Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1094/2023 19.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - A.İ.M. Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1988-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, üç azyaşlı uşağı olan, orta təhsilli, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 il 5 ay 4 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hökm 25 oktyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, cəzasını çəkməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 29 noyabr 2022-ci il tarixli tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti məlum olmayan «Məhəmməd» adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, sonuncunun qanunsuz olaraq satış məqsədi ilə müəyyən edilməsi mümkün olmayan mənbədən və məlum olmayan vaxtda əldə edərək müəyyən olunmayan qaydada əldə edərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısına daxil edilmiş 21 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,051 qram, 0,044 qram, 0,058 qram, 0,031 qram, 0,041 qram, 0,046 qram, 0,052 qram, 0,033 qram, 0,058 qram, 0,025 qram, 0,045 qram, 0,029 qram, 0,028 qram, 0,029 qram, 0,018 qram, 0,026 qram, 0,022 qram, 0,015 qram, 0,028 qram, 0,052 qram, 0,051 qram, 2 ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,738 qram və 0,331 qram olmaqla, ümumilikdə 23 ədəd bükümdən ibarət cəmi təmiz çəkisi 3,851 qram təşkil edən kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroini internet informasiya ehtiyatlarından və informasiyatelekommunikasiya şəbəkəsindən istifadə etməklə "Whatsapp” proqramı vasitəsi ilə şəxsiyyəti məlum olmayan “Məhəmməd” adlı İran İslam Respublikası vətəndaşı ilə əlaqə yaradaraq, sonuncunun “Whatsapp” proqramı vasitəsi ilə göndərdiyi məkan paylaşımından istifadə etməklə 29 noyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində qeyd edilən həmin yerdən götürüb əldə edərək, sonradan əldə olunacaq gəlirin bir hissəsinin ona verilməsi şərti İlə üzərində saxlamaqla daşımış, həmin gün saat 14:00 dəqiqədə Yasamal rayon Polis idarəsi 27-ci Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərində aparılmış şəxsi axtarış zaman əynindəki qara rəngli şalvarın arxa sağ cibindən 1 ədəd ağ rəngli plastik qutunun içərisində olan 21 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,051 qram, 0,044 qram, 0,058 qram, 0,031 qram, 0,041 qram, 0,046-qram, 0,052 qram, 0,033 qram, 0,058 qram, 0,025 qram, 0,045 qram, 0,029 qram, 0,028 qram, 0,029 qram, 0, 018 qram, 0,026 qram, 0,022 qram, 0,015 qram, 0,028 qram, 0,052 qram, 0,051 qram, 2 ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,738 qram və 0,331 qram olmaqla ümumilikdə 23 ədəd bükümdən ibarət cəmi təmiz çəkisi 3,851 qram təşkil edən kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu saxlayarkən üzərində 0,5 qram narkotik vasitə olan heroin olmuşdur. Qalan bükümlər isə sonradan ona məxsus kurtkanın cibindən aşkar olunmuşdur. Lakin kurtkanın cibindən aşkar olunan narkotik vasitəni kimin cibinə qoyduğunu bilmir. Aşkar olunmuş həmin narkotik vasitələr ona məxsus deyildir. Polis işçiləri ona hədə-qorxu gəldikləri üçün onların əvvəlcədən dediklərini videoçəkiliş zamanı bildirmiş, bütün narkotik vasitələrin özünə məxsus olduğunu etiraf etmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, həmin il dekabrın 3-də onun bacısının toyu planlaşdırılmış və polis işçiləri ona əgər narkotiki boynuna götürməsə, bacısının da zhəbs olunacağı ilə hədələmişlər. Üzərindən tapılmış yarım qram narkotik vasitəni o, «Kubinka» deyilən yerdən Elton adlı şəxsdən almışdır. Polis əməkdaşı olan Ürfan ona nə demişdirsə, o da, deyilənləri təkrar etmişdir. Polis işçiləri onu saat 10-11 radələrində tutmuşlar. Onlar iki nəfər olmuş, ona yaxınlaşmış və zorla onu maşına mindirib aparmışlar. Polis işçiləri ona psixi təzyiqlər göstərmiş, lakin onu döyməmiş və təcridxanaya qəbul edilərkən bədəni üzərində xəsarət izləri olmamışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 234.4.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, daimi yaşayış yeri yoxdur, gündəlik hostellərdə qalır. 2022-ci ilin oktyabr ayında o, azadlığa çıxmış, Yasamal rayon məhkəməsinin hökmü ilə AR CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşıdrılması cəzasına məhkum olunmuşdur, Özü təxminən 3 ilə yaxındır ki, narkotik vasitə heroindən istifadə edir, heroini çəkmək yolu ilə qəbul edir. Təxminən 1 ay bundan əvvəl sosial şəbəkədə İran vətəndaşı kimi özünü təqdim edən Məhəmməd adlı şəxslə tanış olmuşdur. Məhəmmədin vasitəsi ilə Bakı şəhərində narkotik vasitələr əldə edib istifadə etmişdİr. Bir neçə dəfə Məhəmməddən sosial şəbəkə vasitəsi ilə narkotik vasitə heroin almışdır. Belə ki, Məhəmmədin Bakı şəhərində dediyi yerlərdən heroini götürürmüş, heroinin pulunu da Məhəmmədin dediyi kart hesab nömrələrinə köçürmüşdür. Heroini həm özü istifadə etmək məqsədi ilə, həm də satmaq məqsədilə almışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saat 10-11 radələində Məhəmmədlə telefon əlaqəsi yaratmış, onun göndərdiyi kart hesabına 120 manat pul ödəmişdir. Məhəmməd ona heroini Əhmədli qəsəbəsində «Bakı» kinoteatrının yanında yaşayış binalarının həyətində gizlətdirdiyi yer barədə məlumat vermişdir. Həmin yerə gedib əvvəlcədən təyin olunmuş yerdən narkotik vasitə heroini götürmüş, 23 ədəd bükümdə heroin olmuşdur. Heroini həmin yerdən götürüb ünvan 4 ünvanında hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu 27-ci Polis bölməsinə dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştiraki ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtariş zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşyalar varsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın arxa sağ yan cibindən içərisində 21 ədəd kağız bükümdə heroin olan 1 ədəd plastik qutunu və 2 ədəd selofan bükülünü, 1 ədəd telefonu çıxarıb könüllü təqdim etmişdir. Sonra üzərinə şəxsi axtariş keçirilmiş, əlavə qadağan olunmuş hər hansi əşya, maddə və predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağiz zərfə qoyularaq qablaşdırılmış, DİN-nin möhürü ilə möhürlənmiş, üzəri özü, müdafiəçi və təhqiqatçi tərəfindən imzalanmışdır. İstintaq zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni səhər saatlarında İran vətəndaşı “Məhəmməd” adlı şəxsin vasitəsi ilə Əhmədli qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən öz istifadəsi üçün, eləcə də satmaq məqsədi ilə götürdüyünü, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, üzərinə bir dəfə baxış keçirildiyini bildirmişdir (cild 1, iş vərəqi 167-168). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs protokoldakı imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, həmin ifadəni tutulduğu gün polis işçiləri necə demişlərsə, o cür də onun adından yazıldığını, müstəntiq ona artıq çəkiliş edildiyini və orada hər şeyi etiraf etdiyinə görə ifadəni başqa cür yaza bilməyəcəyini dediyini, ona görə də ifadəni imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, 27-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 29 noyabr 2022-ci il tarixdə işlədiyi bölməyə Yasamal rayonu ərazisində qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı onun rəhbərliyi ilə 27-ci Polis bölməsinin əməliyyat müvəkkili Şəhiyar Hüseynzadənin də daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 14 radələrində Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 38 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüşlər və ona yaxınlaşıb özlərini təqdim edərək saxlamışlar. Emilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün 27-ci Polis bölməsinə dəvət etmişlər. Xidməti otaqların birində təhqiqatçı tərəfindən dəvət olunmuş vəkilin iştirakı ilə və videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyalar olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, sonuncu, əynində olan şalvarın cibindən 1 ədəd kiçik ölçülü şəffaf rəngli plastik qabın içərisində olan 21 ədəd ağ rəngli kağız bükülüləri, 1 ədəd şəffaf rəngli selofanda olan bükülünü və 1 ədəd ayrı şəffaf selofana bükülmüş bükümləri çıxarıb təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilmiş, onların içərisində qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli maddələr aşkar olunmuşdur. Bükümlərin içərisində nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə heroin olduğunu, onları bu gün, yəni 29 noyabr 2022-ci il tarixdə telefon vasitəsi ilə əlaqə saxlayaraq kart hesabına 80 manat pul ödədiyi İran vətəndaşı kimi tanıdığı şəxsdən əldə etdiyini, iranlının həmin narkotik vasitələri Əhmədli qəsəbəsində yerləşən «Bakı» kinoteatrının arxasındakı 9 mərtəbəli binanın həyətində oturacağın dəmir dirəyinin yanına qoydurduğunu, onun da həmin yerdən götürdüyünü, həmin narkotik vasitənin bir qisminin özünün istifadə edəcəyini, qalan hissəsini isə bir bükümü 5 manata olmaql satmaq məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra kütlələr içərisi boş ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, 27-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 29 noyabr 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılması, 27-ci Polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış aparılması zamanı külli miqdarda narkotik vasitələrin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 29 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal RPİ, 27-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılan zaman, sonuncu, əynindəki qara rəngli şalvarının arxa sağ cibindən ümumilikdə 23 ədəd kağız bükümdə narkotik vasitə heroini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir (cild 1, iş vərəqi 35-36). İbtidai istintaq orqanının qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin götürülməsi videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işi üzrə sübutedici əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq işə əlavə edilmişdir (cild 1, iş vərəqi 118-119). Cinayət işinə əlavə olunmuş diskə baxış protokolundan görünür ki, həmin diskdə əks edilmiş görüntülər 29 noyabr 2022-ci il tarixdə saat 16:10-da qeydə alınmışdır. Görüntülər 18 dəqiqə 29 saniyə davam edir. Videogörüntü ilə müəyyən edilir ki, təhqiqatçi Elvin Hümbətov özünü təqdim etdikdən sonra 22 saylı Vəkil bürosunun vəkili X2, Yasamal RPİ, 27-ci PB-nin əməliyyat müvəkkilləri Şahid2 və İrfan Cərayzadəni təqdim etdikdən sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs özünü təqdim edirlər. Videoçəkilişin davamında təhqiqatçi E.Hümbətov şübhəli şəxsə CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah olunduğunu xatırlatmış, baxışın mobil telefon vasitəsilə videoçəkliş aparılacağını qeyd etmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və etirazı olmadığını bildirmişdir. Təhqiqatçi tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyaları verməsi təklif edilir, Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli şalvarın qabaq sağ cibindən bir ədəd gümüşü metal rəngli mobil telefonu və arxa sağ cibindən 1 ədəd ağ rəngli plastik qutunu çıxardaraq masanın üzərinə qoyur. Plastik qutunu açdıqda içərisindən 21 ədəd kağız bükümlərin və 2 ədəd selofan bükümlərin olması müəyyən edilir. Cəmi 23 bükümdə tünd qəhvəyi rəngli kristal toz formasında narkotik vasitə heroinə oxşar maddə təqdim edilmiş, təhqiqatçi tərəfindən bunların nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükülülərin içərisində narktik vasitə olduğunu, həmin narktik maddəni «Əhmədli» metro stansiyasının yaxınlığında yerləşən «Bakı» kinoteatrının yanından İran vətəndaşından öz şəxsi istifadəsi və Yasamal rayonu ərazisində satış üçün alaraq üzərində saxladığını, həmin maddənin özünə məxsus olmasını bildirir. Müdafiəçi N.Əhmədovun şübhəli şəxs Təqsirləndirilən şəxs verdiyi suallara cavab olaraq şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona heç bir fiziki, psixoloji təzyiq edilmədyini və əvvəllər CM-nin 128-ci maddəsi ilə məhkum olunduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr və mobil telefon görüntüdəki şəxslərin gözü qarşısında zərflərəə qoyularaq qablaşdırılır və DİN-in 168 saylı möhürü ilə möhürlənir, iştirakçılar tərəfindən imzalanır, şəxsi axtarış və götürmə aparılması başa çatır (cild 1, iş vərəqi 101). Məhkəmə-kimyəvi ekspertizasının 30 noyabr 2022-ci il tarixli 6/6822 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №168» dairəvi möhür əksi, «şübhəli şəxs Təqsirləndirilən şəxs» və.s sözləri, imzalar olan zərfdəki 1 ədəd plastik qabda 21 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,051 qr, 0,044 qr, 0,058 qr, 0,031 qr, 0,041 qr, 0,046 qr, 0,052 qr, 0,033 qr, 0,058 qr, 0,025 qr, 0,045 qr. 0,029 qr, 0,028 qr, 0,029 qr, 0,018 qr, 0,026 qr, 0,022 qr, 0,015 qr, 0,028 qr, 0,052 qr, 0,051 qr və 2 ədəd selofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,738 qram və 0,331 qram, ümumi təmiz çəkisi külli miqdarda - 3,851 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ümumilikdə 23 bükümdə olan heroin kütlələri kimyəvi komponent tərkibinə görə eynilik təşkil edirlər. (Heroinin ümumi təmiz çəkisi - 3,851 qram, tədqiqata sərf edildi - 0,163 qram, qalıq - 3,688 qram). Heroin 2005-cİ il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (siyahı İ) daxildir (cild 1, iş vərəqi 43-47). Cinayət işində olan Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Yasamal rayon Polis idarəsi, 27-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 51). Ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2023-cü il tarixli 788 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 134- 135). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 637 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırkı müayinənin nəticələri və.s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 140-141). İbtidai istintaq orqanının 14 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş 23 ədəd bükümdə təmiz çəkisi 3,851 qram olan narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertizadan sonra qalıq qalan 3,688 qram heroin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhəri, Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 112-113). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-cİ il tarixdə Yasamal RPİ-nin İŞ-də istintaqı aparılmış ********* və ********* saylı cinayət işləri üzrə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, xx.xx.2022-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir (cild 1, iş vərəqi 56-59). Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 2 il 5 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 61-71). Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 384/2022 saylı göstərişindən görünür ki, məhkəmənin 04 oktyabr 2022-ci il tarixli hökmü 25 oktyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, həmin göstəriş Bakı şəhər Probasiya idarəsi tərəfindən 08 dekabr 2022-ci il tarixdə icra üçün qəbul edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, polis əməkdaşları onu saxlayarkən üzərində 0,5 qram narkotik vasitə olan heroin olduğunu, qalan bükümlərin isə sonradan ona məxsus kurtkanın cibindən aşkar olunduğunu, kurtkanın cibindən aşkar olunan narkotik vasitəni kimin cibinə qoyduğunu bilmədiyini, həmin narkotik vasitələrin ona məxsus olmadığını, polis işçiləri ona hədə-qorxu gəldikləri üçün onların əvvəlcədən dediklərini videoçəkiliş zamanı bildirdiyini və bütün narkotik vasitələrin özünə məxsus olduğunu etiraf etdiyini qeyd etdi və öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən özü heç bir kənar təsir və təzyiq olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, onları sosial şəbəkədə tanış olduğu İran vətəndaşı kimi özünü təqdim edən Məhəmməd adlı şəxsdən əldə etdiyini, əvvəllər də bir neçə dəfə Məhəmməddən sosial şəbəkə vasitəsi ilə narkotik vasitə heroin aldığını, Məhəmmədin Bakı şəhərində dediyi yerlərdən heroini götürdüyünü, heroinin pulunu da Məhəmmədin dediyi kart hesab nömrələrinə köçürdüyünü, heroini həm özü istifadə etmək, həm də də satmaq məqsədilə aldığını, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saat 10-11 radələində Məhəmmədlə telefon əlaqəsi yaradaraq, sonuncunun göndərdiyi kart hesabına 120 manat pul ödədiyini və Məhəmmədin deməsinə görə heroini Əhmədli qəsəbəsində «Bakı» kinoteatrının yanında yaşayış binalarının həyətində gizlətdirdiyi yerdən götürüb üzərində saxladığını, heroinin 23 ədəd bükümdə olduğunu, heroini həmin yerdən götürüb ünvan 5 ünvanda hərəkət edən zaman 2 nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını etiraf etmiş, eləcə də polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı zor və təzyiq göstərilmədiyini bildirmişdir. Eləcə də, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin məhkəmə iclasında verdiyi izahatında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, üzərindən aşkar olunmuş narkotik vasitələri satmaq məqsədilə üzərində daşıdığını bildirmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, özünün təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, onları “Məhəmməd” adlı iranlıdan satmaq məqsədilə əldə edib üzərində daşıdığını səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş narkotik vasitə heroinlərin hər birinin çəkilib ayrı-ayrı bağlamalara qablaşdırılmasını və külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı uşağının olmasını, həmçinin valideynlərinin hər ikisinin İİ qrup əlil olmalarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 2 il 5 ay 4 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə görə, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə məhkum olunsa da, həmin cinayətə görə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, bu hal cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 04 oktyabr 2022ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 2 il 5 ay 4 gün azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesabı ilə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini qismən birləşdirmə yolu ilə qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 29 noyabr 2022-ci il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Yasamal RPİ, 27-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixli tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 788 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,688 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 35 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 210 (iki yüz on) manat məbləğində pul vəsaiti A.İ.M. Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 109 (yüz doqquz) manat 90 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 109 (yüz doqquz) manat 90 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq saxlanılmış 2 il 5 ay 4 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 1 il 2 ay 17 gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü üzrə müəyyən edilmiş 1 il 2 ay 17 gün azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirilmə yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 noyabr 2022-ci il tarixli tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 23 bükümdə 3,688 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 109 (yüz doqquz) manat 90 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 210 (iki yüz on) manat məbləğində pul vəsaiti A.İ.M. Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1094/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1094/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver