Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1087/2023 22.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 17:20-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi "Kiçikbəyov və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1981-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Balakən rayonu, Püstətala kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 26 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edildikdən sonra məhkumluğu qanunla ödənilmədiyi və götürülmədiyi halda qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran islam Respublikasının vətəndaşı “Tahir” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan “Tahir” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivində gizlətməklə saxladıqları külli miqdarda 6783,50 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib külli miqdarda 6700,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi Renault Megane markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobildə, qalan 83,500 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 sentyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 21.30-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 3N-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd bağlamada 83,500 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, etibarnamə əsasında idarə etdiyi “Renault Megane” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq çörək pulu qazanmışdır. Uzun müddət olardı ki, narkotik vasitə qurudulmuş marixuanadan çəkmək yolu ilə qəbul etmişdir. Balaxanı rayonunda yaşamış və Balaxanı rayonundan 700 manata şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə marixuananı avtomobilin saxlanc yerində saxlamış və az-az istifadə etmişdir. 24 sentyabr 2022-ci il tarixdə saat 21:30 dəqiqədə ünvan 4 ünvanının yaxınlığında idarə etdiyi “Renault Megane” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında qızı Şölə Yusubova ilə birlikdə olmuşdur. Həmin vaxtı ona iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onun külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək xidməti vəsiqələrini göstərmişlər. Bundan sonra onu barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Onun üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində qanunla qadağan olunmuş hər hansı əşya aşkarlanmamışdır. İdarə etdiyi “Renault Megane” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin saxlanc yerindən şəxsi istifadəsi üçün əldə etdiyi çəkisi təxmini 80-100 qram olan narkotik vasitə marixuana aşkarlanmışdır. Bundan sonra polis İdarəsinə qayıtmışlar , bu zaman avtomobilini polis əməkdaşı idarə etmiş, o da polis əməkdaşlarının avtomobili ilə polis İdarəsinə gətirilmişdir. Sonra yaşadığı mənzilə baxış keçirilən zaman mənzilindən qanunla qadağan olunmuş hər hansı əşya aşkarlanmamışdır. Bundan sonra onlar yenidən idarəyə qayıtmış və polis əməkdaşları ona alçaldıcı ifadələr işlədərək zor tətbiq etmiş və narkotik vasitə marixuananı cibinə qoyaraq İran vətəndaşından aldığını deməyini tələb etmişlər. O da polis əməkdaşlarının dedikləri kimi etmiş, axşamüstü avtomobilin yanında videoçəkiliş olmuş və avtomobildən aşkarlanan bağlamanın ona aid olmadığını bildirdikdə, polis əməkdaşı az öncə razılaşdığını bu bağlamanı da qəbul etməyini tələb etmişdir. Baş idarədə olanda idarə etdiyi “Renault Megane” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşına onu saxlayan polis əməkdaşları təxminən 7 kq narkotik vasitə marixuana olan paketi onun maşınına yerləşdirmişlər. Lakin, həmin bağlanı hansı polis əməkdaşının yerləşdirdiyini görməmişdir. Polis əməkdaşları ilk əvvəl “kokos”, “patı” və başqa narkotik vasitələr olan bağlamaları göstərib bu bağlamalardan hansını götürsün əks halda onun evinə yerləşdirəcəklərini demişlər. O da ailəsindən utandığından, düşünmüşdür ki, marixuana olan bağlamanı götürsün, çünki digər narkotik vasitə növlərini tanımadığını və qorxub sənədləri imzaladığını bildirmişdir. Qətimkan tədbiri ilə bağlı keçirilən məhkəmə iclasında polis əməkdaşları tərəfindən zor tətbiqinə məruz qalmağı ilə bağlı hakimə bildirmişdir. Baş Prokurorluqda araşdırma aparılmış və lehinə qərar qəbul olunmamışdır. Həmin qərardan şikayət verməmişdir. Polis əməkdaşlarının zor tətbiqi ilə bağlı səhhətində hələ də davam edən problem yarandığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, işlədiyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 24 sentyabr 2022-ci il tarixdə, saat 21:30 dəqiqədə ünvan 5 ünvanının yaxınlığında idarə etdiyi Renault Megane markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, avtomobil isə BNMİ-nin həyətinə yerləşdirilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 24 sentyabr 2022-ci il tarixli qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir və əynində olan şalvarının sol yan cibindən bir ədəd avtomobil açarı, bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 97 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd Samsung markalı mobil telefon götürülmüş, bir ədəd avtomobil açarı isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı, təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Tahir” adlı şəxsin vasitəsi ilə bu gün Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Tahir” adlı şəxsin ona 1500 manat pul verəcəyini, “Tahir” adlı şəxsi təxminən 1 il olar ki, tanıdığını, əvvəllər də ondan narkotik vasitə götürdüyünü, idarə etdiyi avtomobildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «avtomobilə baxış və götürmə aparılması haqqında» 24 sentyabr 2022-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin avtomobilin arxa sağ oturacağının üzərindən iki ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Baxış zamanı qurudulmuş marixuanaya bənzər kütlənin ümumilikdə çəkisi 6 kiloqram 905 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr, həmçinin göy rəngli sellofan torba içərisində narkotik vasitə qalıqlarının olub-olmaması müəyyən edilməsi üçün qablaşdırılaraq DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs sorğu zamanı, təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Tahir” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı mənəvi və ya fiziki zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, işlədiyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 24 sentyabr 2022-ci il tarixdə, saat 21:30 dəqiqədə ünvan 5 ünvanının yaxınlığında idarə etdiyi Renault Megane markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, avtomobil isə BNMİ-nin həyətinə yerləşdirilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 24 sentyabr 2022-ci il tarixli qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sol yan cibindən bir ədəd avtomobil açarı, bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 97 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd Samsung markalı mobil telefon götürülmüş, bir ədəd avtomobil açarı isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı, təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Tahir” adlı şəxsin vasitəsi ilə bu gün Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Tahir” adlı şəxsin ona 1500 manat pul verəcəyini, “Tahir” adlı şəxsi təxminən 1 il olar ki, tanıdığını, əvvəllər də ondan narkotik vasitə götürdüyünü, idarə etdiyi avtomobildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «avtomobilə baxış və götürmə aparılması haqqında» 24 sentyabr 2022-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin avtomobilin arxa sağ oturacağının üzərindən iki ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Baxış zamanı qurudulmuş marixuanaya bənzər kütlənin ümumilikdə çəkisi 6 kiloqram 905 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr, həmçinin göy rəngli sellofan torba içərisində narkotik vasitə qalıqlarının olub-olmaması müəyyən edilməsi üçün qablaşdırılaraq DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs sorğu zamanı, təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Tahir” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı mənəvi və ya fiziki zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman yanında və ətrafda heç kəs olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizanın xx.xx.2022-ci il tarixli 7/1098 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə yazı ilə imzalar olan zərfdə 1 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış bağlamada təmiz çəkisi 83,500 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən yazı və imzalar olan göy rəngli sellofan torbada 2 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli bağlamada hər birinin ayrı-ayrıİıqda təmiz çəkisi 3415,0 qram və 3285,0 qram olmaqla, ümumi çəkisi 6700,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş göy rəngli sellofan torbanın içərisinə cüzi miqdar bitki mənşəli narkotik vasitə olan marixuana hissəcikləri vardır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» in siyahısına (Siyahı l) daxildir. Qeyd: marixuananın ümumi təmiz çəkisi: 6783,50 qram, tədqiqata sərf edildi: 0,15 qram, qalıq: 6783,35 qram. (iş vərəqə 46-50) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X6-narkoloji X1 28.11. 2022-ci il tarixli 7178 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 162-163) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 xx.xx.2022-ci il tarixli xx/xx-14045 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə olunmayıb və qeydiyyatda yoxdur. (iş vərəqə 136) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 xx.xx.2022-ci il tarixli 9829 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə olunmayıb. (iş vərəqə 131) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdə saat 21:30da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. (iş vərəqə 33-35) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “avtomobilə baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat-axtarış tədbirinin davamı olaraq 24 sentyabr 2022-ci il tarixdə saat 23.40-da Təqsirləndirilən şəxs idarə etdiyi Renault Megane markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin sağ arxa oturacağının üzərində iki ədəd bağlamada külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. (iş vərəqə 38-40) İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli 008-10368-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin mənbəyinin müəyyən olunması məqsədilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvanlanmış tapşırığına əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi müəyyən edilmiş, lakin onun digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. (iş vərəqə 130) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış və axtarış zamanı aşkar edilərək götürülmüş bir ədəd kağız paketdə və bir ədəd sintetik torbada qablaşdırılan ümumi təmiz çəkisi 6783,50 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalan 6783,35 qram narkotik vasitə-qurudulmuş marixuana maddi sübut hesab edilmiş və saxlanılması üçün AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (iş vərəqə 98-99) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməli tövsif edilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış, eləcə də avtomobilə baxış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. (iş vərəqə 171-183) Həmçinin, iş materiallarında olan AR ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-4059/2023 saylı məktubdan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. Sol said nahiyəsində köhnə çapıq toxumalar müşahidə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat –axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru ədliyyə müşaviri X2 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikasının Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat –axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri Natiq Abdullayev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılmış cinayət işi üzrə polis əməkdaşları tərəfindən törətmədiyi cinayəti etiraf etməsi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalmasına dair ifadəsində göstərdiyi xüsusat üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməsi, polis əməkdaşlarının onun üzərinə əlavə narkotik vasitə yükləmələri, polis əməkdaşlarının ona qarşı zor tətbiq etmələri, İİR vətəndaşından narkotik vasitə marixuana almaması və narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi, ibtidai istintaq zamanı özünün etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, “şəxsi axtarış və götürmə aparılması haqqında”, “avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokollar və digər sübutlarla da tam təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona edilmiş Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Renault Megane” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olub çörək pulu qazanır. Əvvəllər, yəni 2013-cü ildə xuliqanlıq cinayətinə görə, 2016-cı ildə isə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağına görə məhkum edilmişdir. Sonuncu cinayəti üzrə 2020-ci ilin aprel ayında cəzasının sonu ilə azadlığa buraxılmışdır. Məhkumluğu ödənilməmişdir. Uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuananı çəkmək yolu ilə qəbul edir. Narkotik vasitəni təsadüfi şəxslərdən əldə edirdi. Tutulmamışdan təxminən 1 il qabaq “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan “Tahir” adlı şəxslə tanış olmuşdur. Bundan sonra “Whatsapp" ani mesajlaşma proqramı vasitəsi ilə həmin şəxslə danışmağa başlamışdır. Danışıqlarda həmin iranlının Azərbaycana keçirdiyi narkotik vasitələrin alveri ilə məşğul olduğunu bilmişdir. O da həmin şəxsdən bir neçə dəfə öz istifadəsi üçün qurudulmuş marixuana almışdır. Belə ki, “Tahir” adlı şəxsin şəklini göndərdiyi xatırlamadığı bank plastik kartının hesabına pul göndərirdi, bundan sonra izah edilən ərazidə gizlədilmiş qurudulmuş marixuananı götürüb istifadə etmişdir. Son bir ayda maddi çətinlik çəkdiyi üçün iranlı ilə əlaqə yaratmırdı. Təxminən 22 sentyabr 2022-ci il tarixdə “Tahir” adlı şəxs ona zəng edib nəyə görə əlaqəni kəsdiyini soruşmuş, o da maddi çətinliklə bağlı olduğunu bildirdikdə, həmin şəxs İran İslam Respublikasından göndərdiyi narkotik vasitəni dediyi yerdən götürüb göstərişi ilə müəyyən ünvanlara qoymağına görə ona 1500 manat pul verəcəyini təklif etmişdir. Həmçinin narkotikin üstündən özü də istifadə edə biləcəyini demişdir. O da həmin təkliflə razılaşmışdır. 24 sentyabr 2022-ci il tarixdə axşam vaxtlarında “Tahir” adlı şəxs ona Bakı şəhəri Yasamal rayonu ərazisində külli miqdarda narkotik vasitənin gizlədildiyi ünvana getməyinə göstəriş verib ünvanı izah etmişdir. O da həmin gün axşam vaxtlarında idarə etdiyi “Renault Megane” markalı **-BV- *** dövlət qeydiyyat nişanlı avtomaşınla deyilən ünvana gedib selofan torbanın içində iki yekə bağlamada olan narkotik vasitə qurudulmuş marixuana götürüb avtomobilin arxa sağ oturacağına qoymuşdur. Narkotikin üstündən öz istifadəsi üçün bir büküm götürüb üzərində saxlamışdır. Beləliklə də 24 sentyabr 2022-ci il tarixdə saat 21:30 dəqiqədə ünvan 7 ünvanının yaxınlığında idarə etdiyi “Renault Megane” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onun külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər, avtomobili isə Baş idarənin həyətinə yerləşdirilmişdir. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən bir ədəd avtomobil açarı, bir ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 97 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün özünə məxsus Samsung markalı mobil telefon götürülmüş, bir ədəd avtomobil açarı isə özünə geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Tahir” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Tahir” adlı şəxsin ona 1500 manat pul verəcəyini, “Tahir” adlı şəxsi təxminən bir il olar ki, tanıdığını, əvvəllər də narkotik vasitə götürdüyünü, idarə etdiyi avtomobildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və avtomobilə baxışın keçirilməsi üçün inzibati binadan çıxmışlar. Sonra idarə etdiyi “Renault Megane” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşının yanında olarkən ona avtomobildə saxladığı narkotik maddələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra avtomobilin arxa sağ oturacağının üzərindən 2 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Baxış zamanı qurudulmuş marixuananın ümumilikdə çəkisi 6 kiloqram 905 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr, həmçinin göy rəngli sellofan torba içərisində narkotik vasitə qalıqlarının olub-olmaması müəyyən edilməsi üçün qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. O, sorğu zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, İran İslam Respublikası vətəndaşı olan Tahir” adlı şəxsin vasitəsi ilə həmin gün Bakı şəhəri Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Tahir” adlı şəxsin ona 1500 manat pul verəcəyini bildirmişdir. (iş vərəqə 74-76,144-145, 197-199; 41-42, 61-64) Bundan əlavə, xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir. (iş vərəqə 165-167) Habelə, xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir. (iş vərəqə 168-170) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd bağlamada 83,500 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, idarə etdiyi Renault Megane markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkarlanan 2 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli bağlamada hər birinin ayrı-ayrıİıqda təmiz çəkisi 3415,0 qram və 3285,0 qram olmaqla, ümumi çəkisi 6700,0 qram olan malik bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir, habelə, narkotikin bir yerdən başqa yerə daşınması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(091)-80/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (iş vərəqə 107-123) Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(075)-82/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzadan 04 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş, 26 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (iş vərəqə 124-126) Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs kimi hesab edilməli və onun əməlində cinayətlərin residivi (sadə) halı müəyyən olunur. İş materiallarında olan elektron informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cü il təvəllüdlü X3 və xx.xx.2008ci il təvəllüdlü X4 vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin residivi (sadə) halını onun cəzasını ağırlaşdıran hal kimi qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(005)-1046/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 24, 83-87) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 9829 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlaklar müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 88 (səksən səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış və axtarış zamanı aşkar edilərək götürülmüş bir ədəd kağız paketdə və bir ədəd sintetik torbada qablaşdırılan ümumi təmiz çəkisi 6783,50 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalan 6783,35 qram narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış, eləcə də avtomobilə baxış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından "Kiçikbəyov və partnyorları" Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, o, 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar –AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış və axtarış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 6783,35 qram narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış, eləcə də avtomobilə baxış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri- ekspertiza xərcinin dəyərini təşkil edən 88 (səksən səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından "Kiçikbəyov və partnyorları" Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov imza: Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1087/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1087/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver