Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1090/2022 09.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki ünvan 2 ünvanda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə, 03 avqust 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən 01 noyabr 2021-ci il tarixdə saat 22 radələrində naməlum vaxtda və şəraitdə 01 ədəd bükümdə tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda - təmiz çəkisi 285,291 qram təşkil edən heroin, 01 ədəd bükümdə tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda - təmiz çəkisi 29,315 qram heroin, 04 ədəd bükümdə tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda - ayrıayrılıqda təmiz çəkiləri 29,377 qram, 8,928 qram, 3,585 qram və 1,779 qram - ümumi təmiz çəkisi 43,669 qram təşkil edən narkotik vasitə heroin, 06 ədəd bükümdə tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda – ayrı-ayrılıqa təmiz çəkiləri 0,427 qram, 0,434 qram, 0,399 qram, 0,498 qram, 0,407 qram və 0,176 qram - ümumi təmiz çəkisi 2,341 qram təşkil edən narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda - 98,864 qram psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə külli miqdarda - 2,955 qram psixotrop maddə metamfetamin və 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,424 qram, 0,422 qram, 0,315 qram və 0,364 qram - ümumi təmiz çəkisi 1,525 qram təşkil edən psixotrop maddə metamfetamin, tərkibindəki təsiredici maddənin ümumi miqdarı 0,2 qram olan 5 ədəd qəhvəyi rəngli dairəvi formalı metadon həbləri əldə edib özü ilə daşıyaraq yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərimzadə küçəsi, 2A saylı evdə saxlamış və qabaqcadan əlbir olduğu qrup üzvü olan qeyrisinin qeyd edilən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni satış məqsədi ilə Təqsirləndirilən şəxs1 verməsi ilə bağlı göstərişindən sonra 02 noyabr 2021-ci il tarixdə saat 10 radələrində kimyəvi tərkiblərinə və xarici görünüşlərinə görə eyni olan 02 ədəd bükümdə tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda - ayrı-ayrılıqda təmiz çəkiləri 4,791 qram və 4,439 qram - ümumi təmiz çəkisi 9,23 qram təşkil edən narkotik vasitə heroin və kimyəvi tərkiblərinə və xarici görünüşlərinə görə eyni olan 04 ədəd bükümlərdə ağ rəngli kristal formada maddə ayrı-ayrılıqda təmiz çəkiləri 48,046 qram, 19,571 qram, 9,486 qram və 7,934 qram - ümumi təmiz çəkisi 85,037 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini Tural Dadaşova təhvil vermiş və sonuncu 03 noyabr 2021-ci il tarixdə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni üzərində daşıyaraq Biləsuvar rayonunun Bəydilli kəndinin giriş hissəsinə gətirmiş, onun narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 3:00-da Biləsuvar rayon Polis Şöbəsinin məkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonunun Bəydilli kəndinin girişində saxlanılaraq Biləsuvar rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı sadalanan külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələr aşkar olunaraq götürülmüşdür. Külli miqdarda narkotik vasitə və psixotrop maddələrin 02 noyabr 2021-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs2 əldə olunması barədə məlumat əsasında 04 noyabr 2021-ci il tarixdə Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlan tərəfindən əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 13:30-dən saat 14:05-dək X6 icazəsi və iştirakı ilə Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərimzadə küçəsi, 2A saylı evin yataq otağında olan yastığın alt hissəsindən Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə edib özündə satış məqsədilə saxladığı kimyəvi tərkiblərinə və xarici görünüşlərinə görə eyni olan 01 ədəd bükümdə tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda - təmiz çəkisi 285,291 qram təşkil edən heroin, 01 ədəd bükümdə tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda təmiz çəkisi 29,315 qram heroin, 04 ədəd bükümdə tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda - ayrı-ayrılıqa təmiz çəkiləri 29,377 qram, 8,928 qram, 3,585 qram və 1,779 qram - ümumi təmiz çəkisi 43,669 qram təşkil edən narkotik vasitə heroin, 06 ədəd bükümdə tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda - ayrı-ayrılıqda təmiz çəkiləri 0,427 qram, 0,434 qram, 0,399 qram, 0,498 qram, 0,407 qram və 0,176 qram - ümumi təmiz çəkisi 2,341 qram təşkil edən narkotik vasitə heroin, kimyəvi tərkiblərinə və xarici görünüşlərinə görə eyni olan 01 ədəd bükümdə ağ rəngli kristal formada külli miqdarda - 98,864 qram psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə ağ rəngli kristal formada külli miqdarda - 2,955 qram psixotrop maddə metamfetamin və 04 ədəd bükümdə ağ rəngli kristal formada maddə ayrı-ayrılıqda təmiz çəkiləri 0,424 qram, 0,422 qram, 0,315 qram və 0,364 qram - ümumi təmiz çəkisi 1,525 qram təşkil edən psixotrop maddə metamfetamin və tərkibindəki təsiredici maddənin ümumi miqdarı 0,2 qram olan 5 ədəd qəhvəyi rəngli dairəvi formalı metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ünvan 4 ünvanda qeydiyyatda olsa da, ünvan 5 kirayədə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid1 ilə birlikdə yaşamışdır. O, 2017-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr təhsilini alaraq bitirmişdir. Heç yerdə işləməmişdir. İki ilə yaxındır ki, narkotik vasitədən istifadə edir. Əvvəllər oğurluq cinayəti törətdiyi üçün Sabunçu Rayon Məhkəməsi tərəfindən ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Tutulmazdan təxminən bir ay əvvəl o İran İslam Respublikasının vətəndaşı kimi bildiyi Rza adlı şəxslə «İnstagram» sosial şəbəkəsində tanış olmuşdur. Həmin vaxtdan bir-biri ilə mobil telefon nömrələrini verib mütəmadi olaraq əlaqə saxlamağa başlamışdır. O, Rza adlı iranlı şəxslə telefonda ancaq narkotik vasitə barəsində danışmışdır, ona narkotik vasitədən istifadə etdiyini demişdir. Rza ona narkotik vasitə və psixotrop maddə göndərəcəyini, həmin narkotik vasitə və psixotrop maddələri o deyən zaman aparıb Bakı şəhərində müəyyən yerlərə qoymasını, həmin yerin şəklini çəkib ona atmasım, gördüyü işin müqabilində ona 400 manat pul verəcəyini demişdir. Maddi sıxıntı çəkdiyinə görə Rzanın ona etdiyi iş təklifi ilə dərhal razılaşmış və ondan xəbər gözləməyə başlamışdır. 01 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Rza telefonunun «WhatsApp» proqramına zəng vurub demişdir ki, ona narkotik vasitə və psixotrop madə göndərmişdir, həmin bağlama Abşeron rayonunun Qobu qəsəbəsində yolun kənarında olan kolluqdadır. O, həmin gün, yəni 01 noyabr 2021-ci il tarixdə saat 23 radələrində idarə etdiyi “Hyundai Elantra” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qobu qəsəbəsinə getmiş, həmin bağlamanı Rzanın dediyi yerdən götürmüş və kirayə yaşadığı evə gəlmişdir. İdarə etdiyi həmin avtomobili 01 noyabr 2021-ci il tarixdə Xətai rayon ərazisində yerləşən “Renta-Car” şirkətindən bir gün üçün 50 manata icarəyə götürmüşdür. Narkotik vasitə və psixotrop maddələri yaşadığı evdə gizlətmişdir ki, birlikdə yaşadığı Şahid1 xəbəri olmasın. Hər iki valideyni vəfat etdiyindən ona yalnız Şahid1 dayaq olmuşdur. İlahəyə kişi kimi söz vermişdir ki, bir də narkotik işi ilə məşğul olmayacaqdır. Bu səbəbdən də ondan gizlincə etmişdir ki, İlahənin xəbəri olmasın. İlahə bundan xəbər tutsa idi, mütləq onu tərk edib gedəcəkdi. 02 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Rza ona zəng vurub bildirmişdir ki, axşamtərəfi Tural adlı bir nəfər şəxs gəlib ondan 100 qram narkotik vasitə və psixotrop maddələr götürəcəkdir. Bu zəngindən hələ təxminən 4-5 gün əvvəl Rza onu telefon vasitəsi ilə artıq Tural adlı şəxslə tanış etmişdir. Nəhayət, 02 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Turalla kirayədə yaşadığı Qaraçuxur qəsəbəsindəki evin yanında görüşmüş, Rzanın təlimatına uyğun olaraq Turala sellofana bükülmüş narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini vermişdir. Tural sellofan torbanı ondan alaraq getmişdir. Həmin vaxtı Turalla onun arasında heç bir pul söhbəti olmamışdır. 04 noyabr 2021-ci il tarixdə saat 11 radələrində Yeni Günəşli qəsəbəsində yerləşən “Bravo” marketin yaxınlığında mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini təqdim edib gəlişlərinin səbəbini izah etdikdən sonra onu 33-cü Polis Bölməsinə aparmışlar. Ona hüquqları izah edilmiş, vəkil də təqdim olunmuşdur. Üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşlarına bildirmişdir ki, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 2 saylı ünvanda yerləşən kirayədə yaşadığı evdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vardır. Üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, orada iştirak edənlərin hamısı imzalamışdır. Bundan sonra onun müdafiəçisi Hücrəddin Hacıbalayevin və digər polis əməkdaşlarının iştirakı ilə kirayədə yaşadığı və yuxarıda ünvanı qeyd etdiyi evə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı ona kirayə qaldığı evində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmişdir. O, yataq taxtının baş tərəfində balıncın altından bir ədəd ağ rəngli sellofan torba təqdim edərək bildirmişdir ki, həmin ağ rəngli sellofan torbanın içərisində bir ədəd plastik qab, həmin palstik qabın içərisində özünə məxsus narkotik vasitə heroin və psixotrop maddə metamfetamin maddə vardır. Bundan sonra otaqda yerləşən şkafın üzərində sellofan bükülünü könüllü olaraq təqdim edərək bildirmişdir ki, həmin bükülüdəki narkotik vasitə heroindir, özünə məxsusdur. Yataq taxtının ayaq tərəfindən yerdə narıncı rəngli karton kağız qutunu təqdim edərək bildirmişdir ki, həmin karton qutunun da içərisində özünə məxsus narkotik vasitə heroin vardır. Daha sonra otaqda divarda olan şkafın içərisindən içərisində heroin və metamfetamin olan dəmir qutunu təqdim etmişdir. Bundan sonra otaqda stolun üzərində olan üç ədəd “Samsung” markalı mobil telefonları təqdim edərək bildirmişdir ki, həmin telefonun ikisi onun özünə, bir isə arvadı İlahəyə məxsusdur. Sonra stolun üzərində olan bir ədəd dəmir qabı təqdim edərək onun içərisində beş ədəd metadon həbi, bir büküm narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Polis əməkdaşlarına heroini və metamfetamini bir neçə gün bundan əvvəl tanışı olan İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin vasitəsi ilə Qobu qəsəbəsi ərazisindən əldə etdiyini etiraf etmişdir. Əlavə etmişdir ki, heroindən təxminən 100 qramını Rzanın vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs1 02 noyabr 2021-ci il tarixdə kirayədə yaşadığı evin həyətində vermişdir. Baxış zamanı təqdim etdiyi narkotik vasitə və psixotrop maddələr çəkildikdən sonra qablaşdırılmış və götürülmüşdür. Evə baxış zamanı başqa heç nə aşkar edilməmişdir. Baxış keçirilməsi barədə tərtib edilmiş protokolla tanış olub imzalamışdır. Törətdiyi əməldən çox peşmandır, etdiyi səhvi tam anlamışdır. Hər iki valideyni vəfat etmişdir, yeganə qardaşı xarici ölkələrin birində yaşayır və onun dəqiq harada yaşamasını da bilmir. Başqa heç bir qohum-əqrəbası ilə də əlaqəsi yoxdur. Ona görə bütün bu halların nəzərə alınaraq ona mümkün olan qədər yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, Bakı şəhəri, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, 30 saylı evdə anası ilə birlikdə yaşamışdır. Heç yerdə işləməmişdir. Ürək xəstəsi kimi ikinci dərəcəli əlildir, buna görə aylıq 110 manat təqaüd alır. Yüngül işlər tapanda fəhləlik edib çörəkpulu qazanmışdır. İki ildən artıqdır ki, narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Tutulmazdan təxminən 6-7 ay əvvəldən «İnstagram» sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı kimi bildiyi Fazil adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında Fazilə narkotik vasitədən istifadə etdiyini demişdir. Həmin vaxtdan bir-biri ilə mobil telefonla əlaqə saxlamağa başlamışlar. O, Fazillə telefonda ancaq narkotik vasitə barəsində danışmış, əgər imkan olsa ona narkotik vasitə göndərməsini xahiş etmişdir. Tanış olduğu müddət ərzində Fazil onun üçün Bakı şəhərində müxtəlif yerlərə və ünvanlara narkotik vasitə olan heroin qoymuş, yeri barədə məlumat vermiş, o da gedib götürərək heroini qəbul etmişdir. Ona göndərdiyi heroinin hər bir qramına görə 16 manat olmaqla 10 qramına görə Fazilin atdığı karta 160 manat pul yükləmişdir. Bu minvalla o Fazildən ümumilikdə təxminən 80-90 qrama yaxın heroin alıb istifadə etmişdir. 2021-ci ilin oktyabr ayının ortalarında Fazil ona bildirmişdir ki, artıq onu etibarlı bir adam kimi tanıyıb qəbul edir. Çünki, bu vaxta qədər göndərdiyi heroinlərlə bağlı heç bir problem yaşanmamışdır, satqınçılıq olmamışdır. Ona görə də Fazil ona təklif etmişdir ki, ona narkotik vasitə göndərsin, o da aparıb evində tərəzidə çəkib ayrı-ayrı bükümlərə yığsın və hissə-hissə dediyi yerlərə və ya ünvanlara çatdırsın, bunun da müqabilində satacaqları hər bir kiloqram heroinə görə ona 800 manat pul verəcəkdir. İşsiz və pula ehtiyacı olduğundan Fazilin təklifi ilə razılaşmışdır. Bundan sonra Bakı şəhərində yerləşən mağazaların birindən elektron tərəzi almışdır. Bu söhbətlərinin səhəri günü Fazil ona zəng edib «Binə qəsəbəsi» sözü yazılmış lövhənin altında 200 qram heroin, 200 qram da metamfetaminin olduğunu demiş, onları gedib götürməsini tapşırmışdır. Dərhal həmin yerə getmiş və Fazilin dediyi 200 qram heroini və 200 qram metamfetamini aşkar edib götürmüşdür. Onları yaşadığı Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, 30 saylı evə gətirib aldığı elektron tərəzidə Fazilin göstərişi ilə müxtəlif çəkilərdə bükümlərə ayıraraq bölüşdürmüşdür. Sonra onları Fazilin göstərişi ilə Zirə və Qala qəsəbələrində müxtəlif yerlərə qoymuşdur. Bu «malın» hamısını Fazilin dediyi yerlərə çatdırandan sonra Fazil onun kart hesabına zəhmət haqqı olaraq 370 manat pul atmışdır. 02 noyabr 2021-ci il tarixdə səhər 10 radələrində Fazil ona zəng vurub Bakıda Qaraçuxur qəsəbəsində yaşayan Rüfət adlı tanışının olduğunu bildirmiş və gedib Rüfətdən 100 qram heroin və metamfetamin götürməsini tapşırmışdır. Fazil ona əlaqə saxlaya bilməsi üçün Rüfətin istifadəsində olan mobil telefon nömrəsini də vermişdir. O, həmin günü, yəni 02 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Rüfətlə Qaraçuxur qəsəbəsində sonuncunun yaşadığı evin yanında görüşmüş, Rüfət ona bir ədəd sellofana bükülmüş bükülüdə narkotik vasitə vermişdir. Fazilin əvvəlcədən verdiyi tapşırığa əsasən Rüfətdən götürdüyü narkotik vasitəni həmin günü Bakı şəhərində Fazilin ona dediyi yerə qoymalı olmuşdur. Amma narkotik vasitəni götürəcək şəxs «WhatsApp» əlaqəsindən çıxdığı üçün Fazil ona demişdir ki, Rüfətdən götürdüyü «malları» evinə aparsın, həmin adam nə vaxt telefon əlaqəsinə çıxarsa ona əvvəlcədən xəbər edəcəkdir və dediyi yerə aparıb qoyacaqdır. Bundan sonra o yaşadığı Pirallahı qəsəbəsindəki evinə getmiş və Fazildən xəbər gözləməyə başlamışdır. Səhəri gün, yəni 03 noyabr 2021-ci il tarixdə saat 13 radələrində Fazil ona zəng vurub bildirmişdir ki, narkotik vasitəni götürəcək adam onunla telefon əlaqəsinə çıxıb və həmin adam axşam saatlarında Biləsuvar rayonu ərazisindən keçəcəkdir, bu səbəbdən «malı» ora aparmaq lazımdır. Ona görə də narkotik vasitəni yaşadığı evdən götürmüş və təcili olaraq Biləsuvar rayonuna getmişdir. Həmin gün, yəni 03 noyabr 2021-ci il tarixdə saat 20 radələrində Lökbatan dairəsindən tanımadığı, marka və dövlət nömrə nişanı yadında qalmayan nəqliyyat vasitəsi ilə Biləsuvar rayonuna getmişdir. Biləsuvarda mərkəzi bazarın qarşısında olarkən Fazillə telefon əlaqəsi saxlayıb ona bu barədə məlumat vermişdir. Fazil ona «malları» Biləsuvar rayonunun Bəydili kəndinin çıxışına aparıb qoymasını və qoyduğu yerin şəklini çəkib ona atmasını, sonra Bakı şəhərinə qayıtmasını tapşırmış və zəhmət haqqı ilə bağlı sonra əlaqə saxlayacağını bildirmişdir. Fazilin ona telefonda dediyi kimi həmin sellofan ilə birlikdə Bəydili kəndinin çıxışına getmişdir. Oraya çatandan az sonra mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirmiş, onu Biləsuvar rayon Polis Şöbəsinə aparmışlar. Orada şübhəli şəxs kimi tutulmuş, vəkil da dəvət olunmuşdur. Daha sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və üzərində olan əşyaları təqdim etməyi təklif edilmişdir. Əynindəki qara rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd sellofanı çıxarıb təqdim edərək bildirmişdir ki, həmin sellofan torbada olan maddə metamfetamindir, onu İran İslam Respublikasının vətəndaşı Fazil adlı şəxsdən almışdır, onu Bəydili kəndinin çıxışında bir yerə qoymalı olduğunu və bunun da müqabilində ona 200 manat pul verəcəyini etiraf etmişdir. Bundan sonra təqdim etdiyi sellofan torbaya onun iştirakı ilə açılaraq baxış keçirilmiş, sellofan torbanın içərisində altı ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü olması aşkar edilmişdir. Xatirində qalana görə 4 ədəd bükülülər elektron tərəzidə çəkilmiş, ümumilikdə təxminən 92,07 qram metamfetamin olmuşdur. 5-ci bükülü açıldıqda orada heroin aşkar edilmiş, çəkilmişdir. Növbəti bükümlər də bu qayadada açılaraq çəkilmişdir. Yadında qalana görə orada 11 qramdan bir qədər artıq heroin olmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, amma başqa qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolla vəkilinin iştirakı ilə tanış olub imzalamışdır. Törətdiyi əməldən səmimi peşmandır. Ağır ailə vəziyyətinin, ahıl yaşlı anasından başqa kimsəsinin olmamasının, bir neçə xəstəlikdən əziyyət çəkməsinin, ürək xəstəliyi ilə bağlı əlil olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri ilə bağlı tam etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Turalın narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 03 noyabr 2021-ci il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş, qərara əsasən Biləsuvar rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Qeyd olunan əməliyyat qrupu tərkibində olmaqla həmin qərara uyğun olaraq 03 noyabr 2021-ci il tarixdə saat 23:00 radələrində tərəfindən əməliyyat tədbiri keçirilməyə başlanılmışdır. Əməliyyat tədbirinə uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına şübhə doğuran Təqsirləndirilən şəxs1 həmin vaxtda Biləsuvar şəhəri Mərkəzi bazanın yaxınlığında əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs1 həmin yerdə tərəfindən saxlanılmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs1 özlərini təqdim etmiş, nədə şübhəli bilindiyi izah edilmişdir. Saxlandığı yerin şəraiti şəxsi axtarış keçirilməsi üçün münasib olmadığından Təqsirləndirilən şəxs1 Polis Şöbəsinə dəvət etmişlər. Raportu əsasında toplanmış materialın icrası baş təhqiqatçı Nahid Hüseynova həvalə edilmişdir. Həmin andan Təqsirləndirilən şəxs1 müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən ona vəkil dəvət etmək hüququ izah olunmuşdur. O, vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X9 tərəfindən müdafiə olunmasını bildirmişdir. Bundan sonra X7 iştirakı ilə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin ona şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olması şübhəsi olduğundan qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilməsi izah edilmişdir. Daha sonra videoçəkilişlə Turalın şəxsi axtarışı keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməyə başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində narkotik maddə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etsin. Təqsirləndirilən şəxs1 könüllü olaraq əynindəki qara gödəkçənin sol iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb bildirmişdir ki, həmin bükülünün içində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vardır, onları Bakı şəhəri sakini Rüfət adlı şəxsdən əldə etmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü açılaraq şəxsi axtarış iştirakçılarının iştirakı ilə baxılmışdır. İçərisində 06 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülülər olması müəyyən edilmişdir. Daha sonra isə ardıcıllıqla həmin bükülülər açılaraq baxılmışdır. Birinci büküm açılaraq baxıldıqda içərisində metamfetaminə bənzər maddə olması və bükülü ilə birlikdə elektron tərəzidə çəkildikdə 9,66 qram olması, 2-ci bükülü açılıb baxıldıqda içərisində metamfetaminə bənzər maddə olması və elektron tərəzidə çəkildikdə 9,85 qram olması, 3-cü bükülü açılıb baxıldıqda içərisində metamfetaminə bənzər maddə olması və çəkisinin 20,81 qram olması, 4-cü bükülü açılıb baxıldıqda içərisində metamfetaminə bənzər maddə olması və çəkisinin 52,42 qram olması, 5-ci bükülü açılıb baxıldıqda içərisində heroinə bənzər maddə olması və çəkisinin 5,99 qram, 6-cı bükülü açılıb baxıldıqda isə içərisində heroinə bənzər maddə olması və çəkisinin bükülü ilə birlikdə 5,29 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 onun üzərindən aşkar edilərək götürülmüş heroini və metamfetamini Bakı şəhər sakini Rüfət adlı şəxsdən əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs1 imza etmişdir, şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. Bundan sonra əməliyyat müvəkkili Nurlan Şükürov tərəfindən Rüfət adlı şəxsin cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə 04 noyabr 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir.Həmin qərara əsasən Biləsuvar rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid5 və əməliyyat müvəkkili Nurlan Şükürovun iştirakı ilə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Qeyd olunan əməliyyat qrupu tərkibində o da olmaqla həmin qərara uyğun olaraq 04 noyabr 2021-ci il tarixdə saat 11:50 radələrində tərəfindən əməliyyat tədbiri keçirilməyə başlanılmışdır. Əməliyyat tədbirinə uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına şübhə doğuran Təqsirləndirilən şəxs2 həmin vaxt Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Bravo” supermarketinin yaxınlığında piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqə sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə marketin yaxınlığında Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması şübhəsi olduğunu izah edib onu Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gətirmişlər. Toplanmış materialın icrası müstəntiq Abuzər Mənsimova həvalə edilmişdir. Həmin andan Təqsirləndirilən şəxs2 müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən, ona vəkil dəvət etmək hüququ izah olunmuşdur. O, vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X3 tərəfindən müdafiə olunmasını bildirmişdir. Bundan sonra X1 iştirakı ilə Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin ona şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olması şübhəsi olduğundan qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkiliş ilə onun üzərində şəxsi axtarış keçirilməsi izah edilmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməyə başlamazdan əvvəl Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində narkotik maddə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etsin. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını, narkotik vasitə və psixotrop maddənin yaşadığı ünvan 7 ünvanında kirayədə yaşadığı evdə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtanş keçirilmiş, amma onun üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Hücrəddin Hacıbalayevin və əməliyyat qrupunun iştirakçıları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 8 ünvanında kirayədə yaşadığı evə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadğı evdə narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 də yataq taxtının baş tərəfində yastığın altından bir ədəd ağ rəngli sellofan torba təqdim edərək bildirmişdir ki, həmin ağ rəngli sellofan torbanın içərisində bir ədəd plastik qab, həmin palstik qabın içərisində özünə məxsus heroin və metamfetamin maddə vardır. Bundan sonra Təqsirləndirilən şəxs2 otaqda yerləşən şkafın üzərində sellofan bükülünü təqdim edərək bildirmişdir ki, həmin bükülüdəki heroindir. Bundan sonra Təqsirləndirilən şəxs2 yataq taxtının ayaq tərəfindən yerdə narıncı rəngli karton kağız qutunu təqdim edərək bildirmişdir ki, həmin karton qutunun içərisində özünə məxsus heroin vardır. Daha sonra otaqda divarda olan şkafın içərisindən bir ədəd dəmir qutunu təqdim edərək bildirmişdir ki, həmin dəmir qutunun içərisində heroin və metamfetamin vardır. Bundan sonra Təqsirləndirilən şəxs2 masanın üzərində olan bir ədəd dəmir qabı təqdim edərək bildirmişdir ki, həmin qabın içərisində 5 ədəd metadon həbi və bir büküm heroin vardır, özünə məxsusdur. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin heroini və metamfetamini bir neçə gün bundan əvvəl tanışı olan İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu Qobu ərazisindən əldə etmişdir. Həmin heroindən təxminən 100 qramım Rzanın vasitəsi ilə tanıdığı Turala 02 noyabr 2021-ci il tarixdə kirayədə yaşadığı evin qarşısında vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd ağ rəngli plastik qab açılıb baxıldıqda həmin plastik qabın içərisində bir ədəd ağ rəngli sellofan torba olduğu müəyyən edilmişdir. Həmin selofan torba açılıb baxıldıqda onun içərisində psixotrop maddə metamfetaminə bənzər maddə, plastik qabın içərisində dörd ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə olması məlum olmuşdur. Bir ədəd ağ rəngli sellofan torbada olan psixotrop maddə metamfetaminə bənzər maddə şöbənin elektron tərəzisində çəkildikdə sellofan bükülü ilə birlikdə 104,34 qram, 1-ci bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması, bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkildikdə 30,85 qram, 2-ci bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması, bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkildikdə 9,37 qram, 3-cü bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması, bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkildikdə 30,29 qram, 4-cü bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması, bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkildikdə 4,61 qram olmaları müəyyən edilmişdir. Bundan sonra bir ədəd dəmir qutunun üzərində şəffaf rəngli sellofan açılıb baxıldıqda içərisində metamfetaminə bənzər psixotrop maddə olması, bükülü ilə birlikdə birlikdə şöbənin elektron tərəzisində çəkildikdə 3,20 qram, dəmir qutunun üzərində siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükülüyə açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması, bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkildikdə 0,33 qram, dəmir qutunun içərisinə baxıldıqda 8 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü olması, 1-ci bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması, bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkildikdə 0,63 qram, 2-cİ bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması, bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkildikdə 0,47 qram, 3-cü bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması, bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkildikdə 0,49 qram, 4-cü bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması, bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkildikdə 0,49 qram, 5-ci bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması, bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkildikdə 0,43 qram, 6-cı bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması, bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkildikdə 0,49 qram, 7-ci bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması, bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkildikdə 0,51 qram, 8-ci bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması, bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkildikdə 0,55 qram olmaları müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 şkafın üzərindən götürərək təqdim etdiyi sellofanın içərisinə baxıldıqda narkotik vasitə heroinə oənzər maddə olması, bükülü ilə birlikdə 2,76 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd narıncı rəngli karton qutunun içərisindəki şəffaf rəngli sellofan torbaya açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması, bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkildikdə 289,68 qram olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd dəmir qabın içərisində 5 ədəd metadon həbləri, o cümlədən sellofana bükülmüş bir ədəd bükülü aşkar edilmişdir. Həmin bükülüyə açılıb oaxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması, bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkildikdə 0,48 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin Təqsirləndirilən şəxs2 evinə baxış keçirilən zaman oradan aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs2 imza etmişdir. Baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin digər əməkdaşları X10, Şahid4 və Şahid5, ibtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid6 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşamışdır. Təqsirləndirilən şəxs2 ilə qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində olmuşdur. Rüfət uzun illərdir ki, narkotik vasitə istifadəçisidir. 04 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə bilrikdə Yeni Günəşli qəsəbəsində olduğu zaman mülki geyimli polis əməkdaşları Rüfətin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib yaşadığı evdə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. Bundan sonra videoçəkiliş apanlmaqla yaşadığı evə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı polis əməkdaşları əri Rüfətə yaşadığı evdə narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Rüfət yaşadığı evin yataq otağında gizlətdiyi narkotik vasitə və psixotrop maddələri könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Rüfətin narkotik vasitə istifadə etməsindən məlumatlı olsa da, onun kirayə yaşadığı evdə narkotik vasitə və ya psixotrop maddə saxlamasından məlumatı olmamışdır. Belə ki, şəxsən o özü qabaqcadan Rüfəti evdə narkotik vasitə və ya psixotrop maddə saxlamasına icazə verməyəcəyini demişdir. O özü də Rüfətdən bir müddət sonra təxminən bir kiloqram heroinlə tutulmuşdur, hazırda həbsdədir və barəsində cinayət işi araşdırılır. İranlı Fazili telefon vasitəsilə tanımışdır, bu şəxsdən narkotik vasitələr və psixotrop maddələr əldə etmiş, deyilən yerlərə aparıb qoymaqla məşğul olmuşdur. Özü əvvəllər gözəllik salonunda dırnaq ustası kimi işləmiş, amma qazancı az olduğundan bu işə qurşanmışdır. Fazil də ona bu işləri görməsi müqabilində aylıq təxminən 400 manat maaş ödəmişdir. Təqsirləndirilən şəxs1 da Fazilin işçisi kimi tanıyır. Yəni, Tural da onun kimi iranlının tapşırığı əsasında pul müqabilində narkotik vasitələri və psixotrop maddələri tapşırılan yerdən götürüb sonradan deyilən yerlərə atmaqla məşğul olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 03 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş narkotik vasitə və ya digər əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən 01 ədəd şəffaf rəngli sellofanı, 01 ədəd “Redmi” markalı mobil telefonu, 01 ədəd qulaqcığı, 01 ədəd alışqanı və 01 ədəd üzərində “Prima” yazılmış siqareti çıxarıb tədim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 sellofanın içərisində narkotik vasitə və psixotrop maddə olmasını, onları tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını və özünə məxsus olduğunu, onları lazımi ünvana çatdırması müqabilində İran vətəndaşının ona 200 manat verəcəyinin bildirmişdir. Həmin prosessual hərəkət zamanı videoçəkiliş aparılaraq protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 30- 32). Məhkəmə kimyəvi ekspertizasının 04 noyabr 2021-ci il tarixli 19/1105 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş heroinə bənzər maddə və metamfetaminə bənzər maddə” sözlər və imzalar olan bir ədəd zərfdəki 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 4,791 qram, 4,439 qram - ümumi təmiz çəkisi 9,23 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 48,046 qram, 19,571 qram, 9,486 qram, 7,934 qram - ümumi təmiz çəkisi 85,037 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı l). Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 9,13 qram, metamfetaminin qalıq çəkisi 84,917 qram təşkil etmişdir (cild 1, iş vərəqə 38-41). Evə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 04 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdə qanunla qadağan olunmuş narkotik vasitə və digər əşya varsa təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 yataq otağının baş tərəfində yastığın altından bir ədəd ağ rəngli sellofan torbada olan plastik qabın içərisində özünə məxsus narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, otaqda yerləşən şkafın üzərində sellofan bükümü təqdim edib içərisində narkotik vasitə heroin olduğunu, yataq taxtının ayaq tərəfindən yerdə narıncı rəngli karton kağız qutunu təqdim edib içərisində narkotik vasitə heroin olduğunu, otaqda divarda olan dolabın içərisindən bir ədəd dəmir qutunu təqdim edib içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, stolun üzərində olan bir ədəd dəmir qabı təqdim edib içərisində iki ədəd metadon həbi və bir büküm narkotik vasitə heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin heroin və metamfetamini bir neçə gün bundan əvvəl İran İslam Respublikasının vətəndaşı olan Rza adlı tanışı vasitəsilə Abşeron rayonunun Qobu qəsəbəsi ərazisindən əldə etdiyini bildirmişdir. Həmin prosessual hərəkət zamanı videoçəkiliş aparılaraq protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 72-75). Evə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 04 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 9 ünvanına baxış keçirilmiş, evin həyətindəki damdan bir ədəd tərəzi və dörd ədəd şpris aşkar edilərək götürülmüşdür. Həmin prosessual hərəkət zamanı videoçəkiliş aparılaraq protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 83-85). Məhkəmə kimyəvi ekspertizasının 06 noyabr 2021-ci il tarixli 19/1112 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Bir ədəd sellofan torbada narkotik vasitə heroinə bənzər maddə…” sözləri və imzalar olan 1 ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 285,291 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddə....” sözləri və imzalar olan 1 ədəd zərdəki 1 ədəd bükümdə təmiz çəkisi 29,315 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “4 (dörd) ədəd heroinə bənzər maddə....” sözləri və imzalar olan bir ədəd zərfdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 29,377 qram, 8,928 qram, 3,585 qram, 1,779 qram - ümumi təmiz çəkisi 43,369 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Bir büküm metamfetaminə bənzər maddə...”sözləri və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 98,864 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Bir büküm metamfetamin....” sözləri və imzalar olan 1 ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,955 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “4 büküm metamfetaminə bənzər və 6 büküm heroinə bənzər maddə....” sözləri və imzalar olan 1 ədəd zərfdəki 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,427 qram, 0,434 qram, 0,399 qram, 0,498 qram, 0,407 qram, 0,176 qram - ümumi təmiz çəkisi 2,341 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 4 ədəd bükümdə ayn-ayrılıqda təmiz çəkisi 0,424 qram, 0,422 qram, 0,315 qram, 0,364 qram - ümumi təmiz çəkisi 1,525 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “5 ədəd metadon həbləri....” sözləri və imzalar olan 1 ədəd zərfdəki 5 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon dərmanlarıdır və həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,2 qramdır (bir həbdə 0, 04 qram). Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus 12 bükümdəki heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus 6 büküm metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus heroinlər Təqsirləndirilən şəxs1 məxsus heroinlər ilə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus metamfetaminlər Təqsirləndirilən şəxs1 məxsus metamfetaminlər ilə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Metadon adlı dərman Azərbaycan Respubliaksının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra №-6) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 360,256 qram və 9,08 qram, metamfetaminin qalıq çəkisi 103,164 qram və 84,867 qram, metadon həblərinin qalığı 4 ədəd təşkil etmişdir (cild 1, iş vərəqə 158-161). Diskə baxış keçirilməsi haqqında 28 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə apardığı sms yazışmalarının məzmunu ilə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması, daşıması, satması və istifadə etməsi öz təsdiqini tapır (cild 2, iş vərəqə 137-202). Diskə baxış keçirilməsi haqqında 29 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan 055-386-8-81 saylı mobil nömrə ilə apardığı sms yazışmalarının məzmunu ilə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması, daşıması, satması və istifadə etməsi öz təsdiqini tapır (cild 2, iş vərəqə 203-208). Ambulator məcburi narkoloji tibbi yoxlamanın 03 mart 2022-ci il tarixli 1064 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006- cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxlərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs1 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir (cild 2, iş vərəqə 209- 210). Ambulator məcburi narkoloji tibbi yoxlamanın 03 mart 2022-ci il tarixli 1065 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 211-212). Məhkəmə psixiatrik ekspertizasının 03 mart 2022-ci il tarixli 539 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmahdır. Təqsirləndirilən şəxs2 hadisə baş verən zaman hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur. Əqli-intellektual imkanlarına görə o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Hadisə baş verən vaxt güclü ruhi həyəcan vəziyyətində olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 2, iş vərəqə 213-216). Məhkəmə psixiatrik ekspertizasının 03 mart 2022-ci il tarixli 541 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hadisə baş verən zaman hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur. Əqli-intellektual imkanlarına görə o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bİlər. Hadisə baş verən vaxt güclü ruhi həyəcan vəziyyətində olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 2, iş vərəqə 217-219). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 172-173, 190-195). Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş 06 iyun 2022-ci il tarixli 21-1/3-8441- 16 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli 7(010)-31/2022 saylı qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 yanvar 2022-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və 25 yanvar 2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxardılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs2 cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan bir il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi müəyyən edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 171). Cinayət işinin materiallarında olan hərbi həkim komissiyası tərəfindən verilmiş 15 mart 2011-ci il tarixli 719 №-li xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, hərbi həkim komissiyasının qərarı ilə Təqsirləndirilən şəxs1 N saylı hərbi hissədə əsgər kimi hərbi xidmətdə olduğu dövrdə «Revmatizm, qeyri-fəal dövr. Mitral qapaq çatışmazlığı. Miokardskeloroz. İİ (ikinci) funksional ürək çatışmazlığı» xəstəlikləri müəyyənləşdirilmiş, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir (cild 2, iş vərəqə 103). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına X2 tərəfindən verilmiş 16 oktyabr 2015-ci il tarixli və 01 noyabr 2021-ci il tarixli sənədlərdə də eyni diaqnozlar təsdiqlənmiş, 10 №-li Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 16 oktyabr 2018-ci il tarixli 511/134 №-li, 26 oktyabr 2019-cu il tarixli 503/154 №-li epikrizlərin surətlərində isə aldığı müalicələr barədə məlumatlar qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən tərtib olunmuş 11 noyabr 2016-cı il tarixli sənəddən görünür ki, «Mitral qapağın revmatik xəstəliyi. Ürəyin xroniki revmatik xəstəliyi. Mitral qapaq çatışmazlığı birinci dərəcə» diaqnozu ilə Təqsirləndirilən şəxs1 hərbi xidmət dövrü ilə əlaqədar əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X13 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, «Mitral qapağın revmatik xəstəliyi. Ürəyin xroniki revmatik xəstəliyi. Mitral qapaq çatışmazlığı birinci dərəcə» diaqnozu ilə xəstəliklərdən əziyyət çəkməsini və hərbi xidmət dövrü ilə əlaqədar əlil olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 03 noyabr 2021-ci il tarixdə, Təqsirləndirilən şəxs2 04 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Biləsuvar Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərarları ilə onların barəsində həbs qətimkan tədbirləri seçilmiş, həbs etmənin əvvəlinin müvafiq olaraq 03 noyabr və 04 noyabr 2021-ci il tarixlərdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 23, 63, 154-157). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 noyabr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 360,256 qram və 9,08 qram təşkil edən heroin, qalıq çəkisi 103,164 qram və 84,867 qram təşkil edən metamfetamin, qalıq 4 ədəd metadon həbləri, 01 ədəd tərəzi və 04 ədəd şpris məhv edilməli, şəxsi axtarış və evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd CD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən ayrı-ayrılıqda 75 (yetmiş beş) manat olmaqla cəmi 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 39, 159, cild 2, iş vərəqə 121 ). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun hüquqlarının müdafiəsi müvafiq olaraq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına hər biri üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” 24.12.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 04 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 03 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 360,256 qram və 9,08 qram təşkil edən heroin, qalıq çəkisi 103,164 qram və 84,867 qram təşkil edən metamfetamin, qalıq 4 ədəd metadon həbləri, 01 ədəd tərəzi və 04 ədəd şpris məhv edilsin; - şəxsi axtarış və evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd CD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən ayrı-ayrılıqda 75 (yetmiş beş) manat olmaqla cəmi 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına vəkillər Müdafiəçi1 və Müdafiəçi2 hər biri üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1090/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1090/2022
09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver