Məhkəmə qərarları › İş №1(101)-109/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-109/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-109/2022 05.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1997-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Nehrəxəlil kəndində qeydiyyatda olan və hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan sağlamlığı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, həmçinin digər şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə kİ, Təqsirləndirilən şəxs 10.02.2021-ci il tarixdə, saat 22 radələrində tanışları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə işlədikləri Binə qəsəbəsi X1 yerləşən “289” avtomobil yuma məntəqəsində spirtli içki qəbul etdikdən sonra, birlikdə çay içmək məqsədi ilə həmin ərazidə yerləşən çayxanaya gedib çay içdikdən sonra 11.02.2021 -ci il tarix saat 01 radələrində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 kirayədə yaşadıqları Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən ünvansız evə gedərkən evin qarşısında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisənin nəticəsi olaraq heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 kəllə ilə bir dəfə sifət nahiyyəsinə vurmuş və bundan sonra aralarında yaranmış mübahisəni həll etmək məqsədi ilə işlədikləri avtomobil yuma məntəqəsinə getmək qərarına gəldikdən sonra Təqsirləndirilən şəxs kirayədə yaşadığı evə daxil olaraq evdən bıçaq götürüb avtotomobil yuma məntəqəsinə getmişlər, 11.02.2021-ci il tarixdə, saat 02 radələrində “289” avtoyuma məntəqəsində Təqsirləndirilən şəxs qərəzli hərəkətlərini davam etdirib üzərində gəzdirdiyi bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs1 qarın nahiyəsindən bir dəfə zərbə endirib ona daxili qanaxma ilə müşayiət olunan nazik bağırsaq və bağırsaq müsariqəsinin, aorta damar şaxəsinin zədələnməsi ilə nəticələnmiş qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan və dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa AGİR zərər yetirmiş, sonra həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs2 qarın və bud nahiyəsindən vuraraq qəsdən ona qarnın ön divarının qarın boşluğuna (daxilə) nüfuz etməyən 1 ədəd, sol budun yuxarı üçdə birinin 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa YÜNGÜL dərəcəli zərəvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. O, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmışdır. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Müşviq oğlu onun sifin yoldaşıdır, onlar birlikdə Ağdaş rayonunda bir sinifdə oxumuşlar, lakin Yusifə İlkin deyə müraciət edirlər. Zərərçəkmiş şəxs1 isə Ağdaş rayonundandır, təxminən 4-5 ildir ki onu tanıyır və onların hər ikisi ilə normal münasibəti vardır. 2021-ci ilin yanvar ayının sonlarında Yusif ona zəng edərək qalmağa yeri olmadığını və onun kirayədə yaşadığı evdə qalmaq istədiyini demişdir. O, buna etiraz etməmiş və Yusifdə onunla birlikdə qalmağa başlamışdır. 2021-ci ilin fevral ayının əvvəllərindən o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən avtoyuma məntəqəsində Yusiflə birlikdə işləməyə başlamışdır. Arada həmin avtoyuma məntəqəsinə yerliləri Sahil də gəlirmiş. Yusif onunla birlikdə yaşadığı vaxt Yusifin pulu olmadığı üçün ondan 50 manat borca pul istəmiş və o, Yusifə 50 manat borca pul vermişdir. 10.02.2021-ci il tarixdə Sahil avtoyuma məntəqəsinə gəlmiş, həmin günü Yusiflə o, birlikdə 30 manat pul işləmiş və Yusif ona düşən pulu, yəni 6 manatı vermişdir. 10.02.2021-ci il tarixdə, saat təxminən 22 radələrində o, Yusif və Sahil birlikdə kafeyə getmişlər. Yusif və Sahil orada spirtli içki olan pivə və araq içmişlər. 11.02.2021-ci il tarixdə, təxminən saat 01 radələrində onlar üçü də onun və Yusifin yaşadığı Binə qəsəbəsi, Kanal yolu üstündə yerləşən Məscidin yanında olan nömrəsiz evə gəlmişlər. Həmin vaxt Sahil və Yusif yolda marketdən "GO” adlanan spirtli içkidə alıb içmişlər. O, evə daxil olmuş, lakin Yusiflə Sahil darvazadan çöldə qalmışlar. Təxminən 5 dəqiqədən sonra ev sahibi Şükür dayı onu çağıraraq Yusifin zəhərləndiyini və buna görə qaytardığını demişdir. O, dərhal çölə çıxmış həmin vaxt Yusif nəlayiq ifadələr işlətdiyindən ev sahibi Şükür dayı Yusifə söyüş söyməməyi demişdir. Şükür dayının bu sözlərinə görə Yusif ona ’’sənin tapdığın ev budur və sən kişi deyilsən” deyə bildirmişdir. O, isə Yusifə yaxşılıq edib isti evə gətirdiyini bildirib "sən özün kişi deyilsən” deyə bildirmişdir. Həmin vaxt Sahil onun üstünə gələrək əl qol atmağa başlayanda o, başı (kəllə) ilə bir dəfə Sahilin sifət nahiyəsindən zərbə vurmuşdur. Həmin vaxt Sahil və Yusif onun üstünə cumub onu vurmuşlar, tanımadığı şəxslər onları ayırmış və o, çıxıb evə getmişdir. Yusiflə Sahil isə çöldə qalmışlar. Təxminən 5 dəqiqədən sonra Yusif evə gəlmiş və gedib söhbət etməyi demişdir. O, Yusifə tərəddüd etsə də Yusif israrla çölə gedib bu söhbəti qutarmağı deyirmiş. O, da evdən çıxan zaman televizorun qarşısında olan mətbəx bıçağını götürüb əynində olan gödəkcəsinin cibinə qoymuşdur. O və Yusif bir taksiyə, Sahil isə qohumu Elşənin 04 markalı maşınına minərək işlədiyi avtoyuma məntəqəsinin qarşısına getmişlər. Onlar taksilərdən düşmüşlər, həmin vaxt onlar kənara çəkilmiş və Sahil ona ’’həmin kəllədən birinidə vur" demişdir. O, isə Sahilə onu zibilə salmamağı və çıxıb evə getməyimi demişdir. Həmin vaxt Yusif jalüzi açan dəmiri götürmüş və onun üstünə cummuş, o, Sahilin əlində bıçaq görmüş və bıçağı Sahilin əlindən alıb qorxutmaq üçün Sahilə tərəf uzadanda bıçaq Sahilə dəymişdir. Həmin vaxt Yusif onun üstünə hücum edən zaman bıçağı Yusifə tərəf uzadanda bıçaq Yusifin şalvarının kəmərinə dəyib sürüşüb Yusifin ayaq hissəsinə batmış və o, oradan qaçıb getmişdir. Bundan başqa o, Elşənin onu vurmadığını və bıçağı onun boğazına dirəmədiyini, oradan qaçan zaman 185 manat pulu və mobil telefonunun itdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. Zərərçəkmiş şəxs1 da tanıyır, belə ki, onlar eyni qəsəbədəndilər. 2021 -ci ilin yanvar ayının sonlarında o, işləmək üçün Bakı şəhərinə gəlmiş və Sahilin işlədiyi Binə qəsəbəsi, südçülük Sovxozu adlanan yerdə avtoyuma məntəqəsində işləməyə başlamışdır. O, həmin vaxtdan sinif yoldaşı Kamranla birlikdə kirayə qalırmış. Kamran isə fəhləlik edirmiş. 2021-ci ilin fevral ayının əvvəllərində Sahilə başqa iş təklif edildiyinə görə Sahil həmin işə getmiş, Kamran isə gəlib onunla onun işlədiyi avtoyuma məntəqəsində işləməyə başlamşdır. 10 fevral 2021-ci il tarixdə, saat 22 radələrində o, Sahil və Kamran avtoyuma məntəqəsində olan zaman o, Sahil ilə ikisinə 250 qram spirtli içki olan araq qəbul etmişdir. Kamran həmin vaxt spirtli içki qəbul etməmişdir. Bundan sonra onlar oradan çıxıb yaxınlıqda yerləşən çayxanaya getmişlər və orada çay içmişlər. 11.02.2021-ci il tarixdə, təxminən saat 01 radələrində o, Sahil və Kamran kafedən çıxıb piyada yaşadıqları evə tərəf gəlmişlər. Evə çatanda o, evin darvazasının yanında qaytaranda ev sahibi Şükür ona evi batırmamaq üçün evə daxil olmamağı demişdir. Sahil ev sahibi Şükürə uşaqların ev pulunu qabaqcadan verdiyini, gecə vaxtı hara gedəcəklərini və Kamranla onun xalası uşaqları olduğunu demişdir. Həmin vaxt Şükür ona və Kamrana nə üçün onun xala uşaqları olduqlarını əvvəlcədən demədiyini soruşanda X8 qohumu olmadığını demiş və Kamran Sahilin sifətindən başı ilə bir dəfə zərbə endirmişdir. Sahil Kamrana yaşadığı evə gedib gəlib söhbət edəcəyini bildirmişdir. Kamran və o, evə əyinlərini dəyişmək üçün daxil olmuşlar, o, əynini dəyişmişdir. O, Kamrana çölə çıxmağı, Sahilə kəllə ilə vurduğuna görə gedib həmin məsələni həll etməyi demiş və onlar çölə çıxmışlar. Həmin vaxt o, Kamranla taksiyə əyləşib avtoyuma məntəqəsinə getmişlər, Sahil də başqa taksiyə əyləşib avtoyumanm yanma getmişdir. Həmin vaxt orada Sahil avtoyumanm açarını ona vermişdir ki, qapını açsın, çay dəmləsin ki, çay içsinlər. Kamranın Sahili vurmağına Kamran aydınlıq gətirsin. Həmin vaxt Sahil ilə Kamran arasında sözlə mübahisə olmuş və Kamran üzərində olan bıçaqla Sahilin qarm nahiyəsindən bir neçə dəfə vurmuşdur. Sonra Kamran bıçaqla onun üstünə gəlmişdir. O, Kamranın sol qolundan 2-3 dəfə yumruqla vurmuş. Həmin vaxt Kamran əlində olan bıçaqla onun bir dəfə qarnından, bir dəfə də sağ ayağından bir dəfə vurub qaçıb getmişdir. O, isə Sahili Elşənlə birlikdə Elşənin avtomobilinə qoyub 3 saylı şəhər xəstəxanasına aparmışlar. Orada onu və Sahili əməliyyat etmişlər. Sonradan o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs ağadlığa buraxılmasını xahiş edir. Cinayət işinin materiallarında olan məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 yerini müəyyən etmək mümkün olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28.09.2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Avropa Məhkəməsinin “Matisinanın Rusiyaya qarşı iş” üzrə 27.03.2014-cu il tarixli və “Əfəndiyevin Azərbaycana qarşı iş” üzrə 18.12.2014-cü il tarxili qərarları da eyni məsələyə həsr olunmuşdur. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində dindirilmiş, məhkəmə istintaqında isə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 istintaqa verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 Müşviq oğlu və Təqsirləndirilən şəxs tanıyır, belə ki, onlar bir rayondandırlar və onlarla normal münasiəti olmuşdur. 2021-ci ilin yanvar ayının sonlarında Kamran ona zəng edərək, Bakı şəhərinə işləmək üçün gəldiyini və işlətmək üçün avtoyuma məntəqəsi tapmağı ondan xahiş etmişdir. Lakin Kamranın pulu çatmadığına görə avtoyuma məntəqəsi icarəyə götürə bilməmişdir. X2 kirayə qalmağa başlamışdır. Bundan təxminən bir hətfə sonra Kamranın sinif yoldaşı Yusif də işləmək üçün Bakı şəhərinə gəlmiş və Yusif də Kamranla bir evdə qalmağa başlamışdır. Yusif onun yanında moykada işləməyə başlamış, Kamran isə başqa yerdə fəhləlik edirmiş. 2021-ci ilin fevral ayının əvvəllərində ona başqa iş təklif edildiyinə görə o, həmin işə getmiş, Kamran isə gəlib Yusiflə onun işlədiyi moykada işləməyə başlamış və Yusif Kamranla birlikdə kirayədə qalırmış. 10 fevral 2021-ci il tarixdə, saat 22 radələrində o, Yusif və Kamran avtoyuma məntəqəsində olan zaman o, Yusiflə ikisinə 250 qr spirtli içki olan araq qəbul etmişlər. Kamran həmin vaxt spirtli içki qəbul etməmişdir. Bundan sonra onlar oradan çıxıb yaxınlıqda yerləşən çayxanaya getmişlər və orada çay içmişlər. 11.02.2021-ci il tarixdə, təxminən saat 01 radələrində o, Yusif və Kamran kafedən çıxıb piyada Kamranla Yusifin yaşadığı evə tərəf gəlmişlər. Onlar evə çatanda Yusif evin darvazasının yanında qaytaranda ev sahibi Şükür Yusifə evi batırmamaq üçün evə daxil olmamağı demişdir. O, ev sahibi Şükürə uşaqların ev pulunu qabaqcadan verdiklərini, gecə vaxtı hara gedəcəklərini və Kamranla Yusifin onun xalası uşaqları olduğunu demişdir. Həmin vaxt X9 nə üçün xala uşaqları olduqlarını əvvəlcədən demədiyini soruşanda Kamran Şükürə onun qohumu olmadığını deyib onun sifətindən başı ilə bir dəfə zərbə endirmişdir. O, Kamrana yaşadığı evə getdiyinə gəlib söhbət edəcəyini bildirmişdir. Bundan sonra o, yaşadığı evə getmiş və evdən siqaretini götürüb təxminən 3-4 dəqiqədən sonra ora qayıdanda Yusif, Kamran və Şükür kişinin qapının qarşısında dayandıqlarını görmüş və Kamranla Yusifə moykaya getdiməyi demişdir. Kamrav Yusif bir taksidə, o, isə başqa taksi ilə moykaya getmişdir. O, maykanın açarını Yusifə vermişdir ki, qapını açsın və çay dəmləsin çay içək və Kamranın onu vurmağına aydınlıq gətirsin. Həmin vaxt Kamranla aramda sözlə mübahisə olmuş və Kamran əynində olan gödəkcəsinin cibindən çıxartdığı bıçaqla onun qarın nahiyəsindən bir neçə dəfə vurmuşdur. Bundan sonra o, özünü itirmiş və ayılanda xəztəxanada əməliyyat olunduğunu anlamışdır. Orada ona məlum olmuşdur ki, Kamran ona vurduqdan sonra həmin bıçaqla Yusifində ayağından vurmuşdur. Bundan başqa o, Kamranın onu və Yusifi Öldürmək niyyətinin olmadığını, Kamranın onu vurduğu bıçağı görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs1 onun uzaq qohumudur, o, Sahilin arvadının qohumudur. 11 fevral 2021-ci il tarixdə, saat 02 radələrində o, Binə qəsəbəsi, Südçülük Sovxozunda idarə etdiyi "Vaz 2104” markalı, **-UE-*** dövlət-qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman Sahilin işlədiyi avtoyuma məntəqəsinin yanından keçən zaman bir nəfərin uzanıqlı vəziyyətdə yerdə olduğunu, 2 nəfərin isə tutaşdığını görmüşdür. O, maşını saxlamışdır ki, həmin şəxsləri ayırsın, həmin vaxt yerdə olan şəxsin Sahil olduğunu görmüşdür. Bu zaman həmin iki nəfərə yaxınlaşanda adı sonradan ona məlum olan Sahilin həmkəndlisi Kamran oradan qaçmışdır. O, adını sonradan bildiyi Yusiflə birlikdə köməkləşib Sahili onun idarə etdiyi avtomobilin arxa oturacağına uzatmışlar və Sahili Yusiflə birlikdə 3 saylı xəstəxanaya aparmışlar. Xəstəxanada ona məlum olmuşdur ki, Kamran Yusifi də bıçaqla vurmuşdur. Bundan başqa o, hadisəin bir başa şahidi olmadığını, Kamranı vurmadığını, Kamranın Yusifi və Sahili vurduğu bıçağı müumiyyətlə görmədiyini, Kamranın 185 manat pulunun və mobil telefonun oğurlanmasndan heç bir məlumatının olmadığını bildirmişdir. Cinayət işinin 159-161-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Müəyyən edilmişdir ki, baş vermiş hadisə Xəzər rayonu, Binə qəsəbəsi, X3 yerləşən "289 avtoyuma" məntəqəsinin qarşısında baş vermişdir. Odur ki, bu barədə müvafiq protokol tərtib edilmiş və foto şəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 151-158-ci vərəqlərində olan protokoldan görünür ki, iş üzrə aralarında ayrı-ayrılıqda keçirilmiş üzləşmədirmələr zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demiş, lakin sonuncu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dediklərini qismən təsdiq etmişdir. Cinayət işinin 205-207-ci vərəqlərində olan qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş 01 bir ədəd uzunqol göy rəngli köynək və 01 ədəd göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd qara rəngli uzunqol köynək və 01 ədəd boz rəngli cins şalvar 3 saylı Şəhər Klinik Xəstəxanasından götürülmüş və həmin paltarlar maddi sübut kimi tanınmaqla Xəzər RPİ-nin maddi sübutların saxlanc kamerasında saxlanılır. Cinayət işinin 121-122-ci vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 16 fevral 2021-ci il tarixli, 145 saylı rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol çiyinin, sol kürəyin, sol dirsəyin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən 11.02.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğu üçün dərəcələri təyin edilmir. Cinayət işinin 123-125-ci vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 15 mart 2021-ci il tarixli, 228 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər- daxili qanaxma ilə müşayiət olunan nazik bağırsaq və bağırsaq müsariqəsinin, aorta damar şaxəsinin zədələnməsi ilə nəticələnmiş qarnın ön divarının (qarın boşluğuna) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş törənmə müddətləri onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 11.02.2021-ci il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar kİ, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Cinayət işinin 126-128-ci vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 15 mart 2021-ci il tarixli, 227 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər- qarnın ön divarının qarın boşluğuna (daxilə) nüfuz etməyən 1 ədəd, sol budun yuxarı üçdə birinin 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş törənmə müddətləri onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 11.02.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Cinayət işinin 177-180-ci vərəqlərində olan məhkəmə kompleks tibbi-kriminalistik ekspertizasının 15 aprel 2021-ci il tarixli, 191/2021-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 köynəyin ön səthində bir ədəd və Zərərçəkmiş şəxs2 məxsus şalvarın ön səthində bir ədəd, koftanın ön səthində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü, kafi itilikdə olanülgücü və itit ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənə bilərdilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthində bir ədəd, koftanın ön səthində bir ədəd dəlib-keçən zədələr, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər- qarnın ön divarının qarın boşluğuna (daxilə) nüfuz etməyən 1 ədəd, sol budun üçdə birinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthində bir ədəd və Zərərçəkmiş şəxs2 məxsus şalvarın ön səthində bir ədəd koftanın Ön səthində bir ədəd dəlib keçən zədələrin eyni alət və ya müxtəlif alətlərlə yetirilibyetirilməməsi barədə fikir söyləmək üçün iz törədən alətin ekspertizaya təqdim olunduqdan sonra cavab vermək mümkündür. Cinayət işinin 181-185-ci vərəqlərində olan məhkəmə kompleks tibbi-kriminalistik ekspertizasının 30 aprel 2021-ci il tarixli, 218/2021-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu 0-(İ)-dir. X5 ABO sistemi üzrə qan qrupu 0-(İ)-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs2 məxsus şalvar, kofta, Zərərçəkmiş şəxs1 məxsus köynək və şalvarın üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrupu ABO sistemi üzrə qrupu təyin edildikdə yalnız H antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə 0-(İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs2 və ya Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Cinayət işinin 129-131-ci vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 mart 2021-ci il tarixli, 490 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psizi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin 111-ci vərəqində olan DİN-in BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 186-187-ci vərəqlərində olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizə ilə Xəzər RPİ-ə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 195-ci vərəqində olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə Xəzər RPİ-nə müraciət edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığından onun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif olunmuşdur. Cinayət işinin 15-16, 74-78-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 11.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan teleqramlardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmışlar, heç bir şikayətləri yoxdur, Təqsirləndirilən şəxs ağadlığa buraxılmasını xahiş edilər. Cinayət işinin materiallarında olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərər ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbləri yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə aid hissədə cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi ayrıca qərarla həll edilməli olduğundan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 may 2022ci il tarixli qərarı ilə həmin hissədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Lakin Təqsirləndirilən şəxs CM-nin 126.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən həmin maddə ilə təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərə vurulmuş zərərlə əlaqədar maddi yardım göstərilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmaması, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 11 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Maddi sübut kimi tanınaraq Xəzər RPİ-də maddi sübutların saxlanc kamerasında saxlanılan Zərərçəkmiş şəxs1 əynində olmuş 01 bir ədəd uzunqol göy rəngli köynək və 01 ədəd göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd qara rəngli uzunqol köynək və 01 ədəd boz rəngli cins şalvar məhv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi1 üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 11 fevral 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınaraq Xəzər RPİ-də maddi sübutların saxlanc kamerasında saxlanılan Zərərçəkmiş şəxs1 əynində olmuş 01 bir ədəd uzunqol göy rəngli köynək və 01 ədəd göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd qara rəngli uzunqol köynək və 01 ədəd boz rəngli cins şalvar məhv edilsin. 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi1 üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar