Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1091/2022 27.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X16 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X14, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “A.İ.M” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda faktiki yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (X4) Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (X9) 11 sentyabr 2021-ci il tarixdə saat 22:00 radələrində idarə etdiyi “BMW 320» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı yolu ilə «Tos Oil» yanacaqdoldurma məntəqəsi istiqamətində sərxoş halda hərəkət edərkən «Əfsun» şadlıq evinin yaxınlığında «Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-cı hissəsinin 3-cü bəndinin, 37ci maddəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni, yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətindən yüksək, 80 km/saat sürətlə avtomobili idarə etdiyindən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət işitirakçılarına zərər vurmamalı olduğu halda bunu etməyərək avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyərək, idarəetməni itiririb, avtomobili yolun sağ kənarında olan beton səkiyə, orada olan ağaclara dəyməsi nəticədə avtomobilin ön sağ tərəfində sərnişin oturacağında oturmuş qardaşı Zərərçəkmiş şəxs (X10) baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin çoxsaylı, çoxqəlpəli sınıqları, hər iki ağciyərin əzilməsi, bədənin çoxsaylı əzilmiş yaraları və sıyrıqları ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs (X5) 3 saylı Şəhər Klinik Xəstəxanasında ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs (X9) ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gürcüstan Respublikasının vətəndaşı olmaqla 2009-cu ildən ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır, himayəsində iki azyaşlı övladı var. X1 onun doğma qardaşıdır. Təxminən 3 ay əvvəl o, hazırda adını xatırlamadığı şəxsdən «BMW-320» markalı avtomobili 5000 mana müqabilində almışdır. Həmin vaxt avtomobilin mülkiyyətçisi olmuş hazırda adını xatırlamadığı şəxs ona etibarnamə vermiş, avtomobil rəsmi olaraq onun adına keçirilməmişdir. Avtomobili adına olan «B» kateqoriyalı Gürcüstan Respublikasından almış olduğu «AH 5480743» №-li sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 11 sentyabr 2021-ci il tarixdə təxminən saat 19:00 radələrində Dərnəgül qəsəbəsində yerləşən fəhlə kimi işlədiyi mebel sexindən çıxdıqdan sonra o, qardaşı Zaur Süleymanov və əmisi Səfər Süleymanov ilə Neftçilər prospektində yerləşən «Tayqa» kafesində digər tanışları ilə görüşüb birlikdə oturmuşlar. Həmin vaxt o, bir bokal pivə, bir rumka araq içmiş və onunla masada olan qardaşı və əmisi də onunla birlikdə spirtli içki qəbul etmişlər. Təxminən 21:00 radələrində o, əmisi və qardaşı ilə birlikdə idarə etdiyi «BMW» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə əmisinin yaşadığı ünvan 3 ünvanına gəlmiş və əmisini evlərinə düşürüb bir stəkan çay içdikdən təxminən yarımsaat sonra qardaşı Zaur Süleymanovla birlikdə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində olan evlərinə getmək üçün yola düşmüşlər. Həmin vaxt o, avtomobilin sükanı arxasında, ön sərnişin tərəfdə olan oturacaqda isə qardaşı Zaur Süleymanov əyləşmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi «Tos Oil» yanacaq doldurma məntəqəsinə gedən istiqamətində “Balaxanı qarajı” adlanan yerin yaxınlığında yolun yoxuşa doğru olan istiqamətində saatda 80 km surətlə hərəkət etdiyi zaman o, ani anda idarəetməni itirib hərəkət istiqamətində yolun sağ tərəfində olan beton səkiyə oradan isə ağaclıq sahəyə doğru hərəkət edib idarəetməni itirərək qarşı hərəkət zolağına çıxmışdır. Həmin ərazidə işiqlandırma çox zəif olmuşdur. Həmin vaxt o, ağır bədən xəsarəti almamış, lakin qardaşının zədələndiyini görmüşdür. Bu zaman o, idarə etdiyi avtomobildən düşərək həmin vaxt hadisə yerində olan şəxslərin köməyi ilə qardaşını avtomobildən çıxarmış və onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Daha sonra hadisə yerinə dövlət yol polisi əməkdaşları gəlmişlər. Polis əməkdaşları tərəindən qeydiyyat işləri aparıldıqdan sonra o, sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinəyə aparılmışdır. Bir müddət keçdikdkən sonra o, qardaşının baş vermiş qəza nəticəsində aldığı xəsarətlərdən xəstəxanada öldüyünü öyrənmişdir. Baş vermiş hadisə onlar üçün bir ailə faciəsidir. Himayəsində iki azyaşlı övladının olmasını, həmçinin mərhum qardaşı Zaur Süleymanovun iki azyaşlı övladı hazırda onun himayəsində olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Təqsirləndirilən və zərərçəkmiş şəxs onun qardaşının oğullarıdır. Qardaşı oğlu Zaur Süleymanov 2005-ci ildə, Şakir Süleymanov isə 2009-cu ildə Bakı şəhərinə köçmüşlər. 2021-ci ilin yay aylarında qardaşı oğlu Şakir Süleymanovun baş etibarnamə əsasında BMW markalı avtomobil aldığını öyrənmişdir. 11 sentyabr 2021-ci il tarixdə saat 19:00 radələrində işdən çıxdıqdan sonra o, Zaur və Şakirlə birlikdə Neftçilər prospektində yerləşən «Tayqa» kafesinə getmişlər. Həmin vaxt o, spirtli içki qəbul etmişdir. 11 sentyabr 2021-ci il tarixdə təxminən saat 21:00 radələrində o, Zaur Süleymanov ilə birlikdə Şakir Süleymanovun idarə etdiyi BMW markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomlobillə onun yaşadığı ünvan 5 ünvana gəlmişlər. Şakir və Zaur onunla birlikdə evinə keçib bir stəkan çay içmişlər. Təxminən yarımsaat sonra Sakir və Zaur avtomobilə əyləşib yaşadıqları evlərinə getmək üçün evinin qarşısından çıxaraq avtomobilə əyləşib getmişlər. İki saatdan sonra o, Şakir Süleymanovun idarə etdiyi avtomobillə qardaşı ilə Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi ilə «TOS OİL» yanacaq doldurma məntəqəsi istiqamətində hərəkət edən zamanı qəzaya düşmüşdüyünü, hadisə zamanı Zaurun xəsarət aldığını və 3 saylı Şəhər Klinik Xəstəxanasına aparıldığını, lakin onun həyatını xilas etmək mümkün olmadığını öyrənmişdir. O, hadisə yerində olmadığına görə hadisənin dəqiq olaraq necə baş verməsini bilmir. Baş vermiş ailə faciəsi nəticəsində onlar böyük mənəvi-psixoloji sarsıntı keçirmişlər. Zaur Süleymanovun iki azyaşlı övladının hal hazırda Şakirin himayəsində olmasını nəzərə alaraq onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2020-ci ildən «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. 18 yanvar 2021-ci il tarixdə öz adına olan AE № 019098 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında 5000 manat ödəməklə «BMW 320» markalı avtomobil almışdır. 2021-ci ilin yay aylarında avtomobili 5000 manat müqabilində Şakir Süleymanova satmış və həmin vaxt Şakirə avtomobilə dair baş etibarnamə vermişdir. O, avtomobili Şakir Süleymanova sadığı zaman onlar, rəsmi olaraq alqı-satqı müqaviləsi bağlamasalar da, Şakir həmin vaxt avtomobilin dəyərini tam ödədiyinə görə avtomobilin faktiki sahibi Şakir Süleymanovdur. Bir neçə ay sonra ona məlum olmuşdur ki, Şakir Süleymanov həmin avtomobillə qardaşı ilə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində qəza törətmiş və qəza nəticəsində Şakirin qardaşı Zaur Süleymanov həyatını itirmişdir. O, hadisə yerində olmadığına görə hadisənin dəqiq olaraq necə baş verməsini bilmir. Hadisə nətiəcəsində ona hər hansı maddi ziyan dəyməmişdir. Baş vermiş hadisə ilə əlaqədar olaraq Şakir Süleymanova qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs (X4) yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə və həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. İşdə olan “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 11.09.2021-ci il tarixli protokoldan və əlavə olunmuş foto cədvəldən görünür ki, Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X13 tərəfindən dəvət olunmuş hal şahidlərinin və digər iştirakçıların iştirakları ilə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yer Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, “Əfsun” şadlıq evinin yaxınlığında yolun əks tərəfidir. Hadisə yerinin baxışı şərti olaraq Bakı şəhəri, Suraxanı qəsəbəsindən Ziğ qəsəbəsi istiqamətində aparılmışdır. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt-beton örtüklü, quru, hamar, çala-çuxursuz olmaqla nəqliyyat vasitələrinin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur. Həmin yerdə yolun hərəkət hissəsinin eni 12 metrdir. Sağ və sol ehtiyat hissələrinin eni 6 metrdir. Hərəkətin nizanlanma üsulu nizamlanmayan, yol nişanları zonası yoxdur. Sürücü yerindən faraların işiğında görünüş məsafəsi uzaq işıqda 80 metrdir, yaxın işiqda 40 metrdir. Yolun yarı hərəkət hissəsində hərəkət zolağında “BMW 320” markalı **-EY-*** qeydiyyat nişanlı avtomobil vardır. “BMW” markalı avtomobilin ön və sağ tərəfi deformasiyaya uğramışdır. Yolun sağ tərəfində olan beton səki, ağaclar və dəmir boruda vurma izləri var (cild 01, iş vər. 4-19). İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 1/3151 №-li 12 sentyabr 2021-ci il tarixli aktdan müəyyən olunmuşdur ki, X9 yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur (cild 01, iş vər. 22). İşdə olan AE № 019098 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, BMW 320 minik markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid adına qeydiyyatdadır (cild 01, iş vər. 29) İşdə olan ƏN-V № 676969 saylı etibarnamədən görünür ki, 22 iyun 2021-ci il tarixdə xx.xx.1988-ci il təvəllüdlü, ünvan 6 ünvanında qeydiyyatda olan Şahid mülkiyyətində olan BMW 320 minik markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.1993-cü il təvəllüdlü, Gürcüstan Respublikasının vətəndaşı olan olan Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etməyə dair etibarnamə vermişdir (cild 01, iş vər. 31). İşdə olan doğum və nikah haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı ilə ailəli olmaqla himayəsində 14.09.2014-cü il və 22.07.2019-cu il təvəllüdlü 2 nəfər azyaşlı uşağı var (cild 01, iş vər. 32-35). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 22 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs (X9) əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vər. 54). Məhkəmə-tibbi ekspertizasının 102 № nömrəli 12.09.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs (X10) oğlunun meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: baş beyin qişalarına və mədəciklərinə qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin çoxsaylı çoxqəlpəli sınıqları, hər iki ağciyərin əzilməsi, bədənin çoxsaylı əzilmiş yaraları və sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya dail olmasından az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisə nəticəsində əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən 11.09.2021-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Z.T.Süleymanovun ölümlə ağır açıq kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm 3 saylı ŞKX-da 11.09.2021ci il tarixdə saat 23:15-də baş vermişdir, hansı ki meyitin məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs (X10) oğlunun meytindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 01, iş vər.59-63). Məhkəmə-avtotexniki ekspertizasının 16 dekabr 2021-ci il tarixli 8/3097 №-li rəyindən görünür ki, “BMW 320” markalı ** EY *** dövlət qediyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs (X9) hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücüsü Təqsirləndirilən şəxs (X9) hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücüsü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km\saat sürətindən yüksək, 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 01, iş vər 75-78). İşdə olan “qətimkan tədbirinin seçilməsi barədə” 27 yanvar 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs (X4) barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 104-105). İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X2 Suraxanı Rayon Polis İdarəsinə ünvanladığı ərizədən görünür ki, o, həmin tarixdə Suraxanı rayon Polis İdarəsinin rəisinə ərizə ilə müraciət edərək, 11 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs (X9) idarə etdyi “BMW 320» markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Suraxanı rayonu Suraxanı yolu ilə «Tos Oil» yanacaq doldurma məntəqəsi istiqamətində hərəkət edərkən «Əfsun» şadlıq evinin yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsində öndə sağ tərəfdə sərnişin yerində oturmuş qardaşı oğlu Zərərçəkmiş şəxs (X10) almış olduğu xəsarətlərdən sonra 3 saylı Şəhər Klinik Xəstəxanasında ölməsi faktına görə Suraxanı RPİ-in İstintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs (X9) qarşı heç bir şikayəti və tələbinin olmadığını və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir (cild 01, iş vər. 108). İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X2 24.05.2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs (X6) qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidi dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs (X4) yuxarıda qeyd olunan cinayət əməlini törətmiş olmaqda təqsirli olması, hadisənin baş vermə yeri və şəraiti barədə onun özünün etirafedici ifadəsi ilə yanaşı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs (X4) həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs (X4)törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində ona cəza təyin edilməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 24-cü bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu öz-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs (X6) cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs (X4) ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, törətdiyi əməli səmimi olaraq etiraf edib, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, zərəçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs (X7) onun doğma qardaşı olmaqla, sonuncunun himayəsində olan iki azyaşlı övladının onun himayəsində olmasını, həmçinin himayəsində özünün iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs (X4) cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs (X4) vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (X6) cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs (X6) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının minimum həddində cəzanın təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs (X9) ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum edilməsi məqsədə müvafiq hesab edildiyinə görə o, cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs (X4) Gürcüstan Respublikasının vətəndaşı olmaqla əcnəbidir. Azərbaycan Respublikası CM-nin 42.0.9-cu maddəsində “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma“ kimi cəza növü nəzərdə tutulmuşdur və həmin Məcəllənin 43.3-cü maddəsinə görə bu cəza növü yalnız əlavə cəza kimi tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü barəsində ittiham hökmü qüvvəyə minənədək Azərbaycan Respublikası vətəndaşı ilə nikahda olan şəxslərə, himayəsində Azərbaycan Respublikası vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı olan şəxslərə şamil edilmir. Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, təqsirləndirilən şəxs Gürcüstan Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs (X9) Azərbaycan Respublikası vətəndaşı ilə rəsmi nikahda olmaqla himayəsində iki nəfər azyaşlı uşağı var. Məhkəmə qanunun yuxarıda qeyd edilən tələbini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs (X4) Azərbaycan Respublikasının vətəndaşı olan X11 ilə rəsmi nikahda olması və himayəsində Azərbaycan Respublikasının vətəndaşları olan 14.09.2014 və 22.07.2019-cu il təvəllüdlü azyaşlı övladlarının olmasına görə, ona Azərbaycan Respublikası Cinayət Məcəllənin 52.2.2 və 52.2.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs (X3) tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs (X4) müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “A.İ.M” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs (X9) Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs (X9) cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs (X4) barəsində ibtidai istintaq zamanı seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs (X3) tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Məhəmməd Əkbərov Hakimlər: Faiq Qəniyev İlham Mahmudov
Məhkəmə qərarları › İş №1(101)-1091/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1091/2022
27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver