Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1088/2020 30.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan, Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs Məhəmməd oğlunun iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1979-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi fəaliyyətlə məşğul olan X8 işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29.120.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 saylı ünvanda yerləşən Xəzər RPİ-də qeydiyyatda olub, Nəsimi rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 4(006)-297/2020 nömrəli qərarı ilə braəsində həbs qətimkan tədbiri seçilib Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 23:00 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ünvan 2 saylı ünvanda yerləşən birgə kirayə yaşadıqları evdə, Zərərçəkmiş şəxs bir gün əvvəl, onun xahişi ilə dörd manata aldığı arağın pulunu qaytarmasını tələb etdikdə Zərərçəkmiş şəxs pulu qaytarmaqdan imtina edərək sillə ilə onun baş nahiyyəsindən vuraraq söyməsi səbəbindən ondan qisas almaq niyyəti ilə otaqdakı masanın üzərindən məişət təyinatlı mətbəx bıçağını götürüb qəsdən bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyyəsindən vuraraq ona qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın müsaqirəsini və böyük piyliyi zədələyən deşilmişkəsilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərdi ki, o, 1999-cu il tarixdə Mehriban Mansurova ilə ailə qurmuş, lakin nigahı rəsmiləşdirilməmişdir. Birgə nigahdan 2006-cı təvəllülü qızı vardır. 2009-cu ilin sentyabr ayında Mehribanla aralarında olan ailə münaqişəsi zəmnində ona bıçaq xəsarətləri yetirmiş və buna görə həbs olunub X8 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ rayonu Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə cəzasının sona çatmasına 5 ay 22 gün qalmış azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. Mehriban Mansurovadan olan qızı hazırki vaxta qədər anasının himayəsindədir. Azadlığa çıxdıqdan sonra Bakı şəhərində müxtəlif evlərdə kirayə yaşayaraq fəhlə işləyib özünü dolandırmışdır. Hadisə baş verməmişdən təxminən on gün qabaq ünvan 3 ünvanında Şahid4 məxsus evdə günü iki manata kirayədə qalmağa başlamışdır. Hər gün Nəsimi rayonu 3-cü mikrorayon dairəsi deyilən yerdə fəhlə bazarı adalanan ərazidə dayanaraq iş axtarmış, lakin iş tapa bilməmişdir. Nəsimi rayonu 3-cü Alatava ev 197 ünvanına qalmaq üçün gələn gündən Zərərçəkmiş şəxs ilə birlikdə kirayədə qalmışdır. O, həmin evə gəldikdə artıq Mahir xeyli müddət idi ki, orada yaşayırdı. Mahir onun sözlərinə görə hansısa marşurt xəttində sürücü işləyirdi. O,Mahirlə birlikdə qaldığı müddətdə hər gün axşam onunla oturub spirtli içki qəbul etmişlər. Hərdən bir spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə düşmüş, bir-biriləri ilə sözlə mübahisə etsələr də aralarında dava-dalaş baş verməmişdir. xx xxx 2020-ci il tarixdə bütün günü o, evdə olmuşdur. Təxminən saat 16:00 radələrində kirayə yaşadığı evə yaxınlıqda yerləşən marketdən 250 qramlı araq alıb tək içmişdir. Təxminən saat 22:00 radələrində evə onun əvvəllər tanımadığı İlqar adlı şəxs gələrək dedi ki, Göyçay rayonundandır, taksi fəaliyyəti ilə məşğul olur, bir gecəlik iki manat verib o da onların qaldıqları otaqda qalacaqdır. Kirayə qaldıqları ev bir mərtəbədən, otaqdan ibarət idi. Otaqda da üç çarpayı var idi. İlqar gəldikdən sonra o, yemək bişirmiş, İlqar da marketə gedərək 250 qramlıq araq aldı və onlar birlikdə yeyib içmişlər. Bir qədər keçmiş Mahir də gəldi. Mahir evə gəldikdən sonra mağazaya gedib yenilən 250 qramlıq araq alıb gətirdi. O, çox içdiyindən sərxoş olmuşdur. Mahir araq alıb evə qayıtdıqdan sonra onu içdi, hətta həmin araqdan təxminən 50 qram da İlqar içdi. Mahirlə eyni otaqda qaldığından onlar arağı növbə ilə gündə biri almışdır. xx xxx 2020ci il tarixdə axşam saatlarında Mahir dedi ki, marketdən araq al, pulunu səhər verəcəm. O da bundan sonra mağazaya gedərək dörd manata araq alıb Mahirlə birlikdə həmin arağı axşam içmişlər. Mahir səhərisi günü axşam qayıtdıqda dörd manat olan arağın pulunu verəcəyini bildirdi. Təxminən 23:00 radələrində yerinə keçərək uzanmış, həmin vaxt Mahirlə aralarında söhbət etmişlər. İşlə bağlı 2-3 dəqiqə ərzində Mahirlə söhbət etmişlər, söhbət zamanı Mahirə dünən dörd manata araq alıb içdiklərini deyərək həmin pulun ona səhər lazım olduğunu bildirib Mahirdən dörd manat pulu qaytarmağı xahiş etmişdir. Mahir də içkili olduğundan söyüşlə danışmağa başladı və onun ünvanına nalayiq ifədələr işlətdi. Əvvəlcə o, Mahirə fikir verməmiş, çünki əvvəlki günlərdə də Mahirlə aralarında sözlə mübahisə olmuşdur. Həm o, həm də Mahir spirtli içki qəbul etdikdən sonra özlərini aqressiv aparmışlar, lakin Mahirin onun ünvanına nalayiq ifadələr işlətməsini görərək qarşılıqlı olaraq o da Mahirin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Təxminən 4-5 dəqiqə mübahisə etdikdən sonra sakitləşmişlər. O, yenidən yerimə uzanmışdır, lakin bir neçə dəqiqə keçdikdən sonra yenidən Mahirlə mübahisə etməyə başlamışlar. Çarpayıdan qalxaraq Mahirlə qarşılıqlı olaraq itələşmişlər, İlqar müdaxilə edərək onları sakitləşmişdir. Yenidən çarpayıya uzanmış, 3-4 dəqiqə keçdikdən sonra Mahir yenidən onun ünvanına nalayiq ifadələr işlətməyə başladı. O da Mahiri söymüşdür. Uzanıqlı şəkildə olan zaman Mahir onun yanına gələrək əli ilə onun başına bir dəfə sillə ilə vurmuşdur. Mahirin əli ilə onun başından sillə vurması onun özündən çıxarmış və buna görə də ayağa qalxmışdır. Əl-qol atsalar da konkret olaraq qarşılıqlı olaraq birbirilərini vurmamışlar. Buna baxmayaraq Mahirin davamlı olaraq onun ünvanına nalayiq ifadələr işlətməsinə əsəbləşmiş həmin vaxtı yemək yedikləri masanın üzərində olan mətbəx bıçağını götürüb Mahirin qarın hissəsinə bir dəfə bıçaqla vurmuşdur. Zərbə vurduqdan sonra əlində olan bıçağı İlqar görərək bıçağı yerə atmasını xahiş etdi. O da bıçağı yerə atmışdır. Mahirin isə qarın nahiyyəsindən qan axırdığından o, əvvəlcə bayıra, oradan isə küçəyə çıxmışdır. Artıq səs-küyə evin sahibi Şahid4 və onun arvadı, qızı ora gəldilər. Həmin şəxslərdən hansısa biri 103 xidmətinə zəng vuraraq həkim çağırdı. Bir neçə dəqiqədən sonra həkimlər ora gəldilər və Mahirə ilkin tibbi yardım göstərib onu xəstəxanaya aparmışlar. O da İlqarla birlikdə təcili yardmıın maşınına minib 1 saylı X9 gəlmişlər. Həkimlər Zərərçəkmiş şəxs Xəstəxanaya qaldırdı. Sonra ora polis əməkdaşları gəldilər. Polis əməkdaşları onunla şifahi sorğu-sual edən zaman Mahirin kim tərəfindən bıçaqlandığını bilmədiyini demişdir. Daha sonra xəstəxanadan getmişdir. xx xxx 2020-ci il tarixdə saat 12:00 radələrində o, evdə olan zaman polis əməkdaşları gələrək onu Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etdilər. Polis Bölməsində polis əməkdaşları onunla şifahi sorğu-sual zamanı törətdiyi cinayəti etiraf etmişdir. Etdiyi əməldən səmimi peşmançılıq çəkir. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, Bakı şəhərinə müxtəlif ərazilərində yerləşən evlərdə kirayədə yaşayır. Ailəsindən boşanmış, bir neçə ildir ki, ailə üzvləri ilə münasibət saxlamır. Təxminən iki ildir ki, müxtəlif marşrut xətt avtobuslarında sürücü işləyir. 7-8 aydır ki, ünvan 4 ünvanında kirayədə qalır, buna görə ev sahibi olan Şahid4 gündəlik 2 manat pul verir. Kirayə qaldığı ev 1 mərtəbəli olmaqla 1 otaqdan ibarətdir. Təqsirləndirilən şəxs da həmin kirayə evdə yaşayandan tanıyır, onunla aralarında ədavətləri və qohumluqları yoxdur. Xəqani hadisədən təxminən 10-15 gün əvvəl həmin otağa gəlib orada kirayədə qalırdı. Xəqani gündüzlər fəhləliklə məşğul olurdu, hər gün də spirtli içki qəbul edirdi. Bundan başqa axşamlar onların hər ikisi evə gəldikdən sonra demək olar ki, hər gün birlikdə spirtli içki qəbul etmişlər. Hadisə baş verməmişdən əvvəlki günlərdə də spirtli içki qəbul etdikdən sonra onunla Xəqani arasında bir neçə dəfə sözlə mübahisə olmuş, lakin davadalaş olmamışdır. xx xxx 2020-ci il tarixdə gün ərzində o, işdə olub saat 22:00 radələrində kirayə qaldığı evə gəlmişdir. Evə gəldikdə Xəqani və İlqar adlı şəxs var idi. İlqar taksi fəaliyyəti ilə məşğul olduğundan hərdən bir həmin evə gələrək həmin evdə qalırdı. O da buna görə də İlqarı tanımışdır. O, evə gəldikdən sonra mağazaya gedərək 250 qramlıq araq alıb evə gəlmişdir. Həmin araqdan 50 qram İlqar, qalanının isə özü içmişdir. Xəqani ondan əvvəl günortadan sonra araq içdiyini deyib onun aldığı araqdan içmədi. O, Xəqani ilə birlikdə qaldığından arağı növbə ilə gündə biri alıb birlikdə içmişlər. Hadisədən bir gün öncə, yəni, xx xxx 2020-ci il tarixdə axşam saatlarında pulu olmadığından Xəqaniyə demişdir ki, marketdən araq alsın, pulunu səhərisi günü, axşam işdən gəldikdə ona verəcəkdir. Bundan sonra Xəqani marketə gedərək dörd manatlıq araq almış və birlikdə axşam həmin arağı içmişlər. Hadisə günü təxminən 23:00 radələrində hər üçü çarpayıda uzanmışlar. Xəqani ilə iş barəsində aralarında söhbət etmişlər. Söhbət əsnasında Xəqani dünən dörd manata araq alıb içdiklərini, həmin dörd manatın ona lazım olduğunu deyib borcunu qaytarmağı xahiş etdi. Həmin vaxt onların hər ikisi sərxoş olmuşlar. Buna görə də Xəqaninin ondan borcunu istəməsi ona pis təsir etmişdir. O, Xəqaniyə etirazını bildirdikdə aralarında sözlə mübahisə yaranmış və onlar qarşılıqlı olaraq bir-birilərinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. Təxminən dör-beş dəqiqə sözlə mübahisə etdikdən sonra İlqarın təkidi ilə sakitləşmişlər. Lakin bir neçə dəqiqə keçdikdən sonra yenidən Xəqani ilə sözlə mübahisə etməyə başlamışdır. Hər ikisi çarpayıdan ayağa qalxıb itələşmişlər, İlqar müdaxilə edərək onları sakitləşdirmişdir. Yenidən çarpayıya uzanmışlar. Üç-dörd dəqiqə keçdikdən sonra yenidən bir-birilərinin ünvanına nalayiq ifadələr işlətməyə başladıqda əsəbiləşərək ayağa qalxıb Xəqaninin uzandığı çarpayıya yaxınlaşaraq sillə ilə onun başından vurmuşdur. Bundan sonra Xəqani ayağa qalxdıqda bir-birilərinə əl-qol atsalar da bir-birilərini vurmamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs yemək yedikləri masanın üzərində olan mətbəx bıçağını götürərək onun qarın nahiyyəsinə bir dəfə bıçaqla vurdu. O, ağrı hiss etmiş və qarnından qan axdığını görmüşdür. İlqar Xəqaninin əlindəki bıçağı görərək bıçağı atmasını xahiş etdi. Xəqani bıçağı otaqda olan stulun üzərinə qoydu və bayıra çıxdı. Ev sahibi və onun ailə üzvüləri hadisəni bildikdən sonra təcili yarıdıma zəng etmişlər. O da bayıra çıxıb həkimlərin gəlməsini gözləmişdir. O, bayırda olandan Xəqani və İlqar da onun yanına gəlmişlər. Əynində olan qara rəngli qısaqol köynək qan olduğu üçün otağa qayıdaraq özünə məxsus olan digər qara rəngli qısaqol köynək götürüb bayıra çıxmışdır. Hadisə vaxtı əynində olan köynəyi çıxararaq küçəyə atmış və otaqdan götürdüyü digər köynəyi əyninə geyinmişdir. Bir qədər sonra təcili yardım həkimləri gəlib onu X9 aparmışlar. Xəqani və İlqar da onlarla xəstəxanaya getmişlər. Xəstəxanada onu əməliyyat etmişlər. Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq xəsarət yetirməsi ilə bağlı şikayət və tələbi yoxdur. Şahid1 göstərdi ki, xx xxx 2020-ci il tarixdə saat 07:30 radələrində taksi fəaliyyəti ildə məşğul olmaq üçün yaşadığı Göyçay şəhərindən Bakı şəhərinə gəlmişdir. Həmin günü təxminən saat 21:00 radələrinə kimi şəhər ərazisində işləmiş və daha sonra gecəni qalmaq üçün əvvəllər də bir neçə dəfə qaldığı ünvan 3 ünvanına getmişdir. Evə gəldikdə orada yalnız məhkəmədə ona təqsirləndirilən şəxs qisminqdə ona təqdim olunan X3 görmüşdür. Həmin ev bir otaqlıdır. Otaqda üç çarpayı var. O, Xəqani ilə birlikdə yemək yeyib söhbət etmişdir. Bir qədər keçmiş otağa məhkəmədə ona zərərçəkmiş şəxs kimi təqdim olunan Mahir də gəldi. Mahir də onlarla görüşərək söhbət etdi. Mahir daha sonra bayıra çıxdı və bir neçə dəqiqə keçdikdən sonra 250 qramlıq araqla qayıtdı. O da Mahirlə birlikdə həmin arağı içmişlər. Həmin arağın təxminən 50 qramını o, qalan hissəsini isə Mahir içdi. Təxminən saat 23:00 radələrində hər üçü çarpayıda uzanmışlar. Elə həmin vaxt Mahirlə Xəqaninin arasında mübahisə düşdü. Onlar bir-birilərinin ünvanına nalayiq ifadələr işlədirdilər. O isə onların hər ikisindən sakit olmaqlarını xahiş etmişdir. Onlar da bir neçə dəqiqə sonra sakitləşdilər. Az sonra Mahir əsəbiləşərək Xəqanini söyməyə başladı və bundan sonra onların hər ikisi ayağa qalxaraq bir-birilərini itələyə-itələyə mübahisə etdilər. O isə onların dava-dalaş etməklərinə imkan verməyərək onları aralamışdır. Bundan sonra onların hamısı yenidən çarpayıya uzanmışlar. Bir neçə dəqiqə keçdikdən sonra yenidən onlar yenidən mübahisə etməyə başladılar. Mahir ayağa qalxaraq Xəqaniyə yaxınlaşıb onu başından bir sillə vurdu. Xəqani həmin vaxt uzanmışdı. Bundan sonra Xəqani ayağa qalxdı. Onlar qarşılıqlı olaraq bir-birilərini itələməyə başladılar. Xəqaninin əlində bıçaq var idi. O, Xəqanidən bıçağı yerə atmağı xahiş etmişdir. Xaqani də bıçağı stulun üzərinə qoydu. Bu zaman o, Mahirin qarın nahiyyəsindən qan axdığını görüb Xəqaninin Mahiri bıçaqla vurduğunu bilmişdir. Bundan sonra Mahir bayıra çıxdı. Ev sahibi bundan xəbər tutan kimi X11 Stansiyasına zəng vuraraq yardım çağırdı. Ora həkimlər gəlib Mahiri xəsətəxanaya apardılar. O da Mahirlə birlikdə X11 maşını ilə xəstəxanaya getmişlər. Xəstəxanaya çatdıqda Mahiri əməliyyata götürdülər. O, Mahiri təxminən 1 ilə yaxındır ki, tanıyır, Bakıda taksi fəaliyyəti ilə məşğul olan zaman onunla birlikdə həmin otaqda qalmış, Xəqanini isə ilk dəfə hadisə baş verən günü görmüşdür. Xəqaninin Mahiri vuran anını görməmiş, onlar bir-birinə əl-qol atmışlar, lakin elə həmin anda Xəqaninin əlində bıçaq, Mahirin də qarın nahiyəsinin qan olduğunu görmüşdür. Xəqani çox həmin bıçağı otaqdan götürmüşdür. Bıçaq məbəx bıçağı idi. Xaqaninin Mahirlə mübahisə etməsinə səbəb Mahirin Xaqaniyə olan dörd manat məbləğində borcunun qaqaytarmaması olub. Şahid2 ifadələrində göstərdi ki, Nəsimi rayonu 3-cü Alatava küçəsi 197 ünvanında dolanışıqlarını təmin etmək üçün bir neçə otağı kirayəyə vermişlər. Otaqlarda qalan şəxslər demək olar ki, əvvəllər də onlara məxsus olan evlərdə qalan şəxslərdir. Otaqlarda qalan şəxslərin hər biri gündəlik olaraq onlara 2 manat pul verirlər. Lakin qalan şəxslərlə kirayə müqaviləsi bağlamamışlar, çünki elə şəxslər var ki, onlar aylıq deyil, bir neçə gün qalırlar. Zərərçəkmiş şəxs təxminən 9 aydır ki tanıyır. O, həmin müddət ərzində onlarda kirayəşin qalmışdır. Mahirin qaldığı otaqda üç çarpayı vardır. Mahir Ağdam rayonundandır, hansısa marşrut xəttində sürücü işləyir. Mahir qaldığı müddət ərzində özünü çox sakit aparmışdır. Karantinlə bağlı olan müddət ərzində ondan pul almasalar da digər günlərdə ondan günü 2 manat pul almışlar. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışlar, hadisədən təxminən 10 gün əvvəl Xəqani onlara gələrək qalmaq istədiyini bildirdi. Xəqani onlara demişdir ki, fəhləçiliklə məşğul olaraq özünü dolandırır, deməsinə görə Xəqani əslən Yevlax şəhərindəndir. Hadisə baş verən günə qədər də Xəqani Mahirlə birdikdə eyni otaqda yaşamışdır. Şahid1 da əslən Göyçay rayonundandır, taksi fəaliyyəti ilə məşğul olur. O aydır ki, Mahirlə birlikdə qalmışdır. Lakin İlqar mütəmadi olaraq onlarda qalmamış, Göyçay rayonuna gedib gəldiyindən hərdən bir onlara gələrək günə iki manat verməklə Mahirlə birlikdə qalmışdır. İlqar hadisə baş verən günü gəlmişdir. xx xxx 2020-ci il tarixdə saat 23:00 radələrində bayırdan yavaş şəkildə səs gəlmişdir. Anası Səyyarə evin pəncərəsindən baxdıqda görmüşdür ki, Mahirgilin qaldığı otağın işığı yanır. Anası bayıra çıxdı, o da anasının arxasınca da evdən çıxaraq Mahirgilin qaldığı otaq tərəfə getmişdir. Anası ilə birlikdə otağa baxdıqda müxtəlif yerlərdə qan ləkələrinin olduğunu görmüşdür. Həmin vaxtı otaqda Mahir, İlqar və Xəqani var idi. Anası nə baş verdiyini soruşduqda İlqar dedi ki, Xəqani Mahiri qaldıqları otaqda bıçaqla vurub. Mahir otaqdan paltar götürüb bayıra çıxmışdı. O da istifadəsində olan ***-***-**-** saylı mobil telefonla 103 xidmətinə zəng vuraraq X11 çağırmışdır. Daha sonra evə keçib yardım gözləmişlər. Mahir isə bayırda X11 gözlədi. Təxminən 20-25 dəqiqədən sonra X11 maşını gəldi. O da anası Səyyarə ilə birlikdə bayıra çıxmışlar. Mahiri X11 maşınına mindirdikdən sonra İlqar və Xəqani də xəstəxanaya gedəcəyini bildirib X11 maşınına minib getdilər. Sonradan da evə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirib hadisə yerini müayinə etmişlər. O və onun ailə üzvləri Xəqani və Mahir arasında mübahisə və münaqişə baş verməsini görməmişlər və bu barədə də eşitməmişlər. Şahid3 ifadələrində göstərdi ki, Nəsimi rayonu 3-cü Alatava küçəsi 197 ünvanında dolanışıqlarını təmin etmək üçün bir neçə otağı qalmaq üçün kirayəyə verirlər. Otaqlarda qalan şəxslər demək olar ki, əvvəllər də onlara məxsus olan evlərdə qalan şəxslər idi. Onların hər biri gündəlik olaraq 2 manat pul verirdilər. Zərərçəkmiş şəxsn təxminən 9 aydır ki, onlara məxsiius otaqların birində kirayədə qlır. Həmin otaqlda 3 ədəd çarpayı var. Mahir Ağdam rayonundandır, hansısa marşrut xəttində sürücü işləyir. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışlar. Hadisədən təxminən 10 gün əvvəl Xəqani onlara gələrək qalmaq istədiyini bildirdi. Xəqani dedi ki, fəhləliklə məşğul olaraq özünü dolandırır. Hadisə baş verən günə qədər də günə 2 manat pul almışlar. O, Mahirlə birldikdə eyni otaqda yaşayırdı. Şahid1 da əslən Göyçay rayonundan idi, taksi fəaliyyəti ilə məşğul olur. İlqar bir neçə aydır ki, Mahirlə birlikdə qalmışdır. Lakin İlqar mütəmadi olaraq onlarda qalmırdı. xx xxx 2020-ci il tarixdə saat 23:00 radələrində o və qızı Aygün öz otaqlarında iolmuşlar. Bayırdan yavaş şəkildə səs gəldi. O, evin pəncərəsindən baxdıqda görmüşdür ki, Mahirgilin qaldığı otağın işığı yanır. Evin qapısını açıb bayıra çıxdıqda Mahirin bayırdan gəldiyini və yerdə qan damcıları olduğunu görmüşdür. Mahirin ardınca otağa getdikdə otağın müxtəlif yerlərində qan ləkələri olduğunu görmüşdür. Həmin vaxtı otaqda Mahir, İlqar və Xəqani var idi. Onun ardınca qızı Aygün də yanına gəldi. Nə baş verdiyini soruşduqda İlqar dedi ki, Xəqani Mahiri qaldıqları otaqda bıçaqla vurub. Mahir otaqdan paltar götürüb bayıra çıxdı. Aygün isə mobil telefonla 103 xidmətinə zəng vuraraq X11 çağırdı. Evə keçib yardım gözləmişlər. Mahir isə bayırda X11 gözləyirdi. Təxminən 20-25 dəqiqədən sonra X11 Stansiyası gəldi. Mahiri yardım avtomobilinə yerləşdirildikdən sonra İlqar da avtomobilə əyləşdi, Xəqani də xəstəxanaya geləcəyini bildirib yardım avtomobilinə əyləşdi və onlar getdilər. Bir qədər keçdikdən sonra evə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirdilər və hadisə yerini müayinə etdilər. Məhkəmədə ifadələri elan olunub araşdırılmış Şahid4 istintaq zamanı ifadəsində göstərmişdir ki, o, arvadı Səyyarə, qızı Aygün və Aygünün üç azyaşlı uşağı ilə birlikdə yaşayır. Ailə üzvülərini və o, heç bir yerdə işləmirlər. Nəsimi rayonu 3-cü Alatava küçəsi 197 ünvanında dolanışıqlarını təmin etmək üçün bir neçə otağı qalmaq üçün kirayəyə verirlər. Otaqlarda qalan şəxslər demək olar ki, əvvəllər də onlara məxsus olan evlərdə qalan şəxslər olmuşdur. Otaqlarda qalan şəxslərin hər biri gündəlik olaraq 2 manat pul verirlər. Lakin qalan şəxslərlə kirayə müqaviləsi bağlamırlar. Çünki elə şəxslər var ki, onlar aylıq deyil, bir neçə gün qalırlar. Zərərçəkmiş şəxs təxminən 9 aydır ki, tanıyır. O, təxminən 9 ay bundan əvvəl onlara gələrək qalmaq istədiyini demişdir. Mahiri onlara məxsus olan otaqların birinə yerləşdirmişlər. Həmin otaqda üç ədəd çarpayı var. Mahir Ağdam rayonundandır, hansısa marşrut xəttində sürücü işləyir. Mahir qalan müddət ərzində özünü çox sakit aparmışdır. Karantinlə bağlı olan müddət ərzində ondan pul almasalar da digər günlərdə ondan günü 2 manat pul almışlar. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışlar. Hadisədən təxminən 10 gün əvvəl Xəqani onlara gələrək qalmaq istədiyini bildirmişdir. Xəqani onlara demişdir ki, fəhləçiliklə məşğul olaraq özünü dolandırır, əslən Yevlax şəhərindəndir. Hadisə baş verən günə qədər də günə 2 manat pul almışlar və Mahirlə birldikdə eyni otaqda yaşayırmış. Şahid1 da əslən Göyçay rayonundandır. Taksi fəaliyyəti ilə məşğul olurmuş, İlqar bir neçə aydır ki, Mahirlə birlikdə qalmışdır. Lakin İlqar mütəmadi olaraq onlarda qalmamışdır. Belə ki, Göyçay rayonuna gedib gəldiyindən hərdən bir onlara gələrək günə 2 manat verməklə Mahirlə birlikdə qalırmış. İlqar hadisə baş verən günü gəlmişdir, çünki o, neçə gün idi ki, rayonda idi. xx xxx 2020-ci il tarixdə saat 22:00 radələrində artıq o, yatırmış. Təxminən 23:00 radələrində yatdığı zaman arvadı Səyyarə onu yuxudan qaldıraraq demişdir ki, Xəqani bıçaqla Mahiri vurub. O, artıq yuxudan oyanmış, bayıra çıxdıqda görmüşdür ki, X11 Stansiyası gəlmişdir. Həkimlər Mahiri yardım avtomobilinə yerləşdirildikdən sonra İlqar da avtomobilə əyləşmiş, hətta Xəqani də xəstəxanaya gedəcəyini bildirib yardım avtomobilinə əyləşdmiş və onlar getmişlər. Bir qədər keçdikdən sonra evə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Hadisə yerini müayinə etmişlər. Məhkəmədə elan edilib araşdırılmış xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli qismində ifadələri yerində yoxlanılarkən ittiham olunduğu əməli necə və hansı şəraitdə baş verməsini göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadələri yerində yoxlanılarkən cinayət hadisəsinin necə və hansı şəraitdə baş verməsini əyani olaraq göstərmişdir. Məhkəmədə elan edilib arpaşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 450 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın müsaqirəsini və böyük piyliyi zədələyən 1 (bir) ədəd deşilşmiş-kəsilmiş yarası xsərətinin deşici-kəsici (alətin) təsirindən qərarın təsviri hissəsində göstərilən xx xxx 2020-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətin qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşicikəsici təsirindən əmələ gələ bilməsi mümkündür. Məhkəmədə elan edilib arpaşdırılmış baxış keçirmə və götürmə haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxx 2020-ci il tarixdə hadisənin baş verdiyi ünvan 3 ünvanına baxış keçirilərkən hadisə yerindən 01 ədəd üzərində «Stainless steel» və «666» yazıları olan qara rəngli bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış götürmə aparılması və baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs X9 daxil olan vaxtı əynində olmuş qara rəngli şalvar, qara rəngli qısaqol köynək tərəfimdən X7 inzibati binasının cərahiyyə şöbəsindən götürülərək baxış keçirilməklə qablaşdırılmış, qeyd olunan paltarların fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış götürmə aparılması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxx 2020-ci il tarixdə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş boyun hissəsi 3 düyməli olan, qarşı tərəfi qara rəngli xətt olan ağ rəngli qısa qol köynək, sarı rəngli şalvarı təqdim etmiş və qeyd olunan geyimlər Nəsimi RPİ-nin inzibati binasında xidməti otağımda tərəfimdən müvafiq qaydada götürülərək qablaşdırılmış, qeyd olunan paltarların fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmədə elan edilib arpaşdırılmış məhkəmə tibbi-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 419/2020-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs portal çıxarışının ksero surətinə əsasən onun qan A beta (İİ)-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar, Təqsirləndirilən şəxs məxsus köynək, şalvar və bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olunan ləkələrdə qanın qrupp göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız A antigeni alınmış həmin qan ləkələri A beta /İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilməsi müəyyən edilmişdir. Məhkəmədə elan edilib arpaşdırılmış məhkəmə-kriminalistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 270/MKTŞ nömrəli rəyindən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı bıçaqdır və soyuq silah hesab olunmur. Məhkəmədə elan edilib arpaşdırılmış kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1426 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Onun xasiyyətcə əsəbi, hövsələsiz, affektiv reaksiyalara meyilli olması, əsəbi gərginlik zamanı özünə xəsarətlər yetirməsi, Gəncə və Mingəçevir RƏXD-də müayinə və müalicə olunması, həmçinin hazırki müayinə zamanı əhvalı-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı mşahidə olunur. Bununla yanaşı Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması aşkar olunur. Emosional dayanıqsız olması aşkar olunmaqla, xaraktercə qıcığa qarşı həssas, tez özündən çıxan, hövsələsiz, impulsiv şəxs olması müəyyən edilir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ya ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, törətdiyi əməl barəsində anlaqlı hesab edilib onun Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşməməsi, əqli inkişafında gerilik əlamətləri müşahidə olunmamsı müəyyən edilmişdir. Məhkəmədə elan edilib arpaşdırılmış sübutlarmadi sübut kimi tanınma haqıqnda xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, Zərərçəkmiş şəxs məxsus şalvar və köynək, hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş 01 ədəd bıçaq iş üçün sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınıb, saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə, yuxarıda sadalanan sübutları Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını, bu əməlin onun tərəfindən qəsdən törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Çünki həmin sübutlar təkzib olunmadı. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 23:00 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ünvan 2 saylı ünvanda yerləşən birgə kirayə yaşadıqları evdə, Zərərçəkmiş şəxs bir gün əvvəl, onun xahişi ilə dörd manata aldığı arağın pulunu qaytarmasını tələb etdikdə Zərərçəkmiş şəxs pulu qaytarmaqdan imtina edərək sillə ilə onun baş nahiyyəsindən vuraraq söyməsi səbəbindən ondan qisas almaq niyyəti ilə otaqdakı masanın üzərindən məişət təyinatlı mətbəx bıçağını götürüb qəsdən bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyyəsinrdən vuraraq ona qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın müsaqirəsini və böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır bədən xəsarəti yetirməsinin sübuta yetirildiyi qənaətinə gəlir Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi bu əməlin əlamətlərinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyi qənaətinə gəliib onun əməlini həmin maddə ilə tövsüf edilməsini əsəaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməli qəsdən törətməsi və buna görə də onun təqsirli olması qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməli onun tərəfindən qəsdən törədilməsi qənaətinə gəldiyindən bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada onun cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, hazırkı iş üzrə maddi sübut kimi tanınıb Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin, şalvarın, Zərərçəkmiş şəxs məxsus şalvarın və köynəyin, hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş 01 ədəd bıçağın istehlak dəyərlərini itirdikləri üçün məhv edilmələrini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğluna məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən göstərilən hüquqi yardımın dəyəri 240 (iki yüz qırx) manat təşkil edir. Məhkəmədə Təqsirləndirilən şəxs 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Buna görə də ona 180 (yüz səksən) manat ödənilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X2 həmin məbləğləri ödəmək üçün maddi imkanının olmaması səbəbindən həmin məbləğlərin dövlət büdcəsi hesabına Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına ödənilməsini əsaslı sayır. Məhkəmədə xx xxxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin İŞ-nə ərizə ilə müraciət edərək baş vermiş cinayət hadisəsi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncunun ona dəymiş maddi ziyanı ödədiyini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etdiyi müəyyən olundu. Məkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə xx xxx 2020-ci il tarixdə tarixdə şübhəli şəxs qismində tutulması və xx xxx 2020-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Bu səbədən də məhkəmə ona təyin olunmuş cəzanın çəkilməsinin başlanğıcının xx xxx 2020-ci il tarixdən hesablanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış xx xxxx 2020-ci l tarixli DİN-nin BƏSİİ tələbnaməsindən və X8 işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmündən görünür ki, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs X8 işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29.120.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə xx xxxx 2018-ci il tarixdə ona təyin edilmiş cəzanın çəkilməmiş 05 (beş) ay 22 (iyirmi iki) gün hissəsindən vaxtından əvvəl cəzadan azad edilmiş, xx xxxxxx 2018-ci il tarixdə cəzasının müddəti başa çatmışdır. O, hazırkı əməli xx xxx 2020ci il tarixdə törədən zaman onun məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2.2-ci maddsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə onun əməlində cinayətin təhlükəli residivi olur. Bu səbəbdən də məhkəmə, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli resdivi olduğu qənaətinə gəlib bunun yaratdığı hüquqi nəticələri, o cümlədən də, təhlükəli residivə görə cəza təyini əsəaslarını və cəza çəkmə müəssisəsinin növünü müəyyən edərkən nəzərə alır. Məhkəmədə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncunun ona dəymiş maddi ziyanı ödədiyini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə də həmin halı Təqsirləndirilən şəxs cəzasına təsir edən yüngülləşdirən hall kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli zərərçəkmiş şəxsin öhdəliyini yerinə yetirməməsi, törətdiyi əməli maddi ehtiyacının çətin olub, ailədən kənar yaşamasını və bu halların onun davranışına təsirsiz keçmədiyini ona təyin eiləcək cəzaya təsir edən amil kimi nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi onun əməllində cinayətlərin təhlükəli residivi olması müəyyən olundu. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, qəsdən ağır cinayət törətməyə görə təkrarən azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan və onun əməlində cinayətlərin təhlükəli residivi olduğu üçün ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində istintaq orqanı tərəfindən qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, əməlin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmənin əvvəli onun bu iş üzrə şübhəli şəxs qismində tutulduğu xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işininin ibtidai istintaqı zamanı ona göstərdiyi hüquqi yardıma görə Müdafiəçi1 240 (iki yüz qırx) manat, məhkəmədə ona hüquqi yardım göstərdiyinə görə Müdafiəçi2 180 (yüz səksən) manat ödənilməsi üçün Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına ödənilsin. O, həmin məbləğlərin ödənilməsindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, Zərərçəkmiş şəxs məxsus şalvar və köynək, hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş 01 ədəd bıçaq istehlak dəyərlərini itirdikləri üçün üçün məhv edilsinlər. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1088/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1088/2020
30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver