Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1093/2025 11.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X4 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 17 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Lənkəran rayonunun Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2024-cü il tarixdə saat 21:30 radələrində avtoyuyucu işlədiyi ünvan 3 ünvanda yerləşən avtoyuma məntəqəsinin soyunub-geyinmə otağında iş yoldaşı Zərərçəkmiş şəxs mobil telefonda “online” qaydada oyun oynayıb pul uduzduğunu irad bildirdiyinə görə şəxsi münasibətlərin pozulması zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs və həmin vaxt orada olan sonuncunun tanışı Şahid1 avtoyuma məntəqəsində yumuruqla onun sinəsinə, təpiklə sağ diz və sağ sağrısına vuraraq sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra o, aralarında olan mübahisəyə aydınlıq gətirmək ücün Zərərçəkmiş şəxs və Şahid1 avtoyuma məntəqəsinin yan tərəfinə çağırdıqdan sonra orada aralarında yenidən mübahisə olan zaman Zərərçəkmiş şəxs əli ilə onun boğaz nahiyəsindən tutub sıxaraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan boyunun ön səthinin hematomasından ibarət sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməsi səbəbindən o, qisas almaq məqsədi ilə üzərində olan istintaqa məlum olmayan bıçağı əynində olan şalvarın sağ arxa cibindən çıxarıb, həmin bıçaqla Zərərçəkmiş şəxs sol qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid nazik bağırsaq və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan ön divarının periton boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Nahidlə bir evdə qalmış, çox yaxın dost olmuşlar. İkisi də birlikdə moykada işləmişlər. Nahid kazino oyunu oynadığı üçün çox pul uduzduğundan o, tez-tez Nahidə oynamamağını demişdir. Çətinliklə qazandıqları pulu Nahidin telefonda kazinoda uduzmasına vicdanı yol verməmişdir. Bu səbəbdən Nahidin kazino oyunu oynadığını sonuncunun atasına demişdir. Əslində bunu Nahidin atasına hadisə günündən 12 gün əvvəl demişdir, amma Nahidin sonradan xəbəri olmuşdur. Xəbəri olan kimi kafedə oturan zaman Nahid onun üstünə gəlmiş, aralarında söz-söhbət yaranmışdır. Bundan sonra o, kafedən çölə çıxmış, kafedən çölə çıxandan sonra Elməddinlə aralarında mübahisə yaranmışdır. Elməddin də Nahidin yerlisi olduğundan onun kazino oynadığını Nahidin atasına deməyinə əsəbləşmişdir. Elməddin ona mübahisə zamanı yumruq da atmışdır. Əslində ona ən çox təsir edən Nahidlə aralarındakı mübahisə olmamış, Elməddinin vurmağı ona çox pis təsir etmişdir, çünki bu məsələ Nahidlə onun arasında olmuşdur, Elməddinin bu məsələyə qarışmağa haqqı olmamışdır. Bu səbəbdən Nahidin yanına gedib Elməddinin ona vurmasının səbəbini soruşmuşdur. Bu zaman Nahid onu boğazından tutub sıxmağa başlamışdır. İttiham aktında hadisə anı üzərində bıçaq olduğu yazılmışdır, amma bu yalan məlumat olmuşdur. O, hadisə günü moykada tozsoran təmir etmişdir, bıçaq da bu səbəbdən cibində qalmışdır. Nahid də onu boğazından tutub sıxanda nəfəs ala bilmədiyini görmüş, tez bıçağı çıxarıb bir dəfə Nahidin qarın boşluğuna vurmuş, bundan sonra hadisə yerindən uzaqlaşmışdır. Bu zaman Elməddin də kafedən çıxıb onun arxasınca düşmüşdür, amma ən sonda tuta bilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 01 ilə yaxın müddətdə Zahidlə birlikdə moykada işləmişdir, ilk tanışlıqları da elə burada yaranmışdır. Aralarında çox gözəl dostluq münasibəti olmuşdur, bir evdə qaldıqları günlər də olmuşdur. Hadisə günü ikisi də içkili vəziyyətdə olmuşdur. O, telefonda kazino oyunu oynamış, Zahid də ona oynamamasını, bu oyunun sadəcə pul tələsi olduğunu, bütün pullarını uduzduğunu demişdir. O, bu oyunu sadəcə öz qazancı ilə oynamışdır, heç vaxt Zahidin pulunu uduzmamışdır. Sadəcə olaraq, Zahid onu çox istədiyi üçün bu oyundan əl çəkməsini istəmişdir. Hətta bir dəfə Zahid onun atasına da kazino oyunu oynadığını demişdir. Zahidin bu hərəkəti ona çox pis təsir etmişdir. Onlar moykanı ortaq şəkildə işlətmiş, əldə etdikləri gəliri də sabit şəkildə bölməmişlər, daha çox ehtiyacı olan pulu götürmüşdür. Hadisə günü yanlarında Elməddin, Vasif və digər dostları olmuşdur. Hamısı “Qəbələ” adlı kafedə yeyib-içmiş, bu səbəbdən içkinin təsiri altında olmuşlar. Elməddinlə Zahid arasında dava başlamış, o da Zahidi uzaqlaşdırıb yol kənarına aparmaq istəmişdir. Daha sonra Zahidlə o, mübahisə etməyə başlamış, bu an o, Zahidin boğazından yapışıb sonuncunu boğmağa başlamışdır. Zahid də özünü müdafiə etmək məqsədilə onu qarın boşluğu nahiyəsindən bıçaqlamışdır. Bundan sonra Zahid hadisə yerindən uzaqlaşmış, onu isə oradan xəstəxanaya aparmışlar. O, Zahidlə barışmışdır, ona dəymiş bütün zərər ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulan ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Nahidin vasitəsi ilə Zahidlə tanış olmuşdur. X8 rayonundakı məhəllələrin birində moyka işlətmişlər. O da həmin moykaya maşın yuduzdurmaq üçün getmişdir. Bir gün moykada olan zaman Nahidlə Zahidin davasına şahid olmuşdur. Belə ki, Nahid telefonda kazino oynayanda Zahid də ona belə oyunlardan uzaq durmasını bildirmişdir. Nahid Zahidə işinə qarışmamasını, ailəsinə bu barədə xəbər verməməsini demişdir. Bir qədər mübahisə etdikdən sonra Zahidlə Nahid əlbəyaxa olmuşlar. O, həmin şəxsləri ayırmağa çalışmış, Zahidi kənara çəkmişdir. Beləliklə, bir-birlərindən uzaqlaşdırmışdır. Moykadan çıxıb evə qayıdanda Nahidin kömək istədiyini eşitmişdir. Belə ki, onları ayırdıqdan sonra Zahid bıçaq götürüb köynəyində gizlədərək Nahidin yanına gələrək sonuncunu bıçaqlamışdır. Bıçaqladıqdan sonra da oradan qaçaraq uzaqlaşmışdır. Nahid də bıçaqlandıqdan sonra can təlaşı ilə kömək istəməyə başlamışdır. Nahidin səsini eşidən kimi yanına getmiş, yaralı vəziyyətdə olduğunu görüb təcili xəstəxanaya aparmışdır. Nahidi xəstəxanaya apardıqdan sonra polis bölməsinə getmişdir. Zahidin Nahidi bıçaqladığı anlara şahid olmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid1 göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 139, mənzil 84-də ailəsilə birlikdə yaşayır. 2015-ci ildən həmyerlisi Zərərçəkmiş şəxsla tanış olmuş və normal münasibətləri yaranmışdır. 2024-cü ilin əvvəllərindən Zərərçəkmiş şəxs ünvan 3 ünvanda yerləşən avtoyuma məntəqəsini icarəyə götürüb işlətmişdir. Həmin avtoyuma məntəqəsində Nahiddən başqa Zahid, Rəşad və Teyyub işləmişdir. O, avtoyuma məntəqəsinə yaxın yaşadığı üçün tez-tez Zərərçəkmiş şəxsla görüşmüşdür. 17 oktyabr 2024-cü il tarixdə günorta vaxtı o, avtoyuma məntəqəsinə gəlib Zərərçəkmiş şəxsla görüşmüş, Zərərçəkmiş şəxs ona Zahidin işə gəlmədiyini demiş və birlikdə gedib sonuncunu götürüb gəlməyi təklif etmişdir. O, razılıq vermiş və həmin günü saat 16 radələrində Zərərçəkmiş şəxsla taksi sifariş verib Təqsirləndirilən şəxs kirayə yaşadığı evə getmiş, o, taksidə gözləmiş, Zərərçəkmiş şəxs Zahidin yaşadığı evə girmişdir. Təxminən 5- 10 dəqiqədən sonra Nahid və Zahid evdən çıxıb taksiyə əyləşmiş və onlar birlikdə ünvan 3 ünvanda yerləşən avtoyuma məntəqəsinə gəlmişlər. Bundan sonra o, Nahidgildən ayrılıb evə getmişdir. Həmin günü saat 21 radələrində o, avtoyuma məntəqəsinə gəlib Rəşaddan Nahidi soruşmuş, Rəşad ona Nahidin avtoyuma məntəqəsinə bitişik olan “Qəbələ” restoranında olduğunu demiş, o, “Qəbələ” restoranına getmiş və görmüşdür ki, Nahid həmyerlisi Vasiflə birlikdə restoranın zalında əyləşib pivə içirlər. O, da Nahidgillə birlikdə əyləşib pivə içmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs gəlib pivə içmiş və avtoyuma məntəqəsinə getmişdir. Bundan bir az sonra Nahid də avtoyuma məntəqəsinə getmişdir. Təxminən 15-20 dəqiqədən sonra o, Vasiflə durub restorandan çıxmış, o, Vasifdən ayrılıb avtoyuma məntəqəsində olan paltar dəyişmə otağına gəlmiş və görmüşdür ki, Nahidlə Zahid mübahisə edirlər. O, Nahid və Zahidin söhbətindən başa düşmüşdür ki, Nahidin mobil telefonda qumar oynadığını Zahid Nahidin atasına deyibdir. O, söhbətə müdaxilə etdiyi üçün Zahid onunla mübahisə etmiş və o, əli ilə Zahidi vurmuş, ayağını ilişdirmiş və Zahid yerə yıxılmışdır. Həmin vaxtı Nahid onu Zahiddən ayırmış, Zahid söyüş söydüyü üçün Nahid Zahidin ağzının üstündə sillə ilə vurmuşdur ki, söyüş söyməsin. Bundan sonra Zahid avtoyuma məntəqəsində çıxmış, geri qayıdıb onu və Nahidi avtoyuma məntəqəsinin yan tərəfinə çağırmışdır. O, Zahidə çıx getməsini, sonra danışmalarını demişdir. Bundan sonra Zahid özünə qarşı niyə hörmətsizlik etdiklərini onlardan soruşmuş, bu zaman Zahid onun ünvanına söyüş söydüyü üçün Nahid Zahidin yaxasından tutub əli ilə boğazından sıxmışdır ki, söyüş söyməsin. Zahid Nahidə əlini çəkməsini demiş və bu zaman Zahid Nahidin sol tərədən qarın nahiyəsinə nəsə vurmuşdur. Nahid əlini Zahiddən çəkmiş və Zahidə “bıçaqla məni vurdun?” deyə müraciət etmişdir. O, bu sözü eşidib Zahidin üstünə getmiş, Zahid “Qəbələ” restoranının arxa qapısını açıb restorana qaçmış və getmişdir. O da zahidin dalınca qaçan zaman Zahid onun tərəfinə stəkan atmış, o, mətbəxə keçmiş, stəkan ona dəyməmişdir. Zahid restoranın işi ilə qaçıb getmişdir. O qayıdıb görmüşdür ki, Nahid divara söykənib qarnını salfetlə tutumuşdur və salfet qana boyanmışdır. O və Vasif avtomobillə Nahidi “X9” xəstəxanasına aparmışlar. Onlar yolda avtomobillə xəstəxanaya gələn zaman Nahid Zahidin onu bıçaqla vurduğunu demişdir (cild 1, iş vərəqi 163-167). İfadəsi elan olunduqdam sonra Şahid1 ibtidai istintaqa verdiyi və elan olunmuş ifadəsini təsdiq etdiyini bildirdi. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid2 göstərmişdir ki, o, 2024-cü ilin mart ayından ünvan 3 ünvanda yerləşən “Qəbələ” restoranında aşpaz işləyir. 17 oktyabr 2024cü il tarixdə saat 21:30 radələrində o, “Qəbələ” restoranın zalında əyləşib mobil telefona baxan zaman görmüşdür ki, “Qəbələ” restoranına bitişik olan avtoyuma yerində avtomobil yuyan işləyən Zahid restoranın arxa qapısından qaçaraq restoranın zalına daxil olmuş və masanın üzərindəki stəkanı götürüb onun dalınca gələn Elməddinə tərəf 1-2 stəkan atmışdır. Bu zaman Elməddin stəkanlardan yayınmaq üçün mətbəxə keçmişdir. O, tez yerindən durub Zahidi tutmuşdur ki, stəkan atmasın. O, Zahidin tələbi ilə sonuncunu buraxmış və Zahid “Qəbələ” restoranın giriş qapısından çıxıb qaçaraq getmişdir. Bu zaman zalda olan 6-7 nəfər masadan durub nə baş verdiyi ilə maraqlanmışlar. Həmin vaxtı arxa qapıdan avtoyuma məntəqəsini icarəyə götürən Nahid zala daxil olmuş və Zahidin onu bıçaqla vurduğunu demişdir. Nahid restoranın zalından çölə çıxmış və həyətdə olan su ilə əlini, üzünü yumuş və qarının sol tərəfini salfetlə silmişdir. O, salfetə qan ləkəsinin çıxdığını görmüşdür (cild 1, iş vərəqi 11-12). İbtidai istintaq zamanı şahid qismində verdikləri və tərəflərin razılığı ilə məhkəmədə elan edilmiş ifadələrində şahidlər Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 ifadələrində Şahid2 ifadəsinə uyğun ifadələr verməklə hadisədən sonra baş vermiş halları təsdiq etmişlər (cild 1, iş vərəqi 13-15, 16-18, 19-20, 21-23, 24-25). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən “Qəbələ” restoranına bitişik olan yağ evi və avtoyuma məntəqəsidir. “Qəbələ” restoranının müşahidə kameralarına baxış zamanı Təqsirləndirilən şəxs restoranın zalına daxil olması, restorandan çıxıb qaçması müşahidə olunmuşdur (cild 1, iş vərəqi 4-7). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 23:40 radələrində “Medical Plaza”dan həkim Orucov vətəndaş Zərərçəkmiş şəxs Şahid1 122 ünvanında qarın boşluğundan xəsarət alması barədə məlumat vermişdir (cild 1, iş vərəqi 9). - cinayət işinin istintaq materiallarında olan diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə təqdim olunmuş bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı disk "hp" markalı kompüterə daxil edildi və açılması üçün komanda verildi. Disk açılanda "WhatsApp Video" adlı 2502 KB və "WhatsApp Video" adlı 2569 KB olması müəyyən edildi. Diskdəki "WhatsApp Video" adlı 2502 KB video görüntüyə baxış keçirilən zaman müəyyən olur ki, monitorda olan video görüntü kənar şəxs tərəfindən çəkilir, monitorun yuxarı sağ küncündə xx-xx-2024 21:29:32 tarix və saat görünür. Monitorda olan videogörüntüdə restoran görünür, restoranın zalında sol tərəfdə 2 ədəd və sağ tərəfdə 2 ədəd taxtadan, araları görünən arakəsmə var. Sol tərəfdə birinci arakəsmənin arxasında olanlar görünmür, birinci arakəsmə ilə ikinci arakəsmənin ortasında masanın arasında 4 nəfər kişi cinsli şəxs əyləşib, ikinci arakəsmənin arxasında bir nəfər nisbətən kök kişi cinsli şəxs əyləşibdir. Restoranın sağ tərəfində olan arakəsmələrin arasında heç kim görünmür. Həmin videogörüntünün 00:02-ci saniyəsində restoranın sağ tərəfində nəsə baş verir və sol tərəfdə olan birinci arakəsmədə olan masadan 3 nəfər kişi cinsli şəxs, ikinci arakəsmədə olan masadan 2 nəfər kişi cinsli şəxs, ikinci arakəsmənin arasında olan masada əyləşmiş bir nəfər nisbətən kök kişi cinsli şəxs masadan duraraq sağ tərəfə doğru gedir və bir nəfər arıq bədən quruluşlu kişi cinsli şəxsin qara rəngli gödəkcəsindən tutub saxlayır. Bundan sonra qara rəngli gödəkçə geyinmiş şəxs fırlanaraq nisbətən kök olan şəxsin əlindən çıxıb restoranın solda və sağda olan arakəsmələrin arası ilə qaçıb gedir. Həmin şəxsin əlində heç nə görünmür. Bundan sonra masadan duran şəxslər restoranın sağ tərəfinə gedirlər və videogörüntü 13 saniyə davam edir. Diskdəki "WhatsApp Video" adlı 2569 KB videogörüntüyə baxış keçirilən zaman müəyyən olur ki, monitorda olan videogörüntünü kənar şəxs tərəfindən çəkilir, monitorun yuxarı sağ küncündə xx-xx-2024 21:29:41 tarix və saat görünür. Monitorda olan videogörüntüdə avtomobil üçün nəzərdə tutulmuş hərəkət hissəsi, hərəkət hissəsinin sol və sağ hissəsində səki görünür. Sol tərəfdə səkidən sonra yaşıl rəngli kol uzanır, həmin kolların qarşısında hərəkət hissəsinin qırağında bir ağ rəngli avtomobil dayanıb və həmin avtomobilin dövlət qeydiyyat nişanı görünmür. Həmin videogörüntünün 00:02-ci saniyəsində avtomobillə kolların arasında olan səki ilə bir nəfər arıq bədən quruluşlu, qara rəngli gödəkçə geyinmiş kişi cinsli şəxsin qaçdığı görünür, həmin şəxsin üz tərəfi deyil, arxa tərəfi görünür və video görüntü 13 saniyə davam edir (cild 1, iş vərəqi 50). - əşyaya baxış keçirmə və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xəsarət alması ilə əlaqədar Respublika Xəstəxanasında müalicə alan Zərərçəkmiş şəxs aid bir ədəd qara rəngli qoluqısa parçadan olan, aşağı hissəsindən yuxarıya doğru 175 mm, sol yan hissədən sağa doğru 118 mm “L” şəkilli, şaxələrində uzunluğu 4 mm və 3,5 mm olan bir ədəd dəlib-keçən zədəsi olan köynək əhəmiyyətli olduğundan götürülmüşdür (cild 1, iş vərəqi 55-57). - cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqi 58-59). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 63-64). - cinayət işinin istintaq materiallarında olan diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, təqdim olunmuş bir ədəd diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı disk "hp" markalı kompüterə daxil edildi və açılması üçün komanda verildi. Disk açılanda "WhatsApp Video" adlı 2502 КБ və "WhatsApp Video" adlı 2569 KB olması müəyyən edildi. Diskdəki "WhatsApp Video" adlı 2502 KB video görüntüyə baxış keçirilən zaman müəyyən olur ki, monitorda olan video görüntü kənar şəxs tərəfindən çəkilir, monitorun yuxarı sağ küncündə xx-xx-2024 21:29:32 tarix və saat görünür. Monitorda olan video görüntüdə restoran görünür, restoranın zalında sol tərəfdə 2 ədəd və sağ tərəfdə 2 ədəd taxtadan, araları görünən arakəsmə var. Sol tərəfdə birinci arakəsmənin arxasında olanlar görünmür, birinci arakəsmə ilə ikinci arakəsmənin ortasında masanın arasında 4 nəfər kişi cinsli şəxs əyləşib, ikinci arakəsmənin arxasında bir nəfər nisbətən kök kişi cinsli şəxs əyləşibdir. Restoranın sağ tərəfində olan arakəsmələrin arasında heç kim görünmür. Həmin video görüntünün 00:02-ci saniyəsində restoranın sağ tərəfində nəsə baş verir və sol tərəfdə olan birinci arakəsmədə olan masadan 3 nəfər kişi cinsli şəxs, ikinci arakəsmədə olan masadan 2 nəfər kişi cinsli şəxs, ikinci arakəsmənin arasında olan masada əyləşmiş bir nəfər nisbətən kök kişi cinsli şəxs masadan duraraq sağ tərəfə doğru gedir və bir nəfər arıq bədən quruluşlu kişi cinsli şəxsin qara rəngli gödəkçəsindən tutub saxlayır. Həmin vaxtı Təqsirləndirilən şəxs bildirir ki, həmin arıq bədən quruluşlu, qara rəngli göndəkçə geyinmiş şəxs özüdür. O, Zərərçəkmiş şəxs bıçaqla vurub arxa qapısından "Qəbələ" restoranına daxil olur, Elməddin onun arxasınca düşdüyü üçün qaçıb getmək istəyir. Bundan sonra qara rəngli gödəkçə geyinmiş şəxs fırlanaraq nisbətən kök olan şəxsin əlindən çıxıb restoranın solda və sağa olan arakəsmələrin arası ilə qaçıb gedir. Həmin vaxtı Təqsirləndirilən şəxs əlində heç nə görünmür. Təqsirləndirilən şəxs bildirdi ki, həmin vaxtı bıçaq əlində olmuşdur. Bundan sonra masadan duran şəxslər restoranın sağ tərəfinə gedirlər və video görüntü 13 saniyə davam edir. Diskdəki "WhatsApp Video" adlı 2569 KB video görüntüyə baxış keçirilən zaman müəyyən olur ki, monitorda olan videogörüntü kənar şəxs tərəfindən çəkilir, monitorun yuxarı sağ küncündə xx-xx-2024 21:29:41 tarix və saat görünür. Monitorda olan videogörüntüdə avtomobil üçün nəzərdə tutulmuş hərəkət hissəsi, hərəkət hissəsinin sol və sağ hissəsində səki görünür. Sol tərəfdə səkidən sonra yaşıl rəngli kol uzanır, həmin kolların qarşısında hərəkət hissənin qırağında ağ rəngli avtomobil dayanıb və həmin avtomobilin dövlət qeydiyyat nişanı görünmür. Həmin video görüntünün 00:02-ci saniyəsində avtomobillə kolların arasında olan səki ilə bir nəfər arıq bədən quruluşlu, qara rəngli gödəkçə geyinmiş kişi cinsli şəxsin qaçdığı görünür, həmin şəxsin üz tərəf deyil, arxa tərəfi görünür. Həmin vaxtı Təqsirləndirilən şəxs bildirir ki, həmin arıq bədən quruluşlu, qara rəngli göndəkçə geyinmiş şəxs özüdür. O, Zərərçəkmiş şəxs bıçaqla vurub arxa qapısından "Qəbələ" restoranına daxil olur və Elməddin onun arxasınca düşdüyü üçün restorandan çıxıb qaçıb gedir və videogörüntü 13 saniyə davam edir (cild 1, iş vərəqi 75). - ifadənin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsi yerində yoxlanılmışdır. Proses iştirakçıları ilə Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin inzibati binasının qarşısında xidməti avtomobilə əyləşərək Təqsirləndirilən şəxs oğunun bələdçiliyi ilə Nizami rayonu, Şirin Mirzəyev küçəsinə çıxdıqdan sonra, Təqsirləndirilən şəxs göstərməsi ilə ünvan 3 ünvanda yerləşən avtoyuma məntəqəsinin qarşısına gəlinmiş, həmin yerdə Təqsirləndirilən şəxs avtomobildən düşərək orada bildirmişdir ki, o, 17 oktyabr 2024-cü il tarixdə saat 21:30 radələrində avtoyuma məntəqəsinin soyunubgeyinmə otağında iş yoldaşı Zərərçəkmiş şəxs mobil telefonda kazino oyunu oyanyıb pul uduzduğu üçün irad bildirmiş, baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onun sinəsindən yumruq vurmuş, həmin mübahisəyə otaqda olan və Zərərçəkmiş şəxs tanışı Elməddin müdaxilə etdiyi üçün onunla da mübahisə etmiş və Elməddin onu əli ilə vurub ayağını ilişdirib yerə yıxmış və yerdə təpiklə ayaq və qarın nahiyəsinə vurmuş və Zərərçəkmiş şəxs gəlib Elməddini ayırmışdır. Bundan sonra o, avtoyuma məntəqəsinin digər otağından gödəkçəsini götürüb Nahid və Elməddinə avtoyuma məntəqəsinin yan tərəfinə gəlib onu niyə vurmalarını izah etmələrini demişdir. Avtoyuma məntəqəsinin yan tərəfində Nahid onun üsütünə gəlib yaxasından tutmuş və əli ilə onun boğazından sıxmışdır. O, Nahidə əlini çəkməsini, boğulduğunu demişdir. Həmin vaxtı o, şalvarının sağ arxa cibində olan bıçağı götürüb Zərərçəkmiş şəxs sol tərəfdən qarın nahiyəsinə vurmuşdur. Zərərçəkmiş şəxs ona “məni bıçaqla vurdun?” demiş, bu sözləri eşidən Elməddin onun üstünə hücüm etmiş, o, "Qəbələ" restoranını arxa qapısını açıb zala daxil olmuş, Elməddin onun arxasınca qaçdığı üçün o, zalda olan iki ədəd sətəkanı Elməddinə atmış, Elməddin mətbəxə getdiyi üçün o, qaçaraq restorandan çıxmışdır. Yolda olan zaman o, əlində olan bıçağı kənara atmışdır (cild 1, iş vərəqi 83-86). - Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 13331 nömrəli məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 104). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq təcridxanasının xx.xx.2024-cü il tarixli xüsusi məlumatından görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 11:15 radələrində Nizami RPİ-nin MSY-nin əməkdaşları tərəfindən gətirilib təhvil verilən, xx.xx.1988-ci ildə Lənkəran rayonunda anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 11:30 radələrində Tibb-sanitar hissəsində müayinə olunan zaman boyunun sol nahiyəsinin aşağı 1/3-də sarımtıl rəngli qançır aşkar olunmuşdur. Bununla əlaqədar akt tərtib olunaraq izahatı alınmışdır. Bu barədə həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs yazılı izahatında bildirmişdir ki, həmin xəsarəti törətdiyi cinayət hadisəsi zamanı almışdır (cild 1, iş vərəqi 109). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 110). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 953 saylı rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş boynun ön səthinin hematoması; döş qəfəsinin ön səthinin İ-İİİ qabırğaları əhatə edən qançırı; sağ sağrının və sağ diz oynağının ön səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində və şəxsin özünün göstərdiyi şəraitlərdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs və ya şəxslər tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə boynun ön səthində olan hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə həm ayrıayrılıqda həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 137-140). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1068 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs nazik bağırsaq və böyük piyliyin zədələnməsi ilə müşaiyət olunan qarnın ön divarının periton boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarda göstərilən tarixdə, yəni 17 oktyabr 2024-cü il tarixdə alınması mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 1, iş vərəqi 142-144). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3286 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən çəkmir. Onda xasiyyətin psixopatik cizgilər müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi mülaicəyə ehtiyac yoxdur (cild 1, iş vərəqi 145-147). - Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 7 ünvanda yerləşən avtoyuma məntəqəsində iş yoldaşı Təqsirləndirilən şəxsla mübahisəsi olmuş və mübahisə zamanı Təqsirləndirilən şəxs bıçaqla onun qarın nahiyəsindən xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 1, iş vərəqi 158). - xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bir daha qarşısında əyləşən Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, Təqsirləndirilən şəxsla ünvan 3 ünvanda yerləşən avtoyuma məntəqəsində işləmiş, o, arada mobil telefonda “online” qaydada kazino oyunu oynamışdır. Zahid onun mobil telefonda “online” qaydada kazino oyunu oynadığını atasına demişdir. 17 oktyabr 2024-cü il tarixdə saat 09 radələrində o, avtoyuma məntəqəsini açmış və avtoyuma məntəqəsinə Teyyub və Rəşad gəlsə də Zahid işə gəlməmişdir. O, həmyerlisi Elməddinlə Təqsirləndirilən şəxs kirayə yaşadığı evə getmiş, o, Elməddin və həmyerlisi Vasiflə birlikdə “Qəbələ” restoranın zalında əyləşib pivə içirmişlər. Həmin vaxtı Zahid gəlib pivə içmiş və avtoyuma məntəqəsinə getmişdir. Bundan sonra o, Elməddinlə birlikdə “Qəbələ” restoranından durub avtoyuma məntəqəsində olan geyinib-soyunma otağına gedib oturmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs onlar oturduqları otağa gəlmiş və Elməddin Zahidə niyə Nahidin atasına kazino oynadığını dediyini, ata-bala arasında nifaq yaratmasını soruşmuşdur. Bu söhbətin üstündə Zahidlə Elməddin mübahisə etmiş və Elməddin Zahidi əli ilə vurub, ayağı ilə ilişdirib yerə yıxmışdır. O, durub Elməddini ayırmış və Zahid onları avtoyuma məntəqəsinin yan tərəfinə çıxarmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs Elməddinin ünvanına söyüş söymüş və o, Zahidin ağzının üstündən bir sillə vurmuşdur ki, söyüş söyməsin. Təqsirləndirilən şəxs ondan 10-15 metr uzaqlaşmış və həmin vaxtı o, avtoyuma məntəqəsinin yan tərəfində durmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yenidən onun yanına gəlmiş və Təqsirləndirilən şəxs Elməddinin ünvanına söyüş söydüyü üçün Zahidin yaxasından tutub əli ilə boğazından sıxmışdır ki, Elməddinə söyüş söyməsin. Həmin vaxtı Təqsirləndirilən şəxs ona əlini çəkməsini, boğulduğunu demiş və əlində olan bıçaqla sol tərədən qarın nahiyəsinə vurmuşdur. O, əlini Təqsirləndirilən şəxs çəkmiş və “məni bıçaqla vurdun?” demişdir. Elməddin bu söz eşidib Təqsirləndirilən şəxs üstünə gedən zaman Təqsirləndirilən şəxs “Qəbələ” restoranının arxa qapısını açıb restorana qaçmış, Elməddin də Zahidin arxasınca getmişdir. Təqsirləndirilən şəxs qarşısında əyləşən Zərərçəkmiş şəxs dediklərini eşitmiş və öz ifadəsini və Zərərçəkmiş şəxs dediklərini təsdiq etmişdir (cild 1, iş vərəqi 159-162). - məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 594-2024MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu və zəif biruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir (cild 1, iş vərəqi 175-179). - məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 862/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu O alfa beta (1). Təqsirləndirilən şəxs şəxsiyyəti təsdiq edən axtarış vərəqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu A beta (11). Ekspertizaya təqdim edilmiş qısaqol köynək üzərində olan ləkələrdə O alfa beta (1) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri O alfa beta (1) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 180-184). - cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus, Respublika Kliniki Xəstəxanasından götürülmüş bir ədəd qoluqısa köynək maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Bakı şəhəri Nizami rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, 17 oktyabr 2024-cü il tarixdə saat 21:30 radələrində ünvan 3 ünvanda yerləşən “Qəbələ” restoranının arxa qapısından Təqsirləndirilən şəxs daxil olub restoranın giriş qapısına qaçaraq getməsi və restorandan qaçaraq uzaqlaşmasına dair təhlükəsizlik kamerasının videogörüntüsü olan bir ədəd DVD disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 185-200). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 211-212). Təqsirləndirilən şəxs üzərində olan bıçağı təsadüfən cibində saxlaması, zərərçəkmiş şəxsi vurmaq istəməməsi, zərərçəkmiş şəxs onu boğduğu üçün özünü müdafiə etmək məqsədilə sonuncunu bıçaqla vurması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, hadisə baş verməmişdən qabaq təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin tərəfində olan Şahid1 arasında mübahisə baş vermiş, zərəçəkmiş şəxs və Şahid1 onu döymüşlər. Məhkəmə tədqiq edilmiş sübutlarla o nəticəyə gəlir ki, bu mübahisədən dərhal sonra təqsirləndirilən şəxs aralanaraq hadisə vaxtı istifadə etdiyi bıçağı işlədiyi avtoyuma məntəqəsindən götürüb cibinə qoyaraq zərərçəkmiş şəxsi məhz bıçaqla vurmaq məqsədilə ona yaxınlaşmış, mübahisəni davam etdirmiş və əlbəyaxa olan zaman əvvəlcədən nəzərdə tutduğu məqsədini həyata keçirərək həmin bıçaqla zərərçəkmiş şəxsi vuraraq sonuncuya ağır xəsarət yetirmişdir. Bütün bunlar onu göstərir ki, müdafiə məqsədilə zərərçəkmiş şəxsi bıçaqla vurması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda göstərilən sübutları geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd edilən cinayət əməlini törətməsi cinayət işi üzrə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Həbibov X3 Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış və 10 iyul 2023-cü il tarixdə cəzanın sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 100-102, 120-125). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Həbibov X3 Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzadan azad edildiyi gündən iki il keçmədiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməlində cinayətin residivi mövcuddur. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumata görə, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Rəviyyə Həbibova və xx.xx.2015-ci il təvəllüdlü Səma Həbibova adlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, himayəsində 1 azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 oktyabr 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 38, 92-93, 248-252). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı tutulduğu 19 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qoluqısa köynək təyinatını itirdiyindən məhv edilməli, təhlükəsizlik kamerasının videogörüntüsü olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qoluqısa köynək təyinatını itirdiyindən məhv edilsin. Digər maddi sübut - təhlükəsizlik kamerasının videogörüntüsü olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1093/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1093/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver