Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1093/2023 20.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X4-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Verdiktum» Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 29 avqust 1976-ci ildə Ermənistan SSRİ-nin Sisyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, Nərimanov rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 26 oktyabr 2014- cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Belə ki, Təqsirləndirilən şəxs sentyabr ayında satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda yaşadığı evində kultivasiya etməklə əkib xüsusi qulluq edib yetişdirib və onların hissələrini toplayaraq hazırladığı təmiz çəkisi 2,627 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanam 01 ədəd kağız bükülüdə üzərində saxlayaraq daşımış, 19 noyabr 2022-ci il tarixdə saat 00:10-da həmin narkotik vasitəni üzərində daşıyarkən, Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 6-cı sıranın qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, 9-cü mikrorayon, Adil Məmmədov 99 ünvanında yerləşən Binəqədi RPİnin 7-ci PB-nin inzibati binasına aparılaraq saat 01:30-da bölmədə inzibati otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 2,627 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin tarixdə saat 02:15-də yaşadığı ünvan 2 ünvanın yaşayış olmayan otağında baxış aparılan zaman otaqdan 01 ədəd qara rəngli torbada satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda yaşadığı evində kultivasiya etməklə əkib xüsusi qulluq edərək yetişdirib hazırlayaraq saxladığı tərkiblərinə görə eynilik təşkil edən təmiz çəkisi 1730,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə- qurudulmuş marixuana və 01 ədəd qara rəngli polietilen bağlamaya bükülmüş quru vəziyyətdə külli miqdarda 44 ədəd, ümumi çəkisi 2400,0 qram olan bitki hissələri, külli miqdarda əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunumuş ittihamda özünü qismən təqsirli bilib, ifadələrində göstərdi ki, narkotik vasitədən istifadə etdiyinə görə təqsirli bilir, lakin ittiham aktında yazılan miqdarda narkotik vasitə ona aid deyil. 19 noyabr 2022-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində 6-cı sıranın yanında polislər evinin həyətinə daxil olaraq onu saxlamışlar. Ona ibtidai istintaq zamanı təzyiq göstərdiklərinə görə ittiham aktında yazılan miqdarda, yəni 44 büküm narkotik vasitəni qəbul etmişdir. Onun üzərində polis bölməsində şəxsi axtarış həyata keçirilmişdir. Videoçəkiişdə narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. O, evin damında narkotik vasitələr yetişdirmişdir. Həmin damda günəbaxan kollarının arasında narkotik tərkibli bitkilər əkmişdir. İfadələrinə başqa əlavəsi yoxdur.Törətdiyi əməldən peşimandır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikasım CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində 6-cı sıranın yolu ilə piyada gedən zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 7-ci PB-nə getməyini bildirmişlər. O, onlara etiraz etməmiş, biridikdə 7-ci polis bölməsinə getmişlər. Bölmədə xidməti otaqda təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilən zaman üzərində qeyri qanuni əşyanın və ya narkotik vasitənin olub-olmaması soruşulduqda, əgər olduğu halda təqdim etməyini ona təklif edilmiş, o, əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən Lenova və Samsunq markalı mobil telefonları, sağ yan cibindən isə ağ rəngli kağız bükümünü çıxardıb masanın üzərinə qoymuş, bundan sonra üzərinə baxış keçirilmiş, heç bir qanunsuz əşya aşkar olunmamışdır. Ondan soruşulduqda üzərindən aşkar olunmuş bükümün içərisində olanın “nəşə”, yəni, narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni yaşadığı ünvan 5 ünvanında damda dibçəyə əkərək ona xüsusi qaydada qulluq edərək yetişdirdiyini, həmin narkotik maddəni, yəni marixuananı həm satış məqsədi ilə həmdə öz istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Ondan yaşadığı evdə narkotik vasitə olub-olmadığı soruşulduqda o, evdə narkotik maddənin, yəni marixuanın, bitki hissələrinin olduğunu bildirmişdir. Ona görə də onun razılığı ilə yaşadığı evə gedilmiş, evdə axtarış və baxış keçirilmiş, yaşadığı evin 1-ci mərtəbəsində yaşayış olmayan otaqda 2 ədəd qara rəngli torbaya bükülmüş içərisində yaşıl rəngli bitki müəyyən edilmiş, ondan həmin 2 ədəd qara rəngli torbanın içərisində nə olduğu soruşulduqda o, həmin torbanın birinin içərisindəkinin əkib-becərdiyi narkotik tərkibli bitki hissələri olduğunu, digərinin isə yetişdikdən sonra həmin bitki hissələrindən yığdığı nəşə adlanan, yəni marixuana adlı narkotik kütlənin olduğunu bildirmişdir. Narkotik vasitəni həm şəxsi istifadəsi üçün, həmdə narkotik qəbul edən şəxslərə satmaq məqsədi ilə 2 ay əvvəl əkib becərdiyini, özü üçün qazanc əldə etdiyini, saxlanılarkən, polis bölməsinə aparılarkən, polis bölməsində olduğu zaman, həmçinin yaşadığı evə axtarış və baxış keirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və ya təsir edilmədiyini, saxlanıldıqdan sonra barəsində görülmüş bütün tədbirlərin onun öz razılığı ilə olduğunu bildirmişdir. Həmin əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrini yaşadığı ünvan 5 ünvanında damda dibçəyə əkərək ona xüsusi qaydada qulluq edərək yetişdirmiş, Yetişdirdikdən sonra üzərində olan “nəşəni” yəni marixuanam satış məqsədi ilə və öz istifadəsi üçün yığıb qurutmuş, qara rəngli polietilen torbada saxlamış, bitki hissələrini isə qara rəngli polietilen bağlamaya büküb saxlamış ki, nə vaxtsa tullayar. Tutulmamışdan əvvəl bir daha narkotik tərkibli bitkiləri əkib-becərməyəcəyi barədə özlüyündə qərar vermiş, narkotik vasitə marixuananı satdığı şəxsləri tanımır, adlarını və ünvanlarını bilmir, sadəcə narkotik qəbul edən şəxslər özləri onu gördükdə ona yaxınlaşırlar, söhbət əsnasında onlar istədikləri halda narkotik vasitə maxrixuana olduğunu bildiririb istədikləri çəkidə verib pulunu alırmış, həmin şəxslərlə heç vaxt telefon vasitəsi ilə əlaqə saxlamamışdır. Şahid Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, məhkəmə tərəfindən ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifəsi ilə əlaqədar olaraq tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadəçisi olması və əkini ilə məğul olması daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olundu, Rüstəm tərəflərindən saxlanılmışdır. Üzərindən narkotik vasitə aşkar olunmuşdur. Rüstəmin öz razılığı ilə evinə baxış keçirilmiş və evində isə narkotik vasitə yetişdirdiyi kollar aşkar olunmuşdur. Rüstəmlə bağlı onlara əməliyyat məlumatı daxil olmuşdu. Onlar əməliyyat qrupunda iki nəfər olmuşlar. Onlar Rüstəmi “Xutor” adlanan ərazidə saxlamışlar. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid, Binəqədi RPİ-nin 7-ci PBnin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibtidai istsisntaq zamanı ifadələrində göstərmişdir ki, 18 noyabr 2022-ci il tarixdə tərəfindən 29 avqust 1976-cı ildə Ermənistan Respublikasında anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edərək, qəbul etməsi, üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, buna görə də özü, bölmənin polis ahə inspektoru, polis kapitanı Şahid2 ibarət olmaqla əməliyyat qrupu təşkil olunmuş, bundan sonra Elxanla birlikdə həmin məlumat əsasında xx.xx.2022ci il tarixdə saat 00:10-da Bakı şəhəri, Binəqədi rayonu, 6-cı sıranın qarşısənda məlumatda göstərilənlərə uyğun, xarici görnüşcə Rüstəmə oxşar şəxsi saxlamışlar. Saxlanan şəxsdən kimliyi soruşulduqda həmin şəxs özünü ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş, Rüstəmə narkotik vsitələrin qanunsuz əldə etməsində, üzərində saxlayaraq gəzdirməsində şübhəli olması, həmin yerdə isə şərait olmadığından polis bölməsinə getməklərini, polis bölməsində videokameradan istifadə etməklə videoçəkiliş altında onun üzərinə şəxs axtarış keçiriləcəyi bildirmiş, Rüstəm adlı şəxs heç bir etirazının olmadığını bildirmiş, birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Adil Məmmədov 99 ünvanında yerləşən Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinə getmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsi ilə hüquq və vəzifələri izah edilərək, üzərinə şəxsi axtarış və götürmə aparılması barədə mövcud qərarla tanış edilərək, videoçəkiliş aparılacağı bildirilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, saxlanılan Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibindən 2 ədəd qara rəngli «Lenova» markalı və «Samsung» markalı mobil telefonları, sağ yan cibindən isə 1 ədəd ağ rəngli kağız bükümünü çıxardıb masanın üzərinə qoymuş, sonra Rüstəmdən üzərində hər-hansı başqa bir qanunsuz əşyanın olub-olmaması soruşulduqda o, üzərində heç bir başqa əşya olmadığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, heç bir qanunsuz əşya aşkar edilməmiş, sonra Rüstəmin üzərindən aşkar olunmuş həmin bükümə baxış keçirilən zaman bükümdə narkotik vasitəyə bənzər maddə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülüdəki kütlənin nə olduğu soruşulduqda o, həmin bükülüdəki kütlənin «nəşə» adlanan narkotik vasitə olduğunu, həmin narkotik vasitənin öz istifadəsi üçün və satış məqsədi ilə yaşadığı evdə əkərək xüsusi qulluq göstərərək yetişdirdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülünün içərisində olan narkotik vasitəyə bənzər kütlənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs özü, digər iştirakçılar tərəfindən imzalanmış, bütün görülmüş hərəkətlər sənədləşdirilərək müvafiq qaydada protokol tərtib olunaraq ucadan oxunmuş, protokolun düzgün tərtib edilməsi eyni ilə Təqsirləndirilən şəxs özü, digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir.Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitənin olub-olmadığı soruşulduqda, o, yaşadığı evində narkotik vasitənin olduğunu bildirmiş, ona görə də təxirə salınmadan Təqsirləndirilən şəxs yaşıdığı ünvana baxış keçirilməsi məqsədi ilə baxış iştirkçıları, Təqsirləndirilən şəxs özünün razılığı ilə onunla birlikdə yaşadığı ünvana gedilmiş, saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvana çatdıqda həmin evdə yaşadığını bildirərək dəmirdən ibarət olan qapını açıb onları içəri buraxmış, həyətdə iki mərtəbəli evin olduğu, evin hər mərtəbəsinin girişlərinin ayrı-ayrı olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin evin birinci mərtəbəsini göstərərək orada yaşadığını bildirmiş, evin qapısını açıb onları içəri buraxmış, baxış iştirkçıları, Təqsirləndirilən şəxs özü otağa daxil olmuşlar. Həmin otağa baxış keçirildikdə evdə yaşayış olmadığının, bir otaqdan ibarət olduğunu, evdə bir ədəd qara rəngli polietilen torbanın içərisində yaşıl rəngli, spesifik iyə məxsus kütlənin və topa şəkilində qara rəngli polietilen torbaya bükülmüş bitki hissələrinin olduğu aşkar edilmiş, evin digər yerlərinə baxış keçirilsədə baxış zamanı şübhəli əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs soruşulduqda qara rəngli polietilen torbaya bükülmüş bitki hissələrinin narkotik tərkibli bitki hissələri olduğunu, həmin bitki hissələrini özü əkibbecərdiyini, digər qara rəngli etilen torbada olan yaşıl kütlənin yetişdikdən sonra həmin bitki hissələrindən yığdığını bildirmiş, bundan sonra aşkar olunmuş qara rəngli polietilen torbada olan kütlənin və bitki hissələrinin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq üzəriləri möhürlənmiş, bükümlərin üzəri Təqsirləndirilən şəxs özü, digər iştirakçılar tərəfindən imzalanmış, bütün görülmüş hərəkətlər sənədləşdirilərək müvafiq qaydada protokol tərtib olunaraq ucadan oxunmuş, protokolun dügün tərtib edilməsi eyni ilə Təqsirləndirilən şəxs özü, digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, Təqsirləndirilən şəxs özü ilə aşkar olunmuş bükümlər götürülərək polis bölməsinə getmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq və ya təsir göstərilmədiyini bildirmişdir. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin pois sahə inspektoru, polis kapitanı Şahid2 xidmət etdiyi bölmənin baş əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış «şəxsin üzərinə baxış keçirilməsi haqqında» 19 noyabr 2022-ci il tarixli protokolu ilə müəyyən edilir ki, 19 noyabr 2022-ci il tarixdə saat 00;10-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıranın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, 9-cü mikroravyon, Adil Məmmədov 99 ünvanında yerləşən Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına gətirilmiş və saat 01:30-da inzibati otaqda Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibindən 02 ədəd qara rəngli “Lenova” markalı və “Samsung” markalı mobil telefonları, sağ yan cibindən isə 01 ədəd ağ rəngli kağız bükülünü çıxararaq masanın üzərinə qoyduğunun, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq bükülün içərisində nəşə olduğunun, həmin narkotik vasitəni öz istifadəsi üçün və satış məqsədi ilə yaşadığı ünvan 11 ünvanında əkərək xüsusi qulluq göstərərək yetişdirməsini bildirdiyinin, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin zərfə qoyularaq qablaşdırıldığı, möhürləndiyi, zərfin üzəri Təqsirləndirilən şəxs özü və digər iştiraçılar tərəfindən imzalandığının, həmçinin şəxsi axtarışın keçirilməsi barədə tərtib edilmiş protokolun Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalandığının görüntüləri aydın görünmüşdür. Məhkəmədə elan olunub araşdırılmış 19 noyabr 2022-ci il tarixli “mənzilə baxış aparılması” haqqında protokoldan görünür ki, ünvan 2 ünvanın yaşayış olmayan otağında baxış aparılan zaman otaqdan 01 ədəd qara rəngli torbada satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda yaşadığı evində kultivasiya etməklə əkib xüsusi qulluq edərək yetişdirib hazırlayaraq saxladığı tərkiblərinə görə eynilik təşkil edən təmiz çəkisi 1730,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitəqurudulmuş marixuana və 01 ədəd qara rəngli polietilen bağlamaya bükülmüş quru vəziyyətdə külli miqdarda 44 ədəd, ümumi çəkisi 2400,0 qram olan bitki hissələri, külli miqdarda əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri aşkar olunaraq götürülmüş, götürülmüş həmin kütlənin və bitki hissələrinin qablaşdırıldığının, möhürləndiyinin, üzərlərinin Təqsirləndirilən şəxs özü və digər iştiraçılar tərəfindən imzalandığının, həmçinin yaşayış sahəsinə baxış və götürmə aparılması barədə tərtib edilmiş protokolun Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalandığının görüntüləri şəxsi axtarış aparılarkən istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı olan 01 (bir) ədəd DVD diskə baxış zamanı aydın görünmüşdür. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-bioloji ekspertizanın 19 noyabr 2022-ci il tarixli, 7/1327 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Təqsirləndirilən şəxs....» yazılar və imzalar olan zərfdə 1 ədəd kağız bükülüdə təmiz çəkisi- 2,627 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs....” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli polietilen torbada təmiz çəkisi-1730,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi-1732,267 qramdır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan qara rəngli polietilen bağlamada içərisində quru vəziyyətdə 44 ədəd, ümumi çəkisi-2400,0 qram olan bitki hissələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Təqdim edilmiş marixuanalar və çətənə (kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidir. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş , 01 ədəd kağız bükümdə təmiz çəkisi 2,627 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana, üzəri skoçla bağlanmış qara rəngli polietilen torbada təmiz çəkisi 1730,0 qram bitki mənhəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və quru vəziyyətdə ümumilikdə 44 ədəd, ümumi çəkisi 2400,0 qram olan bitki hissələri iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumilikdə qalıq çəkisi 1732,627 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 2399,12 qram çətənə bitkisinin hissələri saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə elan edilb araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş keçirilmiş məhkəmə-psixatrik ekspertizanın 20 fevral 2023-cü il tarixli 458№-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik olmayıb. O öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəktləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəktlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 24 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə aqronommütəxəssisin iştirakı ilə baxış keçirilmişdir. 24 noyabr 2022-ci il tarixli aqronom-mütəxəssis rəyində göstərilmişdir ki, yayayış evin istifadə olunmayan otağında plastik dibçək və vannalarda əkilmiş narkotik tərkibli çətənə bitkilərinin gövdələri qalmaqla (torpaqla) yerüstü hissələr zoğ və yarpaqlar üzərində olmaqla qara rəngli polietilen və kağıza bükülərək saxladığı narkotik tərkibli çətənə bitkisinin qalıqlarının qablaşdırılması aşkar edildi. Baxılmış müşahidələrə əsasən dibçəklərdə becərilən bitkilərə aqrotexniki qulluq və kultivasiya tədbirləri yerinə yetirilmişdir. Dibçəklərdəki torpaq gübrəli olmuş, suvarma işləri yerinə yetirilmişdir. Baxış zamanı narkotik tərkibli çətənə bitkilərinin ümumi sayı baxılmış gövdələrə əsasən 44 ədəd olduğu müəyyən edildi. Bitkilər məqsədi olaraq əkilmişdir. Baxış zamanı dibçəklərin şəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini döyülməsi, həmçinin ona qarşı ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadələrində ifadələrində göstərdi ki, narkotik vasitədən istifadə etdiyinə görə təqsirli bilir, lakin ittiham aktında yazılan miqdarda narkotik vasitə ona aid deyil. 19 noyabr 2022-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində 6-cı sıranın yanında polislər evinin həyətinə daxil olaraq onu saxlamışlar. Ona ibtidai istintaq zamanı təzyiq göstərdiklərinə görə ittiham aktında yazılan miqdarda, yəni 44 büküm narkotik vasitəni qəbul etmişdir. Onun üzərində polis bölməsində şəxsi axtarış həyata keçirilmişdir. Videoçəkiişdə narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. O, evin damında narkotik vasitələr yetişdirmişdir. Həmin damda günəbaxan kollarının arasında narkotik tərkibli bitkilər əkmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs bu ifadələrinin iş üzrə dindirilmiş şahid ifadələri, şəxsi axtarış və mənzilə baxış keçirilməsi haqqında protokolları, ekspertiza rəyləri və işin faktiki halları ilə müqayisə edib onun bu ifadələrinin təkzib olunduğu qənatinə gəlir. Onun inkaredici ifadələri əsaslı şübhələrlə müşahidə olundu. Çünki o, ifadələrində göstərmişdir ki, fiziki zora məruz qaldığından sənədlərə imza edib, videoçəkiliş zamanı narkotik vasitələrin ona məxsus olduğunu söyləmişdir. Bu şübhəli məqamları onun xeyrinə məhkəmədə aradan qaldırmaq mümkün olmadı. Çünki onun tutulumasında iştirak edən şəxslər məhkəmədə şahid qismində dindirilərkən təqsirləndirilən şəxsə qarşı heç bir fiziki zorakılıq edilmədiyini, onun üzərinə şəxsi axtarış aparılakən narkotik vasitələrin onun əynindəki şalvarın cibindən aşkar olunub götürüldüyünü, daha sonra isə mənzilə baxış keçirildiyini və orada da Təqsirləndirilən şəxs narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğunun şahidi olduqlarını göstərdilər. Məhkəmədə də bu şahidlərin ifadələrini təkzib edən sübutlar müəyyən olunmadı. Məhkəmə göstərilən halları nəzərə alıb, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın inkarına yönələn ifadələrini onun özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı fiziki və psixi zorakılıq edilməsi barədə məhkəmədə verdiyi ifadəsi şahid ifadələri, eləcə də digər sənədlərlə öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı Şahid1, Şahid2 və ya digər polis əməkdaşı tərəfindən təqsirləndirilən şəxsə fiziki və ya psixi zorakılıq edilməsi müəyyən edilmədiyindən, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona zorakılıq edilməsi ilə bağlı ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatı həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edilməklə şəxsin təqsirinin sübuta yetirilmiş olması qənaəti gəlinmişdir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutlan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası 234.4.3 və 237.2.3-cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 72 (yetmiş iki) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləği dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 72 (yetmiş iki) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kağız bükümdə təmiz çəkisi 2,627 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana, üzəri skoçla bağlanmış qara rəngli polietilen torbada təmiz çəkisi 1730,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və quru vəziyyətdə ümumilikdə 44 ədəd, ümumi çəkisi 2400,0 qram olan bitki hissələri ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1732,627 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 2399.12 qram çətənə bitkisinin hissələrinin məhv edilməsini, şəxsi axtarış və mənzilə baxış keçirilməsi zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 20 noyabr 2022-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilməsi müəyyən olundu. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən sorğu əsasında alınmış tələbnamədən görünür ki, Rüstəmov X2 rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Nərimanov rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək Binəqədi rayon Məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsi olan 02 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il 03 ay 24 gün azadlıqdan məhrumetmə cəzası qismən hazırki hökmlə toplanılmaqla ona qəti olaraq 02 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və xx.xx.2014-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, hazırda isə məhkumluğu ödənilmiş hesab edilir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yünülləşdirən hal kimi bir ittiham olundu əməllər barəsində ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətlərin açılmasında iştirak etməsi müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və ona qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmənarkoloji ekspertizanın 07 yanvar 2023-cü il tarixli 58 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 05 ( beş ) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 04 ( dörd ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 06 ( altı ) il 06 ( altı ) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 19 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 72 (yetmiş iki) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kağız bükümdə təmiz çəkisi 2,627 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana, üzəri skoçla bağlanmış qara rəngli polietilen torbada təmiz çəkisi 1730,0 qram bitki mənhəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və quru vəziyyətdə ümumilikdə 44 ədəd, ümumi çəkisi 2400,0 qram olan bitki hissələri iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumilikdə qalıq çəkisi 1732,627 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 2399,12 qram çətənə bitkisi qadağan olunmuş əşya kimi məhv edilsin, şəxsi axtarış və mənzilə baxış zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 ədəd CD, cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1093/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1093/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver