Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1093/2021 13.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Rahib Vaqif oğlu Salmanovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakı ilə 26 avqust 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri Xətai rayonu, Babək prospekti, ev 72, mənzil 7-də yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 9 yanvar 2021-ci il tarixdə saat 16 radələrində qəbul etdiyi spirtli içki və isintintaqa məlum olmayan mənbədən əldə etdiyi psixotrop maddə və narkotik vasitənin təsiri altında olmaqla sərxoş vəziyyətdə, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 124 A saylı binanın qarşısında yerləşən anbar kimi istifadə olunan tikilidə, əvəllər tanıdığı Zərərçəkmiş şəxs və qeyriləri ilə birlikdə yemək yeyib, spirtli içki qəbul etdikdən sonra sonuncunun onun ünvanına keçmiş arvadı X1 əslən Füzuli rayonundan olması ilə əlaqədar: «sən Füzulilərin çörəyini yeyirsən» deməsini bəhanə edərək, bu sözlərin özü üçün qəbul edilməz bir hal kimi hesab edib, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirib, ictimai qayda və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq və bunlara etinasızlıq göstərək istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində gəzdirdiyi kəsici-deşici aləti cibindən çıxarıb sağ əlində tutmaqla Zərərçəkmiş şəxs üzərinə gedərək sonuncunun qəbul etdiyi spirtli içkinin təsirindən orta dərəcəli sərxoş olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olmasından istifadə edib, xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə həmin kəsicideşici alətlə Zərərçəkmiş şəxs həyat üçün vacib olan orqanlarının yerləşdiyi döş qəfəsi və bədəninin digər nahiyyələrinə zərbələr endirməklə həm ayrı-ayrılqda, həm də ümumilikdə canlı şəxslərdə hayat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəli olan sol ağciyərin aşağı və sağ ağciyərin yuxarı paylarının ön səthlərinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ və sol yarısında daxilə nüfuz edən 2 ədəd deşilmiş-kəsilmiş yarası, canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, döş qəfəsinin arxa səthinin sağ yarısının daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası və canlı şəxslərdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən sağ qulaq seyvanının ön səthində sağ almacıq nahiyyəsində və sağ bazunun bayır səthində sıyrıqlar kimi xəsarətlər yetirməklə hər iki ağ ciyərin yuxarı payının zədələnməsi nəticəsində daxili və xarici massiv qanitirmə səbəbindən aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.9-cu maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməyə görə təqsirli bilərək ifadəsində göstərdi ki, 2012-ci ildən narkotik maddələr qəbul edir, onda narkotik vasitələrdən aslılıq yaranmışdır. Zərərçəkmiş şəxs təxminən 5 il əvvəl tanımışdır. Sonuncu ilə normal münasibətdə olmuşdur. İmran yaşadığı evin yaxınlığında qəssab işləmişdir. Sonuncu spirtli içkilərə meylli olmuş və içki qəbul edəndə ətrafdakılarla aqressiv davranmışdır. 2020-ci ilin yay aylarında arada bir qardaşı Ramilə məxsus avtomaşını götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Xatırlamadığı tarixdə İmran sərxoş vəziyyətdə yaxınlaşıb onu Naxçıvanski adına hərbi litseyə aparmasını xahiş etmişdir. İmrana qardaşından maşını götürdüyünə görə ona 15 manat pul verməli olduğunu demişdir. İmran ona həmin vaxt üstündə 10 manat pul olduğunu, 5 manatını isə sonradan qaytarcağını demiş və o, razılaşmışdır. İmranı dediyi ünvana aparıb gətirmişdir. Sonradan İmrandan bir neçə dəfə pulunu istəmiş, lakin sonuncu hər dəfə bir bəhanə gətirib borcunu qaytarmamışdır. Şahid1 da təxminən 5-6 ildir ki, tanıyır. Sonuncu ilə yaxın münasibəti olmuş, arada bir onunla oturub yeyib-içmişdir. Ələddin hərdən bir ona pul verib maddi cəhəddən kömək də etmişdir. 9 yanvar 2021-ci il tarixdə saat 14 radələrində Şahid1 məxsus Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 124 A ünvanda yerləşən anbara gəlmiş, bu zaman Ələddinin İmranla oturub yemək yeyib, spirtli içki qəbul etdiklərini görmüşdür. Sonuncular onu da dəvət stola dəvət etmiş, dəvəti qəbul edib masa arxasına keçib əyləşmiş, lakin həmin gün saat 17 radələrində avtomobili ilə işlərinin dalınca getməli olduğundan spirtli içiki qəbul etməmişdir. Bir qədər sonra qonşuluqda yaşayan adını bilmədiyi ağsaqqal kişi də anbara gəlmişdir. Həmin kişiyə başını qatmaq üçün nərd oynamağı təklif etmişdir. Az sonra yaxınlıqda yaşayan «İsi» ləqəbli 40-45 yaşında kişi də gəlib Ələddinə və İmrana qoşulub yeyib-içməyə başlamışdır. Bir qədər sonra onunla nərd oynayan ağsaqqal kişi onlarla sağollaşıb durub getmişdir. Bundan sonra o da yeyibiçənlərə qoşulmuşdir. Ələddin ona yenə də araq içməyi təklif etdikdə sonuncuya arağın az qaldığını bildirib içməmişdir. Bu zaman İsi ona araq almağa pulu olduğunu demişdir. İsiyə maşınla bir neçə yerə getməli olduğunu dedikdə, sonuncu onu taksi ilə yola salacağını bildirdiyindən araq içməyə razılaşmışdır. Bundan sonra İsi araq almağa getmiş, o, Ələddin və İmran ilə anbarda qalmışdır. Həmin vaxt İmran sərxoş vəziyyətdə olmuş, onlarla araq içmədiyinə görə ona iradını bildirmişdir. İmrana cavab verdikdə sonuncu ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. İmran və onun həyat yoldaşı Füzuli rayonundan olduqlarına və aralarında pul söhbəti olduğu üçün ona: «sən Füzulilərin çörəyini yeyirsən» demişdir. İçkili olduğuna görə İmranın sözlərinə əhəmiyyət verməmişdir. Bir qədər sonra İsi əlində balaca şüşə araq ilə qayıtmış və həmin arağı ona və özünə süzmüşdür. Bu zaman İmran yenidən onun ünvanına xoşagəlməz ifadələr işlətməyə başlamış, İmrana eyni qaydada da cavab qaytarmışdır. Bundan sonra İmran stolun üstündəki şüşə qabı qaldırıb onu vurmaq istəmiş, lakin, Ələddin İmranın əlindən qabı alıb, onu vurmasına imkan verməmişdir. İmran bundan əsəbləşib stoldan mətbəx bıçağı götürüb onu vurmağa cəhd etmişdir. Bu zaman o, əynindəki qara rəngli kurtkanın soli iç cibindən iki-üç il əvvəl alıb məişətdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyi bıçağı çıxardıb nümayiş etdirmişdir. Məqsədi İmrana onun da üstündə bıçaq olduğunu göstərib, onu çəkindirmək olmuşdur. Bu zaman İmran ona: «vurmasan ... kişi deyilsən» deyə nalayiq şəkildə təhqir etmişdir. Sonuncunun sözündən bərk əsəbləşib əlindəki bıçaqla İmranın üzərinə getmişdir. Bu zaman sonuncu yerindən qalxıb əlindəki bıçaqla bir də onu vurmağa cəhd etmişdir. Odur ki, anbarın giriş qapısına tərəf çəkilib, İmranın əlindəki bıçağın kəsən yerindən sol əli ilə tutub, sağ əlindəki bıçaq ilə İmranın döş qəfəsi nəhiyyəsinə iki dəfə zərbə endirmişdir. Bundan sonra Ələddin və İsi cəld araya girib onu İmrandan ayırmışdır. Bundan sonra İmran anbarın giriş qapısında yerə yıxılmışdır. Ələddinə təslim olmağa getdiyini deyib anbardan çıxıb yaşadığı evə getmişdir. Yolda üzərindəki bıçağı kolluğa atmışdır. Əynindəki paltarı dəyişəndən sonra evdəkilərlə sağollaşıb könüllü şəkildə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə gələrək təslim olmuşdur. Hadisədən sonra həyəcanlı olduğu üçün istifadə etdiyi bıçağı tulladığı yeri xatırlamır. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun doğma qardaşı olmuşdur. Adil bir neçə il əvvəl X7 ilə ailə qurmuş, həmin nikahdan iki övladı dünyaya gəlmişdir. İmran ailəsi ilə birlikdə Beyləqandan Bakı şəhərinə köçüb yaşamağa başlamışdır. Aradabir qardaşı ilə əlaqə saxlayıb hal-əhvalını soruşmuşdur. İmran Bakı şəhərində qəssab işləmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 9 yanvar 2021-ci il tarixdə İmranın öldürüldüyü barədə məlumat alıb, yaşadığı Beyləqan rayonundan Bakıya gəlmişdir. Bu zaman qardaşının Təqsirləndirilən şəxs tərəfindən aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla öldürüldüyü ona məlum olmuşdur. Təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımış, onların hər ikisi ilə normal münasibətdə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunduğu barədə eşitmişdir. Mərhum İmran isə əvvəllər qəssablıqla məşğul olmuş, son vaxtlar isə yaşadığı bina sakinlərinin xahişi ilə həyətdə təmizlik işləri görüb pul qazanmışdır. Kamil ilə İmranın əvvəllər mübahisə etməsinin şahidi olmamış və bu barədə eşitməmişdir. İmranla bir neçə dəfə yaşadığı binanın həyətində yerləşən Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən həyat yoldaşı X2 istifadəsinə verilmiş təsərrüfat anbarında yemək yeyib spirtli içki içmişdir. İmran ayıq vaxtı sakit, spirtli içki içdikdə isə əsəbi, emosional və davaya meyilli insan olmuşdur. 9 yanvar 2021-ci il tarixdə təxminən saat 11 radələrində dostu Şahid3 yanına gəlmiş və onlar yaşadığı binanın həyətində yerləşən, arvadının istifadəsində olan təsərrüfat anbarında oturub söhbət etmişdir. Bir qədər sonra yanlarına Zərərçəkmiş şəxs gəlmişdir. Təxminən 5-10 dəqiqə sonra Kamil də həmin yerə gəlib araq içmək istədiyini, lakin pulu olmadığını deyib, onun üçün araq almalarını xahiş etmişdir. Bu zaman Kamilin danışığı və hərəkətlərindən onun narkotik vasitənin təsiri altında olduğunu hiss etmişdir. Bu zaman Sultan cibindən 13 manat pul çıxardıb, həmin puldan 1 manatını özünə yol pulu kimi saxlayıb, 12 manat pulu isə stolun üstünə qoymuşdur. İmran həmin pulu götürüb Kamil ilə birlikdə araq almağa getmişdir. Təxminən 5 dəqiqə sonra İmranla Kamil əllərində 1 şüşə araq və 7 ədəd yumurta ilə qayıtmışdır. Bundan sonra onlar yemək bişirib, birlikdə yeyib-içməyə başlamışlar. Yemək yeyib qurtarandan sonra yaxınlıqda yaşayan «İsi» ləqəbi ilə tanınan İsgəndər gəlmişdir. Kamil ilə İmran İsidən onlar üçün araq almasını xahiş etmişdir. Kamil, İmran və İsgəndər araq almaqdan ötrü getmiş və təxminən 10 dəqiqədən sonra əllərində bir şüşə araqla qayıtmışlar. Qayıdan kimi də İsgəndər (İsi) işi olduğunu deyib, çıxıb getmişdir. Bundan sonra o, Sultan, İmran və Kamil birlikdə, dörd nəfərə həmin arağı da içmişlər. İçəndən sonra Sultanın telefonuna zəng gəlmiş və o, onlarla sağollaşıb çıxıb getmişdir. Sultan gedəndən sonra İmran Kamilə arvadından boşandığına görə irad bildirib: «sən Füzulilərin çörəyini yeyirsən» deyə irad bildirmişdir. Kamil İmrana bu söhbəti birdəfəlik bağlamasını deyib söyüşlə cavab vermişdir. Bundan sonra İmran Kamilə: «nədi, məni öldürəcəksən?» dedikdə sonuncu: «lazım olsa soxaram da»-deyə cavab vermişdir. İmran içkili vəziyyətdə masa arxasından durub Kamilə yaxınlaşıb söyüşlə: «vurmasan ... kişi deyilsən»-demişdir. Bundan sonra Kamil əsəbi halda stuldan qalxmış və onlar anbarın giriş qapısının qarşısında bir-birilərinin yaxasından tutub dartışmışlar. Bu zaman Kamil cibindən bıçaq çıxarıb qəflətən İmranın döş qəfəsi nahiyəsinə iki zərbə endirəndən sonra ona, İmranı bıçaqla vurduğunu, sahə rəisinə zəng edib məlumat verməsini, özünün isə polisə gedəcəyini bildirib çıxıb getmişdir. İmranın həmin vaxtı əynində olan sviteri qana bulaşmış və o, bir-iki dəqiqə ayaq üstə durduqdan sonra otaqdakı odun sobasının yanında oturmuşdur. Dərhal sahə rəisi Elçinə zəng vurub hadisə barədə məlumat vermişdir. Elçinin tapşırığına əsasən X14 Stansiyasına zəng vurub həkim çağırmışdır. Təxminən 15-20 dəqiqədən sonra TTYS-in həkimi gəlib İmranı müayinə etmiş və onun artıq öldüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs təxminən 10 ildən artıqdır ki tanıyır. Hər ikisi ilə normal münasibətdə olmuşdur. Kamilin əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunduğu barədə eşitmişdir. İmran isə əvvəl qəssab işləmiş, lakin son zamanlar fərdi qaydada yaşadığı bina sakinlərin xahişi ilə həyətdə təmizlik işləri aparıb gündəlik pul qazanmışdır. İmran ayıq olanda sakit, spirtli içki içdikdə isə əsəbi, emosional, davaya meyilli insan olmuşdur. Kamillə onun ümumiyyətlə münasibəti olmamışdır. 9 yanvar 2021-ci il tarixdə yaşadığı evə gəldiyi zaman saat 16 radələrində tanışı Şahid1 özünə məxsus anbarın qarşısında həyacanlı vəziyyətdə görüb, ondan nə baş verdiyini soruşduqda sonuncu ona, Kamilin İmranın bıçaqla vurub öldürdüyünü, bununla bağlı X13 və «102» zəng mərkəzinə məlumat verdiyini bildirmişdir. Bundan sonra o, TTY-nın avtomobilini qarşılamaq üçün yola çıxmışdır. Hadisə yerinə həkimlər ilə qayıdıb anbara daxil olduqda İmranın artıq öldüyünü görmüşdür. Hadisədən sonra ona məlum olmuşdur ki, Şahid1 anbarında həmin gün Ələddin, İmran və Kamil yeyib-içdikləri zaman İmran Kamilə arvadı ilə boşandığına görə iradını bildirmiş, İmran Kamilə arvadı Füzuli rayonundan olduğuna görə: «sən Füzulilərin çörəyini yeyirsən» demiş, Kamil bu iradı qəbul etməmiş, İmrana artıq bu sözləri ona bir neçə dəfə təkrarladığını və buna son qoymasını bildirib İmrana söyüşlə cavab vermişdir. Bundan sonra İmran Kamilə: «nədi məni öldürəcəksən?» dedikdə, Kamil: «lazım olsa soxaram» demişdir. İmran içkili vəziyyətdə masa arxasından durub Kamilə yaxınlaşıb söyüşlə: «vurmasan ... kişi deyilsən» deyib nalayiq ifadə işlətmiş və Kamil əsəbləşib stuldan ayağa qalxmışdır. Bundan sonra onlar anbarın giriş qapısının qarşısında tutaşıb dartışmış və ani bir zamanda Kamil üzərindən bıçaq çıxarıb qəflətən İmranın döş qəfəsi nahiyəsinə zərbə endirərək sonuncunu öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs təxminən 2-3 il olar ki tanıyır. Hər ikisi ilə tanışlıq münasibətində olmuşdur. Sonuncularla aralarında ədavət və düşmənçiliyi olmamışdır. Kamilin narkotik vasitələrdən istifadə etdiyinə görə əvvəllər məhkum olunduğu barədə eşitmişdir. İmran isə əvvəl qəssab işləmiş, lakin son vaxtlar fərdi qaydada yaşadığı binanın sakinlərinin xahişi ilə həyətdə təmizlik işləri aparıb gündəlik çörək pulu qazanmışdır. Kamil ilə İmranın aralarında əvvəllər narazılıq olması, mübahisə etmələrinin şahidi olmamışdır. İmranla bir neçə dəfə dostu Şahid1 yaşadığı binanın həyətində yerləşən təsərrüfat anbarında bir neçə dəfə yemək yeyib, spirtli içkilər qəbul etmişdir. İmran ayıq vaxtı sakit, spirtli içki içdikdə isə əsəbi, emosional, davaya meyilli insan olmuşdur. Kamillə əvvəllər spirtli içki qəbul etməmiş və ümumiyyətlə sonuncu ilə heç vaxt oturub-durmamışdır. 9 yanvar 2021-ci il tarixdə saat təxminən 11 radələrində ünvan 3 ünvanın həyətində yerləşən arvadının istifadəsində olan təsərrüfat anbarına gəlib Ələddin ilə oturub çay içib söhbət etmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs da həmin anbara gəlmişdir. 5-10 dəqiqə sonra Kamil gələrək, araq içmək istədiyini, üstündə pulu olmadıdğını deyib, onlardan araq istəmişdir. Həmin vaxt cibində 13 manat pul olmuş, həmin puldan 1 manat özünə yol pulu kimi saxlamış, qalan 12 manatı isə stola qoymuşdur. İmran pulu götürüb Kamil ilə arağın dalınca getmişdir. Təxminən 5 dəqiqə sonra Kamil ilə İmran əllərində araq və 7 yumurta ilə gəlmiş, yemək düzəldib araqla yeyib-içmişlər. Yeyibiçəndən sonra yaxınlıqda yaşayan İsi ləqəbli 40-50 yaşında bir kişi gəlib onlarla oturmuşdur. Kamil ilə İmran İsidən araq istəmiş və bundan sonra Kamil, İmran və İsi anbardan çıxıb getmiş və 5-10 dəqiqəyə əllərində bir şüşə araq ilə qayıtmışlar. İsi işlərinin olduğunu bildirib çıxıb getmiş, anbarda o, Ələddin, Kamil və İmran qalmışdır. Həmin arağı da dörd nəfərə içmişlər. İçəndən sonra ona zəng gəlmiş və sağollaşıb çıxıb getmişdir. Küçənin sonuna çatdıqda arxadan Kamilin onu çağırdığını eşitmişdir. Dayanıb geriyə baxanda Kamili əlində bıçaq və əlləri qanlı vəziyyətdə görmüşdür. Sonuncu qaça-qaça yanına gəlib ona: «əmi vurdum» demişdir. Kamildən kimi vurduğunu soruşduqda sonuncu, ona İmranı vurduğunu bildirmişdir. Kamillə birlikdə anbara daxil olduqda İmranın artıq öldüyünü görmüşdür. Kamilə adam öldürdüyünü deyib, gedib təslim olmağı məsləhət görmüşdür. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımış və onların hər ikisi ilə normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələr istifadəyə görə məhkum olunduğu barədə eşitmişdir. İmran əvvəllər qəssab işləmiş, son zamanlar isə bina sakinlərinin xahişi ilə həyətdə təmizlik işləri aparıb gündəlik pul qazanmışdır. Kamil ilə İmranın əvvəllər mübahisə etməsinin şahidi olmamış və bu barədə eşitməmişdir. Şahid1 onun tanışıdır. 9 yanvar 2021-ci il tarixdə saat təxminən 15-16 radələrində gəzintidə olduğu zaman Ələddinin olduğu ünvan 4 ünvanın həyətində yerləşən təsərrüfat anbarına gəlmişdir. Orada Ələddinin, İmranın, Kamilin və Şahid3 yeyib-içdiklərini görmüşdür. Araq qurtardığına görə İmran ilə Kamil ondan araq istəmişdir. Bundan sonra onlar üç nəfər anbardan çıxmış, yaxınlıqda olan dükandan bir şüşə araq alıb İmrana vermiş, başqa işləri olduğuna görə anbardakılar ilə sağollaşıb çıxıb getmişdir. Bir neçə gün sonra ona məlum olmuşdur ki, Şahid1 anbarında həmin gün Ələddin, İmran və Kamil yeyib-içdikləri zaman Kamilin İmran ilə aralarında mübahisə baş vermiş və nəticədə Kamil üzərindən bıçağı çıxarıb İmranın döş qəfəsi nahiyyəsinə zərbələr endirərək sonuncunu öldürmüşdür. İşin 3-10-cu vərəqələrindəki protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 124 A saylı evin qarşısında yerləşən anbar tipli tikilidir. Həmin tikilin giriş qapısının qarşısında üzərində damalı uzunqol köynək, göy rəngli cins şalvar, kəmər, qara rəngli mayka, qırmızı sviter, göy rəngli idman şalvarı olmaqla, üst paltarları qanabənzər ləkələrə bulaşmış yerdə uzanmış vəziyyətdə kişi cinsli meyit vardır. Meyitin əynində olan şalvarın sol cibində qara rəngli pul qabı, içərisində özünə məxsus Zərərçəkmiş şəxs adına şəxsiyyət vəsiqəsi olmaqla qablaşdırılaraq götürüldü. Meyit aşkar edilmiş yerdə gölməçə şəklində qana bənzər qırmızı ləkə vardır. Həmin qana bənzər ləkədən pambıq tampon vasitəsi ilə nümunə götürülərək sellofan torabaya qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı hadisə yerinin yaxınlığında yerləşən kameralardan müvafiq videogörüntülər 1 ədəd CD-yə köçürülərək götürülmüşdür. İşin 14-28-ci vərəqələrindəki «meyitə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, meyit kişi cinsinə mənsubdur. Düzgün bədən quruluşlu, kafi qidalıdır, boyunun uzunluğu 175 sm-dir. Meyit əllədikdə soyuqdur, dəri örtüyü sarımtıl «meyit» rəngdədir. Meyit ləkələri meyitin arxa və yan səthlərində yerləşməklə göyümtül-bənövşəyi rəngdə inkişaf etmişdir, barmaqla təzyiq etdikdə rəngi avazıyır və çox gec (15-20 dəqiqəyə) bərpa olur. Meyitin əzələ qacıması adətən yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Saçları qara rəngdədir, 2-3 sm uzunluqdadır. Hər iki göz qapaqlarının selikli qişaları adi rəngdədir. Ağlı qişaları qansızmasızdır. Gözlərin qüzehli qişası tünd qəhvəyi rəngdədir. Burun sümük və qığırdaqları, eləcədə kəllə tağı və üz skelet sümükləri əllədikdə tamdır. Burun dəlikləri və qulaq keçəcəkləri sərbəst keçiricidir. Ağzı açıqdır. Gözlə görünən dişlər təbiidir, üst çənədə sağda bir ədəd sarı metaldan olan diş vardır. Dili ağız boşluğunda sərbəst yerləşmişdir, üzəri bozumtul rəngdə ərplidir. Qulaq qığırdaqları əllədikdə tamdır. Boynu bədənə müvafiqdir, az hərəkətlidir. Döş qəfəsi çəlləkvaridir, simmetrikdir, əllədikdə qabırğa sınığı qeyd olunmur. Qarnı döş səviyyəsindədir, əllədikdə yumşaqdır. Onurğa sütununda patoloji əyrilik yoxdur, əllədikdə fəqərələrdə sınıq hiss olunmur. Xarici cinsiyyət üzvləri düzgün kişi tipli inkişaf etmişdir. Pülük keçmişdə sünnət olunmuşdur. Arxa keçəcəyi nəcislə bulaşmışdır, zədəsizdir. Ətrafların uzunborulu sümükləri əllədikdə tamdır. Müayinə zamanı aşağıdakı xəsarətlər aşkarlanmışdır: sağ qulağın ön səthində 2.0x0.3 sm, sağ almacıq nahiyəsində 3.5x2.5 sm, sağ bazunun yuxarı 1/3-nin bayır səthində 5.0x1.5 sm ölçülərdə səthi quru olmaqla ətraf sağlam dəri səviyyəsindən aşağıda yerləşmiş, qırmızımtıl rəngli, qeyri-müəyyən formalı sıyrıqlar; döş qəfəsinin sağ yarısının ön səthində məmə xətti üzrə İİİ qabırğaarası sahədə 3.1x1.5 sm, döş qəfəsinin sol yarısının ön səthində ön qoltuq xətti üzrə İV qabırğaarası sahədə 2.0x0.7 sm, döş qəfəsinin sağ yarısının arxa səthində kürək xətti üzrə Vİ qabırğaarası sahədə (sağ kürək nahiyəsində) 1.8x0.5 sm ölçülərdə kənarları hamar, qırmızımtıl rəngli, mənfəzində dərialtı yumşaq toxumalar görünən çəp-boylama istiqamətdə yerləşmiş uzunsov formalı yaralar vardır. Meyitin bədən səthində başqa xəsarət aşkar edilmədi. Məhkəmə-tibb ekspertizasının 10 yanvar 2021-ci il tarixli 3 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol ağciyərin aşağı və sağ ağciyərin yuxarı paylarının ön səthlərinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ və sol yarısında daxilə nüfuz edən 2 ədəd deşilmiş-kəsilmiş yarası; döş qəfəsinin arxa səthinin sağ yarısının daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası; sağ qulaq seyvanının ön səthidə, sağ almacıq nahiyəsində və sağ bazunun bayır səthində sıyrıqlar olmuşdur. Qeyd olunan xəsarətlər həyatidirlər, onlardan deşilmiş-kəsilmiş yaralar hər hansı bir deşici-kəsici xüsusiyyətə malik əşyanın (əşyaların), sıyrıqlar isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yaranma müddətinə görə şəxsin ölümündən az əvvələ uyğun gələ bilər, dərəcəsinə görə döş qəfəsinin ön səthində olan daxilə nüfuz edən iki ədəd deşilmişkəsilmiş yaralar həm ayrı-ayrılıqda, həm də ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya; döş qəfəsinin arxa səthində olan deşilmişkəsilmiş yara canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sıyrıqlar isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir və döş qəfəsinin ön səthinin daxilə nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yaralar baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. Döş qəfəsinin ön səthində olan hər iki deşilmiş-kəsilmiş yara kanallarının istiqaməti öndən arxaya, nisbətən yuxarıdan aşağıya doğru, döş qəfəsinin arxa səthində olan 1 ədəd deşilmiş-kəsilmiş yara kanalının istiqaməti isə arxadan önə, nisbətən aşağıdan yuxarı və sağdan sola olmuşdur. Döş qəfəsinin ön səthində olan yaraların yara kanallarının uzunluqları sağda 5,5-6,0 sm-ə, solda isə 4,0-4,5 sm-ə qədərdir. Zərərçəkmiş şəxs döş qəfəsində aşkar edilmiş 3 ədəd deşilmiş-kəsilmiş yaraların xarakter və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, yaraları törətmiş alət yastı tiyə tipli ülgüc və küpcüdən ibarət olan deşici-kəsici əşyanın (əşyaların) təsərindən əmələ gələ bilərdilər, iz törədən əşyanın uzunluğu bədənə daxil olma səviyyəsində 6-sm-ə qədər, eni isə 1,5 sm-dək ola bilərdi. Deşilmiş-kəsilmiş yaraların lokalizasiya görə demək olar ki, Zərərçəkmiş şəxs xəsarətləri alan zaman ona hücum edən şəxslə (şəxslərlə) müxtəlif qarşılıqlı duruş vəziyyətlərində (qarşı qarşıya, yan-yana və s.) və müxtəlif duruş vəziyyətlərində (ayaqüstə, yarımoturaq və s.) ola bilərdi. Zədə törədən zərbə qüvvəsi əhəmiyyətli dərəcədə olmuşdur. Xəsarətlərin ani anda yetirildiyindən onların yetirilmə ardıcıllığı barədə konkret fikir söyləmək mümkün olmur. Xəsarətlərin lokalizasiya və xarakterlərini, eləcədə şəxsdə yaranan massiv qanitirməni nəzərə alaraq demək olar ki, şəxsin ölümünün baş vermə müddəti daxilə nüfuz edən deşilmil-kəsilmiş yara xəsarətlərini aldıqdan sonra dəqiqələrlə ifadə edilə bilər. Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilən sıyrıqlar müxtəlif şəraitlərdə yarana bilərdilər, o cümlədən şəxsin öz boyu hündürlüyündən yıxılması zamanı alınması da istisna edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb hər iki ağciyərin yuxarı payının zədələnməsi nəticəsində daxili və xarici massiv qanitirmə olmuşdur. Ölüm meyitin meyitxanadakı müayinəsindən 16-20 saat əvvələ uyğun gələ bilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 2% qatılıqda etil spirti aşkar edilmişdir. Bu da canlı şəxslərdə orta dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Məhkəmə histoloji müayinə zamanı hər hansı bir xəstəliyin morfoloji əlaməti aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 11 yanvar 2021-ci il tarixli 30 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol əlin İİ barmağının orta falanqasının səthi kəsilmiş yarası kəsici kənara malik əşyanın, ola bilsin ki, bıçağın təsirindən törənmişdir. 9 yanvar 2021-ci il tarixdə yaranması istisna olunmur, sağlamlığı zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd edilən xəsarətin Təqsirləndirilən şəxs münaqişə zamanı kənar şəxsin əlində olan bıçağın tiyəsindən tutduğu zaman alınması inandırıcı deyil, şəxsin özü tərəfindən bıçağı istifadə edərkən alınmasına daha xarakterikdir. Lifli materialların məhkəmə-kriminalistik ekspertizasının 15 mart 2021-ci il tarixli 6/1000 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs şalvarının üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs şalvarının üzərindən aşkar edilmiş göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Məhkəmə-bioloji ekspertizasının 2 aprel 2021-ci il tarixli 165/2021 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Abeta (H)/ll/, Təqsirləndirilən şəxs qan qrupu-O/l/. Ekspertizaya təqdim olunmuş 1 ədəd pambıq tampon, Zərərçəkmiş şəxs məxsus idman şalvarı, köynək, alt mayka, cins şalvar, trusik, pulover, 1 cüt ayaqqabı və kəmər üzərində Abeta (H) /ll/ qruplu insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur. Hadisə zamanı Oalfa, beta /İ/ qruplu Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ləkələrdə onun da qarışmış qanının olması mümkündür. Tədqiq olunan Təqsirləndirilən şəxs məxsus sviter, şalvar və gödəkcə üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Məhkəmə-tibbi kriminalistik ekspertizasının 14 aprel 2021-ci il tarixli 158/2021 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin, köynəyin və maykanın ön hissəsinin sağ-orta nahiyəsində bir ədəd; sviterin, köynəyin və maykanın ön hissəsinin sol-orta nahiyəsində bir ədəd; sviterin, köynəyin və maykanın arxa hissəsinin sol-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin, köynəyin və maykanın ön hissəsinin sağ-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin ön səthinin sağ yarısında olan; sviterin, köynəyin və maykanın ön hissəsinin sol-orta nahiyəsində bir ədəd deşilmiş- kəsilmiş zədə onun bədəninin döş qəfəsinin ön səthinin sol yarısında olan; sviterin, köynəyin və maykanın arxa hissəsinin sol-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin arxa səthinin sağ yarısında olan eyni xarakterli zədələrlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədənində olan digər xəsarətlər-sağ qulaq seyvanının ön səthində, sağ almacıq nahiyəsində və sağ bazunun bayır səthində sıyrıqlar ona məxsus olan paltarlarda öz əksini tapmamışlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində aşkar edilmiş deşilmişkəsilmiş zədələri törədən alətin daxil olma səviyyəsində uzunluğu 6 sm-ə qədər, eni isə 2,7 sm-ə qədər olmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin arxa hissəsinin sağ qoltuqaltı nahiyəsində bir ədəd və sviterin arxa hissəsinin sol qoltuqaltı nahiyəsində bir ədəd məhdud cırılmalar aşkar edildi. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, sviterin həmin nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs şalvarın hər iki ayağının ön və arxa səthində, kəmərdə, ayaqqabının sol tayının üst hissəsində, sağ tayının içərisində və hər iki tayının alt hissəsində qan ləkələri aşkar olundu. Bu qan ləkələrindən bir hissəsi yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində, bir hissəsi isə qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər. Sviterin, köynəyin, mayka və tumanın bütün səthi boyu fasilələrlə yerləşən; şalvarın, idman şalvarı üzərində qan ləkələri aşkar olundu. Bu qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarlar üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16 aprel 2021-ci il tarixli 805 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), intellektinin normaya uyğun olması müəyyən olunur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, bu barədə düzgün məlumat verə bilər. Nitqi ardıcıl, mühakimələri məntiqlidir. Fərdi-psixi xüsusiyyətlərinə görə konfliktə meyilli şəxs olduğu müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs 9 yanvar 2021-ci il tarixdə cinayət hadisəsini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeydə alınmayıb. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olduğundan ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman onda psixikanın pozulması baş verməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə narkoloji ekspertizasının 21 aprel 2021-ci il tarixli 1162 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioid və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 104-cü vərəqəsindəki 12 yanvar 2021-ci il tarixli CD-yə yazılmış videogörüntülərə baxış keçirilməsi barədə protokoldan görünür ki, 9 yanvar 2021-ci il tarixdə saat 16:17-də hadisə yeri olan ünvan 5 ünvanın qarşısında yerləşən tikilidən iki nəfər kişi cinsi şəxsi çıxması müşahidə edilir. Baxışda iştirak edən Şahid1 həmin şəxslərdən birinin tanışı Şahid3, digərinin isə Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Saat 16:18-də həmin tikilidən Şahid1 çıxması müəyyən edilir. Baxışda iştirak edən Şahid1 X13 və polis orqanlarına telefon vasitəsi ilə zəng etdiyindən həmin vaxt həkimləri qarşılamaq üçün yola çıxdığını bildirmişdir. Saat 16:47-də videogörüntüdə hadisə yerinə X14 stansiyasının avtomobilin gəldiyi əks olunur. Cinayət işinin 173-cü vərəqəsindəki Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 27 mart 2021-ci il tarixli 19/51-3311 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 2018-2020-ci illərdə müxtəlif tarixlərdə «Opioid və psixostimulyatorların birgə qəbulu nəticəsində aslılıq sindromu» diaqnozu ilə qeyd olunan mərkəzdə stasionar müalicədə olmuşdur. İşin 171-ci vərəqəsindəki Respublikası Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin 17 mart 2021-ci il tarixli 2213 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İşin 156-158-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsi və 160-170-ci vərəqələrindəki hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin 20 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, həmin məhkəmənin 23 avqust 2013-cü il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin 174-cü vərəqəsindəki xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 222-237-ci vərəqələrindəki 22 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, mərhum Zərərçəkmiş şəxs məxsus olan damalı uzunqol köynək, göy rəngli cins şalvar və kəmər, qara rəngli mayka, qırmızı sviter, göy rəngli idman şalvarı və tuman, Təqsirləndirilən şəxs məxsus olan tünd rəngli gödəkçə, qara rəngli cins şalvar, qara rəngli sviter, hadisə yerindən götürülmüş qana bənzər ləkə nümunəsi və videogörüntülər yazılmış bir ədəd disk maddi sübut kimi tanınmış, geyim əşyaları, qan nümunəsi olan tampon Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş, disk isə cinayət işinə əlavə edilmişdir. İşin 56-57-ci vərəqələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs elan edmiş ittiham üzrə özünü qismən təqsirli bildi. Onun ifadəsi həmin hissədə məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə həmin hissədə tənqidi yanaşır və cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edib, hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.9-cu maddələri ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həyat yoldaşının vəfat etməsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 10 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Nizami rayon prokurorluğunda saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus olan damalı uzunqol köynək, göy rəngli cins şalvar və kəmər, qara rəngli mayka, qırmızı sviter, göy rəngli idman şalvarı və tuman, Təqsirləndirilən şəxs məxsus olan tünd rəngli gödəkçə, qara rəngli cins şalvar, qara rəngli sviter, hadisə yerindən tampon vasitəsi ilə götürülmüş qana bənzər ləkə nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, videogörüntülər yazılmış bir ədəd disk isə iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus olan damalı uzunqol köynək, göy rəngli cins şalvar və kəmər, qara rəngli mayka, qırmızı sviter, göy rəngli idman şalvarı və tuman, Təqsirləndirilən şəxs məxsus olan tünd rəngli gödəkçə, qara rəngli cins şalvar, qara rəngli sviter, hadisə yerindən tampon vasitəsi ilə götürülmüş qana bənzər ləkə nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, videogörüntülər yazılmış bir ədəd disk isə iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1093/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1093/2021
13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver