Məhkəmə qərarları › İş №1(101)-1092/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1092/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1092/2021 15.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, müdafiəçi, “Fides” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Məhəmməd” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda 1506,13 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təsiredici maddənin çəkisi 16,4 qram olan 41 konvalyutda 410 ədəd külli miqdarda narkotik vasitə metadon həblərini naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyıb mənzildə gizlətməklə saxlamış, həmin narkotik vasitədən külli miqdarda 29,830 qram çəkidə olan hissəsini isə üzərində saxlamaqla Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış massivi, 84 nömrəli evin yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 21:00 radələrində qeyd olunan ünvanda saxlanılaraq mənzilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış massivi, ev 84, 62 saylı mənzilin qonaq otağından bir ədəd qara rəngli polietilen bağlamada iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1470 qram və 6,30 qram olmaqla ümumilikdə külli miqdarda 1476,3 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təsir edici maddənin çəkisi 16,4 qram olan 41 ədəd konvalyutda ümumilikdə 410 ədəd külli miqdarda metadon həbləri və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi, eləcə də baxış zamanı polis əməkdaşlarının təklifinə əsasında Təqsirləndirilən şəxs əynindəki sarı rəngli köynəyinin sol bilək hissəsindən bir ədəd bükümdə külli miqdarda 29,830 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, oğlunun müalicəsi üçün İran İslam Respublikasında yaşayan Qulu adlı şəxsdən insulin iynələri almışdır. Belə ki, o, dərmanları sifariş etmişdir, Qulu adlı şəxs isə oğlu üçün olan dərmanları İran İslam Respublikasından Naxçıvan şəhərinə gedən yolun üzərində yerləşən kafeyə çatdırmışdır. O da kafeyə gedib həmin dərmanları götürmüşdür. Məhəmməd adlı şəxs isə Qulu adlı şəxsin əmisi oğludur. Bir müddət işləyə bilmədiyi və oğlunu Almaniyaya müalicəyə göndərdiyi üçün başqalarına borcu yaranmışdır. Daha sonra Qulu adlı şəxs ona zəng edib bir bağlamanı götürüb bir müddət saxlamağı üçün ona pul təklif etmişdir. Daha sonra Məhəmməd adlı şəxs zəng edərək Masazırı keçən kimi sola dönən yolda bağlama qoyacağağını və bağlamanı götürməyi bildirmişdir. O da həmin bağlamanı götürmüş və 25 gün müddətində saxlamışdır. O, Məhəmmədə zəng edib bağlamanın onda olmasından qorxduğunu və gəlib bağlamanı götürməyi demişdir. O, daha sonra 2-3 dəfə də onlara zəng etmiş, lakin heç kim onunla əlaqə saxlamamışdır. 27 yanvar 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış massivi, ev 84 ünvanında yaşadığı evin qapısı döyülmüşdür. O, qapını açan kimi polis əməkdaşları ağzını tutub onu evin içərisinə çəkmişlər və onu təhqir etmişlər. Polis əməkdaşları evə ondan icazəsiz daxil olaraq evdə narkotik vasitənin olub-olmamasını soruşmuşlar. O, könüllü şəkildə evdə olan narkotik vasitənin yerini bildirmiş və narkotiki olduğu divanın yanından çıxarmışdır. Polis əməkdaşları bütün evə baxış keçirmiş, daha sonra isə mətbəxə daxil olub orada olan onun istifadə etdiyi dərmanlarını və tərəzini götürmüşlər. Onun götürüb evində saxladığı narkotik vasitənin çəkisi 614-674 qram aralığında olmuşdur. Narkotik vasitənin olduğu bağlamanı açıb 410 ədəd tablet saymışlar. Ona sonradan məlum olmuşdur ki, bu tabletlər metadondur. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, sadəcə evində saxlamışdır. Bununla belə, Təqsirləndirilən şəxs bilavasitə hadisənin baş vermə təfərrüatları ilə bağlı ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, o, “İnstagram” sosial şəbəkəsində təsadüfən İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxslə tanış olmuş, sonuncu narkotik vasitələri müxtəlif ünvanlardan götürüb evində saxlamalı olduğunu, nə zaman deyilsə həmin maddələri bir yerdə gizlədib həmin yerin şəklini ona göndərməli olduğunu təklif etməklə bu işə görə 2000 manat pul verəcəyini bildirmiş, o da razılaşmışdır. Tutulmamışdan təxminən 1 ay əvvəl İran İslam Respublikası vətəndaşı Məhəmməd “Whatsapp” sosial tətbiqi vasitəsi ilə ona göndərdiyi şəkildə göstərilən ünvandan, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtluş-93” yaşayış massivinə dönəcək hissədə gizlədildiyi yerdən bir ədəd sellofanda bağlamanı götürüb yaşadığı mənzilə aparmışdır. Bağlamanı açıb baxanda görmüşdür ki, içində narkotik vasitə olan heroin, narkotik tərkibli metadon tipli həblər və 01 ədəd elektron tərəzi vardır. 27 yanvar 2021-ci il tarixdə isə Məhəmməd ona 30 qram çəkidə narkotik vasitə olan heroini özü ilə götürüb deyəcəyi ünvana aparmağı tapşırmışdır. Bu səbəbdən o, həmin narkotiki mənzildə olan elektron tərəzidə çəkib gümüşü kağız bükümə yığıb köynəyinin altında gizlətməklə yaşadığı evin qarşısında gəzdirdikdə saat 21:00 radələrində evin yaxınlığında bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polislər ondan özünü təqdim etməyini istədikdə o, öz anket məlumatlarını demiş, bundan sonra polis əməkdaşları onun külli miqdarda narkotik vasitə və psixotrop maddəni üzərində və yaşadığı evdə saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. O, polis əməkdaşlarında məlumatın dəqiq olduğunu başa düşüb yaşadığı ünvanda narkotik vasitələrin olduğunu demiş və könüllü olaraq həmin maddələri təqdim edə biləcəyii söyləmişdir. Polis əməkdaşları ona yaşadığı mənzildə baxış keçirmələri olduğunu, lakin bunun üçün onun razılığının tələb olunduğunu bildirdikdə, o, polis idarəsinin rəisinin adına ərizə yazıb könüllü olaraq polis əməkdaşlarını mənzilə dəvət etmişdir. Bundan sonra ona külli miqdarda narkotik vasitə, psixotrop maddəni üzərində və yaşadığı ünvanda saxlamaqla gəzdirməyi barədə onlara məlumat daxil olduğunu və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə mənzilə baxış keçiriləcəyi bildirilmişdir. Mənzilin çölündə əlverişli şərait olmadığına görə o, özündə olan açarla giriş qapını açıb iştirakçıları içəri dəvət etmiş, mənzilin girəcəyində videoçəkilişlə baxış keçirilməsinə başlanmışdır. Ona təklif edilmişdir ki, evdə qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. O, etiraz etməyərək iştirakçıları mənzilin giriş qapısından içəri daxil olduqda sol istiqamətdə yerləşən zal otağına apararaq orada yerləşən divanın yuxarı tərəfində sellofan bağlamanın olduğunu göstərmiş və həmin bağlamanı təqdim etmişdir. Həmin ağ-qara rəngli bağlama zal otaqda olan masanın üzərinə qoyulmaqla içindəki maddələrə baxış keçirilməsinə başlanmışdır. Məlum olmuşdur ki, sellofan bağlamanın içində 01 ədəd şəffaf sellofan bağlama, 01 ədəd elektron tərəzi və müxtəlif sayda konvalyutda həblər vardır. Şəffaf sellofan bağlama açıldıqda içində bir ədəd gümüşü rəngli kağız bükülünün olduğu, həmçinin həmin bükülünün də içində olmaqla ümumilikdə sellofanda narkotik vasitə olan heroinin olduğu məlum olmuşdur. Aşkar olunmuş 01 ədəd tərəziyə baxış zamanı onun qırmızı rəngli, üzərində 5 kq yazısının yazıldığı məlum olmuşdur. Ardınca aşkar olunan konvalyutda həblər sayılmış və hər konvalyutda 10 ədəd həb olmaqla 41 sayda konvalyutda ümumilikdə 410 ədəd həbin olduğu müəyyən edilmişdir. Mənzilə baxış zamanı ondan üzərində və ya mənzildə başqa gizlədib saxladığı narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan edilmiş əşya və maddənin olub-olmadığı soruşulduqda o, əynində olan sarı rəngli parça materiallı köynəyinin sol bilək hissəsində gizlədib saxladığı gümüşü rəngli kağız bükülünü masanın üzərinə qoymaqla təqdim etmiş və içində narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi gümüşü kağız büküm açıldıqda içində narkotik vasitə olan heroin olduğu məlum olmuşdur. Baxış zamanı o, özünə məxsus “Samsung” və “Redmi” markalı mobil telefonları da masanın üzərinə qoymuşdur. Masanın üzərində həmçinin özünə məxsus şəxsiyyət vəsiqəsinin olduğu aşkar olunmaqla, vəsiqə və mobil telefonlar araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra ondan aşkar olunan və təqdim etdiyi maddələri haradan və kimdən əldə etməyi barədə soruşulduqda o, baş verənləri danışmışdır. Bundan sonra yaşadığı ünvandan və üzərindən aşkar olunmuş əşya və maddələr onun iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan sonra evin digər otaqlarına baxış keçirilmiş, kənar əşya və maddə aşkar olunmamışdır. Videoçəkiliş dayandırıldıqdan sonra onu Baş İdarəyə dəvət edib keçirilən baxışın nəticələri ilə bağlı protokol tərtib edilmiş və o, protokolu vəklin iştirakı ilə imzalamışdır. Törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir (cild 1, iş vərəqi 165-167). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı veridyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi işin digər materialları ilə təsdiq edildiyindən daha inandırıcıdır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 yanvar 2021-ci il tarixdə Baş İdarəyə daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, özündə və yaşadığı ünvanda saxlayaraq daşıması və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi barədə 27 yanvar 2021ci il tarixli qərar çıxarılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 21:00 radələrində tərəflərindən Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış massivi, ev 84 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, özündə və yaşadığı ünvanda saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə şübhələnildiyi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasilə olan heroin olduğunu bildirməklə onlarda olan məlumatı təsdiq etmiş, mənzilə baxış keçirilməsinə etirazının olmadığı barədə ərizə ilə müraciət etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, yaşadığı mənzildə narkotik vasitə, psixotrop maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs etiraz etməyərək iştirakçıları, mənzilin giriş qapısından içəri daxil olduqda sol istiqamətdə yerləşən zal otağına apararaq orada yerləşən divanın yuxarı tərəfində sellofan bağlamanın olduğunu göstərməklə təqdim etmiş, həmin ağ-qara rəngli bağlamanın içindəki maddələrə baxış keçirilərkən оrada 1 ədəd şəffaf sellofan bağlama, 1 ədəd elektron tərəzi və müxtəlif sayda konvalyutda həblərin olduğu müəyyən edilmişdir. Şəffaf sellofan bağlama açıldıqda içində 1 ədəd gümüşü rəngli kağız bükülünün olduğu, həmçinin həmin bükülünün də içində olmaqla ümumilikdə sellofanda tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu məlum olmuşdur. Aşkar olunmuş 1 ədəd tərəziyə baxış zamanı onun qırmızı rəngli, üzərində “5 kq” yazısının yazıldığı məlum olmuşdur. Ardınca aşkar olunan konvalyutda həblər sayılmış və һər konvalyutda 10 ədəd һəb olmaqla 41 sayda konvalyutda ümumilikdə 410 ədəd həbin olduğu müəyyən edilmişdir. Mənzilə baxış zamanı saxlanılan şəxsdən üzərində və ya mənzildə başqa gizlədib saxladığı narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan edilmiş əşya və maddənin olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs əynində olan köynəyinin sol bilək hissəsində gizlədib saxladığı gümüşü rəngli kağız bükülünü masanın üzərinə qoymaqla təqdim etmiş və içində narkotik vasitə olduğunu bildirmişdir. Təqdim olunan gümüşü kağız büküm açıldıqda içində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu məlum olmuşdur. Baxış zamanı saxlanılan şəxs üzərində olan “Samsung” və “Redmi” markalı mobil telefonları masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxs ona narkotik vasitələrin gizlədildiyi yerin şəklini göndərir, Təqsirləndirilən şəxs həmin ünvandan maddələri götürüb evində saxlayır. Məhəmməd adlı şəxs nə zaman desə həmin narkotik vasitələri bir yerdə gizlədib həmin yerin şəklini çəkib sonuncuya göndərir. Təqsirləndirilən şəxs bildirdiyinə görə aşkar olunan maddələri təxminən bir ay əvvəl Məhəmmədin “whatsapp” sosial tətbiqi vasitəsi ona göndərdiyi şəkildə göstərilən ünvandan, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış massivinə dönəcək hissədə gizlədildiyi yerdən götürüb yaşadığı mənzilinə gətirmiş, mənzildə sellofan bağlamanı açıb içinə baxan zaman orada narkotik vasitə olan heroin, narkotik tərkibli metadon tipli həblər və 1 ədəd elektron tərəzi olduğunu görmüşdür. 27 yanvar 2021-ci il tarixdə isə Məhəmməd ona 30 qram çəkidə narkotik vasitə olan heroini özü ilə götürüb deyəcəyi ünvana aparmasını tapşırmış, bu səbəbdən saxlanılan şəxs həmin narkotiki mənzildə olan elektron tərəzidə çəkib gümüşü kağız bükümə yığıb üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş 1 ədəd sellofan bağlamada və 1 ədəd gümüşü rəngli kağıza bükülmüş halda narkotik vasitə olan heroinə bənzər maddələr, hər birində 10 ədəd həb olan 41 konvalyutda “Metadon 40” adlı naməlum tərkibli həblər, 1 ədəd elektron tərəzi və üzərindən aşkar olunmuş 1 ədəd gümüşü rəngli kağıza bükülmüş halda narkotik vasitə olan heroinə bənzər maddələr 2 ədəd kağız zərfdə Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmişdir. Bundan sonra baxış keçirilən otağa və evin digər otaqlarına yenidən baxış keçirilmiş, kənar əşya və maddə aşkar olunmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, məlumat onlara narkotik vasitələrin satışının həyata keçirilməsi məzmununda daxil olmuşdur. Təqsirləndirilən şəxs qaçaqmalçılıqla məşğul olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri kimə və nə zaman satması barədə məlumatları olmamışdır, çünki Zəminə narkotik vasitələri müəyyən yerlərə qoyub qarşı tərəfə yeri barədə məlumat verməklə narkotik vasitənin daşınmasını və satışını həyata keçirmişdir. Onların Məhəmməd adlı şəxsin İran İslam Respublikası və ya Azərbaycan Respublikası vətəndaşı olduğuna dair tam dəqiq məlumatları yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları tam olaraq təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mənzilə baxış və götürmə aparılması haqqında 27.01.2021-ci il tarixli protokol və protokola əlavə edilmiş DVD diskdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci il tarixdə saat 21:00-da Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış massivi, 84 nömrəli evin yaxınlığında saxlanılmış, həmin tarixdə saat 21:10-da yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman mənzilin qonaq otağından 01 ədəd sellofan bağlamada və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş halda narkotik vasitə olan heroinə bənzər, 41 ədəd konvalyutda ümumilikdə 410 metadon həbləri və bir ədəd elektron tərəzi, eləcə də baxış zamanı Təqsirləndirilən şəxs əynindəki sarı rəngli köynəyinin sol bilək hissəsindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, habelə “Samsung” və “Xiaomi Redmi” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Mənzilə baxış və götürmənin aparılması videoçəklilişlə keçirilərək bir ədəd DVD diskə yazılaraq protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 30-33). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 28 yanvar 2021-ci il tarixli 6/373 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunan maddələr....” yazısı olan paketdəki ayrı-ayrılıqda təmiz çəkiləri 1470 qram, 6,300 qram, 29,830 qram olmaqla ümumi təmiz çəkisi 1506,13 qram (1 kq 506,13 qram) qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilib götürülmüş bir ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. Tərəzinin üzərindəki heroin iz şəklində olduğu üçün, heroinin çəkisini və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etməm mümkün olmadı. Tədqiqata təqdim olunmuş, üzərində: “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunan maddələr” yazısı olan paketdəki üzərində “Methadone 40” yazısı olan 41 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd həb olmaqla, ümumi 410 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 410 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 16,4 qramdır (bir həbdə 0,04 qram olmaqla). Metadon tərkibli həblər təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 48-52). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkolojı ekspertizasının 05 aprel 2021-ci il tarixli, 964 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 138-139). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut hesab edilməsi haqqında 28 yanvar 2021-ci il tarixli qərardan görünür ki, tədqiqatdan sonra qalıq qalan bir ədəd torbada qablaşdırılan 1469,8 qram, 6,200 qram və 29,680 qram çəkidə narkotik vasitə heroin, 405 həb narkotik vasitə metadon və bir elektron tərəzi iş üzrə maddi sübut hesab edilmiş və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 97- 98). İşdə olan 20 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, mənzilə baxış və götürməni özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 140-149). İşdə olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi, polis polkovniki Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 27.01.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 108-109). İşdə ola cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə 20.04.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən külli miqdarda narkotik vasitələrin əldə edilmə mənbəsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayırılmışdır (cild 1, iş vərəqi 151-152). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə qeyd edir ki, cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməllərini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, ziddiyyətli və şübhəli məqamları nəzərə almamış və nəticədə əməlin tövsifində səhvə yol vermişdir. Belə ki, mötəbər sübutlar əsasında məhkəmə istintaqında müəyyən edildi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 27 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq olaraq əldə etməsi, üzərində saxlamaqla daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları 27 yanvar 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirmişlər və bu tədbirlər nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 21:00-da yaşadığı evin qarşısında saxlanılaraq mənzilinə baxış keçirilmiş və həmin vaxt onun mənzilindən bir ədəd qara rəngli polietilen bağlamada iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1470 qram və 6,30 qram olmaqla, ümumilikdə külli miqdarda 1476,3 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təsiredici maddənin çəkisi 16,4 qram olan 41 ədəd konvalyutda ümumilikdə 410 ədəd külli miqdarda metadon həbləri və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi, eləcə də Təqsirləndirilən şəxs əynindəki köynəyinin sol bilək hissəsindən bir ədəd bükümdə külli miqdarda 29,830 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətlərinin olması sübuta yetirilsə də, onun əməlində Cinayət Məcəlləsinin 32.5,206.3.2, maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması sübuta yetirilmədi. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham ondan ibarətdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitənin qaçaqmalçılığı ilə bağlı ittiham irəli sürülsə də, irəli sürülmüş ittihamla (qaçaqmalçılıqla bağlı) bağlı ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə edilməmiş və cinayət işinin materiallarına əlavə edilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs onun qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etməsi nəticəsinə gəlsə də, həmin narkotik vasitələrin gömrük sərhədinin məhz hansı hissəsindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilib-keçirilməməsi, Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin keçirilməsində konkret rolu, kiminlə əlaqəyə girməsi və ya kimə nə vaxt, hansı formada vəd verməsi ümumiyyətlə araşdırmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən hər bir cinayət işi üzrə cinayət əməlinin törədildiyi vaxt dəqiq müəyyən edilməli və qeyd edilən məsələ sübutlar əsasında təsdiq edilməlidir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs nə zaman (hansı tarixdə) Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini göstərən heç bir sübut yoxdur. Bu məsələ özü-özlüyündə ciddi məsələdir. Belə ki, cinayətin törədildiyi vaxtın müəyyən edilməsi əhəmiyyətli məsələlərdən birini təşkil edir. Ən azı ona görə ki, Cinayət Məcəlləsinin 75-ci maddəsində müddətin keçməsinə görə cinayət məsuliyyətindən azad olunma institutu müəyyən edilmişdir. Cinayətin törədilmə vaxtını müəyyən etmədən Cinayət Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulmuş məsələnin həll edilməsi mümkün deyil. Bundan başqa, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxslə və qeyriləri ilə qabaqcadan əlbir qrup şəxs halında hərəkət etməsi (cinayət törətməsi) nəticəsinə gəlsə də, Məhəmməd adlı şəxsin real həyatda mövcud olub-olmamasını, olduğu halda onun İran İslam Respublikasının və ya digər ölkənin vətəndaşı olub-olmamasını ümumiyyətlə araşdırmamış və bu hissədə yalnız təqsirləndirilən şəxsin ifadəsinə əsaslanmışdır. Başqa sözlə, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ilkin ifadəsində göstərdiyi arqumenti yoxlamadan, yəni Məhəmməd adlı şəxsin həqiqətən də mövcud olmasını, Təqsirləndirilən şəxs məhz Məhəmməd adlı şəxslə “işgüzar” münasibətdə olmasını aydınlaşdırmadan, habelə Məhəmməd adlı şəxsin ifşa olunması və cinayət məsuliyyətinə cəlb olunması istiqamətində ən azından İran İslam Respublikasının səlahiyyətli orqanlarına bu barədə müraciət etmədən təqsirləndirilən şəxsə əsassız şəkildə ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində qaçaqmalçılığın törədilmə üsulları kimi malların və ya digər əşyaların gömrük sərhədindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxun bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi göstərilmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə - qaçaqmalçılıq cinayətinin ictimai təhlükəliliyi cinayət tərkibinin obyektiv cəhətinə daxil olan əməllərin törədilməsi nəticəsində malların ölkəmizin gömrük sərhədindən keçirilməsinin müəyyən edilmiş qaydalarının və şərtlərinin pozulmasından ibarətdir. Qaçaqmalçılıq cinayəti formal təribli cinayət əməlidir. Qaçaqmalçılıq faktiki olaraq əşyaların gömrük sərhədindən keçirildiyi andan başa çatmış hesab edilir. Göründüyü kimi təqsirkarın törətdiyi əməlin qaçaqmalçılıq cinayət əməli kimi tövsif edilməsi üçün yeganə əsas - təqsirkar tərəfindən Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş hərəkətin və ya hərəkətlərin icra edilməsidir. Başqa sözlə, şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini törətdiyi halda Cinayət Məcəlləsinin 206-cı maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilə bilər. Qeyd edilən hüquqi mövqe, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair 06 yanvar 2021-ci il tarixli qərarında da nəzərdə tutulmuşdur. Belə ki, həmin qərarda göstərilmişdir ki, şəxs tərəfindən malların və ya digər əşyaların gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti kimi tövsif edilir ki, cinayət əməlini törətmiş şəxs Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasındakı cinayətin obyektiv cəhətini təşkil edən və Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Həmçinin qərarda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından görünür ki, şəxsin əməlinin Cinayət Məcəlləsinin 206-cı maddəsi üzrə tövsif edilməsi üçün həmin şəxs tərəfindən mütləq qaydada həmin maddənin dispozisiyasındaki cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin törətməsi tələb olunur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda göstərilən sübutları geniş şəkildə təhlil edib birbiri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham istisna olmaqla, Təqsirləndirilən şəxs hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd edilən cinayət əməllərini törətməsi cinayət işi üzrə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir. Yuxarıda müəyyən edilmiş hallara ayrı-ayrılıqda və məcmu halda hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin zəruri tərkib əlamətləri yoxdur və onun həmin cinayətlərə heç bir aidiyyatı yoxdur. O, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini ümumiyyətlə törətməmişdir. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini töərtmişdir. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsasını yalnız ehtimallar və mülahizələr təşkil etmişdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Qeyd edilən tələblər, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müxtəlif qərarlarında da öz əksini və təsdiqini tapmışdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6.2-ci maddəsinin tətbiqi ilə əlaqədar “Barbera, Messegi və Cabardo İspaniyaya” qarşı iş üzrə çıxarılmış qərarda göstərmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi - məhkəmə tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi və öz vəzifələrinin yerinə yetirilməsi zamanı təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi barədə ön mühakimə ilə başlamamağı tələb edir. Sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərdə Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin zəruri tərkib əlamətləri yoxdur, eləcə də onun həmin cinayətin törədilməsində təqsiri sübuta yetirilməmiş, ibtidai istintaq orqanı ehtimallara və mülahizələrə əsasən həmin maddə üzrə ona ittiham irəli sürmüşdür. Bundan başqa, toplanmış sübutlar təqsirləndirilən şəxsin ittihamın qeyd edilən hissəsi üzrə təqsirsizliyini təsdiq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2, 39.2 və 42-ci maddələrini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, metadonun təmiz halda 0,02 qrama qədər şəxsi istehlak miqdarı, 1,6 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır, yəni Təqsirləndirilən şəxs həqiqətən də Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2 maddəsi üzrə bəraət verilməli, bundan başqa, onun əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri mövcud olduğundan qeyd edilən maddələr üzrə təqsirli bilinməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun qeyd edilən cinayət üzrə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Zaxarova X2 MR Ali Məhkəməsinin 19.08.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 16.06.2010-cu ildə cəzasının sonu ilə azad olunmşdur (cild 3, iş vərəqi 102-103). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Lakin həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Naxçıvan MR Ali Məhkəməsinin 19.08.2004cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı 16.06.2010-cu ildə çəkib qurtardığı gündən altı ildən çox vaxt keçdiyindən, qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndirilə bilməz. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin 06.02.2021-ci il tarixli, 929 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 105). Məhkəmə əməlindən peşman olmasını, xəstə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 yanvar 2021-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 yanvar 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 83-85). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 27 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan tədqiqatdan sonra qalıq qalan 1469,8 qram, 6,200 qram və 29,680 qram çəkidə narkotik vasitə heroin, bir ədəd elektron tərəzi məhv edilməli, 405 metadon həbi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməli, Təqsirləndirilən şəxs mənzilinə keçirilmiş baxış və götürməni özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmayan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” və “Xiaomi Redmi” markalı mobil telefonlar onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından və onun qeyd edilən maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 1469,8 qram, 6,2 qram və 29,680 qram çəkidə narkotik vasitə heroin, bir ədəd elektron tərəzi məhv edilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 405 ədəd metadon həbi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilsin. - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmayan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” və “Xiaomi Redmi” markalı mobil telefonlar onun yaxın qohumlarından birinə qaytarılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar