Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1089/2025 19.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi X8 (sədrlik edən), X43 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, X1, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10, Təqsirləndirilən şəxs müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 2004-cü ildə X17 şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, 09 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1015/2024 saylı, 09 avqust 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə “Telegram” sosial şəbəkəsində “Underground Azerbaijan” adlı qrupun “CetOX” adlı, “Dark money” adlı qrupun “Mossad2X” adlı və “Olimpus_Prime” adlı profil istifadəçiləri olan, şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən “CetOX”, “Mossad2X” və “Olimpus_Prime” adlı profil istifadəçisi olan şəxslər 2024-cü ilin əwəllərindən etibarən “İnstagram” və digər sosial şəbəkələrdə "xxxx" ASC-in, "xxxx" ASCin, “Azər-Türk Bank" ASC-in, "xxxx" ASC-in, eləcə də “Kontakt home” mağazalar şəbəkəsinin adından saxta səhifələr yaradaraq həmin səhifələrdə saxta, yəni həqiqətə uyğun olmayan elanlar yerləşdirmiş, belə ki "xxxx" ASC-in adından “MİLES” adlı bank kartlarının ucuz qiymətə satışı, “Azər-Türk Bank" ASC-in adından pul uduşlarının keçirilməsi, "xxxx" ASC-in adından bank tərəfindən lotereyaların təşkil edilməsi, habelə əlavə dəyər vergisi məbləğlərinin artırılmış formada nağdlaşdırılması, cərimə məbləğlərinin yarı qiymətə ödənilməsi, “Kontakt home" mağazalar şəbəkəsinin adından endirim kompaniyalarının keçirilməsi barədə saxta səhifələr yaratmış, həmçinin saxta yaradılmış “Kontakt home.com/5”, “Kontakt home.com/endirim” saxta internet səhifələrində “İphone” markalı mobil telefonların endirimlə, həqiqi dəyərindən ucuz qiymətə satılması barədə yalan məzmunlu elan yerləşdirmiş, həmin səhifələrdə olan elana inanan müştərilər qeyd olunan güzəşt və endirimlərdən yararlanmaq məqsədilə yaradılmış saxta səhifələrdəki linklərə daxil olmaqla qeydiyyatdan keçərək anket məlumatlarını, həmçinin onlara məxsus bank kartının üzərindəki 16 rəqəmli nömrəni və “OTP” təhlükəsizlik kodunu müvafiq xanalara daxil etmiş, Ertuğrul Akdemir və İstintaqla müəyyən edilməyən digər şəxslər istintaqla müəyyən edilməyən xüsusi informasiya proqramları vasitəsi ilə müştərilərin bank kartlarının həmin məxfi məlumatlarını ələ keçirmiş, Ertuğrul Akdemir qeyd edilən kartlara müdaxilə etməklə kartlardakı pul vəsaitlərini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurlayaraq öz adına olan 4098-5844-7120-1192 nömrəli “Leo Bank” və istifadəsində olan 4169-73**- ****-4006 nömrəli bank kartına, ona məxsus, istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı, ona məxsus olmayan, lakin istifadəsində olan, cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid12 adına olan 050-574- 08-35, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-** saylı, X9 adına olan ***-***-**-**, ***-***-**-** saylı, Şahid13 adına olan ***-***-**-** saylı, Şahid14 adına olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı, X5 aldığı ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 055-271-04- 61, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələri ilə qeydiyyatdan keçmiş “M10” elektron pulqabı hesablarına və istintaqla müəyyən edilməyən digər “M10” elektron pulqabı hesablarına, onun adına olmaqla istifadəsində olan “Azercell" MMC-ə məxsus 4449-9451-0205-7772 nömrəli, həmçinin onun istifadəsində olan, cinayətin törədilməsinə aidiyyəti olmayan X23 adına olan 4449- 9451-0235-7164 nömrəli, Şahid8 adına olan 4449-9451-0277- 4525 nömrəli, Şahid9 adına olan 4449-9451-0121-4507 nömrəli, Şahid10 adına olan 4449-9451-0030-3186 nömrəli, Şahid11 adına olan 4449-9451-0250-0961 nömrəli, X24 adına olan 4449-9451- 0036-8064 nömrəli, Şahid7 adına olan 4449-9451-0273-3380 nömrəli, Şahid15 adına olan 4449- 9451-0066-9651 nömrəli, Şahid5 adına 4449-9451-0248-8902 nömrəli və istintaqla müəyyən edilməyən digər "xxxx" MMC-ə məxsus “akart” elektron kartlara köçürmüş, “M10” hesablarda, bank və elektron kartlarda toplanmış oğurluq pul vəsaitlərinin 10-30 faizi məbləğində pul vəsaitini götürüb, qalan 90-70 faiz məbləği “Binance.com” və “Bybit.com” veb saytlarındakı platformalarda kriptovalyuta satışı ilə məşğul olan, cinayətin törədilməsinə aidiyyəti olmayan şəxslərin “M10” və bank kart hesablarına köçürərək əvəzində həmin şəxslərdən “USDT” və digər kriptovalyuta alıb həmin kriptovalyutaların cinayətkar qrupun digər üzvləri olan “CetOX”, “M0ssad2X” və “Olimpus_Prime” adlı profil istifadəçilərin hesablarına göndərilməsini təmin etmiş, bu üsulla Ertuğrul Akdemir ünvan 3 ünvanında “Samsung Galaxy A21 S” markalı mobil telefondan istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə 25 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 hesab nömrəsi 388 **********9247100 olan "xxxx" ASC-ə aid bank kartından 613 manat, 9 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 4189- 8000-8068-6148 və 4189-8000-8870-8324 nömrəli "xxxx" ASC-ə aid bank kartlarından müvafiq olaraq 2609,4 manat və 5261-6333-3621- 3039 nömrəli "xxxx" ASC-ə aid bank kart kartından həmin dövrün məzənnəsi ilə 239,92 manat təşkil edən 130 avro olmaqla ümumilikdə 2849,32 manat, 9 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 5261-6333-3336-9379 nömrəli "xxxx" ASC-ə aid bank kartından 120 manat, 14 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs5 5261-6333-3382-3301 nömrəli "Rabitəbank” ASC-ə aid bank kartından 2000 manat, 14 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 4189-8000-8954-0007 nömrəli "xxxx" ASC-ə aid bank kartından 880 manat, 15 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs6 4724-9425-3548-4463 nömrəli "xxxx" ASC-ə aid bank kartından 597 manat, 16 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs7 4724-9514-1085-8444 "xxxx" ASC-ə aid bank kartından 573 manat, 17 aprel 2024cü il tarixdə Zərərçəkmiş şəxs8 5213-6751-5307-5701 nömrəli "xxxx" ASC-ə aid bank kartından 3000 manat, 17 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs9 5213-6751-5252- 0798 nömrəli "xxxx" ASC- ə aid bank kartından 267 manat, 17 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs10 5213- 6751-3159-9921 nömrəli "xxxx" ASC-ə aid bank kartından 14900 manat, 18 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs11 5213-6751-9340-6270 nömrəli "xxxx" ASC-ə aid bank kartından 500 manat, 19 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs42 Şamil oğlunun 5213-6751-1541-9773 nömrəli "xxxx" ASC-ə aid bank kartından 890 manat, 19 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs12 4182-4957-9670- 5923 nömrəli "xxxx" ASC-ə aid bank kartından 10000 manat, 20 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs13 5402-6919-5729-9539 nömrəli "xxxx" ASC-ə aid bank kartından 350 manat, 20 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs14 5402-6919-5785-7583 nömrəli "xxxx" ASC-ə aid bank kartından 300 manat, 28 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs15 4169-7388- 5213-0404 nömrəli "xxxx" ASC-ə aid bank kartından 556 manat, 28 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs16 4169-7578-5482-4996 nömrəli "xxxx" ASC-ə aid bank kartından 1625 manat, 28 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs17 4098- 5844- 6200-2625 nömrəli "xxxx" ASC-ə aid bank kartından 414 manat, 28 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs18 4169-7388-4039-2033 nömrəli “Kapital Bank" ASC-ə aid bank kartından 534 manat, 28 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs19 5522-0993-5764- 5308 nömrəli "xxxx" ASC-ə aid bank kartından 357 manat, 28 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs21 5243-7544-2188-0715 nömrəli "xxxx" ASC-ə aid bank kartından 930 manat, 15 iyun 2024-cü il tarixdə Hüseynova X25 4169-7388-2730- 8721 nömrəli "xxxx" ASC-ə aid bank kartından 8120 manat, 23 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs22 4169-7388-3626-8379 nömrəli "xxxx" ASC-ə aid bank kartından kartından 990 manat, 24 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs23 4098- 5844-5066-3966 nömrəli "Unibank” ASC-ə aid bank kartından kartından 1999,98 manat, 24 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs24 4169-7388-6257-9277 nömrəli "xxxx" ASC-ə aid bank kartından kartından 1999,98 manat, 29 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs25 4169-7388-2529- 1192 nömrəli "xxxx" ASC-ə aid bank kartından 999,99 manat, 29 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs26 4169-7388-9554-9040 nömrəli "xxxx" ASC-ə aid bank kartından 999,99 manat, 30 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs27 4169-7388-8281-1916 nömrəli "xxxx" ASC-ə aid bank kartından kartından 1999,98 manat, 30 iyun 2024-cü il tarixdə X18 4098-5844-6456-4432 nömrəli "xxxx" ASC-ə aid bank kartından 999,99 manat, 4169-7388-7614-6824 nömrəli "xxxx" ASC-ə aid bank kartından 999,99 manat olmaqla ümumilikdə 1999,98 manat, 30 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs29 5239- 1517-9518-1182 nömrəli "xxxx" ASC-ə aid bank kartından kartından 1999,98 manat, 30 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs30 4169-7388-5207-4511 nömrəli "xxxx" ASC-ə aid bank kartından 999,99 manat, 30 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs31 5239- 1517-3123-6173 nömrəli "xxxx" ASC-ə aid bank kartından 1999,98 manat, 30 iyun 2024cü il tarixdə Zərərçəkmiş şəxs32 4169-7388- 6684-8736 nömrəli "xxxx" ASC-ə aid bank kartından 999,99 manat, 1 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs33 4169-7377-0838- 9461 nömrəli "xxxx" ASC-ə aid bank kartından 1999,98 manat, 1 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs34 5315-9921-4638-5429 nömrəli "xxxx" ASC-ə aid bank kartından 999,99 manat, 1 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs35 4169-7388-0715-9201 nömrəli "xxxx" ASC-ə aid bank kartından 999,99 manat, 1 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs36 4169-7388-6221- 6011 nömrəli "xxxx" ASC-ə aid bank kartından 1999,98 manat, 1 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs37 4169-7388-4049-1116 nömrəli "xxxx" ASC-ə aid bank kartından 999,99 manat, 1 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs38 4169-7332- 2644-0142 nömrəli "xxxx" ASC-ə aid bank kartından 999,99 manat, 3 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs41 5239-1517-1785-7869 nömrəli "xxxx" ASC-ə aid bank kartından 999,99 manat və 17 manat təşkil edən 10 ABŞ dolları olmaqla ümumilikdə 1016,99 manat, 3 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs39 4169-7385-9005-7836 nömrəli "xxxx" ASC-ə aid bank kartından 999,99 manat, 3 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs40 5243-7544-4482-0417 nömrəli "xxxx" ASC-ə aid bank kartından 999,99 manat olmaqla, ümumilikdə külli miqdarda 78382,05 manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayaraq oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin fevral ayında “Telegram” sosial şəbəkəsindəki “Underground Azerbaijan” adlı gizli qrupla maraqlanmağa başlamışdır. Həmin qrupda saxta fishing linklərinin düzəldilməsi, müxtəlif şəxslərin adına kart məlumatlarının ələ keçirilməsi, şəxsiyyət məlum olmadan pul vəsaitlərinin oğurlanması və başqa qara yolların öyrədildiyini öyrənmişdir. Onun da pula ehtiyacı olduğu üçün həmin qrupa daxil olmaq üçün istək göndərmiş və bir neçə gün sonra qrupa üzvlüyü təsdiqlənmişdir. Həmin qrupun adminləri “CETOX” və “MOSSAD2X” olmuşdur. Daha sonra həmin qrupdan “Dark Money” adlı bağlı qrupa daxil olmuşdur. Həmin qrupun adminləri də “CETOX” və “MOSSAD2X” olmuşdur. Bu qrupda qara pulların yuyulması, müxtəlif şəxslərin adına açılmış bank kartların alışı, oğurlanmış bank kartlarının satışı və digər gündəlik elanlar yerləşdirilmişdir. Həmçinin qrupda müxtəlif kartların alınması barədə elanlar yerləşdirilmiş və kart satan şəxslərin “MOSSAD2X”-ə şəxsi olaraq yazmaları qeyd olunmuşdur. O bilmişdir ki, kart satan şəxslərə “MOSSAD2X” ödənişi iki üsulla həyata keçirirmiş. Belə ki, “MOSSAD2X” ya hər açılmış kart hesabına görə pul verirmiş, ya da açılmış kart hesabına köçürülmüş pul vəsaitinə görə kartı açıb verən şəxsə faiz ayırırmış. Onu da bildirmişdir ki, qrupdakı yazışmalarda hər bir kart hesabının aid olduğu banka görə kart açan şəxsə veriləcək pul vəsaitinin qiyməti dəyişirmiş. Bu kart hesablarının açılmasının asanlığına, limitə və digər xüsusiyyətlərinə görə fərqlənirmiş. Məsələn, Leo Bank kartının OTP kodunun dəyişdirilməsi çox asan olmuş və köçürmə əməliyyatları zamanı SMS təsdiqinə ehtiyac olmamışdır. Leo Bank kartı asan əldə edildiyi üçün onun bazar qiyməti də nisbətən ucuz olmuşdur. Qrupdakı yazışmalardan xatırladığına əsasən bildirmişdir ki, “Leo bank” kartının bazar qiyməti 200-250 manat, yeni açılmış "xxxx" kartının qiyməti 150-200 manat, əvvəldən açılmış və dövriyyəsi çox olan "xxxx" kartının qiyməti isə 300-400 manat olmuşdur. Çünki dövriyyəsi çox olan kart əldə edildikdə həmin karta daha yüksək məbləğdə oğurlanmış pul vəsaitləri köçürülə bilirmiş. Yeni açılmış kart hesablarına isə yüksək məbləğdə pul vəsaitləri köçürülməzdi, çünki əks halda bank tərəfindən nəzarətə götürülərək kart hesabı bloklana bilərdi. Qrup yazışmalarında "xxxx" mobil operatoruna tətbiqinə məxsus “akart” hesablarının qiymətinin 150 manat olaraq qeyd olunduğunu da bildirmişdir. Bundan əlavə, qruplarda hansı kartların ələ keçirildiyi barədə məlumatların da qeyd edildiyini vurğulamışdır. Həmçinin “CETOX” və “MOSSAD2X” oğurladıqları kartlardan pul vəsaitlərini götürdükdən sonra həmin kart hesabında az məbləğdə pul vəsaiti saxlamış və kartın məlumatlarını qrupda paylaşmışlar. Bunun səbəbi o olmuşdur ki, həmin qrupdan kimsə kartın məlumatlarını mobil telefonu ilə istifadə etdikdə onlar öz İzlərini itirirmiş. Daha sonra zərərçəkmişin kartından kimin istifadə etdiyi araşdırıldıqda, sonuncu dəfə həmin kartdan istifadə edən şəxs tapılırmış. Beləliklə, “CETOX” və “MOSSAD2X” öz izlərini itirmiş və zərərçəkmişin kart hesabından oğurlanmış pul vəsaitinə görə məsuliyyətin başqa şəxslərin üzərinə düşməsinə nail olmağa çalışmışlar. 2024-cü ilin aprel ayının əvvəllərində “Telegram” sosial şəbəkəsində “MOSSAD2X” ilə olan yazışmaları başlamışdır. O zaman “Telegram” sosial şəbəkəsində “poison” adlı səhifədən istifadə etmişdir. Həmin yazışmalarda “MOSSAD2X”, “CETOX” ilə birlikdə işlədiyini və onların ortaq fəaliyyət göstərdiyini bildirmişdir. “MOSSAD2X” ondan müxtəlif şəxslərin adlarına "xxxx" şəbəkəsinə məxsus “akart” elektron kart hesabları açmağı və göndərəcəyi mobil nömrələri həmin kartların OTP nömrələri olaraq qeyd etməyi istəmişdir. O, “MOSSAD2X”-dən bu “akart’ların hansı məqsədlə istifadə ediləcəyini və açılan kartlara görə nə qədər pul verəcəyini soruşduqda, “MOSSAD2X” bildirmişdir ki, açılacaq “akart” hesablarına vətəndaşların kart hesablarından oğurlanan pul vəsaitləri göndəriləcəkdir. Hər bir “akart” hesabına görə 150 manat pul vəsaiti veriləcəkdir. Bu məqsədlə öz adına 4449-9451-0205-7772 saylı akart hesabı açmışdır. Həmin hesabı qeydiyyatdan keçərkən ***-***-**-** saylı mobil nömrəsinə bağlamış, daha sonra isə “MOSSAD2X”-in istəyi ilə OTP kodunun göndərildiyi mobil nömrə olaraq “MOSSAD2X”-in göndərdiyi və xatırlamadığı başqa bir mobil nömrəni qeyd etmişdir. Bunun ardınca həmin akart hesabından istifadə edilərək oğurluq pul vəsaitləri köçürülmüş və bu pullar müxtəlif üsullarla müxtəlif hesablara yönləndirilmişdir. Bundan sonra “«TikTok»” sosial şəbəkəsindəki tanışlarına müraciət etməyə qərar vermişdir. “«TikTok»” sosial şəbəkəsindən tanıdığı X31 müraciət edərək xaricdən adına pul göndəriləcəyini və buna görə “akart” hesabına ehtiyacı olduğunu bildirmişdir. Nurxan ilə “İnstagram” sosial şəbəkəsində “ertu085” profili vasitəsilə və “WhatsApp” tətbiqində ***-***-**-** saylı mobil nömrə ilə yazışmalar aparmışdır. Nurxan adına “akart” hesabı açılmasına razılıq vermiş və 14 aprel 2024-cü il tarixdə adına 4449-9451-0235-7164 saylı “akart” hesabı açmışdır. O, Nurxana ***-***-**-** saylı mobil nömrəni həmin karta OTP kodu olaraq yerləşdirməyi demişdir. Həmin mobil nömrəni ona “MOSSAD2X” göndərmişdir. Nurxan açılmış kart hesabının bütün məlumatlarını ona göndərmiş, o isə bu məlumatları “MOSSAD2X”-ə ötürmüşdür. Nurxana onun adına açılmış kart hesabına oğurluq pul vəsaitlərinin köçürülməsi barədə məlumat verməmişdir. Açılmış “akart" hesabına görə Nurxana heç bir məbləğdə pul vəsaiti ödəməmişdir. Bundan əlavə, onun “«TikTok»” sosial şəbəkəsində Əhməd adlı bir tanışı olmuşdur. Əhməd vasitəsilə Şahid23 və Şahid4 ilə tanış olmuşdur. Akart hesabı axtarması barədə bu şəxslərə məlumat vermişdir. Həmin şəxslərə xaricdən pul gəlməsi ilə bağlı kart hesabına ehtiyacının olduğunu bildirmişdir. Şahid23 onu Şahid8 ilə əlaqələndirmiş və Şahid8 ilə özünə məxsus olan ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” hesabı vasitəsilə əlaqə saxlamışdır. Şahid8 xaricdən pul vəsaiti göndəriləcəyi üçün akart hesabına ehtiyacı olduğunu və hər bir açılacaq akart hesabına görə 50 manat pul verəcəyini bildirmişdir. Şahid8 öz adına 4449-9451-0277-4525 nömrəli akart hesabı açmış və ona ***-***-**-** saylı mobil nömrəni OTP kodu olaraq yerləşdirməsini demişdir. Şahid8 bunları edərək açılmış kart hesabının bütün məlumatlarını ona bildirmişdir. O, daha sonra bu məlumatları “MOSSAD2X”-ə ötürmüşdür. Bundan sonra Müslüm, tanışlarının olduğunu və onların da adlarına akart hesabı açılmasının mümkün olduğunu bildirmişdir. Müslümün tanışları Şahid9, Şahid10, Şahid11 və X24 adlarına akart hesablan açılmışdır. Şahid9 adına 4449-9451-0121-4507 saylı, Şahid10 adına 4449-9451-0030-3186 saylı, Şahid11 adına 4449-9451-0250-0961 saylı, X24 adına isə 4449-9451-0036-8064 saylı akart hesabları açılmışdır. Həmin şəxslərin adlarına açılmış kartların məlumatları Şahid8 tərəfindən ona ötürülmüş, o da bu məlumatları “MOSSAD2X”- ə göndərmişdir. Şahid9 adına açılmış akart hesabına OTP kodunun göndərilməsi üçün mobil nömrə olaraq ***-***- **-**, Şahid11 adına açılmış hesaba ***-***-**-**, Əli Hacıyevin adına açılmış hesaba isə ***-***-**-** saylı mobil nömrələr qeyd edilmişdir. Bu nömrələr “MOSSAD2X” tərəfindən göndərilmiş və o, bu nömrələri adlarına kart hesabları açılmış şəxslərə ötürmüşdür. Adlarını qeyd etdiyi şəxslər akart hesablarını açdıqdan sonra kart məlumatlarını ona göndərmiş və o da bu məlumatları “MOSSAD2X”-ə ötürmüşdür. Həmin şəxslərə adlarına kart hesabları açdıqları üçün 50 manat pul verəcəyini bildirsə də, sonradan bu məbləği onlara verməmişdir. Eyni zamanda, bu şəxslərin adlarına açılmış kart hesablarına oğurluq pul vəsaitlərinin köçürüləcəyindən heç bir məlumatları olmamışdır. Əhməd və Vurğun vasitəsilə tanış olduğu şəxslərdən biri də Şahid4 idi. O, Ümidə kart hesabına ehtiyacı olduğunu bildirmişdir. Ümid tanışı X10 adına akart hesabı açdırmışdır. Nahid Bünyadovun adına 4449-9451-0282-6168 saylı akart hesabı açılmış və məlumatları Ümid vasitəsilə ona göndərilmişdir. O da bu məlumatları “MOSSAD2X”-ə ötürmüşdür. Nahid Bünyadova da adına açılmış kart hesabına müxtəlif şəxslərin kartlarından oğurlanmış pul vəsaitlərinin köçürüləcəyinə dair heç bir məlumat verilməmişdir. Bundan əlavə o, «TikTok» sosial şəbəkəsində Şahid7 ilə tanış olmuşdur. Fərid öz adına 4449-9451-0273-3380 saylı akart hesabı açmışdır. O, Fəridə ***-***-**-** saylı mobil nömrəni göndərmiş və həmin nömrənin kart hesabına OTP kodu olaraq yerləşdirilməsini tapşırmışdır. Fərid də deyilənləri yerinə yetirərək kart hesabını yaratmış və məlumatları ona göndərmişdir. Daha sonra bu məlumatları “MOSSAD2X”-ə ötürmüşdür. “MOSSAD2X” ona təqdim etdiyi akart hesablarına görə ödənişləri ***-***-**-** saylı mobil nömrəyə bağlı olan “M 10” hesabına köçürmüş, daha sonra “MOSSAD2X”-ə yazaraq hər bir akart hesabına görə ödənilən 150 manatın az olduğunu bildirmiş və bu məbləğin artırılmasını tələb etmişdir. O, həmçinin “MOSSAD2X”-dən, digər şəxslər kimi, açılmış kart hesablarına köçürülən oğurluq pul vəsaitlərinə uyğun faizlə ödəniş almasını istəmişdir. “MOSSAD2X” ona kart təmin edən şəxslərə həmin kartlara köçürülmüş vəsaitlərin 10-15%-i həcmində pul ödəmişdir. Bundan sonra “MOSSAD2X” ona bu məsələni “CETOX”-la müzakirə etməsini tövsiyə etmişdir. O, əvvəlki dövrdə də “CETOX”-a yazsa da, heç bir cavab almadığını, lakin bu dəfə müraciət etdikdə cavab aldığını bildirmişdir. “CETOX”-a yazaraq “MOSSAD2X”-in bundan sonra ona aid kartlara görə ödənişləri “CETOX”-dan alacağını bildirdiyini qeyd etmişdir. Əvvəlki yazışmalarda “CETOX”-ın şübhəli cavablar verdiyini, lakin “MOSSAD2X”-in onların üçünə bir qrup yaratmasından sonra “CETOX”-ın ona inandığını qeyd etmişdir. Daha sonra “CETOX” ona açdıracağı hər yeni karta köçürüləcək oğurluq pul vəsaitlərinin 20%-i həcmində ödəniş edəcəyini bildirmişdir. Xatırladığı qədər, 2024-cü ilin aprel ayının 25-dən sonra özünə məxsus olan 4098-5844-7120-1192 saylı "Leo Bank” kartının məlumatlarını “CETOX”-a təqdim etmişdir. Bu tarixə qədər həmin kart onun şəxsi istifadəsində olmuşdur və kart hesabına “CETOX” və “MOSSAD2X” tərəfindən pul vəsaitləri köçürülmüşdür. “CETOX” həmin dövrdə ona bir mobil nömrə göndərmiş və bu nömrəni kartına qoşmasını istəmişdir. “CETOX” tələb etdiyi mobil nömrəni karta qoşduqdan sonra həmin kartdan “CETOX” istifadə etməyə başlamışdır. 2024-cü ilin aprel ayının 28-də gecə saatlarında “CETOX” onunla əlaqə saxlayaraq kart vasitəsilə həyata keçirilən əməliyyatlara görə ona 1.700 ABŞ dolları göndərəcəyini bildirmişdir. O, həmin vəsaitin ***-***-**-** mobil nömrəsinə bağlı hesabına manat şəklində göndərilməsini istəmişdir. Lakin “CETOX” həmin məbləği kriptovalyuta şəklində göndərəcəyini bildirərək ondan kriptovalyuta hesabı tələb etmişdir. O zaman onun “Binance” hesabı mövcud olsa da, istifadə etmədiyi üçün kriptovalyuta hesabı olan X42 müraciət etmişdir. Renatdan həmin vəsaiti alıb manata çevirməsini və ona göndərməsini istəmişdir. Lakin Renata bu vəsaitlərin “CETOX” tərəfindən göndərildiyini və çirkli pullar olduğunu bildirməmişdir. Renat ona öz kriptovalyuta adresini göndərmiş, o da həmin adresi “CETOX”-a yollamış və nəticədə “CETOX” tərəfindən Renatın hesabına 1.700 USDT göndərilmişdir. Renat göndərilən kriptovalyutanı sataraq ümumilikdə 2.890 manat əldə etmiş və həmin vəsaiti öz adına olan, sonu 5235 ilə bitən "xxxx" kartına köçürmüşdür. Daha sonra Renat ona həmin kartın məlumatlarını təqdim etmişdir. O, bu məlumatlardan istifadə edərək Renatın kartından 2.620 manat məbləğində vəsaiti ***-***-**-** mobil nömrəsinə bağlı “M10” hesabına köçürmüş, qalan 270 manatı isə 3-4 gün ərzində ərzağa, taksiyə və digər zəruri xərclərə sərf etmişdir. Həmin müddətdə “CETOX” “Bybit” platformasında “Emre Karagöz” adına olan hesabdan istifadə etmişdir. “CETOX” kriptovalyuta satışı zamanı qarşı tərəfin şübhələnməməsi üçün türk dilində yazışmalı olmuşdur. Lakin özü bunu bacarmadığı üçün ona köməklik göstərilməsini istəmişdir. Bu məqsədlə “CETOX” yazışmaların ekran görüntülərini göndərərək nə cavab verməli olduğunu soruşmuş, o isə türk dilində cavab yazaraq “CETOX”-ə göndərmişdir. “CETOX" isə həmin cavabları kriptovalyuta üzrə yazışdığı şəxsə yollamışdır. Bu əməliyyatlarda göstərilən köməkliyə görə “CETOX” 28 aprel 2024-cü il tarixdə onun ***-***-**-** saylı mobil nömrəyə bağlı olan “M10” hesabına, 070-845- 07-45 saylı mobil nömrəyə bağlı olan “M10” hesabından 500 manat məbləğində pul göndərmişdir. “MOSSAD2X” ondan öz adına mobil nömrələr alaraq göndərməsini istəmiş və qeyd etmişdir ki, həmin nömrələr “M 10” hesabı açılması, bank kartlarına OTP nömrələrinin qoyulması, “WhatsApp” tətbiqində istifadə edilməsi və digər məqsədlər üçün lazım olacaqdır. Bu səbəbdən 15 aprel 2024-cü il tarixdə öz adına ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri aldığı, 16 aprel 2024-cü il tarixində həmin nömrələri əvvəlcə özünə məxsus mobil telefonda işlək vəziyyətə gətirdiyi, "xxxx" tətbiqində Roaming xidmətini aktivləşdirdiyi və nömrələri “e-sim” formatına çevirərək “MOSSAD2X”-ə göndərdiyini qeyd etmişdir. Bu nömrələrə görə isə heç bir məbləğdə pul vəsaiti almamışdır. Həmçinin, 22 may 2024-cü il tarixdə “CETOX”-un istəyi ilə öz adına ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələr almış, bu nömrələri işlək vəziyyətə gətirdikdən sonra "xxxx" tətbiqində Roaming xidmətini aktivləşdirib “e-sim” formatına çevirdiyi və “CETOX”-a göndərmişdir. Bunun müqabilində “CETOX”-dan hər bir nömrə üçün 100 manat olmaqla, ümumilikdə 200 manat məbləğində pul vəsaiti almışdır. 14 aprel 2024-cü il tarixində “CETOX” ona ***-***-**-** saylı mobil nömrəyə bağlı olan portmanat hesabını göndərmiş və həmin hesabın “Sima” görüntüsündən keçirərək öz adına qeydiyyata alınmasını istəmişdir. O, “CETOX”-un bildirdiyi qaydada qeydiyyatdan keçmiş və həmin tarixdən etibarən ***-***-**-** saylı mobil nömrə onun adına qeydiyyata alınmışdır. Qeydiyyatın tamamlandığı barədə “CETOX”-a məlumat vermişdir. Həmin portmanat hesabına oğurluq pul vəsaitləri köçürülmüş və daha sonra onun “CETOX”-a təqdim etdiyi 4098-5844-7120- 1192 saylı kart hesabına yönləndirilmişdir. Bu əməliyyatlara görə “CETOX” ona 200 manat pul vermişdir, lakin həmin məbləğin hansı şəkildə təqdim olunduğunu dəqiq xatırmır. Bundan sonra “MOSSAD2X” ona ***-***-**-** saylı mobil nömrəyə bağlı olan portmanat hesabını göndərmiş və həmin hesabın yenidən kiminsə adına qeydiyyata alınmasını və “Sima” görüntüsündən keçirilməsini istəmişdir. O bu işi Renat Abbasovdan xahiş etmişdir. Renat həmin portmanat hesabını yenidən qeydiyyatdan keçirmiş və “Sima” görüntüsündən keçirərək ona təhvil vermişdir. O həmin portmanat hesabını “MOSSAD2X”-ə göndərmişdir. Bu portmanat hesabına da müxtəlif şəxslərin kart hesablarından oğurluq pul vəsaitləri köçürülmüş və həmin məbləğlər yığıldıqdan sonra onun 4098-5844-7120-1192 saylı kart hesabına yönləndirilmişdir. Bu əməliyyatlara görə “CETOX” ona yenidən 200 manat pul vermişdir, lakin həmin məbləğin hansı şəkildə təqdim edildiyini dəqiq xatırlaya bilməmişdir. ***-***-**-** saylı mobil nömrəyə bağlı olan portmanat hesabına da müxtəlif şəxslərin kart hesablarından oğurlanmış pul vəsaitləri köçürülmüşdür. Həmin məbləğlər yığıldıqdan sonra onun 4098-5844- 7120-1192 saylı hesabına yönləndirilmişdir. Bu əməliyyatlara görə də "CETOX” və ya “MOSSAD2X” ona pul vermişdir. 2024-cü ilin may ayının sonlarında “CETOX” ona mesaj yazaraq “Kontakt home” mağazalar şəbəkəsinin fişinq səhifəsini yaradaraq orada “İphone 15 Pro max” markalı mobil telefonun 1999.99 manat olması, “İphone 14 Pro” markalı mobil telefonun isə 999.99 manata satışa verilməsi barədə elanlar paylaşacağını bildirmişdir. Hər hansı müştəri mobil telefon almaq barədə müraciət edərdisə və kart məlumatlarını həmin səhifədə yazardısa “CETOX” həmin kartdan pul vəsaitini özünün istifadəsində olan “M10” hesaba çəkir, daha sonra isə onun istifadəsindədə olan “M10” hesablarına köçürəcəkmiş. Əgər hər hansı bir müştəri səhifəyə daxil olub, kart məlumatlarım yazdıqdan sonra OTP kodunu yazmırdısa “CETOX” bu barədə mənə məlumat verirmiş, o da həmin şəxslə hər hansı saxta “whatsapp” hesabı ilə yazışırmış, özünü “Kontakt Home" mağazalar şəbəkəsinin işçisi kimi təqdim edərək həmin müştərini məhsulu almağa razı salırmış və onun OTP kodunu həmin səhifədə yazmasına nail olurmuş. Bundan sonra həmin pul vəsaitlərini yenə də “CETOX” kartdan özünün istifadəsində olan “M 10” hesaba, oradan isə onun İstifadəsində olan ***-***-**-**, ya da ***-***-**-** saylı mobil nömrəyə bağlı olan “M10” hesabına köçürürmüş. Bundan sonra həmin pul vəsaiti onun “M10” hesabına daxil olduqdan sonra “CETOX” ilə aralarında olan razılaşmaya əsasən həmin pul vəsaiti ilə “Binance.com” və ya “Bybit.com” kripto valyuta platformalarında kriptovalyuta alaraq “CETOX”-un ona göndərdiyi kriptovalyuta hesablarına köçürmüşdür. Onun “M10” hesabına köçürülmüş pul vəsaitinin 20 faiz hissəsini özündə saxlamış, qalan 80% hissəsini isə “CETOX”-un bildirdiyi kripto hesablara köçürmüşdür. “CETOX” kripto valyuta adreslərini təxminən bir həftədən bir dəyişirdi. O, “kontakt home” mağazalar şəbəkəsinin “fişinq" səhifəsi vasitəsilə müxtəlif şəxslərlə əlaqə saxlamaq üçün “smsbankasi.com” internet saytına daxil olaraq heç kəsin adına olmayan elektron mobil nömrələr əldə etmişdir. Kriptovalyuta hesabları almaq üçün onun “Binance.com” və “Bybit.com” platformalarında hesablan mövcud olmuşdur. “Binance.com” platformasında əvvəlcə “nickname” olaraq "Ertugrul", sonra isə “ROss_Rick” adlarından istifadə etmişdir. “Binance.com” platformasında qeydiyyatdan keçərkən “Elektron ünvan 1” electron poçt ünvanından istifadə etmişdir. Ödəniş üsulları olaraq həmin platformada ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə bağlı olan “M10” hesablarını qeyd etmişdir. "CETOX”-un konkret olaraq hansı “Binance.com”, “Bybit.com” və ya başqa kriptovalyuta platformalarından istifadə etməsini bilməmişdir. 0, “CETOX”-un ona yolladığı kriptovalyuta adreslərinə kriptovalyutam “withdraw” əməliyyatı vasitəsi ilə köçürmüşdür. Bildirmişdir ki, “CETOX”-un istifadə etdiyi “Binance.com” hesablarından biri “Gulcan06r olmuşdur. Belə ki, “CETOX”-un kartdan oğurluq üsulu ilə əldə etdiyi 2.000 manat pul vəsaiti olmuşur. “CETOX” həmin pul vəsaitini kriptova İy utaya çevirə bilmədiyi üçün “Binance.com” platformasında “Gulcan061” hesabı ilə alış orderi açmış və qeyd etmişdir ki, 2.000 manat müqabilində kriptovalyuta alır. Hətta bununla əlaqədar “CETOX” ona screenshot vasitəsi ilə çəkdiyi fotoşəkili də göndərmişdir ki, kriptovalyuta almaq üçün order açmışdır. Həmin zaman, o, görmüşdür ki, “CETOX” həmin orderi “Gulcan061” hesabı ilə açmışdır. 2024-cü ilin iyul ayının ortalarında “Kontakt Home” mağazalar şəbəkəsinin saxta saytına müraciət edən şəxslərdən biri ilə o, “WhatsApp” vasitəsilə əlaqə saxlamış və həmin şəxsi məhsul almağa razı salmışdır. Bundan sonra həmin şəxs OTP kodunu və kart məlumatlarını səhifəyə yazdıqdan sonra “CETOX” həmin şəxsin kart hesabından pulu hansısa “M10” hesabına köçürmüş, oradan isə onun “M10” hesabına göndərmişdir. 20-30 saniyə sonra “Olimpus_Prime” adlı Telegram İstifadəçisi kartından pul oğurlanmış şəxsin məlumatlarını “Dark Money” adlı qrupda ictimai şəkildə paylaşmışdır. Onun və “CETOX” arasında olan bir məsələnin dərhal “Olimpus_Prime” tərəfindən bilinməsi onda şübhə yaratmışdır. Bu barədə “CETOX”-a yazaraq müştərinin məlumatının həmin şəxsdə necə olmasını soruşmuşdur. Bu zaman “CETOX” ona mesaj yazaraq kartlardan pul vəsaitlərinin oğurlanması işini təşkil edənlərdən birinin “Olimpus_Prime” olduğunu və birlikdə işlədiklərini bildirmişdir. Bundan sonra artıq kartlardan oğurlanan pul vəsaitləri həm "CETOX”, həm də “Olimpus_Prime” tərəfindən ona göndərilməyə başlamışdır. Bir müddət sonra artıq “CETOX” ilə deyil, “Olimpus_Prime” ilə işləməyə başlamışdır. “Olimpus_Prime” ilə də eyni qaydada işləmişdir. Belə ki, pul vəsaitləri ona gəldikdən sonra o, həmin vəsaiti kriptovalyutaya çevirmiş və ona həmin vəsaitdən 13% qalmışdır. Qalan pulu isə “Olimpus_Prime”-ın ona göndərdiyi kriptovalyuta hesablarına köçürmüşdür. “Telegram” sosial şəbəkəsində “poison”, “overdose”, “r3dlegal”, “over”, “b!4nk” adlı hesablardan istifadə etmişdir. Pul vəsaitləri oğurlanmış şəxslərlə bağlı verilən suala cavab olaraq bildirmişdir ki, həmin şəxsləri konkret olaraq tanımır. 2024-cü ilin aprel ayından etibarən "CETOX”, “M0SSAD2X” və “Olimpus_Prime” ilə birlikdə kartlardan oğurluqların edilməsi və əldə olunmuş pul vəsaitlərinin kriptovalyuta hesablarına köçürülməsi ilə məşğul olmuşdur. Həmin şəxsləri və kart hesablarını konkret olaraq xartırlamır. 2024-cü ilin aprel ayından avqust ayına qədər müxtəlif şəxslərin kartlarından oğurlanmış pul vəsaitləri ona məxsus “M 10” hesablarına və ya onun “CETOX", “MOSSAD2X” və “Olimpus_Prime"-a verdiyi “akart" və ya digər bank hesablarına köçürülmüşdür. Oğurlanmış pul vəsaitləri müqabilində də ona məxsus kart və “M10” hesablarına qazanc olaraq pul vəsaitləri göndərilmişdir. Bundan əlavə ona göndərilmiş kartlardan oğurlanmış pul vəsaitləri müqabilində kriptovalyuta aldıqda özünə qalan kriptovalyutam saxlamış, qalan hissəsini “CETOX”, “M0SSAD2X” və “Olimpus_Prime"-ın ona göndərdiyi kripto ünvanlara göndərmişdir, “parlaqsmm.az”, “kartaliram” və hazırda adını xatırlamadığı müxtəlif səhifələrdən istifadə edərək iş elanı adı altında müxtəlif şəxslərdən kart və ya “M 10” hesabları əldə edərək cinayətkar məqsədlər üçün istifadə etmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, pulların kartlardan çəkilməsinə iştirakı olmayıb. Qrupun digər üzvləri ilə telegramda danışıblar. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir, onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində “İnstagram” sosial şəbəkəsində "xxxx"-a məxsus kart hesabında 100 manat pul vəsaiti olan şəxslər arasında lotoreya keçirilməsi ilə bağlı elan yerləşdirilməsini görmüşdür. O da "xxxx" ASC tərəfindən emissiya edilmiş “4189-8000-8068-6148”, “4189-8000-8870-8324” nömrəli AZN, “5261- 6333-3621-3039” nömrəli “Euro” kartları olmuşdur. Həmin elanda gördüyü paylaşım diqqətini çəkdiyi üçün həmin səhifəyə daxil olmuşdur. Həmin linkə daxil olduqda orada kart məlumatlarının xüsusi xanalara yerləşdirməli olduğunu görmüşdür. Buna görə də özünə məxsus olan “4189-8000-8068-6148” nömrəli "xxxx" tərəfindən emissiya edilmiş kartının 16 rəqəmli şifrəsini, CW kodunu, bitmə tarixini həmin xanalara yerləşdirmişdir. Bundan sonra mobil nömrəsinə gələn 3D güvənlik şifrəsini də həmin internet səhifəsindəki xanaya daxil etmişdir. Bundan sonra həmin kart hesabından iki dəfə, hər dəfəsində 500 manat pul vəsaitinin çıxması barədə ona mesaj gəlmişdir. O dərhal bu barədə "xxxx"-ın qaynar xəttinə zəng edərək məlumat vermiş və hər üç kart hesabının təcili şəkildə dondurulmasını xahiş etmişdir, bundan sonra onun kart hesabları dondurulmuşdur. Kart hesabları donduruiana qədər xx.xx.2024-cü il tarixdə saat 15:26-dan 15:30-a qədər olan müddət ərzində 4189-8000-8068-6148, 4189-8000-8870-8324 nömrəli kart hesablarından 2609.40 AZN, 5261-6333-3621-3039 nömrəli kart hesabından isə 239.92 manat olmaqla ümumilikdə 2.849,32 manat pul vəsaiti ondan gizli şəkildə oğurlanmışdır. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 14 aprel 2024-cü il tarixdə "Facebook” sosial şəbəkəsində olarkən qarşısına "RabitaBank” ASC-nin lotereya təşkil etdiyi barədə elan çıxmışdır. Elanda qeyd olunmuş linkə daxil olmuş və həmin linkdə istifadə etdiyi "xxxx" ASC tərəfindən emissiya edilmiş “4189 8000 8954 0007” saylı kartının 16 rəqəmli şifrəsini və istifadə etdiyi 050 *** ** ** nömrəsini qeyd etmişdir. Telefonuna bank tərəfindən OTP kod göndərilmiş və həmin kodu daxil olduğu linkə yazmışdır. Bir neçə dəqiqə sonra yəni, saat 15:01-də kartından 500 AZN və 380 AZN vəsaitin çıxarılaraq “4449 9451 0273 3380” saylı A-kart heasbına köçürüldüyünün şahidi olmuşdur. Bundan sonra o, banka zəng etmiş və kartından 880 manat pulunun oğurlandığı barədə məlumat verərək həmin kartı bloklatmışdır. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, 15 aprel 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən qarşısına "Expressbank” ASC-yə məxsus kartı olanlara əlavə hədiyyələr veriləcəyi barədə "expresskabinetim” adlı elan çıxmış, elanda qeyd olunmuş linkə daxil olmuş, həmin linkdə Expressbank ASC-nin tətbiqində qeydiyyatdan keçdiyi mobil nömrənin qeyd edilməsi tələb edilmiş, o, həmin linkə 055 *** ** ** mobil nömrəsini qeyd etmiş, telefonuna OTP kod gəlmiş, həmin kodu qeyd olunmuş xanaya daxil etmiş, daha sonra tətbiqdə qeyd etdiyi 4 rəqəmli pin şifrə tələb edilmiş, həmin şifrəni də daxil etmiş, 15 aprel 2024-cü il tarixdə saat 22:51-də onun “4724 9425 3548 4463” nömrəli Expressbank kartından 597 manat pulu oğurlanmış, həmin pul vəsaiti “4449 9451 0235 7164” saylı A-karta köçürülmüş, dərhal bankla əlaqə saxlamış, bank kartından 597 manat pulunun oğurlandığı barədə məlumat verib kartı bloklatmış, xx.xx.2023-cü ilə qədər soyadı Paşazadə olduğuna görə və qeyd etdiyi bank kartını həmin tarixədək aldığı üçün kartın üzərində “MRS Pashazade Günel” yazılmışdır. Baş vermiş cinayət nəticəsində ona 597 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, 16 aprel 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən qarşısına "xxxx" ASC-yə məxsus kartı olanlara əlavə hədiyyələr veriləcəyi barədə “expresskabinetim” adlı elan çıxmış, elanda qeyd olunmuş linkə daxil olmuş, həmin linkdə Expressbank ASC-nin tətbiqində qeydiyyatdan keçdiyi mobil nömrənin qeyd edilməsi tələb edildiyindən o, həmin linkə 055 *** ** ** mobil nömrəsini qeyd etmiş, telefonuna OTP kod gəlmiş, həmin kodu qeyd olunmuş xanaya daxil etmiş, daha sonra tətbiqdə qeyd etdiyi 4 rəqəmli pin şifrə tələb edildiyindən həmin şifrəni də daxil etmiş, 16 aprel 2024-cü il tarixdə 19:45-də onun “4724 9514 1085 8444” nömrəli Expressbank kartından 573 manat pulu oğurlanmış, həmin pul vəsaiti “4449 9451 0235 7164” saylı A-karta köçürülmüş, o, bankla əlaqə saxlamış, bank kartından 573 manat pulunun oğurlandığı barədə məlumat verib kartı block etdirmiş, baş vermiş cinayət nəticəsində ona 573 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, 17 aprel 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində qarşısına "xxxx" ASC-yə məxsus kartı olanlara əlavə hədiyyələr veriləcəyi barədə elan çıxmışdır. O, həmin elanda qeyd olunmuş linkə daxil olmuş və həmin linkdə "xxxx" ASCnin mobil tətbiqində qeydiyyatdan keçdiyi 055 *** ** ** mobil nömrəsini qeyd etmişdir. Bundan sonra telefonuna bank tərəfindən göndərilmiş OTP kodunu daxil olduğu linkdə qeyd olunmuş xanaya yazmışdır. Daha sonra tətbiqdə 4 rəqəmli pin şifrə tələb edilmiş və həmin şifrəni də daxil etmişdir. 17 aprel 2024-cü il tarixdə saat 23:36-da 3 dəfə kartından 1.000 manat olmaqla ümumilikdə 3.000 manat pulu oğurlanmışdır. Həmin 3.000 manatdan 2.000 manatı “4449 9451 0277 4525” saylı A-kart hesabına, 1.000 manat isə “4449 9451 0248 8902” saylı A-kart hesabına köçürülmüşdür. Bundan sonra o, dərhal banka zəng edərək kartından 3.000 manat pulunun oğurlanması barədə məlumat vemiş və kartını bloklatmışdır. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, 17 aprel 2024-cü il tarixdə “İnstagram" sosial şəbəkəsində olarkən qarşısına "xxxx" ASC-yə aid “cash back” kartının endirimə düşdüyü barədə elan çıxmışdır. Elanda qeyd olunmuş linkə daxil olaraq həmin linkdə kart məlumatlarını daxil etmək üçün olan cədvəldə özünə məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş “5213 6751 5252 0798” saylı kartının məlumatlarını yazmışdır. Bu zaman istifadə etdiyi 051 *** ** ** saylı mobil nömrəsinə OTP təhlükəsizlik kodu gəlmiş və həmin kodu da linkdə qeyd olunmuş xanaya yazmışdır. Təxminən 1 dəqiqə sonra yəni saat 22:28-də kartından 267 manat pul vəsaiti oğurlanaraq A-kart hesabına köçürüldüyünün şahidi olmuşdur. Növbəti gün bankdan ona zəng gəlmiş və xarici ip adres ilə tətbiqinə daxil olunaraq kartından 267 manat pul vəsaitinin oğurlandığını bildirmişlər. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində bildirmişdir ki, 18 aprel 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən qarşısına "xxxx" ASC-yə məxsus kartı olanlara əlavə hədiyyələr veriləcəyi barədə elan çıxmışdır. Elanda qeyd olunmuş linkə daxil olmuş və həmin linkdə "xxxx" ASC-nin mobil tətbiqində qeydiyyatdan keçdiyi mobil nömrəsinin qeyd edilməsi tələb edildiyi üçün o da həmin linkə 077 *** ** ** mobil nömrəsini qeyd etmişdir. Telefonuna bank tərəfindən göndərilmiş OTP kod gəldikdən sonra həmin kodu qeyd olunmuş xanaya daxil etmişdir. Bir neçə dəqiqə sonra yəni saat 14:19-da kartından 500 manat pulunun çıxarılaraq “4449 9451 0250 0961” saylı A-kart hesabına köçürüldüyünü görmüşdür. Dərhal banka zəng etmiş və kartından 500 manat pulunun oğurlandığı barədə məlumat verərək kartını bloklatmışdır. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində bildirmişdir ki, 19 aprel 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən qarşısına "xxxx" ASC-yə aid “Milles” kartının endirimə düşdüyü barədə elan çıxmışdır. Elanda qeyd olunmuş “Pashalottery.com/3d.php” linkinə daxil olaraq həmin linkdə kart məlumatlarını daxil etmək üçün olan cədvələ daxil olub özünə məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş “4182 4957 9670 5923” saylı kartının məlumatlarını yazmışdır. Bu zaman istifadəsində olan 050 *** ** ** saylı mobil nömrəsinə OTP təhlükəsizlik kodu gəlmiş və həmin kodu da linkdə qeyd olunmuş xanaya yazmışdır. Təxminən 1 dəqiqə sonra yəni saat 21:31-də kartından 10.000 manat pul vəsaitinin oğurlanaraq “M10” pul kisəsinə köçürüldüyünü görmüşdür. Həmin vaxt dəfələrlə mobil tətbiqə girmək istəsə də, parolunun dəyişdirildiyinə görə hesabına giriş edə bilməmişdir. "xxxx" ASC- yə aid mobil tətbiqə yenidən qeydiyyatını yeniləyib daxil olduğu zaman tətbiqdəki doğrulama nömrəsinin dəyişdirilərək ***-***-**-** olduğunun şahidi olmuşdur. Bir neçə dəqiqə sonra bankdan ona zəng gəlmiş və ona xarici ip adres ilə tətbiqinə daxil olunaraq kartından 10.000 manat pul vəsaitinin oğurlanması bildirilmişdir. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində bildirmişdir ki, 20 aprel 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən qarşısına "xxxx" ASC-yə aid “Milles” kartının endirimə düşdüyü barədə elan çıxmışdır. Elanda qeyd olunmuş “Pashalottery.com/3d.php” linkinə daxil olmuş və həmin linkdə özünə məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş “5402 6919 5729 9539” saylı kartının məlumatlarını yazmışdır. Bu zaman özünə məxsus 055 *** ** ** saylı mobil nömrəsinə bank tərəfindən OTP təhlükəsizlik kodu gəlmiş və həmin kodu da linkdə qeyd olunmuş xanaya yazmışdır. Təxminən 1 dəqiqə sonra kartından 350 manat pul vəsaitinin oğurlanaraq “M10” pul kisəsinə köçürüldüyünü görmüşdür. Bundan sonra o, dəfələrlə tətbiqə girmək istəsə də, parolunun dəyişdirildiyini üçün öz hesabına giriş edə bilməmişdir. "xxxx"ın tətbiqinə yenidən daxil olduğu zaman tətbiqdəki doğrulama nömrəsinin dəyişdirilərək 051 *** ** ** olduğunun görmüşdür. Bir neçə dəqiqə sonra banka zəng etmiş və kartından 350 manat pul vəsaitinin oğurlandığını bildirərək, kartının bloklanmasını istəmişdir. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində bildirmişdir ki, 2024-cü il aprel ayının sonlarında “İnstagram” sosial şəbəkəsində “X63” adlı səhifədə cərimələrin endirimlə ödənilməsi barədə elan olduğunu görmüşdür. O dövrdə İstifadə etdiyi “Suzuki” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimələri olduğu üçün elan onun diqqətini cəlb etmiş və endirimdən istifadə edərək cərimələrini ödəmək qərarına gəlmişdir. Səhifəyə daxil olduqdan sonra orada göstərilən linkə keçid etmişdir. Linkə daxil olduqda açılan pəncərədə cəriməni ödəmək üçün özünə məxsus kart məlumatlarını müvafiq xanaya daxil etməsi tələb olunmuşdur. O, "xxxx" ASC tərəfindən emissiya edilmiş “4169-7388-4039-2033” nömrəli kartına dair bütün məlumatları həmin xanalara daxil etmişdir. Daha sonra isə mobil telefonuna göndərilən “OTP” kodunu müvafiq xanada qeyd etmişdir. Bundan sonra həmin tarixdə saat 20:12-dən 20:13-ə qədər olan müddət ərzində kart hesabından hissə-hissə, yəni 4, 55, 66, 77, 155, 155 və 22 AZN olmaqla ümumilikdə 534 manat pul vəsaiti gizli şəkildə oğurlanmışdır. Həmin vaxt o, evində olmuşdur. Kartından çıxarılmış vəsaitlərin hansı istiqamətdə istifadə edildiyini araşdırdıqda, bu məbləğin hansısa “Portmanat” hesabına köçürüldüyünü müəyyən etmişdir. Bununla da, başa düşmüşdür ki, cərimələrin endirimlə ödənilməsi ilə bağlı daxil olduğu səhifədə kart məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslər gizli şəkildə kart hesabına müdaxilə etmiş və kartındakı pul vəsaitini başqa bir “Portmanat” hesabına köçürmüşlər. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində bildirmişdir ki, 28 aprel 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində “X63” adlı səhifədə cərimələrin endirimlə ödənilməsi barədə elan olmasını görmüşdür. Həmin zaman istifadəsində olan “Mercedes-Benz” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimələri olduğu üçün həmin elan onun diqqətini cəlb etdiyi üçün endirimdən istifadə edərək cərimələrini ödəmək qərarına gəlmişdir. Səhifəyə daxil olduqdan sonra orada olan linkə daxil olmuş və həmin linkdə açılmış pəncərədən cəriməni ödəmək üçün qeyd olunmuş xanalarda özünə məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş “5522- 0993-5764-5308” saylı karta dair bütün məlumatları həmin xanalara daxil etmişdir. Daha sonra isə mobil telefonuna göndərilmiş “OTP” kodunu da xanada qeyd etmişdir. Bundan sonra 28 aprel 2024-cü il tarixdə saat 15:34-dən 15-36-a qədər olan müddət ərzində məlumatlarını yerləşdirdiyi kart hesabından hissə-hissə, yəni 4, 155, 55, 55, 55, 22, 11 AZN olmaqla ümumilikdə 357 manat pul vəsaitinin gizli şəkildə oğlurlanmasım görmüşdür. Kartından çıxarılmış pul vəsaitlərinin hansı istiqamətdə xərclənməsini araşdırdıqda isə pul vəsaitlərinin hansısa “Portmanat” hesabına köçürülməsini müəyyən etmişdir. Bununla da, cərimələrin endirimlə ödənilməsi ilə əlaqədar daxil olduğu səhifədə kartının məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslər gizli şəkildə kartına müdaxilə edərək hesabına daxil olmuş və kartında olan pul vəsaitini başqa bir “portmanat” hesabına köçürmüşlər. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində “İnstagram” sosial şəbəkəsində “Kapital bank“-a aid kart hesabı olan şəxslərin əlavə qazanc şəklində “cashback” qazana bilmələri barədə səhifə qarşısına çıxmışdır. Onun da "xxxx"-a aid kart hesabı olduğu üçün bu səhifə diqqətini çəkmiş və həmin səhifəyə daxil olmuşdur. Bu zaman açılmış səhifədə ona link göndərilmiş və orada göstərilmişdir ki, açılmış pəncərədə qeyd olunmuş xanalara hansı kartla bağlf “cashback” qazanmaq istəyirsə həmin kartın məlumatlarını orada yerləşdirsin. Həmin linkə daxil olmuşdur. Zərərçəkmiş şəxs20 həmin linkə daxil olduqda orada kart məlumatlarının xüsusi xanalara yerləşdirməli olduğunu görmüşdür. Bundan sonra özünə məxsus olan “4169-7388-2730- 8721” nömrəli “Kapital bank" tərəfindən emissiya edilmiş kartının 16 rəqəmli şifrəsini, CW kodunu, bitmə tarixini həmin xanalara yerləşdirmişdir. Bundan sonra mobil nömrəsinə gələn 3D güvənlik şifrəsini də həmin internet səhifəsindəki xanaya daxil etmişdir, bu zaman açılmış pəncərədə sistemdə xəta olduğu üçün məlumatları yenidən yerləşdirməli olduğu qeyd olunmuşdur. O yenidən kart məlumatlarını qeyd etmiş və yenidən mobil telefona göndərilmiş OTP kodunu orada yazmışdır. Yenidən sistemdə xəta baş verdiyi yazılmışdır. Bundan sonra həmin səhifədən çıxmış və mobil telefonunda olan “birbank” tətbiqinə daxil olmaq istəsə də, şifrə yanlış olduğu üçün həmin tətbiqə daxil ola bilməmişdir. Bundan sonra "xxxx"-ın qaynar xəttinə zəng etdikdə operator tərəfindən kartına müdaxilə edilməklə 8.000 və 120 manat olmaqla ümumilikdə 8.120 manat pul vəsaitinin çıxarılaraq başqa bir kart hesabına köçürülməsi barədə məlumat verilmişdir. Bundan sonra bankdan çıxarış əldə etdikdən sonra yaşadığı ərazi üzrə Yasamal RPİ-nin 29-cu PB-nə müraciət etmişdir və bütün zəruri məlumatları və çıxarışları da araşdırmaya təqdim etmişdir. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində “İnstagram” sosial şəbəkəsində “Kontakt Home” mağazalar şəbəkəsinə məxsus səhifədə “İphone 14” markalı mobil telefonun endirimlə 999.99 AZN qiymətinə satışda olmasına dair paylaşımı görmüşdür. Həmin paylaşımın diqqətini cəlb etdiyi üçün elana daxil olmuş və həmin səhifədə qeyd edilmiş əlaqə nömrəsi olan ***-***-**-** saylı mobil nömrənin “whatsapp” tətbiqində olan hesabı ilə yazışmağa başlamışdır. Sifariş üçün ona göndərilmiş linkə daxil olması istənilmişdir. O da linkə daxil olmuş və açılmış pəncərədə qeyd olunmuş xanalara hansı kartla ödəniş edəcəkdirsə, həmin kartın bütün məlumatlarını yerləşdirməsi bildirilmişdir. Buna görə də o, özünə məxsus olan “4169-7388-3626-8379” nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş kartının 16 rəqəmli şifrəsini, CW kodunu, bitmə tarixini həmin xanalara yerləşdirmişdir. Bundan sonra mobil nömrəsinə gələn 3D güvənlik şifrəsini də həmin internet səhifəsindəki xanaya daxil etmiş və bu zaman açılmış pəncərədə sistemdə xəta olduğu üçün məlumatları yenidən yerləşdirməli olduğu qeyd olunmuşdur. O, yenidən kart məlumatlarını qeyd etmiş və yenidən mobil telefona göndərilmiş OTP kodunu orada yazmışdır. Yenidən sistemdə xəta baş verdiyi yazılmışdır. Bundan sonra həmin səhifədən çıxmış və mobil telefonunda olan “bir bank” tətbiqinə daxil olmuşdur. Bu zaman hesabından 990 AZN pul vəsaitinin başqa bir bank hesabına köçürülməsini görmüşdür. O, tətbiqə daxil olduqda xx.xx.2024-cü il tarixdə saat 15:38-də 990 manat pul vəsaitinin kart hesabından 4169-73**-****-4006 saylı kart hesabına köçürülməsini görmüşdür. O, “whatsapp” tətbiqində ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq kartından pul vəsaitini çıxmasını bildirsə də, lakin ona bundan sonra cavab yazılmamışdır. Bundan sonra bank kart məlumatlarını daxil etdiyi üçün kənar şəxslərin kartına müdaxilə edərək hesabından 990 AZN pul vəsaiti gizli şəkildə oğurlamalarını və “İnstagram” sosial şəbəkəsində olan səhifə real “kontakt home” mağazalar şəbəkəsinin səhifəsi olmamasını başa düşmüşdür, “whatsapp” ani mesajlaşma tətbiqində olan yazışmaları və kartdan pulun çıxılması ilə əlaqədar məlumatları ifadəsinə əlavə etmişdir. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində bildirmişdir ki, 24 iyun 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən “Kontakt home” mağazalar şəbəkəsinin reklamını və həmin elanda “İphone 14” markalı mobil telefonun endirimə düşərək 999.99 AZN satış qiymətində olmasını görmüşdür. Diqqətini cəlb etdiyi üçün elana daxil olmuşdur və açılmış pəncərədə ödəniş edəcəyi kart məlumatlarını yerləşdirməyi barədə linkə daxil olmuşdur. Həmin linkdə bacısı adına olan “4169-7388-6257-9277” nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının bütün məlumatlarını, yəni 16 rəqəmli nömrəsini, CW kodunu, bitmə tarixini, sonradan mobil nömrəyə göndərimiş OTP kodunu yerləşdirmişdir. Lakin o sistemə daxil olmaq istədikdə sistemdə xəta baş verdiyini göstərilmişdir. Bundan sonra mobil tətbiqə daxil olduqda müəyyən etmişdir ki, məlumatlarını yerləşdirdiyi kartın hesabından xx.xx.2024-cü il tarixdə saat 00:06-da 999.99 manat pul vəsaiti 4169-73**-****-4006 saylı kart hesabına, həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə saat 00:08-də 999.99 manat pul vəsaiti hansısa “m10” hesabına köçürülməklə, ümumilikdə 1999.98 manat pul vəsaiti gizli şəkildə oğurlanmışdır. Onu da qeyd etmişdir ki, “İnstagram” sosial şəbəkəsində həmin səhifə ilə əlaqə saxlamaq və yazmaq üçün ***-***-**-** saylı mobil nömrə qeyd olunmuşdur. Kartı ilə bağlı həmin çıxarışları və “İnstagram” sosial şəbəkəsində əlaqə saxladığı tərəflə arasında olan bütün yazışmaları ifadəsinə əlavə etmişdir. Bununla da, başa düşmüşdür ki, mobil telefonun endirimlə satışı ilə əlaqədar daxil olduğu səhifədə kartın bütün məxfi məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslər gizli şəkildə karta müdaxilə edərək hesaba daxil olmuş və kartda olan pul vəsaitini başqa hesablara köçürmüşdürlər, ifadəsində verilən suallara cavab olaraq bildirmişdir ki, “4169-7388-6257- 9277” nömrəli "xxxx" ASC tərəfindən emissiyya edilmiş kart bacısı X11 adına olsa da, faktiki olaraq onun istifadəsindədir, həmin kartdan xx.xx.2024-cü il tarixdə oğurlanmış ümumilikdə 1999.98 manat pul vəsaitinin hamısı ona məxsusdur və kartdan oğlurluq hadisəsi nəticəsində bütün maddi ziyan ona dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 ifadəsində bildirmişdir ki, 29 iyun 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən “Kontakt home” mağazalar şəbəkəsinin reklamını və həmin elanda “İphone 14” markalı mobil telefonun endirimə düşərək 999.99 AZN satış qiymətində olmasını görmüşdür. “İnstagram” sosial şəbəkəsində “_kontakt.az” səhifəsi ilə yazışmağa başlamışdır. Yazışma zamanı ödəniş etməyi üçün ona link göndərilmiş və linkə daxil olduqda açılmış pəncərədə ödəniş edəcəyi kart məlumatlarını yerləşdirməyi barədə linkə daxil olmuşdur. Həmin linkdə anası X26 məxsus 4169-7388- 2529-1192 nömrəli "Kapital bank” ASC-yə məxsus kartın bütün məlumatlarını, yəni 16 rəqəmli nömrəsini, CVV kodunu, bitmə tarixini, sonradan mobil nömrəyə göndərilmiş OTP kodunu yerləşdirmişdir. Lakin o sistemə daxil olmaq İstədikdə sistemdə xəta baş verdiyini görmüşdür. Bundan sonra mobil tətbiqə daxil olduqda müəyyən etmişdir ki, məlumatlarını yerləşdirdiyi kartın hesabından xx.xx.2024-cü il tarixdə saat 22:27-də 999.99 manat pul vəsaiti oğurlanaraq başqa bir “akart” hesabına köçürülmüşdür. Bununla da, başa düşmüşdür ki, mobil telefonun endirimlə satışı ilə əlaqədar daxil olduğu səhifədə kartın bütün məxfi məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslər gizli şəkildə karta müdaxilə edərək hesaba daxil olmuş və kartda olan pul vəsaitini başqa hesablara köçürmüşlər. “İnstagram” sosial şəbəkəsində həmin səhifə onu blokladığı üçün yazışmaları istintaqa təqdim edə bilməmişdir, hesabdan pulun çıxması ilə bağlı qəbzin fotoşəkilini ifadəsinə əlavə etmişdir. Kartdan oğurlanmış pul vəsaiti ona məxsus olduğu üçün oğurluq hadisəsi nəticəsində maddi ziyan ona dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs28 ifadəsində bildirmişdir ki, 30 iyun 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən “Kontakt home" mağazalar şəbəkəsinin reklamını, həmin elanda “İphone 14” markalı mobil telefonun endirimə düşərək 999.99 AZN satış qiymətində olmasını görmüşdür. Diqqətini cəlb etdiyi üçün elana daxil olmuş və açılmış pəncərədə ödəniş edəcəyi kart məlumatlarının yerləşdirilməsi barədə linkə daxil olmuşdur. Həmin linkdə “4098-5844- 6456-4432” nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının bütün məlumatlarını, yəni 16 rəqəmli nömrəsini, CW kodunu, bitmə tarixini, sonradan mobil nömrəyə göndərimiş OTP kodunu yerləşdirmişdir. Lakin Zərərçəkmiş şəxs28 sistemə daxil olmaq istədikdə sistemdə xəta baş verdiyini görünmüşdür. Buna görə də elə zənn etmişdir ki, "xxxx"-a məxsus həmin kartında problem vardır. Buna görə də yenidən səhifəyə daxil olaraq linkə “4169-7388-7614-6824” nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının bütün məlumatlarını, mobil nömrəyə göndərilmiş OTP kodunu yerləşdirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 21:24-də “4098-5844-6456-4432” nömrəli kart hesabından 999.99 manat, həmin tarixdə saat 22:44-də “4169-7388-7614-6824” nömrəli kart hesabından 999.99 manat pul vəsaiti gizli şəkildə oğurlanaraq başqa bir hesaba köçürülmüşdür. Bununla da, başa düşmüşdür ki, mobil telefonun endirimlə satışı ilə əlaqədar daxil olduğu səhifədə kartlarının məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslər gizli şəkildə kartlarına müdaxilə edərək hesabına daxil olmuş və kartlarında olan pul vəsaitini başqa bir hesaba köçürmüşlər. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 ifadəsində bildirmişdir ki, 30 iyun 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən “Kontakt home” mağazalar şəbəkəsinin reklamını görmüş və həmin reklamda “İphone 14” markalı mobil telefonun endirimə düşərək 999.99 AZN satış qiymətində olması qeyd olunmuşdur. Bu reklam onun diqqətini cəlb etdiyi üçün həmin reklamın üzərinə toxunaraq daxil olmuş və açılmış pəncərədə ödəniş edəcəyi kart məlumatlarını yerləşdirməsi barədə linkə daxil olmuşdur. Həmin linkdə “5239-1517-9518- 1182” nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının bütün məlumatlarını, yəni 16 rəqəmli nömrəsini, CVV kodunu, bitmə tarixini, sonradan mobil nömrəyə göndərilmiş OTP kodunu yerləşdirmişdir. Lakin o, sistemə daxil olmaq istədikdə sistemdə xəta baş verdiyini göstərirdi. Bundan sonra mobil tətbiqə daxil olduqda müəyyən etmişdir ki, kart hesabından xx.xx.2024-cü il tarixdə saat 22:54-də 999.99 manat, həmin tarixdə saat 22:55-də 999.99 manat olmaqla, ümumilikdə 1999.98 manat pul vəsaiti gizli şəkildə oğurlanaraq başqa bir hesaba köçürülmüşdür. Bununla da, mobil telefonun endirimlə satışı ilə əlaqədar daxil olduğu səhifədə kartnın məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslər gizli şəkildə kartına müdaxilə edərək hesabına daxil olmuş və kartında olan pul vəsaitini başqa bir hesaba köçürmüşlər. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs30 ifadəsində bildirmişdir ki, 30 iyun 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən “Kontakt home” mağazalar şəbəkəsinin reklamını görmüş və həmin elanda “İphone 14” markalı mobil telefonun endirimə düşərək 999.99 AZN satış qiymətində olması qeyd edilmişdir. Daha sonra həmin reklamda yerləşdirilmiş ***-***-**-** saylı mobil nömrənin “whatsapp” hesabı ilə yazışmağa başlamışdır. Yazışma zamanı ödəniş etməsi üçün ona link göndərilmiş və linkə daxil olduqda açılmış pəncərədə ödəniş edəcəyi kart məlumatlarını yerləşdirməyi barədə linkə daxil olaraq həmin linkdə istifadəsində olan “4169-7388-5207-4511” nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının bütün məlumatlarını, yəni 16 rəqəmli nömrəsini, CW kodunu, bitmə tarixini, sonradan mobil nömrəyə göndərimiş OTP kodunu yerləşdirmişdir. Bundan sonra o, sistemə daxil olmaq istədikdə sistemdə xəta baş verdiyi yazısı ilə qarşılaşmışdır. Buna görə də mobil tətbiqə daxil olduqda müəyyən etmişdir ki, məlumatlarını yerləşdirdiyi kartın hesabından xx.xx.2024-cü il tarixdə saat 16:20-də 999.99 manat pul vəsaiti oğurlanaraq başqa bir hesaba köçürülmüşdür. Bununla da, o, mobil telefonun endirimlə satışı ilə əlaqədar daxil olduğu səhifədə kartının bütün məxfi məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslərin gizli şəkildə kartına müdaxilə edərək hesaba daxil olmuş və kartda olan pul vəsaitini başqa hesablara köçürülməsini başa düşmüşdür. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs33 ifadəsində bildirmişdir ki, 01 iyul 2024-cü il tarixdə “İnstagram" sosial şəbəkəsində olarkən “Kontakt home” mağazalar şəbəkəsinin reklamını, həmin elanda “İphone 14” markalı mobil telefonun endirimə düşərək 999.99 manat satış qiymətində olmasını görmüşdür. Diqqətini cəlb etdiyi üçün elana daxil olmuş, açılmış pəncərədə ödəniş edəcəyi kartın məlumatlarının yerləşdirilməyi barədə linkə daxil olmuşdur. Həmin linkdə “4169-7377- 0838-9461” nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının bütün məlumatlarını, yəni 16 rəqəmli nömrəsini, CW kodunu, bitmə tarixini, sonradan mobil nömrəyə göndərilmiş OTP kodunu yerləşdirmişdir. Lakin o, həmin sistemə daxil olmaq istədikdə, sistemdə xəta baş verdiyini göstərmişdir. Sonradan o, mobil tətbiqə daxil olduqda görmüşdür ki, hesabından xx.xx.2024-cü il tarixdə saat 12:49-da 999,99 manat və həmin tarixdə 12:51-də 999,99 manat olmaqla ümumilikdə 1999,98 manat pul vəsaiti gizli şəkildə oğurlanaraq başqa bir hesaba köçürülmüşdür. Bununla da anlamışdır ki, mobil telefonun endirimlə satışı ilə əlaqədar daxil olduğu səhifədə kartının məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslər gizli şəkildə kartına müdaxilə edərək hesabına daxil olmuş və kartında olan pul vəsaitini başqa bir hesaba köçürmüşlər. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs34 ifadəsində bildirmişdir ki, 01 iyul 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən “Kontakt home” mağazalar şəbəkəsinin reklamını və həmin elanda “İphone 14” markalı mobil telefonun endirimə düşərək 999.99 satış qiymətində olmasını görmüşdür. Diqqətini cəlb etdiyi üçün elana daxil olmuş və açılmış pəncərədə ödəniş edəcəyi kart məlumatlarını yerləşdirməsi barədə linkə daxil olmuşdur. Həmin linkdə “5315-9921-4638-5429” nömrəli “Bank of Baku" ASC tərəfindən emissiya edilmiş bank kartının bütün məlumatlarını, yəni 16 rəqəmli nömrəsini, CW kodunu, bitmə tarixini, sonradan mobil nömrəyə göndərimiş OTP kodunu yerləşdirmişdir. Lakin o sistemə daxil olmaq istədikdə sistemdə xəta baş verdiyini göstərilmişdir. Bundan sonra mobil tətbiqə daxil olduqda müəyyən etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:12-də “5315-9921-4638-5429” nömrəli kart hesabından 999.99 manat pul vəsaiti gizli şəkildə oğurlanaraq başqa bir hesaba köçürülmüşdür. Bununla da, başa düşmüşdür ki, mobil telefonun endirimlə satışı ilə əlaqədar daxil olduğu səhifədə kartlarının məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslər gizli şəkildə kartına müdaxilə edərək hesabına daxil olmuş və kartında olan pul vəsaitini başqa bir hesaba köçürmüşlər. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs36 ifadəsində bildirmişdir ki, 01 iyul 2024-cü il tarixdə saat təxminən 12:30 radələrində mobil telefonunun “İnstagram” sosial şəbəkəsində “KonaktHome” şirkətindən icmarıc gəlmişdir. Həmin ismarıca daxil olmuş və görmüşdür ki, bu ismarıc “KontaktHome”un səhifəsindən gəlmişdir. Elanda “İphone 14 Pro” markalı mobil telefonun endirimdə olduğu, 999,99 manata almaq mümkün olduğu qeyd olunmuşdur. Həmin telefonun orta bazar satış qiyməti təxminən 1700-1800 civarında olmuşdur. Buna görə o, həmin telefonu almaq qərarına gəlmiş və elana daxil olmuşdur. Həmin elan üzrə telefon sifariş vermiş, ödəniş “4169-7388-6221-6011” nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının məlumatlarından istifadə etmişdir. Ödənişi təsdiqlədikdən sonra səhifədə xəta yazılmış, telefona gələn kodu yenidən daxil edəndən sonra bir daha kod səhvdir mesajı gəlmişdir. Bundan sonra telefonunda olan “Birbank” mobil tətbiqinə daxil olmuş və görmüşdür ki, hər dəfə 999,99 manat olmaqla kartından ümumilikdə 1999,98 manat pul vəsaiti çıxılmışdır. Bundan sonra o, həmin qəbzləri, elan səhifəsinə yazmış, lakin səhifənin artıq bağlı olduğunu müşahidə etmişdir. Bundan sonra həmin səhifədə göstərilən ***-***-**-** telefon nömrəsi ilə “Whatsapp" ani mesajlaşma sistemi vasitəsilə əlaqəyə keçmiş, baş vermiş hadisə ilə bağlı izah istəmişdir. Cavab olaraq isə “malsız da” və “hara istiyirsən şikayət elə” mesajlarını almışdır. Bundan sonra isə onun nömrəsi bloklanmışdır. Hadisə nəticəsində ümumilikdə 1999,98 manat maddi ziyan görmüşdür. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs39 ifadəsində bildirmişdir ki, 03 iyul 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində “kontakt home” mağazalar şəbəkəsinin “_kontakt.az” adlı səhifəsini görmüşdür. Həmin səhifədə “İphone 14” markalı mobil telefonun 999,99 AZN qiymətinə satışda olması paylaşılmışdır. Bu reklam onun diqqətini çəkdiyindən həmin səhifəyə daxil olmuş və açılmış pəncərədə ondan kartına aid məlumatları yerləşdirməyi istənildiyini görmüşdür. O, da özünə məxsus olan "xxxx" ASC tərəfindən emissiya edilmiş “4169-7385-9005-7836” nömrəli karta dair bütün məlumatları həmin xanalara daxil etmişdir. Daha sonra isə mobil telefonuna göndərilmiş “OTP” kodunu da xanada qeyd etmişdir. Bundan sonra 03 iyul 2024-cü il tarixdə saat 14:14-də məlumatlarını yerləşdirdiyi kart hesabından 999,99 manat pul vəsaiti gizli şəkildə oğlurlanmışdır. Kartından çıxarılmış pul vəsaitlərinin hansı istiqamətdə xərclənməsini araşdırdıqda isə pul vəsaiti hansısa “m10” hesabına köçürülməsini müəyyən etmişdir. Bununla da, daxil olduğu səhifədə kartının məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslər gizli şəkildə kartına müdaxilə edərək hesabına daxil olmuş və kartında olan pul vəsaitini başqa bir “portmanat” hesabına köçürülməsini başa düşmüşdür. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçi deyil. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs41 ifadəsində bildirmişdir ki, 03 iyul 2024-cü il tarixdə internetdə “Kontakt Home” mağazalar şəbəkəsinin internet səhifəsində mobil telefonun qiymətinin endirimə düşdüyünü görmüşdür. Həmin endirim saat 12-yə qədər davam edəcəyi yazılmış, o, həmin səhifəyə daxil olmuş, ondan qeydiyyatdan keçilməsi istənilmiş və o, qeydiyyatdan keçərək endirimdən istifadə etmək üçün kartının məlumatlarını müvafiq xanalar daxil etmişdir. Bundan sonra məlumatlarını daxil etdiyi “5239-1517-1785-7869” nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartından 999,99 manat pulu çıxılmışdır. Ona həmin saytdan sabah axşam 18:00-a kimi göstərdiyi ünvana telefonu kuryer vasitəsi ilə çatdırılacağını bildirmişlər. Təxminən 10 dəqiqə sonra həmin kartdan 10 dəfə 1 ABŞ dolları olmaqla ümumilikdə 10 ABŞ dolları pul çıxılmış, bunun səbəbini soruşdurqda ona əlavə olaraq telefon adaptrı üçün pulun çıxıldığını bildirmiş və bundan sonra onun nömrəsini bloka atmışlar. Bundan sonra o, “Kontakt Home”-un qaynar xəttinə yığaraq hadisəni bildirmiş, lakin ona yuxarıda qeyd edilən səhifənin həmin şirkətə aid olmadığından yardım edə bilməyəcəkləmələrini bildirmişlər. Hadisə nəticəsində ona 999,99 manat və 10 ABŞ dolları yəni 17 manat olmaqla ümumilikdə 1016,99 manat ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməyib, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Zərərçəkmiş şəxs10 məhkəməyə teleqramla müraciət edərək 14.900 (on dörd min doqquz yüz) manat maddi zərərin təqsirləndirilən tərəfindən ona ödənilmədiyini, dəymiş zərərin təqsirləndirilən şəxsdən alınaraq ona geri qaytarılmadığı halda təqsirləndirilən şəxsin ciddi cəzalandırılmasını xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 17 aprel 2024-cü il tarixində "İnstagram” sosial şəbəkəsində “atbkabinetim” adlı profildə “lotereyaya qoşulma - 50 manat pul hədiyyə edilir” başlığı altında kampaniya olduğunu görmüşdür. Həmin kampaniyada qeyd olunan profilə daxil olduqdan sonra orada bir link qarşısına çıxmışdır. Linkə daxil olduqdan sonra öz bank kartının məlumatlarını qeyd etmişdi. "xxxx" ASC tərəfindən emissiya edilmiş “5213 6751 3159 9921” nömrəli bank kartının məlumatlarını daxil etdikdən sonra OTP kodu almışdır. Həmin kodu elandakı müvafiq xanaya daxil etmişdir. Bundan sonra ümumilikdə 14.900 manat məbləğində pul vəsaitinin "xxxx"ın “4449 9451 0121 4507” nömrəli “akart” rəqəmsal bank kartına mədaxil olunaraq gizli şəkildə oğurlandığını müşahidə etmişdir. Bu hadisədən sonra başa düşmüşdür ki, “İnstagram” sosial şəbəkəsində qarşılaşdığı elan səhifəsi rəsmi səhifə olmamış və ona göndərilmiş linkdə qeyd etdiyi kart məlumatlarından istifadə edilərək kart hesabından 14.900 manat pul vəsaiti oğurlanmışdır. Həmçinin son məhkəmə iclasında çıxışı zamanı ona dəymiş 14.900 (on dört min doqquz yüz) manat məbləğində maddi ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş, təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2018-ci il tarixdən Naxçıvan ƏÜO-nun Hərbi Hava Qüvvələrinin optik müşahidə üzrə operatoru vəzifəsində və gizir rütbəsindədir. Təxminən 25 mart 2024-cü il tarixdə yaşadığı Babək rayonu, Kültəpə kəndində evində olan zaman idarə etdiyi avtomobilə yazılan cəriməni ödəmək üçün “İnstagram” sosial şəbəkəsində endirim təklif edən “ASAN PAY” adlı səhifəyə daxil olmuş, səhifədə şəxsiyyət vəsiqəsinin fin kodunu, ad və soyadını qeyd etmiş, daha sonra ona ödəməli olduğu cərimənin endiriminin 13 manat göstərilmiş, o, ödəniş etmək üçün ona məxsus "xxxx" ASC-nə aid bank kartının 16 rəqəmli kodunu və istifadəsində olan ***-***-**-** mobil nömrəsinə mesajla gəlmiş otp kodunu həmin səhifəyə daxil etmiş, həmin vaxt bank kartından 13 manat pul və 3 dəfəyə 200 manat olmaqla 600 manat pul çıxılmış, bundan sonra bank kartını bloklamış və Kapital Banka zəng etmiş, həmin vaxt bank əməkdaşı ona bank kartından pul ələ keçirilməsini bildirmişdir. O, ifadəsinin sual-cavab hissəsində qeyd etdiyi bank kartının 16 rəqəmini xatırlamadığını, lakin hesab nömrəsinin 388 **********9247100 olmasını, bank kartından ümumilikdə 613 manat pulun oğurlanmasını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, özünə məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş “5261-6333-3336-9379” nömrəli kart hesabı vardır. 09 aprel 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində ona məxsus “omar jafarzadə” hesabında qarşısına "xxxx"ın reklamı çıxmış, orada bildirilmişdir ki, lotoreya çarxına qoşulmaqla gəlir əldə etmək mümkündür. O, həmin səhifədə olan linkə daxil olmuş, həmin tarixdə saat 15:32-də yuxarıda qeyd edilən kartının məlumatlarını daxil etmiş, lakin həmin hesabdan “4449-9451-0205-7772” nömrəli hesaba ona məxsus 120 manat pul vəsaiti gizli şəkildə köçürülmüşdür. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 14 aprel 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən qarşısına "xxxx" ASC-nin lotereya təşkil etdiyi barədə elan çıxmışdır. O, elanda qeyd olunmuş linkə daxil olmuş, həmin linkdə öz adına olan "xxxx" ASC tərəfindən emissiya edilmiş “5261 6333 3382 3301” saylı kartının 16 rəqəmli şifrəsini və FİN kodunu qeyd etmişdir. Bundan sonra telefonuna bank tərəfindən göndərilmiş OTP təhlükəsizlik kodunu daxil olduğu linkə qeyd etmişdir. Bir neçə dəqiqə sonra, yəni saat 21:46 dəqiqədə kartından 4 dəfə 500 AZN olmaqla ümumilikdə 2.000 manat pul vəsaiti çıxmışdır. Həmin vəsaitlərdən 1.000 manatı “4449 9451 0139 3145” saylı A-kart hesabına, digər 1.000 manatı isə “4449 9451 0048 2907” saylı A-kart hesabına köçürülmüşdür. Bundan sonra o, dərhal banka zəng etmiş, kartından 2.000 manat pulunun oğurlandığı barədə məlumat vermiş və öz istəyi ilə kartını bloklatmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs42 Şamil oğlunun məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 19 aprel 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən qarşısına "xxxx" ASC-yə məxsus kartı olanlara əlavə hədiyyələr veriləcəyi barədə elan çıxmışdır. Elanda qeyd olunmuş linkə daxil olmuş və həmin linkdə "xxxx" ASC-nin bank kartının məlumatlarının qeyd edilməsi tələb edildiyi üçün o da həmin linkə “5213 6751 1541 9773” saylı "xxxx" ASC-ə aid kartının məlumatlarını daxil etmiş, bundan sonra mesaj kimi gələn 4 rəqəmli kodu müvafiq xanaya daxil etmişdir. Bir neçə saniyə sonra kartından 890 manat pul vəsaitinin çıxarıldığını görmüşdür. Mobil tətbiqə girdiyi zaman 890 manat pulunun oğurlandığının, balansda isə 4 manat pulun qaldığının şahid olmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 20 aprel 2024-cü il tarixdə saat 00:30 radələrinə “İnstagram” sosial şəbəkəsində olarkən “Paşa bank"-a məxsus plastik kartı olan şəxslərin hesablarında 50 manat olduğu təqdirdə lotoreyada iştirak edərək hədiyyə qazana biləcəyi qeyd olunmuşdur. Bildirmişdir ki, onun “5402 6919 5785 7583” nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş plastik kartı vardır. Həmin zaman kartının hesabında 300 manat pul vəsaiti olduğu üçün o da bu lotoreyada iştirak etmək qərarına gəlmişdir. Bu məqsədlə “İnstagram” sosial şəbəkəsində yerləşdirilmiş həmin elana daxil olmuşdur. Həmin elana daxil olduqda başqa bir pəncərə açılmışdır. Həmin pəncərədə "xxxx"-a məxsus loqolar olmuş, açılmış pəncərədə lotoreyada iştirak etmək üçün ondan kart məlumatlarını yerləşdirməyi tələb olunmuşdur. Zərərçəkmiş şəxs14 kartının 16 rəqəmli kodunu həmin pəncərədə olan xanada yerləşdirmişdir. Bu zaman onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “OTP” təsdiqləmə kodu gəlmişdir. Bu kod gəldikdən sonra həmin OTP kodunu xüsusi açılmış pəncərədə olan xanada yerləşdirmişdir. Bu zaman həmin OTP kodunun yalnış olması qeyd olunmuşdur. Bundan sonra ikinci dəfə onun mobil nömrəsinə OTP kodu gəlmişdir. Həmin OTP kodunu o açılmış pəncərədə olan xanada yazmışdır. Bu zaman açılmış yeni pəncərədə onun lotoreya iştirakçısı olduğu qeyd olunmuşdur. Həmin zaman o "xxxx"-a məxsus mobil tətbiqə daxil olmaq istədikdə daxil ola bilməmişdir. Belə ki, o özünə məxsus şifrəni daxil etməsinə baxmayaraq həmin şifrənin yalnış olduğu göstərilmişdir. O, artıq “İnstagram” sosial şəbəkəsində yerləşdirilmiş elan üzrə aparılan əməliyyatın saxta olmasından və hesabından pul çıxarılmasından ehtiyat etdiyi üçün dərhal "xxxx"-a aid qaynar xəttə zəng etmişdir. O özünə məxsus anket məlumatlarını vermişdir və başına gələnləri danışmışdır. Operator tərəfindən ona bildirilmişdir ki, 20 aprel 2024-cü il tarixdə saat 00:42-də ona məxsus “5402 6919 5785 7583” nömrəli "xxxx" ASC hesabından 300 manat pul başqa bir “M10” hesabına köçürülmüşdür. Bundan sonra onun həmin bank hesabı bloklanmışdır. O anlamışdır ki, “İnstagram” sosial şəbəkəsində "xxxx"-a aid olan elan saxta elan olmuş və o, kart məlumatlarını yerləşdirdiyi üçün hesabından 300 manat pul oğurlanmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 28 aprel 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində “X63” adlı səhifədə cərimələrin endirimlə ödənilməsi barədə elan görmüşdür. Həmin vaxt istifadəsində olan “Honda Civic” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimələri olduğu üçün elan onun diqqətini cəlb etmişdi və endirimdən istifadə edərək cərimələrini ödəmək qərarına gəlmiş, səhifəyə daxil olduqdan sonra orada yerləşdirilmiş linkə klik etmiş, həmin link vasitəsilə açılmış pəncərədə cəriməni ödəmək üçün qeyd olunmuş xanalara özünə məxsus kart məlumattarını daxil etməsi tələb edildiyini görmüşdür. O da "xxxx" ASC tərəfindən emissiya edilmiş “4169-7388-5213-0404” saylı kartına aid bütün məlumatları həmin xanalara daxil etmiş, daha sonra mobil telefonuna göndərilmiş “OTP” kodunu da müvafiq xanada qeyd etmişdir. Bunun nəticəsində 28 aprel 2024-cü il tarixdə, saat 22:47-dən 22:48-ə qədər olan müddət ərzində, kart hesabından hissə-hissə, yəni 36, 200, 200, 100 və 20 manat olmaqla ümumilikdə 556 manat məbləğində pul vəsaiti oğurlanmışdır. Həmin vaxt evdə olmuşdur. Kartdan çıxarılmış pul vəsaitlərinin hansı istiqamətdə xərcləndiyini araşdırdıqda müəyyən etmişdir ki, bu məbləğ hansısa “Portmanat” hesabına köçürülmüşdür. Beləliklə, başa düşmüşdür ki, cərimələrin endirimlə ödənilməsi ilə bağlı daxil olduğu səhifəyə kart məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslər kart hesabına qanunsuz müdaxilə etmiş və kartda olan məbləği başqa bir “Portmanat” hesabına köçürmüşlər. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 28 aprel 2024-cü il tarixdə saat 19:30 radələrində “İnstagram” sosial şəbəkəsində olarkən Baş X63 İdarəsinin cərimələrinin 50 faiz endirimlə ödəniş edilməsi barədə “asan_cerime.dyp” adlı səhifə qarşısına çıxmışdır. Həmin zaman avtomobilinin cəriməsi olduğu üçün bu elan diqqətini çəkmişdir və həmin səhifəyə daxil olmuşdur. Açılmış pəncərədə ödəniş edəcəyi kart məlumatlarını yerləşdirməyi barədə linkə daxil olmuşdur. Həmin linkdə özünə məxsus “4169-7578-5482-4996” nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının bütün məlumatlarını, yəni 16 rəqəmli nömrəsini, CW kodunu, bitmə tarixini, sonradan mobil nömrəyə göndərilmiş OTP kodunu yerləşdirmişdir. Bundan sonra mobil tətbiqə daxil olduqda müəyyən etmişdir ki, məlumatlarını yerləşdirdiyi kartın hesabından xx.xx.2024-cü il tarixdə saat 19:31-19:32 müddət aralığında 25, 800, 800 manat olmaqla ümumilikdə 1625 manat pul vəsaiti oğurlanaraq başqa “portmanat” hesabına köçürülmüşdür. Bununla da, başa düşmüşdür ki, cərimələrin endirimlə satışı ilə əlaqədar daxil olduğu səhifədə kartın bütün məxfi məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslər gizli şəkildə karta müdaxilə edərək hesaba daxil olmuş və kartda olan pul vəsaitini başqa “portmanat” hesabına köçürmüşlər. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində “İnstagram” sosial şəbəkəsində “X63” adlı səhifədə cərimələrin 50 faiz endirimlə ödənilməsi barədə elan görmüşdür. Həmin vaxt avtomobilinin cərimələri olduğu üçün elan onun diqqətini cəlb etmişdi və endirimdən istifadə edərək cərimələrini ödəmək qərarına gəlmiş, səhifəyə daxil olduqdan sonra orada yerləşdirilmiş linkə klik etmiş, həmin link vasitəsilə açılmış pəncərədə cəriməni ödəmək üçün qeyd olunmuş xanalara özünə məxsus kart məlumatlarını daxil etməsi tələb edildiyini görmüşdür. O da "xxxx" ASC tərəfindən emissiya edilmiş “5243-7544-2188-0715” saylı kartına aid bütün məlumatları həmin xanalara daxil etmiş, daha sonra mobil telefonuna göndərilmiş “OTP” kodunu da müvafiq xanada qeyd etmişdir. Bunun nəticəsində 28 aprel 2024-cü il tarixdə, saat 18:36-da, kart hesabından hissə-hissə, yəni 9, 55, 800 və 60 manat olmaqla ümumilikdə 930 manat məbləğində pul vəsaiti oğurlanmışdır. Beləliklə, başa düşmüşdür ki, cərimələrin endirimlə ödənilməsi ilə bağlı daxil olduğu səhifəyə kart məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslər kart hesabına qanunsuz müdaxilə etmiş və kartda olan məbləği başqa bir “Portmanat” hesabına köçürmüşlər. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 28 aprel 2024-cü il tarixdə saat 16:00 radələrində “İnstagram” sosial şəbəkəsində olarkən Baş X63 İdarəsinin cərimələrinin 50 faiz endirimlə ödəniş edilməsi barədə səhifə qarşısına çıxmışdır. Həmin zaman avtomobilinin cəriməsi olduğu üçün bu elan diqqətini çəkmiş və həmin səhifəyə daxil olmuşdur. Açılmış pəncərədə ödəniş edəcəyi kart məlumatlarını yerləşdirməyi barədə linkə daxil olmuşdur. Həmin linkdə özünə məxsus “4098-5844-6200- 2625” nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının bütün məlumatlarını, yəni 16 rəqəmli nömrəsini, CW kodunu, bitmə tarixini, sonradan mobil nömrəyə göndərimiş OTP kodunu yerləşdirmişdir. Bundan sonra mobil tətbiqə daxil olduqda müəyyən etmişdir ki, məlumatlarını yerləşdirdiyi kartın hesabından xx.xx.2024-cü il tarixdə saat 16:00-dan 16:02-ə qədər olan müddət ərzində hissə-hissə, yəni 9,155,250 AZN olmaqla ümumilikdə 414 manat pul vəsaiti oğurlanaraq başqa “portmanat” hesabına köçürülmüşdür. Bununla da, başa düşmüşdür ki, cərimələrin endirimlə satışı ilə əlaqədar daxil olduğu səhifədə kartın bütün məxfi məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslər gizli şəkildə karta müdaxilə edərək hesaba daxil olmuş və kartda olan pul vəsaitini başqa “portmanat” hesabına köçürmüşlər. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 24 İyun 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən “Kontakt home” mağazalar şəbəkəsinin reklamını və həmin elanda “İphone 14” markalı mobil telefonun endirimə düşərək 999.99 AZN satış qiymətində olmasını görmüşdür. Diqqətini cəlb etdiyi üçün elana daxil olmuş və açılmış pəncərədə ödəniş edəcəyi kart məlumatlarını yerləşdirməsi barədə linkə daxil olmuşdur. Həmin linkdə “4098-5844-5066-3966” nömrəli "xxxx" ASC-yə məxsus kartın bütün məlumatlarını, yəni 16 rəqəmli nömrəsini, CW kodunu, bitmə tarixini, sonradan mobil nömrəyə göndərimiş OTP kodunu yerləşdirmişdir. Lakin Zərərçəkmiş şəxs23 sistemə daxil olmaq istədikdə sistemdə xəta baş verdiyini göstərilmişdir. Bundan sonra mobil tətbiqə daxil olduqda müəyyən etmişdir ki, kart hesabından xx.xx.2024-cü il tarixdə saat 00:12-də 999.99 manat, həmin tarixdə saat 00:38-də 999.99 manat olmaqla, ümumilikdə 1999.98 manat pul vəsaiti gizli şəkildə oğurlanaraq başqa bir hesaba köçürülmüşdür. Mobil tətbiqdə qeyd olunmuşdur ki, 00:12-də oğurlanmış pul vəsaiti başqa bir kart hesabına, 00:38-də oğurlanmış pul vəsaiti isə hansısa “m10” hesabına köçürülmüşdür. Kartı ilə bağlı olan həmin çıxarışları ifadəsinə əlavə etmişdir. Bununla da, başa düşmüşdür ki, mobil telefonun endirimlə satışı ilə əlaqədar daxil olduğu səhifədə kartlarının məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslər gizli şəkildə kartına müdaxilə edərək hesabına daxil olmuş və kartında olan pul vəsaitini başqa bir hesaba köçürmüşdür. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 29 iyun 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən qarşısına “kontakt.az” adlı səhifənin reklamı çıxmışdır. Həmin səhifəyə daxil olduqda kampaniya çərçivəsində ucuz qiymətə mobil telefonların satıldığını görmüşdür. Mesaj yazaraq kampaniyalar haqqında məlumat almaq istəmişdir. Həmin səhifədən ona bir link göndərilmişdir. O da həmin linkə daxil olmuşdur. Həmin səhifədən “iPhone 14 Pro” markalı, 512 GB yaddaş həcmində mobil telefonu 999,99 manata almaq üçün alış etmək istəmişdir. Alış etdikdən sonra qarşısına 999,99 manat məbləği Ödəmək üçün ödəniş səhifəsi çıxmışdır. Orada özünə məxsus Kapital Banka aid BirBank kartının “4169- 7388-9554-9040” nömrəsini daxil etmişdi. Daha sonra mobil telefonuna bank vasitəsilə 4 rəqəmli kod göndərilmişdir. Həmin kodu səhifəyə daxil etdikdən sonra kart hesabından 999,99 manat çıxılmışdır. Pul çıxıldıqdan sonra səhifəyə mesaj yazaraq mobil telefonun nə vaxt gələcəyini soruşmuşdur. Ona bildirilmişdir ki, mobil telefon sabah çatdırılacaq. Lakin ertəsi gün həmin səhifəyə yenidən mesaj yazdığı zaman səhifə onu blok etmişdir. Bundan sonra o, müvafiq qurumlara müraciət etmişdir. Bildirmişdir ki, kart hesabından 999,99 manat məbləğində pul oğurlanmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs27 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 30 iyun 2024-cü İl tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən “Kontakt home” mağazalar şəbəkəsinin reklamını, həmin elanda “İphone 14” markalı mobil telefonun endirimə düşərək 999.99 AZN satış qiymətində olmasını görmüşdür. Diqqətini cəlb etdiyi üçün elana daxil olmuş və açılmış pəncərədə ödəniş edəcəyi kart məlumatlarını daxil etmə xanası olmuşdur. Həmin linkdə “4169-7388-8281-1916” nömrəli "xxxx" ASC-yə tərəfindən emissiya edilmiş bank kartının bütün məlumatlarını, yəni 16 rəqəmli nömrəsini, CW kodunu, bitmə tarixini, sonradan mobil nömrəyə göndərimiş OTP kodunu yerləşdirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 22:06-da hesabından 999.99 manat pul çıxılmış və həmin vəsait hansısa “akart” hesabına köçürülmüşdür, "İnstagram” sosial şəbəkəsində həmin şəxslərlə yazışdıqda onlar növbəti gün telefonun çatdırılacağını bildirmişlər. Mobil telefonun endirimdə olması səbəbindən Zərərçəkmiş şəxs27 ikinci telefonu da almaq üçün yenidən əməliyyatı icra etmişdir, bu zaman da yenidən kart məlumatlarını həmin səhifədə yerləşdirmişdir. xx.xx.2024-cü il tarixdə saat 23:00-da hesabından yenidən 999.99 AZN pul vəsaiti çıxılmışdır. Lakin o, sonradan həmin səhifə ilə əlaqə yaratmaq istəsə də, onu blok etmişlər. Bununla da, başa düşmüşdür ki, mobil telefonun endirimlə satışı ilə əlaqədar daxil olduğu səhifədə kartlarının məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslər gizli şəkildə kartına müdaxilə edərək hesabına daxil olmuş və kartında olan pul vəsaitini başqa bir hesaba köçürmüşlər. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs31 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 30 iyun 2024-cü il tarixdə gecə saat 24,00 radələrində evdə oturub telefona baxdığı zaman “Kontakt Home”dan endirim reklamı qarşısına çıxmışdır. Reklamın üzərinə basdıqda “Kontakt Home” mağazasının səhifəsi açılmışdır. Orada əksər malların qiymətinin endirimdə olduğunu görmüşdür. Həmçinin həmin mağazada "iPhone 14 Pro" markalı mobil telefonun endirimdə olduğu, 2.999 manata deyil, 999,99 manata təklif edildiyi qeyd edilmişdir. Həmin telefonun orta bazar satış qiymətinin təxminən 2700-2800 manat olduğunu bildiyi üçün telefonu almaq qərarına gəlmiş və bu məqsədlə səhifənin ismarıc bölməsinə daxil olmuşdur. "Kontakt Home"un satış səhifəsindən onlayn şəkildə həmin mobil telefonun sifarişini vermişdir. Onlayn alış olduğuna görə nağd ödəniş tələb olunmuşdur. O, “Kapital Bank" tərəfindən verilmiş “BirBank” kartından həmin səhifəyə 999,99 manat məbləğində ödəniş etdiyini zənn etmişdir. Pul çıxıldıqdan sonra telefonuna İsmarıc daxil olmuşdur ki, kartdan pul çıxılsın ya yox. Təsdiqlədikdən sonra məbləğ köçürülmüşdür. Sonra səhifədə “kod səhvdir” mesajı çıxmışdı. Təkrar ödəniş etməyə cəhd etmiş, başqa bir kod gəlmiş və həmin kodu yenidən təsdiqləmiş, lakin yenə də “kod səhvdir” mesajı almışdır. Bu hadisədən sonra şübhələnmiş və ödəniş etməməyə qərar vermişdir. Kartında cəmi 3000 manat olduğu halda, bir neçə dəqiqə sonra telefonuna İsmarıc daxil olmuşdur ki, hər dəfə 999,99 manat olmaqla ümumilikdə 1999,98 manat məbləğində pul vəsaiti hesabından çıxılmışdır. Bunun üzərinə səhifədə yazaraq bildirmişdir ki, “məndən iki dəfə pul çıxıldı, mənə iki telefon göndərəcəksinizmi, xahiş edirəm, cavab verin.” Lakin cavab gəlməmişdir. Daha sonra səhifənin bloklandığını görmüşdür. Bundan sonra "Kapital Bank” ASC-nin 196 çağrı mərkəzinə zəng edərək hadisə barədə məlumat vermiş, kartını bağlatmış və qırıb atmışdı. Həmin gün Şəki Şəhər Polis Şöbəsinə gedərək şikayət ərizəsi yazmışdır. Ona məxsus “5339-1517-****-6173” nömrəli kart hesabından ümumilikdə 1999,98 manat məbləğində pul çıxılmış, kartı qırdığı üçün tam nömrəni xatırlamamışdır. Yazışmaları ifadəsinə əlavə etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs32 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 30 iyun 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən "Kontakt home” mağazalar şəbəkəsinin reklamını və həmin elanda “İphone 14” markalı mobil telefonun endirimə düşərək 999.99 AZN satış qiymətində olmasını görmüşdür. “İnstagram” sosial şəbəkəsində “_kontakt.az” səhifəsi ilə yazışmışdır. Yazışma zamanı ödəniş etməyi üçün ona link göndərilmiş və linkə daxil olduqda açılmış pəncərədə ödəniş edəcəyi kart məlumatlarını yerləşdirməyi barədə linkə daxil olmuşdur. Həmin linkdə özünə məxsus “4169-7388-6684-8736” nömrəli "xxxx" ASC-yə məxsus kartın bütün məlumatlarını, yəni 16 rəqəmli nömrəsini, CW kodunu, bitmə tarixini, sonradan mobil nömrəyə göndərimiş OTP kodunu yerləşdirmişdir. Lakin o, sistemə daxil olmaq istədikdə sistemdə xəta baş verdiyini göstərilmişdir. Bundan sonra mobil tətbiqə daxil olduqda müəyyən etmişdir ki, məlumatlarını yerləşdirdiyi kartın hesabından xx.xx.2024-cü il tarixdə saat 21:02-də 999,99 manat pul vəsaiti oğurlanaraq başqa bir hesaba köçürülmüşdür. Bununla da, başa düşmüşdür ki, mobil telefonun endirimlə satışı ilə əlaqədar daxil olduğu səhifədə kartın bütün məxfi məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslər gizli şəkildə karta müdaxilə edərək hesaba daxil olmuş və kartda olan pul vəsaitini başqa hesablara köçürmüşlər. “İnstagram” sosial şəbəkəsində həmin şəxslə arasında olan yazışmalar silindiyi üçün istintaqa təqdim edə bilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs35 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 01 iyul 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən “Kontakt home” mağazalar şəbəkəsinin reklamını, həmin elanda “İphone 14” markalı mobil telefonun endirimə düşərək 999.99 AZN satış qiymətində olmasını görmüşdür. Diqqətini cəlb etdiyi üçün elana daxil olmuşdur və açılmış pəncərədə ödəniş edəcəyi kart məlumatlarını yerləşdirməyi barədə linkə daxil olmuşdur. Həmin linkdə “4169-7388-0715-9201” nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının bütün məlumatlarını, yəni 16 rəqəmli nömrəsini, CW kodunu, bitmə tarixini, sonradan mobil nömrəyə göndərimiş OTP kodunu yerləşdirmişdir. Lakin Zərərçəkmiş şəxs35 sistemə daxil olmaq istədikdə sistemdə xəta baş verdiyini göstərirmiş. Bundan sonra mobil tətbiqə daxil olduqda müəyyən etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:58-də “4169-7388-0715-9201” nömrəli kart hesabından 999,99 manat pul vəsaiti gizli şəkildə oğurlanaraq başqa bir hesaba köçürülmüşdür. Bununla da, başa düşmüşdür ki, mobil telefonun endirimlə satışı ilə əlaqədar daxil olduğu səhifədə kartlarının məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslər gizli şəkildə kartına müdaxilə edərək hesabına daxil olmuş və kartında olan pul vəsaitini başqa bir hesaba köçürmüşlər. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs37 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 01 iyul 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən “Kontakt home” mağazalar şəbəkəsinin reklamını görmüş və həmin elanda “İphone 14” markalı mobil telefonun endirimə düşərək 999,99 AZN satış qiymətində olması qeyd edilmişdir. O, “İnstagram” sosial şəbəkəsində “_kontakt.az” səhifəsi ilə yazışmağa başlamışdır. Yazışma zamanı ödəniş etməyi üçün ona link göndərilmiş və linkə daxil olduqda açılmış pəncərədə ödəniş edəcəyi kart məlumatlarını yerləşdirməyi göstərilmişdir. Həmin linkdə özünə məxsus “4169-7388-4049-1116” nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının bütün məlumatlarını, yəni 16 rəqəmli nömrəsini, CW kodunu, bitmə tarixini, sonradan mobil nömrəyə göndərimiş OTP kodunu yerləşdirmişdir. Lakin o, sistemə daxil olmaq istədikdə sistemdə xəta baş verdiyini yazısı ilə rastlaşmışdır. Bundan sonra mobil tətbiqə daxil olduqda məlumatlarını yerləşdirdiyi kartın hesabından xx.xx.2024-cü il tarixdə saat 02:38-də 999,99 manat pul vəsaiti oğurlanaraq başqa bir hesaba köçürülməsini müəyyən etmişdir. Bununla da, mobil telefonun endirimlə satışı ilə əlaqədar daxil olduğu səhifədə kartın bütün məxfi məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslər gizli şəkildə karta müdaxilə edərək hesaba daxil olmuş və kartda olan pul vəsaitini başqa “Akart” hesabına köçürməsini müəyyən etmişdir, İnstagram sosial şəbəkəsində həmin səhifə onu bloka atdığı üçün yazışmaları silinmişdir. Hesabdan pulun çıxması ilə əlaqədar qəbzin fotoşəkilini ifadəsinə əlavə etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs38 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 01 iyul 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olarkən “Kontakt home” mağazalar şəbəkəsinin reklamını və həmin elanda “İphone 14” markalı mobil telefonun endirimə düşərək 999,99 AZN satış qiymətində olmasını görmüşdür. “İnstagram” sosial şəbəkəsində “_kontakt.az” səhifəsindəki elan ilə əlaqədar ***-***-**-** saylı mobil nömrənin “whatsapp” hesabı ilə yazışmışdır. Yazışma zamanı ödəniş etməyi üçün ona link göndərilmişdir və linkə daxil olduqda açılmış pəncərədə ödəniş edəcəyi kart məlumatlarını yerləşdirməyi barədə linkə daxil olmuşdur. Həmin linkdə dostu X35 məxsus “4169-7332- 2644-0142” nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının bütün məlumatlarını, yəni 16 rəqəmli nömrəsini, CW kodunu, bitmə tarixini, sonradan mobil nömrəyə göndərimiş OTP kodunu yerləşdirmişdir. Lakin o, sistemə daxil olmaq istədikdə sistemdə xəta baş verdiyini göstərilmişdir. Bundan sonra mobil tətbiqə daxil olduqda müəyyən etmişdir ki, məlumatlarını yerləşdirdiyi kartın hesabından 01,07.2024-cü il tarixdə saat 11:48-də 999.99 manat pul vəsaiti oğurlanaraq başqa bir “Akart” hesabına köçürülmüşdür. Bununla da, başa düşmüşdür ki, mobil telefonun endirimlə satışı ilə əlaqədar daxil olduğu səhifədə kartın bütün məxfi məlumatlarını yerləşdirdiyi üçün həmin məlumatlardan istifadə edən şəxslər gizli şəkildə karta müdaxilə edərək hesaba daxil olmuş və kartda olan pul vəsaitini başqa hesablara köçürmüşlər, “whatsapp” tətbiqində olan olan yazışmaları və hesabdan pulun çıxması ilə bağlı qəbzin fotoşəkilini ifadəsinə əlavə etmişdir. İfadəsində verilən suallara cavab olaraq bildirmişdir ki, “4169-7332-2644- 0142” nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş kart ona məxsus olmamış, lakin hadisə baş verən proses zamanı həmin kart onun istifadəsində olmuşdur. Həmin kartdan oğurlanmış pul vəsaiti ona məxsus olmuş və baş vermiş oğurluq hadisəsi zamanı ona maddi ziyan dəymişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs40 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2024cü il tarixdə saat 14:00 radələrində “İnstagram” sosial şəbəkəsində “Kontakt Home“ mağazalar şəbəkəsinə məxsus səhifəni görmüş və həmin səhifəyə daxil olduqda “İphone 14” markalı mobil telefonun endirimlə 999.99 AZN qiymətinə satışının edilməsi barədə paylaşımla qarşılaşmışdır. Həmin elan diqqətini cəlb etdiyi üçün elana daxil olduqda sifariş üçün linkə daxil olmağı istənildiyi üçün o, linkə daxil olmuş, açılmış pəncərədə qeyd olunmuş xanalara hansı kartla ödəniş edəcəkdirsə, həmin kartın bütün məlumatlarını yerləşdirməyi istənilmişdir. Buna görə də o, özünə məxsus olan “5243-7544-4482-0417” nömrəli "xxxx" tərəfindən emissiya edilmiş kartının 16 rəqəmli şifrəsini, CW kodunu, bitmə tarixini həmin xanalara yerləşdirmişdir. Bundan sonra mobil nömrəsinə gələn 3D güvənlik şifrəsini də həmin internet səhifəsindəki xanaya daxil etmişdir. Bu zaman açılmış pəncərədə sistemdə xəta olduğu üçün məlumatları yenidən yerləşdirməli olduğu qeyd olunmuşdur. O, yenidən kart məlumatlarını qeyd etmiş və yenidən mobil telefona göndərilmiş OTP kodunu orada yazmışdır. Yenidən sistemdə xəta baş verdiyi barədə olan yazı ilə rastlaşmışdır. Bundan sonra həmin səhifədən çıxmış və mobil telefonunda olan "xxxx" tətbiqinə daxil olmuş, bu zaman hesabından 999,99 AZN pul vəsaitinin hansısa “m10” hesabına köçürülməsini görmüşdür. O, “İnstagram” sosial şəbəkəsində həmin səhifəyə mesaj yazaraq kartından pul vəsaitini çıxmasını bildirmiş, lakin ona bundan sonra cavab yazılmamışdır. Bundan sonra özünə məxsus kart məlumatlarını daxil etdiyi üçün kənar şəxslər kartına müdaxilə edərək hesabından 999,99 AZN pul vəsaitinin gizli şəkildə oğurlaması ona məlum olmuşdur. Həmçinin “İnstagram” sosial şəbəkəsində olan, həmin səhifənin real “kontakt home” mağazalar şəbəkəsinə aid olmamasını anlamışdır. “İnstagram” sosial şəbəkəsində yazışdığı səhifə ilə onun arasındakı yazışmalar silindiyi üçün araşdırmaya təqdim edə bilməmişdir.Kart hesabından pulun köçürülməsi ilə əlaqədar qəbzin fotoşəkilini ifadəsinə əlavə etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2024-cü ilin aprel ayının əvvəllərində "İnstagram” sosial şəbəkəsindəki “kartalıram” adlı səhifədən onun istifadə etdiyi “xudabaxış_kubinka” adlı səhifəyə mesaj göndərilmişdir. Həmin mesajda ona onlayn iş təklif olunmuş və işin nə olduğunu öyrənmək üçün göndərilən “Telegram” linkinə daxil olması xahiş edilmişdir. O, həmin linkə daxil olduqda, adını və nömrəsini xatırlamadığı bir istifadəçi ona yazaraq Almaniya, Türkiyə, Qazaxıstan və digər ölkələrlə ticarət əlaqələrinin olduğunu, bu ticarət zamanı ödənişlərlə bağlı müxtəlif kartlara ehtiyac yarandığını bildirmişdir. O, həmin şəxsdən niyə öz adlarına olan kartlardan istifadə etmədiklərini soruşduqda, ona cavab olaraq kartlarının limitini doldurduqları üçün istifadəyə yararsız olduğunu demişdir. Həmin şəxs ona hər açılan kart hesabına görə 100 manat pul ödəniləcəyini bildirmişdir. Həmin şəxslərin dedikləri ilə razılaşdığını və onlara geri dönüş edəcəyini bildirmişdir. Həmin şəxs ona hər açılan kart üçün bir ədəd mobil nömrə alınmasının vacib olduğunu qeyd etmişdir. O, bu barədə Şahid2 Müseyib oğluna məlumat verərək hər açılacaq kart üçün ona 50 manat ödəniş təklif etmişdir. Belə ki, həmin kartı 100 manata sataraq qalan 50 manat məbləğini qazanc olaraq özünə götürməyi planlaşdırmışdır. Elşad onunla razılaşdıqdan sonra Bakı şəhəri, Yasamal rayonu, Caspian Plaza yaxınlığında yerləşən mobil nömrə satışı mağazasına getmişlər. Orada Elşad özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş və onun adına ***-***-**-** və 051- ***-**-** saylı mobil nömrələr alınmışdır. Sonra Elşad ilə birlikdə "Statistika" dairəsi yaxınlığında yerləşən "xxxx" filialına daxil olmuş və burada Elşadın adına iki ədəd kart hesabı açdırmışlar. Ardınca yaxınlıqda yerləşən “Azərtürkbank" filialına keçərək Elşadın adına bir ədəd daha kart hesabı yaratmışlar. Həmin kartlara OTP kodlarının gəlməsi üçün ***-***-**-** və 051- 785-80- 43 mobil nömrələrini qeyd etmişlər. Bundan sonra o, Elşaddan üç ədəd kartı götürərək ona 100 manat pul vermişdir. Bildirmişdir ki, Elşad və özü həmin kart hesablarından istifadə etməmişdirlər. Həmin kart hesablarını əldə etdikdən sonra Telegram sosial şəbəkəsində həmin şəxsə mesaj yazaraq kartların artıq onda olduğunu bildirmişdir. Həmin şəxs isə ona mesaj yazaraq “Kubinka” adlanan ərazidə yerləşən “Qəmbərli” adlı yerə “Toyota Prius” markalı, nömrəsi yadında qalmayan taksinin gələcəyini, həmin taksi sürücüsünə 03 ədəd kart və 02 ədəd mobil nömrəni verməsini, qarşılığında taksi sürücüsündən 300 manat məbləğində pulu götürməsini tapşırmışdır. Həmin şəxsin dediyi vaxtda və yerdə taksi sürücüsünə Şahid2 adına açılan 03 ədəd kartı və 02 ədəd nömrəni təqdim etmişdir. Taksi sürücüsü isə qarşılığında ona 300 manat pul vermişdir. O, halhazırda adlarını xatırlamadığı 4-5 nəfərin də adına mobil nömrələr aldıraraq kart hesabları açdırmışdır. İfadəsində verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid2 Müseyib oğlunun adına açılmış kart hesabları ilə hansı maliyyə əməliyyatlarının həyata keçirilməsindən məlumatı olmayıb və bu əməliyyatların həyata keçirilməsində iştirak etməyib. Həmçinin, ona “İnstagram” sosial şəbəkəsində “kartaliram” adlı səhifənin istifadəçisi həmin kartlardan sadəcə alış-veriş üçün istifadə ediləcəyini bildirmişdir. Kartlarla həyata keçirilən maliyyə əməliyyatları və pul vəsaitlərinin mənbəyi barədə onun heç bir məlumatı olmamışdır. Şahid2 Müseyib oğlunun adına alınmış mobil nömrələrin kartlara OTP kodunun göndərilməsi üçün lazım olduğunu “İnstagram” sosial şəbəkəsində “kartaliram” adlı səhifənin istifadəçisi ona bildirmişdir. Bununla yanaşı, həmin nömrələrin daha sonra hansı məqsədlərlə istifadə olunması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tanımamış və onunla görüşməmişdir. Onun öz adıma kart hesabı olmuşdur. Həmin şəxsə bu hesabı təklif etdikdə o, razılaşmayaraq istifadə olunmamış kart hesabına ehtiyac olmasını bildirmişdir. Bundan sonra artıq o, başqa şəxslərə bu barədə təklif edərək onların adına kart hesabları açdırıb mobil nömrələr aldırmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid22 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2023-cü ilin noyabr ayında tanışı Şahid1 onunla görüşərək bank kartına ehtiyacı olduğunu bildirmişdir. Xudabaxış hər bir karta görə 30-40 manat pul verəcəyini vəd etmişdir. O, kartın nə məqsədlə lazım olduğunu soruşduqda Xudabaxış tanışlarına verəcəyini, onun burada heç bir məsuliyyətinin olmadığını bildirmişdir. Xudabaxışa etibar edərək Azər-Türk Bank ASC-də 4613 8602 0526 9010 saylı, Unibank ASC-də 5243 75** **** 1182 saylı, Kapital Bank ASC-də isə 5239 15** **** 0245 saylı kartlar açdırmış və qarşılığında 100 manat pul almışdır. Bu kart hesabları açıldıqdan sonra heç vaxt istifadə etməmiş, kartları dərhal Xudabaxışa təqdim etmişdir. 2024-cü ilin əvvəllərində Xudabaxış onunla əlaqə saxlayaraq adı ilə açılmış həmin kart hesablarının bank tərəfindən dondurulduğunu bildirmişdir. Bank tərəfindən onunla əlaqə saxlanılmadığı üçün hər hansı bir problem olmayacağını düşünmüşdür. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X10 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Şahid4 2022-ci ildən tanımış və aralarında yaxın dostluq münasibətləri olmuşdur. Xatırladığına görə, 2024-cü ilin aprel ayının əvvəllərində Ümid ona özünə məxsus ***-***-**-** saylı mobil nömrədən zəng edərək bildirmişdir ki, yaxın tanışı üçün pul göndərilməlidir, lakin üzərlərində kart olmadığı üçün onun adına “AzerceH”-ə məxsus “A-kart” açmasını xahiş etmişdir. Kartın nə üçün istifadə ediləcəyini soruşduqda, Ümid ona bildirmişdir ki, tanışı Ərtoğrul üçün bir tanışı tərəfindən pul göndəriləcəkdir, lakin nə Ərtoğrulun, nə də həmin şəxsin üzərində kart yoxdur. Ümid, kartla hər hansı bir problemli əməliyyat edilməyəcəyini də vurğulamışdır. Bu məlumatlara əsaslanaraq "xxxx" tətbiqinə daxil olub qeydiyyatdan keçmişdir. Həmin vaxt ***-***-**-** saylı mobil nömrəsi ilə qeydiyyatdan keçmiş və ona 16 rəqəmli 4449-9451-0282-6168 saylı kart hesabı təqdim edilmişdir. Qeydiyyatdan sonra Ümid ilə əlaqə saxlayaraq “A-kart” proqramının kodunu ona demişdir. Daha sonra Ümid əlaqə saxlayaraq mesaj ilə kod göndəriləcəyini bildirmişdir. Doğrudan da ***-***-**-** saylı mobil nömrəsinə OTP kodu gəlmiş, həmin kodu isə Ümidə çatdırmışdır. Bu hadisədən sonra Ümidin dostu Ərtoğrul adlı şəxs proqramı istifadə etdiyindən və OTP kodunu dəyişdiyindən, onun mobil telefonunda “A- kart” proqramı avtomatik olaraq çıxış etmişdir. Bundan sonra mobil telefonundan “A-kart” proqramını da silmişdir. Adına açılmış hesabla hansı əməliyyatların aparıldığı barədə heç bir məlumatı olmamışdır və adına açılmış “A-kart” hesabı ilə heç vaxt heç bir əməliyyat icra etməmiş, aparılan əməliyyatlardan isə xəbərsiz olmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X36 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ***-***-**-** saylı mobil nömrəni 2023-cü ilin ortalarında əldə etmiş və öz adına sənədləşdirmişdir. Bildirmişdir ki, həmin mobil nömrədən istifadə etməmişdir və onu ögey oğlu X20 vermişdir. Bu nömrədən yalnız Şəmistan Məcidov istifadə etmişdir. Hal-hazırda Şəmistan Məcidov ölkə xaricindədir və 6 avqust 2024-cü il tarixində işləmək üçün Rusiya Federasiyasına getmişdir. İfadə verən şəxs ***-***-**-** saylı mobil nömrə ilə və ya başqa bir mobil nömrə ilə heç bir zaman qeydiyyatdan keçərək “m10” hesabı açmadığını, həmçinin Şəmistan Məcidovun da bu nömrə və ya digər mobil nömrə ilə “m10” hesabı açmadığını bildirmişdir. Cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs14 məxsus kart hesablarından pul vəsaitlərinin oğurlanaraq ***-***-**-** saylı mobil nömrənin “m10” hesabına köçürülməsi ilə bağlı ifadə verən şəxs bu köçürmələrdən xəbərinin olmadığını və adı çəkilən şəxslərin kim olduğunu bilmədiyini qeyd etmişdir. O, X14 ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçərək “m10” hesabı açmadığını və bildiyi qədərilə bu hesabı başqa bir şəxsə istifadə üçün vermədiyini bildirmişdir. İfadə verən şəxs Təqsirləndirilən şəxs tanımadığını, onunla nə görüşdüyünü, nə də danışdığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Müseyib oğlunun məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2024-cü ilin aprel ayının ortalarında qonşusu Şahid1 ona adlarına mobil nömrə açmağı təklif etmiş və hər açılan nömrəyə görə 15 manat ödəniş edəcəyini bildirmişdir. Maddi vəziyyətinin zəif olmasını əsas gətirərək şəxs bu təklifi qəbul etmişdir. Sözügedən tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Caspian Plaza” ticarət mərkəzinin yaxınlığında yerləşən mobil nömrə və telefon satışı mağazasına getmişlər. Şəxsi həmin yerə Şahid1 aparmışdır. Mağazada şəxs şəxsiyyət vəsiqəsini təqdim etmiş və adı ilə iki "xxxx" mobil nömrəsi - ***-***-**-** və ***-***- **-** qeydiyyata alınmışdır. Nömrələr qeydiyyatdan keçdikdən sonra Xudabaxış onların ödənişini etmişdir. Nömrələr həmin andan etibarən Xudabaxışda qalmışdır. Şəxs Xudabaxışdan bu nömrələrdən hansı məqsədlə istifadə edəcəyini soruşduqda, Xudabaxış nömrələrin ona məxsus olduğunu, şəxsiyyət vəsiqəsi olmadığı üçün öz adına qeydiyyata aldıra bilmədiyini və şəxsi istifadəsi üçün lazım olduğunu bildirmişdir. Uzunmüddətli qonşuluq münasibətləri nəzərə alınaraq şəxs Xudabaxışa inanmışdır. Xudabaxış hər iki mobil nömrə üçün şəxsə 30 manat ödəmişdir. Şəxs mobil nömrələrdən istifadə etmədiyini və nömrələrin həmin tarixdən etibarən Xudabaxışda olduğunu bildirmişdir. Həmçinin, 2024-cü ilin aprel ayının əvvəllərində Şahid1 ifadə verən şəxsdən adına bank hesabı açmağı xahiş etmişdir. Şəxs bank kartlarının istifadə məqsədini soruşduqda, Xudabaxış ona şəxsi istifadəsi üçün lazım olduğunu bildirmiş və açılan hər bir kart hesabı üçün şəxsə 25 manat ödəyəcəyini qeyd etmişdir. Bu təkliflə razılaşan şəxs Xudabaxış ilə birlikdə "xxxx"-a getmiş və sənədlərini təqdim edərək adına kart hesabı açdırmışdır. Kart qeydiyyatdan keçirildikdən sonra həmin kart Xudabaxışda qalmış və şəxsə 25 manat ödənilmişdir. Daha sonra onlar birlikdə yaxınlıqdakı "xxxx"a getmiş və orada şəxsin adına iki kart hesabı açılmışdır. Kartlardan biri qara rəngli “Leo Bank", digəri isə sarı rəngli "Unibank” kartı olmuşdur. Hər iki kart Xudabaxışda qalmış və şəxsə əlavə 50 manat verilmişdir. Şəxs heç bir zaman bu kartlardan istifadə etməmişdir və kartların nömrələrini xatırlamamışdır. Təxminən 15-20 gün sonra yaxın tanışları şəxsin adına açılmış kart hesablan ilə bağlı potensial problemlər barədə xəbərdarlıq etdikdə, şəxs "xxxx" və "xxxx"a gedərək kart hesablarını dondurmuşdur. Xudabaxış şəxsə niyə kart hesablarını dondurduğunu soruşduqda, şəxs ona tanışlarının xəbərdarlığını əsas gətirərək problem yaranmasın deyə bu addımı atdığını bildirmişdir. Xudabaxış isə bu məsələyə münasibət bildirməmişdir. Şahid1 mobil nömrələrin və bank kartlarının hansı məqsədlə istifadə ediləcəyini açıqlamadığı, yalnız öz şəxsi istifadəsi üçün lazım olduğunu ifadə etdiyi qeyd olunmuşdur. Şəxs Təqsirləndirilən şəxs tanımadığını və onunla heç bir zaman görüşmədiyini qeyd etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, "xxxx" ASC tərəfindən emissiya edilmiş 5239-1517-6001-1190 saylı bank kartı mövcud olmuşdur. Bu kartı şəxs 18 yaşı tamam olduqdan sonra, yəni 27 yanvar 2024-cü il tarixindən sonra əldə etmişdir və onun dediyinə görə, bu kartdan əlavə başqa heç bir bank kartı olmamışdır. Cinayət işi üzrə aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs5 məxsus 5261-6333- 3382-3301 saylı "xxxx" tərəfindən emissiya edilmiş kart hesabından 14 aprel 2024-cü il tarixdə 2.000 manat məbləğində pul onun xəbəri olmadan çıxarılaraq ifadə verən şəxsin adına olan 4449-9451-0048-2907 saylı “A” kart hesabına köçürülmüşdür. Bu barədə ona sual verildikdə şəxs bildirmişdir ki, o, “A” kartın nə olduğunu və ondan necə istifadə edildiyini bilməmiş, heç bir zaman “A” kart sistemində hesab açdırmamışdır. Onun dediyinə görə, bu kart hesabının mövcudluğundan yalnız istintaq məlumat verdikdən sonra xəbərdar olmuşdur və həmin maliyyə köçürməsi haqqında məlumatı olmamışdır. Zərərçəkmiş şəxs5 tanımadığını, onun "xxxx" hesabından pul oğurlanması ilə bağlı hər hansı məlumata malik olmadığını da bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs5 hesabından oğurlanmış pulun onun adına olan “A” kart hesabına hansı səbəbdən və kim tərəfindən köçürülməsi ilə bağlı heç bir fikrinin olmadığını qeyd etmişdir. Şəxs ifadəsində həmçinin bildirmişdir ki, 2024-cü ilin mart ayının sonlarında ona məxsus “Samsung A12” markalı mobil telefonun ekran şüşəsi zədələndiyi üçün yaddaş platasını “Tap.az” saytında satış elanı olaraq yerləşdirmişdir. Elan vasitəsilə platanı almaq istəyən şəxs ilə Koroğlu metro stansiyası yaxınlığında görüşdüyünü, həmin şəxsin özünü usta kimi təqdim etdiyini və platanı başqa bir “Samsung A12” cihazına quraşdırmaq məqsədilə istifadə edəcəyini qeyd etdiyini bildirib. Şəxs telefonun ekranı zədələndiyi üçün yaddaşda olan şəkilləri silə bilmədiyini və həmin şəxsə platanı istifadə edərkən ona aid bütün şəkilləri silməsini tapşırdığını deyib. Həmin şəxs bu təlimatı qəbul etmiş və platanı 20 manata satın almışdır. Bu məlumatları nəzərə alaraq şəxs ehtimal etmişdir ki, platanın yaddaşında onun şəxsiyyət vəsiqəsinin fotosu da olmuş ola bilər. O, ola bilsin ki, həmin şəxs və ya başqa biri onun şəxsiyyət vəsiqəsinin və fotoşəkillərinin surətlərindən istifadə edərək adına “A” kart hesabı açmışdır. Yenə də bu barədə heç bir məlumatı olmadığını və istintaqın verdiyi məlumata qədər bu məsələdən xəbərsiz olduğunu qeyd etmişdir. Şəxs "Samsung A12” cihazının plata hissəsini satdığı şəxsin adım və mobil nömrəsini bilmədiyini də ifadə etmişdir. Bundan əlavə, şəxs Təqsirləndirilən şəxs tanımadığını, onunla heç bir zaman görüşmədiyini və ya danışmadığını qeyd etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 3 ildir X15 tanıyır və aralarında yaxın dostluq münasibətləri mövcuddur. 2024-cü ilin əvvəllərində tanışı Əhməd ilə şəhərdə görüşərkən Əhməd ona Vurğun və tanışı Ertuğrul ilə görüşməyə gedəcəyini bildirmiş və onu da dəvət etmişdir. O da Əhməd ilə birlikdə getməyə razılıq vermiş və şəhərdə dəqiq xatırlamadığı kafelərin birində onlarla görüşmüşdür. Görüş zamanı Şahid23 ona Ertuğrulun “Binance” platformasında kripto alıb-satmaqla məşğul olduğunu bildirmişdir. Bundan sonra onlar eyni tərkibdə daha bir görüş də keçirmişdilər. 2024-cü ilin aprel ayının əvvəllərində Vurğun ona zəng edərək Ertuğrula kart lazım olduğunu demişdir. O, nə üçün kart lazım olduğunu soruşduqda, Vurğun ona Ertuğrulun "Binance” platformasında pul qazandığını və həmin pulu karta köçürmək istədiyini bildirmişdir. O, 18 yaşı tamam olmadığı üçün adına kart hesabı olmadığını və bu yaşda kart açılmasının mümkün olmadığını demişdir. Vurğun isə ondan valideynlərinin adına kart hesabı açılmasını xahiş etmiş, lakin o, valideynlərinə belə bir təklif edə bilməyəcəyini qeyd etmişdir. O, Vurğuna yaxın tanışları ilə maraqlanacağını və mümkün olarsa, əlaqə saxlayacağını bildirib. Vurğundan adına kart açılacaq şəxsə hər hansı problem olmasının mümkünlüyünü soruşduqda, Vurğun ona heç bir problem olmayacağını və yalnız "A-kart”a ehtiyac olduğunu demişdir. Bu barədə dostu Nahidə zəng edərək tanışı Ertuğrul adlı şəxsə kart hesabının lazım olduğunu bildirmişdir. Nahid onun təklifinə razılaşaraq öz adına kart hesabı açmış və 4449-9451-0282-6168 saylı kart hesabının məlumatlarını ona göndərmişdir. O da bu məlumatları Vurğuna yollamışdır. Nahid kart hesabı açmazdan əvvəl hər hansı problem olub-olmayacağını soruşduqda, o, heç bir problem olmayacağını bildirmişdir. Lakin sonradan məlum olmuşdur ki, Ertuğrul Nahidin adına açılmış kart hesabına cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini köçürmüşdür. Şahid23 ona adlarına kart açılmasını, Ertuğrulun “Binance” platformasında pul qazandığını və həmin pulu karta köçürmək üçün kart hesabına ehtiyacı olduğunu bildirərək istəmişdir. O, kart açılması üçün pul təklif etməmişdir. Bundan başqa, Şahid23 və Ertuğrul Akdemir ona açılacaq kart hesabına cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin köçürülməsi barədə heç bir məlumat verməmişdirlər. O, yalnız Nahidin adına kart hesabı açıldığından xəbərdar olduğunu və tanıdığı şəxslərdən başqa kimsənin adına kart hesabı və ya “m10” açılması barədə məlumatının olmadığını qeyd etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2024-cü ilin əvvəllərində “İnstagram” sosial şəbəkəsində tanımadığı “kartaliram” adlı səhifə istifadəçisi Azərbaycan dilində ona yazaraq əməkdaşlıq etməyi təklif etmişdir. Rəsmi danışdığı üçün ona inandığına görə nə etməli olduğunu soruşmuşdur. Həmin şəxs ondan özünün və yaxınlarının adına kart açdıraraq ona verməsini, açılacaq hər kartın müqabilində 80 manat verəcəyini bildirmişdir. O, həmin şəxsdən niyə öz adına kart açaraq istifadə etmədiyini soruşduqda, o, cavab verərək bildirmişdir ki, öz adına olan kartlarda limiti aşdığı üçün istifadə edə bilmir. O, həmin şəxsə adlarına açılacaq kart hesabından hansı məqsədlə istifadə edəcəyi barədə soruşduqda, həmin şəxs ona xarici ölkələrdən müxtəlif geyimlər gətirərək onlİne alış-veriş etdiyini və bunun üçün istifadə edəcəyini bildirmişdir. Bu sözlərə inanan o, təklif ilə razılaşmışdır. Daha sonra həmin şəxs ona “Telegram” sosial şəbəkəsi üzərindən danışığı davam etdirməyi təklif etmiş və “Telegram URL” adresini göndərmişdir. Telegram sosial şəbəkəsində adını tam xatırlamadığı bu şəxs mobil telefonda banka getmədən “Azercell" mobil tətbiqinə daxil olaraq “A-kart” açmağı ona öyrətmişdir. O da tətbiqdən istifadə edərək adına 4449 9451 0248 8902 nömrəli “A-kart” hesabını yaratmışdır. Kart hesabını açarkən həmin şəxs ona bildirmişdir ki, kart hesabının OTP kodu olaraq ***-***-**-** nömrəsini qeyd etsin. O da 4449 9451 0248 8902 nömrəli “A-kart” hesabını açaraq OTP kodunu ***-***-**- ** nömrəsini qeyd edərək həmin şəxsə göndərmişdir. Bir neçə gün sonra tanışı ilə söhbət zamanı bu cür kartların dələduzlar tərəfindən istifadə edildiyini öyrənmişdir. Bundan əlavə, həmin şəxs ona kart açılacağı təqdirdə verməli olduğu 80 manat pulu da vermədiyi üçün kartı bloklaşdırmaq qərarına gəlmişdir. Bloklaşdırma zamanı kart balansında 80 manat olduğunu görmüş, həmin şəxs ona pul vermədiyi üçün adına olan “A-kart” hesabından həmin 80 manatı götürmüş və kartı bloklamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2024-cü ilin aprel ayının 1-də dövlət qəbul imtahanlarında iştirak etdikdən sonra kifayət qədər bal toplamadığını görmüşdür. Buna görə də sosial şəbəkələrdə bütün tələbələr imtahanla bağlı müzakirələr aparırdı və müxtəlif qruplar yaradılmışdı. “Telegram” ani mesajlaşma sistemində “balların artırılması” adlı bir qrupda iştirak etməyə qərar vermişdir. Həmin qrupa daxil olduqdan sonra tanımadığı bir şəxs ona imtahan balının artırılması üçün “İnstagram” sosial şəbəkəsində xatırladığı qədər “senanmahry” adlı profil sahibi iiə əlaqə saxlamasını tövsiyə etmişdir. O, “salam” yazdıqda, bütün məlumatları ona verəcəyini bildirmişdir. Həmin şəxsin dediklərinə inanaraq, “İnstagram” sosial şəbəkəsində “senanmahry" adlı istifadəçiyə salam yazmışdır. Sonra həmin şəxsin onun İnstagram hesabına göndərdiyi mesajlarda “X51”-nin data bazasına girişlərinin olduğu və imtahan balını artıra biləcəyi bildirilmişdir. Mesajda bu işin 120 manat müqabilində ediləcəyi qeyd olunmuşdur. Həmin şəxs özünə inam yaratmaq məqsədilə ona şəxsiyyət vəsiqəsi də göndərmişdir. Bu vəsiqə “Sənan Məhərrəmov” adına məxsus idi. O, bu məlumatlara inanaraq, verilmiş 16 rəqəmli kart nömrəsinə 120 manat göndərmişdir. Bu kart hesabı “İlqar Mirzəyev” adına olmuşdur. O, Sənan adlı şəxsdən kartın öz adına olmadığını bildirdikdə, həmin şəxs ona cavab verərək, bu kart hesabının işçilərindən birinin adında olduğunu, tezliklə işinin həll ediləcəyini bildirmişdir. Lakin növbəti gün “İnstagram” sosial şəbəkəsinə daxil olarkən “senanmahry” adlı istifadəçinin onunla əlaqə saxlaya bilmədiyini və onu əngəllədiyini görmüşdür. Təxminən İki gün sonra “TelegrarrTda “ter!an_404” adlı istifadəçi ona mesaj yazmış və Sənan adlı şəxs ilə imtahan balının artırılması üçün işlədiyini bildirmişdir. “Terlan_404” adlı istifadəçi işin davam etdirilməsi üçün əlavə 60 manat göndərməsini istəmişdir. Bunun üçün hal- hazırda xatırlamadığı bank kart hesabını göndərmişdir. Həmin hesaba 60 manat göndərdiyində, ödəmə terminalında həmin hesabın bir qadın adına olduğunu görmüşdür. Sonra “terlan_404” ona bildirmişdir ki, göndərdiyi 60 manat pul vəsaiti onun kart hesabına köçməyib. Bunun üçün ona başqa bir kart hesabı göndərmişdir ki, təcili olaraq həmin kart hesabına 60 manat pul göndərsin. O, həmin kart hesabına əlavə 60 manat pul göndərmişdir. “Terlan_404” adlı istifadəçi ona pulun köçdüyünü bildirmiş və balın artırılması üçün bir neçə mobil nömrəyə ehtiyacları olacağını, həmin nömrələrə gələcək mesajları onun onlara verəcəyini bildirmişdir. O, həmin şəxsdən niyə bir neçə mobil nömrədən istifadə ediləcəyini soruşduqda, ona cavab vermişdir ki, bu mobil nömrələri teztez dəyişir ki, X32 balının artırılmasını hiss etməsin. O, həmin şəxslə razılaşmışdır. Öncə Özünə məxsus ***-***-**-** nömrəsini ,,terlan_404”a göndərmişdir. Dərhal onun mobil nömrəsinə bir kod gəlmişdir və o, həmin kodu “Telegram”da “terlan_404”a yazmışdır. Ardınca “terlan_404” ona əlavə iki nömrə də verməsini İstəmişdir. O, xalasının ***-***-**-** və həyat yoldaşının ***-***-**-** nömrələrini ona vermişdir. Həmin nömrələrin sahibləri ilə əlaqə saxlayaraq onların mobil telefonlarına gələn kodları ona deməsini istəmişdir. Nəticədə, xalası ilə həyat yoldaşı mobil telefonlarına gələn kodu ona yazmışdır. Gündəngünə “terlan_404” ona mobil nömrələr verməyi tələb etməyə davam etmişdir. O, qohumlarına məxsus müxtəlif nömrələri ona göndərmişdir. Bu barədə qohumlarına məlumat verərək, bunun imtahan balının artırılması üçün olduğunu bildirmişdir. Qohumları mobil nömrələrinə gələn kodları ona bildirəndə, o da həmin kodları “terlan_404"a göndərmişdir. Bu şəkildə, xalası oğlu Azər Eminovun ***-***-**-**, 055- 642-42-23, Eminov Eminin ***-***-**-**, ***-***-**-**, xalası Rəna Miriyevanın 051-380-21- 06, anası Afaq Abduləliyevanın ***-***-**-**, babası Əli Eminovun ***-***-**-**, dayısı oğlu Nəriman Əliyevin ***-***-**-**, dayısı oğlu Natiq Əliyevin ***-***-**-** və qonşuluqda yaşayan Gülsüm adlı qızın ***-***-**-** nömrələrini “terlan_404”a vermişdir. Nəticədə, “terlan_404” tezliklə onun imtahan balını artıracağını bildirmişdir. Lakin sonradan həmin şəxs onunla olan yazışmaları, həmçinin profilini silmişdir. Nəticədə, məlum olmuşdur ki, həmin şəxs onu aldatmış və mobil nömrələr ilə “m10” hesabları açmışdır. Telefon sahiblərinə gələn kodlar isə onun imtahan balının artırılması ilə bağlı deyil, “m10" hesablarının açılması ilə bağlı təsdiq kodları olmuşdur. Bu barədə məlumat aldıqdan sonra “m10”-a müraciət edərək həmin mobil nömrələrə bağlı olan hesabların bağlanmasını istəmişdir. O, qeyd etmişdir ki, həmin şəxs onu aldatmaqla əldə etdiyi mobil nömrələrlə “m10” hesabları açmış və heç bir məlumat olmadan maliyyə əməliyyatları yerinə yetirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2024-cü il iyunun 29-da “İnstagram” sosial şəbəkəsində “parlaqsmm.az” adlı səhifə ilə qarşılaşmışdır. O dövrdə işsiz olduğu üçün bu elan diqqətini cəlb etmişdir. Həmin səhifəyə “İnstagrarrT'ın “direct” bölməsi vasitəsilə yazdıqdan sonra ona “Telegram” linki göndərilmişdir. Sonra söhbətini “Telegram” sosial şəbəkəsində davam etdirmişdir. “Telegram”da olan qrupda təxminən 10 nəfər şəxs var idi və onların heç biri bir-birini tanımırdı. Söhbətlərində ona bildirilmişdir ki, o, reklam meneceri və ya ödəmə meneceri olaraq çalışacaq və gündəlik olaraq 40-50 manat qazanc əldə edəcək, hətta qazancı həftəlik olaraq artacaqdır. Onunla əlaqə saxlayan şəxs öz adını “Samirə” kimi təqdim etmişdir. O, ödəmə meneceri olaraq işləməyi seçmişdir. Samirə ona “Binance” platformasında hesab açmağı, işlərinin “Binance” ilə əlaqədar olduğunu bildirmişdir. Bununla bağlı, o, “Binance” platformasına daxil olaraq orada qeydiyyatdan keçmişdir. “Binance” platformasında Elektron ünvan 2 e-mail hesabı ilə qeydiyyatdan keçmişdir. Bu barədə Samirə adlı qadına məlumat verərək, Binance hesabının mövcud olması barədə ekran görüntüsü göndərmişdir. Ona bildirilmişdir ki, aylıq ödəniş “m10” tətbiqi vasitəsilə ediləcəkdir. Buna görə də, o, ***-***-**-** saylı mobil nömrəni alaraq həmin nömrə ilə “m10” tətbiqində qeydiyyatdan keçmişdir. Daha sonra m10 hesabını həmin şəxslərə göndərmişdir. Ardınca ona e-sim nömrələrinin də lazım olacağı bildirilmişdir. Bu səbəbdən, o, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri əldə edərək həmin şəxslərə göndərmişdir. Sonra ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “m10” tətbiqində pul vəsaitlərinin mədaxil və məxaricini gördükdən sonra Samirə adlı qadına yazaraq bildirmişdir ki, iş təklifini qəbul etmir. Bu zaman dərhal “m10” qaynar xətti ilə əlaqə saxlayaraq, ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş hesabının dondurulmasını istəmişdir. Daha sonra "xxxx" müştəri xidməti ilə əlaqə saxlayaraq ***-***- **-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin hamısını bağlatdırmışdır. “M10” hesabı dondurulduqdan sonra Samirə adlı qadın ona mesaj yazaraq hesabı dondurduğu üçün narazılığını bildirmişdir. O, bu barədə polisə məlumat verəcəyini bildirmişdir. Həmin səbəbdən, “m10” hesabını və mobil nömrələn bağlatdığı üçün belə düşünmüşdür ki, həmin hesabla və mobil nömrələrlə heç bir əməliyyat edə bilməzlər. Buna görə də, polisə məlumat verməmişdir. Xatırladığı qədər, yaratdığı Binance hesabının silinməsi ilə bağlı əməliyyatı icra etmişdir və Binance hesabının şifrəsi ilə bağlı həmin şəxslərə heç bir məlumat verməmişdir. Telefonunda həmin şəxslərlə 'TelegranY’da yazışmalarını ifadəsinə əlavə etmişdir. Adına açılmış “m 10” hesabına köçürülmüş pul vəsaitlərinin cinayət yolu ilə əldə edildiyi barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs tanımamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2024-cü ilin iyun ayının 27-də “connected2me” adlı tanışlıq proqramında hal-hazırda adını xatırlamadığı istifadəçi ilə tanış olmuşdur. Sonradan həmin şəxs ilə “WhatsApp” ani mesajlaşma tətbiqində yazışmağa başlamışdır. Mesajlaşmalarında həmin şəxs , “Binance” platformasında kriptovalyuta alış-satışı ilə məşğul olduğunu ona bildirmişdir. Aralarındakı söhbətlərdə həmin qadın ondan adıyla “A-kart, “m10” və ya başqa bir kart hesabı olub-olmadığını soruşmuşdur. O, bu sualın səbəbini soruşduqda, qadın ona kriptovalyuta alış-satışı zamanı pulu qəbul etmək üçün kart və ya “m10” hesabına ehtiyac olduğunu bildirmişdir. O, qadına kart və ya “m10” hesabının olmadığını demişdir. Bununla yanaşı, qadın ona öz adıyla kart hesabı açmasını istəmişdir. O, qadından hər hansı problem olub-olmayacağmı soruşduqda, qadın heç bir problem olmayacağını, onun kartıyla kriptovalyuta alış-satışı həyata keçirəcəyini bildirmişdir. Buna görə də, xx.xx.2024-cü il tarixdə “Gənclik Mail” ticarət mərkəzinə gedərək, orada öz adıyla qeydiyyatdan keçərək iki ədəd bank "Kapital Bank” hesabı açdırmışdır. Həmin hesablar 4169- 7388-4479-9381 və 5103 0715 0951 9894 saylı hesabları olmuşdur. O, həmin hesabları açdıqdan sonra qadının ona dediyi mobil nömrəni “3D Secure” kodu olaraq qeyd etmişdir. Bundan sonra həmin kartla bağlı aparılan heç bir əməliyyatdan məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə kart hesabına daxil olaraq baxdıqda, yüksək məbləğdə pul vəsaitlərinin adına olan kart hesablarına köçürülməsini və sonradan hesabından başqa hesablara köçürülməsini görmüşdür. Bu zaman o, qadının kart hesabıyla etdiyi əməliyyatların ona ziyan verəcəyindən ehtiyat edərək kartların “3D Secure” kodunu dəyişdirmişdir. Bundan sonra həmin kartdan yalnız özü istifadə etmişdir. “Connected2me” adlı proqramda və WhatsApp tətbiqində olan yazışmalarını sildiyi üçün həmin şəxs ilə aralarındakı yazışmaları təqdim edə bilməmişdir. Adına açılmış “a-kart” hesabına cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri olmasından məlumatı olmamış, Təqsirləndirilən şəxs və "connected2me” adlı proqramda və whatsappda onunla əlaqə saxlamış şəxsi tanımamış, onlarla görüşməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X39 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayından tanıyır. 2024-cü ilin aprel ayının ortalarından etibarən Ertuğrul yüksək miqdarda pul xərcləməyə başlamış və üzərində böyük məbləğdə nağd pul daşımışdır. Bu vəziyyət onda maraq doğurmuşdur, çünki Ertuğrul heç bir yerdə işləməmiş və valideynləri də ona böyük məbləğdə pul verməmişlər. O, Ertuğruldan bu pulu haradan əldə etdiyini soruşanda, Ertuğrul bildirmişdir ki, “Telegram” sosial şəbəkəsində “underground-azerbaijan” adlı bir səhifənin admini olan “CETOX” adlı kibercinayətkarla iş birliyi qurmuşdur. Ertuğrul bu iş birliyindən bəhs edərkən, “CETOX”un müxtəlif vətəndaşlara məxsus kart hesablarını ələ keçirdiyini və həmin kartlardakı pulları əvvəlcədən ona verdiyi kart hesablarına göndərdiyini izah etmişdir. Daha sonra Ertuğrul həmin pulları öz “M10” hesabına köçürür, oradan isə “CETOX”-a çatacaq məbləğ müqabilində kripto alaraq göndərmişdir. Bəzən isə pulları kriptoya çevirmədən birbaşa “CETOX”-un verdiyi “M10” hesablarına yollayırmış. Həmin dövrdə “M10” tətbiqində üz tanıma sistemi hələ olmadığı üçün Ertuğrul başqalarına məxsus “M10” hesablarından istifadə etmişdir. O, bu hesabları müxtəlif şəxslərdən pul qarşılığında almışdır. Söhbətləri zamanı Ertuğrul, bu işlə bir aydan az müddət məşğul olduğunu və 300.000 manat civarında pul əldə etdiyini demişdir. Ondan bu pulun harada olduğunu soruşanda, Ertuğrul Binəqədi rayonu ərazisində 90.000 manata içərisində 3 mərtəbəli ev olan bir torpaq sahəsi aldığını, torpağın çıxarışı olmadığını və yalnız bələdiyyə sənədi ilə 70 illik etibarnamə əsasında alındığını söyləmişdir. Ertuğrul hətta həmin torpaqla bağlı etibarnamənin fotoşəklini də göndərmişdir, lakin həmin fotoşəkil sonradan mobil telefonunda qalmamışdır. 2024-cü ilin may ayında Ertuğrul, “CETOX"-un “Kontak Home” mağazalar şəbəkəsinin saxta fişinq saytını yaratdığını və burada yalan endirimlər yerləşdirildiyini söyləmişdir. Müştərilər bu elanlarla maraqlandıqda, onlara xüsusi linklər göndərilir və bu linklər vasitəsilə onların kart məlumatları ələ keçirilirmiş. Ertuğrul, müştərilərin kart məlumatlarını alır və onların hesablarından saxta elanlarda göstərilən məbləği “M10” hesabına köçürürmüş. O, bu əməliyyatlardan gələn vəsaitin 30%-ni özü üçün saxlayır, 70%-ni isə “CETOX”-a göndərmişdir. Ertuğrulun danışdıqlarına görə, sonradan “CETOX” ilə deyil, “olimpus prime” adlı bir Telegram səhifəsi ilə işləməyə başlamışdır. Bu səhifə, oğurlanmış kartlardan pulları Ertuğrulun hesablarına köçürür, Ertuğrul isə həmin pulları kriptoya çevirərək 85%-nİ “olimpus prime”-a göndərirmiş. Ertuğrul bu işlərdə əsasən öz adına qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil nömrədən və anasına məxsus başqa bir mobil nömrənin “M10” hesabından istifadə etdiyini söyləmişdir. Ertuğrul 2024-cü ilin aprelində ondan öz adını daşıyan bir “Portmanat” hesabı açmasını istəmişdi. Ertuğrul, bu hesabın yalnız qanuni məqsədlər üçün istifadə olunacağını və çirkli pulların yüklənməyəcəyini söyləmişdir. Nəticədə, həmin hesaba 14.000 manat civarında pul köçürülmüş və pullar sonradan iki “Leo Bank” hesabına göndərilmişdir. Həmin çıxarışda Leo bank hesablarının son 8 rəqəmləri qeyd olunmuşdur. Həmin rəqəmlərin biri “7120 1192”, digəri “9172 3514” olmuşdur. Bu əməliyyatlar şübhəli olduğundan, “Portmanat” hesabı bloklanmışdır. İstintaq zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Ertuğrul Akdemiri “telegram” sosial şəbəkəsində “undergorundazerbaijan”, “dark money” və “olimpus prime” adlı səhifələrlə tanışlığında hər hansı rolu və ya iştirakı olmamış, qeyd olunan səhifələr ilə Ertuğrulun tanışlığında onun hər hansı iştirakı olmamışdır. Həmin səhifələrin adminləri onu, o isə həmin şəxsləri tanımır. “Telegram” sosial şəbəkə istifadəçilərinə məlumdur ki, bu səhifələr kiber cinayətkarlıqlarla məşğul olmağı təbliğ edən səhifələrdir. O, Ertuğrulun “undergorund-azerbaijan” səhifəsinin üzvü olmasını təsadüf nəticəsində onun profilinə nəzər saldıqda görmüşdür. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid23 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin sonlarından etibarən tanıyır. Ertuğrul ilə "«TikTok»" sosial şəbəkəsində tanış olmuş, sonradan onlar şəhər mərkəzində müxtəlif yerlərdə görüşmüşlər. Ertuğrul 2024-cü ilin aprel ayında ona müraciət edərək adına "Azercell Telecom”a məxsus "A- kart" hesabı açılmasını istəmiş, lakin o, 18 yaşı tamam olmadığı üçün adına hesab açılmasının mümkün olmadığını bildirmişdir. Bundan sonra Ertuğrul ona təklif etmişdirki, 18 yaşına çatmış tanışlarına onların adlarına "A-kart" açılmasını təklif etsin və onlara bildirsin ki, hər bir açılan kart hesabına görə 50 manat pul veriləcəkdir. O, Ertuğruldan bu kartların nə üçün istifadə ediləcəyini soruşduqda, Ertuğrul ona bildirmişdi ki, bu kartların hesablarına xaricdən pul vəsaitləri vurulacaqdır. O, Ertuğruldan bu işdə hər hansı qanunsuzluğun olubolmamasını soruşduqda, Ertuğrul cavab vermişdir ki, burada qanunsuz heç nə yoxdur, sadəcə olaraq öz adına olan kart hesabında limit dolduğu üçün başqa kart hesablarına ehtiyacı vardır. O, bu barədə tanışı Şahid8 müraciət etmiş və ona bildirmişdir ki, adına "Akart" açıb məlumatlarını versə, ona 50 manat pul veriləcəkdir. Müslüm ilə aralarındakı söhbət zamanı o, Müslümə bildirmişdi ki, bu kartlar Ertuğrul adlı tanışına lazımdır, Ertuğrul xarici ölkələrdən pul vəsaitlərini həmin hesablara göndərəcək və burada qanunsuz heç nə yoxdur. Müslüm bu təkliflə razılaşmış və bildirmişdir ki, pula ehtiyacı olan başqa tanışları da var və onların da adlarına kart hesabı açmaq olar. Bundan sonra o, Ertuğrul ilə Müslümü əlaqələndirmişdir. Sonradan ona məlum olmuşdur ki, Müslümün bir neçə tanışının adına "A-kart” hesabları açılmışdır. Müslüm sonradan ona zəng edərək “A-kart” hesabına pul vəsaitlərinin köçürüldüyünü, lakin Ertuğrulun söz verdiyi 50 manat pul vəsaitini ona vermədiyini bildirmişdir. O isə Müslümə bildirmişdir ki, bu barədə Ertuğrul ilə əlaqə saxlasın. Bundan sonra Ertuğrul ilə əlaqə saxladıqda Ertuğrul, ona karta köçürülmüş pulu çıxara bilmədiyi üçün Müslümün pulunu verə bilmədiyini bildirmişdir. Bundan başqa o, heç kəsin adina kart hesabı açılmasında iştirak etməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif vətəndaşlara məxsus kart hesablarindan pul vəsaitlərini gizli şəkildə oğurlamasindan məlumatı olmamışdır. Ertuğrul ona atasının obyektlərinin olduğunu, oradan pullar gəldiyini bildirmişdir. Ertuğrul ona xarici ölkədən adına pul gələcəyini, adina olan kart hesabinin limiti keçdiyini, buna görə də başqa kart hesablarına ehtiyacının olduğunu bildirmişdir. Ertuğrulun kartlardan oğurluq etməsi barədə onun məlumatı olmamış və buna görə heç bir zaman pul vəsaiti əldə etməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayından etibarən tanımışdır. Belə ki, onunla “«TikTok»” sosial şəbəkəsində tanış olmuşdur. Daha sonra onunla “Şamaxinka” adlanan yerdə dönərxanaların birində görüşmüşdür. Görüş zamanı Ertuğrul olduğu dönər evinin atasına məxsus olmasını bildirmişdir. Bundan əlavə, dönər evinin yanında yerləşən “44 klub” adlı gecə klubunun da atasına məxsus olduğunu bildirmişdir. 2024-cü ilin aprel ayının əvvəllərində Ertuğrul ona ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” hesabından ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. Danışıq zamanı Ertuğrul ona bildirmişdir ki, "xxxx"-ə məxsus “A kart” onlayn kartların olduğunu, xaricdən dostunun adına pul göndərəcəyini, lakin öz adına VÖEN olduğu üçün özünün kart açdıra bilməyəcəyini qeyd etmişdir. O, xahiş etmişdir ki, o, öz adıyla “A kart” açıb ona versin və qarşılığında da ona 50 manat pul verəcəyini bildirmişdir. O, Ertuğruldan hər hansı bir problem baş vermə ehtimalını soruşduqda, Ertuğrul heç bir problem olmayacağını bildirmişdir. Buna görə də o, Ertuğrulun bu təklifi ilə razılaşmışdır. Onlayn qaydada qeydiyyatdan keçərək öz adıyla ***-***-**-** mobil nömrəsinə bağlı 4449 9451 0273 3380 nömrəli “A kart” hesabını açmışdır. Bundan sonra Ertuğrul ona bildirmişdir ki, “A karfı qeydiyyatdan keçirərkən qeyd etdiyi ***-***-**-** saylı mobil nömrəni silərək onun verdiyi nömrəni kartla əlaqədar nömrə kimi qeydiyyatdan keçirməlidir. Həmin nömrə kartla bağlı əməliyyatlarda bank tərəfindən OTP kodunun göndərilməsi üçün vacibdir. Belə ki, aparılacaq əməliyyatla bağlı nömrəyə OTP kodu göndərilir və təsdiqləmə olduqdan sonra əməliyyat icra olunur. Ertuğrul ilə razılaşdıqdan sonra o, ona ***-***-**-** saylı mobil nömrəni vermişdir. O da 4449 9451 0273 3380 nömrəli “A kart” hesabının mobil nömrəsini dəyişərək Ertuğrulun verdiyi ***-***-**-** mobil nömrəsini qeyd etmişdir. 14 aprel 2024-cü il tarixdə onun adına olan 4449 9451 0273 3380 nömrəli “A kart” hesabına 500 və 380 olmaqla ümumilikdə 880 manat pul köçürülmüşdür. Həmin zaman o, mobil nömrəni Ertuğrula vermədiyi üçün kartın hesabına bu məbləğin köçürülməsini görmüşdür. O, bu barədə Ertuğruldan soruşduqda, Ertuğrul həmin pul vəsaitinin ona çatacağını bildirmişdir. Bundan sonra OTP kodu üçün nəzərdə tutulan kartla bağlı mobil nömrəni dəyişərək məlumatları Ertuğrula vermişdir. Bundan sonra artıq onun mobil nömrəsindən çıxış olduğu üçün 4449 9451 0273 3380 nömrəli “A kart” hesabı ilə bağlı əməliyyatlardan xəbərsiz olmuşdur. Ertuğrul isə ona 50 manat göndərəcəyi halda cəmi 34 manat pul göndərmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2024-cü ilin aprel ayında “Yağmur” şadlıq sarayında ofisiant kimi çalışmışdır. İş yoldaşı Şahid23 ona yaxınlaşmış və dostu Ərtuğrul adlı şəxsə bank kartı lazım olduğunu, bunun müqabilində isə 50 manat pul verəcəyini bildirmişdir. O, kartı nə məqsədlə istifadə edəcəyini soruşduqda, Vurğun Ərtuğrulun dövlətlərarası pul köçürməsi ilə məşğul olduğunu, sadəcə bank kartlarında limitlər olduğu üçün bankın az faiz tutması məqsədilə bir neçə karta ehtiyacı olduğunu demişdir. O, buna razılaşmışdır. Vurğun onun nömrəsini Ərtuğrula vermiş və bir neçə dəqiqə sonra ***-***-**- ** saylı nömrənin “WhatsApp” hesabından ona zəng gəlmişdir. Həmin şəxs özünü Ərtuğrul kimi təqdim etmiş və ona A-kartdan elektron kart açmağını, bunun müqabilində 50 manat pul verəcəyini, əlavə olaraq dostlarının da adına kart açdırıb göndərərsə, hər karta görə 50 manat verəcəyini bildirmişdir. O, razılaşmışdır və 17 aprel 2024-cü il tarixdə öz adıyla 4449-9451-0277-4525 saylı “A” kart hesabını açmışdır. Ərtuğrul ona əvvəlcədən ***-***-**- ** saylı mobil nömrəni göndərmiş və qeydiyyatdan keçərkən “OTP” nömrəsi kimi bu nömrəni qeyd etməsini söyləmişdir. O da Ərtuğrulun dediyi qaydada adıyla “A” kart hesabı açmış və “OTP” kodu olaraq onun göndərdiyi ***-***-**-** saylı mobil nömrəni qeyd etmişdir. O, mobil tətbiqə giriş üçün pin kod qoymuşdur. Ərtuğrulun istəyi ilə həmin pin kodu da ona vermiş və mobil tətbiqdən çıxmışdır. Həmin tarixdən etibarən adıyla açılmış 4449-9451-0277-4525 saylı “A” kart hesabından Ərtuğrul istifadə etmişdir. Ərtuğrul həmin hesaba görə bir gün ərzində ona 50 manat pul göndərəcəyini bildirmişdir. Lakin Ərtuğrul ona 50 manat pulu göndərməmiş və 3-4 gün sonradan etibarən ümumiyyətlə zənglərə cavab verməmişdir. Buna görə də o, mobil tətbiqə yenidən giriş etmiş və mobil nömrəni yenidən qeydiyyatdan keçirmişdir. Özünün istifadəmdə olan ***-***-**-** saylı mobil nömrəni qeyd etmişdir. Həmin zaman “A” kart hesabının dondurulduğunu aşkar etmişdir. Bununla əlaqədar "xxxx" ilə əlaqə saxladıqda, adıyla olan hesabda şübhəli maliyyə əməliyyatları aparıldığı üçün hesabının bloklanması barədə ona məlumat verilmişdir. Təxminən iki saat sonra ona "xxxx" ASC Təhlükəsizlik Departamentindən zəng gəlmişdir. Operator tərəfindən ona məlumat verilmişdir ki, başqa şəxslərin hesablarından pul vəsaitləri oğurlanaraq onun adıyla olan “A” kart hesabına göndərildiyi üçün hesabı bank tərəfindən blok edilmişdir. O, “A” kart mobil tətbiqdə olan maliyyə əməliyyatlarına baxdıqda, kartına 17 aprel 2024-cü il tarixdə 1000 manat, 1000 manat, 109 manat, 106 manat, 267 manat, 380 manat, 200 manat, 100 manat və 56 manat olmaqla ümumilikdə 3.218 manat pul vəsaitinin köçürüldüyünü, hesabında olan həmin pul vəsaitlərinin 2000 manat hissəsinin hansısa “m10” hesabına, 382 manatının “Şahid5” adlı şəxsin hesabına, 192 manatının tanışı Şahid9 adına olan “A” kart hesabına, 570 manatının “m10” hesabına, 17.81 manatının “Facebook”a köçürüldüyünü görmüşdür. Həmin məlumatlara dair ekran görüntülərini ifadəsinə əlavə etdiyini qeyd etmişdir. Həmçinin bildirmişdir ki, “A” kart hesabı dondurularkən balansında 56.19 manat pul vəsaiti qalmışdır. Təqsirləndirilən şəxs ilə yalnız telefon əlaqəsi saxlamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2024-cü ilin aprel ayında qrup yoldaşı Şahid8 ona bildirmişdir ki, Ərtuğrul adlı şəxs var və həmin şəxsə bank kartı lazımdır. Müslüm bildirmişdir ki, Ərtuğrul adlı şəxsə kart açıb versələr, bunun müqabilində hər karta görə 50 manat pul verəcəkdir. O, kartı nə məqsədlə istifadə edəcəyini soruşduqda, Müslüm Ərtuğrulun dediyinə görə, dövlətlərarası pul köçürməsi ilə məşğul olduğunu, sadəcə bank kartlarında limitlər olduğu üçün bankın az faiz tutması məqsədilə bir neçə karta ehtiyacı olduğunu demişdir. O, buna razılaşmışdır. Müslümlə bir yerdə olduqları zaman 051 *** ** ** mobil nömrədən Müslümə zəng gəlmişdir. Həmin şəxs özünü Ərtuğrul kimi təqdim etmiş və onlara A-kartdan elektron kart açmağı, bunun müqabilində 50 manat pul verəcəyini, əlavə olaraq dostlarının da adına kart açdırıb göndərsələr, hər karta görə 50 manat verəcəyini bildirmişdir. Onlar razılaşmışdır. Ərtuğrul ***-***-**-** mobil nömrəni ona göndermiş və qeydiyyatdan keçərkən “OTP” nömrəsi kimi bu nömrəni qeyd etmələrini söyləmişdir. 17 aprel 2024-cü il tarixdə o da öz adıyla qeydiyyatdan keçmişdir. “A”-kartdan 4449 9451 0121 4507 saylı kart almış və onun 16 rəqəmli şifrəsini, bitmə tarixini və CW kodunu Ərtuğrula göndərmişdir. Bir neçə gün keçmişdir və Ərtuğrul söz verdiyi 50 manatı verməmişdir. Onunla əlaqə saxlamaq istədikdə, telefonuna zəng çatmadığını görmüşdür. Daha sonra ona Paşa Bank ASC-dən zəng gəlmişdir və vətəndaşlardan oğurlanmış pul vəsaitlərinin ona məxsus A-karta köçürüldüyü bildirilmşdir. Bunun ardınca o, başa düşmüşdür ki, Ərtuğrul adlı şəxs onların verdiyi kartlar vasitəsilə müxtəlif şəxslərdən oğurlanmış pulları köçürmək üçün istifadə etmişdir. Daha sonra araşdırma zamanı onun kartına 15.090 manat oğurlanmış pul vəsaitinin köçürüldüyünü görmüşdür. Yadında olan qədər, onun hesabına köçürülən pul vəsaitlərindən “Şahid5” adlı şəxsin hesabına pul vəsaiti köçürülmüşdür. Onun “A” kart hesabı dondurularkən hesabda 286 manat məbləğində pul vəsaiti qalmışdır. İfadəsində verilən suallara cavab olaraq bildirmişdir ki, Ertuğrul adlı şəxs ilə danışıqlarında xarici ölkədən pul köçürülməsi ilə məşğul olduğunu, daha az faiz çıxılması üçün başqa şəxslərin adlarına olan bank kartlarına ehtiyacının olduğunu ona bildirmişdir. Buna görə o, həmin şəxsə inanıb adına “A” kart hesabı açıb ona vermişdir. Cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərinin həmin hesaba köçürəcəyi barədə Ertuğrul ona məlumat verməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2024-cü ilin aprel ayında qrup yoldaşı Şahid8 ona bildirmişdir ki, Ərtuğrul adlı şəxs var və həmin şəxsə bank kartı lazımdır. Müslüm qeyd etmişdir ki, həmin şəxsə kart açıb versələr, bunun müqabilində hər karta görə 50 manat pul verəcək. O, kartın hansı məqsədlə istifadə ediləcəyini soruşduqda, Müslüm Ərtuğrulun dediyinə görə, onun dövlətlərarası pul köçürməsi ilə məşğul olduğunu, bank kartlarında limitlərin olması səbəbindən bankın az faiz tutması üçün bir neçə karta ehtiyacı olduğunu bildirmişdir. Müslüm bu təklifi qəbul etmişdir. Müslümlə bir yerdə olarkən, 051 *** ** ** mobil nömrədən Müslümə zəng gəlmişdir. Həmin şəxs özünü Ərtuğrul kimi təqdim edərək, onlardan A-kartdan elektron kart açmağı xahiş etmiş, bunun müqabilində 50 manat pul verəcəyini, əlavə olaraq dostlarının da adına kart açdırıb göndərsələr, hər karta görə 50 manat verəcəyini bildirmişdir. Onlar razılaşmışlar. 18 aprel 2024-cü il tarixdə o, öz adı ilə qeydiyyatdan keçmişdir. A-kartdan 4449 9451 0030 3186 saylı kart almış və onun 16 rəqəmli şifrəsini, bitmə tarixini və CW kodunu Ərtuğrula göndərmişdir. Axşam saatlarında telefonuna gələn bildirişlərdə adına açılan “A” kart hesabına 18 aprel 2024-cü il tarixində 890 manat və 446 manat olmaqla, ümumilikdə 1336 manat pul vəsaitinin köçürülməsini görmüşdür. Növbəti gün Müslüm, Qara və Samir ilə aralarında söhbət edərkən, onlar da adlarına açılmış “A” kart hesablarına pul vəsaitlərinin köçürülməsini bildirmişlər. Lakin Ərtuğrul adlı şəxs heç birinə vəd etdiyi 50 manat pul vəsaitini verməmişdir. Həmin gün Azercell ilə əlaqə saxladıqda, operator tərəfindən bildirilmişdir ki, adına açılmış “A” kart hesabına müxtəlif şəxslərin kart hesablarından oğurlanmış pul vəsaitləri köçürülmüşdür. Bu səbəbdən kart hesabı dondurulmuşdur. Kart hesabı dondurularkən, hesabda təxminən 160 manat pul vəsaiti qalmışdır. Təqsirləndirilən şəxs tanımamış,həmin şəxslə bir dəfə 051 *** ** ** saylı mobil nömrəsi ilə Müslümə zəng edərkən danışmışdır. Heç bir zaman həmin şəxslə görüşməmişdir. İfadəsində verilən suallara cavab olaraq bildirmişdir ki, Ertuğrul adlı şəxs ilə danışıqlarında xarici ölkədən pul köçürülməsi ilə məşğul olduğunu, daha az faiz çıxılması üçün başqa şəxslərin adlarına olan bank kartlarına ehtiyacının olduğunu ona bildirmişdir. Buna görə o, həmin şəxsə inanıb adıma “A” kart hesabı açıb ona vermişdir. Cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərinin həmin hesaba köçürəcəyi barədə Ertuğrul ona məlumat verməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2024-cü ilin aprel ayında qrup yoldaşı Şahid8 ona bildirmişdir ki, Ərtuğrul adlı bir şəxs var və həmin şəxsə bank kartı lazımdır. Müslümə bu barədə məlumatı Vurğun adlı tanışı vermişdir. Müslüm qeyd etmişdir ki, Ərtuğrul adlı şəxsə kart açıb versələr, bunun müqabilində hər karta görə 50 manat pul verəcək. Müslümdən kartın hansı məqsədlə istifadə ediləcəyini soruşduqda, Ərtuğrulun dediyinə görə, dövlətlərarası pul köçürməsi ilə məşğul olmaq üçün lazım olduğunu bildirmişdir. Bank kartlarında limitlərin olması səbəbindən bankın az faiz tutması üçün bir neçə karta ehtiyacı olduğunu bildirmişdir. O, bu təklifi qəbul etmişdir Müslümlə bir yerdə olduqları zaman, 051 *** ** ** mobil nömrədən Müslümə zəng gəlib. Həmin şəxs özünü Ərtuğrul kimi təqdim edərək, onlardan A-kartdan elektron kart açmağı xahiş etmiş, bunun müqabilində 50 manat pul verəcəyini, əlavə olaraq dostlarının da adına kart açdırıb göndərsələr, hər karta görə 50 manat verəcəyini bildirmişdir. Müslüm bu təkliflə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə Ərtuğrul ***-***-**-** mobil nömrəsini ona göndərmişdir və qeydiyyatdan keçərkən “OTP” nömrəsi kimi bu nömrəni qeyd etməyi söyləmişdir. O, öz adıyla qeydiyyatdan keçmişdir. “A” kartdan 4449 9451 0250 0961 saylı kart almış və onun 16 rəqəmli şifrəsini, bitmə tarixini və CW kodunu Ərtuğrula göndərmişdir. Bir neçə gün keçdikdən sonra, Ərtuğrul söz verdiyi 50 manatı verməmişdir. Onunla əlaqə saxlamaq istədikdə, telefonuna zəng çatmadığını görmüşlər. Yenidən mobil tətbiq vasitəsilə “A” kart hesabına Özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə giriş etmişdir. Həmin zaman kartının hesabında 51 manat pul vəsaitinin olduğunu, kart hesabının bank tərəfindən bloklandığını görmüşdür. Bankla əlaqə saxladıqları zaman müxtəlif şəxslərin hesablarından pul vəsaitlərinin oğurlanaraq ona məxsus “A” kart hesabına köçürülməsi barədə məlumat verilmişdir. Onun kartına 500 və 113 manat olmaqla, ümumilikdə 613 manat pul vəsaiti köçürülmüşdür. Sonradan bu pul vəsaitləri başqa hesablara köçürülmüş və qalıq qalan 56 manat hesabda qalmış, kart hesabı dondurulmuşdur. İfadəsində verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyımamış, həmin şəxslə görüşməmiş, adına “A” kart hesabının açılmasını istəmiş Təqsirləndirilən şəxs həmin kart hesabından hansı məqsədlə istifadə ediləcəyini, həmin karta cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini köçürəcəyini ona bildirməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 oğlunun məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2024-cü ilin iyun ayında “İnstagram” sosial şəbəkəsində “parlaqsmm.az” adlı səhifəni görmüşdür. Həmin zaman işsiz olduğu üçün bu elan onun diqqətini cəlb etmişdir. Daha sonra “İnstagram" sosial şəbəkəsində “direct” bölməsində həmin səhifəyə yazdıqda ona “Telegram” linki göndərilmişdir və söhbətləri “Telegram" sosial şəbəkəsi üzərindən davam etmişdir. “Telegram” sosial şəbəkəsində də həmin səhifənin adı eyni olmuşdur. Söhbətlərində ona bildirmişdilər ki, reklam meneceri olaraq işləyəcək və aylıq 40-100 manat aralığında qazanc əldə edə biləcəkdir. Həmçinin bildirmişdilər ki, reklam meneceri olacağı üçün çox sayda “mlO” hesabına ehtiyacı olacaqdır. Ona bildirmişdilər ki, əmək haqqısı həmin “m10" hesablarına köçürülməklə ödəniləcəkdir. Həmin şəxslərin istəyi ilə xatırladığı qədər 2024cü ilin iyun ayının sonlarında adına ***-***-**-**, ***-***-**-**, 051- 978-86-79, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələri almış və daha sonra həmin səhifənin istəyi ilə bu nömrələrin hamısı ilə qeydiyyatdan keçərək öz adına “m10” hesablan açmışdır. Sonradan həmin şəxslər ondan istəmişdilər ki, bu “m10” hesablarını onlara versin; həmin “m10” hesablan ümumi hesablara qoşulduqdan sonra geri qaytarılacaqdır. Ona yazan və adını “Samirə” olaraq bildirmiş şəxsin təklifi ilə razılaşmış və yaratdığı bütün “m10” hesablarım həmin səhifə istifadəçisinə vermişdir. Bundan sonra o, müxtəlif vaxtlarda həmin şəxsə yazsa da, ona cavab verilməmişdir. Qeyd etmişdir ki, qeyd olunan mobil nömrələrə bağlı olan “m10” hesablan ilə heç bir zaman əməliyyat icra etməmişdir. Həmin hesablarla bağlı kimlərin hansı əməliyyatları hansı məqsədlə apardığı barədə heç bir məlumatı olmamışdır. Əlavə olaraq, “parlaqsmm.az” səhifəsi ilə danışıqları əsnasında ondan adına “binance” hesabı açaraq onlara verməsi istənilmişdi. Əvvəlcədən “binance” platformasında Öz adı ilə qeydiyyatdan keçmişdir. Həmin şəxslərin istəyi ilə özünə aid olan “binance” hesabını da həmin şəxslərə vermişdir. Təxminən 2 həftə sonra “binance” platformasına müraciət edərək hesabını bərpa etdirmiş və onu özü istifadə etməyə başlamışdır. Hesabını bərpa edərkən hesabında hər hansı məbləğdə kripto valyuta olmadığını görmüşdür. “Binance” hesabının həmin şəxslərdə olduğu müddətdə hansı əməliyyatların həyata keçirildiyi barədə məlumatı olmamışdır. Hal-hazırda da “binance” platformasında olan hesabına giriş parolunu unutduğu üçün sistemə daxil ola bilmədiyini bildirmişdir. Telefonunda həmin şəxslərlə olan “İnstagram” və “Telegram” yazışmalarını ifadəsinə əlavə etmişdir.ifadəsində verilən suallara cavab olaraq bildirmişdir ki, adına açılmış “m10” və kart hesablarına köçürülmüş pul vəsaitlərinin cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri olmasından məlumatı olmamış, Təqsirləndirilən şəxs tanımamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2024-cü ilin iyul ayının əvvəllərində o, “connected2me” adlı tanışlıq proqramında “Nübar” adlı istifadəçi ilə tanış olmuşdur. Həmin istifadəçi bioqrafiyasında “Leo-bank kartı oian yazsın” məzmunlu status yazmışdır. Onların arasında olan mesajlaşma zamanı Nübar ona bildirmişdir ki, atasının onun kartlarına blok qoyduğu üçün “m10” hesabına ehtiyacı vardır. Nübar adlı şəxs ondan xahiş etmişdir ki, özünə məxsus mobil nömrə ilə qeydiyyatdan keçsin və həmin “m10” hesabını ona istifadə üçün versin. Bundan sonra Nübar adlı şəxs onunla “WhatsApp”ani mesajlaşma sistemində yazışmağa başlamışdır. Həmin şəxsin “WhatsApp” nömrəsini xatırlamadığı üçün və aralarındakı yazışmaları sildiyi üçün istintaqa təqdim edə bilməmişdir. O, Nübar adlı şəxsdən “m 10” hesabını necə yaratmalı olduğunu soruşduqda, Nübar ona hissə-hissə izah etmiş və nəticədə o, özünə məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə “m10” tətbiqində qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçdikdən sonra bütün məlumatları həmin şəxsə bildirmişdir. Bundan sonra onun adına açılmış həmin “m10” hesabından Nübar adlı şəxs istifadə etməyə başlamışdır. Həmin gün onun “m10” bildirimində hesabına 999.99 AZN məbləğində pul köçürülməsi barədə məlumat gəlmişdir. O, bu barədə Nübar adlı şəxsə yazaraq həmin məbləği ona kimin göndərdiyini soruşmuşdur. Nübar ona cavab vermişdir ki, bu məbləği ona yaxın tanışları göndərmişdir. Həmin gündən sonra Nübar onu “WhatsApp” və “connected2me” tətbiqlərində əngəlləmişdir. Təxminən 2 həftə sonra o, “m10” tətbiqinə daxil olduqda, ***-***-**-** saylı mobil nömrənin “m10” hesabına müxtəlif vaxtlarda 5-6 dəfə 999,99 AZN köçürülməsini görmüşdür. Bu barədə yaxın tanışları ilə məsləhətləşdikdə, tanışları ona problem yaşaya biləcəyini bildirmişdir. Buna görə də o, “m 10” tətbiqində hesabının bağlanması ilə əlaqədar müraciət etmişdir. O, hesabını bağlatmazdan öncə ***-***-**-** saylı mobil nömrəyə bağlı olan “m10” hesabındakı maliyyə əməliyyatlarını “screenshot” vasitəsi ilə qeydə almış və həmin fotoşəkili ifadəsinə əlavə etmişdir. İfadəsində verilən suallara cavab olaraq bildirmişdir ki, adına açılmış ***-***-**-** saylı mobil nömrəyə bağlı olan “m10” hesabına cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin daxil olması baradə heç bir məlumatı olmamış, Təqsirləndirilən şəxs və “connected2me” adlı proqramda və whatsappda onunla əlaqə saxlamış və özünü Nübar kimi təqdim etmiş şəxsi tanımamış, onlarla heç vaxt görüşməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2024-cü ilin iyun ayında o, internetdə elan saytlarında iş axtararkən, “İnstagram” sosial şəbəkəsində “SMM Line” adlı bir səhifə qarşısına çıxmışdır. Həmin səhifədə özünü Aytən kimi təqdim edən bir qadın ona yazaraq, mühasib kimi fəaliyyət göstərəcəyini və gündəlik 50 manat maaş alacağını bildirmişdir. O, bu təkliflə razılaşmışdır. Bundan sonra ona İnstagram sosial şəbəkəsində bir link göndərilmiş və onlar arasındakı söhbətlər “Telegram” sosial şəbəkəsində olan “SMM Line” adlı səhifə vasitəsi ilə davam etmişdir. Ona “M10” proqramını yükləyərək qeydiyyatdan keçməsi bildirilmiş və səbəb olaraq əmək haqqının oraya köçürüləcəyi göstərilmişdir. O, əvvəlcə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçərək “m10” hesabı açmışdır. Lakin sonradan Aytən adlı qadın ona bildirmişdir ki, işçilərin əmək haqlarını “m10” tətbiqi vasitəsilə köçürəcək və bunun üçün onun adına bir neçə “m10” hesabı açılmalıdır. Bu məqsədlə o, öz adına yeni mobil nömrələr alaraq “m10” tətbiqində həmin nömrələrlə qeydiyyatdan keçmişdir, “m 10” tətbiqində ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** saylı mobil nömrələrlə qeydiyyatdan keçdikdən sonra parolları həmin şəxsə göndərmişdir. Bundan sonra həmin şəxs ona bildirmişdir ki, onun öz əmək haqqı kart hesabına köçürüləcəkdir və bu səbəblə kartının bütün məlumatlarını verməyini istəmişdir. O, həmin şəxsə inanaraq öz adına olan, "xxxx" tərəfindən emissiya edilmiş 4169-7388-4001-3944 saylı kartın 16 rəqəmli şifrəsini, bitmə tarixini, CW kodunu və telefona gələn OTP kodunu qarşı tərəfə təqdim etmişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin şəxslər onun adına, məlumatı və icazəsi olmadan, 4169- 7388-4467-4006 saylı elektron kart açmışdırlar. 2024-cü ilin iyul ayının əvvəllərində o, Aytən adlı qadına “Telegram” sosial şəbəkəsində mesaj yazaraq əmək haqqının nə zaman veriləcəyini soruşduqda, həmin şəxs ona daha cavab yazmamışdır. O, “İnstagram” sosial şəbəkəsində “SMM Line" adlı səhifəni axtardıqda, artıq həmin səhifənin mövcud olmadığını görmüşdür. Bundan sonra başa düşmüşdür ki, həmin şəxslər işə düzəltmək adı ilə onu aldadaraq adına “m10” və kart hesabları açmışdırlar. Telefonunda həmin şəxslərlə olan “İnstagram” və “Telegram” yazışmaları silindiyi üçün həmin yazışmaları istintaqa təqdim edə bilməmişdir. İfadəsində verilən suallara cavab olaraq bildirmişdir ki, adına açılmış “m10” və kart hesabları ilə aparılmış maliyyə əməliyyatlarından heç bir məlumatı olmamış, bu maliyyə əməliyyatlarının baş tutmasında iştirak etməmiş və qeyd olunan maliyyə əməliyyatlarına görə ona pul vəsaiti verilməmişdir. Həmçinin qeyd etmişdir ki, Aytən adlı qadın ona bir dəfə əmək haqqı olaraq 50 manat pul vəsaiti göndərmişdir ki, həmin pul vəsaiti də öz adına olan 4098-0944-2276-0031 nömrəli "xxxx" kartına köçürülmüşdür. Adına açılmış “m10” və kart hesablarına köçürülmüş pul vəsaitlərinin cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri olmasından heç bir məlumatı olmamış, Təqsirləndirilən şəxs tanımamış, onunla danışmamış və ya görüşməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X9 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2024-cü ilin iyun ayında “İnstagram” sosial şəbəkəsində “parlaqsmm.az” adlı səhifəni görmüş, həmin dövrdə maddi cəhətdən müəyyən çətinliklər çəkdiyi üçün bu elan onun diqqətini cəlb etmiş, “İnstagram” sosial şəbəkəsinin “direct” bölməsində həmin səhifəyə yazmış və ona “Telegram" linki göndərilmişdir. Bundan sonra söhbəti "Telegram” sosial şəbəkəsi üzərindən davam etdirmiş, “Telegram”da da həmin səhifənin adı olmuşdur. Söhbətlər zamanı ona reklam meneceri olaraq işləyəcəyi və aylıq 40-100 manat aralığında qazanc əldə edəcəyi bildirilmiş, eyni zamanda, ona reklam meneceri kimi çalışmaq üçün çox sayda “m10” hesabına ehtiyacı olacağı qeyd edilmişdir. Ona bildirilmişdi ki, əmək haqqı həmin “m10” hesablarına köçürülməklə ödəniləcəkdi. Həmin şəxslərin istəyi ilə xatırladığı qədər 2024cü İlin iyun ayının sonlarında adı ilə ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri almışdır. Daha sonra həmin səhifənin istəyi ilə bu nömrələr vasitəsilə qeydiyyatdan keçərək öz adına “m10" hesabları açmışdır. Bundan sonra həmin şəxslər ondan bu “m10” hesablarını verməsini istəmiş, bu hesabların ümumi hesablara qoşulduqdan sonra geri qaytarılacağını demişlər. O, həmin şəxsin təklifi ilə razılaşmış və yaratdığı bütün “m10” hesablarını həmin səhifə istifadəçisinə vermişdir. Bundan sonra müxtəlif vaxtlarda həmin şəxsə yazsa da, ona heç bir cavab verilməmiş, qeyd etmişdir ki, bu mobil nömrələrə bağlı olan “m10” hesabları İlə heç bir əməliyyat icra etməmiş və həmin hesablarla bağlı hansı əməliyyatların və hansı məqsədlə aparıldığından heç bir məlumatı olmamışdır. Əlavə olaraq, “parlaqsmm.az” səhifəsi ilə danışıqları zamanı ondan adına “A-kart" hesabı açaraq onlara verməsini istəmişlər, lakin o, bunu etməmişdir. Bundan sonra ona vəd edilən 30 manat ödənilməmiş və yazışmalarına cavab verilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2024-cü ilin iyun ayının 27-də “connected2me” adlı tanışlıq proqramında “Nübar” adlı istifadəçi ilə tanış olmuşdur. Həmin istifadəçinin bioqrafiyasında “A-kart haqqında məlumatı olan” şəxslərin köməyinə ehtiyacı olduğu qeyd edilmişdir. O, həmin şəxsə mesaj yazaraq necə köməklik göstərə biləcəyini soruşduqda, həmin şəxs cavab verərək onun adına “a-kart” hesabı açmasını və hesabı ona verməsini istəmişdir. O, həmin istifadəçidən niyə görə öz adına açmadığını soruşduqda isə istifadəçi 17 yaşı olduğu üçün öz adına bank hesabı aça bilmədiyini bildirmişdir. O, bu təkliflə razılaşmışdır. “Nübar” adlı istifadəçi ona özünə məxsus olduğunu bildirdiyi ***-***-**-** saylı mobil nömrəni göndərərək “WhatsApp” ani mesajlaşma sistemi üzərindən yazmasını istəmişdir. Bundan sonra o, ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” hesabından həmin şəxsə mesaj yazmışdır. Yazışma zamanı həmin şəxs onun adına “akart” açmağını və qeydiyyat prosesində onun mobil nömrəsi olan ***-***-**-**-ni qeyd etməsini tələb etmişdir. O, tələbə uyğun olaraq qeydiyyatdan keçmiş və adına 4449- 9451-0066-9651 saylı “a-kart” hesabı açılmışdır. Bu barədə “Nübar” adlı şəxsə məlumat verərək proqrama giriş kodunu bildirmişdir. Lakin həmin şəxs proqrama giriş edə bilmədiyini əsas gətirərək ondan FİN kodunu istəmişdir. Hətta inam yaratmaq məqsədilə öz FİN kodunu fotoşəkil şəklində ona göndərmişdir. O da FİN kodunu həmin şəxsə təqdim etmişdir. Həmin şəxs ona FİN kodunu göndərmiş olsa da, o, bu FİN koduna baxmamışdır. Uzun müddət keçdiyi üçün həmin fotoşəkili artıq telefona yükləmək mümkün olmur. Bundan sonra onun adına olan “a-kart” hesabından “Nübar” adlı şəxs istifadə etməyə başlamış və onun mobil telefonunda olan “a-kart” hesabından çıxış edilmişdir. 02 iyul 2024-cü il tarixində “Nübar” adlı şəxs yenidən ona mesaj yazaraq kömək istədiyini bildirmiş, lakin onun nə kimi köməyə ehtiyacı olduğunu soruşduqda həmin şəxs cavab verməmişdir. Qeyd etmişdir ki, adına açılmış “a-kart”a görə “Nübar" adlı şəxs ona heç bir məbləğdə pul vəsaiti verməmişdir. ***-***-**-** saylı mobil nömrə ilə aralarındakı “WhatsApp" yazışmalarını ifadəsinə əlavə etmişdir. O həmçinin qeyd etmişdir ki, “connected2me” adlı proqramda “Nübar" adlı istifadəçi ona səsli mesaj göndərmişdir və buna görə onun qız olduğuna əmin olmuşdur. Sonradan “connected2me” adlı proqramda “Nübar” adlı istifadəçinin bioqrafiyasında “leobank”-a məxsus kartlar da axtardığını göstərən bir məlumat yerləşdirdiyini müşahidə etmişdir. Lakin hesabını sildiyi üçün həmin şəxs ilə “connected2me” adlı proqramda olan yazışmaları təqdim edə bilməmişdir. İfadəsində verilən suallara cavab olaraq bildirmişdir ki, adına açılmış “a-kart” hesabına cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri olmasından heç bir məlumatı olmamış, Təqsirləndirilən şəxs və “connected2me” adlı proqramda və “whatsapp” ani mesajlaşma sistemində onunla əlaqə saxlamış və özünü Nübar kimi təqdim etmiş şəxsi tanımamış, onlarla danışmamış və ya görüşməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2024-cü ilin yanvar ayından etibarən “Hamster Kombat” adlı oyunu oynamışdır. Belə ki, həmin oyuna daxil olmaq üçün “Telegram” sosial şəbəkəsində olan “Gülüü” adlı istifadəçi hesabından istifadə etmişdir. Həmin oyunu oynamaq üçün “Telegram” sosial şəbəkəsində “Hamster Kombat” adlı səhifəyə daxil olmuş, həmin səhifədə olan linkə daxil olaraq oyuna başlamışdır. Təxminən 2024-cü ilin aprel ayında həmin oyuna yenidən daxil olduqda ondan “Binance” platformasında qeydiyyatdan keçilməsi istənilmişdir. O da həmin oyundan “Binance” platformasına keçid edərək orada qeydiyyatdan keçmiş, bu zaman sənədini təqdim edib-etmədiyini, üz tanıma sistemindən keçib keçmədiyini xatırlamamış, lakin bundan sonra həmin “Binance" hesabından heç bir zaman istifadə etməmiş, ona məxsus “Samsung A72” markalı mobil telefonda heç bir vaxt “Binance” proqram tətbiqi olmamışdır. Həmin proqramdan necə istifadə edildiyini bilməmiş və “Hamster Kombat” oyunu zamanı “binance” platformasında hansı adla qeydiyyatdan keçdiyini bilməmişdir. Şəxs ifadəsinə verilən suallara cavab olaraq bildirmişdir ki, onun adına “Binance” platformasında “Gulcan061” adlı profil hesabının olmasından, həmin hesab üzərindən aparılan əməliyyatlardan, həmin əməliyyatların kim tərəfindən həyata keçirilməsindən heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs oğunu tanımamış, onunla danışmamış və görüşməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, “Binance” və “bybit” platformalarında kripto alqı-satqısı ilə məşğul olmuşdur. “Binance” platformasında “Excellent” logini ilə, “bybit” platformasında isə “Azimut” logini ilə qeydiyyatdan keçmiş, “Binance” və “bybit” platformalarında ***-***-**-** saylı mobil nömrəni qeyd etmişdir. Kripto alış-satışı ilə əlaqədar müştərilər müraciət etdikdə ona pul vəsaitlərini həmin “mlO” hesabı vasitəsi ilə göndərmişdirlər. xx.xx.2024-cü il tarixdə saat 23:38-də ***-***-**-** saylı mobil nömrəyə bağlı “m10” hesabından ona məxsus ***-***-**-** saylı mobil nömrəyə bağlı “m10” hesabına 5.000 manat pul vəsaiti və çekin fotoşəkili göndərilmişdir. Bundan sonra pulu göndərən şəxsin ona bildirdiyi “Ceka900"adlı “bybit” hesabına 2.873.5633 USDT göndərmişdir. Həmin hesab “Emre Karagöz” adlı şəxsin adına olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 23:45-də ***-***-**-** saylı mobil nömrəyə bağlı “m10” hesabından ona məxsus ***-***-**-** saylı mobil nömrəyə bağlı “m10” hesabına 5.000 manat pul vəsaiti və çekin fotoşəkili göndərilmişdir. Bundan sonra həmin pulu göndərən şəxsin ona bildirdiyi “Ceka900"adlı “bybit” hesabına 2.873.5633 USDT göndərmişdir. Həmin hesab “Emre Karagöz” adlı şəxsin adına olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 00:07-də ***-***-**-** saylı mobil nömrəyə bağlı “m 10” hesabından ona məxsus 050-442- 72-00 saylı mobil nömrəyə bağlı “m10” hesabına 5.000 manat pul vəsaiti və çekin fotoşəkili göndərilmişdir. Bundan sonra pulu göndərən şəxsin ona bildirdiyi “Ceka900”adlı “bybit” hesabına 2.873,5633 USDT göndərmişdir. Həmin hesab “Emre Karagöz” adlı şəxsin adına olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 00:14-də ***-***-**-** saylı mobil nömrəyə bağlı “m10” hesabından ona məxsus ***-***-**-** saylı mobil nömrəyə bağlı “m10” hesabına 1.700 manat pul vəsaiti və çekin fotoşəkili göndərilmişdir. Bundan sonra pulu göndərən şəxsin ona bildirdiyi “Ceka900”adlı “bybit” hesabına 977.0115 USDT göndərmişdir. Həmin hesab “Emre Karagöz” adlı şəxsin adına olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 00:33-də ***-***-**-** saylı mobil nömrəyə bağlı “m10” hesabından ona məxsus ***-***-**-** saylı mobil nömrəyə bağlı “m10” hesabına 1.000 manat pul vəsaiti və çekin fotoşəkili göndərilmişdir. Bundan sonra pulu göndərən şəxsin ona bildirdiyi “Ceka900”ad!ı “bybit” hesabına 574.7127 USDT göndərmişdir. Həmin hesab “Emre Karagöz” adlı şəxsin adına olmuşdur. xx.xx.2024-cü il tarixdə 00:15-də ***-***-**-** saylı mobil nömrəyə bağlı “m10” hesabından ona məxsus ***-***-**-** saylı mobil nömrəyə bağlı “m10” hesabına 600 manat pul vəsaiti və çekin fotoşəkili göndərilmişdir. Bundan sonra pulu göndərən şəxsin ona bildirdiyi “Gulcan061”adlı “Binance” hesabına 352.94 USDT göndərmişdir. Həmin hesab “X7” adına adına olmuşdur. Adlarını qeyd etdiyi “Bybit” və “Binance” platformalarında USDT göndərdiyi şəxslərin kim olmalarını bilməmiş və həmin şəxslərin ona USDT almaq üçün köçürdüyü pul vəsaitlərini haradan və necə əldə etmələrindən hər hansı məlumatı olmamışdır. Həmin köçürmələrə dair bütün məlumatları ifadəsinə əlavə etmişdir. Təqsirləndirilən şəxs tanımamış, onunla görüşməmiş və ya danışmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, “Binance” platformasında kripto alqı-satqısı ilə məşğul olmuşdur. Həmin platformada “HesenExchanger” logini ilə qeydiyyatdan keçmiş, ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Kripto alış-satışı ilə əlaqədar müştərilər müraciət etdikdə pul vəsaitlərini həmin “m10” hesabı vasitəsi ilə göndərmişdirlər. 23 iyun 2024-cü il tarixdə “Telegram” sosial şəbəkəsində “r3dlegal”adlı profil sahibi onun “hesenexchanger” adlı səhifəsinə mesaj yazaraq USDT almaq istədiyini bildirmiş, o da həmin şəxsə USDT sata biləcəyini bildirmişdir. Həmin şəxs özünün xarici ölkədə proqramlaşdırma ilə məşğul olduğunu bildirmiş, xx.xx.2024-cü il tarixdə saat 18:50-də ***- ***-**-** saylı mobil nömrənin “m10” hesabından ***-***-**-** saylı mobil nömrənin “m10” hesabına 35 manat pul vəsaiti göndərmişdir. Həmin şəxsin ona göndərdiyi “THX8R2J6PG5ohWSJWe4uaE8Lo2aQYpELtq” nömrəli adresə 18 USDT göndərmişdir. Daha sonra 24 iyun 2024-cü il tarixdə saat 14:47-də həmin şəxs ***-***-**-** saylı mobil nömrənin “m10” hesabından ***-***-**-** saylı mobil nömrənin “m10” hesabına 1500 manat pul vəsaiti göndərmişdir. O həmin şəxsin göndərdiyi İD: ********* login: “R0ss_Rick” olan “Binance” hesabına 570 və 310 olmaqla 880 USDT göndərmişdir. Daha sonra 28 iyun 2024-cü il tarixdə saat 01:02-də həmin şəxs ***-***-**-** saylı mobil nömrənin “m10” hesabından ***-***-**-** saylı mobil nömrənin “m10” hesabına 1000 manat pul vəsaiti göndərmişdir. O həmin şəxsin göndərdiyi “TYyAYtruPZjCP774EAwZTToZzYHzmFmrxk” olan “Binance” adresinə 497 USDT göndərmişdir. Belə ki, həmin şəxs ona bildirmişdir ki, 850 manata ekvivalentində olan USDT göndərsin, qalan pulu isə həmin şəxsin ***-***-**-** saylı mobil nömrəsinə bağlı olan "m 10” hesabına 150 manat şəklində göndərsin. O həmin şəxsin dediyi qaydada 497 USDT göndərdikdən sonra, həmin şəxsin ***-***-**-** saylı “m10” hesabına 150 manat pul vəsaitini xx.xx.2024-cü il tarixdə saat 01:04-də göndərmişdir. ***-***-**-** saylı mobil nömrə sahibi ilə sonradan həmin nömrənin “whatsapp” hesabı ilə yazışmışdırlar. Bu müddətdə o həmin şəxsdən şəxsiyyət vəsiqəsini göndərməsini istəmişdir. Çünki həmin şəxsin ondan çox sayda USDT almasına görə əmin olmaq istəmişdir ki, həmin şəxs problemli adam deyildir. Həmin şəxs ona Təqsirləndirilən şəxs məxsus həm Türkiyə Respublikasının, həm də Azərbaycan Respublikasının şəxsiyyət vəsiqələrinin fotoşəkilini yollamış və hətta görünütü ilə danışmışdır. Görüntülü danışıq zamanı screenshot vasitəsi ilə həmin şəxsin şəxsiyyət vəsiqəsindəki şəxs olduğuna əmin olduqdan sonra onunla kirpto valyuta alış satışını davam etdirmişdir. xx.xx.2024-cü il tarixdə həmin şəxs ona kripto valyuta hesab olunan 0.06957603 məbləğində “ETH” satmaq istədiyini bildirmiş, o da almaq barədə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 23:34-də həmin şəxs onun “0x04a8ded79d380c686df9e5a” hesabına 0.06957603 məbləğində “ETH” göndərmişdir. Kriptonun hansı adresdən gəlməsini bilməmişdir. Buna görə də o həmin şəxsin ***-***-**-** saylı mobil nömrənin “m10” hesabına xx.xx.2024-cü il tarixdə saat 00:07-də 140 manat, həmin tarixdə saat 00:21-də 250 manat pul vəsaiti göndərmişdir. xx.xx.2024-cü il tarixdə Ertuğrul Akdemir ***- ***-**-** mobil nömrədən ona mesaj yazaraq bundan sonra anasına məxsus olan ***-***-**- ** saylı mobil nömrənin “m10” hesabından ona pul vəsaitlərini yollayacağını bildirmişdir. Niyə belə edəcəyini soruşduqda ***-***-**-** saylı mobil nömrəsinin yandığı üçün istifadə edə bilmədiyini qeyd etmişdir. O Ərtoğruldan “m10” hesabına giriş edərək videosunu göndərməsini istəmişdir. Ertuğrul “m10” hesabının videosunu göndərdikdə hesabın özünə aid olmasını görmüşdür. xx.xx.2024-cü il tarixdə saat 21:08-də onun ***-***-**-** saylı mobil nömrəsinin “m10” hesabına ***-***-**-** saylı mobil nömrənin “m10” hesabından 1000 manat pul vəsaiti göndərilmiş, o da bunun müqabilində “TFsDk7rYGNAAREcLyzaGyfq-QK9ZaPShyTo” hesabına 581 USDT göndərmişdir. Daha sonra Ertuğrul ona “telegram” sosial şəbəkəsində adını xatırlamadığı başqa bir hesabdan mesaj yazıb kripto almaq istədiyini bildirmiş və tanışlıq vermişdir. Həmin hesab sonradan silindiyi üçün təqdim edə bilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:38-də onun ***-***- **-** saylı mobil nömrəsinin “m10” hesabına ***-***-**-** saylı mobil nömrənin “m10” hesabından 110 manat pul vəsaiti göndərilmiş, o da bunun müqabilində həmin şəxsin bildirdiyi “TUWiUGQH9LcShmhykP6j6Mb-5PZ7N3LsNAS" hesabına 64 USDT göndərmişdir. xx.xx.2024- cü il tarixdə saat 00:14-də onun ***-***-**-** saylı mobil nömrəsinin “m10” hesabına 051-374- 42-42 saylı mobil nömrənin “m10” hesabından 170 manat pul vəsaiti göndərilmiş, o da bunun müqabilində həmin şəxsin bildirdiyi ‘TUWiUGQH9LcShmhykP6j6Mb-5PZ7N3LsNAS” hesabına 98,8 USDT göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 00:36-da onun ***-***-**-** saylı mobil nömrəsinin “m10” hesabına ***-***-**-** saylı mobil nömrənin “m10” hesabından 190 manat pul vəsaiti göndərmiş, o da bunun müqabilində həmin şəxsin bildirdiyi “TUWiUGQH9LcShmhykP6j6Mb-5PZ7N3LsNAS” hesabına 110,5 USDT göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 14:00-da onun ***-***-**-** saylı mobil nömrəsinin “m10” hesabına ***-***-**-** saylı mobil nömrənin “m10” hesabından 420 manat pul vəsaiti göndərmiş, o da bunun müqabilində həmin şəxsin bildirdiyi “TUWiUGQH9LcShmhykP6j6Mb-5PZ7N3LsNAS” hesabına 244 USDT göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 14:00-da onun ***-***-**-** saylı mobil nömrəsinin “m10” hesabına ***-***-**-** saylı mobil nömrənin "m 10" hesabından 420 manat pul vəsaiti göndərmiş, o da bunun müqabilində həmin şəxsin bildirdiyi “TUWiUGQH9LcShmhykP6j6Mb-5PZ7N3LsNAS” hesabına 244 USDT göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 21:28-da onun ***-***-**-** saylı mobil nömrəsinin “m10” hesabına ***-***-**-** saylı mobil nömrənin “m10" hesabından 244 manat pul vəsaiti göndərmiş, o da bunun müqabilində həmin şəxsin bildirdiyi “TUWiUGQH9LcShmhykP6j6Mb- 5PZ7N3LsNAS” hesabına 141.8 USDT göndərmişdir. İfadəsinə verilən suallara cavab olaraq şəxs bildirmişdir ki, Ertuğrul Akdemir ona xarici ölkədə proqramlaşma ilə məşğul olduğunu və ticarətlər əlaqədar ondan kriptovalyutalar aldığını demişdir. Ertuğrul ona vətəndaşların kart hesablarından pul vəsaitləri oğurlaması barədə heç vaxt məlumat verməmişdir. Ertuğrul Akdemir ilə heç vaxt görüşməmiş, onun kart hesablarından oğurluq etməsindən məlumatı olmamış, həmin proseslərdə iştirak etməmiş, Ertuğrul Akdemirə yalnız kripto satışı həyata keçirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X24 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2024-cü ilin aprel ayında qrup yoldaşı Şahid8 ona bildirmişdir ki, Ərtuğrul adlı şəxs var, həmin şəxsə bank kartı lazımdır. Müslüm ona bildirmişdir ki, Ərtuğrula kart açıb versələr bunun müqabilində hər kartın müqabilində 50-100 manat pul verəcək. O, hansı məqsədlə kartın lazım olduğunu soruşduqda Müslüm ona Ərtoğrulun kriptovalyuta ilə məşğul olduğunu, sadəcə bank kartlarında limitlər olduğu üçün bankın az faiz tutması üçün bir neçə karta ehtiyacı olduğunu bildirmişdir. O, razılaşmış, xx.xx.2024-cü il tarixdə ***-***-**-** nömrəsindən ona zəng gəlmiş, həmin şəxs özünü Ərtoğrul kimi təqdim etmiş və onların aralarında eyni məzmunlu danışıq olmuşdur. Ərtuğrul ona kart alınarkən qeydiyyatdan keçməsi üçün ***-***-**-** nömrəsini göndərmiş, bundan sonra o, 4449 9451 0036 8064 saylı “akart” açaraq bütün məlumatlarını Ərtuğrula göndərmişdir. Lakin bir neçə gün keçməyinə baxmayaraq Ərtoğrul vəd etdiyi 50 manatı göndərməmiş, bundan başqa onlar heç vaxt şəxsən görüşməmişlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid18 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, “Binance” və “Bybİt” platformalarında kripto alqı-satqısı ilə məşğul olmuşdur. “Binance” platformasında “Joniantikvar008”, “Bybit” platformasında “ucarli61” logini ilə qeydiyyatdan keçmiş, hər iki platformada ***-***-**-** saylı mobil nömrəni istifadə etmiş, kripto alış-satışı ilə əlaqədar müştərilər müraciət etdikdə pul vəsaitlərini ona həmin “m10” hesabı vasitəsi ilə göndərmişlər. 30 iyun 2024-cü il tarixdə “Bybit” platformasında “Ertu” adı ilə qeydiyyatdan keçmiş istifadəçi USDT almaq istədiyini, “bybit” platformasında yazaraq ***-***-**-** saylı mobil nörməyə bağlı olan “m10” hesabına 1000 manat pul vəsaitini göndərdiyini və bunun qarşılığında USDT göndərməyini ona bildirmişdir. O, həmin şəxsdən qəbzin fotoşəkilini göndərməsini istəmişdir. Bu zaman həmin şəxs ona “bybit” platformasında şəkil göndərilməsinin alınmadığını bildirmiş və buna görə də ***-***-**-** saylı mobil nömrəsini qeyd edərək whatsapp-da ona mesaj yazmağını və whatsappda qəbzin şəkilini ona göndərəcəyini bildirmişdir. Həmin şəxsin artıq mobil nömrə göndərməsi onda inam yaratmış və o, həmin şəxsə bildirmişdir ki, “qəbzin şəkilinə ehtiyac yoxdur”. Bundan sonra o, həmin şəxsin “bybit” hesabına 591.716 USDT göndərmişdir. Həmin şəxsin loginin üst hissəsində “Ertu”, aşağı hissəsində isə “Ertughrul Tolonay” yazılmışdır. Bundan əwəl nə “bybit” və “Binance” platformasında onunla həmin şəxs arasında kripto alış-satışı olmamışdır. İfadəsində verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxs ona həmin pul vəsaitini haradan əldə etməsini bildirməmiş, o, bu barədə həmin şəxsdən heç nə maraqlanmamış, Təqsirləndirilən şəxs oğunu tanımamış, onunla danışmamış və ya görüşməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid19 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, “Bybit” platformasında kripto alqı-satqısı ilə məşğul olur, “bybit” platformasında o, “mekman99” logini ilə qeydiyyatdan keçmiş, həmin platformada ***-***-**-** saylı mobil nömrəni qeyd etmiş, kripto alış-satışı ilə əlaqədar müştərilər müraciət etdikdə pul vəsaitlərini ona həmin “m10” hesablan vasitəsi ilə göndərmişlər. 01 iyul 2024-cü il tarixdə ona “bybit” platformasında “Ertu” loqinfi istifadəçi qəbz göndərərək USDT göndərməyini istəmiş, həmin istifadəçinin loqin hissəsinin aşağı hissəsində “X30 A” qeyd olunmuşdur. O, qəbzə baxdıqda xx.xx.2024-cü il tarixdə saat 13:09-da 051-***-**-85 saylı mobil nömrəyə bağlı olan “m10” hesabından onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə bağlı olan “m10” hesabına 2.000 manat pul vəsaitinin göndərilməsini görmüş, buna görə də “Ertu” adlı istifadəçinin hesabına 1,176.4076 USDT göndərmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 14:38-də 051- ***-**-85 saylı mobil nömrəyə bağlı olan “m10” hesabından onun istifadəsində olan 050- 295- 87-11 saylı mobil nömrəyə bağlı olan “m10” hesabına 960 manat pul vəsaiti göndərilmiş, buna görə də o, “Ertu” adlı istifadəçinin hesabına 564.7059 USDT göndərmişdir. Qeyd edilən köçürmələrlə bağlı qəbzlərin fotoşəkillərini ifadəsinə əlavə etmişdir. İfadəsində verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxs ona həmin pul vəsaitini haradan əldə etməsini bildirməmiş, o bu barədə həmin şəxsdən heç nə maraqlanmamış, Təqsirləndirilən şəxs oğunu tanımamış, həmin şəxs ilə danışmamış və ya görüşməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid20 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, “Binance” platformasında kriptovalyuta alqı-satqısı ilə məşğul olur. “Binance” platformasında o, “RedDevilfromManUTD” logini ilə qeydiyyatdan keçmiş, həmin platformada ***-***-**-** saylı mobil nömrəni qeyd etmiş, kriptovalyuta alış-satışı ilə əlaqədar müştərilər müraciət etdikdə pul vəsaitlərini ona həmin “m10” hesabı vasitəsi ilə göndərmişlər. 24 iyun 2024-cü il tarixdə, ona “er*****.COm” adlı istifadəçi “Binance” platformasında kriptovalyuta-USDT almaq istəməsi barədə order göndərmişdir. Həmin şəxs barəsində anket məlumatlarına daxil olduqda istifadəçi adının “Təqsirləndirilən şəxs” olmasını görmüşdür. xx.xx.2024-cü il tarixində saat 00:29-da onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “m 10” hesabına həmin şəxsə məxsus ***-***-**-** saylı mobil nömrənin “m10” hesabından 2.000 manat pul vəsati göndərilmiş və bu barədə çekin fotoşəkilini ona atmışdır. Bundan sonra o, həmin şəxsin hesabına 1.177,29 USDT göndərmişdir. Bundan sonra həmin şəxs ilə onun arasında kriptovalyuta aiış-satışı ilə əlaqədar hər hansı əməliyyat baş tutmamışdır. Həmin istifadəçi ilə arasında olan “binance” platformasındakı yazışmaları ifadəsinə əlavə etmişdir. İfadəsində verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxs ona həmin pul vəsaitini haradan əldə etməsini bildirməmiş, o bu barədə heç nə maraqlanmamış, Təqsirləndirilən şəxs tanımamış, onunla görüşməmiş və ya danışmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid21 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, “Binance” platformasında kripto alqı-satqısı ilə məşğul olur. “Binance” platformasında "P_R_E_Sj_D_E_N_T” və “C_A_P_P_U_C_Hj_N_0” logini ilə qeydiyyatdan keçmiş, platformada ***-***-**-**, ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələrini qeyd etmişdir. Kripto alış-satışı ilə əlaqədar müştərilər ona müraciət etdikdə, pul vəsaitlərini həmin “m 10” hesabları vasitəsilə ona göndərmişlər. 17 iyun 2024-cü il tarixdə “Binance” platformasında “Təqsirləndirilən şəxs” adı ilə qeydiyyatdan keçmiş bir istifadəçi “USDT” almaq istədiyini bildirmiş, həmin şəxs platformada ona qəbz fotoşəkili göndərmiş, onun “Binance” hesabında adının üzərində “er*****.com” qeyd olunmuşdur. Göndərilən fotoşəkildə xx.xx.2024-cü il tarixdə, saat 21:08-də, ***-***-**-** saylı mobil nömrənin “m10” hesabından ***-***-**-** saylı mobil nömrəyə bağlı olan “m1Q” hesabına 6200 manat pul vəsaitinin göndərildiyi görünmüşdür. Lakin həmin istifadəçi sonradan ona mesaj yazaraq pulu göndərməsinə baxmayaraq vəsaitin geri qayıtdığını və ona çatmadığını bildirmiş, bu səbəbdən həmin tarixdə onunla kriptovalyuta alış- satışı həyata keçirilməmişdir. 24 iyun 2024-cü İl tarixdə saat 00:14-də həmin şəxs ***-***-**-** saylı mobil nömrəyə bağlı olan “m 10” hesabına 1000 manat pul vəsaiti göndərmiş, bunun müqabilində onun “Binance” hesabına 588.23 USDT göndərmişdir. 24 iyun 2024-cü il tarixdə saat 00:52-də həmin şəxs ***-***-**-** saylı mobil nömrəyə bağlı olan “m10” hesabına 2600 manat pul vəsaiti göndərmiş, bunun qarşılığında o, həmin şəxsin “Binance” hesabına 1,529.41 USDT köçürmüşdür. 24 iyun 2024-cü il tarixdə saat 01:26-da həmin şəxs ***-***-**-** saylı mobil nömrəyə bağlı olan “m10” hesabına 470 manat pul göndərmiş və bunun qarşılığında o, həmin şəxsin “Binance” hesabına 276.47 USDT göndərmişdir. 15 iyun 2024-cü il tarixdə saat 09:05-də həmin şəxs ***-***-**-** saylı mobil nömrəyə bağlı olan “m 10” hesabına 3000 manat pul göndərmiş, bunun qarşılığında o, həmin şəxsin “Binance” hesabına 1,765.93 USDT köçürmüşdür, həmin şəxs hər dəfəsində mənim “m10” hesabıma pul vəsaiti göndərdikdə mənə qəbzin fotoşəkilini göndərirdi. Həmin qəbzlərdən görmüşdür ki, pul vəsaitləri ona +994 51 *** ** 85 saylı mobil nömrəyə bağlı “m10” hesabından göndərilmişdir. Həmin şəxs ona həmin pul vəsaitini haradan əldə etməsini bildirməmiş, o da bu barədə ondan heç nə maraqlanmamışdır. Həmin şəxsi tanımır, onunla danışmamış və ya görüşməmişdir. Cinayət işinin materiallarında olan 09 sentyabr 2024-cü il tarixli “Telefon danışığı haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis mayoru X33 ********* saylı cinayət işi üzrə 09 sentyabr 2024-cü il tarixdə saat 15:46da özünə məxsus olan +99455- ***-**-** saylı mobil nömrənin “whatsapp” tətbiqinə +90 554 *** ** ** saylı mobil nömrənin “whatsapp” tətbiqindən zəng edən şəxs özünü 04 mart 2005-ci il təvəllüdlü X40 olmasını bildirmişdir. Nurxan Ağazadəyə özünü təqdim edərək ondan adına açılan “4449 9451 0235 7164” nömrəli “akart” hesabı barədə maraqlanmışdır. Nurxan Ağazadə 2024-cü ilin mart ayının sonlarında “tik-tok” sosial şəbəkəsində onun canlı çıxışlarına qoşulan Ertuğrul Akdemir ilə tanış olduğunu, onunla sonradan həm “İnstagram”, həm də “whatsapp” tətbiqi üzərindən ünsiyyət saxladığını bildirmişdir. X47 Akdemirin “İnstagram” sosial şəbəkəsində “ertu085” adlı istifadəçi adından istifadə etdiyini, “whatsapp” tətbiqində isə ***-***-**-** saylı mobil nömrəyə bağlı olan hesabdan onunla əlaqə saxladığını bildirmişdir. Nurxan Ağazadə 14 aprel 2024-cü il tarixdə Ertuğrul Akdemirin ondan adına “A-kart” açaraq ona verməsini xahiş etdiyini, özünə məxsus şəxsiyyət vəsiqəsinin üzərində olmadığı üçün aça bilmədiyini qeyd etdiyini bildirmişdir. X47 ilə razılaşaraq özünə məxsus mobil telefona “akart” tətbiqini yüklədiyini, həmin tətbiqdə qeydiyyatdan keçdiyini, mobil nömrə olaraq Ertuğrulun ona göndərdiyi ***-***-**-** saylı mobil nömrəsini qeyd etdiyini, adına “4449 9451 0235 7164” saylı hesab açıldıqdan sonra sonra tətbiqə giriş şifrəsini də Ertuğrula verdiyini, bundan sonra həmin hesabdan istifadə etmədiyini, mobil telefonundan da həmin tətbiqi sildiyini, Ertuğrulun adına açılmış “akart” hesabı ilə hansı əməliyyatlar etməsindən heç bir məlumatının olmadığını, adına “akart” açılmasına görə Ertuğrul Akdemirin ona pul vermədiyini bildirmişdir. Danışıq zamanı X34 Akdemir ilə aralarında olan yazışmaların mövcud olub-olmadığını soruşduqda Nurxan Ağazadə “whatsapp” tətbiqində Ertuğrul Akdemirin yazışmaları “24 saatdan sonra silinmə” vəziyyətinə gətirdiyindən “whatsapp” yazışmalarının silindiyini, lakin İnstagram sosial şəbəkəsində adına “akart” açılması ilə əlaqədar söhbətlərin qaldığını, həmin söhbətləri “screenshot” edərək whatsapp vasitəsi ilə göndərəcəyini bildirmişdir. X23 “whatsapp” tətbiqi vasitəsi ilə göndərdiyi “05” ədəd “screenshot” şəkilləri, həmçinin +99***-***-**-** saylı mobil nömrənin “whatsapp” tətbiqi ilə +90 554 *** ** ** saylı mobil nömrəsinin “whatsapp” tətbiqi arasında olan 8 dəqiqə 35 saniyə və 2 dəqiqə 05 saniyəlik danışıq barədə olan “whatsapp” səhifəsinin “screenshot” şəkili printer vasitəsi ilə çap edilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 24 sentyabr 2024-cü il tarixli “Telefon danışığı haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis mayoru X33 ********* saylı cinayət işi üzrə 24 sentyabr 2024-cü il tarixdə saat 15:41də özünə məxsus olan +99455- ***-**-** saylı mobil nömrənin “whatsapp” tətbiqinə X41 istifadəsində olan +7 914 ***-**-** saylı mobil nömrəsinin “whatsapp” tətbiqindən zəng etmişdir. Zəngə cavab verdikdə həmin şəxsə özünü təqdim etdikdən sonra xx.xx.2024-cü ii tarixdə saat 09:13-də ***-***-**-** saylı mobil nömrəyə bağlı olan “m10" hesabından ***-***- **-** saylı mobil nömrəyə bağlı olan “m10” hesabına 1500 manat pul vəsaitinin köçürülməsi barədə məlumat vermişdir. Rəşad Nəbiyev kripto valyuta satışı ilə məşğul olduğunu, ***-***-**-** saylı mobii nömrəyə bağlı olan “m 10” hesabından özünün istifadə etdiyini bildirmişdir. Rəşad Nəbiyev bu barədə məlumatları dəqiqləşdirərək zəruri məlumatları göndərəcəyini bildirmişdir. Rəşad Nəbiyev “Bybit” platformasında onun “M 10” hesabına köçürülmüş pul vəsaiti müqabilində “Ertu” adlı istifadəçinin hesabına 882.353 USDT köçürməsi barədə qəbzlərin fotoşəkillərini “whatsapp” tətbiqi vasitəsi ilə göndərmişdir. “Ertu” adlı istifadəçinin “X30” olması qəbzlərə baxış zamanı müəyyən edilmişdir. X28 “whatsapp” tətbiqi vasitəsi ilə göndərdiyi “06” ədəd “screenshot” şəkilləri, həmçinin +99455-587-12- 53 saylı mobil nömrənin “whatsapp" tətbiqi ilə +7 914 ***-**-** saylı mobil nömrəsinin “whatsapp” tətbiqi arasında olan danışıq barədə olan “whatsapp” səhifəsinin “screenshot” şəkili printer vasitəsi ilə çap edilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus “Samsung A21S” markalı mobil telefonda olan yazışmalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs müxtəlif sosial şəbəkələrdə “CetOx”, “Mossad2x”, “Olimpus Prime" adlı şəxsiyyət istintaqa məlum olmayan şəxslərlə yazışmışdır. Belə ki, Təqsirləndirilən şəxs “CetOx” adlı istifadəçiyə “Evdəsən?”, “Söndün yene?”, “051 *** ** ** m 10”, “Salaaam”, “Saytın lisenziyası”, “Geldi?”, “Günortan xeyr”, "Brat işi xodduyaq bəlkə”, “Uje oturduqca götüm yer alır”, “Ölür”, “Bişey diyecem pulu atanda bir 100 m artıq atabilersen?”, “Varsa əgər”, “Heç olmasa rahat işivi görəbiıessün day?”, “Seni gözləmişik 1 hefte", “Olimpus baku electronics saytı hazır edir”, “Sen neynedin?” məzmunlu “CetOx” adlı istifadəçi isə Ertuğrul Akdemirə “biraz meseleler vardi”, “problemlər”, “yenede davam edir”, “calisacam girim day”, “sen neynirsen”, “millet neynir”, “ne is güc”, “qaldi day sabah verecem sene reklamda acacam isteyirsen” məzmunlu mesajlar göndərmişlər. Təqsirləndirilən şəxs “Mossad2x” adlı istifadəçiyə “Hello”, “Köhnə iş ortağım”, “Poison Blank”, “Ertuğrulda Ertuğrul”, “Necesen ne var ne yox”, “Menim adım Akdemir Ertuğruldu brat”, “Mende data yox idi ki”, “Eweller kontakt işi göründə”, “Kontaktın databesi”, “Var idi”, “Tam olaraq nə işe yarayır”, “CetOxnan iş görürsüz?”, məzmunlu “Mossad2x” adlı istifadəçi isə Ertuğrul Akdemirə “Sən kimsən”, “Elə belə”, “Qaydasında iş həmişə ki kimi”, “Səs küy salmıram daha iş görəndə”, “Tap.Məndə sistem var))”, “İfşa kanalları var səndə?”, “Azərbaycan kütləsi”, “datadan nə var?”, “yaxşı sistemdi)”, “baxır nəyin datası”, “Kontak itşad”, “Ne olsa”, "Okay.”, “Heçnə soruşdum”, “Nəsə tapdın yaz”, “İş var iş çoxdu”, “Vaxd yoxdu”, “ deyecem sabah”, “Yox”, məmunlu mesajlar göndərmişlər. Təqsirləndirilən şəxs “Olimpus Prime” adlı istifadəçiyə “Brooo”, “Burdasan”, “Salamatçılıqdı”, “Teki yaxşı olasan”, “Loginin var?”, “Gece iş görmək olur login tapılsa?”, “Sabaha tapammasaq mecbur pulnan alası olacıyıq”, “Sabahın xeyr”, “Satan var 120 AZN kapital”, “Tapmdaınsa alaq”, “316 usdt”, “2 deqiqeye gelir senə”, “Nevaxta”, “Eynidi *** *** ** **”, “Login tapsaq atışda eleyemmirik”, “oba reklamçı axtarırsansa”, “maya tapırısan”, “Nedi tema”, “Sen allah danış görüm”, “Qaqa al başdıyaq”, “Gec olure” məzmunlu “Olimpus Prime” adlı istifadəçi isə Ertuğrul Akdemirə “hə”, “sabah tezdə olar”, “gecə boşuna”, “sən təmiz iş görürsən səni itirmək istəmirik”, “bidənə bank lazım olacaq”, “bro var”, “300 atıram”, “m10 yaz”, “500 səndə”, “mossaddan pulu necə alım)))” “nə vaxta atar”, “maya yoxdu”, “işləməyə”, “əsas odu tema tapmışam”, “m10lar lazım olacaq” məzmunlu mesajlar göndərmişlər. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 30 sentyabr 2024-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş diskə baxış zamanı görünür ki, həmin diskdə "xxxx" MMC-yə aid 4449-9451-0235-7164, 4449-9451-0066-9651, 4449-9451-0282-6168, 4449-9451-0036-8064 və 4449-9451-0248-8902 saylı A-kartlara dair məlumatlar təqdim edilmişdir. 4449 9451 0235 7164 saylı A-kart xx.xx.2024 tarixdə saat 5:09:00-da ********* saylı mobil nömrəyə qoşularaq yaradılmışdır. Həmin kart X23 adına açılmışdır. 4449 9451 0066 9651 saylı A-kart xx.xx.2023 tarixdə saat 10:10:00-da ********* saylı mobil nömrəyə qoşularaq yaradılmışdır. Həmin kart Şahid15 adına açılmışdır. 4449 9451 0282 6168 saylı A-kart xx.xx.2024 tarixdə saat 8:21:00-da ********* saylı mobil nömrəyə qoşularaq yaradılmışdır. Həmin kart X10 adına açılmışdır. 4449 9451 0036 8064 saylı A-kart xx.xx.2022 tarixdə saat 11:53:00-da ********* saylı mobil nömrəyə qoşularaq yaradılmışdır. Həmin kart X24 adına açılmışdır. 4449 9451 0248 8902 saylı A-kart xx.xx.2023 tarixdə saat 5:59:00-da ********* saylı mobil nömrəyə qoşularaq yaradılmışdır. Həmin kart Şahid5 adına açılmışdır. X23 adına olan 4449 9451 0235 7164 saylı A-kart aid çıxarışa baxış keçirilən zaman görünür ki, həmin kart hesabına xx.xx.2024 tarixindən xx.xx.2024-cü il tarixədək ümumilikdə 2.152 manat mədaxil 1927 manat məxaric olunmuşdur.Şahid15 adına olan 4449 9451 0066 9651 saylı A-kart aid çıxarışa baxış keçirilən zaman görünür ki, həmin kart hesabına xx.xx.2024 tarixindən xx.xx.2024-cü il tarixədək ümumilikdə hər biri 999.99 manat olmaqla 20.999,79 manat mədaxil olunmuş, həmçinin ümumilikdə 21.999 manat məxaric olunmuşdur. X10 adına olan 4449 9451 0282 6168 saylı A-kart aid çıxarışa baxış keçirilən zaman görünür ki, həmin kart hesabına xx.xx.2024 tarixindən xx.xx.2024-cü il tarixədək ümumilikdə 1.319 manat mədaxil 1.122 manat məxaric olunmuşdur. X24 adına olan 4449 9451 0036 8064 saylı A-kart aid çıxarışa baxış keçirilən zaman görünür ki, həmin kart hesabına xx.xx.2024 tarixindən xx.xx.2024-cü il tarixədək ümumilikdə 1.850 manat mədaxil 1.783 manat məxaric olunmuşdur. Şahid5 adına olan 4449 9451 0248 8902 saylı A-kart aid çıxarışa baxış keçirilən zaman görünür ki, həmin kart hesabına xx.xx.2024 tarixindən xx.xx.2024-cü il tarixədək ümumilikdə 3.832 manat mədaxil 3.819 manat məxaric olunmuşdur. Şahid8 adına olan sonu 4525 saylı A-kart aid çıxarışa baxış keçirilən zaman görünür ki, həmin kart hesabına xx.xx.2024 tarixindən xx.xx.2024-cü il tarixədək ümumilikdə 3.164 manat mədaxil 3.164 manat məxaric olunmuşdur. Şahid9 adına olan sonu 4507 saylı A-kart aid çıxarışa baxış keçirilən zaman görünür ki, həmin kart hesabına xx.xx.2024 tarixində ümumilikdə 15.284 manat mədaxil 15.284 manat məxaric olunmuşdur. Bu kartlar müxtəlif şəxslərin adına açılsada Təqsirləndirilən şəxs istifadəsində olmuş və o, köçürülmüş pul vəsaitlərini digər kart hesablarına köçürülmüşdür. Cinayət işinin materiallarında olan Nizami Rayonu Polis İdarəsinin İstintaq Şöbəsindən daxil olmuş Zərərçəkmiş şəxs23 müraciəti üzrə araşdırma zamant "xxxx" ASC-dən əldə edilmiş diskə baxış zamanı görünür ki, “Excell” cədvəlin “müştəri məlumatı” adlı bölümündə xx.xx.2024-cü il tarixdə saat 00:12:03 dəqiqədə 999,99 AZN və xx.xx.2024-cü il tarixdə saat 00:38:21 dəqiqədə 999,99 AZN məbləği internet vasitəsilə "xxxx" ASC-yə məxsus olan karta məxaric olunmuşdur. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 28 oktyabr 2024-cü il tarixli məktuba baxış zamanı görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 5(005)-242 1/2024 nömrəli Qərarının icrası ilə əlaqədar maliyyə əməliyyatları üzrə siyahı, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, 077 *** ** ** və 051 *** ** ** nömrəli "M10" istifadəçilərinin anket məlumatları və fotogörüntüləri, 051 *** ** ** nömrəli “M 10" istifadəçisinin isə "xxxx" MMC-də mövcud olan fotogörüntüsü məktuba əlavə olunmuşdur. 051 *** ** ** va 051 *** ** ** nömrəli "M 10" hesabları "PashaPay” MMC-də qeydiyyatdan keçsələr də, anket məlumatları və fotogörüntüləri mövcud deyildir. 051 *** ** ** mobil nömrə isə ümumiyyətlə qeydiyyatdan keçməmişdir. Qeyd edilən məktuba baxış keçirilən zaman görünür ki, iş üzrə şahid qismində ifadəsi alınmış Şahid13 (FİN:20TNMMV) adına “M10” tətbiqində qeydiyyatdan keçmiş mobil nömrə (+994-77-567-14-12, qeydiyyat tarixi xx.xx.2024-cü il), iş üzrə şahid qismində ifadəsi alınmış Şahid12 Mayıs qızının (FİN:xxxxxxx) adına “M10” tətbiqində qeydiyyatdan keçmiş mobil nömrələr (+994-50-574-08-35 (qeydiyyat tarixi xx.xx.2024-cü il), +994-50- 574-05-37 (qeydiyyat tarixi xx.xx.2024-cü il), +994-77-510-09-23 (qeydiyyat tarixi xx.xx.2024-cü il), +994-51-815-20-98 (qeydiyyat tarixi xx.xx.2024-cü il), +994-51-978-86- 91) iş üzrə şahid qismində ifadəsi alınmış X9 (FİN:4P5SQEL) adına “M 10” tətbiqində qeydiyyatdan keçmiş mobil nömrələr (+994-51-814-60-21 (qeydiyyat tarixi xx.xx.2024-cü il) +994-51-814-60-17 (qeydiyyat tarixi xx.xx.2024-cü il)) aşkar olunmuşdur. Məktuba əlavə edilmiş “M 10” istifadəçilərinin qeydiyyatdan keçdikləri zaman istifadə etdikləri üztanıma şəkillərinə baxış keçirdikdə görünür ki, ***-***-**-** nömrəli “M10” hesabının qeydiyyatı zamanı Şahid13 məxsus üztanıma fotoşəkili, ***-***-**-**, 50-574-05-37, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** nömrəli M10 hesablarının qeydiyyatı zamanı Şahid12 Mayıs qızına məxsus üztanıma fotoşəkilləri, ***-***-**-**, 51-814-60-17 nömrəli M10 hesablarının qeydiyyatı zamanı X16 məxsus üztanıma fotoşəkilləri aşkar edilmiş, lakin cinayət işinin materiallarından göründüyü kimi qeyd edilən nömrəli M10 hesablarından Təqsirləndirilən şəxs istifadə etmişdir. +994-51-814-60-17 “M10” hesabına baxış keçirdikdə görünür ki, həmin hesaba xx.xx.2024-cü il tarixdə saat 17.51-də +994-10-230-04-52 saylı M10 hesabından 1 manat, eyni saatda eyni hesabdan 409,9 manat, saat 17.51-də +994-10- 230-04-14 saylı M10 hesabından 229 manat, saat 18.51-də eyni hesabdan 3.696 manat, saat 19.11-də +994-70-395-05-03 saylı M10 hesabından 1.720,08 manat, saat 19.30-da +994-10-230-04-52 saylı M10 hesabından 138 manat, saat 20.27-də eyni hesabdan 288 manat, saat 20.31-də +994-10-230-04-52 saylı M10 hesabından 603 manat, saat 20.35də eyni hesabdan 518 manat, saat 20.47-də +994-10-230- 04-52 saylı M10 hesabından 1.109 manat, saat 20.51-də +994-10-230-04-14 saylı M10 hesabından 763 manat, saat 20.52-də +994-10-230-04-52 saylı M10 hesabından 411 manat, saat 20.58-də eyni hesabdan 270 manat, saat 21.07-də eyni hesabdan 137 manat, saat 21.55-də +994-10- 230-04-14 saylı M10 hesabından 1.288 manat, saat 22.41-də +***-***-**-** saylı M10 hesabından 30 manat, eyni saatda +994-10-230-04-14 saylı M10 hesabından 66 manat, saat 22.49-da eyni hesabdan 9 manat, xx.xx.2024-cü il tarixdə saat 13.58-də +994-70- 639-18-01 saylı M10 hesabından 1.057 manat, saat 14.48-də +***-***-**-** saylı M10 hesabından 87 manat, saat 14.53-də +***-***-**-** saylı M10 hesabından 34 manat, saat 17.03-də eyni hesabdan 250 manat, saat 17.37-də eyni hesabdan 108 manat, saat 19.39da 235 manat, saat 23.30-da +994-70-639-18-01 saylı M10 hesabından 1.320 manat, xx.xx.2024-cü il tarixdə saat 00.11-də eyni hesabdan 165 manat, saat 00.12-də +***-***-**- ** saylı M10 hesabından 315 manat, saat 01.07-də +994-70-639-18-01 saylı M10 hesabından 450 manat, saat 01.09-da eyni hesabdan 482 manat, saat 09.59-da +994-50- 574-05-37 saylı M10 hesabından 45 manat, saat 10.00-da eyni hesabdan 50 manat, saat 10.12-də 409858******1179 (Unibank) saylı hesab kartından 225 manat olmaqla ümumilikdə 16.220,98 manat pul vəsaiti mədaxil olunmuş, həmin hesabdan xx.xx.2024-cü il tarixdə saat 18.58-də +***-***-**-** saylı M10 hesabına 1.720,08 manat, saat 19:14-də +994-55-60-10-21 saylı M10 hesabına 700 manat, saat 19.27-də +994-51-954-71-64 saylı M10 hesabına 1.999,99 manat, saat 19.56-da +994-51-444-41-67 saylı M10 hesabına 400 manat, saat 20.04-də eyni hesaba 800 manat, saat 20.05-də +994-51-302-76-33 saylı M10 hesabına 500 manat, saat 20.34-də eyni hesaba 951,58 manat, saat 20.49-da +994- 51-444-41-67 saylı M10 hesabına 1.548,08 manat, saat 20.57-də +994-10-318-53-93 saylı M10 hesabına 506,89 manat, saat 21.06-da eyni hesaba 946,08 manat, saat 22.03də +994-51-444-41-67 saylı M10 hesabına 1.376,08 manat, saat 23.13-də +994-70-879- 27-77 saylı M10 hesabına 10 manat, saat 23.17-də +994-55-633-50-25 saylı M10 hesabına 227 manat, xx.xx.2024-cü il tarixdə saat 14.48-də +994-10-317-72-26 saylı M10 hesabına 1.000 manat, saat 16.05-də +994-50-664-79-96 saylı M10 hesabına 15 manat, saat 16.43-də +994-70-879-27-77 saylı M10 hesabına 5 manat, saat 17.27-də +994-55- 530-97-74 saylı M10 hesabına 409,9 manat, saat 21.54-də +994-55-833- 33-48 saylı M10 hesabına 245,04 manat, saat 22.22-də +994-50-766-27-20 saylı M10 hesabına 354,08 manat, saat 22.25-də +994-55-875-75-15 saylı M10 hesabına 221,85 manat, saat 23.42də +994-50-209-99-92 saylı M10 hesabına 18 manat, saat 23.47-də eyni hesaba 597,52 manat, xx.xx.2024-cü il tarixdə saat 00.14-də +994-50-456-63-71 saylı M10 hesabına 1.500 manat, saat 01:15-də +994-51-333-08-50 saylı M10 hesabına 955 manat, saat 10.34-də +994-70-663-61-79 saylı M10 hesabına 200 manat olmaqla ümumilikdə 17.207,17 manat pul vəsaiti məxaric olunmuşdur. +994-51-814-60-21 M10 hesabına baxış keçirdikdə görünür ki, həmin hesaba xx.xx.2024-cü il tarixdə saat 13.35-də +994-51-425- 03-78 saylı M10 hesabından 16 manat, saat 15:16-da +994-51-663-28-45 saylı M10 hesabından 829 manat, xx.xx.2024-cü il tarixdə saat 16.41-də 440553******0013 (Unibank) saylı bank hesabında 177 manat, olmaqla ümumilikdə 1.022 manat pul vəsaiti mədaxil olunmuş, həmin hesabdan xx.xx.2024-cü il tarixdə saat 15:21-də 845 manat, xx.xx.2024-cü il tarixdə saat 14:56-da 27 manat, saat 14.59-da 1 manat, saat 15:04-də 100 manat, xx.xx.2024-cü ildə saat 11.16-da 12 manat, saat 11.19-da 12 manat olmaqla müxtəlif kart hesablarına ümumilikdə 997 manat pul vəsaiti məxaric olunmuşdur. +994-51- 815-20-98 “M10” hesabına baxış keçirdikdə görünür ki, həmin hesaba xx.xx.2024-cü il tarixdə saat 21.20-də 444994******6614 (Paşa Bank) saylı bank hesabından 15 manat, saat 21.24-də 416973******6824 (Kapital Bank) saylı bank hesabından 999,99 manat, saat 22.15-də 444994******6614 (Paşa Bank) saylı bank hesabından 1.000 manat, saat 22.44də 409858******4432 (Unibank) saylı bank hesabından 999,99 manat, saat 22.54-də 523915******1182 (Kapital Bank) saylı bank hesabından 999,99 manat, saat 22.55-də eyni bank hesabından 999,99 manat saat 23:00-da 416973******1916 (Kapital Bank) saylı bank hesabından 999,99 manat, xx.xx.2024-cü il tarixdə saat 02.46-da 444994******6614 (Paşa Bank) saylı bank hesabından 1.000 manat, saat 12.13-də eyni hesabdan 2.000 manat, saat 12.37-də 416973******6011 (Kapital Bank) saylı bank hesabından 999,99 manat, saat 12.40-da 444994******6614 (Paşa Bank) saylı bank hesabından 1.000 manat, saat 12:49-da 416973******9461 (Kapital Bank) saylı bank hesabından 999,99 manat, saat 12.51-də eyni bank hesabından 999,99 manat, saat 12:58-də 416973******9201 (Kapital Bank) saylı bank hesabından 999,99 manat, saat 12.59-da 412720******8110 (Az. Beynəlxalq Bankı) saylı bank hesabından 999,99 manat, saat 13.12-də 531599******5429 (Bank of Baku) saylı bank hesabından 999,99 manat olmaqla ümumilikdə 16.014,89 manat pul vəsaiti mədaxil olunmuş, həmin hesabdan xx.xx.2024-cü il tarixdə saat 21.48-də 15 manat, saat 22.16-da 1.900 manat, saat 23.11-də 2.000 manat, saat 23.23-də 2.000 manat, xx.xx.2024-cü il tarixdə saat 02.47-də 1.000 manat, saat 12.14-də 2.000 manat, saat 12.41-də 2.000 manat, saat 13.02-də 2 manat, həmin saatda 2.000 manat, saat 13.06-da 2.000 manat, saat 13.19-da 1.000 manat, saat 13.40-da 97 manat olmaqla 16.014 manat pul vəsaiti müxtəlif bank və qeyri bank hesablarına məxaric olunmuşdur. +994-77-510-09-23 M10 hesabına baxış keçirdikdə görünür ki, həmin hesaba xx.xx.2024-cü il tarixdə saat 20.10-da +994-51-429-69-46 saylı M10 hesabından 1.000 manat, saat 22.05-də eyni hesabdan 2.000 manat, saat 23.23-də eyni hesabdan 1.000 manat, xx.xx.2024-cü il tarixdə saat 04.17-də eyni hesabdan 791 manat, saat 04.45də eyni hesabdan 150 manat, saat 15.29-da eyni hesabdan 1.000 manat, saat 17.38-də 416974******3608 (Kapital Bank) saylı bank hesabından 999,99 manat olmaqla ümumilikdə 6.940,99 manat pul vəsaiti mədaxil olunmuş, həmin hesabdan xx.xx.2024-cü il tarixdə saat 20.35-də bank hesabına 30 manat, saat 22.08-də +994-51-983-15-08 saylı M10 hesabına 2.800 manat, xx.xx.2024-cü il tarixdə 01.13-də bank hesabına 20 manat, saat 02.35-də bank hesabına 30 manat, saat 13.31-də +994-51-384-90-41 saylı M10 hesabına 850 manat, saat 13.50-də bank hesabına 20 manat, saat 13.57-də +994-51- 384-90-41 saylı M10 hesabına 1100 manat, saat 15.05-də +994-51-492-03-29 saylı M10 hesabına 50 manat, saat 15.36-da bank hesabına 1.000 manat, saat 17.49-da bank hesabına 300 manat, saat 18,08-də +994-51-384-90-41 saylı M10 hesabına 700 manat olmaqla ümumilikdə 6.900 manat pul vəsaiti məxaric olunmuşdur. +994-77-567-14-12 M10 hesabına baxış keçirdikdə görünür ki, həmin hesaba xx.xx.2024-cü il tarixdə saat 14.06-da 524375******0417 (Unibank) saylı bank kartından 999,99 manat, saat 14.14-də 416973******7836 (Kapital Bank) saylı bank kartından 999,99 manat, saat 16.07-də 412720******1572 (Az. Beynəlxalq Bankı) saylı bank kartından 999,99 manat, saat 20.16da 552209******9423 (Az. Beynəlxalq Bankı) saylı bank kartından 999,99 manat, saat 20.52-də 523915******7869 saylı bank kartından 999,99 manat olmaqla ümumilikdə 4.999,95 manat mədaxil olunmuş, həmin hesabdan xx.xx.2024-cü il tarixdə saat 14.22-də bank hesabına 20 manat, saat 14.54-də +994-51-374-42-42 saylı M10 hesabına 1.900 manat, saat 16.10-da eyni hesaba 1.000 manat, saat 19.01-də eyni hesaba 60 manat, saat 20.18-də eyni hesaba 1.000 manat, saat 20.55-də eyni hesaba 1.000 manat olmaqla ümumilikdə 4.980 manat məxaric olunmuşdur. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 28 oktyabr 2024-cü il tarixli məktubundan və cinayət işinin materiallarından görünür ki, iş üzrə zərərçəkmiş şəxslərin bank hesablarından oğurlanan pul vəsaitləri Təqsirləndirilən şəxs adına olan habelə digər şəxslərin adına olan, lakin Təqsirləndirilən şəxs istifadəsində olan M10 hesablarında toplanmış, bundan sonra isə digər M10 və bank hesablarında məxaric edilmişdir. "xxxx" MMC-dən daxil olmuş 28 oktyabr 2024-cü il tarixli məktuba baxış zamanı *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **,*** *** ** **,*** *** ** **, *** *** ** **, *** *** ** **, 051 *** ** ** və 051 *** ** ** saylı M10 hesablarına aid başqa əməliyyatlar aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan “Azər-Türk Bank" ASC-dən daxil olmuş 23 oktyabr 2024-cü il tarixli məktuba və məktuba əlavə edilmiş diskə baxış keçirilməsi zamanı görünür ki, iş üzrə Zərərçəkmiş şəxs8 adına Bankın Rəqəmsal 3 filialında xx.xx.2024-cü il tarixində AZ92AZRT**********451330003 saylı AZN valyuta növündə olan debet kart hesabı (kart nömrəsi: 5213-6751-5307-0798) açılmışdır. İş üzrə Zərərçəkmiş şəxs9 adına Bankın Müştəri Xidmətləri Mərkəzində xx.xx.2022-ci il tarixində AZ03AZRT**********206856001 saylı AZN valyuta növündə olan debet kart hesabı (kart nömrəsi: 5213-6751-5252-5701) açılmışdır. İş üzrə Zərərçəkmiş şəxs11 adına Bankın Müştəri Xidmətləri Mərkəzində xx.xx.2021-ci il tarixində AZ40AZRT**********200849001 saylı AZN valyuta növündə olan debet kart hesabı (kart nömrəsi: 5213-6751-9340-6270) açılmışdır. İş üzrə Zərərçəkmiş şəxs10 adına Bankın Naxçıvan filialında xx.xx.2022-ci il tarixində AZ11AZRT**********470290005 saylı AZN valyuta növündə olan debet kart hesabı (kart nömrəsi: 5213-6751-3159-9921) açılmışdır. İş üzrə zərərçəkmiş şəxs Şahid2 Müseyib oğlunun adına Bankın Rəqəmsal 7 filialında xx.xx.2024-cü il tarixində AZN valyuta növündə açılmış AZ11AZRT**********06881015 saylı debet kart hesabı üzrə xx.xx.2024-cü il tarixinə qalıq məbləğ 0.08 (sıfır manat səkkiz qəpik) təşkil edir. Zərərçəkmiş şəxs9 istifadəsində olan AZ03AZRT**********206856001 saylı bank hesabına baxış keçirdikdə görünür ki, xx.xx.2024-cü il tarixdə həmin hesabdan 267 manat pul vəsaiti **********774525 saylı bank kartına köçürülmüşdür. Zərərçəkmiş şəxs11 istifadəsində olan AZ40AZRT**********200849001 saylı bank hesabına baxış keçirdikdə görünür ki, xx.xx.2024- cü il tarixdə həmin hesabdan 500 manat pul vəsaiti **********500961 saylı bank kartına köçürülmüşdür Zərərçəkmiş şəxs10 istifadəsində olan AZ11AZRT**********470290005 saylı bank hesabına baxış keçirdikdə görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:23-də həmin hesabdan 14.500 manat, həmin tarixdə saat 23:24-də isə 400 manat **********214507 saylı bank kartına olmaqla ümumilikdə 14.900 manat pul vəsaiti köçürülmüşdür. Zərərçəkmiş şəxs8 istifadəsində olan AZ92AZRT**********451330003 saylı bank hesabına baxış keçirdikdə görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:36-da həmin hesabdan 1.000 manat pul vəsaiti **********488902 saylı bank kartına, həmin tarixdə saat 23:36-da 1.000 manat pul vəsaiti **********774525 saylı bank kartına, həmin tarixdə saat 23:37-də 1.000 manat pul vəsaiti **********774525 saylı bank kartına olmaqla ümumilikdə 3.000 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarından göründüyü kimi, köçürülmüş pul vəsaitləri Təqsirləndirilən şəxs tərəfindən müxtəlif şəxslərin adına açılan lakin özünün istifadəsində olan kart hesablarına köçürülmüşdür. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 06 dekabr 2024-cü il tarixli məktuba baxış zamanı görünür ki, Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) adına M10 tətbiqində qeydiyyatdan keçmiş mobil nömrə aşkar olunmuşdur (+994-51-374-42-42 qeydiyyat tarixi xx.xx.2024-cü il), həmçinin iş üzrə şahid qismində ifadəsi alınmış Şahid13 (FİN:20TNMMV) adına M10 tətbiqində qeydiyyatdan keçmiş mobil nömrə aşkar olunmuşdur (+994-77-567-14-12, qeydiyyat tarixi xx.xx.2024-cü il). Məktuba əlavə edilmiş M10 istifadəçilərinin qeydiyyatdan keçdikləri zaman istifadə etdikləri üztanıma şəkillərinə baxış keçirdikdə görünür ki, ***-***-**-** nömrəli M10 hesabının qeydiyyatı zamanı Təqsirləndirilən şəxs məxsus üztanıma fotoşəkili, ***-***-**-** nömrəli M10 hesabının qeydiyyatı zamanı Şahid13 məxsus üztanıma fotoşəkili aşkar edilmiş, lakin iş materiallarından göründüyü kimi qeyd edilən nömrəli M10 hesablarından Akdemir Ertuğrul istifadə etmişdir. +994-77-567-14-12 və +994-51-374-42-42 saylı M10 hesablarına baxış keçirdikdə görünür ki, +994-77-567-14-12 həmin saylı hesaba xx.xx.2024-cü il tarixdə saat 16.06-da 524375******0417 (Unibank) saylı kart hesabından 999.99 manat, saat 14.14-də 416973******7836 (Kapital Bank) saylı kart hesabından 999.99 manat, saat 16.07-də 412720******1572 (Az. Beynəlxalq Bankı) saylı kart hesabından 999.99 manat, saat 20.16da 552209******9423 (Az. Beynəlxalq Bankı) saylı bank kartı hesabından 999.99 manat, saat 20.52- də 5239156******7869 (Kapital Bank) saylı kart hesabından 999.99 manat pul vəsaiti olmaqla ümumilikdə 4.999,95 manat mədaxil olunmuş, həmin tarixdə saat 14.22-də +994-77-567-14-12 saylı hesabdan 416973******1621 (Kapital Bank) saylı kart hesabına 20 manat, +994-51-374-42- 42 saylı hesaba saat 14.54-də 1.900 manat, saat 16.10-da 1.000 manat, saat 19.01-də 60 manat, saat 20.18-də 1.000 manat, saat 20.55-də 1.000 manat, provayder xərci üzrə həmin tarixdə saat 18.26-da 4 manat, saat 18.33-də 5 manat, saat saat 18.53-də 9 manat, saat 19.01-də 60 manat, saat 19.20-də 2 manat olmaqla olmaqla ümumilikdə 5.080 manat məxaric olunmuşdur. 994-77-567-14-12 və +994-51- 374-42-42 saylı M10 hesablarına daxil olmuş pul vəsaitləri müxtəlif bank kartı hesablarına, habelə müxtəlif M10 istifadəçilərinə məxaric olunmuşdur. Hesabın dövrün sonuna qalıq məbləği 0.35 manat (35 qəpik) təşkil edir. "xxxx" MMC-dən daxil olmuş 06 dekabr 2024-cü il tarixli məktuba baxış zamanı +994-77-567-14-12 və +994-51-374-42-42 saylı M10 hesablarına aid başqa əməliyyatlar aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan "xxxx" ASC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba baxış keçirilən zaman görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 kart hesabına bağlı “OTP” kod üzrə istifadə olunan mobil nömrə 19 aprel 2024-cü il tarixdə +**********67 nömrəsinə dəyişdirilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutetmə məsələlərinə həsr olunmuş XV fəslinin qaydaları da cinayət-prosessual qanunun qeyd olunan ümumi prinsipləri əsasında formulə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə özünü son söz cıxışı zamanı təqsirli bilməməsi,yəni əməli vahid qəsdlə törətməməsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və məsuliyyətdən yayınmaq ücün özünü müdafiə xarakterli sayılmalıdır. Onun təqsiri iş materialları ilə tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərər çəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməməsini, sonunculardan yalnız biri ilə aralarında barışıq əldə etdiklərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs39 şikayətçi olmamasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs39 ərizəsindən görünür ki, sonuncunun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 09 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1015/2024 saylı, 09 avqust 2024-cü il tarixli qərarına əsasən barəsində əvvəli 09 avqust 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə onlara dəymiş maddi ziyana görə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 03 (üç) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung A21S” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qərarın 1-ci hissəsində dəyişiklik edilərək, “6 manat” sözləri “11 manat” sözləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə (29 aprel 2025-ci tarixədək) minənədək Təqsirləndirilən şəxs məhkəmə iclaslarında pulsuz hüquqi yardım göstərmiş «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hüquqi xidmət haqqı hər saatı 06 manatdan, həmin qərar qanuni qüvvəyə mindikdən sonra (29 aprel 2025-ci tarixdən sonra) hər saatı 11 manat olmaqla hesablanmalıdır. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 19 (on doqquz) iş saatı 06 (altı) manatdan hesablanmaqla 114 (yüz on dört) manat, 21 (iyirmi bir) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 231 (iki yüz otuz bir) manat, ümumilikdən 40 (qırx) iş saatı üçün 345 (üç yüz qırx beş) manat məbləğində vəsait «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Fides» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 09 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə onlara dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 03 (üç) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung A21S” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 19 (on doqquz) iş saatı 06 (altı) manatdan hesablanmaqla 114 (yüz on dört) manat, 21 (iyirmi bir) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 231 (iki yüz otuz bir) manat, ümumilikdən 40 (qırx) iş saatı üçün 345 (üç yüz qırx beş) manat məbləğində vəsait «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Fides» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-1089/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1089/2025
19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver