Məhkəmə qərarları › İş №1(101)-1092/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1092/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1092/2024 08.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nazim Şirinov küçəsi, Hovsan südçülük ev 25H-da qeydiyyatda olub, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 70\65-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə, xx.xx.1984-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş və məhkumluğu ödənmiş, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olub, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs1 özgənin əmlakını hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək ələ keçirmək üçün tanışı Təqsirləndirilən şəxs2 və istintaqa “Xəyalə” adı ilə məlum olan qadınla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib tanışları Zərərçəkmiş şəxs məxsus qızıl üzük və qızıl boyunbağını ələ keçirmək məqsədilə 08 avqust 2023-cü il tarixdə saat 23 radələrində sonuncu ilə Bakı şəhəri, Nizami rayonu, 8 km bazarında “Ucar” adlı kafedə görüşərək yeyib-içdikdən sonra aralarında olan cinayətkar razılığa əsasən taksi ilə ünvan 1 ünvanına gəlib, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə mübahisə edərkən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs baş nahiyyəsindən bir dəfə yumruqla vurub, ona sağlamlığla zərər vurmayan alın nahiyəsinin qançırı xəsarətini yetirib, barmağında olan qızıl üzüyü, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs sol əlindən təpiklə vurub, sağlamlığa yüngül zərər vurmaya aid sol əldə olan yaranın ikincili zədələnməsi xəsarətini yetirərkən “Xəyalə” adlı qadın boynundakı qızıl boyunbağını zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib dartıb alaraq, talamaqla hadisə yerindən qaçmış, qrup üzvü Təqsirləndirilən şəxs2 ilə həmin qızıl üzüyü satıb əldə etdikləri 420 manat pulu öz aralarında bölməklə və digər qrup üzvü “Xəyalə” adlı qadın isə qızıl boyunbağını özündə saxlamaqla Zərərçəkmiş şəxs 2800 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs2 özgənin əmlakını hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək ələ keçirmək üçün tanışı Təqsirləndirilən şəxs1 və istintaqa “Xəyalə” adı ilə məlum olan qadınla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib tanışları Zərərçəkmiş şəxs məxsus qızıl üzük və qızıl boyunbağını ələ keçirmək məqsədilə 08 avqust 2023-cü il tarixdə saat 23 radələrində sonuncu ilə Bakı şəhəri, Nizami rayonu, 8 km bazarında “Ucar” adlı kafedə görüşərək yeyib-içdikdən sonra aralarında olan cinayətkar razılığa əsasən taksi ilə ünvan 1 ünvanına gəlib o, Zərərçəkmiş şəxs ilə mübahisə edərkən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs baş nahiyyəsindən bir dəfə yumruqla vurub, ona sağlamlığla zərər vurmayan alın nahiyəsinin qançırı xəsarətini yetirib, barmağında olan qızıl üzüyü, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs sol əlindən təpiklə vurub, sağlamlığa yüngül zərər vurmaya aid sol əldə olan yaranın ikincili zədələnməsi xəsarətini yetirərkən “Xəyalə” adlı qadın boynundakı qızıl boyunbağını zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib dartıb alaraq, talamaqla hadisə yerindən qaçmış, qrup üzvü Təqsirləndirilən şəxs1 ilə həmin qızıl üzüyü satıb əldə etdikləri 420 manat pulu öz aralarında bölməklə və digər qrup üzvü “Xəyalə” adlı qadın isə qızıl boyunbağını özündə saxlamaqla Zərərçəkmiş şəxs 2800 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, məlum hadisə baş verməmişdən qabaq Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq qonaqlıq təklif etmişdir. Belə ki, onlar birlikdə oturub yeyib içmişlər. Məhərrəm qardaşı oğlu ilə birlikdə gəlmişdir. Məhərrəmin qardaşı oğlu bir az sərxoş olduğu üçün onu evinə yola salmışlar, özləri isə yeyib içməyə davam etmişlər. Daha sonra Stansiya Razinda “Musiqili” adlı restorana gedib orada bir az pivə içdikdən sonra yenidən əvvəlki məkana qayıtmışlar. Kafeyə hər zaman gəlib-gedən “Xəyalə” adlı xanım var. Xəyalənin həmin kafenin içərisində telefon aksesuarları satan Ceyhunla münasibətləri olmuşdur. O və Zərərçəkmiş şəxs Xəyaləni tanımamışlar. O, Məhərrəmin barmağındakı üzüyü taxmaq istədiyini Məhərrəmə bildirsə də, sonuncu üzüyün onun barmağına böyük olduğu üçün itirə biləcəyini söyləyərək verməmişdir. Bir az vaxt keçdikdən sonra o, yenidən Məhərrəmdən üzüyü istəmiş və Məhərrəm üzüyü ona vermişdir. Həmin kafenin hesabı onun adına yazılmışdır. Baş qarışandan sonra o kafedən uzaqlaşmışdır. Ertəsi gün Əliyə zəng etmiş və ona şəxsiyyət vəsiqəsi olmadığı üçün Əlinin vəsiqəsi ilə üzüyü satmağı təklif etmişdir. Əli onunla razılaşaraq yaşadığı binanın qarşısına gəlmiş və onlar birgə Memar Əcəmi tərəfə getmişlər. Onlar üzüyü 426 (dörd yüz iyirmi altı) manata satmışlar. Daha sonra Zərərçəkmiş şəxs ona zəng edərək üzüyü qaytarmasını bildirmişdir. O da Məhərrəmə sözügedən üzüyü satdığını söyləmişdir. Məhərrəm üzüyü öz xoşluğu ilə qaytarmayacağı təqdirdə axırının yaxşı olmayacağını ona bildirmiş və o adboy vermişdir. Məhərrəm ona yenidən zəng vurmuşdur. Bu zaman dəstəyi Əli götürmüş və Məhərrəmə üzüyün olmadığını, onlara bir az vaxt verməsini söyləmişdir. Daha sonra Zərərçəkmiş şəxs həyat yoldaşı onunla telefon vasitəsilə qışqıraraq danışmış və o adboy vermişdir. Bundan sonra onlar Biləsuvara getmişlər. Ayın 11-i oradan qayıdaraq saat 11 radələrində Asan xidmətdən vəsiqəsini götürməyə getmişdir. Lakin Asan xidmətdə ona komputerlərdə problem olduğunu bildirmişlər. Həmin gün saat 15 radələrində ona gəlməsini söyləmişlər. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq onlarla getməli olduğunu bildirmişlər. Bu zaman həyat yoldaşı və Əli onun yanında olmuşlar. Onları polis bölməsinə aparmışlar. Daha sonra həyat yoldaşı getmiş, onlar isə polis bölməsində qalmışlar. Təxminən yarım saat vaxt keçdikdən sonra Feruz adlı əməliyyat müvəkkilinin otağına aparmışlar. Zərərçəkmiş şəxs hələ gəlməmişdir. Otaqda metal boru ilə onu döyərək soyğunçuluq etdiyini və üzərində narkotik vasitə olduğunu bildirmişlər. O da üzərində narkotik vasitə olmadığını bildirmişdir. Bakı İstintaq Təcridxanasına daxil olarkən bədən xəsarətləri qeyd olunmuşdur. O verilən əzab-əziyyətə tab gətirmiş və buna görə də ona məxsus olmayan narkotik vasitəni boynuna götürməmiş və bununla bağlı hər hansı sənədə qol çəkməmişdir. O müstəntiqə silahının olmadığını və buna görə də yalnız soyğunçuluq cinayəti ilə özünü təqsirli bildiyini söyləmişdir. X7 Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə işlərini rəsmiləşdirərək 14 avqust 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına göndərmişdir. Sabunçu rayon məhkəməsinin qərarı ilə barələrində 03 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir. Onu da qeyd etmək zəruridir ki, onun nə digər təqsirləndirilən şəxslə, nə də zərərçəkmiş şəxslə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilməmişdir. Bundan başqa hər hansı sənədlə tanış olmamışdır. Əli ilə onu müvəqqəti saxlama yerinə aparmışlar, daha sonra isə onu hadisə yerinə aparmışlar. Müstəntiq şəkil çəkəcəkləri üçün əlini uzatmasını istəmişdir. O da həmin yeri tanımadığını bildirmişdir. O polislərə cinayət əməlini törətdiyi yerə aparmalarını söyləmişdir. Həmin kafenin müdürü onu tanıyır. Orada kamera görüntüləri də var. Onu yenidən avtomobilə mindirərək başqa yerə aparmışlar. Həmin yerdə ona dövlət hesabına təyin edilmiş vəkil də iştirak etmişdir. Vəkil şəkil çəkmək üçün əlini uzatmasını ona bildirmişdir. O da öz növbəsində həmin yeri tanımadığını bildirmişdir. Həmin yerin şəklini çəkmişlər və ağ kağız gətirərək ona qol çəkməsini istəmişlər. O da imza etməkdən imtina etmişdir. Bundan sonra onu Bakı İstintaq Təcridxanasına aparmışlar. Əlini isə 03 (üç) gün müvəqqəti saxlama yerində saxlamışlar. Müstəntiq Əlinin əlindən tutaraq ona nəsə yazdırmışdır. Onu da qeyd etmək zəruridir ki, Əli yazıb-oxumağı bacarmır. Sonuncu dəfə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayətini bildirmiş və quldurluq cinayəti törətmədiyini, müstəntiqin işini qərəzli apardığını söyləmişdir. Əhməd Qurbansoy onunla çox pis rəftar edərək onu təhqir edirmiş. Verilmiş ekspert rəylərində də zərərçəkmiş şəxsi vurmağı ilə bağlı əl izi yoxdur. O törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, Məhərrəmi Ceyhun vasitəsilə tanımışdır. Məhərrəm ona birlikdə fəhlə kimi işləməyi təklif etmiş və onunla münasibətləri bu şəkildə yaranmışdır. 15-20 gün keçdikdən sonra o, kafedə Məhərrəmlə rastlaşmışlar. Bir masada Məhərrəm dostları ilə, digərində isə Ceyhun oturmuşdur. Məhərrəm öz masasına onu dəvət etmişdir. Sonra Məhərrəm ona zəng edərək başqa bir məkana pivə içməyə dəvət etmişdir. Həmin yerdə o, Məhərrəm və Məhərrəmin qardaşı oğlu ilə birgə pivə içmişlər. Mahnı sifariş verilib və birgə oynamışlar. Daha sonra axşam saat 19-19:30 radələrində yenidən Ucar kafesinə gedərək yeyibiçmişlər. Lakin heç kəsin pulu olmadığı üçün hesabı öz boynuna götürmüşdür. Ucar kafesində o, Zərərçəkmiş şəxs, Əli və Ceyhun oturmuşlar. Lakin Ceyhun onlarla çox oturmamışdır. Xəyalə masada Məhərrəmin yanında oturmuşdur. Bir qədər söhbət etdikdən sonra Məhərrəmin kimliyi soruşulduqda dayısı olduğunu bildirmişdir. Xəyalə Ceyhuna zəng edərək onun da gəlməsini istəmişdir. Lakin Ceyhun gec olduğunu bildirərək gəlməmişdir. Xəyalə Məhərrəmin əlindən tutmuşdur. Belə ki, o hiss edirmiş ki, Xəyalənin məqsədi üzüyü almaq olmuşdur. Həmin vaxt onların hamısı içkili vəziyyətdə olmuşlar. Xəyalə üzüyə baxaraq onun sadə olduğunu bildirmişdir. Həmin vaxt masada o, Əli, Xəyalə və Məhərrəm olmuşdur. Məhərrəmin boynunda boyunbağı görməmişdir. Əgər elə bir şey olsaydı, o, üzüklə bərabər boyunbağını da götürərmiş. Xəyalənin Məhərrəmin boynundan boyunbağı götürdüyünü görməmişdir. Məhərrəmin qardaşı oğlunun adı Loğman olmuşdur. Loğman, çox sərxoş olduğu üçün onu taksiyə mindirərək yola salmışlar. O üzüyü də götürüb gedəndən bir qədər sonra Ceyhun ona zəng edərək tutulacağını bildirmişdir. Məhərrəmin üzüyü ona verməsində Əlinin hər hansı bir rolu olmamışdır. Hətta Əli də Məhərrəmin onun dayısı olduğuna inanmışdır. O, 07 iyul 2023-cü il tarixdə cəzaçəkmə müəssisəsindən çıxmışdır. Xəyaləni isə 02-03 avqust 2023-cü il tarixdə kafedən Ceyhun vasitəsilə tanımışdır. Onlar Ceyhunun ad günündə yeyib-içmişlər. Xəyalənin mobil nömrəsini bilmir. Xəyalənin təxminən 40-45 yaşı olar. Onunla hər hansı bir münasibəti olmamışdır. O kafedən uzaqlaşıb evə getmişdir. Həmin vaxt Xəyalə, Əli və Məhərrəm orada qalmışlar. Məlum hadisədən sonra Xəyalə ilə hər hansı bir əlaqəsi olmamışdır. Əli bazarda araba sürürmüş. Azadlığa çıxandan sonra onlar bir az Əli ilə birlikdə işləmişlər. Xəyalə onun üzüyü aparacağından şübhələnmişdir. O, Məhərrəmi vurmamışdır. Eyni zamanda, Əlinin də Məhərrəmi vurmasını görməmişdir. Məhərrəm Sabunçuda yaşadığına görə həyat yoldaşı Sabunçu RPİ-nin 12-ci polis bölməsinə şikayət etmişdir. Barəsində olan cinayət işinin Nizami rayon polis idarəsində istintaqının aparılmamasının səbəbini bilmir. O polislər tərəfindən 11 avqust 2023-cü il tarixdə saxlanılmışdır. Məlum hadisə 06 və ya 07 avqust 2023-cü il tarixdə baş vermişdir. Üzüyü satdıqdan sonra Biləsuvara getmişlər.Orada 2 gün qalmış, 09 avqust 2023-cü il tarixdə isə qayıtmışdır. Ona əməliyyat müvəkkili zəng etmiş, əməliyyat müvəkkilini tanıyıbtanımadığını soruşduqda o tanımadığını bildirmişdir. Əməliyyat müvəkkili, isə onu tanıdığını, köhnə dustaq olduğunu və törətdiyi cinayəti bildiyini söyləmişdir. Əməliyyat müvəkkili onu Məhərrəmlə barışdırmaq istədiyini, üzüyü qaytarmaq üçün isə vaxt veriləcəyini bildirmişdir. O da problem olmadığını və gələcəyini bildirmişdir. Məlum hadisə baş verən vaxt onun üzərində mobil telefon olmuşdur. Ceyhun da onların masasında əyləşmişdir. Lakin Ceyhun, ancaq pivə içirmiş. O, Sabunçuda körpünün altında olmamışdır. Onun istifadəsində olan mobil nömrələr ***-***-**-** və ***-***-**-** saylı olmuşdur. Məhərrəm üzüyü istəməyinin səbəbini soruşmamışdır. Məhərrəm üzüyü ona verərkən həmin üzüyün yadigar olduğunu və itirməməsini bildirmişdir. O isə salfet ilə onu barmağına taxmışdır. Xəyalə Məhərrəmin barmağından üzüyü çıxarmamışdır. Belə ki, Məhərrəmin əlindən tutaraq gülə-gülə “sadədir” demişdir. Üzüyü götürəndən təxminən 15- 20 dəqiqə sonra baş qarışan kimi o kafedən çıxmışdır. Ertəsi gün o Əliyə 2 dəfə zəng vurduqdan sonra Əli 3-cü dəfə dəstəyi götürmüş və ona dayının axşam onu üzüyə görə axtardığını bildirmişdir. Məhərrəm də üzükdən başqa hər hansı zinət əşyası görməmişdir. O, siqaret çəkmək adı ilə kafedən çıxmış və oradan da bazarın arxası ilə yaşadığı evə getmişdir. Həmin gün gecə saat 23:20 radələrində Məhərrəm ona zəng vurmuş, lakin o telefonu açmamışdır. Ucar kafesində olarkən o Əliyə zəng edib dəvət etmişdir. Azadlığa çıxdıqdan sonra Əli və Ceyhunu bazardan tanımış və həmin şəxslərlə münasibəti yaranmışdır. Onu 12-ci polis bölməsində Feruz adlı şəxs döymüşdür. Yolda tanımadığı şəxslərə kiməsə zəng vurmaq üçün yaxınlaşmamışdır. Nuranə adlı xanımı tanımır. Ona məxsus nömrə ***-***-**-** saylıdır. Ceyhun hadisəni görməmişdir. Hadisədən bir az əvvəl Ceyhunla danışmış və Ceyhun ona evdə olduğunu bildirmişdir. Əli ilə birlikdə qızılı satmağa gedən o olmuşdur. Onun üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün üzüyü Əlinin vəsiqəsi ilə satmışlar. Şahid3 evə o yola salmışdır. Şahid3 ikinci dəfə gedilən kafedə oturan zaman Təqsirləndirilən şəxs2 orada olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 2 aydır ki, həbsdən azad olunub, fərdi əməklə məşğul olub ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı 8-ci kilometr qəsəbəsində evə bazarlıq etmək üçün həmin ərazidə yerləşən bazara getmişdir. Orada tanıdığı “Ucar” adlı kafeyə daxil olub, tanışı olan Ceyhunla çay içib söhbət etməyə başlamışdır. Bu zaman kafedə Ceyhunun vasitəsi ilə və elə həmin kafeyə gəlib-getdiyi üçün həmin kafedən tanıdığı Zərərçəkmiş şəxs görmüşdür. Məhərrəm tanımadığı şəxslərlə əyləşib spirtli içki qəbul edirmiş. Onu öz masalarına dəvət etdiyi zaman işi olduğunu bildirərək sonuncularla əyləşməmişdir. O, həmin vaxt sonuncunun boyununda qızıl boyunbağı və barmağında gözəçarpan qızıl üzük görmüşdür. Pulu olmadığı üçün və Məhərrəmin də sərxoş olacağını düşündüyü üçün sonuncunun boyunbağısını və üzüyünü ələ keçirmək üçün tanışı Əliyə və nömrəsini xatırlamadığı “Xəyalə” adlı qadına zəng edib, sonuncuları kafeyə dəvət etmişdir. Əlinin gəlməsi üçün isə sonuncuya guya Rusiya FR-dan əmisinin gəlməsini və yeyib-içmək istədiklərini deyib həmin adla yeyib-içməyə dəvət etmişdir. Bundan sonra kafedən çıxıb yaşadığı fərdi evə gedib yenidən bazara geri qayıtmışdır. Bir qədər sonra o, Əli ilə görüşmüş və qeyd olunan kafeyə getmişlər. Onlar kafeyə girdikləri zaman Zərərçəkmiş şəxs bacısı oğlu dediyi şəxslə kafedə əyləşmişdir. O, Məhərrəmə olduğu həmin kafedə onlarla birlikdə yeyib-içə biləcəyini təklif etmiş və sonuncu razı olmuşdur. Onlar, Məhərrəm və sonuncunun bacısı oğlu olduğu dediyi şəxslə əyləşən zaman kafeyə gedib gələn onun çağırdığı heç bir anket məlumatlarını bilmədiyi həmin “Xəyalə” adlı qadın da gəlib yanlarında əyləşmişdir. O, yeyib içmək üçün pulunun olmamasını deyərkən Əli və Məhərrəm də pulunun olmamasını demişlər. Lakin Xəyalə özü öz pulu ilə bir ədəd “araq” almış və onlar birlikdə yeyib içməyə başlamışlar. Sonda 16 manat hesabı vermək lazım olsa da heç kim pul vermədiyindən kafeni işlədən tanıdığı İlqar kişiyə həmin 16 manatı ona borc kimi yazmasını demiş və onlar birlikdə kafedən çıxıb taksi ilə yenidən yeyibiçmək üçün Bakıxanov qəsəbəsinə gəlmişlər. Lakin həmin vaxt Məhərrəmin bacısı oğlu Loğman getmək istəmədiyini demiş və taksi ilə elə həmin kafedən evlərinə çıxıb getmişdir. Onlar isə Bakıxanov qəsəbəsinə gəlmiş və taksinin pulunu “Xəyalə” vermişdir. Daha sonra oradan Sabunçu qəsəbəsi istiqamətinə getmək üçün digər taksiyə əyləşmişlər. Məhərrəm, Xəyalə və Əli ilə birlikdə taksidə gedərkən Əliyə və Xəyaləyə Məhərrəmin üzüyünü və boyunbağısını sonuncunu döyərək ala biləcəklərini demiş və onlar Məhərrəmin sərxoş olduğu və bunun asan olacağını, onların üç nəfər, Məhərrəmin isə tək olmasını düşündükləri üçün razılaşmışlar. Onlar üçü taksidə arxa oturacaqda əyləşmiş və Məhərrəm ön oturacaqda olmuşdur. Sabunçu qəsəbəsində olarkən Əli Məhərrəm ilə söz mübahisəsi yaratmış və onlar yaratdıqları bu fürsətdən istifadə edib, taksini saxlatdırmışlar. O, dərhal taksidən enib, Məhərrəmin oturduğu qapını açaraq sonuncunu qolundan tutub yerə düşürmüş və Əli ilə Xəyaləyə isə “nə gözləyirsiz, düşün da” deyə qışqırmışdır. Sonuncular da taksidən düşən kimi taksi sürücüsü avtomobili idarə edib çıxıb getmiş və o, yumruqla Məhərrəmin baş nahiyəsindən bir dəfə vuran kimi, sonuncu yerə oturmuş və dərhal da o, Məhərrəmin barmağındakı qızıl üzüyü dartıb çıxaran zaman Əli də yerdə oturmuş vəziyyətdə olan Məhərrəmə yaxınlaşaraq sonuncunun əvvəldən yaralı olan əlindən və ya qarın hissəsindən təpiklə vurmuşdur. Bu zaman Xəyalə cəld Məhərrəmin boynundakı qızıl boyunbağını dartıb qoparmış və onlar üçü də birlikdə əks istiqamətdə qaçıb oradan uzaqlaşmışlar. 8 km bazarına kimi gəlmiş və orada Xəyalə onlardan aralaşıb yol kənarındakı taksiyə minib çıxıb getmişdir. Xəyalə götürdükləri Məhərrəmin üzüyünün ola bilər ki qızıl olmamasını demişdir. Əli ilə o, evlərinə getmiş və səhəri gün Əli ilə birlikdə Memar Əcəmi metrostansiyası yaxınlığında olan Lanbarda gedib, həmin qızıl üzüyün guya Əliyə məxsus olmasını deyib öz şəxsiyyət vəsiqəsi ilə 420 manata satmış və pulunu da öz şəxsi ehtiyaclarına və yeyib içməyə xərcləmişlər. (cild 1, iş vərəqə 163-165) Məhkəmə iclasında ifadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs1 verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o ibtidai istintaqda bu formada ifadə verməmişdir. Sonuncu dəfə Ucar kafesindən çıxandan sonra birlikdə taksiyə minməmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o bazarda araba sürürmüş, Xəyalı da oradan tanımışdır. Xəyal ona zəng edərək onu yeyib-içməyə dəvət etmişdir. Daha sonra Xəyal, Zərərçəkmiş şəxs üzüyünü barmağına taxmış və getmişdir. O Xəyalı nə qədər gözləmiş, ona zəng etmiş, lakin Xəyal onun telefonuna cavab verməmişdir. O da evə getmişdir. Daha sonra Xəyal ona zəng edərək dayısının üzüyünü satmaq üçün şəxsiyyət vəsiqəsi istəmişdir. O zərərçəkən şəxsi tanımır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, o Elnur vasitəsilə Xəyalı tanımışdır. O Xəyalı təxminən 20 gün qabaq tanımışdır. O elə bilmişdir ki, zərərçəkmiş şəxs Xəyalın dayısıdır. O Zərərçəkmiş şəxs yalnız üzüyünü görmüşdür. Onların masasında xanım əyləşmiş, lakin o həmin xanımı tanımır. O, həmin kafeyə 1-2 dəfə getmiş, lakin həmin qızı kafedə görməmişdir. O, Zərərçəkmiş şəxs vurmamışdır. Eyni zamanda, Xəyalənin də Məhərrəmi vurmasını və Xəyalənin Məhərrəmin üzərindən boyunbağı götürdüyünü görməmişdir. Ona polis bölməsində fiziki təsir və təzyiq göstərilmişdir. O, Zərərçəkmiş şəxs üzüyü Xəyaləyə verdiyini görmüşdür. Xəyal həbsdən təzə çıxdığı üçün onun şəxsiyyət vəsiqəsi olmamışdır. Hadisənin baş vermə tarixini dəqiq xatırlamır. O evdə olmuşdur. Xəyal ona zəng edərək dayısının Rusiyadan gəldiyini bildirərək yeyib-içməyə çağırmışdır. Həmin vaxt təxminən gecə saat 1-ə işləmiş olarmış. O kafeyə gələndə artıq Xəyal və Məhərrəm kafedə olmuşdur. Xəyalə isə sonradan gəlmişdir. Məhərrəm Xəyala üzüyün böyük olduğunu bildirsə də, sonradan üzüyü Xəyala vermişdir. Xəyal üzüyü barmağına taxmış və siqaret çəkmək adı ilə çölə çıxmışdır. O kafedən gedəndə Məhərrəm orada qalmışdır. O “Stansiya Razində” pivə içməyə getməmişdir. Üzüyü satandan sonra Xəyalla oturub yeyib-içmişlər. O Xəyalla birlikdə “Asan xidmətə” getmişdir. Asan xidmətdə onu və Xəyalı polislər tutmuşdur. Xəyalla onu biryerdə 3-4 nəfər polis əməkdaşları döyürmüş. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 8 km bazarında “araba sürməklə” və fəhləlik etməklə məşğul olub ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evdə olan zaman bazarda onun kimi işləyən tanışı Xəyal zəng edib, Rusiya FR-dan dayısının gəlməsini, birlikdə yeyib-içəcəklərini deyib, onu kafeyə çağırmışdır. O, kafeyə gedərkən Xəyalın 2 nəfər, Loğman və Məhərrəmlə əyləşməsini görmüşdür. O da masaya əyləşmiş və bir qədər sonra Loğman çox miqdar spirtli içki qəbul etdiyi üçün Xəyal taksi ilə sonuncunu evinə yola salmışdır. Onlar masada əyləşən zaman kafeyə gedib gələn adını Xəyalə kimi bildiyi qadın da kafeyə gəlib onların yanlarında əyləşmişdir. Onların pulu olmadığı üçün Xəyalə ona 10 manat pul vermiş və o, gedib “araq” alıb gəlmişdir. Onlar yeyib içdikdən sonra kafeyə olan pulu ödəyə bilməmiş və Xəyal kafe işlədən şəxsə həmin hesabı ona borc kimi yazmağı bildirmiş və onlar kafedən çıxıb taksi ilə Bakıxanov qəsəbəsinə gəlmişlər. O, yeyib içərkən Məhərrəmin Xəyalın dayısı olmadığını bilmiş və gizlin şəkildə bunu Xəyala deyərkən, sonuncu Məhərrəmin qızıl üzük və boyunbağısını götürəcəklərini, səbrli olmağını, pul qazanacaqlarını demişdir. O da razılaşmış və bir söz deməmişdir. Orada taksi ilə Bakıxanov qəsəbəsinə gəlmiş və orada kafe bağlandığı üçün yenidən taksi ilə başqa kafeyə getmək üçün yola düşmüşlər. Taksidə Məhərrəm öndə oturmuş, o, Xəyal və Xəyalə isə arxa hissədə oturmuşlar. X14 və ona bildirmişdir ki, taksini saxladacaq və Məhərrəmi düşürərək sonuncunu döyüb, qızıllarını götürəcək. Onlar isə sonuncuya kömək edəcəklər. O və Xəyalə Xəyalla razılaşmış və yolda o, Məhərrəmlə söz mübahisəsi etməyə başayan kimi Sabunçu qəsəbəsində, yol kənarında Xəyal taksini saxlatdırmışdır. Xəyal dərhal taksidən enib, Məhərrəmin əyləşdiyi qapını açmış və onlara da qışqıraraq “nə gözləyirsiniz, düşün da” deyə hirslənmişdir. Taksi sürücüsünə isə çıxıb getməsini, başının ağrıyacağını bildirmişdir. Xəyalə ilə o da düşmüş və bu zaman Xəyal yumruqla Məhərrəmin baş nahiyəsində bir dəfə vurmuşdur. Məhərrəm yerə yıxılan zaman o da sonuncunun əvvəldən yaralı olan sarğılı əlindən və ya qarın nahisəsində bir dəfə təpiklə vurmuşdur. Bu zaman artıq Xəyal Məhərrəmin barmağından üzüyü çıxarmış və o, Məhərrəmi vurarkən Xəyalə də sonuncunun boyunbağısını dartıb qopararaq üçlükdə oradan qaçıb getmişlər. Xəyalə də onlarla birlikdə qaçıb getmişdir. 8 km bazarına kimi gəlmiş və orada Xəyalə onlardan aralaşıb taksiyə minib çıxıb getmişdir. Xəyalə Məhərrəmin üzüyünü ola bilər ki qızıl olmamasını demişdir. Xəyal ilə o evlərinə getmiş və səhəri günü Xəyal ilə birlikdə Memar Əcəmi metro stansiyası yaxınlığında olan Lanbarda gedib, həmin qızıl üzüyün guya ona məxsus olmasını deyib öz şəxsiyyət vəsiqəsi ilə 420 manata satmış və pulunu da öz şəxsi ehtiyaclarına və yeyib içməyə xərcləmişlər. (cild 1, iş vərəqə 176-178) Məhkəmə iclasında ifadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs2 verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o Xəyalla birgə taksidə getməmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında özünü qismən təqsirli bildiyindən və digər Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında özünü təqsirli bilmədiyindən inkaredici ifadə vermişlər və bu səbəbdən də onların məhkəmə istintaqında vermiş olduqları ifadələri ilə ibtidai istintaq zamanı vermiş olduqları ifadələri arasında əhəmiyyətli ziddiyyət olduğundan onların ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan edilməklə tədqiq edilmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlara, o cümlədən təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda verdikləri ifadələrə, zərərçəkmiş şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, habelə cinayət işinin materiallarında olan digər çoxlu sayda sübutlara məcmu halda məhkəmə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdirlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirərək, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə aidiyyətlərinin olmaması, zərərçəkmiş şəxsə qarşı cinayət törətməmələri ilə bağlı hissədə verdikləri ifadələri məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 belə məzmunda ifadə verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o 8-ci kilometrə getmişdir. Daha sonra Əli və Xəyal oraya gələrək çay içmişlər. Xəyal və Əli onun bacısı oğlu ilə nəsə danışmışlar və bacısı getmişdir. Bundan sonra onlar Razinə getmişlər. Bir xanım yanlarına gəlmiş və oradan da taksiyə minərək 8-ci kilometrə getmişlər. Xəyal ona yumruq vuraraq üzüyü barmağından çıxarmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, Xəyal və Əlinin məhkəmədə danışdıqları yalandır. O, Xəyalı uzun müddətdir ki, tanıyırmış. O ev ustasıdır. Xəyal onun yanında işləməmişdir. O Xəyal və Əli ilə birlikdə yeyibiçməmişdir. Özü tək yemək yeyirmiş. Kafedə işləyən qadın ona demişdir ki, “Əlinin üzüyü və boynundakı sepi” gedəcək. O da “kim aparacaqki onları?” deyə soruşmuşdur. Bundan sonra onlar Razinə getmişlər. Həmin qadının adını bilmir. O “Ucar” kafesindən Razinə ayrı maşında gəlmişdir. Onlar Razində ikimərtəbəli kafedə oturmuşlar. Kafedə o, bir xanım, Məhəmmədin oğlu və Xəyal oturmuş, Əli isə sonradan gəlmişdir. O içki içmişdir. O onlarla oturan xanımı tanımamış, həmin xanımla hər hansı əlaqəsi olmamışdır. Razindən hansı şəkildə qayıtdıqlarını xatırlamır. Ancaq onu deyə bilər ki, o maşında qabaqda əyləşmişdir. Avtomobildə o, xanım, Əli və Xəyal olmuşdur. Körpünü keçən kimi maşını saxlatmışlar. Xəyal yumruq, Əli isə təpik vuraraq onu soymuşlar. Ona boyunbağı və üzüyə görə 2800 (iki min səkkiz yüz) manat məbləğində ziyan dəymiş və həmin ziyan təqsirləndirilən şəxslər tərəfindən ona ödənilməmişdir. O Xəyal və Əliyə demişdir ki, dəymiş ziyanın 1000 (bir min) manatını ödəsinlər, qalanı halal xoşları olsun. Taksidə Əli ilə getməmişdən qabaq Razində kafedə Əli ilə yeyib-içmişlər. “Ucar” kafesində gün batandan sonra 3 nəfər oturmuşlar. Onlar yemək və araq sifariş etmişlər. Xəyalın orada olub-olmadığını xatırlamır. Kafenin sahibi Ceyhun adlı şəxs orada olmuş və onları görürmüş. Həmin kafedə təxminən 02 (iki) saat oturmuşlar və Razinə getmişlər. Lakin Razindəki kafedə yeməmişlər, ancaq içki içmişlər. Həmin vaxt üstündə mobil telefon olmuşdur. İstifadəsində olan mobil nömrə ***-***-**-** saylıdır. Razindəki kafedə Əli, Xəyal, bir xanım və o əyləşmişdir. Taksi sürücüsü maşını sürüb getmişdir. İbtidai istintaq zamanı verdiyi ifadə müstəntiq tərəfindən ona oxunmuşdur. Həyat yoldaşı polisə zəng vuraraq üzük və boyunbağı barəsində məlumat vermişdir. Həyat yoldaşı X3r. O, “Ucar” kafesində Xəyal və Əli ilə yeyibiçməmişdir. Avtomobili saxlatmışlar. Xəyal maşında ona yumruq vurmuş, sonra yaxınlaşıb avtomobilin qapısını açmışlar və onu çölə çıxarmışlar. Əli də təpik vurmuşdur. Daha sonra onun ürəyi getmişdir. Bundan sonra baş verənləri xatırlamır. Hazırda təqsirləndirilən şəxslərlə barışmamış, onlardan şikayətçidir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində bacısı oğlu Şahid3 və qonşusu Alxan ilə birlikdə direl və laqondanı 8-ci kilometr bazarına aparmış və onları usta yanında qoyub geri qayıdan zaman ac olduqları üçün oturub yemək yemək barədə razılaşmışlar. Bazarda adının “Ucar” kafe kimi adlanan kafeyə daxil olmuş, orada yemək yeyərkən bir şüşə də araq qəbul etmişlər. Bu zaman bazardan tanıdığı Xəyal və həmin kafenin içərisindəki telefon aksesuarları satan Ceyhunun birlikdə çay içmələrini görmüşdür. Onlarla salamlaşıb yeməyə başlamışlar. Bir qədər sonra Xəyalın dostu, sonradan adının Əli olmasını və yenə Xəyalın tanışı olan, birinci dəfədir ki orada gördüyü Xəyalə adlı qadın kafeyə gəlmişlər. Alxan çıxıb getmiş və Xəyal sonuncularla birlikdə yeyib içməyi təklif edərkən o da razılaşmışdır. Onlarla yeyib içərkən Loğmanın masalarında olmadığını görmüşdür. Onun harada olmasını soruşan zaman Xəyal Loğmanın sərxoş olmasını və onu taksi ilə yola saldıqlarını demişdir. Bir qədər sonra Xəyal artıq havanın qaranlıqlaşmasını və Bakıxanov qəsəbəsinə gedib, orada pivə içmələrini bildirmişdir. O da razılaşmışdır. Hesabı Xəyal özü ödəyəcəyini bildirmiş və özünə borc yazdırıb oradan ayrılmışlar. Gecə saat 23 radələri olan zaman onlar Bakıxanov qəsəbəsinə gəlmiş və bir kafenin bağlı olmasını görüb, Sabunçu qəsəbəsinə getmək üçün Xəyal və ya Əli taksi sifariş etmişdir. Taksidə o, öndə oturmuşdur. Sonuncular isə arxada əyləşmişlər. Yolda Əli ilə o, sözlü mübahisə etmişlər. Xəyal isə taksini saxlatmış, onun oturduğu yerə gəlmiş və qapını açıb, qolundan tutaraq onu yerə düşürmüşdür. O, taksidən yerə düşəndə Xəyal Əli və Xəyaləyə “nə gözləyirsiniz, düşün siz də” deyə qışqırmış və onlar hamısı taksidən enmişlər. Xəyal onu düşürən kimi yumruqla baş nahiyəsinə bir dəfə zərbə vurmuşdur. O, yerə yıxılmış və bu zaman Xəyal barmağındakı qızıl üzüyü dartıb çıxarmışdır. Daha sonra Əli isə ona yerdə yıxılmış vəziyyətdə olarkən kəsilmiş və sarğılı olan əlindən təpiklə vurmuşdur. Bu zaman isə Xəyalə onun boynundakı qızıl boyunbağını dartıb qopararaq birlikdə oradan uzaqlaşmışlar. O isə piyada evə getmiş və səhəri gün həmin Ucar kafeyə gedib, Xəyalı axtarsa da tapmamış və daha sonra evə gələrkən arvadı bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və o da bu barədə polisə ərizə və izahatlar vermişdir. Qızıl üzüyün 1000 manat, qızıl boyunbağının isə 1800 manat qiyməti olmuşdur. Ona ümumilikdə 2800 manat maddi ziyan dəymişdir. (cild 1, iş vərəqə 121-122) Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suala cavab olaraq bildirdi ki, Xəyal onu özünə çəkən kimi maşından yıxılmış, daha sonra onu yumruqla vurmuşdur. Xəyalə onun boğazından boyunbağını dartmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təxminən 2023-cü ilin avqust ayında Sabunçu RPİ-dən ona zəng vuraraq bildirmişlər ki, hadisə baş verməzdən bir neçə saat əvvəl onun nömrəsi ilə 3-5 dəqiqə danışıq olmuşdur. O, ötən il bu vaxtlar “tap.az” saytında işlə bağlı vakansiya elan etmiş və həmin nömrəsini qeyd edilən sayta yerləşdirmişdir. Ona gələn zənglər də bu işlə bağlı olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, ***-***-**-** saylı mobil nömrəni hazırda istifadə etmir. Hadisə vaxtı nömrəni “whatsapp” proqramında istifadə edirmiş. Yerləşdirdiyi elan dərziliklə bağlı olmuşdur. Yolda tanımadığı şəxslərin ona yaxınlaşıb kiməsə zəng vurduğu olmamışdır. Polis İdarəsindən nömrəsinə sonu 60- 50 ilə bitən nömrədən zəng gəldiyini demişlər. Zəngin hansı tarixdə edildiyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə günü səhər saatlarında işlətdiyi mağazaya gedərkən kafenin qarşısından keçirmiş və orada Məhərrəmin tanımadığı şəxslərlə yemək yediyini görmüşdür. Daha sonra o öz mağazasına yollanmışdır. Günorta saatlarında Neftçilər metrostansiyası ərazisinə getmişdir. O qayıdanda artıq Məhərrəm kafedə olmamışdır. Daha sonra Məhərrəm yenə bir neçə şəxslə kafeyə gəlib yeyib-içirmişlər. Axşama yaxın təxminən saat 16-17 radələrində o evə yollanmaq üçün mağazasından çıxmışdır. Kafenin qarşısından keçərkən onlar Xəyalla rastlaşmışlar. Bu zaman Xəyal ona dayısının yanına gəldiyini demişdir. Daha sonra isə o evə getmişdir. Hadisə barədə isə səhəri gün xəbəri olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, hadisə günü kafedə olmamışdır. Xəyalı və Məhərrəmi kafedən tanıyır, onlarla münasibətləri normaldır. Əvvəllər Xəyalın quldurluqla məşğul olmasının şahidi olmamışdır. Məhərrəm onun yanına gələrək hadisə barədə danışmışdır. Məhərrəm ondan Xəyalın evini tanıyıb-tanımadığını soruşmuş, o da özünün tanımadığını, lakin onların əraziyə baxan sahə rəisinin biləcəyini demiş və birlikdə sahə rəisinin yanına getmişlər. Məhərrəmin dediyinə görə, Xəyal, Əli və Məhərrəm axşam birlikdə yeyib-içib, daha sonra kafedən bir yerdə çıxmışlar. Xəyal və Əli küçədə Məhərrəmi döyərək pulunu və qızıllarını almışlar. Pulun miqdarını və qızılın növünü soruşmamışdır. Səhər Məhərrəmin kimlərlə yeyib-içdiyini bilmir, səhv etmirsə, 3 nəfər olmuşlar. Xəyal kafeyə saat 16-17 radələrində gəlmişdir. Xəyal gələndə Məhərrəm kafedə olmuşdur. Kafedə işləyən Zəminə xanımı kafedən tanıyır. Zəminənin Məhərrəmə “Sənin üzüyünü aparacaqlar” deməsini eşitməmişdir. Kafe hazırda sökülmüşdür. Xəyal kafeyə gələrkən Əli yanında olmamışdır. Məhərrəmin üzüyünü görmüş, lakin boyunbağını görməmişdir. Məhərrəm ona Əli və Xəyalın onu döydüyünü demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, səhər saatlarında sonradan adını bildiyi Əli adlı şəxs işlədiyi lombarda yaxınlaşaraq bir ədəd kişi üzüyü təqdim etmişdir. Əli həmin üzüyün şəxsi əşyası olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, üzüyün qiyməti 420 manat idi. 7 qramlıq kişi üzüyü idi. 2 nəfər yaxınlaşmışdır, biri Əli, digərini isə xatırlamır. Üzüyün oğurluq və ya quldurluq yolu ilə ələ keçirilməsindən xəbəri olmamışdır. Lombard onun atasının olmuşdur. Həmin vaxt atası da lombardda olmuşdur. Qızılı götürüb pulu verəndə alqı-satqı kitabında qeydiyyat aparılmışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan 5 küçəsində yerləşən atasının icarəyə işlətdiyi lombardda rəsmi satıcı vəzifəsində çalışır. Orada hər gün işləmir. Hərdən bir lombarda gedib, atasına kömək edir. Orada mağazaya gətirilən qızılları qəbul edib, qiymət müəyyən edib, razılıq olarsa onu alır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində sonradan adının Xəyal və Təqsirləndirilən şəxs2 olmasını bildiyi iki şəxs lombarda gəlmişdir. Onlardan Təqsirləndirilən şəxs2 bir ədəd üzərində kiçik ağ rəngli qaşları olan kişi üzüyünü ona verib, satmaq istədiyini demişdir. O da üzüyü götürüb elektron tərəzidə çəkmiş və 7 qram olmasına görə onu 420 manat pula qəbul edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs2 razılaşmış və o, sonuncunun şəxsiyyət vəsiqəsini götürüb, lombardın alqı-satqı kitabında onun vəsiqəsinin nömrəsini və Təqsirləndirilən şəxs2 adını yazdıqdan sonra sonuncu həmin kitabda müvafiq yerdə imza etdikdən sonra o, sonuncuya 420 manat pulu vermişdir və onlar çıxıb mağazadan getmişlər. Bundan 1-2 saat sonra lombarda adını bilmədiyi zərgər gəlmiş və o, da həmin üzüyü “lom” qiymətinə, yəni əridilməsi üçün 423 manat pula sonuncuya satmışdır. Həmin şəxs də üzüyü götürüb getmişdir. Lombarda tez-tez üzdən tanıdığı zərgərlər gəlir. Lakin sonuncuların adını bilmir. Çünki hər gün bir neçə dəfə müxtəlif zərgərlər gəlir və bazar qiymətinə uyğun qızılı varsa alıb gedir. Buna görə də həmin zərgərin adını və digər anket məlumatlarını bilmir. (cild 1, iş vərəqə 138-139) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, dayısı ilə birlikdə kafedə oturmuşlar. O, içkili olduğu üçün dayısı onu evə yola salmışdır. Üstündən biraz vaxt keçəndən sonra dayısı evə gəlmişdir. Dayısı evə gələn zaman o yatmışdır. Dayısının vəziyyəti pis imiş. O, dayısından nə baş verdiyini soruşanda dayısı ona Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və bir nəfər xanımın onun üzük və boyunbağısını oğurladıqlarını demişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, Zərərçəkmiş şəxs onun doğma dayısıdır. Kafeyə getmələrinin səbəbi işdən sonra yemək yeməkləri olmuşdur. O Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımamışdır. O dayısının üzük və boyunbağısını görmüşdür. Belə ki, həmin üzük və boyunbağı illərdir onun dayısındadır. O, təxminən 40 dəqiqə oturub yeyib-içmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 də yanlarında olmuşdur. Daha sonra dayısı ilə o kafeni dəyişmişdir. Həmin kafe də 8-ci mkr-da yerləşirmiş. Daha sonra Təqsirləndirilən şəxs1 onu evə yola salmışdır. Hadisə barədə dayısı ona demişdir ki, yanındakı yoldaşlar onu döyüb üzük və boyunbağısını oğurlamışlar. Onlar kafeni dəyişəndə digər kafeyə o, dayısı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və bir lal oğlan getmişlər. Onlar birinci "Ucar" kafesində olmuşlar. Onların ikinci getdikləri ikimərtəbəli kafe də 8-ci mkr ərazisində olmuşdur. Həmin kafenin adını xatırlamır. İkinci dəfə getdikləri kafe məhlələrarası yerdə olmuşdur. O, Ceyhunu tanıyır. Ceyhun onlarla birlikdə biraz oturmuş, daha sonra isə çıxıb getmişdir. Həmin gün dayısı qısaqol köynək geyinmişdir. Dayısının boyunbağı və üzüyünü açıq-aşkar görmək mümkün olurmuş. Dayısının boyunbağısı qalın olmuşdur, lakin onun neçə qram olduğunu bilmir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlarla birlikdə stolda oturmuşlar. Lakin onlar ayrı-ayrılıqda gəlmişlər. O dayısı ilə birlikdə Sabunçu rayonu ərazisində yaşamışdır. Dayısı evə gecə saat 12 radələrində gəlmişdir. Dayısının bədənində xəsarət olub-olmamasına baxmamışdır. Xəyalın dayısından üzüyü istədiyini eşitməmişdir. Dayısının üzündə heç bir xəsarət olmamış, yalnız əli bir az qanamışdır. İkinci kafedə onlar Əli ilə birlikdə oturmuşlar. "Ucar" kafesində birinci dayısı ilə o oturmuş, daha sonra Təqsirləndirilən şəxs1, bir az sonra da Xəyal Mirzəyevin dostu Ceyhun gəlmişdir. Təqsirləndirilən şəxs2 "Ucar" kafesində olmamışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Məhərrəmlə və dayısının qonşusu Alxan ilə birlikdə direl və laqondanı 8-ci kilometr bazarına aparmış və onları usta yanına qoyub geri qayıdan zaman ac olduqları üçün oturub yemək barədə razılaşmışlar. Bazarda adının “Ucar” kafe kimi adlanan kafeyə daxil olmuş, orada yemək yeyərkən bir şüşə də araq qəbul etmişlər. Bu zaman dayısının bazardan tanıdığı Xəyal və həmin kafenin içərisindəki telefon aksesuarları satan Ceyhunun birlikdə çay içmələrini görmüşlər. Sonuncularla salamlaşıb yeməyə başlamışlar. Bir qədər sonra Xəyalın dostu, sonradan adının Əli olmasını və yenə Xəyalın tanışı olan, birinci dəfə idi ki orada gördüyü “Xəyalə” adlı qadın kafeyə gəlmişlər. Alxan tez sərxoş olduğu üçün çıxıb getmiş və Xəyal onlara birlikdə yeyib içməyi təklif edərkən onlar da razılaşmışlar. Onlarla yeyib içərkən onun vəziyyəti pisləşmiş və sərxoşluqdan dayana bilməyib kafedən çölə çıxmışdır. Xəyal İsə dəqiq xatırlamadığı taksi ilə onu evə yola salmışdır. Bundan sonrakı gün Xəyal və tanışlarının dayısını döyərək qızıl üzük və boyunbağını götürmələrini öyrənmişdir. (cild 1, iş vərəqə 198-199) Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə sualla cavab olaraq bildirdi ki, ikinci getdikləri kafeni Təqsirləndirilən şəxs1 seçmişdir. İkinci kafeyə gedəndə o artıq sərxoş olmuşdur. İkinci getdikləri kafe "Ucar" kafesindən maşınla təxminən 10 dəqiqəlik məsafədə yerləşmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 12 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülmüşdür. (cild 1, iş vərəqə 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, nömrəsiz fərdi evdə yaşayan Hacıyev X6 RPİ-nin 12-ci PŞ-nə ərizə ilə müraciət edərək, Xəyal adlı şəxsin onu döyərək qızıl boyunbağısını və qızıl üzüyünü oğurladığı barədə məlumat vermişdir. (cild 1, iş vərəqə 3). 09 avqust 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşir. (cild 1, iş vərəqə 6-8) Məhkəmə-tibb ekspertizasının 12 avqust 2023-cü il tarixli 1930 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs alın nahiyəsinin qançırı və sol əldə çapıqlaşmaqda olan yaranın ikincili zədələnməsi müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Xəsarətlərdən sol əldə olan yaranın ikincili zədələnməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, alın nahiyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (cild 1, iş vərəqə 20-21) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 12 avqust 2023-cü il tarixdə, saat 20:12-də Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 27, 35) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 12 avqust 2023-cü il tarixdə, saat 22:15-də Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 27, 35) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 71-72) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 87-88) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 avqust 2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 103- 108) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 avqust 2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 109- 114) Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vərəqə 115) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Nəsimi rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib barəsində CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 177.3.3 və 326.2-ci maddələri ilə təqsirli bilinib barəsində CM-nin 66.3, 67.1-ci maddələri tətbiq edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 10 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xatai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanun tətbiq edilməklə əməli Azərbaycan Respublikası CMl-nin 177.3.3-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilərək cinayət işinin icraatına xitam verilmiş, CM-nin 234.1 və 326.2-ci maddələrinə əsasən isə təyin edilmiş cəza 2 il 3 aya endirilərək azad edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.2, 185.1-ci maddələri ilə təqsirli bilinib barəsində CM-nin 66.2ci maddəsi tətbiq edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixli Qanun tətbiq edilərək hökmdən 185.1-ci maddəsi xaric edilməklə cəzası 05 il 04 ay müddətinə endirilmiş, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. (cild 1, iş vərəqə 130-132) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 3-16-17/24/2-564/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə cəza müddətinin sonu ilə azad olunmuşdur. DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 200 saat ictimai işlər cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə cəzasını tam çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. (cild 1, iş vərəqə 133-134) 23 avqust 2023-cü il tarixli «götürmə keçirilməsi haqqında» qərar və protokoldan görünür ki, iş üçün əhəmiyyətli olan Şahid1 ələ keçirilmiş qızıl üzük satılarkən lombardın kitabında yazılmış qeydlərin sürəti götürülmüşdür. (cild 1, iş vərəqə 140-142) 23 avqust 2023-cü il tarixli «sənədlərə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Şahid1 istintaqa təqdim etdiyi sənədlərin sürətinə baxış keçirilərkən Alqı-satqı qəbzinin xx.xx.2023-cü il tarixli olması, qəbzdə müvafiq yerdə “Təqsirləndirilən şəxs2, AA******* və xxxxxxx” yazılması, , malın adının “ölçü vahidi 7,00, sayı 1, alış qiyməti 429 m” yazılması və imza hissəsində Təqsirləndirilən şəxs2 imzasının olması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 143) İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsində qeyd olunanları hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 148-150) İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsində qeyd olunanları hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 151-153) Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsindən həmin Məcəllənin 181.2.1-ci maddəsinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 154) Təqsirləndirilən şəxs qismində yenidən cəlb etmə haqqında 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, işvrəqə 155-156) Təqsirləndirilən şəxs qismində yenidən cəlb etmə haqqında 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, işvrəqə 169-170) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 01 (bir) ay müddətə uzadılmışdır. (cild 1, iş vərəqə 235-238) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 01 (bir) ay müddətə uzadılmışdır. (cild 1, iş vərəqə 239-242) 11 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 06 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmış, 06 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Şahid1 ələ keçirilmiş qızıl üzük satılarkən lombardın kitabında yazılmış qeydlərin sürəti maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, ********* saylı cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan “Xəyalə” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə yeni cinayət işi ayrılmışdır.(cild 1, iş vərəqə 243-250) Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 11 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan “Xəyalə” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə yeni cinayət işi ayrılmışdır. (cild 1, iş vəəqə 251-252) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxslərə onların əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində imkan yaradılmış, təqsirləndirilən şəxslər və müdafiəçilər ayrı-ayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirmişlər, habelə məhkəmə istintaqında təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verməmişdən əvvəl təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir-birilərini tanımışlar və onların arasında dostluq münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, “Xəyalə” adlı şəxs və Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, 8 km bazarında “Ucar” adlı kafedə yeyib-içdikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və “Xəyalə” adlı şəxs birlikdə Zərərçəkmiş şəxs məxsus qızıl üzük və qızıl boyunbağını zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək ələ keçirməklə cinayət törətmək barədə qərara gəlmişlər. Bu hissədə qeyd edilməlidir ki, cinayət törətmək barədə təşəbbüs Təqsirləndirilən şəxs1 gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 “Ucar” adlı kafeyə daxil olub, tanışı olan Ceyhunla çay içib söhbət edən zaman kafedə Zərərçəkmiş şəxs və sonuncunun boynunda qızıl boyunbağı və barmağında qızıl üzük görmüş, sonuncunun boyunbağısını və üzüyünü ələ keçirmək qərarına gəlmiş, daha sonra onda formalaşmış cinayətkar niyyəti barədə tanışı Əli və nömrəsini xatırlamadığı “Xəyalə” adlı qadına zəng edərək bildirmiş, sonuncular da Təqsirləndirilən şəxs1lə razılaşmışlar. Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 və “Xəyalə” adlı şəxsin Zərərçəkmiş şəxs qarşı cinayətin törədilməsi ilə bağlı razılaşmaları məhz onlar (təqsirləndirilən şəxslər) Bakı şəhəri, Nizami rayonu, 8 km bazarında “Ucar” adlı kafedə yeyib-içdikdən sonra baş tutmuşdur. Məhz ona görə həmin kafedə yeyib-içdikdən sonra aralarında olan cinayətkar razılığa əsasən taksi ilə ünvan 1 ünvanına gəlib, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə mübahisə edərkən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs baş nahiyyəsindən bir dəfə yumruqla vurub, ona sağlamlığla zərər vurmayan alın nahiyəsinin qançırı xəsarətini yetirib, barmağında olan qızıl üzüyü, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs sol əlindən təpiklə vurub, sağlamlığa yüngül zərər vurmaya aid sol əldə olan yaranın ikincili zədələnməsi xəsarətini yetirərkən “Xəyalə” adlı qadın boynundakı qızıl boyunbağını zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib dartıb alaraq, talamaqla Zərərçəkmiş şəxs 2800 manat maddi ziyan vurmaqla quldurluq etmişlər. Bununla da qeyd edilən epizod üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə quldurluq etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı verilən ittihamı mübahisələndirərək qeyd etmişdir ki, o zərərçəkmiş şəxsə qarşı quldurluq etməmiş, sonuncuya hər hansı xəsarət yetirməmiş, həmçinin Təqsirləndirilən şəxs2 də zərərçəkmiş şəxsə hər hansı xəsarət yetirməmişdir. Belə ki, 08 avqust 2023-cü il tarixdə o, Əli, Məhərrəm, Ceyhun və Xəyalə adlı şəxslə kafedə yeyib içən zaman Məhərrəmin barmağındakı üzüyü görmüş və həmin üzüyü taxmaq istədiyini Məhərrəmə bildirmiş, sonuncu üzüyün barmağına böyük olduğu üçün itirə biləcəyini söyləyərək verməmiş, bir az vaxt keçdikdən sonra yenidən Məhərrəmdən üzüyü istəmiş və Məhərrəm üzüyü ona vermişdir. Baş qarışandan sonra o kafedən uzaqlaşmışdır. Həmin vaxt Məhərrəmin boynunda boyunbağı olmamışdır. Ertəsi gün Əliyə zəng etmiş və Əliyə şəxsiyyət vəsiqəsi olmadığı üçün sonuncunun vəsiqəsi ilə üzüyü satmağı təklif etmişdir. Onlar üzüyü 426 manata satmış, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmiş, 11 avqust 2023-cü il tarixdə Əli ilə birikdə polis əməkdaşları tərəfindən saxlanılmış və polis bölməsinə gətirilmişlər. Həmçinin məhkəmə istintaqı zamanı digər Təqsirləndirilən şəxs2 ona qarşı verilən ittihamı mübahisələndirərək qeyd etmişdir ki, o zərərçəkmiş şəxsə qarşı quldurluq etməmiş, sonuncunu vurmamış və hər hansı xəsarət yetirməmiş, həmçinin, Təqsirləndirilən şəxs1 də zərərçəkmiş şəxsə hər hansı xəsarət yetirməmişdir. Belə ki, tanışı Xəyal ona zəng edərək yeyib-içməyə dəvət etmiş, o, Xəyal, Məhərrəm, Ceyhun və Xəyalə adlı şəxslə kafedə yeyib içən zaman Xəyal Məhərrəmi ona öz dayısı kimi təqdim etmiş, Xəyal Məhərrəmin üzüyünü görüb, həmin üzüyü taxmaq istədiyini Məhərrəmə demiş, Məhərrəm isə Xəyala üzüyün böyük olduğunu bildirsə də, sonradan üzüyü Xəyala vermişdir. Xəyal üzüyü barmağına taxmış və siqaret çəkmək adı ilə çölə çıxmışdır. O Xəyalı gözləsə də, sonuncu kafeyə qayıtmamışdır. Ona görə də o öz yaşadığı evinə getmişdir. Ertəsi gün Xəyal ona zəng edərək dayısının üzüyünü satmaq üçün şəxsiyyət vəsiqəsi istəmiş, bu zaman o Xəyalla razılaşaraq ona məxsus şəxsiyyət vəsiqəsi ilə üzüyü sataraq həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişlər. 11 avqust 2023-cü il tarixdə Əli ilə birikdə polis əməkdaşları tərəfindən saxlanılmış və polis bölməsinə gətirilmişlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iddia etdiyi dəlillərlə razılaşmır və hesab edir ki, onlar, məhkəmə istintaqında belə məzmunda ifadə verməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşlər. Belə ki, 09 avqust 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşir. Bundan başqa ifadənin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş fotoşəkillər məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərini əyani olaraq hadisə yerində göstərməklə təsdiq etmişlər. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduqları ifadələr məhkəmə istintaqında elan edilərək tədqiq edilmiş və müəyən edilmişdir ki, ibtidai istintaq zamanı hər iki təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətmələrini etiraf etmişlər. Onu da qeyd etmək zəruridir ki, məhkəmə-tibbi ekspertizasının 12 avqust 2023-cü il tarixli 1930 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs alın nahiyəsinin qançırı və sol əldə çapıqlaşmaqda olan yaranın ikincili zədələnməsi müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Xəsarətlərdən sol əldə olan yaranın ikincili zədələnməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, alın nahiyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Məhkəmə qeyd edir, təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda ifadələrində polis bölməsində olan zaman onlara fiziki zor tətbiq edildiyini, polis əməkdaşları tərəfindən döyülərək xəsarət aldıqlarını, məhz ibtidai istintaq zamanı etiraf edici ifadə vermələrini polis əməkdaşları tərəfindən döyülmələri ilə əlaqələndirmişlər. Təqsirləndirilən şəxslərin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxslər tutularkən onların müdafiə hüququ təmin edilərək müdafiəçilər ilə təmin edilmişlər, müdafiəçilərinin iştirakları ilə ifadə vermişlər və buna dair müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyriqanuni rəftara məruz qalıb-qalmamaları ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2- 1398/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayindən keçirlərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı xəsarət aşkar edilməmiş, hər iki said nahiyəsində, qarının ön divarında və boyunun sol nahiyəsində köhnə çapıqlar müşahidə olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərkən onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı xəsarət aşkar edilməmiş, boyun nahiyəsində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 49/2-8171/24 nömrəli məktubundan, məktuba əlavə edilmiş akt və tibbi müayinə kitabından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin MSY-nə gətirilən zaman bədənində xəsarət aşkar olunmamış, həmçinin, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin MSY-nə gətirilən zaman hər iki qollarında köhnə kəsik izləri olmuş, özünün deməsinə görə tutulmamışdan çox qabaqlar özü qollarını kəsib xəsarət yetirmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamı mübahisələndirərək özlərini təqsirli bilməmələrinə dair ifadələrini, zərərçəkmiş şəxsə qarşı quldurluq etmədiklərini, sonuncuya hər hansı xəsarət yetirmədiklərini, zərərçəkmiş şəxsə zor tətbiq etmədiklərini, onun barmağındakı qızıl üzük və boynundakı qızıl boyunbağını bu yolla almadıqlarını, həmçinin ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülmələri və fiziki və psixi təsir altında etirafedici ifadə vermələri barədə məhkəmə iclaslarında verdikləri bu kimi ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları, cinayət işinin materialları, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, “hadisə yerinə baxış protokolu”, “ifadənin yerində yoxlanılması haqqında” protokollar, ekspert rəyi və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən cinayət əməlini törətmələrinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin ibtidai araşdırmanın ilkin mərhələsində verdikləri ifadələrində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin özlərinin ifadələrini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdikləri ifadələrini), zərərçəkmiş şəxsin, şahidin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən digər sənədləri (məlumatları) də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə özgə əmlakını ələ keçirməyə yönəlsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslər təqsirli bilindikləri (ittiham olunduqları) Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxslərə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxslərin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.2, 185.1-ci maddələri ilə təqsirli bilinib barəsində CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixli Qanun tətbiq edilərək hökmdən 185.1-ci maddəsi xaric edilməklə cəzası 05 il 04 ay müddətinə endirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 3-16-17/24/2-564/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə cəza müddətinin sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 sonuncu dəfə az ağır cinayət törətməyə görə məhkum olunmuş və həmin cinayətə münasibətə qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinin tələblərinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 iş üzrə cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə tərfindən Təqsirləndirilən şəxs2 iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onların ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətlərin residivinin olmasını, digər Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 181.2.1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı real olaraq çəkməklə islah oluna bilərlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə azadlıqları faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmışlar, xx.xx.2023-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin həmin tarixli qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları ibtidai həbs müddəti onların cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkmələrinin əvvəli tutulduqları gündən, yəni 12 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, digər Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Şahid1 ələ keçirilmiş qızıl üzük satılarkən lombardın kitabında yazılmış qeydlərin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X10 üçün 438 (dörd yüz otuz səkkiz) manat məbləğində, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 438 (dörd yüz otuz səkkiz) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 ələ keçirilmiş qızıl üzük satılarkən lombardın kitabında yazılmış qeydlərin surəti cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X10 üçün 438 manat məbləğində, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 438 manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın, ekspertiza xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar