Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1089/2024 28.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:45-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi «Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1976-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, əməlində cinayətlərin təhlükəli residivi halı müəyyən olunan, Lənkəran şəhəri, Girdəni kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, S.Rəhman küçəsi, fərdi evdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan "xxxx" adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün "xxxx" adlı şəxsdən, ona bildirəcəyi ünvanlara, digər naməlum şəxslərə çatdırmaq məqsədilə istintaqa məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2415,0 qram narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 605,0 qram psixotrop maddə metamfetamini satış məqsədilə əldə edib, saxlayaraq, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, S.Rəhman küçəsində yerləşən nömrəsiz fərdi evə daşımış, onlardan külli miqdarda ümumi təmiz çəkisi 2335,0 qram narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 470,0 qram psixotrop maddə metamfetamini evində gizlədərək saxlamış, külli miqdarda çəkisi 80,0 qram narkotik vasitə heroini və külli miqdarda çəkisi 135,0 qram psixotrop maddə metamfetamini satış məqsədilə üzərində saxlayaraq yaşadığı evin yaxınlığına qədər daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması və daşıması barədə Abşeron rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında həmin İdarənin Cinayət- Axtarış şöbəsinin əməkdaşları tərəfindən müvafiq qaydada keçirilmiş əməliyyat tədbirləri nəticəsində 24 may 2023-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, S.Rəhman küçəsində saxlanılaraq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron rayon Polis İdarəsinə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sol yan iç cibində satış məqsədilə əldə edib saxladığı 01 ədəd yaşıl rəngli sellofana bükülmüş təmiz çəkisi 80,0 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 135 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sonra əməliyyat tədbirlərinin davamı olaraq 24 may 2023-cü il tarixdə onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, S.Rəhman küçəsində yerləşən nömrəsiz fərdi evə baxış keçirilərkən evin həyətyanı sahəsində plastik vedrənin içərisində olan ağ rəngli sellofan torbanın içərisində satış məqsədi ilə əldə edib saxladığı üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən 04 ədəd şəffaf seloffana bükülmüş ayrı-ayrılıqda 825,0 qram, 910,0 qram, 510,0 qram və 90,0 qram olmaqla ümumi təmiz çəkisi 2335,0 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf seloffan torbada təmiz çəkisi 470,0 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə 23 may 2023-cü il tarixdə, gecə saatlarında, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, S.Rəhman küçəsi ilə, piyada hərəkət edərkən mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edib Abşeron rayon Polis idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış etmişlər. Bundan sonra onun və ailə üzvlərinin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətlərini həyata keçirmişlər. Polislər onun mobil telefonuna baxış zamanı orda olan Cəmşid adlı İran vətəndaşının nömrəsini aşkar etmiş və axtardıqları şəxsin o olduğu qənaətinə gəldikdən sonra ondan harada yaşadığını soruşmuşlar. O, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, S.Rəhman küçəsində fərdi yaşayış evində, kirayədə ailəsi ilə birlikdə yaşadığını bildirdikdən sonra polislər onlarla birlikdə həmin ünvana gələrək evə baxış keçirtmişlər. Onlar Samir və İmran adlı 2 nəfər əməliyyatçı və biri xanım olmaqla əlavə 2 nəfər anket məlumatlarını bilmədiyi şəxslərlə, ümumilikdə 4 nəfər olmuşlar. Evə baxış zamanı televizorun üstündəki siqaret paketindən əvvəlcədən şəxsi istifadə üçün əldə etdiyi və bir hissəsini artıq istifadə etdiyi, həmin istifadə etdiyi miqdarla birlikdə çəkisi 3 qram olmuş “kakos“ adlanan narkotik vasitə heroini aşkar etmişlər. Həmin gecə evə baxış zamanı çəkiliş aparılmamış və polis əməkdaşları öndəki maşında həyat yoldaşı və oğlu, arxadakı maşında isə o, olmaqla iki avtomobildə onları Abşeron rayonu Xırdalan şəhərində yerləşən Polis idarəsinə aparmışlar. Onu və ailə üzvlərini ayrı-ayrı otaqlarda dindirilmiş, o, ailə üzvlərinin hansı səbəbə gətirildiklərini soruşduqda ona onların da şübhəli şəxs qismində saxlanıldıqlarını və dedikləri ilə razılaşmasa onların da təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunacaqlarını bildirmişlər. O, artıq başqa çarəsi olmadığını hesab edərək həmin şəxslərin ona təqdim etdikləri bütün sənədlərə imza çəkmişdir. Hansı ki, o, ümumiyyətlə latın qrafikası ilə yazıb-oxumağı bacarmır və həmin sənədlərin məzmununun da nədən ibarət olduğu barədə məlumatı olmamışdır. Bundan sonra polis əməkdaşları videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirəcəklərini bildirərək gödəkcəsinin sol iç cibinə 2 büküm narkotik vasitəni yerləşdirərək çəkiliş etmişlər. Sonra yenidən məzmunu və mahiyyəti ona məlum olmayan sənədləri ona təqdim edərək imza çəkdirmişlər. 24 may 2023-cü il tarixdə, səhər saat 9 radələrində qabaqdan həyat yoldaşını Samir adlı əməliyyatçı və daha əvvəl evə baxış keçirilərkən gördüyü, anket məlumatları ona məlum olmayan xanım ilə birlikdə, arxadan isə onu təhqiqatçı, müdafiəçi və İmran adlı əməliyyatçı ilə birlikdə, ayrı-ayrı avtomobillərdə yaşadığı evə aparılmış, oğlunu isə polis bölməsində saxlamışlar. Polislər ona evdə yenidən videoçəkiliş aparılacağını, həmin videoçəkiliş zamanı aşkar olunacaq narkotik vasitələrin kimə məxsus olduğu sualı verildikdə ona aid olduğunu deməyini tapşırmışlar. Onların tapşırığına əsasən, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S,Rəhman küçəsində yerləşən evinə baxış keçirilən zamanı hər hansı qanunla qadağan olunmuş alət və vasitə çıxmayacagını, evin arxasındakı toyuq yemi saxlanılan vedrənin içərisindən isə narkotik vasitələr aşkar olunarkən həyat yoldaşı ona qarşı sual edərək narkotik vasitələrin “bura nə səbəbə qoyulduğunu, əgər heç nədən xəbəri yoxdusa həmin narkotik vasitələrin burda nə işi olduğunu, nə üçün yalan danışdığını“ soruşacaqmış, o da guya təqsirini etiraf edəcəkmiş. Həmin vedrənin altından 4-5 büküm bağlama aşkar olunmuş, onlara videoçəkilişdə bu formada danışmaqları tapşırılmışdır. Onlar da tapşırılan qaydada hərəkət etmişlər. O, həyat yoldaşını tutmasınlar deyə belə demişdir. Sonra həyat yoldaşı evdə qalmış, qardaşı polis bölməsinə gələrək oğlunu aparmış, bir qədər sonra isə müstəntiq onunla görüşmüş, yenidən müəyyən sənədləri ona təqdim edərək imza çəkdirmişdir. Ondan təxminən 2 qram “kakos“ adlanan narkotik vasitə heroin aşkar olunmuşdur. O, narkotik maddəni polislər tərəfindən tutulmamışdan 2 gün əvvəl, Bakı şəhəri Nəsimi rayonu “28 may“ ərazisindən tanımadığı şəxsdən əldə etmişdir. Əvvəllər məhkumluğu olmuş, narkotik maddələrin istifadəsi, alışı, satışı, daşıması və saxlama səbəbindən Lənkəran Ağır Cinayətlər məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilmişdir. Daha əvvəl narkomaniya asılılığı səbəbindən xəstəliyi olmuş, indi isə sağalmışdır. 11 aydır həbsdən azad olunmuş və həmin müddət ərzində ilk dəfədir ki, narkotik istifadə edirmiş. O, bağban işləmiş, və aylıq 300 manat qazanc əldə etmiş, oğlu “Araz market“də işləyir. O, narkotik maddələri ümumilikdə 100 manat qarşılığında əldə etmiş və 10 gün ərzində istifadə etməyi planlaşdırırmışdır. İran İslam Respublikasının vətəndaşı "xxxx" adlı şəxslə onunla birlikdə Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş, hazırda İranda olan Nazimin vasitəsi ilə tanış olmuş, Nazim Cəmşidin əmisi oğludur. O, Cəmşidə “lalafo.az“ internet saytı vasitəsilə “elektron əlil arabası“ alıb göndərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonunda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün onun və CAŞ-ın baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 24 may 2023-cü il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, S.Rəhman küçəsində yerləşən kirayə yaşadığı fərdi evin yaxınlığında piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs müəyyən edilmiş və həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilərək, həmin şəxsi birlikdə Abşeron RPİ-nin inzibati binasına aparmışlar. Müdafiəçinin iştirakı ilə həmin şəxsin üzərində şəxsi axtarış və götürmə aparılmış, həmin prosessual hərəkət videoçəkilişlə müşayiət edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs paltarlarında, bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd kütləni və yaşıl rəngli sellofana bükülmüş kütləni, şüşə adlandırdığı metamfetamini təqdim etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı "xxxx" adlı şəxsin vasitəsi ilə online şəkildə əldə etdiyini və kirayədə yaşadığı mənzildə də narkotik vasitənin bir hissəsini saxlamasını bildirmişdir. Bundan sonra xx.xx.2023- cü il tarixdə Təqsirləndirilən şəxs kirayə yaşadığı göstərilən ünvana gedərək və həmin ünvanda yenə də müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs evində saxladığı narkotik vasitəni təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq evin həyətində göy qapaqlı plastik vedrənin içərisində toyuq yeminin içərisindən 4-5 büküm kütlə aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin kütlələrdən 4 bükümün narkotik vasitə heroin, 1 bükümün isə şüşə adlandırdığı metamfetamin olduğunu bildirmişdir. Həmin kütlələr möhürlənərək orada olan iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsı saxlayarkən təxminən gecə saatları olmuş və o tək saxlanılmış, ailə üzvləri yanında olmamışdır. Təqsirləndirilən şəxs birbaşa polis idarəsinə aparılmış və orada baxış və şəxsi axtarış keçirilmiş, daha sonra Təqsirləndirilən şəxs evində də narkotik olduğunu etiraf etdikdən sonra onun evinə yollanaraq evə baxış keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş əməliyyat tədbiri zamanı Abşeron rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda Abşeron rayon Polis İdarəsinin Narkotiklərə qarşı Mübarizə Bölməsinin rəisi vəzifəsində xidmət edən Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonunda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün onun və CAŞ-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı, Şahid1 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra onun tərəfindən əməliyyat - axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 24 may 2023-cü il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, S.Rəhman küçəsində yerləşən kirayə yaşadığı fərdi evin yaxınlığında piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs müəyyən edilmiş və həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilərək, həmin şəxsi Abşeron RPİ-nin inzibati binasına aparmışlar. Bu zaman Təqsirləndirilən şəxs paltarlarında, bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd kütləni və yaşıl rəngli sellofana bükülmüş kütləni, şüşə adlandırdığı metamfetamini təqdim etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı "xxxx" adlı şəxsin vasitəsi ilə əldə etdiyini və kirayədə yaşadığı mənzildə də narkotik vasitənin bir hissəsini saxlamasını bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs kirayə yaşadığı göstərilən ünvana gedərək və həmin ünvanda yenə də müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs evində saxladığı narkotik vasitəni təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq evin həyətində göy qapaqlı plastik vedrənin içərisində toyuq yeminin içərisindən, hal-hazırda dəqiq sayını bilmədiyi sayda bükümdə kütlələr aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin kütlələrdən 4 bükümün narkotik vasitə heroin, 1 bükümün isə şüşə adlandırdığı metamfetamin olduğunu bildirmişdir. Həmin kütlələr möhürlənərək orada olan iştirakçılar tərəfindən imzalanmışdır. Həmin kütlələr qablaşdırılmış, möhürlənərək orada olan iştirakçılar tərəfindən imzalanmış, daha sonra qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxsı saxlayarkən saatın neçə olduğunu hal-hazırda tam xatırlamır və saxlanılan zaman Niyaz tək olmuşdur. Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman isə onun həyat yoldaşı evdə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, S.Rəhman küçəsində yerləşən fərdi həyət evində kirayədə yaşamışlar. Həyat yoldaşı Təqsirləndirilən şəxs və oğlu ilə birlikdə yaşadıqları ünvana gələn zaman polis əməkdaşları onları saxlayaraq, həm onların üzərinə, həm də yaşadıqları evə axtarış keçirilmiş, hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Axşam saatlarında onların hər üçünü polis idarəsinə aparmışlar. Həmin günün səhəri onu azad edərək evə gətirmişlər və bir qədər sonra Təqsirləndirilən şəxs də evə gətirilərək evdə axtarış aparılmış, yenidən heç nə aşkar olunmamışdır. Daha sonra Niyaz yenidən polis idarəsinə aparılmış və ona bildirilmişdir ki, Təqsirləndirilən şəxs bir qədər sonra evə gətirəcəklər. Polis əməkdaşları ona Təqsirləndirilən şəxs bütün gecə harada olmasını soruşacağı halda oğlunu azad edəcəklərini bildirmişlər. O da məcburi qaydada polis əməkdaşlarının bildirdiyi kimi ifadə vermiş, bundan sonra polislər onların oğlunu da azad etmişlər, lakin, həyat yoldaşı Təqsirləndirilən şəxs həbs edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2023-cü il tarixli, 6/2994 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №56" dairəvi möhür əksi olan bir ədəd zərfdə və bir ədəd sellofan bağlamada olan; -üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş ..." sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 80,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 135,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. -üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamada 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 825,0 qram, 910,0 qram, 510,0 qram, 90,0 qram ümumi təmiz çəkisi 2335,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 470,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim edilmiş metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr "-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 38-41). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 14 noyabr 2023-cü il tarixli, 7390 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 176-177). İş materiallarında olan məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin” 31 may 2023-cü il tarixli, 1029 №-li rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və onun izi aşkar olunmamışdır. (iş vərəqə 156-157). İş materiallarında olan məhkəmə-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 20 iyun 2023-cü il tarixli, 5/814 №-li rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təhciz olunmuş “Relame C21Y” markalı “RMX3263” modelli “**********21258, **********21241” imei kodlu smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Realme C21Y” markalı “RMX 3263” modelli mobil smartfonun yaddaşında mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunmuşdur. (iş vərəqə 158-161). İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin sol iç yan cibindən 01 ədəd yaşıl rəngli sellofana bükülmüş içərisində narkotik vasitə heroin olan büküm və 01 ədəd şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə olan metamfetamin olan büküm aşkar olunmuşdur. (iş vərəqə 24-25). İş materiallarında olan xx.xx.2023-cü il tarixli mənzilə baxış keçirilməsi haqqında protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, S.Rəhman küçəsində yerləşən fərdi həyət evinin həyətyanı sahəsində olan göy qapaqlı plastik vedrənin içərisində olan toyuq yeminin içərisindən sellofan bağlamanı və açıq yaşıl rəngli karton qutunu təqdim etmiş, qutunun içərisindən göy rəngli tərəzi, sellofan bağlamanın içərisindən 04 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan torbada psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. (iş vərəqə 29-30). Həmçinin, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, S.Rəhman küçəsində yerləşən fərdi həyətə və mənzilə baxış keçirilməsinə razılıq vermişdir. (iş vərəqə 27) İş materiallarında olan videoyazıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkcəsinin sol iç yan cibindən 01 ədəd yaşıl rəngli sellofana bükülmüş içərisində narkotik vasitə heroin olan büküm və 01 ədəd şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə metamfetamin olan bükümü təqdim etmişdir. (iş vərəqə 103). İş materiallarında olan videoyazıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, S.Rəhman küçəsində yerləşən fərdi həyət evinə baxış keçirilən zaman həyətyanı sahədə olan göy qapaqlı plastik vedrənin içərisində olan toyuq yeminin içərisindən sellofan bağlamı və açıq yaşıl rəngli karton qutunu təqdim etmiş, qutunun içərisindən göy rəngli tərəzi, sellofan bağlamanın içərisindən 04 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan torbada psixotrop maddə olan metamfetamini təqdim etmişdir. (iş vərəqə 102) İş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Relame” markalı mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr istifadə olunmuş və “WhatsApp” sosial şəbəkəsində “Camşut” adı ilə qeyd olunmuş +**********76 saylı nömrə ilə danışıqların silinməsi aşkar edilmişdir. (iş vərəqə 60-61). İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan qrupun digər üzvü İİR vətəndaşı olması ehtimal edilən "xxxx" adlı şəxs barəsində cinayət işinin materiallarından AR CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. (iş vərəqə 221-223) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, təxminən 3 qram çəkidə narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əldə etməsinə, digər narkotik vasitələrin, psixotrop maddələrin ona aid olmamasına dair verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun özünü müdafiə üçün irəli sürdüyü fikirlər özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş üzrə şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2023-cü il tarixli, 6/2994 №-li, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 14 noyabr 2023-cü il tarixli, 7390 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamasının, Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin” 31 may 2023-cü il tarixli, 1029 №-li, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 20 iyun 2023-cü il tarixli, 5/814 №-li rəyləri, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli mənzilə baxış keçirilməsi haqqında, mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokollar, eləcə də digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadəsində özünü tam təqsirli bilərək qeyd etmişdir ki, İran İslam Respublikasının vətəndaşı "xxxx" adlı şəxslə onunla birlikdə Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş, hazırda İranda olan Nazimin vasitəsi ilə tanış olmuşdur. Nazim Cəmşidin əmisi oğludur. Cəmşidlə “whatsapp” şəbəkəsində bir neçə dəfə əlaqə saxlamışdır. Cəmşidin nömrəsi onun telefonunda qeyd olunmuşdur. Cəmşid onun narkotik vasitə istifadəçisi olduğunu bilirmiş, buna görə ona təklif etmişdir ki, həmin şəxsin göndərdiyi narkotik vasitələri və psixotrop maddələri həmin şəxsin dediyi ünvanlara yerləşdirsin, Cəmşid də bunun müqabilində ona öz istifadəsi üçün narkotik verəcəkmiş, o da razılaşmışdır. 22 may 2023-cü il tarixdə Cəmşid ona “whatsapp” şəbəkəsində ərazi xəritəsi göndərib orada olan narkotiki götürməsini söyləmişdir. Həmin xəritə üzrə o, Abşeron rayonu Xırdalan şəhərində Quşçuluq massivi tərəfdə yolun kənarında beton arxasında gizlədilmiş bağlamanı götürmüşdür. Bağlamanın içərisində 05 büküm narkotik vasitə heroin, 02 büküm psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi var imiş. Cəmşidin göndərdiyi həmin bağlamanı oradan götürüb yaşadığı evin arxasında toyuq yemi saxladığı vedrənin içərisində gizlətmişdir. 24 may 2023-cü il tarixdə saat 04 radələrində Cəmşidin “whatsapp” şəbəkəsində göndərdiyi yerə aparıb yerləşdirmək üçün bir büküm heroin və bir büküm metamfetamin götürüb gödəkcəsinin sol iç cibinə qoymuşdur. Yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, S.Rəhman küçəsi ilə piyada hərəkət edərkən mülki şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Abşeron rayon Polis idarəsinin əməkdaşları olduqlarını bildirib, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış etdikdən sonra onu Abşeron rayonu Xırdalan şəhərində yerləşən Abşeron rayon Polis idarəsinə dəvət etmişlər. İdarədə xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra o, dövlət hesabına vəkillə təmin olunmaq istədiyini bildirmişdir. Vəkil dəvət olunub ona təqdim edilmiş, o, dəvət edilmiş müdafiəçi Elçin Yusifova etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlanarkən polis əməkdaşları ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa təqdim etməsini təklif etmişlər, bu zaman o, gödəkcəsinin sol iç cibində olan bir ədəd şəffaf sellofan bükümdə metamfetamini və bir ədəd yaşıl sellofan bükümdə heroini polis əməkdaşlarına təqdim etmiş və sorğu zamanı həmin heroin və metamfetamini Cəmşid adlı İran İslam Respublikası vətəndaşının göndərdiyi ünvandan əldə etdiyini, bir qismini yaşadığı evdə gizlətdiyini etiraf etmişdir. Sonra onun üzərinə axtarış keçirilmiş, üzərindən ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə istifadə etdiyi “Redmi” markalı mobil telefon, alışqan, siqaret və 13 manat məbləğində pul aşkar olunmuşdur. Telefonu polis əməkdaşları tərəfindən götürülmüş, digər əşyalar ona geri qaytarılmışdır. Üzərindən aşkar olunmuş bükümlər boş kağız zərfə qoyulub qablaşdırılmışdır. Həmin zərf iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib oxunmuş, protokolun doğruluğu iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bundan sonra onun razılığı ilə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S,Rəhman küçəsində yerləşən evinə baxış keçirilmiş, baxış zamanı o, gizlətdiyi 04 büküm heroin və 01 büküm metamfetamin bağlamalarını və elektron tərəzini evinin arxasındakı toyuq yemi saxlanılan vedrənin içərisindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bağlamalar və tərəzi qablaşdırılmış, iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib oxunmuş, protokolun doğruluğu iştirakçılar və onun tərəfindən imzalanmışdır. (iş vərəqə 57-59) Məhkəmə tərkibi həmçinin, təqsirləndirilən şəxsin arvadı Şahid3 ifadəsinə hüquqi qiymət verərək, həmin ifadəni təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyan, həqiqətə uyğun olmayan ifadə kimi nəzərə alır. Həmçinin, ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə Şahid3 ifadə verərkən, ifadəsində yaşadıqları mənzilin həyətində olan vedrənin içərisindən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar olunmasını qeyd etmişdir. (iş vərəqə 168-169) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 80,0 qram olan narkotik vasitə heroin, 01 ədəd bükümdə 135 qram metamfetamin, eləcə də mənzilinin həyətyanı sahəsindən aşkar edilən 04 ədəd bükümdə, ümumi çəkisi 2335,0 qram təşkil edən narkotik vasitə heroin, 01 ədəd torbada 470,0 qram psixotrop maddə metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla, külli miqdar təşkil edir, habelə narkotik vasitənin, psixotrop maddənin bir yerdən başqa yerə daşınması, bükümlərə ayrılması, həyətyanı sahədə gizlədilməsi, elektron tərəzinin də mövcudluğu təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri, psixotrop maddələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2015-ci il tarixli hökmündən görünür ki, Babayev X1 rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2003-cü il tarixdə Amnistiya qərarına əsasən azad olunmuşdur. Bundan başqa Babayev X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. (iş vərəqə 96-97; 151-155) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Beləliklə, Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi müəyyən olunur. İş materiallarında olan 31 iyul 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 122) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmadığını qeyd edir və Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində təhlükəli residiv müəyyən olunduğundan onun barəsində azadlıqdan məhrum etmə cəzasının müddəti onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddin üçdə ikisindən az olmamaqla təyin olunmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(012)-377/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 may 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 19; 78-79) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 14 noyabr 2023-cü il tarixli, 7390 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (yüz qırx beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan ümumi təmiz çəkisi 2415,0 qram olan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2414,8 qram təşkil edən narkotik vasitə heroin, ümumi təmiz çəkisi 605,0 qram olan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 604,9 qram təşkil edən psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi məhv olunmalı, Təqsirləndirilən şəxs məxsus “Relame C21Y” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış və mənzilə baxış istintaq hərəkətlərinin videoyazılarını özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. . İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2414,8 qram təşkil edən narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 604,9 qram təşkil edən psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi məhv olunsun, Təqsirləndirilən şəxs məxsus “Relame C21Y” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, şəxsi axtarış və mənzilə baxış istintaq hərəkətlərinin videoyazılarını özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (yüz qırx beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1089/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1089/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver