Məhkəmə qərarları › İş №1(101)-1094/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1094/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1094/2025 08.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X11 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Ağdam rayonu, Şıxbabalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 az yaşlı uşağı olan, orta təhsilli, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Xətai Rayon Sukanal İdarəsində nəzarətçi işləyən, məhkum olunmayan, Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 126.2.4 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Cinayət işinin ibtidai istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-ci ildə saat 22:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində yerləşən istirahət parkında olan “Qazilər” çayxanasının qarşısında mobil telefonla uca səslə nalayiq ifadələr (söyüş) işlətməklə danışarkən parkda oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona haqlı olaraq irad bildirməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şəxsiyyətinin fövqündə qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs1 üzərinə gedib xuliqanlıq niyyəti ilə sonuncunun üz nahiyəsinə qəsdən başı ilə vurmuşdur. Zərərçəkmiş şəxs1 zərbənin təsirindən müvazinətini itirib yerə yıxıldıqdan sonra yerdə uzanıqlı vəziyyətdə olan sonuncunun baş nahiyəsinə ayağı ilə zərbələr vuraraq sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid soldan almacıq, əng, burun sümüklərinin və əsas sümüyün böyük qanadının sınıqları, gözətrafı nahiyyənin dərialtı hematoması ilə müşayiət olunan sol gözətrafı və sol almacıq nahiyəsini əhatə edən şişkinlik halında əzilmə xəsarətlərini yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs2 vətəndaşlıq borcunu yerinə yetirərək onun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən, o, qərəzli hərəkətlərini davam etdirib sonuncuya müqavimət göstərərək qəsdən əli ilə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 üz nahiyəsinə zərbə vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid alt çənənin sol İİİ (köpək) dişin düşməsi ilə nəticələnən xəsarət yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

2. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən bəri Zərərçəkmiş şəxs2 tanımış və onların ailəvi münasibəti yaranmışdır. xx.xx.2023-cü ildə saat 21:30 radələrində o, Zərərçəkmiş şəxs2la Bakı şəhəri, Nizami rayonu metrostansiyasının “Neftçilər” stansiyasının yaxınlığında olan “Ailə” marketin qarşısında görüşmüş və söhbət edərək metronun “Qara Qarayev” stansiyası istiqamətində Qara Qarayev prospekti ilə piyada gəlmişlər. O və Zərərçəkmiş şəxs2 Nizami rayonu İcra şöbəsinin inzibati binasının qarşısında keçib Şirin Mirzəyev küçəsinin arasında olan parkda yerləşən “Qazilər” çayxanasının qarşısında oturacaqda əyləşmişlər. Bu zaman onların yanında mobil telefonla uca səslə qeyri-etik ifadələr işlədən 33-35 yaşlarında olan bir kişi keçirmiş. Həmin vaxtı onunla həmin şəxs göz-gözə gəlmiş və o, həmin şəxsə tərbiyəli danışması barədə irad bildirmişdir. Təqsirləndirilən şəxs ona qarşı da qeyri-etik ifadə demiş, ona tərəf gələrkən, o da oturduğu yerdən ayağa qalxmışdır. Bu zaman Təqsirləndirilən şəxs gözləmədiyi halda alın nahiyəsi ilə onun burun nahiyəsinə qəsdən vurmuşdur. Həmin vaxt onun gözü qaralmış, başı gicəllənmiş, sol gicgah nahiyəsindən yumruq zərbəsi dəymiş və o, yerə yıxılmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ondan ayırmış, əvvəlki “Dominos-Pizza” restoranına tərəf qaçıb getmiş və pillənkənlə düşüb uzaqlaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 onu yerdən qalmış və oturacaqda əyləşdirmişdir. Sonuncu mobil telefonunu götürüb oğlu Şahid zəng vuraraq “Qazilər” çayxanasının qarşısına gəlməyini, onu döydüklərini bildirmişdir. Bundan sonra o, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin Nöbvətçi hissəsinə zəng vurub bu barədə məlumat vermişdir. Həmin vaxt “Qazilər” çayxanası tərəfdən bir nəfər onlara yaxınlaşmış və kömək lazım olubolmadığını soruşmuşdur. O, həmin şəxsə kömək lazım olmadığını bildirmiş, sonuncu bir neçə dəfə köməyə ehtiyac olub-olmamasını soruşmuş, Zərərçəkmiş şəxs2 həmin şəxsə kömək lazım olmadığını bildirdikdə həmin şəxs qəfildən Zərərçəkmiş şəxs2 ağız nahiyəsinə yumuruqla bir dəfə zərbə vurub qaçmışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs2 vuran şəxsin elə onu döyən, yəni Təqsirləndirilən şəxs olduğunu görmüşdür. O, əvvəlkinin qara rəngli gödəkcəsindən və qaçışından tanımışdır. Təxminən bir neçə dəqiqədən sonra hadisə yerinə 25-ci PŞ-nin polis əməkdaşları və oğlu Şahid gəlmişlər. O, polis əməkdaşlarına və oğluna onu və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs “Qazilər” çayxanasına tərəf qaçıb getdiyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 ağız nahiyəsindən qan gəldiyini və onun isə sol gözünün ətrafının şişdiyini görmüşdür. Bundan sonra oğlu onu evə aparmışdır. O, evdə olarkən ürəyi bulandığı halı pisləşmiş və üzünün sol tərəfi şişməyə başlamışdır. Vəziyyəti pisləşdiyi üçün gəlini Elnurə Səfərova onun mobil telefonundan 103 xidmətinə zəng vurub ilkin tibbi yardım çağırmışdır. Təxminən 10 dəqiqədən sonra təcili tibbi yardım avtomobili ilə həkim gəlib ona baxmış və kəllə-beyin tarvması diqanozunu təyin edərək onu Bakı şəhəri, Sabunçu qəsəbəsində yerləşən X12 aparmışlar. Kəllə sümüklərinin yoxlanılması üçün həmin xəstəxanadan onun X13 göndəriş vermişlər. Həmin təcili tibbi yardım avtomobili onu X13 aparmış və onu müayinə etdikdən sonra platada qalıb müalicə almalı olduğunu bildirmişlər. Oğlu Şahid onun yanına gəlmiş və o, oğluna xəstəxanada qalmaq istəmədiyini və onu evə aparmağı istəmişdir. Oğlu Şahid həmin xəstəxanada onun müalicə almağına etiraz ərizəsi yazmış və o, oğlu ilə birlikdə yaşadığı evə gəlmişdir. xx.xx.2023-cü ildə 25-ci PŞnə gedib onun və Zərərçəkmiş şəxs2 naməlum bir kişi tərəfindən döyülməsi barədə ərizə və izahat yazmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onların yanından telefonda qeyri-etik ifadələr işlədərək keçdikdən sonra o, ona irad bildirmiş, sonra Təqsirləndirilən şəxs ona kobud cavab verdiyi üçün, yerindən qalxıb ardınca gedərək tərbiyəli danışmasını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs alın nahiyəsi ilə onun üzünə zərbə vurmuş və o, yerə yıxılmışdır. Təqsirləndirilən şəxs o, yerə yıxıldıqdan sonra onu vurmasını xatırlamır. Parkda Təqsirləndirilən şəxs onu vurduqda ətrafda başqa kimsə olmamışdır. Bundan sonra onun telefonunda 25-ci PŞ-nin qəbulunun nömrəsi olduğundan oraya zəng etmişdir. Həmçinin, bildirmişdir ki, bir neçə ay əvvəl başında olan təzyiq problemi ilə əlaqədar müalicə almışdır. Bundan başqa Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını bildirərək sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir.

3. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə o, yol gedərkən onun şəkəri qalxdığı üçün əvvəlki ona oturub bir az dincəlməyini təklif etmişdir. Parkda işıq yanmadığı üçün və qaranlıq olduğu üçün oturmaq istəməmiş, lakin Zərərçəkmiş şəxs1 təkidi ilə orada oturmuşlar. Bir müddət sonra bir nəfər şəxs telefonla danışaraq onların yanından keçərkən telefonda qeyri-etik ifadələr işlətdiyindən Zərərçəkmiş şəxs1 ona irad bildirmiş, həmin şəxs sonuncuya kobud cavab verdiyindən Zərərçəkmiş şəxs1 həmin şəxsin ardınca getmişdir. Həmin vaxt hər ikisi ondan 10-15 metr uzaqda olmuşlar. O, Zərərçəkmiş şəxs1 geri qayıtması üçün çağırsa da sonuncu buna əhəmiyyət verməmiş və bu zaman zərbə səsi eşitmişdir. Dərhal ayağa qalxıb sonuncunun arxasınca getmiş və orada Zərərçəkmiş şəxs1 üzündən tutaraq ağladığını və yanında həmin şəxsin olmasını görmüşdür. Bu zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yanından kənara çəkmək istədikdə, əvvəlki ona tərəf dönərək yumuruqla ona bir zərbə vurmuş, sonra da oradan qaçaraq uzaqlaşmışdır. Kənardan bir nəfər gələrək onlara kömək etmiş və onlar qalxıb oturacaqda oturmuşlar. Ora qaranlıq olduğuna görə yanlarında kimsə olmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 xatırlamır oğluna və ya polisə zəng vurub hadisə barədə məlumat vermişdir.

4. Məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, 2014-cü ildən Zərərçəkmiş şəxs1 tanımış və onların normal münasibəti olmuşdur. xx.xx.2023-cü ildə saat 21:30 radələrində o, Zərərçəkmiş şəxs1 ilə Bakı şəhəri, Nizami rayonu metronun “Neftçilər” stansiyasının yaxınlığında olan “Ailə” marketin qarşısında görüşmüş və onlar söhbət edərək metronun “Qara Qarayev” stansiyası istiqamətində Qara Qarayev prospekti ilə piyada gəlmişlər. O və Zərərçəkmiş şəxs1 ilə “Qazilər” çayxanasının qarşısında oturacaqda hər ikisi əyləşmişlər. Bu zaman onların yanında Təqsirləndirilən şəxs mobil telefonla uca səslə qeyri-etik ifadələr işlədərək keçirmiş. Həmin vaxtı Zərərçəkmiş şəxs1 əvvəlki tərbiyəli danışması barədə irad bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qeyri-etik söz deyərək, onlara tərəf gələrkən Zərərçəkmiş şəxs1 oturduğu yerdən ayağa qalxmışdır. Bu zaman Təqsirləndirilən şəxs gözlənilmədən kəllə ilə Zərərçəkmiş şəxs1 üz nahiyəsinə, yumuruqla Zərərçəkmiş şəxs1 sol göz nahiyəsinə vurmuş və sonuncu yerə yıxılmışdır. Təqsirləndirilən şəxs yerə yıxılmış Zərərçəkmiş şəxs1 baş nahiyəsindən təpiklə vurmağa başlamışdır. Həmin vaxt o, ayağa qalxmış və arxadan Təqsirləndirilən şəxs tutub kənara çəkmiş və “Dominos Pizza” restoranı tərəfdən bir nəfər şəxs qaçaraq onlara tərəf gəldikdə Təqsirləndirilən şəxs qaçıb getmişdir. Onlara tərəf gələn şəxs baxıb getmişdir. O, da Zərərçəkmiş şəxs1 yerdən qaldırmış və sonuncu oğlu Orxana zəng vurub “Qazilər” çayxanasına tərəf gəlməsini, onu döydüklərini bildirmiş, həmçinin Zərərçəkmiş şəxs1 polisə zəng vurub hadisə barədə məlumat vermişdir. Bu zaman “Qazilər” çayxanası tərəfdən bir nəfər onlara yaxınlaşmış və kömək lazım olub-olmadığını soruşmuş və Zərərçəkmiş şəxs1 həmin şəxsə kömək lazım olmadığını bildirmiş, həmin şəxs qəfildən yumuruqla onun ağız nahiyəsinə bir dəfə zərbə vurub “Qazilər” çayxanasına tərəf qaçmış və o, zərbədən yerə yıxılmışdır. Təxminən bir neçə dəqiqədən sonra hadisə yerinə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis əməkdaşları və Zərərçəkmiş şəxs1 oğlu Şahid gəlmişlər. Zərərçəkmiş şəxs1 polis əməkdaşlarına və oğlu Şahid onu və özünü vuran şəxsin “Qazilər” çayxanasına tərəf qaçıb getdiyini bildirmişdir. Bundan sonra Orxan anası Zərərçəkmiş şəxs1 evə aparmış, həmçinin onu yaşadığı qəsəbəyə aparmışdır. O, evdə olarkən alt çənədə olan bir dişinin sınıb düşdüyünü görmüşdür. Daha sonra o, Zərərçəkmiş şəxs1 zəng vurub vəziyyətini soruşmuş, sonuncu birinci X12 getdiyini, yoxlanmaq üçün onu X16 göndərdiklərini, o, xəstəxanada qalmayıb evə gəldiyini bildirmişdir. Bundan sonra o, şöbəyə gedib onu və Zərərçəkmiş şəxs1 döyülməyi barədə ərizə və izahat yazmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onların əyləşdiyi oturacağın qarşısından keçərkən telefonla danışdığı şəxsə qarşı qeyri-etik ifadələr işlətmiş, Zərərçəkmiş şəxs1 əvvəlkinə irad bildirdikdən sonra Təqsirləndirilən şəxs ona “rədd ol” demiş, bundan sonra hansının işlətdiyini xatırlamasa da, ya Zərərçəkmiş şəxs1, ya da Təqsirləndirilən şəxs qeyri-etik ifadə işlətmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 qışqırıq səsin eşitmiş, o, arxadan gəlib Təqsirləndirilən şəxs kənara çəkmiş, bu zaman sonuncu dönüb onu yumruqla vurmuş və zərbə nəticəsində onun bir dişi düşmüşdür. Sayını dəqiq xatırlamasa da Zərərçəkmiş şəxs1 ya başla, ya da yumruqla bir-iki zərbə dəymiş, o, həmin zərbələr yetirilərkən qaranlıq olduğundan onları görməmişdir. İlk olaraq sonuncunun üzündə zərbənin izləri olmasa da daha sonra izlər yaranmışdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs onlara tərəf gəlməmiş, danışaraq yanlarından keçmiş, Zərərçəkmiş şəxs1 isə onun ardınca gedib üzr istəməsini təkid etmiş, hətta o, Zərərçəkmiş şəxs1 geri qayıtmasını, bu tələbinə ehtiyac olmadığını bildirmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 yerə yıxıldıqdan sonra hər-hansı zərbə yetirilməmişdir. Bundan başqa o, ibditai istintaq dövründə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurmasını görmədiyindən ifadəsində bununla bağlı nəsə bildirməmişdir və həmin ifadəsində demədiyi sözlər də yazıldığına görə məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs onunla barışdığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini və sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə saat 15:00 radələrində anası Zərərçəkmiş şəxs1 işlə bağlı evdən çıxmış, həmin günü saat 21:30 radələrində ailəvi dostları olan Zərərçəkmiş şəxs2 ilə “Qazilər” çayxanasının qarşısında görüşüb bir məsələ haqqında söhbət etməyə getmişdir. Həmin günü saat 22:00 radələrində anası Zərərçəkmiş şəxs1 ona zəng vurub ağlaya-ağlaya tez “Qazilər” çayxanasının qarşısına gəlməsini bildirmişdir. O, anasından nə olduğunu soruşmuş , Zərərçəkmiş şəxs1 da bir nəfər şəxsin onu döydüyünü bildirmişdir. Bu zaman o, tez evdən çıxıb “Qazilər” çayxanasının qarşısına gəlmiş və oraya gələrkən Zərərçəkmiş şəxs2 ağız nahiyəsindən qan gəldiyini, anası Zərərçəkmiş şəxs1 sol gözünün altının şişdiyini, həmçinin burun və ağız nahiyəsindən qan gəldiyini görmüşdür. O, anası və Zərərçəkmiş şəxs2 nə olduğunu və onları kimin vurduğunu soruşmuş, sonuncu bir nəfər şəxsin onları vurub qaçıb getdiyini bildirmişdir. Həmin vaxt Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis əməkdaşları gəlmişlər. O, polis əməkdaşlarından həmin ərazidə olan müşahidə kamerasının görüntülərinə baxması xahiş etmiş, polis əməkdaşları ona orada müşahidə kamerasının olmadığını bildirmişlər. Bundan sonra o, anasını evə apardıqdan sonra arvadı Elnurə zəng vurub anasının vəziyyətinin yaxşı olmadığı üçün təcili tibbi yardım çağırdığını, sonuncunu X9 apardıqlarını bildirmişdir. O, X12 gələn zaman ona anası E.T.X10 Mərkəzə apardıqlarını bildirmiş, o, bir başa X16 gəlmiş və anası Zərərçəkmiş şəxs1 tibbi yardım göstərildiyini görmüşdür. Anası Zərərçəkmiş şəxs1 ona evə getmək istədiyini bildirmiş, bundan sonra sonuncunu xəstəxanada qalmayacağına dair ərizə aldıqdan sonra evə gətirmişdir. O, evdə anası Zərərçəkmiş şəxs1 hadisə barədə soruşduqda anası ona Zərərçəkmiş şəxs2la “Qazilər” çayxanasının qarşısında parkda olan oturacaqda söhbət edərkən bir nəfər şəxsin onların yanından keçərdən qeyri-etik ifadələr işlətdiyini, sonuncuya bu barədə irad bildirdiyi üçün həmin şəxsin onun üstünə hücum edib kəllə ilə üz nahiyəsinə və yumuruqla baş nahiyəsin vurduğunu və o, yerə yıxılan zaman da yerdə onun baş nahiyəsinə vurmağa davam etdiyini bildirmişdir. Həmçinin anası bildirmişdir ki, həmin vaxt Zərərçəkmiş şəxs2 həmin şəxsi onu vurmasın deyə ayırmış, sonuncu qaçıb getmiş və yenidən qayıdıb gələrək Zərərçəkmiş şəxs2 ağız nahiyəsinə yumuruqla vurub yenidən oradan qaçmışdır. xx.xx.2023-cü ildə anası Zərərçəkmiş şəxs1 bu barədə şikayət ərizəsi ilə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə müraciət etmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14 canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli, 1198 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş – sol gözətrafı və sol almacıq nahiyəsini əhatə edə şişkinlik halında əzilməsi – bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi, şəxsin göstərdiyi şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur (İ cild i/v 18-20).

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 05/1198 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində olan xəsarətlər – sol gözətrafı və sol almacıq nahiyəsini əhatə edə şişkinlik halında əzilməsi ilə müşayiət olunan sol gözətrafı nahiyyənin dərialtı hematoması fonunda sol göz yuvası sümüyü və burun sümüyünün yerdəyişmiş, əsas sümük qanadının yerini dəyişmiş sınıqları – bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd olunan xəsarət müxtəlif şəraitlərdə törənə bilərdi, lakin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyildir (İ cild i/v 79-82).

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 478 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı onun alt çənənin sol İİİ (köpək) dişin öz yerində olmaması aşkar olundu. Bu dişin itirilməsi müxtəlif səbəblərdən ola bilərdi, o cümlədən həmin nahiyyəyə bərk küt əşyanın təsiri nəticəsində alınması mümkündür və bu təqdirdə, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. Ekspertizaya hər hansı bir tibbi sənəd təqdim edilmədiyindən xəsarətin alınma müddəti barədə konkret fikir söyləmək mümkün olmadı (l cild i/v 83-85).

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli 822/2024 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 soldan almacıq, əng, burun sümüklərinin və əsas sümüyün böyük qanadının sınıqları, gözətarfı nahiyənin dərialtı hematoması ilə müşayiət olunan sol gözətrafı və sol almacıq nahiyəsini əhatə edən şişkinlik halında əzilməsi olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü ildə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. Xəsarətlər bir mexanizmdən yarandığından onların məhkəmə-tibbi baxımdan ayrılması mümkün deyildir. Xəsarətlər yetirilərkən zərərçəkmişlə həmlə edənin qarşılıqlı duruş vəziyyəti müxtəlif olan bilərdi. Mübarizə və özünü müdafiəni göstərən xəsarət və ya onun izinin təyin edilməsi məhkəmə-tibbi ekspertinin səlahiyyətinə aid deyildir (İİ cild i/v 60-63).

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 2555 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Sonuncuda göstərilən cinayəti törədən anda öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Sonuncuda hal-hazırda psixi xəstəlik aşkar olunmur və onun əməli Azərbaycan Respublikasının CM-in 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür (İİ cild i/v 22-24).

11. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 bildirdiyi ünvan Nizami rayonu, Q.Qarayev prospekti 32 ünvanıdır. Orada ağaclar, piyada səkisi, qazilər adlı park, yol ayrıcında avtomobil dayanacağı, oturacaqlar, yaşayış binaları yerləşir (İ cild i/v 8-9).

12. 20.08.2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1nın ifadəsi yerində yəni, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Qara qarayev prospektinin kəsişməsində istirahət parkından olan “Qazilər” çayxanasının qarşısında yoxlanılmışdır. Belə ki, sonuncu bildirmişdir ki, xx.xx.2023-cü ildə saat 21:00 - 22:00 radələrində qeyd edilən ünvanda yerləşən oturacaqda tanışı Zərərçəkmiş şəxs2la əyləşərkən Təqsirləndirilən şəxs mobil telefonda söyüşlə danışıb yanlarından keçən zaman o, Təqsirləndirilən şəxs söyüşlə danışdığına görə irad bildirmiş, sonuncu ona tərəf gəlib başı ilə üz nahiyəsinə, yumuruqla və yerdə isə təpiklə baş nahiyəsinə vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ondan ayırmış, sonuncu qaçıb getmiş və sonradan Təqsirləndirilən şəxs hadisə yerinə gələrək qəfildən Zərərçəkmiş şəxs2 ağız nahiyəsinə yumuruqla vurub qaçıb getmişdir (İ cild i/v 106-108).

13. xx.xx.2024-cü il tarixli, 8İ-5112 reyestr nömrəli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş ziyan ödənilmiş, sonuncu Təqsirləndirilən şəxsla barışmış və ona qarşı hər hansı şikayəti, tələbi və iddiası yoxdur (İ cild i/v 147).

14. 26.09.2024-cü il tarixli, 8İ-6042 reyestr nömrəli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş ziyan ödənilmiş, sonuncu Təqsirləndirilən şəxsla barışmış və ona qarşı hər hansı şikayəti, tələbi və iddiası yoxdur (İ cild i/v 215).

15. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsil üzrə X7 və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 89 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Texnika və Texnologiyalar üzrə ünvan 3 ünvanında məskunlaşmış, yaşadığı müddət ərzində özünün nümunəviliyi, mehribanlığı, davranışı ilə daim seçilmiş, qonşular arasında hörmət qazanmış və pis vərdişləri yoxdur (İ cild i/v 114).

16. Cinayət işinin materiallarına əlavə edilmiş AA4959988 seriyalı və AA4550753 seriyalı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur (İ cild i/v 115- 116).

17. Cinayət işinin İİ cildinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən təqdim edilmiş əlillik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X1 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaranmış uzun müddət dekompensasiya vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar nəticəsində üçüncü dərəcə əlillik təyin edilmişdir.

18. Cinayət işinin İİ cildinin materiallarına əlavə edilmiş 61288, 1198 və 0466 nömrəli vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs atası X3 birinci Qaarabağ “Azərbaycan Müharibəsi Veteranları” və Azərbaycan Respublikası “X8” İctimai Birliklərinin və Azərbaycan Respublikası “Qarabağ Qaziləri” Birliyinin üzvüdür.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

19. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-in 126.2.4 və 221.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə saat 22:00 radələrində o, “Qazilər” çayxanasına gələrkən mobil telefonda dostu Fəqanla danışmış, telefonda danışarkən sonuncuya qeyri-etik ifadələr işlətmişdir. Həmin vaxt hava qaranlıq olduğu üçün ətrafda kimisə görməmişdir. Bu zaman orada oturacaqda əyləşmiş bir qadın ona qarşı qeyri-etik ifadə işlədərək düzgün danışmasını bildirmişdir. O, həmin tərəfə baxdıqda oturacaqda orta yaşlı bir qadın və orta yaşlı bir kişinin əyləşib pivə içdiklərini görmüşdür. O, qadından üzr istəmiş, onları görmədiyini və qeyri-etik ifadələr işlətməyini sonuncuya yaraşdırmadığını və onun qardaşı yeni rəhmətə getdiyindən ölü-diriyə qarşı belə ifadələr işlətməməsini bildirmişdir. Həmçinin kişiyə də qadının sonuncu ilə oturduğunu, sonuncunun yanında belə qeyri-etik şəkildə danışmasının ayıb olduğunu bildirmişdir. Kişi isə öz işi ilə məşğul olmasını demiş və o, “Dominos pizza” restoranına tərəf piyada getmişdir. Təxminən oradan 10-15 metr uzaqlaşdıqda, qadın arxadan ona yaxınlaşıb köynəyinin yaxasından tutub ona qarşı qeyri-etik ifadələr işlədərək ona şillə atmağa başlamışdır. O, qadınla əyləşmiş kişiyə gəlib qadını uzaqlaşdırmasını bildirmişdir. Bundan sonra həmin kişi onların yanına gələrək ona qeyri-etik formada qadından üzr istəməsini tələb etmişdir. Bundan sonra o, kişini yumruqla vurmuşdur. Bu zaman həmin qadın şillə ilə onun üz nahiyəsindən vurmuş, o da sağ əliylə qadının üz nahiyəsindən itələmiş və oranı tərk etmişdir. Həmin vaxt orada onlardan başqa kimsə olmamışdır. 19 dekabr 2023-cü ildə polis bölməsindən ona zəng gəlmiş, həmin gecə ona qadının 6.500 manat məbləğində pul istədiyini bildirmişdir. O, həmin ərazidə yaşadığından polis əməkdaşları onu tanımışdır. Ona sən elə bir adama ilişmisən ki, o, buranın işçisidir, bura onun kimi nə qədər adam gətirdiyini və nə istəsə razılaşıb verməyini bildirmişlər. O da razılaşaraq 6.500 manat məbləğində pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra sonuncu barışıq ərizəsi imzalamışdır. Orada tort almış, 25-ci PB-nin rəisi onları barışdırmış, bununla da söhbəti bağlamışlar. Həmin vaxt orada dayısı, atası, zərərçəkmiş şəxs olan qadın və bölmənin işçiləri olmuşdur. May ayında Nizami RPİ-nin müstəntiqi İsmayılov Səbuhi ona zəng edərək, Zərərçəkmiş şəxs1 adlı qadını vurmasını bildirmiş, o, 25-ci bölmədə olan hadisə haqqında deyərkən elə həmin iş olduğunu bildirmişdir. O da zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini bildirmiş, müstəntiq də kimə pul vermisənsə, həmin şəxsə sonuncuya zəng etməsini tələb etmişdir. O da 25-ci bölmənin təhqiqatçısına zəng edib hadisəni bildirmiş, sonuncu da heç kimə zəng etməməyi tapşırmış və şikayətin ondan deyil rəis Turabin Məmmədov, təhqiqatçı Fərid və özündən olduğunu bildirmişdir. Daha ona heç kim zəng etməmişdir. Bir ay sonra yenidən müstəntiq İsmayılov Səbuhi ona zəng etmiş, o da yenidən zəng edib xəbər vermiş, sonuncu da heç yerə getməməyi bildirmişdir. O, buna baxmayaraq Nizami RPİ-nə getmiş, orada müstəntiq Səbuhi onun pul verdiyini bildiyini, lakin zərərçəkmiş qadının yenidən gedib şikayət etdiyini, onun işinin yenidən açıldığını, qadının 10.000 manat məbləğində pul istədiyini bildirmişdir. O da dövlət işində işləməyini, himayəsində iki azyaşlı uşağının olmasını, o qədər imkanının olmadığını bildirmişdir. Bu zaman müstəntiq onun getməyini və özünün əməliyyatçı ilə danışacağını bildirmişdir. Bundan sonra 15 avqust 2024-cü ildə metroya düşərkən polis onu çağıraraq barəsində axtarışın olduğunu bildirmiş, o da oradan polis idarəsinə gəlmiş və işini aparan təhqiqatçını çağırmışdır. Orada müstəntiqlə təhqiqatçı mübahisə etməyə başlamışlar, müstəntiq təhqiqatçıya pul çatdığını, onlara çatmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 bu proseslərin heç birində olmamış və ilk dəfə də ondan şikayətçi olmamışdır. Müstəntiq Səbuhi Zərərçəkmiş şəxs2 çağırıb ondan izahat almış, daha sonra ekspertizaya göndərmiş və xx.xx.2024-cü ildə ona gəlib sənədlərə imza atmağını, onunla artıq işləri olmadığını bildirmişdir. O da sənədlərə baxmadan imzalamış, bu zaman qoluna qandal bağlamış, onu tutmuşlar və orada 5 gün saxlamışlar. Həmin vaxt vəkili də olmamışdır. Onu orda saxladıqlarının birinci günü prokuror Günel xanımın qəbuluna aparmışlar, o başına gələnləri danışmış və prokuror da qadının yenidən şikayət etdiyini bildirmişdir. Barəsində qətimkan tədbiri seçilərkən məhkəmədə hakim onu buraxmışdır. Məhkəmədə vəkili onun 5 gün qanunsuz şəkildə saxlanıldığını bildirmişdir. Bir müddət sonra yenidən onu Nizami RPİ-nin 25-ci PŞ-nə çağırmışlar. Orada onu yenidən tutub 4 gün Nizami RPİ-nin MSY-də qanunsuz saxlamışlar. Barəsində qətimkan tədbiri seçilərkən məhkəmədə hakim Nigar xanım onu buraxmışdır. Bu zaman məhkəmə iclasında məhkəmənin polis əməkdaşları ilə idarənin əməkdaşları arasında mübahisə yaranmışdır. Nigar xanım hətta onu evinə məhkəmə işçilərinin aparmasını bildirmiş, məhkəmənin polis əməkdaşları onu evə aparmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ona qeyri-etik ifadələr işlədərək ailəsini təhqir etmiş, həmçinin əli ilə onun boynuna, bədəninə vurmuş və onun dodağı partlamışdır. O, Zərərçəkmiş şəxs1 əli ilə şillə vurmuş və həmin şillə nəticəsində məhkəmə ekspertizasının rəyində göstərilən xəsarətləri onun tərəfindən yetirə bilməzdi. Həmçinin bildirmişdir ki, həqiqətən də o, digər Zərərçəkmiş şəxs2 yumruqla vurmuş və törətdiyi əməldən çox peşmandır. Zərərçəkmiş şəxslərin ondan şikayətləri olmamış, bundan başqa polis əməkdaşları tərəfindən ikinci dəfə tutulduqda ona qarşı işgəncələr verilmiş, lakin o, bu barədə heç bir orqana şikayət verməmişdir.

20. Daha sonra əməlindən səmimi peşman olmasını, himayəsində 2 az yaşlı uşağının olmasını və ailəsinə ondan başqa baxacaq heç kimin olmamasını nəzərə alaraq ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

21. Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsinə əsasən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

22. Maddə 221.2.2. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

23. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

24. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

25. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

26. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

27. Maddə 66.3. Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.

28. Maddə 70.1. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.

29. Maddə 70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər.

30. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi:

31. Maddə 181.1. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

32. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

33. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

34. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

35. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

36. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

37. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

38. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

39. Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı:

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı:

41. Həmin Qərarda qeyd edilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.

“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli 1 saylı Qərarı:

42. Qərarın 6-cı bəndi. Məhkəmələrə izah edilsin ki, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğunda, CM-nin digər maddələri ilə əlavə tövsüfə ehtiyac qalmır. CM-in 21.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə, ictimai qaydanın pozulmasının qarşısının alınması səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə, üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borclarını yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında yer alan, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə, küçələrdə və ya ictimai yerlərdə patrul sonrası xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılma zamanı qaydanın qorunması halları başa düşülməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarı:

43. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında öz əksini tapmışdır.

44. Həmin qərarın 6-cı bəndinə əsasən xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.

«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarı:

45. Qərarın 25-ci bənd. Şərti məhkum etmə, haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə CM-in 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

46. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

Avropa Məhkəməsinin president hüququ:

47. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

48. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyləri, hadisə yerinə baxış protokolu, fotoşəkillər və digər toplanmış sübutlarla qismən təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur (hökmün 34-cü bəndi).

49. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bir epizod üzrə xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayəti törətməsi ittihamı verilsə də, cinayət işinin materiallarında olan və ibtidai istintaq orqanının istinad etdiyi sübutların hər hansı biri Təqsirləndirilən şəxs məhz xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi qənaətinə gəlinməsinə kifayət etmir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir.

50. Məhkəmə hazırkı cinayət işinin hallarını nəzərdən keçirərək hesab edir ki, hadisənin ictimai yerdə baş verməsinə baxmayaraq xuliqanlıq cinayətinin subyektiv cəhətinin mütləq şərti olan cinayətin motivi – xuliqanlıq niyyəti Təqsirləndirilən şəxs əməlində öz əksini tapmamış, tərəflər arasındakı mübahisə Zərərçəkmiş şəxs1 təşəbbüsü ilə başlamışdır. Münaqişəyə Zərərçəkmiş şəxs1 təşəbbüskar hərəkətləri səbəb olduğundan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz (hökmün 43 və 44-cü bəndləri).

51. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxsin ifadələrindən açıq-aydın görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs öz təşəbbüsü ilə münaqişəyə çəkmişdir. Hadisənin baş vermə səbəbi isə Təqsirləndirilən şəxs telefonda qeyri-etik ifadələr işlədərək zərərçəkmiş şəxslərin yanından keçərkən Zərərçəkmiş şəxs1 tərəfindən ona irad bildirməsi, Təqsirləndirilən şəxs ona gobud cavab verməsi nəticəsində əvvəlkinin oturduğu yerindən qalxaraq və onun ardınca gedərək tərbiyəli danışmasını tələb etməsi, həmçinin əli ilə Təqsirləndirilən şəxs boynuna və bədəninin müxtəlif nahiyələrinə vurması olmuşdur. Bu səbəbdən də baş vermiş hadisənin xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirilməsi işin faktiki hallarına uyğun deyildir.

52. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, eyni zamanda ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə xuliqanlıq etməsi cinayətlərini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 126.2.4 və 221.2.2-ci maddələrindən həmin Məcəllənin 126.1 və 221.2.2-ci maddələrinə tövsif edilməli, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq ona qəti cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 32 və 39-cu bəndləri).

53. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsinə əsasən üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.2.2-ci maddəsinə əsasən isə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur (hökmün 21 və 22-ci bəndlər).

54. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

55. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, evli olmaqla himayəsində iki azyaşlı uşağının, evə qazanc gətirən yeganə şəxs olmasını, atasının birinci Qarabağ müharibə veteranı və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaranmış uzun müddət dekompensasiya vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar nəticəsində İİİ dərəcə əlil olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, cavan olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, onlara vurulmuş ziyanın tamamilə ödənilməsini, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin ona yüngül cəza verilməsi barədə xahişlərini həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.

56. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

57. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild i/v 54).

58. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 126.1 və 221.2.2ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir.

59. Lakin, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və işin mühüm və diqqətəlayiq hallarını, onun törətdiyi cinayəti əməlini qismən etiraf etməsini, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə yüngülləşdirici halları, yəni əməlindən səmimi peşman olmasını, evli olmaqla himayəsində iki azyaşlı uşağının, evə qazanc gətirən yeganə şəxs olmasını, atasının birinci Qarabağ müharibəsi veteranı və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaranmış uzun müddət dekompensasiya vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar nəticəsində İİİ dərəcə əlil olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, cavan olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, onlara vurulmuş ziyanın tamamilə ödənilməsini, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin ona yüngül cəza verilməsi barədə xahişlərini, hadisənin zərərçəkmiş şəxslərin təşəbbüsü ilə baş verməsinivə əməlində ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də, məhkəmə sonuncunun barəsində Azərbaycan Respublikasının CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir (hökmün 28 və 29-cu bəndləri).

60. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır (hökmün 31-ci bəndi).

61. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilməlidir.

62. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü ildən hesablanmaqla barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Daha sonra cinayət işinin materiallarına əlavə edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs yenidən xx.xx.2024-cü ildə tutulmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə sonuncu dərhal həbsdən azad edilmiş və xx.xx.2024-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (İ cild i/v 97, 149-159, 203, İİ cild 2-5, 37-38)

63. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili Z.H.Əlizadəyə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 37-ci bəndi).

64. İş üzrə maddi sübut, mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 36, 38 və 30-cı bəndləri).

65. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 221.2.2-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili X4 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı Vəkil Bürosunun hesablaşma hesablarına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar