Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1091/2023 03.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X3 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi, Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi: Qanuni nümayəndə iştirakları ilə, xx xxxxxx 2006-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:25 radələrində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 265 ünvanında yerləşən «Alov» parkında Zərərçəkmiş şəxs ilə sonuncunun guya 2 ay əvvəl «instaqram» sosial şəbəkəsində onu təhqir etməsini bəhanə edib mübahisə edərək heç bir hüquqi və faktiki əsas olmadan xuliqanlıq niyyətilə özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib üzərində olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən bir neçə dəfə vurub sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid nazik bağırsaq və bağırsaq müsariqəsinin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edən, 01 ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol budun ön-bayır və arxa səthlərinin 2 ədəd kəsilmiş-deşilmiş yaralarından ibarət xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin sentyabr ayında «İnstagram» sosial şəbəkəsində olan zaman tanımadığı «Ferhad» adlı profil canlı yayım açmağını istəmiş, o da həmin şəxsi tanımadığını, onunla danışmaq istəmədiyini və ona yazmamasını demişdir. 18 noyabr 2022-ci il tarixdə təsadüfən Zərərçəkmiş şəxsla «Alov» parkı tərəfdə rastlaşmış, onlar birlikdə körpünün altına keçmiş, bu zaman o, arxa cibindən bıçağı çıxararaq Zərərçəkmiş şəxs qarın və bud hissəsinə xəsarət yetirmişdir. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxsla əvvəldən tanış olmamış, ilk tanışlıqları «İnstagram» sosial şəbəkəsində olmuşdur. «Alov» parkında gəzərkən təsadüfən Fərhadla rastlaşmışdır. İlk olaraq o, Fərhada yaxınlaşmış, bıçağı Bərdə rayonundan Bakı şəhərinə gəldiyinə görə ehtiyat üçün yanında götürmüşdür. Bıçağı arxa cibində gəzdirmişdir. O, Zərərçəkmiş şəxsla şəhərdə görüşmək barəsində danışmamış, tamamilə təsadüf nəticəsində qarşılaşmışlar. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda yoxlayıb və həmin sübutlaraq obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi «İnstagram» sosial şəbəkəsində tanımış, belə ki, «İnstagram» sosial şəbəkəsində canlı açan zaman onun tanımadığı şəxslərə də «canlı» tətbiqi göndərilmiş, onlardan biri də Murad olmuşdur. Təqsirləndirilən şəxs «İnstagram» sosial şəbəkəsinin «canlı» tətbiqini göndərən zaman Murad ondan nə göndərdiyini soruşduqda, o da Murada «canlı» atdığını demişdir. Murad isə ona «kor özünsən» demiş və aralarında mübahisə yaranmışdır. O, bu hadisədən bir neçə ay sonra işdən çıxıb evə gedən zaman təsadüfən Muradla qarşılaşmışdır. «İnstagram» sosial şəbəkəsində Muradın şəklini gördüyünə görə onun kim olduğunu bilmişdir. Onlar bir qədər söhbət etmiş və aralarında mübahisə yaranmışdır. Mubahisə zamanı Murad ona bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, qəssab işləyir. «İnstagram» sosial şəbəkəsində Muradla danışdıqdan təxminən 1 ay sonra o, Muradı təsadüfən parkda görmüşdür. Həmin vaxt o, Qara Qarayev metrostansiyasında işdən çıxıb evə gedən zaman 2 dostu qarşısına çıxmış və ona parka gedib gəzməyi, oradan da Zabrata getməyi təklif etmişlər. Parkdan çıxanda isə Muradı görmüş, həmin zaman Murad tək olmuşdur. Onlar Muradla birlikdə parkın yuxarısına gedib söhbət etmiş, o, Murada sosial şəbəkədə ona söyüş söymədiyini demişdir. Söhbət zamanı Muradın bıçaq çıxardığını görmüş və birinci o, Muradı vurub yerə yıxmış, bunun səbəbi onu yıxıb bıçağı götürmək olmuşdur. Lakin o, bıçağı götürə bilməmişdir. O, vurandan sonra Murad oturacağa yıxılmış və bıçağı çıxarmışdır. Onlar yerdə boğuşanda ona bıçaq dəymişdir. O da oradan çıxıb xəstəxanaya getmişdir. Həmin vaxta qədər heç yerdə aralarında danışıq olmamışdır. Zərər çəkmiş şəxs həmçinin məhkəmə iclasında bildirmişdir ki, hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, o, «Koroğlu» metrostansiyası tərəfdə yerləşən «Alov» parkında boks aparatını işlətmiş, Zərərçəkmiş şəxs da arabir həmin boks aparatından istifadə etmək üçün gəlmiş, beləliklə də aralarında tanışlıq yaranmışdır. xx.xx.2022-ci il tarixdə o, Fərhadla birlikdə həmin parkda gəzən zaman Muradla rastlaşmışlar, o, həmin şəxslərin baxışmasından aralarında problem olduğunu anlamış, Fərhadla Murad dalaşmaq üçün körpünün alt tərəfinə getmək istədikdə o, buna mane olmuş, tərəflərin arasında sülh yaratmış və onları barışdırmışdır. Lakin sonradan onların yenidən mübahisə etdiklərini görmüş, onları ayırmağa çalışsa da, bunu bacarmamışdır. Fərhad Murada vurmuş, Murad orada olan skamyaya yıxılmışdır. Murad Fərhadın altında olmuş, sonra onların hərəsi bir tərəfə qaçmağa başlamışdır. Fərhad bu zaman bıçaqlandığını demişdir. O, hadisədən sonra Muradın əlində bıçaq görmüş, bıçaq tutacağı taxtadan olan mətbəx bıçağı olmuşdur. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, bıçaqlanma anını görməmiş, lakin hadisədən sonra Muradın əlində bıçaq olduğunu görmüşdür. Məhkəmə iclasına dəfələrlə dəvət olunmasına baxmayaq məhkəmə iclasına gəlməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, öz ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə işdən çıxmış və yaşadığı ev istiqamətinə metro ilə getmişdir. Koroğlu metrostansiyasında metrodan çıxaraq «Alov» parkına getmiş, parkın aşağı tərəfində boks əyləncə avadanlığının yanında çoxlu uşaqlar yığışdığını görüb onlara qoşulmuşdur. Orada Zabratda yaşayan və əvvəlcədən tanıdığı Fərhad adlı şəxsi də görmüşdür. Sonra o, Fərhad və onun yanında olan tanımadığı, lakin Fərhadın tanıdığı bir nəfər şəxs olmuşdur ki, onun adını xatırlamır. «Alov» parkının yuxarısına qalxdıqda qarşılarına bir nəfər tanımadığı şəxs çıxaraq Fərhaddan onu tanıyıb-tanımadığını soruşmuşdur. Fərhad onu tanımadığını söyləmiş, o da Fərhada hadisədən 2 ay qabaq «instaqram»da «canlı açmaq» mövzusu üzərində mübahisələri olduğunu bildirmiş və Fərhad o zaman həmin şəxsi tanımışdır. Fərhad ona dəfələrlə onu «instaqram»da təhqir etmədiyini bildirsə də, Murad adlı şəxs onu dinləməmişdir. Murad Fərhadı təhqir etmiş və Fərhad onu vurmağa başlamışdır. X2 aralamağa çalışmış, lakin bu zaman Murad üzərində olan bıçaqla Fərhada dəfələrlə xəsarət yetirmişdir. O, Fərhadı taksiyə oturdaraq evinə apararkən, taksidə Fərhadın halı pisləşmiş və Fərhad dostlarına zəng edərək pul xahiş etmiş və ona yaralarını bağlamaq üçün bint istəmişdir. Sonra Fərhadın dostları gəldikdə onu həmin dostları Zabratda qarşılayıb evinə aparmışlar. Fərhad ilk olaraq əli ilə Muradı vurmuş, amma hardan, üzünün hansı nahiyəsindən vurduğunu xatırlamır. Fərhad vurduqdan sonra Murad parkdakı oturacağa düşmüş, sonra Murad bıçaqla Fərhada xəsarətlər yetirməyə başlamışdır.(i/v: cild İ, səh.83-85) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Nizami RPİ-nin 23-cü Polis bölməsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 02.00-da Sabunçu xəstəxanasından həkim Zərbəliyev xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qarının ön divar səthinin bir və sol baldırın bir kəsilmiş-deşilmiş yarası barədə məlumat vermişdir. (i/v: cild İ, səh. 2). - «Baxış və götürmə aparılması haqqında» 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi 36 saylı binanın qarşısında saxlanılaraq Nizami RPİ-nin 23-cü PB-yə gətirilmiş, orada üzərinə baxış keçirilərkən o, əynində olan göy rəngli cins şalvarın kəmərində saxladığı bir ədəd taxta tutacaqlı mətbəx bıçağını təqdim edərək xx.xx.2022-ci ildə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı həmin bıçaqla ona xəsarət yetirdiyini bildirmiş, həmin bıçaq götürülərək qablaşdırılmışdır. (i/v: cild İ, səh. 13-14). - «İfadənin yerində yoxlanması haqqında» 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs hadisəni törətdiyi yeri əyani şəkildə göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (i/v: cild İ, səh. 39-41). - Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X6 X4 X5 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs cərrahiyyə şöbəsinə xx.xx.2022-ci il tarixdə saat 21.10-da «Qarının ön divarının sol yarısının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası. Nazik bağırsağın kəsilmiş-yarası. Nazik bağırsaq müsariqəsinin kəsilmiş yarası. Böyük piyliyin kəsilmiş yarası. Sol budun yuxarı 1/3-nin böyük və içəri səthinin kəsilmiş-deşilmiş yarası» diaqnozu ilə stasionar müalicəyə qəbul edilmişdir. (i/v: cild İ, səh. 47). - Məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 1099 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs əlin İV barmağının əsas-orta falanqaarası nahiyənin iç səthinin səthi kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət iti kənara malik olan əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınması mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, həmin xəsarətin özü tərəfindən özünə yetirilməsi inkar olunmur. (i/v: cild İ, səh. 72-74). - Məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 1120 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər nazik bağırsaq va bağırsaq müsariqəsinin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının 1 ədəd daxilə nüfuz edən, sol budun ön-bayır və arxa səthlərinin 2 ədəd, ümumilikdə 3 ədəd deşilmiş-kəsilmiş yaraları- şiş uca və kəsici kənara malik əşyanın (əşyaların), ola bilsin ki, bıçağın təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol budda olan digər 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaralar isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (i/v: cild İ, səh. 91-94). - Kompleks məhkəmə kriminalistik-bioloji-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 600/MTKŞ-2022 saylı rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarının ön səthinin sol yarısında bir ədəd və arxa səthinin sol yarısında iki ədəd, vodolazkanın arxa səthinin sağ yarısının aşağı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Təqdim edilmiş bıçağın tiyəsinin ucu tam köndələn sındığından və bıçağın tiyəsi boylama oxu boyu bir qədər sağa doğru əyildiyindən, Zərərçəkmiş şəxs məxsus paltarların (vodolazka və idman şalvarı) üzərində olan deşilmişkəsilmiş zədələrin bu bıçağın tiyəsinin təsirindən törənib-törənməməsini müəyyən etmək üçün müqayisəli müayinə məqsədilə eksperimental zədələr yetirmək mümkün olmadı. Bununla belə, paltarlar üzərində olan zədələrin morfoloji əlamətlərini, iz törədən alətin (alətlərin) konstruktiv xüsusiyyətləri ilə təqdim olunmuş bıçağın konstruktiv xüsusiyyətlərinin uyğunluğunu və eyni qrup daxilində olmasını nəzərə alaraq, Zərərçəkmiş şəxs məxsus paltarların (vodolazka və idman şalvarı) üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus idman şalvarının sol bayır-yan nahiyyəsində olan bir ədəd və arxa səthinin sol yarısında olan bir ədəd deşilmiş-kəsilmiş zədə ilə, onun bədəninin sol bud nahiyyəsində olan xəsarətlər yerləşmələrinə görə üstüstə düşürlər. İdman şalvarının sol bayır-yan nahiyyəsində olan digər bir zədəyə uyğun Zərərçəkmiş şəxs bədən səthində uyğun xəsarət əks olunmamışdır. Zərərçəkmiş şəxs məxsus vodolazkanın üzərində olan zədə ilə onun bədəninin qarın nahiyyəsində olmuş xəsarət yerləşməsinə görə bir-biri ilə uyğunsuzluq təşkil edir. Belə ki, zədə vodolazkanın arxa səthinin sağ yarısında, bədən səthində xəsarət isə onun qarnının ön səthinin sol yarısının aşağı hissəsində yerləşir. Bu uyğunsuzluq hadisə vaxtı vodolazkanın arxa səthinin önə olmaqla geyinilmiş olması ilə izah etmək olar. Vodolazkanın bu vəziyyətdə (arxa səthi önə olmaqla) geyinilməsi zamanı üzərində olan zədə ilə Zərərçəkmiş şəxs qarnının ön səthinin sol yarısında olan xəsarət yerləşməsinə görə uyğunluq təşkil edir. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələr, təqdim edilmiş bıçağın tiyəsinin müxtəlif dərinlikdə batması nəticəsində törənə bilər. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş, bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. (i/v: cild İ, səh.96-101). - Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 751/2022-MTBŞ №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd idman şalvarı və uzunqol vodolazka üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız «B» antigeni alınır. Belə olan halda bu qan ləkələri Balfa (İİİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bir ədəd bıçağın üzərində qan aşkar olunmamışdır. (i/v: cild İ, səh.102-106). - Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə xx.xx.2023cü il tarixli 287 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Məhkəmə-psixoloji ekspertizası üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət törədilən anda əqli inkişafda gerilik əlamətləri yaranmamışdır. Əqli-intellektual imkanlarına görə öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Konfliktə meyillilik, inadkarlıq, tez özündən çıxmaq, hövsələsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Cinayəti törətdiyi zaman Təqsirləndirilən şəxs şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. (i/v: cild İ, səh. 133-136). - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: cild İ, səh.86). - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ona dəymiş zərər tam ödənmiş, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə ittihama daxil olan cinayət əməlinin tövsifi məsələsini təhlil etməyi zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanımamış, onların arasında hər hansı bir münasibət olmamışdır. Yalnız cinayət hadisəsi baş verməmişdən iki ay əvvəl zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə «instaqram» sosial şəbəkəsində «canlı» tətbiqi göndərmiş, bununla bağlı təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə yazışaraq onunla mübahisə etmiş və həmin hadisədən 2 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 19:25 radələrində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 265 ünvanında yerləşən «Alov» parkında qarşılaşdığı Zərərçəkmiş şəxs sosial şəbəkədə gördüyü şəkilindən tanımış və ona yaxınlaşaraq onunla münaqişəyə girmiş və üzərində olan mətbəx bıçağı ilə bir neçə dəfə zərbə vurmaqla ona dərəcəsinə görə ağır xəsarət yetirmişdir. Başqa sözlə, xx.xx.2022-ci il tarixdə tərəflərin parkda görüşməsi məhz təqsirləndirilən şəxsin təşəbbüsü ilə baş vermiş və həmin anadək təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs bir-birilərini şəxsən tanımamış, zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Qeyd edilən hallar həm dindirilmiş şəxslərin ifadələri, həm də ekspert rəyləri ilə cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, 18 noyabr 2022-ci il tarixdə, təxminən saat 19:25 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə sözlü mübahisə edən zaman özünü ətrafdakılara qarşı qoymaqla, heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs qəsdən bir neçə dəfə zərbə vurub sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid nazik bağırsaq və bağırsaq müsariqəsinin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edən, 01 ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol budun ön-bayır və arxa səthlərinin 2 ədəd kəsilmiş-deşilmiş yaralarından ibarət xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan, məhz xuliqanlıq niyyəti ilə bıçaqla xəsarət yetirərək insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının 2000-ci il 1 sentyabr tarixdən qüvvədə olan Cinayət Məcəlləsində xuliqanlığa görə məsuliyyət nəzərdə tutan 221-ci maddə əvvəlkindən əhəmiyyətli dərəcədə fərqli olan məzmunda verilmişdir. Həmin maddəyə yeni tövsüfedici əlamətlər əlavə olunmuş, ilk dəfə olaraq qəsdən sağlamlığa ağır və az ağır zərər vurma cinayətlərinin xuliqanlıq niyyətilə törədilməsi müvafiq olaraq 126.2.4 və 127.2.3-cü maddələrin tövsüfedici əlamətləri kimi Cinayət Məcəlləsinə daxil edilmişdir. Qanunvericilikdə olan yeniliklər, habelə xuliqanlıq cinayətinin obyektiv tərəfinin zəruri əlaməti olan fəal hərəkətlərin bir sıra başqa cinayətlərin də törədilməsinə səbəb olması və bu zaman cinayətlərin ideal və ya real məcmuunun yaranması və beləliklə, cinayət hüququ rəqabətinin əmələ gəlməsi və s. xuliqanlıq işləri üzrə yeni cinayət qanununun məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin öyrənilməsinə səbəb olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı qeyd olunan cinayət əməlini heç bir əsaslı səbəb olmadan, 2 ay əvvəl «instaqram» sosial şəbəkəsində guya ona canlı açılması ilə bağlı mesaj göndərməsini bəhanə edərək, zərərçəkmiş şəxsin dəfələrlə ona «instaqram» sosial şəbəkəsində onu təhqir etmədiyini bildirməsinə və kənardakı şəxslərin onları aralaşdırmağa cəhd etməsinə baxmayaraq təqsirləndirilən şəxsin onlara məhəl qoymadan zərərçəkmiş şəxsə üzərində gəzdirdiyi mətbəx bıçağı ilə bir neçə dəfə zərbə vuraraq ona ağır xəsarət yetirməsini onun həmin cinayət əməlini xuliqanlıq niyyəti ilə törətdiyinin göstəricisi kimi qəbul edir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də şahidlərin ifadələri, həmçinin Zərərçəkmiş şəxs üzərində xəsarətlərin aşkar olunması ilə bağlı məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam şəkildə təsdiq olunduğundan sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılması, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməllərində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Belə olan halda Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1 və 85.5-ci maddələrinin tələblərinə əməl edilməlidir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri, ələlxüsus Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin məhz zorakı cinayət olmasını, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 287 saylı ekspert rəyi ilə təqsirləndirilən şəxsdə xasiyyətin psixopatik cizgilərinin müəyyən edilməsini, həmçinin elektron məhkəmə informasiya sistemindən göründüyü kimi onun barəsində Bərdə rayon Məhkəməsində başqa cinayət işi üzrə məhkəmə istintaqının aparıldığını nəzərə alaraq, məhkəmə hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına və təqsirləndirilən şəxsin islah edilməsinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. Göründüyü kimi Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamış və ilk dəfədir ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunan şəxsdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (i/v: cild İ, səh.23), Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş (i/v: cild İ, səh.67-71) və həmin müddətdən fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının çəkilmə müddətinin əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı 22 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 01 (bir) ədəd bıçaq və zərərçəkmiş şəxsə məxsus paltarlar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 75 (yetmiş beş) saat hüquqi yardıma görə «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi 450 (dörd yüz əlli) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 01 (bir) ədəd bıçaq və zərərçəkmiş şəxsə məxsus paltarlar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi 450 (dörd yüz əlli) manat məbləğində məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Səbinə Məmmədzadə Hakimlər: Azad Məcidov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1091/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1091/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver