Məhkəmə qərarları › İş №1(101)-1089/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1089/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1089/2022 28.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1996-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, 20 Yanvar küçəsi, ev 177, mənzil 13-də qeydiyyatla olmaqla faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 36, mənzil 133-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq Külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə etmə,saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin iyul-avqust aylarında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddələri və narkotik vasitələri əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Şahmar” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsinin ərazisində əvvəlcədən təyin edilmiş yerdə gizlətdiyi külli miqdarda, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısına daxil edilmiş ümumi təmiz çəkisi Külli miqdarda 1044,145 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi təmiz çəkisi Külli miqdarda 630 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda 383,721 qram olan ağ rəngli kristallik formada olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədilə 2022-ci ilin yanvar ayının 21də həmin yerdən götürüb əldə edərək, sonradan «Şahmar» adlı şəxsin tapşırığına əsasən gördüyü işin qarşılığında özünə 20-50 qram narkotik vasitə götürəcəyi şərtilə onun deyəcəyi yerə qoymaq üçün qanunsuz olaraq daşıyaraq, yaşadığı ünvan 2 evin qonaq otağında divanın sağ küncündə saxlamış, 23 yanvar 2022-ci il tarixdə gecə saatlarında, istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə «Şahmar» adlı şəxsin deyəcəyi yerə qoymaq üçün həmin narkotik vasitə heroinin təmiz çəkisi 39,145 qram olan hissəsini beş ədəd bükümdə, həmin psixotrop maddə metamfetaminin təmiz çəkisi 23,721 qram olan hissəsini üç ədəd bükümdə ayırıb əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 02:40 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi ev 24-ün yaxınlığında saxlanılaraq ünvan 1 ünvanda yerləşən Baş İdarənin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda 5 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,802 qr, 4,842 qr, 10,152 qr, 10,095 qr, 9,254 qr. ümumi təmiz çəkisi 39,145 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və külli midarda 3 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 4,795 qr, 4,722 qr, 14,204 qr. ümumi təmiz çəkisi 23,721 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 04:40 dəqiqədə yaşadığı ünvan 2 ünvana baxış keçirilərkən mənzilin qonaq otağında olan divanın sağ küncündə saxladığı 1 ədəd idman çantasının içərisindəki 1 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 360 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 1005 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 630 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və üzərində narkotik vasitə heroinin izləri olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə marixuanadan istifadə etmiş, son 6-7 ay olar ki, heroin istifadə etməyə başlamış, heroin falqaya qoyub çəkməklə qəbul etmişdir. Keçən ilin yay aylarında sosial şəbəkə vasitəsi ilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən «Şahmar» adlı şəxslə tanış olmuş, bir neçə dəfə ondan sosial şəbəkə vasitəsi ilə narkotik vasitə heroin almışdır. Belə ki, Şahmarın Bakı şəhərində Whatsapp programı vasitəsi ilə göndərdiyi ünvanların fotoşəkilləri əsasında dediyi yerlərdən heroini götürüb, heroinin pulunu Şahmarın dediyi ayrı-ayrı şəxslərin bank kartlarında olan hesab nömrələrinə köçürmüşdür. Lakin son zamanlar maddi vəziyyəti pisləşmiş bunu Şahmara bildirmişdir. Şahmar ona təklif etmişdir ki, onun dediyi yerlərdən narkotik vasitəni götürüb, aparıb onun dediyi yerə qoymalı, qarşılığında isə göndərdiyi narkotik vasitədən 20-50 qram çəkidə istifadə etmək üçün ona qalacaqdır. Şahmarın bu təklifi ilə razılaşmış və keçən ilin axırlarında Şahmarın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində dediyi yerdən külli miqdarda patı və kakos götürüb Bakı- Sumqayıt yolunda Şahmarın bildirdiyi yerə aparıb qoymuş, bunun qarşılığında ona 20-30 qram kakos qalmışdı. Sonuncu dəfə 21 yanvar 2022-ci il tarixdə Şahmar onunla əlaqə yaradıb yenidən Qaraçuxur qəsəbəsinə gedib oradan zibil qabının yanında gizlədilmiş narkotik vasitəni götürməyi və özündə saxlamağı bildirmişdir. O da həmin yerə gedib idman çantasının içərisində gizlədilmiş narkotik vasitəni götürüb yaşadığı evə gətirmiş, çantanın içinə baxdıqda içərisində heroin, tiryək və patı, eləcə də 1 ədəd 4169-7385-2178-1884 nömrəli «umico» kartı və 2 ədəd elektron tərəzi görmüşdür. Şahmarın göstərişinə əsasən həmin çantanı bir neçə gün sonra başqa bir yerə qoymalı idi. Çantanın içində olan narkotik vasitələrdən 5 büküm heroini və 3 büküm patını ayırıb özü istifadə etmək üçün cibinə qoymuş çantanın içində qalmış maddələri isə yaşadığı evin qonaq otağındakı divanın sağ küncünə qoymuşdur. 23 yanvar 2022-ci il tarixdə gecə saatlarında yaşadığı evin qarşısında piyada gəzişdiyi zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu polisin inzibati binasına dəvət etmişlər. O heç bir müqavimət göstərmədən könüllü olaraq polis əməkdaşları ilə polis idarəsinə getmiş orada təhqiqatçi tərəfindən vəkil dəvət olunduqdan sonra üzərinə baxış keçirilmiş və onun çantadan götürdüyü 5 büküm heroin və 3 büküm patı əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Onun üzərindən həmçinin 055 296-99-40 simkart nömrəsi olan “HUAWEİ” markalı mobil telefon, şalvarın sağ yan cibindən 7 manat pul, 1 ədəd açar, şalvarın arxa sol cibindən bir ədəd plastik bank kartı, şəxsiyyət vəsiqəsi və narkotik vasitənin istifadəsi üçün olan “müşdüyə” bənzər əşya aşkar edilərək götürülmüşdür. Narkotik vasitə və psixotrop maddələr kağız zərfin içinə qoyularaq qablaşdırılmış, baxışın nəticəsinə dair protokol isə təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra o və baxışın digər iştirakçıları tərəfindən imzalanmışdır. Bu baxış zaman o təhiqiqatçıya etiraf etmişdir ki, yaşadığı Bakı şəhəri, Ə.Əhmədov küçəsi, ev 36, mənzil 133-də əlavə olaraq narkotik vasitə və psixotrop maddələrin sasxlanıldığını bildirmiş və mənzildə axtarış edilməsinə razılıq vermişdir. Bundan sonra baxışın iştirakçıları onunla birlikdə yaşadığı ünvana getmiş, o öz açarı ilə qapını açmış və polis əməkdaşlarına qonaq otağında divanın küncündə qoyduğu çantanı təqdim etmişdir. Həmin çantaya polislər baxdıqda içində heroin, tiryək, patı və 2 ədəd elektron tərəzi aşikar olunmuşdur. Bu halları bu gündə, məhkəmədə təsdiq edir. Etdiyi əməldən peşmandır. Ona iranlı Şahmardan yalnız az miqdarda narkotik qalırdı.Şahmarın dediyi yerlərə “zakladka” qoyub, lakin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN BNMİ-nin X.M.İ.Ü Baş Əməliyyat Müvəkkili, Polis Polkovnik-Leytenantı Şahid1 ifadəsində göstərmişdir ki,( Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır ). Belə ki, 22 yanvar 2022-ci il tarixdə DİN BNMİ-nə Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsi ev 36 mənzil 133-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hüquqazidd əməllərin ifşa olunması məqsədilə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar tərtib etmiş və həmkarı əməliyyat müvəkkili polis mayoru Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. 23 yanvar 2022-ci il tarixdə saat 02:40 dəqiqədə Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsi ev 24-ün yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görərək ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilərək üzərinə baxış keçirilməsi üçün DİN BNMİ-yə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil vermişlər, sonuncu isə Təqsirləndirilən şəxs dəvət olunmuş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, sonra isə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri və qanunla qadağan edilmiş digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 8 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümlərdən 5 ədəd bükümün narkotik vasitə “kola” adlandırdığı heroin olduğunu, 3 ədəd bükümün isə “patı, daş” adlandırdığı metamfetamin olduğunu bildirmişdir. Həmin sellofan bükümlər təhqiqatçı tərəfindən açıldıqda bir hissəsinin içərisində açıq qəhvəyi rəngli maddənin, digərlərində isə kristal şəkilli maddənin olması videogörüntü zamanı qeydə alınmışdır. Artıq uzun müddət keçdiyi üçün narkotik vasitə və psixotrop maddələrin çəkilərini xatırlamır, lakin baxış protokolunda əks olunanları təsdiqləyir. Təqsirləndirilən şəxs üzərindən çıxarıb təqdim etdiyi kütlələri bir gün əvvəl sosial şəbəkədə tanıdığı İran İslan Respublikası vətəndaşı olan Şahmar adlı şəxsin vasitəsilə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, deyiləcək ünvanlara qoyduğu təqdirdə özü narkotik vasitə istifadəçisi olduğuna görə şahmar adlı şəxsin ona istifadəsi üçün narkotik verəcəyini, Şahmarın verdiyi narkotiklərin yaşadığı Yasamal rayonu ərazisindəki evində də olduğunu, yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmamasını bildirərək, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və imzalarla təsdiqlənmişdir. Bundan sonra həmin gün, yəni 23 yanvar 2022-ci il tarixdə saat 04:40-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsi ev 36 mənzil 133 ünvanına getmişlər.Mənzilin qapısını Təqsirləndirilən şəxs özü açaraq baxışın iştirakçılarını mənzilə dəvət etmişdir və videoçəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə qonaq otağında divanın yan tərəfindən idman çantasını masanın üzərinə qoymuş, çantanın içərisindəki 2 ədəd elektron tərəzini, 2 ədəd sellofan bükümün “kola” adlandırdığı heroin və “patı” adlandırdığı metamfetamin olması, habelə bərk formada tiryəkə bənzər kütlə müəyyən edilmişdir. Həmin bükümlərə baxış keçirilmiş, tamlığının qorunması məqsədilə yapışqanlı lentlə bağlanmış, elektron tərəzidə “patı, daş” adlandırdığı metamfetamin bükümün çəkisi 366 qram, narkotik vasitə “kola” adlandırdığı heroin bükümün çəkisi 1 kq 7 qram, tiryəkə bənzər kütlənin 628 qr olması müəyyən edilmişdir. Sonra həmin kütlələr və 2 ədəd elektron tərəzi içərisi boş olan idman çantasına qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə digər qanunsuz əşyalar və ya sənədlər aşkar edilməmişdir.İstər saxladıqları , istərsə də üzərinə və mənzilinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı heş bir fiziki və ya psixi təyziqlər olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 22 yanvar 2022-ci il tarixdə DİN BNMİ-nə Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsi ev 36 mənzil 133-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hüquqazidd əməllərin ifşa olunması məqsədilə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar tərtib etmiş və həmkarı əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. 23 yanvar 2022-ci il tarixdə saat 02:40 dəqiqədə Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsi ev 24-ün yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görərək ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilərək üzərinə baxış keçirilməsi üçün DİN BNMİ-yə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil vermişlər, sonuncu isə Təqsirləndirilən şəxs dəvət olunmuş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, sonra isə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri və qanunla qadağan edilmiş digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 8 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümlərdən 5 ədəd bükümün narkotik vasitə “kola” adlandırdığı heroin olduğunu, 3 ədəd bükümün isə “patı, daş” adlandırdığı metamfetamin olduğunu bildirmişdir. Həmin sellofan bükümlər təhqiqatçı tərəfindən açıldıqda bir hissəsinin içərisində açıq qəhvəyi rəngli maddənin, digərlərində isə kristal şəkilli maddənin olması videogörüntü zamanı qeydə alınmışdır. Artıq uzun müddət keçdiyi üçün narkotik vasitə və psixotrop maddələrin çəkilərini xatırlamır, lakin baxış protokolunda əks olunanları təsdiqləyir. Təqsirləndirilən şəxs üzərindən çıxarıb təqdim etdiyi kütlələri bir gün əvvəl sosial şəbəkədə tanıdığı İran İslan Respublikası vətəndaşı olan Şahmar adlı şəxsin vasitəsilə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, deyiləcək ünvanlara qoyduğu təqdirdə özü narkotik vasitə istifadəçisi olduğuna görə şahmar adlı şəxsin ona istifadəsi üçün narkotik verəcəyini, Şahmarın verdiyi narkotiklərin yaşadığı Yasamal rayonu ərazisindəki evində də olduğunu, yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmamasını bildirərək, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və imzalarla təsdiqlənmişdir. Bundan sonra həmin gün, yəni 23 yanvar 2022-ci il tarixdə saat 04:40-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsi ev 36 mənzil 133 ünvanına getmişlər.Mənzilin qapısını Təqsirləndirilən şəxs özü açaraq baxışın iştirakçılarını mənzilə dəvət etmişdir və videoçəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə qonaq otağında divanın yan tərəfindən idman çantasını masanın üzərinə qoymuş, çantanın içərisindəki 2 ədəd elektron tərəzini, 2 ədəd sellofan bükümün “kola” adlandırdığı heroin və “patı” adlandırdığı metamfetamin olması, habelə bərk formada tiryəkə bənzər kütlə müəyyən edilmişdir. Həmin bükümlərə baxış keçirilmiş, tamlığının qorunması məqsədilə yapışqanlı lentlə bağlanmış, elektron tərəzidə “patı, daş” adlandırdığı metamfetamin bükümün çəkisi 366 qram, narkotik vasitə “kola” adlandırdığı heroin bükümün çəkisi 1 kq 7 qram, tiryəkə bənzər kütlənin 628 qr olması müəyyən edilmişdir. Sonra həmin kütlələr və 2 ədəd elektron tərəzi içərisi boş olan idman çantasına qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə digər qanunsuz əşyalar və ya sənədlər aşkar edilməmişdir.İstər saxladıqları , istərsə də üzərinə və mənzilinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı heş bir fiziki və ya psixi təyziqlər olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs şübhəli bilindiyi üçün 23 yanvar 2022-ci il tarixdə saat 02:40 dəqiqədə ünvan 5 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı şalvarın sağ yan cibindən 05 (beş) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, 03 (üç) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metafetaminə bənzər kütlə, həmin şalvarın sol yan cibindən 01 (bir) ədəd içərisində ***-***-**-** Sim kart nömrəsi olan “HUAWEİ” markalı mobil telefon, arxa sol cibindən narkotik vasitə istifadə etməsi üçün nəzərdə tutulmuş müşdüyə bənzər əşya aşkar edildi. Təqsirləndirilən şəxs həmin kütləni bir gün bundan əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan Şahmar adlı şəxsdən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini və Şahmar adlı şəxsin gördüyü işin qarşılığında istifadəsi üçün ona narkotik verəcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə “Sony” markalı video kameradan istifadə edilməklə aparılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “mənzilə baxış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 36, mənzil 133-də yaşayan Təqsirləndirilən şəxs mənzilinə baxış zamanı qonaq otağında divanın sağ tərəfində aşkar odlunmuş idman santasının içindən 01 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik maddə heroinə bənzər kütlə, 01 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metafetaminə bənzər kütlə, 01 (bir) ədəd tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütlə və 02 (iki) ədəd elektron tərəzi aşikar edildi. Kütlələr tərəzidə çəkildikdən sonra heroinə bənzər kütlənin 1 kq 7 qram, metafetaminə bənzər kütlənin 366 qram, tiryəkə bənzər kütlənin 628 qram çəkisində olduğu müəyyənləşdirilərək qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarxili Bakı şəhər Yasamal rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkantədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “ "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında” 02 mart 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən SMS yazışmalar öz əksini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 6/427 saylı, xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri olan paketdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,802 qr, 4,842 qr, 10,152 qr, 10,095 qr, 9,254 qr, ümumi təmiz çəkisi 39,145 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, üç ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 4,795 qr, 4,722 qr, 14,204 qr, ümumi təmiz çəkisi 23,721 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd borucuqda narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən” sözləri olan çantanı açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 360 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 1005 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 630 qram olan tünd-qəhvəyi rəngli qətrana bənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir, iki ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. Kağız paketdəki və çantadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 1044,145 qramdır. Kağız paketdəki və çantadakı psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 383,721 qramdır. Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxildir. Heroin və tiryək xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. (Paketdəki metamfetaminin ümumi təmiz çəkisi – 23,721 qr, tədqiqata sərf edildi – 0,090 qr, qalıq 23,631 qram. Paketdəki heroinin ümumi təmiz çəkisi – 39,145 qr, tədqiqata sərf edildi – 0,100 qr, qalıq – 39,045 qram. Çantadakı tiryəkin təmiz çəkisi – 630 qr, tədqiqata sərf edildi – 0,100 qr, qalıq 629,9 qram. Çantadakı metamfetaminin təmiz çəkisi 360 qr, tədqiqata sərf edildi – 0,100 qr, qalıq – 359,9 qram. Çantadakı heroinin təmiz çəkisi – 1005 qr, tədqiqata sərf edildi – 0,100 qr, qalıq – 1004,9 qram). Məhkəmədə elan edilib araşdırılmış, məcburi-narkoloji tibbi yoxlamasına dair xx.xx.2022-ci il tarixli 1621 saylı rəyindən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasına dair xx.xx.2022-ci il tarixli 812 saylı rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda həmçinin ona ittham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də N.Əliyev ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, yoxlanılan şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opoidlərin və psixatrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu -narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəza çəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmiş, ekspertizadan sonra qalıq qalmış 1043,945 qram heroin, 629,9 qram tiryək, 383,531 qram metamfetamin və 2 ədəd elektron tərəzi məhv edilməli, cinayət işinin materiallarına əlpvə edilmiş Təqsirləndirilən şəxs üstündən və yaşadığı mənzildən narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminini götürülməsini özündə əks etdirən 02 (ədəd) DVD disk, habelə "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd CD disk cinayət işinin materiallparında saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 01 ədəd «Huawei» markalı mobil telefon aparatı ayrılmış ********* saylı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin işdə saxlanılması nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 81 (səksən bir manat) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün 180 ( yüz səksən) manat pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertizadan sonra qalıq qalmış 1043,945 qram heroin, 629,9 qram tiryək, 383,531 qram metamfetamin və 2 ədəd elektron tərəzi məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş DVD və CD disklər cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 01 ədəd «Huawei» markalı mobil telefon aparatı ayrılmış ********* saylı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin işdə saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir manat ) manat məbləğində pul Təqsirləndirilən şəxs Rauf oğlundan tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 180 (yüz səksən) manat pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar