Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1088/2025 23.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1971-ci il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2-də yaşamış, 22 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 24 may 2024cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə olan metadon həblərini əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə razılaşdıqdan sonra 21 may 2024-cü il tarixdə İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin istintaqa məlum olmayan qaydada Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşdirdiyi külli miqdarda - 6 ədəd bükümdə 3,804 qram, 2,963 qram, 1,961 qram, 2,798 qram, 5,541 qram, 2,601 qram, ümumi təmiz çəkisi 19,668 qram ağ rəngli kristalşəkiili maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, xeyli miqdarda Methadone 40 markalanma göstəricili konvalyutdakı üzərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı ümumilikdə təsiredici maddəsi 0,4 qram təşkil edən 10 ədəd metadon tərkibli həbləri və xeyli miqdarda 1 ədəd üzəri skoçla bağlanmış selofan bağlamada təmiz çəkisi 350,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı həmin yerdən Rza adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq və satışını təşkil etmək məqsədi ilə qanunsuz olaraq əldə edərək daşıyıb üstündə və yaşadığı evdə saxlamış, 22 may 2024-cü il tarixdə saat 19:35 dəqiqədə Daxili işlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 518, ev 15 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilərək, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd bükümdə küllli miqdarda 3,804 qram, 2,963 qram ümumi təmiz çəkisi 6,767 qram ağ rəngli kristalşəkiili maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin götürülmüş, bundan sonra əməliyyat-axtarış tədbirinin davamı olaraq Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən sonuncunun yaşadığı ünvan 2 ünvanına baxış və götürmə keçirilən zaman evdə zirzəmi kimi istifadə olunan otaqdan xeyli miqdarda 1 ədəd üzəri skoçla bağlanmış selofan bağlamada təmiz çəkisi 350,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1,961 qram, 2,798 qram, 5,541 qram, 2,601 qram ümumi təmiz çəkisi 12,901 qram ağ rəngli kristalşəkiili maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və Methadone 40 markalanma göstəricili konvalyutdakı üzərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı ümumilikdə təsiredici maddəsi 0,4 qram təşkil edən 10 ədəd metadon tərkibli həblər və üzərində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd üzərində “Digital Scale 2kq x 0,1g” yazısı olan qara rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin hərəkətlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmış, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, tutulduğu gün evdə olmuş, dostu ilə görüşmək üçün getməyə hazırlaşmışdır. Polis işçiləri qapını açan zaman onu vurmuş və yerə yıxmışlar. Sonra onu Baş idarəyə gətirmişlər, daha sonra yenidən evə aparmışlar. Evdə videoçəkiliş aparılmışdır. Aşkar olunmuş maddələrdən təkcə marixuana ona məxsus olmuş, digər narkotik vasitələrdən onun məlumatı olmamışdır. Ona təzyiqlər göstərilmiş, narkotik vasitələri boynuna götürməsə, iki ay sonra oğlunu da həbs edəcəklərini bildirmişlər. O da, məcbur olub özünə aid olmayan narkotik vasitələri boynuna götürmüşdür. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, 4 ildir narkotik vasitələrdən istifadə edir. Həmin gün yaşadığı evdə 350 qram marixuana olmuşdur. Üzərindən çıxan metamfetamin ona məxsus deyildir. Əvvəllər də o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni tanımadığı iranlıdan almış, bunun qarşılığında 400 manat pulu da iranlının kartına vurmuşdur. Polis əməkdaşları içəri daxil olan kimi qışqıraraq silahların harada olduğunu, daha sonra isə narkotik vasitələri saxladığı yeri soruşmuşlar. O da, evdə saxladığı marixuananı çıxarıb təqdim etmişdir. Birinci dəfə onun yaşadığı evdə çəkiliş olmuş, sonra onu idarəyə gətirmişlər. Çəkiliş düzgün olmadığı üçün təkrar gəlib yenidən çəkiliş etmişlər. Bu zaman metamfetamini ona verərək çəkiliş olanda çıxarıb təqdim etməsini istəmişlər. Evdə axtarış və götürmə aparıldıqda onun razılığı alınmamış, həmçinin vəkil iştirak etməmişdir. Polis işçiləri birinci gələndə ailə üzvləri evdə olmamış, iki saatdan sonra təkrar gələndə də yenə ailəsi evdə olmamışdır. O, narazılığını bildirəndə çəkilişi dayandırmışlar. Müstəntiq ondan saxlanılarkən xəsarət alıb-almadığını soruşduqda, o, heç bir xəsarət almadığını bildirmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, Azərbaycan Respublikasının CMnin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 22 may 2024-cü il tarixdə, saat 19:35 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 518, ev 15 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyini təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkçənin sol yan cibindən 3 (üç) ədəd açar, əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd içərisində 050 ***-**-** simkart nömrəsi olan “Samsung’’ markalı mobil telefon, əynində olan həmin şalvarın sol yan cibindən 30 (otuz) manat pul, 3 (üç) ədəd üzərilərində 5243 7544 4238 2147, 4889 4501 1260 8018 və 5169 7019 6723 7339 nömrəsi olan plastik bank kartları və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra metamfetamin elektron tərəzidə çəkilmişdir. Metamfetaminin ümumilikdə çəkisi 8 (səkkiz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, 3 (üç) ədəd bank kartı və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 3 (üç) ədəd açar və 30 (otuz) manat pul isə özünə geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Rza” adlı şəxsin vasitəsi ilə 2 (iki) gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi İlə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Rza” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, həmçinin Bakı şəhəri, Yasamal rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş və yaşadığı mənzilə getmişlər. Orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, mənzildə zirzəmi kimi istifadə olunan otaqdan 1 (bir) ədəd bağlamada qurudulmuş marixuananı, 4 (dörd) ədəd bükümdə metamfetamini, 10 (on) ədəd metadon həblərini və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın çəkisi 370 (üç yüz yetmiş) qram, metamfetamin və tərəzi qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik oia biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Rza” adlı şəxsin vasitəsi ilə 2 (iki) gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Rza” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini bildirmişdir (cild 1, iş vərəqi 156-158). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin həmin protokolu oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Baş idarəyə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə Baş idarənin baş əməliyyat müvəkkili Şahid2la birlikdə 22 may 2024-cü il tarixdə Yasamal rayonu, H.Cavid prospektinə getmişlər. Orada olan zaman zahiri görünüşü Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb onu Baş idarəyə gətirmişlər. Təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə şəxsin üzərinə videoçəkiliş aparılmaqla axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmaması soruşulmuş, bu zaman Hüseyn əynindəki gödəkçənin cibində saxladığı 2 ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra onun mənzilinə baxış keçirilərkən 1 ədəd bağlamada qurudulmuş marixuana, 4 ədəd bükümdə psixotrop maddə mütamfetamin, 10 ədəd narkotik vasitə metodan həbləri və elektron tərəzi aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, İran vətəndaşı “Rza” adlı şəxsdən Qaradağ rayon ərazisindən metamfetamin, metadon həbləri və qurudulmuş marixuana aldığını bildirmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində külli miqdarda pul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyat müvəkkili Şahid2 22 may 2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılması, Baş idarəyə gətirilərək üzərində şəxsi axtarış aparılması zamanı külli miqdarda psixotrop maddə metamfetamin, həmçinin digər narkotik vasitələrin aşkar edilərək götürülməsi tədbirində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 22 may 2024-cü il tarixli protokola əsasən, həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb Baş idarəyə gətirilmiş, orada təhqiqatçı tərəfindən əməliyyat işçilərinin və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxladığı iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Daha sonra şəxsin üzərinə baxış keçirilən zaman həmin gödəkçənin sol yan cibindən 3 ədəd açar, əynindəki şalvarın sağ yan cibindən 1 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefonu, sol yan cibindən 30 manat pul, 3 ədəd üzərində 5243-7544-4238- 2147, 4889-4501-1260-8018 və 5169-7019-6723-7339 nömrəsi olan plastik bank kartları və 1 ədəd şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar edilmiş psixotrop maddəni haradan və kimdən əldə etməsi barədə suala cavab verən Təqsirləndirilən şəxs həmin metamfetaminin özünə məxsus olduğunu, həmin maddəni İran vətəndaşı “Rza” adlı şəxsdən iki gün əvvəl Qaradağ rayonu ərazisinə ona deyilmiş yerdən əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə natkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Rza” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, həmçinin Yasamal rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə olan 2 ədəd bükülü qablaşdırılmış və Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 7 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 28-29). Cinayt işinə əlavə olunmuş 01 iyun 2024-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülərin yükləndiyi bir ədəd diskə baxış keçirilmiş, bu zaman həmin görüntülərin 22 may 2024-cü il tarixli protokolda qeyd olunanlarla uyğunluq təşkil etməsi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 100). Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında 22 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə təhqiqatçı tərəfindən ünvan 2 ünvanına şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs mənzildə zirzəmi kimi istifadə olunan otaqdan 1 ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurdulmuş marixuanaya bənzər kütləni və 4 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni, 10 ədəd narkotik vasitə metadon həblərinə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Mənzildən aşkar edilmiş kütlələrin və elektron tərəzinin haradan əldə edilməsi barədə suala cavab verən Təqsirləndirilən şəxs həmin psixotrop maddənin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri İran vətəndaşı olan “Rza” adlı şəxsdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq şərti ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə natkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Rza” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr və elektron tərəzi qablaşdırılmış və Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 7 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 32-33). Cinayt işinə əlavə olunmuş 04 iyun 2024-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və götürmə zamanı çəkilmiş videogörüntülərin yükləndiyi bir ədəd diskə baxış keçirilmiş, bu zaman həmin görüntülərin 22 may 2024-cü il tarixli protokolda qeyd olunanlarla uyğunluq təşkil etməsi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 101). Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 24 may 2024-cü il tarixli 5(004)-722/2024 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən qəbul edilmiş 22 may 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 54). Kompleks məhkəmə kimyəvi və məhkəmə bioloji ekspertizasının 23 may 2024-cü il tarixli 3-16-16/2-6/2896 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayırlıqda təmiz çəkiləri 3,804 qram və 2,963 qram, ümumi təmiz çəkisi 6,767 qram olan ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində, “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” dairəvi möhür əksi , “Təqsirləndirilən şəxs yaşadığı ünvanda təqdim etdiyi kütlələr şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bağlamadakı 4 (dörd) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,961 qram, 2,798 qram, 5,541 qram, 2,601 qram, ümumi təmiz çəkisi 12,901 qram olan ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutdakı 10 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi təngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 10 ədəd həbdə metadonun təsiredici maddəsinin ümum miqdarı 0,4 qram təşkil edir, (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmqla) 1 (bir) ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin təmiz çəkisini və bükümlərdə olan metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasım müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş ümumulikdə 6 (altı) ədəd bükümlərdə olan metamfetaminlərin ümumi təmiz çəkisi 19,668 qram təçkil edir və həmin metamfetaminlər öz aralarında xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynilik təşkil edirlər, metadon tərkibli həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Qeyd: 1.Üzərindən götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 6,767 qr, tədqiqata sərf edilən miqdar 0,1 qram, qalıq 6,667 qram.
2. Yaşadığı evdən götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 12,901 qram, tədqiqata sərf edilən miqdar 0,2 qram, qalıq 12,701 qram Metadon həbləri: 10 ədəd, tədqiqata sərf edildi: 1 həb, qalıq 9 həb. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanda təqdim etdiyi kütlələr və 1 ədəd elektron tərəzi” yazıları və imzalar olan üzəri skoçla bağlanmış ağ rəngli polietilen bağlamadakı 1 (bir) ədəd üzəri skoçla bağlanmış selofan bağlamada təmiz çəkisi 350,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik madələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 ədəd elektron tərəzinin üzərində birki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmamışdır. Qeyd: Marixuananın təmiz çəkisi 350,0 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 349,95 qram (cild 1, iş vərəqi 46-50). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 6069 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 193-194). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2578 №li rəyindən görünür ki,
1. Motivləşdirici hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-haztrda hər hansı psixi xəstələyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir.
2. Yekun hissə. Cinayət işi materiallarının və aparılmış psixatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sualın cavabı: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisədən əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İbtidai istintaq orqanının 20 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, həmçinin yaşadığı mənzilə baxış və götürmə zamanı aşkar olunaraq götürümüş ümümi təmiz çəkisi 19,668 qram olan psixotrop maddə metamfetamin, 350 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, “Methadone 40” markalanma göstəricisi olan konvalyutdakı 10 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi təngli dairəvi formalı metadon həbləri və 1 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatlardan sonra qalıq qalmış 19,368 qram çəkidə psixotrop maddə metamfetamin, 349,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 9 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi təngli dairəvi formalı metadon həbləri və 1 ədəd elektron tərəzi saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 102-104). İbtidai istintaq orqanının 15 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə, həmin tarixdə mənzilə baxış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 2 ədəd DVD-R formatında disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 195-207). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 163). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, yalnız yaşadığı mənzildən aşkar edilmiş təxminən 350 qram marixuananın özünə məxsus olduğunu, digər narkotik vasitələr və psixotrop maddələrdən onun məlumatı olmadığını, ona təzyiqlər göstərildiyini, narkotik vasitələri boynuna götürməsə, iki ay sonra oğlunu da həbs edəcəklərini deyərək onu məcbur etdiklərini, buna görə özünə aid olmayan narkotik vasitələri boynuna götürdüyünü bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan iki bükümdə psixotrop maddəni polis əməkdaşlarına təqdim etmiş, bundan sonra onun bildirdiyinə görə polis əməkdaşları və digər iştirakçılar yaşadığı ünvana getmiş və oradan da həm narkotik vasitələr, həm də psixotrop maddə aşkar olunmuşdur. Qeyd olunan maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində üzərindən aşkar edilmiş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu, həmin maddələri Rza adı ilə tanıdığı İran vətəndaşının dediyi Qaradağ rayonu ərazisindən götürdüyünü, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış, yaşadığı mənzilə baxış keçirilərkən ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilmədiyini bildirmişdir. Eyni zamanda, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə iclası zamanı verdiyi izahatında da verilmiş ittiham üzrə özünü təqsirli bildiyini göstərmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, psixoloji təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İşin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 317-89-83 saylı mobil telefonun əhatə dairələri və telefon danışıqlarına dair məlumatlar əldə olunub təhlil edilmişdir. Lakin bu zaman təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilməmişdir. Bundan başqa, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs ondan aşkar edilmiş külli miqdarda psixotrop maddəni, həmçinin narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib daşıması və saxlamasında təqsirli hesab edilməsi üçün hər hansı əsaslar müəyyən olunmamışdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarının 12-ci bəndinin təfsirinə əsasən, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM- in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, baxılan cinayət işi üzrə ittiham tərəfi yuxarıda qeyd olunan halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini, həmçinin narkotik vasitələri satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 22 may 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və hal-hazıra qədər həbsdədir. Həmçinin, Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 6069 № li rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Yasamal RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmiş maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, həmçinin yaşadığı mənzilə baxış və götürmə zamanı aşkar olunaraq götürümüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalan 19,368 qram çəkidə psixotrop maddə metamfetamin, 349,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 9 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi təngli dairəvi formalı metadon həbləri və 1 ədəd elektron tərəzi məhv edilməli; - Təqsirləndirilən şəxs şəxsi axtarışı və mənzilə baxış zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatları 186 (yüz səksən altı) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 186 (yüz səksən altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 19,368 qram psixotrop maddə metamfetamin, 349,95 qram narkotik vasitə qurudulmuş marixuana, 9 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı metadon həbləri və 1 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış zamanı qeydə alınmış videogörüntülərin yükləndiyi 2 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi hesab edilən 186 (yüz səksən altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov