Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1088/2022 03.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Rusiya Federasiyası, Altay vilayəti, Pervomaysk rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yol massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək saxlayıb daşımışdır. Belə ki, o, naməlum tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti məlum olmayan “Vahid” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli təmiz çəkisi 5200 qram təşkil edən narkotik vasitə heroini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və həmin narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş və bu məqsədlə naməlum “Vahid” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri keçirdikdən sonra o, təmiz çəkisi 5200 qram narkotik vasitə heroini Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz” metrostansiyasının yaxınlığında gizlədilmiş yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə etməklə həmin narkotik vasitələri qablaşdırıldığı bir ədəd parça torbada olmaqla əlində saxlayaraq üzərində daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 26 yanvar 2022-ci il tarixdə, saat 21:00da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 3 ünvanının qarşısında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində saat 22:36-dan etibarən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində saxladığı üzərində fars yazı üslubuna bənzər hərflər olan parça torbanın içərisində kütlələri xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub beş ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1015 qr, 1075 qr, 1005 qr, 1000 qr, 1105 qr olmaqla, ümumi təmiz çəkisi 5200 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə təqsirli bilmir, yalnız CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilir. O, təxminən bir ildir ki, narkotik vasitənin «patı» növündən istifadə edirmiş. Təxminən iki il əvvvəl sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı olan “Vahid” adlı şəxslə tanış olmuşdur. Həmin şəxslə tanış olarkən “Vahid” onun da narkotik maddələrdən istifadə etdiyini bilmişdir. «Vahid» adlı şəxsin telefon nömrəsini, digər anket məlumatlarını bilmir. O, «Vahid» adlı şəxslə söhbət etdikdə, müqayisə etmək üçün “Vahid”dən İranda olan narkotik maddələrin qiymətini maraqlanmışdır. «Vahid» adlı şəxsdə ona İrandan göndərdiyi narkotik vasitənin satışında köməklik etməyi bildirmiş, lakin, o, həmin vaxt imtina etmiş və aralarında olan ünsiyyət kəsilmişdir. Tutulmamışdan 2-3 ay əvvəl “Whatsapp” tətbiqində ona bir nəfər tanımadığı şəxs yazmış, həmin şəxsin kim olduğunu soruşduqda, həmin şəxs “Vahid” olduğunu bildirmişdir. Biraz danışdıqdan sonra, «Vahid» ona İrandan narkotik vasitə göndərməyi, həmin narkotik vasitəni dediyi adamlara çatdırmağı və onun müqabilində pul verəcəyini bildirmişdir. Pula ehtiyacı olduğu üçün “Vahid”in təklifini qəbul etmişdir. Bundan sonra “Vahid” ona malı göndərən vaxt əvvəlcədən xəbər verəcəyini demişdir. Tutulduğu gün “Vahid” onunla əlaqə saxlayaraq 5 kiloqram “kokos” kimi tanıdığı, heroin adlı narkotik vasitəni göndərdiyini və həmin maddələri götürüb «Vahidin» dediyi yerlərə çatdırmalı olduğunu və bunun müqabilində həmin maddənin hər kilosu üçün 700 manat pul verəcəyini demişdir. «Vahid»lə danışığından başa düşmüşdür ki, həmin narkotik maddələri müxtəlif yerlərə yerləşdirmək lazımdır. Tutulduğu tarixdə, yəni, 26 yanvar 2022-ci il tarixdə “Vahid” ona malın gizlədildiyi yerin şəklini və dəqiq koordinatlarını sosial şəbəkədə internet vasitəsilə yollamışdır. O, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Ulduz” metrosunun yaxınlığını göstərən həmin yerə gedib, göndərilmiş şəkilə uyğun olaraq orada olan sökülmüş binanın tinində olan dalanda gizlədilmiş həmin narkotik maddələrin olduğu parça torbanı tapıb götürmüşdür. Həmin torbanı götürüb gedən zaman ona mülki geyimli şəxlər yaxınlaşaraq, özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan da özünü təqdim etməsini xahiş etmişlər və o, özünü təqdim etdikdən sonra, polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra onu İdarəyə dəvət etmişlər və o da polis əməkdaşları ilə İdarəyə getmişdir. İdarədə ona vəkil də təyin edilmiş və üzərinə videoçəkilişlə axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində olan qanunsuz əşya və predmetləri təqdim etməsi təklif edilmişdir. O, üzərində narkotik vasitə olan kakos olduğunu bildirib, götürdüyü torbanı təqdim etmişdir. O, həmin torbanın içərisindən beş ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmçinin, o, üzərində olan mobil telefonları, bank kartlarını və 70 manat nağd pulu da çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi sellofan bükümlər açılıb, içərisinə baxış keçirildikdə, həmin bükümlərin hamısının içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olmuşdur. Ondan həmin narkotik vasitələr barədə soruşduqda, o, həmin maddələri “Vahid” adlı İran vətəndaşının vasitəsilə əldə etdiyini, “Vahid”in ona göndərdiyi torbanın içərisində olan malları pul müqabilində sonradan ona deyiləcək yerlərə qoyacağını və buna görə “Vahid”in ona malın hər kilosuna görə 700 manat pul verəcəyini demişdir. O, bank kartlarından birinin özünə, digərinin isə tanışına aid olduğunu demişdir. O, heç vaxt İran Respublikasında olmamış, heç vaxt sərhədi keçməmişdir. Ona görə özünü qaçaqmalçılıqla təqsirli bilimir. Əməlindən peşman olmuşdur. Elan olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrə daxil olmuş SMS mətnlərinə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş sms danışıqlarını həmin şəxslərlə aparmışdır, lakin, həmin şəxslərin tam anket məlumatlarını bilmir, hazırda onlar barədə hər hansı məlumatı xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili işləyir. 26 yanvar 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupunun rəhbəri o olmuş, həmçinin, qrupun digər üzvləri isə həmin şöbənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 təyin edilmişlər. Həmin tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı barəsində məlumat daxil olmuş Təqsirləndirilən şəxs saat 21 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılmışdır. Onlar xidməti vəsiqələrini göstərərək özlərini təqdim etdikdən sonra, həmin şəxsin şəxsiyyəti barədə sorğu etmişlər və saxlanılan şəxs özünü onlara təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı bildirərək, onu Baş İdarəyə dəvət edib, gətirmişlər. Baş İdarənin təhqiqatçısı tərəfindən həmin şəxsə vəkil təqdim edilmişdir. İdarədə onların və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə axtarış aparılmışdır. Şəxsi axtarış başlamazadan əvvəl Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş və paltarında, əşyalarında və ya bədənində narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədlər varsa, təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində saxladığı üzərində fars yazısına oxşar hərflər olan parça torbanı masanın üzərinə qoyaraq içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs paketin içərisindən beş ədəd sellofan bağlamaları çıxarıb hər birinin içərisində “kakos” olduğunu demişdir. Bundan sonra təqsirləndirilən şəxs əynində olan gödəkçənin ciblərindən dörd ədəd mobil telefon, şalvarının cibindən nağd pul və iki ədəd plastik bank kartlarını çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi torbada olan sellofan bağlamalara baxış keçirildikdə, hər bir bağlamanın içərisində qəhvəyi rəngli spesifik iyli narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin paketdəki bağlamalarda olan maddələrin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu və həmin maddələrin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddələri elə həmin gün adını “Vahid” kimi tanıdığı İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkədə əlaqə saxlayaraq Nərimanov rayonu ərazisində ona deyilmiş yerdən götürdüyünü və özünə sonradan deyiləcək ünvana qoyulması müqabilində “Vahid” adlı şəxsin ona maddənin hər kiloqramına görə 700 manat pul verəcəyini, “Vahid” adlı şəxsin deməsinə görə paketdə ümumilikdə 5 kiloqrama yaxın narkotik maddə olduğunu bildirmişdir. Həmçinin, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefonlardan üçünün üzərində danışıq kartının olduğunu, birinin üzərində isə kartın olmadığını, həmin bir ədəd mobil telefonun ailə üzvlərinə məxsus olduğunu, digər üçünün isə öz istifadəsində olduğunu, iki ədəd bank kartlarının birinin özünə, digərinin isə dostuna məxsus olduğunu, həmin kartlarla narkotik vasitələrin dövriyyəsinə dair bank əməliyyatlarının aparılmadığını, üzərində aşkar edilmiş nağd pulun isə faktiki olaraq “Uber” şirkətində taksi kimi fəaliyyət göstərməsi zamanı qazandığı pul olduğunu bildirmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə heç bir maddə və ya predmet aşkarlanmamışdır. Bundan sonra aşkar edilmiş bükümlərdə olan maddələr götürülmüş və paketdə qablaşdırılmışdır. Bükümlərin qablaşdırıldığı paket onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefonlar sübut əhəmiyyəti kəsb edə biləcəkləri ehtimalından götürülmüş, nağd pul isə özünə geri qaytarılmışdır. Şəsi axtarış zamanı bu barədə protokol tərtib edilmiş və protocol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq və təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri - Şahid2, Şahid3 və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 26 yanvar 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və daşıması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 26 yanvar 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək özündə saxlaması və daşıması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 124-125-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəmnəsinin əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair 28 yanvar 2022-ci il tarixli, 5(005)-136/2022 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 26 yanvar 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general mayoru Əbülfət Rzayevin 26 yanvar 2022-ci il tarixli, Ə37- 001-22 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək özündə saxlaması və daşıması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 28-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs sağ əlində saxladığı üzərində fars qrafikalı əlifba ilə yazılar olan 01 ədəd parça paketin içərisində narkotik vasitə kimi tanıdığı “kakos” olduğunu bildirərək, əlində saxladığı 01 ədəd parça paketi masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs həmin 01 ədəd parça paketin içərisindən 05 ədəd şəffaf sellofan bağlamanı çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd “Redmi” markalı mobil telefonları, həmin gödəkçənin sol yan cibindən 01 ədəd “Honor”, 01 ədəd “Redmi” markalı mobil telefonları, əynində olan şalvarın sağ yan cibindən 70 manat nağd pulu, 01 ədəd üzərində 4169 7385 9135 5262 rəqəmlər və MİRAGHA MAMMADOV yazısı olan “Umico” plastik bank kartını, 01 ədəd üzərində 4169 7413 9864 8772 rəqəmlər və ZAUR AMİROV yazısı olan "xxxx" plastik kartını çıxararaq masanın üzərinə qoymuşdur. Təqdim edilmiş 01 ədəd parça paketin içərisindən aşkar olunmuş 05 ədəd şəffaf sellofanın içərisinə baxış keçirtdikdə, həmin bağlamaların hər birinin içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bağlamaların ona məxsus olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, həmin bağlamaları 26 yanvar 2022-ci il tarixdə saat 21 radələrində “whatsapp” sosial şəbəkəsi vasitəsilə ünsiyyət yaratdığı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Vahid” adlı şəxsin ona şəklini göndərdiyi Nərimanov rayonu ərazisində ünvanını dəqiq bilmədiyi “Ulduz” metrostansiyasının yaxınlığından götürdüyünü, Vahid adlı şəxslə aralarında olan razılığa əsasən həmin bağlamaları “Vahid” in dediyi ünvanlara çatdırmlı olduğunu, hər kiloqrama görə 700 manat qazanacağını bildirmişdir. Aşkar edilmiş bağlamalar, 04 ədəd mobil telefon və iki ədəd bank kartı qablaşdırılaraq götürülmüş, 70 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 44-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2022-ci il tarixli, 6/516 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan parça paketdəki 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1015 qr, 1075 qr, 1005 qr, 1000 qr, 1105 qr, ümumi təmiz çəkisi 5200 qram (5kq 200qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim edilmiş parça paketin içərisində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və bükümdəki heroinlərlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in İ siyahısına daxildir. Cinayət işinin 100-101-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi, polis mayoru X2 29 yanvar 2022-ci il tarixli maddi sübut hesab edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5199,75 qram narkotik vasitə heroin maddi sübut hesb edilərək, DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 115-120-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 fevral 2022-ci il tarixli mobil telefon aparatlarına baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Xiaomi Redmi 9T”, 01 ədəd “Xiaomi”, 01 ədəd “Honor” və 01 ədəd “Redmi 6” markalı mobil telefon aparatlarına baxış keçirilmişdir. Bir ədəd göy rəngli “Xiaomi Redmi 9T” markalı mobil telefonun üzəridə ***-***-**-** saylı GSM nömrənin, çoxsaylı kontaktların, o cümlədən də İran İslam Respublikasına məxsus olan +**********99 saylı GSM nömrədə adı “iran Vahid” kimi qeyd olunmuş kontakt, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edilmişdir. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” tətibiqi vardır. Həmin mobil tətbiqin "söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə adı “İran Vahid” kimi qeyd olunmuş +**********99 saylı İran İslam Respublikasına məxsus olan nömrənin istifadəçisi ilə mesaj bölməsində həmin istifadəçinin 26 yanvar 2022-ci il tarixdə saat 14:44-də Təqsirləndirilən şəxs “salam qardaş.Mardasan” mətnli yazmış olduğu sms-ə cavab olaraq Təqsirləndirilən şəxs “işə gedirəm...bugün gecikmişəm...nəsə qulluğun var idi?” səsli mesaj göndərmiş, buna cavab olaraq həmin istifadəçi “buğun hazır ol..zeng ilyecem” sözlərini yazmışdır. Həmin gün saat 16:34-də Təqsirləndirilən şəxs sözügedən istifadəçiyə “mən obedə çıxdım, sən mənə qabaqcadan bir on beş dəqiqə...yarım saat əvvəlcədən..nə qədər tez desən yaxşı olar...ki mən istiqamətimi o yana tutum...həm də işlərimi elə yoluna qoyum ki, üst-üstə heçnə düşməsin...yəni bir dənə götürəndə de...çünki atanda uje mənim özümdən asılı olacaq da...yolum haradısa ora qoy acam...İnşallah ki problem olmaz^Mr şey olmaz...” mətnli səsli mesaj yollamış, həmin istifadəçi də ona “yaxsi oldu isu gur...zeng ilyecem..zeng vurdum gutur” yazmışdır. Saat 16:37-də həmin “İran Vahid” adlı istifadəçi Təqsirləndirilən şəxs “hazr ol de zeng vurdum hereket ile” sözlərinə Təqsirləndirilən şəxs “problem deyil dayı..zəng vur...yaxşı edirsən” səsli mesaj yollamış, həmin vaxt “İran Vahid” adlı istifadəçi “deyirəm hazır ol da...hazır ol ki deyəndə çıxa biləsən” səsli mesaj yazmışdır. Təqsirləndirilən şəxs buna cavab olaraq “problem yoxdur...zəng edərsən...bir saat əvvəl xəbər edərsən..” səsli mesaj yollamışdır. Həmin gün saat 19:12-də həmin istifadəçi Təqsirləndirilən şəxs “guzde atrram...gardas sen Allah telsme...guturende bax dure beruve...basna dunum” yazmış, Təqsirləndirilən şəxs da ona cavab olaraq “can mənim qaqaşım...bilirəm mənə görə narahatsan...narahat olma...o barede ayığam, düz deyirsən baxmaq lazımdır...amma çalışdığım qədər ehtiyyatlı olacam...qardaş udobnı yere atıbsa yəni narahatçılıq yoxdur, tam rahatçılıqla götürəcəm” səsli mesaj yollamışdır. Bundan sonra “İran Vahid” adlı istifadəçi həmin vaxt Təqsirləndirilən şəxs “deyirəm qardaş sən canı gözətlə..beş dənə fəqətdi.nəsə olsa bu hər ikimizin yanmasıdır...sənin də mənim də...yəni qadavı alım bax mən bunun yol puluna borcluyam...mal pulunu götürmüşəm puldan yaxşı? Yol pulunu çalışmışam bir on günə bir kilo-kilo yarımı əridəm verəm.bildin? başıva dönərəm gözlə haa..hardan, hansı ünvandan götürürsən börünə-başına bax təmiz arxayınca get götür qadan alaram sənin” mətnli səsli mesaj yollamışdır. Təqsirləndirilən şəxs da cavab olaraq “qardaş mən taksidəyəm, nə qədər ki boşam, sifariş yoxdur gedim rahat götürüm tələsmədən rahatçılıqla aparım müəyyən bir nöqtəyə yerləşdirim onu sonra rahat mən də işimə başlayım” səsli mesaj göndərmişdir. Bu vaxt həmin abunəçi Təqsirləndirilən şəxs “heç nəyi qəbul eləmə boş ol, ünvanı indi deyirlər mənə, eşidirsən məni?” səsli mesaj göndərmişdir. Təqsirləndirilən şəxs da cavab olaraq “Narahat olma, nə lazımdırsa, mənim üzərimə nə düşürsə mən edəcəm ki, nə sənin malın yansın, nə də mən özüm yanım. Allah sənin də balalarıvı saxlasın, mənim də bir oğlum var, onun da ümidi mənəm, həm də bu cavan yaşda srok oturmaq istəmirəm, ona görə də bil ki mən bu işə necə yanaşıram. Sifariş qəbul etmirəm, narahat olma, o ki qaldı başqa məsələyə bil ki, nə əlimdən gəlir, nə də ki şərəfsizlik etmərəm heç vaxt, sən ki mənə qarşı əl açırsan, yaxşılıq edirsən məndən narahat olma, mənim halallığımı görəcəksən” bildirmişdir. Saat 19:20-də həmin istifadəçi Təqsirləndirilən şəxs “tələsmə indi ünvanı mənə deyəcək tez çıx ora” səsli mesaj yollamış, Təqsirləndirilən şəxs da ona cavab olaraq “mən indi eşidirsən şəhərin bir nöqtəsində oturmuşam, maşının içindəyəm, sənin dediyin kimi gözləyirəm, sən mənə ünvanı atanda mənə sənə deyəcəm ki təxminən neçə dəqiqəyə oradayam, şəhəri tanıyıram, ola da bilsin ki, mən dayanan yerin yaxınları olsun, lap tez gedim çatım, ola da bilsin ki şəhərdən qıraq yerə atar onun üçün də mən sənə deyəcəm ki nə vaxta gedib çatacam ora yaxşı brat?” səsli mesaj göndərmişdir. Həmin İstifadəçi saat 19:35-də ona “gardas telsme...deyir guy emn yere guyum rahet gutursun” sözlərini yazaraq deyilən yerin koordinatlarını, habelə həmin ünvanın dəqiq yerinin şəklini gizlədilmiş yeri oxla işarələnmiş vəziyyətdə olan şəklini göndərmiş və ardınca özünə ünvanlanmış “Oxnan gösterilen yerden içeri gir əyri ağacın altında sarı göy rengli torbadı...Heykeli keçen kimi oxnan gösterilen yeri göreceksen sağda” mətnli mesaj Təqsirləndirilən şəxs göndərərək öz növbəsində “gaga tez ol ged..ay da..ne oldu..atdim da onvani.Jez mene xeber ele” yazmışdır. Təqsirləndirilən şəxs da ona cavab olaraq “dayı 20 dəqiqəlik yoldur məndən ora, narahat olma 20 dəqiqəyə zada gedib çatacam” səsli mesaj yollamışdır. “İran Vahid” adlı istifadəçi də ona cavab olaraq “oldu guturdun mene de..xeber ele” yazmışdır. Bundan əlavə qedy edilən söhbət pəncərəsində istifadəçilər arasında zəng danışıqlarının olması da məlum olmuşdur. Daha sonra baxış zamanı kontaktlar bölməsində adı qeyd olunmayan ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxs arasında olan yazışmadan görünür ki, həmin istifadəçi sonuncuya 16 dekabr 2021-ci il tarixdə “o terefe gelsem pulynan yarı duz qos etmek olar?” yazmış, Təqsirləndirilən şəxs da ona cavab olaraq “kənddə deyiləmə brat, Sumqayıtdayam...sənin də bəxtin yoxdue brat, nə vaxt istəmisənsə üstümdə olmayıb, gözlə qayıdım...sən kola istəyirsəndə düzdü? Pendir var siz tərəfdə? Yəni mümkünsə dəyişək, əvəzləşək, pendir istəyən var idi, boş-boşuna gəlməyəsən də, varındısa gətir” səsli mesaj yollamışdır. Həmin istifadəçi ona “qaqa daşın varsa mene bidene de daş verersende” yazmışdır. 25 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs həmin istifadəçiyə elektron tərəzinin üzərinə qoyulmuş vəziyyətdə çəkisi 4.60 qram təşkil edən ağızı açıq vəziyyətdə olaraq bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin görüntüsünü yollamış və “qardaşım buna bax brat, ancaq bu qalıb, üstündən götürüb işlətməmişəm də brat, dünən açıb belə saxladım ki, içi təmiz su idi, indi biraz quruyub...bir sözlə də kulyok 0,14-0,15 qr olar, belə baxanda tər-təmiz mal 4.5-dir” səsli mesaj yollamışdır. Daha sonra baxış zamanı adı “Miris T” kimi qeyd olunmuş istifadəçi ilə Təqsirləndirilən şəxs arasında səsli və yazılı danışığın olması müəyyən edilmiş, həmin danışıqda 07 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həmin istifadəçiyə “Sən mənə nə xırdalıyırsan? Sənə deyirəm ki, verməyəcəm sənə nisyə, gəlib yenə deyirsən ki ver...” səsli mesaj yollamışdır. Bundan başqa, baxış zamanı adı kontaktlar bölməsində qeyd olunmamış ***-***-**-** saylı nömrədən qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxs arasında səsli və yazılı danışığın olması müəyyən edilmiş, həmin danışıqda 18 yanvar 2022-ci il tarixdə həmin istifadəçi Təqsirləndirilən şəxs “Torpaq, pendir varundi kilonan?” mətnli mesaj yazmışdır. Daha sonra, mobil telefonun daxili yaddaşında olan fayllara keçirilmiş baxış zamanı “Kamera” qovluğunda telefon vasitəsi ilə Təqsirləndirilən şəxs tərəfindən çəkilmiş və sonradan naməlum şəxslərə müəyyən olunmayan tarixlərdə göndərildiyi müəyyən edilmiş üzərində “MR.ZAUR AMİROV” yazısı olan 4169 7413 9864 8772 nömrəli və üzərində “MİRAGHA MAMMADOV ” yazısı olan 4169 7385 9135 5262 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik bank kartlarının fotogörüntüləri müəyyən edilmişdir. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli “Redmi 6” markalı mobil telefon aparatının üzərində ***-***-**-** saylı GSM nömrənin, çoxsaylı kontaktların, o cümlədən də İran İslam Respublikasına məxsus +**********99 saylı GSM nömrəsində adı “İran Vahid” kimi qeyd olunmuş mobil telefon nömrə kontaktı, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edilmişdir. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma tətibiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçiriliş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm səsli yazışmalarının olması müəyyən edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, 18 yanvar 2022-ci il tarixdə “Elcin Xirdalan” adlı kontakt Təqsirləndirilən şəxs “qardaşım gətib sənə dəyə bilərəm? 20 manatlıq duz lazımdıe” səsli mesaj göndərmişdir. Təqsirləndirilən şəxs götürülmüş “Honor” və “Xiaomi” markalı mobil telefonlarına baxış keçirdikdə məlum olmuşdur ki, “Honor” markalı və “Xiaomi” markalı ağ rəngli mobil telefon aparatına keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 133-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 fevral 2022-ci il tarixli telefon danışqı məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 26 oktyabr 2021-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı göndərilən SMS yazışmalarının içərisində Təqsirləndirilən şəxs ***-***-**-** GSM nömrənin abunəçisinə 13-12-2021-ci il tarixdə “Yerimdeyem mende yatiram...Ne qeder?...Yigacam tez gelersen qapiya’, ***-***-**-** GSM nömrənin abunəçisinə 17-12-2021-ci il tarixdə “Pay verilen mali pulsuz paylamiyanin …catrsa gel subut eliyim sene. Aglun ozuve getmesin... Darixma goruweciyik sennen. Sen mecbur edirsenki gel menim qapima. Yaxsi gelecem sene sürpriz edecem. O mali pulsuz verdiyim oğlanlarla gelecem ele. Onda kimin kim olduğu cixacaq ortaya”, ***-***-**-** GSM nömrənin abunəçisinə 25-01-2022-ci il tarixdə “Demeli soyus soy mey imi is dedin. Men xeberdar etdim seni. Bu gun ya pulu yada emaneti catdir. Bu gun gece saat 12kimi catdir... Ne pridel mridel salmısan. Ozun kayf eliyen adamsan kimise lomkada qoymağ bilmirsen nedi. Birdeki axsam goruseciyikse. Ne sms zad nedi. Basimi condermek isdiyirsen. Mende olsam atardım” mətnli mesajlar yazması məlum olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs qəbul etdiyi SMS yazışmaların içərisində ***-***-**-** GSM nömrənin abunəçisinin 13.12.2021-ci il tarixdə “Dush ashagi tebietnen o birisinden verde.ishe qayidram.... ,10 masin 5de tebiet hazırla olsa qoy... Zaur sencanin tez elede”, ***-***-**-** GSM nömrənin abunəçisinin 17.12.2021- ci il tarixdə “Payverilen malıda pul nan satanda mende söy er em camat çörəyi qulağına yemir hərşeyden xəbərim var uzatmataq bağla söbəti sən ziana dü ş səy din mən onu bağlayardım sən ziantn yoxdu otrda...Kidinkise zehere göre söyüs söymez qaldı pulnan verilmibse üzürrü say saba 50 göndererem 50 de 2 gun sora indipulyoxdu əlimde... Sen kart nöre at men e,.. Saba pul sendedi” mətnli qısa yazışmaların Təqsirləndirilən şəxs göndərmələri məlum olmuşdur. Cinayət işinin 136-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 mart 2022-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 26 oktyabr 2021-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı göndərilən SMS yazışmalarının içərisində Təqsirləndirilən şəxs ***-***-**-** GSM nömrənin abunəçisinin 20-12-2021-ci il tarixdə “Qaqaw salam. Dunen sen isdediyinnen indi gelir. Goturecem. Sene ne qeder lazim olacaq?... Mene tez cvb verde imkan varsa... Birdeki qäqas pul var sende? Qoturum sennen cox goturum biraz... Ok qaqaw sabah verersen prablem yoxdu... Vererem çatan kimi. Goruwecen sennen”, ***-***-**-** GSM nömrənin abunəçisinə 30-12-2021-ci il tarixdə “Salam qaqaw Sebuhi emanet hazirdi. Vallah 2gundu. Sadece biraz prablem var deye evden cixmaga qorxuram, etrafli danisarq”, ***-***-**-** GSM nömrənin abunəçisinə 15-01- 2022-ci il tarixdə “Qardaş gec olduyee gelde...Brat saat 2diyee. Sene göre mən qaldim yuxusuz. Sende telefonu goturmursen. Hec olmasa telefonu acanda smsi gordun xeber ele ki gelmirem”, ***-***-**-** GSM nömrənin abunəçisinə 19-01-2022-ci il tarixdə “Ay brat bir cvb verde nolub salamatciliqdi.gele bilmirsense niye aldadirsanki meni?... Brat fikrin nediki senin?...Məni firradirsan sen?senin elediyin hereket ancag onu gosderir. Acmirsan telefonu ozun bilərsən. Pulu vur karta. Sene göre 2gundu lomkadayam. Kisiye yarasmiyan hereket el edin sen. Seni gozduyurem cvb yaz” mətnli mesajlar yazması məlum olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs qəbul etdiyi SMS yazışmaların içərisində ***-***-**-** GSM nömrənin abunəçisinin 05.11.2021-ci il tarixdə “O dərmannan tapda yaxşi?deməki yadimnan çixdi”, ***-***-**-** GSM nömrənin abunəçisinin 20.12.2021-ci il tarixdə “qardaş məni gözləyirlər gəlirsən... həmən kimi...20 götürə bilsən götür verməsə nə qədər versə emir vermək olmasln... yox sabah sənən köhnəni baclayacam... sən bu gün verə biləsən mənə ot... Allah səni mərdi nazardan qorusun saq salamat get 070-740- 27-02 GSM nömrənin abunəçisinin 13.01.2022-ci il tarixdə “Qaqa. sanin.adaminnan. torpaq, almaq, olar.. hecna.yoxumdu. vaziyat.pisdi” mətnli qısa yazışmaların Təqsirləndirilən şəxs göndərmələri məlum olmuşdur. Cinayət işinin 170-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış əməliyyat tapşırığına 15 mart 2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi İİR-nın vətəndaşı Vahid adlı şəxsin şəxsiyyətini, həmçinin həmin narkotik vasitəni gömrük sərhədindən keçirən şəxslərin şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmamışdır. Cinayət işinin 172-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 mart 2022-ci il tarixli bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd disk və hesab üzrə məxaric-mədaxil əməliyyatlara dair 15 vərəqdə təqdim olunuş çıxarışlara keçirilmiş baxış zamanı məlum olmuşdur ki, araşdırma zamanı sorğu edilən 4169 74** **** 8772 nömrəli plastik kartın bağlı olduğu hesab Təqsirləndirilən şəxs, 4169 73** **** 5262 nömrəli plastik kartın bağlı olduğu hesab isə X1 adma qeydiyyatdan keçmişdir. Təqdim edilmiş çıxarışlara nəzər salınan zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adına olan plastik kart üzrə elektron hesaba 11.06.2021-ci il tarixdən 10.01.2022-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 40, 70, 20, 30, 100, 30, 300, 20, 25, 10, 15, 10, 52, 5, 30, 50, 30, 30, 10, 15, 10, 100, 50, 10, 70, 10, 10, 35, 35, 10, 10, 25, 5, 30, 80, 10, 21, 45, 10, 10, 10, 10, 25, 30, 99, 10, 18, 27, 15, 10, 5, 15, 20, 25, 30, 20, 29, 10, 30, 40, 24, 24, 145, 9, 6, 20, 24, 20, 15, 50, 36, 100, 100, 70, 17, 6, 170, 30, 20, 20, 10, 30, 31, 15, 50, 200, 150, 200, 25, 40, 75, 15,300, 11, 150,300, 10, 10, 20,5, 10,20,20,40,30, 50,30, 25,80,30,50, 87,5, 11,50, 5, 200, 30, 10, 18, 6, 30, 10, 50, 75, 110, 75, 25, 100, 40, 100, 18, 200, 5, 100, 10, 10, 6, 21, 10, 70, 10,5,200, 100, 10,350, 110,400, 10, 150,5,220, 150,300, 183,70, 50 manat, bundan əlavə X1 adına olan plastik kart üzrə elektron hesaba 17.07.2021-ci il tarixdən 24.01.2022-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 20, 70, 300, 100, 65, 50, 140, 70, 200, 100, 200, 300, 20, 30, 10, 5, 220, 50, 20, 202, 9, 10, 200, 10, 5, 30, 10, 11, 10, 30, 15, 20, 15, 10, 5, 50, 20, 20, 25, 15 manat məbləğində pul mədaxil edilmişdir. Cinayət işinin 176-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 aprel 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin İAMAS-dan götürülmüş MAPS-uçot məlumatlarına baxış keçirilərkən, Təqsirləndirilən şəxs ölkə ərazisini tərk etmədiyi müəyyən edilmişdir. Cinayət işinin 173-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 aprel 2022-ci il tarixli qəbzdən görünür ki, X3 öz oğlu Təqsirləndirilən şəxs məxsus 01 ədəd Honor və 01 ədəd Xiaomi markalı mobil telefonları işlək vəziyyətdə təhvil almışdır. Cinayət işinin 212-213-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi, polis mayoru X2 22 aprel 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi üçün cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmədə tədqiq edilərək araşdırılmış 26 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış CD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əlində olan üzərində fars yazılarına oxşar yazılar olan 01 ədəd parça paketi masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin 01 ədəd parça paketin içərisindən 05 ədəd şəffaf sellofan bağlamanı çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin cibindən 04 ədəd mobil telefon, əynində olan şalvarın cibindən 70 manat pulu, 02 ədəd plastik kartı çıxararaq masanın üzərinə qoymuşdur. Təqdim edilmiş 01 ədəd parça paketin içərisindən aşkar olunmuş 05 ədəd şəffaf sellofanın içərisinə baxış keçirtdikdə, həmin bağlamaların hər birinin içərisindən tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bağlamaların ona məxsus olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, həmin bağlamaları 26 yanvar 2022-ci il tarixdə saat 21 radələrində “whatsapp” sosial şəbəkəsi vasitəsilə ünsiyyət yaratdığı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Vahid” adlı şəxsin ona şəklini göndərdiyi Nərimanov rayonu ərazisində “Ulduz” metrostansiyasının yaxınlığından götürdüyünü, Vahid adlı şəxslə aralarında olan razılığa əsasən həmin bağlamaları “Vahid” in dediyi ünvanlara çatdırmlı olduğunu, hər kiloqrama görə 700 manat qazanacağını bildirmişdir. Aşkar edilmiş bağlamalar, 04 ədəd mobil telefon və iki ədəd bank kartı qablaşdırılaraq götürülmüş, 70 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək özünü CM-nin 206-cı maddəsi ilə təqsirli bilmədiyini, qaçaqmalçılıq etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası, ittihamda nəzərdə tutulan əməlin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs istintaq dövründə və məhkəmə iclasında verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs mobil nömrəsinə daxil olan sms mətnlərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının, həmçinin, «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02.06.2016-cı il tarixli qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən narkotik vasitə hesab edilən heroinin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qram və ondan artıq olan hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02.06.2016-cı il tarixli qərarının 19-cu bəndində göstərilmişdir ki, bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 171-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 03 mart 2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 174-175-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 13 aprel 2022-ci il tarixli 1766 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 114-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 08 fevral 2022-ci il tarixli, 1324 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 130-cu vərəqəsində olan Sumqayıt şəhər İHB-nın Corat qəsəbə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 15 fevral 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 132-ci vərəqəsində olan doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 17.03.2021-ci il təvəllüdlü bir azyaşlı övladı – X7 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 26 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 20-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 95-99-cu vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 4(005)-98/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nairliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 5199,75 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd “Xiaomi 9T”, 01 ədəd “Redmi 6” markalı mobil telefon və iki ədəd üzərində 4169 7385 9135 5262 rəqəmlər və MİRAGHA MAMMADOV yazısı olan “Umico” plastik bank kartı, 01 ədəd üzərində 4169 7413 9864 8772 rəqəmlər və ZAUR AMİROV yazısı olan "xxxx" plastik kartı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 01 ədəd DVD və 03 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” və “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5 206.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nairliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 5199,75 qram narkotik vasitə heroin məhv edilsin. 01 ədəd “Xiaomi 9T”, 01 ədəd “Redmi 6” markalı mobil telefon və iki ədəd üzərində 4169 7385 9135 5262 rəqəmlər və MİRAGHA MAMMADOV yazısı olan “Umico” plastik bank kartı, 01 ədəd üzərində 4169 7413 9864 8772 rəqəmlər və ZAUR AMİROV yazısı olan "xxxx" plastik kartı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. 01 ədəd DVD və 03 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Azad Məcidov
Hakimlər: Zeynal Ağayev
Səbuhi Hüseynov