Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1091/2025 03.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X10 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Salyan rayonu Qarbağlı kəndində qeydiyytada olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim etmiş “Əli” adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metafetamini əldə edib, həmin narkotik vasitədən bir hissəsini üzərində daşımış, qalan hissəsini isə yaşadığı ünvan 1 ünvanda saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında 12 dekabr 2024-cü il tarixdə saat 22:40 radələrində Səbail rayon polis idarəsinin X3 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3ən Səbail rayon polis idarəsinə gətirilib orada 13 dekabr 2024-cü il tarixdə saat 00:15dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1,522 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, daha sonra əməliyyat tədbirlərinin davamı olaraq özünü razılığı və iştirakı ilə xx.xx.2024-cü il tarixdə saat 01:09 dan etibarən kirayə yaşadığı ünvan 2 ünvanına baxış zamanı evin dəhlizindəki qonaq otağında olan kreslonun üstündə saxladığı sellofan torbadakı çantanın içərisində olan plastik qabda 03 (üç) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 18,581 qram, 71,935 qram və 101,040 qram olmaqla, ümumi təmiz çəkiləri 191,556 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 ədəd sarı rəngli yapışqan lentlə sarınmış bükümdə təmiz çəkisi 4,478 qram, plastik qabda təmiz çəkisi 0,897 qram və dairəvi formalı plastik qabda təmiz çəkisi 3,720 qram olmaqla kimyəvi komponent tərkiblərinə görə eyni olan ümumi təmiz çəkiləri 9,095 qram təşkil edən ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, eləcə də daxilində psixotrop maddə metamfetaminin hissəcikləri olan 4 (dörd) ədəd borucuq formalı, 3 (üç) ədəd dairəvi formalı şüşə predmetlər və üzərində psixotrop maddə metamfetamin izləri olan 2 (ədəd) elektron tərəzilər aşkar edilərək götürülmüş, bununla da, Təqsirləndirilən şəxs üzərindən və yuxarıda qeyd edilən yaşadığı ünvandan ümumilikdə 193,078 qram kulli miqdarda narkotik vasitə heroin və yaşadığı həmin ünvandan ümumilikdə 9,095 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, malın sahibi o deyil, malı konum atılan yerə qoymağına görə müəyyən məbləğdə pul alacaqdı. Verilən ittihamı qəbul edir, malı internet vasitəsi ilə tanış olduğu İran vətəndaşından almışdır. Gördüyü işin müqabilində 200 manat pul alacaqdı. İşsiz olduğuna görə bu işə əl atmışdır. İranlı ilə heç vaxt görüşməmiş, yalnız onunla telefonla danışmış, əvvəllər də 2-3 dəfə kuriyerlik etmişdir. Bununla yanaşı, o, məhkəmə istintaqı zamanı verdiyi əvvəlki ifadəsindən fəqli ifadə verərək bildirmişdir ki, hadisə günü üzərində az miqdarda maddə olmuşdur. İlk olaraq polis əməkdaşları ondan pul istəmişlər, istənilən məbləğdə pulu verəbilmədiyi üçün ona daha ağır ittiham vermişlər. Hətta onu hamilə olan arvadı ilə hədələmişlər. Məcburiyyət qarşısında ittiahmı qəbul etmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, təxminən 2021-ci ilin əvvələrindən narkotik vasitə olan heroin və psixotrop maddələr istifadəçisidir. O, təxminən 2024-cü ilin sentyabr ayında İran İslam Respublikasının vətəndaşı özünü ona «Əli» kimi təqdim edən şəxslə sosial şəbəkədə tanış olmuşdur. Bundan sonra «Əli» adılı şəxs ona İran İslam Respublikasından narkotik vasitə olan heroin və psixotrop maddələri Bakı şəhərində yerləşən müxtəlif ünvanlara mobil telefonun Whatsapp vasitəsi ilə animesajlaşma sistemi vasitəsilə göndərəcəyini, o, isə götürüb onun dediyi ünvana yerləşdirəcəyini bunun müqabilində pul və istifadəsi üçün göndərəcəyini bildirmişdir. O, isə işsiz olduğu üçün onun təklifini qəbul edərək onunla razılaşmışdır. Bundan sonra o, bir neçə dəfə «Əli» adılı şəxsin dediklərini yerinə yetirdikdən sonra, 11 dekabr 2024-cü il tarixdə axşam saatlarında o, Abşeron rayonu Novxanı qəsəbəsinə taksi ilə gələrək İran İslam Respublikasının vətəndaşı «Əli» adlı şəxsin ona Whatsapp vasitəsilə göndərdiyi animesajlaşma sistemi vasitəsilə 1 (bir) ədəd iri həcimli mavi rəngli sellofan torbada olan narkotik vasitə heroini və psixotrop maddə-metamfetamini götürüb kirayə yaşadığı ünvan 2 ünvanda gətirdim və evdə həmin maddələrin bir qismini “ Əli" adlı şəxsin Bakı şəhərində dediyi ünvanlara qoymuş və bir hissəsini isə kirayə yaşadığı ünvanın qonaq otağında olan kreslonun yanına qoymuşdur. Həmin narkotik vasitə heroinin bir ədəd bükümü isə öz istifadə üçün əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoymuşdur. 12 dekabr 2024-cü il tarixdə saat 22:40 radələrində o, kirayə yaşadığı ünvan 2 ünvanına qarşısında olan zaman ona 2 nəfərdən ibarət mülki geyimində şəxs özünü polis əməkdaşı olduğunu bildirərək onun üzərində narkotik vasitənin olubolmamasını soruşmuş, o, isə əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən narkotik vasitə heroinin bir ədəd bükümü olduğunu bildirmiş, lakin polis əməkdaşları ona onda başqa daha cox narkotik vasitələrinin olduqlarını bildirərək, onu Səbail RPİ-nə dəvət etmişlər. Bu zaman o, etiraz etməyib onlarla birlikdə Səbail RPİ-nə gəlmişdir. Səbail RPİ-də dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə, psixotrop maddə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra isə o,üzərində narkotik vasitə olan heroin olduğunu bildirib əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim edərək həmin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. İçərisində narkotik vasitə olan heroin olan həmin bükümlər ekspertizaya göndərilməsindən ötrü qablaşdırıldıqdan sonra həmin zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunmuşdur. Sonra polis əməkdaşları ona kirayə yaşadığı evdə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, predmetin və narkotik vasitənin olub-olmadığını soruşmuşlar. Bundan sonra o, kirayə yaşadığı Səbail rayonu Yüzbəy Mürsəlov küçəsi ev 83 a ünvanında da narkotik vasitə heroin,psixotrop maddə-metamfetamini, 4 (dörd) ədəd borucuq formalı, 3 (üç) ədəd dairəvi formalı şüşə və 2 (ədəd) elektron tərəzilərini saxladığın etiraf etmişdir. Bundan sonra polis əməkdaşları həmin evə də baxış keçirmək istədiklərini bildirmiş və o, onlara etiraz etməmişdir. Polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə həmin evə baxış keçirilən zaman dəhlizdə olan qonaq otağındakı kreslonun üzərində saxladığı, içərisində narkotik vasitə heroin,psixotrop maddə-metamfetamin 2 ədəd mavi rəngli bağlama, 4 (dörd) ədəd borucuq formalı, 3 (üç) ədəd dairəvi formalı şüşə və 2 (ədəd) elektron tərəzi də aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 2024-cü ilin dekabr ayının ortalarında məlumat daxil olmuşdur ki, Bəhram adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğuldur, əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis idarəsinə gətirilmiş, idarədə üzərinə baxış keçirilmiş, cibindən narkotik vasitə aşkar edilmişdir. Bununla bağlı şəxs dindirilən zaman bildirmişdir ki, yaşadığı evdə də, narkotik vasitə saxlayır, şəxsin evində axtarış keçirilmiş və oradan da narkotik vasitə aşkar edilmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə saxlanılan zaman şəxsə hər hansı bir təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 12 dekabr 2024-cü il tarixdə xidmət etdiyi Səbail RPİ-nə Bakı şəhəri, Səbail rayonu ərazisində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal Səbail RPİ-nin NMB-nin rəisi tərəfindən raport əsasında onun vasitəsilə Səbail RPİ-nin rəhbərliyinə məruzə edilərək məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir.Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən Səbail RPİ-nin NMB-nin rəisi polis mayoru Elnur Orucova həvalə edilərək onun rəhbərliyi altında, o, və Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, və Səbail RPİ-nin NMBnin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2ilə birlikdə, 12 dekabr 2024-cü il tarixdə saat 22:40 radələrinədə əməliyyat məlumatında bildirilən Təqsirləndirilən şəxs ünvan 7 ünvanın qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışlar. Bundan sonra həmin şəxsi saxlayaraq, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, həqiqətəndə xx xxxxxx 1982-ci ildə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olan və faktiki ünvan 10 ünvanda kirayə yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs saxlayarkən onlar özlərini təqdim edərək onun narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşqul olması barədə məlumatlarının olduğunu bildirərək onu Səbail RPİ-nə getməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs razılışaraq onlarla birlikdə oradan Səbail RPİ-nə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq Səbail RPİ-nə gətirilməsi barədə dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi İdarənin TŞ-nin baş təhqiqatçısı polis mayoru Əli İsmayılova həvalə olunmuşdur. Bununla bağlı, baş təhqiqatçı Əli İsmayılovda öz növbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl ona müdafiəçi seçmək hüququ izah edilərək vəkilin siyahısını ona təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü Bakı şəhəri 3 saylı bürosunun vəkili X4 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən baş təhqiqatçı Əli İsmayılov vəkil X9 dəvət etmişdir. Bundan sonra baş təhqiqatçı Əli İsmayılov tərəfindən Təqsirləndirilən şəxs 12 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutmuş, ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra video yazan texniki vasitə olan mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs həmin təklifi qəbul edərək özü əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd sarı rəngli kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş, həmin bükülünün içərisində nə olduğunu sorşuduqda Təqsirləndirilən şəxs 01 ədəd sarı rəngli kağız bükümündə narkotik vasitə olan «kokos» heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini bir neçə ay əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsin ona Vothsapp ani mesajlaşma sistem vasitəsilə göndərdiyi məkandan götürərək həmin narkotik vasitəni şəxsi istifadəsi və satışı məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 11 dekabr 2024-cü il tarixdə axşam saatlarında özünə məxsus «Redmi» markalı ***-***-**- ** nömrəli mobil telefonundan Vothsapp vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan "Əli” kimi adım bildiyi şəxsə onun istifadəsində olan +**********20 nömrəsi ilə əlaqə saxlayaraq narkotik maddə sifariş etdiyini və sifarişin "konum” atılaraq çatdırıldığı Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində qoyulduğu yerdən götürərək üzərində saxladığım və eyni zamanda həmin narkotik maddələri öz şəxsi istifadəsi və digər sifariş əsasında gələcək şəxsə çatdırmasından ötrü üzərində gəzdirdiyini və həmin narkotiki İran vətəndaşı ona nisyə olaraq verdiyini bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə olan heroindən başqa kirayə yaşadığı ünvan 10 ünvanda olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd «Redmi» 12 markalı mobil telefon masanın üzərinə qoydu və həmin mobil telefon vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxslə ələqə saxladığını bildirmişdir. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddənin Təqsirləndirilən şəxs aşkar olunub-götürülməsi ilə bağlı baş təhqiqatçı Əli İsmayılov tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş bir ədəd bükülmüş bükümün içərisində narkotik vasitə olan heroini zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra şəxsi axtarışda iştirak edən, bütün şəxslər həmin protokolu öz imzasi ilə təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan telefon vasitəsilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Bundan başqa elə həmin günü yəni 13 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 9 ünvanında özünün razılğı və proses iştirakçıları ilə birlikdə daxil olaraq evin dəhlizdən qonaq otağında stolun sol yanında olan kreslonun üstündən 02 ədəd mavi rəngli parçadan əl çantalarım götürərək masanın üzərinə qoyaraq , dediyi narkotik vasitə və psixotrop maddələr çantaların içərisində olduğunu bildirmişdir. Çantaları açdıqda içərisində əvvəlcədən hazırlanmış rəngli selofan kəsikləri olan 01 ədəd dördbucaqlı qapaqlı plastik qab, daha sonra 03 ədəd müxtəlif ölçüdə sarı rəngli bir tərərfi yapışqan olan kağıza bükülmüş bükülüləri açdıqda 02 ədəd bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitəyə bənzər maddə, 3-cü büküm açıldıqda içərisindən 02 ədəd bükümün bir yerə bağlanması həmin bükümlər isə açıldıqda birinin içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitəyə bənzər maddə, digər bükümün içərisində isə ağ rəngli, kristal formalı psixotrop maddəyə bənzər maddə, digər qapaqlı plastik qaba baxdıqda içərisindən 07 ədəd narkotik istifadə etmək üçün küstar üsulla hazırlanmış şüşə lampa, 02 ədəd elektron tərəzi, içərisində qəhvəyi rəngli kristal formalı psixotrop maddəyə bənzər maddə olan 01 ədəd kiçik ölçülü yumru plastik qabı, növbəti plastik qabın içərisinə baxdıqda ağ rəngli, kristal formalı psixotrop maddəyə bənzər maddə, 01 ədəd qayçı, 01 ədəd dəmir, 01 ədəd qələm və 01 ədəd marker aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunub-götürülməsi ilə bağlı baş təhqiqatçı Əli İsmayılov tərəfindən müvafiq protokol tərtib olunmaqla psixotrop və narkotik vasitəyə bənzər maddəyə bənzər maddələr, alətlər ayrı-ayrılıqda selofan torbaya qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra baxış və götürmədə iştirak edən bütün şəxslər həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Həmçinin baxış və götürmə aparılarkən videoyazan texniki vasitə olan telefon vasitəsilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, əməliyyat məlumatı daxil olmuş və keçirilən tədbirlər nəticəsində şəxsi saxlayaraq idarəyə dəvət etmişlər. İdarədə üzərinə baxış keçirilmiş, sonra şəxsin evinə baxış keçirilmişdir. Şəxsə qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. Şəxsi saxlayarkən çəkiliş etməmişlər. Şəxsin evinə baxış keçirilməsi üçün gələn zaman evin qapısını özü açmışdır. Şahid2 ibtidai araşdırma zamanı Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid X11 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs həyat yoldaşıdır, rəsmi nigahları yoxdur. Hadisə günü axşam saat 11 radələrində yoldaşı ilə birlikdə karidordan bir neçə nəfər içəri daxil olmuşlar. Həmin şəxslər yoldaşının evdə olan iş sumkasına baxmışlar və sumkadan yumru nəsə çıxmışdır. Sonra onları bölməyə aparmışlar, bölməyə aparılmazdan əvvəl onlardan pul istəmişlər.Lakin tələb olunan pulu verəbilməmişlər. İbtidai araşdırma zamanı şahid X11 ifadəsində götərmişdir ki, 2022-cilin noyabr ayının sonunda X6 ilə ailə həyatı qurmuş, hazırda 7 aylıq hamilədir. O, ailə həyatı qurduqdan sonra həyat yoldaşı X6 ilə birlikdə həm yaşamaq üçün və həmdə işləmək üçün Neftçala rayonundan Bakı şəhərinə gəlmişlər. Həmin vaxtdan 12 dekabr 2024-cü il tarixədək X6 ilə ünvan 10 ünvanda kirayə yaşayırlar. 12 dekabr 2024-cü il tarixdə axşam saatlarında dəqiq saatını xatırlamdığı vaxtda o, kirayə yaşadığı ünvan 10 ünvanda tək olan zaman, evin qapısının döyüldüyünü eşidərək qapını açmış, bir neçə nəfər mülki geymində olan şəxslərin olduqlarını gördükdə həmin şəxslər özlərini Səbail RPİ-nin əməkdaşları olduğunu təqdim etmişlər. Bundan sonra o, qapını açıb və həmin polis əməkdaşları ilə birlikdə olan onun həyat yoldaşı Bəhram Həsənovun olduğunu görüb və polis əməkdaşları ona evə baxış və axtarış aparmalarını birlirərək evə keçmişlər. Bundan sonra o, heç bir etiraz etməyərək onlar evin yataq otağına keçmiş və Təqsirləndirilən şəxs yataq otağından polis əməkdaşlarına mavi rəngli bağlamda olan əşyanı onlara təqdim etmiş və bundan sonra polis əməkdaşları tərəfindən video çəkilişlər edərək müvafiq sənədləşdirmələr aparmışlar. Lakin o, sonradan Səbail RPİ-də aldığı məlumata görə Bəhram Həsənovun üzərində narkotik vasitə olduğundan tutulmuşdur. Bəhram Həsənov onun yanında narkotik vasitənin qəbul etməmiş və onun satışı ilə məşğul olması barədə onun heç bir məlumatı olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq polis idarəsinə aparılmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd disk) qeyd olunmuşdur ki, X6 01 ədəd sarı rəngli kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş, həmin bükülünün içərisində nə olduğunu sorşuduqda Təqsirləndirilən şəxs 01 ədəd sarı rəngli kağız bükümündə narkotik vasitə olan «kokos» heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini bir neçə ay əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsin ona vothsapp ani mesajlaşma sistem vasitəsilə göndərdiyi məkandan götürərək həmin narkotik vasitəni şəxsi istifadəsi və satışı məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan başqa 1 ədəd mobil telefon da təqdim edilmişdir. Aşkar edilmiş 01 ədəd sarı rəngli kağız bükümündə narkotik vasitə olan «kokos» heroin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış (baxışgötürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli “evə - mənzilə baxış (axtarış-götürmə) aparılması haqqında” protokolda (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd disk) qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 11 ünvanda olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, Həsənov Bəhram evdə kreslonun üzərində saxladığı, içərisində narkotik vasitə 2 ədəd mavi rəngli bağlama, 4 (dörd) ədəd borucuq formalı, 3 (üç) ədəd dairəvi formalı şüşə və 2 (ədəd) elektron tərəziləri təqdim edərək, orada olan narkotik vasitə olan heroini, psixotrop maddəmetamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Evə - mənzilə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, bir ədəd qara rəngli «Redmi» markalı mobil telefona baxış keçirilən zaman mobil telefonun qeyda alınmış adlar hissələrində «Ali» kimi qeyd olunan şəxsin +**********20 nömrənin qarşısında qeyd edilmişdir bu nömrəmi qeyd edin bu nömrədə olacam isdeyən bu nömrəyə yazsın köhnə nömrəm işləməyəcək kimi, bundan başqa məlum olmayan ünvana istiqamətləndrilmiş ox şarəsi qeyd olunmuş və qarşısında isə «Ağacın dibində sarı bağlamada» olması kimi sözlər qeyd edilmişdir. Bundan sonra mobil telefonun qalireya hissəsində bir cox sarı rəngli balamalarıın, sellofan bağlamaya bükülmüş büküilərin, tərəzilərin və həmin tərəzilərin üzərində həmin bağlamalarını şəkillərinin göstərməsi və bir cox ünvanların olmaları qeydə alınmışdır. Bununla bağlı fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli Bakcell MMC-dən əldə edilmiş CD diskə baxış keçirilməsi haqqında protokolda qeyd olunmuşdur ki, Bakcell LTD MMC-dən 06 yanvar 2025-ci il tarixli BKC/LGL/-302/25 saylı məktubla Səbail RPİ-nin İŞ-nə təqdim olunmuş 01 ədəd CD disk elektron maqnit daşıyıcısını xidməti kompüterə daxil edib, həmin CD diskdə olan 3 ədəd “***-***-**-** sms.txt, abunechiler.xls, və ntena.xls” adlanan telefon dnışıqları aparılan nömrələrə aid zənglərin məxsusluğuna və detallaşdırılmasına dair fayllara baxış keçirərək iş üzrə Təqsirləndirilən şəxs istifadə etmiş olduğu ***-***-**-** sim-kart nömrəsinə 10 noyab 2024-cü il tarixdən,13 dekabr 2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** möbil nömrəsinə daxil olan və çıxn zənglərin siyahısı,daxil olan və çıxan zənglərin hnsı antenalar tərəfindən qeydiyyata alınması ( arayan və aranan göstərilmək şərti ilə) haqqında məlumatların qeydə alınmış,SMS mətnlərinin açıqlamasında ***-***-**-** GSM mobil telefon nömrəsinə ona 120 at haqqında məlumat qeydə alınmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-6/5465 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş..." yazıları və imzalar olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,522 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “ Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 12 ünvanında aşkar edilərək götürülmüş..." yazıları olan sellofan torbadakı çantanın içərisində olan plastik qabda 3(üç) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 18,581 qram, 71,935 qram, 101,040 qram ümumi təmiz çəkiləri 191,556 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd sarı rəngli yapışqan lentə sarınmış bükümdə təmiz -çəkisi 4,478 qram olan ağ rəngli kristallik maddə kütləsi,plastik qabda təmiz çəkisi 0,897 qram olan ağ rəngli, kritallik maddə kütləsi və dairəvi formalı plastik qabda təmiz çəkisi 3,720 qram olan qəhvəyimtil-ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini, 4 (dörd) ədəd borucuq formalı, 3 (üç) ədəd dairəvi formalı şüşə predmetlərin daxilində və 2 (ədəd) elektron tərəzilərin üzərində psixotrop maddə-metamfetaminə məxsus izləri aşkar edilmişdir. Metamfetamin iz şəkilində olduğu üçün təmiz çəkisinin müəyyən etmək və qablarda olan metamfetaminlərlə müqayisəli tədqiqatını aparmaq mümkün deyildir. Təqsirləndirilən şəxs üzərində götürüldüyü qeyd olunan təmiz çəkisi 1,522 qram olan heroin, yaşadığı ünvanında aşkar edilərək götürüldüyü qeyd olunan ayrı-ayrılıqda təmiz çəkiləri 18,581 qram, 71,935 qram, olan heroinlərlə kimyəvi komponent tərkiblərinə görə eyni olub, təmiz çəkisi 101,040 qram olan heroindən fərqilidirlər, ümumi təmiz çəkiləri 193,078 qramdır. Təqsirləndirilən şəxs üzərində götürüldüyü qeyd olunan təmiz - çəkiləri 4,478 qram, 0,897 qram və 3,720 qram olan metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkiləri 9,095 qramdır. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının 16 saylı 06 yanvar 2025-cü il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa, göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığını və üzərinə (evinə) qoyulduğunu, narkotik vasitəni və psixotrop maddəni satmaq fikri (məqsədi) olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə axtarış-baxış keçirilmişdir. Axtarışbaxışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd disk) qeyd olunmuşdur ki, X6 01 ədəd sarı rəngli kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş, həmin bükülünün içərisində nə olduğunu sorşuduqda Təqsirləndirilən şəxs 01 ədəd sarı rəngli kağız bükümündə narkotik vasitə olan «kokos» heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini bir neçə ay əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsin ona vothsapp ani mesajlaşma sistem vasitəsilə göndərdiyi məkandan götürərək həmin narkotik vasitəni şəxsi istifadəsi və satışı məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli “evə - mənzilə baxış (axtarış-götürmə) aparılması haqqında” protokolda (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd disk) qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 11 ünvanda olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, Həsənov Bəhram evdə kreslonun üzərində saxladığı, içərisində narkotik vasitə 2 ədəd mavi rəngli bağlama, 4 (dörd) ədəd borucuq formalı, 3 (üç) ədəd dairəvi formalı şüşə və 2 (ədəd) elektron tərəziləri təqdim edərək, orada olan narkotik vasitə olan heroini, psixotrop maddə-metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, bir ədəd qara rəngli «Redmi» markalı mobil telefona baxış keçirilən zaman mobil telefonun qeyda alınmış adlar hissələrində «Ali» kimi qeyd olunan şəxsin +**********20 nömrənin qarşısında qeyd edilmişdir bu nömrəmi qeyd edin bu nömrədə olacam isdeyən bu nömrəyə yazsın köhnə nömrəm işləməyəcək kimi, bundan başqa məlum olmayan ünvana istiqamətləndrilmiş ox şarəsi qeyd olunmuş və qarşısında isə «Ağacın dibində sarı bağlamada» olması kimi sözlər qeyd edilmişdir. Bundan sonra mobil telefonun qalireya hissəsində bir cox sarı rəngli balamalarıın, sellofan bağlamaya bükülmüş büküilərin, tərəzilərin və həmin tərəzilərin üzərində həmin bağlamalarını şəkillərinin göstərməsi və bir cox ünvanların olmaları qeydə alınmışdır. Bundan başqa, xx.xx.2025-ci il tarixli Bakcell MMC-dən əldə edilmiş CD diskə baxış keçirilməsi haqqında protokolda qeyd olunmuşdur ki, Bakcell LTD MMC-dən 06 yanvar 2025-ci il tarixli BKC/LGL/-302/25 saylı məktubla Səbail RPİ-nin İŞ-nə təqdim olunmuş 01 ədəd CD disk elektron maqnit daşıyıcısını xidməti kompüterə daxil edib, həmin CD diskdə olan 3 ədəd “***-***-**-** sms.txt, abunechiler.xls, və ntena.xls” adlanan telefon dnışıqları aparılan nömrələrə aid zənglərin məxsusluğuna və detallaşdırılmasına dair fayllara baxış keçirərək iş üzrə Təqsirləndirilən şəxs istifadə etmiş olduğu ***-***-**-** sim-kart nömrəsinə 10 noyab 2024-cü il tarixdən,13 dekabr 2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** möbil nömrəsinə daxil olan və çıxn zənglərin siyahısı,daxil olan və çıxan zənglərin hnsı antenalar tərəfindən qeydiyyata alınması ( arayan və aranan göstərilmək şərti ilə) haqqında məlumatların qeydə alınmış,SMS mətnlərinin açıqlamasında ***-***-**-** GSM mobil telefon nömrəsinə ona 120 at haqqında məlumat qeydə alınmışdır. Bundan əlavə, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 16 saylı 06 yanvar 2025-cü il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla yanaşı, təqsirləndirilən şəxsin tutularkən polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması barədə ifadəsində göstərdiyi dəlillər məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır və qeyd olunan dəlillər digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. Bundan başqa, məhkəmə hesab edir ki, şahid X8 ifadəsində göstərdiyi (ittihamı təkzib edən) xüsusatlar işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadəsinin həmin hissəsini (xüsusatı) təqsirləndirilən şəxsi müdafiə xarakteri daşımaqla onun cinayət məsuliyyətindən yayındırılması və məsuliyyyətinin yüngülləşdirilməsi məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir və ibtidai araşdırma zamanı verilmiş ifadənin hadisənin baş vermə (başlama və davam etmə) mexanizminə daha uyğun olmaqla mövcud sübutlarla üstüstə düşdüyü qənaətinə gəldiyindən, ifadəni həmin hissədə daha mötəbər, əsaslı və həqiqəti əks etdirən ifadələr kimi qiymətləndirir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə (evinə) qoyulduğu, narkotik vasitəni və psixotrop maddəni (bir hissəsinin) satmaq fikri olmadığı, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsi zamanı ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin və ya psixotrop maddənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, həmçinin elektron tərəzinin aşkar olunmasını və digər sübutları nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X14rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını və əməlini (təqsirini) qismən etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Səbail RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkiləri 192,678 qram olan narkotik vasitə heroin, 8,795 qram olan psixotrop maddə metamfetamin, 02 ədəd elektron tərəzi, 4 ədəd borucuq formalı, 3 ədəd dairəvi formalı şüşə predmetlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi baxış (axtarış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, evə - mənzilə baxış (axtarış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, mobil operatordan (Bakcell MMC) təqdim edilmiş (sms və digər məlumatlar) 01 ədəd cd formatlı optik disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin (Müdafiəçi1) iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (10+10) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəza çəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Səbail RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkiləri 192,678 qram olan narkotik vasitə heroin, 8,795 qram olan psixotrop maddə metamfetamin, 02 ədəd elektron tərəzi, 4 ədəd borucuq formalı, 3 ədəd dairəvi formalı şüşə predmetlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi baxış (axtarış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, evə - mənzilə baxış (axtarış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, mobil operatordan (Bakcell MMC) təqdim edilmiş (sms və digər məlumatlar) 01 ədəd cd formatlı optik disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 80 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi 20 (10+10) saat hüquqi yardıma görə Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 170 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1091/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1091/2025
03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver