Məhkəmə qərarları › İş №1(101)-1092/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1092/2020

23.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1092/2020 23.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X7 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1993-cü il sentyabrın 11-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, əvvəllər məhkum edilmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədəki fərdi evdə kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda, yəni ümumi çəkisi 13,247 qram olan narkotik vasitə heroin və ümumi çəkisi 2,965 qram olan psixotrop maddə metamfetamin, habelə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,12 qram çəkidə tərkibində təsiredici maddəsi olan üç ədəd metadon dərman preparatını əldə edib həmin narkotik vasitənin və psixitrop maddənin bir hissəsini üstündə, qalan hissəsini isə göstərilən dərman preparatı ilə birlikdə idarə etdiyi «Daewoo Gentra» markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlamış, 2020-ci il martın 23-də saat 2145-də Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində Abşeron Rayon Polis X8 Bölməsinin əməkdaşları tərəfindən saxlanmaqla bölməyə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən plastik qabdan iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,439 qram və 0,429 qram, ümumi təmiz çəkisi 0,868 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,159 və 0,390 qram, ümumi təmiz çəkisi 0,549 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin idarə etdiyi «Daewoo Gentra» markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı sol ön qapının qolaltısından şəffaf plastik qabda saxladığı iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 9,438 qram və 2,941 qram, ümumilikdə təmiz çəkisi 12,379 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 2,416 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində metamfetamin izləri olan yaşıl rəngli yapışqan lentlə sarınan boru şəkilli əşya, şəffaf politetilen bükümdə üzərində «F/M40» yazısı həkk olunmuş, tərkibində təsiredici maddəsinin miqdarı 0,12 qram təşkil edən üç ədəd qəhvəyi rəngli dairəvi metadon dərman preparatı polis əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilməklə ifadəsində göstərdi ki, üç ildir aludəçisi olduğu narkotik vasitə heroini əsasən iyləmə yolu ilə qəbul edir. 2020-ci il martın 23-də Bakı şəhərindəki «Ayna Sultanova» kimi tanınan ərazidə adını bilmədiyi bir qadından şəxsi istifadəsi üçün narkotik vasitə heroin almışdır. 2020-ci il martın 23-də saat 22 radələrində yaşadığı Abşeron rayonunun Hökməli qəsəbəsindəki evə gələrkən mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onu Abşeron Rayon Polis X8 Bölməsinə gətirmişlər, vəkilin yanında videoçəkilişlə üzərində aparılan şəxsi axtarış zamanı o, əynindəki qara rəngli gödəkçənin sol yan cibində olan plastik qabdakı narkotik vasitə heroini polis işçilərinə təqdim etsə də üzərində psixotrop maddə metamfetamin olmamışdır. Polislər onu saxladıqdan sonra idarə etdiyi «Daewoo Gentra» markalı **-PX- *** dövlət qeydiyyat nişanlı avtomobil onun nəzarətində olmamışdır, avtomaşının sol yan qapısının qolaltından aşkarlanan narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon dərman həbləri ona məxsus deyildir. Ona qarşı zorakılıq və mənəvi təzyiq göstərilməmişdir. Ailəsi özündən və anasından ibarətdir, atası kiçik yaşlarından dünyasını dəyişmişdir. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, polis kapitanı olmaqla Abşeron Rayon Polis X8 Bölməsində cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işlədiyi müddətdə, yəni 2020-ci il martın 23-də Təqsirləndirilən şəxs Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində qanunla qadağan olunan narkotik vasitələrin əldə edilməsi, istifadəsi və satışı ilə məşğul olması barədə məxfi mənbədən daxil olan məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Abşeron Rayon Polis X8 Bölməsinin cinayətaxtarış üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı X3 ilə Təqsirləndirilən şəxs izləməyə başlamış, həmin vaxt sonuncunun idarə etdiyi «Daewoo Gentra» markalı **-PX- *** dövlət qeydiyyat nişanlı avtomobili görərək saxlatdırıb özlərini təqdim etmiş, narkotik vasitələrin qanunsuz əldə edilməsində, saxlanmasında və satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirməklə Təqsirləndirilən şəxs bölməyə aparmışlar. Videoçəkilişlə üzərində şəxsi axtarış aparılması zamanı sonuncuya üstündə qanunla qadağan edilən hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, əgər varsa, təqdim olunması təklif edildikdə Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən çıxartdığı plastik qabdakı narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təqdim etmişdir. Bundan sonra sonuncunun idarə etdiyi «Daewoo Gentra» markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomaşına videoçəkilişlə baxış keçirilərkən salonun sol yan qapısının qolaltından şəffaf plastik qabda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon dərman həbləri aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni, psixitrop maddəni və dərman preparatını Bakı şəhərindəki «Ayna Sultanova» adlanan ərazidə Xanım adlı qadından satmaq məqsədi ilə aldığını bildirmiş, aşkar edilən narkotik vasitə, psixotrop maddə və dərman preparatı sonuncunun iştirakı ilə ilə zərfə goyulub möhürlənməklə qablaşdırılmışdır. Tərtib edilən protokol hamı, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, heç bir şikayət daxil olmamış və hər hansı bir tələb irəli sürülməmiş, sonuncuya qarşı zor hərəkətləri, təzyiq ya da təsir tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən Abşeron Rayon Polis X8 Bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı X3 Şahid1 ilə analoji ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma vaxtı izahat verərkən, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən 2020-ci il martın 23-də Bakı şəhərindəki «Ayna Sultanova» kimi tanınan ərazidə Xanım adlı bir qadından narkotik vasitə heroin satmaqdan ötrü aldığını etiraf etmiş, təqsirləndirilən şəxs qismində əlavə ifadə verərkən göstərilən vaxt həmin şəxsdən öz istifadəsi üçün narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon dərman preparatını əldə etdiyini bildirmişdir (iş vərəqi 10, 47-49, 62-64 və 100-102). İş materiallarındakı Abşeron Rayon Polis X8 Bölməsinin tərtib etdiyi 2020-ci il 23 mart tarixli raportdan və eyni tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmışdır (iş vərəqi 4-5). İş materiallarındakı Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2020-ci il 24 mart tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 0010-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 23). İş materiallarındakı Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2020-ci il 24 mart tarixli protokoldan görünür ki, üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs əynindəki olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı plastik qabda iki büküm narkotik vasitə heroinə və iki büküm psixotrop maddə metamfetaminə bənzər, sonuncunun idarə etdiyi ağ rəngli «Daewoo Gentra» markalı **- PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısının qolaltı hissəsində şəffaf plastik qabda iki büküm narkotik vasitə heroinə, bir büküm psixotrop maddə metamfetaminə oxşar maddələr, üç həb metadon tərkibli preparat aşkar edilərək götürülmüş, bir ədəd CD diski protokola əlavə edilmişdir (iş vərəqi 30-33). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 24 mart tarixli 6/284 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «…şübhəli şəxs Təqsirləndirilən şəxs..» sözləri olan 1 nömrəli zərfdə ağ rəngli plastik qabdakı iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,868 qram, ayrıayrılıqda təmiz çəkiləri 0,439 və 0,429 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,549 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,159 qram və 0,390 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində «Təqsirləndirilən şəxs» sözləri qeyd olunan 2 nömrəli zərfdə olmaqla şəffaf plastik qabdakı iki ədəd bükümdə ümumi təmiz çəkisi 12,379 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 9,438 qram və 2,941 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 2,416 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd yaşıl rəngli yapışqan lentə sarılan boruşəkilli əşyada psixotrop maddə metamfetaminin izləri vardır, şəffaf polietilen bükümdə üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı üç ədəd həb metadon tərkibli dərman preparatı olub təsiredici maddə metadonun bir həbdə 0,04 qram olmaqla ümumi miqdarı 0,12 qram təşkil edir; Təqsirləndirilən şəxs götürülən xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan ümumi təmiz çəkiləri 13,247 qram və 2,965 qram dörd ədəd bükümdəki heroinin və üç ədəd bükümdə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 13,047 qram və 2,815 qram, metadon tərkibli dərman preparatı olan həb isə iki ədəddir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (iş vərəqi 37-40). İş materiallarındakı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 24 mart tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış və avtomobilinə baxış prosesinin qeydə alındığı CD diskinə baxış zamanı sonuncunun 2020-ci il martın 23-də saat 2145-də Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində Abşeron Rayon Polis X8 Bölməsinin əməkdaşları tərəfindən saxlanaraq bölməyə gətirilməsi, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən plastik qabda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi «Daewoo Gentra» markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sol ön qapının qolaltı hissəsində bir ədəd şəffaf sellofana bükülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin, eləcə də metadon tərkibli preparatın aşkar edilərək götürülməsi müəyyən olunmuş, diskə baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüləri təsdiq etmişdir (iş vərəqi 51). İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 25 mart tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 54-55). İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2020-ci il 25 mart tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il martın 24-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 70-73). İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 26 mart tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanan ekspertiza tədqiqatından sonrakı 13,047 qram narkotik vasitə heroinin və 2,815 qram metamfetaminin qalıqları, iki ədəd metadon tərkibli həb və yaşıl rəngli yapışqan lentlə sarınan üzərində metamfetaminin izləri olan boruşəkilli əşya maddi sübut kimi tanınmaqla saxlanılması üçün olan Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (iş vərəqi 74-75). İş materiallarındakı Abşeron Rayon Polis X8 Bölməsinin tərtib etdiyi 2020-ci il 31 mart tarixli aktdan görünür ki, həmin tarixdə saat 1830 radələrində bölmənin inzibati binasının həyətində duracağa qoyulan Təqsirləndirilən şəxs icarə əsasında idarə etdiyi «Daewoo Gentra» markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin «Union Lizing» açıq səhmdar cəmiyyəti tərəfindən etibarnamə verilən X4 qaytarılması zamanı bir ədəd qara rəngli diplomatda bıçaq dəsti, bir ədəd qara rəngli şalvar, bir ədəd qara rəngli pulover, bir ədəd qara rəngli kurtka, bir ədəd boz rəngli plastik qutudakı avtomobil açar dəsti, bir ədəd qara rəngli alışqan, bir ədəd qara rəngli yay papağı, bir ədəd qara rəngli dəri pul kisəsi, bir ədəd qara rəngli «Sony» markalı videoregistrator, bir ədəd ağ rəngli təsbeh, altı ədəd müxtəlif açar Təqsirləndirilən şəxs anası X2 təhvil verilmişdir (iş vərəqi 80-81). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin 2020-ci il aprelin 20-də tərtib etdiyi tələbnamədən, məhkəmə hökmünün surətindən və Sumqayıt Şəhər Probasiya Şöbəsinin 2020-ci il 19 avqust tarixli 42601 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci il fevralın 12-də Bakı şəhərinin Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzası çəkilməmiş qalmışdır (iş vərəqi 82-83, 140 və 151-157). İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin 2020-ci il 26 iyul tarixli ********* nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (iş vərəqi 122). İş materiallarındakı Xəzər Rayonu İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2020-ci il 20 avqust tarixli 304 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (iş vərəqi 150). İş materiallarında olan «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 27 avqust tarixli BKC/LGL-16172/20 nömrəli məktubundan görünür ki, ***-***-**-** saylı nömrə 2020-ci il martın 03-dən martın 23-dək bakcell şəbəkəsində istifadə olunmamışdır (iş vərəqi 159-160). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2020-ci il 10 avqust tarixli 2179 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnmiş asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 161-162). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2020-ci il 25 avqust tarixli 1631 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamaqla o, ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 164-165). İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 04 sentyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan olunan ittiham qüvvəsində saxlanılmış, cinayət işindən külli miqdarda narkotik vasitə heroini və psixotrop maddələri əldə etdiyi mənbə ilə bağlı Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs götürülən ekspertiza tədqiqatından sonrakı 13,047 qram narkotik vasitə heroinin və 2,815 qram psixotrop maddə metamfetaminin qalıqları, iki ədəd metadon tərkibli həb və yaşıl rəngli yapışqan lentlə sarınan üzərində metamfetaminin izləri olan boruşəkilli əşya maddi sübut kimi tanınmaqla saxlanılması üçün olan Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməsi və bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır (iş vərəqi 173-180 və 182-183). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün alması, həmin maddələrin satışı ilə məşğul olmaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, metadonun şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1,6 qram, İİ siyahısında psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs cavanlığını, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2020-ci il 12 fevral tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğundan hazırki cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Azərbaycan Respublikasının CM-nin 18.4.4.-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 68.1.1-1.-ci maddəsinə müvafiq olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2020-ci il 12 fevral tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 05 ay 26 gün müddəti azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1.-ci maddəsi əsasında hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb ekspertiza tədqiqatından sonrakı 13,047 qram narkotik vasitə heroinin və 2,815 qram metamfetaminin qalıqları, iki ədəd metadon tərkibli həb və yaşıl rəngli yapışqan lentlə sarınan üzərində metamfetaminin izləri olan boruşəkilli əşya məhv edilməli, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X6 tərəfindən 20 iş saatı, məhkəmə istintaqında isə Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Xırdalan Şəhər Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 120 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 120 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il martın 24-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1.-ci maddəsinə müvafiq olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2020-ci il 12 fevral tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 05 ay 26 gün müddəti azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1.-ci maddəsi əsasında hazırki hökm üzrə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə o, qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il martın 24-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Xırdalan Şəhər Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 120 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 120 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb ekspertiza tədqiqatından sonrakı 13,047 qram narkotik vasitə heroinin və 2,815 qram metamfetaminin qalıqları, iki ədəd metadon tərkibli həb və yaşıl rəngli yapışqan lentlə sarınan üzərində metamfetaminin izləri olan boruşəkilli əşya məhv edilsin, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar