Məhkəmə qərarları › İş №1(101)-1089/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1089/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1089/2021 10.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1969-cu il tarixdə Abşeron rayonunun Sitalçay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (3 uşaq atası), orta təhsilli, işləməyən, məhkum olunmamış, Xızı rayonunun Sitalçay kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq, bir ədəd üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketinə bükülmüş 1 ədəd sellofan bükümdə təmiz çəkisi 44,750 qram – külli miqdarda narkotik vasitə olan heroin və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 19,003 qram – külli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib, saxlayaraq, üzərində daşımış, 27 yanvar 2021-ci il tarixdə, saat 01:26 radələrində, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «1 nömrəli» marketin yaxınlığında Sumqayıt şəhər Pİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə gətirilmiş və polis bölməsinin xidməti otağında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli qış gödəkcəsinin sol döş cibindən bir ədəd üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketinə bükülmüş 1 ədəd sellofan bükümdə təmiz çəkisi 44,750 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 19,003 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 il qabaq narkotik vasitə olan «kokosdan» (heroin), siqaretin folqasının üzərinə qoyaraq, siqaret kimi çəkməklə istifadə etmişdir. Sonra bir müddət istifadə etməmiş, son zamanlar yenə də arada istifadə etməyə başlamışdır. Təxminən 1 il əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «8-ci Kilometr» bazarında toyuq və digər quşlar satdığı zaman İran İslam Respublikası vətəndaşı olan təxminən 30-35 yaşlı Şahin adlı cavan oğlanla tanış olmuşdur. Şahin istifadəsində olan ***-***-**-** NAR mobil telefon nömrəsini ona vermiş, o da, Şahinə öz ***-***-**-** NAR mobil telefon nömrəsini vermişdir. Bundan sonra, Şahin onun mobil telefonuna zəng edərək, gəlib, ondan toyuq və başqa quşlar almışdır. Tanış olandan təxminən 1 ay sonra, Şahin, İran İslam Respublikasından ona narkotik vasitələrin göndərildiyini bildirmiş və o vaxt o, bir dəfə öz istifadəsi üçün Şahindən 25 (iyirmi beş) manata 5 qram narkotik vasitə olan heroin alıb, istifadə etmişdir. Sonra, bir müddət o, narkotik istifadə etməmiş və daha sonra, «koronavirus» pandemiyası başladığından, karantin rejimi tətbiq olunduğu üçün, o, Şahinlə görüşməmişdir. Karantin qurtarandan sonra, 26 yanvar 2021-ci il tarixdə, günortadan sonra, o, Şahinin mobil telefonuna zəng edərək, öz istifadəsi üçün narkotik vasitə olan heroin istəmişdir. Şahin onda narkotik vasitə olan 50 qram çəkidə «kokos»-dan (heroindən) başqa, 20 qram pisixotrop maddə olan «şüşə»-də (metamfetamin) olduğunu bildirmiş və o, Şahinə metamfetamin də istədiyini onu da çəkib, dadına baxmaq istədiyini bildirmişdir. Şahin ona, heroinin 1 qramını 20 (iyirmi) manata, 50 qramını 1000 (bir min) manata, metamfetaminin isə 1 qramını 25 (iyirmi beş) manata, 20 qramını 500 (beş yüz) manata satdığını bildirmişdir. Onlar Şahinlə, 50 qram heroinin və 20 qram metamfetaminin ümumi qiymətini 1200 (bir min iki yüz) manat pula razılaşmışlar. O, Şahinə bildirmişdir ki, həmin məbləğin 500 (beş yüz) manatını onları ondan alanda verəcəkdir, yerdə qalan 700 (yeddi yüz) manatını isə sonra verəcəkdir. Şahin onunla razılaşmış və ona həmin axşam saat 21:00-da, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin kənarında yerləşən «Kosmos» mehmanxanasının yanına gəlməyini razılaşmışlar. Məqsədi orada görüşərək ona danışdıqları 50 qram narkotik vasitə olan heroini və 20 qram psixotrop maddə olan metamfetamini vermək idi. 26 yanvar 2021ci il tarixdə, saat 21:00 radələrində o, uzaq qohumu olan Rasimlə birlikdə onun taksi kimi fəaliyyət göstərdiyi «Mersedes Bens» markalı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin kənarında yerləşən «Kosmos» mehmanxanasının yanına gedib, orada 5-10 dəqiqə Şahini gözləmişlər. Lakin həmin vaxtı Şahinin əvəzinə bir nəfər qadın gələrək, Şahinin adından ona bir ədəd üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketinə bükülmüş 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini və 1 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini vermişdir. O da həmin qadına 500 (beş yüz) manat pul vermiş, qadın çıxıb getmiş, lakin, hava qaranlıq olduğu üçün o, qadının üzünü görməmişdir. O, bir ədəd üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketinə bükülmüş 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini və 1 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini əynindəki qara rəngli qış gödəkcəsinin sol döş cibinə qoyub, yaşadığı, Xızı rayonunun Sitalçay kəndinə yola düşmüşdür. 27 yanvar 2021-ci il tarixdə, saat 01:20 radələrində o, Rasimlə birlikdə onun taksi kimi fəaliyyət göstərdiyi «Mersedes Bens» markalı avtomobildə Bakı-Quba yolu ilə Xızı rayonunun Sitalçay kəndinə gedərkən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən mağazaların birindən alış-veriş etmək məqsədi ilə orada olan marketlərin birinin yaxınlığında avtomobili saxlatdırıb, marketə keçmək istədiyi zaman, mülki geyimdə olan 3 nəfər şəxs qaça-qaça ona yaxınlaşaraq, qollarından tutub, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxtı polis formasında olan bir nəfərdə onlara yaxınlaşaraq özünü təqdim edib, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin təhqiqatçısı olduğunu bildirmişdir. Onlarla birlikdə orada olan digər polis əməkdaşı isə əlində videokamera ilə çəkiliş aparmış, polis əməkdaşları özlərini təqdim edəndən sonra, ona da özünü təqdim etməsini bildirmişlər. Bundan sonra o da özünü təqdim edərək, Xızı rayonunun Sitalçay kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin polis əməkdaşları ona, narkotik vasitələrin istifadəsində və üzərində saxlamaqda şübhəli olduğu üçün, üzərinə şəxsi axtarış keçirilməli olacaqlarını bildirmişlər. Bundan sonra ona hüquq və vəzifələrini izah edərək onu Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə dəvət etmişlər. O da onların dəvətinə etiraz etməyərək polislərlə birlikdə avtomobildə bölməyə getmişlər. Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin xidməti otaqlarının birində ona vəkil X11 təqdim olunaraq ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində olan əşyaları təqdim etməyi təklif olunmuşdur. Ona görə də o, məcbur olub əynindəki qara rəngli qış gödəkcəsinin sol döş cibindən ora qoyduğu içərisində 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin olan bir ədəd üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketini çıxardıb, polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi bir ədəd üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketini açıb, içərisindəki sellofanın birinin içində tünd qəhvəyi rəngli toz şəkilində olan kütlənin və digər sellofanın içində ağ rəngli kristal şəkilində olan kütlənin nə olduğunu, haradan kimdən, hansı qiymətə və hansı məqsədlə aldığını soruşmuşlar. O da polis əməkdaşlarına əynindəki qara rəngli qış gödəkcəsinin sol döş cibindən aşkar edilərək götürülmüş bir ədəd üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketinə bükülmüş sellofanın birinin içində tünd qəhvəyi toz şəkilində olan kütlənin narkotik vasitə «kokos» (heroin) olduğunu və digər sellofanın içində ağ rəngli kristall şəkilində olan maddənin psixotrop maddə «şüşə» (metamfetamin) olduğunu, onları 26 yanvar 2021-ci il tarixdə, tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Şahin adlı şəxsdən 1200 (bir min iki yüz) manat pula alaraq, həmin məbləğin 500 (beş yüz) manatını Şahinə alanda verəcəyini, yerdə qalan 700 (yeddi yüz) manatını isə sonra verəcəyini onunla danışıb razılaşdığını və dünən axşam, saat 21:00 radələrində, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin kənarında yerləşən «Kosmos» mehmanxanasının yanında Şahinin göndərdiyi tanımadığı bir qadına 500 (beş yüz) manat pul verərək, onları ondan götürdüyünü bildirmişdir. Bundan sonra, polis əməkdaşları, videoçəkiliş aparılmaqla, onun üzərinə şəxsi axtarış keçirmiş və onun üzərindən başqa heç bir qeyri-qanuni əşya və predmet aşkar olunmamışdır. Daha sonra onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin çəkilərini müəyyən etmək məqsədi ilə polis əməkdaşları onları, sellofan bükümlərin içərisində olmaqla, ayrı-ayrılıqda elektron tərəzinin üzərinə qoyaraq çəkmişlər. Çəkilən zaman sellofan bükümdəki narkotik vasitə olan heroinin çəkisinin 49,34 qram, sellofan bükümdəki psixotrop maddə olan metamfetaminin isə çəkisinin 20,10 olduğu müəyyən edilmişdir. Bundan sonra, onun əynindəki qara rəngli qış gödəkcəsinin sol döş cibindən aşkar olunmuş bir ədəd üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketinin içərisindəki 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetam ekspertizaya göndərilməsi üçün, başqa bir kağız paketə qoyularaq, qablaşdırılaraq möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. 26 yanvar 2021-ji il tarixdə bir ədəd üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketinə bükülmüş 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini və 1 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini ona satan şəxsi qiyabi tanıdığı İran İslam Respublikasının vətəndaşı olan, təxminən 30-35 yaşlarında Şahin adlı cavan oğlan olmuşdur. Şahinin onları ona vermək üçün, həmin axşam saat 21:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin kənarında yerləşən «Kosmos» mehmanxanasının yanına göndərdiyi qadının kim olduğunu da o, bilmir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, yalnız narkotik vasitələri və psixotrop maddələri siqaretin folqasının üzərində yandırıb çəkərək, istifadə edirdi. İran İslam Respublikası vətəndaşı olan Şahin adlı şəxsin ona narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satmasından və digər işlərdən Rasimin xəbəri olmamışdır. Cəza təyin edilərkən ailənin yeganə qazanc gətirəni olmasının, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasının nəzərə alınaraq, onun barəsində mümkün qədər aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər Pİ-nin CAŞ-nin rəis müavini polis mayoru Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhər Pİ-nin CAŞ-nə, xx xxxxxx 1969-cu il tarixdə Abşeron rayonunun Sitalçay kəndində anadan olmuş, Xızı rayonunun Sitalçay kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, üzərində saxlayaraq daşıması, qəbul etməsi və satması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 27 yanvar 2021-ci il tarixdə, saat 01:20 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «1 nömrəli» marketin yaxınlığında tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Saat 01:26 radələrində keçirdikləri tədbirlər zamanı daxil olmuş məlumatda əlamətləri göstərilən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «1 nömrəli» marketin yaxınlığında «Mersedes Bens» markalı avtomobildən düşüb marketə tərəf getmişdir. Həmin vaxt Sumqayıt şəhər Pİ-nin KTB-nin inspektor-kriminalisti polis kapitanı Şahid4 özü ilə gətirdiyi «Panasonik» markalı videokameranı işə salaraq çəkiliş aparmağa başlamış və onlar Təqsirləndirilən şəxs qaça-qaça yaxınlaşıb onun qollarından tutmuşlar ki, qaça bilməsin. Onlar Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar həmin vaxtı mülki geyimdə olmuş, həmin zaman tədbirdə iştirak edən Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin təhqiqatçısı polis kapitanı X7 da polis formasında onlara yaxınlaşaraq özünü təqdim etmişdir. X6 özünü təqdim edəndən sonra saxlanılan şəxsə də özünü təqdim etməsini bildirmiş və saxlanılan şəxs Xızı rayonunun Sitalçay kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsə, narkotik vasitələri və psixotrop maddələri əldə etməsində üzərində saxlayaraq daşımasında qəbul etməsində və satmasında şübhəli olduğu üçün, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirməli olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs etiraz etməyərək razılığını bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs həmin yerə gətirən taksi kimi fəaliyyət göstərən «Mersedes Bens» markalı avtomobilin sürücüsü də avtomobildən düşərək onlara yaxınlaşıb nə baş verdiyini soruşmuş və onlar həmin şəxsə də özünü təqdim etməsini bildirmişlər. Həmin taksi sürücüsü də özünü təqdim edərək, Sumqayıt şəhəri 9-cu mikrorayon ev 36 mənzil 50-də qeydiyyatda olan və yaşayan Şahid5 olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmək məqsədi ilə onu ərazi üzrə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə aparmalı olduqlarını bildirib, Şahid5 da bölməyə dəvət etmişlər. Onlar saxlanılan şəxs Təqsirləndirilən şəxs xidməti avtomobildə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə aparmış, Şahid5 da idarə etdiyi avtomobildə bölməyə gəlmişdir. Şahid5 sorğu-sual etdikdən sonra, onun narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində heç bir rolu olmadığını müəyyən edib buraxmışlar. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin xidməti otağında təhqiqatçı tərəfindən dəvət olunmuş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra, videoçəkiliş davam etməklə onlar Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni nə isə varsa özünün təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs məcbur olub, əynindəki qara rəngli qış gödəkcəsinin sol döş cibindən üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketini çıxarıb onlara təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs onlara təqdim etdiyi qırmızı rəngli günəbaxan tumu paketini açıb, içərisindən 2 ədəd sellofan bükümlər aşkar etmişlər. Həmin sellofan bükümlərin birinin içərisində qəhvəyi rəngli toz şəkilində narkotik vasitə olan heroinə oxşar maddə olmuş, digər sellofan bükümün içərisində isə ağ rəngli kristal şəkilində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkcəsinin sol döş cibindən üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketinin içindən aşkar edilərək götürülmüş 2 ədəd sellofan bükümlərin içərisində olan kütlələrin nə olduğu, kimdən, hansı məqsədlə və hansı qiymətə aldığı barədə sual qoyulduqda Təqsirləndirilən şəxs onun əynindəki qara rəngli qış gödəkcəsinin sol döş cibindən, üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketinin içindən aşkar edilərək götürülmüş 2 ədəd sellofan bükümlərin birində qəhvəyi rəngli toz şəkilində olan maddənin narkotik vasitə olan heroin, digər sellofan bükümdə isə ağ rəngli kristal şəkilində olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, onları 26 yanvar 2021-ci il tarixdə üzdən tanıdığı, lakin soyadını, atasının adını və digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşı olan Şahin adlı şəxsdən 1200 (bir min iki yüz) manat pula alaraq, həmin məbləğin 500 (beş yüz) manatını Şahinə alanda verəcəyinə, yerdə qalan 700 (yeddi yüz) manatını isə sonra verəcəyinə onunla danışıb razılaşdığını və dünən axşam, saat 21:00 radələrində, Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospektinin kənarında yerləşən «Kosmos» mehmanxanasının yanında Şahinin göndərdiyi tanımadığı bir qadına 500 (beş yüz) manat pul verərək onları öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qeyri-qanuni əşya və predmet aşkar olunmamışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs üzərindən aşkar etdikləri bir ədəd sellofan bükümdəki narkotik vasitə olan heroinə oxşar maddənin və bir ədəd sellofan bükümdəki psixotrop maddə olan metamfetaminə oxşar kütlənin çəkisini ölçmək üçün, onları sellofan bükümlərdə elektron tərəzinin üzərinə qoyaraq ayrı-ayrılıqda çəkmişlər və bir ədəd sellofan bükümdəki heroinə oxşar maddənin çəkisinin 49,34 qram, bir ədəd sellofan bükümdəki psixotrop maddə olan metamfetaminə oxşar kütlənin çəkisinin isə 20,10 qram olduğu müəyyən olunmuşdur. Həmin 2 ədəd sellofan bükümlərdəki narkotik vasitə olan heroinə oxşar maddə və psixotrop maddə olan metamfetaminə oxşar kütlə ekspertizaya göndərilməsi üçün, başqa bir sarı rəngli kağız paketə qoyularaq, qablaşdırılmış və möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. 27 yanvar 2021-ci il tarixdə saat 01:26 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «1 nömrəli» marketin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılıb Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə gətirilərkən bölmənin xidməti otağında onun üzərinə şəxsi axtarış keçirilərkən və o, izahat verərkən, ona heç bir təziq göstərilməmiş, Təqsirləndirilən şəxs özü hər şeyi olduğu kimi etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhər Pİ-nin CAŞ-nə, xx xxxxxx 1969-cu il tarixdə Abşeron rayonunun Sitalçay kəndində anadan olmuş, Xızı rayonunun Sitalçay kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, üzərində saxlayaraq daşıması, qəbul etməsi və satması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 27 yanvar 2021-ci il tarixdə, saat 01:20 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «1 nömrəli» marketin yaxınlığında tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Saat 01:26 radələrində keçirdikləri tədbirlər zamanı daxil olmuş məlumatda əlamətləri göstərilən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «1 nömrəli» marketin yaxınlığında «Mersedes Bens» markalı avtomobildən düşüb marketə tərəf getmişdir. Həmin vaxt Sumqayıt şəhər Pİ-nin KTB-nin inspektor-kriminalisti polis kapitanı Şahid4 özü ilə gətirdiyi «Panasonik» markalı videokameranı işə salaraq çəkiliş aparmağa başlamış və onlar Təqsirləndirilən şəxs qaça-qaça yaxınlaşıb onun qollarından tutmuşlar ki, qaça bilməsin. Onlar Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar həmin vaxtı mülki geyimdə olmuş, həmin zaman tədbirdə iştirak edən Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin təhqiqatçısı polis kapitanı X7 da polis formasında onlara yaxınlaşaraq özünü təqdim etmişdir. X6 özünü təqdim edəndən sonra saxlanılan şəxsə də özünü təqdim etməsini bildirmiş və saxlanılan şəxs Xızı rayonunun Sitalçay kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsə narkotik vasitələri və psixotrop maddələri əldə etməsində üzərində saxlayaraq daşımasında qəbul etməsində və satmasında şübhəli olduğu üçün, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirməli olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs etiraz etməyərək razılığını bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs həmin yerə gətirən taksi kimi fəaliyyət göstərən «Mersedes Bens» markalı avtomobilin sürücüsü də avtomobildən düşərək onlara yaxınlaşıb nə baş verdiyini soruşmuş və onlar həmin şəxsə də özünü təqdim etməsini bildirmişlər. Həmin taksi sürücüsü də özünü təqdim edərək, Sumqayıt şəhəri 9-cu mikrorayon ev 36 mənzil 50-də qeydiyyatda olan və yaşayan Şahid5 olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmək məqsədi ilə onu ərazi üzrə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə aparmalı olduqlarını bildirib, Şahid5 da bölməyə dəvət etmişlər. Onlar saxlanılan şəxs Təqsirləndirilən şəxs xidməti avtomobildə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə aparmış, Şahid5 da idarə etdiyi avtomobildə bölməyə gəlmişdir. Şahid5 sorğu-sual etdikdən sonra, onun narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində heç bir rolu olmadığını müəyyən edib buraxmışlar. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin xidməti otağında təhqiqatçı tərəfindən dəvət olunmuş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra, videoçəkiliş davam etməklə onlar Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni nə isə varsa özünün təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs məcbur olub, əynindəki qara rəngli qış gödəkcəsinin sol döş cibindən üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketini çıxarıb onlara təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs onlara təqdim etdiyi qırmızı rəngli günəbaxan tumu paketini açıb, içərisindən 2 ədəd sellofan bükümlər aşkar etmişlər. Həmin sellofan bükümlərin birinin içərisində qəhvəyi rəngli toz şəkilində narkotik vasitə olan heroinə oxşar maddə olmuş, digər sellofan bükümün içərisində isə ağ rəngli kristal şəkilində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkcəsinin sol döş cibindən üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketinin içindən aşkar edilərək götürülmüş 2 ədəd sellofan bükümlərin içərisində olan kütlələrin nə olduğu, kimdən, hansı məqsədlə və hansı qiymətə aldığı barədə sual qoyulduqda Təqsirləndirilən şəxs onun əynindəki qara rəngli qış gödəkcəsinin sol döş cibindən, üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketinin içindən aşkar edilərək götürülmüş 2 ədəd sellofan bükümlərin birində qəhvəyi rəngli toz şəkilində olan maddənin narkotik vasitə olan heroin, digər sellofan bükümdə isə ağ rəngli kristal şəkilində olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, onları 26 yanvar 2021-ci il tarixdə üzdən tanıdığı, lakin soyadını, atasının adını və digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşı olan Şahin adlı şəxsdən 1200 (bir min iki yüz) manat pula alaraq, həmin məbləğin 500 (beş yüz) manatını Şahinə alanda verəcəyinə, yerdə qalan 700 (yeddi yüz) manatını isə sonra verəcəyinə onunla danışıb razılaşdığını və dünən axşam, saat 21:00 radələrində, Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospektinin kənarında yerləşən «Kosmos» mehmanxanasının yanında Şahinin göndərdiyi tanımadığı bir qadına 500 (beş yüz) manat pul verərək onları öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qeyri-qanuni əşya və predmet aşkar olunmamışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs üzərindən aşkar etdikləri bir ədəd sellofan bükümdəki narkotik vasitə olan heroinə oxşar maddənin və bir ədəd sellofan bükümdəki psixotrop maddə olan metamfetaminə oxşar kütlənin çəkisini ölçmək üçün, onları sellofan bükümlərdə elektron tərəzinin üzərinə qoyaraq ayrı-ayrılıqda çəkmişlər və bir ədəd sellofan bükümdəki heroinə oxşar maddənin çəkisinin 49,34 qram, bir ədəd sellofan bükümdəki psixotrop maddə olan metamfetaminə oxşar kütlənin çəkisinin isə 20,10 qram olduğu müəyyən olunmuşdur. Həmin 2 ədəd sellofan bükümlərdəki narkotik vasitə olan heroinə oxşar maddə və psixotrop maddə olan metamfetaminə oxşar kütlə ekspertizaya göndərilməsi üçün, başqa bir sarı rəngli kağız paketə qoyularaq, qablaşdırılmış və möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. 27 yanvar 2021-ci il tarixdə saat 01:26 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «1 nömrəli» marketin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılıb Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə gətirilərkən bölmənin xidməti otağında onun üzərinə şəxsi axtarış keçirilərkən və o, izahat verərkən, ona heç bir təziq göstərilməmiş, Təqsirləndirilən şəxs özü hər şeyi olduğu kimi etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-nin kiçik inspektoru Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt şəhər Pİ-nin CAŞ-nə, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, üzərində saxlayaraq daşıması, qəbul etməsi və satması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 27 yanvar 2021-ci il tarixdə, saat 01:20 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «1 nömrəli» marketin yaxınlığında əməliyyataxtarış tədbirləri keçirilmişdir. Saat 01:26 radələrində keçirdikləri tədbirlər zamanı daxil olmuş məlumatda əlamətləri göstərilən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «1 nömrəli» marketin yaxınlığında «Mersedes Bens» markalı avtomobildən düşüb marketə tərəf getmişdir. Həmin vaxt Sumqayıt şəhər Pİ-nin KTB-nin inspektor-kriminalisti polis kapitanı Şahid4 özü ilə gətirdiyi «Panasonik» markalı videokameranı işə salaraq çəkiliş aparmağa başlamış və onlar Təqsirləndirilən şəxs qaçaqaça yaxınlaşıb onun qollarından tutmuşlar ki, qaça bilməsin. Onlar Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar həmin vaxtı mülki geyimdə olmuş, həmin zaman tədbirdə iştirak edən Sumqayıt şəhər Pİ-nin 2-ci PBnin təhqiqatçısı polis kapitanı X7 da polis formasında onlara yaxınlaşaraq özünü təqdim etmişdir. X6 özünü təqdim edəndən sonra saxlanılan şəxsə də özünü təqdim etməsini bildirmiş və saxlanılan şəxs Xızı rayonunun Sitalçay kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsə narkotik vasitələri və psixotrop maddələri əldə etməsində üzərində saxlayaraq daşımasında qəbul etməsində və satmasında şübhəli olduğu üçün, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirməli olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs etiraz etməyərək razılığını bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs həmin yerə gətirən taksi kimi fəaliyyət göstərən «Mersedes Bens» markalı avtomobilin sürücüsü də avtomobildən düşərək onlara yaxınlaşıb nə baş verdiyini soruşmuş və onlar həmin şəxsə də özünü təqdim etməsini bildirmişlər. Həmin taksi sürücüsü də özünü təqdim edərək, Sumqayıt şəhəri 9-cu mikrorayon ev 36 mənzil 50-də qeydiyyatda olan və yaşayan Şahid5 olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmək məqsədi ilə onu ərazi üzrə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə aparmalı olduqlarını bildirib, Şahid5 da bölməyə dəvət etmişlər. Onlar saxlanılan şəxs Təqsirləndirilən şəxs xidməti avtomobildə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə aparmış, Şahid5 da idarə etdiyi avtomobildə bölməyə gəlmişdir. Şahid5 sorğu-sual etdikdən sonra, onun narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində heç bir rolu olmadığını müəyyən edib buraxmışlar. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin xidməti otağında təhqiqatçı tərəfindən dəvət olunmuş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra, videoçəkiliş davam etməklə onlar Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni nə isə varsa özünün təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs məcbur olub, əynindəki qara rəngli qış gödəkcəsinin sol döş cibindən üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketini çıxarıb onlara təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs onlara təqdim etdiyi qırmızı rəngli günəbaxan tumu paketini açıb, içərisindən 2 ədəd sellofan bükümlər aşkar etmişlər. Həmin sellofan bükümlərin birinin içərisində qəhvəyi rəngli toz şəkilində narkotik vasitə olan heroinə oxşar maddə olmuş, digər sellofan bükümün içərisində isə ağ rəngli kristal şəkilində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkcəsinin sol döş cibindən üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketinin içindən aşkar edilərək götürülmüş 2 ədəd sellofan bükümlərin içərisində olan kütlələrin nə olduğu, kimdən, hansı məqsədlə və hansı qiymətə aldığı barədə sual qoyulduqda Təqsirləndirilən şəxs onun əynindəki qara rəngli qış gödəkcəsinin sol döş cibindən, üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketinin içindən aşkar edilərək götürülmüş 2 ədəd sellofan bükümlərin birində qəhvəyi rəngli toz şəkilində olan maddənin narkotik vasitə olan heroin, digər sellofan bükümdə isə ağ rəngli kristal şəkilində olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, onları 26 yanvar 2021-ci il tarixdə üzdən tanıdığı, lakin soyadını, atasının adını və digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşı olan Şahin adlı şəxsdən 1200 (bir min iki yüz) manat pula alaraq, həmin məbləğin 500 (beş yüz) manatını Şahinə alanda verəcəyinə, yerdə qalan 700 (yeddi yüz) manatını isə sonra verəcəyinə onunla danışıb razılaşdığını və dünən axşam, saat 21:00 radələrində, Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospektinin kənarında yerləşən «Kosmos» mehmanxanasının yanında Şahinin göndərdiyi tanımadığı bir qadına 500 (beş yüz) manat pul verərək onları öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qeyri-qanuni əşya və predmet aşkar olunmamışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs üzərindən aşkar etdikləri bir ədəd sellofan bükümdəki narkotik vasitə olan heroinə oxşar maddənin və bir ədəd sellofan bükümdəki psixotrop maddə olan metamfetaminə oxşar kütlənin çəkisini ölçmək üçün, onları sellofan bükümlərdə elektron tərəzinin üzərinə qoyaraq ayrı-ayrılıqda çəkmişlər və bir ədəd sellofan bükümdəki heroinə oxşar maddənin çəkisinin 49,34 qram, bir ədəd sellofan bükümdəki psixotrop maddə olan metamfetaminə oxşar kütlənin çəkisinin isə 20,10 qram olduğu müəyyən olunmuşdur. Həmin 2 ədəd sellofan bükümlərdəki narkotik vasitə olan heroinə oxşar maddə və psixotrop maddə olan metamfetaminə oxşar kütlə ekspertizaya göndərilməsi üçün, başqa bir sarı rəngli kağız paketə qoyularaq, qablaşdırılmış və möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. 27 yanvar 2021-ci il tarixdə saat 01:26 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «1 nömrəli» marketin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılıb Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə gətirilərkən bölmənin xidməti otağında onun üzərinə şəxsi axtarış keçirilərkən və o, izahat verərkən, ona heç bir təziq göstərilməmiş, Təqsirləndirilən şəxs özü əməlini etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş KTB-nin inspektor-kriminalisti Şahid4 da Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq, etibarnamə əsasında idarə etdiyi «Mersedes Bens E 220» markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobildə taksi kimi sərnişinləri daşıyır. Təqsirləndirilən şəxs onun uzaq qohumudur, lakin onu 10 dekabr 2019-cu il tarixdə ad günündə, Xızı rayonunun Sitalçay kəndindəki evinə onu dəvət etdiyi vaxtdan yaxından tanımış və onu bir neçə dəfə taksi kimi fəaliyyət göstərdiyi avtomobildə dediyi yerlərə aparıb-gətirmişdir. 26 yanvar 2021-ci il tarixdə saat 18:00 – 19:00 radələrində, uzaq qohumu Təqsirləndirilən şəxs yadında olmayan mobil telefon nömrəsindən ona məxsus ***- ***-**-** SİM və ***-***-**-** JİN nömrəli mobil telefonuna zəng edərək, taksi kimi fəaliyyət göstərdiyi «Mersedes Bens E 220» markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobildə onu yaşadığı Xızı rayonunun Sitalçay kəndindən götürüb, Bakı şəhərinə bir neçə yerə aparıb-gətirməyini xahiş etmiş və bunun müqabilində ona 30 (otuz) manat pul verəcəyini bildirmiş, o da buna razı olmuşdur. Lakin birdə Xızı rayonunun Sitalçay kəndinə getməmək üçün o, Rəfaelə bir yol avtomobili ilə Sumqayıt şəhərinin çıxacağında olan «Azpetrol» yanacaq doldurma məntəqəsinin yanına gəlməyini və oradan onu götürməyini bildirmişdir. Beləliklə həmin axşam saat 21:00 radələrində Rəfael yol avtomobili ilə Sumqayıt şəhərinin çıxacağında olan «Azpetrol» yanacaq doldurma məntəqəsinin yanına gəlmiş və o, taksi kimi fəaliyyət göstərdiyi avtomobilə Rəfaeli həmin yerdən götürüb, Bakı şəhərinə aparmışdır. Yolda Rəfael Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən bir neçə yerə onu aparmağını demiş və o, avtomobili idarə edərək Rəfaellə birlikdə ikisi Bakı şəhəri, Nərimanov rayonuna getmişlər. Rəfael birinci onu Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Montin» marketə aparmağını bildirmiş və onlar axtara-axtara həmin balaca marketi tapmışlar. «Montin» marketin yanında Rəfael avtomobildən düşüb harasa getmiş, o isə həmin yerin yaxınlığında avtomobili saxlamaq üçün yer axtararaq avtomobili yolun kənarına verib saxlamışdır. Təxminən 5-10 dəqiqədən sonra Rəfael yaxınlaşaraq avtomobilə əyləşmiş və avtomobili bir az aralıda yerləşən «Kosmos» mehmanxanasının yanına sürməyini bildirmişdir. Onun idarə etdiyi avtomobildə onlar Rəfaellə birlikdə «Kosmos» mehmanxanasının yanına yaxınlaşmışlar o, avtomobili saxlamış, Rəfael avtomobildən düşərək kənarda kiminləsə görüşüb qayıdacağını deyərək bir az kənara keçib getmiş o isə avtomobili saxlamağa yer axtararaq avtomobili bir kənara verib saxlamışdır. Təxminən yarım dəqiqədən sonra Rəfael yaxınlaşaraq avtomobilə minmiş və onlar, onun taksi kimi fəaliyyət göstərdiyi avtomobildə Bakı-Quba yolu ilə Xızı rayonunun Sitalçay kəndinə yola düşmüşlər. Bakı-Quba yolu ilə Xızı rayonunun Sitalçay kəndinə gedərkən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən mağazaların birindən alış-veriş etmək məqsədi ilə Rəfael orada olan marketlərin birinin yaxınlığında avtomobili saxlatdırıb marketə keçmək istədiyi zaman, mülki geyimdə olan 3 nəfər şəxs qaça-qaça Rəfaelə yaxınlaşaraq onun qollarından tutub, polis əməkdaşları olduqlarını bildirmişlər və polis formasında olan bir nəfərdə yaxınlaşaraq özünü təqdim edib, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin təhqiqatçısı olduğunu bildirmişdir. Onlarla birlikdə orada olan digər polis əməkdaşı isə əlində videokamera ilə çəkiliş aparmışdır. Polis əməkdaşları özlərini təqdim edəndən sonra Rəfaelə də özünü təqdim etməsini bildirmişlər və Rəfael polislərə özünü təqdim edərək Xızı rayonunun Sitalçay kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları ona da özünü təqdim etməyini bildirmişlər və o, özünü təqdim edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 36, mənzil 50-də qeydiyyatda olan və yaşayan Şahid5 olduğunu bildirmişdir. Bundan sonra, polis əməkdaşları Rəfaelə narkotik vasitələrin istifadəsində, üzərində gəzdirməsində və satmasında şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçirməli olduqlarını bildirmişlər və ona hüquq və vəzifələrini izah edərək, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə dəvət etmişlər, Rəfaeldə etiraz etməmişdir. Onlar polislərlə birlikdə bölməyə getmişlər orada o, Rafaeldən bu nə məsələ olduğunu soruşmuş Rafaeldə ona üzərində narkotik vasitə və psixotrop maddə olduğunu pula ehtiyacı olduğundan bu işlə məşğul olduğunu və İran İslam Respublikası vətəndaşı olan Şahinin onu satdığını bildirmişdir. Daha sonra, polis əməkdaşları, daxil olmuş əməliyyat məlumatı əsasında Rafaeli saxladıqlarını bildirmişlər, onu sorğu-sual edərək, narkotik maddələrin və psixotrop maddələrin əldə edilməsində onun heç bir rolu olmadığını müəyyən edərək, onların ona aid olmadığını bilmişlər və onu buraxmışlar. 27 yanvar 2021-ci il tarixdə saat 01:26 radələrində o, Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «1 nömrəli» marketin yaxınlığında Sumqayıt şəhər Pİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə gətirilərkən, polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təziq göstərilməmiş, Rəfael özü hər şeyi olduğu kimi etiraf etmişdir. 26 yanvar 2021-ji il tarixdə saat 22:00 – 23:00 radələrində, onun taksi kimi fəaliyyət göstərdiyi «Mersedes Bens E 220» markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobildə onlar Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospektinin kənarında yerləşən «Kosmos» mehmanxanasının yanına gələrkən o, avtomobili saxlamağa yer axtarmış, Rəfael isə kənara keçib kiminləsə görüşərək təxminən yarım dəqiqədən sonra qayıdıb avtomobilə əyləşərək onu yaşadığı Xızı rayonunun Sitalçay kəndinə aparmağını bildirmiş və o, Rəfaeli yaşadığı evə aparmışdır. Ona görə də o, həmin yerdə Rəfaelin kiminlə görüşdüyünü görməmiş və Rəfaelin narkotik vasitələrlə və psixotrop maddələrlə məşğul olduğundan heç bir məlumatı və bu məsələdə heç bir rolu olmamışdır. Yolda Rəfael aparıb-gətirdiyi üçün ona 30 (otuz) manat pul vermişdir. Lakin o, Rəfaelin kimdən nə götürdüyünü Rəfaelin üzərində narkotik vasitənin və psixotrop maddənin olduğunu bilməmişdir. O, Rəfaeli taksi kimi aparıb-gətirmiş, Rəfaeldən kiminlə və nə üçün görüşdüyünü soruşmamış və Rəfael özü də ona bunu deməmişdir. Rəfaelin üzərində narkotik vasitənin və psixotrop maddənin olduğunu və onların satışı ilə məşğul olduğunu o, polislər onları saxlayandan sonra bilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.01.2021-ci il tarixli, 6/361 nömrəli rəyindən də görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 126 dairəvi möhür əksi olan, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə …» yazılan bir ədəd zərfdə təmiz çəkisi 44,750 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroin 2005-ci il 28 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbayjan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahisinə (Siyahi İ) daxildir. Tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 126 dairəvi möhür əksi olan, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə, imza» yazılan bir ədəd zərfdə təmiz çəkisi 19,003 qram ağ, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahi İ) daxildir. Tədqiqata təqdim edilmiş heroin və metamfetamin fərqli kimyəvi tərkibə malik olduğundan, narkotik vasitə və psixotrop maddə arasında eynilik tədqiqatı aparılmamışdır. Heroinin təmiz çəkisi 44,750 qram, tədqiqata sərf edilən miqdar – 0,05 qram, qalıq 44,700 qramdır. Metamfetaminin təmiz çəkisi 19,003 qram, tədqiqata sərf edilən miqdar – 0,05 qram, qalıq 18,953 qramdır. (iş vərəqə: 30-34) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X2 11.03.2021-ci il tarixli, 754 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə: 122-123) İş materiallarında olan, “Panasonic” markalı videokamera vasitəsi ilə çəkilmiş və DVD diskə yazılmış videogörüntülərə baxış keçirilməsi barədə 27.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci il tarixdə, saat 01:26 radələrində, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «1 nömrəli» marketin yaxınlığında Sumqayıt şəhər Pİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı saxlanılaraq, Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə gətirilib, polis bölməsinin xidməti otağında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli qış gödəkcəsinin sol döş cibindən bir ədəd üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketinə bükülmüş 1 ədəd sellofan bükümdə təmiz çəkisi 44,750 qram narkotik vasitə olan heroin və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 19,003 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülərkən, «Panasonik» markalı videokamera vasitəsi ilə çəkilmiş videogörüntülər DVD diskə köçürülərək, həmin disk istintaqa təqdim edilmiş və həmin diskə baxış keçirilmişdir. DVD diskə baxış keçirilərək, müəyyən olunmuşdur ki, 27 yanvar 2021-ci il tarixdə saat 01:26 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «1 nömrəli» marketin yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt şəhər Pİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq, ərazi üzrə Sumqayıt şəhər Pİ-nin 2-ci PBnə gətiriləndən sonra, ona, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X11 təqdim edilərək, qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli olduğu üçün videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, sonra, şübhəli şəxsin hüquq və vəzifələri izah edilməklə, üzərindəki əşyaları özünün çıxarıb təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs etiraz etməyərək, əynindəki qara rəngli qış gödəkcəsinin sol döş cibindən bir ədəd üzərində «Bizim ailə» sözləri yazılmış qırmızı rəngli günəbaxan tumu paketini çıxarıb təqdim edərək, içərisində 1 ədəd sellofan bükümdə olan tünd qəhvəyi rəngli toz şəkilindəki kütlənin narkotik vasitə olan «kokos», yəni, heroin, digər sellofan bükümdə olan ağ rəngli kristal şəkilindəki kütlənin psixotrop maddə olan «şüşə», yəni, metamfetamin olduğunu və 26 yanvar 2021-ci il tarixdə, saat 21:00 radələrində, Bakı şəhəri, Nərimanov rayonu ərazisində adını bilmədiyi şəxsdən, 1000 (bir min) manat pula razılaşaraq, həmin vaxt 500 (beş yüz) manatını ödəməklə, yerdə qalan 500 (beş yüz) manatını isə sonra ödəmək şərti ilə, öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra, polis əməkdaşları Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişlər, şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qeyri-qanuni əşya və predmet aşkar olunmamışdır. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tünd qəhvəyi rəngli toz şəkilindəki narkotik vasitə olan heroinə və ağ rəngli kristall şəkilindəki psixotrop maddə olan metamfetaminə bənzər kütlələrin çəkilərini müəyyən etmək məqsədi ilə hər iki kütlələr sellofan bükümlərin içərisində olmaqla, «JADEVER» markalı elektron tərəzinin üzərinə qoyularaq, çəkiləri çəkilmiş, narkotik vasitə olan heroinə oxşar kütlənin, sellofan bükümlə birlikdə çəkisi 49,34 qram, psixotrop maddə olan metamfetaminə oxşar kütlənin, sellofan bükümlə birlikdə çəkisi 20,10 olduğu müəyyən edilmişdir. (iş vərəqə: 41-43) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, məhkəmədə onun narkotik vasitənin yalnız istifadəçisi olması, satmaq məqsədinin olmaması barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun məhkəmədə verdiyi bu ifadəsi işin faktiki hallarına uyğun gəlməməklə öz məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmişdir, iş üzrə şahidlərin istər ibtidai istintaq dövründə, istərsə də məhkəmədə verdikləri ifadələri, ekspert rəyləri, baxış keçirilməsi haqqında protokol və iş materiallarında olan digər sübutlarla tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Təqsirləndirilən şəxs götürülmüş kütləsi 44,750 qram çəkidə olan heroin və kütləsi 19,003 qram çəkidə olan metamfetamin, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, xırda bağlamalara bükülməsi də təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 12.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 102) İş materiallarında olan, Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 125) İş materiallarında olan “AA” seriyalı “1257208” nömrəli, “AZE” seriyalı “18874350” nömrəli, “AA” seriyalı “1234672” nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən və Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04.01.2004-cü il təvəllüdlü X15 oğlu, 19.02.2005-ci il təvəllüdlü X8, 15.09.2008-ci il təvəllüdlü X3 olmaqla iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşaqları vardır. (iş vərəqə 59-61; 124) Məhkəmə AR CM-nin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində iki yetkinlik yaşına çatmayan və bir az yaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X2 11.03.2021-ci il tarixli, 754 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə AR Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Sumqayıt şəhər Pİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan tədqiqatdan sonra xalis çəkiləri 44,700 qram narkotik vasitə – heroin və 18,953 qram psixotrop maddə – metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən, «Panasonic» markalı videokamera vasitəsi ilə çəkilmiş və 01 ədəd DVD diskə yazılmış videoçəkiliş cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 88 manat 70 qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 27 yanvar 2021-ci il tarixli şübhəli olan şəxsin tutulması haqqında protokoldan və 28 yanvar 2021-ci il tarixli Sumqayıt şəhər Məhkəməsinin 28.01.2021-ci il tarixli, 4(060)-31/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 yanvar 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 17; 76-77) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 27 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X9 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 90 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Sumqayıt şəhər Pİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 44,700 qram narkotik vasitə – heroin və 18,953 qram psixotrop maddə – metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 88 manat 70 qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X9 təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 90 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar