Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1090/2023 12.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 15-40 Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Femida” vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs X3, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə xx xxxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər 23 iyun 2016-cı il tarixli Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 sentyabr 2017-ci il tarixli Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 mart 2018-ci il tarixli Səbail Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 aprel 2022-ci ildə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qərarı ilə 01 ay 04 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 31 may 2022-ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 1 inzibati binada qeydiyyatda olmaqla, Binəqədi rayonu, Binəqədi şossesi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs silah tətbiq edib hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib özgənin əmlakını ələ keçirərək quldurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 14 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən marketin içərisinə daxil olaraq, üzərində gəzdirdiyi, silah qismində istifadə etdiyi təyinatı naməlum bıçağı hücuma məruz qalmış, həmin mağazada işləyən Zərərçəkmiş şəxs arxa bel nahiyəsinə dayayaraq həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib sonuncudan mağazanın kassasında olan pulları verməsini tələb etmiş, Zərərçəkmiş şəxs mağazadakı piştaxtanın üzərindəki kassa aparatının içərisində olan, müxtəlif əsginaslardan ibarət ümumilikdə 300 manat pulu ona verdikdən sonra həmin pulları ələ keçirib, marketdən çıxıb qaçaraq hadisə yerini tərk edib, ümumilikdə Zərərçəkmiş şəxs 300 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “LC WAİKİKİ” mağazasının yaxınlığında gəzişirmiş. Pula ehtiyacı olduğu üçün hansısa mağazaya girib mağazadan nisyə siqaret alıb sonra siqareti sataraq pul qazanmaq qərarına gəlmişdir. Belə ki, iki blok «Sobranie» markalı siqaret alıb birini 40 manatdan olmaqla satacaqmış. Bu məqsədlə həmin ünvanda yerləşən marketə daxil olmuşdur. Mağazaya daxil olub satıcıdan iki blok «Sobranie» markalı siqareti nisyə olaraq verməsini istəmişdir. Amma satıcı adını sonradan bildiyi X4 nisyə mal verilmədiyini bildirmişdir. Satıcı kassanın arxasında dayanmışdır. Bu zaman o kassanın içərisindəki pulları görərkən siqaret alıb-satmaq yadından çıxmış və artıq məqsədi satıcını aldadıb pulları almaq olmuşdur. O, bu ərazidə yaşamasa da, satıcıya yalandan bu ərazidə yerləşən binada qaldığını, borcunu qaytaracağını demişdir. Lakin satıcı siqaret blokunu ona nisyə verməsi üçün müdirdən icazə almalı olacağını demişdir. Satıcı müdiri Ramal adlı şəxsə zəng edərək telefonu ona vermişdir. O, müdirə yalandan demişdir ki, bu ərazidəki binada qalır və nisyə olaraq siqaret alıb sonra pulumn qaytaracaq. Müdir Ramal onu tanımadığını, satıcıya nisyə mal verilməməsinin tapşırıldığını, hazırda marketə gələ bilmədiyini və yalnız marketə gələrsə, ona nisyə mal verə biləcəyini demişdir. Lakin, o, telefonu söndürəndə satıcıya yalandan demişdir ki, müdir Ramal bəy ona ürəyi nə istəyirsə, götürə biləcəyini demişdir. Satıcı kassanın aşağısına siqaret götürməyə əyilmişdir. Bu zaman kassanın qarşısı açıq imiş. O, satıcıya 200 manat verməsini və o, siqaretləri seçənə qədər pulu xırdalayıb gələcəyini bildirmişdir. Satıcı da ona 200 manat vermiş və mağazanın qarşısındakı yolun o biri tərəfinə keçib tanımadığı “Daewoo Nexia” markalı avtomobilə əyləşib yaşadığı evə getmişdir. Onun üzərində heç vaxt bıçaq olmamışdır. Satıcı kassanın arxasında imiş, o, həmin tərəfə keçə bilməzmiş. Əgər həqiqətən bıçaq olsaymış, o, bıçağı ya tullayarmış, ya əlində bıçaq qaçarmış. O, satıcını təhqir etməmişdir. Onun niyyəti satıcını aldadıb pulu almaq imiş. Hadisə nəticəsində satıcıya heç bir xəsarət yetirməmişdir. Mağazanın satıcısının qarnının sağ tərəfindən, bir qədər arxa nahiyədən bıçaq dayayaraq mağazanın kassasında olan 300 manat pul almağı barədə ifadə yalandır. Ümumiyyətlə onun əlində bıçaq olmamışdır. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin sentyabr ayından əmək müqaviləsi olmadan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən, 7/24 fəaliyyət göstərən marketdə satıcı işləyir. 14 noyabr 2022-ci il tarixdə saat 14 radələrində işlədiyi mağazada olan zaman əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs mağazaya daxil olub ondan birinci olaraq xırdalamaq üçün pul istəmişdir. Sonra ondan «Sobranie» markalı siqaret istəmişdir. Yəni, gah pul, gah siqaret istəmişdir. Həmin oğlan bu ərazidə “Cavid” adlı oğlanın tanışı olduğunu, makretin müdiri Ramalı tanıdığını demişdir. O, müdirə zəng edərək mağazaya gələn şəxsin ona tanışlıq verərək pul istədiyini demişdir. Ramal həmin şəxsin onu tanıyıbtanımadığından asılı olmayaraq digər müştərilər kimi yola salmağını demişdir. Bu zaman yanında olan həmin müştəri ondan telefonu götürüb özü Ramal ilə danışmış, sonra telefonu ona qaytarmış, amma o Ramalın ona nə dediyini bilməmişdir. Sonra oğlan əlində olan bıçağı qarnının sağ tərəfindən dayayaraq kassada olan bütün pulları verməyini tələb etmişdir. O, oğlanın əlindəki alətin bıçaq olduğunu dəqiq görməmişdir. Çünki oğlan bıçağı qarnının sağ tərəfindən, bir qədər arxa nahiyədən dayamışdır. Ona görə də həmin bıçağı təsvir edə bilmir, amma əlində bıçağa oxşar küt alət var imiş. O, bədənində hiss edirmiş ki, həmin küt əşya onun bədəninə dirənmişdir. O, həyəcanlı və təlaşlı olduğundan, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığından heç bir söz deməyib kassanın içərisində olan, müxtəlif əsginaslardan ibarət ümumilikdə 300 manat pulu həmin şəxsə vermişdir. Pulu verdikdən sonra oğlan mağazadan qaçaraq getmişdir. O, hadisə barədə mağazanın rəhbərliyinə məlumat vermiş, müdir də polisə zəng etmişdir. Dəymiş maddi ziyanı tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq zərərçəkmiş şəxs Asiman Şirinov bildirmişdir ki, bu ifadə ona məxsusdur, onu belə ifadə verməyə heç kim məcbur etmir. O, istintaqda da eyni məzmunlu ifadə vermişdir. O, bu oğlanı ilk dəfə hadisə günü görmüş, əvvəllər onu tanımamışdır. O, təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir. Təqsirləndirilən şəxs Ramala zəng etməyini demiş, yəni, o, müdirin adının Ramal olduğunu bilirmiş. O, müdirə zəng edən zaman təqsirləndirilən şəxs ona bıçaq dirəməmiş, müdirlə danışdıqdan sona təqsirləndirilən şəxs ona bıçaq dirəmişdir. Həmin gün polisə məlumat verməmişlər. Onlar əldə edilən pulları qəbzə yox vərəqə yazıb müdirə təhvil verirlər, sonra müdirin nə etdiyini bilmir. Ona dirədiyi telefon ola bilməz, bıçaq ya başqa bir küt alət imiş. Məhkəmə iclasında şahdi qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayından Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən, 7/24 fəaliyyət göstərən marketi icarə əsasında götürmüşdür. Həmin marketdə Zərərçəkmiş şəxs da işləyir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Asiman onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq mağazaya müştəri qismində gəlmiş adını sonradan bildiyi Təqsirləndirilən şəxs özünü onun tanışı kimi təqdim edərək siqaret götürmək istədiyini bildirmişdir. O, onu tanıyıb-tanımadığından asılı olmayaraq həmin şəxsi digər müştərilər kimi yola salmasını demişdir. Bu zaman həmin müştəri Asimanın telefonunu götürüb özü onunla danışmış və onu tanıdığını, Neftçilər ərzisində yaşadığını, siqaret almaq istədiyini demişdir. O, bildirmişdir ki, onu tanıyıb-tanımamasından asılı olmayaraq, nə almaq istəyirsə hər müştəri kimi köməklik üçün satıcıya müraciət etsin. Təxminən 15 dəqiqə keçmiş Asimana zəng vuraraq həmin müştəri barədə soruşmuşdur. Asiman həmin müştərinin götürdüyü siqaretləri geri qaytardığını, nağd pul tələb etdiyini, həmin şəxsə pul verməkdən imtina etdikdən sonra oğlanın böyrünə bıçaq dayayaraq kassada olan pulları verməyini tələb etdiyini, o da qorxub kassanın içərisində olan, müxtəlif əsginaslardan ibarət ümumilikdə 300 manat pulu həmin şəxsə verdiyini danışmışdır. O, mağazaya gəlib hadisə ilə bağlı Asimanı ətraflı olaraq danışdırmışdır. xx.xx.2022-ci il tarixdə hadisə ilə bağlı ərizə ilə Nizami RPİ-nin 25-ci PŞ-nə müraciət etmişdir. İcarə əsasında işlətdiyi mağazada nəzarət-müşahidə kameraları quraşdırılmamışdır. Lakin mağazanın qonşuluğunda yerləşən «Tantuni» dönər evinin qarşısında nəzarət-müşahidə kameraları quraşdırılmışdır. Hadisə nəticəsində mağazaya 300 manat maddi ziyan dəymişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Ramal Əsgərov bildirmişdir ki, market yeni açıldığı üçün kamera quraşdırılmamışdır. Təxminən bir aydır ki, Asiman satıcı olaraq marketdə işləyir. Asimanı ailəsinin və özünün istəyi ilə o işə götürmüşdür. 300 manat ona qaytarılmamışdır. Asiman pula ehtiyacları olduğu üçün qısa müddətdə ona məxsus marketdə satıcı kimi işləməyi ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs onunla telefonda danışarkən “Ramal” deyə müraciət edirmiş. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 noyabr 2022-ci il tarixli X3 ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 51 ünvanında yerləşən "7/24 market" adlı mağazada satıcı kimi fəaliyyət göstərərkən bir nəfər tanımadığı şəxs mağazaya daxil olmuş və ondan 1 blok «sobranie» markalı siqaret istəmiş, siqareti verərkən həmin şəxs əlində bıçaqla kassanın arxasına keçib, əlindəki bıçağı satıcının qarın nahiyyəsinə tutub ondan kassada olan pulları istəmiş və satıcı kassada olan 300 manatı həmin şəxsə vermişdir. Bundan sonra həmin şəxs oradan qaçaraq uzaqlaşmışdır. Cinayət işinin 8-11-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 51 ünvanında yerləşən 7/24 fəaliyyət göstərən marketdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, marketdə işləyən Asiman Şirinov tanımadığı naməlum şəxsin 14 noyabr 2022-ci il tarixdə mağazaya gələrək əvvəl siqaret istədiyini, siqaret ona verilmədikdə, o, siqareti istəməyərək satıcının böyrünə bıçaq dayayaraq kassada olan ümumilikdə müxtəlif əsginaslardan ibarət 300 manat pulu həmin şəxsə verdiyini bildirmişdir. Mağazada iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya dəlil aşkar olunmamışdır. Hadisə yerində fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 40-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 dekabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51 ünvanının yaxınlığında quraşdırılmış qeyriqanuni parklanmaya nəzarət kameraları vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 14:40- dan saat 14 :45-dək olan müddət ərzində aparılmış videoçəkilişin görüntülərinin əks olunduğu 01 ədəd DVD disk DİN-nin X2 Mərkəzindən daxil olmuşdur. Həmin diskə baxış zamanı çəkilişi aparmış kameralar mütəmadi olaraq dövr etdiyindən cinayət işi üzrə maraq kəsb edən heç bir görüntü aşkar olunmamışdır. Cinayət işinin 68-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 dekabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51 ünvanının yaxınlığında yerləşən ticarət obyektlerində quraşdırılmış nəzarət-müşahidə kameraları vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 14 : 40- dan saat 14 : 45- dək olan müddət ərzində aparılmış videoçəkilişin görüntülərinin əks olunduğu 01 ədəd DVD diskə şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən zaman, qovluqda olan görüntülərdə Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdə saat 14:36:23-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51 ünvanında yerləşən 7/24 fəaliyyət göstərən marketin giriş qapısından marketə daxil olması, marketin qapısını yarı açıq vəziyyətdə saxlayaraq mobil telefonla danışıb yeniden marketa daxil olması, saat 14:43:24-də marketin giriş qapısından çıxıb qaçaraq hadisə yerini tərk etməsi açıq-aydın müşahidə edilir. Diskə baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs görüntülərdə əks olunmuş şəxsin özü olduğunu bildirmişdir. Cinayət işinin 72-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 dekabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51 ünvanının yaxınlığında quraşdırılmış təhlükəsiz şəhər müşahidə kameraları vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 14:40:00-dan saat 14:45:00-dək olan müddət ərzində aparılmış videoçəkilişin görüntülərinin əks olunduğu 01 ədəd DVD disk baxış zamanı Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdə saat 14:43:34-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51 ünvanında yerləşən 7/24 fəaliyyət göstərən market tərəfdən, avtobus dayanacağında dayanmış avtobusların və prospekt ilə hərəkətdə olan avtomobillərin arasından qaçaraq yolun əks istiqamətinə keçməsi, saat 14:43:44-də yolun qarşı tərəfində olan avtobus dayanacağında dayanmış avtobusun arxa hissəsindən keçərək hadisə yerini tərk etməsi müşahidə edilmişdir . Cinayət işinin 86-88-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərşəkmiş şəxs X4 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, X4 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq edərək, 14 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, C.Q.Qarayev prospekti 51 ünvanında yerləşən 7/24 fəaliyyət göstərən marketə daxil olub üzərində olanı bıçağı çıxararaq onun qarnının sağ tərəfindən, bir qədər arxa nahiyədən dayayıb kassanın içərisində olan, müxtəlif əsginasardan ibarət ümumilikdə 300 manat pulu alıb ələ keçirdikdən sonra qaçaraq mağazanı tərk edərək quldurluq etdiyini bildirmişdir. Cinayət işinin 101-102-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 dekabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Sabuhi oğlu baş vermiş hadisəni əyani surətdə göstərərək, istintaqa verdiyi ifadəsinə verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, sonuncu zərərçəkmiş şəxsə hər hansı xəsarət yetirməmiş, onun üzərində bıçaq olmamış, mağazadan yalnız 200 manat pul götürərək çıxıb getmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs bu barədə verdiyi qismən etirafedici ifadəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gələn hissəsini nəzərə alaraq hesab edir ki, məhkəmədə bu barədə verdiyi ifadəsi özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, zərərçəkmiş şəxsin ifadəsini, şahidin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Plenum qərarında qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyqunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 109-111-ci vərəqələrində olan Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 22 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2016-cı il tarixli Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 sentyabr 2017-ci il tarixli Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayət işinin 122-129-cu vərəqələrində olan 05 mart 2018-ci il tarixli Səbail Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 aprel 2022-ci ildə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qərarı ilə 01 ay 04 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 31 may 2022-ci ildə cəza müddəti başa çatmışdır. Cinayət işinin 50-ci vərəqəsində olan portaldan çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 07 may 2018-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində olan Səbail Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli hökmündən residiv hissəsi çıxarılaraq, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin resdivini yaradır. Cinayət işinin 130-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xətəxanası” X6 06 yanvar 2023-cü il tarixli, 168 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin 131-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X6 19 yanvar 2023-cü il tarixli, 19/51-328 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 138-141-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 07 yanvar 2023-cü il tarixli 14 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə "emosional davamsız şəxsiyyət pozuntusu" qeyd olunmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan emosional davamsız şəxsiyyət pozuntusu psixi xəstəlik hesab olunmur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti onunla istintaq hərəktələrinin aparılmasina imkan verir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyytinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq emosional dayanıqsızlıq, kobudluq, konfliktə meyillilik və s . kimi fərdi-psixi xüsusiyyətərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafını nəzərə almaqla cinayət əməlini törədən zaman öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamışdır. Lakin özünü psixoloji müdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə yönəldib yalan danışa bilər. Təqsirləndirilən şəxs sensor-perseptiv prosesləri, fərdi xüsusiyyətləri, hadisə şəraiti nəzərə alınmaqla, həmçinin hazırkı psixi vəziyyətinə görə iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən əqli intellektual imkanlarında gerilik əlamətləri olmamış, əqli-intellektual imkanlarına görə öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə iclasında Zərərçəkmiş şəxs 05 aprel 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışmadığını bildirərək, ona dəymiş 300 manat maddi ziyanın ödənilməsini Təqsirləndirilən şəxs tələb etmişdir. Məhkəmənin növbəti iclasında Zərərçəkmiş şəxs 12 aprel 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan 300 manatın tam ödənildiyini, Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğundan və bu ağırlaşdırıcı hal kimi nəzərə alındığından, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilən hallar Təqsirləndirilən şəxs cəza təyin edilməsi zamanı tətbiq edilə bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Həmçinin məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meyilliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 14 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 59-cu vərəqəsində olan 14 dekabr 2022-ci il tarixli cinayəti törtəməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 98-100-cü vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 4(007)-658/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut yoxdur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxs X4 dəymiş 300 (üç yüz) manat maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib Zərərçəkmiş şəxs dəymiş 300 (üç yüz) manat maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Belə ki, cinayət işinin 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 22 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdaresinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Cinayət işinin 120-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş 09 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir . Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinə dəymiş 300 (üç yüz) manat maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1090/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1090/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver