Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-109/2023 24.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X18, müdafiəçi - Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında, xx.xx.1985-cı ildə Gədəbəy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: İttiham üzrə faktiki hallar İttiham aktına əsasən, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ittiham aktında qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Seyid Əzim» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında sonuncudan 28 sentyabr 2021-ci il tarixdə ünvan 1 ünvanın qarşısında satış məqsədi ilə qanunsuz olaraq, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,678 qram, 0,597 qram, ümumi təmiz çəkiləri 1,275 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 ədəd üzərində «methadone 40» göstəriciləri olan blisterdə 10 ədəd ağ rəngli tabletlərin tərkibində təsiredici maddəsinin miqdarı 0,4 qram olan narkotik vasitə metadon, 3 ədəd kağız kəsiyi bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,198 qram, 0,161 qram və 0,205 qram olmaqla, ümumi çəkisi 0,564 qram olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 28 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,615 qram, 0,615 qram, 0,683 qram, 0,377 qram, 0,663 qram, 0,472 qram, 0,567 qram, 0,851 qram, 0,682 qram, 0,489 qram, 0,344 qram, 1,177 qram, 3,832 qram, 3,215 qram, 1,150 qram, 0,856 qram, 0,514 qram, 0,846 qram, 0,126 qram, 0,614 qram, 0,761 qram, 0,742 qram, 0,484 qram, 0,226 qram, 0,404 qram, 0,601 qram, 0,380 qram, 4,284 qram, ümumi təmiz çəkisi 26,570 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, qara rəngli əl çantasında qara rəngli pul qabının içərisində saxlamaqla daşımış, 30 sentyabr 2021-ci il tarixdə, saat 19:40 radələrində ünvan 2 ünvanında Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı boynundan asılı vəziyyətdə olan qara rəngli əl çantasında qara rəngli pul qabının içərisindən qeyd olunan narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitə istifadə etməmiş, 30 sentyabr 2021-ci il tarixdə axşamüstü kirayə yaşadığı evdə olduğu zaman qapı döyülmüş, qapını açan kimi mülki geyimli bir neçə şəxs evə daxil olub polis olduqlarını bildirərək evdə axtarış edəcəklərini demişlər. Evi axtarmaqlarına baxmayaraq qanunsuz heç bir əşya aşkar etməmişlər. Polis əməkdaşları həmçinin anasının da yaşadığı evə baxış keçirmiş, oradan da heç bir şey aşkar etməmişlər. Bundan sonra, onu və anasını Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparıb fiziki və mənəvi təzyiq etmişlər, ona içərisində metamfetamin, «Methadone 40» tabletləri, marixuana, 28 ədəd bükümdə heroin olan qara çanta verərək onu baxış zamanı özünə məxsus olan çanta kimi təqdim etməsini məcbur etmişlər. Polis idarəsində ona fiziki zor tətbiq edənlərdən biri Fərid adlı polis olmuşdur. Hətta Fərid evdə onun 3.700 manat pulunu da götürmüşdür. O, tərtib olunmuş heç bir sənədə imza etməmiş və izahat verməmişdir. Həmçinin müstəntiqə də ifadə verməkdən imtina etmişdir. Ona verilmiş ittihamla razı deyildir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilmiş, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, saxlanıldığı gün üzərində elektron nəzarət vasitəsi olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, müdafiəçisi Müdafiəçi1 birinci dəfə tutulduğu gün Binəqədi RPİ-nin 4-cü PŞ-də görmüşdür. Vəkili ona müdafiəçi kimi təqdim ediləndə artıq hava qaralmışdır. Üzərinə axtarış aparılan zaman müdafiəçisi iştirak etməmişdir. Ona vəkillə tək-bətək görüşməyə imkan yaratmamışlar, ona görə də həmin vaxt üzərindəki çantaya polis tərəfindən qanunsuz əşyaların qoyulmasını deyə bilməmişdir. Onu çəkiliş aparılmamışdan əvvəl döymüşlər. Çəkilişlə keçirilmiş baxış zamanı protokolu imzalamaqdan imtina etdiyi üçün 5 dəfə çəkiliş dayandırılmış, ona edilən təzyiqlər nəticəsində çantasına qoyulmuş qanunsuz əşyaların ona aid olmasını etiraf etmiş və tərtib olunmuş protokola imza atmışdır. Onu xx.xx.2021-ci il tarixdə yaşadığı mənzildən saat 10.30-da aparmışlar. Bunu mənzildə olan anası da görmüşdür. Lakin üzərinə baxış axşam vaxtları olmuşdur. O, ailəsi ilə bina evində, anası ilə atası isə başqa ünvanda həyət evində yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Binəqədi RPİ-nin 4-cü PŞ-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və məktəbli uşaqlara narkotik vasitələri satması barədə məlumat daxil olmuşdur. Məlumatla əlaqədar tədbirin keçirilməsinə dair qərar qəbul edilmiş, tədbirin keçirilməsi üçün yaradılmış əməliyyat qrupuna o, Binəqədi RPİ-nin 4-cü PŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 və Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 daxil edilmişlər. 30 sentyabr 2021-ci il tarixdə, təxminən saat 16:00-da Təqsirləndirilən şəxs saxlanılması üçün ünvan 6 ünvanına getmişlər. Lakin orada Təqsirləndirilən şəxs olmamışdır. Bir müddətdən sonra Təqsirləndirilən şəxs anası X4 razılığı ilə onunla birlikdə yaşadığı evə daxil olmuşlar, lakin orada da Təqsirləndirilən şəxs tapa bilməmişlər. Bundan sonra həmin ərazini müşahidəyə alaraq həmin gün təxminən saat 19:40-da ünvan 7 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb onu saxlayaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs şöbəyə getməyə etiraz etməmiş və onlarla birlikdə şöbəyə getmişdir. Şöbədə Təqsirləndirilən şəxs araşdırma aparılması üçün 4-cü PŞ-nin təhqiqatçı polis kapitanı Davud Zamanova təhvil vermişlər. Təhqiqatçı D.Zamanov ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs boyunundan asılı vəziyyətdə olan qara rəngli əl çantasını təqdim etmişdir. Təhqiqatçı çantanı açdıqda içərisində 2 ədəd Redmi markalı və 1 ədəd Samsung markalı mobil telefonları, Probasiya orqanının elektron nəzarət vasitəsi və qara rəngli pul qabı aşkar edilmişdir. Pul qabının içərisində müxtəlif növdə pul əskinzaları, Təqsirləndirilən şəxs Məmmədli oğluna məxsus ümumvətəndaş pasportu, avtomaşının qeydiyyat şəhadətnaməsi və ağ kağıza bükülü vəziyyətdə bağlama aşkar edilmişdir. Ağ kağıza bükülmüş bağlama açıldıqda içərisində 10 ədəd üzərində “Methadone 40” yazısı olan həbləri, 28 ədəd şəfaf selofan bükülmüş spesifik iyə məxsus toz halında heroinə bənzər vasitə, 2 ədəd siqaret kağızına bükülmüş kristal halında metafetaminə bənzər maddə və 3 ədəd ağ kağıza bükülmüş qurudulmuş vəziyyətdə spesifik iyə malik marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş bükümləri İran İslam Respublikasının vətəndaşı Seyid Əziz adlı şəxsdən 600 manata şəxsi istifadəsi üçün almışdır. Aşkar edilmiş bükümlər zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürləndikdən sonra həmin zərf baxışın bütün iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən könüllü və sərbəst olaraq imzalanmışdır. Sonra baxış iştirakçıları təhqiqatçı tərəfindən tərtib edilmiş protokolu imzalamışlar. Təqsirləndirilən şəxs də həmin protokolu könüllü və heç bir təzyiq olmadan imzalamışdır. Baxış videoçəkilişlə aparılmış, baxışın nəticələri həmin çəkilişdə tam əksini tapmışdır. İstər saxlanıldığı zaman, istərsə də baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə əlaqədar bildirmişdir ki, Turalı sonuncunun yaşadığı ünvanın yaxınlığında saxlayan zaman o, onlardan kömək istəmiş, bildirmişdir ki, kirayə yaşadığı evin həyətində it damının içində külli miqdarda narkotik vasitə gizlətmiş, onu təqdim edə bilər. Bundan sonra, onunla birlikdə həyətlərinə daxil olaraq görmüşlər ki, it damında «pitbull» cinsindən vəhşi it vardır. O zaman anlamışlar ki, Turalın məqsədi həmin vəhşi iti onların üzərinə salmaqdır, hətta Tural həyətdə olan tanımadığı şəxslərdən birinə iti açmağı bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Turalı saxladıqları zamanı boynundan asılı qara çanta var idi, həmin çantaya saxladıqları zaman baxış keçirməmişlər, həmin çantaya yalnız təhqiqatçı şöbədə baxış keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ifadələrində baş əməliyyat müvəkkili Şahid2 dediklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili X21 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, həmin vaxt Binəqədi RPİ-nin 4-cü PŞnin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 30 sentyabr 2021-ci il tarixdə digər həmkarları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ərazidən saxlanılıb şöbəyə gətirilməsində iştirak etmişdir. Tural şöbənin yaxınlığında olan binada yaşayır və onu onlar binanın qarşısında saxlayaraq şöbəyə gətirib təhvil vermişlər. Həmin əməliyyatda Əvəz Hənifəyev, Şahid1, Şahid2 və Şahid3 iştirak etmişlər. Vəzifələri Təqsirləndirilən şəxs şöbəyə gətirib növbətçi hissəyə təhvil vermək olmuşdur. Nə o, nə də ki, digər həmkarları Təqsirləndirilən şəxs saxlayan zaman ona qarşı fiziki zor tətbiq etməmişlər. Turalın xəsarətləri barədə heç bir məlumatı yoxdur. Əvəz Hənifəyev polis orqanlarından xaric edilmiş və hazırda doğulduğu Naxçıvan Muxtar Respublikasında yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş vəkil Müdafiəçi1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müdafiəçisi olmuş və Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı Davud Zamanov onu 30 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etmişdir. Məhkəmə-xətşünaslıq ekspetizasının rəyində göstərilən protokol və digər sənədlərdəki imzaların ona məxsus olmamasına dair nəticə ilə razıdır. Həqiqətən həmin sənədlər ona təqdim edilməmiş və o həmin sənədlərə qol çəkməmişdir. Həmçinin faktiki olaraq onun imzası olmadığı sənədlərin əksəriyyətində Təqsirləndirilən şəxs da imzaları sonuncuya məxsus olmamışdır. Bu hal eyni məhkəmə-xətşünaslıq ekspertiza rəyi ilə təsdiq olunur. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etməmişdir. Belə ki, bu baxışda iştirak etdiyi halda avtomatik olaraq şahidə çevirilir və ondan sonra onun müdafiəçi kimi iştirakı qanunsuz olardı. Bundan sonraki tarixdə, yəni 30 sentyabr 2021-ci il tarixdən sonrakı gündə ümumiyyətlə istintaq hərəkətlərində iştirak etməmiş, lakin 30 sentyabr 2021-ci il tarixdəki, istintaq hərəkətlərində qismən iştirak etmişdir. Təqsirləndirilən şəxs izahat alındığı zaman o, onun yanında olmamış, yalnız cinayət işi istintaqa verildikdən sonra müstəntiqin keçirdiyi bütün istintaq hərkətlərində iştirak etmiş və onun iştirakı ilə tərtib olunmuş sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı o, və anası tərəfindən prokurorluğa ərizə verilmişdir. Ərizədə Təqsirləndirilən şəxs evində polis əməkdaşı tərəfindən 3700 manat pul və telefonun qaytarılmamasını da göstərmişlər. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitənin qoyulması barədə ibtidai istintaq zamanı vəsatət vermişdir. İbtidai istintaqın obyektivliyinə inanmadığı üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətini məhkəmə baxışına saxlamış və burada vermişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxslə birlikdə cinayət işinin materialları ilə tanış olduqda müəyyən etmişdir ki, təhqiqatçı Davud Zamanov tərəfindən tərtib edilmiş prosessual sənədlərin bir hissəsində onun əvəzinə başqa şəxs imza atmışdır. Eyni sənədlərdə Təqsirləndirilən şəxs imzaları da ona deyil, başqa şəxsə məxsusdur. Həmin vaxt Təqsirləndirilən şəxs döyülməsi, anasının yaşadığı ünvanda qanunsuz axtarış edilməsi, evdən pul və telefon cihazların polis əməkdaşları tərəfindən götürülməsinə dair müstəntiqə vəsatət versə də sonuncu vəsatəti rədd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs və onun anası X10 rayon prokuroruna müraciətləri də təmin edilməmişdir. Bu səbəbdən imzaların saxtalaşdırılmasına dair vəsatətin müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna müraciət etməsinin mənasız olmasını düşünərək bu vəsatəti məhkəməyə verməsi qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə vəkil bürosunda növbətçi vəkil olmuşdur. Binəqədi RPİ-nə həmin gün axşam saat 19 radələrində müstəntiqin qərarı əsasında şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs müdafiəsinin həyata keçirilməsi üçün getmişdir. Vəkil Bürosunda saat 18-dən sonra da həmkarları Valeh və İsgəndər müəllimlə yanaşı o da növbədə olmuşdur. Şahid Müdafiəçi1 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, elan olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə tam razıdır. Rəydə göstərilən təhqiqatçı Davud Zamanovun tərtib etdiyi bir çox sənədlərə o imza etməmiş, həmin sənədlər ona ümumiyyətlə təqdim edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş məhkəmə-tibbi eksperti X12 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, lakin Bakı şəhəri, Binəqədi rayon prokurorluğunun Asəf Şahniyarlının 5 oktyabr 2021-ci il tarixli qərarı əsasında onu təqdim olunmuş məhkumun tibbi kitabçasının surətinin əsasında Təqsirləndirilən şəxs məhkəmətibbi ekspertizasını keçirmişdir. Tibbi kitabçada göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına xx.xx.2021-ci il tarixdə daxil olmuş, müayinə zamanı onun hər iki bazunun ön tərəfində tünd-bənövşəyi rəngli qançır izləri, hər iki baldırın ön tərəfində və sol saidin üst tərəfində sıyrılmış qartmağlı yara xəsarətləri müəyyən edilmişdir. Həmin xəsarətlər barədə Bakı İstintaq Tədcirdxanası Bakı şəhəri, Binəqədi rayon prokurorluğuna məlumat vermişdir. Təqdim olunmuş tibbi kitabça əsasında ekspertiza rəyi verilmiş və qeyd olunan xəsarətlərin rəngləri və xarakterinə uyğun olaraq rəy vermişdir ki, həmin xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Aşkar olunmuş xəsarətlər Təqsirləndirilən şəxs BİT-da baxış keçirildiyi xx.xx.2021-ci il tarixdən 4-6 gün əvvəl əmələ gəlmişdirlər, digər xəsarətlərin rəngi və xarakterik xüsusiyyətləri tibbi sənəd də təsvir olunmadıqlarından onların əmələ gəlmə müddətləri barədə fikir söyləmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətləri xarakter və lokalizasiyalarını nəzərə alaraq rəydə göstərmişdir ki, həmin xəsarətlər insan bədənin hissələrinin (əl, əl barmaqlarnın dırnaqları, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər. Həmçinin rəydə göstərmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin əl çatan nahiyələrdə yerləşmələrinə baxmayaraq həmin xəsarətlərin onun özü tərəfində yetirilmələri az inandırıcıdır. Bu qənaətə xəsarətlərin lokalizasiyası və xarakterinə görə gəlmişdir. Şahid X5 verdiyi ifadəsi ilə əlaqədar Təqsirləndirilən şəxs göstərmişdir ki, həmin xəsarətləri o, xx.xx.2021-ci il tarixdə saxlanılan zaman polis əməkdaşları fiziki zor göstərməklə yetirmişlər, hətta ona elektrik cərəyanı da tətbiq etmişlər, lakin təcridxanada bu barədə həkimlərə heç bir şey deməmişdir. Həmçinin Bənəqədi rayon prokurorluğunun əməkdaşına verdiyi izahatında ekspertin bildirdiyi xəsarətlər barədə danışmaqla yanaşı əlqolunu bağlayaraq ona elektrik cərəyanı tətbiq edilməsi barədə də məlumat vermişdir. Lakin, prokurorluq heç bir tədbir görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, o, Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısdır, rütbəsi polis kapitanıdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs şöbə əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində üzərində narkotik olmasından şübhəli olduğu üçün saxlanılaraq şöbəyə gətirilərək ona təhvil verilmişdir. Ona 11 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, Təqsirləndirilən şəxs həmin siyahıdan vəkil Müdafiəçi1 seçmiş və bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bu haqda qərar və protokol tərtib edilmiş, şübhəli şəxsə hüquq və vəzifləri izah edilməsi haqqında protokol tərtib edilmiş, ona Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında prtokol tərtib edilmiş, həmin sənədlər həm şübhəli şəxs, həm də müdafiəçisi Müdafiəçi1 tərəfindən imzalanmışdır. xx.xx.2021-ci il tarixli qərar və prtokolların hamısı şübhəli şəxs və onun müdafiəçisi tərəfindən şəxsən və sərbəst olaraq imzalanmışdır.Həmçinin Müdafiəçi1 Təqsirləndirilən şəxs üzərinə axtarışda iştirak etməkdən imtina etdiyi üçün buna aid protokol tərtib olunmuş, həmin protokol hər ikisi tərəfindən imzalanmışdır.Bundan sonra şəxsi axtarışa dair qərar və protokol tərtib edilmiş, şəxsi axtarış video çəkilişlə keçirilmiş, video çəkilişi “Panasonic” markalı videokamera ilə ekspert-kriminalist X13 aparmışdır. Həmçinin baxışda əməliyyatçılar Şahid1 və Şahid3 iştirak etmişlər. Baxışın nəticəsi çəkiliş zamanı əks olunmuş CD diskdə vardır və məhkəmə baxışı getişatı və nəticəsi ilə həmin diskə baxış keçirilməklə tanış ola bilər. Şəxsən ona Təqsirləndirilən şəxs ona qarşı hər hansı bir qanunsuz hərəkətlər barəsində məlumat verməmiş, əksinə sonuncunun üzərinə baxış keçirilən zamanı elektron nəzarət vasitəsi ayağında aşkar edilmiş Təqsirləndirilən şəxs izahına görə həmin elektron nəzarət vasitəsi məhkəmənin qərarı əsasında onun ayağına bağlanmışdır. Baxışa dair tərtib etdiyi protokolu ucadan oxumaqla bütün iştirakçılara elan etmiş və bundan sonra şəxsi axtarışda iştirak edən bütün şəxslər, o cümlədən şübhəli şəxs Təqsirləndirilən şəxs sərbəst və könüllü imzalamışlar. Həmçinin xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs izahatını müdafiəçisi Müdafiəçi1 iştirakı ilə almış, nə Təqsirləndirilən şəxs, nə də ki, Müdafiəçi1 tərəfindən polis əməkdaşlarının hərəkətləri barədə heç bir şikayət və etirazları daxil olmamış, əksinə Təqsirləndirilən şəxs səmimi olaraq artıq bir neçə ildir ki, kakos və şüşə adlı maddələrdən istifadə etdiyini, tutulmamışdan 2 gün öncə tanıdığı İran vətəndaşının bildirdiyi bank kartı hesabına 600 manat köçürtdüyünü, bundan sonra yaşadığı ünvandakı blokun qarşısından həmin maddələri qəbul etmiş, xx.xx.2021-ci il tarixdə axşam saat 20 radələrində yaşadığı binanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və şöbəyə gətirilmişdir. Elə həmin tarixdə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, ekspertizanın təyin edilməsinə dair protokolu həm şübhəli şəxs, həm də Müdafiəçi1 imzalamışlar. Ekspertiza rəyləri gəldikdən sonra isə protokolla bu rəylərlə şübhəli şəxsi və onun müdafiəçisini tanış etmişdir. xx.xx.2021-ci il tarixdə qərar qəbul etməklə toplanmış materiaları istintaq edilməsi üçün Bakı şəhəri, Binəqədi RPİ-nin İŞ-nə göndərmişdir. Ona məhkəmə tərəfindən təyin olunmaqla keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/811 saylı rəyi elan olunmuşdur. Rəydən müəyyən olunur ki, eyni tarixdə, yəni cinayət işinin birinci cildində 33, 35-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolda, 41-ci vərəqədə şübhəli şəxsi ekspertiza təyin olunmasına dair protokoldaki şübhəli şəxs qrafasındakı imzaların Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmiş, lakin 22-ci vərəq, 30-cu və 33-35-ci vərəqələrdə 2-ci vərəqədə, 37-38-ci vərəqələrdə, 55-56-cə vərəqələrdə şübhəli şəxs qrafasındakı imzaların Təqsirləndirilən şəxs aid olmadığı göstərilmişdir. Bu rəylə razı deyil. Necə olur ki, eyni tarixli protokollarda bir qismində imzalar Təqsirləndirilən şəxs məxsusdur, digər qismində isə ona məxsus deyildir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun xidməti otağında olmuş, tərtib etdiyi bütün sənədlərə şəxsən özünə imza etdirmiş, buna görə ekspertiza rəyi onu təəcübləndirir, həmin rəy həqiqətə uyğun deyildir. Həmçinin Müdafiəçi1 cinayət işinin 22-ci vərəqəsində xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarda, 22-ci vərəqədə eyni tarixli şübhəli şəxsin tutulması haqqında protokolda, 30-cu vərəqədə eyni tarixli protokolda, 37-38-ci vərəqələrdə eyni tarixli izahatın 2-ci vərəqəsində, 55-56-cı vərəqələrdə olan xx.xx.2021-ci il tarixli ekspertiza rəyinin şübhəli şəxsə elan edilməsi haqqında protokolda müdafiəçi qrafasındakı imzaların Müdafiəçi1 aid olmaması barədə gəldiyi nəticə ilə razı deyildir. Həmin sənədlərdəki imzalar Müdafiəçi1 məxsus olmaqla heç bir saxtalaşdırma olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Baxılan işlə əlaqədar onu bildirir ki, hadisə günü oğlunun kirayə yaşadığı Azadlıq prospektindəki evinə getmişdir. Həmin vaxt oğlu Tural evdə yatmışdır. Onun gəlişinə görə Turalın həyat yoldaşı onu oyatmış və bu zaman qapı döyülmüşdür. Qapını döyənlərin polis əməkdaşları idi. Polislər Turalda tüfəng olduğunu deyərək onun qolunu burmuşlar. Bu vaxt Tural qışqırmağa başlamışdır. Onun iştirakı ilə Turalın yaşadığı evdə axtarış aparmışlar, lakin heç nə tapmamışlar. Tural ona demişdir ki, evdə qanunsuz heç nə yoxdur, nə tapsalar, bil ki, onlar özləri qoyublar. Baxış zamanı evdən gəlininə və ona məxsus telefonları, bir ədəd qılınc, 3.700 manat pul, nəvəsinə məxsus daxılı götürmüşlər. Azad adlı əməkdaş bildirmişdir ki, bölmədə baxış keçirib qaytaracaqlar. Bundan sonra, polislər onun yaşadığı ünvana da baxış keçirəcəklərini bildirərək onlarla birlikdə Bakı şəhəri, Sahib Hüseynov küçəsində olan evinə gedərək orada baxış keçirmiş, heç bir qanunsuz əşya aşkar etmədikləri üçün oradan onları bölməyə aparmışlar. Polislər evə gələndə yalnız silahın harada olmasını soruşmuş, narkotik vasitə barədə məlumatı o, şöbədə bilmişdir. Onlar bölmədə olan zaman təkrar polis əməkdaşları onların evinə getmişlər. Bölmədə Turala işgəncələr verilmişdir. Turalın yaşadığı həyətdə it damı var və o dama bağlı it var. Oğlu iti polislərin üzərinə püskürməmiş, bu yalan iddiadır. Telefonları müstəntiq artıq onlara qaytarmışdır. Digər əşyaları və pulları isə qaytarmamışdır. Əlavə olaraq bildirmişdir ki, oğlu 4-cü PB-nin yaxınlığında olan binadakı mənzildə ailəsi ilə birlikdə yaşayır. O isə həyat yoldaşı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ahib Hüseynov küçəsində olan fərdi evdə yaşayır. Onun evində oğlu tutulduqdan sonra axşam saat 17 radələrində bir neçə maşınla gəlmiş 10-a yaxın polis əməkdaşı ondan yazılı və yaxud şifahi icazə almadan evində və həyətində axtarış aparmış, evində olan gəlninə və ona məxsus telefonları, bir ədəd qılınc, 3.700 manat pulu heç bir qəbz vermədən götürüb aparmışlar. Axtarışla bağlı heç bir protokol tərtib olunmamış, ona heç bir sənəd imzalatmamışlat. Evində qanunsuz heç bir əşya aşkar edilməmişdir. Polislərin evinə və həyətinə daxil olmasına dair hərəkətləri həyətində quraşdırılmış videokameraya əks olunmuş, həmin görüntüləri diskə köçürərək şikayət ərizəsi ilə birlikdə müstəntiqə vermiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş CD diskə baxış keçirilmiş, baxışla əlaqədar Təqsirləndirilən şəxs bildirmişdir ki, boynundan asılı vəziyyətdə qara rəngli çantası olmuş, ayağında isə məhkəmə tərəfindən yaşadığı ünvanı tərk etməməsi ilə bağlı elektron nəzarət vasitəsi olmuşdur. Videogörüntüdən müəyyən olunur ki, o, əl çantasını açaraq içərisində olan iki ədəd «REDMİ» markalı və bir ədəd «Samsung» markalı mobil telefonlar, «Attenti» markalı elektron nəzarət vasitəsi və qara rəngli pul qabını təqdim etmiş, pul qabının içərisində 90 manat pul, 5 avro və 2 ABŞ dolları olmuşdur. Həmçinin ağ kağıza bükülü vəziyyətdə bağlamanı masanın üzərinə qoyduğu müəyyən edilir. Həmin kağız açıldıqda içərisində 10 ədəd üzərində «Methadone 40» yazısı olan həblər, 28 ədəd bükümdə olan heroinə bənzər vasitə, 2 ədəd siqaret kağızına bükülmüş metamfetaminə bənzər maddə və 3 ədəd bükümdə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin videogörüntüdən görünür ki, o, təhqiqatçının sualına cavab olaraq bildirir ki, bu qanunsuz əşyaları 2 gün əvvəl İİR-sı vətəndaşı Seyid adlı şəxsdən 600 manata şəxsi istifadəsi üçün almışdır. Videogörüntüdən həmçinin görünür ki, aşkar olunmuş narkotik, psixotrop maddələr, dərman preparatları bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmiş, həmin zərfi o və baxışın digər iştirakçıları imzalarla təstiq etmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, baxış zamanı qara çantasında qanunsuz əşyalar olmamışdır, onları baxışdan əvvəl çantasına polis əməkdaşları qoymuşlar. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü PŞ-nin C/A üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid2 xx.xx.2021-ci il tarixli raportundan müəyyən olunur ki, ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində üzərində qanunsuz olaraq narkotik və psixotrop maddə gəzdirməsi, istifadə etməsi və saxlaması bildirilir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməllərini ifşa edilməsi üçün ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan müəyyən olunur ki, əməliyyat qrupu Şahid1, Şahid3 və Şahid2 ibarət idi. Məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü PŞ-nin C/A üzrə baş əməliyyat müvəkkili Şahid2 raportundan müəyyən olunur ki, həmin tarixdə saat 19:40-da ünvan 11 ünvanının yaxınlığında piyada olan zaman əlverişli şərait yarandığı üçün həmin şəxsi saxlayaraq 4-cü PŞ-nə gətirmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2021-ci il tarixli “Şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında” protokoldan müəyyən edilir ki, həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı polis kapitanı Davud Zamanov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməkdə şübhəli bilindiyi üçün saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquqları izah edilmiş və müdafiəçi seçmək üçün Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Protokolda Təqsirləndirilən şəxs və D.Zamanovun adı-soyadları qarşısında imzalar mövcuddur. Məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “Müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında” protokoldan müəyyən edilir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü-özünə müdafiə etmək hüququnun izahını və siyahını nəzərdən keçirdikdən sonra təqdim olunmuş siyahı üzrə müdafiəçi ilə təmin olunması üçün heç bir etirazı olmadığını bildirmişdir. Protokolda Təqsirləndirilən şəxs və D.Zamanovun adısoyadları qarşısında imzalar mövcuddur. Məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında” protokol, həmin tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokolda, “Şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında” bildirişdə, xx.xx.2021-ci il tarixli “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında protokolda, xx.xx.2021-ci il tarixli “Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokolda, xx.xx.2021-ci il tarixli “Etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında” protokolda, xx.xx.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərarda Təqsirləndirilən şəxs, Müdafiəçi1 və təhqiqatçı D.Zamanovun ad-soyadları qarşısında imzalar mövcuddur. Məhkəmədə tədqiq edilən xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs istəyi ilə 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 şəxsi axtarışda iştirak etməmişdir. Bu protokol polis əməkdaşları Şahid2, Şahid1, Şahid3, 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, şübhəli şəxs Təqsirləndirilən şəxs və təhqiqatçı Davud Zamanovun ad-soyadları qarşısında olan imzalarla təsdiq olunmuşdur. Məhkəmədə tədqiq edilən xx.xx.2021-ci il tarixli Təqsirləndirilən şəxs ərizəsindən müəyyən olunur ki, vəkili Müdafiəçi1 iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazı və vəsatəti yoxdur. Məhkəmədə tədqiq edilən xx.xx.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmış, qərarla Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 tanış olmaları qeyd olunmaqla ad-soyadları qarşısında imzaları mövcuddur. Məhkəmədə tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli qərara əsasən Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasında, xidməti otaqda videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və etiraz daxil olmamışdır. Təhqiqatçı tərəfindən barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən, hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən, cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, eyni zamanda CPM-nin 20-ci maddəsinə əsasən, heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməməsi və buna görə hər hansı təqibə məruz qala bilməməsi barədə izah verilmişdir. Şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvar, tünd qırmızı rəngli uzunqol köynək, ayağında isə qara rəngli ayaqqabı və boynundan asılı vəziyyətdə qara rəngli əl çantası və ayağında məhkəmə tərəfindən yaşadığı ünvanı tərk etməməsi ilə bağlı elektron nəzarət vasitəsinin ayaqbağı var. Şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etmək təklif olundu. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli boynundan asılı vəziyyətdə əl çantasını təqdim edərək açıldıqda içərisində 2 ədəd “Redmi” markalı və 1 ədəd “Samsung” markalı mobil telefonlar, məhkəmə tərəfindən yaşadığı ünvanı tərk etməməsi ilə bağlı “Atten” markalı elektron nəzarət vasitəsi və qara rəngli pul qabı vardır. Pul qabının içərisinə baxdıqda 90 manat pul, 5 avro və 2 ABŞ dolları pul əskinazları, P- 4919303 nömrəli Təqsirləndirilən şəxs məxsus ümumivətəndaş pasportu, “Nazlifan” markalı, **-AK-*** dövlət qeydiyyat nömrəli avtomaşının qeydiyyat şəhadətnaməsi və ağ kağıza bükülü vəziyyətdə bağlamanı təqdim etdi. Ağ kağıza bükülmüş bağlamanı açdıqda içərisində olan 10 ədəd üzərində “Methadone 40” yazısı olan həbb, 28 ədəd şəffaf selofana bükülmüş spesifik iyə məxsus toz halında heroinə bənzər vasitə və 2 ədəd siqaret kağızına bükülmüş kristal halında metamfetaminə bənzər maddə və 3 ədəd ağ kağıza bükülmüş qurudulmuş vəziyyətdə spesifik iyə malik marixuanaya oxşar kütlələri təqdim edərək həmin bükümləri İİR-nın vətəndaşı Seyid Əziz adlı şəxsdən iki gün əvvəl 600 manata şəxsi istifadə üçün alaraq üzərində saxlamasını bildirdi. Aşkar olunmuş bir ədəd ağ rəngli A4 formatlı kağıza bükülmüş bükülüdəki narkotik maddə, psixotrop maddə və dərman preparatları qablaşdırılıb möhürlənərək götürülmüş, tərtib olunmuş protokol isə şikayət və təkliflər daxil olmadan baxış və götürmə iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmədə tədqiq olunmuş müdafiəçininin iştirakı qeyd olunan izahatında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən verdiyi izahı bir daha təsdiq etmiş, izahatında olan Təqsirləndirilən şəxs, vəkil Müdafiəçi1 və təhqiqatçı D.Zamanovun adsoyadlarının qarşısında imzalar mövcuddur. Məhkəmədə tədqiq edilən xx.xx.2021-ci il tarixli “Məhkəmə-kimyəvi ekspertizasının təyin edilməsi haqqında» qərardan müəyyən olunur ki, təhqiqatçı D.Zamanov ekspertiza qarşısında 26 ədəd bükümdə olan heroinə bənzər narkotik vasitələrin, 2 bükümdə olan metamfetaminə bənzər psixotrop maddənin, 3 bükümdə olan marixuanaya bənzər narkotik vasitələrin növləri üzrə bir-biri ilə eynilik təşkil edilməsi məqsədilə sual qoymamışdır. Məhkəmədə tədqiq edilən xx.xx.2021-ci il tarixli “Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 ekspertiza təyin olunması barədə qərarla tanış olunmuş, protokolda hər ikisinin ad-soyadları qarşısında imzaları mövcuddur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekrpertizasının 1 oktyabr 2021-ci il tarixli, 6/4331 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərinə <<..Təqsirləndirilən şəxs..>> və s. yazılar olan 01 ədəd kağız paketdəki 28 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,615 qram; 0,615 qram; 0,683 qram; 0,377 qram; 0,663 qram; 0,472 qram; 0,567 qram; 0,851 qram; 0,682 qram; 0,489 qram; 0,344 qram; 1,177 qram; 3,832 qram; 3,215 qram; 1,150 qram; 0,856 qram; 0,514 qram; 0,846 qram; 0,126 qram; 0,614 qram; 0,761 qram; 0,742 qram; 0,484 qram; 0,226 qram; 0,404 qram; ; 0,601 qram; 0,380 qram; 4,284 qram; ümumi təmiz çəkisi 26,570 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,678 qram və 0,597 qram ümumi təmiz çəkiləri 1,275 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; 2 ədəd üzərlərində “Methadone 40” göstəriciləri olan blisterdə ümumilikdə 10 ədəd ağ rəngli tabletlərin tərkibində təsiredici maddəsinin miqdarı 0,4 qram olan narkotik vasitə-metadon müəyyən edildi. 26 büküm heroinin ekspertiza qərarında sual qoyulmadığı üçün, eyniliyi müəyyən edilməmiş, eyni səbəbdən 2 bükümdə olan metamfetamin maddələrin eyniliyi müəyyən edilməmişdir. Heroin və Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına (Siyahı İİ) daxildir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 1 oktyabr 2021-ci il tarixli, 7/1011 saylı rəyində müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zəfrlər üçün N 173” dairəvi möhür əksi olan “Şahid2, imza………Təqsirləndirilən şəxs imza….” yazı və imzalar olan zərfdə kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi olan 0,918 qr, 0,161 qr və 0,205 qram olmaqla, ümumi çəkisi 0,564 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ayrı bükümlərdə olan marixuananın eyniliyi, ekspertiza qərarında müvafiq sual qoyulmadığı üçün, müəyyən edilməmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “Ekspertiza rəylərinin şübhəli şəxsə elan edilməsi haqqında” protokoldan (2 ədəd protokol) müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxsa və onun müdafiəçisinə məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertiza rəyləri tanış olmaq üçün təqdim edilmiş, hər iki protokolda Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 ad-soyadları qarşısında imzalar mövcuddur. Məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “Törədilmiş cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan müəyyən olunur ki, təhqiqatçı D.Zamanov toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin tərkib əlamətləri olduğu üçün material aidiyyəti üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərmişdir. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs istər şübhəli şəxs qismində, istərsə də təqsirləndirilən şəxs qismində ifadə protokollarından, onun iştirakı ilə tərtib olunan qərar və digər protokollar, şahidlərlə üzləşdirmə protokollarından, ekspertiza təyin etmə barədə və ekspertiza rəyləri ilə tanış etmə protokollarından müəyyən olunur ki, o ifadə verməkdən imtina etmiş və yuxarıda göstərilən sənədləri heç bir səbəb göstərmədən imza etməkdən imtina etmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2021ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspetizasının xx.xx.2022-ci il tarixli, 223 №-li rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 397 №-li rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansi bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükə əhəmiyyəti kəsb etmir. Cinayət işinin materiallarına əlavə edilmiş 26 noyabr 2021-ci il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 5A”, “Redmi Note 6 pro” markalı və “Samsung Galaxy A01 Core” markalı mobil telefonlarına baxış keçirilmiş və “Samsung Galaxy A01 Core” markalı mobil telefonda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatlar aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X1 İdarəsi tərəfindən verilmiş tələbnamə və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Siyəzən rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 2 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 21-1/3-4836/3 saylı arayışından müəyyən olunur ki, Siyəzən rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il 2 ay 12 gün azadlığın məhdudlaşdırılmasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri ,Probasiya İdarəsində qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, “8 X33 münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(101)-677/2021 saylı qərarı ilə cəzasının müddəti 1 il azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 1 il 2 ay 9 gün təşkil edir. Məhkəmədə tədqiq edilmiş “Doğum haqqında şəhadətnamələrinin” surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü qızı Nuray Baxşəli və xx.xx.2010-cu il təvəllüdlü qızı Aylin Baxşəli vardır. Məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma orqanının xx.xx.2022-ci il tarixli “Götürmə aparılması haqqında” qərar və eyni tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs anası X14 1 ədəd disk təqdim edərək həmin diskdə Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, fərdi yaşayış ünvanında quraşdırılmış kameralarının görüntülərinin yazıldığını bildirmiş, həmin 1 ədəd disk ondan götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma orqanının xx.xx.2022-ci il tarixli “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Cəfər Nəzərov həmin protokolu cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliyinə qiymət verilməsi məqsədi ilə X14 tərəfindən təqdim edilmiş 1 ədəd disk məlumatlarına baxış keçirmiş, baxış zamanı məlum olmuşdur ki, həmin diskdə əks edilmiş görüntülər 30 sentyabr 2021-ci il tarixdə qeydə alınır. Görüntülərdə küçə və evin həyəti əks etdirilir. Videogörüntüdən müəyyən edilir ki, polis əməkdaşları X14 ilə birlikdə sonuncunun yaşadığı ünvana gəlib evə daxil olublar. Məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan müəyyən olunur ki, hazırki cinayət işindən İran İslan Respublikası vətəndaşları “Seyid Əzim” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrılmış və cinayət işinə ********* nömrəsi verilməklə cinayət işi Bakı şəhəri, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Cəfər Nəzərovun icraatına qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərardan müəyyən olunur ki, iş üzrə maddi sübut olan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 26,430 qram heroin, tədqiqata sərf edildikdən sonra qalıq qalan 1,75 qram metamfetamin, tədqiqata sərf edildikdən sonra qalıq qalan 8 ədəd metadon həbləri, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,444 qram qurudulmuş marixuana, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A01 core” markalı mobil telefon Bakı şəhəri, Binəqədi RPİ-də saxlanılır, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD diski, "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin qərarın nəticə hissəsinin 4-cü bəndindən müəyyən olunur ki, X14 tərəfindən təqdim edilmiş videogörüntülərdə olan polis əməkdaşlarının əməllərinə hüquqi qiymət verilməsi üçün cinayət işindən material ayrılaraq Binəqədi rayon prokurorluğuna göndərilmişdir. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 ibtidai araşdırma orqanına verdiyi vəsatətdən müəyyən olunur ki, müdafiəçi Təqsirləndirilən şəxs üzərindən götürülmüş 28 büküm narkotik vasitələrin sonuncuya məxsus olmadığını, həmin vasitələrin polislər tərəfindən Təqsirləndirilən şəxs üzərinə qoyulmasını göstərmiş, Təqsirləndirilən şəxs tutulduğu gün onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 45A ünvanında 4-cü PB-nin bir neçə əməkdaşları tərəfindən qanunsuz axtarış əməliyyatları keçirilməsini, evdən və həyətdən heç bir şübhəli əşya tapılmadığını, evdən Təqsirləndirilən şəxsa və ailəsinə məxsus telefonların, qarajın və evin açarlarının sənədləşmə aparılmadan aparılmasını, Təqsirləndirilən şəxs döyülməsi, bununla bağlı sonuncunun xəsarət alması, həmin xəsarətlərin Bakı İstintaq Təcridxanasına gələn zaman xəsarətlərin saxlandığı yerdə qeyd olunmasını göstərmişdir. Göstərilənlərə əsasən, müdafiəçi polis əməkdaşları barədə ciddi tədbirlər görülərək hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. İbtidai araşdırma orqanının xx.xx.2022-ci il tarixli “Vəsatətə baxılması haqqında” qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə təqsirliliyi işdə olan sübutlarla tam sübuta yetirilmiş hesab olunaraq müdafiəçinin vəsatəti rədd edilmişdir. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli vəsatətindən müəyyən olunur ki, o, ibtidai araşdırma orqanına təqdim etdiyi vəsatətə uyğun vəsatət məhkəməyə də təqdim etmiş, bundan əlavə cinayət işi başa çatarkən cinayət işinin materialları ilə tanış olarkən o, və Təqsirləndirilən şəxs görmüşlər ki, cinayət işinin materiallarına yalançı izahat qoyularaq 4cü PB-də olan sənədlərdə onun və Təqsirləndirilən şəxs imzaları saxtalaşdırılmış, cinayət işinin materiallarının 30, 33-35, izahat olan səhifələrdə 55, 56-ci səhifələrində onlara məxsus imzalar olmadan “sənədləşmələr” aparılmışdır. Müdafiəçi1 vəsatətində iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhəri, Binəqədi rayon prokurorluğundan Təqsirləndirilən şəxs bədənində Bakı İstintaq Təcridxanasında aşkar edilmiş xəsarətlərlə əlaqədar araşdırma materialı tələb olunmuş, Təqsirləndirilən şəxs və Müdafiəçi1 imza nümumələri götürülməklə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/811 saylı rəyindən müəyyən olunur ki,
1. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 21-ci vərəqəsində olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında Qərarda “Şübhəli şəxs” qrafasındakı imza; 33-35-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolun sonuncu vərəqəsində (i.v.35) “Şübhəli şəxs” qrafasındakı imza; 41-ci vərəqəsində olan şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza - X3 tərəfindən icra olunmusdur. 2.1. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2021-ci il tarixli “Şübhəli şəxs”in tutulması haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza; 30-cu vərəqəsində olan xx.xx.2021-ci il tarixli protokolda “Şübhəli şəxs qismində tutulmuş” qrafasındakı imza; 33-35-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolun 2-ci vərəqəsində (i.v.34) “Təqsirləndirilən şəxs” yazılarının qarşısındakı və vərəqin aşağı hissəsində “5” rəqəminin qarşısındakı imza; 37-38-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli izahatın 1-ci vərəqəsində 3 ədəd “İmza” qrafasındakı imza və vərəqin aşağı hissəsindəki imza və 2-ci vərəqəsində “İmza” qrafasındakı imza; 55-ci vərəqəsində olan ekspertiza rəyinin şübhəli şəxsə elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli protokolda “Şübhəli şəxs” qrafasındakı imza; 56-cı vərəqəsində olan ekspertiza rəyinin şübhəli şəxsə elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli protokolda “Şübhəli şəxs" qrafasındakı imza – Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 21-ci vərəqəsində olan xx.xx.2021-ci il tarixli Şübhəli şəxsin tutulması haqqında Qərarda “Müdafiəçi” qrafasındakı imza; cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolda “Müdafiəçi” qrafasındakı imza; 30-cu vərəqəsində olan xx.xx.2021-ci il tarixli protokolda “Müdafiəçi1” yazılarından aşağıdakı imza; 37-38-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli İzahatın 2-ci vərəqəsində “Müdafiəçi” yazılarının qarşısındakı imza; 55-ci vərəqəsində olan ekspertiza rəyinin şübhəli şəxsə elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli protokolda “Müdafiəçi” qrafasındakı imza; 56-cı vərəqəsində olan ekspertiza rəyinin şübhəli şəxsə elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli protokolda “Müdafiəçi” qrafasındakı imza - Müdafiəçi1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində xəsarət aşkar edilməsinə dair toplanmış C-413/21 nömrəli material tədqiq edilmişdir. Materialda olan Bakı İstintaq Təcridxanasının xx.xx.2021-ci il tarixli, xx/xx-6914 saylı məlumatından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 10:25-də müəssisənin tibb-sanitar hissəsində müayinədən keçirilən zaman hər iki bazunun ön tərəfində tünd-bənövşəyi rəngli qançır izlər, hər iki baldırının ön tərəfində və sol saidin üst tərəfində sıyrılmış qartmaqlı yara xəsarətləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin xəsarəti polis əməkdaşları onu saxlayan zaman almışdır. Materialda olan Təqsirləndirilən şəxs izahatından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən tutulmuş, 4-cü PŞ-nə gətirildikdən sonra həmin şöbənin Azad, Elvin və Hüseyn adlı əməliyyat müvəkilləri tərəfindən bölməyə daxil olduqda soldan birinci otaqda döyülmüşdür, həmin polis əməkdaşları onu yumruq və təpiklə bədənin müxtəlif nahiyyələrindən vurmuş və əl-qolunu bağlayaraq ona elektirk cərəyanı tətbiq etmişlər. Polis əməkdaşları tərəfindən döyülərkən yanında hər hansı digər şəxs olmamışdır. Onun döyülməsinə səbəb evindən götürülmüş narkotik vasitənin ona aid olmasını boynuna almamağı olmuşdur. Adları çəkdiyi polis əməkdaşları tərəfindən döyülməmək üçün narkotik vasitənin ona aid olduğunu boynuna almışdır. Onu döymüş polis əməkdaşları barəsində qanuni tədbir görülməsini xahiş edir. Materialdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs bədənində olan xəsarətlərlə əlaqədar məhkəmə-tibb ekspertizası təyin olunaraq icra edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETİ Birliyinə göndərilmişdir. Materialda olan X4 Binəqədi rayon prokurorluğuna ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, oğlu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılmış, sonradan onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 45A ünvanında həmin bölmənin təxminən 7-8 əməkdaşları tərəfindən axtarış əməliyyatları keçirilmiş, evdən və həyətdən şübhəli heç bir əşya tapılmamışdır. Evdə oğluna məxsus pul qabından 3700 manat olması aşkar olunmuş, ona məxsus 3 telefon cihazı, gəlini X6 məxsus telefon cihazları, evin və Turala məxsus maşının açarlarını polislər aparmış, bunların götürülməsinə dair ona heç bir sənəd verilməmişlər. Onun evində keçirilən axtarış əməliyyatı qanunsuz olaraq icazə alınmadan, məhkəmə qərarı olmadan, heç bir sənədləşmə olmadan aparılmış, oğlundan guya götürülmüş narkotik vasitə də ona qoyulmadır. Polis əməkdaşları barəsində ciddi tədbir görülərək yuxarıda qeyd edilən bütün əmlaklarının qaytarılmasını, oğlu Təqsirləndirilən şəxs günahı olmadığı üçün onun barəsində işə xitam verilməsini və onun həbsdən azad olunmasını xahiş edir. Materialda olan Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri polis mayoru X7 və polis leytenantı X15 izahatlarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs özünün və ailə üzvlərinin müraciətləri ilə tanış olub. Təqsirləndirilən şəxs o və Elvin Hümbətli tutaraq 4-cü PŞ-nə aparmışlar. Tural tutularkən, bölməyə aparılarkən, polis bölməsində olarkən hər hansı polis əməkdaşı tərəfindən döyülməmiş, vurulmamış, qəddar və qeyri-insani rəftara məruz qalmamışdır. Turalın üzərindən götürülənlər istintaqa təhvil verilmişdir. Materialda olan xx.xx.2022-ci il tarixli, 1709 saylı məhkəmə-tibb ekspertizasının rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs X8 Tibb Baş İdarəsində müayinə olunan zaman ona “Hər iki bazunun bayır səthində sarımtıl-bənövşəyi qançırı, hər iki baldırın ön səthində qartmaqlı yaralar, sol said nahiyyəsinin bayır səthində sıyrılmış qartmaqlı yara” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Aşkar olunmuş xəsarətlərdən hər iki bazunun bayır səthinin sarımtılbənövşəyi rəngli qançırları onun bədəninə BİT-də baxış keçirildiyi xx.xx.2021-ci il tarixindən 4-6 gün əvvəl gəlmişdirlər, digər xəsarətlərin rəngi və xarakterik xüsusiyyətləri tibbi sənəddə təsvir olunmadığından onların əmələ gəlmə müddətləri barədə fikir söyləmək mümkün deyildir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakter və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər insan bədəninin hissələrinin (əl, əl barmaqlarının dırnaqları, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyyələrdə yerləşmələrinə baxmayaraq, həmin xəsarətlərin onun özü tərəfindən yetirilmələri az inandırıcıdır. X8 xx.xx.2021-ci il tarixli 17/38-69-14 saylı məlumatından müəyyən olunur ki, Təqsirləndirilən şəxs tibbi müayinədən xx.xx.2021-ci il tarixdə, saat 10:25 radələrində keçirilmiş və onun xx.xx.2021-ci il tarixdə tutulması nəzərə alınmaqla məhkəmə-tibbi ekspertiza rəyində göstərilən xəsarətlərin T.M.X17 Təcridxanasında müayinə edildiyi xx.xx.2021-ci il tarixdən 4-6 gün əvvəl yetirilməsi məhz onun tutulduğu xx.xx.2021-ci il və sonrakı tarixlərə təsadüf edir. Binəqədi rayonu prokurorluğunun xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilmiş haqqında” qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xəsarət almasına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
Məhkəmənin qiymətləndirməsi
Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir:
1. Bakı şəhəri, Binəqədi rayon prokurorluğundan məhkəməyə daxil olan materiallardakı məhkəmə-tibbi ekspertiza rəyindən və ekspert Nurlana Mirzəyevanın ifadəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2021-ci il tarixdə və ondan sonrakı tarixlərdə sonuncuya bədən xəsarətləri yetirilmiş, həmin xəsarətlərin onun özü-özünə yetirilməsi inandırıcı deyildir. Məhkəmə-tibb ekspertizasının rəyi ilə təsdiq edilən təqsirləndirilən şəxsin, anasının, Müdafiəçi1 verdiyi detallı şikayətləri, bununla bağlı Bakı İstintaq Təcridxanasının verdiyi məlumat, habelə, təqsirləndirilən şəxsin bədənində aşkar edilmiş xəsarətlərin səbəblərinə dair aglabatan izahın olmaması məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, həmin xəsarətlər polis orqanlarının məsuliyyət daşıdığı pis rəftarın formasına aid edilməlidir. Pis rəftarın xarakterini nəzərə alaraq, məhkəmə hesab edir ki, bu, yalnız qəsdən törədilə bilərdi, çünki onun yerinə yetirilməsi üçün gücün tətbiqi tələb olunurdu. Görünür ki, o, şübhəli şəxsin dediyi kimi, təqsirin boynuna alınması məqsədilə yerinə yetirilmişdir. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz (Azərbaycan Respublikasının Konstitusiyası, maddə 46, İİ-İİİ bənd). Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayət təqibi gedişində şəxsə işgəncələr verməyi, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etməyi, aclığa, hipnoza məruz qoymağı, tibbi yardımdan məhrum etməyi, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etməyi; uzun sürən və ya kəskin fiziki iztirabla, yaxud səhhətin müvəqqəti pozulması ilə müşayiət olunan eksperimentlərdə və ya digər prosessual hərəkətlərdə iştiraka cəlb etməyi, habelə buna bənzər hər hansı digər sınaqlar keçirməyi; şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almağı qadağan edir (maddə 15). İnsan Hüquqlatı üzrə Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 3-cü (İşgəncələrin qadağan olunması) maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. (Selmuni Fransaya qarşı (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; Labita İtalyaya qarşı (Böyük Palata), № 26772/95, § 119; Dikme Türkiyəyə qarşı, № 20869/92, § 89). İnsan Hüquqlatı üzrə Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsina hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
2. Qeyd edilməlidir ki, şəxs polis tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 3-cü (İşgəncələrin qadağan olunması) maddəyə zidd olaraq ağır şəkildə pis rəftara məruz qaldığı barədə sübut oluna biləcək iddia irəli sürdüyü halda, bu müddəa Konvensiyanın 1-ci maddəsinə əsasən, dövlətin “yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyada … müəyyən olunmuş hüquq və azadlıqların təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə oxunulduqda öz mənasında səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Həmin araşdırma məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxarmaq iqtidarında olmalıdır. Əks təqdirdə, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, öz fundamental vacibliyinə baxmayaraq, təcrübədə qeyri-effektiv olardı və bəzi hallarda dövlətin nümayəndələri üçün onların nəzarəti altında olanların hüquqlarını faktiki olaraq cəzalandırılmadan pozmaq imkanı yaradılacaqdı (Assenov və digərləri Bolqarıstana qarşı, 28 oktyabr 1998, § 102 və Labita İtalyaya qarşı (Böyük Palata), № 26772/95, § 131). İnsan Hüquqlatı üzrə Avropa Məhkəməsinin presedent hüququnda müəyyən edilmiş səmərəliliyin minimal standartlarına həmçinin belə tələb daxildir ki, araşdırma müstəqil, qərəzsiz və ictimaiyyətin nəzarəti altında olmalı, habelə səlahiyyətli orqanlar nümunəvi səylə və çevik hərəkət etməlidirlər (İsayeva və digərləri Rusiyaya qarşı, № 57947/00, 57948/00 və 57949/00, § 208-213, 24 fevral 2005; Meneşeva Rusiyaya qarşı, № 59261/00, § 64). X8 xx.xx.2021-ci il tarixli 17/38-69-14 saylı məlumatından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tibbi müayinədən xx.xx.2021-ci il tarixdə, saat 10:25 radələrində keçirilmiş və onun xx.xx.2021-ci il tarixdə tutulması nəzərə alınmaqla məhkəmə-tibbi ekspertiza rəyində göstərilən xəsarətlərin T.M.X17 Təcridxanasında müayinə edildiyi xx.xx.2021-ci il tarixdən 4-6 gün əvvəl yetirilməsi məhz onun tutulduğu xx.xx.2021-ci il və sonrakı tarixlərə təsadüf edir. Materialda olan Bakı şəhəri, Binəqədi rayonu prokurorluğunun xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilmiş haqqında” qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xəsarət almasına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bu aspektdə sonradan aparılmış araşdırma məqbul olmamışdır. İstintaq orqanları yalnız məhkəmə-tibb ekspertizası rəyinin öyrənilməsi və şikayətçi ilə ünsiyyətdə olmuş polis əməkdaşlarının dindirilməsi ilə kifayətlənmişlər. Xəsarətlərin əmələ gəlmə səbəblərinə dair başqa heç bir ehtimalı yoxlamamış, hər hansı başqa şahid dindirilməmişdir. Təqsirləndirilən şəxs pis rəftara məruz qalmasının müəyyən edilməsi nəticəsində polis əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunması ehtimalını nəzərə alaraq pis rəftar barədə iddiaların dindirilmiş polis əməkdaşları tərəfindən rədd edilməsi məhkəməyə heç də qeyri-adi hal kimi görünmür. Bununla belə, Təqsirləndirilən şəxs ifadələrinin və inkaredilməz bədən xəsarətlərinin olmasına baxmayaraq, müstəntiq polis əməkdaşlarının ifadələrini əsas götürərək, cinayət işinin başlanmasını rədd etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, istintaq orqanı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etdikdə müvəqqəti saxlama yerinin əməkdaşının Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə daxil olması zamanı sağlam vəziyyətdə olması barədə ifadələri alınmamışdır. Tək bu ifadə müstəntiqin Təqsirləndirilən şəxs üzərində xəsarətlərin müvəqqəti saxlama yerində yetirildiyi nəticəsinə gəlməsinə gətirib çıxara bilərdi. Bundan başqa, Təqsirləndirilən şəxs tutulmasından əvvəl zədələnmiş olubolmadığını bildirə biləcək digər hər hansı şahidlərin (məsələn, ailə üzvləri, qonşular, yaxud onun tutulmasından əvvəl onunla ünsiyyətdə olmuş digər şəxslər) ifadələrini almaq üçün də tədbir görülməmişdir. Həmçinin Təqsirləndirilən şəxs xəsarət almasından dərhal sonra görmüş, müvəqqəti saxlama yerində onunla bir kamerada saxlanılan şəxsləri də dindirməmişlər. Qeyd olunan çoxsaylı nöqsan və çatışmazlıqları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs pis rəftar barədə şikayətləri ilə bağlı effektiv araşdırma aparılmamışdır. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (Assenov və digərləri Bolqarıstana qarşı, 28 oktyabr 1998, § 102). Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (Tanrıkulu Türkiyəyə qarşı, № 23763/94, § 104; Gül Türkiyəyə qarşı, № 22676/93, § 89, 14 dekabr 2000). Araşdırmanın xəsarətin səbəblərini və ya məsuliyyət daşıyacaq şəxslərin şəxsiyyətini müəyyənləşdirməyə imkan verməyən hər hansı çatışmazlığı onun bu standarta cavab verməməsi riskini yaradır (Batı və digərləri Türkiyəyə qarşı, №33097/96 və 57834/00, § 134). Hazırkı işdə təqdim edilmiş sübutlar əsasında məhkəmə müəyyən etmişdir ki, şikayətçinin müvəqqəti saxlama yerində aldığı xəsarətlərə görə dövlət orqanları məsuliyyət daşımışlar. Şikayətçinin bununla bağlı dövlət orqanlarına şikayətləri eyni sübuta əsaslandırılmış və buna görə, Avropa Konvensiyasının 13-cü maddəsinin məqsədləri üçün “sübut oluna bilən” olmuşlar (Boyle və X19rşı, 27 aprel 1988, § 52). Bununla belə, dövlət orqanlarının üzərində polis əməkdaşlarına qarşı irəli sürülmüş şikayətlər üzrə səmərəli araşdırma aparmaq öhdəliyi olmuşdur.
3. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 12-ci maddəsində qeyd olunur ki, heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla müdaxilə, evinin toxunulmazlığına, gizli məktublaşmalarına, şərəf və nüfuzuna özbaşınalıqla qəsd edilə bilməz. Hər bir insan bu cür müdaxilələrdən və ya belə qəsdlərdən qanunla müdafiə olunmaq hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci (Şəxsi və ailə həyatına hörmət hüququ) maddəsinin 1-ci bəndi hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malik olduğunu təsbit edir. Konvensiyanın 8-ci maddəsində təsbit olunan hüquqa müəyyən müdaxilələrə yol verilir. Yəni qanunla nəzərdə tutulmuş hallarda bu hüquq dövlət tərəfindən məhdudlaşdırıla bilər. Elə həmin maddənin 2-ci bəndində bu hüquqa müdaxilənin yol verilə bildiyi hallar sadalanır. Həmin bəndə əsasən, milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 16 dekabr 1966-ci ildə qəbul edilmiş “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Paktın 17-ci maddəsi şəxsi və ailə həyatına hörmət hüququ ilə bağlıdır. 17.1-ci maddədə qeyd olunur ki, heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla və yaxud qeyri-qanuni müdaxilə, onun evinin toxunulmazlığına və məktublaşmalarının gizliliyinə özbaşınalıqla və ya qeyri-qanuni qəsd və ya onun ləyaqəti və nüfuzuna qeyri-qanuni qəsd edilə bilməz. 2-ci bənd isə şəxslərin belə müdaxilə və qəsdlərdən qorunma hüququ olduğunu bir daha vurğulayır. Azərbaycan Respublikası Konstitusiyası şəxsin həm mənzil, həm də şəxsi toxunulmazlığı hüququna təminat verir. Konstitusiyanın 33-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Konstitusiyanın 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi cinayət təqibində şəxsin mənzil toxunulmazlığı hüququnu təmin edir. Cinayət-Prosessual Məcəllənin 17-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa, heç kəs yaşayış yerində yaşayanların iradəsi ziddinə yaşayış yerinə daxil ola bilməz. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, orada axtarış və mülkiyyət hüququnu məhdudlaşdıran digər istintaq və prosessual hərəkətlər, bir qayda olaraq, məhkəmənin qərarı əsasında məcburi həyata keçirilir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin şəxsi və mənzil toxunulmazlığı hüquqlarının pozulması elementləri müşahidə edilir, qanunu əsas, habelə müvafiq qərar nümayiş etdirilmədən mənzildə yaşayanların iradəsi ziddinə yaşayış yerinə daxil olub axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs və anası Lətifə Bayramova polis əməkdaşlarının onlara yaşayış evlərinə baxış, axtarış və götürmənin aparılmasına dair heç bir qərar göstərmədiklərini bildirmişlər. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanuna əsasən, qanunla mühafizə edilən mənzil toxunulmazlığı ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinin tətbiqinə ancaq cinayət hazırlayan, cinayət törətməyə sui-qəsd edən, cinayət törədən, həmçinin məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslər barədə məlumat toplamaq, habelə oğurlanmış əmlakı tapmaq, dəlillərinin gizlədilməsinin və məhv edilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilən tədbirlər nəticəsində əldə olunmuş məlumatların cinayət işi üzrə sübut ola biləcəyini və axtarılan şəxslərin tutula biləcəyini güman etmək üçün kifayət qədər əsas olduğu halda icazə verilir. Yaşayış yerlərinə baxış keçirilməsi ilə əlaqədar tətbiq edilən əməliyyat-axtarış tədbirlərdə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxslərində həmin tədbirlərin tətbiqinə dair qərar və özlərinin xidməti vəsiqələri olmalıdır (maddə 13, hissə 1). Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə əməliyyat-axtarış tədbirlərinin tətbiqi məqsədilə yaşayış yerlərinə, daxil olma və baxış keçirmə hüququ verilir. Bununla yanaşı qanunun 10-cu maddəsinin 3-cü hissəsində bildirilir ki, yaşayış yerlərinə, daxil olma və baxış keçirmə əməliyyat-axtarış tədbirləri bu maddənin İV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Qanunun 10-cu maddəsinin İV hissəsinin 2-ci bəndində istisna hal kimi müəyyən edilmişdir ki, cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün yaşayış yerlərinə baxış keçirə bilərlər. Eyni zamanda həmin maddənin V hissəsində bildirilir ki, bu halda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Bu qərarın məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi araşdırılmamışdır. Həmçinin həmin qərarda mübahisəli axtarış və götürmələrin aparılması ilə bağlı hüquqi əsası təşkil edən qərarda Təqsirləndirilən şəxs yaşayış yeri ilə yanaşı anası Lətifə Bayramovanın yaşayış yerinə də baxış, axtarış və götürmənin keçirilməsi barədə tədbirin nəzərdə tutulması araşdırılmamışdır. Eyni zamanda, axtarış və götürmə tədbirlərinin aparılması ilə əlaqədar təxirəsalınmaz halların mövcud olması əsaslandırılmamışdır. Nəticə etibarı ilə, yaşayış yerlərində aparılan axtarış və götürmə tədbirləri nəticəsində şikayətçilərin şəxsi həyatına hörmət hüququna müdaxilə edilməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin 2–ci bəndinin tələbi ilə qanunauyğunluğu mübahisə doğurur. Bununla əlaqədar olaraq, aparılan axtarış və götürmə tədbirləri ilə bağlı edilmiş müdaxilənin 8-ci maddənin 2–ci bəndində sadalanan məqsədlər çərçivəsində “Demokratik cəmiyyətdə zəruri” olması, “Müdaxilənin legitim məqsədi”nin olması elementləri araşdırılıb hüquqi qiymət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, “zərurilik” anlayışı müdaxilənin təcili tədbirlər tələb edən sosial ehtiyac ilə uyğunluq təşkil etməsini və xüsusi ilə güdülən legitim məqsəd ilə proporsional olmasını nəzərdə tutur. Tədbirlərin aparılmasını əsaslandıran səbəblərin “uyğun” və “yetərli” olub-olmaması və qeyd edilən proporsionallıq prinsipinə riayət edilib edilməməsi qiymətləndirilməlidir (Bak Almaniyaya qarşı, № 41604/98, § 45, və Vinks və Ribiçka Latviyaya qarşı № 28926/10, §102, xx.xx.2020). Müdaxilənin daşıdığı legitim məqsəd ilə proporsional olub-olmamasını müəyyən etmək üçün iş üzrə xüsusi halları nəzərdən keçirməlidir. Məsələnin müəyyən edilməsi zamanı (inter alia) axtarış və götürmə tədbirlərinin aparılmasına səbəb olan cinayət əməlinin ağırlılıq dərəcəsi, qərarın çıxarılması zamanı iş üzrə mövcud olan hallar, xüsusilə həmin dövrdə əlavə sübutların mövcud olması, qərarın məzmunu və əhatə dairəsi, xüsusiilə axtarılan obyektlərin təbiətini və axtarış tədbirinin ağlabatan sərhədlər ilə məhdudlaşdırılması üçün tətbiq edilən mühafizə tədbirləri, müstəqil hal şahidlərinin iştirakının olub-olmaması daxil olmaqla aparılan axtarış tədbirlərinin forması və axtarış nəticəsində şəxsin reputasiyasına və işinə mümkün təsir imkanlarının dəyərləndirilməsi kriteriyaları nəzərə alınmalıdır (Smirnov Rusiyaya qarşı, № 71352/01. § 43, xx.xx.2007, Bak Almaniyaya qarşı, № 41604/98, § 45, və Vinks və Ribiçka Latviyaya qarşı № 28926/10, §103, xx.xx.2020). Bundan başqa, prosessual və ya məhkəmə qərarı olmadan Təqsirləndirilən şəxs anası Lətifə Bayramovanın yaşayış yerlərində keçirilmiş axtarış zamanı pul və telefon cihazlarının qanunsuz götürülməsinə dair Bakı şəhəri, Binəqədi rayon prokurorluğuna ünvanladıqları müraciətlər araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Bundan əlavə, polis əməkdaşları bildirmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və məktəbli uşaqlara narkotik vasitələri satması barədə aldıqları məlumat ilə əlaqədar tədbirin keçirilməsinə dair qərar qəbul edilmiş və bu məqsədlə onun mənzilinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs anası X14 isə bildirmişdir ki, polislər evə gələndə yalnız silahın harada olmasını soruşmuşlar. İttiham tərəfi ilə müdafiə tərəfini dəlilləri arasındakı ziddiyyətə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Qeyd olunan halların araşdırılmaması vəziyyəti daha da ağırlaşdırır. Müdaxilənin güdülən legitim məqsədə proporsional olmamasına dair qənaət verir (Modestou Yunanıstana qarşı, 51693/13, § 51, xx.xx.2017).
4. İstintaq orqanı tərəfindən bir sıra digər qanun pozunrularına da yol verilmişdir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə təhqiqatçı Davud Zamanov tərəfindən tərtib olunmuş və məhkəmə-xətşünaslıq ekspertizası rəyində göstərilmişdir ki, ilkin təhqiqat sənədlərdə şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 adı-soyadı qarşısında icra edilən imzalar onlar tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Bu sənədlərə cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2021ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokolda, 30-cu vərəqədə olan xx.xx.2021-ci il tarixli protokolda, 33-35-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması barədə” protokolun 2-ci vərəqəsində, 37-38-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli Təqsirləndirilən şəxs izahatında, 55-56-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli “Ekspertiza rəyinin şübhəli şəxsə elan edilməsi haqqında” protokollardakı onun adı və soyadı qarşısındakı imzalar Təqsirləndirilən şəxsa məxsus deyildir. Həmçinin məhkəmə-xətşünaslıq ekspertiza rəyində göstərilən sənədlərdə mövcud olan Müdafiəçi1 adı və soyadı qarşısında olan imzalar Müdafiəçi1 tərəfindən icra olunmamışdır. Bandan əlavə, cinayət işində Təqsirləndirilən şəxs ifşa olunması ilə əlaqədar əməliyyat qrupunun yaradılmasına dair xx.xx.2021-ci il tarixli protokolda əməliyyat qrupunun tərkibi Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə əməkdaşları polis mayoru Şahid2, polis baş leytenantı Şahid1 və polis baş serjantı Şahid3 ibarət olması müəyyən edilmiş, bu əməliyyatçılar ibtidai araşdırma zamanı və məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs məhz onlar tərəfindən xx.xx.2021-ci il tarixdə saxlanıldığını göstərdikləri halda, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş keçirməklə baxış keçirilməsində iştirak etmələrini göstərdikləri halda Bakı şəhəri, Binəqədi rayon prokurorluğunda aparılmış araşdırma zamanı izahatları alınmış Binəqədi RPİ-nin 4-cü PŞnin əməkdaşları X16 və X21 T.M,Baxşəliyevin məhz onlar tərəfindən saxlanılaraq 4-cü PŞnə gətirilmələrini göstərmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Elvin Hümbətli izahatında göstərdiyi halları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı, Bakı şəhəri, Binəqədi rayon prokurorluğunun apardığı araşdırma ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaq materiallarında və ittiham aktında göstərildiyi polis əməkdaşları tərəfindən deyil, tamam başqa şəxslər tərəfindən xx.xx.2021-ci il tarixdə saxlanılmış və polis orqanına gətirilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs anası X4 müstəntiqə təqdim etdiyi DVD disk sonuncu tərəfindən kompüterdə baxışdan keçirilməklə protokollaşdırılmış və həmin protokoldan müəyyən olunur ki, DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə əks edilmiş görüntülər 30 sentyabr 2021-ci il tarixdə qeydə alınmışdır. Görüntülərdə küçə və evin həyəti əks edilir. Videogörüntüdən müəyyən edilir ki, polis əməkdaşları X14 ilə birlikdə sonuncunun yaşadığı ünvana gəlib evə daxil olurlar. Görüntülərdə Təqsirləndirilən şəxs iştirakı öz əksini tapmamışdır. Cinayət işinin materiallarında X4 yaşadığı ünvana baxış keçirilməsinə dair yazılı razılığı, evin baxışına dair və evdən hər-hansı əşyanın (əşyaların) götürülməsinə dair protokol mövcud deyildir. X4 Bakı şəhəri, Binəqədi rayon prokurorluğuna daxil olan müraciəti isə onun oğluna fiziki zorun tətbiq etməsi hissəsində araşdırılsa da, qalan hissədə araşdırılıb hüquqi qiymət verilməmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 10 dekabr 1984-cü ildə qəbul edilmiş (39/46 saylı qətnamə) İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya qarşı Konvensiyada deyilir: “Hər bir iştirakçı dövlət işgəncə altında verildiyi müəyyən edilmiş istənilən ifadənin istənilən məhkəmə araşdırmasının gedişində sübut qismində istifadə olunmamasını təmin edir, işgəncələr verməkdə təqsirləndirilən şəxsə qarşı həmin ifadədən sübut qismində istifadə olunması halları istisna təşkil edir”. Раздел 1.01 “Ğerbera Messeqe və Habordo İspaniyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Avropa Məhkəməsinin interpretasiyasında “əsaslı şübhə yeri qoymayan” sübutetmə standartı, sübutluluğu - (1) kifayət qədər ciddi; (2) aydın; (3) bir-biri ilə uzlaşan nəticələrin və (4) təkzibedilməz ehtimalların birgə mövcudluğunun məcmusu kimi başa düşülür. Sözügedən standart inkişaf etmiş hüquq sisteminə malik dövlətlərinin cinayət prosesində sübutetmənin ən yüksək standartı hesab edilir. Dikmə Türkiyəyə qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərarın 73-cü paraqrafında göstərilir ki, “faktları müəyyən etmək üçün Məhkəmə, «əsaslı şübhə yeri qoymayan» sübutetmə standartını qəbul edir, belə sübut kifayət qədər ciddi, aydın və bir-biri ilə uzlaşan nəticələrin birgə mövcudluğunun nəticəsi ola bilər”. Yallo Almaniyaya qarşı iş üzrə xx.xx.2006-cı il tarixli qərarın 67 paraqrafında qeyd edilir ki, “bu sübutu qiymətləndirmək üçün Məhkəmə, “əsaslı şübhə yeri” qoymayan sübut standartını qəbul edir, lakin əlavə edir ki, belə sübut faktlarla bağlı kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrin və ya analoji təkzibedilməz ehtimalların eyni zamanda mövcud olmasından irəli gələ bilər”. Muradova Azərbaycana qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarın 105-ci paraqrafında bildirilir ki, “sübut qiymətləndirilərkən Məhkəmə, adətən “əsaslı şübhə yeri qoymayan” sübutetmə standartını tətbiq edir. Lakin bu cür sübut yetərincə güclü, aydın və uzlaşan nəticələrin və ya faktlara dair təkzibolunmaz analoji ehtimalların birgə mövcudluğundan irəli gəlməlidir”. Standartın məzmunundan görünür ki, “şübhə”lər əsaslı və sadə (xəyali, az ehtimal olunan) ola bilərlər. Faktın və ya hadisənin sübut kimi qəbul edilməməsi (rədd edilməsi) üçün sıradan bir şübhə azlıq edir. Bunun üçün şübhə əsaslı olmalıdır. İttiham hökmü üçün tələb edilir ki, hakimlərdə (hakimdə) şəxsin təqsirinə dair istənilən (sıradan hər bir) şübhənin yox, yalnız “əsaslı şübhə”nin (reasonable doubt) yoxluğu formalaşmış (mövcud) olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, sübutların mümkünlüyü milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.3-cü maddəsinə əsasən, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının vəzifəsi kimi müəyyən edilmiş, Cinayət-Prosessual Məcəllənin 10.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Həmin maddənin 10.5-ci bəndində isə müəyyən olunur ki, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur (maddə 124.1). Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (maddə 125.1). İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); Zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (maddə 125.2.2); İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (maddə 125.2.7). Məhkəməyədək icraat zamanı təhqiqat mərhələsində prosessual sənədlər olan və təqsirləndirilən şəxsin tutulması, üzərinə baxış keçirilməsi, hüquqların izah edilməsi, ekspertiza rəylərinin elan edilməsi, Təqsirləndirilən şəxs izahatının alınması ilə bağlı protokol və qərarlarda təqsirləndirilən şəxs və onun müdafiəçisinin imzalarının saxtalaşdırılması ilə bağlı onların ifadələri və məhkəmə-xətşünaslıq ekspertiza rəylərində olan məlumatların təkzib edilməsi mümkün olmamışdır. Belə olan halda qeyd edilən prossesual sənədlər məhkəmədə sübut növü kimi qiymətləndirilə bilməz və ittihamın əsasını təşkil edə bilməz. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, (sübutların kifayət etməsi) cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı prosessual sənədlərin saxtalaşdırılması ilə bağlı məlumat və ekspertiza rəyi, Təqsirləndirilən şəxs barəsində fiziki zor, hədə-qorxu və işgəncə ilə bağlı məlumat və məhkəmə-tibbi ekspertiza rəyində göstərilən xəsarətlərin mövcudluğu, Təqsirləndirilən şəxs tutulması ilə bağlı ziddiyyətli məlumatlar, qanunsuz axtarış və götürmənin aparılmasına düzgün hüquqi qiymət verilməməsi və qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən digər qanun pozuntularının mövcudluğu baxılan iş üzrə ittiham hökmünün çıxarılmasını mümkünsüz edir və Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyi üçün barəsində bəraət hökmünün çıxarılması üçün əsas verir. Məhkəmə bəraət hökmü çıxarmaqla yanaşı maddi sübut olan narkotik vasitə və psixotrop maddələrin hazırki cinayət işindən ayrılmış və Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin müstəntiqi, polis kapitanı Cəfər Nəzərovun icraatına qəbul etdiyi ********* saylı cinayət işinə aid edilməklə həmin maddi sübutları Bakı şəhəri, Binəqədi RPİ-də saxlanılmasını nəzərə alır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması zamanı videoçəkilişi əks etdirən 1 ədəd DVD diski və "xxxx" MMC tərəfindən təqdim edilmiş CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A01 Core” markalı mobil telefon isə ona qaytarılmalıdır. Məhkəmə istintaqı zamanı aşkar edilmiş qanun pozuntularına hüquqi qiymət verilməsi üçün və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə onun təqsirsiz olması nəticəsinə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 56-62, 349, 350, 352, 353 və 357-ci maddələrinin tələblərini rəhbər tutarasq, məhkəmə
HÖKM ETDİ:
1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 55-ci maddələrinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin.
3. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri, Binəqədi RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış 26 bükümdə olan 26,430 qr narkotik vasitə heroin, 2 bükümdə olan tədqiqatdan sonra qalıq qalmış 1,175 qr psixotrop maddə metamfetamin, tədqiqata sərf ediləndən sonra qalıq qalmış 8 tablet metadon, tədqiqatdan sonra qalıq qalmış 3 bükümdə 0,444 qram qurudulmuş marixuana hazırki cinayət işindən ayrılmış və Bakı şəhəri, Binəqədi RPİ-nin İŞ-də olan ********* saylı cinayət işinə aid edilsin.
4. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması zamanı videoçəkilişi əks etdirən 1 ədəd DVD diski, "xxxx" MMC tərəfindən təqdim edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A01 Core” markalı mobil telefon özünə qaytarılsın.
5. Siyəzən rayon məhkəməsnin 1(159)-42/2020 saylı, xx.xx.2020-ci i tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təyin edilmiş 2 il 2 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasının Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr- Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən, 1 ilə azaldılmasını nəzərə alınmaqla çəkilməmiş 1 il 2 ay 9 gün cəza müddəti müstəqil icra olunsun.
6. İş üzrə mülki iddia yoxdur.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində keçirilmiş ekspertizalara görə, yaranmış 448 manat 60 qəpik məbləğində məhkəmə xərcləri dövlət hesabına aid edilsin.
8. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən, barəsində bəraət hökmü çıxarılmış Təqsirləndirilən şəxs vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb etmək hüququ izah edilsin.
9. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə münasibətdə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada müəyyən edilməmiş qalan cinayət törəmiş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin.
10. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.