Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1090/2021 01.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və “Pro Bono” Vəkil Büosunun vəkili Müdafiəçi3, iş üzrə Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə1, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X12, iş üzrə Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi Qanuni nümayəndə2, iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1 04 dekabr 2000-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Bakı şəhəri, Səbail RPİ-də qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2, 23.iyul.2003-cü il tarixdə Saatlı rayonu, Azadkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta-ixtisas təhsilli, məhkumluğu olmayan, işsiz, Saatlı rayonu, Azadkənd kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamış, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs2 təhsil aldığı Bakı Biznes və Kooperasiya kollecinin “Turizm və onun təşkili” fakültəsində qrup yoldaşı olan X30 ilə 25 noyabr 2020-ci il tarixdə mobil telefonda başqa şəxsin erməni şərabının nümayiş etdirldməsi zamanı aralarında yaranmış mübahisənin səbəbini Alı Nuriyev və onun dostları ilə aydınlaşdırmaq məqsədi ilə Alı Nuriyevin növbəti günə, yəni 26 noyabr 2020-ci il tarixə saat 19:00 radələrinə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısına təyin etdiyi görüş yerinə Təqsirləndirilən şəxs2la birlikdə həmin ünvana gəlib Alı Nuriyevin təyin olunmuş görüş yerinə gəlməməsinə baxmayaraq, onun iştirakı olmadan onun dostları ilə görüşmüş, onlardan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə birlikdə mübahisənin maneəsiz davam etdirilməsi üçün Yasamal rayonu, 2-ci Alatava, Kənar dairəvi magistral yolun kənarında yerləşən, ictimai yer hesab olunan həmin ərazidəki yaşayış evlərinin qarşısındakı sakinlərin və digər piyadaların mütəmadi hərəkətdə olduğu açıq sahəyə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs2la birlikdə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan hadisə yerində olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ünvanlarına qarşı uca səslə nəlayiq ifadələr işlətməklə ictimai qaydanı və ictimai asayişi kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, ətrafdan keçən çoxsaylı şəxslərin həmin müddət ərzində hərəkətinə maneə yaratmaqla cəmiyyətdə bərqərar olmuş etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoyaraq, hər kəsin gözü qarşısında həmin şəxslərə hücum edərək onlara fiziki zor tətbiq edib, münaqişənin gedişində ümumi niyyətdən kənara çıxmaqla Zərərçəkmiş şəxs2 qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi bıçaqla onun ona hücum edib onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq zərbələr endirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid 01 (bir) ədəd bel nahiyyəsində solda daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yara xəsarətini və kəskin qanitirmə ilə nəticələnərək onun ölümünə səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid 01 (bir) ədəd sol budun iç səthində yerləşmiş və sol bud arteriyasını tam zədələmiş deşilmiş-kəsilmiş yara xəsarətini yetirib Zərərçəkmiş şəxs2 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, daha sonra qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək silah qismində istifadə olunan əşyası, yəni bıçağı ilə hadisə yerində olan digər şəxslərin üzərinə doğru hücum edərək Zərərçəkmiş şəxs1 sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sağ əlin İİ barmağının səthi kəsilmiş yarası xəsarətini, Təqsirləndirilən şəxs2 isə hadisə yerindən əlinə götürdüyü daşlarla Zərərçəkmiş şəxs3 sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sağ əlin İV-V barmaqarası nahiyyəsinin sıyrığı xəsarətini, Zərərçəkmiş şəxs4 isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sol alt çənə oynağının əzilməsilə müşayiət olunmuş sol qulaqönü nahiyənin əzilmiş səthi yaraları xəsarətlərini yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərini etmişdir. Təqsirləndirilən şəxs2, təhsil aldığı Bakı Biznes və Kooperasiya kollecinin “Turizm və onun təşkili” fakültəsində qrup yoldaşı olan X30 ilə 25 noyabr 2020-ci il tarixdə mobil telefon vasitəsilə mesajla yazışarkən aralarında yaranmış mübahisənin səbəblərini sonuncu və onun tanışları ilə aydınlaşdırmaq məqsədi ilə növbəti günə, yəni 26 noyabr 2020-ci il tarixə saat 19:00 radələrinə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısına görüş təyin edərək yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə gəliş, lakin A.Nuriyev əvvəlcədən təyin olunmuş görüş yerinə gəlməməsinə baxmayaraq, onun iştirakı olmadan dostları ilə görüşmüş, onlardan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə birlikdə mübahisənin maneəsiz davam etdirilməsi üçün piyada Yasamal rayonu, 2-ci Alatava, Kənar dairəvi magistral yolun kənarında yerləşən, ictimai yer hesab olunan həmin ərazidəki yaşayış evlərinin qarşısındakı sakinlərin və digər piyadaların mütəmadi hərəkətdə olduğu açıq sahəyə gedib, həmin vaxt Təqsirləndirilən şəxs1lə birlikdə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan hadisə yerində olan Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ünvanlarına qarşı uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı və ictimai asayişi kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, ətrafdan keçən çoxsaylı şəxslərin həmin müddət ərzində hərəkətinə maneə yaratmaqla cəmiyyətdə bərqərar olmuş etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutaraq, hər kəsin gözü qarşısında silah qismində istifadə olunan əşyası, yəni hadisə yerindən götürdüyü müxtəlif ölçülü daşlarla həmin şəxslərin üzərinə doğru hücum edərək onlara fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs3 sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sağ əlin İV-V barmaqarası nahiyyəsinin sıyrığı xəsarətini, Zərərçəkmiş şəxs4 isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sol alt çənə oynağının əzilməsi ilə müşayiət olunmuş sol qulaqönü nahiyyənin əzilmiş səthi yaraları xəsarətlərini, Təqsirləndirilən şəxs1 isə əlindəki bıçaqla Zərərçəkmiş şəxs1 sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sağ əlin İİ barmağının səthi kəsilmiş yarası xəsarətini yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərini etmişdir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamda nəzərdə tutlan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, 26 noyabr 2020-ci il tarixdə səhər vaxtı dostu Təqsirləndirilən şəxs2la birlikdə iş axtarmaq məqsədilə Dərnəgülün ərazisindəki avtoyuma məntəqəsinə gedərəkən Elvin təhsil aldığı Bakı Biznes və Kooperasiya kollecində tələbə yoldaşı Alı adlı oğlanla whatsappda mübahisəsi düşdüyünü və Alının dostu Ataş adlı şəxs tərəfindən məsələni araşdırmaq üçün axşam saat 19-20 radələrinə “20 Yanvar” dairəsi yaxınlığına çay içib söhbət etmək üçün çağırıldığını dedi. O da Elvinə onunla gələcəyini demişdir. Elvivnin deməsinə görə 25 noyabr 2020-ci il tarixdə kollecin whatsapp qrupuna tələbə yoldaşı Elşad Əlibəyli erməni çaxırının şəklini paylaşmışdır. Digər tələbə yoldaşı Alı Nuriyev həmin çaxırı nə vaxt içəcəklərini soruşmuşdur. Elvin isə qrupda qızların da olduğunu bildirərək Alıya belə məzmunda söhbətlər etməməsini deyəndə onların aralarında mübahisə yaranmışdır. Mübahisədən sonra, elə həmin tarixdə də özünü Alının yaxın dostu kimi təqdim edən Ataş adlı şəxs Elvinin mobil telefonuna zəng edərək Alı ilə aralarında yaranmış mübahisədən məlumatlı olduğunu, görüşüb bu mübahisəni aydınlaşdıraraq yoluna qoymaq istədiklərini deyib onu səhəri gün, yəni 26 noyabr 2020-ci il tarixdə “20 Yanvar” metrostansiyasının yaxınlığına görüşə çağırmışdır. Elvin də onunla razılaşmışdır. Bu səbəbdən də 26 noyabr 2020-ci il tarixdə saat 18:00 radələrində Elvin Ataş adlı şəxsin mobil nömrəsinə yığaraq görüşün olub-olmayacağını dəqiqləşdirib, Ataşın görüşün keçirilməsində israrlı olmasını öyrəndi. Onlar da birlikdə həmin tarixdə təxminən saat 18-19 radələrində avtobusla “20 yanvar” metrostansiyasının qarşısına getmişlər. Ora çatdıqda Ataşın onları çağırdıqlparı "xxxx" ASC-nin inzibati binasının qarşısına gəlmişlər. Onlar ora çatan kimi bir neçə nəfər onlara yaxınlaşaraq “Alının məsələsinə” görə gəlib-gəlməmələrini soruşmuşlar. Onlar da həmin məsələyə görə gəldiklərini demişlər. Onları qarşılayan şəxslər yeddi-səkkiz nəfər onlarla təxminən onlarla həmyaşıd şəxslər idi. Onun həmin şəxslərin heç biri ilə əvvəldən tanışlığı olmamışdır. Onlardan özünü Sənan kimi təqdim edən, sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxs qarşılaşdığıı yerin camaatın sıx hərəkətdə olduğu yer olduğunu deyib daha sakit bir yerdə söhbət etməyi təklif etdi. Onlar da Əlinin təklifi ilə onun dediyi yerə getmişlər. Yolda onlar Alının harada olduğunu soruşmuşlar. Onlardan kim isə Alının iş yerindən icazə ala bilmədiyini, bu səbəbdən də onun gələ bilməyəcəyini dedi. Elvin Alının iştirakı olmadan məsələni necə aydınlaşdıra biləcəklərini soruşdu. Zərərçəkmiş şəxs2 Alının yaxın dostu olduğunu, Alının iştirakı olmadan məsələni özünün yoluna qoyacağını, onun gəlməsinə ehtiyac olmadığını dedi. Yolda Ataş və bir neçə nəfər onlardan ayrılaraq başqa yerə getdi. Bundan sonra qarşı tərəfdən olan bir neçə nəfər, təxminən beşaltı nəfər, özü və Elvin Əlinin dediyi istiqamətdə Əligilin məhəllələrinin yuxarı hissəsinə getmişlər. Təxminən saat 20:00 radələrində Kənar Dairəvi yol deyilən yerdə, magistral yolun kənarında dayanmışlar. Həmin yerdə o və Elvin mübahisəni mehribanlıqla həll etmək istəsələr də, Əli Əliyev ona “əə” deyə müraciət etdi. O da Əliyə ona “əə” deyə müraciət edə bilməyəcəyini, sözlərinə fikir verməsini dedikdə Əli gəl keçək qırağa, sənə necə “əə” dediyimi göstərim dedi və qəflətən Əli onun sifətinə yumruqla vurub onu yerə yıxmışdır. O da cəld yerdən qalxıb Əliyə dalaşmaq istərkən Əli ona badalaq atıb onu yerə yıxaraq üstünə çıxıb yumruqla sifətinin və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Təqsirləndirilən şəxs2 onlara tərəfə gəlib Əlini onun üstündən kənara itələmək istədiyi vaxt orada olan digər şəxslər Elvinə hücum çəkərək onunla dalaşmağa başladılar. Həmin vaxt Elvin yerdən götürdüyü daşları ona hücum edən şəxslərə atmaqla müdafiə olunmağa çalışırdı. Elvinin əlində beşbarmaq, bıçaq və ya alət və yaxud vasitə olmamışdır. O, özü isə yerdə yıxılmış vəziyyətdə Əliinin ona vurduğu zərbələrdən müdafiə olunmağa çalışmışdır. Əli isə onu söyərək döyməyə davam etmişdir. O da macal tapıb ayağa qalxsa da, Əli onu yenidən yıxaraq yumruq zərbələri ilə döyməyə, söyməyə davam etdiyindən, onun özünün də Əliyə gücü çatmadığından əynindəki gödəkçənin sağ yan cibindən həmişə üzərində gəzdirdiyi açılıb-qatlanan bıçağı çıxararaq yerdə uzanmış vəziyytdə bıçaqla Əliyə kortəbii zərbələr endirməklə özünü müdafiə etməyə çalışmışdır. Bu zaman da Əli yenidən onun başından təpik zərbəsi vurmuşdur. Zərbələrin təsirindən o, sağ göz ətrafından xəsarət almış və bıçaq əlindən yerə düşmüşdür. Bundan sonra o, əlləri ilə başını tutub Əlinin ona vurduğu zərbələrdən özünü qoruyaraq yerə düşmüş bıçağını götürüb qalxaraq Əlini özündən uzaqlaşdırmaq üçün sonuncunun sol bud nahiyəsinə bir bıçaq zərbəsi yetirmişdir. Onun Əliyə bıçaqla xəsarət yetirməkdə niyyəti onu öldürmək olmamış, sadəcə olaraq sonuncu onu döydüyü üçün onu özündən kənarlaşdırmaq məqsədi ilə ona xəsarət yetirmişdir. O, Əlinin bel nahiyəsinə bıçaqla xəsarət yetirməmişdir. Əlinin bel nahiyəsindən hansı anda və necə bıçaq xəsarəti alması barədə də heç bir məlumatı olmamışdır. Əli sol bud nahiyəsindən bıçaq xəsarəti aldıqdan sonra qışqıraraq soxdu deyərək yerə yıxıldı. Bundan sonra Əlinin dostlarının hamısı qaçdı. O isə ayağa qalxaraq Əlinin yanına gedib, sonuncunun ayağından qan axdığı üçün Əlinin bel kəmərini çıxararaq qan axan ayağını bağlayaraq sıxmışdır. Münaqişə təxminən 15-20 dəqiqə davam etdi. Davada hamı iştirak etmişdir, lakin o, özünün hadisə yerində olan başqa şəxslərlə dalaşdığını xatırlamır. Onlardan kimin onu vurmasını xatırlamır. Əli xəsarət aldıqdan sonra o, Elvinlə birlikdə Əliyə kömək etməyə çalışmışlar. Əli xəsarət aldıqdan bir neçə dəqiqə sonra olduqları yerə Əlinin dostlarından sonradan adının Eltac olduğunu bildiyi şəxs qayıtdı. Bundan sonra onlar birlikdə yolun kənarında dayanıb Əlini xəstəxanaya aparmaq üçün maşın saxlamağa çalışmışlar, lakin heç kim maşın saxlamırdı, bu səbəbdən yanında olan, sonradan hadisə yerinə təsadüfən gəlmiş tanımadığı oğlandan mobil telefon alaraq təcili yardım çağırmaq məqsədilə 103 xidmətinə zəng etsə də zənglərə cavab verilmədi. Təxminən 10-15 dəqiqə sonra Eltacın bir qədər kənarda maşın saxlatdırdığını gördükdən sonra, Əlinin xəstəxanaya aparılacağına əmin olub və hadisə yerinə xeyli adam toplaşdığı üçün polis əməkdaşlarının hadisə yeinə gələcəyini fikirləşib Elvinlə birlikdə Binəqədi rayonuna, nənəsigilə gedib gecəni orada qalmışlar. 27 noyabr 2020ci il tarixdə saat 07:00 radələrində mobil telefonu olmadığı üçün, hadisədən sonra izlənə biləcəklərindən ehtiyatlanaraq mobil telefonunun nömrəsini çıxarıb qıraraq tulladığı üçün qardaşı Qabilə taksofondan zəng edərək onunla görüşüb ona kütləvi davada iştirak etdiklərini, dava zamanı bir nəfərə bıçaqla xəsarət yetirdiyini demişdir. Bundan sonra onlar birlikdə marşrut avtobus ilə yaşadığı Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanına gedib yemək yeyib Elvinlə evdən getmişlər. Elvin bıçaqlanmış Əlinin vəziyyətini maraqlanmaq üçün yoldan keçən tanımadıqları bir şəxsdən götürdüyü telefon vasitəsilə dayısı Ümidvar Kərimliyə zəng edib hadisəni ona danışdı. O da ona qaçmamağı, polisə təslim olmağını bildirdi. Elvin də 28 noyabr 2020-ci il tarixdə gecə saatlarında taksiyə minərək Yasamal rayon polis idarəsinə gəlib təslim olacağını bildirdi. Bundan sonra dostu Nicatın yaşadığı Sabunçu rayonuna xatırlamadığı ünvana getmiş, lakin baş vermiş hadisə barədə nə Nicata, nə də ki başqasına danışmamışdır. 28 noyabr 2020-ci il tarixdə təxminən saat 11:00 radələrində Yasamal RPİ-nin əməkdaşları ora gələrək onu Nicatgilin evindən götürüb Yasamal rayon polis idarəsinin 29-cu Polis şöbəsinə aparmışlar. İdarədə olduğu zaman bıçaqla xəsarət yetirdiyi Zərərçəkmiş şəxs2 rəhmətə getdiyini eşitmişdir. Çox pis olmuşdur. O, Əlini əvvəllər tanımamışhdır. Onunla heç bir münasibətəi olmamışdır. Onun dostu Elvini Alı çağırmışdır, ki Elvininlə olan məsəlsini həll etsin. O da Elvinlə getmişdir. Orada da onları Alı yox, başqa şəxslər qarşılamışlar. Əl idə onların aralarında olan şəxslərdən biri idi. Elvin Alının olmadığı halda məsələni necə həll edəcəklərini soruşduqda Əli Alı yoxdur, məsələni biz həll edəcyik deyib onları məsələni araşdırmaq üçün hadisə baş verən yerə apardı. Orada da davanı Əli başladı. Belə də qurtardı. Baş vermiş hadisədən çox peşmandır. Bu hadisənin törədilməsini nə Elvin, nə də o, istəməyib. Əli ilə Ataş Elvini məsələni araşdırmağa çağırıblar, Alı əvvəlcədən ora gəlmədi. Ataş da görüşü təşkil edib onları yeddi-səkkiz nəfərlə başa-başa qoyub özu də getdi. Həmin yeddi-səkkiz nəfər şəxs də onlara hücüm edəndə onlar da özlərini müdafiə ediblər. Nə o, nə Elvin həmin dalışmanın təşəbbüskarları olmayıblar. Bunu Alı ilə Ataş təşkil edib. Elvinin dediyinə görə o, Alıya yalnız deyib ki, qızların da daxil olduğu qrupda içkidən danışmayaq. Alı də bunu bəhanə edib onu məsələni qızsız olan başqa yerdə aydınlaşdırmağa çağırıb özü ora gəlməyib. Başqa sözü yoxdur. Məhkəmədən düzgün qərar qəbul etməsini xahiş edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadələrində göstərdi ki, 25 noyabr 2020-ci il tarixdə saat 19:15-də təhsil aldığı Bakı Biznes və Kooperasiya kollecindəki qruplarına məxsus whatsapdakı qruplarına kollec yoldaşı Elşad Əlibəyli erməni çaxırının şəklini ataraq paylaşdı. Bununla bağlı digər tələbə yoldaşı Alı Nuriyev nə vaxt həmin çaxırı içəcəklərini soruşdu. O da qrupda qızların da olduğunu xatırladaraq belə məzmunda söhbətlər etməməyi demişdir. Alı isə cavabında onların söhbətinə müdaxilə etməməyi, sözü olduğu təqdirdə birbaşa ona yazmasını bildirib mübahisə etməyə başladı. Mübahisədən bir qədər sonra, təxminən saat 21:00 radələrində özünü Alının yaxın dostu Ataş kimi təqdim edən şəxs ona oxuduqları kollecdə yuxarı kurs tələbəsi olduğunu, Alı ilə onun arasında vatsap qrupunda yaranmış mübahisədən məlumatlı olduğunu və görüşərək bu mübahisəni aydınlaşdırıb yoluna qoymaq istədiklərini deyib 26 noyabr 2020-ci il tarixdə saat 19:00 radələrində 20 Yanvar metrostansiyasının yaxınlığında, "xxxx" ASC-nin yanına görüşə çağırdı. 26 noyabr 2020-ci il tarixdə o, Həsənağa ilə birlikdə Dərnəgüldə görüşüb Ataşın dediklərini ona bildirmişdir. Həsənağa da ona onunla gedəcəyini dedi. Həmin tarixdə təxminən saa 18:00 radələrində o, Ataşa zəng edib görüşün olub-olmayacağını soruşmuşdur. Ataş da görüşün olacağını və onları gözlədikdərini dedi. O da həmin tarixdə təxminən saat 18-19 radələrində Həsənağa ilə birlikdə Dərnəgüldən avtobusa minib 20 yanvar metrostansiyasının qarşısına getmişlər. Ora çatdıqda avtobusdan düşüb Ataşın dediyi "xxxx" ASC-nin binasının qarşısına gəlmişlər. Orada onlara həmyaşıd olan, əvvəllər tanımadığı təxminən yeddi-səkkiz nəfər yaxınlaşaraq “Alının məsələsinə” görə gəlib-gəlməmələrini soruşdular. Onlar da həmin məsələyə görə gəldiklərini demişlər. Onlarla həmin yerdə görüşdükdən sonra olduqları yerin camaatın sıx hərəkətdə olduğu yer olması səbəbindən özünü Sənan kimi təqdim edən şəxsin təklifi ilə daha sakit bir yerdə söhbət etməyi qərarlaşdırıb, onları ora çağıran şəxslərin dəvəti ilə başqa yerə getmişlər. Yolda o, Alının harada olduğunu soruşmuşdur. Onlar da Alının iş yerindən icazə ala bilmədiyini, gələ bilməyəcəyini dedilər. O da Alının iştirakı olmadan məsələni necə aydınlaşdıra biləcəklərini soruşduqda özünü “Sənan” kimi təqdim edən və sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxs özünü Alının yaxın dostu olduğunu, Alının iştirakı olmadan məsələni yoluna qoyacağını, onun gəlməsinə ehtiyac olmadığını dedi. Yolda gedərkən Ataş və bir neçə nəfər bilmədiyi səbəbdən onlardan ayrılaraq başqa yerə getdilər. Onlar isə saat 20:00 radələrində Kənar Dairəvi yol deyilən yerdə, magistral yolun qırağında dayanmışlar. Bu zaman qarşı tərəflə söhbət edib söhbət zamanı mehribanlıqla Alı ilə arasında yaranmış mübahisəni həll etmək istəsələr də, Zərərçəkmiş şəxs2 dostu Həsənağaya “əə” deyə müraciət etdiyindən, Həsənağa da Əliyə ona «əə» deməməyi, normal söhbət edək deyəndə, Əli də necə danışmağın özü yaxşı bildiyini deyib mübahisəyə başladı. Həsənağa Əliyə ona “əə” deyə müraciət edə bilməyəcəyini dedikdə Əli qəflətən başını qaldırıb Həsənağanın sifətindən sağ əli ilə yumruq zərbəsi vurdu. Həsənağa da aldığı zərbədən yerə yıxıldı və cəld yerdən qalxdı, Əli yenidən Həsənağaya badalaq vuraraq yerə yıxdı və onun üstünə çıxaraq yumruqla onun sifət nahiyəsinə vurmağa başladı. O da Əlini Həsənağanın üstündən kənara itələmək istədiyi vaxt kimsə arxa tərəfdən daş ilə onun başının arxa nahiyəsinə vurdu. Bir neçə nəfər də onun üstünə düşərək əllə, təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vurmağa başladılar. O da özünü müdafiə etmək məqsədi ilə yerdən daş götürüb ona hücum edən şəxslərə qarşı atmışdır. Onda həmin vaxt nə beşbarmaq, nə bıçaq , nə də başqa vasitə olmamış və istifadə etməmişdir. O, döyülərəkən Əli Həsənağanın üstündə olub onu yumruqla döyməkdə davam etmişdir. Hava qaranlıq olduğu üçün onu kimlərin vurduğunu görə bilməmişdir. Davanın gedişində kiminsə soxdu deməsini eşitmişdr. Bundan sonra hamı dayandı, o, geriyə döndükdə Əlinin hər iki əli ilə ayağından tutub yerdə yıxılıb qan apardı dediyini eşitmişdir. Həmin vaxt Əli ilə gələn dostları qaçıb getdilər. Həmin vaxt davada iştirak etmiş, sonradan adının Eltac olduğunu bildiyi şəxs hadisə yerinə qayıdaraq əlinə daş alıb onu döyüb döyməyəcəklərini soruşdu. Onlar da ona yaxınlaşıb onlarla birlikdə Əliyə kömək etməyi deyib, əynindəki gödəkçənin başlıq hissəsini (kapüşon) Əlinin qan axan sol bud nahiyəsinə basıb, Həsənağa ilə birlikdə Əlinin bel kəmərini çıxarıb onun qan axan ayağını bağlayaraq qan axmasının qarşısını almağa çalışmışlar. Bundan sonra Eltacla birlikdə Əlini xəstəxanaya aparmaq məqsədilə yoldan maşın saxlamağa çalışmışlar. Eltacın maşın saxlatdığını görüb, az bir zamanda başqa şəxslərin də hadisə yerinə gəldiklərini görüb və baş vermiş hadisədən qorxaraq Həsənağa ilə birlikdə oradan getmişlər. Münaqişə təxminən 15-20 dəqiqə davam etmişdr. Münaqişə zamanı o, sol ənsə nahiyəsindən, hər iki dodağın içəri səthindən, sol gözaltı nahiyəsindən müxtəlif xəsarətlər almışdır. O, həmin xəsarətlərin konkret olaraq kim tərəfindən ona yetirilməsini görməmişdir. Onlar oranı tərk etdikdən sonra Həsənağa nənəsinin evdə olmadığını, evin bir açarının özündə olduğunu, həmin evə gedə biləcəklərini dedi. O da Həsənağa ilə birlikdə onun nənəsinin yaşadığı Binəqədi rayonu ərazisində yerləşən evinə getmişdir. Yolda olarkən izlənə biləcəklərindən ehtiyat edib telefon nömrəsini qırıb tullamışlar. Gecəni həmin evdə keçirib 27 noyabr 2020-ci il tarixdə şəhərə çıxmışlar. Şəhərdə olduqları zaman Həsənağa taksofonla zəng edərək qardaşı ilə danışıb harada olduğunu öyrənib onun qardaşı ilə görüşüb onların Səbail rayonunda yerləşən evlərinə getmişlər. Orada yemək yedikdən sonra şəhərə getmişlər. Şəhərdə olarkən Əlinin vəziyyətini maraqlanmışlar. Onlara polisə təslim olmağı demişlər. O da 28 noyabr 2020-ci il tarixdə gecə saatlarında taksiyə minərək Yasamal rayon polis idarəsinin qarşısına gəlib özünü təslim etmişdir. Polis əməkdaşları da onun tutmuşlar. Orada o, Əlinin rəhmətə getdiyini bilib, çox peşman olmuşdur. O, bu hadisənin törədilməsinə səbəb olan heç bir qaba hərəkət etməyib. Ən böyük səhvi Alıya qızların daxil olduğu qrupda içkidən danışmağın yaxşı olmadığını deməsi olub. Başqa heç nə deməyib.O, rəhmətə gedən Əlini əvvəllər tanımamışdır, nə onunla, nə də Alı ilə onun ədavəti olmamışdır. Ataş onu görüşə çağırıb, o da o Alının onunla başqa cür danışmaq itəydini, yəni dalaşmaq istədiyiyni fikiprləşib bu barədə Həsənağaya demişdir. Həsənağa da dost kimi onun yanında gedib. Həsənağa da Əlini tanımayıb. Onun Əlin öldürmək fikri olmayıb. O, özü Həsənağanın Əlini bıçaqla vurmasını görməyib. Əksinə Əlinin qanının qarşısını almaq üçün onun ayayğını bağlayıb, xəstəxanaya aparmaq üçün maşın saxlatmaq istədiyiyni görümüşdür. Zərərçəkmiş şəxs2 hüquqi varisi X21 ifadələrində göstərdi ki, məhkəmə də ona təqsirləndirilən şəxslər qismində təqdim olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Hadisə zamanı qətlə yetirilən Zərərçəkmiş şəxs2 onun oğludur. Əli xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdu, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində oxuyurdu. 26 noyabr 2020-ci il tarixdə saat 14-15 radələrində arvadı Aynurə Əliyeva ilə birlikdə dostunun atasının yas mərasimində olarkən Əli zəng vuraraq səhəri gün doğum günü olacağından dostları ilə birlikdə qeyd etmək üçün tort sifariş edəcəyini və evdən çıxmaq istədiyini dedi. O da razı olmuşdur. Əli əsasən onlarla birlikdə Sulutəpə qəsəbəsində yerləşən evdə yaşamışdır, lakin ara-sıra nənəsi X5 Yasamal rayonu, 2-ci Alatavada yerləşən evində qalırdı və orada qonşuluqda yaşayan həmyaşıdı uşaqlarla dostluq edirdi. Həmin tarixdə təxminən saat 20-21 radələrində, qayınanası X18 zəng vuraraq Əlinin Respublika Kliniki xəstəxanasına aparıldığını dedi. O da arvadı ilə birlikdə həmin xəstəxanaya getmişdir. Xəstəxanaya çatdıqda oğlu Əlinin iki bıçaq xəsarəti aldığını, aldığı xəsarətlərdən öldüyünü bilmişdir. Bundan sonra da Əlinin meyiti daxili müayinə edilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və X8 rayon şöbəsinin meyitxanasına aparıldı. Sonradan o, Əlinin tanımadığı şəxslərlə mübahisəsinin düşdüyünü, mübahisə vaxtı Həsənağa adlı şəxsin üzərindəki bıçaqla Əliyə xəsarət yetirərək onu öldürdüyünü öyrənmişdir. Bildiyinə görə Əlinin hadisənin baş verdiyi vaxt mübahisəsinin düşdüyü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la arasında hər hansı bir tanışlıq olmamışdır. Zərərçəkmiş şəxs3 göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs2 Cəlal oğlu isə onun uşaqlıq dostudur. Hadisəyə qədər də dost olmuşlar. 26 noyabr 2020-ci il tarixdə o, evdə olarkən təxminən saat 18-19 radələrində Əli ilə ortaq dostları olan, eyni məhəllədə yaşayan Alı Nuriyev istifadəsində olan mobil nömrədən onun istifadəsində olan mobil nömrəsinə zəng vuraraq təhsil aldığı Bakı Biznes və Kooperasiya kollecində qrup yoldaşı olan Elvin adlı şəxslə mübahisəsinin düşdüyünü bildirib, 20 Yanvar metrostansiyasının yaxınlığına, "xxxx" ASC-nin binasının qarşısına çağırıb, özünün də işdən çıxıb həmin yerə gələcəyini dedi. Özü də evdən çıxarkən Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil nömrənin “Whatsapp” proqramından onun mobil nömrəsinə səsli mesaj göndərildiyini, Əlinin ona “Eltac tema düşüb, Alının mübahisəsi var, mənə də Ataş xəbər edib, tez gəl 20 yanvara, Azərsunun qabağına” məzmununda səsli mesaj göndərdiyini görmüşdür. O da bununla əlaqədar Əliyə zəng vurmuş, lakin zəng çatmadığı üçün onunla əlaqə saxlaya bilməmişdir. O, evdən 20 Yanvara, "xxxx" ASC-nin binasının qabağına tərəf piyada getmişdir. "xxxx" ASC-nin binasının qarşısına çatdıqda orada onunla bir məhəllədə yaşayan Babək, Faiq, Kamal, Elvin, Hüseyn, Əli və Əlibrahim adlı dostlarının orada olduğunu görmüşdür. Orada uşaqlar ona Alı ilə də əlaqə saxladıqlarını, onun işdə olduğunu və işdən çıxıb gələcəyini, Alının mübahisəsinin düşdüyü Elvin adlı şəxsin də onların olduqları yerə gələcəyini dedilər. Təxminən 10-15 dəqiqə sonra iki nəfər şəxs "xxxx" ASC-nin binasının qarşısına gəldi. O, həmin şəxsləri əvvəllər görməmiş, onların Alının mübahisəsinin olduğu şəxslərdən ola biləcəyini düşünüb onlara yaxınlaşmış, “Alının məsələsinə” görə gəlibgəlməmələrini maraqlandıqda onlar həmin məsələyə görə gəldiklərini dedilər. Həmin şəxslərin sonradan məhkəmədə ona təqdim olunan Elvin və Həsənağa olduqlarını bilmişdir. Onlarla həmin yerdə görüşdükdən sonra olduqları yerin camaatın sıx hərəkətdə olduğu yer olduğu üçün daha sakit bir yerdə söhbət etməyi qərarlaşdırmış, bu məqsədlə yaşadıqları məhəlləyə tərəf getmişlər, X43 əlaqə saxlayaraq işdən icazə ala bilmədiyini, bu səbəbdən də gələ bilməyəcəyini deyib, mübahisəsinin düşdüyü Elvini yola salmalarını və görüşü başqa vaxta təyin etməyi dedi. Əli isə məsələni özünün həll edəcyini dedi. Onlar sayca çox olduqları üçün məhəllə tərəfə çatdıqda Kamal, Əlibrahim, Hüseyn və Faiq onlardan ayrılıb getdi. Bundan sonra o, Əli, Babək, Elvin qarşı tərəfdən olan Elivn və Həsənağa ilə birlikdə məhəllənin yuxarı hissəsinə qalxaraq saat təxminən 20:00 radələrində Kənar Dairəvi yol deyilən yerdə, magistral yolun qırağında dayanmışlar. Bu zaman söhbət edərkən, Elvin Alının harada olduğunu soruşdu. O da Alının iş yerindən icazə ala bilmədiyini, bu səbəbdən də gələ bilməyəcəyini demişdir. Elvin Alının iştirakı olmadan necə məsələni həll edəcəklərini soruşdu. Sonra nə oldusa, mübahisə düşdü. Bu səbəbdən Əli də onlarla aqressiv söhbət etməyə başladı, söhbət zamanı Əli Həsənağaya “əə” deyə müraciət etdiyindən aralarında mübahisə düşdü. Həsənağa Əliyə ona “əə” deyə müraciət edə bilməyəcəyini dedikdə Əli “gəl keçək qırağa, dalaşaq, sənə necə “əə” dediyimi göstərim” dedi və qəfələtən Əli Həsənağanının sifət nahiyəsindən yumruq zərbəsi vurdu. Həsənağa da zərbənin təsirindən həmin anda da yerə yıxıldı, sonra yerdən qalxan kimi, Əli yenidən Həsənağanı ayağı ilə badalaq vuraraq yerə yıxıb onun üstünə çıxaraq yumruqla onun sifət nahiyəsinə vurmağa başladı. Elvin də “beşbarmaq” adlanan dəmir qurğunu sağ əlinə keçirib Əliyə doğru hücuma keçmək istəyən vaxt o, buna mane olmaq üçün onun qarşısına keçmişdir. Elvin də onun ünvanına uca səslə nalayiq ifadələr işlədib beşbarmaqla onun hər iki qol və bədən nahiyələrinə yumruq zərbələri vurmuşdur. Əynində qalın paltar olduğu üçün onun ancaq sağ əli sıyrılmışdır. Elvin onu vurduğu üçün dostu Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 arxa tərəfinə keçib hər iki əli ilə onun gödəkçəsinin başlıq hissəsindən tutub kənara itələdi, həmin vaxt Təqsirləndirilən şəxs2 gödəkçənin kapüşonu cırılıb yerə düşdü. Bundan sonra Təqsirləndirilən şəxs2 bir qədər kənara çəkildi, sonra qayıdıb bu dəfə Babəkə doğru hücum edib onu beşbarmaqla vurmaq isətədi, lakin Babək geriyə çəkilib onun zərbələrindən yayındı. Bütün bu dövr ərzində Əli də yerə yıxdığı Həsənağanın üzərinə olub onu yumruqla döyməkdə davam edirdi. Bu zaman Həsənağa qəfil Əlinin altından çıxıb ayağa duraraq əynindəki gödəkçəsinin cibindən açılıb-qatlanan bıçağını çıxararaq onların üçünün, yəni onun, Babəkin və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2la dava etdiklərini görüb əvvəlcə Babəkin üsütünə gəldi. Babək təpiklə Həsənağanın əlinə vuraraq bıçağı onun əlindən yerə saldı, bıçaq onun əlindən yerə düşdükdən sonra Əli yenidən Həsənağaya hücum edib onu yerə yıxıb yumruqla vurmağa başladı. Onların özələri isə Təqsirləndirilən şəxs2la dava etməkdə davam etmişlər. Əlinin altında olan Həsənağa bir daha ayağa duraraq yerdən bıçağını götürüb əlindəki bıçaqla Əliyə doğru getdi. Əli geriyə hərəkət edərək bıçaq zərbələrindən yayındı. Həsənağa isə yenidən Babəkə hücum etdi. Babək bir daha təpiklə Həsənağanın sinəsinə vurdu. Zərbənin təsirindən Həsənağa geriyə doğru çəkildi və bıçaq yenidən Həsənağanın əlindən yerə düşdü. Əli isə Həsənağaya və onun ailə üzvlərinə qarşı təhqiramiz ifadə işlədərək, sən mənə bıçaq çəkirdin, deyib yenidən Həsənağaya hücum etdi. Həsənağa da Əlinin ona söyüş söyməsindən hiddətlənib, mənim bıçağım hanı, deyə qışqırmağa başladı. Onun özü isə həmin vaxt Təqsirləndirilən şəxs2la dalaşırdı. Həmin vaxtda da Əlinin “soxdu” dediyini eşidib geriyə döndükdə Əlinin hər iki əli ilə ayağından tutub yerdə oturub “qan apardı, ölürəm” dediyini və Əlinin sol bud nahiyəsindən qan axdığını görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 ona hücum çəkmişdir. O da “Şamaxinka” deyilən istiqamətdə bir qədər qaçmışdır. Həsənağa da Babəkə hücum çəkdi. Babək onun zərbəsindən yayınarkən sağ əlinin barmağından xəsarət aldı və “Qismət” şadlıq sarayı istiqamətində qaçdı. Elvin isə Əlinin yanında dayanmışdı. Onun özü də bir qədər aralaşıb Əlinin yanına getmək məqsədi ilə yerdən əlinə bir neçə daş götürüb Təqsirləndirilən şəxs2 qışqıraraq ona tərəf gələcəyi təqdirdə onu vuracağını bildirmişdir. Təqsirləndirilən şəxs2 ona tərəf gəlməyib geriyə qayıtdı. Həsənağa da Elvinin yanına getdi. Həmin vaxt kənardan Həsənağanın sağ dizi ilə yerdə uzanmış vəziyyətdə olan Əlinin baş nahiyəsinə güclü zərbə ilə vurduğunu, bu zaman Əlinin yanında olub ona yardım göstərməyə çalışan Zərərçəkmiş şəxs4 da ayağa duraraq Həsənağanı geriyə doğru itələyib yerə yıxdığını görmüşdür. Təqsirləndirilən şəxs2 da Elvin Kərimovun Həsənağanı geriyə itələyərək yerə yıxdığını görüb əlindəki beşbarmaqla yan tərəfdən Zərərçəkmiş şəxs4 başının sol qulaq nahiyəsindən zərbə ilə vurdu. Zərbənin təsirindən Elvin yerə yıxıldı, bundan sonra o, yerdən daş götürərək ayağa qalxıb Təqsirləndirilən şəxs2 tərəfə getmiş, bu vaxt Həsənağa da yerdən qalxıb əlindəki bıçaqla, Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs4 hücum etdilər. Zərərçəkmiş şəxs4 da məhəlləyə tərəf qaçdı. Həmin vaxt Babək də qaçıb getdi. Onun özü isə Əli yaralı olduğu üçün onu tək buraxmaq istəmədiyindən bir qədər kənarda gözləmiş, daha sonra yerdən əlinə daş alaraq qışqırıb Əlinii sərbəst buraxmalarını, əks təqdirdə onun ölə biləcəyini demişdir. Bir qədər sonra onların sakitləşdiyini görüb əli ilə işarə edərək Əlini xəstəxanaya aparmaq məqsədilə yoldan maşın saxlamağa çalışmış, lakin maşınlar saxlamamışdır. Qısa müddət sonra Elvinlə Babək və məhəllədən olan başqa dostu Tural da hadisə yerinə gəldilər. Az müddət ərzndə həmin yerdə tanımadığı bir çox insan toplaşdı. Həsənağa ilə Təqsirləndirilən şəxs2 isə qorxub hadisə yerindən getdilər, lakin o, onların hara getmələrindən məlumatı olmamışdır. Həmin vaxt yoldan nömrəsini xatırlamadığı taksi avtomobili saxlamış, Əlini avtomobilin arxasına mindirmiş və dostu Tural da onunla birlikdə maşına minib xəstəxanaya getmişdir. O da sonradan Əlinin Respublika Kliniki Xəstəxanasına aparıldığını bilib taksi ilə həmin xəstəxanaya getmişdir və həmin gecə Əlinin aparıldığı xəstəxanada öldüyünü bilmişdir. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə o, uşaq vaxtlrından dostluq etmişlər. Əli ailəsi ilə birlikdə Sulutəpə qəsəbəsində yaşayırdı, lakin Əlinin nənəsi Bağdad xanım onların yaşadığı məhəllədə yaşadığı üçün o, tez-tez nənəsigilə gəlib gedirdi. 26 noyabr 2020-ci il tarixdə saat 19:00 radələrində ortaq dostları X33 rayonu ərazisində yaşayan uşaqlarla mübahisəsinin baş verdiyini, konturu az olduğuna görə gələndə söhbətin nədən ibarət olduğunu deyəcəyini, 20 Yanvar metrostansiyasının yaxınlığında "xxxx" ASCnin binasının yanında həmin şəxslərlə görüşəcəklərini deyib onu da həmin yerə çağırdı. O da Alının dediyi vaxtda "xxxx" ASC-nin binasının qarşısına çatdıqda orada bir məhəllədə yaşadığı Eltac, Faiq, Kamal, Elvin, Hüseyn, Əli və Əlibrahim adlı dostlarının orada olduğunu görüb, Alının harada olduğunu soruşmuşdur. Uşaqlar da Alı ilə də əlaqə saxladıqlarını, onun işdə olduğunu və işdən çıxıb gələcəyini, Alının mübahisəsinin düşdüyü Elvin adlı şəxsin də onların olduqları yerə gələcəklərini dedilər. Təxminən 10-15 dəqiqə sonra məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 "xxxx" ASC-nin binasının qarşısına gəldilər. O, əvvələr onları tanımamışdır. Həmin şəxsləri əvvəllər görməmiş, onların Alının mübahisəsinin olduğu şəxslərdən ola biləcəyini düşünüb onlara yaxınlaşıb onlara “Alının məsələsinə” görə gəlib-gəlməmələrini maraqlanmışdır. Onlar da həmin məsələyə görə gəldiklərini dedilər. Onlarla həmin yerdə görüşdükdən sonra olduqları yerin camaatın sıx hərəkətdə olduğu yer olduğu üçün daha sakit bir yerdə söhbət etməyi qərarlaşdırıb onları da yaşadıqları məhəlləyə tərəf aparmışlar. Onlar yolda olduqları zaman Alı Faiqlə əlaqə saxlayaraq işdən icazə ala bilmədiyini, bu səbəbdən gələ bilməyəcəyini deyib, mübahisəsinin düşdüyü Elvini yola salıb görüşü başqa vaxta təyin etməyi dedi. Onların da məqsədi görüşü Alının da iştirak etməsi üçün başqa vaxta təyin etmək olmuşdur. Sayca çox olduqları üçün məhəllə tərəfə çatdıqda Kamal, Əlibrahim, Hüseyn və Faiq onlardan ayrılmış, bundan sonra o, Əli, Eltac, Zərərçəkmiş şəxs4 və qarşı tərəfdən olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə məhəllənin yuxarı hissəsinə qalxaraq təxminən saat 20:00 radələrində Kənar Dairəvi yol deyilən yerdə, magistral yolun qırağında dayanmışlar. Bu zaman qarşılıqlı söhbət etməyə başlamış, söhbət zamanı onlar Alının harada olduğunu soruşdular, özü də Alının iş yerindən icazə ala bilmədiyini, bu səbəbdən də gələ bilməyəcəyini onlara demişdir. Onlar söhbəti mehribanlıqla aralarında yaranmış mübahisəni həll etmək lazım olduğunu dedikdə, qarşı tərəf dava-dalaş etməyə can atdı. Bu səbəbdən Əli də onlarla aqressiv söhbət etməyə başladı, söhbət zamanı Əli Həsənağaya “əə” deyə müraciət etdiyindən aralarında mübahisə oldu. Həsənağa Əliyə ona “əə” deyə müraciət edə bilməyəcəyini dedikdə Əli gəl keçək qırağa, dalaşaq, sənə necə “əə” dediyimi göstərim, deyib qəflətən Həsənağanın sifətinə yumruqla vurdu. Həsənağa da zərbənin təsirindən yerə yıxıldı. Bundan sonra Həsənağa cəld qalxıb Əli ilə dalaşmağa başladı. Əli yenidən Həsənağanı ayağı ilə badalaq vuraraq yerə yıxıb onun üstünə çıxaraq yumruqla onun sifətinə vurmağa başladı. Bunu görən kimi Təqsirləndirilən şəxs2 üzərində gəzdirdiyi gümüşü rəngli “beşbarmaq” adlanan dəmir qurğunu sağ əlinə keçirib Əliyə doğru hücuma keçmək istədiyi vaxt Eltac buna mane olmaq üçün onun qarşısına keçdi. Təqsirləndirilən şəxs2 ona mane olduğu üçün uca səslə Eltacın ünvanına nalayiq ifadə işlədib beşbarmaqla Eltacın hər iki qol və bədən nahiyələrinə yumruq zərbələri vurdu. Elvin Eltaca vurduğu üçün Zərərçəkmiş şəxs4 da Təqsirləndirilən şəxs2 arxa tərəfinə keçib hər iki əli ilə onun arxasından tutub kənara doğru itələdi, həmin vaxt onun əynindəki gödəkçənin kapüşonu cırılıb yerə düşdü. Təqsirləndirilən şəxs2 bir qədər kənara çkilib sonra da ona doğru hücum edib onu beşbarmaqla vurmağa cəhd etdi, lakin o, geriyə çəkilib onun zərbələrindən yayınmışdır. Bu vaxt ərzində isə Əli Həsənağanın üzərinə çıxıb onu yumruqla döyməkdə davam etmişdir. Necə oldusa, Həsənağa qəfil Əlinin altından çıxıb ayağa duraraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bıçağını çıxararaq onun, Elvinin və Eltacın Təqsirləndirilən şəxs2la dava etdiyini görüb əvvəlcə ona hücum etdi. O da təpiklə Həsənağanın əlindən vuraraq bıçağı yerə salmışdır. Bıçaq onun əlindən yerə düşdükdən sonra Əli yenidən Həsənağaya hücum çəkərək onu yerə yıxıb yenidən yumruqla döyməyə başladı. Həsənağa Əlinin altından çıxıb ayağa duraraq əlindəki bıçaqla Əliyə doğru hücum çəkdi, Əli geriyə doğru hərəkət edib bıçaq zərbələrindən yayındı. Həsənağa isə yenidən ona doğru hücum çəkdi. O özü də təpiklə Həsənağanın sinə nahiyəsinə vurmuşdur. Zərbənin təsirindən Həsənağa geriyə doğru addımladı və bıçaq bir daha onun əlindən yerə düşdü. Bu zaman Əli Həsənağaya və onun ailə üzvlərinin ünanına təhqiramiz ifadə işlədərək, sən mənə bıçaq çəkirdin, deyib yenidən ona hücum etdi. Həsənağa da Əlinin ona söyüş söyməsindən hiddətlənib, bıçağım hanı, deyə qışqırmağa başldı. Bu vaxt Elvin Təqsirləndirilən şəxs2lə Eltaca hücum çəkdiyi üçün özü ona mane olmaq məqsədilə yenidən Təqsirləndirilən şəxs2 hücum etmişdir. Bu anda Əlinin, soxdu, deyə qışqırdığını eşidib geriyə döndükdə Əlinin hər iki əli ilə ayağından tutub yerdə, qan apardı, dediyini eşidb ona baxanda Əlinin sol budundan qan axdığını görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 Eltaca hücum etdi, Eltac da “Şamaxinka” istiqamətinə qaçıb getdi. Həsənağa da bıçaqla onun üzərinə hücum çəkərək ona xəsarət yetirmək istədi. O, isə üz nahiyəsini hər iki əli ilə qoruduğundan bıçaq onun sağ əlinin işarə barmağını kəsmişdir. Bundan sonra Həsənağanın onu da bıçaqla vuracağını, niyyətinin ciddi olduğunu görüb oradan qaçmışdır. Zərərçəkmiş şəxs4 isə Əlinin yanında dayanıb ona kömək etmişdir. O, özü hadisə yerindən kənarlaşdığı üçün Həsənağa onun ardınca gəlmədi. O, kənardan Həsənağanın sağ dizi ilə Əlinin baş nahiyəsinə güclü zərbə ilə vurduğunu görmüşdür. Elvin də ayağa duraraq Həsənağanı geriyə itələdi, Həsənağa da yerə yıxıldı. Bu zaman Təqsirləndirilən şəxs2 da bunu görüb beşbarmaqla yan tərəfdən Elvinin başının sol qulaq nahiyəsindən zərbə ilə vurdu. Zərbənin təsirindən Zərərçəkmiş şəxs4 yerə yıxıldı və cəld ayağa qalxıb yerdən daş götürərək Təqsirləndirilən şəxs2 tərəfə getdi. Həsənağa da yerdən qalxıb əlindəki bıçaqla, dostu Elvn Şəmmədovla birlikdə Zərərçəkmiş şəxs4 hücüm etdi. Zərərçəkmiş şəxs4 da məhəlləyə tərəf qaçdı. O özü də məhəlləyə tərəf getmiş və orada Zərərçəkmiş şəxs4la görüşüb, məhəllədən dostu Turalla görüşüb hadisə barədə ona danışıb onunla birlikdə hadisə yerinə qayıtmışlar. Hadisə yerinə qayıtdıqda onların sakitləşdiyini görüb köməkli şəkildə Eltac, Tural və Zərərçəkmiş şəxs4la birlikdə Əlini xəstəxanaya aparmaq məqsədilə maşın saxlamağa çalışmışlar, lakin maşınlar saxlamadılar. Onlarla dava edən Elvinlə Həsənağa isə hadisə yerində sakit dayanmışdılar. Ora adamlar toplpşdıqdan sonra Təqsirləndirilən şəxs2lə Həsənağa qorxaraq oradan getdilər. Həmin vaxt yoldan keçən taksi avtomobili saxlayıb, Əlini maşina mindirdi. Tural da Əli ilə birlikdə maşına minib xəstəxanaya getdi. Bundan sonra o, Elvin və Eltacla birlikdə məhəlləyə gəlib Eltac baş verənlər barədə Əlinin nənəsinə məlumat vermək üçün onun yaşadığı evə getdi. O özü isə evə gedərək evdə heç kimin olmamasından istifadə edib qana bulaşmış şalvarını dəyişmiş və Əlinin Respublika Kliniki Xəstəxanasına aparıldığını bilib piyada həmin xəstəxanaya getmişdir. Xəstəxanaya çatdıqda xeyli adamın, o cümlədən Elvinin, Turalın və Eltacın orada olduğunu görmüşdür. Həmin gecə də Əlinin aparıldığı xəstəxanada öldüyünü eşitmişdir. Zərərçəkmiş şəxs4 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə uşaqlıq dostu olmuşdur. Əli “Sulutəpə” qəsəbəsində yaşayırdı, lakin onun nənəsi Bağdad xanım onların yaşadığı məhəllədə yaşadığı üçün Zərərçəkmiş şəxs2 tez-tez nənəsigilə gəlib gedirdi. Onların tanışlıqları da uşaqlıq vaxtından həmin məhəllədə başlamışdır. 26 noyabr 2020-ci il tarixdə saat 18-19 radələrində Əli, İbrahim Mazanov onu məhəllədə görüb digər dostları Alı Nuriyevin uşaqlar ilə mübahisəsinin düşdüyünü bildirmiş və həmin şəxslərlə 20 Yanvar metrostansiyasının yaxınlığında, "xxxx" ASC-nin binasının yanında görüşəcəklərini demişdir. Özü də "xxxx"nun binasının qarşısına çatdıqda orada bir məhəllədə yaşadığı Babək, Faiq, Kamal, Elvin, Hüseyn, Əli və Əlibrahim adlı dostlarının orada olduğunu görmüş, uşaqlar ona Alı ilə də əlaqə saxladıqlarını, onun işdə olduğunu və işdən çıxıb gələcəyini, Alının mübahisəsinin düşdüyü Elvin adlı şəxsin də olduqları yerə gələcəyini demişlər. Təxminən 10- 15 dəqiqə sonra iki nəfər şəxs "xxxx" ASC-nin binasının qarşısına gəldi. O, həmin şəxsləri əvvəllər görməmiş, onların Alının mübahisəsinin olduğu şəxslərdən ola biləcəyini düşünüb onlara yaxınlaşmış, “Alının məsələsinə” görə gəlib-gəlməmələrini maraqlandıqda onlar həmin məsələyə görə gəldiklərini bildirdilər. Onlardan biri məhkəmədə ona təqsirləndirln şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs2, digəri isə Təqsirləndirilən şəxs1 idi. Onlarla həmin yerdə görüşdükdən sonra olduqları yerin camaatın sıx hərəkətdə olduğu yer olduğu üçün daha sakit bir yerdə söhbət etməyi qərarlaşdırıb məhəlləyə tərəf getmişlər. X43 əlaqə saxlayaraq işdən icazə ala bilmədiyini, gələ bilməyəcəyini deyib, Elvini yola salmalarını və görüşü başqa vaxta təyin etmələrini dedi. Onlar da Elvin və Həsənağanı sakitçiliklə yola salmaq və görüşü Alının da iştirak etməsi üçün başqa vaxta təyin etmək istəmişlər. Kamal, Əlibrahim, Hüseyn və Faiq məsələnin sakitçiliklə başa çatacağını düşünüb onlardan ayrılıb getdilər. O, Əli, Eltac, Babək və qarşı tərəfdən olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə məhəllənin yuxarı hissəsinə qalxaraq təxminən saat 20:00 radələrində Kənar Dairəvi yol deyilən yerdə, magistral yolun qırağında dayanmışlar. Elvin Alının harada olduğunu soruşmuş, o da Alının iş yerindən icazə ala bilmədiyini, bu səbəbdən də olduqları yerə gələ bilməyəcəyini demişdir. Söhbət zamanı mehribanlıqla aralarında yaranmış mübahisəni həll etmək lazım olduğunu dedikdə, qarşı tərəf dava-dalaş etməyə can atdı. Bu səbəbdən Əli də onlarla aqressiv söhbət etməyə başladı. Söhbət zamanı Əli Həsənağaya “əə” deyə müraciət etdiyindən aralarında mübahisə başladı. Həsənağa Əliyə ona “əə” deyə müraciət edə bilməyəcəyini dedikdə Əli gəl keçək qırağa, dalaşaq, sənə necə əə dediyimi göstərim dedi. Həsənağa da Əlinin ünvanına uca səslə nalayiq ifadə işlətdi. Əli də onun sifətinə yumruqla bərk vurdu. Həsənağa da zərbənin təsirindən dərhal yerə yıxıldı və yerdən cəld qalxıb Əli ilə davaya başladı. Əli yenidən Həsənağanı ayağı ilə badalaq vuraraq yerə yıxıb onun üstünə çıxaraq yumruqla onun sifətnə vurmağa başladı. Elvində gümüşü rəngli “beşbarmaq” adlanan dəmir qurğunu sağ əlinə keçirib Əliyə doğru hücuma keçmək istədiyi vaxt Eltac buna mane olmaq üçün onun qarşısına keçdi. Təqsirləndirilən şəxs2 ona mane olduğu üçün uca səslə Eltacın ünvanına qarşı nalayiq ifadə işlədib beşbarmaqla Eltacın hər iki qol və bədən nahiyələrinə yumruq zərbələri endirməyə başladı. O, Eltaca vurduğu üçün özü onun arxa tərəfinə keçib hər iki əli ilə onun əynindəki gödəkçəsinin başlıq hissəsindən tutub kənara itələmişdir. Həmin vaxt Elvinin əynindəki gödəkçəsinin başlıq hissəsi cırılaraq yerə düşdü. Təqsirləndirilən şəxs2 bir qədər kənara tərəf keçsə də, yenidən qayıdıb Babəkə doğru hücum çəkib beşbarmaqla onu vurmağa cəhd göstərdi, lakin Babək geriyə doğru hərəkət edə-edə onun zərbələrindən yayındı. Bu proseslər davam etdiyi vaxtda Əli də yerə yıxdığı Həsənağanın üzərinə çıxıb onu yumruqlamağda davam etmişdir. Həsənağa gözlənilmədən Əlinin altından çıxıb ayağa duraraq bıçağla onun, Babəkin və Eltacın üzərinə gəldi. Həmin vaxt onlar Təqsirləndirilən şəxs2la dava edirmişlər. Babək təpiklə Həsənağanın əlindən vuraraq bıçağı yerə saldı. Həsənağanın əlindən bıçaq yerə düşdükdən sonra Əli yenidən Həsənağaya hücum çəkərək onu yerə yıxıb yumruqla vurmağa davam etdi. Həsənağa Əlinin altından ayağa duraraq yerdən bıçağını götürüb həmin bıçaqla Əliyə hücum etdi. Əli geriyə çəkilib onun zərbələrindən yayındı. Bundan sonra Həsənağa yenidən Babəkə hücum etdi. Babək bir daha təpiklə onun sinə nahiyəsinə vurmuş, zərbənin təsirindən Həsənağa geriyə doğru addımlamış və bıçaq bir daha onun əlindən yerə düşmüşdür. Bu zaman Əli Həsənağaya və onun ailə üzvlərinə qarşı təhqiramiz ifadə işlədərək “sən mənə bıçaq çəkirdin?” deyib yenidən ona hücum etdi. Həsənağa da Əlinin ona söyüş söyməsindən hiddətlənib “mənim bıçağım hanı?” deyə qışqırmağa başladı. Həmin vaxt Təqsirləndirilən şəxs2 onunla Eltaca hücum çəkdiyi üçün Babək ona mane olmaq məqsədilə yenidən həmin oğlana hücum çəkdi. Bu anda Əlinin “soxdu” deyə qışqırdığını eşidib geriyə döndükdə Əlinin hər iki əli ilə ayağından tutub yerdə yıxılmış vəziyyətdə qışqıraraq “qan apardı, ölürəm” dediyini eşitmişdir. O da Əlinin sol budundan qan fışqırdığını görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 Eltaca hücum çəkdi. O da geriyə dorğu bir qədər “Şamaxinka”deyilən istiqamə qaçmışdır. Həsənağa da bıçaqla Babəkə hücum çəkdi. Babək onun zərbəsindən yayınmağa çalışarkən sağ əlinin barmağından xəsarət aldı, daha sonra isə qaçmağa başladı. Özü isə Əlinin yanında dayanıb, ona kömək etməyə çalışmışdır. Eltacla Babək hadisə yerindən bir qədər kənarlaşdığı üçün Həsənağa onlara tərəf gəlib sağ dizi ilə yerdə uzanmış vəziyyətdə olan Əlinin baş nahiyəsinə güclü zərbə ilə vurub "sən o söyüşü kimə söyürdün" demiş, o da Həsənağanın yaralı vəziyyətdə olan Əliyə vurduğunu görüb hiddətlənmiş, ayağa duraraq onu geriyə doğru itələmişdir. Həsənağa sonuncu yerə yıxılmışdır. Bu zaman Təqsirləndirilən şəxs2 onun Həsənağanı geriyə doğru itələyərək yıxdığını görüb beşbarmaqla yan tərəfdən onun başının sol qulaq nahiyəsindən zərbə ilə vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmış, bundan sonra yerdən daş götürərək cəld ayağa qalxıb Təqsirləndirilən şəxs2 tərəfə bir neçə addım atmışdır. Bu vaxt Həsənağa da yerdən qalxıb əlindəki bıçaqla ona doğru gələrək “sənə də bıçaq soxmağımı istəyirsən?” deyib ona tərəf bıçaqdan kortəbii şəkildə istifadə edərək hücum etmiş, Təqsirləndirilən şəxs2 Həsənağa ilə birlikdə üzərinə doğru gəldiklərindən geriyə doğru bir neçə addım atıb məhəlləyə tərəf qaçmışlar. Məhəllədə o, Babəklə qarşılaşmış, orada məhəllə dostu Turalla görüşüb hadisə barədə ona danışıb və birlikdə hadisə yerinə qayıtmışlar. Hadisə yerinə qayıtdıqda onların sakitləşdiyini görüb köməkli şəkildə Eltac, Tural və Babəklə birlikdə işarə edərək Əlini xəstəxanaya aparmaq məqsədilə yoldan maşın saxlamağa çalışmış, lakin maşınlar saxlamamışdır. Onlarla dava edən iki nəfər də hadisə yerində sakit dayanmış, daha sonra isə hadisə yerinə qısa müddətdə xeyli adamın toplaşdığını görüb baş vermiş hadisədən qorxub hadisə yerindən uzaqlaşmışlar. Onların hara getmələrindən məlumatı olmamış, həmin vaxt yoldan keçən mavi rəngli, sedan tipli, dövlət nömrə nişanını xatırlamadığı taksi avtomobili saxlamış, Əlini avtomobilin arxasına mindirmiş, dostu Tural da onunla birlikdə maşına minib xəstəxanaya getmişdir. Bundan sonra Babək və Eltacla birlikdə məhəlləyə tərəf düşmüş, əl-üzünü yuyub su içdikdən sonra aralarındakı razılaşmaya əsasən Eltac baş verənlər barədə Əlinin nənəsinə məlumat vermək üçün onun yaşadığı evə tərəf getdi. Özü də evə gedərək evdə heç kimin olmamasından istifadə edib qana bulaşmış şalvarını dəyişib Əlinin Respublika Kliniki Xəstəxanasına aparıldığını bilib həmin xəstəxanaya getmişdir. Xəstəxanaya çatdıqda xeyli adamın, o cümlədən Babək, Tural və Eltacın orada olduğunu görmüşdür. Həmin gecə Əlinin aparıldığı xəstəxanada öldüyünü eşidib bilmişdir. Şahid2 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə dost olmuşlar. Onun özünün adı Faiq olsa da, yaşadığı məhəllədə tanışları onu “Ataş” adı ilə çağırırlar. 25 noyabr 2020-ci il tarixdə saat 21:00 radələrində tanışı Alı Nuriyev 2-ci Alatavada, yaşadıqları küçədə olan internet kluba çağırıb orada qrup yoldaşı Elvin adlı şəxslə aralarında mübahisə yarandığını dedi. O, mübahisənin səbəbini soruşduqda ona təhsil aldığı kollecin whatsapp qrupuna kollec yoldaşı Elşad Əlibəyli adlı oğlanın erməni çaxırının şəklini ataraq qrupda paylaşdığını, bununla bağlı özünün də nə vaxt həmin çaxırı vuracaqlarını soruşduğunu, Elvin adlı qrup yoldaşının isə qrupda yazaraq, bu buranın söhbəti deyil, qızlar var qrupda, dediyini və bunun üstündə aralarında mübahisə yarandığını dedi. O, Alının əsəbi olduğunu görüb Elvin adlı şəxsin mobil nömrəsini ondan götürərək həmin şəxslə danışmışdır. Danışıq zamanı Alı ilə aralarında anlaşılmazlıq olduğunu bildirib həmin mübahisəni aydınlaşdırmaq üçün səhəri gün, yəni 26 noyabr 2020-ci il tarixdə imkan olacağı təqdirdə 20 Yanvar metrostansiyasının yaxınlığında "xxxx" ASC-nin yanına gəlib çay içib söhbət etmələrini təklif etmişdir. Elvin də razılaşıb həmin tarixdə axşam tərəfi dediyi yerə gələcəyini dedi. 26 noyabr 2020-ci il tarixdə saat 18:00 radələrində Alı ona zəng edərək Elvinin gəlib-gəlməyəcəyini soruşdu, o da Elvinin heç nə yazmadığını və zəng etmədiyini demişdir. Alı da Elvinin əlaqə saxlamadığı halda onun da Elvinə heç nə yazmamağını dedi. Təxminən on dəqiqə sonra Elvin mobil nömrədən ona zəng vuraraq yolda olduqlarını və gəldiklərini bildirdi, lakin kiminlə və neçə nəfərlə hadisə yerinə gəldiyini demədi, özü də ondan bu barədə heç nə soruşmamışdır. Bundan sonra o, Alıya zəng edib Elvingilin gəldiyini, yolda olduqlarını bildirmişdir. Alı da hazırda işdə olduğunu, işdən icazə alıb gələcəyini deyib onu Zərərçəkmiş şəxs2 zəngə qoşaraq onunla danışdırmışdır. Özü də Əliyə Alının mübahisəsinin düşdüyü Elvin adlı şəxsin yolda olduğunu, "xxxx" ASC-nin binasının qarşısına gəldiyini demişdir. Əli də dostları ilə əlaqə saxlayıb həmin yerə gələcəklərini bildirdi. "xxxx" ASC-nin binasının qarşısına çatdıqdan sonra az sonra onunla bir məhəllədə yaşayan Babək, Kamal, Hüseyn, Elvin və Əlibrahim adlı tanışları, az sonra da Eltacla Əli həmin yerə gəldilər. Uşaqlar Alı ilə əlaqə saxladıqlarını, onun işdə olduğunu və işdən çıxıb gələcəyini, Alının mübahisəsinin düşdüyü Elvin adlı şəxsin yolda olduğunu demişdir. Təxminən 10-15 dəqiqə sonra iki nəfər şəxs Həsənağa və Elvin "xxxx"nun binasının qarşısına gəldilər. Onlar həmin şəxslərdən “Alının məsələsinə” görə gəlib gəlməmələrini soruşduqda, həmin şəxslər da həmin məsələyə görə gəldiklərini dedilər. O, özü həmin şəxsləri əvvəllər görməmiş, tanımamışdır. Onlarla həmin yerdə görüşdükdən sonra olduqları yerin camaatın sıx hərəkətdə olduğu yer olduğu üçün daha sakit bir yerdə söhbət etməyi qərarlaşdırmış və bu məqsədlə yaşadıqları məhəlləyə tərəf getmişlər. Yolda olduqları zaman Alı onunla əlaqə saxlayaraq işdən icazə ala bilmədiyini, bu səbəbdən gələ bilməyəcəyini deyib mübahisəsinin düşdüyü Elvini yola salmalarını və görüşü başqa vaxta təyin etmələrini bildirdi. Onlar isə məsələni özlərnin həll etmək qərarına gəlmişlər. Onlar Elvingildən sayca çox olduqları üçün o, Kamal, Əlibrahim və Hüseyn onlardan ayrılaraq evə tərəf getdilər. Əli, Elvin, Babək və Eltac isə Alının mübahisəsinin düşdüyü Elvin və tanışı ilə birlikdə məhəllənin yuxarı hissəsinə qalxdılar. Bundan sonra onlar arasında nə baş verdiyini bilməmiş, həmin gün axşam saat 20:00 radələrində məhəllədə olduğu vaxt Əlinin mübahisəyə gələn şəxslərdən biri tərəfindən İİ Alatavanın Sədərək yolu istiqamətindəki çıxışında bıçaqlandığını eşidib həmin yerə getmişdir. Təxminən 10 dəqiqə sonra oraya yaxınlaşdıqda hadisə yerində olan tanışlarının Əlini xəstəxanaya aparmaq üçün yaralı vəziyyətdə avtomobilə mindirdiyini görmüşdür. Sonradan Əlinin həmin gecə aparıldığı xəstəxanada öldüyü xəbərini eşitmişdir. Şahid X10, Şahid3 və Şahid4 Şahid2 ifadələrində göstərdiyi hallara uyğun ifadələr verib onun ifadələrində göstərdiyi halları təsdiq etmişlər. Şahid6 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır. Həsənağa pandemiyaya qədər müxtəlif restoranlarda ofisinat işləmişdir. Həsənağa əsəb problemi və ürək çatışmazlığı olduğundan sülh dövründə həqiqi hərbi xidmətə yararsız sayılmış və həqiqi hərbi xidmətdə olmamışdır. Təqsirləndirilən şəxs2 Həsənağanın dostu kimi tanımış, onu hadisə baş verən günədək görməsə də, adını bir neçə dəfə qardaşından eşitmişdir. 26 noyabr 2020-ci il tarixdə axşam saatlarında anası Aygün Məmmədova zəng vuraraq qardaşı Həsənağanı polislərin axtardığını, onun hansısa qanunsuz əməl törətdiyini, əlaqə saxlayacağı təqdirdə bu barədə Həsənağanın özündən maraqlanmağı tapşırdı. O da Həsənağanın istifadəsində mobil telefon olmadığı üçün həmin gün onunla əlaqə saxlaya bilməmiş və onun özünün əlaqə saxlamasını gözləmişdir. 27 noyabr 2020-ci il tarixdə saat 07:00 radələrində Həsənağa tanımadığı telefon nömrəsindən zəng vuraraq adam bıçaqladığını, hazırda “Tarqovı” deyilən yerdə olduğunu bildirərək onunla görüşmək istədiyini dedi. O da əynini geyinib qardaşının olduğu yerə getmişdir. Həsənağanın yanında Təqsirləndirilən şəxs2 da var idi. Elvini ilk dəfə həmin vaxt orada görmüşdür. Onların hər ikisi ilə görüşüb nə baş verdiyini maraqlanmışdır. Həsənağa hadisədən bir gün əvvəl Elvinin Yasamal rayonu ərazisində yaşayan tanımadığı uşaqlarla mübahisəsinin düşdüyünü, 26 noyabr 2020-ci il tarixdə həmin şəxslərin çağırışı əsasında Elvinlə birlikdə Yasamal rayonu, Alatava ərazisinə getdiklərini və orada dava olduğunu, davanın gedişində bir nəfəri bıçaqlayıb xəsarət yetirdiyini dedi. O da onların adi davada iştirak etdikləri və Həsənağanın dava zamanı kiməsə yüngül xəsarət yetirdiyini fikirləşmişdir. Oradan da birlikdə özünün evinə getmişlər. Həsənağa ilə Elvin şəhərə getdilər. Həmin vaxtdan sonra o, Həsənağa, nə də onun dostu Elvin əlaqə saxlamamışdır. Onların telefonları olmadıqları üçün özü də onlarla əlaqə saxlaya bilməmişdir. 28 noyabr 2020-ci il tarixdə Həsənağanın dostu Nicatın evində saxlanılaraq Yasamal rayon polis idarəsinin 29-cu PŞ-nə aparıldığını öyrənmiş, qardaşının arxasınca polis şöbəsinə getdiyi zaman onun bıçaqla xəsarət yetirdiyi Əli adlı şəxsin aldığı xəsarətlərlə əlaqədar xəstəxanada öldüyünü öyrənmişdir. Başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində göstərdiyi xüsusatları hadisənin baş verdiyi Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, Kənar dairəvi yol ünvanında təsvir edərək 26 noyabr 2020-ci il tarixdə saat 20:00 radələrində həmin yerdə üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyini təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində şahid X30 ibtidai istintaq zamanı göstərmişdir: « 2020-ci ildə Bakı Biznes Kooperasiya kolecinə daxil olmuş, həmin kollecdə qrup yoldaşlarından biri də 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 olmuş, əvvəllər onunla arasında hər hansı mübahisə, münaqişə, ədavət və düşməniçilik olmamışdır. 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 isə uşaqlıq dostu olmuş, onunla yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, 2-ci Alatavada uşaqlıqları birgə keçmişdir. 25 noyabr 2020-ci il tarixdə saat 19:15-də təhsil aldığı kollecin “whatsapp” qrupuna kollec yoldaşı Elşad Əlibəyli adlı oğlan erməni çaxırının şəklini ataraq qrupda paylaşmış, bununla bağlı özü nə vaxt həmin çaxırı içəcəklərini soruşmuş, Təqsirləndirilən şəxs2 isə yazaraq qrupda qızların da olduğunu, belə məzmunda söhbətlər etməmələrini bildirmiş, özü də Təqsirləndirilən şəxs2 sözü olduğu təqdirdə birbaşa ona yazmasını demiş və aralarında sözlü mübahisə yaranmışdır. Sonradan işlədiyi “Hədəf kursu” Azadlıq filialından çıxdıqdan sonra həmin gün saat 21 radələrində yaşadığı 2-ci Alatavadakı məhəllələrinə çatdıqda internet kluba tərəf getmiş, orada əsl adı Faiq olan, lakin “Ataş” ləqəbi ilə çağırdıqları dostuna Elvinlə aralarında olan söhbəti danışmış, Faiq onun əsəbi olduğunu görüb telefonu götürərək Elvinlə özü danışmış, söhbətin gedişində Elvinə səhəri gün, yəni 26 noyabr 2020-ci il tarixdə 20 Yanvar metrostansiyasının yaxınlığında, "xxxx" ASC-nin yanında görüşüb məsələni aydınlaşdırmalarını təklif etmiş, Elvin də razılaşıb həmin tarixdə gələcəyini bildirmişdir. 26 noyabr 2020-ci il tarixdə saat 18 radələrində “Hədəf kursu” Azadlıq filialında olarkən Faiqlə danışdıqda Elvinin gəlibgəlməyəcəyini maraqlanmış, Faiq Elvinin ona heç nə yazmadığını bildirmiş, özü də ona Elvinin yazmadığı halda onun da Elvinə heç nə yazmamasını demiş, təxminən 10 dəqiqə sonra Faiq zəng vuraraq Elvinin gəldiyi, yolda olduğu məlumatını ona vermişdir. Daha sonra Faiq ondan dostu Zərərçəkmiş şəxs2 nömrəsini istəmiş, özü də Əliylə onun calaşdırıb danışmalarını təşkil etmişdir. Faiq ona məhlə uşaqlarının nömrəsini atmağını, normal söhbətə gedəcəklərini bildirmiş, özü də Babək, Eltac və digər tanışları ilə əlaqə saxlayaraq baş vermiş hadisə barədə onlara məlumat verib 20 Yanvar metrostansiyasının yaxınlığına, "xxxx" ASC-nin inzibati binasının qarşısına getmələrini demişdir. Təxminən 10-15 dəqiqə sonra Zərərçəkmiş şəxs2 zəng vurub nə baş verdiyini soruşduqda o, Təqsirləndirilən şəxs2 yanında bir nəfər oğlanla gəldiyini, 2-ci Alatavada olduqlarını və Kənar dairəvi yola tərəf getdiklərini bildirmiş, özü lazım olub-olmadığını soruşduqda Əli ehtiyac olmadığını, özlərinin söhbət edib məsələni qaydasına qoyacaqlarını demişdir. Həmin gün təxminən saat 19:35 radələrində işlədiyi “Hədəf kursu” Azadlıq filialının qapısını bağlayıb işdən çıxmış, yolda olarkən Əliyə, ardınca da Eltaca zəng vursa da, heç biri cavab vermədikləri üçün onlarla danışa bilməmişdir. Dostu Turala zəng vurduqda sonuncu ona Əlinin bıçaq xəsarəti aldığını, vəziyyətinin pis olduğunu və ona Respublika Klinik Xəstəxanasına gəlməyini bildirmiş, yolda taksi saxlada bilmədiyindən qaça-qaça Respublika Klinik Xəstəxanasına getmişdir. Xəstəxanada olarkən dostu Əlinin aldığı xəsarətlərdən öldüyünü öyrənmiş, həmin vaxt polis əməkdaşları gəlib onu apararaq Əlinin necə bıçaqlandığını, kim tərəfindən bıçaqlandığını soruşsa da, Əligillə Təqsirləndirilən şəxs2 arasında baş vermiş dava-dalaşı görmədiyi, həmçinin Təqsirləndirilən şəxs2 20 Yanvar metrostansiyasının yaxınlığına kiminlə gəlməsini, qarşılıqlı münaqişənin hansı səbəbdən başlanmasını, baş vermiş dava-dalaşda konkret olaraq kimlərin iştirak etməsini, kimlərin xəsarət almasını bilmədiyi üçün bu barədə heç bir məlumat verə bilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, Kənar dairəvi yolda baş vermişdir. Hadisənin baş verdiyi yerin üzəri torpaq örtüklə örtülmüşdür. Həmin yer piyadaların hərəkəti üçün nəzərdə tutulmuşdur. Həmin yerin yan tərəfində avtomobillərin sıx hərəkətdə olduğu magistral yol, digər yan tərəfində isə müxtəlif yaşayış evləri mövcuddur. Hadisə yerinin magistral yolla bitişik hissəsində mişar daşı ilə hörülmüş 1.10 metr hündürlüyə, 5.20 metr enə malik divarın magistral yola baxan hissəsində zibil yeşikləri mövcuddur. Hadisə yerində qanabənzər gölməçə müşahidə olunur. Qanabənzər gölməçənin uzunluğu 1.80 metr, ən çox yayılmış hissəsində eni isə 85 sm-dir. Baxışın iştirakçısı Zərərçəkmiş şəxs3 hadisənin həmin yerdə baş verdiyini, Zərərçəkmiş şəxs2 məhz həmin yerdə bıçaqla xəsarət aldığını, torpaq örtük üzərində olan qanabənzər gölməçənin də aldığı xəsarətlərlə əlaqədar Zərərçəkmiş şəxs2 məxsus qan ləkələrinin olduğunu bildirdi. Hadisə yerinə baxış keçirilərkən həmin yerdə üzərində qanabənzər ləkələr olan 01 (bir) ədəd bel kəmərinin dəmir başlığı, 01 (bir) ədəd qara rəngli gödəkçə başlığı (kapüşon) aşkar edildi. Hadisə yerinin müayinəsi zamanı ətrafda təhlükəsiz-şəhər kameralarının mövcud olmadığı və həmin yerə yaxın yaşayış evlərində hadisə yerini qeydə ala biləcək nəzarət-müşahidə kameralarının quraşdırılmadığı müəyyən olundu. Bundan başqa hadisə yerinin baxışı zamanı ətrafda bıçaq və ya cinayətin törədilməsində istifadə oluna biləcək digər kəsici-deşici alət aşkar edilmədi. Cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən hadisə yerində mövcud olan qanabənzər gölməçədən pambığa hopdurulmaqla qan nümunələri, üzərində qanabənzər ləkələr olan 01 (bir) ədəd bel kəmərinin dəmir başlığı və 01 (bir) ədəd qara rəngli gödəkçə başlığı (kapüşon) götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış könüllü təqdim etmə haqqında protokoldan görünür ki, X30 baş vermiş cinayət hadisəsindən bir gün əvvəl Bakı Biznes və Kooperasiya kollecinin “Turizm və onun təşkili” fakültəsinin İ kursunda birgə təhsil aldığı qrup yoldaşı Təqsirləndirilən şəxs2 ilə aralarında mübahisənin yaranmasına səbəb olan “Whatsapp” internet proqramı vasitəsi ilə olan yazışmaların fotoşəkillərini istintaqa təqdim etmişdir. Baxış zamanı təqdim olunan fotoşəkillərin sayı 16 (on altı) ədəddr. “-BBKK- MÜZAKİRƏ” adlı qrupda (Alı Nuriyev həmin “Whatsapp” qrupunun təhsil aldıqları kollecdəki qrup yoldaşlarının olduğu qrup olduğunu bildirdi) olan yazışmaların məzmununda: X31 – Qaqa oxu bunu (üzərində “HAGHTANAK” və erməni hərfləri ilə sözlər yazılmış 01 (bir) ədəd şüşə butulkanın şəklini paylaşaraq altından həmin mesajı yazıb), Alı Nuriyev – Gözdə tərcüməçi çağırım, Nərmin Kollec – Erməni kimi yazıb, X31 – kimi nədi day, Alı Nuriyev – Nə vaxt vururuq onu Elşad, X31 – ordan getirmsem, Elvin Kollec (Təqsirləndirilən şəxs2) – buran sohbeti deyl, X31 – gel sexsie qaqa, Alı Nuriyev – nə söhbəti deyil, X31 – Elvin demisem axi hami oz isine qarışsın, hami bilir ne yazmaq lazimdi neylemek lazimdi, Elvin Kollec (Təqsirləndirilən şəxs2) – siz bilmirsuz, qizlar olan yerde vurmagdan, Alı Nuriyev – Elvin incimə bu qrupdan sən kimsən hər söhbətə girisən, Elvin Kollec (Təqsirləndirilən şəxs2) - men Elvinem tanimag isdirsen???, X31 – Bir böyük kimi xais edirem hec kim menimisime qarışmasın, X31 – Elvin artiq danışmada cox balacasan eleme bele yerini bil, Elvin Kollec (Təqsirləndirilən şəxs2) – yasnan olcursen her seyi sen??? Ne adiyeti var yasin buraa, X31 – A kisi ne dünya görüşün gorurem ki böyük deil ne de ozun, unsuyet qura bilmirsense, mehriban ola bilmirsense umumuetle yazma, Elvin Kollec (Təqsirləndirilən şəxs2) – dunya gorusu sen neye deirsen oz minenyanda, X31 – bir de deirem menim isime heckim qarışmasın, Elvin Kollec (Təqsirləndirilən şəxs2) – emr verirsen, X31 – gozle yigram, Elvin Kollec (Təqsirləndirilən şəxs2) – Sen narmalninyaz hc kim qarsmasin, X31 – gozle narmalni danisacam, Elvin Kollec (Təqsirləndirilən şəxs2) – gozdurem. Bundan sonra X35 Şəmmədovla aralarında olan “Whatsapp” yazışmalarından görünür ki, Alı Nuriyev – Hə gəldim, Təqsirləndirilən şəxs2 – qrupda yazmisan, qizlar var orda, qiz bilen qrupda yazmaz haçan vuraq, Alı Nuriyev – Yoldayam Elvin bu deqiqe çatım yazacam, Təqsirləndirilən şəxs2 – gozdurem, Alı Nuriyev – zeng vuram götür vpda, Təqsirləndirilən şəxs2 – esidirem yaz, tanimag isdirsen menii, artiq eksik danışanın sohbetine girirem, nese sözün var??, Alı Nuriyev – esidirsen meni zeng edirəm ac, Təqsirləndirilən şəxs2 – isim var yazginen, Alı Nuriyev – Səs atiram qulaq as imkan var ona?, Təqsirləndirilən şəxs2 – meqabayt yoxdu, yaz, Alı Nuriyev – Bineqedide qalsan?, Təqsirləndirilən şəxs2 – he heri, Alı Nuriyev – goruse bilerik sabah?, Təqsirləndirilən şəxs2 – he heri, Alı Nuriyev – Bineqedi Əkbər tanirsan kənd Binəqədi, Xəbər elim indi görüş lap, Təqsirləndirilən şəxs2 – o meni tanyr?, Alı Nuriyev – bele xeber ederem gorusersiz taniyarsiz, Təqsirləndirilən şəxs2 – mencun problem deyl, ozun oz sohbetivi helle eliyemmirsen? ya nece, Alı Nuriyev – Sənən danisan Atasdi Bbkk 2 ci kurs, Təqsirləndirilən şəxs2 – ali ozu hani?, Alı Nuriyev – Qaqaş Atasdı danisan sennen esid gor ne deirem qaqulya orda qrupda yazmisan ki, yeri deyil düzdürmü?, Təqsirləndirilən şəxs2 – he yazmışam. Sen qulaq as mene eşit meni, Alı Nuriyev – sen durub 1-ci Elsada demeliydin sora Aliya, Təqsirləndirilən şəxs2 – men Elüadnan bir basa danışmışam telefonnan, sora buna yazmışam, deqiq oyren nedi ne deyl sora buna yaz uaxci?, Alı Nuriyev – Bineqedide ha terefde qalsan?, Təqsirləndirilən şəxs2 – centralni terefde, Alı Nuriyev – indi yığıram mennen danisaqda, Təqsirləndirilən şəxs2 – yig gozdurem, Təqsirləndirilən şəxs2 – sende set zeifdi, Alı Nuriyev – ********** yaz bu nomreye yig.Baxışda iştirak edən Alı Nuriyev son mesajdan sonra “Ataş” ləqəbli dostu Şahid2 Təqsirləndirilən şəxs2 ilə mobil telefonla danışıb onunla arasında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün səhəri gün, yəni 26 noyabr 2020-ci il tarixə 20 Yanvar deyilən əraziyə, "xxxx" ASC-nin qarşısına görüş təyin etdiyini bildirir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının 27 noyabr 2020-ci il tarixli 168 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs2 meyitində bel nahiyyəsində solda daxilə nüfuz etməyən 1 (bir) ədəd və sol budun iç səthində yerləşmiş və sol bud arteriyasını tam zədələmiş 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralar vardır. Göstərilən yaralar həyati olub, onun ölümündən az əvvəl deşici-kəsici əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə 26 noyabr 2020-ci il tarixdə bıçaqla yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs2 bel nahiyyəsində yerləşmiş yara, dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir, sol bud nahiyəsində olan yara isə ölümə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 Cəlal oğlunun ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 12-16 saat əvvəl baş vermişdir. Bel nahiyyəsində yerləşmiş yara kanalının istiqaməti soldan-sağa olub, uzunluğu 5,0 sm-dir, bud nahiyyəsindəki yara kanalının istiqaməti sağdan-sola bir qədər çöldən-içəriyədir, uzunluğu 5,0 sm-ə qədərdir. Zərərçəkmiş şəxs2 Cəlal oğlu xəsarətləri alarkən ayaqüstə olması daha çox ehtimal olunur. Zərərçəkmiş şəxs2 Cəlal oğlunun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik maddə aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının 27 noyabr 2020-ci il tarixli 962 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs4 almış olduğu xəsarət, sol alt çənə oynağının əzilməsilə müşayiət olunmuş sol qulaqönü nahiyyənin əzilmiş səthi yaraları küt əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 26 Noyabr 2020-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının 27 noyabr 2020-ci il tarixli 963 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs3 almış olduğu xəsarət, sağ əlin İV-V barmaqarası nahiyyəsinin sıyrığı küt (əşya) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 26.11.2020-ci il tarixdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının 27 noyabr 2020-ci il tarixli 964 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət, sağ əlin İİ barmağının səthi kəsilmiş yarası iti uca və ya iti kənara malik əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 26 noyabr 2020-ci il tarixdə bıçağın təsirindən törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının 28 noyabr 2020-ci il tarixli 972 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs1 almış olduğu xəsarət, sağ göz ətrafının qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 26 noyabr 2020-ci il tarixdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının 28 noyabr 2020-ci il tarixli 975 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol ənsə nahiyəsinin və hər iki dodağın içəri səthinin səthi əzilmiş yaraları, sol gözaltı nahiyənin şişkinlik halında əzilməsi və qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan 26 noyabr 2020-ci il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-lifli ekspertizasının 18 dekabr.2020-ci il tarixli 6/2677 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən geyim əşyalarından qara rəngli cins şalvarı üzərindən aşkar edilmiş tünd boz rəngli pambıq liflər, cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən cins şalvarların tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edillən paltarlardan tünd boz rəngli cins şalvarı üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus olduğu qeyd edilən cins şalvarların tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən paltarlardan tünd boz rəngli cins şalvarları üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus olduğu qeyd edilən cins şalvarların tərkib liflərinə uyğun gəlirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-trasoloji ekspertizasının 25 yanvar 2021-ci il tarixli 3/2017 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş geyim əşyalarından Zərərçəkmiş şəxs2 məxsus vodalasqanın, maykanın, şalvarın, Elvin Şəmmədova məxsus gödəkçənin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələrdən Zərərçəkmiş şəxs2 məxsus vodalaskanın, maykanın, şalvarın üzərində olan zədələr kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə qeyd edillən xassəyə malik olan bıçaq tiyələri də aiddir. Təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus gödəkçənin və hadisə yerindən götürülmüş gödəkçə papağının üzərində olan zədələr fiziki qüvvənin təsirindən yarana bilən sökülmə zədələridir. Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarətlə ona məxsus paltarların (vodalasqanın, maykanın, şalvarın) üzərində olan zədələr uyğunluq təşkil edir və üst-üstə düşürlər. Hadisə yerindən götürülmüş gödəkçə papağı Elvin Şəmmədova məxsus gödəkçəsinə, kəmər başlığı isə Əli Əliyevə məxsus kəmərinə uyğun gəlməsi müəyyən olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış məkhəmə-bioloji ekspertizasının 10 fevral 2021-ci il tarixli 949/2020-MTBŞ saylı rəydən görünür ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən Təqsirləndirilən şəxs1 qan qrupu B(İİİ)RH+; Təqsirləndirilən şəxs2 qan qrupu 0(İ)RH+; Zərərçəkmiş şəxs1 qan qrupu 0(İ)RH+; Zərərçəkmiş şəxs4 qan qrupu A(İİ)RH+; Zərərçəkmiş şəxs3 qan qrupu A(İİ)RH+; mərhum Zərərçəkmiş şəxs2 AB0 sistemi üzrə qan qrupu B alfa (H) /İİİ/-dir. Ekspertizaya təqdim edilmiş 03 ədəd pambıq topası, hadisə yerindən götürülmüş gödəkçə papağı (kapüşon) və bel kəmərinin başlıq hissəsi, mərhum Zərərçəkmiş şəxs2 məxsus uzunboğaz kofta, şalvar, tuman, qolsuz mayka, bir cüt corab, bir cüt ayaqqabı, kəmər, Zərərçəkmiş şəxs1 məxsus şalvar, Zərərçəkmiş şəxs4 məxsus şalvar üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda B və H antigenləri alındı. Bu qan ləkələri B-alfa(H)/İİİ/ qruplu şəxsə (şəxslərə), o cümlədən mərhum Zərərçəkmiş şəxs2 və ya eyni qruplu olan Təqsirləndirilən şəxs1 məxsus ola bilər. (əgər sonuncuda qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa və onun qanında müşayətçi H antiqeni vardırsa). Qanların qarışıq olduğu halda, ləkələrdə həmçinin 0/İ/ qruplu olan Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs1 da qarışıq qanı inkar olunmur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 məxsus 01 (bir) ədəd qara rəngli gödəkçə, 01 (bir) ədəd açıq boz rəngli uzunqol kofta və 01 (bir) ədəd tünd boz rəngli cins şalvar, Təqsirləndirilən şəxs2 məxsus 01 (bir) ədəd qara rəngli gödəkçə, 01 (bir) ədəd qara rəngli uzunboğaz yun kofta və 01 (bir) ədəd tünd boz rəngli cins şalvar, Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd qara rəngli cins şalvar, 01 (bir) ədəd qara rəngli uzunboğaz kofta, 01 (bir) ədəd ağ rəngli qolsuz mayka, 01 (bir) ədəd açıq mavi rəngli alt tumanı, 01 (bir) cüt qara rəngli corab, 01 (bir) cüt ağ rəngli idman ayaqqabısı və 01 (bir) ədəd qəhvəyi rəngli bel kəməri, Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd açıq mavi rəngli cins şalvar və 01 (bir) ədəd sarı rəngli kofta, Zərərçəkmiş şəxs3 məxsus 01 (bir) ədəd tünd boz rəngli uzunqol yun jilet, 01 (bir) ədəd qara rəngli uzunboğaz yun kofta və 01 (bir) ədəd qara rəngli cins şalvar, Zərərçəkmiş şəxs4 məxsus 01 (bir) ədəd qara rəngli qolsuz jilet, 01 (bir) ədəd qara rəngli gödəkçə və 01 (bir) ədəd tünd boz rəngli cins şalvar, hadisə yerindən götürülmüş 01 (bir) ədəd bel kəmərinin dəmir başlığı, 01 (bir) ədəd qara rəngli gödəkçə başlığı (kapüşon) maddi sübüt kimi tanınıb saxlanılması üçün Yasamal rayon prokurorluğunun maddi sübutlar saxlanılan otağına təhvil verilmimşdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 barəsində keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxsin 09 mart 2021-ci il tarixli, 514 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əqli-intellektual inkişaf xüsusiyyətləri normaya uyğundur. Qıcığa qarşı həssaslıq, inadkarlıq, özünü müdafiə etməyə meyillilik, emosionallıq, hirslilik, konfliktə meyilli olmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində qeyd edilən cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs1 psixi-emosional vəziyyəti hazırki psixiatrik müayinə zamanı onda müəyyən edilmiş xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 09 mart. 2021-ci il tarixli, 515 nömrəli rəyindən göoünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 intellektual imkanları normaya uyğundur. Ünsiyyətçillik, emosionallıq, konfliktə meyilli olmaq kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Baş vermiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs2 şüur və davranışlarına mühüm təsir göstərə biləcək psixi-emosional vəziyyətdə olmamış, hadisə zamanı emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 2 nömrəli X2 15 dekabr 2020-ci il tarixli, 1/1503 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs2 və zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qeyd olunan dispanserə müraciət etmədikləri, həmin dispanserdə qeydiyyatda olmadıqları müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs Abdullayev X4 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin göndərişinə əsasən 24 may 2019-cu il tarixdən 27 may 2019-cu il tarixədək 2 nömrəli X3 stasionar müayinədə olması ona “Mülayim ifadəli dissosiativ-konversion pozuntusu, anamnezində özünü kəsmələr” diaqnozu qoyulmuşdur. Zərərçəkmiş şəxs Məşədiyev X6 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin göndərişinə əsasən 09.12.2020-ci il tarixdə həmin xəstəxanada stasionar müayinədə olmuş və ona “Yüngül dissosiativ-konversion pozuntusu, anamnezində özünü kəsmələr” diaqnozu qoyulmuşdur. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarından görünür ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 149 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş 16 mart 2021-ci il tarixli, 1476 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında anası X22 və qardaşı Şahid6 ilə birlikdə yaşayır və onun barəsində şikayət daxil olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarından görünür ki, Saatlı rayon icra hakimiyyəti başçısının Azadkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 20 dekabr 2020-ci il tarixli, 397 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Saatlı rayonu, Azadkənd kəndində ailə üzvləri – atası Qanuni nümayəndə1, anası X7, qardaşları X23 və X24 ilə birlikdə qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır və onun barəsində şikayət daxil olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərdiyi xüsusatları hadisənin baş verdiyi Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, Kənar dairəvi yol ünvanında baş verdiyiyni təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş şəxsin tanınmasının aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 tanınmaya təqdim olunmuşdur. Zərərçəkmiş şəxs3 tanınma üçün ona təqdim edilmiş şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyıb bıçaqla 26 noyabr 2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, Kənar dairəvi yol ünvanında Zərərçəkmiş şəxs2 xəsarət yetirərək onu öldürən şəxs olduğunu təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş şəxsin tanınma protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 tanınmaya təqdim olunmuşdur. Zərərçəkmiş şəxs1 tanınma üçün ona təqdim edilmiş şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyıb onun 26 noyabr 2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, Kənar dairəvi yol ünvanında Zərərçəkmiş şəxs2 xəsarət yetirərək onu öldürən şəxs olduğunu təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş şəxsin tanınma protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 tanınmaya təqdim olunmuşdur. Zərərçəkmiş çəkmiş şəxs Zərərçəkmiş şəxs4 tanınma üçün ona təqdim edilmiş şəxslərdən o, Təqsirləndirilən şəxs1 tanıyıb onun 26 noyabr 2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, Kənar dairəvi yol ünvanında Zərərçəkmiş şəxs2 xəsarət yetirərək onu öldürən şəxs olduğunu təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş şəxsin tanınmasının aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 tanınmaya təqdim olunmuşdur. Zərərçəkmiş şəxs3 tanınma üçün ona təqdim edilmiş şəxsləri diqqətlə nəzərdən keçirib göstərmişdir ki, məhz Təqsirləndirilən şəxs2 üzərində gəzdirdiyi beşbarmaqla hadisənin baş verdiyi 26 noyabr 2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, Kənar dairəvi yol ünvanında onunla qarşılıqlı münaqişədə olan şəxsdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş şəxsin tanınmasının aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 tanınmaya təqdim olunmuşdur. Zərərçəkmiş şəxs1 göstərmişdir ki, məhz Təqsirləndirilən şəxs2 üzərində gəzdirdiyi beşbarmaqla hadisənin baş verdiyi 26 noyabr 2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, Kənar dairəvi yol ünvanında onunla qarşılıqlı münaqişədə olan şəxsdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş şəxsin tanınmasının aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4 tanınmaya təqdim olunmuşdur. Zərərçəkmiş şəxs4 tanınma üçün ona təqdim edilmiş şəxsləri diqqətlə nəzərdən keçirib göstərmişdir ki, məhz Təqsirləndirilən şəxs2 üzərində gəzdirdiyi beşbarmaqla hadisənin baş verdiyi 26 noyabr 2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, Kənar dairəvi yol ünvanında onunla qarşılıqlı münaqişədə olan şəxsdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, İbtidai istintaqın gedişində Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 onun barəsində verdiyi ifadələrini təsdiq etmişqdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, İbtidai istintaqın gedişində Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 onun barəsində verdiyi ifadələrini təsdiq etmişqdir. Məhkəmə, bu sübutları ittihamı təsdşq edən sübutlar kimi qiymətələndirir. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək 26 noyabr 2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi magistral yolun kənarındakı ərazidə Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış münaqişə zamanı sonuncunu öldürmək niyyətində olmadığını, sadəcə olaraq onu qorxutmaq və sonuncunu özündən kənarlaşdırmaq məqsədilə əlindəki bıçaqla onun ancaq sol bud nahiyəsinə xəsarət yetirdiyini, bel nahiyəsinə isə ümumiyyətlə xəsarət yetirmədiyini, hadisə yerində olan digər şəxslərə isə ümumiyyətlə bıçaqla hücum etmədiyini və xəsarət yetirmədiyini bildirdi. Məhkəmə, həmin halları məhkəmədə araşdırılmış sübütların fonunda müzakirə edərkən Təqsirləndirilən şəxs1 bu ifadələri öz təsdiqini tapmadı. Əksinə onun bu bəyanatlari təkzib olundu. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının 27 noyabr 2020-ci il tarixli 168 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs2 meyitində bel nahiyyəsində solda daxilə nüfuz etməyən 1 (bir) ədəd və sol budun iç səthində yerləşmiş və sol bud arteriyasını tam zədələmiş 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralar vardır. Zərərçəkmiş şəxs2 Cəlal oğlu xəsarətləri alarkən ayaqüstə olması daha çox ehtimal olunur. İş üzrə dindirilmiş şahidlər və zərərçəkmişlər də bu hala uyğun ifadələr verdilər. İşin faktiki halları da buna uyğundur. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 Cəlal oğluna yetiridiyi xəsarətələri ayayqüstə yetirməsi qənəaətinə gəlir. Məhkəmənin qənəaətinə görə ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs1 ifadələrində yerdə yıxılmış vəziyyətdə Zərərçəkmiş şəxs2 Cəlal oğlunun onun üsütündə olarkən bıçağı cibindən çıxarıb onun vurması barəsindəki bəyanatını da təkzib etdi. Göstərilənələrə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 Cəlal oğlunu kənarlaşdırmaq barəsindəki ifadələri həqiqətə uyğun deyildir. Çünkü o, bunu istəsəydi bu münaqişənəin baş verməsini qadabaqcadan qarşısını almağa imkanı olanda edərdi. O, isə bunu etməmişdir. Əksinə başqasının əvəzinə münaqişəni həll etmək qərarına gəlib bıçaqla silahlalanıb münaqişədə iştirak etmişdir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs1 ifadələrini faktiki əsası və həqiqətə uyğun olmayan ifadələr kimi qiymətələndirir. Məhkəmə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrində bunun əksini göstərən halları təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 yararlanmaq cəhdi kimi qiymətələndirir. Məhkəmə həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs1 bu ifadələrinin özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətələndirir. Məhkəmə, qeyd edir ki, məhkəmə araşıdmasının predmetini təşkil edən cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 Cəlal oğlunu qətlə yetirməsi sübüta yetirildi. Bununla bərabər məhkəmə hesab edir ki, bu qətl səbəbsiz və cüzi səbəbədən deyil, hadislərin axarında yaranmış Zərərçəkmiş şəxs2 Cəlal oğlunun qeyri formal rəhbərlik etdiyi qrupla Təqsirləndirilən şəxs1 qeyri formal rəhbərlik etdiyi qrup arasında aparılın fiziki zor tətbiq olunmaqla müşayət olunan münaqişə zəminində baş vermişdir. Həmin münaqişə zamanı tərəflər qarşılıqlı olaraq bir-birilərəiənə zor tətbiq etmişlər. Münaqişənin gedişəndə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 Cəlal oğlunu ödürmək məqəsədi ilə üzərində gəzdirdi bıçağı qəsdən tətbiq edərək ona yüngül və ağır xəsəarətlər yetirib onu həyatdan məhrum etmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası CM-nin 120.2.2-ci və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəssi ilə tövsif etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin tövsifü məsələsini müzakirə edərkən, müəyyən olundu ki, onların Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində ə nəzərdə tutulan əməli törətməsinə bəhanə Təqsirləndirilən şəxs2 X19 başqası tərəfindən “whatsapp” sosial şəbəkədə nümayiş etdirilmiş şərab içkisisnin nə vaxt içəcəklərini soruşmasını irad tutub özünün X16 mental üstünlüyünü sübut etməyə cəhd etməsi, sonuncunun isə sözü varsa ayrılıqda ona yazmasını bildirməsindən sonra da Təqsirləndirilən şəxs2 ona özünün fiziki üstunluyünü də sübüt etmək niyyəti ilə başlamışdır. O, bu niyyətələ Təqsirləndirilən şəxs1 da cəlb edib öz üstünlükələrini nümayiş etdirmək üçün X30 və onun tərəfdarları ilə ictimai yer hesab olunan yolunu kənarında görüşüb hüquqa zidd hərəkətələri törətmişdir. Məhkəmə, bununla bağlı qeyd edir ki, başqa şəxs tərfindən nümayiş etdirilən şəraba və ya onun istifadəsinin vaxtına reakisiya bildirilməsinə irad tutulması üçün əsas vermirdi. X11 fikr azadlığına malik olub bu və ya digər əşyaya, nümayişə, hadisəyə münasibət bildirmək hüququ olmuşdur. Məhkəmənin qənaətinə görə yaş həddinə görə və ya başqa səbəbdən belə nümayiş bəyənliməyən sayılanda bu barədə Təqsirləndirilən şəxs2 üsünlüyünü ona elan olunmuş ittihahamda təsvir olunan formada deyil, bəyənmədiyi əməl barəsində təhsil aldığı müəssisənin rəhbərliyinə müraciət etməklə yekunlaşdıra bilərdi. Bu səbəbdən də “whatsapp”da qızların olduğnuna görə şərabın nə vaxt icəcəklərinin soruşulmasını etik normalara uyğun saymayan Təqsirləndirilən şəxs2 bıçaqla silahlanmış şəxslə məsələini güc tətəbiq etməklə araşdırmağa cəhd etməsi onun bu düşüncəsinə zidd olub, onun ilkin hərəkətələrini şübhələndirmişqdir. Çünkü ümumi anlamda şərabın nə vaxt içilməsinin qızların yanında qəbahət kimi qəbul edən şəxsin başqasına zor tətbiq etməsi onun davranışlarını obyektivliyiyni şübhə altına alır. Məhkəmə, bu halları nəzərə alıb, Təqsirləndirilən şəxs2 X25 bildirdiyi iradlarını öz üstünlüyünü , ünsiyyət və davranışda özünün xəyali liderliyini yaratmağa yönələn cəhdi kimi qiymətləndirir. Əks halda X26 onu görüşə dəvət edəndə və Nuriyev Alının onu davaya dəvət etdiyiyni bildiyi halda bu barədə Təqsirləndirilən şəxs1 deyil, hüquq mühafizə orqanlarına müraciət edərdi. O, isə bunu etməmişdir. Əksinə özünün xəyal etdiyi üsütünlüyünü sübüt etmək üçün qanuna uyğun deyil, buna zidd olaraq güc nümayiş etdirməklə həll etməyə cəhd etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 hərəkətlərininin təsvir edilən bu hissəsini Təqsirləndirilən şəxs1 da aid olunduğu qənəaətinə gəlir. Çünkü o, Təqsirləndirilən şəxs2 ilə eyni hərəkətələri etmişdir. Məhkəmə göstərilənləri nəzərə alıb, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu əməllərini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmasını əsəaslı sayır. Məhkəmə, bununla bağlı Təqsirləndirilən şəxs1 dalaşma zamanı Zərərçəkmiş şəxs2 Cəlal oğlunu öldürmək niyyətində olmaması, onu qorxudub özündən uzaqlaşdırmaq niyyəti ilə bıçaqla xəsarət yetirməsi haqqındakı bəyanatlarının əsassız olması qənəaətinə gəlir. Çünkü, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs1 məsələni hüquq mühafizə orqanları vasitəsi ilə həll etmək əvəzinə, həmin qarşılıqlı münaqişədən qaçmaq imkanı olduğu halda bunu etməyib, hadisə yerinə gəlib özünə aid olmayan münaqişəyə müdaxilə etməsi Zərərçəkmiş şəxs2 Cəlal oğluna bir deyil, bir neçə bıçaq xəsarəti yetirməsi onun bəyanatlarının faktiki əsəas olmadığını təsdiq edir. Onun Zərərçəkmiş şəxs2 Cəlal oğluna hadisədən sonra yardım göstərmək üçün sonuncunun bel kəmərini çıxarıb onun ayağını sıxmasını, təqsirləndirilən şəxsin törətdiyi əməli nəticələrinə münasibət kimi qiymətləndirib, baş vermiş nəticəyə görə peşman olması kimi qiymətləndirir. Çünki, bıçaqla başqa şəxsə bir neçə xəsaərt yetirən şəxsin bu halda sonuncunun bunu öldürmək niyyəti ilə deyil, qorxutmaq məqsədi ilə etməsi ağlabatan deyildir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs1 bu hərəkətlərini qəsdən adam öldürmə kimi qiymətələndirir. İstintaq orqanı göstərilənlərlə bərabər Təqsirləndirilən şəxs1 bu əməllərini Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə, yəni xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə kimi qiymətləndirmişdir. Cinayət qanunu ilə Təqsirləndirilən şəxs1 elan olunmuş Azərbaycan Respublikası CMnin 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin səbəbsiz və ya cüzi səbəbdən törədilməsi nəzərdə tutulmuşdur. Məhkəmədə isə bunun əksi müəyyən olundu. Çünkü bu münaqişənin təşəbbüskarlarından birinin Zərərçəkmiş şəxs2 Cəlal oğlu olması müəyyən olundu. Təqsirləndirilən şəxs2 təyin olunmuş yerə gəlib X17 gəlmədiyini görüb sonuncunun iştirakı olmadan məsələni necə aydınlaşdıracaqlarını soruşduqda Əlyev Əli Nuriyev Alının iştirakı oolmadan məsələni araşdıracaqlarını bildirib onları hadisə yerinə aparmışdır. Məhkəmənin bu qənaəti, istintaq orqanının subutların qiymətləndirməsi haqqqında təsvir etdiyi hallar baxımından da əsaslıdır. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 Cəlal oğlunu səbəbsiz və ya cüzi səbəbdən qətlə yetirməsinin sübüta yetirilmədiyi qənaətinə gəlib onun əməlinin xuliqanlıq niyyəti ilə deyil, qəsdən adam öldürmə kimi qiymətləndirib, onun əməlini Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməsini, ona elan olunmuş ittihamdan « qeyd edilənləri cüzi səbəb kimi bəhanə edərək, Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə» sözlərini və Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsinin xaric olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs2 hərəktələrində ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin dispozisiyasının əlamətlərin uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif olunmasını, əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası CM-nin 120.1ci və 221.3-cü maddəsinin dispozisiyalarının şərtələrinə uyğun gəldiyni nəzərə alıb onun əməllərini həmin maddə ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 108,46 (yüz səkkiz tam yüz qırx altı) manat, məhkəmə trasoloji ekspertizasının keçirilməsinə 110 (yüz on) manat, ümümilikdə 218,46 ( iki yüz on səkkiz tam yüzdə qırx altı) manat xərclənmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Bakı şəhər 14 saylı hüquq bürosunun vəkili Müdafiəçi1 tərəfindən 22(iyirmi iki) saat hüquqi yardım göstərilmişdir, buna görə ona 132 (yüz rtuz iki) manat ödənilməlidir. Təqsirləndirilən şəxs2 məhkəmədə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 30 (otuz) saat ərzində hüquqi yardım göstərilmişdir. Buna görə də ona 180 (yüz səksən) manat pul ödənilməlidir. Məhkəmə həmin məbləğlərin məhkəmə məsrəfləri qismində dövlət büdcəsi hesabına ödənilməsini, təqsirləndirilən şəxsləri həmin ödəmələrdən azad edilməsini əsaslı sayır. Çünki məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin məbləğləri ödəmək üçün vəsaitlərinin və ödəmələrin yönəltməsi üçün əmlaklarının olmaması müəyyən olundu. Məhkəmə, iş üzrə maddi sübüt kimi tanınıb Yasamal rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 01 (bir) ədəd qara rəngli gödəkçə, 01 (bir) ədəd açıq boz rəngli uzunqol kofta və 01 (bir) ədəd tünd boz rəngli cins şalvar, Təqsirləndirilən şəxs2 məxsus 01 (bir) ədəd qara rəngli gödəkçə, 01 (bir) ədəd qara rəngli uzunboğaz yun kofta və 01 (bir) ədəd tünd boz rəngli cins şalvar; Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd qara rəngli cins şalvar, 01 (bir) ədəd qara rəngli uzunboğaz kofta, 01 (bir) ədəd ağ rəngli qolsuz mayka, 01 (bir) ədəd açıq mavi rəngli alt tumanı, 01 (bir) cüt qara rəngli corab, 01 (bir) cüt ağ rəngli idman ayaqqabısı və 01 (bir) ədəd qəhvəyi rəngli bel kəməri; Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd açıq mavi rəngli cins şalvar və 01 (bir) ədəd sarı rəngli kofta; Zərərçəkmiş şəxs3 məxsus 01 (bir) ədəd tünd boz rəngli uzunqol yun jilet, 01 (bir) ədəd qara rəngli uzunboğaz yun kofta və 01 (bir) ədəd qara rəngli cins şalvar; Zərərçəkmiş şəxs4 məxsus 01 (bir) ədəd qara rəngli qolsuz jilet, 01 (bir) ədəd qara rəngli gödəkçə və 01 (bir) ədəd tünd boz rəngli cins şalvar; hadisə yerindən götürülmüş 01 (bir) ədəd bel kəmərinin dəmir başlığı, 01 (bir) ədəd qara rəngli gödəkçə başlığı (kapüşon) istehlak dəyərlərini itirmiş əmlak kimi, hadisə yerinə baxış zamanı pambığa hopdurulmaqla götürülmüş qan nümunələrini istehlak əhəmiyyəti olmayan əşya kimi məhv olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməllər barəsində ətraflı ifadələr verib cinayətin açılmasında iştirak etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olması onun məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrinnin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır o, qəsdən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmalarını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onlar barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu yanvar 2021-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 cəzasının müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların cəzasını ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmasına və ailə həyat şəraitlərinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.1-ci və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3–cü maddəsi ilə 2 (iki) 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 28 noyabr 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 28 noyabr 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cinayət işinin ibtidai istintaqı zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 108,46 (yüz səkkiz tam yüz qırx altı) manat, məhkəmə trasoloji ekspertizasının keçirilməsinə 110(yüz on) manat, ümümilikdə 218,46 ( iki yüz on səkkiz tam yüzdə qırx altı) manat, Təqsirləndirilən şəxs1 Bakı şəhər 14 saylı hüquq bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 132 (yüz rtuz iki) manat, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 məhkəmədə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən göstərilmiş hüquqi yardıma görə ona 180 (yüz səksən) manat məhkəmə məsrəfləri qismində dövlət büdəcsi hesabına ödənilsin, təqsirləndirilən şəxslər həmin ödəmələrdən azad edilsinlər. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Yasamal rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 01 (bir) ədəd qara rəngli gödəkçə, 01 (bir) ədəd açıq boz rəngli uzunqol kofta və 01 (bir) ədəd tünd boz rəngli cins şalvar, Təqsirləndirilən şəxs2 məxsus 01 (bir) ədəd qara rəngli gödəkçə, 01 (bir) ədəd qara rəngli uzunboğaz yun kofta və 01 (bir) ədəd tünd boz rəngli cins şalvar, Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd qara rəngli cins şalvar, 01 (bir) ədəd qara rəngli uzunboğaz kofta, 01 (bir) ədəd ağ rəngli qolsuz mayka, 01 (bir) ədəd açıq mavi rəngli alt tumanı, 01 (bir) cüt qara rəngli corab, 01 (bir) cüt ağ rəngli idman ayaqqabısı və 01 (bir) ədəd qəhvəyi rəngli bel kəməri, Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd açıq mavi rəngli cins şalvar və 01 (bir) ədəd sarı rəngli kofta, Zərərçəkmiş şəxs3 məxsus 01 (bir) ədəd tünd boz rəngli uzunqol yun jilet, 01 (bir) ədəd qara rəngli uzunboğaz yun kofta və 01 (bir) ədəd qara rəngli cins şalvar, Zərərçəkmiş şəxs4 məxsus 01 (bir) ədəd qara rəngli qolsuz jilet, 01 (bir) ədəd qara rəngli gödəkçə və 01 (bir) ədəd tünd boz rəngli cins şalvar, hadisə yerindən götürülmüş 01 (bir) ədəd bel kəmərinin dəmir başlığı, 01 (bir) ədəd qara rəngli gödəkçə başlığı (kapüşon) istiehlak dəyərlərini itirmiş əmlak kimi, hadisə yerinə baxış zamanı pambığa hopdurulmaqla götürülmüş qan nümunələrini istehlak əhəmiyyəti olmayan əşya kimi məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara təqdim edildiyi, andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1090/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1090/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver