz altmış yeddi min dörd yüz əlli manat qaytarılmışdır. Qaytarılan məbləğlər əsas borcdan deyil, qazanc kimi qaytarılmışdır. Pullar ona məxsus olmuş, lakin pulun ona aid olmasını sübut edə bilmədiyindən məhkəmədə iddia verə bilməmişdir. Öz işləri ilə məşğul olduğundan müqavilələri öz adından deyil, digər şəxslərin adlarından imzalamışdır. Pulların bir hissəsini Xanıma vermiş, o da həmin pullarla müqavilələr bağlamışdır. Bir müddət sonra Xanım müraciət edərək oğluna toy etdiyini və pullarını geri istədiyini bildirmişdir. O, problemləri yaranana kimi Türkanə ilə görüşməmişdir. Pulların götürülməsində və qazancın verilməsində iştirak etmişdir. Türkanə ona qazanc vermişdir. Türkanə bir neçə dəfə ofisinə gələrək ondan borc götürmüşdür. Ümumilikdə iki yüz əlli yeddi min manat pul vermiş, mülki qaydada mübahisələndirdiyi yüz min məbləğ də həmin məbləğə daxil olmuşdur. O, verdiyi puldan ümumilkdə yüz altmış yeddi min dörd yüz əlli manat pul geri qaytarıldığını, həmin məbləği verdiyi pula görə qazanca hesabladığından hazırda iki yüz əlli yeddi min ödənişi geri tələb etdiyini bildirmişdir. Türkanəni ilk dəfə 2023-cü ilin fevral ayında görmüş, pul ona ilk dəfə həmin vaxt verilmişdir. Nə qədər vəsait verdiyini yazılı şəkildə qeyd etmiş, hazırda xatırlamır. Türkanəyə pulları şəxsən yox, Fərqanənin və Xanımın vasitəsilə vermişdir. Türkanəni ilk dəfə həmin ərəfələrdə görmüş, pulu verməzdən əvvəl görüşüb danışmış, daha sonra notariusa getmiş, yoldaşı da gəlmiş, orada danışmışdır. Notariusda Türkanəyə yüz min verilmiş, yüz min verilənə kimi Türkanəni görmüşdür. Fərqanəyə ilk dəfə demişdir ki, min manat verib yoxlasın. Fərqanə pulu vermiş və yoxlamışdır. Bundan sonra şəxsən Türkanə ilə görüşüb söhbət etmişdir. Xanımın verdiyi pullar da öz pullarıdır. Öz biznesi olduğu üçün, qadınlarla iş görmək istəməmiş, ona görə pulu qadınlara vermişdir. Xanıma pulları əvvəlcə borc kimi vermiş, demişdir ki, o da işlərdə iştirak edib pul qazanmaq istəyir. Xanıma üç dəfə verdiyi bütün pulları əvvəlcə borc kimi vermişdir. Sonra demişdir ki, oradan gələn pulu öz götürsün, sonra Xanım da öz məbləğini Türkanədən alar. 36.Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, -Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi M.Fətəliyev 137a ünvanında yerləşən kombi servisi vardır və həmin servisdə kombi ustası kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayında tanımışdır. Ailə dostu Şahid1 vasitəsilə tanımışdır. Fərqanə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən gözəllik salonunda kosmetoloq işləmişdir. Belə ki, 2022-ci ilin dekabr ayında Fərqanə ilə aralarında olan söhbət zamanı Fərqanə ona bildirmişdir ki, onun işlədiyi gözəllik salonuna Türkanə adlı bir xanım gəlib onların qadınlar üçün göstərdiyi xidmətlərdən istifadə edir. Fərqanə həmçinin bildirmişdir ki, Türkanə lombard fəaliyyəti ilə məşğul olur, qızıl alış-satışından gəlir əldə edir və Türkanə ona bildirmişdir ki, onunn bu kimi biznes fəaliyyətinə sərmayə qoyan şəxslərə Türkanə onların verdikləri pulun məbləğindən asılı olaraq 10-30 faizi məbləğində aylıq qazancı onlara qaytarır. Fərqanə ona bildirmişdir ki, o, da Türkanənin həmin biznesinə sərmayə qoymaq istəyir. Bundan bir müddət sonra Fərqanə ilə aralarında yenə də bu barədə olan danışıq zamanı o, Türkanə adlı həmin xanıma pul verdiyini və Türkanənin ona qoyduğu məbləğin müəyyən faizi hacmındə hər ay qazanc pul qaytardığını demişdir. Bundan sonra verdiyi pulun müəyyən faizi həcmində gəlir əldə etmək üçün Türkanəyə pul vermək qərarına gəlmişdir. X36 tanıması səbəbindən pulu Fərqanəyə verməyi və gəlir əldə etməyi düşünmüşdür. Buna görə xx.xx.2023-cü il tarixdə Fərqanəyə 1000 manat vermişdir və o, Türkanəyə məxsus olan Sabunçu rayonu, Mehmandarov küçəsində yerləşən lombardında borc müqaviləsi bağlamış və həmin müqavilədə Türkanənin 1000 (min) manat guya borc olaraq götürdüyünü və 10 faiz qazanc faizi kimi borc verənə yəni Fərqanəyə verəcəyini qeyd etmişdir. Həmin verdiyi pulun müəyyən faizi həcmində gəliri Türkanə 2 dəfə əlbəəl hər dəfə 300 manat olmaqla ümumilikdə 600 manat pulu Fərqanəyə vermişdir, Fərqanə isə həmin pulu ona vermişdir. Fərqanənin vasitəsilə tanıdığı və aralarında iş münasibətləri olan X2 ilə gördüyü işdən xəbərdar olmuş və özünün də bu formada gəlir əldə etmək istədiyini bildirmişdir. Lakin, pulunun olmadığını ona bu işdə köməklik etməsini yəni pul verməsini xahiş etmişdir. Xanaya etiraz etməmiş və ona pul verəcəyini lakin, ilkin olaraq 4 ay verilən qazancı özünün götürəcəyini, sonradan isə qalan ayların pullarını onun özünün götürə biləcəyini demişdir. Xana onun təklifilə razılaşmışdır. Ona görə də, Xanaya xx.xx.2023-cü il tarixdə 3000 (üç min) manat pul vermişdir. Xana həmin pulu oğlu Orxana vermişdir və o, göstərilən tarixdə Türkanəyə məxsus olan Sabunçu rayonu, Mehmandarov küçəsində yerləşən lombardda aralarında bağlanmış borc müqaviləsi əsasında Türkanəyə vermişdir. Müqavilədə borc olaraq götürdüyü pulun və 10 faiz qazanc faizi kimi Orxana verəcəyin qeyd etmişdir. Həmin verdiyi pulun müəyyən faizi həcmində gəliri Türkanə 6 dəfə əlbə əl hər dəfə 300 manat olmaqla ümumilikdə 1800 manat pulu Orxana vermişdir. Orxan isə həmin pulu gətirib onun özünə qaytarmışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə Fərqanəyə 2000 manat vermişdir və onlar, Türkanəyə məxsus olan Sabunçu rayonu, Mehmandarov küçəsində yerləşən lombardda aralarında borc müqaviləsi bağlamışlar. Müqavilədə Türkanə 2000 (iki min) manat guya borc olaraq götürməsi və 30 faiz qazanc faizi kimi Fərqanəyə verəcəyi qeyd edilmişdir. Həmin verdiyi pulun müəyyən faizi həcmində gəliri Türkanə 3 dəfə əlbə əl hər dəfə 900 manat, ümumilikdə 2700 manat pulu Fərqanəyə vermişdir, Fərqanə isə həmin pulu ona vermişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə Fərqanəyə 1000 manat vermişdir və onlar, Türkanəyə məxsus olan Sabunçu rayonu, Mehmandarov küçəsində yerləşən lombardda aralarında borc müqaviləsi bağlamışlar. Müqavilədə Türkanənin 1000 (min) manat guya borc olaraq götürməsi və 30 faiz qazanc faizi kimi Fərqanəyə verəcəyi qeyd edilmişdir. Həmin verdiyi pulun müəyyən faizi həcmində gəliri Türkanə 3 dəfə əlbə əl hər dəfə 500 manat, ümumilikdə 1500 manat pulu Fərqanəyə vermişdir, Fərqanə isə həmin pulu ona vermişdir. Bundan başqa Türkanə Fərqanə ilə xx.xx.2023-cü il tarixdə borc müqaviləsi bağlamış və həmin müqavilədə Türkanə Fərqanəyə verdiyi müxtəlif əyarlı qızılları borc olaraq götürdüyünü qeyd etmişdir. Türkanə həmin qızıl əşyaları 6000 manat dəyərində qiymətləndirmişdir. Türkanə ona verilmiş qızılların və pulun müəyyən edilmiş 10 faiz həcmində gəliri Fərqanəyə vermişdir. Fərqanə isə qızılları və pulu ona çatdırmışdır. Eləcə də, xx.xx.2023-cü il tarixdə Fərqanəyə 11000 manat pul vermişdir və onlar, Türkanəyə məxsus olan Sabunçu rayonu, Mehmandarov küçəsində yerləşən lombardda aralarında borc müqaviləsi bağlamışlar. Müqavilədə Türkanənin 11000 (min) manat pulu güya borc olaraq götürməsi və 10 faiz qazanc faizi kimi Fərqanəyə verəcəyi qeyd edilmişdir. Həmin verdiyi pulun müəyyən faizi həcmində gəliri Türkanə 1 dəfə əlbə əl 1100 manat pulu Fərqanəyə vermişdir, Fərqanə isə həmin pulu ona vermişdir. Müəyyən vaxt keçdikdən sonra Türkanə Fərqanə ilə görüşüb qazanc pulunu verdiyi vaxt ona çox pul qoyacağı təqdirdə çoxlu qazanc əldə edəcəyini bildirmişdir. Türkanənin bu sözlərini Fərqanə ona dedikdə düşünmüşdür ki, o, həqiqətən də verdiyi pulların qazanc məbləğini qaytarmış və bu işi genişləndirsə daha çox qazanc əldə edəcəkdir. Həmin vaxt şəxsi istifadəsində 21 ədəd “Toyota Prius” markalı avtomaşın olmuşdur. Həmin avtomaşınları gündəlik icarəyə vermişdir. Avtomaşınları satıb əldə olunan pulun hamısını Türkanənin qurduğu işə qoymaq qərarına gəlmişdir. Bu səbəbdən özü Türkanə ilə görüşüb söhbət etməyi qərarlaşdırmışdır. Ona görə də, 2023-cü ilin fevral ayında Fərqanə ilə birlikdə Türkanənin işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Mehmandarov küçəsində yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisə getmişdir. Orada Türkanə ilə görüşüb həmin biznes fəaliyyəti ilə bağlı onunla söhbət etmişdir. Türkanə ona bildirmişdir ki, o, lombad fəaliyyəti ilə məşğul olur, bəzi müştərilər lombardlardan faizlə pul götürdükdən sonra götürdükləri pulları geri qaytara bilmir və onların girov olaraq lombardlara qoyduğu qızıllar həmin lombardlar tərəfindən satışa çıxarılır. O, hərraca çıxarılan belə qızılları ucuz qiymətə alır, onları baha qiymətə satır və gəlir əldə edir. Həmin gəlirdən isə ona pul vermiş, yəni onun buz biznesinə pul qoymuş şəxslərə hər ay qoyduqları pulun 10-30 faizi məbləğində qazanc olaraq pul qaytarır. Türkanənin danışdığı bu söhbətlər ona inandırıcı gəlmiş və ona pul vermək və verdiyi pulun müəyyən faizi həcmində gəlir əldə etmək üçün ona pul vermək qərarına gəlmişdir. Türkanə ilə söhbət zamanı bildirmişdir ki, ona verəcəyi pulları yalnız rəsmi sənəd əsasında verə bilər. Türkanə də onunla razılaşmış və alacağı pulları müqavilə və ya notarial qaydada götürəcəyini bildirmişdir. Lakin fikirləşmişdir ki, Türkanəyə pul verməsi barədə müqaviləni Fərqanənin iştirakı ilə və onun adından bağlasın. Özü mağaza işlətdiyinə görə və biznes fəaliyyəti ilə məşğul olduğuna görə gələcəkdə bu pul məsələsi ilə bağlı əlavə sənədləşmə və digər yarana biləcək problemlərin ardınca getmək üçün və həmin məsələlərin həllində iştirak etmək üçün öz adından deyil Fərqanənin adından Türkanə ilə müqavilənin bağlanmasını özü üçün məqsədəmüvafiq hesab etmişdir. Həmin vaxt Türkanə ilə aralarında razılaşma olmuş və Türkanənin ofisində Fərqanə ilə aralarında borc müqaviləsi bağlanmışdır. Müqavilədə Türkanənin 100000 (yüz min) manat pulu guya borc olaraq götürməsi və 25 faiz qazanc faizi kimi Fərqanəyə verəcəyi qeyd edilmişdir. Daha sonra həmin gün yəni xx.xx.2023-cü il tarixdə evə getmiş və özünə məxsus 100000 (yüz min) manat pulu götürüb Fərqanə ilə birlikdə Bakı şəhəri 18 saylı notariat ofisinə getmişdir. Notariat ofisinin qarşısında Türkanə əri Emil Ahangari ilə birlikdə onları gözləmişdir. Türkanənin ərini birinci dəfə orada görmüşdür. Notariat ofisinə daxil olduqdan sonra Fərqanə ona məxsus olan 100000 (yüz min) manat pulu “Günay” bankın kassasına təhvil vermişdir. Daha sonra Fərqanə ilə Türkanənin arasında xx.xx.2023- cü il tarixli 3M-372 reyestr nömrəli kredit müqaviləsi bağlanmış və həmin 100000 (yüz min) manat pul kassadan sayılaraq Təqsirləndirilən şəxs verilmişdir. Özünə məxsus olan 100000 manat pul kredit müqaviləsi X24 ilə Təqsirləndirilən şəxs arasında rəsmiləşdirilmişdir. Türkanə ilə razılaşmaları belə omuşdur ki, o, hər ayın 10-u 8000 (səkkiz min), 20-si 8000 (səkkiz min), 30-u 9000 (doqquz min) qazanc pulunu ödəyəcəkdir. Demək olar ki, Türkanə 3 ay ərzində razılaşmaya uyğun olaraq Fərqanəyə qazanc pullarını vermişdir. Fərqanə isə həmin pulları gətirib ona vermişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Fərqanə ilə telefon əlaqəsi saxlamışdır və pulu götürüb-götürməməsini ondan soruşmuşdur. Fərqanə ona bildirmişdir ki, Türkanəyə zəng vurur lakin o zənglərə cavab vermir. Buna görə Fərqanədən Türkanənin nömrəsini götürüb ona zəng etsə də o, cavab verməmişdir. Vəziyyətin belə olmasını görüb Türkanənin əri Emilə zəng vuraraq ona bildirmişdir ki, Türkanə onlara pul verməlidir lakin onunla əlaqə saxlaya bilmir. Buna görə Emil onu olduğu ünvana dəvət etmiş və özü həmin ünvana getmişdir. Orada Emil ona demişdir ki, Türkanə barəsində DİN-in BCMİ-nə iş yoldaşının qızı şikayət etmişdir. Buna görə Türkanə izahatla bağlı ora getmişdir. Emil ilə təxminən 30 dəqiqə söhbət etdikdən sonra Türkanə ona zəng vurmuş və nə üçün ona zəng etdiyini ondan soruşmuşdur. Türkanəyə evlərinin qarşısında olduğunu bildirmiş və Türkanə özünün də gələcəyini bildirmişdir. Buna görə də Fərqanəyə zəng vurub olduğu yerə yəni Türkanənin kirayədə qaldığı evinin qarşısına çağırmışdır. Həmin vaxt Türkanə və Fərqanə də gəldikdən sonra evə girmişlər. Orada Türkanə həqiqətən də, ondan həqiqətə uyğun olmayan şikayət edildiyini bildirmişdir. Həmin gün Türkanə ona 8000 manat pul vermiş və evlərinə getmişlər. Bu qaydada Türkanə 100000 (yüz min) manat pulun qazancı olan 125000 (yüz iyirmi beş min) manat pulu 5 ay müddətində ona vermişdir. 2023-cü ilin aprel ayının sonlarında tanışı Xana Bədrixanova ondan 20000 (iyirmi min) manat borc pul istəmişdir. Xana ona həmin pulu Türkanəyə verib qazanc əldə etmək məqəsədilə götürdüyünü demişdir. Xanaya etiraz etməmişdir və ona pul verəcəyini lakin, ilkin olaraq 10 ay verilən qazancı özünün götürəcəyini, qalan ayların pullarını isə özünün götürə biləcəyini demişdir. Xana onun təklifilə razılaşmışdır. Ona görə də, Xanaya xx.xx.2023- cü il tarixdə 20000 (iyirmi min) manat pul vermişdir. Xana həmin pulu xx.xx.2023-cü il tarixdə Türkanəyə məxsus olan Sabunçu rayonu, Mehmandarov küçəsində yerləşən lombardda aralarında bağlanmış borc müqaviləsi əsasında Türkanəyə vermişdir. Həmin vaxt Türkanə müqavilədə pulu borc olaraq götürdüyünü və 10 faiz qazanc faizi kimi verəcəyini qeyd etmişdir. Həmin verdiyi pulun müəyyən faizi həcmində gəliri Türkanə 3 dəfə əlbəəl hər dəfə 2000 manat olmaqla ümumilikdə 6000 manat pulu Fərqanəyə vermişdir, Fərqanə isə həmin pulu gətirib ona vermişdir. Daha sonra Xana işlərini genişləndirmək məqsədilə ondan yenə pul istəmiş və o, Xanaya xx.xx.2023-cü il tarixdə 15000 (on beş min) manat pul vermişdir. Xana həmin pulu oğlu Orxana vermişdir və Orxan da həmin pulu xx.xx.2023-cü il tarixdə Türkanəyə məxsus olan Sabunçu rayonu, Mehmandarov küçəsində yerləşən lombardda aralarında bağlanmış borc müqaviləsi əsasında Türkanəyə vermişdir. Həmin vaxt Türkanə müqavilədə pulu borc olaraq götürdüyünü və 10 faiz qazanc faizi kimi verəcəyin qeyd etmişdir. Həmin verdiyi pulun müəyyən faizi həcmində gəliri Türkanə 2 dəfə əlbə əl hər dəfə 1500 manat olmaqla ümumilikdə 3000 manat pulu Orxana, Orxan isə həmin pulu ona vermişdir. Belə ki, Xanaya pulu verəndə əsas məbləği götürənə kimi qazancı özünün götürəcəyi barədə razılığa gəlmişdir. Bundan başqa Türkanə Fərqanə ilə xx.xx.2023-cü il tarixdə borc müqaviləsi bağlamışdır və Fərqanəyə verdiyi “Tissot” qızıl saatı borc olaraq götürdüyünü qeyd etmişdir. Türkanə həmin qızıl saatı 4000 manat dəyərində qiymətləndirmişdir. Türkanə həmin puldan Fərqanəyə 1 dəfə 1000 manat pul vermişdir. Lakin qızıl saatı bugünədək qaytarmamışdır. Türkanəyə artıq etibar etmiş və onun xeyir verdiyini düşünmüşdür. Buna görə işini genişləndirib əlavə qazanc əldə etmək məqsədilə xx.xx.2023-cü il tarixdə “Bank VTB”-nin Nərimanov rayonu ərazisində yerləşən fililalından 62000 manat kredit pul götürüb xx.xx.2023-cü il tarixdə Türkanəyə məxsus olan Sabunçu rayonu, Mehmandarov küçəsində yerləşən lombardda aralarında bağlanmış borc müqaviləsi əsasında Türkanəyə vermişdir. Həmin vaxt Türkanə müqavilədə pulu borc olaraq götürdüyünü və 25 faiz qazanc faizi kimi verəcəyini qeyd etmişdir. Həmin verdiyi pulun müəyyən faizi həcmində gəliri Türkanə 1 dəfə əlbə əl 3750 manat olmaqla öz iş yerinin yaxınlığında olan kafedə vermişdir. xx.xx.2023-cü il tarixdə Türkanə ona, Həzi Aslanov metro stansiyası tərəfdə olan lombardda qızıl satıldığını və təcili pul lazım olduğunu demişdir. Aldığı pulun qarşılıqlığında qızılı lombarddan çıxardıb 2 gün ərzində həmin qızılları satdıqdan sonra ona 500 manat pul verəcəyini demişdir. Türkanə ilə razılaşdığı üçün ona özünə məxsus olan 14000 (on dörd min) manat pulu işlədiyi M.Fətəliyev 137a ünvanında yerləşən kombi servisində tanışı Fərqanənin yanında vermişdir. Bundan 3-4 gün sonra Türkanə ilə notariusun qarşısında ona verdiyi 14000 mant pul və özünün qazancı kimi söz verdiyi 500 manat pulu vermişdir. Bu söhbətdən təxminən 2 gün sonra Türkanə yenə ona zəng vuraraq 17000 (on yeddi min) manat pul istəmişdir. Türkanə həmin pul ilə eyni qaydada lombarddan qızıl çıxarıb satacağını və həmin pulun qarşılığında qazancı kimi ona 1000 manat pul verəcəyini bildirmişdir. Türkanə ilə razılaşmış və ona 17000 mant pulu tanışı Əsgər adlı dostundan götürüb ona vermişdir. Türkanə pulu 1 həftə ərzində qaytaracağını bildirmişdir. Lakin Türkanə pulu vermədiyini görüb onun ofisinə getmişdir. Türkanənin ofisinin qarşısında narazı adamların olmasını görüb başa düşmüşdür ki, Türkanə çox adamı aldadıb pullarını ələ keçirmişdir. Türkanə ilə əlaqə saxlayıb görüşmək istədiyini bildirmişdir. Türkanə ilə xx.xx.2023-cü il tarixdə görüşən vaxt o, problemlərinin olmasını, lakin qısa vaxt ərzində hamının pullarını qaytaracağını demişdir. Bu zaman ondan 9000 manat borc pul istəmişdir. Türkanəyə demişdir ki, verdiyi pulları və həmin pulların qazanc faizlərini ona vermədiyi üçün əlavə olaraq pul verə bilməyəcəkdir. Lakin Türkanə ona yalvardığı üçün eləcə də, pulları qaytaracağını əmin etdiyi üçün ona 9000 manat pul vermişdir. Bu söhbətdən 2 gün sonra Türkanə təcili olaraq pul lazım olduğunu bildirib əlavə ondan 5000 manat pul almışdır. Belə ki, həmin 5000 manat pulun 2000 manatını Türkanənin bank kartına öz kart hesabından köçürmüşdür. Digər 3000 manatı isə Fərqanə əlbə əl Türkanəyə vermişdir. Bütün bunlardan sonra 2023cü ilin oktyabr ayının əvvələrindən başlayaraq Türkanə onunla əlaqəni demək olar ki, kəsmişdir. Belə ki, Türkanəyə zəng edəndə o, telefonlara cavab verməmişdir, cavab versə də, başına iş gəldiyini özünün zəng edəcəyini bildirərək yenə də zəng vurmamışdır. Sonuncu dəfə 2023-cü ilin dekabr ayında Türkanənin mobil telefonuna zəng vurduqda o, cavab vermədiyi üçün onun əri Emili yığmışdır. Emil telefonu açaraq bildirmişdir ki, özü hal hazırda Türkiyə respublikasında təlimdədir. Özü Türkanə ilə əlaqə saxlaya bilmədiyi üçün onun anasına zəng vurmuşdur və Türkanənin anası bildirmişdir ki, “Türkanə hal hazırda “banditizm” yəni DİN-in BMCMİ-də izahat verir. Habil müəllimə desin ki, narahat olmasın, onun pullarını qaytaracaqdır”. Artıq aldadıldığını başa düşüb Sabunçu RPİ-nə ərizə ilə şikayət vermişdir. Türkanənin ondan pul alması barədə, bağlanmış borc müqavilələrini, diskə yazılmış səs yazılarını və digər sənədləri istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs ondan ümumilikdə 257 000 (iki yüz əlli yeddi min) manat pul almış, həmin puldan ona cəmi 167450 (yüz altmış yeddi min dördyüz əlli min) manat pul qaytarmışdır. Bu hesabla Türkanə onun faktiki olaraq ona verdiyi puldan 89550 (səksən doqquz min beş yüz əlli) manat məbləğdə pulunu ələ keçirmişdir. Lakin, Türkanənin ona faktiki olaraq qaytardığı 167450 (yüz altmış yeddi min dördyüz əlli min) manat pul ona faizlə verməli olduğu qazancı olaraq hesablanmasını düşünmüşdür. Türkanəyə bütövlükdə verdiyi 257 000 (iki yüz əlli yeddi min) manat pul isə Türkanənin ona qaytarmalı olduğu əsas məbləğdir. Yəni Türkanənin ona olan borcudur. Təqsirləndirilən şəxs verdiyi pulları evini girov qoyub bankdan kredit olaraq 200000 (iki yüz min) manatdan çox pul götürmüşdür. Həmin pullara 19 ədəd “Toyota Prius” markalı avtomobil almışdır. Eləcə də, Bakıxanov qəsəbəsində yerləşən mağazada kombilərin alış-satışı ilə məşğul olduğu üçün özü də müəyən qədər pul toplaya bilmişdir. Həmin avtomobilləri satıb, üstünə öz qazancını da əlavə etməklə 257000 (iki yüz əlli yeddi min) manat pulu Türkanəyə vermişdir (İİİ cild, səh. 100-108). 37.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi Rəfiqəsi Esmira xanım vasitəsı ilə tanımışdır. Türkanə xanım ona pul versə qarşılığında qazanc verəcəyini bildirmişdir. Dekabr ayından başalayraq Türkanəyə ümumilikdə on min manat pul vermişdir. 38.Zərərçəkmiş şəxs7 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, verilmiş ittihama görə ona dəymiş ziyanı təsdiq edir. Həmin ziyandan ona müəyyən məbləğ qaytarılmışdır. Qazanc kimi ona qaytarılmış məbləği dəymiş ümumi ziyandan çıxmışdır. Ona təxminən altı min manata kimi pul qaytarılmışdır. O, pul verməsi ilə bağlı rəsmi hansısa sənədi təqdim etməmişdir. İstintaq orqanına möhürlə təsdiq edilmiş müqaviləni təqdim etmişdir. Müqavilədə nə qədər məbləğin onlara veriləcəyinin yazılması yadında qalmamışdır. On min manat vəsaiti üç dəfəyə vermişdir. Pulun verilməsi ilə bağlı müqaviləni sonuncu dəfə bağlamışlar. O, sonuncu dəfə böyük məbləğ verdiyini və müqavilə istədiyini bildirmişdir. Onun yanında Türkanə müqavilədə yazılmış dörd min manatı on min edərək möhürlə təsdiqləmişdir. Verdiyi puldan bəziləri ona əlbəəl, bəziləri isə nağd şəkildə qaytarılmışdır. Pulu verməkdə məqsədi gəlir əldə etmək olmuşdur. Türkanə əvvəlcə ümum məbləğin 30, daha sonra 20 faizi həddində gəlir verəcəyini bildirmişdir. Türkanə ona qazandığını dediyindən həmin faiz ona şübhəli gəlməmişdir. Babək onun tanışı olmuş, pulları onun vasitəsilə vermiş, verdiyi pullar ona aid olmuş və ziyan ona dəymişdir. Təqsirləndirilən şəxs onu aldadaraq qızıllarını ələ keçirmişdir. Telefonlarına cavab vermədiyindən təqsirləndirilən şəxslə görüşməmişdir. Təqsirləndirilən şəxs pulu qaytara qaytara bilmədiyini, qaçmadığını və qızılları qaytaracağını demişdir. İbtidai istintaq dövründə ona hansısa ödəniş olmamışdır. Zərərçəkmiş şəxs7 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. 39.Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs 2021-ci ildən tanıyır. Belə ki, əvvəllər xırda ticarətlə məşğul olmuşdur, “Sədərək” ticarət mərkəzindən müxtəlif geyim əşyaları və ətriyyat məhsulları gətirərək satmışdır. Həmin ərəfələrdə Türkanəni tanımışdır. Onunla münasibətləri normal olmuşdur, məlum hadislərdən sonra isə münasibətləri pozulmuşdur. Belə ki, 2023-cü ilin təxminən fevral ayında rəfiqələrilə söhbət edərkən ona bildirmişlər ki, Türkanə lombard işi ilə məşğul olur və aldığı pul və ya qızıl əvəzində qazanc olaraq pul qaytarır. Bu formada rahat pul qazana biləcəyini düşünüb, həmin işlə məşğul olmaq qərara gəlmişdir. Həmin gün Türkanə gözləmədiyi halda ona zəng vurmuş və gördüyü iş barədə danışmışdır. Onunla görüşəcəyini və daha ətraflı danışacağını bildirmişdir. Buna görə də 2023-cü ilin fevral ayının əvvələrində Türkanəyə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində yerləşən lombarda getmişdir. Orada Türkanə ilə görüşüb həmin biznes fəaliyyəti ilə bağlı onunla söhbət etmişdir. Türkanə ona bildirmişdir ki, o, lombad fəaliyyəti ilə məşğul olur, bəzi müştərilər lombardlardan faizlə pul götürdükdən sonra götürdükləri pulları geri qaytara bilmir və onların girov olaraq lombardlara qoyduğu qızıllar həmin lombardlar tərəfindən satışa çıxarılır. O, hərraca çıxarılan belə qızılları ucuz qiymətə alır, onları baha qiymətə satır və gəlir əldə edir. Həmin gəlirdən isə ona pul vermiş, yəni onun bu biznesinə pul qoymuş şəxslərə hər ay qoyduqları pulun 10-30 faizi məbləğində qazanc olaraq pul qaytarır. Türkanənin danışdığı bu söhbətlər ona inandırıcı gəlmiş və o, da ona pulunun olmadığını bildirib ilkin olaraq qızıl verə biləcəyini demişdir. Belə ki, o, lombarda qızıl zinyət əşyası qoyması müqabilində ona qazanc kimi pul verə biləcəyini bildirmiş və razılaşmışlar. Buna görə də, söhbətlərinin səhərisi günü özünə məxsus olan 2 ədəd qızıl üzüyünü, 1 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl bilərziyini, 1 cüt sırğanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 2 ünvanında yerləşən lombardda Türkanəyə vermişdir. Ona verdiyi bütün qızıllar 585 əyarlı qızıllar olmuşdur. Belə ki, üzüklərdən biri 2 qram çəkidə “tifani” markalı, hörgülü, üzərində ürək formalı əlavə qızıl hissəli olmuşdur. Digər üzük 2 qram çəkidə “mikrofon” formalı və üzərində qara rəngli zirkon qaşları olan üzük olmuşdur. Boyunbağı - 6 qram çəkidə olmuş və üzərində qızıl klon olmuşdur. Bilərzik – “tifani” markalı olmaqla 6 qram çəkidə olmuş və kənarları halqa formasında olmuşdur. Bir cüt sırğa – 3 qram çəkidə, “tifani” markalı olmaqla uc hissələrində ürək formalı və içərisində “tifani” yazısı olmuşdur. Türkanə həmin qızılları tərəzidə çəkərək ümumi çəkisinin 19 qram olmasını bildirmişdir. Türkanə ona bildirmişdir ki, o, sərmayə kimi qızıl əşyaları götürdüyü bütün şəxslərdən 20 qram qızılı 1000 manat dəyərində hesablayır. Belə ki, Türkanəyə verdiyi qızılı o, 845 manat dəyərində qiymətləndirmiş və ondan əlavə də 155 manat pul istəmişdir ki, verdiyi qızılı və pulu ümumi olaraq 1000 manat sərmayə kimi hesablasın. Buna görə də, orada Türkanəyə 19 qram qızıl və 155 manat pul vermişdir. Türkanə razılaşdıqları kimi hər ayın 15-i ona 200 manat, 3 ay ardıcıl olaraq 200 manat ümumilikdə 600 manat pul vermişdir. Türkanə 2023-cü ilin fevral ayının təxminən sonlarında ona bildirmişdir ki, ona verdiyi qızıllardan əlavə də pul verəcəyi təqdirdə daha çox qazanc verəcəkdir. Türkanənin bu təklifi onda maraq yaratmış və ona 6000 manat pul vermək qərarına gəlmişdir. Türkanəyə 6000 manat pul verəcəyini bildirərək müqavilənin tanışı X25 adına bağlanacağını demişdir. Türkanə bu təkilifilə razılaşmış və o, xx.xx.2023-cü il tarixdə Babək Abasovla 6000 manat məbləğində borc müqaviləsi bağlamış və verdiyi 6000 manat pulu 16 faiz qazanc faizi kimi Babəkə verəcəyini müqavilədə qeyd edərək götürmüşdür. Daha sonra mart ayının ortasına kimi dəqiq xatırlamadığı tarixlərdə Türkanəyə onun təklifi ilə 2000 manat pul vermişdir. Belə ki, Türkanə hər dəfə ona zəng vuraraq çox pul qoyacağı təqdirdə çox pul qazanacağını demişdir. 2023-cü ilin mart ayının sonunda Türkanə işləri böyütmək adı ilə ondan pul istədikdə öz “kapital bank” kartından 2000 manat pulu Türkanənin “kapital bank” kart hesabına köçürtmüşdür. Sonradan olan köçürmələr barədə Türkanə xx.xx.2023-cü il tarixli borc müqaviləsinin möhür yerlərində müvafiq qeydlər aparmışdır. Belə ki, o, müqavilənin son vərəqində olan möhürdə 2000 manat yazmışdır, son köçürdüyü pulu aldıqdan sonra isə müqavilənin birinci vərəqində olan möhürün içərisində 10000 (on min) manat qeyd etmişdir. Türkanə 2023-cü ilin mart ayından başlayaraq avqust ayının sonuna kimi ona ümumilikdə 4000 manat qazanc olaraq pul qaytarmışdır. Pulları Türkanədən işlədiyi lombarddan yalnız nağd şəkildə, əlbəəl götürmüşdür. 2023-cü ilin sentyabr ayında Türkanə ilə əlaqə saxlayıb qazanc pulunu götürmək istəyəndə onun telefonuna zəng çatmadığını görmüşdür. Ümumiyyətlə onunla əlaqə saxlamaq artıq get-gedə çətinləşmişdir. Ona sonradan məlum olmuşdur ki, Türkanə onu aldatdığı kimi çox adamı aldatmışdır və pullarını ələ keçirmişdir. Türkanə ilə əlaqə saxlamağa çalışsa da, artıq mümkün olmadığını görüb və aldadıldığını başa düşüb Sabunçu RPİ-nə ərizə ilə şikayət vermişdir (İİİ cild, səh. 247-251). 40.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X30 ifadəsində bildirmişdir ki, salona gedib-gəldiyindən Türkanəni orada tanımış və lombard həmin salona yaxın olmuşdur. Salonda kiminsə lombardda iş quraraq orada batan qızılları çıxarıb lom qiymətinə satması və bunun qarşılığında ona pul lazım olması barədə söhbətlər olmuşdur. Türkanə ona batan qızılları çıxarması üçün pul lazım olduğunu və bunun qarşılığında isə ona pul verəcəyini demişdir. O, 2023-cü ilin fevral ayında 500 manat pul vermiş və bu hal iyun ayına kimi davam etmişdir. Ümumilikdə Türkanənin ona verəcəkləri ilə birlikdə otuz min beş yüz manat borcu olmuşdur. Bununla belə o, ümumilikdə Türkanəyə on yeddi min beş yüz manat pul vermişdir. Razılaşmalarına əsasən verilən pulların müqabilində ona həmin pulun üzərində müəyyən bir məbləğ qaytarılacaqdı. Razılıqları təxminən min manat qarşılığında 150-200 verilməsi olmuşdur. 41.Zərərçəkmiş şəxs X30 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, verilən məbləğlərlə bağlı aralarında müqavilələr mövcuddur. Bundan sonra sentyabr ayına kimi ödəniş olmamış, sentyabr ayında isə bildirmişdir ki, hazırda bankda qızıl var və ona pul lazımdır. Həmin vaxt demişdir ki, kömək etsin ki, həmin qızılı bankdan çıxarsın, qalan aylardan olan borcunu da qaytaracaqdır. Əlində həmin vaxt 6.000 lotoreya pulu olmuş, həmin pulu da ona vermişdir. Vurulan ziyandan 17500 əsas pul, 21500 isə verməli olduğu puldur. Həmin 6000 pulu ondan bir günlük istəmiş, bundan sonra onu tapa bilməmiş, axırda yeni ilə kimi ona vaxt verməsini demişdir. Qarşılığında Türkanəyə verəcəyi bütün məbləğləri toplayıb bir müqavilədə yazmasını demiş, həmin müqavilə də cinayət işindədir. Aralarında imzalanmış müqavilənin adını bilmir, əvvəllər 2-3 müqavilə imzalanmış, sonda isə hamısını birləşdirib bir müqavilə bağlanmışdır. Müqavilələr üzrə nə qədər verdiyini, hansı şərtlərlə pul verdiyini xatırlamır. Sonuncu müqavilədə isə 30500 yazılıb və özü də onu təsdiq etmişdir. Müqavilənin məzmununda nəyin yazılmasından məlumatı yoxdur. Ona görə də sadəcə əlində sübut olsun deyə həmin müqavilənin bağlanmasını istəmişdir. 42.Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayında gözəllik salonlarının birində tanımışdır. Türkanə də getdiyi gözəllik salonuna müştəri kimi gəlib getmişdir. Aralarında normal münasibət yaranmış və söhbət əsnasında Türkanə ona demişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsində yerləşən lombardın və Bakı şəhəri Sabunçu rayonu Mehmandarov küçəsində yerləşən lombardın direktorudur. Həmçinin Bakı şəhəri Sabunçu rayonu Mehmandarov küçəsində yerləşən lombardın yaxınlığında yerləşən qadın geyim paltar mağazasının da sahibidir. Türkanə tünd boz rəngli «Changan» markalı sonu «520» olan nömrəli avtomobili idarə etmiş və hamı onu imkanlı «iş görən» bir xanım kimi tanımışdır. Türkanə ilə tanış olduğu vaxtda yəni 2022-ci ilin dekabr ayında ona təklif etmişdir ki, onunla birlikdə qızıl alveri ilə məşğul oslun. Türkanə ona demişdir ki, lombard işi ilə məşğul olduğuna görə, müxtəlif banklarla əlaqəsi var, həmin banklarda girovda olan dəyərindən qat qat ucuz qiymətə «batan» qızılları alıb bankdan girovdan çıxardır, sonra isə həmin qızılları öz dəyərinə «lom» qiymətinə aldığı qiymətdən baha qiymətə alaraq pul qazanır. Türkanə ona bu işi birlikdə görməyə təklif edərək bildirmişdir ki, əlində nə qədər maya çox olsa, o qədər çox qızılları lombarddan çıxarda bilər və həmin qızılların satışından çoxda pul qazana bilər. Türkanə ona təklif etmişdir ki, ona əlində olan pulları versin ki, birlikdə bu işlə məşğul ola bilsinlər. Türkanə ona demişdir ki, əgər nağd pulu yoxdursa ona qızılları da verə bilər, həmin qızılları o lombarda girov qoyub faizə pulları götürəcək, götürdüyü pulları dövriyyəyə buraxacaq, yəni ki, banklarda girovda olan qızılları qat qat ucuz qiymətə alıb, baha qiymətə «lom» kimi satıb pul əldə edəcək, sonra əldə olunmuş qazancdan lombarda girov qoyduqları qızılları çıxarıb özünə qaytaracaq, əldə olunmuş qacancı isə onunla böləcəkdir. Türkanənin təklifi onu maraqlandırmış, lakin onu yaxından tanımadığı üçün buna razılaşmağa ehtiyyat etmişdir. İki ay ərzində Türkanə ilə əlaqə saxlamış və 2023-cü ilin fevral ayının əvvəlində onu inandırmışdır, buna görə də ilkin olaraq Türkanəyə 500 manatı onun işlətdiyi ünvan 10 ünvanda yerləşən lombardda vermişdi. Türkanə ondan pulu götürüb bir aydan sonra, 2023-cü ilin mart ayında ona 50 manat qazanc qaytarmışdır. Türkanə yenə əlavə olaraq 2023-cü ilin mart ayından 2023-cü ilin aprel ayına qədər hissə hissə 6000 manat məbləğində pul vermişdir. Bundan sonra yenə də pulu verməyə davam etmişdir. Türkanə onu inandırmaq üçün bildirmişdir ki, o qanuni işləyir və ona özü təklif etmişdir ki, onunla borc müqaviləsi bağlasın. Türkanə ilə razılaşarq 2023-cü ilin aprel ayında Türkanə ilə borc müqaviləsini bağlamışdır. Həmin müqavildə də qeyd edilmişdir ki, Türkanə ondan 6500 manat məbləğində pulu borca almışdır. Həmin borc müqaviləsini itirmişdir, müqviləni istintaqa təqdim edə bilməmişdir. Türkanəyə hissə hissə pul verməyə başlamış və 6500 manatdan əlavə olaraq Türkanəyə 03 may 2023-cü il tarixə qədər 8500 manat məbləğində pulu vermişdir. Türkanəyə verdiyi pulları ünvan 10 ünvanda yerləşən onun işlətdiyi lombardda vermişdir. 2023-cü ilin fevral ayının əvvəllərindən 03 may 2023cü il tarixədək olan müddətdə Türkanə həmin lombardda ondan hissə-hissə 15000 manat məbləğində pulu almışdır, həmin puldan ona qazanc kimi hissə hissə 3000 manatı qaytarmışdır. Türkanənin ona olan əsas borcu 12000 manat təşkil etməsinə baxmayaraq Türkanə ona demişdir ki, ona 2023-cü ilin fevral ayından 2023-cü ilin may ayına qədər hissə hissə verdiyi ümumi 15000 manat dövriyyədədir, həmin puldan ona qazanc kimi verdiyi 3000 manat həmin ana məbləğə aid deyil. Türkanəyə 03 may 2023-cü il tarixdə birdəfəyə 8500 mana məbləğində pulu verəndə yenə də onunla borc müqaviləsini bağlamışdır. Türkanəyə demişdir ki, 2023-cü ilin aprel ayında onunla bağladığı 6500 manata aid olan borc müqaviləsini itirmişdir və xahiş etmişdir ki, Türkanə onunla yenidən bağladığı 03 may 2023-cü il tarixli borc müqaviləsinə əl yazısı ilə ona borclu olduğu 6500 manatı qeyd etsin və həmin müqaviləyə möhürünü vurub imzalasın. Türkanə də həmin müqaviləyə öz xətti ilə «o biri müqavilənin köçürməsi» sözlərini yazıb həmin müqaviləni imzalayaraq möhürləmişdir. Bütün bu məsələ Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsi 2 ünvanda yerləşən Türkanənin işlətdiyi lombardda baş vermişdir. 2023-cü ilin iyun ayının əvvəllərində Türkanə ona zəng vuraraq pul istəmiş və demişdir ki, “təcili olaraq ona yüksək məbləğdə pul lazımdır bir günlük, əlinə ucuz qızıl düşüb təcili bankdan çıxardacam”. Məbləği soruşanda Türkanə demişdir ki, nə qədər çox olsa o qədər də yaxşıdır, həmin pulun üstündə əlavə qazanc da verəcəkdir. Əlində həmin vaxtı 1000 manat olmuşdur və Türkanə həmin məbləğə razılaşdığına görə 2023-cü ilin iyun ayının əvvəllərində Eldar Xəlilov küçəsi 2 ünvanda yerləşən lombarda gəlib orada Türkanəyə həmin 1000 manatı vermişdir. Türkanə təxminən 10 gündən sonra ona 1050 manat qaytarmışdır. 50 manatı ona qazanc kimi vermişdir. Türkanənin verdiyi 1050 manat məbləğində pulu onda dövriyyədə olan 15000 manata aid olmamışdır. 2023-cü ilin iyun ayının axırlarında Türkanə ondan yenə də pul istəmişdir, Türkanəyə həmin lombardda yenə də 1000 manatı vermişdir. 2023-cü ilin iyul ayının əvvəllərində Türkanə ona 1050 manatı qaytarmış, aldığı 1000 manatın üstündə 50 manatı qazanc kimi vermişdir. 2023-cü ilin iyul ayının ortalarında Türkanə ondan yenə də pul istəmiş, Türkanəyə inandığı üçün ona 4000 manatı Eldar Xəlilov küçəsi 2 ünvanda yerləşən lombardda vermişdir. Türkanə ondan həmin 4000 manatı alıb 10 gündən sonra 4200 manatı qaytarmışdır. 2023-cü ilin iyun-iyul aylarında Türkanəyə hissə hissə verdiyi həmin 6000 manat məbləğində pulu 300 manat qazancla Türkanə tam qaytarmış. Həmin 6000 manat Türkanədə dövriyyədə olan 15000 manata aidiyyəti olmamışdır. Türkanə 2023-cü ilin avqust sentyabr aylarında ona pul verməmişdir. Pul verməməsi səbəbini Türkanədən soruşanda o, bildirmişdir ki, ondan müştərilərdən biri şikayət etmiş, buna görə də həmin müştərinin pulunu qaytarır məhkəmə prosesləri gedir vəziyyəti çətindir, xahiş etmişdir ki, ona köməklik göstərsin və pulun tələbini müvəqqəti dayandırsın. Türkanə ilə aralarında olan razılaşma 29 sentyabr 2023-cü il tarixdə baş vermişdir. Türkanə ona köməklik məqsədilə bir günlük külli miqdarda pul lazım olmasını demişdir. Türkanə həmi pulla bankda girovda olan qızılları çıxardacağını demişdir. Həmin vaxtı əlində 6500 manat məbləğində pulu olmuşdur, Türkanəyə demişdir ki, həmin pulu ona bir günlük o şərtlə verə bilər ki, o, köhnə borclarından ***-**** manatı əlavə qaytarsın. Türkanə razılaşmış və söz vermişdir ki, 6500 manatı ondan alıb bir günə üstündə 1000 manatı verəcək, ümumi 7500 manatı qaytaracaqdır. Türkanə ilə razılaşmış və ona demişdir ki, Bakıxanov qəsəbəsində «Akkord binaİarı» deyilən yerdədir, Türkanə ona demişdir ki, bir nəfəri göndərəcək, Səltənət adlı qadını, həmin qadın ondan pulu götürüb ona çatdıracaqdır. Türkanə ilə razılaşmış və 29 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində həmin Səltənət adlı qadın Sabunçu rayonu ünvan 12 ünvanında yerləşən “Rahat” marketin qarşısında görüşüb 6500 manatı ona vermişdir ki, həmin pulu Türkanəyə çatdırsın. Səltənət adlı qadını ilk dəfə görmüşdür, onu sonra görməmişdir, aralarında heç bir əlaqə olmamıdşır, Səltənət ona yalan vədlər verməmişdir. Həmin günü Türkanə ona zəng vurub Səltənətdən 6500 manat məbləğində pulun aldığını etiraf etmişdir. Lakin Türkanə ona həmin 6500 manatı əlavə olaraq 1000 manat qazancla olan məbləği bir günə qaytarmamışdır. Türkanədən pulu tələb edəndə o demişdir ki, problemləri var, işləri yubanır və xahiş etmişdir ki, ona biraz vaxt versin. 06 oktyabr 2023-cü il tarixdə onunla işlədiyi Bakıxanov qəsəbəsi Səmədbəy Mehmandarov küçəsində olan lombardda görüşüb xahiş etmişdir ki, ona borclu olduğu məbləğləri 03 may 2023-cü il tarixli borc müqaviləsinə əlavə etsin. Türkanə də ondan 29 sentyabr 2023-cü il tarixdə Səltənət adlı qadının vasitəsi ilə aldığı 6500 manatı aldığı barədə yazıları qeyd etmişdir. «29.09.23 6500» yazıları yazıb imzalayaraq möhürləmişdir. Həmin günü Türkanəyə demişdir ki, onda olan ümumi pulunu qaytarsın. Türkanə də ona demişdir ki, onda olan pulunu qaytaracaq və əlavə olaraq üstündə 9000 manat qazanc kimi verəcəkdir. Türkanədən xahiş etmişdr ki, həmin məbləği də borc müqaviləsinə qeyd etsin, Türkanədə borc müqaviləsinə «6.10.23 9000 manat» sözləri yazıb imzalayaraq möhürləmişdir. Bundan sonra Türkanədən müxtəlif instansiyalara şikayət etməyə başlamışdır. Türkanə onu inandırıb aldadaraq bildirmişdir ki, banklardan girovda «batan» qızılları qat qat ucuz qiymətə alıb «lom» kimi baha qiymətə satır və pul qazanır. Ondan da həmin adla pul alaraq demişdir ki, ondan aldığı pulları dövriyəyə buracxacaq əldə etdiyi qazancı da onunla böləcəkdir. Konkret olaraq faizi danışmamışlar. Türkanəyə 2023-cü ilin fevral ayının əvvəllərindən 29 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində 21500 manat məbləğində pul vermişdir. Həmin puldan qazanc kimi Türkanə ona 4000 manatı qaytarmışdır. Qalan 17500 manatı isə Tükanə ələ keçirmişdir. Ərizələrində qeyd etmişdir ki, Türkanə onun 30500 manat məbləğində pulunu ələ keçirmişdir, həmin 30500 manatın, 17500 manatı Türkanəyə verdiyi pulun ana məbləğidir. Türkanə ona söz vermişdir ki, əlavə qazancları da verəcək buna görə də hesablamasına görə Türkanə ona əlavə olaraq 13000 manat məbləğində qazanc verməlidir. Səltənət adlı qadının anket məlumatlarını bilməmişdir, onun dövlət nömrə nişanını xatırlamadığı ağ rəngli sedan tipli avtomobillə görüşə gəldiyini bildirmişdir (İİİ cild, səh. 247-251). 43.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, Türkanəni getdiyi gözəllik salonundan tanımış, orada olan ustalardan biri ona “bir nəfər var, pul versən, qazanc əldə etmək olur” demişdir. Həmin vaxt yox, bir neçə vaxtdan sonra Türkanə ilə salonun həyətində görüşmüşlər. Həyat yoldaşı Türkanədən hansı işlə məşğul olub bu qədər qazana bildiyini soruşmuşdur. Türkanə qızıl alışı ilə məşğul olduğunu, lombardda batmış qızılları düzəltdirib daha baha qiymətə satdığını, bunun qarşılığında ayda iki dəfə pul götürdüyünü götürdüyü ilk pulu müştərisinə verdiyini və digər məbləği isə özünə götürdüyünü bildirmişdir. O, ilk dəfə iki min dörd yüz manat pul vermiş, növbəti dəfə salonda olarkən təkrar iki min manat pul vermiş, həmin pulu verərkən müqavilə imzalamışlar və Türkanə özünün möhürü ilə onu təsdiq etmişdir. Onun Türkanədə ümumilikdə dörd min altı yüz manat pulu var. 44.Zərərçəkmiş şəxs9 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, müqavilələrin hər ikisi onun adına olmuşdur. İki min dörd yüz manatı verərkən yanında Günel adlı işçisi olmuş, iki min manatı isə salonda vermişdir. O, verdiyi pulun qarşılığında min üç yüz iyirmi manat pul almışdır. Onun Türkanədən olan tələbi qaytardığı puldan qalıq qalan məbləğ olmuşdur. 45.Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında tanımışdır, Türkanənin barəsində ilk dəfə 2023-cü ilin mart ayının axırlarında Bakıxanov qəsəbəsində yerləşən «Unbeauti» gözəllik salonuna gedəndə eşitmişdir. Orada işləyən qadınlar və müştərilər onun barəsində danışmışlar. Söhbətlərdən ona məlum olmuşdur ki, Türkanə bizneslə məşğul olur Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsində yerləşən lombardın və Bakı şəhəri Sabunçu rayonu Səmədbəy Mehmandarov küçəsində yerləşən lombardın direktorudur. Həmçinin Bakı şəhəri Sabunçu rayonu Mehmandarov küçəsində yerləşən lombardın yaxınlığında yerləşən qadın geyim paltar mağazasının da sahibidir. Türkanə hamıdan pulları alır və öz biznesinə dövriyyəyə buraxır, əldə olunmuş qazancı da ona pul verən şəxslərlə bölür. Türkanə özü də həmin salona gəlib getmiş və salonda onunla tanış olmuşdur. Türkanə ilə həmin ərəfələrdə yəni 2023-cü ilin aprel ayında tanış olmuşdur. Türkanə ona özü də təklif etmişdir ki, o, da Türkanənin biznesinə qatılsın. Biznesin şərtlərini soruşanda Türkanə ona demişdir ki, lombard işi ilə məşğul olduğuna görə, müxtəlif banklarla əlaqəsi var, həmin banklarda girovda olan dəyərindən qat qat ucuz qiymətə «batan» qızılları alıb bankdan girovdan çıxardır, sonra isə həmin qızılları öz dəyərinə «lom» qiymətinə aldığı qiymətdən baha qiymətə alaraq pul qazanır. Türkanə ona bu işi onunla birlikdə görməyə təklif etmiş, bildirmişdir ki, əlində nə gədər maya çox olsa, o qədər çox qızılları lombarddan çıxarda bilər və həmin qızılların satışından çoxda pul qazana bilər. Türkanə ona birlikdə bu işlə məşğul olmağı təklif etmişdir. Türkanə ona demişdir ki, nağd pulu yoxdursa qızılları da verə bilər, həmin qızılları lombarda girov qoyub faizə pulları götürəcək, götürdüyü pulları dövriyyəyə buraxacaq (yəni ki, banklarda girovda olan qızılları qat qat ucuz qiymətə alıb, baha qiymətə «lom» kimi satıb pul əldə edəcək) sonra əldə olunmuş qazancdan lombarda girov qoyduğu qızılları çıxarıb özünə geri qaytaracaq, əldə olunmuş qacancı isə onunla böləcəkdir. Türkanə ona demişdir ki, işlətdiyi lombardda və girovda olan banklarda lom əvəzinə verilmiş vətəndaşların qızılları vardır, Türkanə həmin qızılları alır, tanış zərgərlərə verir, həmin qızılları bərpa edandən sonra onları baha qiymətə satır və pul qazanır. Türkanənin təklifi onda maraq yaratmış və evdə özünə məxsus olan pulunu Türkanəyə verməyə qərara gəlmişdir. 5 may 2023-cü il tarixdə evdən özünə məxsus olan 2600 manat məbləğində pulu götürüb Türkanənin işlətdiyi ünvan 13 ünvanında yerləşən Lombarda gəlib orada Türkanə ilə görüşmüş, orada Türkanəyə 2600 manatı vermişdir. Türkanəyə pullarını verəndə onunla borc müqaviləsini bağlamış və həmin borc müqaviləsini öz xətti ilə yazıb dolduraraq müqavilədə ümumi olaraq 2600 manat məbləğində pulunu aldığını göstərmişdir. Türkanə ona demişdir ki, pulunu dövriyyəyə buraxıb bir aya ona qazanc verəcəkdir. Bir ay keçəndən sonra 16 iyun 2023-cü il tarixdə Türkanəyə zəng vurmuş və pul barədə soruşmuşdur, Türkanə ona demişdir ki, 520 manat qazanc əldə etmişdir. Türkanənin işlətdiyi Mehmandarov küçəsində yerləşən Lombarda getmiş və Türkanə ona 120 manat məbləğində pul verərək təklif etmişdir 400 manatı verməsin əlavə olaraq həmin pulu dövriyyədə olan 2600 manatına əlavə etsin ki, dövriyyə 3000 manat təşkil etsin və daha da, çox pul qazansın. Türkanə ilə razılaşmış və ona verdiyi 15 may 2023-cü il tarixli borc müqaviləsində əlavə olaraq möhür vurmuş və möhürün üzərində də «xx.xx.2023 400m» yazıları qeyd edərək imzalamışdır. 17 iyul 2023-cü il tarixdə Türkanə ona kart vasitəsi ilə bank kartına 600 manat məbləğində pulu göndərmişdir, 2023-cü ilin avqust ayının əvvəllərində yenə də həmin Mehmandarov küçəsində yerləşən Lombardda Türkanəyə 2000 manat pul vermişdir ki, həmin pulu dövriyyəyə buraxsın. Türkanə həmin pulu götürəndə 17 avqust 2023-cü il tarixdə qazanc kimi 200 manatı əlbəəl vermişdir. Sentyabr-oktyabr ayında Türkanə ona pul verməyərək işlərin zəif getdiyini demişdir. Türkanə 07 noyabr 2023-cü il tarixdə kart vasitəsi ilə ona 150 manat məbləğində pulu göndərmişdir. 28 noyabr 2023-cü il tarixtədə Türkanə ona kart vasitəsi ilə 250 manatı göndərmişdir. Bundan sonra Türkanə ona pul göndərməmiş və dövriyyədə olan pullarını qaytarmamışdır. Ona görə də, Türkanənin əməllərindən müxtəlif instansiyalara şikayət etməyə başlamışdır. Qeyd etmişdir ki, Türkanə barədə 2023-cü ilin iyul ayının əvvəllərində rəfiqəsi Zərərçəkmiş şəxs13 danışmış və Səmrada Türkanə ilə tanış olmaq istəmişdir. 2023-cü ilin iyul ayının əvvəllərində Səmranı Türkanə ilə tanış etmişdir. Türkanə həmin üsulla Səmra ilə 10 iyul 2023-cü il tarixdə borc müqaviləsi bağlamış, onu inandırmaqla 7 qram çəkidə olan qızıllarını və 100 manat pulunu ələ keçirib onu aldatmışdır. Türkanə onu inandırıb aldadaraq bildirmişdir ki, banklardan girovda «batan» qızılları qat qat ucuz qiymətə alıb «lom» kimi baha qiymətə satır və bununlada pul qazanır. Türkanə ondan həmin adla pul alaraq demişdir ki, ondan aldığı pulları dövriyəyə buracxacaq əldə etdiyi qazancı da onunla böləcəkdir. Konkret olaraq faizi danışmamışdır. Türkanəyə 15 may 2023-cü il tarixdə 2600 manat məbləğində 2023-cü ilin avqust ayının əvvəllərində isə 2000 manat məbləğində pul vermişdir. Pulları Türkanəyə onun işlətdiyi ünvan 13 ünvanda yerləşən Lombartda vermişdir. Türkanə ondan cəmi 4600 manat məbləğində pulu almışdır, həmin puldan güya qazanc kimi isə 1320 manat qaytarmışdır. 3280 manat məbləğində pulunu isə qaytarmamışdır. Türkanənin hal hazırda ona vurduğu maddi ziyan 3280 manat təşkil edir (İ cild, səh. 149-151). 46.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində bildirmişdir ki, 2023-cü ildə Emiliya onu Türkanə ilə tanış etmiş və Türkanəyə pul verib qazanc əldə etməyin mümkün olduğunu demişdir. Emiliyadan qazancın nə qədər olduğunu soruşduqda 20-30 faiz məbləğində qazanc verdiyini bildirmişdir. O, özü tək üç min manat pul vermiş, həm də Emiliyanın ayrıca doqquz min manat pulu olmuşdur. Pulu verəndən sonra bir ay ona ödəniş olsa da sonrakı aylardan başlayaraq heç bir ödəmə olmamışdır. Bundan sonra onalara hansısa ödəniş olmadığından təkrar Türkanə xanıma yaxınlaşmışlar. Bununa bağlı onlar yeni müqavilə bağlamışlar, guya on yeddi min manatlıq yeni müqavilələri olmuş və onlara iki min beş yüz manat pul ödəməli olmuşdur. Türkanə ilə yeni müqavilə bağladıqda on yeddi min manat onlara borclu qalmış, lakin müqaviləni təkcə o imzalamışdır. İmzaladıqları müqavilədə göstərilmiş pulun faktiki olaraq hamısı ona aid məbləğ olmamışdır. 47.Zərərçəkmiş şəxs10 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Türkanəyə yaxınlaşmaqda məqsədləri ya onlara qazanc verməsi, ya da ümumi məbləği qaytarmasından ibarət olmuşdur. Türkanə də borclarının və problemlərinin olduğunu bildirmişdir. Verdiyi puldan ona beş yüz və doqquz yüz manat pul qaytarılmışdır. Emiliyanın Türkanəyə verdiyi doqquz min manat onun pulu olmamışdır. O, hazırda Türkanədən on iki min manat pul tələbinin olduğunu bildirmişdir. 48.Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, kompüter mütəxəssisi işləyir, Sabunçu rayonu Mehmandarov küçəsində özümə məxsus kompüter servis mərkəzi vardır. Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayında tanımışdır. Belə ki, Türkanəni Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsində yerləşən lombardın yaxınlığında yerləşən gözəllik salonunda işləyən qohumu Şahid3 vasitəsilə tanımışdır. Belə ki, Emiliyanın qazanc məqsədilə Türkanəyə pul verməsini özü ona demişdir. 2023-cü ilin may ayının sonlarında Emiliya ona zəng vuraraq 10000 (on min) manat pulu borc istəmişdir. Emiliyaya 9000 (doqquz min) manat pulunun olduğunu və ona verə biləcəyini demişdir. Pulu Emiliyaya verəndə nə üçün lazım olduğunu soruşmuş və bildirmişdir ki, pulu Türkanəyə qazanc məqsədilə verəcəkdir. Bu söhbətdən təxminən 10 gün sonra Emiliyaya zəng vurub işlərinin nə yerdə olmasını soruşmuşdur. Emiliya ona bildirmişdir ki, o, Türkanə ilə borc müqaviləsi bağlayaraq 9000 manat pulu ona vermiş və Türkanə hər ayın əvvəlində ona qazanc olaraq 1800 manat pul verəcəkdir. Bu söhbət onda maraq yaratmış və Türkanəyə qazanc məqsədilə pul vermək qərarına gəlmişdir. 3000 manat pul götürüb Emiliya ilə birlikdə Türkanənin işlədiyi lombarda getmişdir. Orada Türrkanə ilə danışanda nə işlə məşğul olduğunu və pulu verdikdən sonra hansı formada onlara qazanc verəcəyini soruşmuşdur. Bundan sonra Türkanə ona bildirmişdir ki, qızıl-lom işləri ilə məşğul olur və bu yolla çoxlu qazanc əldə edir. Türkanəyə 3000 manat verəcəyi təqdirdə hansı məbləğdə ona qazanc verə biləcəyini soruşmuşdur. Türkanə bildirmişdir ki, onunla borc müqaviləsi bağlayacaqdır və verdiyi pulun 30 faizi məbləğində ona aylıq qazanc verəcəkdir. Bu fikir onda maraq yaratdığı üçün Türkanəyə xx.xx.2023-cü il tarixdə onun işlədiyi Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində yerləşən lombardda 3000 (üç min) manatı Emiliyanın və tanımadığı şəxslərin yanında vermişdir. Həmin vaxt Türkanə onunla müqavilə bağlayaraq hər ayın biri və beşi arası ona 900 manat verəcəyini bildirmişdir. Bundan sonra təxminən xx.xx.2023-cü il tarixdə Türkanə ona məxsus olan “Kapitalbank” kartına 500 manat pul göndərmişdir. Belə ki, ayın ortasında Türkanəyə pulu verdiyi üçün Türkanə ona verdiyi pulun 15 günə olan faizini hesablayaraq vermişdir. Daha sonra Emiliya ilə telefonla əlaqə saxlamış və qazancını Türkanədən alıb-almadığını soruşmuşdur. Emiliya bildirmişdir ki, Türkanə ona işlədiyi yerin yaxınlığında 1800 manat qazanc pulu vermişdir. Emiliyaya demişdir ki, əgər Türkanə sözündə dəqiqdirsə pulları birləşdirib Türkanə ilə yeni müqavilə bağlasınlar və pulu bir nəfərə yəni ona versin. Emiliya onun fikrilə razılaşmış və biz birlikdə Türkanənin işlədiyi yerə getmişlər. Orada Türkanə ilə yeni müqavilə bağlamışlar. Belə ki, Türkanəyə verdikləri pulları birləşdirərək 12 000 (on iki min) manat məbləğində 20 faiz qazanc əldə etmək şərti ilə yeni müqavilə bağlamışlar. 2023-cü ilin avqust ayının əvvəli Türkanə pulu vermədiyi üçün onun Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində yerləşən lombarda gedib nə üçün qazanc pulunu vermədiyini soruşduqda o, müxtəlif bəhanələr gətirərək bildirmişdir ki, vəziyyət yaxşı deyil ona görə pulu verə bilmir və əvəzində 600 manat verə biləcəkdir. Həmin qazancı da, verdiyi 3000 manatın faizi olaraq verəcəyini, 9000 manatın faizini isə birdəfəlik ödəyəcəyini demişdir. Məcbur qalıb Türkanə ilə razılaşmışdır. Bu qayda ilə Türkanə ona avqust ayında 2 dəfə 600 manat, sentyabr ayının əvvəlində 1 dəfə 600 manat verərək ümumilikdə 1800 manat qazanc pulunu vermişdir. Türkanənin onu aldatdığını baş düşdüyü üçün xx.xx.2023-cü il tarixdə ona ümumilikdə verdiyi 12000 (on iki min) manat və qazanacağı 7700 manat puluu tələb etmişdir. Türkanə yenə bəhanələr uyduraraq pulunun olmadığını, borclarının çox olduğunu bildirib pulunu qaytarmaqdan boyun qaçırmışdır. Vəziyyətin belə olmasını görüb Türkanədən qazancını deyil ona verdiyi əsas məbləği yəni 12 000 (on iki min) manat pulunu tələb etmişdir. Türkanə isə demişdir ki, vəziyyəti pisdir heçnə edə bilməyəcəkdir. Buna görə əsas məbləği qaytarmayacağı təqdirdə ondan oktyabr ayının 5-nə kimi olan 2400 manatını yuvarlaqlaşdıraraq ümumilikdə 9500 manatını tələb edəcəyini demişdir. Türkanə özünü narahat hiss etdiyini danışa bilmədiyini, sıxıntılarının olmasını bildirərək oktyabr ayının ortası görüşəcəyini və pullarının hamısını qaytaracağını demişdir. Onunla razılaşmş və xx.xx.2023-cü il tarixdə Türkanənin işlətdiyi lombarda gəlmiş və ondan pulunu tələb etmişdir. Türkanə yenə imkanının olmadığını deyərək yeni müqavilə bağlamağı ona təklif etmişdir. Belə ki, onun təklifinə görə ona verdiyi 12 000 manatın üzərinə qazanc kimi verəcəyi 5000 manatı gələrək 17 000 manat dəyərində yeni borc müqaviləsi bağlamağı yerdə qalan 2500 manatı isə yaxın vaxtlarda əlbə əl verəcəyini demişdir. Əvvəlcə onunla razılaşmaq istəməsə də, pullarını geri almaq üçün məcbur qalıb onun təklifi ilə razılaşmış və xx.xx.2023-cü il tarixdə Türkanə ilə yeni borc müqaviləsi bağlamışdır. Türkanə yeni borc müqaviləsi bağlayanda rəqəmlər dəqiq olsun deyə 200 manat pulu ona bağışlamağını xahiş etdmişdir. Ondan 200 manatını istəməyəcəyini ona bildirmişdir. Həmin müqavilədən sonra Türkanə ilə əlaqə saxlamağa çalışsa da, o, hər dəfə bəhanələrlə onunla görüşməkdən və danışmaqdan yayınmışdır. Bu səbəbdən də, aldadıldığı üçün Türkanə barəsində Sabunçu RPİ-nə ərizə ilə şikayət etmişdir. Türkanə hələ də, onun verdiyi pulları dələduzluq yolu ilə ələ keçirib qaytarmamışdır. Türkanənin ondan pul almasını təsdiq edən onunla aralarında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinin surətini istintaqa təqdim etmişdir (İİİ cild, səh. 19- 22). 49.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində bildirmişdir ki, Türkanənin yanında bibisi nəvəsi işləmişdir. O, mağazaya gedərkən lombardın fəaliyyət göstərdiyini görmüşdür. Türkanə ona qızıllarını qoymağı təklif etmişdir. Türkanə lombardlardan batmış qızılları çıxardığını və əldə edilmiş gəlirdən də ona faizlər verəcəyini demişdir. O, 750 əyarlıq italyan qızılını Türkanəyə vermiş, müqavilə imzalamışlar və Türkanə ona 10 faiz gəlir ödəyəcəyini bildirmişdir. İyun ayında ona 280 manat ödəniş edilmiş, sonrakı aylarda isə ödəniş olmamışdır. Bundan sonra Türkanə 11 qramlıq qızıl qolbağını almış və həmin vaxt özü orada olmadığından qızılı işçisinə təqdim etmiş, sonradan müqavilə imzalanmasını tələb etsə də müqavilə imzalanmamışdır. Avqust ayında dörd yüz manat ödəniş edilməli olsa da heç bir ödəniş olmamışdır. Bundan sonra işçisinin telefonu ilə ona səs göndərərək sentyabr ayının 21-də ödəniş edəcəyini bildirmişdir. Sentyabr ayının sonlarına doğru dəfələrlə işçisinə zəng edəndən sonra ödənişi etmişdir. Oktyabr ayında qızıllarını geri istəyəndə ona müqavilədə bununla bağlı xəbərdarlığın bir ay əvvəldən verilməli olduğunu qeyd etmiş və bir ay sonra qızıllarını verəcəyini demişdir. Noyabr ayında lombarda yaxınlaşanda orada bir neçə şəxsin olduğunu və mübahisə etdiklərini görmüşdür. Həmin vaxt ona Türkanənin bir neçə adamın da qızıllarını götürərək qaytarmadığı aydın olmuşdur. Türkanə təkrar ona dekabr ayında qızılların qaytarılacağını demiş, lakin heç bir məlumat verməmişdir. Bundan sonra o, Türkanəni tapa bilməmişdir. 50.Zərərçəkmiş şəxs11 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, müqavilələrində borc müqaviləsi olduğu yazılmışdır. O, əşyalarını borc kimi vermiş, Türkanə ona qızıllarını götürüb istifadə edəcəyini bildirmişdir. Türkanə qızılı ondan borc kimi götürmüş, Türkanə ona pulu götürüb müəyyən məqsədlər üçün istifadə edəcəyini və görüləcək işin qarşılığında ona qazanc verəcəyini demişdir. Türkanə ilə ancaq onun iş yerinə gedəndə görüşə bilmiş, nömrəsini ona deməmişdir. Verdiyii qızılların qarşılığında aylıq dörd yüz manat pul almalı idi. Təqsirləndirilən şəxs ona 280 manat və 400 manat ödəniş etmişdir. Ona 31 qramlıq qızıl dəyərində ziyan dəymiş, ziyanın manatla ekvivalentini bilməmişdir. O, pulu deyil, 31 qram 750 əyarlıq qızılını təqsirləndirilən şəxsdən geri istəyir. İstintaq dövründə ona dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı məbləği müstəntiqə bildirməmiş, bununla bağlı istintaq dövründə qeyd etdiyi qızılın dəyərini həmin dövrə uyğun olaraq onlar özləri qiymətləndirmiş və həmin dövrdə də qızıllarının geri qaytarılmasını istəmişdir. O, 2023-cü ildə hesablamaya görə itihamda göstərilən məbləği təsdiq edir. O, dəfələrlə qızıllarını geri istədiyini bildirmiş və Türkanə də üzləşdirmə zamanı qızıllarının Ədalət adlı şəxsdə olduğunu demişdir. Müqavilələri borc müqaviləsi olmuş, lakin o, qızılları pul qazanmaq üçün vermişdir. Pulun qazanılmasında faktiki olaraq hansısa rolu olmamışdır. Zərərçəkmiş şəxs11 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. 51.Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayında tanımışdır. Belə ki, Türkanə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsində yerləşən lombardı və Bakı şəhəri Sabunçu rayonu Səmədbəy Mehmandarov küçəsində yerləşən lombardı işlətmişdir. Həmçinin Bakı şəhəri Sabunçu rayonu Mehmandarov küçəsində yerləşən lombardın yaxınlığında yerləşən qadın geyim paltar mağazasının da sahibi olmuşdur. Həmin mağazada bibisi nəvəsi Nərmin Cəfərova satıcı işləmişdir. Özünün işlədiyi yer Türkanənin lombardına yaxın olmuşdur. Bibisinin nəvəsi Nərminə baş çəkməyə gedəndə Türkanə ilə tanış olmuşdur. Türkanə özü onunla səmimi ünsiyyət qurub söhbət etməyə və öz işi barədə danışmağa başlamışdır. Belə ki, o, pul qazanmaq imkanının olduğunu bildirərək özünə məxsus olan lombarda qızıl zinyət əşyası qoymağı müqabilində qazanc kimi pul verə biləcəyini bildirmişdir. Türkanənin təklifi onda maraq yaratmış və o, özünə məxsus olan 20 qram çəkidə 750 əyarlıq qızıl boyunbağını, 11 qram çəkidə 750 əyarlıq qızıl qolbağı Türkanəyə vermək qərarına gəlmişdir. Həmin qızıllar onun cehizlik qızılları olmuşdur, 2019-cu ildə ailə qurduğu vaxt ona cehiz olaraq verilmişdir. Lakin hal hazırda onların dəyərini dəqiq olaraq bilməmişdir. Türkanə bu barədə onunla xx.xx.2023-cü il tarixdə borc müqaviləsi bağlamış və həmin müqavilədə boyunbağını guya borc olaraq götürdüyünü qeyd etmişdir. Türkanə həmin boyunbağını 1300 manat dəyərində qiymətləndirmişdir. Türkanə ona ilkin olaraq iyul ayında 280 manat vermişdir. 280 manat aldıqdan sonra qızıl qolbağını da Türkanənin lombardına girov qoymuşdur. Həmin qızıl qolbağı isə Türkanəyə verməyi barədə onunla müqavilə bağlamamış və əvvəlki müqavilədə də, bu radədə qeydlər aparmamışdır. Həmçinin verdiyi qızıl qolbağın da pulunu məbləği dəyərində qiymətləndirməmişdir. Lakin Türkanəyə verdiyi qızıl boyunbağı və qızıl qolbağın hər ikisinin müqabilində ona hər ay qazanc kimi 400 manat pul verəcəyi barədə razılaşmışdır. Aralarında olan razılaşmada Türkanənin ona konkret hansı müddətdə 400 manat ödəyəcəyi ilə bağlı bir şərt olmamışdır. Aralarında olan şifahi razılaşmaya əsasən özü istədiyi vaxt 1 ay əvvəldən onu xəbərdar etməklə verdiyi qızılı ondan geri götürə biləcəkmiş. Yəni Türkanədən ona aylıq olaraq qazanc kimi ödəyəcəyi məbləğlər qızılın dəyərləndirildiyi puldan çıxılmamışdır. Belə ki, Türkanəyə yuxarıda qeyd etdiyi özünə məxsus qızıl qolbağı da verdikdən sonra o, cəmi bir dəfə 2023-cü ilin sentyabr ayında bank kartı hesabına göndərmək yolu ilə 400 manat vermişdir. Beləliklə Türkanə verdiyi qızılların müqabilində qazanc olaraq ona 280 manat və 400 manat olmaqla cəmi 680 manat pul vermişdir. 2023-cü ilin oktyabr ayında Türkanə pulu göndərmədiyi üçün noyabr ayında onun Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsində yerləşən lombardına getmiş və orada çoxlu adamın toplaşdığını görmüşdür. Nə baş verdiyini soruşduqda həmin vaxt ona məlum olmuşdur ki, Türkanə tək ondan deyil başqa adamlardan da, qazanc verəcəyi vədini bildirərək pul və qızıl girov götürüb onları aldadıb pullarını verməmişdir. Bundan sonra narahatçılıq keçirdiyi üçün Türkanənin otağına girmiş və ondan özünə məxsus olan qızıllarını tələb etmişdir. Lakin Türkanə ona bildirmişdir ki, ayın sonunda qızıllarını qaytaracaqdır. 2023-cü ilin noyabr ayının sonunda Türkanənin yanına getmiş orada onun satıcısı Günel ona bildirmişdir ki, Türkanə kimləsə danışır onu qəbul edəcəkdir. Türkanənin səsini yan otaqdan eşitmişdir, lakin bir neçə dəqiqədən sonra səs kəsilmiş və Günel ona bildirmişdir ki, Türkanə artıq getmişdir. Bu zaman Türkanənin onu aldatdığını düşünmüş və qızıllarını qaytarmaq niyyəti yoxdur. Türkanə ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da o, görüşməkdən yayınmışdır. Bu səbəbdən Türkanənin qardaşının və anasının telefon nömrəsini tapıb onlarla əlaqə saxlamışdır. Buna görə Türkanə öz işçisi Günelin vasitəsilə ona xəbər göndərmişdi ki, onun qardaşına zəng edəcəyi təqdirdə başına oyun açacaqdır və qızıllarını qaytarmayacaqdır. Bu səbəbdən Sabunçu RPİ-nə ərizə ilə şikayət vermişdir. Türkanənin ondan qızıl boyunbağını almasını təsdiq edən aralarında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinin surətini istintaqa təqdim etmişdir (İİİ cild, səh. 6-9). 52.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində bildirmişdir ki, getdiyi salonda Türkanə və Zinyət adlı şəxs biri-birilə çox yaxın olduğunu görmüşdür. Pula ehtiyacı olduğundan həmin şəxs ona qızıl verməsini, Türkanənin ona dəstək olacağını bildirmişdir. O da bir çox adamın qızıllar verdiyini görüb təkliflə razılaşmışdır. Birinci dəfə avqust ayında iyirmi qram, daha sonra sentyabr ayında isə iyirmi üç qram qızılı lombarda qoymuşdur. Bundan sonra artıq problemlərinin yarandığını görmüşdür. 53.Zərərçəkmiş şəxs12 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, qızılları lombardda Türkanəyə vermək istəsə də orada olmamışdır. Həmin vaxt artıq 9 ildən çoxdur ki, tanıdığı Zinyətə qızılları vermişdir ki, Türkanəyə qızılları o versin. İyirmi qram qızılı rəfiqəsinə, iyirmi üç qramı isə Türkanənin özünə vermişdir. Qızılların verilməsində şərt o olmuşdur ki, o, qazanc əldə edəcək, ona da dəstək olacaqdır. Avqust və sentyabr ayında iki dəfə iki yüz manat, oktyabr ayında isə dörd yüz manat Türkanədən götürmüşdür. Sonrakı aydan başlayaraq problemlər yaranmışdır. Türkanə qızılların qaytarılmamasını müxtəlif bəhanələrlə əsaslandırmışdır. Türkanə tərəfindən ona cəmi səkkiz yüz manat ödəniş olmuşdur. Müqavilə şərtlərini oxumamış, orada yazılanlardan məlumatı yoxdur. Ona görə müqaviləni imzalamışdır ki, ona Türkanə ilə bağlı sübut olsun. Qırx üç qram qızıl üçün ona dörd yüz manat pul verilməli olmuşdur. Hazırda Türkanədən şikayətçidir. 54.Məhkəmə iclasında Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayının əvvəllərində tanımışdır. X1 vasitəsi ilə tanımışdır. Zinyəti 10 ilə yaxındır tanıyır, gözəllik salonunda saç ustası işləyir, uzun müddətdir ki, onun yanına müştəri kimi getmişdir. Zinyəti ciddi zəhmətkeş insan kimi tanıyımışdır. Aralarında heç vaxt narazılıq olmamışdır. Zinyət ona Türkanə barədə deyəndə bildirmişdir ki, Türkanə bizneslə məşğul olur. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsində yerləşən lombardın və Bakı şəhəri Sabunçu rayonu Mehmandarov küçəsində yerləşən lombardın direktorudur. Həmçinin Bakı şəhəri Sabunçu rayonu Mehmandarov küçəsində yerləşən lombardın yaxınlığında yerləşən qadın geyim paltar mağazasınınıda sahibidir. O Türkanəyə pullarını və qızıllarını verib ki, Türkanə həmin pulları öz biznesinə dövriyəyə buraxır və əldə olunmuş qazancı onunla bölür. Zinyətdən soruşmuşdur ki, Türkanə ona ümumiyyətlə qazanc pul veribmi? Zinyət ona demişdir ki, Türkanə ona aylıq 400-600 manat məbləğində pulları qazanc vermişdir. Bu məsələ onda maraq oyatmış və Zinyətdən xahiş etmişdir ki, onu da Türkanə ilə tanış etsin. Zinyət razılaşmış və onu Türkanənin işlətdiyi ünvan 14 ünvanda yerləşən lombarda aparmışdır. Həmin vaxtı Türkanə orada olmuşdur və onunla tanış olmuşdur. Türkanə ilə 2023-cü ilin iyul ayında tanış olmuşdur. Türkanə ona təklif etmişdir ki, onun biznesinə qatılsın. Biznesin şərtlərini soruşanda Türkanə ona demişdir ki, lombard işi ilə məşğul olduğuna görə, müxtəlif banklarla əlaqəsi var, həmin banklarda girovda olan dəyərindən qat qat ucuz qiymətə «batan» qızılları alıb bankdan girovdan çıxardır, sonra isə həmin qızılları öz dəyərinə «lom» qiymətinə aldığı qiymətdən baha qiymətə alaraq pul qazanır. Türkanə ona bu işi onunla birlikdə görməyi təklif etmişdir. Türkanə bildirmişdir ki, əlində nə qədər maya çox olsa, o qədər çox qızılları lombarddan çıxarda bilər və həmin qızılların satışından çoxda pul qazana bilərlər. Türkanə ona təklif etmişdir ki, ona əlində olan pulları vermişdir ki, birlikdə bu işlə məşğul olsunlar. Türkanə ona demişdir ki, əgər nağd pulu yoxdursa ona qızıl da verə bilər, həmin qızılları Türkanə lombarda girov qoyub faizə pulları götürəcək, götürdüyü pulları dövriyəyə buraxacaq (yəni ki, banklarda girovda olan qızılları qat qat ucuz qiymətə alıb, baha qiymətə «lom» kimi satıb pul əldə edəcək) sonra əldə olunmuş qazancdan lombarda girov qoyduqları qızılları çıxarıb özünə qaytaracaq, əldə olunmuş qazancı isə onunla böləcəkdir. Türkanənin təklifi onu maraqlandırmış lakin əlində nağd pul olmadığı üçün ona özünə məxsus olan qızılları verməyi təklif etmişdir. Türkanə razılaşmış və 08 iyul 2023-cü il tarixdə özünə məxsus olan 2357,5 manat dəyərində qiymətləndirdiyi 20,5 qram çəkidə 585 əvvarlı qızıl zinət əşyalarını Türkanənin işlətdiyi Səmədbəy Mehmandarov küçəsi 18/13 ünvanda yerləşən Lombartda Türkanəyə vermişdir. Türkanəyə qızılları verəndə onları Türkanənin yanında elektron tərəzinin üzərində fotoşəklini çəkmişdir. Türkanə ondan qızılları götürəndə borc müqaviləsi bağlamamışdır və ona qızılların götürülməsi ilə bağlı heç bir rəsmi sənəd verməmişdir. Türkanə şifahi olaraq ona bildirmişdir ki, verdiyi qızılları banka girova qoyacaq və əvəzinə pul çıxarıb dövriyyəyə buraxacaq, yəni lombarddlarda girovda qoyulmuş «batan» qızılları ucuz qiymətə alıb baha qiymətə satacaqdır, əldə olunmuş qazancı onunla böləcəkdir. Türkanə ilə razılaşarq oradan getmişdir. Təxminən avqust ayının 10-da Türkanə ona 200 manat pulu vermişdir. Həmin pulu guya dövriyyədə olan puldan ona vermişdir. Türkanə ona demişdir ki, əlavə qızıl versin ki dövriyyəni artırsın və daha da çox pul versin. Türkanə ilə razılaşmış və Türkanəyə demişdir ki, avqust ayinini axırlarında ona əlavə qızıl verəcəkdir. Bu barədə rəfiqəsi X26 danışmışdır. Zəminəni də Türkanə ilə tanış etmiş və onlar əlaqə saxlamağa başlamışlar. Zəminə Türkanəyə qızıllarını vermək istəmiş və Zəminə ilə birlikdə 25 avqust 2023-cü il tarixdə Türkanənin işlətdiyi ünvan 15 ünvanda yerləşən lombarda getmişdir. Özü ilə 23,14 qram çəkidə qızılları götürmüşdür ki, həmin qızılları Türkanəyə versin. Zəminə də 20 qram qızıllarını götürüb Türkanəyə vermək istəmişdir. Türkanə lombardda olmamışdır. Telefon vasitəsi ilə onlara demişdir ki, biraz gec gələcəkdir. Zəminə də tələsdiyinə görə özünə məxsus olan 20 qram çəkildə olan qızıllarını ona verib xahiş etmişdir ki, həmin qızılları da Türkanəyə onun adından versin. Zəminədən 20 qram çəkidə olan qızılları götürmüşdür. 25 avqust 2023-cü il tarixdə özünə məxsus olan 2661,1 manat dəyərində qiymətləndirdiyi 23,14 qram çəkidə 585 əyyarlı qızıl zinət əşyalarını Türkanənin işlətdiyi Səmədbəy Mehmandarov küçəsi 18/13 ünvanda yerləşən lombardda Türkanəyə vermişdir. Həmçinin həmin tarixdə Zəminən ona verdiyi 20 qram çəkidə olan qızılları da Zəminənin xahişi əsasında Türkanəyə vermişdir. Həmin qızılları da Türkanəyə verəndə qızılların şəklini elektron tərəzidə çəkmişdir. Türkanə yenə də ona demişdir ki, qızıllarını girova banka qoyub pulları götürəcək və götürdüyü pulları dövriyyəyə buraxacaq. Onunla razılaşmış və Türkanədən xahiş etmişdir ki, heç olmasa ondan aldığı qızıllar barədə rəsmi sənəd versin. Türkanə razılaşmış və «borc müqaviləsi» blankını çıxarıb öz xətti ilə doldurmuşdur. Borc müqaviləsində göstərilmişdir ki, o, Türkanəyə (43 qram) çəkidə 585 əyyarlı qızıl zinət əşyalarını vermişdir. Türkanə borc müqaviləsinin üzərinə öz xətti ilə 08.07.23/25.08.23 yazıları yazıb borc müqaviləsini imzalayaraq özünə aid olan «Təqsirləndirilən şəxs VÖEN **********» möhürlə möhürləmişdir. 26 avqust 2023-cü il tarixdə Zinyət Çaşkunova ona zəng vurub bildirmişdir ki, Türkanəyə təcili olaraq 1000 manat məbləğində pul lazımdır. Xahiş etmişdir ki, əgər özündə varsa Türkanəyə göndərsin. Həmin vaxtı rəfiqəsi Nərminin əri Qeyslə birlikdə onun evində qonaq olmuşdur və öz kartında pul olmadığına görə Qeysə nağd 1000 manatı vermişdir ki, Türkanənin kartına göndərsin. Qeys özünə məxsus olan «5239 1517 3282 4944 «X70» kartından Türkanənin 4098 5844 6403 8791 saylı bank kartına 1000 manatı göndərmişdir. Həmin qəbzi özü Zinyətə göndərmişdir. Türkanəyə pulu Qeysin kartından göndərəndə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Oskar Əfəndiyev küçəsi ev 1 B mənzil 15-də olmuşdur. Türkanə həmin 1000 manatı onun tərəfindən göndərildiyini “vatsap” vasitəsi ilə zəng vuraraq bildirmişdir ki, həmin 1000 manatı ona bir həftə ərzində qaytaracaqdır. Türkanə ilə razılaşmış və 2023-cü ilin sentyabr ayının əvvəlində Türkanə ona “vatsap”la zəng vurub təklif etmişdir ki, ona verdiyi 1000 manatı da aralarında olan ümumi dövriyyəyə buraxsın və ona daha çox qazanc versin. Türkanə ilə razılaşmış və ona verdiyi 08.07.23/ 25.08.23 borc müqaviləsinə öz xətti ilə yazdığı (43 qr) yazıların yanına «+1000m» yazını yazıb əlavə etmişdir. Bundan sonra 2023-cü ilin sentyabr ayınınortalarında Türkanə ona guya qacanc kimi 400 manat məbləğində pul vermişdir. 2023-cü ilin oktyabr ayında Türkanə ona pul verməmişdir və noyabr ayında ona heçnə vermədiyinə görə bildirmişdir ki, işləri zəif gedir pul qazana bilmir. Buna görədə ondan qızıllarını tələb etməyə başlamışdır. Lakin Türkanə ona nə qızıllarını nə də ki, pullarını geri qaytarmamışdır. Hər dəfə müxtəlif bəhanələr gətirib onunla ünsiyyətə girməkdən imtina etmişdir. İşlətdiyi lombardlara getməmişdir. Lombardlar daimi bağlı olmuşdur. Bundan sonra ona məlum olmuşdur ki, Türkanə onun kimi çox adamı aldadıb pullarını və qızıllarını ələ keçirmişdir. Türkanəni onu, Zəminəni və Zinyəti aldadıb pullarını və qızıllarını ələ keçirmişdir. Türkanəyə ümumi olaraq 43,64 qram 585 əyyarlı 5018,6 manat dəyərində qızılları və 1000 manat nağd pulu vermişdir. Türkanə ona qazanc kimi iki dəfəyə 600 manat qaytarmışdır. Türkanənin ona vurduğu maddi ziyan 5418,6 manat təşkil etmişdir (İİ cild, səh. 7-10). 55.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində bildirmişdir ki, Türkanəni rəfiqəsi Zərərçəkmiş şəxs9 vasitəsilə tanımışdır. Rəfiqəsi bildirmişdir ki, xanım lombardda yatan qızılları çıxarır, həmin işə yatırım edir. Bununla bağlı ona Türkanənin səsini də yollamışlar, həmin səsi istintaqa da təqdim etmişdir. Türkanəyə 7 qram qızıl vermişdir ki, həmin qızıl ona nənəsindən yadigar qalmışdır. Qızıllara baxandan sonra ona əlavə 100 manat da lazım olduğu deyilmişdir. Ondan etdiklərinin qanuni olub-olmadığını soruşanda qanuni olduğunu demişdir. Bundan sonra iki nüsxədə müqavilə tərtib edilmiş, bir nüsxəsi Türkanədə, digər hissəsi isə özündə qalmışdır. Müqavilənin özündə olan nüsxəsini istintaqa təqdim etmişdir. 56.Zərərçəkmiş şəxs13 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, rəfiqəsi 2-3 dəfə pul götürə bildiyini demiş, qızılı bir dəfə yeddi qram miqdarında vermişdir. Türkanə şərt olaraq demişdir ki, yatırım edir, hər ikisi də qazanırlar. Deyilmişdir ki, hər ay pul veriləcəkdir. Pulları qaytarılmayanda Türkanənin müdiri olan Şahid4 ilə danışmış, cavabında Türkanənin “piramida” oynadığını, pulu alıb başqalarına verdiyini demişdir. Ümumiyyətlə müqaviləni bağlayanda bilməmişdir ki, pulu götürüb faizlə almaq üçün gərək lisenziya olsun. Bunu da 2023-cü ilin dekabr ayında öyrənmişdir. Türkanəyə özü müraciət etdikdən sonra müqavilə bağlanılmışdır. Müqavilə şərtlərini oxumuş, lakin tam məzmunu hazırda yadında deyil. Türkanə ilə müqaviləni könüllü olaraq bağlamışdır. Qızılı verdiyi vaxt qiyməti 800 manat dəyərində olmuşdur. Qızılın əvəzində 100 manat götürmüş, bundan sonra isə Türkanə sıxıntıları olduğunu, buna görə də pul verə bilmədiyini demişdir. İlk dəfə 2023-cü ilin dekabr ayında polisə müraciət etmişdir. İlk dəfə Arzu ilə danışanda Türkanə ödənişləri vaxtında vermişdir. Türkanə ilə problemlər oktyabr ayından sonra başlanmışdır. Hazırda pulu yox, vermiş olduğu qızılı istəyir. Aralarında olan müqavildə pulun kassaya mədaxil edilməsi yazılanda qızılın hansı qaydada mədaxil ediləcəyini bilməmişdir.Danışıqları qızıl ilə bağlı aylıq yüz manat verilməsi olmuşdur. Hazırda ifadəsində yazılandan daha artıq məbləği ona görə tələb edir ki, hadisədən sonra, üzüyü gec tapmış, bununla bağlı ümumi xərci iki min manata gəlib çıxmışdır. Qızılı Türkanənin özünə vermişdir. Pulu Türkanənin özü götürmüş ondan gəlir əldə edib ona da pul verməli olmuşdur. Qızılı istintaq dövründə istəyəndə də qızılın Ədalətdə olduğu deyilmişdir. Qızılı Türkanəyə verməsi ilə bağlı ona heç bir çıxarış verilməmişdir. 57.Məhkəmə iclasında Zərərçəkmiş şəxs13 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayının əvvəlində rəfiqəsi Zərərçəkmiş şəxs9 vasitəsi ilə tanımışdır. Arzu ona Türkanə barədə deyəndə bildirmişdir ki, Türkanə bizneslə məşğul olur Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsində yerləşən lombardın və Bakı şəhəri Sabunçu rayonu Mehmandarov küçəsində yerləşən lombardın direktoru olmuşdur. Həmçinin Bakı şəhəri Sabunçu rayonu Mehmandarov küçəsində yerləşən lombardın yaxınlığında yerləşən qadın geyim paltar mağazasının da sahibidir. Arzu Türkanəyə pullarını verdiyini, Türkanənin həmin pulları öz biznesinə dövriyəyə buradığını və əldə olunmuş qazancı onunla böldüyünü demişdir. Arzudan soruşmuşdur ki, Türkanə ona ümumiyyətlə qazanc pul vermişdirmi? Arzu ona demişdir ki, Türkanə ona bir neçə dəfə 100-200 manat məbləğində pulları qazanc olaraq vermişdir. Bu məsələ onda maraq oyatmış və Arzudan xahiş etmişdir ki, onu da Türkanə ilə tanış etsin. Arzu razılaşmış və onu Türkanənin işlətdiyi ünvan 14 ünvanında yerləşən Lombarda aparmışdır. Həmin vaxt Türkanə orada olmuşdur və onunla Arzunun vasitəsi ilə tanış olmuşdur. Türkanə ona təklif etmişdir ki, onun biznesinə qatılsın. Biznesin- şərtlərini soruşanda Türkanə ona demişdir ki, lombard işi ilə məşğul olduğuna görə, müxtəlif banklarla əlaqəsi var, həmin banklarda girovda olan dəyərindən qat qat ucuz qiymətə «batan» qızılları alıb bankdan girovdan çıxardır, sonra isə həmin qızılları öz dəyərinə «lom» qiymətinə aldığı qiymətdən baha qiymətə alaraq pul qazanır. Türkanə ona bu işi onunla birlikdə görməyə təklif etmiş, bildirmişdir ki, əlində nə qədər maya çox olsa, o qədər çox qızılları lombarddan çıxarda bilər və həmin qızılların satışından çox pul qazana bilərlər. Türkanə ona təklif etmişdir ki, ona əlində olan pulları versin ki, birlikdə bu işlə məşğul olsunlar. Türkanə ona demişdir ki, əgər nağd pulu yoxdursa ona qızılları da verə bilər, həmin qızılları o lombarda girov qoyub faizə pulları götürəcək, götürdüyü pulları dövriyəyə buraxacaq (yəni ki banklarda girovda olan qızılları qat qat ucuz qiymətə alıb, baha qiymətə «lom» kimi satıb pul əldə edəcək) sonra əldə olunmuş qazancdan lombarda girov qoyduqları qızılları çıxarıb onun özünə qaytaracaq, əldə olunmuş qacancı isə böləcəklər. Türkanənin təklifi onu maraqlandırmış lakin əlində nağd pul olmadığı üçün Türkanəyə özü məxsus olan qızılları verməyə təklif etmişdir. Türkanə razılaşmış və Arzu ilə birdikdə oradan çıxıb getmişdir. 10 iyul 2023-cü il tarixdə özünə məxsus olan bir ədəd 300 manat dəyərində 583 əyyarlı 3 qram çəkidə üzərində 4 ədəd brilliant daşları olan qızıl üzüyü, bir cüt 500 manat dəyərində 583 əyyarlı 4 qram çəkidə hər birində 4 ədəd ümumi 8 ədəd briliant daşları olan qızıl sırğaları götürüb Arzu ilə birlikdə Türkanənin işlətdiyi Səmədbəy Mehmandarov küçəsi 18/13 ünvanda yerləşən lombardda Türkanəyə vermişdir. Türkənəyə həmin qızıllardan əlavə 100 manat nağd pul vermişdir ki, Türkanə qızıllarını girov qoyub pul çıxartsın və həmin pulları dövriyəyə buraxsın ki, pul qazana bilsinlər. Türkanəyə qızıllarını verəndə onunla borc müqaviləsi bağlamış və həmin borc müqaviləsini öz xətti ilə yazıb dolduraraq müqavilədə ondan ümumi olaraq 7 qram çəkidə olan qızıllarını aldığını göstərib həmin qızılları 500 manat qiymətləndirmişdir. Həmin müqaviləyə özü imza etmiş və möhürünü vurmuşdur, həmin müqaviləni imzalamışdır. Bundan sonra Arzu ilə birlikdə oradan çıxıb getmiş və Türkanə öz telefon nömrəsini əlaqə saxlamaq üçün vermişdir. Təxminən bir aydan sonra, 2023-cü ilin avqust ayının ortalarında Türkanəyə zəng vurub işlə maraqlanmağa başlayanda, Türkanə ona demişdir ki, alver olmayıb pul qazana bilməyib, bu ay pulunu verə bilməyəcəkdir. 13 sentyabr 2023-cü il tarixdə Türkanəyə zəng vurub pul barədə soruşanda Türkanə ona demişdir ki, 200 manatlıq alver olub və 100 manatı ona verə bilər. Həmin günü onun yanına gedib Səmədbəy Mehmandarov 18/13 ünvanda yerləşən lombardda onunla görüşmüşdür. Türkanə lombardda ona 100 manat məbləğində pulu guya əldə etdiyi qazanc kimi vermişdir. Bundan sonra Türkanə ona pul verməmişdir. Bir aydan sonra 2023-cü ilin oktyabr ayında Türkanəyə zəng vurub pulunu və qızıllarını istəyəndə Türkanə ondan bir ayda əlavə vaxt istəyərək bildirmişdir ki, hələm qazanc yoxdur. 2023-cü ilin noyabr ayında Türkanənin yanına gedəndə o yenədə pulları verməkdən və qızıllarını qaytarmaqdan boyun qaçırmış və məcbur olub Türkanədən müxtəlif instansiyalara şikayət etməyə başlamışdır. Türkanə onu inandırıb aldadaraq bildirmişdir ki, banklardan girovda «batan» qızılları qat qat ucuz qiymətə alıb «lom» kimi baha qiymətə satır və bununlada pul qazanır. Türkanə ondan da həmin adla pul almışdır, demişdir ki, ondan aldığı pulları dövriyəyə buraxacaq əldə etdiyi qazancı da böləcəkdir. Öz aralarında konkret olaraq qazanc fazini danışmadıqlarını bildirmişdir. Türkanəyə 10 iyul 2023-cü ildə Zərərçəkmiş şəxs9 yanında özünə məxsus olan 100 manat nağd pulunu, bir ədəd 300 manat dəyərində 583 əyyarlı 3 qram çəkidə üzərində 4 ədəd brilliant daşları olan qızıl üzüyünü, bir cüt 500 manat dəyərində 583 əyyarlı 4 qram çəkidə hər birində 4 ədəd ümumi 8 ədəd briliant daşları olan qızıl sırğalarını Türkanənin işlədiyi ünvan 13 ünvanda yerləşən lombardda vermişdir. Türkanə ona 900 manat məbləğində maddi ziyan vurmuşdur, həmin puldan Türkanə ona 13 sentyabr 2023-cü ildə 100 manat qaytarmışdır. Türükanənin hazırda ona vurduğu maddi ziyan 800 manat təşkil etmişdir (İ cild, səh. 135- 137). 58.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində bildirmişdir ki, Elmir adlı şəxslə birlikdə işləmiş, onun lombarda pul qoymasından məlumatlı olmuş, bundan sonra özü də banka yaxınlaşmış, on beş min manat kredit götürmüş və lombarda getmişdir. Müqavilə bağlandıqdan sonra bir dəfə dörd yüz və ya altı yüz məbləğində ona ödəniş olmuşdur. 59.Zərərçəkmiş şəxs14 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, ümumilikdə on dörd min ödəniş etmiş, razılıqları Türkanənin biznesindən verilən məbləğin iyirmi faizinin aylıq verilməsi ilə bağlı olmuşdur. Aralarında imzalanan müqavilənin məzmununu bilmir. Türkanəyə pulu borc kimi yox, biznesə dəstək kimi vermişdir. Təqsirləndirilən şəxsdən şikayəti var və pulun verilməsində Elmir də iştirak etmişdir. Nə qədər pul almasını dəqiq xatırlamır, Türkanə pulu geri qaytara bilməməsini öz çətinlikləri ilə izah etmişdir. Türkanənin kiməsə pul, qızıl verdiyini, geri ala bilmədiyini eşitməmişdir. 60.Məhkəmə iclasında Zərərçəkmiş şəxs14 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakıxanov ticarət mərkəzində yer icarəyə götürüb kserokopiya işi ilə məşğul olur və gəlir əldə edir. İşlətdiyi obyektin yanında Zərərçəkmiş şəxs10 kompüter xidmətləri göstərən obyekt işlədir. Elmirlə işi yanbayan yerləşdiyi üçün tanışlıqları yaranmışdır. 2023-cü ilin yay aylarında Elmirlə söhbət zamanı bilmişdir ki, o, lombard faəliyyəti ilə məşğul olan Türkanə adlı bir qadına müəyyən məbləğdə pul vermiş və həmin qadın onun verdiyi pulun 20 faizi məbləğində qazanc olaraq hər ay ona pul qaytaracaqdır. Bu söhbətdən bir müddət keçdikdən sonra Elmirlə yenidən bu barədə aralarında danışıq olan zaman Elmir bildirmişdir ki, Türkanə ona qazanc olaraq bir neçə dəfə pul vermişdir. Elmir həmçinin bildirmişdir ki, Türkanə bu işlə məşğul olur, müxtəlif şəxslərdən pul alır, aldığı pulların müqabilində ucuz qiymətə qızıl alır və həmin qızılları baha qiymətə satıb gəlir əldə edir, əldə etdiyi həmin gəlirdən isə bu ona pul vermiş şəxslərə 20 faiz məbləğində qazanc olaraq hər ay pul qaytarır. Elmirin bu danışığından sonra Türkanəyə sərmayə olaraq pul vermək qərarına gəlmişdir. Belə ki, dəqiq xatırlamadığı tarixdə Elmirlə Türkanənin işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən lombarda gedib orada onunla bu barədə danışmışdır. Türkanə özü də onunla şəxsən danışıb bildirmişdir ki, o, lombard fəaliyyəti ilə məşğul olur, bəzi müştərilər lombardlardan faizlə pul götürdükdən sonra götürdükləri pulları geri qaytara bilmir və onların girov olaraq lombardlara qoyduğu qızıllar həmin lombardlar tərəfindən satışa çıxarılır. O, hərraca çıxarılan belə qızılları ucuz qiymətə alır, onları baha qiymətə satır və gəlir əldə edir. Həmin gəlirdən isə ona pul vermiş, yəni onun buz biznesinə pul qoymuş şəxslərə hər ay qoyduqları pulun 20 faizi məbləğində qazanc olaraq pul qaytarır. Türkanənin danışdığı bu söhbətlər ona inandırıcı gəlmiş və ona pul vermək və verdiyi pulun 20 faizi məbləğində gəlir əldə etmək qərarına gəlmişdir. Türkanə ilə bu barədə söhbət etdikdən sonra xx.xx.2023-cü il tarixdə “Bank Respublika” adlı bankdan kreditə 16000 (on altı min) manat pul götürmüş və xx.xx.2023-cü il tarixdə Türkanənin işlədiyi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 2 ünvanında yerləşən ofisə tanışı Zərərçəkmiş şəxs10la birlikdə gedib Türkanəyə orada bankdan götürdüyü puldan 14000 (on dörd min) manat pul vermişdir. Türkanə ona bildirmişdir ki, ondan pul götürməsi faktını guya rəsmiləşdirmək üçün onunla borc müqaviləsi bağlayacaq. Belə ki, Türkanə onunla borc müqaviləsi bağlamış və həmin ofisdə əlbəəl Türkanəyə 14000 manat pulu vermişdir. Türkanə aralarında bağlanmış borc müqaviləsində ondan götürdüyü pulun məbləğini əli ilə yazaraq qeyd etmiş və müqaviləni öz möhürü ilə təsdiqləmişdir. Bundan başqa həmin müqavilədə göstərilmişdir ki, o, hər ay verdiyi pulun 20 faizi məbləğində pul verəcək. Belə ki, Türkanəyə 14000 manat pul verdikdən bir ay sonra, 16 sentyabr 2023-cü il tarixdə aralarındakı müqaviləyə əsasən Türkanə ona guya qazanc olaraq 14000 manatın 20 faizi məbləğində, 2800 manat pul qaytarmalı olmuşdur. Lakin, Türkanə ona cəmi 800 manat pul qaytarmışdır. 800 manat həmin pulu Türkanədən onun işlədiyi Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 2 ünvanında yerləşən ofisinə gedib Türkanədən götürmüşdür. Qalan 2000 manat pulu isə Türkanə müqaviləyə möhür vurub üzərinə “2000” rəqəmi yazaraq və imza çəkərək guya onda olan pulunun,yəni 14000 manatın üstünə həmin 2000 manat pulu da gəldiyini qeyd etmişdir. Ondan 800 manat pul aldıqdan sonra 1 ay keçməsinə baxmayaraq, yəni növbəti ay o, qazanc olaraq onda olan 14000 manat və 2000 manat da daxil olmaqla ümumilikdə hesabladığı 16000 manat pulun 20 faizi məbləğində, yəni 3200 manat məbləğində ona pul qaytarmalı olmuşdur. Buna görə də Türkanənin ofisinə gedib verməli olduğu pulu ondan istəmişdir. Lakin, Türkanə bildirmişdir ki, işlərində çətinlik var, ona görə həmin ay pul ödəyə bilməyəcəkdir. Belə ki, Türkanə onunla bağladığı müqaviləyə növbəti dəfə möhür vurub üzərinə 3200 rəqəmini yazıb, guya ona qaytarmalı olduğu məbləği, yəni 3200 manat pulu qeyd etmişdir. Həmin vaxtdan bir ay keçdikdən sonra növbəti dəfə pul almaq üçün Türkanə ilə əlaqə saxlamaq istəyəndə artıq görmüşdür ki, Türkanənin işlətdiyi obyekt bağlıdır və telefon nömrələrinə zəng çatmır. Bundan sonra özü və Elmir onun barəsində maraqlandıqda onlara məlum olmuşdur ki, Türkanə qazanc kimi pul verəcəyini vəd verib pul aldığı digər şəxslərin də pullarını geri qaytarmır və gizlənmişdir. Belə ki, Təqsirləndirilən şəxs lombardalarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyduğu halda ona verdiyi pulun 20 faizi məbləğində hər ay ona qazanc kimi pul qaytaracağını vəd verib aldadaraq ondan xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 2 ünvanında yerləşən, lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə 14000 (on dörd min) manat pul almış, həmin puldan xx.xx.2023-cü il tarixdə ona bir dəfə, cəmi 800 manat həmin ofisdə əlbəəl pul qaytarmış, ümumilikdə onun 13200 manat pulunu ələ keçirmişdir. Türkanə ilə bağladığı borc müqaviləsinin əslini istintaqa təqdim etmişdir (İİİ cild, səh. 51-54). 61.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində bildirmişdir ki, qızı Türkiyədə təhsil aldığı üçün ona pul yollamalı olmuşdur. Rəfiqəsi qızılı satmamağı, lombarda qoymağı təklif etmişdir. O da iyirmi qram qızılı lombarda vermişdir. 10 gün sonra qızıl geri istəyəndə, müqavilədə qızılın bir ay sonra qaytarılmasının yazıldığı bildirilmişdir. Bir ay sonra dəfələrlə əlaqə saxlasa da, Türkanə onunla əlaqə saxlamamışdır. İyirmi qram qızıl vermiş, qarşılığında yüz doxsan iki manat ödəniş olmuşdur. Türkanə ona bildirmişdir ki, qızılı harasa qoymuş, qarşılığında pul götürüb həmin pulla işlər görəcəkdir. 62.Zərərçəkmiş şəxs15 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Türkanə onu lombardda gözləməsinə baxmayaraq, gəlmədiyi üçün o da qızılı Gülbəhərə təqdim etmiş, qızılı Türkanəyə Gülbəhər vermişdir. Türkanə ilə “whatsapp” vasitəsilə əlaqə saxlamışdır. Qızıl verməkdə məqsədi qazanc əldə etmək olmuşdur. Gülbəhərlə qızılları birlikdə verdikləri üçün müqaviləyə Gülbəhər qol çəkib qızılları təqdim etmişdir. Onun vermiş olduğu qızılı ilə bağlı müqaviləni Gülbəhər imzalamışdır. Şərtləri iyirmi qram qızıla görə aylıq yüz doxsan iki manat ödəniş olmuş, ödəniş bir dəfə olmuşdur. Türkanə qızılı qaytara bilməməisini onunla izah etmişdir ki, qızılı çıxara bilmir. Türkanə qızılların kimdə olduğunu demiş, həmin şəxsin adı Ədalət olmuşdur. Özü də ona zəng edib demişdir ki, qızılları ondadır, əgər qızıllarını istəyirəmsə əlavə beş yüz manat da ödəniş etməlidir ki, Ədalət qızılları qaytarsın, o isə bununla razılaşmamışdır. Təxminən artıq 4–5 ay olardı ki, qızılını ala bilməmiş, Ədalət adlı şəxs onunla əlaqə saxlamışdır. Ədalət demişdir ki, Türkanəyə etdiyi ödənişi ona etməlidir ki, qızılı lombard qiymətinə qaytara bilsin. Ədalət bu halı onunla izah etmişdir ki, Türkanə ona pul borcludur, ona olan borcunu qaytaracağı halda qızılları da Türkanəyə verəcəkdir. 63.Məhkəmə iclasında Zərərçəkmiş şəxs15 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs mən 2023-cü ilin avqust ayında tanımışdır. Türkanəni rəfiqəsi Zərərçəkmiş şəxs12 vasitəsi ilə tanımışdır. 2023-cü ilin avqust ayının axırlarında problemləri olduğuna görə özünə məxsus olan qızıl-zinət əşyalarını satmaq istəmişdir və buna görədə söhbət əsnasında bu barədə Gülbəhərə demişdir. Gülbəhər ona təklif etmişdir ki, qızıllarını satmasın, o öz qızıllarını Türkanəyə verib Türkanədə həmin qızılları banklara girov qoyub pul çıxardır, həmin pulu dövriyəyə buraxır, pullarıa lombartda girovda olan «batan» qızılları ucuz qiymətə alıb baha qiymətə satır. Əlcə olunmuş qacancıda onunla bölür. Gülbəhər ona demişdir ki, 20,5 qram çəkidə olan qızıllarını Türkanəyə 08 iyul 2023-cü il tarixdə vermişdir, həmin qızıllara görə Türkanə ona bir aydan sonra 200 manatı vermişdir. Gülbəhər ona kömək etmək məqsədilə ona bu təklifi etmişdir. Türkanə barədə Gülbəhərdən soruşanda, Gülbəhər ona demişdir ki, 10 ildirki tanıdığı saç ustası Zinyət Çaşkunovanın vasitəsi ilə Türkanə ilə tanış olmuşdur. Zinyət Türkanəni ciddi zəhmətkeş insan kimi tanıyır, aralarında heç vaxt narazılıq olmamışdır. Zinyət özüdə Türkanəyə qızıllarını vermişdir və ay ba ay Tükanədən pullarını alır. Türkanə bizneslə məşğul olur, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsində yerləşən lombardın və Bakı şəhəri Sabunçu rayonu Mehmandarov küçəsində yerləşən lombardın direktorudur. Həmçinin Bakı şəhəri Sabunçu rayonu Mehmandarov küçəsində yerləşən lombardın yaxınlığında yerləşən qadın geyim paltar mağazasınınıda sahibidir. Gülbəhərin dedikləri ilə razılaşmış və xahiş etmişdir ki, onu Türkanə ilə tanış etsinlər. Gülbəhər Türkanə ilə danışıb ona bildirmişdir ki, Türkanə də ondan qızılları götürməyə razılaşmışdır. Gülbəhər onun nömrəsini Türkanəyə vermişdir və Türkanə ona vatsap vasitəsi ilə zəng vuraraq özünü təqdim edib onu öz biznesinə qatılmağı təklif etmişdir. Biznesin şərtlərini soruşanda Türkanə demişdir ki, lombard işi ilə məşğul olduğuna görə, müxtəlif banklarla əlaqəsi var, həmin banklarda girovda olan dəyərindən qat qat ucuz qiymətə «batan» qızılları alıb bankdan girovdan çıxardır, sonra isə həmin qızılları öz dəyərinə «lom» qiymətinə aldığı qiymətdən baha qiymətə alaraq pul qazanır. Türkanə bu işi onunla birlikdə görməyə təklif edərək əlində nə qədər maya çox olsa, o qədər çox qızılları lombarddan çıxarda biləcəyini və həmin qızılların satışından çox pul qazana biləcəklərini bildirmişdir. Türkanə təklif etmişdir ki, ona əlində olan pulları versin ki, birlikdə bu işlə məşqul ola bilsinlər. Türkanə nağd pulu olmadığı təqdirdə qızılları da götürə biləcəyini, həmin qızılları lombarda qoyub faizə pul götürəcəyini, götürdüyü pulları dövriyəyə buraxacağını (yəni ki, banklarda girovda olan qızılları qat qat ucuz qiymətə alıb, baha qiymətə «lom» kimi satıb pul əldə edəcək) sonra əldə olunmuş qazancdan lombarda girov qoyduqları qızılları çıxarıb özünə qaytaracağını, əldə olunmuş qazancı isə onunla böləcəyini bildirmişdir. Türkanənin təklifi onda maraq yaratdığı üçün lakin, əlində nağd pul olmadığı üçün Türkanəyə özünə məxsus olan qızılları verməyə təklif etmişdir. Türkanə razılaşmış və onu, Mehmandarov küçəsi 18/13 ünvanda yerləşən lombarda dəvət etmişdir. 25 avqust 2023-cü il tarixdə Gülbəhərlə birlikdə Türkanənin işlədiyi Mehmandarov küçəsi 18/13 ünvanında yerləşən lombardına getmişdir. Gülbəhərdə özü ilə əlavə olaraq 23,14 qram çəkidə qızıl aparmışdır ki, Türkanəyə versin. Lombarda gələndə Türkanə orada olmamışdır və Gülbəhər Türkanə ilə telefonla danışanda Türkanə bir saata gələcəyini demiş, özünün də vaxtı olmadığı üçün özünə məxsus olan 2300 manat dəyərində 20 qram çəkidə 585 əyyarlı qızıl zinət əşyalarını Gülbəhərə vermişdir ki, onları öz qızılları ilə birlikdə Türkanəyə versin. Gülbəhərə qızıllarını verməmişdən qabaq onların şəkillərini çəkmişdir. 1-2 saatdan sonra Gülbəhər ona zəng vurub bildirmişdir ki, onun qızıllarını öz qızılları ilə birlikdə Türkanəyə vermişdir. Türkanəyə vatsap vasitəsi ilə yığanda Türkanə qızılları götürdüyünü təsdiq etmişdir. Bir neçə gündən sonra Türkanəyə zəng vurub ondan xahiş etmişdir ki, qızıllarını götürdüyünə görə hər hansı bir rəsmi sənəd versin. Türkanə ona sənəd vermək istəməmiş və müxtəlif bəhanələr gətirməyə başlamışdır. Türkanənin özünü şübhəli apardığını görüb qızılları qaytarmasını ondan tələb etmişdir. Çünki Türkanə ona sənəd verməkdən imtina etmişdir. Türkanədən qızıllarını istəyəndə, Türkanə 09 sentyabr 2023-cü il tarixdə onun kartına 192 manat məbləğində pulu göndərib bildirmişdir ki, güya bu pul dövriyyədə olan pulların qazancıdır. Türkanəyə pul lazım olmadığını, qızılları qaytarmasını tələb etmişdir. Çünki bir neçə dəfə onun işlətdiyi lombardın qarşısına gedəndə bir neçə qadının orada toplaşdığını görüb onların Türkanədən şikayətçi olduqlarının şahidi olmuşdur. Buna görədə Türkanədən qızıllarını tələb etmişdir, lakin Türkanə qızıllarını verməmişdir. Hal hazırki vaxta kimi qızıllarını qaytarmamışdır. Türkanə onu inandırıb aldadaraq bildirmişdir ki, banklardan girovda «batan» qızılları qat qat ucuz qiymətə alıb «lom» kimi baha qiymətə satır və bununlada pul qazanır. Ondan da, həmin adla pul almışdır. Türkanə ilə qazanc faizi barədə konkret olaraq danışmamışdır. Türkanəyə 25 avqust 2023-cü il tarixdə Gülbəhərin vasitəsi ilə 20 qram 585 əyyarlı 2300 manat dəyərində qızıl zinət əşyalarını vermişdir. Türkanə ona qazanc kimi bir dəfə 4098 5844 6084 0463 saylı bank kartına 09 sentyabr 2023-cü il tarixdə 192 manat məbləğində pulu göndərmişdir, Türkanənin ona vurduğu maddi ziyan 2108 manat təşkil etmişdir (İİ cild, səh. 22-24). 64.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Caşxunova (Əsədullayeva) Gülsüm Arif qızı ifadəsində bildirmişdir ki, Türkanə bildirmişdir ki, o “ölmüş” qızılları çıxarır və oradan olan gəlirdən onlara da müəyyən məbləğ qazandırır. Türkanə ilə olan tanışlığı onun işlətdiyi lombardın yanında olan salonda olmuşdur. Türkanəni ilk dəfə görəndə on min manat məbləğlə işlətdiyini bildirmiş, əvvəlcə min manat vermişdir ki, işini görə bilsin, bundan sonra ondan xəbər çıxmamışdır. 65.Zərərçəkmiş şəxs Caşxunova (Əsədullayeva) Gülsüm Arif qızı məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, təşəbbüs etməzdən əvvəl zərərçəkmiş şəxs özü bu barədə təklif etmişdir. Aralarında borc müqaviləsi bağlanmış, bununla belə razılaşma verdikləri məbləği dövriyyəyə buraxıb qazanc əldə etmək və həmin qazancı aralarında bölmək olmuşdur. Pulu Türkanəyə bir dəfəyə vermişdir. Pulun verilməsində salonun işçisi, Türkanənin yanında işləyən qız və zərərçəkmiş şəxslərdən olan Səmra da iştirak etmişdir. Verilən on min manat məbləğdən hansısa ödəniş olmamışdır. Türkanə ona təklif etmişdir ki, ona pul versin, o da təklifini düşünüb dəyərləndirmişdir. Şərtləri verilən pulun qarşılığında qazancdan 20% verməsi olmuş, müqavilə 02 sentyabr tarixində imzalanmışdır. Verdiyi pulun qarşılığında heç bir pul ala bilməmişdir. Verilən pulu Türkanəyə şəxsən lombardda vermişdir. Türkanə özü bildirmişdir ki, iş görüb qazanc əldə edəcəkdir. 66.Məhkəmə iclasında zərərçəkmiş şəxs Caşxunova (Əsədullayeva) Gülsüm Arif qızının ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs gözəllik salonuna gedən vaxt tanımışdır. Belə ki, getdiyi gözəllik salonu Türkanəyə məxsus Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsində yerləşən lombardın yaxınlığında olmuşdur. Həmin salonda olarkən orada olan işçilərdən və müştərilərdən eşitmişdir ki, həmin lombardı Türkanə adlı qadın işlədir və müştərilər lombardlardan və banklardan faizlə pul götürdükdən sonra götürdükləri pulları geri qaytara bilmir və onların girov olaraq lombardlara qoyduğu qızıllar həmin lombardlar tərəfindən satışa çıxarılır. Türkanə hərraca çıxarılan belə qızılları ucuz qiymətə alır, onları baha qiymətə satır və gəlir əldə edir. Həmin gəlirdən isə ona pul vermiş, yəni onun buz biznesinə pul qoymuş şəxslərə hər ay qoyduqları pulun 20 faizi məbləğində qazanc olaraq pul qaytarır. Danışılan söhbətlər onda maraq yaratdığı üçün özü Türkanə ilə söhbət etmək qərarına gəlmişdir. Türkanənin Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsində yerləşən lombardına gedib Türkanə ilə görüşmüş və o, gördüyü işlər barədə lombard fəaliyyəti ilə məşğul olduğunu, bəzi müştərilərin lombardlardan və banklardan faizlə pul götürdükdən sonra götürdükləri pulları geri qaytara bilmədiklərini və onların girov olaraq lombardlara qoyduğu qızılları həmin lombardlar tərəfindən satışa çıxarılan qızılları ucuz qiymətə aldığını, onları baha qiymətə satdığını və gəlir əldə etdiyini, həmin gəlirdən isə ona pul vermiş, yəni onun biznesinə pul qoymuş şəxslərə hər ay qoyduqları pulun 20 faizi məbləğində qazanc olaraq pul qaytardığını demişdir. Türkanənin danışdığı bu söhbətlər ona inandırıcı gəlmiş və ona pul vermək və verdiyi pulun 20 faizi məbləğində gəlir əldə etmək qərarına gəlmişdir. Türkanə ilə bu barədə söhbət etdikdən sonra xx.xx.2023-cü il tarixdə borc müqaviləsi bağlamış və həmin müqavilədə Türkanənin ondan 1000 (min) manat guya borc olaraq götürdüyü qeyd edilmişdir. Türkanənin ona hər ay qazanc olaraq 200 manat verəcəyi razılığına gəlmişlər. Aralarında olan razılaşmada Türkanənin ona konkret hansı müddətdə 200 manat ödyəcəyi ilə bağlı bir şərt olmamışdır. Aralarında olan şifahi razılaşmaya əsasən istədiyi vaxt 1 ay əvvəldən Türkanəni xəbərdar etməklə verdiyi pulu ondan geri götürəcəyi barədə razılaşmışlar. Yəni onun mənə aylıq olaraq qazanc kimi ödəyəcəyi məbləğlər verdiyi puldan çıxılmırdı. Türkanə ona verdiyi puldan qazanc olaraq hər hansı bir pul verməmişdir. Türkanəyə pulu verdikdən sonra onunla əlaqə saxlaya bilməmişdir. Bir neçə dəfə Türkanənin işlətdiyi lombarda getsə də, onunla əlaqə saxlaya bilməmişdir. Türkanənin işlətdiyi lombardda narazı adamların sayı gündən günə artmışdır. Ora gələn adamların hamısı Türkanəyə pul və qızıl verdiyini deyərək geri ala bilmədiklərini söyləmişlər. Türkanə ilə əlaqə saxlaya bilmədiyi üçün ona məxsus olan mobil telefon nömrəsinə onun yaşadığı evə gələcəyi barədə ismarıc göndərmiş və bundan sonra Türkanə onun ismarıcına cavab olaraq “qapıma gəlsən adresimi verəni də tutduracam, qapıma da gəlsən polis çağıracam” məzmununda ismarıc yazmışdır. Türkanə tərəfindən aldadıldığını və pulunun ələ keçirildiyini anlayıb Sabunçu RPİ-nə ərizə ilə şikayət vermişdir. Türkanənin ondan pul almasını təsdiq edən onunla aralarında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinin əslini istintaqa təqdim etmişdir. Türkanə onun ümumilikdə 1000 (min) manat məbləğində pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 2023-cü ilin fevral ayından 2023-cü ilin avqust ayınadək olan müddətdə ilk dəfə ondan 845 manat dəyərində qızılı və 155 manat pulu nağd, daha sonra xx.xx.2023-cü il tarixdə ona verdiyi 6000 manat pulu nağd, xx.xx.2023-cü il tarixdə 2000 manat pulu öz bank kartı hesabından onun bank kartı hesabına, ondan sonra 2023-cü ilin təxminən aprel-may aylarında dəqiq xatırlamadığı tarixdə 2000 manat pulu isə nağd şəkildə ona vermişdir. Türkanə həmin qızılları və pulları qızıl alış satışı ilə bağlı gördüyü işə sərmayə olaraq qoyacağını bildirib gördüyü həmin işdən əldə etdiyi qazancın hər ay 20 faizi məbləğində mənə pul qaytaracağını vəd verib aldadaraq ondan almışdır. Belə ki, 2023-cü ilin fevral ayından avqust ayınadək olan müddətdə 845 manat dəyərində qızıl əşyaları və ümumilikdə hissə-hissə 10155 manat məbləğində pul vermişdir. Göstərdiyi müddətdə Türkanə ona verdiyi pulun qazancı olaraq hissə-hissə cəmi 4000 manat pul qaytarmışdır. Beləliklə Türkanə ona məxsus olan 845 manat dəyərində qızılını, 6155 manat pulunu ələ keçirərək ona faktiki olaraq 7000 (yeddi min) manat məbləğində maddi ziyan vurmuşdur. 2022-ci ilin yay aylarında “Respublika” bankdan 17500 (on yeddi beş yüz) manat kredit pul götürmüşdür. Belə ki, Türkanəyə hissə-hissə verdiyi 10000 manat pul kredit götürdüyü pulun bir hissəsi olmuşdur. Eləcə də Türkanəyə verdiyi qızıl əşyalarını öz qazancı hesabına 2021-ci ilin oktyabr ayında almışdır. Türkanəyə 6000 manat pulu verməyi barədə onunla qohumu Babək Abasov arasında bağlanan xx.xx.2023 tarixli borc müqaviləsini, bundan başqa ona xx.xx.2023-cü il tarixdə bank kartından onun kart hesabına pul köçürməyi barədə telefonunun mobil tətbiqindən şəklini çəkib çap etdiyi çıxarışı istintaqa təqdim etmişdir. Bundan başqa da, bankdan kredit götürdüyünə dair sənədlərin surətini istintaqa təqdim edəcəkdir (İİİ cild, səh. 71-74). 67.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində bildirmişdir ki, 2023-cü ilin oktyabr ayının 3-də axşam işdən çıxdığı vaxtda evində xəstəsi olduğundan, pul lazım olduğu üçün tanışdan qızıl qolbağını almışdır. “Razin” ərazisində qarşısına çıxan ilk lombarda daxil olmuş, 12 qramlıq qızıl vermiş,550 manat pul verilmişdir. Bildirmişdir ki, bir ay ərzində ödəniş edib qızılı geri alacaqdır. Bir ay sonra beş yüz yetmiş manatla yaxınlaşmış, ödənişi etmiş, qəbzləri imzalayıb möhürləmiş və ödənişi qəbul etmişdir. Həftənin iki və beşinci günlərinin qızıl çıxarış günləri olduğu, həmin günlərdə yaxınlaşıb qızılı götürə biləcəyi bildirilmişdir. Vaxtı çatanda təkrar Türkanə ilə əlaqə saxlamağa çalışsa da müxtəlif bəhanələr gətirilmiş və dekabr ayının sonunda yaxınlaşanda görmüşdür ki, müxtəlif insanlar da oradadır. Həmin vaxt başa düşmüşdür ki, artıq gecdir. 68.Zərərçəkmiş şəxs17 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, qızılın əvəzində ona qəbz verilmiş, qəbzdə Türkanənin adı yazılmışdır. Qolbağı Türkanənin özünə vermişdir. 69.Məhkəmə iclasında Zərərçəkmiş şəxs17 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, şəxsi işlərilə bağlı müvəqqəti yaranmış maddi problemlərilə əlaqədar olaraq 02 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X21 küçəsində yerləşən Lombarda gedib orada həmin Lombardın direktoru Təqsirləndirilən şəxs özünə məxsus olan 583 əyarlı 11,2 qram çəkidə olan bir ədəd qizil qolbağı girov qoyub Türkanədən 550 manat məbləğində pul götürmüşdür. Türkanə ona 038676 nömrəli girov biletini vermişdir. Həmin girov biletinə «X17 VÖEN **********» yazıları olmuşdur. Türkanə ona məxsus olan qolbağı ondan götürəndə həmin girov biletinə «Təqsirləndirilən şəxs VÖEN **********» yazıları olan möhürü vurmuşdur. Həmin girov biletinə əsasən bir ay ərzində lombarda 28 manat faiz verməli olmuşdur. Yəni 578 manatı ödəyib girov qoyduğu qızılı çıxartmalı olmuşdur. Həmin şətrlərə razılaşıb oradan çıxıb getmişdir. 02 noyabr 2023-cü il tarixdə həmin lombarda gedib Türkanəyə 578 manatı tam ödəmişdir. Türkanə ondan 578 manatı qəbul edəndə ona verdiyi 038676 saylı girov biletinin arxa hissəsinə qırmızı qələmlə «3.11.23 tam ödənilib» sözlərini yazaraq özünə məxsus olan «Təqsirləndirilən şəxs VÖEN **********» yazıları olan möhürü vurmuşdur. Türkanə ona bildirmişdir ki, girov qoyduğu bir ədəd qızıl qolbağı bir həftə ərzində götürə bilər. Lakin bir həftədən çox müddət keçdiyinə görə hər dəfə həmin lombarda gedəndə özünə məxsus olan girov qoyduğu qızıl qolbağı götürə bilməmişdir. Türkanə mənə müxtəlif bəhanələr gətirib qızılını verməkdən imtina etmiş, ona məlum olmayan səbəbə görə vaxtı uzatmışdır. Türkanə gah rayonda olduğunu, gah da xəstəsəsi olduğunu demişdir. Hər dəfə bir bəhanə ilə onunla görüşə gəlməkdən itmtina etmişdir. Türkanə onunla görüşmədiyinə görə ona məlum olmuşdur ki, Türkanə çox adamı aldadıb pullarını və qızıllarını ələ keçirmişdir. Buna görə də bu barədə şikayət ərizəsilə Sabunçu rayon prokuorluğuna müraciət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs verdiyi 583 əyarlı 11,2 qram çəkidə olan qızıl qolbağın qiyməti 1000 manat olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona 1000 manat məbləğində maddi ziyan dəymişdir. Aytən Allahquliyevanı tanımamışdır, onunla heç bir əlaqəsi olmamışdır. Qızılını Türkanəyə vermişdir, Türkanə ona 550 manat məbləğində pul vermişdir, bir aydan sonra 578 manatı Türkanəyə ödəyəndə qızılı qaytarmamışdır (İ cild, səh. 230-231). 70.Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Türkanənin əri onun həyat yoldaş ilə birlikdə hərbi xidmət etmişdir. 2016-cı ildə aprel döyüşlərində əri X46 şəhid olmuşdur. Türkanə ilə həmişə yaxşı münasibətlərdə olmuşlar. Bir dəfə Təqsirləndirilən şəxs ona lombarda batan qızılları çıxarıb sataraq satışını həyata keçirdiyini, başqa şəxslərdən aldığı pul vəsaiti hesabına da əlavə pullar verdiyini bildirmişdir. Sonra Türkanə ona bu işə pul qoymağı və qazanc əldə etməyi təklif etmişdir. Bu məqsədlə ilk dəfə 2022-ci ilin dekabr ayında 3 günə qaytarmaq şərti ilə 3500 manat pulu Xətai rayonu ərazisində yerləşən evində Türkanəyə vermişdir. 3 gün sonra o, üzərində 200 manat olmaqla 3700 manat pul qaytarmışdır. İkinci dəfə xx.xx.2023-cü il tarixdə 12000 manat pulu Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 2 ünvanında onun ofisində vermişdir. O, həmin pulu götürüb dövriyəyə buraxıb həmin puldan geri qaytarılana kimi hər ay 1200 manat verəcəyini demişdir. Lakin Türkanə aldığı 12000 manat puldan hazırkı vaxtadək heç bir vəsait ödəməmişdir. Bundan sonra 2022-ci ilin dekabr ayında yaşadığı Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 102 nömrəli evin həyətində Türkanəyə 5000 manat pul vermiş, o aldığı 5.000 manat pula görə hər ay 500 manat ödəyəcəyini söyləmiş, lakin hazırki dövrədək ondan aldığı 5.000 manat pulun nə ana məbləğini nə də söz verdiyi aylıq 500 manat gəliri ödəməmişdir. Bundan sonra 2023-cü ilin yanvar ayında rəfiqəsi Leyla onunla Türkanə arasında olan münasibətlərdən xəbərdar olduğu üçün 14000 manat pul vermiş və xahiş etmişdir ki, həmin pulu Türkanəyə versin ki, Türkanə Leylaya da 14.000 manat puldan gəlir versin. O, rəfiqəsi Leyladan aldığı 14.000 manat pulu 2023-cü ilin yanvar ayında yaşadığı Xətai rayonu, Sadıqcan küçəsi, 101 saylı evin həyətində Türkanəyə vermişdir. Türkanə də bildirmişdir ki, aldığı 14.000 manat puldan aylıq 1.400 manat gəlir kimi ödəyəcəkdir. Türkanəyə həmin pulun rəfiqəsi Leyla məxsus olduğunu demişdir. Lakin Leyla ilə Türkanə bir-birlərini tanımamışlar və heç bir münasibəti olmamışdır. 2023-cü ilin fevral ayının əvvəllərində Leyla ona heç bir xeyir istəmədiyini və pulunun geri qaytarılmasını demişdir. Bu barədə Türkanəyə deyəndə, Türkanə pulunun olmadığını bildirmişdir. Türkanə ona həmin vaxt təklif etmişdir ki, o, bir şərtlə 14000 manat pul qaytara bilər ki, Türkanə 14000 manat pul qaytardıqdan sonra ona qızıl əşyaları girov qoysun, o, həmin qızıl əşyalarını başqa lombarda qoyub lombard krediti olaraq pul götürəcək və həmin pulu da dövriyyəyə buraxıb ona hər ay qazanc verəcəkdir. Bundan sonra Türkanə ona Leylaya qaytarmağı üçün 14000 manat pulu qaytarmış və 14000 manat pul aparıb Leylaya vermişdir. 9 fevral 2023-cü il tarixdə isə özünə məxsus 240 qram çəkidə 585 əyyarlı qızıl əşyalarını (ağ qızıl dəsti – boyunbağı, klon, sırğa, üzük, qolbağ, 11 cüt sırğa, 7 ədəd üzük, 7 ədəd klon ad yazısı olan boyunbağı ilə birlikdə, 10 ədəd boyunbağı – qaşlı və üzərində “M” hərfi olan boyunbağılar, 11 ədəd qolbağ) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 2 ünvanında yerləşən lombardda Türkanəyə vermişdir. Türkanə həmin qızılları ondan təhvil almağına dair xx.xx.2023-cü il tarixli, 036641 nömrəli girov bileti tərtib etmiş və həmin girov biletini ona təqdim etmişdir. Girov biletində ondan 240 qram çəkidə, 14000 manat dəyərində qızıl əşyalarını girov olaraq götürdüyünü qeyd etmişdir. Bundan sonra 2023-cü ilin fevral ayında yenidən Türkanənin hazırda xatırlamadığı bankomat kartına Astara rayonundan “Milli ön” vasitəsi ilə 5000 manat pul göndərmiş, Türkanə ona aldığı 5.000 manat pula görə hər ay 500 manat ödəyəcəyini və dövriyyə yaxşılaşdıqca əvvəlki borcların qaytaracağını söyləmişdir. Lakin həmin pulu da Türkanə ona ödəməmişdir. Bundan sonra eyni məqsədlərə görə Türkanəyə 2023-cü ilin fevral ayında yaşadığı Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 101 nömrəli evin həyətində 5000 manat pul göndərmişdir. Həmin pula görə Türkanə ona 200 manat gəlir pulu ödəmişdir. Bundan sonra Türkanəyə 2023-cü ilin fevral ayında yaşadığı Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 101 nömrəli evin həyətində yenidən 5000 manat pul ödəmişdir. Bundan sonra Türkanəyə 2023-cü ilin fevral ayında yaşadığı Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 101 nömrəli evin həyətində 10.000 manat pul göndərmişdir. Türkanə aldığı 10.000 manat pula görə hər ay 1.000 manat ödəyəcəyini söyləmişdir. Həmin pulun da Türkanə ona ödəməmişdir. 2023-cü ilin fevral ayının sonlarında artıq vəziyyətin getdikcə pisləşdiyini görüb Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 101 nömrəli evin həyətində 4.000 manat pul ödəmişdir, sonuncu aldığı 4.000 manat pula görə hər ay 400 manat ödəyəcəyini söyləmişdir. Həmin pulun da Türkanə ona qaytarmamışdır. 2023-cü ilin mart ayı ərzində Türkanəyə onun lombardının yanında Sabunçu rayonu Bakıxanov qəsəbəsində bir dəfə 3000 manat, sonra Türkanəyə onun lombardının yanında Sabunçu rayonu Bakıxanov qəsəbəsində 5500 manat, Türkanəyə onun lombardının yanında Sabunçu rayonu Bakıxanov qəsəbəsində 10.000 manat, Türkanəyə onun lombardının yanında Sabunçu rayonu Bakıxanov qəsəbəsində 2000 manat, Türkanəyə onun lombardının yanında Sabunçu rayonu Bakıxanov qəsəbəsində 5000 manat, Türkanəyə onun lombardının yanında Sabunçu rayonu Bakıxanov qəsəbəsində 10.000 manat olmaqla ümumilikdə Türkanəyə 95.500 manat pul vermişdir. Türkanə gəlir olaraq ona heç bir pul ödəməmişdir. Lakin ana məbləğdən 59.500 manat pul qaytarmışdır. Hazırda Türkanənin ona 22.000 manat nağd pul olaraq borcu vardır. Həmçinin 240 qram 585 əyyarlı qızıl əşyasının onun lombardında girovda olması ilə bağlı 14.000 manat borcu qalmışdır. Belə ki, həmin qızılların pulunu Türkanə özü ödəməli olmuşdur. Türkanə ondan aldığı 95.500 manat pulun 59.500 manatı hissəsini 2023-cü ilin yanvar ayından 2023-cü ilin may ayının sonunadək “Kapitalbank”ın bank kartına ödəmiş və nəğd şəkildə vermişdir. Türkanəyə nağd olaraq verdiyi 81500 manat pul özünə məxsus olmuşdur. Türkanəyə verdiyi qızıl əşyalarının dəyəri 14000 manat olmuşdur və Türkanə həmin qızıl əşyalarını ondan girov olaraq götürməsinə dair ona 036641 nömrəli, xx.xx.2023-cü il tarixli girov bileti təqdim etmişdir. Həmin girov biletini istintaqa təqdim etmişdir. Belə ki, Türkanə onun 14000 manat dəyərində qızıl əşyalarını ələ keçirmişdir (Vİ cild, səh. 43-46). 71.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2023-cü ildə Türkanəni tanımış və həmin vaxt iş yoldaşları Türkanənin lombardına pul yatırıb gəlir əldə etmişlər. 6 ay sonra o də Türkanənin lombardına min manat vəsait yatırmışdır. Türkanə dediyinə görə lombarddan batmış qızılları ucuz qiymətə götürüb baha satmışdır. Həmin vaxt o, min manat vəsaiti Habildən almışdır. Türkanə həmin müddət ərzində ona qazanc vermişdir. Bundan sonra o, Habildən təkrar on min manat almış və Türkanə yenə də onlara qazanc verməyə davam etmişdir. Bundan sonra yüz min manat notarial qaydada Əhmədli ərazisində pul vermiş, dörd aya kimi qazanc gəlmiş və bundan sonra qazanc dayanmışdır. Həmin ərəfədə Türkanəyə qızıl saatını vermiş və həmin saat da batmışdır. 72.Şahid1 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Habili Türkanə ilə o, tanış etmiş və onun Türkanəyə verdiyi pullar Habilə məxsus olmuşdur. Türkanə ilə müqavilələri o imzalamışdır. O, Habili uzun illərdir tanıdığından ona etibar etmişdir. Müqavilələri hər dəfə yeni müqavilə kimi imzalanmışdır. Habilin öz işləri olduğundan və Türkanə də qadın olduğundan işləri görməyi ona tapşırmışdır. Sonuncu dəfə pul verdikdən sonra Türkanə dörd ay ərzində pul qaytarmış, sonrakı dövrlərdə isə ümumiyyətlə ödəniş etməyi dayandırmışdır. Türkanə özü şəxsən dəfələrlə kömək etməsi üçün Habilə müraciətlər etmişdir. Türkanə anası ilə də Habilin iş yerinə gəlmiş, onlar notariusa gedəndə də Habil Türkanənin həyat yoldaşı ilə danışmışdır. Türkanə dəfələrlə Habilə müracitlər etmiş və Habil də müqaviləsiz pulları vermişdir. Türkanə də pulların bir hissəsini qaytarmış, lakin bir hissəsini qaytarmamışdır. Türkanə pul lazım olmasını lombarddan qızıl götürməklə əsaslandırmışdır. Verilən pullarla bağlı faiz gəlirlərinin razılaşdırılmasında o da iştirak etmişdir. Yüz min veriləndən sonra razılaşmaya görə qazanc üç hissəyə bölünmüşdür. On gündən bir səkkiz min, səkkiz min və doqquz min pul verməli olmuşdur. Bu razılaşdırılmış qaydada dörd ay ərzində ödəniş olmuş, sonrada ödəniş olmamışdır. O, min və on min manat vəsaiti Türkanənin lombard müqaviləsi ilə, yüz mini manatı isə notarial müqavilə ilə vermişdir. Verilən puldan Türkanə ona cəmi yüz min manat qaytarmışdır. Aralarında müqavilə münasibətləri olmuş və yüz minlə bağlı borc müqaviləsi imzalamışlar. Mülki qaydada məhkəməyə müraciət etmələrinə baxmayaraq cinayət qaydasında pulu ona görə mübahisələndirirlər ki, əvvəla mülki qaydada mübahisələndirdikləri məhkəmədə iş həddindən artıq uzanmış, bundan əlavə bu işdə də zərərçəkmiş şəxslərin çox olduğunu görərək onlara qoşulmuşlar. Eyni zamanda Türkanə müxtəlif yerlərin adlarını çəkərək iyirmi beş min pul verdiyini və məhkəmənin ona heç bir şey etməyəcəyini demişdir. 73.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində yerləşən “Unbeaty loryn” adlı gözəllik salonunda kosmetoloq işləyir. 2022-ci ilin dekabr ayında işlədiyi gözəllik salonuna Türkanə adlı bir xanım gəlib onların qadınlar üçün göstərdiyi xidmətlərdən istifadə etmidşir. Türkanə ilə həmin salonda tanış olmuşdur. Türkanə söhbət zamanı salonda işləyən digər xanımlara bildirmişdir ki, lombard fəaliyyəti ilə məşğul olur, bəzi müştərilər lombardlardan faizlə pul götürdükdən sonra götürdükləri pulları geri qaytara bilmir və onların girov olaraq lombardlara qoyduğu qızıllar həmin lombardlar tərəfindən satışa çıxarılır. O, hərraca çıxarılan belə qızılları ucuz qiymətə alır, onları baha qiymətə satır və gəlir əldə edir. Həmin gəlirdən isə ona pul vermiş, yəni onun buz biznesinə pul qoymuş şəxslərə hər ay qoyduqları pulun müəyyən faizi məbləğində qazanc olaraq pul qaytarır. Türkanə ona da vəd etmişdir ki, o, da ona pul versin və o həmin pulu bu biznes fəaliyyətində istifadə edib pul qazansın və əldə etdiyi gəlirdən ona verdiyi məbləğin müəyyən faizi həcmində pul verəcək. Buna görə o, Türkanənin bu vədinə görə ona pul vermək qərarına gəlmişdir. Lakin, özünün yaxşı qazancı olmadığı üçün tanışı Zərərçəkmiş şəxs6 pul alıb ona vermişdir. Belə ki, ilk dəfə xx.xx.2023-cü il tarixdə o, Türkanəyə məxsus olan Sabunçu rayonu, Mehmandarov küçəsində yerləşən lombardda verib onunla borc müqaviləsi bağlamış və orada ona əlbəəl 1000 manat pul vermişdir. Həmin müqavilədə Türkanənin 1000 (min) manat güya borc olaraq götürdüyü və 10 faiz qazanc faizi kimi borc verənə yəni ona verəcəyi qeyd edilmişdir. Həmin verdiyi pulun müəyyən faizi həcmində gəliri Türkanə 2 dəfə əlbəəl, hər dəfə 300 manat olmaqla ümumilikdə 600 manat pulu ona vermişdir. Özü isə həmin pulu Habilə vermişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Türkanəyə vermək üçün habildən 2000 manat almışdır. Həmin pulu həmin tarixdə Türkanənin işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Mehmandarov küçəsində yerləşən lombardda Türkanəyə verdim, həmin tarixdə aralarında təkrar borc müqaviləsi bağlanmışdır. Türkanə ondan 2000 manat pulu almasını təsdiq etmək üçün onunla bağladığı xx.xx.2023-cü il tarixli borc müqaviləsinin üçüncü vərəqində möhür həkk etmiş, həmin möhürün üzərində “xx.xx.2023 2000 m” yazılarını yazıb müqaviləni ona qaytarmış və 2000 manat pulu həmin tarixdə ondan almışdır. Türkanəyə həmin 2000 manat pulu verərkən Türkanə götürdüyü həmin məbləğin 30 faizi həcmində hər ay Fərqanəyə pul qaytaracağını öhdəsinə götürmüşdür. Lakin, müqavilədə məbləğin 30 faizi həcmində pul qaytaracağı ilə bağlı şərt qeyd edilməmişdir. Belə ki, Türkanə götürdüyü həmin pula görə 3 dəfə, əlbəəl hər dəfə 900 manat, ümumilikdə 2700 manat pulu ona vermişdir. Özü isə həmin pulu gətirib Habilə vermişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Türkanəyə vermək üçün Habildən 1000 manat pul almışdır. Həmin pulu həmin tarixdə Türkanənin işlətdiyi Sabunçu rayonu, Mehmandarov küçəsində yerləşən lombardda Türkanəyə vermişdir. Türkanə həmin pulu alarkən həmin tarixdə aralarında təkrar borc müqaviləsi bağlanmamışdır. Türkanə ondan 1000 manat pulu almasını təsdiq etmək üçün onunla bağladığı xx.xx.2023-cü il tarixli borc müqaviləsinin üçüncü vərəqində möhür həkk etmiş, həmin möhürün üzərində “xx.xx.2023 1000 m” yazılarını yazıb müqaviləni ona qaytarmışdır və 1000 manat pulu həmin tarixdə ondan almışdır. Türkanəyə həmin 1000 manat pulu verərkən Türkanə götürdüyü həmin məbləğin 30 faizi həcmində hər ay ona pul qaytaracağını öhdəsinə götürmüşdür. Lakin, müqavilədə məbləğin 30 faizi həcmində pul qaytaracağı ilə bağlı şərt qeyd edilməmişdir. Həmin verdiyi pulun 30 faizi həcmində gəliri Türkanə 5 dəfə, əlbəəl hər dəfə 300 manat olmaqla, ümumilikdə 1500 manat pulu ona vermişdir, o, isə həmin pulu aparıb Habilə vermişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Habildən Türkanəyə verməyi üçün 11000 manat pul almışdır. Həmin pulu həmin tarixdə Türkanənin işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Mehmandarov küçəsində yerləşən lombardda Türkanəyə vermişdir. Lakin həmin tarixdə aralarında təkrar borc müqaviləsi bağlanmamışdır. Türkanəyə həmin 11000 manat pulu verərkən Türkanə götürdüyü həmin məbləğin 10 faizi həcmində hər ay ona pul qaytaracağını öhdəsinə götürmüşdür. Lakin, müqavilədə həmin məbləğin 10 faizi həcmində pul qaytaracağı ilə bağlı şərt qeyd edilməmişdir. Türkanə Fərqanədən 11000 manat pulu almasını təsdiq etmək üçün Fərqanə ilə bağladığı xx.xx.2023-cü il tarixli borc müqaviləsinin üçüncü vərəqində “xx.xx.2023 11000 manat verildi” yazılarını yazıb həmin yazının alt hissəsində imza etmişdir. Həmin verdiyi pulun 10 faizi həcmində gəliri Türkanə 1 dəfə əlbəəl, 1100 manat pulu mənə vermişdir, özü isə həmin pulu aparıb Habilə vermişdir. Bildirmişdir ki, 2023-cü ilin mart ayının sonlarında Əliyev X28 bu bzinesinə daha böyük məbləğ qoymaq istədiyini bildirmiş və bunun üçün şəxsən özü Türkanə ilə görüşüb danışmaq qərarına gəlmişdir. Belə ki, 203-cü ilin mart ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə Habil Türkanə ilə onun işlədiyi ofisdə görüşüb danışmışdır. Habil Türkanə ilə söhbət zamanı bildirmişdir ki, ona verəcəyi pulları yalnız rəsmi sənəd əsasında verə bilər. Türkanə onunla razılaşmış və ondan alacağı pulları müqavilə və ya notarial qaydada götürəcəyini bildirmişdir. Türkanə ilə aralarında olan razılaşmaya əsasən faktiki olaraq pulu Türkanəyə o, versə də, müqavilə onun və Türkanənin arasında bağlanmalı olmuşdur. Belə ki, Türkanə ilə aralarında olan razılığa əsasən xx.xx.2023-cü il tarixdə Türkanənin ofisində onunla Türkanənin arasında borc müqaviləsi bağlanmışdır. Müqavilədə Türkanə 100000 (yüz min) manat pulu guya borc olaraq götürməsi və 25 faiz qazanc faizi kimi ona verəcəyi qeyd edilmişdir. Daha sonra həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Habil ona məxsus 100000 (yüz min) manat pulu götürüb onun birlikdə Bakı şəhəri 18 saylı notariat ofisinə getmişdir. Notariat ofisinə daxil olduqdan sonra 100000 (yüz min) manat pulu “Günay” bankın kassasına təhvil vermişdir. Daha sonra onunla Türkanənin arasında xx.xx.2023-cü il tarixli 3M-372 reyestr nömrəli kredit müqaviləsi bağlanmış və həmin 100000 (yüz min) manat pul kassadan sayılaraq Təqsirləndirilən şəxs verilmişdir. Türkanə ilə razılaşmaları belə olmuşdur ki, o, hər ayın 10-u 8000 (səkkiz min), 20-si 8000 (səkkiz min), 30-u 9000 (doqquz min) qazanc pulunu ona verəcəkdir. Demək olar ki, Türkanə 3 ay ərzində razılaşmaya uyğun olaraq ona qazanc pullarını vermişdir. O, isə həmin pulları Zərərçəkmiş şəxs6 vermişdir. Bundan başqa, Habil 64 qram çəkidə, 750 əyarlı qızıl saatı Türkanəyə verməsi üçün ona vermişdir. xx.xx.2023-cü il tarixdə həmin qızıl saatı Türkanənin işlətdiyi Bakı şəhəri. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən lombardda Türkanəyə vermişdir, Türkanə həmin qızıl saatı 3900 manat dəyərində qiymətləndirmişdir. Türkanə həmin qızıl saatın üstündə əlavə olaraq ona 100 manat da pul verməyi və depozit kimi götürdüyü məbləğin ümumilikdə 4000 manat olmasını ona təklif etmişdir. Həmin qızıl saatı və üstündə 100 manat pulu depozit kimi, yəni qazanc kimi ona pul qaytarması üçün Türkanəyə vermiş və aralarında xx.xx.2023-cü il tarixdə borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsində Türkanə ondan həmin qızıl saatı götürməsinə dair xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlamışdır. 64 qram çəkidə, 750 əyarlı və 100 manatı almasına və götürdüyü saatın və pulun ümumilikdə 4000 manat kimi qəbul edilməsinə dair müqavilədə əlyazma ilə qeyd aparmış həmin saatı və 100 manat pulu ondan götürmüşdür. Türkanə müqaviləyə və aralarında olan razılığa əsasən həmin 4000 manat məbləğin 25 faizi məbləğində pulu hər ay ona verəcəyi barədə onunla razılaşmışdır. Lakin, Türkanə həmin puldan ona 1 dəfə cəmi, 1000 manat pul vermişdir. Qızıl saatı isə qaytarmamışdır. Türkanəyə verdiyi pullar hamısı tanışı Zərərçəkmiş şəxs6 məxsus olmuşdur. Onunla Türkanənin arasında bğalnamış müqavilələri bəzən Türkanə özü tərtib etmiş, bəzən isə onun yanında işləyən Pərvanə adlı qız tərtib etmişdir. Ola bilər ki, həmin müqavilələrin bəzilərinin üstündəki yazılar Türkanəyə, bəzilərinin üstündəki yazılar isə Pərvanəyə məxsus olmuşdur. Pulların hamısı Zərərçəkmiş şəxs6 məxsus olduğundan Habil verilən və alınan pulların hesabatını özü aparmışdır. Konkret hesablamadığı üçün Türkanəyə faktiki olaraq hansı məbləğdə pul verdiyini, hansı məbləğdə ondan pul aldığını bilmir (İV cild, səh. 94-98). 74.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Türkanəni Fərqanə vasitəsilə tanımışdır. Fərqanənin salonunda olarkən Türkanəni orada görmüş, eşitmişdir ki, lombardda batmış qızılları çıxarır. Özündə pul olmadığından Habilə təklif etmişdir ki, üç min borc versin, o bu işə başlasın. Habillə aralarında danışıq olmuşdur ki, əvvəlcə Habilin verdiyi pul tamamlanana kimi Türkanənin verəcəyi pulları Habil, sonraki pulları isə özü götürəcəkdir. Bu qaydada daha sonra on beş və iyirmi min Habildən almış və Türkanəyə vermişdir. Habildən ümumilikdə otuz səkkiz min borc kimi almışdır. 3-4 ay ərzində Türkanədən pulları götürüb Habilə vermişdir. Ondan sonraki dövrdə isə artıq deyilmişdir ki, Türkanə pulu qaytara bilmir. 75.Şahid2 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, verilən pulun rəsmiləşdirilməsi üçün notariusa getmiş, onların iştirakı ilə pul Türkanəyə verilmişdir. Verdiyi pullar Habilə aid pullar olmuşdur. 3-4 ay pullar Habilə verilmiş, bundan sonra verilməmişdir. Habil demişdir ki, əsas borc bağlanandan sonra, pullar özünə veriləcəkdir. Pulu Habildən aldığı üçün pulun sahibi də Habil olmuşdur. Əgər Türkanə pulu geri qaytarmasa məcburdur ki, pulu geri Habilə qaytarsın. Orxanın adına göndərilmiş pulları kart hesabından çıxarıb Habilə vermişdir. 76.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2023-cü ilin əvvəllərində tanışı Zərərçəkmiş şəxs6 ilə aralarında olan söhbət zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs ad soyadlı xanım lombard fəaliyyəti ilə məşğul olur, qızıl alış-satışı ilə məşğul olur. O, hərraca çıxarılan belə qızılları ucuz qiymətə alır, onları baha qiymətə satır və gəlir əldə edir. Həmin gəlirdən isə ona pul vermiş, yəni onun bu biznesinə pul qoymuş şəxslərə hər ay qoyduqları pulun müəyyən faizi məbləğində qazanc olaraq pul qaytarır. Bundan sonra o, Fərqanə ilə birlikdə Türkanənin işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Mehmandarov küçəsində yerləşən lombarda gedib Türkanə ilə söhbət etmişdir. Türkanə demişdir ki, qızıl alış-satışı ilə məşğul olur, o, hərraca çıxarılan belə qızılları ucuz qiymətə alır, onları baha qiymətə satır və gəlir əldə edir. Həmin gəlirdən isə ona pul vermiş, yəni onun buz biznesinə pul qoymuş şəxslərə hər ay qoyduqları pulun müəyyən faizi məbləğində qazanc olaraq pul qaytarır. Türkanə ona da vəd etmişdir ki, o, da pul versin və o həmin pulu bu biznes fəaliyyətində istifadə edib pul qazansın və əldə etdiyi gəlirdən ona verdiyi məbləğin müəyyən faizi həcmində pul verəcəkdir. Bundan sonra isə o, xx.xx.2023-cü il tarixdə Habildən 3000 (üç min) manat pul almışdır. Habil ilə aralarında olan razılaşmaya əsasən Türkanənin ona verdiyi ilk ayların qazancını Habilə verəcəyək və ondan aldığı pulu Habilə qaytaracaqdır. Buna görə də Habil ona 3000 manat pulu verməyə razı olmuşdur. Belə ki, həmin pulu götürüb oğlu Orxanla birlikdə xx.xx.2023-cü il tarixdə Türkanəyə məxsus olan Sabunçu rayonu, Mehmandarov küçəsində yerləşən lombarda getmişlər. Həmin pulu Türkanəyə vermişdir. Lakin, həmin müqaviləni öz adına deyil oğlu Orxanla Türkanənin arasında bağlanmasını istəmişdir. Türkanə razılaşmış və 3000 manat pulu almasına dair oğlu Orxan Bədrixanovla öz aralarında borc müqaviləsi tərtib etmişlər. Müqavilədə borc olaraq götürdüyü pulun və 10 faiz qazanc faizi kimi Orxana verəcəyin qeyd etmişdir. Həmin verdiyi pulun müəyyən faizi həcmində gəliri Türkanə 6 dəfə əlbəəl hər dəfə 300 manat olmaqla, ümumilikdə 1800 manat pulu Orxana vermişdir, Orxan isə həmin pulu aparıb Habilə vermişdir. Bundan başqa ikinci dəfə, 2023-cü ilin aprel ayının sonlarında qazanc əldə etmək məqsədi ilə Türkanəyə vermək üçün Zərərçəkmiş şəxs6 20000 (iyirmi min) manat borc pul almışdır. Türkanədən aldığı ilk ayların faizi ilə onun pulunu ödəyəcəyini Habilə bildirmişdir. Habildən həmin pulu aldıqdan sonra xx.xx.2023-cü il tarixdə 20000 (iyirmi min) manat pulu 18 saylı notariat ofisində kredit müqaviləsi əsasında Türkanəyə vermişdir. Həmin verdiyi pulun müəyyən faizi həcmində, hazırda xatırlamadığı məbləğdə pulu bir neçə dəfə onun və oğlu Orxanın kart hesabına göndərmişdir. Özü isə həmin pulları götürüb Habilə vermişdir. Lakin, onu da qedy etmişdir ki, Türkanə ona verdiyi həmin 20000 manat pulun hamısını ona qaytarmamışdır. Bundan sonra o, yenə də Habildən 15000 manat pul alıb oğlu Orxanın adına müqavilə bağlamaqla Türkanəyə vermişdir. Həmin pulu xx.xx.2023-cü il tarixdə 16 saylı notariat ofisində notariat qaydasında kredit müqaviləsi bağlamaq yolu iilə Türkanəyə vermişdir. Həmin puldan Türkanə 2 dəfə hər dəfə 1500 manat olmaqla ümumilikdə 3000 manat pulu Orxana vermiş, Orxan isə həmin pulu aparıb Habilə vermişdir. Beləliklə, Türkanə ona qazanc əldə edəcəyini vəd verib aldadaraq ondan ümumilikdə 38000 manat pul almışdır, həmin puldan isə ona və oğlu Orxana verməklə ümumilikdə cəmi 10800 manat pul qaytarmışdır, özü isə həmin pulları Zərərçəkmiş şəxs6 vermişdir (İV cild, səh. 91-93). 77.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Türkanə ilə onun işlədiyi salonda tanış olmuşlar. Danışıq zamanı Türkanə qızıl alış-satışı ilə məşğul olduğunu və istəyərsə qoşula biləcəyimi demişdir. Əvvəlcə Türkanəyə inanmamış, lakin sonradan insanlara gəlir verdiyini görərək inanmışdır. Bundan sonra onlar dekabr ayında müqavilə imzalamışlar. Sonrakı aylarda Türkanə iki dəfə ödəniş etmiş, o isə verdiyi pulları götürməyərək əlavə yatırım etmişdir. Bundan sonra Elmirə onlara qoşulmasını bildirmiş və Elmir iyul ayında üç min vermişdir. Türkanə bir dəfə Elmirə 600 manat gəlir vermiş, avqust ayında isə o, öz cibindən Elmirə pul vermişdir. 78.Şahid3 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Türkanə ilə o, tanış olmamış, Türkanə özü onların salonuna gəlmişdir. Onların salonu Türkanənin lombardının yanında yerləşmişdir. Türkanə özü ona izah etmiş və Türkanənin təklifi uğurlu biznes kimi onun ağlına batmışdır. Türkanə vaxtı gələndə öhdəliklərini yerinə yetirmiş və pulları vaxtında vermişdir. O, Türkanəyə cəmi on iki min manat pul vermiş, həmin puldan üç min manatı Elmirin, doqquz min manatı isə onun pulu olmuşdur. Onların Türkanə ilə münasibətləri korlandığından noyabr ayında təkrar müqavilə imzalanmış, həmin müqavilə isə Elmir və Türkanə arasında olmuşdur. Müqavilələrində məbləğ olaraq on yeddi min yazılmış, həmin məbləğ əslində on doqquz min manat olmuşdur. On doqquz min məbləğin üç min Elmirin əsas pulu, doqquz mini onun pulu, yeddi min isə Türkanənin onlara verməli olduğu məbləğ olmuşdur. Türkanə həmin vaxt onlara “iki min də sizə verim, müqaviləmizə on yeddi min yazılsın” təklif etmiş, ona görə də müqavilələrinə on yeddi min yazılmış, lakin Türkanə həmin iki min manat məbləği də sonradan ümumiyyətlə onlara verməmişdir. On yeddi min manat məbləğdən bizə heç bir məbləğ qaytarılmamışdır. Onlar əvvəlcə iki müqavilə imzalamışlar, sonradan isə bir müqavilədə cəmləşdirmişlər. O, on iki min manat pul vermiş, nə qədər aldığı yadında qalmamış, hazırda on iki min manat tələb edir. Türkanə sonradan pulları qaytara bilməməsini çətinliyə düşməsi ilə izah etmişdir. İstintaq dövründə ona görə zərərçəkmiş kimi tanınmaq istəməmişdir ki, Türkanə heç bir şeyi boynuna götürməmiş və götürdüyü pulları qəbul etməmişdir. Türkanəyə öz pulu kimi verdiyi pullar ona aid olmuş, həmin pullarla bağlı onların aralarında yazışmalar mövcud olmuşdur. İşin riskləri ilə bağlı aralarında söhbət olmamış, Türkanə pulu vaxtı-vaxtında verəcəyini, qaytara bilməsə onların ana məbləğini qaytaracağını demişdir. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 79.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsində yerləşən gözəllik salonunda işləyir. Həmin salonda işlədiyi vaxt Türkanə ilə tanışlığı yaranmışdır. Türkanə həmin vaxt Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsində işlədiyi gözəllik salonun yaxınlığında lombard işlədir. Belə ki, 2023-cü ilin təxminən may ayında salonda olarkən rəfiqələrindən eşitmişdir ki, Türkanə lombard işi ilə məşğul olur və aldığı pul və ya qızıl əvəzində qazanc olaraq pul qaytarır. O, da bu formada rahat pul qazana biləcəyini düşünüb, həmin işlə məşğul olmaq qərarına gəlmişdir. Həmin gün Türkanə salona gəlmiş və o, Türkanədən gördüyü iş barədə soruşmuşdur. Türkanə ona bildirmişdir ki, o, lombad fəaliyyəti ilə məşğul olur, bəzi müştərilər lombardlardan faizlə pul götürdükdən sonra götürdükləri pulları geri qaytara bilmir və onların girov olaraq lombardlara qoyduğu qızıllar həmin lombardlar tərəfindən satışa çıxarılır. O, hərraca çıxarılan belə qızılları ucuz qiymətə alır, onları baha qiymətə satır və gəlir əldə edir. Həmin gəlirdən isə ona pul vermiş, yəni onun bu biznesinə pul qoymuş şəxslərə hər ay qoyduqları pulun 10-30 faizi məbləğində qazanc olaraq pul qaytarır. Türkanə ona təklif etmişdir ki, əgər o,da ona sərmayə kimi müəyyən məbləğdə pul verərsə o, həmin pulu göstərdiyi lombard fəaliyyətinə sərmayə kimi yatırıb əldə etdiyi qazancdan ona verdiyi pulun hər ay müəyyən faizi məbləğində qazanc kimi ona da də pul verəcək. Türkanənin danışdığı söhbətlər ona inandırıcı gəlmişdir. Buna görə də ona pul verib qazanc əldə etmək qərarına gəlmişdir. Pulu olmadığı üçün tanışı və uzaq qohumu olan Zərərçəkmiş şəxs10 pul götürməyi düşünmüşdür. Zərərçəkmiş şəxs10 Bakı şəhəri, Sabunçu rayonu Mehmandarov küçəsində özünə məxsus kompüter servis mərkəzi vardır və Elmir orada kompüter mütəxəssisi işləyir. Belə ki, 2023-cü ilin may ayının sonlarında Zərərçəkmiş şəxs10 zəng vuraraq ona 10 000 (on min) manat pul lazım olduğunu və borc istədiyini demişdir. Elmir ona 9000 (doqquz min) manat pulunun olduğunu və ona verə biləcəyini demişdir. Elmir pulu ona verəndə nə üçün lazım olduğunu soruşmuş və ona bildirmişdir ki, pulu Türkanəyə qazanc məqsədilə verəcəkdir. 9000 manat pulu Elmirdən götürdükdən sonra həmin pulu tam olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 2 ünvanında yerləşən lombardda Türkanəyə vermişdir və Türkanə ilə şifahi razılığa gəlmişlər ki, o, hər ay ona verdiyi pulun 20 faiz qazancını verəcəkdir. Türkanə bu barədə onunla borc müqaviləsi bağlamışdır. Bu söhbətdən təxminən 10 gün sonra Elmir ona zəng vurub işlərin nə yerdə olmasını soruşmuşdur. O, Elmirə bildirmişdir ki, Türkanə ilə borc müqaviləsi bağlayaraq 9000 manat pulu türkanəyə vermişdir və Türkanə hər ayın əvvəlində ona qazanc olaraq 1800 manat verəcəkdir. Bu söhbət Elmirdə maraq yaratdığı üçün o, da Türkanəyə qazanc məqsədilə pul vermək qərarına gəlmişdir. Buna görə də Elmir ona Türkanəyə verməsi üçün əlavə 3000 manat pul vermişdir. Elmirdən həmin pulu aldıqdan sonra 2023-cü ilin may ayının sonlarında Türkanənin işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 2 ünvanında yerləşən lombarda getmiş və orada Türkanəyə qazanc məqsədilə 3000 manat da pul verə biləcəyini bildirmişdir. Türkanə orada ona bildirmişdir ki, əgər həmin 3000 manatı da ona sərmayə kimi versə o, həmin pulu öz lombard fəaliyyətinə sərf edib əldə etdiyi qazancdan hər ay həmin pulun 20 faiz məbləğində ona qazanc olaraq pul verəcəkdir. Bundan sonra o, orada 3000 manat pulu Türkanəyə vermişdir. Elmir ilə öz aralarında razılığa gəlmişlər ki, Türkanəyə verdiyi 9000 manat pulu ödəsin, Türkanə ilə özünün arasında müqavilə bağlansın və Türkanə ona verilən pulları Elmirin pulu kimi hesablasın və həmin pulun müəyyən faizi həcmində ödənişi Elmirə ödəsin. Belə ki, xx.xx.2023-cü il tarixdə Elmirlə birlikdə Türkanənin işlədiyi lombarda getmişlər. Orada Türkanə ilə Elmirlə aralarında olan danışıq zamanı lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda ona verdiyi pulun müəyyən faizi məbləğində hər ay qazanc kimi pul verəcəyini Elmirə bildirmişdir. Orada özü və Elmir Türkanəyə bildirmişlər ki, Türkanəyə verdiyi 12000 manatı Elmir artıq ona vermişdir. Türkanədə həmin vaxta qalan 12000 manatı Elmirin pulu kimi hesab etsin və həmin 12000 manata görə hər ay Elmirə pul ödəsin. Onların bu təklifilə Türkanə razılaşmışdır. Buna görə də onlar Türkanəyə verdikləri pulları birləşdirərək 12000 (on iki min) manat məbləğində 20 faiz qazanc əldə etmək şərti ilə yeni müqavilə bağlamışlar. Türkanədə qalan 12000 manat pulun onlara ödəməli olduğu faziləri də həmin pulun üzərinə gəlmişlər və Türkanə ilə Elmirin arasında 17000 manat məbləğində Elmirdən pul almasına dair müqavilə bağlanmışdır. Həmin pula görə Türkanə Elmirə onun vasitəsilə cəmi qazanc olaraq 1100 manat pul vermişdir. Həmin vaxtdan sonra isə Türkanə nə ona nə Elmirə heç bir məbləğdə pul verməmişdir və onda qalan 10900 manat pulu geri qaytarmayaraq ələ keçirmişdir (İİİ cild, səh. 27-30). 80.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, əvvəllər Bakıxanov ərazisində yerləşən lombardı işlətmişdir. Lombardın adı olmamış, həmin müddətdə başqa bir şəriki ilə lombard fəaliyyəti göstərmişdir. Həmin şəriki dini fəaliyyətə başladığı üçün bildirmişdir ki, lombard fəaliyyətini dayandırır. Buna görə işlərində 2-3 aylıq müddətdə boşluq yaranmışdır. Həmin ərəfədə Türkanə lombarda müştəri kimi mal qoymuş və bildirmişdir ki, işçi kimi işləmək istəyir, o da Türkanəni işçi kimi işə götürmüşdür. Bir müddət sonra ailəvi münasibətləri yaranmış və Türkanə bildirmişdir ki, lombardı işlətmək istəyir. Həmin vaxt Türkanənin işləmək üçün vəsaiti olmamış, ona görə də aralarında razılıq olmuşdur ki, bankdan 3 faizlə pul götürüb həmin pulu bir faiz xeyri ilə Türkanəyə 4 faizə versin. Həmin müddətdə lombardda olan qızıllar bankda saxlanılmışdır. Adında problemli kreditlər olduğundan qızılları bankda xalası oğlunun adına saxlamışdır. Türkanə verdiyi qızılları “Muğanbank”a qoymuş, pulları da gətirib onun özünə vermişdir. Türkanə bir müddət ödənişlər etmiş, sonradan ödənişlər etməyi dayandırmış, o da bildirmişdir ki, pul verməsə banka heç bir ödəniş edə bilməz. Bununla bağlı borclar yığılmışdır. Sonradan Türkanə bildirmişdir ki, qızılları satır, o da qızıl alıcılarından müştərilər tapmağa kömək etmişdir. Sonradan Türkanə qızılları bankdan çıxarmış və satmışdır. Bankdan çıxardığı qızılları Türkanə videogörüntü altında alıcılara satmışdır. Bundan sonra qızılların bir qismi də bankda qalmış, lakin Türkanə yenə də ödənişləri etməmişdir. Bankdan məktublar gəlməyə başlayanda o da məcbur olub yenidən alıcı tapmış və bankda qalan qızılları da həmin alıcılara satmış, bunun qarşılığında da həmin qızıllardan gələn gəlirlə bankların borcunu bağlamışdır. 81.Şahid4 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, girovlar “Muğanbank”a qoyulmuş, lakin ləğv edildiyindən sonradan varis kimi “Bank Respublika” fəaliyyət göstərdiyindən, onlar qızılları qəbul etmişdir. Ona bank tərəfindən iki bildiriş gəlmişdir. Digər qızılları isə Türkanə özü qəbul etmişdir. Bank bildirişlərində olan qızılların Türkanənin ona verdiyi qızıl olmasını Türkanə ilə aralarında olan yazışmalar təsdiq edir. Türkanənin onu tapa bilməməsi barədə dedikləri yalandır. Dəfələrlə Türkanənin həyat yoldaşı ilə də görüşmüş və izah etmişdir ki, insanlar qızıllarını istəyəcək, Türkanəni tuta bilərlər, qızılları bank satışa çıxarır, gəlib pulu ödəsinlər. Türkanə şikayətləri noyabr ayında edib, lakin ondan sonraki dövrdə qızıllar satılmış və həmin müddət ərzində Türkanə qızılların ödənişi ilə bağlı heç bir müraciətlər etməmişdir. Türkanə qızılların bir qismini özü alıb və həmin qızılları satıb, bununla bağlı videogörüntülər var və həmin qızılları almış şəxslər də şahidlik edə bilərlər, digər qisim qızılları isə Türkanə ödənişlərini etmədiyi üçün həmin qızıllar bankda qalmışdır. Türkanə ilə qızıl alış verişi ilə bağlı hansısa sənədləşmə aparılmamış, aparılmama səbəbi isə ailəvi şəkildə biri birinə yaxın olmaları olmuşdur. Etimad əsasında biri-biri ilə işləmişlər. Türkanə ilə dövriyyələri ümumilikdə 50-70 min aralığında olmuş, alınmış qızılları Türkanə hansı qaydada vermişdirsə, həmin qaydada da ona geri qaytarmışdır. 2023-cü ilin noyabr ayından başlayaraq dəfələrlə qızıllarla bağlı ödənişləri etmək istəsə də Ədaləti tapa bilməmişdir. Ola bilər ki, Türkanə ona qızılları verib, qızılın ona verilməsini inkar etmir, lakin həmin qızılın Səmra ya başqasına aid olmasını bilmir. Türkanə ilə dövriyyələri ümumilikdə yüz qırx min civarında olmuşdur. Məhkəmədə qızının üzərində olan zinət əşyaları ilə bağlı məhkəməyə təqdim edilmiş fotolarda olan üzüyün Türkanə tərəfindən Günaya satılmasının videogörüntüsü də onda var. 26 dekabr tarixli Türkanə ilə yazışmaları ilə bağlı bildirə bilər ki, Türkanə bankda olan qızılları götürüb “Accessbank”a qoymağı bildirmiş, o da demişdir ki, qızılların pullarını ödədikdən sonra həll etmək mümkündür. Türkanə bildirmişdir ki, onda bununla bağlı pul yoxdur, həmin vaxt demişdir ki, özündə də pul yoxdur, ona görə də Türkanə ödənişi etsin, qızılları çıxarsın, sonra qızılları hansı banka qoymaq istəyirsə qoysun. Türkanənin vəkili Avram Bermanla qızılları çıxarmaqla bağlı danışıq aparmış, Bermanla danışıqda ona görə razılığa gəlməmişdir ki, Türkanə həmin danışıqda ona heç bir pul ödənişi etməyəcəyini bildirmişdir. Onun tərəfindən Türkanəyə göndərilmiş cədvəl Türkanənin borcları barədə məlumatlardır. Qızının şəkilləri sonradan sosial şəbəkələrdən ona görə silinmişdir ki, qızını tənbeh etmişdir ki, o şəkillərə görə özü böhtana məruz qalır. 82.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 Mahir qızı ifadəsində bildirmişdir ki, Türkanəni uzun müddət əvvəl o, Hövsanda salonda işlədiyi vaxtdan tanıyır. Bir müddət sonra Türkanə işlətdiyi lombarda işçi axtarmış, o da lombarda gedib işçi kimi işləmişdir. 2022-ci ilin mart, aprel aylarında Türkanə ilə işləmiş, sonradan ailə həyatı qurmuş, işdən çıxmış, həmin müddətdə Türkanə ilə Səma işləmişdir. Daha sonra 2023-cü ildə qış aylarında təkrar işə geri qayıtmışdır. İşlədiyi dövrdə pul almış, qızıl qəbul etmişdir. Qızılı qəbul edərkən onu əvvəlcə çəkir, daha sonra Türkanəyə bu barədə məlumat vermiş, o da razılıq verdikdən sonra qızılı qəbul etmişdir. Daha sonra müqavilə tərtib etmiş, Türkanənin icazəsi ilə işdə olan möhürü sənədə vurmuşdur. Türkanənin iki lombardı fəaliyyət göstərmişdir. Türkanənin verdiyi pullar faiz kimi pullar deyil, Türkanə qızıl alıb satır, o da qızılın alış verişində iştirak etməsə də, danışıqlardan bilmişdir ki, Türkanə hansı işlə məşğul olur. İşlədiyi müddətdə bəzən olurdu ki, işin pulunu Türkanənin kartına yollamışdır. 83.Şahid6 Mahir qızı məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Habili Türkanənin iş gördüyü şəxs kimi tanımışdır. Habil Türkanənin birinci yox, ikinci lombardına gedib. Türkanənin qazanc kimi Salminaza və demək olar ki, başqa hamıya pul verməsini görmüşdür. 84.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Türkanənin işlətdiyi lombardda onun kimi digər şəxslərə də ödənişləri etməsinin şahidi olmuşdur. Türkanəni uzun illərdir ki, lombardın vasitəsilə tanımışdır. Lazım olduqca lombarda qızıl qoyub pul götürmüşdür. Lombarda yaxınlaşarkən Türkanənin bir qadınla danışdığını, ona batmış qızılları alıb satdığını, qazanılan məbləği yarı-yarıya böldüyünü eşitmişdir. 2022-ci ilin noyabr ayında danışığı eşitdikdən sonra Türkanə ilə sonradan danışmış və həmin işin nə iş olmasını ondan soruşur. Türkanə ona işi başa salandan sonra o da ona pul vermişdir. Türkanənin hazırda zalda əyləşən Habil ilə lombardda danışığını və həmin vaxt Fərqanə adlı qadının da onun yanında olmasını görmüşdür. Habil lombarda gələrkən o da lombardda əyləşmiş və Habilgil demişdilər ki, onun çölə çıxmasını istəyirlər. Həmin vaxt lombardın keçid kimi olan yerində əyləşmiş və eşitmişdir ki, Türkanə Habilə ödəniş verir. Danışıqları olarkən səkkiz min eşitmiş, sonradan Türkanədən nə qədər vermələrini soruşanda Türkanə demişdir ki, həmin şəxslərə səkkiz min verir. 85.Şahid5 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, səkkiz min pulun verilməsini eşitmiş, görməmişdir və bildiyinə görə Habilin verdiyi pulla bağlı verilmişdir. Türkanə pulu hamıya verdiyi kimi faiz formasında geri qaytarmışdır. Türkanədən faiz gəliri yox, aldığı qızılın müqabilində aylıq gəlir götürmüş, Habilə də pulu həmin məqsədlə vermişdir. 86.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2024-cü il tarixli 4/1822 nömrəli ekspert rəyindən görünür ki, 1.Ekspertizaya təqdim edilmiş, X30 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış borc müqaviləsindəki əlyazmalar və “İmza: Aldı A.Türkanə” qrafasından aşağıda olan 3 ədəd möhür əksi üzərindəki imzalar, Zərərçəkmiş şəxs13 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış borc müqaviləsindəki əlyazmalar, Zərərçəkmiş şəxs9 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış borc müqaviləsindəki əlyazmalar və “İmza: Aldı A.Türkanə” qrafasında möhür əksi üzərindəki imza və həmin qrafadan aşağıda 2 ədəd möhür əksləri üzərindəki imzalar, X32 ilə Təqsirləndirilən şəxs arasında olan 971940, 971942, 971943 nömrəli kassa mədaxil orderlərinin qəbzlərindəki əlyazmalar və “Rəhbər” qrafalarındakı imzalar, X32 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış iki ədəd borc müqaviləsində əlyazmalar və “İmza: Aldı A.Türkanə” qrafalarında möhür əksləri üzərindəki imzalar, Zərərçəkmiş şəxs12 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış borc müqaviləsindəki əlyazmalar və “İmza: Aldı A.Türkanə” qrafasında möhür əksi üzərindəki imza, Zərərçəkmiş şəxs11 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış borc müqaviləsindəki əlyazmalar və “İmza: Aldı A.Türkanə” qrafasında möhür əksi üzərindəki imza, Zərərçəkmiş şəxs10 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış borc müqaviləsindəki əlyazmalar və “İmza: Aldı A.Türkanə” qrafasında möhür əksi üzərindəki imza, Zərərçəkmiş şəxs14 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış borc müqaviləsindəki əlyazmalar və “İmza: Aldı A.Türkanə” qrafasında möhür əksi üzərindəki imza və həmin qrafadan aşağıda olan 2 ədəd möhür əksləri üzərindəki imzalar, X39 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış borc müqaviləsindəki əlyazmalar və “İmza: Aldı A.Türkanə” qrafasında möhür əksi üzərindəki imza, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsindəki əlyazmalar və “İmza aldı A.Türkanə” qrafasında möhür əksi üzərindəki imza və həmin qrafadan aşağıda sağda möhür əksi üzərindəki imza, sol küncdə olan imza, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsindəki əlyazmalar və “İmza: Aldı A.Türkanə” qrafasında möhür əksi üzərindəki imza, həmin qrafadan aşağıda sağda möhür əksi üzərindəki imza, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsindəki əlyazmalar və “İmza: Aldı A.Türkanə” qrafasında möhür əksi üzərindəki imza, həmin qrafadan aşağıda olan 3 ədəd möhür əksləri üzərindəki imzalar, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsindəki əlyazmalar və “İmza: Aldı A.Türkanə” qrafasında möhür əksi üzərindəki imza, X31 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış borc müqaviləsindəki əlyazmalar və “İmza: Aldı A.Türkanə” qrafasında möhür əksi üzərindəki imza, həmin qrafadan aşağıda sağda olan möhür əksi üzərindəki imza, Şahid2 Zülfiqar qızı ilə Təqsirləndirilən şəxs arasında bağlanmış borc müqaviləsindəki əlyazmalar və “İmza: Aldı A.Türkanə” qrafasında möhür əksi üzərindəki imza, X38 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış borc müqaviləsindəki əlyazmalar və “İmza: Aldı A.Türkanə” qrafasında möhür əksi üzərindəki 'imza, həmin qrafadan aşağıda olan 2 ədəd möhür əksləri üzərindəki imzalar, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış dörd ədəd borc müqaviləsindəki əlyazmalar və “İmza: Aldı A.Türkanə” qrafalarında möhür əksləri üzərindəki imzalar, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında tərtib edilmiş 971933, 971935, 971936 nömrəli kassa mədaxil orderlərinin qəbzlərindəki əlyazmalar və “Rəhbər” qrafalarındakı imzalar, Zərərçəkmiş şəxs7 istintaqa təqdim etdiyi X47 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış borc müqaviləsindəki əlyazmalar və “İmza: Aldı A.Türkanə” qrafasında möhür əksi üzərindəki imza, həmin qrafadan aşağıda sağda olan möhür əksi üzərindəki imza, Zərərçəkmiş şəxs17 istintaqa təqdim etdiyi bir ədəd girov biletindəki əlyazmalar və möhür əksi üzərində olan imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 2.Ekspertizaya təqdim edilmiş, X30 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış borc müqaviləsində “İmza: Aldı A.Türkanə” qrafasında möhür əksi üzərindəki imzanın, Zərərçəkmiş şəxs13 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış borc müqaviləsində “İmza: Aldı A.Türkanə" qrafasında möhür əksi üzərindəki imzanın Təqsirləndirilən şəxs tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır (Vİ cild, səh. 208-212). 87.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2024-cü il tarixli 9/9491 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs17 məxsus 583 əyarlı 11,2 qram çəkidə olan bir ədəd qızıl qolbağın yeni olmaması nəzərə alınmaqla 2 oktyabr 2023-cü il tarixə qiyməti 896 manatdır. Zərərçəkmiş şəxs15 məxsus 20 qram 585 əyarlı qızıl əşyalarının yeni olmaması nəzərə alınmaqla 25 avqust 2023-cü il tarixə qiyməti 1600 manat olmuşdur. Zərərçəkmiş şəxs3 məxsus, yeni olmaması nəzərə alınmaqla 750 əyarlı 4 qram çəkidə bir ədəd qızıl üzük xx.xx.2022-ci il tarixə 440 manat, 585 əyarlı hər biri 2 qram olan iki ədəd qızıl boyunbağının 23:09.2022-ci il tarixə qiyməti, 320 manat, 750 əyarlı 25 qram çəkidə bir ədəd qızıl boyunbağının və bir ədəd qızıl qolbağın 2022-ci ilin oktyabr ayına qiyməti 2750 manat, 585 əyarlı ümumi 12 qram çəkidə bir ədəd qızıl üzüyün, bir cüt qızıl sırğanın və bir ədəd qızıl klonun xx.xx.2022-ci il tarixə qiyməti 960 manat, 750 əyarlı 25 qram çəkidə bir ədəd qızıl qolbağın xx.xx.2022-ci il tarixə qiyməti,2750 manat, 585 əyarlı 4 qram çəkidə iki ədəd qızıl üzüyün və bir cüt qızıl sırğanın xx.xx.2022-ci il tarixə qiyməti, 320 manat, 750 əyarlı 4 qram çəkidə bir cüt qızıl sırğanın 13 dekabr 2022-ci il tarixə, qiyməti 440 manat, 750 əyarlı 8 qram çəkidə bir ədəd qızıl boyunbağının və bir ədəd qızıl klonun 25 fevral 2023-ci il tarixə qiyməti, 880 manat olmuşdur. Salminaz Akhmedovaya məxsus, yeni olmaması nəzərə alınmaqla 750 əyarlı 15 qram çəkidə içərisində bir ədəd qızıl boyunbağı, bir cüt qızıl sırğa, bir ədəd qızıl üzük, bir ədəd qızıl qolbağ olan qızıl komplekt dəstinin 2023-cü ilin iyul ayına qiyməti 1650 manat, 585 əyarlı 8,5 qram çəkidə bir ədəd qızıl qolbağın 2023-cü ilin iyul ayına qiyməti 680 manat, 585 əyarlı 10 qram çəkidə bir ədəd qızıl boyunbağının 2023-cü ilin iyul ayına qiyməti 800 manat olmuşdur. Zərərçəkmiş şəxs11 məxsus, yeni olmaması nəzərə alınmaqla 20 qram çəkidə 750 əyarlı bir ədəd qızıl boyunbağın 2023-cü ilin iyun ayına qiyməti 2200 manat, 11 qram çəkidə 750 əyarlı qızıl qolbağ 2023- cü ilin iyun ayınaqiyməti 1210 manat olmuşdur. Zərərçəkmiş şəxs6 məxsus, yeni olmaması nəzərə alınmaqla 64 qram çəkidə 750 əyarlı bir ədəd qızıl saatın xx.xx.2023-cü il tarixə qiyməti 7040 manat olmuşdur. Zərərçəkmiş şəxs7 məxsus yeni olmaması nəzərə alınmaqla 585 əyarlı hər biri 2 qram çəkidə iki ədəd qızıl üzüyün 2023- cü ilinin fevral ayından 2023-cü ilin avqust ayınadək qiyməti 320 manat olmuşdur. 585 əyarlı 6 qram çəkidə bir ədəd qızıl boyunbağının 2023-cü ilinin fevral ayından 2023-cü ilin avqust ayınadək qiyməti 480 manat, 585 əyarlı 6 qram çəkidə bir ədəd qızıl qolbağın 2023-cü ilinin fevral ayından 2023cü ilin avqust ayınadək qiyməti 480 manat, 585 əyarlı 3 qram çəkidə bir ədəd bir cüt qızıl sırğanın 2023-cü ilinin fevral ayından 2023-cü ilin avqust ayınadək qiyməti 240 manat olmuşdur. Zərərçəkmiş şəxs1 məxsus yeni olmaması nəzərə alınmaqla 585 əyarlı 4 qram çəkidə bir cüt qızıl sırğanın xx.xx.2022-ci il tarixə qiyməti 320 manat, 585 əyarlı 3 qram çəkidə bir ədəd qızıl üzüyün qiyməti xx.xx.2022-ci il tarixə 240 manat, habelə ağ qızıldan olan 585 əyarlı, ümumi 21 qram çəkidə bir ədəd boyunbağının, bir cüt qızıl sırğa, bir ədəd qızıl üzük, bir ədəd qızıl qolbaqdan ibarət qızıl dəstinin xx.xx.2022-ci il tarixə qiyməti 1680 manat olmuşdur. Zərərçəkmiş şəxs12 məxsus 585 əyarlı 20,5 qram çəkidə qızıl əşyalarının xx.xx.2023-cü il tarixə, qiyməti 1640 manat, 585 əyarlı, 23,14 qram çəkidə müxtəlif qızıi əşyalarının xx.xx.2023-cü il tarixə qiyməti 1851 manat olmuşdur. Ekspertiza təyini haqqında qərarda qeyd edilən zərgərlik məmulatlarının 2022-2023-cü il tarixlərə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 47859,00 manat müəyyən olunur. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün, həmçinin tələb və təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir (Vİ cild, səh. 65-71). 88.«Baxış keçirilməsi haqqında» 28 mart 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Salminaz Akhmedovanın istintaqa təqdim etdiyi X4 hesabına “milliön” ödəmə terminalından 1500 manat göndərməsini özündə əks etdirən fotoşəkilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, fotşəkildə “milliön” terminalının ekranı görünür. Həmin ekranda A.S.S: A*****T*****M****QİZİ ; kart nömrəsi : 416973******1051; hesab nömrəsi **********821852012; Valyuta: AZN ; Məbləğ 1500 AZN yazılması görünür. Salminaz Akhmedovanın istintaqa təqdim etdiyi, X4 hesabına “mpay” ödəmə terminalı vasitəsilə 1500 manat göndərməsi barədə qəbzə baxış zamanı qəbzdə, MPAY QSC: VÖEN **********; Qəbz – 29742 / Terminal – 3688; Ünvan: Binəqədi ray., Biləcəri qəsəbəsi, R,İsmayılov küç., ev6C: 15.04.23 saat 19:14; Kapital bank – Karta Mədaxil; Daxil edildi: AZN 1500.00; ödənildi: AZN 1500.00; Ad, soyad, ata dı: A*****T*****M****** qızı; Kart nömrəsi : 416973*******1051; Əməliyyat nömrəsi: ********** yazılması müəyyən edilmişdir. Salminaz Akhmedovanın istintaqa təqdim etdiyi, X4 hesabına "xxxx" ödəmə terminalı vasitəsilə 1200 manat göndərməsi barədə qəbzə baxış zamanı qəbzdə, "xxxx" Modenis MMC: VÖEN **********; Qəbz – 37651 / Terminal nömrəsi – 2213; Terminal ünvanı: Bakı, Sabunçu rn, Raman qəs., Şuşa şəhərciyi, Al Market 3333; Tarix : xx.xx.2023 saat 21:21:20; LeoBank: Daxil edildi: 1200AZN; Ödənildi: 1200 AZN. ; Ad,soyad, ata adı:: Təqsirləndirilən şəxs QİZİ ; Kartın son 8 rəqəmi: 640338791; Əməliyyat nömrəsi: ********** yazılması müəyyən edilmişdir. Salminaz Akhmedovanın istintaqa təqdim etdiyi, X4 hesabına “mpay” ödəmə terminalı vasitəsilə 1000 manat göndərməsi barədə qəbzə baxış zamanı qəbzdə, MPAY QSC: VÖEN **********; Qəbz – 29742 / Terminal – 3688; Ünvan: Binəqədi ray., Biləcəri qəsəbəsi, R,İsmayılov küç., ev6C: xx.xx.2023 saat 15:48; Kapital bank – Karta Mədaxil; Daxil edildi: AZN 1500.00; ödənildi: AZN 1500.00; Ad, soyad, ata dı: A*****T*****M****** qızı; Kart nömrəsi : 416973*******1051; Əməliyyat nömrəsi: ********** yazılması müəyyən edilmişdir. Salminaz Akhmedovanın istintaqa təqdim etdiyi, X4 hesabına “mpay” ödəmə terminalı vasitəsilə 1000 manat göndərməsi barədə qəbzə baxış zamanı qəbzdə, MPAY QSC: VÖEN **********; Qəbz – 26796 / Terminal – 4192; tarix: 15.03.23 saat 21:05; Kapital bank – Karta Mədaxil; Daxil edildi: AZN 1000.00; ödənildi: AZN 1000.00; Ad, soyad, ata dı: A*****T*****M****** qızı; Kart nömrəsi : 416973*******1051; Əməliyyat nömrəsi: ********** yazılması müəyyən edilmişdir (İİ cild, səh. 241-242). 89.«Baxış keçirilməsi haqqında» 30 mart 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs11 istitaqa təqdim etdiyi, X41 ilə aralarında bağlanmış xx.xx.2023cü il tarixli borc müqaviləsinə baxış keçirilmiş, baxış zamanı müqavilənin birinci vərəqində aralarında müqavilə bağlayan şəxslərin Zərərçəkmiş şəxs11 və Təqsirləndirilən şəxs adı, soyadı və ata adı, müqavilənin 1.1-ci bəndində 20 qr/750/ 1300m, müaqvilənin 1.2-ci bəndində “Borc alan bu müqailənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğin 10 faiz qazanc faizi kimi borc verənə verir” sözləri yazılması, müqavilənin 3-cü vərəqində tərəflərin insialları, 2 ədəd imza, 1 ədəd “Azərbaycan Respublikası X42, VÖEN ********* Lombard” möhürü həkk olunması müəyyən edilmişdir (İİİ cild, səh. 13). 90.«Baxış keçirilməsi haqqında» 04 aprel 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs10 istintaqa təqdim etdiyi, X41 ilə aralarında bağlanmış xx.xx.2023cü il tarixli borc müqaviləsinə baxış keçirilmiş, baxış zamanı müqavilənin birinci vərəqində aralarında müqavilə bağlayan şəxslərin Zərərçəkmiş şəxs10 və Təqsirləndirilən şəxs adı, soyadı və ata adı, müqavilənin 1.1-ci bəndində 17 min manat, müqavilənin 1.2-ci bəndində “Borc alan bu müqailənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğin 20 faiz qazanc faizi kimi borc verənə verir” sözləri yazılması, müqavilənin 3-cü vərəqində tərəflərin insialları, 2 ədəd imza, 1 ədəd “Azərbaycan Respublikası X42, VÖEN ********* Lombard” möhürü həkk olunması müəyyən edilmişdir (İİİ cild, səh. 26). 91.«Baxış keçirilməsi haqqında» 11 aprel 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs14 istintaqa təqdim etdiyi, Təqsirləndirilən şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə baxış keçirilmiş, baxış zamanı müqavilənin birinci vərəqində aralarında müqavilə bağlayan şəxslərin Zərərçəkmiş şəxs14 və Təqsirləndirilən şəxs adı, soyadı və ata adı, müqavilənin 1.1-ci bəndində on dördü min manat və içərisində + 2000 manat yazılmış möhür həkk edilməsi, müqavilənin 1.2-ci bəndində “Borc alan bu müqailənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğin 20 faiz qazanc faizi kimi borc verənə verir” sözləri yazılması, müqavilənin 3-cü vərəqində tərəflərin insialları, 2 ədəd imza, 3 ədəd “Azərbaycan Respublikası X42, VÖEN ********* Lombard” möhürü həkk edilməsi, vərəqin aşağı orta hissəsində olan möhürün içərisində 3200m, aşağı sağ küncündə olan möhürün içərisində 2000 manat sözləri yazılması, möhürlərin hər birinin içərisində imza olması müəyyən edilmişdir (İİİ cild, səh. 58). 92.«Baxış keçirilməsi haqqında» 15 aprel 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxs X16 istintaqa təqdim etdiyi, Təqsirləndirilən şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə baxış keçirilmiş, baxış zamanı müqavilənin birinci vərəqində aralarında müqavilə bağlayan şəxslərin X16 və Təqsirləndirilən şəxs adı, soyadı və ata adı, müqavilənin 1.1-ci bəndində min manat, müqavilənin 1.2-ci bəndində “Borc alan bu müqailənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğin 20 faiz qazanc faizi kimi borc verənə verir” sözləri yazılması, müqavilənin 3-cü vərəqində tərəflərin insialları, 2 ədəd imza, 1 ədəd içərisində imza olan “Azərbaycan Respublikası Təqsirləndirilən şəxs, VÖEN ********* Lombard” möhürü həkk olunması müəyyən edilmişdir (İİİ cild, səh. 78). 93.«Baxış keçirilməsi haqqında» 15 aprel 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi Şahid1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2023-ci il tarixli borc müqaviləsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, müqavilənin birinci vərəqində aralarında müqavilə bağlayan şəxslərin Şahid1 və Təqsirləndirilən şəxs adı, soyadı və ata adı, müqavilənin 1.1-ci bəndində iki min manat sözü yazılmışdır və həmin yazının üzərinə möhür vurulmuşdur. Müaqvilənin 1.2-ci bəndində “Borc alan bu müqailənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğin 10 faiz qazanc faizi kimi borc verənə verir” sözləri yazılmışdır. Müqavilənin 3-cü vərəqində tərəflərin insialları, 2 ədəd imza, 3 ədəd “Azərbaycan Respublikası X42, VÖEN ********* Lombard” möhür vardır. Müqavilənin 3-cü vərəqinin aşağısında orta hissədə vurulmuş möhürün içərisinə xx.xx.2023, 1000 manat sözləri yazılmışdır. Müqavilənin 3-cü vərəqinin aşağısında sağ künc hissədə vurulmuş möhürün içərisinə xx.xx.2023, 2000 manat yazılmışdır. Möhürlərin hər biri imzalanmışdır. Zərərçəkmiş şəxs6 istintaqa təqdim Şahid1 ilə Təqsirləndirilən şəxs aralarında bağlanmış xx.xx.2023-ci il tarixli borc müqaviləsindən görünür ki, müqavilənin birinci vərəqində aralarında müqavilə bağlayan şəxslərin Şahid1 və Təqsirləndirilən şəxs adı, soyadı və ata adı, müqavilənin 1.1-ci bəndində yüz min manat sözü yazılmışdır. Müaqvilənin 1.2-ci bəndində “Borc alan bu müqailənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğin 25 faiz qazanc faizi kimi borc verənə verir” sözləri yazılmışdır. Müqavilənin 3-cü vərəqində tərəflərin insialları, 2 ədəd imza, 2 ədəd “Azərbaycan Respublikası X42, VÖEN ********* Lombard” möhür vardır. Müqavilənin 3-cü vərəqinin aşağısında sağ künc hissədə vurulmuş möhürün içərisinə xx.xx.2023, 6000 manat yazılmışdır. Möhürlərin hər biri imzalanmışdır. Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi Şahid1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2023-ci il tarixli borc müqaviləsindən görünür ki, müqavilənin birinci vərəqində aralarında müqavilə bağlayan şəxslərin Şahid1 və Təqsirləndirilən şəxs adı, soyadı və ata adı, müqavilənin 1.1-ci bəndində min beş yüz manat sözü yazılmışdır. Müaqvilənin 1.2-ci bəndində “Borc alan bu müqailənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğin 10 faiz qazanc faizi kimi borc verənə verir” sözləri yazılmışdır. Müqavilənin 3-cü vərəqində tərəflərin insialları, 2 ədəd imza, 4 ədəd “Azərbaycan Respublikası X42, VÖEN ********* Lombard” möhürü vardır. Müqavilənin 3-cü vərəqinin sol künc hissədə vurulmuş möhürün içərisinə xx.xx.2023, 2000 manat, vərəqin aşağısında orta hissədə vurulmuş möhürün içərisinə xx.xx.2023, 1500 manat, aşağı sağ künc hissədə vurulmuş möhürün içərisinə 64 qr, 750 əyar saat+1000 manat sözləri yazılmışdır. Möhürlərin hər biri imzalanmışdır. Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi Şahid1 ilə X18 arasında bağlanmış xx.xx.2023-ci il tarixli borc müqaviləsindən görünür ki, müqavilənin birinci vərəqində aralarında müqavilə bağlayan şəxslərin Şahid1 və Təqsirləndirilən şəxs adı, soyadı və ata adı, müqavilənin 1.1-ci bəndində 64 qr/750/+100, 4000 manat sözü yazılmışdır. Müaqvilənin 1.2-ci bəndində “Borc alan bu müqailənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğin 25 faiz qazanc faizi kimi borc verənə verir” sözləri yazılmışdır. Müqavilənin 3-cü vərəqində tərəflərin insialları, 2 ədəd imza, 1 ədəd “Azərbaycan Respublikası X42, VÖEN ********* Lombard” möhürü vardır. Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi Şahid2 Zülfiqar qızı ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2023-ci il tarixli borc müqaviləsindən görünür ki, müqavilənin birinci vərəqində aralarında müqavilə bağlayan şəxslərin Şahid2 Zülfiqar qızının və Təqsirləndirilən şəxs adı, soyadı və ata adı, müqavilənin 1.1-ci bəndində beş min manat sözü yazılmışdır. Müaqvilənin 1.2-ci bəndində “Borc alan bu müqailənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğin 10 faiz qazanc faizi kimi borc verənə verir” sözləri yazılmışdır. Müqavilənin 3-cü vərəqində tərəflərin insialları, 2 ədəd imza, 1 ədəd “Azərbaycan Respublikası X42, VÖEN ********* Lombard” möhür vardır. Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi X38 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2023ci il tarixli borc müqaviləsindən görünür ki, müqavilənin birinci vərəqində aralarında müqavilə bağlayan şəxslərin X19 və Təqsirləndirilən şəxs adı, soyadı və ata adı, müqavilənin 1.1-ci bəndində otuz min manat sözü yazılmışdır və həmin yazının üzərinə möhür vurulmuşdur. Müaqvilənin 1.2-ci bəndində “Borc alan bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğin 25 faiz qazanc faizi kimi borc verənə verir” sözləri yazılmışdır. Müqavilənin 3-cü vərəqində tərəflərin insialları, 2 ədəd imza, 3 ədəd “Azərbaycan Respublikası X42, VÖEN ********* Lombard” möhür vardır. Müqavilənin 3-cü vərəqinin aşağısında orta hissədə vurulmuş möhürün içərisinə xx.xx.2023, 10000 manat yazılmışdır. Müqavilənin 3-cü vərəqinin aşağısında sağ künc hissədə vurulmuş möhürün içərisinə xx.xx.2023, 15000 manat yazılmışdır. Möhürlərin hər biri imzalanmışdır. Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi X31 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2023-ci il tarixli borc müqaviləsindən görünür ki, müqavilənin birinci vərəqində aralarında müqavilə bağlayan şəxslərin X11 və Təqsirləndirilən şəxs adı, soyadı və ata adı, müqavilənin 1.1-ci bəndində üç min manat sözü yazılmışdır. Müaqvilənin 1.2-ci bəndində “Borc alan bu müqailənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğin 10 faiz qazanc faizi kimi borc verənə verir” sözləri yazılmışdır. Müqavilənin 3-cü vərəqində tərəflərin insialları, 2 ədəd imza, 1 ədəd “Azərbaycan Respublikası X42, VÖEN ********* Lombard” möhür vardır. Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi Şahid1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsindən görünür ki, müqavilənin yuxarı hissəsində aralarında müqavilə bağlayan şəxslərin Şahid1 və Təqsirləndirilən şəxs adı, soyadı və ata adı, müqavilənin 1-ci bəndində Borc verən Borc Alana 100000 (yüz min ) manat mənləğində pul borc verir yazılmışdır. Müqavilənin 2-ci bəndində Borc alan krediti xx.xx.2026-cı il tarixinədək Borc verənə qaytarmağı öhdəsinə götürür yazılmışdır. Müaqvilənin arxa hissəsinə baxdıqda görünür ki, həmin müqavilə Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X48 tərəfindən təsdiq edilmiş və reystrdə 3M-372 nömrəsi ilə qeyd edilmiş, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X27 möhürü ilə təsdiq edilmişdir. Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi X31 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsindən görünür ki, müqavilənin yuxarı hissəsində aralarında müqavilə bağlayan şəxslərin X11 və Təqsirləndirilən şəxs adı, soyadı və ata adı, müqavilənin 1-ci bəndində Borc verən Borc Alana 15000 (on beş min) manat mənləğində pul borc verir yazılmışdır. Müqavilənin 2-ci bəndində Borc alan krediti xx.xx.2024 tarixinədək Borc verənə qaytarmağı öhdəsinə götürür yazılmışdır. Müaqvilənin arxa hissəsinə baxdıqda görünür ki, həmin müqavilə Bakı şəhəri 16 saylı notariat ofisinin xüsusi notariusu X43 oğlu tərəfindən təsdiq edilmiş və reystrdə 3M-102 nömrəsi ilə qeyd edilmiş, Bakı şəhəri 16 saylı notariat ofisinin xüsusi notariusu X20 möhürü ilə təsdiq edilmişdir (İİİ cild, səh. 158-139). 94.«Baxış keçirilməsi haqqında» 21 iyun 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs7 istintaqa təqdim etdiyi, X47 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə baxış keçirilmiş, baxış zamanı müqavilənin birinci vərəqində aralarında müqavilə bağlayan şəxslərin X25 və Təqsirləndirilən şəxs adı, soyadı və ata adı, üzərindən xətt çəkilmiş 6000 rəqəmi və sözü, 1 ədəd “Azərbaycan Respublikası X42, Lombard”, möhürün ortasında sözlə “on min manat”, müaqvilənin 1.2-ci bəndində Borc alan bu müqailənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğin 16 faiz qazanc faizi kimi borc verənə verir sözləri yazılması, müqavilənin 3-cü vərəqində tərəflərin insialları, 2 ədəd imza, 2 ədəd möhür, vərəqin sağ tərəfində vurulmuş möhürün içərisində 2000 manat sözü yazılması müəyyən edilmişdir (İİİ cild, səh. 255). 95.«Baxış keçirilməsi haqqında» 02 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs5 istintaqa təqdim etdiyi, Təqsirləndirilən şəxs tərəfindən verilmiş FZB-036641 nömrəli girov biletinə baxış keçirilmiş, baxış zamanı girov biletinin üst hissəsində Təqsirləndirilən şəxs “VÖEN:**********”, girov qəbul edilib qrafasında 9.02.2023, qiyməti on dörd min yüz iyirmi, qiymət üzrə faiz qrafasında 420m, girov verən Zərərçəkmiş şəxs5, girov verilən əşyaların adı qrafasında 240 qr (585), girovun çıxarılma vaxtı qrafasında 9.03.2023, ssuda 14000, ssuda üzrə faiz 3 faiz, 1 ədəd mütəxəssis imzası və 1 ədəd Təqsirləndirilən şəxs məxsus möhür həkk olunması müəyyən edilmişdir (Vİ cild, səh. 48). 96.İş materiallarında olan, Zərərçəkmiş şəxs12 istintaqa təqdim etdiyi, Təqsirləndirilən şəxs ilə aralarında bağlanmış borc müqaviləsindən görünür ki, müqavilənin birinci vərəqində aralarında müqavilə bağlayan şəxslərin Zərərçəkmiş şəxs12 və Təqsirləndirilən şəxs adı, soyadı və ata adı, “(43 qr) 583 ə+1000 man” sözü, müaqvilənin 1.2-ci bəndində “Borc alan bu müqailənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğin 20 faiz qazanc faizi kimi borc verənə verir” sözləri yazılmış, müqavilənin 3-cü vərəqində tərəflərin insialları, 2 ədəd imza, 1 ədəd 1 ədəd “Azərbaycan Respublikası X42, VÖEN ********* Lombard” möhürü həkk edilmişdir (İİ cild, səh. 13-15). 97.İş materiallarında olan, üzrə zərərçəkmiş şəxs X7 istintaqa təqdim etdiyi, Təqsirləndirilən şəxs ilə aralarında bağlanmış borc müqaviləsindən görünür ki, müqavilənin birinci vərəqində aralarında müqavilə bağlayan şəxslərin X7 və Təqsirləndirilən şəxs adı, soyadı və ata adı, müqavilənin 1.1-ci bəndində “səkkiz min beş yüz man” sözü, müaqvilənin “1.2-ci bəndində Borc alan bu müqailənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğin 10 faiz qazanc faizi kimi borc verənə verir” sözləri yazılmış, müqavilənin 3-cü vərəqində tərəflərin insialları, 2 ədəd imza, 4 ədəd möhür, vərəqin sol hissəsində vurulmuş möhürün içərisində xx.xx.2023, 6500 manat sözləri, vərəqin sağ hissəsində olan möhürün içərisində “6.10.23” tarixi,və “9000” rəqəmi yazılmışdır (İ cild, səh. 127-129). 98.İş materiallarında olan, üzrə Zərərçəkmiş şəxs13 istintaqa təqdim etdiyi, X41 ilə aralarında bağlanmış borc müqaviləsindən görünür ki, müqavilənin birinci vərəqində aralarında müqavilə bağlayan şəxslərin X12 və Təqsirləndirilən şəxs adı, soyadı və ata adı, müqavilənin 1.1-ci bəndində beş yüz manat /7qr/583 əyar, müaqvilənin 1.2-ci bəndində “Borc alan bu müqailənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğin 10 faiz qazanc faizi kimi borc verənə verir” sözləri yazılmış, müqavilənin 3-cü vərəqində tərəflərin insialları, 2 ədəd imza, 1 ədəd “Azərbaycan Respublikası X42, VÖEN ********* Lombard” möhürü həkk edilmişdir (İ cild, səh. 140-143). 99.İş materiallarında olan, üzrə Zərərçəkmiş şəxs9 istintaqa təqdim etdiyi, Təqsirləndirilən şəxs ilə aralarında bağlanmış borc müqaviləsindən görünür ki, müqavilənin birinci vərəqində aralarında müqavilə bağlayan şəxslərin Zərərçəkmiş şəxs9 və Təqsirləndirilən şəxs adı, soyadı və ata adı, müqavilənin 1.1-ci bəndində “iki min altı yüz ma” sözü, müaqvilənin 1.2-ci bəndində borc alan bu müqailənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğin 10 faiz qazanc faizi kimi borc verənə verir sözləri yazılmış, müqavilənin 3-cü vərəqində tərəflərin insialları, 2 ədəd imza, 3 ədəd möhür, vərəqin orta hissəsində vurulmuş möhürün içərisində xx.xx.2023, 400 manat sözləri, vərəqin sağ hissəsində vurulmuş möhürün içərisində 2000 manat sözü yazılmışdır (İ cild, səh. 153- 156). 100.İş materiallarında olan, FZB-038676 nömrəli girov biletindən görünür ki, girov biletinin üst hissəsində “X17 VÖEN:**********”, ondan aşağıda ***-***-**-** saylı mobil telefon nömrəsi, girov qəbul edilib, 2.10.2023, qiyməti “beş yüz tetmiş səkkiz manat”, qiymət üzrə faiz “iyirmi səkkiz”, girov verən Zərərçəkmiş şəxs17, girov verilən əşyaların adı qrafasında 1 ədəd qolbağ, 583 əyar, 11.2 qram, girovun çıxarılma qrafasında 2.11.2023, ssuda 550 manat, 1 ədəd imza və 1 ədəd Təqsirləndirilən şəxs məxsus möhür həkk edilmişdir (İ cild, səh. 234). 101.İş materiallarında olan, GJN/1-058093 nömrəli girov biletindən görünür ki, girov biletinin üst hissəsində X33 “VÖEN:**********”, girov qəbul edilib, xx.xx.2022, qiyməti üzrə 5 faiz, girov verən Zərərçəkmiş şəxs3, pasport seriyası AA 0034158, girov verilən əşyaların adı qrafasında 1 ədəd üzük, 750 əyar, girovun çıxarılma qrafasında xx.xx.2022, ssuda üzrə faiz 35 m, 2 ədəd imza və 1 ədəd Təqsirləndirilən şəxs məxsus möhür, girov biletinin arxa tərəfində içərisində xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, təzələndi 700 m sözləri yazılmış ödənilib möhürü həkk edilmişdir (İİ cild, səh. 41). 102.İş materiallarında olan, GJN/1-058094 nömrəli girov biletindən görünür ki, girov biletinin üst hissəsində X33 “VÖEN:**********”, girov qəbul edilib qrafasında xx.xx.2022, qiyməti üzrə 5 faiz, girov verən Zərərçəkmiş şəxs3, pasport seriyası AA 0034158, girov verilən əşyaların adı qrafasında 1 ədəd üzük, 750 əyar, 2 ədəd sep klon 585, girovun çıxarılma qrafasında xx.xx.2022, ssuda 500 manat, ssuda üzrə faiz 25 m, 2 ədəd imza və 1 ədəd Təqsirləndirilən şəxs məxsus möhür, girov biletinin arxa tərəfində içərisində xx.xx.2022, 500 manat xx.xx.2023, 120 manat xx.xx.2023, 70 manat xx.xx.2023, 150 manat 5.09.2023, 147 manat 1.09.2023, tam ödəniş xx.xx.2023 sözləri yazılmış ödənilib möhürü həkk edilmişdir (İİ cild, səh. 42). 103.İş materiallarında olan, FZB-036655 nömrəli girov biletindən görünür ki, girov biletinin üst hissəsində X33 “VÖEN:**********”, girov qəbul edilib qrafasında xx.xx.2022, qiyməti iki yüz səksən üç, girov verən Zərərçəkmiş şəxs3, girov verilən əşyaların adı qrafasında 1 cüt sırğa 750-40 qram, girovun çıxarılma vaxtı qrafasında 13.01..2023, ssuda üzrə faiz 13 m, 2 ədəd imza və 1 ədəd Təqsirləndirilən şəxs məxsus möhür, girov biletinin arxa tərəfində içərisində 70 manat ödənişi 1.07.2023, 920manat borc, 145 manat faiz borcu, xx.xx.2023 550 verdi, tam ödəniş xx.xx.2023 sözləri yazılmış ödənilib möhürü həkk edilmişdir (İİ cild, səh. 42). 104.İş materiallarında olan, ĞLL-971938 nömrəli kassa mədaxil orderindən görünür ki, kassa mədaxil orderinin üst hissəsində girov bileti əvəzi, “X33 VÖEN:**********”, xx.xx.2022, kimdən qrafasında Zərərçəkmiş şəxs3, nə üçün 585-750 əyar 1 ədəd qolbağı, 1ədəd üzük, 1 cüt sırğa, 1ədəd klon, məbləğ qrafasında üç yüz manat, Təqsirləndirilən şəxs məxsus möhür vardır. Kassa mədaxil orderinin arxa tərəfində 2 ədəd möhür vardır. Həmin möhürlərdən “X33 VÖEN:**********” möhürünün içərisində xx.xx.2023 270 manat klon sep, digərinin üstündə tam ödəniş xx.xx.2023 ödənilib yazılmış möhür həkk edilmişdir (İİ cild, səh. 43). 105.İş materiallarında olan, ĞLL-971945 nömrəli kassa mədaxil orderindən görünür ki, kassa mədaxil orderinin üst hissəsində, “X33 VÖEN:**********”, xx.xx.2022, kimdən qrafasında Zərərçəkmiş şəxs3, nə üçün qrafasında girov bileti əvəzi iki ədəd üzük 1 ədəd sırğa balaca, məbləğ qrafasında yüz əlli 5 faiz, Təqsirləndirilən şəxs məxsus içərisində 7 manat yazılmış möhür həkk edilmişdir. Kassa mədaxil orderinin arxa tərəfində 2 ədəd möhür vardır. Həmin möhürlərdən “X33 VÖEN:**********” möhürünün içərisində xx.xx.2023 700 manat qolbağı 750 manat, digərinin üstündə tam ödəniş xx.xx.2023 ödənilib yazılmış möhür həkk edilmişdir (İİ cild, səh. 43). 106.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 17 aprel 2024-cü il tarixli, 4908 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İİİ cild, səh. 179). 107.«Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 07 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İV cild, səh. 131). 108.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 4(008)- 479/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 avqust 2024cü il tarixdən hesablamaqla 01 (bir) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (V cild, səh. 38-43). 109.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 4(008)- 521/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir (V cild, səh. 49-53). 110.«Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında» 15 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 dekabr 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (Vİ cild, səh. 205-206). 111.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 1). 112.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci və xx.xx.2025-ci il təvəllüdlü iki uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 113.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 114.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 115.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 116.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. 117.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 118.Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə arasında müqavilələr bağlandığını, həmin müqvilələrə əsasən onlara faiz ödədiyini, lombarda qoyulmuş qızılların başqa şəxs tərəfindən mənimsənildiyi şəklində ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsi onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, toplanılmış sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 119.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88-90, xx.xx.2009 və Rowe və X34rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 120.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, həmçinin ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeydindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar talayaraq mənimsəmə cinayət əməllərini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. 121.Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 122.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətməsində təqsirli olması ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 123.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 124.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 125.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 126.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 127.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində iki azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 128.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 129.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 130.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 131.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. 132.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 133.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 avqust 2024-cü il tarixdən 07 dekabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 134.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 135.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 136.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 137.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığ - 26 yanvar 2026-cı il tarixdən hesablanmalıdır. 138.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin ləğv edilməsini, «həbs» qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilməsini və barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 139.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 140.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 141.İş üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 142.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 143.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 144.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay müddət ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 05 (beş) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 26 yanvar 2026-cı il tarixdən hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev