Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1088/2023 26.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X9, X2 və X3, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X5 və Dövlət ittihamçısı, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsilsiz, işləməyən, Salyan rayonu, Kür Qaraqaşlı ərazi dairəsi, Xocalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 4-cü Mədən, nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-486/2022 nömrəli hökmü ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, o, 22 sentyabr 2022-ci il tarixdə axşam saatlarında internet vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikası vətəndaşının ona bildirdiyi koordinat üzrə Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Ağ Çiçəyim” adlı mağazanın yaxınlığında gizlədilmiş yerdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 2,448 qram çəkidə narkotik vasitə olan heroini 30 manat pul müqabilində qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, 23 sentyabr 2022-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş axtarış tədbirləri nəticəsində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 4-cü Mədəndə saxlanılaraq Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə 0,088 qram çəkidə narkotik vasitə olan heroin və yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 4-cü Mədəndə yerləşən nömrəsiz fərdi evdə axtarış keçirilərkən evin yataq otağında yerləşən güzgülü dolabın içərisindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 2,360 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İşin halları: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 22-23 sentyabr 2022-ci il tarixdə o, kirayə qaldığı evdə olduğu zaman evə 5 nəfər mülki geyimdə polis əməkdaşları daxil olaraq, məhkəmənin axtarış qərarı ilə evində axtarış aparmışlar. Həmin polis əməkdaşları Polis Bölməsinin rəis müavini Vaqif müəllim, əməliyyatçılar Nadir, Elgün, Nicat və adını bilmədiyi polis əməkdaşı olmuşdur. Polis əməkdaşları stolun üzərindəki marketdən aldığı limon duzunu narkotik vasitə şübhəsi ilə ekspertizaya göndərmişlər. İttihamda göstərildiyi kimi 2,5 qram narkotik vasitə-heroin onun olmamış, narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından 15 manata almışdır. Polis əməkdaşları onu çölə çıxarıb yaşadığı evdə axtarış aparmış, daha sonra onu içəri gətirmişlər. 0,08 qram heroin onun evində olmuş, polis əməkdaşları həmin heroini onun cibinə qoymuş, o da həmin maddəni Polis Bölməsində videoçəkiliş aparılan zaman cibindən çıxarıb təqdim etmişdir. O, özünü narkotik vasitənin istifadəçisi kimi təqsirli bilir. Polis əməkdaşları onun əllərini yapışqan lentlə bağlamış, ona qarşı fiziki zor tətbiq etmiş, əlini yapışqan lentlə bağlayıb sillə-təpiklə onu döymüşlər. Polis əməkdaşları evdə sürüyüb döydükləri üçün qolunda sıyrıqlar olmuş, buna görə də onu həmin xəsarətlərə görə Bakı İstintaq Təcridxanasında müayinədən keçirmişlər. O, döyülməsi ilə bağlı şikayət etmiş, şikayəti əsasında prokurorluqda araşdırma aparılmışdır. O, oğurluq əməlinə görə axtarışda olmuş, bu əməlinə görə də hazırda cəza çəkir. İttiham aktında göstərilən tutulması ilə bağlı qeyd edilmiş vaxtla razı deyil. Savadı olmadığından, müstəntiq ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirildiyini dedikdə inanaraq imzalamış, keçirilmiş narkoloji ekspertiza zamanı qanında narkotik vasitə aşkarlanmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğurluq cinayəti törətdiyinə görə barəsində olan axtarışdan məlumatı olmamışdır. O, əsasən yaşadığı evdən çıxmamış, narkotik vasitə olan heroinin aludəçisi olduğu üçün arabir yaşadığı evdən çıxıb internet sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığı tanımadığı şəxslərdən “kakos” kimi bildiyi narkotik vasitəni əldə edərək yaşadığı evə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin internet vasitəsilə bildirdiyi adresdən, yəni Nəsimi rayonunda “Ağ Çiçəyim” adlanan mağazanın yanında gizlətdiyi yerdən öz istifadəsi üçün narkotik vasitə olan heroini 30 manat müqabilində əldə etmiş, pulu narkotik vasitəni götürdüyü yerə gizlədib dərhal oradan uzaqlaşaraq yaşadığı evə gəlmiş və evdə yataq otağında olan güzgülü şkafın içərisinə gizlətmişdir. Həmin gün az miqdarda həmin narkotik vasitədən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə qəsəbədə olan işlərini həll etməyə gedərkən, həmin narkotik vasitədən xırda bir büküm düzəldib ağrıları başladığı təqdirdə, istifadə etməsi üçün özü ilə götürmüş, saat təxminən 11 radələrində evdən bir qədər uzaqlaşdıqdan sonra küçədə iki nəfər şəxs ona yaxınlaşaraq axtarışda olduğunu bildirib 6-cı Polis Bölməsinə dəvət etdikdə etiraz etmədən getmiş, orada hüquq və vəzifələri izah edildikdən sonra şəxsi axtarış keçirilən zaman üzərindəki bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində heroin adlanan narkotik vasitə olduğunu, əldə etmə yeri və vaxtı, habelə narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra, o, verilən suallara cavab olaraq yaşadığı evdə də narkotik vasitə olduğunu dediyindən, yaşadığı Sulutəpə qəsəbəsində yerləşən evə öz ərizəsi üzrə müvafiq qərarla axtarış keçirilmiş, orada yataq otağında gizlətdiyi narkotik vasitə olan heroin də aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. Bakı şəhəri Binəqədi şossesi ərazisində baş vermiş oğurluq hadisəsini Təqsirləndirilən şəxs və qohumu Mirzəxan törətdiyinə görə, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə yaşayış yerini dəyişmiş, sonuncu dəfə yaşadığı ünvan müəyyən olunduğuna görə əməliyyat qrupu ilə birgə Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvana gedərək sonuncunu saxlayıb polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmiş, saxlanıldığı zaman yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs evində və üzərində narkotik vasitə aşkarlanmışdır. Həmin tarixdən uzun müddət keçdiyindən təfərrüatları dəqiq xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Həmin ifadədə göstərilənlər doğrudur, həqiqəti əks etdirir. Belə ki, Şahid1 məhkəmədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində olan axtarış işi üzrə 23 sentyabr 2022-ci il tarixdə o və 6-cı Polis Bölməsinin sahə inspektoru Şahid2 Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Binəqədi rayonu 4-cü Mədən adlanan əraziyə getmişlər. Həmin gün saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında piyada hərəkət etdiyini görüb yaxınlaşaraq özlərini təqdim edib axtarış barədə məlumatlandırdıqdan sonra 6-cı Polis Bölməsinə dəvət etmişlər. Həmin bölmədə təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükülünü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində heroin adlanan narkotik vasitə olduğunu, həmin heroini xx.xx.2022-ci il tarixdə axşam vaxtı Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Ağ çiçəyim” adlı mağazanın yanında tanımadığı İran vətəndaşından 30 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə gizlətdiyini dediyinə görə razılıq ərizəsi ilə yaşadığı evdə axtarış keçirildiyi zaman yataq otağında olan güzgülü şkafın içərisindən bükümlər aşkar edilib qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Müdafiə tərəfi Şahid2 məhkəməyə gəlməsinə zərurət olmadığı, ifadəsinin elan edilməsini etiraz etmədiyi barədə vəsatət verdiyindən, Cinayət-Prosessual Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi həmin Məcəlləsinin 329-cu maddəsinə uyğun olaraq elan edilmişdir. Belə ki, Şahid2 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində olan axtarış işi üzrə 23 sentyabr 2022-ci il tarixdə o, 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birgə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Binəqədi rayonu 4-cü Mədən adlanan əraziyə gedərək saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında piyada hərəkət etdiyini görüb yaxınlaşaraq özlərini təqdim edib axtarış barədə məlumatlandırdıqdan sonra 6-cı Polis Bölməsinə dəvət etmişlər. Həmin bölmədə təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükülünü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində heroin adlanan narkotik vasitə olduğunu, həmin heroini xx.xx.2022-ci il tarixdə axşam vaxtı Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Ağ çiçəyim” adlı mağazanın yanında tanımadığı İran vətəndaşından 30 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə gizlətdiyini dediyinə görə razılıq ərizəsi ilə yaşadığı evdə axtarış keçirildiyi zaman yataq otağında olan güzgülü şkafın içərisindən bükümlər aşkar edilib qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin gün keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 4-cü mədən, fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 3) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-486/2022 nömrəli qərarından görünür ki, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. (Cild 1, iş vərəqə 7-10) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması barədə” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 21; 28) xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, xx.xx.2022-ci il tarixli “Video görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq qərara əsasən, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. (Cild 1, iş vərəqə 30; 34-36; 57) xx.xx.2022-ci il tarixli “Mənzilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs şüşədən olan kamotun (dolabın) taxtadan qapıları olan sağ gözündə 1 ədəd ağ şəffaf sellofana bükülmüş halda olan tündqəhvəyi rəngdə olan büküm, 1 ədəd şəffaf sellofana bükülmüş açıq qəhvəyi rəngdə büküm və 1 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal olan büküm və 6 ədəd gümüşü rəngdə falqanı təqdim etmişdir. (Cild 1, iş vərəqə 38-39) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5470 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərilərində “.... (imza) Həsənov...” sözləri olan 1 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,088 qram olan qəhvəyi rəngli maddə və 2 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,360 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. 2 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 44,990 qram olan ağ rəngli maddə və bir ədəd bükümdə təmiz çəkisi 8,592 qram olan sarımtıl rəngli tozşəkilli maddələrin tərkiblərində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilməmişdir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir.(Cild 1, iş vərəqə 48-49) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 59-60) xx.xx.2022-ci il tarixli Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Həsənov X4 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 69.3-cü maddələri ilə 3 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası azaldılaraq 3 il 2 ay 29 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2018-cü il tarixdə cəza müddəti başa çatdığına görə azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinn 177.2.1, 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə 2 il 9 ay 1 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(101)-486/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 il 5 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 82-84; 86-96) Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 062-35562-1122 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığının icrası ilə bağlı Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 98) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda olan aktiv mobil nömrələrin götürülməsinə dair Binəqədi rayon Polis İdarəsinin VMAS axtarış sistemində hər hansı bir mobil şəbəkəyə məxsus aktiv olan mobil nömrə aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 116) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli, 1399 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 136-137) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 675 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu ictimai təhlükəli əməli törətdiyi zaman o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (Cild 1, iş vərəqə 139-141) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 2,448 qram təşkil edən heroin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntülərini əks etdirən video görüntülərin köçürüldüyü 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,348 qram təşkil edən narkotik vasitə olan heroinin saxlanması üçün Binəqədi rayon Polis İdarəsinin Növbətçi Hissəsinə verilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 142-147) Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2- 4144/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən keçirilmiş müayinə zamanı bədəni üzərində “Sol dirsəyin, sol saidin və sol biləyin bayır səthində üzəri qərtməkli yaralar, boyunun ön divarında, hər iki saidin ön səthində çapıq toxumalar” aşkarlanmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar edilməsi ilə bağlı Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında aparılmış araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki-psixi zorakılığın təsiri altında alınması və savadsızlığı ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini, polis əməkdaşları tərəfindən döyüldüyünü desə də, Şahid1 ifadəsində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına və prokurorluq orqanlarına müraciət etmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-4144/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirildiyi zaman ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Həbs olunan zaman xəsarət aldığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında isə “Sol dirsəyin iç və sol saidin bayır səthində, sol biləyin bayır səthində üzəri qərtməkli yaralar, Qarının ön divarında, hər iki saidin ön səthində çapıqlaşmış toxuma”, “Obyektiv müayinə” adlı 14-cü qrafasında isə “Halhazırda daxili orqanları ilə bağlı şikayəti yoxdur” yazısı qeyd olunmuşdur. Bakı şəhəri Binəqədi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 929xid-23 nömrəli məktubundan görünür ki, Binəqədi rayon prokurorluğu tərəfindən həmin xüsusat üzrə aparılmış araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən, xx.xx.2022-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Belə ki, həmin qərarın təsviri-əsaslandırıcı hissəsinə əsasən Şahid1 verdiyi izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs o və Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşı Şahid2 tərəfindən saxlanılan zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamağa cəhd göstərdiyi üçün Təqsirləndirilən şəxs onları çəkişdirməyə başlamış və elə həmin vaxt özü yerə yıxılmışdır. Onlar Təqsirləndirilən şəxs yenidən ayağa qaldırmış, sonuncunu sakitləşdirməyə çalışmış, barəsində axtarış qərarının olmasını, bu səbəbdən saxlanıldığını və narahat olmamasını bildirdikdən sonra Təqsirləndirilən şəxs Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə aparmışlar. Şahid1 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə saxlanılarkən onlardan qaçmağa cəhd etmiş, bu zaman sonuncu özü yerə yıxılmış və ola bilsin ki, o, həmin xəsarəti öz ehtiyatsızlığı ucbatından həmin vaxt almışdır. Heç kim Təqsirləndirilən şəxs zorakılıq etməmiş və ya heç bir formada ona təzyiq göstərilməmişdir. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, polis əməkdaşı səlahiyyətlərini yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir və Azərbaycan Respublikası ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 13-cü maddəsinə əsasən, hazırlanan cinayət və ya digər hüquqpozmaların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görmək, cinayət və ya digər hüquqpozmalar törətmiş şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görmək polis əməkdaşının vəzifəsidir. Habelə, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2023-cü il tarixli, 675 nömrəli ekspert rəyinin tədqiqi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada əvvəllər “Üzvi şəxsiyyət pozuntusu, özünükəsmələr, yaddaş və intelektin enməsi ilə” diaqnozu təyin edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünə xəsarət yetirməyə meylli şəxs olmuşdur. Məhkəmə həmin ekspert rəyini, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, şahid ifadəsini nəzərdən keçirib belə qərara gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularkən və ya tutulduqdan sonra ona qarşı fiziki və ya psixi zorakılıq edilməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Tutularkən şəxsin polis əməkdaşının qanuni tələbindən yayınmağa cəhd etməsi ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi fiziki və ya psixi zorakılıq kimi qiymətləndirilə bilməməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanıldığı zaman üzərində ittihamda qeyd edilən miqdarda, yəni 2,5 qram çəkidə heroinin olmadığını, 0,08 qram heroinin ona məxsusluğunu, qalan hissəsinin isə polis əməkdaşları tərəfindən qoyulduğunu, habelə evdə olan limon duzunun da narkotik vasitə kimi hesab edilib ekspertizaya təqdim edildiyini bildirmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5470 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərilərində “.... (imza) Həsənov...” sözləri olan 1 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,088 qram olan qəhvəyi rəngli maddə və 2 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,360 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünün də səmimi etiraf etdiyi, üzərində olan 0,088 qram heroinlə evindən götürülmüş 1 ədəd bükümdə 2,360 qram çəkidə heroinin tərkibləri eynidir. Bu o qənaətə gəlməyə imkan verir ki, həmin narkotik vasitə eyni mənbədən əldə edilmişdir. Bundan başqa, ekspertizaya təqdim olunmuş digər maddələrin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilməmişdir. Bu isə o deməkdir ki, istintaq hərəkəti qanuni aparılmış, bütün aşkarlananlar qablaşdırılaraq ekspertizaya göndərilmiş və ekspertiza nəticəsində tərkibləri müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ekspertiza zamanı qanında narkotik vasitə aşkarlanmadığını söyləsə də, xx.xx.2023-cü il tarixli, 1399 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində 5 nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını, ittihamda tutulduğu vaxtın doğru qeyd edilmədiyini desə də, cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:00-də onun azadlığı faktiki məhdudlaşdırılmışdır. Habelə, müvafiq raportdan, digər sənədlərdən, şahid ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs Şahid1 və Şahid2 tərəfindən saxlanılmışdır. Digər polis əməkdaşlarının ona yaxınlaşması barədə cinayət işinin materiallarında hər hansı məlumat yoxdur, məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Odur ki, həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs verdiyi ifadə həqiqətə uyğun olmayan hesab olmaqla, digər mötəbər sübutlarla təkzib edilmişdir. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etməsi, daşıması və saxlamasına görə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi 2,448 qram (0,088 qr və 2,360 qr) təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə olan heroin külli miqdar təşkil edir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi formal tərkibli olduğundan, şəxs narkotik vasitə və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə həmin cinayət başa çatmış sayılır. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Bu səbəbdən də, məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən hissələrdə irəli sürülmüş ittihamı mübahisələndirməsini uğursuz özünümüdafiə taktikası kimi qiymətləndirir və bu səbəbdən də, onun məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına qismən uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini və ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürür. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş üzrə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində və evində aşkarlanmış narkotik vasitə olan heroinin təmiz çəkisinin külli miqdarda olmasına, təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə əsasən, habelə şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə isə həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halın, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-486/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi, hazırki cinayət işi üzrə irəli sürülmüş ittiham birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş cinayətlə bağlıdır. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən, tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-486/2022 nömrəli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, qəti olaraq 2 il 5 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən bugünədək davamlı olaraq həbsdə saxlanılır. Həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 23 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar X1 81 (səksən bir) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan 2 (iki) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə təmiz çəkisi 2,348 qram olan narkotik vasitə-heroin məhv edilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə aparılması videosunu özündə əks etdirən 1 (bir) DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X11 xx.xx.2023-cü il tarixli, 1399 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilən 2 (iki) il 6 (altı) ay hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla, ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş, 27 mart 2022-ci il tarixdən 29 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə cəmi 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 2 (iki) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə təmiz çəkisi 2,348 qram olan narkotik vasitə olan heroin məhv edilsin, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1088/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1088/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver