Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1088/2024 05.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1983-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2005 və 2017-ci il təvəllüdlü uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonunun Mil qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 17-ci küçə, ev 21-da yaşayan, «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 2,500 qram kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»i qanunsuz olaraq əldə edib saxlayaraq yaşadığı ünvan 1 ünvanına qədər daşımış, onun narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatın yoxlanılması məqsədi ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 sentyabr 2022-ci il tarixdə saat 15:40 radələrində yaşadığı ünvanında saxlanılaraq ünvan 2 Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün saat 17:50-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı naməlum mənbədən satış məqsədi ilə əldə edib yaşadığı evdə “Rothmans” markalı siqaret qutusunda 2 ədəd gümüşü rəngli falqa bükümün içərisində saxladığı və əynindəki şalvarının sol yan cibində “Prima” markalı siqaret qutusunda 1 ədəd gümüşü rəngli falqa bükümün içərisində saxlayaraq daşıdığı, ayrı-ayrılıqda təmiz çəkiləri 1,447 qram, 0,432 qram və 0,621 qram, ümumi təmiz çəkisi 2,500 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin əvvəllərindən «kakos» adlanan narkotik vasitə olan heroindən istifadə etmişdir. Həmin ilin sentyabr ayında Səbail RPİ-nin 41ci PB-nin əməkdaşları tərəfindən yaşadığı Badamdar qəsəbəsi 3-cü massiv 17-ci küçə 21 saylı evində saxlanılmışdır. Saxlanılan zaman üzərində cəmi bir çet, yəni 0,5 qramdan aşağı çəkidə heroin olmuşdur. Qonşusu Şahid1 onun həyətində usta işləyirdi. Həmin gün Şamildən polislər heroin aşkar etmiş, həmin heroini 2 yerə bölərək onun üzərinə polis bölməsində baxış keçirildikdə şişirdilmiş rəqəm yazmışlar, onda 0,5 qramdan yuxarı narkotik vasitə olmamışdır. Şamili polislər buraxmışlar, onu isə saxlamışlar. Buna baxmayaraq onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o buraxılmışdır. Bundan başqa 05 noyabr 2022-ci il tarixdə axşam saat 24 radələrində evində ona tibb bacısı sistem qoşduğu zaman evinə polis əməkdaşları daxil olmuşlar. Onlardan birini Elvin adlı şəxsi tanıyır. Elvin bildirmişdir ki, ərazidə telefon oğurluğu olmuş, onlar ondan şübhələnirlər. Bundan sonra onu 41-ci PB-nə aparmışlar. Orada ona fiziki və psixoloji təzyiqlər edərək oğurluğu etiraf etməsini istəmişlər. Lakin oğurluğu törədən şəxs müəyyən edilib saxlanılsa da onu buraxmamışlar, üzərinə 1,208 qram heroin bükümü qoyaraq bunu ona məxsus vasitə kimi sənədləşdirmişlər. Halbuki onda heç bir qanunsuz əşya olmamışdır. Onu da bildirir ki, qohumları DİN-nin 102 xidmətinə zəng edib şikayətlənmişlər, evinə isə 2 polis əməkdaşı gedib axtarış etsələr də qanunsuz heç bir əşya müəyyən edə bilməmişlər. İkinci dəfə evinə polis əməkdaşı girmək istədikdə onu həyat yoldaşı evə buraxmamışdır. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməmiş və o 3 gün polisdə saxlanıldıqdan sonra evinə buraxılmışdır. O, ona qarşı edilmiş təzyiqlərlə əlaqədar heç bir dövlət orqanına şikayət etməmiş, xəsarətləri olmadığı üçün həkimə müraciət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin 41-ci polis bölməsinin əməkdaşı Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-ə olan qonşulardan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkomanlarla görüşərək narahatçılıq yaratmasına dair məlumatlar daxil olmuşdur. Bununla bağlı 12 sentyabr 2022-ci il tarixdə bölmənin rəhbərliyinə məruzə etdikdən sonra İbrahim adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədəmüvafiq hesab edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, üzvləri isə bölmənin sahə inspektorları Şahid5 və Şahid4 təyin edilmişlər. Həmin gün saat 15 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı Badamdar qəsəbəsində 3cü massivdə 17-ci küçəsindəki 21 saylı evin həyətində olan köməkçi tikilinin qarşısına gedərək İbrahimi səsləyərək bayıra çıxmasını təklif etmişlər. O da tikilidən çölə çıxmışdır. Özlərini ona təqdim etdikdən sonra evində kənar şəxslərin olması ilə maraqlanmışlar. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, evində 2 qonağı vardır. Bundan sonra Təqsirləndirilən şəxs icazəsi və razılığı ilə həmin tikiliyə keçərək orada daha 2 nəfər şəxsi görmüşlər. Xatırladığı qədər bu şəxslər orta yaşlı adları Şamil və Rövşən olan şəxslər idi. Tikilidə olan kiçik masanın üzərində siqaret qutusu onların diqqətini çəkmişdir. Onlar həmin qutunu açıb orada sellofanın arxasında gümüşü falqadan olan 2 büküm aşkar etmişlər. Təqsirləndirilən şəxs bu bükümlərin içərisində nə olmasını barədə sual verdikdə İbrahim həmin bükümlərdə narkotik vasitə heroin olduğunu və həmin heroinin ona məxsus olmasını etiraf etmişdir. Şamil və Rövşən adlı şəxslər isə narkotik vasitələrinin aludəçiləri olduqlarını və İbrahimin evinə məhz bu vasitələri qəbul etmək üçün gəldiklərini etiraf etmişlər. Masa üzərindəki bükümlər siqaret qutusu ilə birlikdə akt yazılmaqla və şəkilləri çəkilməklə tərəfindən götürülmüş və həmin akt hamı tərəfindən imzalanandan sonra onlar məsələnin araşdırılması üçün Təqsirləndirilən şəxs, Şamil və Şahid2ləri 41-ci polis bölməsinə gətirmişlər. Bölmədə həmin şəxslər təhqiqatçı tərəfindən sorğu-sual edilmiş, onların üzərinə şəxsi axtarış keçirilməsi üçün vəkillər dəvət olunmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. O, təhqiqatçıya Təqsirləndirilən şəxs yaşadığı ünvandan aktla götürdüyü siqaret qutusunun içərisindəki bükümləri təqdim etmişdir. Axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir. İbrahimə təklif olunmuşdur ki, üzərində daşınması qeyri qanuni olan əşya və ya predmetlər varsa könüllü təqdim etsin. İbrahim əynindəki şalvarının sol yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb masa üzərinə qoymuş və həmin qutunun içərisində gümüşü rəngli falqadan olan bir büküm aşkar edilmişdir. Büküm açıldıqda isə onun içərisində qəhvəyi rəngli toz halında maddə kütləsi aşkar edilmişdir. Bundan sonra İbrahimin evində aşkar edib təhqiqatçıya təqdim etdikləri siqaret qutusunun içərisindəki bükümlər də açılmış və onların içərisində həmçinin qəhvəyi rəngli toz şəkilində maddə kütlələri aşkar edilmişdir. Sorğu-sual zamanı İbrahim aşkar edilmiş ümumilikdə 3 ədəd bükümdəki maddənin heroin olduğunu, həmin maddələri şəxsi istehlak üçün Yasamal rayonunun ərazisində tanımadığı şəxsdən 20 manata aldığını, onlardan Şamil və Rövşən adlı şəxslərlə birlikdə istifadə edəcəyini, lakin saxlanıldıqları üçün bunu edə bilməmişlər. Bundan sonra aşkar edilmiş maddələr bir kağız zərfə qablaşdırılmış, zərf möhürlənmiş, zərf baxışda iştirak edən bütün şəxslər tərəfindən imzalamış və sonra da prosesual hərəkətlə bağlı tərtib olunmuş protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru Şahid4 ifadəsində göstərmişdir ki, o, 41-ci PB-də 2022-ci ilin fevral ayından xidmətə başlamış, Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-ə olan qonşulardan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkomanlarla görüşərək narahatçılıq yaratmasına dair məlumatlar daxil olmuşdur. Bununla bağlı 12 sentyabr 2022-ci il tarixdə bölmənin rəhbərliyinə məruzə etdikdən sonra İbrahim adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədəmüvafiq hesab edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, üzvləri isə bölmənin sahə inspektorları Şahid5 və Şahid3 təyin edilmişlər. Həmin gün saat 15 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı Badamdar qəsəbəsində 3cü massivdə 17-ci küçəsindəki 21 saylı evin həyətində olan köməkçi tikilinin qarşısına gedərək İbrahimi səsləyərək bayıra çıxmasını təklif etmişlər. O da tikilidən çölə çıxmışdır. Özlərini ona təqdim etdikdən sonra evində kənar şəxslərin olması ilə maraqlanmışlar. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, evində 2 qonağı vardır. Bundan sonra Təqsirləndirilən şəxs icazəsi və razılığı ilə həmin tikiliyə keçərək orada daha 2 nəfər şəxsi görmüşlər. Bu şəxslər orta yaşlı adları Şamil və Rövşən olan şəxslər idi. Tikilidə olan kiçik masanın üzərində siqaret qutusu onların diqqətini çəkmişdir. Onlar həmin qutunu açıb orada sellofanın arxasında gümüşü falqadan olan 2 büküm aşkar etmişlər. Təqsirləndirilən şəxs bu bükümlərin içərisində nə olmasını barədə sual verdikdə İbrahim həmin bükümlərdə narkotik vasitə heroin olduğunu və həmin heroinin ona məxsus olmasını etiraf etmişdir. Şamil və Rövşən adlı şəxslər isə narkotik vasitələrinin aludəçiləri olduqlarını və İbrahimin evinə məhz bu vasitələri qəbul etmək üçün gəldiklərini etiraf etmişlər. Masa üzərindəki bükümlər siqaret qutusu ilə birlikdə akt yazılmaqla və şəkilləri çəkilməklə onlar tərəfindən götürülmüş və həmin akt hamı tərəfindən imzalanandan sonra onlar məsələnin araşdırılması üçün Təqsirləndirilən şəxs, Şamil və Şahid2ləri 41-ci polis bölməsinə gətirmişlər. Bölmədə həmin şəxslər təhqiqatçı tərəfindən sorğu-sual edilmiş, onların üzərinə şəxsi axtarış keçirilməsi üçün vəkillər dəvət olunmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şahid3 təhqiqatçıya Təqsirləndirilən şəxs yaşadığı ünvandan aktla götürdüyü siqaret qutusunun içərisindəki bükümləri təqdim etmişdir. Axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir. İbrahimə təklif olunmuşdur ki, üzərində daşınması qeyri qanuni olan əşya və ya predmetlər varsa könüllü təqdim etsin. İbrahim əynindəki şalvarının sol yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb masa üzərinə qoymuş və həmin qutunun içərisində gümüşü rəngli falqadan olan bir büküm aşkar edilmişdir. Büküm açıldıqda isə onun içərisində qəhvəyi rəngli toz halında maddə kütləsi aşkar edilmişdir. Bundan sonra İbrahimin evində aşkar edib təhqiqatçıya təqdim etdikləri siqaret qutusunun içərisindəki bükümlər də açılmış və onların içərisində həmçinin qəhvəyi rəngli toz şəkilində maddə kütlələri aşkar edilmişdir. Sorğu-sual zamanı İbrahim aşkar edilmiş ümumilikdə 3 ədəd bükümdəki maddənin heroin olduğunu, həmin maddələri şəxsi istehlak üçün Yasamal rayonunun ərazisində tanımadığı şəxsdən 20 manata aldığını, onlardan Şamil və Rövşən adlı şəxslərlə birlikdə istifadə edəcəyini, lakin saxlanıldıqları üçün bunu edə bilməmişlər. Bundan sonra aşkar edilmiş maddələr bir kağız zərfə qablaşdırılmış, zərf möhürlənmiş, zərf baxışda iştirak edən bütün şəxslər tərəfindən imzalamış və sonra da prosesual hərəkətlə bağlı tərtib olunmuş protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-ə olan qonşulardan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkomanlarla görüşərək narahatçılıq yaratmasına dair məlumatlar daxil olmuşdur. Bununla bağlı 12 sentyabr 2022-ci il tarixdə bölmənin rəhbərliyinə məruzə etdikdən sonra İbrahim adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədəmüvafiq hesab edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, üzvləri isə bölmənin sahə inspektorları Şahid3 və Şahid4 təyin edilmişlər. Həmin gün saat 15 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı Badamdar qəsəbəsində 3-cü massivdə 17-ci küçəsindəki 21 saylı evin həyətində olan köməkçi tikilinin qarşısına gedərək İbrahimi səsləyərək bayıra çıxmasını təklif etmişlər. O da tikilidən çölə çıxmışdır. Özlərini ona təqdim etdikdən sonra evində kənar şəxslərin olması ilə maraqlanmışlar. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, evində 2 qonağı vardır. Bundan sonra Təqsirləndirilən şəxs icazəsi və razılığı ilə həmin tikiliyə keçərək orada daha 2 nəfər şəxsi görmüşlər. Xatırladığı qədər bu şəxslər orta yaşlı adları Şamil və Rövşən olan şəxslər idi. Tikilidə olan kiçik masanın üzərində siqaret qutusu onların diqqətini çəkmişdir. Onlar həmin qutunu açıb orada sellofanın arxasında gümüşü falqadan olan 2 büküm aşkar etmişlər. Təqsirləndirilən şəxs bu bükümlərin içərisində nə olmasını barədə sual verdikdə İbrahim həmin bükümlərdə narkotik vasitə heroin olduğunu və həmin heroinin ona məxsus olmasını etiraf etmişdir. Şamil və Rövşən adlı şəxslər isə narkotik vasitələrinin aludəçiləri olduqlarını və İbrahimin evinə məhz bu vasitələri qəbul etmək üçün gəldiklərini etiraf etmişlər. Masa üzərindəki bükümlər siqaret qutusu ilə birlikdə akt yazılmaqla və şəkilləri çəkilməklə tərəfindən götürülmüş və həmin akt hamı tərəfindən imzalanandan sonra onlar məsələnin araşdırılması üçün Təqsirləndirilən şəxs, Şamil və Şahid2ləri 41-ci polis bölməsinə gətirmişlər. Bölmədə həmin şəxslər təhqiqatçı tərəfindən sorğu-sual edilmiş, onların üzərinə şəxsi axtarış keçirilməsi üçün vəkillər dəvət olunmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. O, təhqiqatçıya Təqsirləndirilən şəxs yaşadığı ünvandan aktla götürdüyü siqaret qutusunun içərisindəki bükümləri təqdim etmişdir. Axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir. İbrahimə təklif olunmuşdur ki, üzərində daşınması qeyri qanuni olan əşya və ya predmetlər varsa könüllü təqdim etsin. İbrahim əynindəki şalvarının sol yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb masa üzərinə qoymuş və həmin qutunun içərisində gümüşü rəngli falqadan olan bir büküm aşkar edilmişdir. Büküm açıldıqda isə onun içərisində qəhvəyi rəngli toz halında maddə kütləsi aşkar edilmişdir. Bundan sonra İbrahimin evində aşkar edib təhqiqatçıya təqdim etdikləri siqaret qutusunun içərisindəki bükümlər də açılmış və onların içərisində həmçinin qəhvəyi rəngli toz şəkilində maddə kütlələri aşkar edilmişdir. Sorğu-sual zamanı İbrahim aşkar edilmiş ümumilikdə 3 ədəd bükümdəki maddənin heroin olduğunu, həmin maddələri şəxsi istehlak üçün Yasamal rayonunun ərazisində tanımadığı şəxsdən 20 manata aldığını, onlardan Şamil və Rövşən adlı şəxslərlə birlikdə istifadə edəcəyini, lakin saxlanıldıqları üçün bunu edə bilməmişlər. Bundan sonra aşkar edilmiş maddələr bir kağız zərfə qablaşdırılmış, zərf möhürlənmiş, zərf baxışda iştirak edən bütün şəxslər tərəfindən imzalamış və sonra da prosesual hərəkətlə bağlı tərtib olunmuş protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin 41-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş tədbirlə bağlı tanıyır. Belə ki, xidməti ərazidə xx.xx.2022-ci il tarixdə azyaşlı Vahid Nəcəfova qarşı edilmiş soyğunçuluqla bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş, az yaşlının ona qarşı cinayət əməli törədən şəxsin zahiri əlamətlərinə uyğun olaraq Badamdar qəsəbəsi, 3-cü Massiv 17-ci küçədə rastlaşdıqları Təqsirləndirilən şəxs və onun qardaşını həmin zahiri əlamətlərə oxşarlığını nəzərə alaraq hər ikisini saxlayıb 41-ci PB-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə soyğunçuluqla bağlı digər polis əməkdaşları tərəfindən başqa şəxslər də gətirilmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra polis bölməsinə gətirdikdə o, özü etiraf etmişdir ki, narkotik vasitə istifadəçisidir, üzərində də narkotik vasitə olan heroin vardır. Polis bölməsində təhqiqatçının rəhbərliyi ilə dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əynindəki boz rəngli idman şalvarının sol yan cibindən siqaretin gümüşü rəngli kağıza bükülmüş vasitəni Təqsirləndirilən şəxs təhqiqatçının təklifindən sonra özü könüllü olaraq təqdim etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda qəhvəyi rəngli, toz şəkilli heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq həmin vasitəni şəxsi istifadəsi üçün 20 manata əldə etdiyini bildirmişdir. Ona xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol elan edilmiş, həmin protokola aid CD disk nümayiş etdirilmiş, onun xx.xx.2022-ci il tarixdə bölmə rəisinə təqdim etdiyi raport elan edilmişdir. Raportdan müəyyən olunur ki, o, xx.xx.2022-ci il tarixdə saat 05.30 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ərazisində azyaşlıya qarşı törədilmiş soyğunçuluq hadisəsi ilə əlaqədar həmin ərazidə özü tikili evlərdə yaşayan X11, Təqsirləndirilən şəxs, X14 və X8 cinayət törətməkdə şübhəli olduqlarına görə 41-ci PB-nə dəvət etmişdir. Söhbət zamanı həmin şəxslər narkotik istifadəçisi olduqlarını bildirmişlər. Odur ki, həmin şəxslərin üzərində narkotik vaistələrin olması ehtimalının yoxlanılmasını bölmə rəisindən xahiş etmişdir. Bu raportun məzmununu təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş görüntüdən də müəyyən olunur ki, həmkarları Zahir Əlihəsənov və Şahid8 həmin baxışda iştirak etmişlər. Videoçəkilişi isə həmkarlarından Şahid8 aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin 41-ci polis bölməsinin YYÇİ üzrə baş inspektoru Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş tədbirlə bağlı tanıyır. Belə ki, o, birbaşa bu şəxsin saxlanılmasında iştirak etməsə də sonuncunun üzərinə təhqiqatçı tərəfindən baxış keçirilməsində iştirak etmiş və Təqsirləndirilən şəxs narkotik vasitə heroini təhqiqatçıya təqdim etməsini təsdiq edir. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi, xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə protokolu elan edilmiş, həmçinin bu baxışla bağlı CD diskdə olan görüntülər nümayiş edilmişdir. Verdiyi ifadəsini, imzaladığı baxış protokolu və CD diskdə olan həmin baxışı əks etdirən görüntüləri təsdiq edir. Məhkəmədən xahiş edir ki, hadisədən artıq 2 ilə yaxın vaxt keçdiyi üçün müəyyən halları xatırlamadığını nəzərə alsın, lakin Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunduğunu xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin 41-ci polis bölməsinin CAŞ-nin kiçik inspektoru Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş tədbirlə bağlı tanıyır. Belə ki, o, həmin bölmədə 5 ilə yaxın xidmət edir. Təqsirləndirilən şəxsin üzərinə xx.xx.2022-ci il tarixdə keçirilmiş baxışda iştirak etməsini xatırlayır. Lakin uzun müddət keçdiyi üçün Təqsirləndirilən şəxs saxlanılmasında iştirakını xatırlamır. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi, xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə protokolu elan edilmiş, həmçinin bu baxışla bağlı CD diskdə olan görüntülər nümayiş edilmişdir. Verdiyi ifadəsini, imzaladığı baxış protokolu və CD diskdə olan həmin baxışı əks etdirən görüntüləri təsdiq edir. Hətta onu xatırladı ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı videogörüntünü şəxsən o aparmışdır. Şahidlər Şahid7 və Şahid8 ifadələri ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs əlavə ifadə verərək göstərmişdir ki, bu şahidlərin heç biri onun saxlanılmasında iştirak etməmiş, lakin bölmədə üzərinə keçirilən baxışda iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Özü haqqında bildirir ki, o, 12 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həyətində iş görmək üçün digər tanışı Şahid2lə İbrahimin yaşadığı Badamdar qəsəbəsi, 3-cü massiv, 17-ci küçə, ev 21-ə getmişlər. Həmin yerdə yardımçı tikilidə üçü bir yerdə olduqları zaman həmin tikiliyə polis əməkdaşları daxil olub onların üçünü də saxlayıb Səbail RPİ-nin 41-ci PB-nə aparmışlar. Həmin vaxt onun üzərində narkotik vasitə heroin olmuş və həmin heroin üzərinə baxış zamanı aşkar edilməklə o, cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində hökm çıxmaqla bir il müddətinə azadlıqdan məhrum edilmiş, cəzasını çəkib qurtarmışdır. Ona cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli narkotik vasitəyə bənzər kütlənin götürülməsi haqqında akt elan edildi. Həmin aktdan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda Təqsirləndirilən şəxs, o və Şahid2 olmuş, otaqdakı jurnal masasının üzərində bir ədəd göy rəngli “ROTHMANS” markalı siqaret qutusunun sellofanın arxasında iki ədəd bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar olunmuş, ev sahibi Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olması və ona aid olduğunu bildirmişdir. Həmin aktın sonunda onun ad-soyadının qarşısında olan imza ona məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Bildirir ki, əri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 17-ci küçə, ev 21-də yaşayır. xx.xx.2022-ci il tarixdə evdə olmuş, bacısı Cəmalə də şirniyyat bişirmək üçün onlara gəlmişdir. Həmin vaxt əri səhər olduğu üçün yatağında idi. Çöldən ərini kimsə səsləmiş, o, qapını açdıqda bir neçə nəfər şəxs özlərini polis kimi təqdim edərək bildirmişlər ki, məhəllədə azyaşlı uşağın telefonunu əlindən alıblar. Bu məsələ ilə bağlı əri Təqsirləndirilən şəxs onlarla birlikdə bölməyə getməlidir. Əri paltarını geyinib polislərlə birlikdə çıxıb getmişdir. Ərindən gün ərzində xəbəri olmadığı üçün 2 dəfə DİN-nin 102 xidmətinə zəng etmiş, nəhayət o və atası 41-ci PB-nə gedərək məlumat almışlar ki, əri narkotik vasitəsinə görə saxlanılmışdır. Əri buraxıldıqdan sonra ondan bilmişdir ki, məhəllədəki oğurluq törədən şəxs tutulmuş, lakin buna baxmayaraq ərini buraxmamışlar. Əlavə olaraq qeyd etmək istəyir ki, əri İbrahimlə yanaşı qaynı Ruslanı da polisə aparmışlar. Əri İbrahim narkoman olmuş, narkotikdən istifadə etmiş, hətta bir dəfə xx.xx.2022-ci il tarixdə bu məsələ ilə bağlı saxlanılmış və üzərindən narkotik aşkar edilmişdir. Həmin məsələ ilə bağlı şikayətçi deyillər, lakin xx.xx.2022-ci il tarixdə ərini yataqdan durğuzub aparmışlar. Onun üzərində həmin vaxt heç nə olmamışdır, bunu əri də polisdən buraxıldıqdan sonra demişdir. Ərinin deməsinə görə ona qarşı xx.xx.2022-ci il tarixdə polisdə olduğu zaman fiziki zor tətbiq edilmiş, lakin bununla bağlı nə əri, nə də ki, o, heç bir dövlət orqanına müraciət etməmişlər. Həkimə tibbi yardım üçün müraciət etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı Gülnarın əridir. Bacısıgilin ailəsi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 17-ci küçə, ev 21-də yaşayır. xx.xx.2022-ci il tarixdə o, səhər-səhər bacısıgilə şirniyyat bişirmək üçün gəlmişdir. Orada olduğu zaman evə polis əməkdaşları gələrək İbrahimi özləri ilə aparmışlar. Bundan sonra o, öz evinə çıxıb getmişdir. Sonradan bilmişdir ki, İbrahimdən narkotik aşkar edilmiş, lakin o, polisdən evinə buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Bildirir ki, qardaşı ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 17-ci küçədə ayrı tikilidə yaşayır. xx.xx.2022-ci il tarixdə o, evdə olmuş və səhər-səhər məhəllədə baş vermiş telefon oğurluğu ilə əlaqədar onu qardaşı İbrahimlə yanaşı məhəlləyə gələn polis əməkdaşları rayonun 41-ci PB-nə aparmışlar. Oğurluq hadisəsini törədən şəxs tutulsa da həmin şəxs tutulana qədər onu və qardaşını polis əməkdaşları döymüş, hətta qardaşının üstünə narkotik də qoymuşlar. Bundan sonra onu və qardaşını evə buraxmışlar. O, döyülməsi ilə əlaqədar heç bir dövlət orqanına müraciət etməmiş, həkimə getməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə təqsirliliyi məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 xx.xx.2022-ci il tarixli raportundan, “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə” həmin tarixli qərardan, 726-299-22 nömrəli həmin tarixli “əməliyyat qrupunun yaradılması barədə” əmrdən müəyyən olunur ki, “İbrahim” adlı şəxsin narkotik vasitələrin saxlaması və qəbulu ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədilə, vətəndaş Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat-axtarış tədbirlərməsi nəzərdə tutulmuş və bunun üçün yaradılmış əməliyyat qrupuna Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşları rəhbər kimi əməliyyat müvəkkili Şahid3, üzvləri kimi isə polis sahə inspektoru, polis kapitanı Şahid5 və sahə inspektoru, polis polkovnik-leytenantı Şahid4 daxil edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşları rəhbər kimi əməliyyat müvəkkili Şahid3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “narkotik vasitəyə bənzər kütlənin götürülməsi haqqında” aktdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 17-ci küçədə yerləşən 21 nömrəli evdə tiryəkxana saxladığı ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbiri keçirilmiş, həmin ünvana tədbirin iştirakçıları gələrək Təqsirləndirilən şəxs yaşadığı evdə Şamil və Rövşən adlı şəxslərdə müəyyən edilmişdir. Evin otağında jurnal masasının üzərində 01 ədəd göy rəngli "Rothmans" adlı siqaret qutusunun içərisində iki büküm narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülmüş, ilkin şifahi sorğu zamanı ev sahibi Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olması və ona aid olduğunu bildirmişdir. Həmin şəxslər və aşkar edilmiş kütlə PB-nə aparılması təmin edilmişdir. Həmin akt saxlanılan şəxslər tərəfindən imza qoyulmaqla təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə şübhəli bilinərək müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə 12 sentyabr 2022-ci il tarixdə saat 15.40 dəqiqədən tutulmuş hesab edilmişdir. Tutulmasının əsasları isə xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, özünü narkotik vasitələrin qəbulunda və qanunsuz dövrüyyəsində şübhəli apardığına görə Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə aparılmış, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Fərrux Tarverdiyev tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra o əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd «Prima» siqrate qutusunu çıxarıb təqdim etmişdir. Siqaret qutusunun içərisində bir ədəd siqaretin gümüşü kağızından olan bükülü içərisində tünd qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş göy rəngli «Rothmans» siqaret qutusunun içərisində 02 ədəd gümüşü kağıza bükülmüş halda aşkar edilmiş tünd qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlənin ona məxsus olduğunu və həmin narkotik vasitələrin «kakos» olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrindən üzərində olanını özü istifadə etmək məqsədi ilə saxladığını, qalan 02 ədəd bükümdə olan narkotik vasitələri ilə Şamil və Rövşən adlı şəxslərlə evində istifadə etmək üçün təşkil etdiyini, aşkar edilmiş narkotik vasitələri 20 manata Yasamal rayonunun ərazisində aldığını bildirmişdir. Aşkar olunmuş kütlələr götürülərək bir ədəd kağız zərfə qoyulub möhürlənmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin dindirilməsi haqqında” xx.xx.2022-ci il tarixli və “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan müəyyən olunur ki, 12 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində o, Yasamal rayonunun ərazisinə «İnşaatçılar» metrostansiyasının yanına yola düşmüşdür ki, orada səyyar satıcıların birindən şəxsi istifadəsi üçün «kakos» alsın. O, həmin yerə gəldikdə səyyar satıcıların birinə rast gəlmiş və sonuncudan 20 manat müqabilində gümüşü rəngli 3 falqaya bükülmüş halda heroin almışdır. Həmin heroini alandan sonra günorta saatları olardı ki, evə qayıtmış və yaşayış evinə bitişik olan bir mərtəbəli tikiliyə girib həmin bükümlərin birində olan heroini çəkmə yolu ilə istifadə etməyə hazırlaşırmış. Ailə üzvləri onun narkoman olduğunu bilmirlər. O, həmişə ailə üzvlərindən gizli həmin tikiliyə girib heroini orada istehlak edir. Həmin tikili bir otaqdan ibarətdir, girişi isə ayrıdır, evin həyətyanı sahəsindəndir. O, «kakos»u çəkməyə hazırlaşarkən, Badamdar qəsəbəsində tikintilərin birində fəhlə işləyən Şamil həyətinə gələrək onu səsləyib çağırmış və o həyətə çıxanda sonuncunun yanında başqa bir nəfər, adını sonradan Rövşən bildiyi şəxsin olduğunu görmüşdür. Şamil həmin adamın dayısı oğlu olduğunu, onun evinin yanından keçdikləri üçün gəldiklərini demiş və vəziyyətin pis olmağı ilə bağlı ondan xahiş etmişdir ki, yanındakı Rövşənə çəkmək üçün bir qədər «kakos» versin. O, Şamil və Rövşəni həmin otağa buraxmış və onlar oturub bir qədər söhbət edəndən sonra söhbət əsnasında Şamil üzərində şəxsi istifadəsi üçün «kakos» olduğunu, həmin «kakos»u istehlak etmək istəyən zaman Yasamal rayonunda Rövşənlə təsədüfən görüşdüyünü, sonuncunun da «kakos»u çəkmək istədiyi ona bildirdiyindən onun yanına gəldiklərini demişdir. O, etiraz etməmiş və masa üzərində siqaret qutusunun içində olan 2 bükümlərdən birində olan «kakos»u Rövşənə çəkmək üçün verə biləcəyini demişdir. Yasamal rayonunda aldığı 3 bükümdən biri onun əynindəki şalvarının cibində olmuşdur. Elə bu zaman oturduqları otağın qapısı döyülmüş və bir neçə nəfər polis əməkdaşları gəlib özlərini təqdim edəndən sonra içəri daxil olmalarına icazə istəmişdilər. Polis əməkdaşları içəri daxil olandan sonra masa üzərindəki siqaret qutusunun içərisində saxladığı iki büküm «kakos» aşkar etmişdilər. Orada olan şifahi sorğu-sual zamanı o, üzərində də narkotik vasitənin olmasını bildirmişdir. Həmin iki büküm polis əməkdaşları tərəfindən götürülmüş və müvafiq akt tərtib olunmuşdur. Hamı həmin aktı imzalamışdır. Sonra onları 41-ci polis bölməsinə aparmışdılar. Orada onları ayrı-ayrı otaqlara salmışdılar. Bölməyə daxil olarkən onun mobil telefonu alınmış və sonra onu təhqiqatçının yanına aparmışdılar. Təhqiqatçı onun müvafiq sənədlər tərtib etmiş, sonra onun üçün vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə ona bildirilmişdir ki, üzərinə baxış keçiriləcək. Sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Polis əməkdaşlarının evində aşkar etdikləri siqaret qutusu baxış zamanı açılmış və içərisində olan 2 büküm heroin aşkar edilmişdir. Sonra o, əynindəki şalvarının sol cibində siqaret qutusunun içərisində saxladığı kakosu da polis əməkdaşlara təqdim etmişdir. Polis əməkdaşlarının sualları şifahi cavablandırmış və ondan götürülmüş bükümlər zərfə qoyulduqdan sonra çəkiliş bitmişdir. Sonra baxışla bağlı protokol tərtib edilmişdir. Protokol iştirakçılar tərəfindən imzalanmış və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən protokola öz xətti ilə “ifadəmi oxudum düz yazılıb, imzamla təsdiq edirəm” qeydi əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail rayon məhkəməsinin 4(009)- 375/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası DİN Səbail RPİ-nin 41-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid3 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə adı qeyd xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 13 sentyabr 2022ci il tarixli, 6/5139 №-li rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №239» dairəvi möhür əksi olan, «Vətəndaş Təqsirləndirilən şəxs…» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,447 qram, 0432 qram, 0,621 qram ümumi təmiz çəkisi 2,500 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs evindən və üzərindən götürülmüş 3 ədəd bükümdəki heroinin öz aralarında, eləcə də Şahid1 götürülmüş heroinlə eyni tərkibli olub-olmasını müəyyənləşdirilməsi məqsədi ilə tərəfimdən qəbul etdiyim qərarla əlavə məhkəmə-kimyəvi ekspertizası təyin edilmişdir. Həmin ekspertizanın 12 oktyabr 2022-ci il tarixli 6/5318 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65» dairəvi möhür əksləri olan, üzərində «6/5139…13 sentyabr 2022-ci il …» sözləri, soyad və imzalar qeyd edilmiş və «6/5140…13 sentyabr 2022-ci il…» sözləri, soyad və imzalar qeyd edilmişiki ədəd kağız paketdə olan üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,397 qram, 0,382 qram, 0,571 qram ümumi təmiz çəkisi 2,350 qram heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, bir ədəd bükümdə təmiz çəkisi 0,606 qram heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil etmir. Məhkəmədə elan edilib araşdırılmış 12 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs evindən və üzərindən götürülmüş 3 ədəd bükümdəki heroinin, 07 noyabr 2022-ci il tarixdə üzərindən aşkar edilmiş heroinin öz aralarında eyni tərkibli olub-olmasını müəyyənləşdirilməsi məqsədi ilə tərəfimdən qəbul etdiyim 07 yanvar 2023-cü il tarixli qərarla əlavə məhkəməkimyəvi ekspertizası təyin edilmişdir. Həmin ekspertizanın 09 fevral 2023-cü il tarixli 6/179 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65» dairəvi möhür əksləri olan iki ədəd kağız paketdə, üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №68» dairəvi möhür əksləri olan «6/5318…13 oktyabr 2022-ci il…» sözləri, soyad və imzalar qeyd edilmiş üç ədəd bükümdə ümumi təmiz çəkisi 2,230 qram heroin ilə üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №68» dairəvi möhür əksləri, «6/6450…1HK-1015…» sözləri qeyd edilmiş vəziyyətdə təqdim edilmiş kağız paketin içərisində zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,158 qram heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X27 Şəxs tərəfindən təqdim edilmiş narkoloji ekspertizanın 21 oktyabr 2022-ci il tarixli, 6222 №-li ekspert rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müayinə zamanı opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ərazisində azyaşlıya qarşı törədilmiş soyğunçuluq hadisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə saat 05:30 radələrində 3-cü yaşayış massivi ərazisində özü tikili evlərdə yaşayan xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və digərləri şübhəli olduqlarına görə Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nə dəvət olunmuşlar və söhbət əsnasında narkotik vasitə istifadəçisi olduqlarını bildirmişlər. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikas CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 07 noyabr 2022ci il tarixdə müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə həyata keçirilmiş, Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı, polis leytenantı Ənvər Məlikov tərəfindən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd gümüşü kağıza bükülü içərisində tünd qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin özünə məxsus olduğunu, həmin maddənin narkotik vasiət «kokos» olduğunu, onu şəxsi istifadəsi üçün Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 20 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş kütlə götürülərək bir ədəd kağız zərfə qoyulub möhürlənmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 07 noyabr 2022-ci il tarixli, 6/6450 №-li rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №239» dairəvi möhür əksi və «Vətəndaş Təqsirləndirilən şəxs – imza, vəkil imza, iştirakçılar – üç imza…» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi – 1,208 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin birləşdirilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan müəyyən olunur ki, ********* və ********* nömrəli cinayət işləri üzrə araşdırılan cinayət hadisələri üzrə eyni şəxs, yəni Təqsirləndirilən şəxs qismində cəlb edildiyindən cinayət işləri bir icraatda birləşdirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilərək ona elan edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin ***-**** nömrəli xx.xx.2022-ci il tarixli “xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab” məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon məhkəməsinin 4(009)-375/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefonda olan məlumatlara baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş Samsung A3 markalı mobil telefonunda olan məlumatlara baxış keçirilmişdir və baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan mobil telefon aparatı sensor ekranla təchiz edilib, monolit tiplidir, içərisində 1 GSM kartın (***-***-**-** nömrəli ) olması aşkar edilmişdir. Telefon cihazında olan məlumatları qoruyan «isko» sözü icra edildikdən sonra «Smslar» qovluğu açıldı. Həmin qovluqda mobil şəbəkənin sistem «sms»ləri və digər abunəçilərlə olan «sms» məzmunları aşkar edilsə də onlar araşdırma predmeti üçün əhəmiyyət kəsb etmir. Bundan sonra «Galery» qovluğu açıldı və burada əsasən ailə şəkillərinin və videoçarxların olması müşahidə edilir. Bu qovluqda əhəmiyyət kəsb edən mediafaillər aşkar edilmədi. Telefonda media və sair faillərin mübadiləsi üçün nəzərdə tutulmuş «VVhatsapp» mobil tətbiqi aşkar edildi. Həmin mobil tətbiqində «Söhbətlər» bölümündə 24 profillə məlumat mübadiləsinin olması müşahidə edilir. 23 profillə aparılan məlumat mübadiləsinə baxış zamanı maraq doğuran, araşdırma predmetinə uyğun gələn məlumatlar aşkar edilməmişdir. «Rza» sözü və fars dilinin qrafikasına məxsus hərflərin birləşməsindən ibarət adı daşıyan profillə olan məlumat mübadiləsinə baxış zamanı müəyyən edilmişdir ki, yazışma 27 avqust 2022-ci il tarixdə başlayır və hər gün intensiv aparılaraq 12 sentyabr 2022-ci il tarixədək davam edir. Rza adlı profil tərəfindən göndərilmiş məlumatlar ağ çərçivəyə, telefonun istifadəçisi tərəfindən göndərilənlər isə yaşıl çərçivəyə alınmış şəkildə təqdim olunur. Məlumat mübadiləsi əsasən qarşılıqlı səsli smsların göndərilməsindən ibarətdir. Araşdırma predmetinə uyğun aşağıdakı məzmununda yazışma aşkar edilmişdir: «Rza» adlı profil tərəfindən 05 sentyabr 2022-ci il tarixdə saat 19:22-də 4169+7388+3599+9156…kaptal…n…….m…..a məzmunlu sms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 06 sentyabr 2022-ci il tarixdə saat 20:27-də «axşamın xeyir mənim canım gözüm qardaşım. Neynirsən səsin gəlsin gözəl insan, bir səsin sorağın gəlsin nə edirsən nə iş görürsən, nətərsən. Sənin başına dolanım indi yaxınlaşıram aparata. Bizim aramızda nə qalmışdı? 50 bir qalmışdır 80 də bir qalmışdır, 130? Gedirəm bağlayım sənə qurban olaram. Elə bu günki alver o olmuşdur. Bizim 50 ilə 80-mız bu dəfəki 4 ədəd artıq vermişdin bir də keçən dəfədən 50 qalmışdır. Voobşem 130 vururam indii kartıva qurban olaram sənə Baba. İnşAllah yəgin 2 günə, sabah yox birisi günə dərdimizi deyərik də nə istəyirik, yaxşı qadavı alaram. İbrahimdir» məzmunlu səsli smslar göndərilmişdir. «Rza» adlı profil tərəfindən 05 sentyabr 2022-ci il tarixdə saat 20:37-də «canım qurban, qardaşım səsivə baxdım həmişə Allah sənə güc versin ayaqüstə olarsan, ailənin yanında bahəm deyib gülərsiz, həmişə şadlıqda ol, pis günlərin hamısı məhv olub getsin canın qurban, indii qoy kart alım atım canım qurban» məzmunlu səs smsı və 20:39-da 4169+7388+3599+9156…kaptal…n…….m…..a məzmunlu sms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 05 sentyabr 2022-ci il tarixdə saat 20:42-də «Baba başına dolanım bu var da bizdə, hər dəfə əziyyət çəkib atma da bunu. 4169 7388 3599 9156 bunu əzbər bilirəm mən, bu kart var bizdə hər dəfə atma başıva dolanım. Bu kartı atıbsan saxlamışam mən yadda, vatsapda qalıb. Əgər bu kartırsa dəyişilməyəcəksə, başqa bir karta vurdurmayacaqsansa, elə bu kart məndə var başıva dolanım. Çatıram başına dolanım. Baba burda bir yağış yağdı yenə. Telefonla atım? Yəni paymentdən milliöndən yox telefonla atırıq, o dəfə atdığımız kimi?» məzmunlu səsli smslar göndərilmişdir. «Rza» adlı profil tərəfindən 05 sentyabr 2022-ci il tarixdə saat 20:46-də «Lap yaxşı canım qurban telefonla problem yoxdur», saat 20:48-də «Canım Qurban qardaşım, kart bir də görürsən ki əvəz olur, donur, ona görə mən hər dəfə ona görə. Mənsiz o karta pul vurmamən birdən dedim o kartdır ona vur canım qurban» məzmunlu smsmsms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 05 sentyabr 2022-ci il tarixdə saat 20:50-də « Baş üstə başına dolanım. Ola bilər düz deyirsən. O özbaşıma demirəm vurmaq istəyirəm. Yəni deyirəm o kartdırsa elə bir dənə mən yaz ki İbo səndəki karta vur, uce mən biləcəm. Belə demək istəyirdim. Köçürürəm indii marketdəyəm», saat 21:45-də «Baba başına dolanım sənin, yəni gəldi də, quzu kəsərəm sənə yəni, göndərdik başına dolanım ay baba, mənim qardaşım, Allah səni var eləsin, başına dolanım. Biz hələlik 80 ilə 50-nin borcumuz tamam oldu. Allah sənin balavı saxlasın. İnşAllah görək sabah birisi gün nə dərdimiz var, nə tapşıraq nə xahiş edək İnşAllah hə» məzmunlu səsli smslar göndərilmişdir. «Rza» adlı profil tərəfindən 05 sentyabr 2022-ci il tarixdə saat 21:46-də «canım qurban qardaşım gəldi hə, atmışam qardaşı o şeyi versin problem deyil» məzmunlu sms sms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 05 sentyabr 2022-ci il tarixdə saat 21:49-da « Baba sənin başına dolanım yəni, 80 bir idi 50 də bir idi də aramızda düzdür, mənim sənə borcum 80 bu dəfə yəni dünənkinə, 50 də ondan qabaq idi, 130 eliyirdi də? Yəni o günkü ilə bu günkünü bağladım. Biz bir-birinin aramıza borcumuz qalmadı. 4 bu dəfə atmışdın, keçən dəfə də atdığından 50 qalmışdır. Mən bildiyim qədər dostluq öz yerində, biznes barədə mənim 130 borcum sənə qalmışdı, onu sildim. Hələki borcum sənə yoxdur. Rahatam ki, borcum yoxdur. O gün sən ziyana düşdün bizə görə. O ziyanı da nəzərdə saxlamışam, yəni tapmadıq da ünvan boş çıxdı, nə idi bilmirəm, nətər oldu, biz gecikdik nə olmuşdur, kim apardı Allah bilsin, özləri bilsin. Onu da əziyyət çəkdin 2-ci dəfə atdırdın bizə. Mən də o gün dedim sənəyenə deyirəm, yəni qanacaqlı düşüncəli adamlarıq. Yavaş-yavaş vəziyyəti düzəldikcə, imkanın daxilində, söz verirəm sənə bir qardaşın kimi bir dostun kimi, xırda-xırda da olsa, hər dəfə ondan mən sənə borcum bilirəm, unutmamışam heç nəyi. Mən onu özümə borc sayıram ki, sən o günləri birinci o dirəyin dibində baxdıq tapılmadı, getdik axırda palmanın dibində orda tapdıq, dedin ki, gözlə ikincini vurdururam, yəni onu da getdik tapdıq, yəni onu da unutmamışam, yadımdadır. Yəni hal-hazırda 130 olan borcumu bağladım. İndi inşAllah sabah birisi gün nə qədər tema lazım olsa, gücüm nəyə çatsa görüm əlimdə nə olacaq, onu uyğun səndən xahiş edəcəm, tapşırarsan vursunlar atsınlar» məzmunlu səsli sms göndərilmişdir. «Rza» adlı profil tərəfindən 05 sentyabr 2022-ci il tarixdə saat 21:55-də «qardaşım sən safsan paksan. Onlar hamısı qurban olsun mənim İsmayıl balama, o cür sən sözləri danışma. Əzizsən mənə dəyərli qardaşım. İnşAllah hər şey curlanan bir şeydir, onlar boş şeydir. İmkanın getsin yuxarı hər şey qalx yuxarı» məzmunlu səsli sms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 07 sentyabr 2022-ci il tarixdə saat 19:52-da «nətərsən başına dolanaram, mənim qardaşım. Axşamın xeyr olsun bir daha. Baba mən indii yuxudan oyanandan bəri 100 manat düzəldə bilmişəm. Bu gün vurmayım da onda? İnşAllah sabah günorta həl edərəm, saat 2-3. Axşama çəkər də bizim işimiz yəgin ki gedib götürməyimiz. İndi 100 azdır da. Sabah inşAllah 150 düzəldə biləcəm. 150 eliyim göndərim olar qadan alım? 150 bəlkə də 200 elədim inşAllah, yaxşı qadan alaram sənin? İndi yuxarısı aşağısı nədirsə o sənin cəddinə qurban olub, qalıb o sənin özüvə, özün nətər istəyirsən, mənim gücüm çatanı yenə deyirəm aşağısı 150 – yuxarısı 200 düzəldə biləcəm, sabah axşama kimi, saat 2-3-dək, dalşe vuraram hesaba sonra nə göndərərsən özün bilərsən, sən böyük qardaşsan nə məsləhət bilsən o da olacaq» məzmunlu səsli sms göndərilmişdir. «Rza» adlı profil tərəfindən 07 sentyabr 2022-ci il tarixdə saat 19:56-da «Axşamın xeyirli olsun. Hə çalış sabaha 200 manat curla, mən də istəyirəm 10 dənə yerbəryer eləmiyim 20 dənə və sair atım, 20 dənə. Yavaşyavaş işlərin yaxşı getsin. Sabah çalış 200 manat eləsən yaxşı olar, mən də çalışaram özüm də 200 manat qoyaram 20 dənə ataram, yavaş-yavaş işləyib, problem yoxdur verərsən, qadasını alım. Mən əlmdən gələn köməkliyi edəcəm, arxayın ol. Bir az da nəyşəm varımdır gül, inşAllah onlardan da sənə yollayacam» məzmunlu səsli sms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 07 sentyabr 2022-ci il tarixdə saat 19:58-də «sənin qadan alaram pelə bu cesti səndən gözləyirdim, öpürəm səni alnından. Sabah inşAllah dediyim kimi, fikirimin üstündə qalıram aşağısı 150, amma 200 fikirləşirəm göndərim, axşam saat 3 kimi düzəldib yollayım ki, 100 əlimdə indivar, 100 də sabah düzəldim, 200 göndərim sənin başıva dolanaram. Orda 15-20 taksiyə saxlayacam ki, 200-dən başqa. Yaxşı Allah xeyrimizi versin. Allah səni var eləsin ki, sən ordasan, sağ-salamat olmalısan ki, mən burada iş görə bilim. Qaldı ki, gülə, gül istəyirlər hə. Çox yox haradasa 3 dənə korobka məndən istəyirlər bu günləri, dedim yoxumdur. İndi ona da klient taparam, müştəri taparam. Bir də sənə qurban olaraq Baba cəddiva qurman olaram, mən arada pul düzəldəcəm, gələn period. Mənə M40-dan verərsən də, şey var m40 dərman, lsti olar, 10 dənə göndərərsən» məzmunlu səsli sms göndərilmişdir. «Rza» adlı profil tərəfindən 07 sentyabr 2022-ci il tarixdə saat 20:02-da «Canın qurban heç bir problem yoxdur. Gələn reysdə dərman problem deyil, yerbəyer edərəm arxayın ol. Allah səni də qorusun həmişə cəddim sənin üstündə olsun. Ətrafında da yaxşı qardaşlardan, düz insan, yaxşı qardaş olsa, yaxşı mal götürən olsa 50-100 bir mal götürən olsa bir başa mənim özümə də calayarsan» məzmunlu səsli sms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 08 sentyabr 2022-ci il tarixdə saat 23:17-də «cəddivə qurban olaram, cəddin köməyin olsun, dedim dünən danışmışdım ki, bu gün 200 düzəldim atmağa görə, göndərməyə görə. Qadan alaram sənin, bu gün səbəb olaraq niyə görə göndərməməyimi izah eləmək istədim, sən də başa düşdüyün üçün çox sağol Allah sənin balalarıvı saxlasın, Allah səni xoşbəxt etsin, mənim böyük qardaşım, əztizim, Allah səni qorusun. Gələndən sonra da saat haradasa 7-8 olardı, 8 – 8-in yarısı, o zamana kimi qaça qovda keçdi günüm, yatıb durmuşam indi oyanmışam, indi də heç nə yəni, yatdınsa batdın da. Oyandım yuxsuz idim. Nəyə gətirirəm sözümü, baş ağrısı olmasın sabah pulu həl edirəm göndərirəm 200 manatı qadan alaram, yaxşı başıva dolum. 170 düzəltmişəm uce əlimdə 170 var bu dəqiqə. Bir də ki, haradasa 30 manat 40 manat dəyərində də şeyim var, temam qalıb əlimdə. Onu da əridim sabahları qadan alaram səni. Özün xəbər elə də neçədə vurmaq lazımdır sənə pulu sabhları. Yəni mən özüm sənə xəbər edəcəm ki, pul hazırdır. Sabah 100 faiz həl edək başına dolanaram. Temam yoxdur çünki. Axırıncı temadı. 3-4 dənə balaca əlimdə set qalıb», saat 23:46-da «oldu başıva dolanaram, temam qurtarıb ancaq bir az şüşə qalıb, bir 30-40 manatlıq, tema torpaq voobşe qurtarıb, başım qarışdı qardaşıma düşdüm ziyana. Sabahlara ümud sənədir. Baba qadan alaram. Dedim adamların hamısı gələcəklər üstümə. Yoxdur deyəcəm 1 gün 2 gün, qaçmasınlar dağlışmasınlar sənin başıva dolanaram. Eləsi var daim adamdır qaçmaz, eləsi var təzədir müştəridir qaçmasınlar. Qurban olaram sabahları tam sənə arxayınam. Gecə saat 12 birə kimi düzələcəksə elə, sabaha yazdırarsan. Yox gördün çox gecə düşdü 1-dən sonraya düşdü, birisi gün günorta gedib götürərəm» məzmunlu səsli smslar göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 09 sentyabr 2022-ci il tarixdə saat 00:33-də «sən deyəndən sonra mən bir az ağıllandım. Sən dedincə səbrli ol. Ona terpeniye deyirlər də terpeniye az olan bir adam olmuşam. Amma zamanla sən dedikcə psixoloci olaraq beynimə otuzdurdum ki, doğrudan da səb yaxşı şeydir. Allah sənin köməyin olsun, doğru yolu başa salmısan mənə. Qazanc yolu mən Pablo Eskobar deyiləm ki, dünyanı narkotiklə təmin edim. Amma ən azından hərə bir yolla dolanmalıdır da. Əxlaqsızlıq, şərəfsizlik edib kiminsə cibinə girmirəm, kiminsə evini oğurlamıram Yəni yenə deyirəm hər kəs bir yolla dolanmalıdır. Bu varsa, yaranıbsa bu şey yaranıbsa , tema deməli bu belə məsləhətdir ki, bu qazanc yolu olaraq yaranıb. Mən də bundan istifadə edirəm. Allah köməyin olsun» məzmunlu səsli smslar göndərilmişdir. «Rza» adlı profil tərəfindən 10 sentyabr 2022-ci il tarixdə saat 15:02-də «salam qardaş necəsən yaxşısan? Olacaq mən indii burdan ora yazdıracam, bir saata 2 saata atarlar, özüm xəbər eləcəyəm. Canın qurban 15 kola yazdıracam 5 də şey yazdıracam» səsli və saat 17:25-də 4169-7388-3599-9156…kaptal…n…….m…..a məzmunlu sms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 10 sentyabr 2022-ci il tarixdə saat 17:45-də «mən də yatmışdım sənə quzu kəsərəm, qurban olaram. Qanqaraçılıq idi bir az. Dünəndən bəri qurtarıb məndə tema, yəni uşaqlara verəsi temam yoxdur. Bu dəqiqə də çoxuna cavab vermirəm. Baba qurban olaram nəəcəb axşama saxladı gün batana. Mən çox adama günorta söz vermişdim, ona görə soruşuram. Bir az tez aldıra bilməyəcəyk Baba? Axşam neçəyə çəkər, təxmini bir saat demədi sənə?» məzmunlu səsli sms göndərilmişdir. «Rza» adlı profil tərəfindən 10 sentyabr 2022-ci il tarixdə saat 17:49-də «saat 8-də başlayacaq. 200 vuracaydın, 186 vurubsan» məzmunlu səsli sms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 10 sentyabr 2022-ci il tarixdə saat 17:51-də «sənə qurban olaram Baba. Ehtiyac olub dünən evdə. Üstündən evdə xərclədi. Dünənləri, sənin başıva dolanım. Bu qədər düzəldə bildim. Nağaram nə edim, keç də günahımdan» məzmunlu səsli sms göndərilmişdir. «Rza» adlı profil tərəfindən 10 sentyabr 2022-ci il tarixdə saat 17:53-də «Canın sağ olsun, heç bir günahın yoxdur. Mən 20 dənə bağlatdırdım. 15 kola 5 daş bağlatdırdım. İnşAllah bunları satarsan, tez satarsan, temamız da bununla qurtarılmalıdır. Gələn reysdə də dərman ataram götürərsən. Bir paçka da dərman ataram gedib götürərsən. Çalış yaxşı sat tez sat saxlama. 20 dənə atdım yaxşı qazan, canın qurban. Gələn dəfə inşAllah yaxşı olacaq, inşAllah sıxıntıdan yavaş-yavaş qurtararsan» məzmunlu səsli sms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 10 sentyabr 2022-ci il tarixdə saat 17:56-da «ay sənin başına dolanım. Sənin bu xoş sözlərin bilirsən nə qədər məni ruhlandırır, həvəsləndirir, yaxşı işlərə həvəsləndirir, adam ruhdan düşür yoxsa. Onu narahat olma. Temanı əridib pulun daha tez qayıtmağı, yəni hesaba pul oturmağına narahat olma. Həmişəki kimi mən artıq çəmi tapmışam. Tema gəlir misal üçün bu gün məndədir. Bu gün gec olur. Sabah birisi gün günortaya pul tam düzəldib sənə göndərərəm. Temanın pulunu göndərəndən sonra, yerdə yenə də qalan pulu hesablayıram, onu da göndərirəm əlavə olaraq. Birinci sənin borcuvu çalışıram birinci həmişə onu irəli salıram. Sənin puluvu verəndən sonra yerdə qalanı da nədirsə onu da düzəldirəm tema üçün göndərirəm. Baş üstü mənim gözüm üstə. Birinci mənim üçün önəmli borc ödəməkdir. Sonra özüm üçün fikirləşirəm, özümü. Bir sənə ürəiym qurban dərmanın listi neçəyə olacaq, burda məndən istəyən adamlar da olacaq bilirəm. Özümə bir list nağd lazımdır, o heç. Əlavə olaraq ətrafa vermək üçün 5 dənə, bir bir listi istəyir, biri para listi istəyir, biri 4 dənə istəyir. Mən neçəyə indii deyəcəm, Baba?» məzmunlu səsli sms göndərilmişdir. «Rza» adlı profil tərəfindən 10 sentyabr 2022-ci il tarixdə saat 18:03-də «Canım qardaşım yaxşı deyirsən. M40 dərmanın bir listi sənə 85-ə verəcəm bir listi, 10 dənə olur. İndi sən 150-yə bir paçkasını satarsan, 140 satarsan, 130 satarsan o da qalıb özüvə. 85-ə mən verəcəm listi canım qurban. Saat 8-də bu qardaş başlayıb atacaq, bir saata yerbəyer olacaq» məzmunlu səsli sms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 10 sentyabr 2022-ci il tarixdə saat 18:09-da «Olsun canım qurban olsun. Amma dərmanı mən bir az ucuz gözləyirdim, bilmirdim də qiymətini. Mən elə bilirdim ucuz olacaq. Mən fikirimdə 50 manat zad tutmuşdum.Demirəm elə olsun. Mən elə bilirdim. Fikirləşirdim ki, 50 manat olsa 4 list götürərdim, amma belə 85 deyirsən, onu onda fikirləşməliyəm mən. Bu indiki partiya var e onu əridim. Görüm mən sənin pulundan başqa nə qədər pul tutacam, nə qədər pul saxlaya biləcəm əlimdə. Onda bir dənə dərman deyərəm, qalanı da kola ilə daş deyərəm. Ola belə sənin başıva dolanım. Haradasa 10 dənə tema deyərəm, bir dənə dərman deyərəm. Ola belə? Çünki mən ucuz bilirdim. İndi ki belədir bir dənə götürərəm hələlik, görüm nə göstərir. Burda içindəki dənəsini 11 manatdan istəyirlər, 10 manatdan istəyirlər. Heç 12-13 manat vermirlər məzmunlu səsli sms göndərilmişdir. «Rza» adlı profil tərəfindən 10 sentyabr 2022-ci il tarixdə saat 18:19-da «canım qurban bizim özümüzə bir paçkasını 80 manata verirlər. Mən aldığıma sənə verirəm. Qalıb özüvə satmağıva 12-ə də sat. 80-dan götürsən 12-dən satsan 40 manat birindən aparasan. İndi qalıb özüvə də problem deyil» məzmunlu səsli sms göndərilmişdir. «Rza» adlı profil tərəfindən 10 sentyabr 2022-ci il tarixdə saat 23:15-də «15 kola 5 pati çıx» məzmunlu sms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 10 sentyabr 2022-ci il tarixdə saat 23:15-də «oldu başıva dolanım, oldu çıxdıq qadan alım» məzmunlu səs və «ok çxdm» məzmunlu, saat 00:14-də «götürdük baba» məzmunlu smslar göndərilmişdir. «Rza» adlı profil tərəfindən 11 sentyabr 2022-ci il tarixdə saat 00:14-də «qardaşım Allah xeyrivi versin canım qurban, oldu get evə çat, gözləyirəm səni. Evə çat xəbər elə qadan alım, yolun açıq olsun» məzmunlu səsli sms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 11 sentyabr 2022-ci il tarixdə saat 01:13də «axşamın xeyir olsun başına dolanım, getdik gəldik. Qardaşımı da çıxartdım da məhkəmədən sənə bayaq demişdim. 15 – 5. Sənə qurban olaram gəldim çıxdım. Evdəyəm indi bu dəqiqə. Düz 12:00-da yığmışam 00:00 ürəyə bax təsədüfən yığdım. Yəni demək istəyirəm salamatçılıqdır. Amma ikisi yaş idi, sudur. Şüşə var e, kolanın rəngi keçib patıya. Qanqaraldıcı yer o oldu ki, koladan patıya keçib. Patının üz hissəsi var e üz qabığı, selofanın içi. 20-30 manat dəyərində olanları seçdim qoydum qırağa onları münasib adamlara vermək olar, hamıya vermək olmaz, rəngi saralıb, koladan keçib ora. Kolanın özü də sudur. İndi başa düşülən şeydi. Salamatçılıqla gəldim çatdım evə» məzmunlu səsli sms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 11 sentyabr 2022-ci il tarixdə saat 13:16-da «salam Baba, nətərsən, sabahın xeyir olsun. Neynirsən yatırsan, mənim gözümün işığım qardaşım. Deyəcəydim ki, inşAllah axşama 100 manat pul düzəlir. 100 manat atım, yoxsa bütöv 200 eliyim atım sənin borcuvu? Hətda 200 yox, 214 manat, çünki 186 manat vurulmuşdur. 14 manat ordan kəmdir yadımdadır, bir də 200, bütöv 215 manat olsun. 215 manat atım bütöv şəkildə yoxsa 100 manat bu gün düzəldim atım, 115 da sabah düzəldim atım, ay mənim qardaşım, gözümün işığı nə deyirsən? Yoxsa axşam 100 manat düzəlir də 100 düzəlir. Biri var çox olar mən bilərəkdən 100 manat atım, biri də var ki, belə deyil. 100 manat düzələcək, indi bu dəqiqə 50 manat var, inşAllah axşama 100 olacaq. 100/100 eliyim atım, yoxsa bütöv elə hamısını birdən düzəldim hazırlayım? məzmunlu səsli sms göndərilmişdir. «Rza» adlı profil tərəfindən 11 sentyabr 2022-ci il tarixdə saat 13:25-də «salam qardaşım çox sağol, neynirsən, yaxşısan, salamatçılıqdır? Qardaşım problem deyil. Nə cür rahatdırsa, fərq eləmir, canım qurban» məzmunlu səsli sms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 11 sentyabr 2022-ci il tarixdə saat 13:33-də «yaxşıyam Allah razı olsun. Sən də yaxşı ol. Yaxşı qardaşım axşama doğru, axşam saatlarında 100 vuracam hesaba, sabah da borcu bağlayacam səninlə. Ondan sonra, növbəti olaraq Allah qismət edər, inşAllah borcu bağlayandan sonra, baxaram yerdə nə pul qalır o pulu da çalışaram mala görə, yəni temaya görə elə pul vuraram ki, həm sən mənə bir list tramal da o M40, metamfetamin deyirlər, nə deyirlər, nə isə M40 verərsən bir list, gələn partiya, üzümüzə gələn partiyada, 80 manata 85 manata nətər istəsən verərsən, yerdə qalan pula da nə bilim 10 dənə 5 dənə 7 dənə nə düşərsən tema. Yaxşı ürəyim?», saat 18:07-də «neynirsən haralardasan, nə iş görürsən. Allahın köməkliyi ilə indiyəcən, bu saatacan 140 manat işlədim. Yəni dünən gecəni sayma bu gün 140 manat işləmişəmİnşAllah saat 5-dir. Saat 10-na kimi, 11-ə kimi, lap uzağı 11-ə kimi 200 eləsəm super, əla 200 atardım, bağlayardım borcunu, arada qalardı 15 manat o heç. Cəddin qurban» məzmunlu, saat 18:09da «mən eyni zamanda axı böyük vəzifəli, rütbəli bir şəxsin evində 15 ildir ki, adım mühafizə, nəzarətçi obyektlərinə. Adım belə gedir 15 ildir. Ayda 260 manat maaşdır mənə, getdimgetməsəm fərqi yoxdur. Mən vermişəm oğlum Pünhan nəzarət edir, mən getmirəm mən biznesmen adamam, bizneslə məşğulam, mən sənin biznesmeniyəm, biznesmen, yəni sənin taciriyəm, tacır İbrahim, Həci İbrahim. Maaşı vermişlər bu gün verdim xanıma maaşın hamısını. Dedim get uşaqların iksinə də paltar al, sentyabrın 15-nə az qalıb, 3-4 gün qalıb, məktəbə hazırlaşırlar. Gediblər ora maması və 2 dənə oğlanlar. Mən evdə tək oturmuşam, mal bölürəm düzəldirəm, upakovkalayıram, düzəldirəm» məzmunlu səsli smslar göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 12 sentyabr 2022-ci il tarixdə saat 00:35-də «ses atdımm gelir, sene, kartı at üreyim qurban, kartı at 200. Manat düzetdim» məzmunlu sms göndərilmişdir.«Rza» adlı profil tərəfindən 12 sentyabr 2022-ci il tarixdə saat 00:36-də «4169- 7388-3599-9156…kaptal…n…….m…..a məzmunlu sms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 12 sentyabr 2022-ci il tarixdə saat 00:37-də «gedirem gönderem başuva dönüm» məzmunlu sms göndərilmişdir. «Rza» adlı profil tərəfindən 12 sentyabr 2022-ci il tarixdə saat 00:37-də «qardaşım var olarsan» məzmunlu səsli sms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 12 sentyabr 2022-ci il tarixdə saat 00:38-də «maşallah. Bir güne 200 manat işlədim. Borcu. Bağlaya billem esas budur» məzmunlu səsli sms göndərilmişdir. «Rza» adlı profil tərəfindən 12 sentyabr 2022-ci il tarixdə saat 00:38-də «Allah onanda çox elasen gardasem» məzmunlu sms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 12 sentyabr 2022-ci il tarixdə saat 00:38-də «atdığın 10 dənə artıq ki, var onun borcunu bağlaya bilirəm Allahın köməkliyi ilə. Gedirəm indi göndərim. Aramızda qalır 14 manat onu da başıva dolanım mala görə pul atacam, əlavə yenə göndər də onda 15 də göndərəcəm sənə qurban olaram» məzmunlu səsli sms göndərilmişdir. «Rza» adlı profil tərəfindən 12 sentyabr 2022-ci il tarixdə saat 00:39-da «Canına qurban sabah yerbəyer edəcəm sabah sənə də mal verəcəm, o 15 manatı da əmisinin əvəziən İsmayılə ver canım qurban» məzmunlu səsli sms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 12 sentyabr 2022-ci il tarixdə saat 01:57-də bir ədəd elektron ödəmə sisteminin qəbzini göndərir. Qəbzdə ödəmə vaxtı xx.xx.2022-ci il saat 00:41 kimi qeyd olunub. Qəbzdən məlum olur ki, 200 manat vəsait Kapital Bank ASC-də MA******* N******* adlı şəxsə məxsus 416973******9156 nömrəli kart hesabına göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 12 sentyabr 2022-ci il tarixdə saat 01:58-də «xeyirli olsun hər ikimiz üçün, əziyyət çəkmisən, qadan alaram sənin, bu böyük bir şey deyil əslində borcumuzu ödəyirik sadəcə» məzmunlu səsli sms göndərilmişdir. «Rza» adlı profil tərəfindən 12 sentyabr 2022-ci il tarixdə saat 01:59-da «Allah sənə də ondan da çoxlu pul versin. Sabah da çalış onun satışını elə. Sabah da mal atıb get götür. Əlində 5 dənə də qalsa, 3 dənə də qalsa qoy qalsın atım bir çoxalt. Malın biri var olmaya əziyyət çəkirsən, 3 dənə 5 dənə olanda arxayın olursan yenə götürürsən. Sabah inşAllah yaxşı olar» məzmunlu səsli sms göndərilmişdir. Telefonun istifadəçisi tərəfindən 12 sentyabr 2022-ci il tarixdə saat 02:01-də «sənə canım qurban. Mən belə başa düşdüm ki, deyirsən ki, sabah axşamacan mən İbrahim 100 manat da qazansam belə onu vursam olar? Hökmən 200 alınmaya da bilər, onu demək istəyirəm. Yəni bu gün gördün saat 1-dir, birə qalıb hələ indi düzüldib 200 manat. Sabah birdən 100 düzəldi, 100-ü atım sənə, 100 manat qazansam belə, 100 ilə nəsə iş görə biləcəyik. 100 manata ata biləcək 5 dənə 6 dənə?» məzmunlu səsli sms göndərilmişdir. «Rza» adlı profil tərəfindən 12 sentyabr 2022-ci il tarixdə saat 02:35-də «Canım qurban. Sabah nə qədər çalışa bilirsən çalış. Sabah inşAllah biri startda biri hərəkətdə sənə vuracayıq» məzmunlu səsli sms göndərilmişdir. Son olaraq səsli sms telefonun istifadəçisi tərəfindən 12 sentyabr 2022-ci il tarixdə saat 13:31-də «Allah razı olsun ürəyim, mənim böyük qardaşım, starşıy brat, privet voram» məzmununda göndərilmişdir.Bununla da bu profillə məlumat mübadiləsi bitir. Digər profillərlə olan sms və sair məlumat mübadilələrinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “maddi sübut kimi tanıma və saxlama barədə” xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərarlardan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evindən və üzərindən götürülmüş narkotik vasitə heroin ümumilikdə 2,500 qram çəkidə, xx.xx.2022-ci il tarixdə isə onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin 1,208 qram çəkidə göstərilməklə iş üzrə maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış bir zərfdə 2,140 qram, ikinci zərfdə 1,128 qram heroin və Təqsirləndirilən şəxs məxsus “Samsung A3” markalı mobil telefon sübut növü kimi tanınaraq Bakı şəhər Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etmiş olduğu mənbənin müəyyənləşdirilməsi məqsədi ilə başqa cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan və Bakı şəhəri Səbail RPİ-nin 47/2-31496 nömrəli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs olduğu yer məlum olmadığından və cinayət təqibi orqanından gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığndan barəsində axtarış elan edilmiş və o , xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində saxlanılaraq Bakı şəhəri Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmə barədə” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs səciyyələndirən sənədlərdən müəyyən olunur ki, evlidir və himayəsində biri az yaşlı olmaqla 2005 və 2017-ci il təvəllüdlü uşaqları vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, xx.xx.2022-ci il tarixli “narkotik vasitələrin götürülməsinə dair aktla, üzərinə baxış və axtarış protokolu, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmiş, həmin epizod üzrə törətdiyi əməli Təqsirləndirilən şəxs inkar etməmiş, evində siqaret qutusunda iki büküm narkotik vasitə heroin olmasını təsdiq etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etmə, saxlama və daşıma kimi cinayət əməli, təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə nəzərə alır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı qərarının 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsilə nəzərdə tutulmuş satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri təkrar əldə etmə, saxlama və daşıma kimi cinayət əməli sübuta yetirilməmişdir. Belə ki, cinayət işi üzrə məhkəmə iclasında dindirilimiş Bakı şəhəri, Səbail RPİ-nin 41-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid6 ifadəsindən müəyyən olunur ki, xidməti ərazidə xx.xx.2022-ci il tarixdə azyaşlı Vahid Nəcəfova qarşı edilmiş soyğunçuluqla bağlı əməliyyataxtarış tədbirləri keçirilmiş, az yaşlının ona qarşı cinayət əməli törədən şəxsin zahiri əlamətlərinə uyğun olaraq Badamdar qəsəbəsi, 3-cü Massiv 17-ci küçədə rastlaşdıqları Təqsirləndirilən şəxs və onun qardaşını həmin zahiri əlamətlərə oxşarlığını nəzərə alaraq hər ikisini saxlayıb 41-ci PB-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə soyğunçuluqla bağlı digər polis əməkdaşları tərəfindən başqa şəxslər də gətirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs arvadı X6 məhkəmədə verdiyi şahid qismində ifadəsindən müəyyən olunur ki, əri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 17-ci küçə, ev 21-də yaşayır. xx.xx.2022-ci il tarixdə evdə olmuş, bacısı Cəmalə də şirniyyat bişirmək üçün onlara gəlmişdir. Həmin vaxt əri səhər olduğu üçün yatağında idi. Çöldən ərini kimsə səsləmiş, o, qapını açdıqda bir neçə nəfər şəxs özlərini polis kimi təqdim edərək bildirmişlər ki, məhəllədə azyaşlı uşağın telefonunu əlindən alıblar. Bu məsələ ilə bağlı əri Təqsirləndirilən şəxs onlarla birlikdə bölməyə getməlidir. Əri paltarını geyinib polislərlə birlikdə çıxıb getmişdir. Ərindən gün ərzində xəbəri olmadığı üçün 2 dəfə DİN-nin 102 xidmətinə zəng etmiş, nəhayət o və atası 41-ci PB-nə gedərək məlumat almışlar ki, əri narkotik vasitəsinə görə saxlanılmışdır. Əri buraxıldıqdan sonra ondan bilmişdir ki, məhəllədəki oğurluq törədən şəxs tutulmuş, lakin buna baxmayaraq ərini buraxmamışlar. Əlavə olaraq qeyd etmək istəyir ki, əri İbrahimlə yanaşı qaynı Ruslanı da polisə aparmışlar. X1 məhkəmədə verdiyi şahid qismində ifadəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü massiv, 17-ci küçədə ayrı tikilidə yaşayır. xx.xx.2022-ci il tarixdə o, evdə olmuş və səhərsəhər məhəllədə baş vermiş telefon oğurluğu ilə əlaqədar onu qardaşı İbrahimlə yanaşı məhəlləyə gələn polis əməkdaşları rayonun 41-ci PB-nə aparmışlar. Oğurluq hadisəsini törədən şəxs tutulsa da həmin şəxs tutulana qədər onu və qardaşını polis əməkdaşları döymüş, hətta qardaşının üstünə narkotik də qoymuşlar. Bundan sonra onu və qardaşını evə buraxmışlar. O, döyülməsi ilə əlaqədar heç bir dövlət orqanına müraciət etməmiş, həkimə getməmişdir. X2 məhkəmədə verdiyi şahid qismində ifadəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs onun bacısı Gülnarın əridir. Bacısıgilin ailəsi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 17-ci küçə, ev 21-də yaşayır. xx.xx.2022-ci il tarixdə o, səhər-səhər bacısıgilə şirniyyat bişirmək üçün gəlmişdir. Orada olduğu zaman evə polis əməkdaşları gələrək İbrahimi özləri ilə aparmışlar. Bundan sonra o, öz evinə çıxıb getmişdir. Sonradan bilmişdir ki, İbrahimdən narkotik aşkar edilmiş, lakin o, polisdən evinə buraxılmışdır. Məhkəmə nəzərə alır ki, bu epizod üzrə Təqsirləndirilən şəxs saxlanılmasına əsas başqa şəxs (şəxslər) tərəfindən törədilmiş əmlak əleyhinə cinayət hadisəsi olmuşdur. Bu hadisə ilə bağlı Təqsirləndirilən şəxs, qardaşı Ruslan Abdullayev və bir neçə digər şəxslər saxlanılaraq polis bölməsinə aparılmış, bölmədə talama cinayətini törətmiş şəxs müəyyən edildikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitənin dövriyyəsinə görə, yəni üzərindən baxış zamanı 1,208 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsindən müəyyən olunur ki, o 12 sentyabr 2022-ci il tarixli epizodu üzrə özünü təqsirli bilmiş, lakin 07 noyabr 2022-ci il tarixli epizod üzrə özünü təqsirli bilməmiş, həmin tarixdə evindən məhəllədə az yaşlıya qarşı baş vermiş soyğunçuluq cinayət hadisəsi ilə əlaqədar aparılmış, bu zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Soyğunçuluğu törədən şəxs müəyyən edilib tutulmasına baxmayaraq o polis bölməsindən buraxılmamış, əksinə üzərinə heroin qoyulmaqla bu epizod üzrə cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, 12 sentyabr 2022-ci il tarixli epizodu etiraf etsədə, 07 noyabr 2022-cil tarixdə olan epizod üzrə üzərində narkotik vasitə olmadığını bir daha bildirərək, həmin hadisə ilə əlaqədar qardaşı Ruslan Abdullayevlə birlikdə evlərindən polis bölməsinə məhəllədə az yaşlıya qarşı baş vermiş soyğunçuluq əməlinə görə aparıldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikas CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 07 noyabr 2022-ci il tarixdə tutulsada, ibtidai araşdırma orqanının “qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarı ilə azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş sübut növlərini qiymətləndirərək belə nəticəyə gəlir ki, X7 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsinin tərkibini yoxdur. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Yelamr oğlunun üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» 07 noyabr 2022-ci il tarixli protokol və məhkəmə-kimyəvi ekspertizasının 07 noyabr 2022-ci il tarixli 6/6450 №-li rəyi mötəbərliyi müəyyən edilmədiyi üçün sübutlar siyahısından xaric edilməldir. Məhkəmə nəzərə alır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı qərarının 14-cü bəndinə əsasən CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən qeyd olunan cinayətlərin yenidən törədilməsi təkrarlıq əlamətini yaratmır. Təkrarlıq əlamətinin təfsiri zamanı CM-in 16-cı maddəsinin qeyd olunan müddəaları ilə yanaşı, o da nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 15 mart tarixli Qərarına əsasən CM-in 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda, ikinci əməl təkrarlıq yarada bilməz. Şəxsin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitəni və ya psixotrop maddəni vahid qəsdlə (məsələn, bütöv məbləğ təşkil edən müəyyən miqdarda pul əldə etmək üçün) bir şəxsə bir neçə dəfəyə (müxtəlif vaxtlarda) hissə-hissə və yaxud eyni vaxtda eyni bir hərəkətlə müxtəlif şəxslərə satması, burada narkotik vasitələrin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və daha sonra satılması, eləcə də satmanı təşkil edən ayrı-ayrı epizodlar cinayətlərin çoxluğunu yaratmadığından və vahid cinayətin tərkib elementləri kimi çıxış etdiyindən, əməl cinayətin təkrar törədilməsi əlaməti üzrə CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilə bilməz. Lakin şəxsin satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədi ilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl CM-in 234.2-ci və ya 16 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə - CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Republikası CM-in 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir Beləliklə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilib məhkəmə iclasından həbsə alınmalı, cəza çəkməsinin başlanğıcı həbsə alındığı 05 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdən-xx.xx.2023cü il tarixədək ev dustaqlığında və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu - 04 (dörd) ay 02 (iki) gün gün müddətində həbs və ev dustaqlığında olduğu müddət Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsi ilə ona təyin edilmiş qəti cəzadan çıxılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Səbail RPİ-nə təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış narkotik vasitə olan 2,140 qram heroin məhv edilməli, narkotik vasitə olan 1,128 qram heroin və Samsung A3 markalı mobil telefon bu cinayət işindən ayrılmış cinayət işinə aid edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən görüntüləri olan 3 ədəd kompakt disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 254,5 (iki yüz əlli dörd manat əlli qəpik) AZN məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdən-xx.xx.2023cü il tarixədək ev dustaqlığında və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu - 04 (dörd) ay 02 (iki) gün nəzərə alınmaqla ona qəti olaraq 04 (dörd) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 noyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi xaric edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Belə olan halda Bakı şəhəri Səbail RPİ-nə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış narkotik vasitə olan 2,140 qram heroin məhv edilsin, narkotik vasitə olan 1,128 qram heroin və Samsung A3 markalı mobil telefon bu cinayət işindən ayrılmış cinayət işinə aid edilsin, şəxsi axtarış keçirilməsini əks etdirən görüntüləri olan 3 ədəd kompakt disk isə cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 254,5 (iki yüz əlli dörd manat beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1088/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1088/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver