Məhkəmə qərarları › İş №1(101)-1094/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1094/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1094/2021 11.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X2 və İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 və İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 21 avqust 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 04 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 noyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyətləri naməlum “İbrahim”, “Hüseyn" adlı şəxslərlə və qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanılması və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş və aralarında olan razılaşmaya görə “İbrahim” adlı şəxsin tapşırığına əsasən istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə 2020-ci ilin oktyabr ayının sonlarında “Hüseyn" adlı şəxsin istifadəsində olan +**********84 mobil nömrəyə mesaj yazmaqla sonuncuya psixotrop maddə metamfetamin sifariş vermişdir. “İbrahim” adlı şəxsin sifariş verilən psixotrop maddə üçün 400 manat pulu naməlum şəraitdə və naməlum üsulla “Hüseyn" adlı şəxsə çatdırmasından sonra sonuncunun Təqsirləndirilən şəxs 03 noyabr 2020-ci il tarixdə həmin tətbiq vasitəsi ilə göndərdiyi fotoşəkillərə və marşruta uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesindəki Neptun supermarketin yaxınlığında yerləşən "xxxx" ASC-yə məxsus bankomatın arxa hissəsindən mişar daşının altından üzərində “Yupiter” yazısı olan qutuda 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 50,072 qram ağ rəngli kristal formada psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 1 ünvanına daşımışdır. 04 noyabr 2020-ci il tarixdə, saat 02:30-da ünvan 2 ünvanın yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin (bundan sonra: RPİ, PB) inzibati binasına dəvət olunmuş, üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz əldə edib saxladığı və daşıdığı bir ədəd şəffaf sellofan bükümdə, 50,072 qram çəkidə - külli miqdarda ağ rəngli kristal formada psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin yay aylarında dostu, “Əmrahbank”da risklərin idarə olunması şöbəsində işləyən, «Əmrahbank” dağıldıqdan sonra isə plastik pəncərə sexində işləməyə başlayan Araz Xanlarovun ad günü olmuş, həmin vaxt karantin rejimi ilə əlaqədar restoranlar işləmədiyindən Araz günlük ev kirayələmişdir. Arazın Xanım adlı tanışı qız da öz rəfiqəsi ilə ora gəlmişdir. O, həmin tədbirdə Xanımla tanış olmuş və bir müddət sonra Xanım ona mesaj yazaraq Razində, yəni Bakıxanov qəsəbəsində küçədə qaldığını bildirmiş, ona ev tutmasını ondan xahiş etmişdir. O, Xanıma ev kirayə tutmuş, buna görə aralarında münasibət yaranmış və hətta qadın-kişi münasibətləri də olmuşdur. Xanımla münasibətləri başladıqdan sonra onun narkotik vasitələrdən istifadə etməsini görmüşdür. O, əvvəlcə Xanımın narkotik istifadə etməsini bilməmişdir. Xanım dolu bədən quruluşlu olmuş və xarici görünürşündən narkotik istifadəçisinə oxşamamışdır. Bunu öyrəndikdən sonra Xanımdan uzaqlaşmaq istədikdə, sonuncu ondan hamilə olduğunu bildirmiş və hətta ona test göstərmişdir. Xanım ona test göstərdiyi üçün Xanımın hamilə olmasına inanmış və ondan yaxa qurtarması üçün yollar axtarmışdır. O, Xanıma evdəkilərdən pul alıb verməyi, bu üsulla ondan uzaqlaşmağı və bir daha bu haqda danışmamalarını təklif etsə də, Xanım razılaşmamışdır. Xanım hamiləliyə görə ağrıları olduğunu demiş, gedib müəyyən yerlərdən narkotik götürə bilmədiyini bildirmişdir. O, Xanıma kiminləsə belə bir əlaqəsinin olmadığını, narkotiki alıb gətirə bilməyəcəyini demişdir. Bundan sonra Xanım ondan pul istəmiş, həmin pulu özünün Hüseyn adlı iranlı tanışının kartına yükləyəcəyini, alacağı narkotiki onun gedib götürməsini tələb etmişdir. Xanım onun telefonu ilə Hüseynlə danışmış, onun Hüseynlə narkotiki götürən vaxt danışıqları olmuşdur. Hətta Xanım narkotiki gətirib verəndən sonra hamilə söhbətinin dayanacağını, ondan əl çəkəcəyini bildirmişdir. Odur ki, əlacsız qalıb o, atasından 500 manat pul alıb, səsini çıxarmaması üçün gətirib Xanıma vermişdir. Xanım onun telefonuna şəkillər göndəriləcəyini demiş, şəkillərdəki ünvanlardan gedib narkortiki götürməli olduğunu ona izah etmişdir. Bundan sonra Xanımın dediyi kimi onun telefonuna şəkillər gəlmişdir. Hamiləlik məsələsi ortaya çıxandan sonra o, məcbur olub narkotiki gedib qoyulduğu yerdən götürməyə razılıq vermiş, həmçinin ailəsinin yanında biabır vəziyyətə düşməməkdən ötrü Xanımın ondan uzaqlaşması məqsədi ilə sonuncunun dediklərini etmişdir. Xanıma narkotik göndərən şəxsin adı Hüseyn olmuşdur. O, Hüseynin göndərdiyi psixotrop maddəni Binəqədidə şəkillərdəki ünvandan götürüb gətirib Xanıma vermişdir. Həmin psixotrop maddə 50 qram olmuşdur ki, o, həmin psixotrop maddəni gətirib Xanıma verəndən sonra özü də, Xanım da, sonuncunun rəfiqəsi Minayə də psixotrop maddədən istifadə etmişlər. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Xanımın rəfiqəsi Minayənin tanışı olan oğlan ondan gedib evdəki şkafı götürməyə kömək etməyi xahiş etmiş və orada işdən sonra oturub yemək yemələrini təklif etmişdir. O isə həmin vaxt karantin rejimi və komendant saatına görə saat 9-dan sonraya qalmaması üçün evə tələssə də, həmin şəxs onu orada gecikdirmişdir. Gecikdiyinə görə o, həmin şəxsdən onu Xanımın evinə aparmasını xahiş etmiş, Xanımın evində olan paltarlarını götürüb səhər tezdən saat 6:00-da evinə getmək istəmişdir. Belə ki, “Nizami” metrostansiyası tərəfdə dezinfeksiya idarəsi olmuş, orada işləyən dostunun vasitəsi ilə işə düzəlmək istəmişdir. Həmin oğlan onu gecə saat 1-ə işləmiş Xanımın qaldığı evə aparmışdır. O, çatıb mənzilin qapısını döydükdə Xanım qapını açmış və Xanımla Minayənin harasa getməyə hazırlaşdıqlarını görmüşdür. Xanımdan hara getdiyini soruşduqda, sonuncu ona aşağı düşüb qayıdacağını demiş, lakin hara gedəcəklərini konkret bildirməmişdir. Xanıma “karantindir, aşağı düşmək olmaz, polislər var aşağıda, düşsən cərimə edəcəklər, elə getmək mümkün olsaydı, mən Sumqayıta evimə gedərdim” demiş, Xanım isə narahat olmamasını bildirib getmişdir. İttiham aktında guya aptekə getdiklərini göstərməsi yazılmış, lakin əsl həqiqətdə onların hara getdiklərini bilməmişdir. O, həmin vaxt Xanımgilin hara getdiklərini öyrənmək üçün balkona çıxıb onları izləmiş, həqiqətən də post-patrulun onları saxladığını və geri qaytardığını görmüşdür. O, artıq Xanımgilin gəldiyini görüb gedib yatmışdır. Gecə çörək yemək üçün oyanmış və elə həmin vaxt qapı açılmış, 3 nəfər mülki geyimdə kişi evə girmiş və həmin vaxt Xanımgil sanki iəri daxil olanların arxasına keçmişlər. Gələnlərin polis olduqlarını öyrənib bilmişdir. Onların arasında Şənlik adlı bir oğlan olmuş, sonuncu əlində qandal onun üstünə gəlmişdir. Nə məsələ olduğunu, gecə vaxtı niyə evə girdiklərini soruşduqda, Şənlik onda narkotik vasitə olduğunu bildirmiş, dərhal onun telefonunu istəmişlər. O, telefonunu vermiş, lakin telefonu parolda olmuşdur. Xanım onun telefonunun parolunu bildiyindən parolu açıb polisə vermişdir. Sonra polislərin tələbi ilə onlar aşağı düşmüş, Xanım maşında qabaqda, Surxay adlı polisin yanında oturmuş, Minayə sol tərəfdə, Şənlik isə ortada oturmuşlar. Onu da maşına otuzhdurmuşlar. Onlar evdən çıxıb BNMİ-yə gedərkən saat təxminən gecə 3 olmuş, gedərkən polislər Hüseynin göndərdiyi psixotrop maddəni Xanımdan götürmüşlər. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, onlar yolda gedərkən Surxayın idarə etdiyi maşın yolda karantin postunda saxlanılmış, yoxlama ilə əlaqədar Surxay sənədlərini göstərmiş, lakin Şənlikdə polis vəsiqəsi olmamışdır. Şənlikdən sənəd istənildikdə Surxay Şənliyin onların gizli əməkdaşı olduğunu bildirmişdir. Qızları isə ümumiyyətlə yoxlamamışlar. Onlar BNMİ-yə gəldikdən sonra o, orada Xanımın Səttarın tanışı olduğunu öyrənmişdir. Axşam zəng etmək üçün ondan telefon nömrəsi ismtənildikdə o, qardaşının nömrəsini vermişdir. Səhəri gün o, 13-cü PB-nə aparılmış, orada müstəntiqə və ya təhqiqatçıya onu evdə tutduqlarını demiş, Xanımgilin harada olduqlarını soruşmuşdur. Ona Xanımı bu işə qoşacaqları təqdirdə bir qrup şəxs kimi tutulacaqlarını və bununla da onun özünə problem yaradacağını bildirmişlər. Bundan sonra o, yenə də BNMİ-yə aparılmış, qızların adının çəkilməməsi üçün orada 3 gün döyülmüşdür. Bundan sonra ona onları X10 evinə aparmasını, narkotiki sonuncunun boynuna qoyacaqlarını bildirmi və yalnız bu halda onu buraxa biləcəklərini təklif etmişlər. O isə dostuna qarşı bu cür hərəkət edə bilməyəcəyini demiş və təkliflə razılaşmamışdır. X6 tutulmağından xəbəri olmamışdır. Araz narkotik istifadə etməyən, ali savadlı şəxs olmuş, özünün buraxılması naminə dostunu tutdurmaq istəməmişdir. Bundan sonra Xanıma məxsus 50 qram metamfetamin onun boynuna qoyulmuşdur. Videoçəkiliş təşkil olunmuş və videoçəkiliş altında guya o, 50 qram metamfetamini təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, onu konkret olaraq Xanım tutdurmuşdur. Onun telefonunda Xanım Hüseynlə yazışarkən yalnız narkotikin götürülməsindən yazmış, lakin satışı ilə bağlı nəsə yazmamışdır. O, əvvəllər qəlyançı kimi işləmiş və İbrahim adlı şəxslə yemək masasında orada tanış olmuşdur. İbrahim ondan yaşca böyük olmuşdur. İbrahim orada çəkməsi üçün ona narkotik təklif etmiş, İbrahimin təklifi ilə narkotik vasitə çəkmişdir. Ümumiyyətlə, o, metamfetamindən bir neçə dəfə istifadə etmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanda anası Şahid5, atası Şahid4, qardaşı Şahid6 və onun ailəsi ilə birlikdə yaşamışdır. 2010-cu ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Respublika Olimpiya İdman Litseyini” Futbol idman növü üzrə Azərbaycan dilində bitirmiş, 2011-2012-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2012-ci ildən sonra o, “Bakı” Futbol Klubunda, “Neftçi” Futbol Klubunda, “Sumqayıt” Futbol Klubunda hücumçu kimi oynamışdır. 2018-ci ildə sağ ayağının topuq nahiyəsində bağlar zədələndiyi üçün futbol oynaya bilməmiş və həmin ildən o, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Milli Bank” inzibati binasının yaxınlığında olan “Smoking Lounqe” restoranında qəlyançı işləməyə başlamışdır. 2019-cu ildə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən “Çinar” restoranında qəlyançı işləmiş və həmin vaxtdan o, psixotrop maddə metamfetamini çəkmə yolu ilə qəbul etməyə başlamışdır. O, psixotrop maddə metamfetamini çəkmə yolu ilə arada qəbul edirmiş. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 2020-ci ilin mart ayında COVİD 19 yeni virus infeksiyası yayılması ilə əlaqədar restoranlar bağlanmış və o da həmin vaxtdan işsiz qalmışdır. 2020-ci ilin avqust ayında tanışının vasitəsi ilə Şahid3 ilə tanış olmuş və Xanım ona istifadəsində olan ***-***-**-** nömrəsini vermişdir ki, əlaqə saxlasınlar. O, da Xanıma özünün istifadəsində olan ***-***-**-** nömrəsi vermişdir. Bundan sonra o, Xanıma arada “WhatsApp”-da mesaj yazırmış, kefini və halını soruşurmuş. 15 sentyabr 2020-ci il tarixdə isə Sumqayıt şəhərində Nasosnu deyilə yerdə kirayə yaşayan Yağmur adlı qadının evində olan zaman İbrahim adlı oğlanla tanış olmuşdur. Yağmur ona demişdir ki, İbrahim narkotik vasitənin satışı ilə məşğul olur, özü Corat qəsəbəsində yaşayır. Həmin vaxtı İbrahimin yanında tanımadığı bir qadın olmuşdur. Onlar stol arxasında əyləşən zaman İbrahim cibindən bir büküm marixuana, bir büküm heroin və bir büküm metamfetamin çıxarıb stolun üzərinə qoymuşdur. O, metamfetamini çəkmə yolu ilə, İbrahim, yanında olan qadın və Yağmur isə heroindən, metamfetamindən və marixuanadan qəbul etmişlər. Həmin vaxt onun İbrahimlə münasibəti yaranmış və İbrahim istifadəsində olan ***-***-**-** nömrəsini əlaqə saxlamaları üçün vermişdir. 3-4 gündən sonra o, İbrahimlə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Pioner” marketin yaxınlığında görüşmüş və onlar birlikdə İbrahimin tanımadığı qadın tanışının evinə getmişlər. Həmin ev “Pioner” marketin arxasında olan 5 mərtəbəli binanın, 2-ci blok, 3-cü mərtəbəsində olan orta qapıda yerləşmişdir. Həmin evdə İbrahim ona bir büküm metamfetamin vermiş, o da həmin evdə metamfetamini falqaya töküb alışqanla yandırıb çəkmiş, İbrahimdə heroini eyni qaydada qəbul etmişdir. Ev sahibi qadın isə narkotik qəbul etməmiş, ancaq onların narkotik qəbul etmələrinə etiraz da etməmişdir. Həmin gün İbrahim ona demişdir ki, nömrəsinə zəng vurur, zəng çatmır, ancaq “WhatsApp” proqramı işləyir. O, İbrahimə mobil telefon nömrəsini 2 gündür itirdiyini demişdir. İbrahim mobil telefonunun üzərində olan ***-***-**-** nömrəsini çıxarıb ona vermiş və demişdir ki, bu nömrəni sən işlət, evdə onun başqa nömrəsi vardır, özü onu işlədəcəkdir. Bundan sonra İbrahim ***-***-**-** nömrəni işlətməyə başlamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, 2020-ci ilin oktyabr ayının əvvəlində İbrahim ona birlikdə Bakı şəhərinə getmələrini və bir avtomobil olduğunu, ona baxmalarını, xoşu gələrsə, alacağını demişdir. O, İbrahimə razılıq vermiş və onlar bir taksi ilə Bakı şəhərinə gəlmişlər. Onlar taksi ilə Bakı şəhərinə gələn zaman Şahid3 “WhatsApp” proqramında Bakı şəhərinə gəldiyini, onu (Xanımı) görmək istədiyini qısa mesajla yazmışdır. Xanım isə ona yazmışdır ki, Bakı şəhərinə gələndə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində “Akkord” binasında olan evinə gələr. O, İbrahimlə birlikdə gedib avtomobilə baxmış, İbrahim həmin avtomobili bəyənməmişdir. O, İbrahimə demişdir ki, onun bir qadın tanışı vardır, onun evinə gedək, onu görmək istəyir. İbrahim razılıq vermiş və onlar birlikdə Şahid3 yaşadığı “Akkord” yaşayış binalarında olan 4-cü bina, 16-cı mərtəbə, 168 saylı mənzilə getmişlər. Həmin vaxtı Xanım və onun rəfiqəsi Minayə evdə olmuşlar. Həmin vaxt İbrahim ona heroini evdə qoyub gəldiyini demiş, vaxtı çatdığını, vəziyyəti pisləşdiyini, evə gedib heroini götürüb gələcəyini demişdir. Bundan sonra İbrahim çıxıb getmiş, o isə Xanımgildə qalmışdır. İbrahim həmin günü bir daha Xanımgilə gəlməmişdir. O, həmin gecəni Xanımgildə qalmış və onun Xanımla yaxın münasibəti olmuşdur. Bundan sonra o, tez-tez Xanımgilə getmiş və həftənin 2-3 gününü Xanımgildə qalmışdır. 2-3 gündən sonra İbrahim Xanımgilə gəlmiş və ona demişdir ki, o, əvvəllər İran İslam Respublikasının vətəndaşından narkotik alıb satırmış və ona məsləhət görmüşdür ki, “İnstagram” proqaramına girib İran İslam Respublikası vətəndaşlarının səhifəsində onların şəkillərini bəyən və onların səhifələrini izlə, onlar sənə yazıb narkotik vasitə təklif edəcəklər, onlardan bir xəbər çıxsa, ona xəbər edər. O, İbrahimə razılıq vermiş və o, öz “İnstagram” proqramında “_OrxaŞahid4_ səhifəsindən “mortaza.baradar”, “HAS ANASHRAFİ13 69”, “ahy85”, “**********5”, “plmohamad.ture”, “peyman mahdavi”, “aboli”, porfatihi_a”, “mohsen-sam”, “Rezal998” səhifələrə bəyən işarəsi göndərmişdir. Qeyd etdiyi səhifələrdən ona yazıb, “patı” yəni metamfetamin, “kakos və ya "kola” yəni heroin almağını təklif etmişlər. O, da bu təklifi İbrahimə bildirmiş, İbrahim ona demişdir ki, sən öz adından “HASANASHRAFİ1369” səhifə ilə yazış, ondan narkotik vasitə istə və ona pul göndərəcək ki, ona narkotik vasitə göndərsin. O, İbrahimə demişdir ki, özün niyə həmin şəxslə danışmırsan? İbrahim ona demişdir ki, onun üzündən narkomanlıq yağır, onu görsə mal göndərməyəcək. O da İbrahimə razılıq vermiş və demişdir ki, öz adından danışacaq, narkotik vasitə alacaq, həmin narkotik vasitədən ona verər, o, istifadə edər. İbrahim ona demişdir ki, problem yoxdur, həmin İranlı ilə danış, sənə çəkmək üçün narkotik verəcək. 30 oktyabr 2020-ci ildə o, İbrahimin təklifinə görə “HASANASHRAFİ1369” səhifəyə yazmışdır ki, “salam qardaşı, necəsən, təklifini qəbul edir, ona “WhatsApp” proqramında yaz. Həmin şəxs ondan “WhatsApp” nömrəsi istəmiş, İbrahim ona verdiyi ***-***-**-** nömrəni həmin şəxsə göndərmişdir. 31 oktyabr 2020-ci ildə +98-913-252-5584 nömrəsindən “WhatsApp” proqramı vasitəsi ilə səsli mesaj gəlmiş və həmin vaxtdan ona özünü “Hüseyn” kimi təqdim edən şəxslə narkotik vasitəni alışı barədə danışmışdır. Həmin vaxtı İbrahim onun yanında olmuş və İbrahim demişdir ki, danış, ondan kart hesab istə, onun hesabına pul vursun ki, “kakos” və “patı” göndərsin. O, İbrahimin dediyi kimi etmiş, Hüseyn adlı şəxs “Kapital bank” kartının nömrəsini göndərmiş, İbrahim həmin nömrəyə 400 manat pul göndərmiş və o, İbrahimin təklifi ilə Hüseyndən 20 qram “patı” yəni metamfetamin göndərməsini tələb etmişdir. Bundan sonra o, İbrahimin göndərdiyi 400 manat qəbzin şəkilini çəkib Hüseynə göndərmişdir. Hüseyn pulu qəbul edəndən sonra demişdir ki, qəbzin şəkilini sil. O, da həmin şəkili silmışdır. Hüseyn “WhatsApp”-da səsli mesaj göndərmişdir ki, metronun “Neftçilər” stansiyasının yaxınlığında olan “İnterturan” mebel mağazasının yaxınlığına “patı” qoyulacaq. Bir necə saat keçəndən sonra Hüseyn mesaj gödərmişdir ki, mal paylayan şəxs çölə çıxa bilmir və demişdir ki, get, Abşeron rayonu, Masazır qəsəbəsində stadionun yanına qoyulubdur. O, tək həmin yerə getmiş, arxasında İbrahim taksi ilə gəlmiş və ondan aralı durmuşdur. Hüseyn ona şəkil göndərmiş və səsli mesajla narkotik qoyulduğu yeri izah etmişdir. O, həmin yerə getmiş və narkotik olmadığını görmüşdür. Həmin vaxtı narkotik qoyulan yerin yaxınlığında bir orta yaşlı kişi əyləşmiş, sonra həmin kişi bir avtomobilə əyləşib getmişdir. Həmin avtomobilin nömrəsi **- VF-*** olmuşdur. O, Hüseynə səs göndərmişdir ki, narkotik yoxdur, Hüseyn ona demişdir ki, sən götürübsən. O, Hüseynə and içmişdir ki, o, görməyib, sən göndərdiyin oğlan götürüb aparıb. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, 01 noyabr 2020-ci ildə Hüseyn ona “WhatsApp” proqramında səs göndərmişdir ki, sənə 50 qram metamfetamin göndərəcəkdir. O, Hüseynə razılıq versə də, həmin günü yuxudan gec oyandığı üçün Hüseynin zənglərinə cavab verə bilməmişdir. O, yuxudan oyananda görmüşdür ki, Hüseyn bir neçə dəfə zəng vurub və o, Hüseynə səsli mesaj göndərmişdir ki, üzrlü hesab elə, yatıb qalıbdır. Hüseyn ona səs göndərmişdir ki, 03 noyabr 2020-ci ildə ona xəbər edəcəkdir. Həmin vaxtı o, Xanımgildə qalmışdır. 02 noyabr 2020-ci ildə o, Xanımgildə olan zaman İbrahim həmin evə gəlmiş və ondan Hüseyndən “malı” alıbalmadığını soruşmuşdur. O, İbrahimə demişdir ki, Hüseyn sabah “malı” göndərəcək. Həmin vaxtı İbrahim ona bir büküm metamfetamin və bir büküm heroin vermiş və demişdir ki, metamfetamini özün istifadə edərsən, heroin isə Xanım üçündür. 03 noyabr 2020-ci il tarixdə, saat 10:15-də Hüseyn “WhatsApp” proqramı ilə səsli zəng vurub demişdir ki, hazır ol, sənə ünvan deyəcək. Bundan sonra o, İbrahimə zəng vurub demişdir ki, gəl, onunla birlikdə gedək, Hüseyn sənin malını göndərəcək. İbrahim ona demişdir ki, gələ bilməyəcək, sən özün gedib malı götür, özündə saxla, gəlib ondan götürəcək. O, İbrahimə razılıq vermiş və Hüseyn ona səs göndərmişdir ki, Binəqədi rayonunda olan “Xırdalan” dairəsinin yaxınlığına get, narkotik paylayan şəxs həmin yerə yaxın narkotik qoyacaq və şəkilini çəkib göndərəcək, gedib götürər. O, taksi ilə deyilən yerə getmiş və Hüseynə səsli mesaj göndərmişdir ki, gözləyir. Bir az keçədən sonra Hüseyn səsli mesaj göndərmişdir ki, “Xırdalan” dairəsindən üzü Binəqədi qəsəbəsi istiqamətində gedəndə “Neptun” marketin yanında dayan, sənə şəkil göndərəcək. O, deyilən yerdə gözləmiş və Hüseyn ona həmin gün saat 14:37-də şəkil göndərmişdir. Həmin şəkildə “Kapital bank” terminalının yanında olan daşın altında “Yupiter” qutusu görünürmüş və Hüseyn səsli mesaj göndərmişdir ki, həmin qutunun içindədir, get götür. O, da deyilən yerdən həmin qutunu götürmüş və həmin qutunun işçində 50 qram metamfetamin olmuşdur. O, bir taksiyə əyləşib Xanımgilə getmiş və Xanıma 50 qram metamfetamini göstərmiş və ona demişir ki, bunu gizlət, gəlib götürəcəkdir. Xanım ondan 50 qram metamfetamini alıb çarpayının üzərində olan döşəyin altına qoymuşdur. Həmin vaxtı Xanım, Xanımın rəfiqəsi Minayə, Minayənin tanışı Nurlan və Nurlanın qohumu Elnur evdə olmuşlar. O, mağazaya gedib çörək və siqaret alıb qayıtmış və Xanıma demişdir ki, həmin metamfetamini ver. Xanım həmin “malı” ona vermiş və o, da həmin “malı” şalvarının cibinə qoymuşdur. Saat təxminən 19:00 radələrində Xanım ona demişdir ki, “malı” ona ver, onda qalsın, sən üzərində küçəyə çıxma. O, da Xanıma razılıq vermiş və “malı” Xanıma verib məhəlləyə düşmüşdür. Bundan sonra o, Minayənin tanışı Ümidlə onun yaşadığı evin yaxınlıqda olan 5 mərtəbə binanın həyətinə getmiş və o, Ümidlə “Tofaş” markalı avtomobil haqqında danışmışlar. Həmin gün saat 23:10-da o, Ümiddən ayrılıb Xanımın yaşadığı evə getmiş və görmüşdür ki, Xanımla Minayə bəzəniblər, o, onlardan hara gedəcəklərini soruşmuşdur. Xanım demişdir ki, işləri vardır. O, Xanımgilə demişdir ki, gecə vaxtıdır, getməyin. Xanım demişdir ki, işləri vardır, Minayə ilə birlikdə evdən çıxıb getmişlər. Həmin vaxtı o, Xanımdan metamfetaminin yerini soruşmuş, Xanım ona demişdir ki, yataq otağında balıncın içinə qoyubdur. O, tez gedib bükümdə olan metamfetamini götürüb içinə baxmış və görmüşdür ki, metamfetamindən bir az götürülübdür. O, həmin bükümdə olan metamfetamini şalvarının sol yan cibinə qoymuşdur. Təxminən 20 dəqiqədən sonra Xanım ona “WhatsApp” proqramında yazmışdır ki, balkona çıx, onları polislər evə gətirir. O, balkona çıxmış və görmüşdür ki, Xanım və X12 Xidmətinin avtomobilindən düşüb evə gəlirlər. Xanım və Minayə evə gəlmiş və o, Xanımgilə demişdir ki, sizə demişdim axı çölə çıxmayın. Həmin vaxtı evdə ondan başqa Xanım və Minayə olmuşdur. Onlar evdə olan zaman İbrahimin ona verdiyi bir büküm heroini və bir büküm metamfetamini çıxarıb stolun üzərinə qoymuş, o, metamfetamindən istəfadə etmiş, Xanım və Minayə isə həm metamfetamindən, həm də heroindən istifadə etmişlər. O, Xanımdan 50 qram metamfetaminin üzərində bir az götürüldüyünü bildirdikdə Xanım demişdir ki, bəli, bir az götürüb çəkib, cüzi bir hissəsi isə pul qabının içindədir. O da pul qabının içindən olan “malı” götürüb 50 qram olan metamfetaminin üzərinə qoymuşdur. Həmin vaxt onun yuxusu gəldiyi üçün yataq otağına keçmiş və təminən 1-2 saat yatmışdır. O, yuxudan oyanıb yataq otağından qonaq otağına keçmiş və kresloda oturmuş, İbrahimin verdiyi metamfetamindən cüzi qalan hissəsini falqaya qoyub alışqanla yandırıb çəkmişdir. Elə həmin vaxt mülki geyimdə olan şəxslər evə girmiş və özlərini Azərbaycan Respublikası DİN-nin BNMİ-nin polis əməkdaşları kimi təqdim edib ondan anket məlumatlarını soruşmuşlar. O, polis əməkdaşlarına demişdir ki, 21 avqust 1993-cü ildə Sumqayıt şəhərində doğulmuş Təqsirləndirilən şəxsdur. Bundan sonra polis əməkdaşları onu BNMİ-yə aparmış, narkotik aldığı şəxslə maraqlanmışlar. O da olduğu kimi polis əməkdaşlarına danışmışdır. Sonra onu Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nə aparmışlar. Polis bölməsində xidməti otaqların birində ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olduqdan sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Polis əməkdaşları onu şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış etdikdən sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirmiş və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Videoçəkiliş zamanı polis əməkdaşları özlərini təqdim etdikdən sonra o da özünü təqdim etmişdir. Videoçəkiliş zamanı ona hüquq və vəzifələri yenidən izah olunmuş və polis əməkdaşları üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyi təklif etmişlər. O da əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan büküm, 10 manat pul və şalvarın sağ yan cibindən isə özünə məxsus “Samsung” markalı mobil telefon aparatını çıxararaq təqdim etmiş, həmin bükümün içində metamfetamin olduğunu bildirmişdir. Həmin büküm polis əməkdaşları tərəfində elektron tərəzidə çəkilmiş, bükümün içərisində ağ rəngli kristal şəkilli maddə olduğu müəyyən edilmişdir. Həmin bir ədəd büküm bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Möhürlənmiş zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına demişdir ki, təqdim etdiyi metamfetamini İran vətəndaşı kimi tanıdığı “Hüseyn” adlı şəxsin dediyi yerdən götürmüş və “Hüseyn” adlı şəxsin dediyi yerdən birinci dəfədir ki, götürmüşdür. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş maddə və ya predmet aşkar olunmamış və şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, protokol düzgün yazıldığı üçün o və polis əməkdaşları tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, o, narkotik vasitənin istifadəsi ilə məşğul olmuş, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış və belə bir məqsədi də olmamışdır. Onun “İbrahim” adlı şəxslə razılaşması olmamış, o, sadəcə metamfetamini özünün istifadəsi məqsədilə əldə etmişdir (iş vərəqə: cild İ, səh. 66-70; cild İİ, səh. 23). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-inin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, 03 noyabr 2020-ci ildə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə həmin günü o, və Baş İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 04 noyabr 2020-ci ildə, saat 02:30-da keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan kişi cinsli şəxsin piyada hərəkət etdiyini görüb yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün sonuncunu Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmiş və Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nə gəlmişdir. Xidməti otaqların birində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı X5 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 07 saylı Vəkil bürosundan dövlət hesabına vəkil dəvət olunmuşdur. Vəkil tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılması bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən vəkilin iştitakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra, vəkilin iştirakı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunarkən yenidən vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindən olan göy şalvarın sol yan cibindən bir ədəd şəffaf seloffan büküm və 10 manat pulu, şalvarın sağ cibindən isə bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Bükümün içərisindən ağ rəngli, kristal şəkilli psixotrop maddəyə bənzər maddə olduğu müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin maddənin nə olduğunu və kimdən aldığını soruşulmuş, Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu, cüzi bir hissəsini istifadə etmək və qalanını isə tanışı İbrahimə vermək üçün İran vətəndaşı “Hüseyn” adlı şəxsin hesabına tanışı İbrahim pul keçirmiş, “Hüseyn” adlı şəxs həmin metamfetamini Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Neptun” marketin yaxınlığına qoymuş və Təqsirləndirilən şəxs da həmin metamfetamini oradan götürərək üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd sellofan bükümdə pixotrop maddəyə bənzər maddə və bir ədəd “Samsung” markalı mobil telefon aparatı cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan götürülmüş, bir ədəd sellofan büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin kənarlarına möhürlü kağız yapışdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmadığından protokol düzgün yazıldığı üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra psixotrop maddəyə bənzər maddənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs və əməliyyat qrupu ilə birlikdə BNMİ-nin inzibati binasına getmişlər. Əməliyyat tədbirləri nəticəsində özünü Hüseyn kimi təqdim edən şəxsin İran mobil operatoruna məxsus nömrə ilə əlaqə saxladığı müəyyən olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs barəsində toplanmış material ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq Şöbəsinə təqdim edilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 70, mənzil 88-də ailəsilə birlikdə yaşamışdır. 1984-cü ildə Elnurə Məmmədova ilə ailə həyatı qurmuş və onların birgə nikahdan 1987-ci ildə oğlu Şahid6, 1985-ci ildə qızı Elnarə İbrahimova və 1993-cü ildə oğlu Təqsirləndirilən şəxs anadan olmuşlar. Oğlu Təqsirləndirilən şəxs 2010-cu ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Respublika Olimpiya İdman Litseyini” Azərbaycan dilində bitirmişdir. 2011-2012-ci illərdə həqiqi hərbi xidmət etmişdir. 2012-ci ildən sonra oğlu Təqsirləndirilən şəxs Bakı Futbol Klubunda, Neftçi Futbol Klubunda, Sumqayıt Futbol Klubunda futbol oynamış və 2018-ci ildə sağ ayağının topuq nahiyəsində bağlar zədələndiyi üçün futboldan uzaqlaşmışdır. Bundan sonra oğlu Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonunda və Səbail rayonunda olan restoranlarda qəlyançı işləməyə başlamışdır. 2020-ci ilin mart ayında COVİD-19 yeni virus yayılması ilə əlaqədar restoranlar bağlanmış və Təqsirləndirilən şəxs həmin vaxtdan işsiz qalmışdır. Oğlu Təqsirləndirilən şəxs evə gecələr gəlməyəndə COVİD-19 yeni virus yayılması ilə əlaqədar dezinfeksiya işləri gördüyünü demişdir. 04 noyabr 2020-cu ildə Baş Narkotiklərlə Mübarizə İdarəsindən Təqsirləndirilən şəxs tutulması barədə məlumat daxil olmuşdur. Şahid4 ifadəsinin davamında göstərdi ki, oğlu Təqsirləndirilən şəxs metamfetamini əldə etdiyini və ya saxladığını bilməmiş və bu barədə heç bir məlumatı olmamışdır. Bu barədə bilsəydi oğluun bu yola düşməsinə imkan verməzmiş. Oğlu Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini qəbul etməsini bilməmişdir, çünki oğlu Orxan siqaret belə çəkməmişdir. Oğlu Təqsirləndirilən şəxs cavanlığını və ilk dəfə cinayət törətməsinin nəzərə alınmasını xahiş etmişdir. Bundan başqa, məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə baxışında iştirakı, bütün tədbirlər görülməsinə baxmayaraq təmin edilməmiş və ona görə də onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuşdur. Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağa rayonu, Lökbatan qəsəbəsi, Massiv 1, dalan 1A, ev 28-də qeydiyyatda olsa da, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 1, mənzil 187-də kirayədə yaşamışdır. 2016-cı ildə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 233 nömrəli tam orta məktəbi Azərbaycan dilində bitirmişdir. 2020-ci ilin sentyabr ayında rəfiqəsi Minayənin tanışının vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuş və o, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsini vemiş, Təqsirləndirilən şəxs da istifadəsində olan mobil telefon nömrəsini ona vermişdir. Həmin nömrəni hazırda xatırlamır. Təqsirləndirilən şəxs arada ona “WhatsApp” proqramı vasitəsi ilə görüşmək üçün mesaj yazmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yaşadığını demişdir. 06 oktyabr 2020-ci ildə o, ünvan 5 ünvanda yerləşən “Akkord” yaşayış kompleksi, 4-cü bina, 16-cı mərtəbə, 168 saylı 3 otaqlı evi kirayə götürmüş və həmin evdə rəfiqəsi Minayə ilə birlikdə yaşamışdır. 10 oktyabr 2020-ci ildə Təqsirləndirilən şəxs ona “WhatsApp” proqramı vasitəsi ilə Bakı şəhərinə gəldiyini yazmış, onun harada yaşadığını soruşmuşdur. O, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yerləşən “Akkord” yaşayış kompleksi, 4-cü bina, 16-cı mərtəbə, 168 saylı evdə kirayədə yaşadığını yazmışdır. Təqsirləndirilən şəxs ona dostu İbrahimlə Bakı şəhərinə gəldiyini, işlərinin olduğunu, işlərini qutarandan sonra İbrahimlə onlara gəlmək istədiyini yazmışdır. O, Təqsirləndirilən şəxs razılıq vermiş və yazmışdır ki, gələrsiniz. 10 oktyabr 2020-ci ildə günorta saatlarında Təqsirləndirilən şəxs tanışı İbrahim adlı şəxslə evə gəlmişlər. İbrahim dolu bədənli, qarayanız, 35 yaşlarında, 170 sm hündürlüyündə kişi olmuşdur. Bir az keçmiş, İbrahim ağrıları olduğunu demiş və getmişdir. İbrahim çıxıb getmş, Təqsirləndirilən şəxs isə onlarda qalmış və həmin gecə onun Təqsirləndirilən şəxsla yaxın münasibəti olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs onlarla bir evdə qalmağa başlamışdır. Təqsirləndirilən şəxs marixuana çəkdiyi, heroin və metamfetamin qəbul etməsi ona məlum olmuşdur. O, və Minayə Təqsirləndirilən şəxsla bir neçə dəfə metamfetamin qəbul etmişlər. Təqsirləndirilən şəxs onunla bir evdə qaldığı vaxta “İnstagram” proqramına girib İran vətəndaşları ilə tanış olmuş, onlardan “WhatsApp” nömrəsi alıb danışmış və narkotik vasitə istəmişdir. Bir neçə dəfə Təqsirləndirilən şəxs İran vətəndaşının dediyi yerdən narkotik vasitə götürmüş, həmin narkotik vasitədən İbrahimə vermişdir. İbrahim də həmin narkotik vasitəni satıb Təqsirləndirilən şəxs 300 manat vermişdir. Təqsirləndirilən şəxs bir dəfə İran vətəndaşından narkotik vasitə istəmiş, İran vətəndaşı narkotik vasitəni qoydurub yerinin şəklini Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tanışı Rəşad və Şəhriyarın vasitəsi ilə götürmüş və İran vətəndaşına demişdir ki, həmin yerdə narkotik vasitə yoxdur. Şahid3 ifadəsinin davamında göstərmişdir ki, 02 noyabr 2020-ci ildə onun mobil telefonunun ekranında nasazlıq olmuş, Təqsirləndirilən şəxs mobil onun telefonunu təmir etdirmək üçün metronun “Neftçilər” stansiyasının yaxınlığında olan mobil telefon təmiri mağazasına aparmış, ancaq hansı mağazaya apardığını o, bilməmişdir. 03 noyabr 2020-ci il tarixdə İran vətəndaşı ikinci dəfə narkotik vasitəni qoydurub şəkilini Təqsirləndirilən şəxs göndərmişdir. 03 noyabr 2020-ci ildə Təqsirləndirilən şəxs ona demişdir ki, gedir narkotik vasitə götürüb gəlir. Həmin gün, saat 17-18 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş və ona üzərində “patı” yəni metamfetamin olduğunu demiş, harda gizlədə biləcəyini soruşmuşdur. O, Təqsirləndirilən şəxs yataq otağında gizlətməsini demişdir. Təqsirləndirilən şəxs yataq otağına keçmiş və gəlib ona yataq otağında çarpayının üzərində olan döşəyin altında gizlətdiyini demişdir. Təqsirləndirilən şəxs nə qədər və ya neçə qram “patı” olduğunu görməmişdir. Həmin vaxtı Minayə evdə olmuş, Orxan bir-iki büküm stolun üzərinə metamfetamin qoymuşdur. Həmin metamfetamini Orxan və Minayə falqaya qoyub çəkmişlər. Həmin vaxtı o, “patı” qəbul etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evdən çıxmış və Minayənin tanışı Ümidlə görüşəcəyini demişdir. Təxminən 2-3 saat sonra Təqsirləndirilən şəxs evə gəlmişdir. Həmin vaxtı o, Minayə ilə hazırlaşıb aptekə getmək istəyirmiş. Təqsirləndirilən şəxs hara getdiklərini soruşmuş, o, Təqsirləndirilən şəxs işlərinin olduğunu, gələcəklərini demişdir. O, Minayə ilə evdən küçəyə çıxmış və aptekə tərəf gedən zaman Bakı şəhəri Sabunçu RPİ-nin PPX-nin polis nəfərləri onlara yaxınlaşmış və komendant rejimində hara getdiklərini soruşmuşlar. O və Minayə aptekdən dərman almağa getdiklərini demiş, polis əməkdaşları onu və Minayəni avtopatrul avtomobilinə əyləşdirmiş və yaşadıqları evin həyətinə gətirmişlər. Onlar avtomobildə olan zaman o, Təqsirləndirilən şəxs “WhatsApp” proqramı vasitəsi ilə eyvana çıxmasını, onları polisin gətirdiyini yazmışdır. Bundan sonra, Minayə ilə evə qalxmış və Təqsirləndirilən şəxs çölə çıxmamaları barədə onlara dediyini xatrılatmışdır. Həmin vaxt o, Minayə və Təqsirləndirilən şəxs evdə olmuşlar. Təqsirləndirilən şəxs gizlətdiyi “patı”nı yataq otağından götürmüş və stolun üzərinə qoyduğu 1-2 büküm “patı”nı götürərək özündə olan “patı”nın üzərinə əlavə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlara yatmaq istədiyini demiş və yataq otağına keçib yatmışdır. Təxminən 2 saatdan sonra Təqsirləndirilən şəxs yataq otağından çıxmış və çölə çıxıb gələcəyini demişdir. O, Təqsirləndirilən şəxs hara getdiyini soruşmuş, Təqsirləndirilən şəxs ona mağaza açıqdırsa şirniyyat alıb gələcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs evdən çıxmış və bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs harda olduğunu soruşmaq üçün sonunucuya zəng vurmuşdur. Təqsirləndirilən şəxs məhəllədə olduğunu və bir azdan gələcəyini demişdir. O, evin eyvanına çıxmış və Təqsirləndirilən şəxs bir neçə nəfər şəxslə bir avtomobilə minib getdiyini görmüşdür. 1-2 saatdan sonra Minayənin mobil telefonu ilə Təqsirləndirilən şəxs zəng vurmuş, bir nəfər şəxs cavab vermiş, polis işçisi olduğunu, Təqsirləndirilən şəxs BNMİ-də olduğunu demişdir. Bundan sonra o, Minayə ilə birlikdə bir taksiyə əyləşib BNMİ-nin inzibati binasına getmiş və Təqsirləndirilən şəxs ora gətirilməsinin səbəblərini soruşmuşlar. Orada məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində metamfetamin aşkar olunmuşdur. Şahid3 ifadəsinin yekununda göstərmişdir ki, 06 noyabr 2020-ci ildə evin kirayə pulunun ödəniş vaxtı olmuş, onun da pulu olmadığı üçün həmin evdən çıxmışdır. Bundan sonra o, Minayə ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 1, 187 saylı evi kirayə tutub yaşamağa başlamışdır. 2020-ci ilin dekabr ayında Minayə onun kirayə yaşadığı evdən çıxmış və anası ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yaşamağa başlamışdır. 2020-ci ilin noyabr ayından isə narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən Təqsirləndirilən şəxs qardaşı Şahid6 ifadəsində göstərdi ki, 2020-ci ilin noyabr ayının 3-dən 4-nə keçən gecə, saat 3-ə işləmiş onun ***-***-**-** nömrəsinə əvvəli 050 ilə başlayan, sonu 57-57 kimi yadında qalan nömrədən zəng gəlmişdir. Telefonu səssizdə olduğundan eşitməmişdir. 04 noyabr 2020-ci il tarixdə Səhər tezdən yuxudan oyananda tanımadığı nömrədən zəng gəldiyini görmüşdür. Səhər təxminən 08:30-9:00 radələrində şəxsin kimliyini öyrənmək üçün həmin nömrəni yığmışdır. Telefona cavab verən şəxs ona qardaşını tutduqlarını demişdir. O da kiminsə onunla zarafat etdiyini düşünmüş və həmin şəxsə “Get özünü dola” demiş və telefonu söndürmüşdür. 10 dəqiqə keçməmiş həmin nömrədən yenə zəng gəlmiş, şəxs BNMİ-nin əməkdaşı Surxay müəllim olduğunu bildirmişdir. O, qardaşının səsini eşitmək istəmiş, həmin şəxs dəstəyi qardaşına vermişdir. Qardaşı Orxan tutulduğunu demişdir. Anası mağazadan gələndə sonuncuya Orxanın tutulduğunu demişdir. Anası Surxayla onun telefonunda danışmış, Surxay onları danışmağa çağırmışdır. Anası ilə gedib Surxayla görüşmüşlər. İçəri girəndə qardaşı Orxanın əli qandallı olduğunu, yanında da iki nəfər qız olduğunu, qızların polislə deyibgüldüklərini görmüş, Orxan isə siqaret çəkmişdir. Anası Orxanla görüşüb onun günahının özündən eşitmək istədiyini demiş, lakin Surxay bunun mümkünsüz olduğunu demişdir. Həmin vaxt da Orxanı və qızları oradan başqa otağa aparmışlar. X11 evdə “şüşə” çəkən yerdə tutduqlarını demişdir. X9 buraxmalarını xahiş etmişdir. Surxay isə mümkün olmadığını demişdir. Surxaydan nə etmək lazım olduğunu soruşduqda, sonuncu bu işin 15000 manata mümkün olacağını demişdir. Həmin vaxt otaqda kompüterin arxasında bir nəfər polis əməkdaşı oturmuş, telefonla oynamışdır. Onlar kasıb ailədən olduqlarını bildirmiş, anası əsəbləşib “Əgər günahı varsa, gedin tutun” demişdir. Bundan sonra o, anasını çölə çıxartmışdır. Özü Surxayla danışmış, ondan son sözünü soruşmuş, Surxay 12.000 manat gətirmələrini demiş, həmin məbləğdən aşağı məbləğlə razılaşmayacağını bildirmişdir. Axşam saat 6-ya kimi o, vaxt istəmiş, bundan sonra evə gəlmişlər. Evdən yoldaşına və anasına məxsus qızılları götürüb lombarda getmiş, 5000 manat pul düzəltmiş və təxminən saat 5-də Surxayın yanına getmişlər. Anası da onunla getmiş, orada Surxay pulu qəbul etməmiş, “bu nədir, qardaş, uşaq oyunu oynayırıq?” demişdir. Surxaydan 05 noyabr 2020-ci il səhər saat 10 radələrinə kimi vaxt istəmiş, razılaşmışlar. Səhər tezdən artıq 8000 manat pul düzəldib gətirəndə Bakının girəcəyində Surxayla danışmışlar. Həmin vaxt Surxay artıq sənədləşmə aparıb işi Sabunçuya verdiklərini bildirmişdir. Əllərində olan 8000 manat pulu yenidən aparıb lombarda qaytarmışlar. Surxay deyilən şəxs təxminən 172-174 sm boyda olmuş, sonuncu ilə “whatsapp”-da yox, ancaq telefonda danışıqları olmuşdur. Daha sonra, məhkəmə baxışı zamanı iş üzrə yenə də müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən Təqsirləndirilən şəxs anası Şahid5 şahid qismində dindirilən oğlu Şahid6 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «şəxsi axtarış və götürmə aparılması haqqında» 04 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, DİN-nin Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və 10 manat pulu, şalvarın sağ yan cibindən 01 ədəd "Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Təqdim etdiklərindən başqa üzərində başqa heç bir əşya və predmetin olmadığını bildirmiş, bundan sonra üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üzrə sübut əhəmiyyəti kəsb edəcək başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, həmin sellofan bükümün içərisində ağ rəngli kristal şəkilli maddənin psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Maddənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş, təxmini çəkisinin 51 qram olması müəyyən edilmişdir. 1 ədəd sellofan bükümdə olan kütlə içərisi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində imzalar edildikdən sonra götürülmüşdür.. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni 1 gün öncə Binəqədi rayonu ərazisində yerləşən “Neptun” marketin yaxınlığında əldə etdiyini, həmin yerə psixotrop maddə qoyulmasını isə ona “İnstaqram” sosial şəbəkəsində tanış olduğu, İran İslam Respublikasının vətəndaşı kimi bildiyi “Hüseyn” adlı şəxsin qoydurduğunu, bunun müqabilində tanışı Sumqayıt şəhər sakini “İbrahim” adlı şəxsin Hüseyn adlı şəxsin hesabına pul vəsaiti keçirdiyini, həmçinin İbrahim adlı tanışı ilə əldə etdiyi razılaşmaya əsasən həmin götürdüyü maddənin bir hissəsini öz şəxsi istifadəsi üçün olduğunu, həmin şəxslə “Whatsapp” proqramı və adi zənglə əlaqə saxladığını və onun nömrəsinin mobil telefonunda olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh. 30-32). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, tədqiq olunan DVD disklərə yüklənmiş videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə protokola uyğundur, şəxsi axtarış prosesində hər hansı qanun pozuntusuna yol verilməmişdir (iş materiallarına əlavə edilmişdir). Məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş 18 yanvar 2021-ci il tarixli, AZF/LGL-467/21 saylı məktub və 1 ədəd CD disk üzrə məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs əməlini ifşa edəcək aşağıdakı məlumatlar aşkar edilmişdir. Belə ki, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə və Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində etiraf etdiyi kimi, tanışı İbrahim adlı şəxs tərəfindən istifadə üçün ona verilmiş və tutulduğu 04 noyabr 2020-ci il tarixədək onun istifadəsində olmuş ***-***-**-** (X1 adlı şəxsin adına qeydiyyatdan keçmişdir) mobil telefon nömrələrinə 04 avqust 2020-ci il tarixdən 04 noyabr 2021-ci il tarixədək daxil olan zənglər, abunəçilər siyahısı, əhatə dairəsi, SMS mətnləri ilə bağlı məlumatlar əks olunmuşdur. Məlumatlara əsasən: - 29-09-2020-ci il tarixdə, saat 17:45:22-də +**********95 nömrədən +**********16 nömrəyə daxil olan mesajdan görünür ki: “İbi telfonu ac yada mal gotur gel turalgile.” - 30-09-2020-ci il tarixdə, saat 18:22:51-də +**********46 nömrədən +**********16 nömrəyə daxil olan mesajdan görünür ki: “Qardaşım 03 kakos 03 pati düzəlt gəlirəm saraya çatıram evdekiler yanmadadır senden götürüm qayıdıram duzlet 40mnt verecem.” - 02-10-2020-ci il tarixdə, saat 15:11:41-də +**********68 nömrədən +**********16 nömrəyə daxil olan mesajdan görünür ki: “Ay ibi qelim 1 qr qeturim verirem 30m Xeber ver menə qezdiirem.” - 06-10-2020-ci il tarixdə, saat 22:31:30-da +**********00 nömrədən +**********16 nömrəyə daxil olan mesajdan görünür ki: “İbiw salam Qaqaw menem tural necesen yezyetun yaxwisan Qaqaw mene ikidene meti lazimdi vezyetim Cox pisdiye komek eliyersen elincatirsa qalmiwam evde tixi casdi cixa bilmirem cole saxlayarlar birden olureme qerdew gor neynirsen” - 7-10-2020-ci il tarixdə, saat 04:42:25-də +**********00 nömrədən +**********16 nömrəyə daxil olan mesajdan görünür ki: “Ay qaqaw yigiram acmirsan mesaj yaziram xeber cixmir senen ograwdi men begun sxoy pati cekmiwem indiyenekimide yogan doweydeyem mene met İ catdir pisdi vezyet ibid.” - 8-10-2020-ci il tarixdə, saat 23:52:48-də +**********08 nömrədən +**********16 nömrəyə daxil olan mesajdan görünür ki: “Menem fatow 1 saata evdeyem lgr da ayir mene ureyim.” - 22-08-2020-ci il tarixdə, saat 10:07:30-da +**********28 nömrədən +**********94 nömrəyə daxil olan mesajdan görünür ki: “orxan wpda yaz mene pt lazmdi mene puluynan 10 manat borcuvuda verm.” Bundan başqa ***-***-**-** və ***-***-**-** nömrələrədən çıxan və daxil olan SMS mətninə baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumat müəyyən edilməmişdir. "xxxx" MMC tərəfindən göndərilmiş 01 ədəd diskə baxış zamanı cinayət işi üçün əhəmiyyətli digər hallar aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 164; 170). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-kompüter texniki ekspertizasının 03 dekabr 2020-ci il tarixli, 5/857 nömrəli rəyindən görünür ki görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 9” əməliyyat sistemi ilə təhciz olunmuş “SAMSUNG Galaxy J5” markalı “SM-J300FM” modelli “**********92364, **********92362” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy J5” markalı “SM-J530FM” modelli mobil smartfonun yaddaşında mövcud olan (kontaklar, qəbul olunmuş zənglər, buraxılmış zənglər, yığılmış zənglər, “SMS” mesajlar, mutimedia (audio, video və foto fayllar) məlumatlar müəyyən olundu. (bax: rəyə əlavə olunmuş DVD-R diskə). Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə təqdim edilmiş “Samsung Galaxy J5” markalı “SM-J530FM” modelli mobil smartfonun yaddaşından hər hansı bir (“WhatsApp” proqram təminatı, “Messenger” və digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi, video, audio, foto və sair formatlı fayllar) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Tədqiq olunan “Samsung Galaxy J5” markalı “SM-J530FM” modelli mobil smartfonun yaddaşında “Messenger” proqram təminatı müəyyən olunmadı. Təqdim edilmiş “Samsung Galaxy J5” markalı “SM-J530FM” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı, audio, foto fayllar, qəbul olunmuş, çıxan, buraxılmış səsli zənglər və qəbul olunmuş, buraxılmış, çıxan video zənglər) mübadilələri və “İntagram” sosial şəbəkəsinə aid proqram təminatının “Direct” bölümündə məlumat (çat seansı, audio, foto fayllar) mübadilələri müəyyən olundu, lakin rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı (iş vərəqə: cild İ, səh. 206-210). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 04 noyabr 2020-ci il tarixli, 6/2388 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə....” sözlər və içzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 50,072 qram olan ağ rəngli kristal formada psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir.(siyahı İ) Qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 50,072 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 50,022 qram (iş vərəqə: cild İ, səh. 39-44). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, ambulator məhkəməpsixiatrik ekspertizasının 24 noyabr 2020-ci il tarixli, 2320 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əzab çəkməmişdir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh. 204-205). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-narkoloji ekspertizasının 21 dekabr 2020-ci il tarixli, 3498 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlu alkoqolizm xəstəliyindən əzab çəkmir. Müayinə zaman Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 211-212). Cinayət işinin ibtidai istintaqı zamanı iş üzrə götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 50,072 qram olan psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı, “J5” modelli mobil telefon iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlar keçirildikdən sonra qalıq çəkisi 50,022 qram psixotrop maddə metamfetamin və bir ədəd “Samsung” markalı, “J5” modelli mobil telefon saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: cild İ, səh 123). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin mənbəyini müəyyənləşdirmək və sonuncu ilə cinayət əlaqəsinə girməklə narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etmiş, məhkəməyədək icraat mərhələsində şəxsiyyəti müəyyənləşdirilməmiş “İbrahim, “Hüseyn” adlı şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır(iş vərəqə: cild İİ, səh. 27-28). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş metamfetamin psixotrop maddəsinin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən metamfetamin psixotrop maddəsinin külli miqdar təşkil etməsi və qabaqcadan əlbir olan bir qrup şəxs halında, o cümlədən barəsində ayrıca icraatda cianyət işi ayrılmış «İbrahim» adlı şəxslə cinayət əlaqəsinə girib satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, daşıyıb saxlaması, narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrlə qeyriləri arasında aparılan sms yazışmaları təqsirləndirilən şəxsin həmin psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Hansı ki, İbrahim adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu, İİR vətəndaşı Hüseyn adlı şəxslə İbrahim adlı şəxs arasında narkotik vasitələrin alqı-satqısı ilə bağlı əlaqələrinin olmasını, İİR vətəndaşı Hüseyn adlı şəxsin göndərəcəyi narkotik vasitələrin məhz İbrahim tərəfindən satış məqsədilə sifariş olunduğunu, İİR vətəndaşı Hüseyn adlı şəxsin göndərdiyi psixotrop maddəni onun (Təqsirləndirilən şəxs) İbrahimin tapşırığı ilə qoyulduğu yerdən gedib götürdüyünü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində tam, məhkəmə baxışı mərhələsində qismən etiraf etmiş, həmçinin qeyd olunan xüsusatlar məhkəmə baxışı zamanı işin digər halları ilə təsdiq olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda psixotrop maddəni satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Şahidlər - Təqsirləndirilən şəxs anası Şahid5 və Şahid6 BNMİ-nin Surxay adlı əməkdaşının 2020-ci ilin noyabr ayının 4-də ən azı səhər saat təxminən 08:30-9:00 radələrində Təqsirləndirilən şəxs buraxılması müqabilində onlardan əvvəlcə 15.000 manat, buna imkan olmadığını öyrəndikdə 12.000 manat pul tələb etməsinə, tələb olunan məbləğin tapılıb düzəldilməsi üçün Surxayın 05 noyabr 2020-ci il səhər saat 10 radələrinədək onlara vaxt verməsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı tədqiq olunan materiallarından görünür ki, hələ 03 noyabrdan 04 noyabr 2020-ci il tarixə keçən gecə əməliyyat tədbirindən dərhal sonra BNMİ-nin əməliyyat müvəkkili Şahid1 İdarə rəhbərliyinin adına raportla müraciət edib saat 02:30 dəqiqədə, yəni Təqsirləndirilən şəxs qardaşı Şahid6 məlumatlanmasından təxminən 5-6 saat əvvəl rəsmi məlumat vermiş, raport qeydiyyata alınmış, Təqsirləndirilən şəxs BNMİ-nin təhqiqatçısı tərəfindən elə həmin gecə, saat 03:10-da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində elə həmin gecə saat 03:50-dən 04:20-dək axtarış götürmə istintaq hərəkəti aparılmış və məlum miqdarda psixotrop maddə ondan aşkar edilib götürülmüşdür. İşdə olan cinayət işi başlama barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı tarixdə Suraxanı RPİ-nin İŞ-ci tərəfindən fakta görə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır ki, cinayət işi başlamış orqanın BNMİ və ya həmin İdarənin əməliyyat müvəkkili Şahid1lə heç bir xidməti asılılığı yoxdur. Qeyd olunanlara əsasən məhkəmə bu xüsusatla bağlı belə nəticəyə gəlir ki, BNMİnin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs buraxılması müqabilində sonuncunun qardaşından və anasından müxtəlif məbləğlərdə pul istəməsi, məqsədinə nail ola bilməsi üçün hətta 05 noyabr 2020-ci il tarixədək onlara vaxt verməsi obyektiv həqiqətə uyğun deyildir və Təqsirləndirilən şəxs məsuliyətdən yaxa qurtarması üçün onun doğmaları tərəfindən düşünülmüş məqsədyönlü haldır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 98). Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 21 dekabr 2020-ci il tarixli, 3498 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 04 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 04 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 noyabr 2020-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 noyabr 2020-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 04 noyabr 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 50,022 qram psixotrop maddə metamfetamin məhv edilməlidir; - Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı, “J5” modelli mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 151,70 (yüz əlli bir manat 70 qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 04 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 50,022 qram psixotrop maddə metamfetamin məhv edilsin; - Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı, “J5” modelli mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 151,70 (yüz əlli bir manat 70 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar