Məhkəmə qərarları › İş №1(101)-109/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-109/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-109/2024 28.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxx 1992-ci il tarixdə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 11:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri təkrarən əldə etmiş, saxlamış, daşımış, satmışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 9,147 qram narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi 0,634 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,811 qram psixotrop maddə metamfetmini əldə edib yaşadığı ünvan 2 ünvanına daşıyaraq həmin narkotik vasitə və psixotrop maddələrin satışını təmin etmək məqsədi ilə bükümlərə ayırmaqla saxlamış, 06 iyul 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, ev 8 ünvanın qarşısında həmin psixotrop maddə metamfetaminin 0,383 qram hissəsini və narkotik vasitə heroinin 0,081 qram hissəsini tanışı Şahid1 20 manat müqabilində satmış, bundan başqa, təkrarən həmin tarixdə saat 23:30 radələrində həmin psixotrop maddənin 0,373 qram hissəsini isə eyni ünvanda digər tanışı Şahid2 10 manat müqabilində satmış, 07 iyul 2022-ci il tarixdə saat 13:20 radələrində Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Şahid1 Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 61 ünvanında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4vanında yerləşən Nizami RPl-nin inzibati binasına gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ cibindən onun satdığı, 01 ədəd bükümdə, təmiz çəkisi 0.383 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetmin və təmiz çəkisi 0,081 qram olan qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, 07 iyul 2022-ci il tarixdə saat 18:30 radələrində Nizami RPl-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid2 ünvan 6 ünvanında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4vanında yerləşən Nizami RPl-nin inzibati binasına gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ cibindən onun satdığı, 01 ədəd bükümdə, təmiz çəkisi 0.373 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetmin aşkar edilərək götürülmüş, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPl-nin NMBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 07 iyul 2022-ci il tarixdə saat 21:20 radələrində ünvan 7 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 8 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əlində olan qara rəngli portmanatın içərisindən bir ədəd bükümdə, satış məqsədilə qanunsuz olaraq əldə etdiyi, təmiz çəkisi 0,807 qram bitiki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannbis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 23:35 radələrində Nizami RPl-nin əməkdaşları tərəfindən onun iştirakı ilə.yaşadığı ünvan 10 ünvanına keçirilmiş baxış zamanı mənzilin qonaq otağında masanın üzərində 2 büküm, həmin qonaq otağında dolabdan 6 ədəd kibrit qutusunda - ayrı-ayrılıqda təmiz çəkiləri 2,019 qram, 2,258 qram, 2,275 qram, 0,271 qram, 0,518 qram, 0,431 qram, 0,278 qram və 0,290 qram olmaqla ümumi təmiz çəkisi 8,340 qram bitki mənşəli bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannbis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,429 qram və 0,124 qram, ümumi təmiz çəkisi 0,553 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,055 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd üzərində heroin izlər olan gümüşü rəngli kağız parçaları və səthində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd '‘Aosai' markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. 3.Məhkəmədə dövlət ittihamçısı X10 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.2-ci maddəsi ilə ittiham elan etmişdir. Sübutların tədqiqi: 4.Məhkəmədə Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, axşamüstü Nizami rayonu, Ə.Kürçaylı küçəsi 8 ünvanında yerləşən evindən çıxıb marketə getmiş, həmin vaxt arxadan kimsə ayağına girərək onu yıxmış və gözünə yumruq vurulmuşdur. Həmin göyərti çəkilişdə düşmüşdür. Onu bölməyə aparmışlar və orada üç nəfəri üzü divara saxladıqlarını görmüşdür. Onu döyməyə başlamışlar, nəyə görə döydüklərini soruşmuş, ona “sən bunlara narkotik satmısan” demışlər. Həmin şəxslərdən “bu sizə satıb?” soruşmuşlar, onlar cavab verməmişlər. Həmin şəxsləri döyərək “deyin bu şəxsdən almışıq” demişlər. O, iki uşağın anası ilə ailə qurmuş, uşağın biri onlarla qalmış, digəri isə əsgərlikdə olmuşdur. Əsgərlikdə olan uşaq ona zəng vuraraq qalmağa yerinin olmadığını bildirmiş, gəlib onun yanında qalmış, sonra cibinə pul qoyaraq yola salmışdır. Digər uşağı da evdən oğurluq etdiyi üçün anası evdən qovmuşdur. Sonra uşaqları tutub narkotiki kimdən aldığını soruşmuşlar, onlar da “Samirdən almışıq” demişlər. Orada polislər “bəs deyirdiz bundan almışıq” soruşmuşlar, onlar da cavab verməmişlər. Sonra onları döyməyə başlamışlar, onu da təpik və yumruqla döymüşlər, bu zaman o, qışqıraraq “uşaqları niyə döyürsüz, onların anasına da baxıram, ciblərinə siqareti mən alıram, mən necə onlara sata bilərəm?, mən onlara çörək verən adamam”. Sonra onu başqa bir otağa aparmışlar və üzərinə büküm qoyaraq “bununla qeydiyyata salacayıq səni” demişlər, həmin vaxt o, “lazım deyil satışa qoyun məni” demiş, çünki sabahsı gün sübut edə bilər ki, onlunla bağlı bir şey deyil, ancaq bunu götürsə sübut edə bilməyəcək. Həmçinin fikirləşmişdir ki, binalarının qabağında kamera var, polis əməkdaşları gedəndə kameraya düşəcəklər, iki dəfə onsuz getmişlər, üçüncü dəfə isə onunla getmişlər. Birinci dəfə evin təmiz olduğunu görmüşlər və gəlib ona “bunu götür üstüvə” demişlər, lakin o, razılaşmamış, ikinci dəfə gedəndə onlar üstündə olanları evə qoymuşlar, üçüncü dəfə çəkiliş aparmaq üçün onunla getmişlər. O da təzyiq altında məcburi ifadə vermişdir. Süleymanı tanımamış, ilk dəfə bölmədə görmüşdür. O, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. 5.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, təxminən 1 il yarımdır ki, narkotik vasitədən istifadə edir, 07 iyul 2022-ci il tarixdə saat təxminən 21:20 radələrində yaşadığı ünvan 11 ünvanının qarşısında 3 nəfər mülki geyimdə şəxslər ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncuların polis əməkdaşları olduğunu bilmiş və həmin polis əməkdaşları onu Nizami rayon polis idarəsinə dəvət etmişlər, idarəyə gəldikdə onun üzərinə şəxsi axtarış keçirilən zaman ona təklif oıunmuşdur ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa masanın üzərinə qoyaraq təqdim etsin. O, da şalvarının cibindən özünə məxsus olan qara rəngli portmanesini çıxarıb içərisində bir ədəd şəffaf sellofana bükülmüş bükümü masanın üzərinə qoyub marixuana olduğunu bildirmiş və əlavə olaraq üzərində qanunla qadağan olunmuş başqa əşya və predmetin olmadığını, lakin yaşadığı mənzildə özünə məxsus «marixuana», «kakos», bir büküm «metafetamin» və bir ədəd narkotik vasitələrin çəkisini müəyyən etmək üçün nəzərdə tutulmuş tərəzi olduğunu bildirmişdir ki, həmin polis əməkdaşları ilə birlikdə yaşadığı Kürçaylı küçəsi 8 mənzil 49 ünvanına getmiş, mənzilə daxil olduqda qonaq otağında masanın üzərində iki ədəd üzərində narkotik vasitə istifadə etdiyi gümüşü rəngli kağız, qonaq otağında həmin masanın üzərində iki büküm marixuana və bir büküm kakos, qonaq otağında şkafın içərisində siqaret qutusunun içərisindən 2 büküm marixuana, 1 büküm metanfetamin, həmin siqaret qutusunun içərisində bir büküm kakos, bir büküm şəffaf sellofanda marixuana, 3 ədəd kibrit qutusu içindəki maddə narkotik vasitə sayılan marixuana və həmin qonaq otağındakı şüşəli şkafın yanındakı şüşəli şkafın içərisindən isə 1 ədəd qara rənglin üzərində “Aosai” yazısı olan narkotik vasitələri çəkmək üçün nəzərdə tutulmuş tərəzini təqdim etmişdir. Üzərindən və mənzilindən aşkar edilən maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın və mənzilinə baxışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid2 ifadəsində qeyd etmiş olduğu xüsusat yalandır. O, Şahid2 narkotik vasitə satmamışdır. Şahid1 ifadəsində qeyd etmiş olduğu xüsusat yalandır. O, Şahid1 narkotik vasitə satmamışdır, O, narkotik vasitə aludəçisidir, təxminən bir il yarım müddətdir ki, qəbul edir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Bu işlə məşğul olmağından heç kimin xəbəri yoxdur. Nə saxlanılarkən nə də ki, polis şöbəsinə gətirilərkən ona heç bir fiziki və ya psixi təsir olmamışdır. Hazırda onun istifadəsində ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, 070-***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr vardır (İ cild, səh. 260-263). 6.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, 07 iyul 2022-ci il tarixdə tərəflərindən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli bilinən İzzət barəsində əməliyyat-axtarış tədbiri keçirilmiş, həmin gün təxminən saat 5-6 radələrində Əliağa Kürçaylı küçəsində İzzətin yeri müəyyən edilərək Nizami Rayon Rayon Polis İdarəsinə dəvət edilmişdir. Baxış keçirilərkən həmin şəxsin üzərindən bir büküm metamfetamin aşkar olunmuş, kimdən aldığını soruşduqda özünün istifadə etdiyini və Samirdən aldığını bildirmişdir. Həmin gün Samirin yeri tərəflərindən müəyyən edilərək Nizami Rayon Rayon Polis İdarəsinə dəvət edilmişdir. Təhqiqatçının otağında videoçəkilişlə baxış keçirilərkən üzərindən marixuana aşkar edilmişdir. Sonradan “bundan başqa narkotik vasitə var?” sualı verilmiş və Samir kirayə yaşadığı evdə olduğunu bildirmişdir. Evinə baxış keçirilmiş, həmin vaxt stolun üstündə çəkilmiş falqada patı, şkafda şüşə yerin arxasında üç kibrit qutusunda marixuana və yanında tərəzi aşkar edilmiş, hamısına baxış keçirilmişdir. O, Şahid1 saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman zor və təzyiq olmamış, heç bir xəsarət yetirilməmişdir. 7.Məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Nizami RPİ-nin TŞ- dən daxil olmuş əməliyyat tapşırığına əsasən 07 iyul 2022-cİ il tarixdə Nizami RPİ-nin NMB-nun əməkdaşları polis kapitanı Şahid8 və polis leytenantı Şahid9 ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahid2 Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilmiş və həmin tarixdə saat 18:30-da ünvan 12 ünvanda tərəflərindən saxlanlılaraq Nizami RPİ-nə gətirilmişdir. Nizami RPİ-də Şahid2 Pamil oğluna hüquqları izah edildikdən sonra inizibati otaqların birində videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl Şahid2 təklif edilmişdir ki, palrtarında, əşyalarında, bədənində narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı maddə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Şahid2 əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selllofana bükümü təqdim edərək bükümdə olan kristalşəkilli maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 06 iyul 2022-ci il tarixdə ünvan 14 ünvanın qarşısında Təqsirləndirilən şəxs 10 manat pul verib öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şahid2 aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan kristalşəkill psixotrop maddəyə oxşar maddə onun iştirakı ilə zərfə qablaşdırılaraq DİN-nin “Zərflər üçün" 162 saylı möhürü ilə möhürlənmişdir. Şahid2 üzərində şəxsi axtarış aparılarkən iş üçün əhəmiyyət kəsb edən hər hansı maddə və ya əşya müəyyən edilməmişdir. Bundan sonra şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar həmçinin Şahid2 tərəfindən imzalanmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə saat 21 radələrində Nizami rayonu, Ə.Kürçaylı küçəsində müəyyən edilib Nizami RPİ-nə gətirilmişdir. Nizami RPİ-də Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra üzərində videçəkilişdən İstifadə etməklə şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, paltarında, əşyalarında, bədənində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı maddə və ya əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs qara rəngli portmanatının içərisindən bir ədəd şəffaf sellofanı təqdim edərək içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs başqa hər hansı yerdə narkotik vasitə saxlaması barədə sual verdikdə sonuncu mənzilin qonaq otağında əlavə narkotik vasitə marixuana, psixotrop metamfetamin, narkotik vasitə və psixotrop maddənin miqdarını müəyyən etmək üçün zərgərlik tərəzisi saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 15 ünvanda axtarış tədbirləri aparmaq üçün sonuncu ilə birlikdə yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı mənzilin qapısını açıb içəri daxil olduqdan sonra mənzilin qonaq otağında masanın üzərindən 2 ədəd büküm marixuana, 1 büküm heroini, 2 ədəd üzərində narkotik vasitə istifadə edilmiş gümüşü kağızı, bundan başqa həmin qonaq otağında şkafın şüşəli hissəsini açıb 3 kibrit qutusu marixuananı, həmin şkafdan 1 siqaret qutusunun içərisində 2 büküm marixuana, bir büküm metamfetamin, bir büküm heroin, 1 ədəd şəffaf sellofan bükümdə marixuana həmin şkafın yanındakı şkafdan bir ədəd narkotik vasitələrin çəkisini müəyyən etmək üçün nəzərdə tutulmuş “Aosai" markalı tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs Ədalər oğlunun yaşadığı mənzildən götürülmüş maddələr və tərəzi iş üçün əhəmiyyət kəsb etdiyindən tərəflərindən götürülərək qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin "Zərflər üçün”162 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış aparılmış, axtarış zamanı iş üzrə əhəmiyyət kəsb edən başqa heç bir maddə və ya əşya aşkar edilməmişdir. Bundan sonra axtatış götürmə barədə protrokol tərtib edilmişdir. Porotoko! axtarışda iştirak edən şəxslərə ucadan oxunmuş, axtarışda iştirak etmiş şəxslər tərəfindən, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır (İİ cild, səh. 47-49). 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, şəxs əməliyyat tapşırığı əsasında Qara Qarayev metrosunun yaxınlığında saxlanılaraq Polis İdarəsinə gətirilmiş, üzərinə videoçəkilişlə baxış keçirilən zaman köynəyin cibindən marixuana aşkar olunmuşdur. Sonra evində də narkotik vasitə olduğunu bildirmiş, Samirin özünün iştirakı ilə evinə baxış keçirilərkən stolun üstündən və şkafdan müxtəlif narkotik vasitələr və tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs əvvəl İzzət saxlanılmış və narkotik vasitəni Samirdən aldığını bildirmişdir. Əməliyyat tədbirində üç nəfər iştirak etmişlər, Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq göstərilməmişdir. 9.Məhkəmə iclasında Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid7 ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 50-52). 10.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, 07 iyul 2022-ci il tarixdə İzzət adlı şəxs tərəflərindən saxlanılmış və idarədə baxış keçirilərkən üzərindən bir büküm narkotik vasitə aşkar olunmuş, narkotik vasitəni Samir adlı şəxsdən aldığını bildirmişdir. Tədbirin davamı olaraq Samir saxlanılaraq idarədə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş və narkotik vasitə marixuana aşkar olunmuşdur. Sonra evinə baxış keçirilmiş və evdən narkotik vasitə aşkar olunmuşdur. 11.Məhkəmə iclasında Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid7 ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 50-52). 12.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, ərazidə xidmətdə olarkən özlərini şübhəli apardıqlarından iki nəfər şəxsi saxlayaraq idarəyə dəvət etmişlər, üzərinə baxış keçirilərkən bir nəfərin üstündən narkotik vasitə aşkar olunmuş və narkotik vasitəni Samir adlı şəxsdən aldığını bildirmişdir. 13.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, əvvəllər sonradan adı ona məlum olan Şahid1 və Şahid3 tanımamış, onlarla heç bir münasibəti olmamışdır. O, Nizami RPİ-nin PPXB-nin manqa komandiri vəzifəsidə çalışır və polis baş serjantı rütbəsi daşıyır. 07 iyul 2022-ci il tarixdə Nizami RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid5 və Nizami RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid6la birlikdə 2 sektor üzrə xidmət apararkən saat 13:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanının qarşısında iki nəfər şəxsin ətrafa diqqətlə baxaraq gəzdiyini görmüşlər. Onların həmin şəxslərin hər hansı bri cinayəti törədəcəyindən şübhələnərək və həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş, bundan sonra həmin şəxslərə şəxsiyyətlərini təstiq edən sənədi təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər Nizami rayonu 8-ci KM bazarının yaxınlığında olan günlük kirayə evlərdə yaşadıqlarını və həmçinin şəxsiyyət vəsiqlərinin üzərlərində olmamasını bildirmişlər. Onlar həmin şəxslərə vermiş olduğu suallara dolğun cavablar vermədiklərindən, müxtəlif bəhanələr gətirərək onlardan yayınmaq istədiklərindən, həmçinin üzlərində narkotik vasitə istifadəçisində olan əlamətlər olduğundan sonuncuları Nizami RPİ-nə dəvət etmişlər. Nizami RPİ-də tərəflərindən müvafiq raport yazılmışdır. Nizami RPİ-də onlara məlum olmuşdur ki, həmin şəxslərdən biri xx.xx.1985-ci ildə Rusiya Federasiyası Krosnadar şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan; deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 17 ünvanında qeydiyyatda olmaqla Nizami rayonu ərazisində yerləşən 8-cİ KM bazarının yaxınlığında günlük kirayə evdə yaşayan Şahid1 və digəri xx.xx.2000-ci ildə Xaçmaz şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 17 ünvanında qeydiyyatda olmaqla Nizami rayonu ərazisində yerləşən 8-ci KM bazarının yaxınlığında günlük kirayə evdə yaşayan Şahid3dur. Bundan sonra Nizami RPİ-nin xidməti otaqların birində Şahid1 videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan edilmiş, videoçəkilişin aparılmasına etirazının olub-olmaması soruşulmuş, Şahid1 heç bir etirazının olmamasını bildirmişdir. Şahid1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülmüş qəhvəyi rəngli tozşəkilli narkotik vasitə olan heroinə bənzər maddəni və bir ədəd şəffaf sellofona bükülmüş kristal şəkilli psixotrop maddə metamfetamenə bənzər maddəni çıxararaq təqdim etmiş və qeyd olunan maddələri 06 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 11 ünvanının qarşısında 20 manata özü istifadəsi üçün aldığını demişdir. Bundan sonra həmin maddələr zərflə yerləşdirilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Nizami RPİ-nin xidməti otaqların birində Şahid3 videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan edilmiş, videoçəkilişin aparılmasına etirazının olub-olmaması soruşulmuşdur. Şahid3 heç bir etirazının olmamsını bildirmişdir. Şahid3 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və predmet müəyyən olunmamışdır (İİ cild, səh. 41-43). 14.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 oğlu ifadəsində bildirmişdir ki, günorta vaxtı Qara Qarayev 61 ünvanında özlərini şübhəli aparıdıqlarından iki nəfəri saxlayaraq idarəyə dəvət etmişlər, idarədə videoçəkiliş vasitəsilə üzərilərinə şəxsi axtarış keçirilmiş, bir nəfərin üstündən narkotik vasitə aşkar olunmuş və Samir adlı şəxsdən aldığını bildirmişdir. 15.Məhkəmə iclasında Şahid5 oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 57-59). 16.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, günorta vaxtı xidmətdə olarkən Qara Qarayev 61 ünvanında iki nəfər şəxsi şübhəli bilib saxlamışlar, onların şəxsiyyət vəsiqələrini istəmişlər, həmin şəxslər özlərini şübhəli aparmışlar. Bundan sonra Nizami Rayon Rayon Polis İdarəsinə dəvət etmişlər, idarədə üzərlərinə axtarış keçirilmiş, bir nəfərin üzərindən metamfetamin və kakos çıxmış, Samir adlı şəxsdən aldığını bildirmişdir. 17.Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 61-63). 18.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, gecə vaxtı bibisioğlu ilə birlikdə olarkən polis əməkdaşı yaxınlaşaraq sənəd istəmiş və onları idarəyə aparmışlar. Üstlərində nə varsa təqdim etməyi tələb etmişlər, bibisioğlu Şahid1 üzərindən narkotik vasitə aşkar olunmuş, ondan heç nə aşkar olunmamışdır. Ona kimdən aldığı sual verildikdə Təqsirləndirilən şəxs aldığını bildirmiş, lakin tək ondan alınmamış, Yadigar adlı şəxsdən də alınmışdır. O, bir dəfə Samirgildə qalarkən falqada metamfetamin görmüşdür. Əməliyyatçılar Samiri döymüşlər. 19.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ümumiyyətlə narkotik vasitədən istifadə etmir.Qardaşı Şahid2 narkotik vasitə istifadəçisir və İzzət də narkotik vasitəni Təqsirləndirilən şəxs Ədaiət oğiundan alırr. xx.xx.2022-ci il tarixdə saat 13:20 radələrində Nizami rayonu, Qara Qarayev prospektində qohumu Şahid1 ilə piyada gəzərkən üç nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmiş onlardan şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməyi xahiş etmişlər.Polis işçilərinə Nizami rayonu, 8-ci km bazarının yaxınlığında kirayədə yaşadıqlarını, şəxsiyyət vəsiqəsinin üzərilərində olmadığını biİdirmişlər.Polİs əməkdaşları onları Nizami RPİ-nə dəvət etmiş, polis idarəsinə gəldikdən sonra xidməti otaqlardan birində videoçəkiliş vasitəsilə üstlərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl keçirilən zaman ilk əvvəl üzəridə olan əşyaları özü təqdim etməsi təklif edilmiş,o üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olmadığını bildirmişdir. Polis idarəsində üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı tərtib edilmiş protokola imza etmişdir (İ cild, səh. 203-204). 20.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Nizami rayonu ərazisində 8-ci km-də mülki geyimdə polislər yaxınlaşaraq şəxsiyyət vəsiqəsini istəmişlər, sonra idarədə üzərinə baxış keçirilmişdir. İdarədə üzərinə keçirilən baxış zamanı narkotik vasitə aşkar olunmuş, narkotik vasitəni tutulmamışdan qabaq gecə Samirdən almışdır. Onlar bir evdə yaşamışlar, Samir ondan pul istəməmiş, sadəcə özü istəyərək Samirə 10 manat vermişdir. O, Samirin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilməmiş, 1-2 dəfə Samirin metamfetamin istifadə etdiyin görmüşdür. Onu döyən və ya məcbur edən olmamış, Təqsirləndirilən şəxs polis tərəfindən təzyiq olunmasını görməmişdir. O, narkotik vasitədən 2-3 dəfə istifadə etmiş, hər dəfə başqasından almışdır. 21.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə hesab edilən maddə metamfetaminin aşkar edilməsi ilə bağlı bildirir ki, aşkar edilmiş maddələri xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs sonuncunun yaşadığı ünvan 20 ünvanının qarşısında 10 (on) manata şəxsi istifadəsi üçün almışdır.Həmin psixotrop maddəni üzərində saxlamış,xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Nizami rayonu, Ə.Kürçaylı küçəsində olan zaman üç nəfər mülki geyimli polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilərək Nizami RPİ-nə dəvət etmişlər. Polis işçiləri ilə birlikdə polis idarəsinə gəldikdən sonra xidməti otaqlardan birində videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılmışdır.Axtarışa başlamazdan əvvəl ona təklif olunmuşdur ki,üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və maddə varsa təqdim etsin,Bu təklifdən sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan bir büküm şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini təqdim etmişdir. Üzərindən aşkar edilən psixotrop maddə metamfetamin ekspertizaya göndərilməsi üçün onun yanında zərfə qablaşdırılaraq möhürlənmişdir,sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş,axtarışda iştirak edən şəxslər həmçinin özü protokola imza etmişdir.Şahid2 ona verilən suallara cavab olaraq,xx.xx.2022-ci il tarixdə polois əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirilərkən Nizami RPİ-də üstündə şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilmədiyini,təxminən 1 aydır narkotik vasitələrdən istifadə etdiyini, üzərində aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni Təqsirləndirilən şəxs 10 manat pul verib şəxsi istifadəsi üçün aldığını,narkotik vasitələrin satış İlə məşğul olmadığını, narkotik vasitələr qəbul etməsi barədə heç kimə demədiyini, bundan heç kimin xəbəri olmadığını bildirmişdir (İ cild, səh. 241-243). 22.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, onları tutmuşlar, o insanı tanımadığına görə zor tətbiq etmişlər ki, “denən mən Samirdən almışam”. O, dəfələrlə Nizami Rayon Məhkəməsinə çıxarkən elə bir adda adam tanımadığını demişdir. Bir dəfə Nizami Rayon Məhkəməsinə çağırıb üzləşdirmişlər, orada sual vermişlər, o da elə bir adda adam tanımadığını demişdir. Onu 6 nəfər çox pis döymüş, huşunu itirmiş, heç özü orada nə danışdığını bilməmiş, başı çıxmadığından harasa şikayət etməmişdir. Samiri polisdə görmüş və orada Samiri pis döyürmüşlər. Hamısını döymüşlər, Samiri onun qabağında döymüşlər. O, saxlanılan zaman üzərindən narkotik çıxmış, narkotiki tanımadığı bir şəxsdən almışdır. O, Samirdən narkotik almamış, Samiri tanımamış, ümumiyyətlə tanışlıqları olmamışdır. İbtidai istintaq zamanı ifadəsini təzyiq altında vermişdir. 23.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə hesab edilən heroinin və psixotrop maddə metamfetaminin aşkar edilməsi ilə bağlı bildirir ki, aşkar edilmiş maddələri xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs sonuncunun yaşadığı Nizami rayonu, Kürçaylı küçəsi 8 ünvanının qarşısında 20 (iyirmi) manata şəxsi istifadəsi üçün almışdır. Həmin heroini və psixotrop maddəni üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 13:20 radələrində Nizami rayonu, Qara Qarayev prospektində qohumu Şahid3 ilə piyada gəzərkən üç nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmiş,şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməyi xahiş etmişlər. Polis əməkdaşlarına Nizami rayonu, 8-ci km bazarının yaxınlığında kirayədə yaşadıqlarını, şəxsiyyət vəsiqəsinin üzərlələrində olmadığını bildirmişlər. Üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğundan polis əməkdaşlarından yayınmaq istəyərkən,polis əməkdaşlarının təklifi ilə Nizami RPİ-nə dəvət gəlmişlər. Polis idarəsində xidməti otaqlardan birində üzərində videoçəkilişlə şəxsi axtarışa başlamazdan əvvəl ona təklif olunmuşdur ki.üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və maddə varsa təqdim etsin.Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini və bir büküm şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini təqdim etmişdir.Üzəridən aşkar edilən narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin ekspertizaya göndərilməsi üçün onun yanında iştirakı zərfə qablaşdırılaraq möhürlənmişdir, sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, axtarışda iştirak edən şəxslər həmçinin özü protokola imza etmişdir.Şahid1 ona verilən suallara cavab olaraq, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirilərkən Nizami RPİ-də üstündə şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilmədiyini, 2 ildir narkotik vasitələrdən istifadə etdiyini, üzərində aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni Təqsirləndirilən şəxsdan 20 manat pul verib şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitələr qəbul etməsi barədə heç kimə demədiyini, bundan heç kimin xəbəri olmadığını bildirmişdir (İ cild, səh. 224-226). 24.Məhkəmə iclasında Şahid1 iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-163/2023 saylı, 31 avqust 2023-cü il tarixli hökmündə olan ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 07 iyul 2022-ci il tarixdə Nizami RPİ-də şəxsi axtarış keçirilən zaman üzərində aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümdə içərisində qəhvəyi rəngli tozşəkill narkotik vasitə hesab edilən heroini və 1 ədəd şəffaf sellofan bükümdə kristal şəkilli psixotrop maddə metamfetamini xx.xx.2022ci il tarixdə Təqsirləndirilən şəxs sonuncunun yaşadığı Nizami rayonu, Kürçaylı küçəsi 8 ünvanının qarşısında 20 (iyirmi) manata şəxsi istifadəsi üçün almışdır. Həmin heroini və psixotrop maddəni üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 13:20 radələrində Nizami rayonu, Qara Qarayev prospektində qohumu Şahid3 ilə piyada gəzərkən üç nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmiş, şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməyini xahiş etmişlər. Polis əməkdaşlarına Nizami rayonu, 8-ci km bazarının yaxınlığında kirayədə yaşadıqlarını, şəxsiyyət vəsiqəsinin üzərilərində olmadığını bildirmişlər. Üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğundan polis əməkdaşlarından yayınmaq istəyərkən, polis əməkdaşlarının təklifi ilə Nizami RPİ-nə gəlmişlər. Polis idarəsində xidməti otaqlardan birində üzərində video çəkilişlə şəxsi axtarışa başlamazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini və bir büküm şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini təqdim etmişdir. Üzəridən aşkar edilən narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin ekspertizaya göndərilməsi üçün onun yanında iştirakı ilə zərfə qablaşdırılaraq möhürlənmişdir, sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, axtarışda iştirak edən şəxslər həmçinin özü protokola imza etmişdir. O, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirilərkən Nizami RPİ-də üstündə şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilmədiyini, 2 ildir narkotik vasitələrdən istifadə etdiyini, üzərində aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni Təqsirləndirilən şəxs 20 manat pul verib şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələrin satış ilə məşğul olmadığını, narkotik vasitələr qəbul etməsi barədə heç kimə demədiyini, bundan heç kimin xəbəri olmadığını bildirmişdir. Sonda Şahid1 törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. 25.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli 7/747 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs məxsus maddə» yazılar və imzalar olan zərfdə 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,807 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (İ cild, səh. 144-147). 26.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli 7/749 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş maddə» yazılar və imzalar olan zərfdə 3 ədəd kibrit qutusunda 5 ədəd (4ədəd kağız, 1ədəd sellofan) bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-2,019 qram; 2,258 qram; 2,275 qram; 0,271 qram; 0,518 qram; 0,431 qram; 0,278 qram; 0,290 qram bitki mənşəli klütlələr, tərkibində narkotik maddələr olan çətənə (konnabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 8,340 qramdır. Tədqiqata təqdim olunmuş 1 ədəd “Rosai” yazısı olan qara rəngli elektron tərəzi üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur (İ cild, səh. 148-152). 27.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli 6/3720 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DiN-in Zərflər üçün №162» dairəvi möhür əksi, «vət. Şahid1 üzərindən aşkar edilmiş maddə» yazısı imzalar olan kağız zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,081 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 0,383 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahıya əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər (İ cild, səh. 153-157). 28.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli 6/3722 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN-in Zərflər üçün №162» dairəvi möhür əksi, «vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş...» yazısı imzalar olan kağız zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,429 qram və 0,124 qram, ümumi təmiz çəkisi 0,553 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,055 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd «Aosai» markalı qara rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin, «gümüşü» rəngli kağız parçaları üzərində isə heroinin izləri vardır, iz şəkilində olduğu üçün, heroinin və metamfetaminin təmiz çəkilərini müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahıya əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər (İ cild, səh. 158-162). 29.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli 6/3721 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN-in Zərflər üçün №162» dairəvi möhür əksi, «vət. Şahid2 üzərindən aşkar edilmiş...» yazısı imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,373 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahıya əsasən metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər (İ cild, səh. 163- 168). 30.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2022-ci il tarixli 6/5704 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in «Tədqiqat obyekti № 59»-li ştamp əksi olan 3 ədəd paketdəki -vət. Şahid1 üzərindən aşkar edilərək götürülmüş metamfetamin, Şahid2 üzərindən aşkar edilərək götürülmüş metamfetamin və Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər, -vət. Şahid1 üzərindən ahşkar edilərək götürülmüş heroin və Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı Şahid1 götürülmüş heroinin və metamfetaminin təmiz çəkiləri 8 iyul 2022ci il tarixli 6/3720 saylı, Şahid2 götürülmüş metamfetaminin təmiz çəkisi 8 iyui 2022-ci ii tarixli 6/3721 saylı və Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş heroinlərin və metamfetaminin təmiz çəkiləri 8 iyuul 2022-ci il tarixli 6/3722 saylı ekspert rəylərində göstərilmişdir (İİ cild, səh. 194-198). 31.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 23 avqust 2022-ci il tarixli, 2542 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərin istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (İİ cild, səh. 144-145). 32.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 24 sentyabr 2022-ci il tarixli, 2542 nömrəli rəyindən görünür ki, Motviəşdirici hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal- hazırda "şəxsiyyətin emosional- davamsız tip pozuntusu'’ f 60.3 müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (yeniyetmə yaşlarından xasiyyətcə əsəbi olması, əsəbi gərginlik anlarında özünə və ətrafdakılara xəsarət yetirməsi, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" X12 müayinədə olması və onda "Şəxsiyyətin affektiv tip pozuntusu, özünü kəsmələrlə” diaqnozunun qeyd edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman "Şəxsiyyətin emosionaldavamsız tip pozuntusu” qeyd edilib. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdır ki, o, cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda “Şəxsiyyətin emosional- davamsız tip pozuntusu” aşkar edilir. Təqsirləndirilən şəxs hazrda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda "Şəxsiyyətin emosional-davamsız tip pozuntusu” aşkar edilir. Bu pozuntu hazırda kompensasiya vəziyyətindədir (İİ cild, səh. 199-202). 33.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübutəhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Şahid1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli tozşəkilli, narkotik vasitə olan heroinə bənzər maddəni və 01 ədəd şəffaf sellofana bükülmüş kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddəni çıxardaraq təqdim etmiş, bu maddələri xx.xx.2022-ci İl tarixdə Təqsirləndirilən şəxs sonuncunun yaşadığı Nizami rayonu, Kürçaylı küçəsi 8 ünvanının qarşısında 20 manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik maddə olan heroinə bənzər maddə və 01 ədəd şəffaf sellofana bükülmüş kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (İ cild, səh. 24-25). 34.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Şahid3 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Şahid3 üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olmadığını bildirmiş, Şahid3 üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir (İ cild, səh. 52-53). 35.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Şahid2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Şahid2 əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddəni çıxardaraq təqdim etmiş, bu maddəni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs sonuncunun yaşadığı Nizami rayonu, Kürçaylı küçəsi 8 ünvanının qarşısında 10 (on) manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (İ cild, səh. 82-83). 36.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 07 iyul 2022-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtariş və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs özünə məxsus qara rəngli portmanının içərisində olan bir büküm marixuananı xidməti otaqda masanın üzərinə qoyub təqdim edərək özünə məxsus olduğunu və əlavə olaraq yaşadığı mənzildə də həmçinin narkotik vasitə sayıian metanfetamin, heroin, spesifik iyə malik olan marixuana və həmin narkotik vasitələrin çəkisini müəyyən etmək üçün nəzərdə tutulmuş tərəzinin olduğunu bildirmişdir. Cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (İ cild, səh. 110-111). 37.«Baxış və götürmə aparılması haqqında» 07 iyul 2022-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, baxış və götürmə aparılan zaman şübhəli şəxs Təqsirləndirilən şəxs ilə ünvan 21 ünvanına qalxmış, Samır Qurbanov sol hissədə yerləşən mənzilin qapısını açıb mənzilin qonaq otağında masanın üzərində 2 bukum marixuana, 1 büküm heroin, 2 ədəd üzərində narkotik vasitə istifadə edilmiş gümüşü kağızı, bundan başqa həmin qonaq otağında şkafın şüşəli hissəsini açıb 3 kibrit qutusu marixuananı, həmin şkafda bir siqaret qutusunun içərisində 2 büküm marixuana, 1 büküm metanfetamin, bir büküm heroin, bir büküm şəffaf sellofanda marixuana və həmin şkafın yanındakı şkafdan da bir ədəd narkotik vasitələrin çəkisini müəyyən etmək üçün nəzərdə tutulmuş tərəzini masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilindən götürülən maddələr və tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 saylı möhürü ilə möhürlənərək götürülmüş, baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (İİ cild, səh. 117-118). 38.«Toplanmış sübutların qiymətləndirilməsi haqqında» 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, 07 iyul 2022-ci il tarixdə Şahid2 üzərindən aşkar edilmiş 01 ədəd bükümdə 0,373 qram psixotrop maddə metamfetamin, Şahid1 0,081 qram narkotik vasitə heroin və 0,383 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə 0,807 qram narkotik vasitə qurudulmuş marixuana, yaşadığı evdən aşkar edilmiş 08 ədəd bükümdə ümumi təmiz çəkisi 8,340 qram narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,553 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə 0,055 qram psixotrop maddə metamfetamin, 07 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs, Şahid1, Şahid3 və Şahid2 üzərlərində keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 4 ədəd, baxış keçirilməsi və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd CD disklər maddi sübut kimi tanınmış, Şahid1 üzərindən aşkar edilmiş və tədqiqatdan sonrakı qalıq çəkisi 0,313 qram heroin, 0,021 qram psixotrop maddə metamfetamin, Şahid2 üzərindən aşkar edilmiş və tədqiqatdan sonrakı qalıq çəkisi 0,0303 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş və tədqiqatdan sonrakı qalıq çəkisi 0,413 qram narkotik vasitə heroin, 0,008 qram psixotrop maddə metamfetamin, 8,180 qram narkotik vasitə qurudulmuş marixuana, üzərindən aşkar edilmiş və tədqiqatdan sonrakı qaiıq çəkisi 0,787 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 07 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs, Şahid1, Şahid3 və Şahid2 üzərilərində keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 4 ədəd, baxış keçirilməsi və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd CD disk cinayət işinə əlavə edilmişdir (İİ cild, səh. 206-221). 39.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq həkim müayinəsindən keçirilmiş, sorğu zamanı zədə almadığını bildirmişdir. Baxış zamanı bədən səthində yeni xəsarət izləri aşkar edilməmişdir. 40.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 99). 41.Bakı şəhəri Nizami rayon məhkəməsinin 09 iyul 2022-ci il tarixli, 4(007)-381/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 iyul 2022-ci il tarixdən hesablamaqla 3 (üç) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 278-280). 42.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X3 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 37). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 43.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 44.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 45.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 46.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 47.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 48.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 49.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 50.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 51.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 52.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 53.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən aşağı həddi 0,15 qram olan və yuxarı həddi 2 qramadək olan narkotik vasitə heroin xeyli miqdar hesab edilir. Qeyd olunan siyahının 109.1-ci bəndinə görə aşağı həddi 5 qram olan və yuxarı həddi 500 qramadək olan narkotik vasitə qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən aşağı həddi 0,15 qram olan və yuxarı həddi 2 qramadək olan psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 54.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 55.Məhkəmə təkrar edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsi dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 56.Təqsirləndirilən şəxsin onun üzərindən və yaşadığı mənzildən narkotik vasitənin aşkar olunması ilə bağlı videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 57.Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 58.Məhkəmə həmçinin dinidirilmiş şahidlər Şahid3, Şahid2 və Şahid1 ifadələrinə münasibətdə qeyd edir ki, onların təqsirləndirilən şəxsin xeyrinə müdafiə xarakterli ifadə vermələri istisna olunmur. Həmin ifadələr iş materialarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam təkzib olunur. 59.Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitələri və psixotrop maddəni bükümlərə bölərək saxlaması, eləcə də narkotik vasitələrin və psixotrop maddənin çəkilib xırda bükümlərə bölünməsində istifadə edilən elektron tərəzini evində saxlaması hərəkətlərində həmin maddələrə münasibətdə satış məqsədini tam təsdiq edir. 60.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 61.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, ifadəsində qeyd etdiyi hallar məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. 62.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlaması, daşıması və satması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 63.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 64.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 65.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 66.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 67.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 68.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 70.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 71.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 72.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 73.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 74.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 75.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 76.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 07 iyul 2022-ci il tarixdən hesablanmalıdır. 77.Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 78.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 79.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 80.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Nizami Rayon Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş və tədqiqatdan sonrakı qalıq çəkisi 0,413 qram olan narkotik vasitə heroinin, 0,008 qram psixotrop maddə metamfetaminin, 8,180 qram narkotik vasitə qurudulmuş marixuananın, üzərindən aşkar edilmiş və tədqiqatdan sonrakı qalıq çəkisi 0,787 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 03 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 81.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 82.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 83.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 258 (iki yüz əlli səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 84.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 85.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 35 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 210 (iki yüz on) manat təşkil edir. 86.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 87.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 07 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 258 (iki yüz əlli səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsindən 210 (iki yüz on) manat Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Nizami Rayon Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan - Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş və tədqiqatdan sonrakı qalıq çəkisi 0,413 qram olan narkotik vasitə heroin, 0,008 qram psixotrop maddə metamfetamin, 8,180 qram narkotik vasitə qurudulmuş marixuana, üzərindən aşkar edilmiş və tədqiqatdan sonrakı qalıq çəkisi 0,787 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 03 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar